Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-497/2024 19.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi – “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hacıbədəlli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 15:30-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədilə şəxsiyyəti istintaqa “Əli” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Əli” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, 15 fevral 2023-cü il tarixdə sonuncunun tapşırığı ilə “Nəsimi” metrostansiyasının yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, təmiz çəkisi 1214,027 qram narkotik vasitə heroini və təmiz çəkisi 0,906 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq həmin narkotik vasitə və psixotrop maddələri digər şəxslərə çatdırmaq üçün müvafiq yerə qoymaq məqsədi ilə bükümlərə ayıraraq bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı mənzildə saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 18 fevral 2023-cü il tarixdə saat 14:00 radələrində Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanaraq Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilib bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol yan cibindən aşkar edilmiş “Winston” markalı siqaret qutusunun içərisindən 01 bükümdə və həmin gödəkçənin sağ yan cibindən aşkar edilmiş “Winston” markalı siqaret qutusunun içərisindən 02 bükümdə, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 12,512 qram, 0,505 qram və 1,010 qram olmaqla, ümumi təmiz çəkisi 14,027 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin gödəkçənin sağ yan cibindən aşkar edilmiş “Winston” markalı siqaret qutusunun içərisindən 01 bükümdə təmiz çəkisi 0,906 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin gödəkçənin sol yan cibindən aşkar edilmiş “Winston” markalı siqaret qutusunun içərisindən üzərində heroin izləri olan bir manatlıq pul əskinasından hazırlanmış 01 ədəd borucuq, həmin gödəkçənin sağ yan cibindən üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 17 radələrində Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağında olan çarpayının üzərindəki döşəyin altından 01 ədəd bükümdə, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən, təmiz çəkisi 1200 qram olan külli miqdarda, qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 18 fevral 2023-cü il tarixdə saat 09:30 radələrində yaşadığı evdən çıxıb narkotik vasitə almağa gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparılmışdır. Həmin polis bölməsində baxış keçirilən zaman üzərindən heç nə aşkarlanmamış, daha sonra polis əməkdaşları ona qarşı təzyiq göstərmiş, hədə-qorxu gəlmişlər. Polis bölməsində onun üzərinə baxış müdafiəçisinin iştirakı olmadan keçirilmişdir. Bundan sonra o, polis bölməsinin müvəqqəti saxlama yerinə aparılıb yenidən həmin polis bölməsinə gətirilmiş, barəsində tərtib olunmuş ittiham aktında saxlanıldıqdan sonra buraxıldığı yazılsa da, o, tutulduqdan sonra heç vaxt polis əməkdaşları tərəfindən azadlığa buraxılmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, narkotik vasitəni “Keşlə” qəsəbəsində yaşayan tanımadığı şəxslərdən aldığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, narkotik vasitə istifadəçisi olduğuna görə polis əməkdaşları tərəfindən saxlanıldığını düşündüyünü, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, “Keşlə” qəsəbəsində saxlanılan zaman üzərinə baxış keçirilmədiyini, baxışın Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində aparıldığını, baxış keçirilməzdən əvvəl, habelə həmin istintaq hərəkəti zamanı müdafiəçisinin dəvət edilmədiyini, evinə baxışın videoçəkiliş olmadan aparılmasına dair ərizə təqdim etmədiyini, həmin gün anası cərrahi əməliyyat olduğuna görə 1 saat müddətində rayondan gələcəyini bildiyindən həmin müddət ərzində narkotik vasitəni alıb geri qayıdacağını düşündüyünü, onunla birgə evində baxış keçirilməzdən əvvəl polis əməkdaşlarının 10 dəqiqə müddətində evinə daxil olduğunu, sonra isə onunla birgə evinə gəlib baxış istintaq hərəkətinin aparıldığını və ilk olaraq onun otağının yoxlanıldığını, lakin otağında narkotik vasitə olan heroini qoyduğu yerə baxmadıqlarını, anasının otağındakı döşəyin altından narkotik vasitə çıxarılanda etiraz etdiyini, çünki narkotik vasitəni öz otağında və ya digər yerlərdə gizlədə biləcəyini, yaşadığı evə baxış keçirilməzdən əvvəl polis əməkdaşlarının onu polis avtomobilində saxlayıb evinə daxil olduqlarını, yaşadığı evə baxış keçirilən zaman özünün könüllü şəkildə heç nəyi təqdim etmədiyini, evindən çıxarılan bağlamanın ona məxsus olmadığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, iki ilə yaxın müddətdə müxtəlif növ narkotik vasitələrdən istifadə edir. O, narkotik vasitələri həmin dövr ərzində tanımadığı müxtəlif şəxslərdən almışdır. Sonuncu dəfə isə “İnstagram” sosial şəbəkəsində tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, lakin Azərbaycan Respublikasının ərazisində yaşadığını bildirən "Əli” adlı şəxslə tanış olmuş, sonuncu ona mesaj yazaraq narkotik və psixotrop maddələrin satışında kömək etməyi, göndərəcəyi narkotik vasitə və psixotrop maddələri deyəcəyi çəkidə hissələrə bölüb münasib yerlərə qoymağı və həmin yerlərin fotolarını və dəqiq ünvanlarını bildirməyini, bunun müqabilində ona xeyli miqdarda pul verəcəyini dedikdə, o, maddi imkanı yaxşı olmadığından razılaşmışdır. 15 fevral 2023cü il tarixdə “Əli” adlı şəxs onunla “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb Nəsimi rayonunda hazırda xatırlamadığı ünvana külli miqdarda narkotik və psixotrop maddələr qoyduğunu bildirib həmin yerin işarələnmiş şəklini qeyd etdiyi sosial şəbəkə vasitəsi ilə göndərdiyindən, o, saat 23 radələrində həmin ünvana gedib yerdə bir ədəd bağlı sellofan görmüşdür. O, sellofanı açıb baxdıqda içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr olan müxtəlif həcmli bükümlər görmüş, həmin bükümləri yaşadığı ünvan 6 ünvanına gətirərək evin müxtəlif guşələrində gizlətmişdir. 18 fevral 2023-cü tarixdə, saat 04 radələrində həmin bükümlərdən birini açaraq Əlinin dediyi çəkilərdə xırda bükümlərə ayıraraq şəhərin müxtəlif yerlərinə qoymuş və fotolarını çəkərək “İnstagram” vasitəsi ilə sonuncuya göndərmiş, 03 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamini isə əynində olan şalvarın cibində saxladığı siqaret qutularının içinə qoymuşdur ki, “Əli” ona xəbər edən zaman hissələrə ayırıb müxtəlif yerlərə qoysun. Bu səbəbdən də, üzərində elektron tərəzi gəzdirmişdir. Həmin gün, yəni 18 fevral 2023-cü il tarixdə, saat 14 radələrində ünvan 7 ünvanının yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində, o cümlədən satışında şübhəli olduğunu bildirib həmin şəxslərlə birgə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə getməli olduğunu dedikdə, o, üzərində narkotik vasitə və psixotrop maddələr olduğundan ilk öncə getməkdə tərəddüd etsə də, sonradan bunun mənasız olduğunu düşünüb həmin polis bölməsinə getmişdir. Orada ona hüquq və vəzifələri izah edilmiş, xahişi əsasında o, dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Bir qədər sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etməyi bildirilmişdir. Bu zaman o, əynində olan şalvarın və gödəkçənin cibində saxladığı şəxsi əşyalarını, o cümlədən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan 02 ədəd “Winston” markalı siqaret qutularını təqdim etmişdir. Təhqiqatçı tərəfindən “Winston” markalı siqaret qutusuna baxış keçirilmiş, baxış zamanı həmin qutunun içərisindən siqaret dənələrindən başqa 01 ədəd narkotik vasitə istifadə etmək üçün borucuq formasında düzəltdiyi 01 ədəd 01 nominaldan Azərbaycan manatı və 01 ədəd sellofan bükümdə heroin aşkar edilərək götürülmüşdür. Digər siqaret qutusuna baxış keçirilən zaman isə içərisindən 02 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamin aşkar edilmişdir. Bundan sonra, onun üzərindən aşkar edilmiş həmin bükümlər, borucuq formasında düzəltdiyi 01 nominal manat və tərəzi ayrıayrılıqda zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa, üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Üzərindən aşkar edilən digər şəxsi əşyaları, yəni 01 ədəd qara rəngli pul qabı və cib dəsmalı ona geri qaytarılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün iştirakçılar, o cümlədən onun tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra o, ərizə ilə müraciət edərək yaşadığı ünvan 8 ünvanında narkotik vasitə heroin saxladığını və onu təqdim etmək istədiyini bildirdiyindən, polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə yaşadığı həmin mənzilə baxış keçirilən zaman o, yataq otağında olan çarpayının üzərindəki döşəklərin altında gizlətdiyi 01 ədəd içərisində narkotik vasitə heroin olan iri həcmli bükülünü təqdim etmişdir. Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş və içərisində həqiqətən də narkotik vasitə heroin olduğu müəyyən edildikdən sonra həmin bükülü təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, daha sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün o, imzası ilə təsdiq etmişdir. O, üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş həmin narkotik vasitə və psixotrop maddələri üçüncü şəxslərə çatdırmaq üçün müxtəlif yerlərə qoymaq və bunun qarşılığında pul qazanmaq məqsədi ilə “Əli” adlı şəxsdən əldə etmişdir. Əlinin haqqında başqa heç nə bilməmiş, sonuncu ilə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. O, “Əli” ilə hər danışdıqdan sonra “İnstagram” tətbiqini silmiş, daha sonra yenidən yükləmiş, hər dəfə də yeni istifadəçi adı ilə daxil olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və araşdırmanın digər mərhələlərində ona qarşı heç bir təzyiq edilməmiş, sərbəst şəkildə baş verənləri bildirmişdir. O, narkotik vasitə və psixotrop maddələri “Nəsimi” metrostansiyasının yaxınlığından götürmüş, lakin konkret ünvanları bilmir. Üzərində və yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddənin olmasından heç kimin məlumatı olmamış, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri üçüncü şəxslərə çatdırmaq üçün müxtəlif yerlərə qoyaraq qazanc əldə etmək məqsədi ilə “Əli” adlı şəxsdən əldə etmiş, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsini sonradan dəyişərək ilkin ifadəsində göstərdiklərini qismən təsdiq etməklə məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılıb 23-cü Polis Bölməsinə gətirilən zaman üzərindən aşkar edilmiş “Winston” markalı siqaret qutusunun içərisində olan 01 ədəd bükümdən ibarət təxminən 13 qram heroin, 01 ədəd büküm metamfetamin, üzərində heroin izləri olan bir manatlıq əskinasdan hazırlanmış borucuq və 01 ədəd elektron tərəzi ona məxsus olmuş, lakin yaşadığı mənzilə baxış keçirilərək mənzildən götürülmüş 01 ədəd bükümdə 1200 qram çəkidə narkotik vasitə heroin olan bağlama isə onun olmamışdır. O, üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri şəxsi istifadə məqsədə tanımadığı şəxsdən əldə etmiş, tutulmazdan bir gün əvvəl Nəsimi metrostansiyasının yaxınlığından götürmüşdür. O, gündəlik 0,1 qram heroin, təqribən 0,05 qram isə metamfetamin istifadə etmiş, tərəzini isə aldığı narkotik tərkibli maddələrinin qramının düzgün olub-olmamasını müəyyən etmək üçün üzərində daşımışdır. O, həmişə almaq imkanı olmadığından, birdəfəlik almağı üstün tutmuşdur. O, polis əməkdaşları tərəfindən Keşlə qəsəbəsində saxlanılarkən, üzərinə baxış keçirilmiş, polis bölməsinə aparıldıqdan sonra həmin bükümləri cibinə qoyub yenidən baxış keçirilməsi təklif olunmuşdur. Evə baxış keçirilən zaman narkotik vasitə anasının döşəyinin altından aşkarlanmış, narkotik və psixotrop maddənin satışı ilə məşğul olmamış, adlarını xatırlamadığı tanışlarına bir neçə dəfə narkotik vasitənin ağrıları olduğu üçün həmin şəxsləri ağrılardan xilas etmək üçün vermiş, eyni səbəbdən ona da narkotik vasitə və psixotrop maddə təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Vüsal adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində ünvan 7 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilmişdir. Həmin polis bölməsində təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan 02 ədəd siqaret qutusunu təqdim edib içərisində 03 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, habelə 01 ədəd elektron tərəzini təqdim etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs saxlanılan zaman Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə getməyə etiraz etdiyini, lakin polis əməkdaşlarına hər hansısa müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən vaxt orada iştirak etdiyini, Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd sellofan bağlamanın aşkarlandığını, Təqsirləndirilən şəxs həmin bağlamada narkotik maddə heroin olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman sonuncunun anasının evdə olduğunu, həmin şəxs cərrahi əməliyyat edildiyinə görə bir müddət evdə yaşadığını, sonuncunun evdə olmadığı müddətdə evə kimləri gətirdiyini Təqsirləndirilən şəxs soruşduğunu, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən, polis əməkdaşları kimi təhqiqatçı Rəşad Vəliyevlə polis bölməsinin əməkdaşları Şahid2 və Şahid3 iştirak etdiklərini, aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin qablaşdırılaraq ekspertizaya göndərildiyini, hadisədən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən orada polis əməkdaşlarından başqa iştirak edən hal şahidlərinin anket məlumatlarını bilmədiyini, Təqsirləndirilən şəxs anasının videoçəkiliş vasitəsilə baxış keçirilməsinə etiraz etdiyinə görə həmin evə hal şahidlərinin iştirakı ilə baxış keçirildiyini, Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşları tərəfindən heç bir zorakılığın edilmədiyini, videoçəkiliş zamanı nümayiş etdirməsi üçün Təqsirləndirilən şəxs hər hansı narkotik vasitə və ya psixotrop maddənin təqdim olunmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 18 fevral 2023-cü il tarixdə Vüsal adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 23-cü Polis Bölməsinin əməliyyat müvəkilli Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində saxlayıb özlərini təqdim edərək 23-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin polis bölməsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən elektron tərəzi və sayını xatırlamadığı bükümdə narkotik tərkibli maddələr aşkarlanmışdır. Aşkar edilmiş həmin predmetlər qablaşdırılaraq möhürlənmiş, daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən yaşadığı evdə baxış keçirilmişdir. Evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının üzərində olan döşəyin altından 1 ədəd bağlamanı təqdim edib içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bağlama da qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına qarşı müqavimət göstərmədiyini, şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərindəki qanunsuz maddələri təqdim etdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətlərinin edilmədiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasına dair əsaslı şübhələr olduğundan əməliyyat-axtarış tədbiri həyata keçirilərək saxlanıldığını, müdafiəçisinin iştirak edib-etmədiyini xatırlamadığını, könüllü təqdim etdiyi siqaret qutusunun içərisində olan narkotik tərkibli maddələrin ölçülmədən qablaşdırılaraq ekspertizaya göndərildiyini, Təqsirləndirilən şəxs evinə baxış zamanı təhqiqatçı Rəşad Vəliyev, əməliyyat müvəkkili Şahid1, Şahid3, hal şahidləri və Təqsirləndirilən şəxs anasının iştirak etdiyini, baxış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə yatağın altından içərisində narkotik vasitə heroin olduğunu bildirdiyi bağlamanı təqdim etdiyini, Təqsirləndirilən şəxs nümayiş etdirməsi üçün əlavə heç bir kütlənin təqdim edilmədiyini, Təqsirləndirilən şəxs videoçəkiliş aparılmasını istəmədiyi üçün evinə baxışın hal şahidlərinin iştirakı ilə aparıldığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 18 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı Rəşad Vəliyevin təklifi ilə sonuncunun icraatında olan işlə əlaqədar Təqsirləndirilən şəxs ünvan 10 ünvanında yerləşən evinə baxış keçirilməsində digər polis əməkdaşları Şahid1 və Şahid2lə birlikdə iştirak etmişlər. Keçirilmiş baxış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağındakı döşəyin altından 01 ədəd bağlamada narkotik vasitə heroinə bənzər kütlə aşkar olunduqdan sonra həmin kütlə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs də həmin istintaq hərəkətində iştirak etdiyini, aşkar olunmuş bağlamanın çəkisinin müəyyən olunması məqsədilə çəkilib-çəkilmədiyini xatırlamadığını, aşkarlanmış bağlamanın kəsilərək içərisində narkotik vasitə heroinə bənzər kütlə olmasının müəyyən edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 18 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi tərəfdə olarkən 2 nəfər polis əməkdaşı yaxınlaşaraq Təqsirləndirilən şəxs adlı şəxsin evinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. Polis əməkdaşlarının üzərində xidməti geyim olmadığından həmin şəxslərin özlərini təqdim etməsini istədikdən sonra polis əməkdaşları ilə razılaşaraq Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Orada Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı yataq otağındakı döşəyin altından 01 ədəd bükümdə qara rəngli sellofan torba aşkarlanmış, həmin bükümün içərisində narkotik maddəyə bənzər kütlənin olduğu bildirilmişdir. Həmin bükümün çəkisi 1 kiloqramdan çox olmuşdur. Daha sonra rəsmiləşdirmə aparılmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid5 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ünvanına mərasim çadırlarının çatdırılması ilə məşğul olduğundan, həmin işlə əlaqədar gəldiyini, hadisənin üstündən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs yaşadığı evi dəqiq təsvir edə bilməyəcəyini, əvvəllər narkotik maddəni yalnız televizorda gördüyünü, Təqsirləndirilən şəxs yaşadığı evə getdikdə orada polis əməkdaşları və bir nəfər başqa şəxsin olduğunu, Təqsirləndirilən şəxs özünün döşəyin altından içərisində narkotik vasitə olan bükümü könüllü şəkildə təqdim etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı zorakılıq hərəkətləri edilməsinin şahidi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 18 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi tərəfdə piyada hərəkətdə olarkən bir nəfər polis əməkdaşı yaxınlaşıb ona hüquq və vəzifələrini izah edərək Təqsirləndirilən şəxs adlı şəxsin evinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O, razılaşaraq Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və orada keçirilmiş baxış istintaq hərəkəti zamanı 01 ədəd bükümdə qara rəngli sellofan torba aşkarlanmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid4 baxış keçirilən zaman uzaqda dayandığından Təqsirləndirilən şəxs nə dediyini eşitmədiyini, lakin onun evindən 01 ədəd bükümdə qara rəngli sellofan torbanın aşkarlandığını gördüyünü, aşkar edilmiş həmin narkotik tərkibli maddənin götürülməsi ilə bağlı sənədləşmənin aparıldığını, Təqsirləndirilən şəxs evinin yaşadığı binanın birinci mərtəbəsində yerləşdiyini, ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 18 fevral 2023-cü il tarixdə, təxminən saat 17 radələrində 3 nəfər mülki geyimli polis əməkdaşı ünvan 11 ünvanında yerləşən evinə gəlib ona oğlu Vüsalın tutulduğunu, təxminən 20 dəqiqə sonra sonuncu ilə birgə həmin evə gələcəklərini bildirmişlər. O, cərrahi əməliyyat olunduğundan yerindən qalxa bilməmiş, daha sonra 5-6 nəfər şəxs oğlu Təqsirləndirilən şəxslə birgə gələrək evdəki otaqlara baxıb guya evdən narkotik maddə tapdıqlarını bildirmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq əlavə şahid Esmira Zülfəliyeva evdən aşkarlanın nə olduğunu bilmədiyini, polis əməkdaşlarının torba gətirib həmin torbanın evdən aşkar olunduğunu söylədiklərini, həmin şəxslərə oğlu Təqsirləndirilən şəxs elə bir torbanın olmadığını bildirdiyini, həmin torbanın çəkisini müəyyən etmək məqsədilə çəkmədiklərini, hətta o və Vüsal torbanın içərisindəkinin nə olduğunu soruşduğunu, lakin polis əməkdaşlarının heç bir məlumat vermədiyini, polis əməkdaşları gələn zaman həmin şəxslərin üzərində heç bir torba müşahidə etmədiyini, narkotik maddə olduğu deyilən torbanın haradan aşkarlandığını görmədiyini, polis əməkdaşlarının deməsinə görə, guya onun yatdığı setkalı kravatda olan döşəyin altından aşkar edildiyini, lakin bunun mümkün olmadığını, çünki elə olsa, onun orada yata bilməyəcəyini, polis əməkdaşları evinə gəldikdə əllərində qovluqlar və çanta olduğunu, həmin vaxt divanda uzandığını, oğlu Təqsirləndirilən şəxs xeyli arıqladığına görə narkotik maddə istifadə etməsini hiss etdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, “Vüsal” adlı şəxsin mütəmadi olaraq narkotik maddələri əldə etməsi, istifadəsi və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, “Vüsal” adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilib ifşa edilməsi məqsədilə Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da ünvan 7 ünvanının yaxınlığında saxlanılmışdır. (Cild 1, iş vərəqə 9) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 11; 20) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Winston” markalı siqaret qutusunu və 01 ədəd gümüşü rəngli elektron tərəzini, həmin gödəkçənin sol yan cibindən 01 ədəd “Winston” markalı siqaret qutusunu, 01 ədəd cib dəsmalını, həmin gödəkçənin sol iç cibindən 01 ədəd qara rəngli pul qabını, əynində olan cins şalvarının sol yan cibindən isə 01 ədəd qara rəngli “Samsung A3” markalı mobil telefonu təqdim etmiş, həmin əşyalara baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd “Winston” markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman orada siqaret dənələri və borucuq formasında düzəldilmiş 1 manatlıq əskinas və 01 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd “Winston” markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman həmin siqaret qutusunun içərisində ağ rəngli kəsik sellofanın 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkarlanmış, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli pul qabına baxış keçirərkən isə həmin pul qabının içərisindən 01 ədəd "xxxx" ASC-yə məxsus, 01 ədəd üzərində “ATB” yazılmış plastik kart və “Bakı kart” ödəniş kartı aşkar olunmuş, həmin pul qabının içərisində qəpiklər müəyyən edilmişdir. 01 ədəd elektron tərəzi baxış keçirilən zaman işlək vəziyyətdə olmuşdur. İstintaq hərəkəti zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs siqaret qutularının içərisində aşkar edilmiş bükümlərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik tərkibli maddələri İran İslam Respublikasının vətəndaşından şəxsi istifadə və satmaq məqsədi ilə əldə etdiyini, 01 ədəd borucuq formasında olan 01 manatlıq əskinası narkotik vasitə heroini çəkmək üçün, 01 ədəd elektron tərəzini isə narkotik vasitə və psixotrop maddələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyini söyləmiş, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış siqaret qutularının içərisində olan 03 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamin, borucuq formasında düzəldilmiş bir ədəd 1 manatlıq əskinas zərfə qoyularaq möhürlənməklə götürülmüş, bundan başqa onun üzərindən aşkar edilmiş 01 ədəd tərzi üzərində narkotik vasitə izlərinin olub-olmamasının müəyyən edilməsi üçün zərfə qoyularaq möhürlənməklə götürülmüşdür. Bundan başqa, onun üzərindən aşkar edilmiş, “Samsung A3” markalı mobil telefon və 01 ədəd "xxxx" ASC-yə məxsus və 01 ədəd üzərində “ATB” yazısı olan plastik kart iş üzrə sübut əhəmiyyətli ola biləcəyi üçün götürülmüş, digər əşyalar isə sübut əhəmiyyətli olmadığından Təqsirləndirilən şəxs geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 27, 29-30) xx.xx.2023-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı həmin mənzilin qapısını sonuncunun anası X4 açmış, baxış keçirilməsinə dair müvafiq ərizəni Elmira Zülfəliyeva təqdim etdikdən sonra aparılan istintaq hərəkəti zamanı mənzilin qapıdan daxil olan kimi dəhlizi, dəhlizə bitişik ayrıca sanitar qovşağı, sanitar qovşağa bitişik kiçik otaq, dəhlizdən sol tərəfdə qonaq otağı, qonaq otağının önündə mətbəxi, qonaq otağından yan tərəfdə isə ikinci yataq otağından ibarət olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs mənzilə daxil olarkən sol tərəfdəki otağa bitişik olan yataq otağında çarpayının üzərindəki döşəyin altından bir ədəd sellofana bükülmüş iri həcmli bükümü çıxararaq təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər iştirakçıların və hal şahidlərinin gözü qarşısında açılaraq baxış keçirilmiş və qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir. (Cild 1, iş vərəqə 33, 37-39) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Nizami Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 43) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1029 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər №163” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan 2 (iki) ədəd zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,512 qram, 0,505 qram, 1,010 qram olmaqla, ümumi təmiz çəkisi 14,027 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd şəffaf bükümdə təmiz çəkisi 0,906 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazrılanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzi və bir ədəd 1 manatlıq əskinasın üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bağlamadakı bir ədəd bükülüdə təmiz çəkisi 1200 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazrılanmış narkotik vasitə heroindir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1214,027 qram (1 kq 214,027 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi 1214,027 qram olmuş, 0,35 qram tədqiqata sərf edildikdən sonra 1213,677 qalıq qalmış, metamfetaminin təmiz çəkisi 0,906 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 0,856 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 45-48) xx.xx.2023-cü il tarixli “Cinayət əməlinin tövsif edilməsi barədə” qərardan görünür ki, cinayət əməli həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 61-62) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqə 64-66) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokollarından görünür ki, şahidlər Şahid5 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı demişlər. (Cild 1, iş vərəqə 80-81; 82-84) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-95/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 95-97) xx.xx.2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkəti ilə əlaqədar tərtib olunmuş protokolda qeyd olunanlar öz əksini tapmışdır. (Cild 1, iş vərəqə 98) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkəti zamanı götürülmüş "xxxx" ASC-yə məxsus plastik bank kartı Təqsirləndirilən şəxs anası X3 qaytarılmışdır. (Cild 1, iş vərəqə 104) Azərbaycan Respubikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 127) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(007)-136/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqə 131) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli, 7022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 134) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon açılmadığından, daxili yaddaşına baxış keçirmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 139) xx.xx.2023-cü il tarixli “Azerfon MMC tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş 01 ədəd diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə xx.xx.2023-cü il tarixdə saat 09:57-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Zəng vur Vüsal sozum var sene”, saat 12:45-də “Vallah pulum hazırdı, de gedib götürüm yarı”, xx.xx.2023-cü il tarixdə saat 06:12-də “Zeng vur pul tapdım” məzmununda yazıların olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 141) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 2504 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 146-147) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 03 bükümdə 13,877 qram narkotik vasitə heroin, 01 bükümdə 0,856 qram psixotrop maddə metamfetamin, 01 ədəd üzərində heroin izləri olan bir manatlıq əskinasdan hazırlanmış borucuq, 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi, onun yaşadığı mənzildən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 bükümdə 1199,8 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami Rayon Polis İdarəsinin saxlanma yerinə təhvil verilmişdir. İş üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd disk sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 167-176) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik və psixotrop maddələrin mənbəyi və “Əli” adlı şəxs barəsində ayrıca icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 177-178) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 20-12/708 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya daxil olarkən ilkin tibbi müayinədən keçirilən zaman sol budun bayır səthində qərtməkli yara, sağ budun ön səthində qərtməkli yara müşahidə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüqucunu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilmərnəsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfinin ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində və polis bölməsində polis əməkdaşlarının ona qarşı fiziki və psixi zorakılıq etdiyini desə də, şahidlər Şahid3, Şahid2 və Şahid1 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və ya psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 2181/2023 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “həbs olunan zaman xəsarət aldığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “sol budun bayır səthində qərtməkli yara, sağ budun arxa səthində qərtməkli yara” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “şikayəti yoxdur” yazısı qeyd edilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Bakı şəhəri Nizami rayon prokurorluğuna sorğu ünvanlamış, həmin prokurorluğun xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Nizami Rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması barədə müraciəti əsasında rayon prokurorluğunda xx.xx.2023-cü il tarixdə toplanılmış material üzrə cinayət işinin başlanması əməldə cinayət hadisəsinin olmaması əsası ilə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs və ya müdafiəçisinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından şikayət verməsi halı müəyyən edilməmişdir. Müvafiq qərarın təsviri hissəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 xx.xx.2023-cü il tarixli, TS-23 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol budun bayır səthinin və sağ budun ön səthinin yaraları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 21 fevral 2023-cü il tarixdə alınması mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində olan ekspertin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə Təqsirləndirilən şəxs bədəni üzərində, yəni sol budun bayır səthi və sağ budun ön səthində yaraların olmasını inkar etmir, lakin müvafiq ekspert rəyinə istinad edərək Təqsirləndirilən şəxs həmin xəsarətlərin tutulduqdan və müvafiq istintaq hərəkətləri aparıldıqdan 3 gün sonra yarandığı qənaətinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. Təqsirləndirilən şəxs fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddənin olmadığını, polis əməkdaşlarının onu saat 09:30 radələrində Keşlə qəsəbəsində saxladığını, evində videoçəkiliş olmadan baxışın keçirilməsi üçün ərizə təqdim etmədiyini, yaşadığı evə baxış keçirilməzdən əvvəl polis əməkdaşlarının onu polis avtomobilində saxlayaraq ondan öncə evə daxil olmalarını və 10 dəqiqədən sonra evdən çıxmalarını, könüllü şəkildə heç nə təqdim etmədiyini, evindən aşkarlanmış bağlamanın ona aid olmadığını, ona fiziki və psixi təsir göstərildiyini desə də, şahidlər Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə saat 14 radələrində saxlanıldığını, yaşadığı evə müdafiəçinin iştirakı və videoçəkiliş olmadan baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs müvafiq ərizəni təqdim etdiyini, Təqsirləndirilən şəxslə birgə sonuncunun yaşadığı evə daxil olduqlarını, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzini, eləcə də yaşadığı evdəki 01 ədəd içərisində narkotik vasitə heroin olan bağlamanı könüllü şəkildə təqdim etdiyini bildirmişlər. Cinayət işinin materiallarının 29-30-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, 35-ci vərəqində olan ərizədən, 37-39-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərində olan 02 ədəd “Winston” markalı siqaret qutusundan aşkarlanmış 03 ədəd bükümdə heroin, 01 ədəd bükümdə metamfetamin və 01 ədəd gümüşü rəngli elektron tərəzini, evinə baxış zamanı isə 01 ədəd bağlamada heroini könüllü olaraq təqdim etmiş, həmin bükümlər, bağlama və elektron tərəzi kağız zərfdə qablaşdırılıb götürüldükdən sonra ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1029 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat öbyektləri üzərində “Azərbaycan Respublikası DİN Zərflər №163” dairəvi möhür əksi, Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan 1 (bir) ədəd bağlamada və 2 (iki) ədəd zərfdə təqdim edilmişdir. Ekspertizanın nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1214,027 qram, metamfetaminin təmiz çəkisi 0,906 qram təşkil etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində öz təqsirini səmimi olaraq etiraf etmiş, sonradan isə ifadəsini dəyişməklə, qismən, yəni üzərində aşkarlanmış narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzini əldə edib üzərində daşıdığını deməklə cinayət əməlinə münasibətini bildirmişdir. Lakin təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünün seçdiyi müqavilə üzrə müdafiəçisinin iştirakı ilə qismən etirafedici ifadə versə də, eyni müdafiəçinin iştirakı ilə məhkəmə baxışı zamanı verdiyi ifadəsində isə ümumiyyətlə hər hansı cinayət əməlini törətmədiyini, şəxsi axtarış və götürmə, eləcə də evinə baxış zamanı üzərində və evində hər hansı narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişdir. Məhkəmə bir halı qeyd edir ki, müvafiq ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən və evindən aşkarlanaraq götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil etmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs müdafiə hüququ qorunmaqla ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri ziddiyyətlidir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, digər sübutlarla təhlil edib Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə sübutları təhlil edib belə qərara gəlir ki, müdafiə tərəfinin verdiyi vəsatət əsasında dəvət edilmiş əlavə şahidin ifadələri ayrı-ayrılıqda təhlil edilmiş, həmin ifadələrin sübut əhəmiyyəti daşıyıb-daşımaması araşdırılmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi ifadəsində oğlu Təqsirləndirilən şəxs iştirakı ilə evə baxış keçirilməzdən əvvəl 3 nəfər polis əməkdaşının evə gəldiyini, Təqsirləndirilən şəxs baxış zamanı aşkarlanmış içərisində narkotik vasitə heroin olan 1 ədəd bağlamanın ona məxsus olmadığını desə də, həmin ifadədə göstərilənlər digər şahidlər və cinayət işinin materialları ilə tam şəkildə təkzib edildiyindən, məhkəmə əlavə şahid Esmira Zülfəliyevanın həmin məzmunda verdiyi ifadəsini oğlu Təqsirləndirilən şəxs müdafiə etmək xarakterli verilmiş ifadə kimi qiymətləndirir və həqiqətə uyğun olmayan hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Göründüyü kimi əlavə şahid Esmira Zülfəliyevanın həmin ifadəsinin həqiqi olmasına dair şübhələr yaranmışdır. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və raportlar müvafiq qaydada qeydiyyatdan keçirilmiş, həmin əməliyyat qərarı qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, münasibət bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəyini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, həmin qanunun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə və 2-ci Siyahısının 118-ci bəndinə əsasən, müvafiq olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. İbtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə hazırki cinayət işindən təqsirləndirilən şəxsin əlbir olduğu “Əli” adlı şəxs və qeyrilərinin müəyyən edilərək istintaqının aparılması üçün ayrıca cinayət işi ayrılmışdır. İş materiallarından olan təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxslə cinayətkar əlaqəyə girərək narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə, mənzilə baxış keçirilməsi və götürmə istintaq hərəkətləri aparılan zaman üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş cinayət məsuliyyəti yaradan ümumilikdə 1214,027 qram (1 kiloqram 214,027 qram) narkotik vasitə olan heroin, 01 ədəd bükümdə 0,906 qram psixotrop maddə olan metamfetamin və üzərində heroin izləri olan 01 ədəd tərəzi və 1 ədəd heroin izləri olan borucuq təqdim etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitə olan heroinin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 8093,51 dəfə, psixotrop maddə olan metamfetaminin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 6,04 dəfə çoxdur. Eləcə də, onun üzərindən xırda bükümlərin hazırlanması üçün avadanlıq, yəni elektron tərəzi də aşkarlanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş mesaj mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “ Zəng vur Vüsal sozum var sene”, “Vallah pulum hazırdı, de gedib götürüm yarı”, “Zeng vur pul tapdım” məzmununda mesajların yazılması müəyyən edilir. Həmin mesajların mətnindən də görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs fərqli tarixlərdə narkotik vasitə və ya psixotrop maddələr almaq üçün pulun hazır olduğunu bildirmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin külli, psixotrop maddə olan metamfetaminin çəkisinin isə xeyli miqdar təşkil etməklə şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, müxtəlif şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı məqsədilə mesaj mətnlərinin mövcudluğuna, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair müvafiq əməliyyat məlumatının olmasına və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə yüngülləşdirici hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş üzərində heroin izləri olan elektron tərəzinin mövcudluğunu, narkotik vasitə və psixotrop maddənin növünü, çəkisini, narkotik vasitənin xırda bükümlərə bölünməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının mövcudluğunu, “Əli” adlı şəxslə cinayətkar əlbirliyini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Nizami Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-95/2023 saylı qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki nəhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1213,677 qram narkotik vasitə olan heroin, 0,856 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd üzərində heroin izləri olan bir manatlıq əskinasdan hazırlanmış borucuq və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 8934/23 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 2504 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 5 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilməlidir. (Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq üzərində 09 (doqquz) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 21 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1213,677 qram narkotik vasitə olan heroin, 0,856 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd üzərində heroin izləri olan bir manatlıq əskinasdan hazırlanmış borucuq və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi məhv edilsin, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 8934/23 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X1 təqsirləndirilən şəxsə göstərilmiş 5 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 6 (altı) manat olmaqla, ümumilikdə 30 (otuz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-497/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-497/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver