Məhkəmə qərarları › İş №1(101)-497/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-497/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-497/2023 21.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X4 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və nümayəndəsi - Salyan rayon Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxs Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Qoşaqovaq kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşamış, 15 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 221.3 və və 228.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 avqust 2022-ci il tarixdə saat 22 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Qanuni nümayəndə ilə əvvəlcədən aralarında olan mübahisəni həll etmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava, Salamzadə küçəsində yerləşən “Beton park" adlanan ərazidə sonuncu ilə görüşən zaman, Qanuni nümayəndə ona xəyanət etməkdə günahlandıraraq cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına qarşı etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib zərərçəkmiş şəxs Qanuni nümayəndə zor tətbiq etməklə sonuncuya məxsus və dəyəri 250 manat olan “Realme" markalı telefonunu sındırdıqdan sonra, Qanuni nümayəndə itələməklə əli ilə onun üz nahiyəsinə sillə ilə vuraraq silah qismində istifadə etdiyi həmin telefonla baş və çiyin nahiyələrinə zərbələr endirməklə, ona sol bazunun yuxarı 1/3-nin bayır səthinin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxt yaxınlıqda olan Zərərçəkmiş şəxs1 dostları Zərərçəkmiş şəxs3 və Şahid1 Nəsrəddin oğlu ilə birlikdə onlara yaxınlaşıb, Zərərçəkmiş şəxs1 Qanuni nümayəndə narahat etməməsi və səs-küy salmaması ilə bağlı haqlı irad bildirməsindən sonra o, Qanuni nümayəndə məxsus mobil telefonla yolun digər tərəfinə qaçarkən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 öz vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar onun qanunsuz hərəkətlərinin və ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə arxası ilə qaçmış, həmin vaxt Zərərçəkmiş şəxs1 onu itələyərək vurmasını bəhanə edərək, müəyyən olunmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağından istifadə edərək qərəzli xuliqaniıq hərəkətlərini davam etdirməklə, ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 müqavimət göstərməklə heç bir əsaslı səbəb olmadan öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoyub Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirməsinə görə qisas almaq və xuliqaniıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, üzərində olan bıçaqla ona zərbələr vuraraq sol əlin arxa səthinin kəsilmiş yarası kimi yüngül, döş qəfəsinin sol yarısının ön səthində, döşyanı xətt üzrə, İV-V qabırğalararası sahədə, ayaqaltından 142 sm yuxarıda olan deşilmiş-kəsilmiş yara kimi daxilə nüfuz edərək ürəyi yaralayan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərərək Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirməsinə görə qisas almaq və xuliqaniıq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmiş və bununla da qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqdan və mobil telefondan silah qismində istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslərə müqavimət göstərməklə qərəzli xuliqaniıq hərəkətləri edərək ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və xuliqaniıq niyyəti ilə qəsdən adam öldürmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Səriyyə ilə bir yerdə yaşamış və bir evdə qalmışlar. Elə alınmışdır ki, o, Səriyyə ilə ayrılmalı olmuş, ayrılıq təxminən iki ay davam etmiş, amma arada Səriyyəgilə gedib-gəlmişdir. Hadisə baş verən gün o, işdən çıxıb Səriyyəgilə getmiş, həmin vaxt bıçaq da üzərində olmuşdur. O, Səriyyənin telefonuna mesaj gəldiyini görmüş və Səriyyənin telefonunu alıb qırmışdır. Bu vaxt tanımadığı həmin şəxslər ona yaxınlaşmış və telefonu onun əlindən dartıb almaq istəmişlər. O, telefonu vermək istəməmiş, onlardan uzaqlaşdıqda Niyaməddin yerdə onu vurmuşdur. O, yenə də həmin şəxslərdən uzaqlaşmaq istəmişdir. O, həmin şəxsləri tanımamış və onlarla düşmənçiliyi olmamışdır. O, qorxmuş, yerdən qalxaraq qaçmaq istəmiş, lakin alınmamışdır. Bıçaq daimi olaraq onun üzərində olmamış, işdə lazım olduğu üçün üzərində saxlamışdır. O, hadisə vaxtı döyülmüş, həmin şəxslərin onun üzərinə gəldiklərini görüb özünü müdafiə etmək üçün vurmuşdur. Bıçaqdan həmin şəxsləri qorxutmaq üçün istifadə etmiş, bunlar kameraya da düşmüşdür. Onun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs hadisə vaxtı onun Səriyyəni vurmadığını, Səriyyə ilə ayrılsa da, gediş-gəlişinin olduğunu, hadisə vaxtı döyüldüyünü, böyründən təpiklə vurulduğunu, hadisə vaxtı istifadə etdiyi bıçağın açılan tipli bıçaq olduğunu, həmin bıçağı tapdığını və işdə istifadə etdiyini, Niyaməddini öldürmək niyyətinin olmadığını və onun kim olduğunu sonra bildiyini, hadisədən sonra Niyaməddinin yıxıldığını və yanındakı şəxsin isə qaçdığını gördüyünü, özünün isə geri dönüb qaçdığını, sonra su aldığını və taksi ilə 19-cu Polis bölməsinə gedərək təslim olduğunu, oradan isə 20-ci Polis bölməsinə aparıldığını, bıçağı orada təhvil verdiyini və törətdiyi əməldən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, o, hadisənin şahidi olmamışdır. Belə ki, evdə olduğu vaxt mərhum oğlu Niyaməddin ona zəng etmiş və evə gəlmək istədiyini bildirmiş, o da, gəlməsini demiişdir. Oğlu Niyaməddin subay olmuş və 44 günlük X2 iştirakçısı olmuşdur. Hadisədən sonra təqsirləndirilən şəxsin valideyinlərindən və qohumlarından heç kim onlara gəlməmişdir. Hadisə barədə isə ona digər oğlu zəng etmiş və xəstəxanaya gəlməsini bildirmişdir. O, həmin vaxt Salyanda olmuş, gecə Bakıya çatanda oğlu Niyaməddinin bıçaqlandığını və sonra isə öldüyünü bilmişdir. Suallara cavab olaraq zərərçəkmiş şəxsin hüququ varisi Dərşad Muradov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Qanuni nümayəndə ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxslə təxminən üç il birlikdə yaşamışlar. Sonra ayrılsalar da, Bəxtiyar onun evinə gəlib-getmişdir. Hadisə vaxtı ona İlqar Həsənov adlı tanışından «sms» gəlmişdir. Bəxtiyar onun telefonunda həmin «sms»-i görmüş və telefonu sındırmışdır. Həmin vaxt üç nəfər onlara yaxınlaşmış və Bəxtiyardan nəyə görə qadına qarşı belə hərəkət etdiyini soruşmuşlar. Bəxtiyar isə həmin şəxslərə ailə məsələsi olduğunu bildirmişdir. O, Bəxtiyarın mərhum Niyammədinə bir bıçaq vurduğunu görmüşdür. Sualları cavablandıran zərərçəkmiş şəxs Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs1 bıçaqla vurmasını gördüyünü, Bəxtiyar qaçıb ağacın yanında bıçaqla Niyaməddini vurduğunu, Bəxtiyar üzərində həmişə bıçaq gəzdirdiyini, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs qarşı şikayəti və iddia tələbinin olmadığını, ona qanunauyğun cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının tarixi, vaxtı və yeri barədə məlumatlandırımasına baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamış, həmçinin "Elektron məhkəmə" sistemindən əldə olunmuş çıxarışa əsasən, onun 23 yanvar 2023-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Rusiya Federasiyasına getdiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, ailəsini dolandırmaq üçün Bakıya fəhlə kimi işləməyə tez-tez gəlir, Zərərçəkmiş şəxs1 İkinci Vətən müharibəsində iştirak edən vaxtı tanıdıqdan sonra sonuncu ilə dostluq münasibətləri yaranmışdır. Bakıya işləməyə gələndə Niyaməddinlə əlaqə saxlayaraq, bəzən sonuncunun kirayə qaldığı ünvan 2 ünvanında onunla birlikdə qalmışdır. 4-5 gün əvvəl Bakıya işləməyə gələndə Niyaməddinin yaşadığı həmin evdə qalmağa başlamış, onlardan başqa həmin evdə Nəcməddin, Niyaməddinin atası Dərşad Muradov da yaşamışlar. Hadisə baş verən gün 14 avqust 2022-ci il tarixdə evdə olanda axşam saat 21:00 radələrində Niyaməddin ona və Nəcməddinə deyəndə, Nəcməddini gün vurduğuna görə, onun isə halı olmadığına görə çölə çıxmaq istəməmiş, daha sonra onlar Niyaməddinlə razılaşaraq 3-cü mikrorayona gəzməyə çıxmışlar. Oradan isə «Papanin»də yerləşən «Betonpark»a tərəf gedərək parkda oturmuş və səsküy eşitmişlər. Niyaməddin səs eşidəndə səs tərəf gələn tərəfə baxaraq həmin yerə doğru getmiş, onunla Nəcməddin də Niyaməddinin arxası ilə getmişlər. Parkın içərisində keçid olan pilləkənlərə yaxın yerdə bir qadın və cavan oğlan olduğunu və onların mübahisə etdiyini görmüşlər. Sonradan adını bildiyi Səriyyə adlı qadının yanında balaca qız uşağı və 14-15 yaşlarında oğlan uşağı olmuş, Səriyyənin mübahisə etdiyi cavan oğlan, sonradan adını bildiyi Bəxtiyar adlı şəxsin üzərində olan ağ kofta cırılmış, əlində isə sınıq telefon olmuşdur. Səriyyə ilə Bəxtiyar dalaşaraq, qadın Bəxtiyardan telefon istəyərkən, Niyaməddin Bəxtiyardan nə məsələ olduğunu soruşmuş, Bəxtiyar isə Niyaməddinə Səriyyənin yaşadığı qadın olduğunu, ona qarışmamağı söyləmişdir. Onunla Nəcməddin də qadına yaxınlaşmış, Səriyyə ağlaya-ağlaya Bəxtiyarın telefonunu aldığını, qaytarmadığını onlara söyləmişdir. Səriyyə onlara Bəxtiyardan telefonu almaları üçün köməklik istəyərkən, Bəxtiyar yolun o biri tərəfinə qaçarkən Niyaməddin Bəxtiyarın arxası ilə getmişdir. O, Niyaməddingilin arxası ilə baxanda yolun o biri tərəfində Niyaməddinin Bəxtiyara təpik atdığını, Bəxtiyarın yerə yıxıldığını görmüş, Niyaməddingilin olduğu tərəfə getmək üçün maşın yolunu keçmək istəyərkən Bəxtiyar tez ayağa qalxıb məhləyə tərəf gedəndə, Niyaməddin də Bəxtiyarın arxası ilə qaçmışdır. O, Niyaməddingilin yanına çatanda Bəxtiyarın əlində bıçaq olmuşdur. Bəxtiyar əlində bıçaqla əvvəlcə Niyaməddinin, daha sonra onun üzərinə gələndə, o, Niyaməddinlə arxaya qaçmış, o, yerdən daş götürərkən Bəxtiyarın məhlənin içərisinə doğru qaçdığını, Niyaməddinin isə arxaya doğru üstünü təmizləyərək yola tərəf getdiyini görmüşdür. O da, Niyaməddinə tərəf getməyə başlamış, Niyaməddinin asfalta çatan vaxt yıxıldığını gördükdə, sonuncunu qucaqlayarkən Niyaməddinin vurulduğunu bilməmişdir. Niyaməddinin köynəyi qara olduğuna görə köynəyin üzərində qan olduğunu bilməmiş, lakin Niyaməddinin sol əlində qan olduğunu görəndə Niyaməddinə bıçaq dəydiyini başa düşmüşdür. Həmin vaxt başlarına adamlar yığışarkən yoldan keçən «Toyota prius» markalı maşınlardan birini saxlayaraq Nəcməddinlə birlikdə Niyaməddini maşına mindirmiş, onlarla Səriyyə adlı qadın da qızı ilə birlikdə maşına minərək «Semaşko» adlanan xəstəxanaya Niyaməddini aparmışlar. Həkim ona Niyaməddinin ciblərini boşaltmağı söyləyəndə, o, Niyaməddinin cibindən sonuncunun şəxsiyyət vəsiqəsini, telefonunu götürərək əşyaları xəstəxananın girişində qəbul yerinə verdikdən 5-10 dəqiqə sonra həkim onlara Niyaməddinin öldüyünü söyləmişdir. Daha sonra Niyaməddinin qardaşı Kənan xəstəxanaya gəlib ona yaxınlaşaraq hadisənin necə baş verdiyini soruşduqda, Niyaməddinin ölümü ilə şok vəziyyətində olmuşdur. Nəcməddindən siqarət almağa pul götürərək xəstəxanadan mağazaya tərəf getmək istəyəndə xəstəxananın giriş qapısında Kənan onu görüb əsəbləşərək, qardaşı Niyaməddinə niyə kömək etmədiyinə görə üstünə gəlməyə başlamış, o, xəstəxanadan uzaqlaşarkən xəstəxananın qarşısında polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları ilə birlikdə xəstəxanaya gedərək Səriyyə adlı qadını axtarmış, Səriyyəni xəstəxanadan tapdıqdan sonra Səriyyə adlı qadın Bəxtiyarın harada olduğunu bildiyini söyləmiş, o, polis əməkdaşları ilə birlikdə Bəxtiyarı axtarmağa «20 «Yanvar» metrosu tərəfə getdikdən sonra Bəxtiyarın kirayədə qaldığı evə doğru gedərkən yanında olan polis əməkdaşlarından birinə Bəxtiyarın polis bölməsinə təslim olması barədə məlumat verilmişdir. O, polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 20-ci polis bölməsinə getmişdir. Zərərçəkmiş şəxs Vüsaol Əhmədov bildirmişdir ki, Niyaməddin Bəxtiyarın arxası ilə qaçanda əvvəlcə onunla birlikdə Nəcməddin Səriyyə adlı qadının yanında olmuş, daha sonra o, Niyaməddingil tərəf getməyə başladıqdan sonra Nəcməddinin harada olduğunu xatırlamır. Bəxtiyar bıçaqla onların üzərinə gələndə Nəcməddin onların yanında olmamış, Niyaməddin yolun kənarında yıxılanda Nəcməddin onların yanında olmuşdur. O, Bəxtiyarı Niyaməddini bıçaqla yaraladığı vaxtı hava qaranlıq olduğuna görə görməmişdir. Ona təqdim olunan videogörüntüyə baxaraq bildirmişdir ki, videogörüntüdə olan ağ köynəkli şəxs Bəxtiyar, onunla dalaşan şəxs Niyaməddin, arxadan gələn şəxs isə özü olmuş, ətrafda olan digər şəxsləri isə tanımır. İkinci videoda isə artıq Niyaməddin yolun kənarına yıxılmış, ətrafdakı şəxslər onların başına yığışmışlar. O, həmçinin Bəxtiyarın Səriyyəni vurduğunu görmədiyini, sonuncuların telefon üstündə mübahisə etdiyini bildirmişdir (cild 2, iş vərəqi 98-102). Məhkəmə iclasında şahid qismində dinidirilən Şahid4 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün «Əcəmi» metrostansiyasının yanında olmuşdur. Həmin vaxt anası Səriyyə ona zəng edərək "Bəxtiyar zəng edib hədə qorxu gəlir, sənə nə isə edəcək, gəl gedək 19-cu polis bölməsinə şikayət edək" sözlərini demişdir. Onlar 19-cu bölməsinə getmiş, orada onlar ərazi üzrə 20-ci polis bölməsinə göndərilmişlər. Onlar 19-cu bölmədən çıxıb gedən zaman Bəxtiyar onlara zəng etmiş və polis bölməsinə getməməyi, gəlib söhbət etmələrini bildirmişdir. O isə, sabah söhbət etmələrini demişdir. Bəxtiyar taksidə olduğunu, çatdığını bildirmişdir. Sonra Bəxtiyar gəldikdən sonra telefonu alıb qaçmış və anası Səriyyəni vurmuşdur. O da, Bəxtiyarın köynəyini cırmışdır. Bu vaxt bir-iki nəfər şəxs gəlmiş, həmin şəxslər nə məsələ olduğunu soruşmuşlar. Bəxtiyar isə ailə məsələsi olduğunu deyib yolun digər tərəfinə qaçmış, həmin şəxslər də Bəxtiyarın arxasınca qaçmışlar. Sonra onlar da yolun digər tərəfinə qaçmış və Bəxtiyarın mərhum Niyaməddini vurduğunu görmüşlər. Sualları cavabandıran Şahid4 hadisə vaxtı Bəxtiyarın telefonla anası Səriyyəni vurduğunu və telefonu götürüb qaçdığını, telefonun qırılması anını xatırlamadığını, üç nəfər şəxsin gəlib “nə məsələdir» deyə soruşduqları zaman anası Səriyyənin yerdə oturduğunu, Bəxtiyar qaçan zaman əvvəlcə Niyaməddinin, sonra isə Vüsalın onun arxasınca qaçdığını, üçüncü şəxsin isə onların yanında qaldığını, hadisənin necə baş verdiyini görmədiyini, həmin vaxt şokda olduğunu, Niyaməddinin yerdə uzanmış halda olmasını sonradan gördüyünü, sonra Bəxtiyarın qaçmasını gördüyünü, həmin vaxt heç kimi köməyə çağırmadıqlarını, həmin üç nəfər şəxsin özlərinin onlara yaxınlaşdıqlarını, həmin vaxt anasının yerdə ağladığını, bacısının onun yanında ağladığını, onun isə şokda olduğunu, anası Səriyyənin telefonunu istədiyini, Bəxtiyarın isə telefonu vermədiyini, həmin üç nəfər şəxsin anası Səriyyənin ağladığını görüb nə məsələ olduğunu soruşduqda, Bəxtiyarın qaçdığını, Niyaməddinin də onun dalınca qaçdığını, Niyaməddinin Bəxtiyara çatıb onu tutmasının onun yadında olmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dinidirilən Şahid2 ifadəsində bildirdi ki, hadisə baş verən gün evdə olmuş və həmin vaxt qardaşı Niyaməddinin telefonu ilə ona zəng gəlmişdir. Zəng edən şəxs təcili «Semaşko» xəstəxanasına gəlməsini ona bildirmişdir. O, evdən çıxıb xəstəxanaya getmiş, xəstəxanaya çatanda artıq qardaşı reanimasiya şöbəsinə yerləşdirilmişdir. Sonra o, atası Dərşada zəng etmiş və atası rayondan Bakıya gəlmişdir. Həmin vaxt xəstəxanada Zərərçəkmiş şəxs3 və qardaşının digər bir dostu olmuşdur. Sonra həmin şəxslər getmiş və o, xəstəxanada tək qalmışdır. Bir qədər sonra atası Dərşad gəlmiş və sonradan onlara qardaşı Niyaməddinin rəhmətə getdiyi bildirilmişdir. Sualları cavablandıran Şahid2 qardaşının telefonu ilə zəng edən şəxsin Zərərçəkmiş şəxs3 olduğunu, Vüsalın hadisə yerində olduğunu, xəstəxanaya çatanda Vüsal ilə görüşdüyünü və Vüsalın qadının döyülməsinə kömək edən zaman Niyaməddinin vurulduğunu ona dediyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Niyaməddinlə birlikdə bir evdə qalmışdır. Hadisə günü Niyaməddin və Vüsalla birlikdə parka gəzintiyə getmişlər. Həmin vaxt səsküy gəlmiş, onlar səs gələn tərəfə getmişlər. Həmin vaxt onlar orada olan oğlanın kiminləsə mübahisə etdiyini görmüş, həmin oğlandan nə baş verdiyini soruşduqda, oğlan heç bir cavab verməmiş, ailə məsələsi olduğunu demişdir. O, bunu eşidəndən sonra kənara çəkilmişdir. Həmin qadın oğlanın onun telefonunu aldığını bildirmiş və telefonun geri alınmasında köməklik istəmişdir. Bu vaxt həmin oğlan qaçmış və Niyaməddin də oğlanın arxasınca qaçmışdır. Bu vaxt o, həmin oğlanın Niyaməddinlə dartışdığını görmüşdür. Bundan sonra həmin oğlan qaçmış, Niyaməddin isə yerə yıxılmışdır. O, nə olduğunu soruşduqda, Niyaməddin ona bıçaq dəydiyini demişdir. Sonra onlar maşın saxlamış və Niyaməddini “Semaşko» xəstəxanasına aparmışlar. Həmin vaxt onların üçü, həmçinin hadisə yerində olan Səriyyə adlı qadın da onlarla birlikdə getmişdir. Sualları cavablandıran Şahid1 hadisə vaxtı Bəxtiyarın əlində bıçaq görmədiyini, Bəxtiyarın əlində telefon olduğunu, o, uzaqda olduğu üçün hadisəni dəqiq görmədiyini, Niyaməddin və Bəxtiyarın bir-birinə təpik-yumruq atdıqlarını, Bəxtiyar qaçandan sonra Niyaməddinin arxaya qayıdıb asfaltın üstünə yıxıldığını, həmin vaxt Bəxtiyarın köynəyinin cırılmış vəziyyətdə olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, hadisə baş verən günü gecə saat 11-12 radələrində maşınla gedən zaman 3-4 nəfər maşının qabağına keçmiş və xəstə olduğunu bildrib, onu təcili xəstəxanaya çatdırmaq lazım olduğunu demişlər. O, etiraz etməmiş və həmin şəxsi maşının salonuna mindirmişlər. O, yolda gedən zaman həmin şəxsin bıçaqlandığını bilmişdir. Sualları cavablandıran şahid Fərid Həsənov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin vaxt hadisə barədə əvvəlcədən məlumatı olmadığını, maşında yolda gedən zaman bıçaqlanma hadisəsi baş verməsi barədə məlumat aldığını məhkəməyə bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 03 noyabr 2022-ci il tarixli üzləşdirmə protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiklərini Qanuni nümayəndə üzünə deməklə yanaşı, hadisə vaxtı sonuncuya qarşı nalayiq ifadələr işlətdiyini əlavə olaraq bildirmişdir (cild 2, iş vərəqi 146-150). Cinayət işinə əlavə edilmiş baxış keçirilməsi haqqında 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava, Salamzadə küçəsi “Betonpark” adlanan yerüstü piyada keçidin yaxınlığıdır. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 49-55). İş materiallarında olan 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılmışdır. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi şəraiti təsvir etməklə hadisənin harada və necə baş verdiyini qeyd edərək bildirmişdir ki, hadisə baş verən gün həmin yerdə saat 22 radələrində Səriyyə ilə mübahisə etmiş, həmin vaxt Səriyyənin uşaqları da yanında olmuş, Səriyyənin telefonunu əlindən alaraq sındırmış və həmin vaxt oradan keçən və sonradan tanıdığı Zərərçəkmiş şəxs1 ona irada tutaraq telefonu Səriyyəyə verməsini bildirmiş, o isə, etiraz edərək yolun digər tərəfinə keçmiş, Niyaməddin isə onun arxasınca gəlmiş və yolun digər tərəfində onu itələyərək yıxıb yerdə bir dəfə ona təpik vurmuşdur. Sonra o, digər iki şəxsin də gəldiyini və Niyaməddinin də onu döydüyünü görüb qorxaraq, özünü müdafiə etmək üçün sol tərəfdə kəmərinin altında olan bıçağı çıxardıb sonuncunun sinə nahiyəsindən xəsarət yetirmiş və Niyaməddinin ondan uzaqlaşdığını görüb hadisə yerini tərk etmişdir (cild 1, iş vərəqi 130-134). Məhkəmə tibbi ekspertizasının 15 avqust 2022-ci il tarixli 92 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 meyitində aşağıdakılar müəyyən edilmişdir. - Döş qəfəsinin sol yarısının ön səthində, döşyanı xətt üzrə, İV-V qabırğalararası sahədə, ayaqaltından 142 sm yuxarıda olan (3,0x0,8 sm ölçüdə) deşilmiş-kəsilmiş yara daxilə nüfuz edərək ürəyi yaralayır. Yara saat siferblatının “1” və “7" rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Yara kanalının ümumi uzunluğu təxminən 9-10 sm-dir, istiqaməti öndən-arxaya, aşağıdan-yuxarıya və sağdan-sola doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd-qırmızı rəngli qansızmalıdır. Həmin yaranın aşağı bucağından başlayaraq aşağıya doğru davam edən 9,2x0,3sm ölçüdə səthi kəsilmiş yara vardır. - Qeyd edilən deşilmiş-kəsümiş yara həyatidir, Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəlidir. - Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş yara ülgücə və küpə malik yastı tiyə tipli hər hansı bir deşici-kəsici alətin təsirindən törənmişdir, ola bilsin ki, ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçağın və ona oxşar digər bıçaqların tiyəsinin deşici-kəsici təsirindən törənməsi mümkündür. - Sol əlin arxa səthinin kəsilmiş yarası həyatidir, ölümündən az əvvəl iti kənara malik olan əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir, Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi yoxdur. - Alın nahiyəsinin sağ yarısının əzilmiş yaraları həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər, Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi yoxdur. Qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən, dəqiq olaraq hansı şəraitdə törənməsi hüquqi müstəvidə aydınlaşa bilər. - Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin ön səthinin daxilə nüfuz edərək ürəyin zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yaranın törətdiyi kəskin qanitirmə olmuşdur. - İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün kəskin qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə saat 09:00-da) təxminən 8-12 saat əvvəl baş vermişdir. - Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsirə malik maddələr aşkar edilməmişdir. - “dava-dalaş” hüquqi məfhum olduğundan məhkəmə-tibbi baxımından qiymətləndirilməsi mümkün olmadı (cild 2, iş vərəqi 5-12). Məhkəmə-tibbi ekspertizasının 25 avqust 2022-ci il tarixli 1051 nömrəli rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir. - Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol əlin İV və V barmaqlarının səthi kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda ağlamlığa zərər vurmayan xəsarətlərə adil edildiklərindən dərəcələri təyin olunmur. - Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər bıçağın tiyəsinin kəsərinin təsirindən əmələ gələ bilmələri mümkündür (cild 2, iş vərəqi 1-4). Məhkəmə-tibbi ekspertizasının 15 avqust 2022-ci il tarixli 1043 nömrəli rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir. - Qanuni nümayəndə bədən səthində aşkar edilmiş xəsarət - sol bazunun yuxarı 1/3-nin bayır səthinin qançırı küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə adil edildiklərindən dərəcələri təyin olunmur. - Qanuni nümayəndə bədən səthində aşkar olunmuş xəsarət müxtəlif şəraitlərdə yarana bildiyindən, dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilər (cild 1, iş vərəqi 135-140). İş materiallarında olan lifli materialların tədqiqi ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 6/4785 nömrəli rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: - Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. - Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd göy rəngli matira olunmuş kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən şalvarın tərkib lifləri uyğun gəlirlər. - Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur (cild 1, iş vərəqi 13-19). Məhkəmə-tibbi bioloji ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 566/2022-MTBŞ saylı rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs1 məxsus şalvar, kofta, tuman, Təqsirləndirilən şəxs məxsus kofta, şalvar və mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigenləri alındı, Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri A beta/H/(H) qruplu şəxsə, o cümlədən X1 məxsus ola bilər. “H” antigeni həmçinin O(l) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələrində ABO sistemi üzrə O alfa, beta (l) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs qarışmış qanının olması da inkar olunmur (cild 2, iş vərəqi 20-27). Məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik tədqiqinə dair 450-MTKŞ/2022 saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sol yuxarı nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. - Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sol yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının ön səthində olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üstüstə düşürlər. Zərərçəkmiş şəxs1 bədəninin sol əlin arxa səthində olan bir ədəd kəsilmiş yara və alın nahiyəsinin sağ yarısında olan bir ədəd əzilmiş yara onun paltarı üzərində öz əksini tapmamışdır. Bu da həmin nahiyələrin paltarların örtülməməsi ilə izah oluna bilər. - Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus şalvar və tuman üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. - Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək, mayka və şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. - Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır (cild 2, iş vərəqi 28-34). Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın 19 sentyabr 2022-ci il tarixli 2510 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Məhkəmə-psixiatrik ekspertizası üzrə: - Təqsirləndirilən şəxs 14 avqust 2022-ci il tarixdə cinayət əməlini törədən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar edilmir. - Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. - Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində aniaqlı hesab edilməlidir. - Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. - Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və ya həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. - Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. - Təqsirləndirilən şəxs hal-hazırda öz əməlini dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə: - Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olduğu, həmçinin xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Konfliktə və mübahisə etməyə meyllilik, eqosentrizm, kobudluq, nümayişkärənəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. - Təqsirləndirilən şəxs hadisədən əvvəl psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hadisə zamanı psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. - Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı hərəkətlərinə əhəmiyyətli dərəcədə təsir edən psix-emosional vəziyyətdə olmamışdır (cild 2, iş vərəqi 35-39). Məhkəmə narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixi 5132 saylı rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir. - Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcbur müalicəyə ehtiyabı yoxdur (cild 2, iç vərəqi 40-42). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 noyabr 2022-ci il tarixli 9/1939 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd arxa gövdəsi ağ rəngli, “Realme2” markalı, sensor dizaynlı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadə olmasını nəzərə alaraq, zədələnməmişdən əvvəl normal vəziyyətdə 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 250,00 manat, halhazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə ehtiyat hissəsi kimi 5,00 manat, 1 ədəd yaşıl rəngli, istifadədə olmuş “Baseus” markalı qobur 1,00 manat müəyyən edilir (cild 2, iş vərəqi 141- 144). İş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Nəsimi rayon Polis idarəsinin 20-ci Polis bölməsindən daxil olmuş bir ədəd sınmış vəziyyətdə olan mobil telefona Qanuni nümayəndə iştirakı ilə baxış keçirilmiş, baxış zamanı mobil telefonun smartfon tipli olduğu, bir neçə hissəyə bölündüyü, telefonun arxa hissəsində “Realme” yazısı olduğu, telefonun sim kart hissəsinin boş olduğu, hər hansı nömrənin aşkar olunmadığı müəyyən edilmişdir. Telefon yararsız vəziyyətdə oluduğu üçün telefonu açmaqla baxış keçirilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 78-79). İş materiallarında olan 15 avqust 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 15 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü şəkildə istintaqa təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs1 ürək nahiyəsindən vurduğu 1 ədəd bıçağa baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, bıçaq-qatlanan tiplidir, tiyə və dəstəkdən ibarətdir, bağlı vəziyyətdə ölçüləri 138x34x11 mm, tiyəsi açıq vəziyyətdə ümumi uzunluğu 240 mm-dir. Bıçağın tiyəsi qara rəngli metal materialdan hazırlanmışdır, tiyəsinin uzunluğu 102 mm, eni 27 mm, ortası 25 mm, ucunda isə 1 mm-dir. Tiyənin üzərində işlənmə izləri və kəsici kənarın üzərində qəhvəyimtil rəngli ləkələr vardır. Tiyənin sol yan səthinə “Rinjyznj” sözü yazılmış, sol yan səthin əsasına “K-860” rəqəmləri həkk olunmuşdur. Bıçağın dəstəyi qara rəngli metal materialdandır, bıçağın üzərində əqrəb təsviri olan göy rəngli metallik lövhələr bərkidilmişdir. Dəstəyin uzunluğu 138 mm, eni əsasında 35 mm, ortada 28 mm, sərbəst ucunda 35 mm, qalınlığı 11 mm-ə qədərdir. Dəstəyin sol yan səthinin əsasında gümüşü rəngli metal düymə vardır, bu düymə tiyəni açıb-bağlamaq üçün nəzərdə tutulmuşdur. Bundan əlavə bu düymədən arxada gümüşü rəngli digər bir ikinci düymə vardır. Dəstəyin üzərində işlənmə izləri qeyd edilir, bıçağın üzərində qan izləri aşkar edildi (cild 1, iş vərəqi 80-81). İş materiallarında olan 18 avqust 2022-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci Polis bölməsindən daxil olmuş hadisənin videogörüntüləri olan 1 ədəd diskə baxış keçirilmişdir. VİD-20221111-WA0006.mp4 adlı videofayla baxış zamanı müəyyən olunmuşdur ki, videogörüntü 14 avqust 2022-ci il tarixdə saat 22:45:30 saniyədə başlayır və 31 saniyə davam edir. Çəkiliş Nəsimi rayonu, Salamzadə küçəsi, “Beton park” adlanan yerin yaxınlığında yer üstü piyada keçidi istiqamətində həyata keçirilmişdir. Görüntüdə avtomobillər yol boyunca hərəkət edir və avtomobillərdən biri yolun ortasında dayanaraq hərəkəti məhdudlaşdırır. “Beton Park” adlanan ərazidə olan insanlar yolun digər tərəfinə keçib bir yerdə toplaşırlar. VİD-20221103-WA0000.mp4 adlı videofayla baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü gecə vaxtı çəkilmişdir. Görüntüdə Nəsimi rayonu, Salamzadə küçəsi, “Beton Park” adlanan yerin yaxınlığında yerüstü piyada keçidinin yolun digər tərəfində olan pilləkanlar görünür. Bir nəfər kişi cinsli, ağ qısaqol köynək geyinmiş şəxs iti addımlarla “Beton Park” adlanan yerdən küçənin digər tərəfinə hərəkət edir. Bu vaxt onun arxasından gələn kişi cinsli, hündür boylu, qara şalvar və qara qısaqol köynək geyinmiş şəxs digər şəxsin yaxasından və əlindən tutur. Hər iki şəxs əlbəyaxa olub bir-birlərini kənara itələyir və ağköynəkli şəxs sol əli ilə digər şəxsin üzünə vurmaq üçün zərbə endirir, lakin digər şəxs kənara çəkilir. Elə bu vaxt ağ köynəkli şəxs şalvarının sol yan cibi tərəfdən sol əli ilə açılıb-qatlanan bıçaq çıxardır və digər əlinin köməkliyi ilə həmin bıçağı açır. Həmin vaxt digər bir qara köynəkli kiçi cinsli şəxs də oraya yaxınlaşır. Ağ köynəkli oğlan sol əlini yuxarı qaldırıb bərk zərbə ilə mübahisə etdiyi qara köynəkli oğlanın sinə nahiyəsinə vurur. Bundan sonra qara köynəkli oğlan geri çəkilsə də, ağ köynəkli oğlan hər iki qara köynəkli oğlanın arxasınca qaçır və görüntüdən kənara çıxırlar. Bir neçə saniyə sonra isə ağ köynəkli oğlan yenidən çəkilişdə görünür və küçənin digər istiqamətində qaçaraq hadisə yerindən uzaqlaşır. Hadisə vaxtı yaxınlıqdakı evdə yaşayan şəxslər hadisənin şahidi olurlar və onlardan ikisi hadisəni görən kimi qorxaraq evlərinə daxil olurlar. Hadisə yolun ortasında olduğu üçün avtomobillərin gedişi məhdudlaşır və hadisənin bitməsini gözləyirlər (cild 1, iş vərəqi 164-167). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” X7 daxil olmuş 23 sentyabr 2022-ci il tarixli 8891 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 xəstəxanada müalicədə olmaları barədə məlumat yoxdur (cild 2, iş vərəqi 225- 228). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Bakı şəhər narkoloji mərkəzi” Publik hüquqi şəxsinin 22 sentyabr 2022-ci il tarixli 4297 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 xəstəxanada qeydiyyatda olmamışlar (cild 1, iş vərəqi 229-230). Cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinə gələrək könüllü təslim olmuş və cinayəti törədərkən istifadə etdiyi qatlanan tipli bıçağı təqdim etmişdir (cild 1, iş vərəqi 16). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə məlumat yoxdur (cild 2, iş vərəqi 152-153). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün dəlillər gətirmədi. Qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən, 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməl az ağır, Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, 15.3-cü maddəsinə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər ağır cinayətlər, 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 221.3 və və 228.4-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.3-cü maddələrinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, ona cəza təyin olunması zamanı Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəaları tətbiq olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti və məhkəmə baxışı zamanı həbsdə olduğu müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 15 avqust 2022-ci il tarixli könüllü təqdim etmə protokoluna əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci Polis bölməsinə könüllü təslim olmuş, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1, 132.1.6 və 132.1.7-ci maddələrinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, dəyəri olmayan digər əşyalar isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş iş üzrə maddi sübutlar - 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd tünd göy rəngli şalvar, 1 ədəd qara rəngli kofta, 1 ədəd qara rəngli alt paltar, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qısaqol köynək, 1 ədəd açıq mavi rəngli cins şalvar, 1 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Qanuni nümayəndə məxsus 1 ədəd “Realme” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə qaytarılmalı və Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci Polis bölməsindən təqdim olunmuş videomüşahidə kameralarının görüntülərini özündə əks etdirən 1 ədəd disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 139 (yüz otuz doqquz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 139 (yüz otuz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş materiallarında olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri, 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmiş, bununla bağlı vəkilə ödəniləcək müdafiə xərcləri 420 (dörd yüz iyirmi) manat təşkil edir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsi müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 420 (dörd yüz iyirmi) manat pul vəsaiti isə Bakı şəhəri, 21 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 221.3 və və 228.4-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.3-cü maddələri ilə 17 (on yeddi) il müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - cinayət törədilərkən istifadə olunmuş 1 ədəd bıçaq, mərhum Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd tünd göy rəngli şalvar, 1 ədəd qara rəngli kofta, 1 ədəd qara rəngli alt paltar, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qısaqol köynək, 1 ədəd açıq mavi rəngli cins şalvar, 1 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin: - zərərçəkmiş şəxs Qanuni nümayəndə məxsus 1 ədəd “Realme” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə qaytarılsın; - Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsindən təqdim olunmuş videomüşahidə kameraları görüntülərini özündə əks etdirən 1 ədəd disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 139 (yüz otuz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 420 (dörd yüz iyirmi) manat pul vəsaiti Bakı şəhəri, 21 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar