Məhkəmə qərarları › İş №1(101)-496/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-496/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-496/2023 28.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X4 və Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 18 avqust 1981-ci ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 04 ədəd bükümdə ümumi çəkisi 11,301 qram narkotik vasitə heroini əldə etmiş, həmin bükümlərdən 1 ədədini üzərində, digər 03 ədəd bükümləri idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonundakı saxlanc yerində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 iyul 2022-ci il tarixdə saat 11:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu. Hovsan qəsəbəsi, Quşçuluq massivində fəaliyyət göstərən ticarət mərkəzinin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtrarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,897 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, daha sonra idarə etdiyi “Ravon Nexia R31’ markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomaşın videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin salonundakı saxlanc yerindən 03 ədəd bükümdə hər biri ayrı-ayrılıqda təmiz çəkisi 0,408 qram, 0,697 qram və 9,299 qram ümumi təmiz çəkisi 10,404 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o gecə saat 3-ün yarısı Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tutulmuşdur. Polislər onu şöbəyə aparmışlar. Gecə avtomobilini axtarmışlar, heç nə tapa bilməmişlər. Səhər videoçəkiliş olandan sonra avtomobilinə təkrar baxış keçirmişlər. O polislərə gecə avtomobilinə baxdıqlarını və heç nə tapa bilmədiklərini deyib nə edəcəklərini soruşmuşdur. Onlar videoçəkiliş edəcəklərini demişlər. Videoçəkiliş zamanı avtomobilindən əvvəlcədən yerləşdirdikləri narkotik vasitəni çıxarmışlar. Onun qadın vəkili var imiş. Barəsində həbs qətimkan tədbiri seçilməsi üzrə məhkəmə prosesində vəkili ayağa qalxıb hakimə polis əməkdaşlarının onun gözünün qarşısında avtomobilinə narkotik vasitə yerləşdirdiklərini demişdir. Üzərində 1 büküm heroin olmuşdur. Həmin 1 büküm heroini Əhmədlidə tanımadığı şəxsdən almışdır. Həmin 1 bükümün çəkisi 1 qram imiş. Avtomobilinə narkotik vasitə yerləşdirilərkən etdiyi etirazın heç bir faydası olmamışdır. Ona “Sənindir” demişlər. Artıq gec olduğu və məcbur olduğu üçün o da boynuna götürmüşdür. Barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə avtomobildən çıxan narkotik vasitənin onun olmadığını demişdir. Vəkili də demişdir. Ravon markalı avtomobil onun imiş və bankdan almışdır. Onu iyirmi dördündən iyirmi beşinə keçən gecə tutmuşlar. Gecə saat 2-3 radələri imiş. Onu polis əməkdaşları Quşçuluq massivində yerləşən ticarət mərkəzinin yanında tutmuşlar. 25 iyul saat 11-də onun üzərinə və avtomobilinə baxış keçirmişlər. Üzərinə şəxsi axtarış keçirilərkən vəkil yox imiş. Avtomobilinə baxış keçiriləndə vəkil gəlmişdir. Təzyiqə məruz qalmağı barədə heç bir yerə şikayət etməmişdir. Şahid1 tutulandan sonra tanımışdır. Şahid1 bölməyə gələndən sonra orada olmuşdur, tutulanda isə yox. Onda xəsarət olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağayev X2 qəsəbəsəsində Quşçuluq massivi deyilən yerdə saxlanılmış, şöbəyə gətirilmişdir. Şöbədə üzərinə baxılarkən üzərindən narkotik vasitə çıxmışdır. Sonradan özü ilə söhbət edəndə çəkilişdə də etiraf eləmişdir ki, “Maşınımda da var, saxlamışam”. Həmin narkotiki də xatırladığı qədərilə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən, öz şəxsi istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs saxlanılması üçün əsas narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat olmuşdur. Üzərinə baxış keçiriləndə özü etiraf eləmişdir ki, “Maşınımda da var, öz şəxsi istifadəm üçün almışam”. Təqsirləndirilən şəxs saat neçədə saxladıqları yadında deyil. Uzun müddətdir, hər gün tədbir var. Əməliyyat məlumatı daşınması barədə, sırf satış yox, dövriyyəsi barədə olmuşdur. Əməliyyat qeydiyyat kitabında qeydə alınmışdır. Rəhbərliyə məruzə olunmuş, əməliyyat qrupu qurulmuşdur. Təhqiqatçı və o Balahəsənin üzərinə baxış keçirilməsində iştirak etmişlər. Özü səmimi etiraf eləmişdir ki, “Maşınımda da var, 1 gün qabaq, ya da səhərsi, o hissəsi dəqiq yadımda deyil, öz şəxsi istifadəm üçün almışam”. Tutularkən Balahəsən onlara müqavimət göstərməmişdir. Balahəsənə təzyiq göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 25 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 25 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülü olan içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə və şalvarının sağ yan cibindən 01 ədəd Samsung markalı mobil telefon aşkar edilmişdir. Cinayət işi materiallarında olan “Avtomobilə baxış keçirilməsi barədə” 25 iyul 2022-ci il tarixli protokoldan görünür ki, “Ravon” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda olan saxlanc yerindən 03 ədəd büküm aşkar edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4029 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan 1 №-li zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,897 qram olan qəhvəyi rəngli maddə və üzərində “...Təqsirləndirilən şəxs avtomobilindən...” sözləri olan 2№-li zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,408 qr, 0,697 qr, 9,299 qram ümumi təmiz çəkisi 10,404 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Qeyd: 1 №-li zərfdəki heroinin təmiz çəkisi- 0,897 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq-0,847 qram. 2 №-li zərfdəki heroinin ümumi təmiz çəkisi- 10,404 qram, tədqiqata sərf edildi- 0,100 qram, qalıq-10,304 qram. (ekpertiza tədqiqatın dəyəri 81 manatdır) Cinayət işi materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 25 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı Suraxanı RPİ-nin 30-cu PŞ-də video çəkiliş aparılmış və həmin videogörüntüləri özündə əks etdirən bir ədəd «DVD» markalı diskə baxış keçirilmişdir. DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümü və 1 ədəd Samsung markalı mobil telefonu təqdim edir, 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 24 iyul 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 40 manata aldığını bildirir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etdiyi bükümlərdən başqa narkotik vasitə aşkar edilmir. Cinayət işi materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 25 iyul 2022-ci il tarixdə “Ravon” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsi zamanı Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı Vüqar İsazadə tərəfindən video çəkiliş aparılmış və həmin videogörüntüləri özündə əks etdirən bir ədəd «DVD» markalı diskə baxış keçirilmişdir. DVD diskdən görünür ki, baxış zamanı iki nəfər polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçı, polis kapitanı Vüqar İsizadə tərəfindən baxış keçirilməsi istintaq hərəkəti həyata keçirilir. “Ravon”' markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda olan saxlanc yerindən 03 ədəd büküm aşkar edilir. Cinayət işi materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)- 449/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablanmaqla 02(iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2- ci maddələri ilə təqsirli bilinib 03 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci ildə cəza müddətinin bitməsi ilə əlaqədar azad edilmişdir. Azərbaycan Respublikası CM- nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işi materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X5 ilə rəsmi nikahda olmaqla, həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-cu il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmayan övladları vardır. Cinayət işi materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsinin xx.xx.2022-ci il tarixli, 4579 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 25 iyul 2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, barəsində cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,847 qram və Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 10,304 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və avtomobilinə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD Diskin və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81(səksən bir) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81(səksən bir) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,847 qram və Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 10,304 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və avtomobilinə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD Diskin və "xxxx" MMCdən əldə edilmiş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar