Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-497/2025 10.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X22 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynova Dürdanə Mahir qızının katibliyi, tərcüməçi X15, X5 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və “Leqal Servis” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, 12 avqust 1991-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci, xx xxxxxx 1991-ci ildə Masallı rayonu, Bədəlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, Daşkarxanası adlanan ərazidə nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci xx xxxx 1993-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Tovuz şəhəri, 28 may küçəsi ev 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Fazil Davudov küçəsi ev 1 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə edərək saxlayıb daşımışdır. Belə ki, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 istintaqa adı “Bəhlul” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə xüsusilə külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək naməlum şəraitdə və vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa adı “Bəhlul” kimi məlum olan İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin göndərdikləri külli miqdarda təmiz çəkisi 5505 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və xüsusilə külli miqdarda 2051,939 qram çəkidə heroini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə qanunsuz əldə edib həmin maddələrdən 10,884 qram çəkidə narkotik vasitə heroini satış üçün ayırıb bir ədəd bükümdə qablaşdıraraq öz üzərində, 11,806 qram çəkidə narkotik vasitə heroini satış üçün ayırıb bir ədəd bükümdə qablaşdıraraq Təqsirləndirilən şəxs2 öz üzərində və ümumilikdə 2029,249 qram çəkidə narkotik vasitə heroini və 5505 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə Təqsirləndirilən şəxs3 satış üçün ayırıb bir ədəd bükümdə və torbada qablaşdıraraq qanunsuz olaraq öz üzərində saxlamaqla daşıyarkən onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 fevral 2024-cü il tarixdə, saat 23:50-də keçirilmiş əməliyyataxtarış tədbiri zamanı o, Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Sabuncu rayonu, Ramana qəsəbəsi, 296 saylı məktəbin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, orada xidməti otaqların birində 14 fevral 2024-cü il tarixdə saat 02:10-dan etibarən üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 10,884 qram, Təqsirləndirilən şəxs2 isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 11,806 qram çəkidə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin tədbirin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 fevral 2024-cü il tarixdə, saat 12:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, orada xidməti otaqların birində saat 14:20-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 9,249 qram çəkidə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilmiş heroinlərlə eyni tərkibli olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, daha sonra 14 fevral 2024-cü il tarixdə saat 17:00-dan etibarən Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 4 ünvanında yerləşən evə özünün razılığı və icazəsi ilə keçirilən baxış zamanı evin həyətinə girişin sağ tərəfində yerləşən yarımtikilidə gizlədib saxladığı bir ədəd ağ rəngli sintetik torbada beş ədəd şəffaf sellofan bağlamalarda və bir ədəd qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1000 qr, 715 qr, 995 qr, 990 qr, 1485 qr, 320 qr olmaqla, ümumi təmiz çəkisi 5505 qr olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, evin mətbəxində yerləşən soyuducuda saxladığı bir ədəd sellofan torbada olan iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1010 qr və 1010 qr olmaqla, ümumi təmiz çəkisi 2020 qr olan xüsusilə külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə həm öz aralarında, həm də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərilərindən aşkar edilərək götürülmüş heroinlərlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə edərək saxlayıb daşımışdır. Belə ki, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, istintaqa adı “Bəhlul” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə xüsusilə külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək naməlum şəraitdə və vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa adı “Bəhlul” kimi məlum olan İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin göndərdikləri külli miqdarda təmiz çəkisi 5505 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və xüsusilə külli miqdarda 2051,939 qram çəkidə heroini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə qanunsuz əldə edib həmin maddələrdən 11,806 qram çəkidə narkotik vasitə heroini satış üçün ayırıb bir ədəd bükümdə qablaşdıraraq öz üzərində, 10,884 qram çəkidə narkotik vasitə heroini satış üçün ayırıb bir ədəd bükümdə qablaşdıraraq Təqsirləndirilən şəxs1 öz üzərində və ümumilikdə 2029,249 qram çəkidə narkotik vasitə heroini və 5505 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə Təqsirləndirilən şəxs3 satış üçün ayırıb bir ədəd bükümdə və torbada qablaşdıraraq qanunsuz olaraq öz üzərində saxlamaqla daşıyarkən onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 fevral 2024-cü il tarixdə, saat 23:50-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri, Sabuncu rayonu, Ramana qəsəbəsi, 296 saylı məktəbin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, orada xidməti otaqların birində 14 fevral 2024-cü il tarixdə saat 02:10-dan etibarən üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 10,884 qram, onun isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 11,806 qram çəkidə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin tədbirin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 fevral 2024-cü il tarixdə, saat 12:20-də keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, orada xidməti otaqların birində saat 14:20-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 9,249 qram çəkidə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilmiş heroinlərlə eyni tərkibli olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, daha sonra 14 fevral 2024-cü il tarixdə saat 17:00-dan etibarən Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 4 ünvanında yerləşən evə özünün razılığı və icazəsi ilə keçirilən baxış zamanı evin həyətinə girişin sağ tərəfində yerləşən yarımtikilidə gizlədib saxladığı bir ədəd ağ rəngli sintetik torbada beş ədəd şəffaf sellofan bağlamalarda və bir ədəd qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1000 qr, 715 qr, 995 qr, 990 qr, 1485 qr, 320 qr olmaqla, ümumi təmiz çəkisi 5505 qr olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, evin mətbəxində yerləşən soyuducuda saxladığı bir ədəd sellofan torbada olan iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1010 qr və 1010 qr olmaqla, ümumi təmiz çəkisi 2020 qr olan xüsusilə külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə həm öz aralarında, həm də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərilərindən aşkar edilərək götürülmüş heroinlərlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə edərək saxlayıb daşımışdır. Belə ki, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, istintaqa adı “Bəhlul” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə xüsusilə külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək naməlum şəraitdə və vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa adı “Bəhlul” kimi məlum olan İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin göndərdikləri külli miqdarda təmiz çəkisi 5505 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və xüsusilə külli miqdarda 2051,939 qram çəkidə heroini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə qanunsuz əldə edib həmin maddələrdən 11,806 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 satış üçün ayırıb bir ədəd bükümdə qablaşdıraraq öz üzərində, 10,884 qram çəkidə narkotik vasitə heroini satış üçün ayırıb bir ədəd bükümdə qablaşdıraraq Təqsirləndirilən şəxs1 öz üzərində və ümumilikdə 2029,249 qram çəkidə narkotik vasitə heroini və 5505 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə o, satış üçün ayırıb bir ədəd bükümdə və torbada qablaşdıraraq qanunsuz olaraq öz üzərində saxlamaqla daşıyarkən onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 fevral 2024-cü il tarixdə, saat 23:50-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri, Sabuncu rayonu, Ramana qəsəbəsi, 296 saylı məktəbin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, orada xidməti otaqların birində 14 fevral 2024-cü il tarixdə saat 02:10-dan etibarən üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 10,884 qram, Təqsirləndirilən şəxs2 isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 11,806 qram çəkidə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin tədbirin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 fevral 2024-cü il tarixdə, saat 12:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, orada xidməti otaqların birində saat 14:20-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 9,249 qram çəkidə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilmiş heroinlərlə eyni tərkibli olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, daha sonra 14 fevral 2024-cü il tarixdə saat 17:00-dan etibarən onun yaşadığı ünvan 4 ünvanında yerləşən evə özünün razılığı və icazəsi ilə keçirilən baxış zamanı evin həyətinə girişin sağ tərəfində yerləşən yarımtikilidə gizlədib saxladığı bir ədəd ağ rəngli sintetik torbada beş ədəd şəffaf sellofan bağlamalarda və bir ədəd qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1000 qr, 715 qr, 995 qr, 990 qr, 1485 qr, 320 qr olmaqla, ümumi təmiz çəkisi 5505 qr olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, evin mətbəxində yerləşən soyuducuda saxladığı bir ədəd sellofan torbada olan iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1010 qr və 1010 qr olmaqla, ümumi təmiz çəkisi 2020 qr olan xüsusilə külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə həm öz aralarında, həm də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərilərindən aşkar edilərək götürülmüş heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2024-cü ilin fevral ayının 7-də Laçından Bakıya gəlmişdir. Bakıya gəldikdən sonra Qaraçuxur qəsəbəsinə gəlmiş və 80 manata 10 qram narkotik vasitə sifariş etmişdir. Narkotik vasitə aldığı şəxs İran İslam Respublikası vətəndaşı olan Bəhruz adlı şəxs olmuşdur. Narkotik vasitə alacağı şəxsin kartına 50 manat atmış, qalan 30 manatı sonra verəcəyini demişdir. Daha sonra həmin şəxs onunla məkan paylaşmış və hər üçü, yəni o, Tamraz və Nicat birlikdə narkotik vasitəni götürmək üçün getmişlər. Narkotik vasitəni götürməyə Orxan adlı şəxsin idarə etdiyi “opel” markalı avtomobillə getmişlər. Getdikləri yerdə balaca kisə olmuşdur. Nicatla Tamraz avtomobildən düşərək kisəni götürmüş avtomobilə qayıtmışlar. Avtomobildə kisənin ağzını açdıqda onların istədikləri narkotik vasitə olmadığını görmüşlər. O, kisəni avtomobildən kənara atmış və avtomobillə oradan uzaqlaşmışlar. Arxalarında “Toyota Prius” və “KİA Optima” markalı avtomobillər düşmüşdür. Həmin şəxslərin polis olduqlarını bilmişlər. Onları saxladıqdan sonra onu və Tamrazı Baş İdarəyə aparmışlar. Orada hər ikisini şantaj etmiş və ifadələrə imza atdırmışlar. Onların üzərlərindən narkotik vasitə aşkar olunmamışdr. Şəxsi axtarışda üzərlərindən aşkar edilən narkotik vasitələri polis əməkdaşları vəkillərinin gözü qarşısında vermiş və onları buraxacaqlarını demişlər. Şəxsi axtarış bölməyə aparıldıqları günün sabahı olmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, tutulduğu gündən bir neçə gün əvvəl ona “Whatsapp” mobil tətbiqində tanımadığı bir İran nömrəsindən özünü ona “Bəhlul” kimi təqdim edən bir şəxs yazaraq tanışlıq verərək demişdir ki, nömrəni həmin şəxsə ümumi tanışları verib, lakin adını ona nədənsə deməmişdir. Danışan zaman o, həmin şəxsə bildirmişdir ki, arada narkotik vasitə olan nəşədən istifadə edir və həmin şəxs bu vaxt ona demişdir ki, münasib qiymətə narkotik təşkil edə bilər və beləliklə də o, həmin şəxsə nəşə sifariş vermişdir. Danışıqları elə olmuşdur ki, qramını ona 80 manata verəcək və o, həmin şəxsdən bu qiymətə 10 qram nəşə sifariş vermişdir. Həmin şəxs ona demişdir ki, narkotiki hazırlatdırıb bir yerə atdıracaq və o, maddəni götürəndən sonra pulunu həmin şəxsin dediyi hesaba yükləyəcək. Beləliklə də, saxlanıldığı gün, yəni 13 fevral tarixində o, tanışı Tamrazla Qaraçuxur qəsəbəsində oturub çörək yeyərkən Nicat da gəlmişdir. Danışan zaman o, həmin şəxslərə bildirmişdir ki, belə bir məsələ var və təklif etmiş ki, bir yerdə gedib həmin maddəni götürsünlər. Həmin şəxslər də razılaşmışlar. Onlar oradan bir taksiyə minib İranlının onun dediyi ünvana yollanmışlar. Ora çatanda onlar taksidən düşüb taksini yola salmışlar. Orada yerləşən Bolmarketə daxil olub su və siqaret almışlar. Bu vaxt o, İranlı ilə öz telefonunda danışmış və “Bəhlul”-un ona göndərdiyi konuma uyğun olaraq yanındakı şəxslərə bir qədər irəli də getməli olmalarını bildirmişdir. Həmin vaxt ora Nicatın tanışı olan Orxan adlı əvvəllər tanımadığı bir taksi sürücüsü gəlmiş və onlar Orxanın maşınına minib yola düşmüşlər. Həmin şəxsə nəyə görə həmin yerə getmələri barədə heç bir şey bildirməmişlər. O, konuma baxaraq bir qədər sonra maşını saxlamasını istəmiş və özü Orxanla maşında oturmuş, Nicatla Tamraza isə demişdir ki, gedib maddəni götürsünlər. Onlar maşından düşüb bir ədəd torba ilə geri qayıtmışlar. Daha sonra torbanı arxa oturacağa qoyub yollarını davam etmişlər. O, sürücünün arxasında, Tamraz isə sürücünün yanında oturmuşdur. Nicat isə onun yanında oturmuşdur. Yolda olarkən arxalarınca maşın gəlməsini hiss etmişdir. Bu vaxt Nicat torbanı götürüb maşından düşmüşdür. Onlar isə Tamrazla yola davam etmişlər. Ramana qəsəbəsinə çatan zaman maşından düşmüşlər. Onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun, Nicatın və Tamrazın narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onların üçünü də Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada onunla Tamraz müdafiəçi ilə təmin edilmişlər. Baş İdarədə üzərlərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış videoçəkiliş əsasında aparılmışdır. Bu barədə onlara məlumat verilmiş və onlar buna heç bir etiraz etməmişlər. Bundan sonra növbə ilə təklif etmişlər ki, üzərilərində qanunla qadağan olunan hər hansı əşya, predmet olduğu təqdirdə təqdim etsinlər. Odur ki, o, şalvarının cibindən bir ədəd bükümdə olan narkotik maddəni, özünə məxsus şəxsiyyət vəsiqəsini, siqaret qutusunu, şalvarın digər cibindən mobil telefonla nağd pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Tamraz da eyni qaydada masaya yaxınlaşaraq əynindəki şalvarın cibindən bir ədəd bükümdə olan narkotik vasitəni və siqaret qutusu ilə mobil telefonu təqdim etmişdir. Aşkar edilmiş maddələr barədə sorğu edilən zaman o, bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə özünə məxsusdur, həmin kütləni tanımadığı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə bir gün əvvəl Sabunçu rayonu ərazisində hazırda birlikdə saxlanıldığı Tamraz və Nicat adlı tanışı ilə birlikdə öz istifadəsi üçün əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, İran İslam Respublikasının vətəndaşı ilə özü əlaqə saxlayıb həmin vasitələrin yerinin ona bildirildiyini qeyd etmişdir. Sonra həmin maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 qeyd edilənlərdən əlavə olaraq bildirmişdir ki, izahat verərkən, o cümlədən ətrafında keçirilən ilkin araşdırma zamanı ona hər hansı fiziki və ya psixoloji təsir olunmamış, öz iradəsi ilə sərbəst şəkildə izahat vermiş və tərtib edilmiş sənədlərə etirazı olmadığı üçün imzalamış, “Bəhlul” adlı şəxsin İran İslam Respublikasının vətəndaşı olduğunu, dəqiq anket məlumatlarının ona məlum olmadığını, özünün ona “Vhatsapp” tətbiqi vasitəsilə yazaraq bu cür ünsiyyət saxladıqlarını, əvvəllər narkotik vasitə nəşədən istifadə etdiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, “Bəhlul” adlı şəxslə ilk dəfə imiş ki, belə bir iş tutduqlarını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la danışmışlar ki, İranlı ilə razılaşdırılan 80 manat pulu, eləcə də narkotik vasitəni aralarında böləcəklər, daha sonra isə o, atasının yasını yola verib işlərinin dalınca getməli imiş. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2024-cü ilin fevral ayının 13-ü saat 12-də Coşğun ona zəng edərək onunla görüşüb birlikdə yemək yeməsini istəmişdir. Coşğunla yemək yedikdən sonra Nicata zəng edərək çağırmış, sonuncu da onların yannda gəlmişdir. Daha sonra Coşğun sabah, yəni 14 fevralda yola çıxacağını, buna görə də bir günlük qalmaq üçün ev lazım olduğunu demişdir. Nicat Coşğuna öz evində qala biləcəyini demişdir. Buna görə də yenidən narkotik vasitə qəbul etmək istəmişdir. 10 ildir ki, “nəşə”, yəni narkotik vasitə marixuana istifadə edir. Coşğun İİR vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitə istəmişdir. Bundan sonra taksi çağıraraq Ramanaya getmişlər. Daha sonra iranlı onlara zəng etmişdir. Pulları olmadığı üçün Orxana zəng etmişlər. Coşğun telefonu ona verərək “konum”dan “zakladkanı” götürməsini bildirmişdir. Coşğunla birlikdə gedərək narkotik vasitəni götürmüşdür. Məkanda deyilən yerə yaxınlaşdıqda üzəri skoçla bağlanmış kisə olduğunu görmüşdür. Şəkildəki narkotik vasitə oxşar olduğu üçün götürmüşdür. Lakin orada 7 kiloqram narkotik vasitə ola biləcəyini düşünməmişdir. Daha sonra kisəni avtomobilin arxasına atmışdır. Coşğun həmin kisənin aldıqları narkotik vasitə olmadığını demişdir. Kisəni açdıqdan sonra orada topa şəklində heroin və marixuana olduğunu görmüşlər. Polislər tərəfindən təqib edildiklərini gördükləri üçün Nicat kisəni pəncərədən atmışdır. Narkotik vasitəni atandan sonra 100 metr irəlilədikdən sonra Nicat Orxana düşməsi üçün maşını saxlamasını demişdir. Orxan maşının surətini azaltmış və Nicat avtomobildən özünü atmışdır. O, özünə arxayın olduğu üçün, yəni üzərində heç bir narkotik vasitə olmadığı üçün özünü maşından atmamşdır. Narkotik vasitəni atdıqdan sonra da arxalarında qırmızı rəngli “Prius” onları izləməyə davam etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılıdıqdan sonra onları maşndan çıxararaq avtomobilin yük hissəsini yoxlamışlar. Maşında narkotik vasitə olmadığını gördükdən sonra onları döyməyə başlamışlar. Polislər onlardan narkotik vasitəni hara qoyduqlarını soruşmuşdur. Onlar 10 qram narkotik vasitə almaq üçün getdiklərini demişlər. Polislər onlara müxtəlif formada fiziki təziyqlər etmişlər. Daha sonra polislər narkotik vasitəni hara atdıqlarını soruşmuş və narkotik vasitəni axtarmağa başlamışlar. Orada narkotik vasitəni tapa bilməyəndən sonra saat 11-12-də BNMİ-ə aparılmışlar. İdarədə onu, Orxanı və Coşğunu döymüşlər. Polis əməkdaşları onların telefonunu alaraq onun adından Nicatla danışmağa başlamışlar. Daha sonra polislər Nicatı tutaraq maşına mindirmişlər. Polislər Nicatın evinin açarını sındırmış və 1-2 nəfər evə daxil olmuşdur. Daha sonra yenidən BNMİ-ə qayıtmışlar. Orada Orxan və Coşğunun bir yerdə olduqlarını görmüşlər. Dördü bir yerdə olduqdan sonra Nicatı oradan çıxartmışlar. Təhqiqatçı onlara videoçəkiliş keçiriləcəyini demişdir. Təhqiqatçı ona və Coşğuna bir ədəd bükümdə heroin vermişdir. Üzərlərinə şəxsi axtarış saxlanıldıqları günün səhəri aparılmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, tutulduğu gün ona Coşğun zəng edərək görüşməyi təklif etmiş və onlar sonuncu ilə Qaraçurux qəsəbəsində kafelərin birində görüşüb oturmuşlar. Sonradan onlara Nicat da qoşulmuşdur. Nicatı Coşğunla tanışlıqlarından sonra tanımışdır. Onlar orada oturan zaman Coşğun demişdir ki, “Vhatsapp” mobil tətbiqində bir nəfər İranlı ilə danışır və həmin şəxsə nəşə “atdıracaq”, çox güman ki, ünvan Ramana qəsəbəsi olacaq və təklif etmişdir ki, birlikdə həmin maddənin dalınca getsinlər. Pulunu birlikdə verərlər. Üçü də buna razılıq vermiş və kafedən çıxaraq Nicat bir taksi sifariş vermişdir. Hamısı taksi ilə Coşğunun Sabunçuda yerləşən dediyi ünvana getmişlər. Ora çatanda düşüb marketə daxil olmuşlar. Bir qədər sonra Coşğun demişdir ki, özünə həmin yerin dəqiq ünvanı göndərilmiş və Balaxanı yolu istiqamətinə getmək lazımdır. Bu vaxt ora Nicatın tanışı olan taksi sürücüsü Orxan adlı şəxs gəlmişdir. Onlar Orxanın maşınına oturub yola düşmüşlər. Deyilən yerə çatanda üçü də, yəni özü, Nicat və Coşğun maşından düşərək neft çıxarma qurğuları tərəfə getmişlər və orada boruların arasında gizlədilmiş ağ rəngli kisəni görmüşlər. Coşğun həmin kisəni götürüb maşına tərəf getdi və kisəni arxa oturacağın üstünə qoydu. Onlar yola düşən zaman Nicat kisənin içərisini açaraq hərəsinə bir bükümdə olan maddə vermişdir. Kisədə ayrıca olaraq skoçla bağlı bükümlər olmuşdur. Beləliklə də bir qədər gedib Nicat Ramana qəsəbəsində maşını saxlatdırıb düşərək kisəni özü ilə aparmışdır. Onlar isə Coşğunla taksidə yollarını davam etmişlər və Ramana qəsəbəsində yerləşən nömrəsi yadında qalmayan məktəbin qarşısında düşüb piyada gedən zaman onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun, Nicatın və Coşğunun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onların üçünü də, yəni onun özü, Coşğunu və Orxanı Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada onunla Coşğun müdafiəçi ilə təmin edilmişdir. Baş İdarədə üzərilərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış videoçəkiliş əsasında aparılmışdır. Bu barədə onlara məlumat verilmiş və onlar buna heç bir etiraz etməmişlər. Bundan sonra növbə ilə təklif etmişlər ki, üzərilərində qanunla qadağan olunan hər hansı əşya, predmet olduğu təqdirdə təqdim etsinlər. Ona görə də Coşğun şalvarının cibindən bir ədəd bükümdə olan narkotik maddəni, özünə məxsus şəxsiyyət vəsiqəsini, siqaret qutusunu, şalvarın digər cibindən isə mobil telefonla nağd pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra o da eyni qaydada masaya yaxınlaşaraq əynindəki şalvarın cibindən bir ədəd bükümdə olan narkotik vasitəni və siqaret qutusu ilə mobil telefonu təqdim etmişdir. Orxanın üzərində isə qanunsuz heç bir maddə aşkar edilməmişdir. Aşkar edilmiş maddələr barədə sorğu edilən zaman Coşğun bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə özünə məxsusdur, həmin kütləni tanımadığı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə bir gün əvvəl Sabunçu rayonu ərazisində onun və Nicat adlı tanışları ilə birlikdə öz istifadəsi üçün əldə etmiş, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, İran İslam Respublikasının vətəndaşı ilə özü əlaqə saxlayıb həmin vasitələrin yerinin özünə bildirildiyini qeyd etmişdir. Sonra həmin maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. O da eyni qaydada Coşğunun dediyini təsdiq edərək həmin maddəni öz istifadəsi üçün əldə etdiyini, həmin maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra onlardan aşkar edilmiş maddələr qablaşdırılmış və orada iştirak edən şəxslər də onunla birlikdə həmin qablaşmanın üzərində aparılan qeydləri imzalamışdır. Bu barədə protokol tərtib edilərək tərəflərindən imzalanmışdır. Şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 qeyd edilənlərdən əlavə olaraq bildirmişdir ki, izahat verərkən, o cümlədən ətrafında keçirilən ilkin araşdırma zamanı ona hər hansı fiziki və ya psixoloji təsir olmamış, öz iradəsi ilə sərbəst şəkildə izahat vermiş və tərtib edilmiş sənədlərə etirazı olmadığı üçün imzalamışdır, “Bəhlul” adlı şəxsi tanımadığını, İran İslam Respublikasının vətəndaşı Coşğunun tanışı olduğunu, həmin şəxs barədə ona başqa heç bir şey məlum olmadığını, özlərinin “Vhatsapp” tətbiqi vasitəsilə yazışdıqlarını, narkotik vasitə və ya psixotrop maddələrdən ara-bir nəşədən istifadə etdiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2024-cü ilin fevral ayının 13-ü saat 4-də işdə olarkən Coşğun və Tamraz ona zəng edərək harada olduqlarını soruşmuşdur. O, işdə olduğunu demişdir. Onun yeni övladı dünyaya gəldiyi üçün birlikdə yeyib-içmək istədiklərini demişlər. Qaynatasıgildə olarkən Tamraz yenidən ona zəng edərək çağırmışdır. O, taksi sifariş edərək Tamrazgilin yanına getmişdir. Coşğun ona Bakıda bir gün qalmaq üçün evə ehtiyacının olduğunu demişdir. O, öz qalması üçün öz evini Coşğuna təklif etmişdir. Bundan sonra Ramanaya getmək üçün taksi sifariş etmişdir. Taksi sürücüsünə Ramanaya gedəcəklərini dedikdə Tamraz ondan hansı səbəbdən taksi sifarişini Ramanaya etdiyini soruşmuş, o, sonuncuya evin orada olduğunu demişdir. Coşğunun telefonda olduğunu görmüşdür. Sonuncu ona 15-20 qram “ot” sifariş etdiyini demişdir. Şəxsi işi olduğu üçün Coşğuna heç nə deməmişdir. Bir qədər sonra Orxan ona zəng edərək Qaraçuxurda olduğunu eşitdiyini və görüşmək istədiyini demişdir. O, Orxana işinin olduğunu Coşğunu evinə apardığını demişdir. Orxan ondan hara getdiyini soruşduqda Ramanaya getdiyini demişdir. Orxan taksi sürücüsü olduğu üçün onları Ramanaya aparmağı təklif etmişdir. İranlı Coşğunla narkotik vasitənin qoyulduğu məkanı paylaşdıqdan 5-6 dəqiqə sonra Orxan gəlmişdir. Maşına əyləşdikdən sonra Orxana Balaxanı istiqamətində sürməsini demişdir. Tamraz kisəni götürüb maşına gətirmişdir. Daha sonra kisənin ağzını açdıqdan sonra orada külli miqdarda nakotik vasitə olduğunu görmüşlər. Polislər tərəfindən təqib edildiklərini gördükləri üçün kisəni avtomobilin pəncərəsindən atmışlar. Daha sonra o, Orxana maşını saxlamasını xahiş etmişdir. O, avtomobildəkilərə polisə vermək üçün pulu olmadığını demişdir. Orxan maşını saxlamadığı üçün qapını açaraq özünü atmışdır. Axşam saat 10-da qaynatasıgildə olarkən Orxan ona yazaraq Tamraz və Coşğunun avtomobildən düşdüyünü, ona heç kəsin pul vermədiyini demişdir. Orxana 1.80 manat pulunun olduğunu demişdir. Orxandan Tamraz və Coşğunun hara getidiyini soruşduqda, Orxan ona onların harada olduqlarını bilmədiyini demişdir. Təxminn yarım saat sonra isə Tamraz ona yazaraq harada olduğunu soruşmuşdur. O, evdə olduğunu demişdir. Tamrazdan onlar təqib edən avtomobildəkilərin kim olduğunu soruşmuşlar. Sonuncu ona həmin şəxsləri tanımadıqlarını, onunla gəlib narkotik vasitəni axtarmasını demişdir. Daha sonra Tamraz ona zəng edərək harada olduğunu soruşmuşdur. O, Novxanı məscidinin yanında olduğunu demişdir. O, Tamraza zəng edərək Razinə, keçid olan yerə çağırmışdır. 1-2 dəqiqə sonra kimsə qolunu onun boğazına keçirmişdir. Onu maşına mindirərək Ramanaya aparmışlar. Onun evinin olduğu küçəyə girsələr də, onun evini tapmamışdıar. Onu Tamrazın yanına otuzduraraq BNMİ-ə aparmışlar. Orada Nəcəf adlı şəxs Coşğunun hər şeyi boynuna aldığını demişdir. İdarədə onun qarşısına ağ rəngli büküm qoyaraq etiraf etməsini bildirmişlər. Nəcəf ona “həmin narkotik vasitəni etiraf et ki, Coşğunu tuta bilək” demişdir. O da məcbur qalaraq narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Videoçəkilişdə onda əlavə narkotik vasitənin olub-olmamasını soruşmuşlar. O, başqa narkotik vasitənin olmadığını dedikdə, videoçəkilişi dayandırarq mətbəxdə soyuduca narkotik vasitə olduğunu deməsini bildirmişlər. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ayın 13-ü Coşğunla Tamraz birlikdə Qaraçuxur qəsəbəsində kafedə olarkən və onu da ora çağırmışlar. Coşğun demişdir ki, qalmağa yer axtarır. Onlar kafedən çıxan zaman o, mobil tətbiqlə taksi sifariş vermiş və təyinat yerini Ramanaya bildirmişdir. Bu vaxt Coşğun demişdir ki, Ramana yox, Balaxanı tərəfə getməlidirlər. O, bir söz deməmiş və taksi çatanda onlar minib yola düşmüşlər. Deyilən yerə çatanda taksi onları düşürüb getmişdir. Onlar isə marketdə girib siqaret və su almışlar. Coşğundan nəyə görə bura gəldiklərini soruşanda sonuncu bildirmişdir ki, hansısa İranlıya “zakladka atdırıb” və gedib götürmək lazımdır, dəqiq yerini indilərdə deyəcək. Bu vaxt ona tanışı Orxan zəng vurmuşdur. Qeyd etmiş ki, o, hələ Coşğungillə görüşməmişdən əvvəl Orxana zəng vurub birlikdə evə getməyi təklif etmiş, sadəcə olaraq planları qarışmış və Coşğungillə görüşəsi olduğu üçün bir daha Orxanla əlaqə saxlaya bilməmişdir. Orxan demişdir ki, Sabunçudadır və Ramanaya gedir, təklif etmişdir ki, onu da aparsın. O da Orxana razılıq verib olduğu yeri izah etmişdir. Orxan gəlib onları götürəndə o, Orxana heç bir şey bildirməmiş və Coşğunun dediyi istiqamətdə Orxan maşını idarə etmişdir. Balaxanı yolunda neft çıxarma qurğularının yaxınlığında olan zaman Coşğun Orxana maşını saxlamağı, onunla Tamraza isə maşından düşüb “veşi” götürməyi bildirmişdir. O, Tamrazla maşından düşüb Coşğunun mobil telefonunu əlində saxlayaraq işarələrə uyğun piyada gedərək yaxınlıqda yerləşən deyilən yeri tapmışdır. Orada boruların arasında bir ağ rəngli torba olmuş, onlar torbanı götürəndə o, hiss etmişdir ki, onları kimsə güdür. Yaxında maşının işə düşməsini eşitmişdir. Maşına qayıdıb torbanı arxa oturacağa qoyub yola düşmüşlər. Arxadan onları bir maşının müşaiyət etməsini hiss etmiş və bunu Coşğuna bildirmişdir. Maşında torbanı açıb içərisinə baxmışdır. Orada çoxlu sayda bükümlər olmuş, əsasən nəşə, dibində isə kakos adlı maddə olmuşdur. Coşğun görən kimi maddələri tanımışdır. Hətta ona da “həyatımı dəyişdim” demişdir. Bir qədər də yol gedib arxadakı maşının onların getdiyi istiqamətə uyğun olaraq eyni yolu getməsi onu lap şübhələndirmiş və o, bunu Coşğuna deyib evə getmək istədiyini bildirmişdir. Orxana maşını saxlamasını demişdir. Coşğun demişdir ki, torbanı götürüb hələlik özündə saxlasın. Belə ki özünün qalmağa hələ yeri olmamışdır. O da bu cür edib Ramana qəsəbəsində düşərək evə yollanmışdır. Coşğungil isə yollarına davam etmişlər. O, evə çatanda kisəni gizlətmək qərarına gəlmiş və ilk əvvəl kisəni evin həyətyanı sahəsinin bir tininə atmış ki, şübhəli görünməsin, lakin sonradan düşünmüş ki, bir şey olar. Ona görə də, nəşə olan bağlamaları ayırıb həyətdəki yarımtikilidə gizlətmiş, torbanın dibində olan “kakos” adlı soyuq vəziyyətdə olan bükümləri isə soyuducuya qoymuş ki, birdən havada qalsa nəsə olar. Səhəri gün isə o, yaşadığı evin yaxınlığında piyada gəzişən zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun, Tamraz və Coşğunun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada o, müdafiəçi ilə təmin edilmişdir. Baş İdarədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış videoçəkiliş əsasında aparılmışdır. Bu barədə ona məlumat verilmiş və o, buna heç bir etiraz etməmişdir. Bundan sonra ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olduğu təqdirdə təqdim etsin. Odur ki, o da həmin vaxt şalvarının cibindən bir bükümdə olan kakos adlı maddəni təqdim etmişdir. Sonra üzərinə axtarış keçirilmiş və əynindəki gödəkçənin cibindən siqaret qutusu, şalvarının cibindən nağd pul, açar və mobil telefon aşkar olunmuşdur. Aşkar edilmiş maddə barədə sorğu edilən zaman o, bildirmişdir ki, həmin maddəni tanışları Coşğun və Tamrazla birlikdə Balaxanı kəndi ərazisində gizlədilmiş yerdən əldə etmişdir. Qeyd etmişdir ki, X30 Respublikası vətəndaşı “Bəhlul” adlı şəxslə əlaqəyə girərək sonuncu ilə danışdıqdan sonra narkotik maddəni gizlədilən yerdən götürməkdə köməklik etməyi ona təklif etmiş və əvəzində istifadə etmək üçün marixuana verəcəkdi. Bundan başqa, həmin iranlı ilə özünün hər hansı əlaqəsinin olmadığını, üzərindən aşkar olunan maddəni Coşğunun birgə götürdükləri narkotikin üzərindən götürüb saxlaması üçün ona verdiyini, habelə yaşadığı evdə narkotik maddə saxladığını və narkotik maddələri təqdim edə biləcəyini bildirmişdir. Üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onlar onun yaşadığı Bakı şəhərində yerləşən ünvana yollanmışlar və o, açarla qapını açaraq polis əməkdaşlarını və ona təyin edilmiş vəkili evə dəvət etmişdir. Bu vaxt ona təklif edilmişdir ki, evdə saxladığını bildirdiyi maddələri təqdim etsin. Evə baxış videoçəkilişlə aparılmış və o, evin həyətində olan yarımtikilidə saxladığı bir ədəd torbanı və evin girişinin sağ tərəfində yerləşən mətbəxdəki soyuducuda saxladığı bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbalar açılaraq içərisinə baxış keçirilmiş və məlum olmuşdur ki, soyuducudakı torbanın içərisində iki bükümdə qəhvəyi rəngli kütlələr, digər torbada isə altı ədəd bükümdə nəşə aşkar olunmuşdur. Sonra bütün maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Ona həmin maddələr barədə verilən suallara cavab olaraq təkrarən bildirmişdir ki, aşkar olumuş həmin maddələri tanışları Coşğun və Tamrazla birlikdə Balaxanı kəndi ərazisində Çoşğunun tanışı olan İran İslam Respublikası vətəndaşı “Bəhlul” adlı şəxsin vasitəsilə əldə etmiş, bu işdə Coşğuna köməklik etdiyinə görə əvəzində ona istifadə etmək üçün marixuana verəcəyini söz verdiyini, saxlamaq üçün maddələri ona verdiyini, burada narkotik maddə saxlamasından ailə üzvələrinin məlumatı olmadığını bildirmişdir. Şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 qeyd edilənlərdən əlavə olaraq bildirmişdir ki, izahat verərkən, o cümlədən ətrafında keçirilən ilkin araşdırma zamanı ona hər hansı fiziki və ya psixoloji təsir olmamış, öz iradəsi ilə sərbəst şəkildə izahat vermiş və tərtib edilmiş sənədlərə etirazı olmadığı üçün imzalamış, “Bəhlul” adlı şəxsi tanımadığını, İran İslam Respublikasının vətəndaşı olaraq Coşğunun tanışı olduğunu, həmin şəxs barədə ona başqa heç bir şey bilmədiyini, narkotik vasitələrdən ara-bir nəşədən istifadə etdiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, “Bəhlul” adlı şəxslə ilk dəfə idi belə bir iş tutmuş, Coşğun İranlının göndərdiyi maddələri ona vermişdir ki, hələlik özündə saxlasın, belə ki, həmin vaxt arxalarınca izlənmə olmasından şübhələnmişlər. Ümumiyyətlə onun bu işdə Coşğuna kömək etməkdə məqsədi ona bunun müqabilində verilməli olan nəşə olmuşdur. Orxanın isə bu işlərdən heç bir məlumatının belə olmadığını, təsadüfən ona zəng edib oralardan keçdiyinə görə Orxanın maşını ilə getməli olduqlarını, Orxan onu yığmasaydı adi qaydada taksi sifariş verəcəkdi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduğu cinayət əməlini törətmələri özlərinin ifadələrindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, mənzilə baxış keçirilməsi haqqında protokol, üzləşdirmə protokollar, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, SMS məlumatları və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan məlumat əsasında Şahid1 rəhbərliyi ilə, ondan və Miryusif Seyidovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Fevral ayının 13-ü, 14-ə keçən gecə saat 2 radələrində Ramana qəsəbəsində yerləşən məktəbin yaxınlığında təqsirləndirilən şəxslərdən ikisi, Coşğun və Tamraz tərəflərindən saxlanılmışdır. Saxlanılan zaman Coşğun və Tamrazın yanında başqa şəxs də olmuşdur. Saxlanılan şəxslər baş idarəyə gətirilmiş və üzərlərinə şəxsi axtarış keçirilmişdir. Onların hər birinin üzərlərindən 10-12 qram çəkidə heroin aşkar edilmiş, bu barədə sənədləşmə işləri aparılaraq adiyyəti üzrə istintaq orqanına təhvil verilmişdir. Saxlanılan şəxslərin demələrinə görə həmin narkotik vasitələri bir-iki gün əvvəl vatsap vasitəsi ilə İİR vətəndaşlarından “zakladka” yolu ilə əldə etmişlər. Təqsirləndirilən şəxslərə qarşı heç bir təzyiq edilməmişdir. Onun iştirak etdiyi əməliyyat tədbirində saxlanılan şəxslərin hər hansı bir avtomobillərində 1 kiloqram narkotik vasitənin aşkarlanması olmamışdır. Onlar saxlanılan şəxsləri avtomobillə təqib etməmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan məlumat əsasında Şahid3 rəhbərliyi ilə, ondan və Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Fevralın 14-də Ramana qəsəbəsində yerləşən məktəbin yaxınlığında təqsirləndirilən şəxslərdən ikisi, Coşğun və Tamraz pyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişlər. İdarədə onların üzərlərinə şəxsi axtarış keçirilmişdir. Onların hər birinin üzərlərindən 10-12 qram çəkidə heroin aşkar edilmiş, bu barədə sənədləşmə işləri aparılaraq adiyyəti üzrə istintaq orqanına təhvil verilmişdir. Saxlanılan şəxslərin demələrinə görə həmin narkotik vasitələri bir-iki gün əvvəl vatsap vasitəsi ilə İİR vətəndaşlarından “zakladka” yolu ilə əldə etmişlər. Təqsirləndirilən şəxslərə qarşı heç bir təzyiq edilməmişdir. Onun iştirak etdiyi əməliyyat tədbirində saxlanılan şəxslərin hər hansı bir avtomobillərində 1 kiloqram narkotik vasitənin aşkarlanması olmamışdır. Onlar, saxlanılan şəxsləri avtomobillə təqib etməmişlər. Təqsiləndirilən şəxslərə qarşı hər hansı zorakılıq edilməmişdir. Onlar, saxlanılan şəxsləri avtomobillə təqib etməmişlər. Əməliyyat tədbirinə onun və Qismətin avtomobilləri ilə getmişlər. Qismət Orxanın avtomobili ilə Coşğun və Tamrazı idarəyə aparmışdır. Avtomobildə olarkən təqsirləndirilən şəxslərin qollarına qandal vurmamışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 14 fevral 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs3 Sabunçu rayon ərazisində piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdrəsinə aparıılmışdır. Nicatın saxlanılmasnda ondan başqa Şahid2 iştirak etmişdir. Baş idarədə Nicatın üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə olan heroin aşkar olunmuşdur. Sorğu zamanı Nicat yaşadığı evdə də narkotik vasitə olduğunu demişdir. Sonuncunun razılığı alındıqdan sonra Sabunçu ərazisində yerləşən evə baxış keçirməyə getmişlər. Həyətə daxil olduqda sağ tərəfdə yarımtikilidə Nicat içərisində marixuana olan kisəni və evin içərisində mətbəxdəki soyuducunun içərisində olan heroini təqdim etmişdir. Nicat heroini Coşğunun İİR vətəndaşı vasitəsi ilə əldə edərək ona saxlamaq üçün verdiyini demişdir. Nicat həmçinin Coşğun və Tamrazla birlikdə narkotik vasitəni götürdüklərini demişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs3 qarşı hər hansı zorakılıq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs3 Sabunçu rayon ərazisində saxlanılaraq Baş İdarəyə aparılmışdır. İdarədə Nicatın üzərindən 10-11 qram heroin aşkar olunmuşdur. Çəkiliş zamanı Nicat yaşadığı evdə də külli miqdarda narkotik vasitə olduğunu demişdir. Nicatın yaşadığı evdən 2 kiloqrama yaxın heroin və 5-6 kiloqram da marixuana aşkar edilərək götürülmüşdür. Nicatın dediyinə görə Balaxanı ərazisində iranlının “zakladka” vasitəsi ilə qoyduğu narkotiki dostları ilə götürmüşlər. Nicat da evdə saxlayaraq onlara köməklik etmişdir. Bunun əvəzində heroin alacaqdı. Evə videoçəkiliş vasitəsi ilə daxil olmuşlar. Nicatı özü açarla qapını açmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa Miryusif Seyidov və Şahid3 daxil olmuşdur. Sabunçu rayonu, Ramana qəsəbəsi, 296 saylı məktəbin yanında Ceyhun,Tamraz və Orxan adlı şəxsləri piyada hərəkət edərkən saxlayaraq Polis İdarəsinə gətirmişlər. İdarədə təhqiqatçı və müdafiəçilərin iştirakları ilə onların üzərinə şəxsi axtarış keçirilmişdir. Saxlanılan şəxslərin üzərindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Saxlanılan şəxslər narkotik vasitəni Sabunçu ərazisinə İran vətəndaşından aldıqlarını, Nicat adlı şəxslə birlikdə gedib götürdüklərini demişdir. Nicatın saxlanılması ilə bağlı əməliyyat tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir təzyiq edilməmişdir. Onun iştirak etdiyi əməliyyat tədbirində saxlanılan şəxslərin hər hansı bir avtomobillərində 1 kiloqram narkotik vasitənin aşkarlanması olmamışdır. Onlar saxlanılan şəxsləri avtomobillə təqib etməmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 təxminən beş ildir tanıyır. Sonuncu ilə Qaraçuxurda qonşu olmuşlar. O, hərdən taksi fəaliyyəti ilə məşğul olur. 13 fevral 2024-cü il tarixdə Nicat ona zəng edərək onu evə aparmasını istəmişdir. O, Sabunçuda Bolmartın yanından Nicatı götürmək üçün gəldikdə orada sonuncunun tanışları Coşğun və Tamrazı da görmüşlər. Nicat ona Balaxanıdan yük götürəcəyini demişdir. Balaxanı yolunda Nicat maşını saxlatdırmış, Nicatla Tamraz maşından düşmüşlər. Onlar bir qədər sonra əllərində çanta ilə maşına qayıtmışlar. Nicatdan həmin bağlamada nə olduğunu soruşmuş, sonuncu ona pendir olduğunu demişdir. Daha sonra Nicatı evinin yanında düşürmüşdür. Nicat gediş haqqını vermiş və çantanı götürərək getmişdir. Yolda olarkən polislər onu, Coşğunu və Tamrazı saxlayıb polis bölməsinə aparmışlar. Şahid5 məhkəmə baxışı zamanı ona verilən suallara cavab olaraq göstərdi ki, o, maşın sürərəkən heç bir maşın onları izləməmişdir. Yalnız Nicatı düşürəndən sonra Ramana qəsəbəsində məktəbin yanında polislər tərəfindən saxlanılmışdır. X13 üzərlərinə şəxsi axtarış keçirərkən onların hər birinin üzərindən bir büküm sarı rəngdə narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitələr tərəzidə çəkdilmiş 10 qram və 12 qram olması müəyyən edilmişdir. Polislər onları saxladıqdan sonra Nicatın harada olduğunu soruşmuşlar. O, polislərə onlar tərəfindən təqib edildiklərini bilmədiyini, əgər bilsə maşın saxlayacağını demişdir. Daha sonra polislər maşına baxış keçirmiş və maşından narkotik vasitə aşkar etməmişlər. Tamrazın və Coşğunun üzərinə baxışı ondan ayrı keçirmişlər. Coşğun və Tamraza polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir edilməsinin şahidi olmamışdır. Bölmədə Coşğun və Tamrazın üzərinə narkotik vasitə qoyulmasını görməmişdir. 13 fevral 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxx 1993-cü ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Fazil Davudov küçəsi ev 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs3, 12 avqust 1991-ci ildə Ucar rayonunda anadan olan, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1991-ci ildə Masallı rayonu, Bədəlan kəndində anadan olmuş, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, Daşkarxanası adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində üzərində gəzdirməsi, alqı-satqısı ilə məşğul olması bildirilir. (Cild 1 i.v. 5) 13 fevral 2024-cü il tarixli raportdan görünür ki, 12 avqust 1991-ci ildə Ucar rayonunda anadan olan, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1991-ci ildə Masallı rayonu, Bədəlan kəndində anadan olmuş, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, Daşkarxanası adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 296 saylı məktəbin yaxınlığında Şahid5 ilə birlikdə piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişlər, Şahid5 BNMİ-ə dəvət edilmişdir. (Cild 1 i.v. 11) 14 fevral 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 01:10-da (faktiki saxlanılma 13 fevral 2024-cü il, saat 23:50-də) Təqsirləndirilən şəxs1 şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 22) 14 fevral 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 01:40-da (faktiki saxlanılma 13 fevral 2024-cü il, saat 23:50-də) Təqsirləndirilən şəxs2 şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 41) 14 fevral 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 13:50-də (faktiki saxlanılma saat 12:20-də) Təqsirləndirilən şəxs3 şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 76) 15 fevral 2024-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (Cild 2 i.v. 21-25) 15 fevral 2024-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl Nicat və Coşğunla görüşdüyünü, Nicatın narkotik vasitəni götürməyə gedərkən onlarla birlikdə getdiyini, xeyli miqdarda nakotik vasitənin olduğunu gördükdə götürmək istəməsələr də, polis əməkdaşları tərəfindən izləndiklərini başa düşüb götürdüklərini bildirmişdir. Son olaraq polis əməkdaşları tərəfindən heç bir şiddətə və təzyiqə məruz qalmadığını qeyd etmişdir. (Cild 2 i.v. 26-31) 15 fevral 2024-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Tamraz və Coşğun onu yığaraq Qaraçuxur qəsəbəsinə yemək yeməyə çağırmışlar. Bu zaman Coşğun ona qalacaq yerinin olmadığını bildirmişdir. O da özünün belə qalmağa yerinin olmadığını bildirsə də, Coşğun təkidlə birlikdə qalmaq üçün xahiş etmişdir. Onlar taksidə yolda olan zaman Coşğun bildirmişdir ki, Orxan adlı dostu var və onu çay içməyə Qaraçuxura çağırır. O, taksi fəaliyyəti ilə məşğul olur. Coşğuna onun görüşə bilməyəcəyini demişdir. Lakin taksi sürücüsü kimi lazımi ünvana çatdıra biləcəyini demişdir. Ünvana çatan zaman Tamraz maşından düşüb kisəni götürüb geri qayıtmışdır. O, həmin kisənin içərisində narkotik vasitə olmasından xəbəri olmamışdır. Yolda olan zaman bir avtomobilin onları izlədiyini hiss etmişdir. Bu zaman Coşğun avtomobildən kisəni atmışdır. Bu zaman kisənin içindəkilər yerə daöılmışdır. Coşğun ona özünü avtomobildən kisənin dalınca atmasını demişdir. O da atmışdır. Xəsarət almamışdır. Kisəni götürüb öz evinin həyətinə aparmışdır. Növbəti gün polis əməkdaşları tərəfindən saxlanılmışdır. (Cild 2 i.v. 15-20) 14 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 13 fevral 2024-cü il tarixdə saat 23:50-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 296 saylı orta məktəbin yaxınlığında saxlanılaraq BNMİnin İnzibati binasına gətirilmiş və üzərilərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1un əynində olan boz rəngli şalvarın sol yan cibindən 10,884 qram çəkidə, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən isə bir ədəd bükümdə 11,806 qram çəkidə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. (Cild 1 i.v. 51-53) 14 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs3 DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 14 fevral 2024-cü il tarixdə saat 12:20-də ünvan 9 yaşadığı evin yaxınlığında saxlanılaraq BNMİ-nin İnzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan boz rəngli şalvarın sağ yan cibindən 9,249 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. (Cild 1 i.v. 85-87) 14 fevral 2024-cü il tarixli evə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs3 DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 14 fevral 2024-cü il tarixdə saxlanıldıqdan sonra onun yaşadığı ünvan 9 evinə keçirilmiş baxış zamanı evin yarımtikili hissəsində saxladığı bir ədəd polietilen torbada altı ədəd bükümdə ümumilikdə 5505 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və mətbəxdə yerləşən soyuducuda saxladığı sellofan torbada olan iki ədəd bükümdə ümumilikdə 2020 qram çəkidə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərilərindən aşkar edilmiş heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. (Cild 1 i.v. 91-92) 11 aprel 2024-cü il tarixli “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş bir ədəd “Samsung” markalı qara rəngli mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı “Atan” kimi qeyd olunmuş +**********78 saylı, adı “Behlul” kimi qeyd olunmuş +**********31 saylı, adı “İram” kimi qeyd olunmuş +**********07 saylı, “Mahab” kimi qeyd olunmuş +**********08 saylı və “Zehra” kimi qeyd olunmuş +**********02 və +**********44 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı kontaktlar siyahısında “Kırasnı” kimi qeyd olunmuş və Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə danışıq pəncərəsində həmin şəxs Təqsirləndirilən şəxs1 31 yanvar 2024-cü il tarixdə “Daşdan qoyub yatmamısan səhərə kimi, bəs axşam məni çağırırdın nə oldu?” mətnli mesaj yazmış, 13 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 “Klent tap, Super ot” yazdığı mesaja Təqsirləndirilən şəxs3 cavab olaraq “Yene barıqalıq? Okey...deyərəm bu gün hamıya...2,5 neçəyə verirsən mənə?...ayə adam var desəm ona yarı həll edə bilərsən?” yazdıqdan sonra Təqsirləndirilən şəxs1 ona bank kartının görüntüsünü atmış, daha sonra isə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 “Qaqa dedim ona gəlir indi Qaraçuxura, indi sənə yer deyəcəm ora bir yerə harasa özün mənə xəbər edərsən hara qoyursan şəklini də at göstərim ona” səsli mesaj yollamış, həmin tarixdə Təqsirləndirilən şəxs1 ona “20 qram...350” yazmış, Təqsirləndirilən şəxs3 da ona cavab olaraq “X31” adlı istifadəçi ilə aralarında (həmin istifadəçinin Təqsirləndirilən şəxs3 “denən 400 manat var cəmi verirsə versin vermirsə canı sağ olsun” yazdığı yazının yer aldığı dialoq pəncərəsinin skrinşotunu yollamış. Danışığın nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3 həmin “X31” adlı istifadəçi ilə Təqsirləndirilən şəxs1 əlaqələndirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 adı “Teymur bb” kimi qeyd olunmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi ilə aralarında aparılmış danışıq zamanı Təqsirləndirilən şəxs2 12 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 “bir dəqiqəyə maşına otururam qaqa şəkilləri at...Coşğun, yaman çox şəkil atdı haaa...tapmışam burdayam qaqa...kubiklərin yanında...burda yaşayış vare qaqa...qaqa o gij***lağa denən ki bu nə adresdie atıb? Yaşayış olan yerdi, düz zibillik yazılan yerdi bir nəfər 15 dəqiqədir durub siqaret çəkir orda...” səsli mesaj yazmış, Təqsirləndirilən şəxs1 də ona cavab olaraq “...indi danışdım deyir sən nə istəyirsəne? Bunu ərit axşama kimi...pulunun yarısını vermədim axı...sən arxayın ol...onnan iki yeşik də, hardasa 10 dənə bir paketə bük, skoç varsa bir dənə skoçla top kimi elə də yekə, çıx bir yerə zakladka elə konum kimi mənə at mən də ona atım həmin adama, onun adamı var, biz babat tutuzduracağıq, uşaq deyilikki, şeytana papış tikə-tikə gəlmişik...10 qram da beş-beş iki dənə gözə yarı elə bir spiçka korobkası vurdun çıxartdın bir dənə zakladka elə balaca vərəqə yaz 10 dənə...onu tez bazar elə nə olar bizə daha inanmayacaqlar, daha o ayın-oyundan verən olmayacaq, bir fürsətdir düşüb tez bazar elə onu at...sonra deyirsən bizə niyə heç kim heç nə vermir? bax bu şeyə görə” səsli mesaj yollamış, Təqsirləndirilən şəxs2 də ona cavab olaraq “hə bildim qaqa indi edəcəm...indi gedirəm spiçka korobkası alım, onu kəsib qoyacam, gör nə deyirəm, tərəzin yoxdur hə? elə olsaydı yaxşı olardı...hazırdı qaqa...gör maraqlana bilirsən kimdə tərəzi var? amma sənə deyim qaqa o birinci ki göndərmişdi onun rəngi yaşıl idi, bu bir az qaradır, yekədəndir...mənə bax götürən kimi mənə denən, onlara da de ki, bir saatlıq vermişəm konumu...mənə baxe o kubik məsələsi nə oldu?” səsli mesaj yollamışdı. 13 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 “qaqa, burda neçə qramdı? Elə bil əkməyə verib” yazmış, Təqsirləndirilən şəxs1 də cavab olaraq “ona atdım...Bəhlula...yarım kilo deyir” yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 “mən sənə verdiyim var idi ha..balaca onu şey eləmə, əritmə, o tamam başqa temadı” səsli mesaj yollamışdır. Qeyd olunanlardan əlavə, müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 +**********16 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 12 fevral 2024-cü il tarixdə “Salam baba nətərsən? sənin nömrəni uşaqlardan aldım, deyirdim səninlə bir işləyim də...İrandanam mən...sən əsgərsən? mən özüm əsgərəm 5 günüm qalıb...axşam üstü danışarıq da səninlə görək nə edirik” səsli mesaja Təqsirləndirilən şəxs1 cavab olaraq “salam baba, bilirəm...yox, mən zabit olmuşam, çıxmışam...heçnə...oldu baba, oldu” səsli mesaj yollamış, adı kontaktlar siyahısında “Atan” kimi qeyd olunmuş +**********78 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 26 yanvar 2024-cü il tarixdə “salam qardaşım necəsən? kişi mənim pulumu ver” yazdığı mesaja Təqsirləndirilən şəxs1 cavab olaraq “atamın goru yox, həyat dirənib...” mesaj yazmış, adı kontaktlar siyahısında “Mahab” kimi qeyd olunmuş +**********08 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçiyə Təqsirləndirilən şəxs1 15 dekabr 2023-cü il tarixdə “salam qardaşım, işləmək istəyirəm” mətnli mesaj yazmışdır. Bundan başqa, telefonun daxili yaddaşında olan fotogörüntülərə keçirilən baxış zamanı göndərilmiş son iki görüntüdən birində “Bolmart” marketin kənardan çəkilmiş görüntüsü və Balaxanı qəsəbəsində dəqiq ünvanı bilinməyən sahəsində neft çıxaran cihazların yerləşdiyi çöllüyün çəkilmiş görüntüsü müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 istifadəsində olmuş bir ədəd “Samsung” markalı qara rəngli mobil telefon aparatına keçirilən baxış zamanı həmin cihazın işlənmiş vəziyyətdə olaraq plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralı olması məlum oldu. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs3 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı kontaktlar siyahısında “X32” kimi qeyd olunmuş +**********0 saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi istifadəçi arasında danışıqların dialoq pəncərəsində Təqsirləndirilən şəxs3 həmin istifadəçiyə 13 fevral 2024-cü il tarixdə yolladığı “Yaxşı hələ Coşğun yoxdu yanımda deyərəm səbirli ol...Allaha and olsun heçnə eləməmişik, hələ başımıza iş gəldi evdəyəm danışa bilmirəm sabah danışacam sənə nə olub” mesajına həmin istifadəçi Təqsirləndirilən şəxs3 “Noldu gəlib çıxmadın...ayə sən nə qədər məni aldadacaqsan...pulumu verin” yazması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 istifadəsində olmuş bir ədəd “Redmi” markalı qara rəngli mobil telefon aparatına keçirilən baxış zamanı həmin cihazın işlənmiş vəziyyətdə olaraq plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralı olması məlum oldu. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı mobil telefon vasitəsilə çəkilərək “Whatsapp” mobil tətbiqi vasitəsilə digər istifadəçiyə göndərilmiş fotogörüntülər içərisində 12 fevral 2024-cü il tarixdə qeydə alınmış və zahirən narkotik vasitə qurudulmuş marxuanaya oxşar maddənin bir hissəsini əldə saxlamaqla, digər hissəsinin isə masanın üzərində olan sellofan bükümdə olmaqla çəkilmiş görüntüsü müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Redmi” markalı mobil telefon aparatına keçirilən baxış zamanı başqa iş üzrə sübut əhəmiyyətli hal aşkar edilməmişdir. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin mobil telefonlar maddi sübut kimi tanınaraq saxlanılması üçün BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (Cild 2 i.v. 113-116; cild 3 i.v. 42-67) 08 may 2024-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «Bakcell» ММC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli BKC/LGL- 4929/24 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunan məlumatlarda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 14 fevral 2023-cü il tarixdən 14 fevral 2024-cü il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı göndərilən SMS-lərin içərisində ***-***-**-** saylı GSM nömrənin abunəçisinin xx.xx.2023-cü il tarixdə “4. Qr. Ot. Bir. 07. Daw” mətnli mesaj yazması məlum olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş həmin GSM mobil telefon nömrəsi ilə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə +**********10 saylı, xx.xx.2023-cü il tarixdə +**********07 saylı, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə +**********04 saylı, xx.xx.2023-cü il tarixdə +**********29 saylı İran İslam Respublikasına məxsus mobil GSM nömrə istifadəçiləri ilə zəngli əlaqə saxlaması halları müəyyən edilmişdir. Ona görə də, həmin bir ədəd CD disk maddi sübut kimi tanınmaqla saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2 i.v. 139-141; cild 3 i.v. 42-67) İstintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid3 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. (cild 2; iş vərəqə 250-252) İstintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı X4 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir.(Cild 2; iş vərəqə 253-255) İstintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid2 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha təsdiq etmişdir. (Cild 3; iş vərəqə 1-3) İstintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid1 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha təsdiq etmişdir. (Cild 3; iş vərəqə 4-6) İstintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid3 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. (Cild 3; iş vərəqə 10-12) İstintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı X4 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. (Cild 3; iş vərəqə 13-15) 19 fevral 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülməklə maddi sübut hesab edilən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5 504,4 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və 2051,489 qram heroin öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 2 i.v. 41-43) Məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2024-cü il tarixli 3-16-16/2-6/899 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə şübhəli şəxs “ (imza) Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 10,884 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində : “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə şübhəli şəxs “ (imza) Təqsirləndirilən şəxs2” yazısı və imzalar olan paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 11,806 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. (Cild 1 i.v. 103-107) Məhkəmə kimyəvi-bioloji ekspertizasının 15 fevral 2024-cü il tarixli 3-16-16/2-7/245 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs3 yaşadığı evdən ...” yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı 05(beş) ədəd şəffaf sellofan bağlamalarda və 01(bir) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1000,0 qram, 715 qram, 995 qram, 1485 qram, 320 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 5505 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. (Cild 1 i.v. 141-145) Kompleks məhkəmə kimyəvi-bioloji ekspertizasının 15 fevral 2024-cü il tarixli 3-16- 16/2-6/903 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunan kütlə...Təqsirləndirilən şəxs3” yazısı və imzalar olan paketdəki 01(bir) ədəd bükümdə təmiz çəkisi 9,249 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar olunan ... Təqsirləndirilən şəxs3” yazısı və imzalar olan torbadakı 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram və 1010 qram, ümumi təmz çəkisi 2020 qram açıq qəhvəyi rəngli tözşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs3 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2029,249 qramdır (2 kq 29,249 qr) və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş X7 aşkar edilərək götürülmüş heroinlər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş heroinlərlə (14 fevral 2024-cü il tarixli 3-16-16/2-6/899 saylı ekspert rəyi) xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. (Cild 1 i.v. 146-151) Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 X9 xx.xx.2024cü il tarixli 2293 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 deməsinə görə 10 ildən çoxdur ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir, deməsinə görə 1-2 dəfə psixotrop maddə metamfetamin istifadə edib. Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 2 i.v. 229-230) Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 X9 xx.xx.2024cü il tarixli 2367 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 deməsinə görə 4-5 ildir ki, arabir narkotik vasitə olan marixuana istifadə edir. Təqsirləndirilən şəxs3 kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 2 i.v. 231-232) Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 X9 xx.xx.2024cü il tarixli 2595 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 deməsinə görə 2010-cu ildən narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 2 i.v. 233-234) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 RF-nın 14 dekabr 2015-ci il tarixli hökmü CM-nin 228-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmün tanınması üçün Bakı Apellyasiya Məhkəməsinə və Bakı Ağır Cinayətlər məhkəməsinə müraciət daxil olmamışdır. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 RF-nın 05 fevral 2014-cü il tarixli hökmü CM-nin 228-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmün tanınması üçün Bakı Apellyasiya Məhkəməsinə və Bakı Ağır Cinayətlər məhkəməsinə müraciət daxil olmamışdır. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir. 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 bədən xəsarətlərinin aşkar olunması barədə məumat üzrə Xidməti araşdırmalar idarəsində toplanmış 362-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (Cild 2 i.v. 162-163) 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 bədən xəsarətlərinin aşkar olunması barədə məumat üzrə Xidməti araşdırmalar idarəsində toplanmış 363-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (Cild 2 i.v. 159-160) 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 bədən xəsarətlərinin aşkar olunması barədə məumat üzrə Xidməti araşdırmalar idarəsində toplanmış 591-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (Cild 2 i.v. 165-166) Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs1 məxsus tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədənində sol saidin ön, arxa səthlərində, sol fəqərənin ön səthində köhnə çapıqlar aşkar edilmişdir. X3 həbs olunmamışdan əvvəl zədə aldığını bildirmişdir. (Cild 4 i.v. 68) Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs2 məxsus tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun alnında, sağ saidin ön səthində köhnə çapıq toxumaları, hər iki qulaq seyvanında, gicgah nahiyəsində sarımtıl qançır, sağ gicgahda kiçik ölçülü yara aşkar edilmişdir. Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs3 məxsus tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədənində yeni xəsarət izləri aşkar edilməmişdir. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 BMCMİ-nin X21 qəbul edilərkən döş qəfəsinin ön sol nahiyəsində xəsarət izlərinin olduğu müəyyən edilmiş, bununla bağlı məhkəmə-tibbi ekspetizası təyin edilərək qeyd olunan xüsusata hüquqi qiymət verilmişdir. (Cild 4 i.v. 82) DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 BMCMİ-nin X19 qəbul edilərkən döş qəfəsinin ön sol nahiyəsində xəsarət izlərinin olduğu müəyyən edilmiş, bununla bağlı məhkəmə-tibbi ekspetizası təyin edilərək qeyd olunan xüsusata hüquqi qiymət verilmişdir. (Cild 4 i.v. 109) Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 07 fevral 2024-cü il təvəllüdlü X11 adında bir azyaşlı, xx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlarında iki yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “vətən müharibəsi iştirakçısı medalı” ilə təltif edilmişdir. (Cild 4 i.v. 101) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 təhqiqatçının təklifi ilə əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə “kokos” kimi tanıdığı bükümü, özünə məxsus şəxsiyyət vəsiqəsini və 01 qutu “sobranie” siqaretini, sağ yan cibindən bir ədəd qara rəngli “Samsung A54” markalı mobil telefonu və 246 manat nağd pul vəsaitini təqdim edir. Daha sona onun üzərinə şəxsi axtarış keçirilir v üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilmir. Onun təqdim etdiyi büküm tərəzidə çəkilir və çəkisinin 12 qram olması müəyyən edilir və həmin büküm qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülür. Bundan sonra Təqsirləndirilən şəxs2 təhqiqatçının təklifi ilə əynində olan şalvarın sağ yan cibindən bir ədəd Redmi markalı mobil telefon, 01 ədəd siqaret qutusunu və bir ədəd bükümü təqdim edir. O, təqdim etdiyi bükümün “kokos” olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Daha sona onun üzərinə şəxsi axtarış keçirilir və üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilmir. Onun təqdim etdiyi büküm tərəzidə çəkilir və çəkisinin 13 qram olması müəyyən edilir. Təqdim edilmiş büküm qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülür. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq narkotik vasitəni şəxsi istifadəsi məqsədilər tanımadığı İİR vətəndaşından mobil telefonla yazışaraq əldə etdiyini, narkotik vasitni götürmək üçün Sabunçu rayonuna Orxan, Tamraz və Nicatla birlikdə getdiyini, Nicatın harada olduğunu bilmədiyini, Orxanın onların narkotik vasitənin arxasınca getməklərini bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq Orxanın maşnda əyləşdiklərini üçünün, yəni o, Nicat və Coşğunun avtomobildən düşərək narkotik vasitəni götürdüyünü, ondan və Coşğundan aşkar edilən narkotik vasitələri onlara Nicatın pay kimi verdiyini bildirir. Bundan sonra hər ikisi narkotik vasitələrin satışı ilə məşğul olmadıqlarını, oradan gptürüln başqa narkotik vasitənin harada olduğunu bilmədiklərini, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmadıqlarını, əvvəllər üzərlərinə axtarış keçirilmədiklərini, götürəcəkləri vasitələrin narkotik vasitə olduğunu əvvəldən bildiklərini bildirir. Bundan başqa məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 təhqiqatçının təklifi ilə əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə “kokos” kimi tanıdığı noarkotik vasitəni təqdim edir. Daha sona onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir və onun əynində olan şalvarın sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon və 97 manat nağd pul, əynində olan gödəkçənin sağ yan cibindən 2 ədəd qutuda siqaret aşkar edilir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi büküm tərəzidə çəkilir və çəkisinin 11 qram olması müəyyən edilir. Həmin büküm qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülür. O, verilən suallara cavab olaraq təqdim etdiyi bükümü İİR vətəndaşından Coşğun adlı iş yoldaşının vasitəsilə əldə etdiyini bildirir. O, Coşğunun onu və Tamrazı bu işə cəlb etdiyini bildirir. Həmçinin bildirir ki, Coşğun ona gecə qalmağa yer istədiyini demiş, o, öz evini ona təklif etmişdir. Taksi tutub gedərkən yolda Coşğun ona narkotik vasitə marixuana götürmək lazım olduğunu və bunun üçün Sabunçu rayonu, Balaxanı qəsəbəsinə gedəcəklərini, Orxanın narkotik vasitələrdən xəbərinin olmadığını, lakin Tamrazın xəbərinin olduğunu bildirir. 13 fevral 2024-cü il tarixdə saat 18 radələrində narkotik vasitəni götürdüklərini və bunun müqabilində Coşğunun ona marixuana verəcəyini bildirir. O, həmçinin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmadığını, əvvəllər üzərinə axtarış keçirilmədiyini, götürəcəkləri vasitələrin narkotik vasitə olduğunu əvvəldən bildiklərini bildirir. Bundan başqa məhkəmə baxışı zamanı ünvan 9 ünvana baxış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 həmin ünvanda üç ildir yaşadığını və həmin evin ona məxsus olduğunu, evə baxış keçirilməsinə etiraz etmədiyini bildirir. Baxış zamanı evin yarımtikili hissəsində saxladığı bir ədəd polietilen torbada altı ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və mətbəxdə yerləşən soyuducuda saxladığı sellofan torbada olan iki ədəd bükümdə ümumilikdə 2020 qram çəkidə heroin aşkar edilir. Daha sonra marixuana və heroin tərəzidə çəkilir və marixuananın çəkisinin 5715 qram, heroinin çəkisinin 2072 qram olması müəyyən edilir. Hər iki narkotik vasitə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülür. Təqsirləndirilən şəxs3 suallara cavab olaraq Coşğun adlı dostunun İİR vətəndaşı olan şəxsdən aldığını, narkotik vasitələri Balaxanı yolundan götürdüklərini narkotik vasitələri Coşğun və Tamrazla birlikdə götürdüklərini, Coşğunun ona həmin narkotik vasitələri özündə saxlamasını tapşırdığını, marixuana istifadəçisi olduğu üçün Coşğunla birlikdə narkotik vasitəni götürmək üçün getdiyini bildirir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 83-cü bəndinə əsasən –800 (səkkiz yüz) qramdan artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar, 109.1-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın və baxışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki,…cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə, eləcə də, baxış zamanı CPM-nin 236-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış və baxış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 videoçəkilişlə üzərlərindən və Təqsirləndirilən şəxs3 yaşadığı mənzildən aşkar edilən narkotik vasitə və psixotrop maddələri könüllü təqdim etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin hər üçü onlara qarşı sürülmüş itthamı qəbul etməmiş, ittiham aktında qeyd edilən tarixdə və yerdə saxlanılmadıqlarını, saxlanılmazdan əvvəl üzərlərindən və Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar edilən narkotik vasitələrin onlara aid olmadığını, polis əməkdaşları tərəfindən məruz qaldıqlar fiziki və psixoloji təzyiqlərdən sonra həmin narkotik vasitə və psixotrop maddələrin onlara məxsus olduqlarını bildirməklə onlara qarşı süülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Məhkəmə tutulma vaxtı və yeri ilə bağlı onu qeyd edir ki, təqsirləndirilən şəxslər məhkəmə baxışı zamanı oxşar məzmunda ifadə verərək Orxan adlı tanışlarının avtomobili ilə Təqsirləndirilən şəxs1 sifariş etdiyi az miqdarda (təxminən 10-20 qram) qrudulmuş marixuana almaq üçün getdiklərini, narkotik vasitəni götürdükdən sonra, polis əməkdaşları tərəfindən təqib edildiklərini başa düşdükləri üçün, götürdükləri narkotik vasitəni maşının pəncərəsindn atdıqlarını, Nicatın yolda düşdüyünü bildirmiş, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının onları saxladıqdan sonra üzərlərinə və avtomobilə baxış keçirdiklərini, narkotik vasitə aşkar edilmədikdən sora bölməyə aparıldıqlarını və orada edilən təzyiqlər nəticəsində hərəsinin bir ədəd bükümdə narkotik vasitəni etiraf etdiklərini göstərmişlər. Məhkəmə bu hissədə qeyd edir ki, təqsirləndirilən şəxslər saxlanılma şəraitini mübahisələndirsələr də, onlar bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, əvəzində onların bu hissədə vermiş olduqları ifadələri məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının və Şahid5 ifadələri ilə təkzib edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalmaları səbəbindən narkotik vasitələrin onlara məxsus olması yönündə etirafedici ifadə vermələri ilə bağlı məhkəmə qeyd edir ki, onların ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, barələrində məhkəmə-tibbi ekspertizası keçirilmiş və aparılan araşdırmaların nəticəsində polis əməkdaşlarının barəsində cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında vermiş olduqları ifadələrin inandırcılığı ilə bağlı qeyd edir ki, hər üç Təqsirləndirilən şəxs1 10 qram narkotik vasitə sifariş verdikdən sonra həmin narkotik vasitəni götürmək üçün getdiklərini, lakin çatdıqları yerdə böyük bir bağlama olduğunu demişlər. Bu hissədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxslər yalnız kisəni götürdükdən sonra polis əməkdaşları tərəfindən təqib edildiklərini göstərmişlər. Bundan belə bir nəticəyə gəlmək olur ki, içərisində külli miqdarda narkotik vasitə olan kisəni götürmək üçün getmiş Təqsirləndirilən şəxs2, eləcə də sonuncunun narkotik vasitəni avtomobilə qoyarkən avtomobildə olan digər təqsirləndirilən şəxslərin imkanı və zamanı olmuşdur ki, həmin kisənin içərisində olan narkotik vasitənin miqdarını dəqiqləşdirə bilsinlər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri daha mötəbər və inandırıcıdır. Belə ki, onların üzərindən və Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadələri digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış və evə baxış protokolları, telefonuna daxil olan və çıxan məlumatlar, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, önəmli olan təqsirləndirilən şəxslərin hadisəni və digər xüsusatları ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış və evə baxış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özləri könüllü şəkildə narkotik vasitə və psixotrop maddələri təqdim etmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələri satış məqsədi ilə əldə etmələri ilə bağlı qeyd edir ki, onlarda aşkar edən narkotik vasitələrin çəkisinin şəxsi istifadə üçün müəyyən edilmiş miqdardan dəfələrlə artıq olması onların həm narkotik vasitəni satış məqsədilə əldə etməsinə dəlalət edir. Bundan başqa, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mobil telefonlarına baxış zamanı bir-birilərinə, eləcə də, müxtəlif nömrələrə narkotik vasitələlərin satışı ilə bağlı mesajlar, səs yazıları göndərmələri müəyyən edilmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi ilə bağlı onu qeyd edir ki, Təqsirləndirilən şəxs1 ifadəsində özünü ona “Bəhlul” kimi təqdim edən İran İslam Respublikası vətəndaşından 80 manata 10 qram çəkidə nəşə, yəni qurudulmuş marixuana sifariş etdikdən sonra tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bu barədə məlumat verdiyini, bundan sonra sonuncularla birlikdə əvvəllər tanımadığı Orxan adlı şəxsin idarə etdiyi avtomobillə iranlının paylaşdığı konuma getdiklərini, Nicat və Tamrazın avtomobildə düşərək narkotik vasitəni oradan götürdüyünü və alacaqları narkotik vasitəni aralarında böləcəklərini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 ifadəsində Təqsirləndirilən şəxs1 narkotik vasitələri saxlamaq üçün ona verdiyini, evindən aşkar edilən narkotik vasitələri “Bəhlul” adlı şəxsin vasitəsilə Tamraz və Coşğunla birlikdə Balaxanı kəndi ərazisindən götürdüklərini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin kontaktlar siyahısında İran İslam Respublikası mobil operatoruna məxsus müxtəlif mobil nömrələr qeyd olunmuşdur. Həmçinin telefondakı yazışmalarda Bəhlul adlı şəxsin adı çəkilərək ondan narkotik vasitənin alınması ilə bağlı danışıqlar vardır. Göründüyü kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 “Bəhlul” adlı şəxslə birlikdə narkotik vasitəni əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncunun dediyi yerdən götürməklə faktiki olaraq narkotik vasitə, psixotrop maddəninin əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər onların hakimiyyəti altında olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlini qəsdən törətmişdir. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində 1 azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, iki yetkinlik yaşına çatmayan övladının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilməsini himayəsində 1 azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onların faktiki tutulduğu vaxtdan, yəni 13 fevral 2024-cü il tarixdən və Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 14 fevral 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə iş üzrə maddi sübutlarla bağlı qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5 504,4 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və 2051,489 qram heroin məhv edilməli, cinayət işinin materiallarında olan 5 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd qara rəngli “Samsung A54” markalı mobil telefon Təqsirləndirilən şəxs1, razılığı olduğu halda yaxın qohumlarına, 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs2, razılığı olduğu halda yaxın qohumlarına və 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs3 razılığı olduğu halda yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilən 78 (yetmiş səkkiz) manat və məhkəmə kimyəvi ekspertizasına sərf edilmiş 228 (altmış beş) manat, ümumilikdə 302 (üç yüz iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müvafiq olaraq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 müdafiəçi təyin edilmişdir. Məhkəmə mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 300 (üç yüz) manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona həmin maddə ilə 8 (səkkiz) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona həmin maddə ilə 8 (səkkiz) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona həmin maddə ilə 8 (səkkiz) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. Hökm qanuni qüvvəyə mindikdən sonra DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5 504,4 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və 2051,489 qram heroin məhv edilsin, cinayət işinin materiallarında olan 5 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd qara rəngli “Samsung A54” markalı mobil telefon Təqsirləndirilən şəxs1, razılığı olduğu halda yaxın qohumlarına, 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs2, razılığı olduğu halda yaxın qohumlarına və 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs3, razılığı olduğu halda yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilən 78 (yetmiş səkkiz) manat və məhkəmə kimyəvi ekspertizasına sərf edilmiş 228 (altmış beş) manat, ümumilikdə 302 (üç yüz iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 300 (üç yüz) manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kamran Muxtarov Hakimlər Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-497/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-497/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver