Məhkəmə qərarları › İş №1(101)-498/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-498/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-498/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçilər: Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi5 və Müdafiəçi3 iştirakları ilə, xx xxx 1996-cı ildə Naxçıvan MR, Şahbuz rayonu, Sələsüz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Şahbuz rayonu, Sələsüz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1993-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Şəhriyar” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Şəhriyar” adlı şəxsin naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib Bakı şəhərinə daşıdığı külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən təmiz çəkisi 48,875 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin satışını həyata keçirib əldə olunmuş pulu aralarında bölmək məqsədilə Təqsirləndirilən şəxs1 24 fevral 2020-ci il tarixə keçən gecə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşı tərəfində yerləşən parkda zibil qutusunun içərisindən əldə edib üzərində saxlamaqla daşıyarkən daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 24 fevral 2020-ci il tarixdə saat 00:30-da qeyd olunan parkda saxlanılaraq üzərilərinə keçirilmiş baxış zamanı onların qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları külli miqdarda 48,875 qram çəkidə narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirmə barədə tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Şəhriyar” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Şəhriyar” adlı şəxsin naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib Bakı şəhərinə daşıdığı külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-İn İ siyahısına daxil edilən təmiz çəkisi 48,875 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinİ satışını həyata keçirib əldə olunmuş pulu aralarında bölmək məqsədilə Təqsirləndirilən şəxs1 24 fevral 2020-ci il tarixə keçən gecə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşı tərəfində yerləşən parkda zibil qutusunun içərisindən əldə edib üzərində saxlamaqla daşıyarkən daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 24 fevral 2020-ci il tarixdə saat 00:30-da qeyd olunan parkda saxlanılaraq üzərilərinə keçirilmiş baxış zamanı onların qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları külli miqdarda 48,875 qram çəkidə narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol yan cibindən üzəri yapışqan lentlə bağlanmış bir ədəd politilen kəsiyi bükümündə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o tutulan vaxta qədər təxminən 1 il idi ki, narkotik vasitə heroin istifadə edirdi. Özü heç vaxt İran İslam Respublikasında olmamışdır, “Şəhriyar” adlı iranlı kimi tanıdığı və narkotik vasitə əldə etdiyi şəxsi İnstagram sosial şəbəkəsi vasitəsilə tanımışdır. Söbhət əsnasında Şəhriyar ona əgər istəsə Azərbaycana narkotik vasitə heroin göndərə biləcəyini bildirdi. O razılaşaraq, mobil nömrəni Şəhriyara verdi, onun da nömrəsini götürdü ki, WhatsApp vasitəsilə daha rahat əlaqə saxlaya bilsinlər. O tanışı Şirməmməddə narkotik vasitə istifadə etdiyi üçün ona bu barədə bildirdi, o da özü üçün də heroin almağını xahiş etdi və onunla razılaşdı. Şirməmmədlə birlikdə 850 manat müqabilində heroin əldə etmək üçün Şəhriyarla razılaşdı. Həmin məbləğin 160 manatını Şirməmməd vermişdi, qalanını isə özü qoymuşdu. Şəhriyara pulun hazır olduğunu dedikdən sonra o ona İslam adlı şəxsin nömrəsini verdi, dedi ki, həmin adamla zəngləşib pulu ona verər. O həmin nömrəyə yığdı, İslam adlı şəxs onu “Buta Palace”-nin yaxınlığında yerləşən “Socar” yanacaq doldurma məntəqəsində olduğunu dedi və o həmin yerə gedib, pulu da İslama verdi. Pulu verdikdən sonra Şəhriyara pulu İslama verməsi barədə məlumat verdi. Şəhriyar da ona, zəng edib yerini deyəcəyini, gedib heroini 23 fevral 2020-ci il tarixdə dediyi yerdən götürə biləcəyimi bildirdi. Şəhriyar 23 fevral 2020-ci il tarixdə zəng vurub bildirdi ki, heroin “Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında parkda zibilqablarından birinə qoyulub. O gecə yarısı- 24 fevral 2020-ci il tarixdə saat 00:30 radələrində Şirməmmədlə birlikdə onun maşını ilə həmin yerə getdilər. Şirməmməd maşında gözlədi, o isə maşından düşüb həmin yerə tərəf getdi. Şəhriyar da telefonda heroinin yerini demək üçün onunla danışırdı. O heroini zibilqabından götürüb cibinə qoydu. Sonradan polis olduğundan şübhələndiyi şəxslər gördü. Onların ona yaxınlaşdığını hiss edən kimi cibindəki heroini tullayıb qaçdı. Lakin polis əməkdaşları onu tutdu. Daha sonra polislər Şirməmmədi də tutdular. Şirməmmədi və onu əvvəlcə 28 may ərazisinə apardılar, orada 1 saat gözlədikdən sonra onları X3 Şöbəyə apardıqlarını bildirdilər. Lakin yolun yarısından çəkiliş aparılması üçün geri qayıtdılar. Parkın yaxınlığında həmin zibilqutusunun yanında narkotik vasitəni ona verdilər, çəkiliş aparacaqlarını və onların dediklərini deməyini istədilər, o da onların dediyi kimi danışdı. Heroin almaqda məqsədi sadəcə istifadə etmək olub. İranlı narkotik vasitəni İrandan gətirəcəyini deməmişdi, Azərbaycanda hansısa yerdən götürəcəyini demişdi, ona narkotiki İrandan gətirməsini deməmişdir, ümumiyyətlə İranda olmayıb, iranlıya “sən narkotiki İrandan gətir, mən burda götürüm” deməyib. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o uzun müddətdir ki, narkotik vasitə heroin istifadə edir. Özünə narkotik vasitə lazım olduğundan, Arifin də istifadəçi olduğunu, iranlı şəxsdən münasib qiymətə heroin ala bilidiyini bildiyindən, Arifə müraciət etdi və özü üçün də həmin şəxsdən heroin almasını istədi. Arifin özündə 700 manata yaxın pul varidi, hansı ki, həmin pula heroin almaq istəyirdi, o isə ona 160 manat pul verdi. Sonradan Arif bildiyi qədərilə həmin iranlı şəxslə əlaqə saxlayıb, həmin şəxs də Arifə heroinin pulunu çatdırmaq üçün başqa bir şəxsin əlaqə nömrəsini vermişdi. Arifi öz maşını ilə pulu çatdırmaq üçün “Buta Palace”-nin yaxınlığında yerləşən “Socar” yanacaq doldurma məntəqəsinə apardı. Orada Arif pulu İslam adında bir şəxsə verdi. X4 narkotikin yeri barədə məlumat verdikdə onu həmin iranlının dediyi-Elmlər Akademiyası metrostansiyası ərazisinə öz maşını ilə apardı. Həmin yerə gedəndə 24 fevral 2020-ci il tarixi idi, saat isə təxminən 00:30 radələri idi. Arif maşından düşüb Şəhriyarla danışadanışa narkotiki götürmək üçün onun dediyi yerə tərəf getdi. O da maşında onu gözlədi. 5- 10 dəqiqə keçdikdən sonra polis əməkdaşları ona yaxınlaşdılar. Maşına, daha sonra isə üzərinə baxış keçirildi, ancaq heç nə aşkar olunmadı. Daha sonra Lənkərana yola düşdülər, o öz maşında idi, maşını isə polis əməkdaşı idarə edirdi. Arif isə başqa maşında idi. Sonradan çəkiliş aparılması üçün Bakıya geri qayıtdılar. Çəkilişdən sonra isə polis əməkdaşları Lənkəranda yerləşən X5 apardılar. Ariflə birlikdə almaqda xüsusi bir məqsədi olmayıb, hər dəfə fərqli yerlərdən əldə edirdi, narkotik almaq barədə Arifin ona heç bir təklifi olmamışdı, özü istifadəçi olduğu üçün onun da istifadəçi olmasından xəbərdar idi, narkotiki Ariflə birgə almaqda məqsədi yalnız istifadə etmək idi. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsində sürücü polis nəfəri vəzifəsində xidmət edir, işin mahiyyəti üzrə onu deyə bilər ki, Şahid6 adlı şəxs şöbəyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, “Cabir adlı İran vətəndaşı ona deyib ki, əgər istəsən sənə narkotik vasitə təşkil edə bilərəm, sən də narkotiki Azərbaycanda satarsan”. Şahid6 həmin şəxsin ifşa olunmasına köməklik göstərə biləcəyini də deyib. Məlumat rəhbərliyə məruzə edildi və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul olundu. Daha sonra əməliyyat qrupu yaradıldı. Qrupa şöbə əməkdaşlarından Şahid1 rəhbərlik edirdi, o və Xəyal Abışov da qrup üzvləri idilər. Şahid6 isə şərti alıcı kimi çıxış edirdi. Tədbir keçirilməsi üçün Zamin Cabir ilə əlaqə saxladı və bildirdi ki, narkotik vasitə almaq istəyir. Cabir də ona Rafiq adlı şəxs vasitəsilə narkotik satacağını dedi. 21 fevral 2020-ci il tarixdə şərti alıcı qismində iştirak edən Şahid6 1150 manat pul verildi və o, tərəflərindən təlimatlandırıldı. Rafiq Zaminlə əlaqə saxlayıb onu Biləsuvar rayonuna çağırdı. 21 fevral 2020-ci il tarixdə həmin yerdə qrup üzvləri tərəfindən əməliyyat müşahidəsi aparıldı. Narkotik vasitəni Zaminə verəcək şəxs Zaminin maşınına əyləşdi və bir küçəni təkrar-təkrar bir neçə dəfə keçdilər. Rafiqin şübhələndiyini düşündükləri üçün müşahidə dayandırıldı. Daha sonra Zamin əvvəldən müəyyən olunan yerə gəldi və bildirdi ki, 1150 manat müqabilində Rafiq adlı şəxsdən narkotik vasitə alıb. Həmin narkotik vasitələr üç bükülüdə idi. Həmin bükülülərdə narkotik vasitəyə bənzər maddələr aşkar olundu və qablaşdırılaraq ekspertizaya göndərildi. 23 fevral tarixində Cabir Zaminlə əlaqə saxlayıb bildirdi ki, “istəsən məndə narkotik var, sənə sata bilərəm”. Narkotiki yenə də Rafiqi vasitəsilə satacağını deyib. Həmin gün hazırda xatırlamadığı saatda Rafiq Zamini narkotik vasitələri vermək üçün Biləsuvar rayonuna çağırdı. X8 maşınına əyləşdi. Tərəflərindən həmin avtomaşın müşahidəyə götürüldü. Onlar Bakı şəhəri istiqamətində hərəkət etdilər, sonra isə Səməd Vurğun bağının yaxınlığında binaya yaxınlaşdılar. Rafiq binada qara rəngli torba gizlətmişdi, həmin torbanı götürdükdən sonra birbaşa Zaminin maşınına əyləşdi. Onlar da həmin vaxt onlara yaxınlaşdılar, özlərini təqdim etdilər və Rafiqi əməliyyat tədbiri barədə qərarla tanış etdilər. Rafiqin üzərinə baxış keçirilən zaman qara rəngli sellofan torba aşkar olundu. Torbanın içərisində heroinə bənzər kütlə var idi. Həmin maddə qablaşdırıldı, möhürləndi. Rafiq bildirdi ki, narkotik vasitə Cabirə məxsusdur və onu Zaminə verməlidir. Həmin vaxt Zaminə Cabirdən zəng gəldi. Cabir bildirdi ki, dostu Şəhriyar Bakıda gizli yerlərində narkotik gizlədib. Həmin gizli yerlərdən biri də Elmlər Akademiyasının binasının qarşısındakı parkda zibil qutularından biridir. Həmin ərazi dərhal müşahidəyə götürüldü. Növbəti gün gecə yarısı zibil qutusunun içərisini axtarıb oradan bağlamaya oxşar əşya götürən bir nəfəri müşahidə etdilər. O, həmin bağlamanı cibinə qoyub uzaqlaşmaq istəyən zaman tərəflərindın saxlanıldı. Özlərini təqdim etdilər, daha sonra həmin şəxs də özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etdi. Arif əməliyyat tədbiri barədə qərarla tanış edildikdən sonra üzərinə baxış keçirilməyə başlandı və şalvarın cibindən sellofan bükülü aşkar etdilər. Bükülünün içərisində heroinə bənzər kütlə var idi. Həmin maddə qablaşdırılaraq möhürləndi. Arif narkotik vasitəni İran vətəndaşı Şəhriyar adlı şəxsdən əldə etdiyini və 850 manat pul verdiyini bildirdi. Arif Şirməmməd adlı tanışının onu gözlədiyini bildirdi. Həmin şəxsə öz maşında sükan arxasında əyləşmiş halda yaxınlaşdılar. O da Arifin dediklərini təsdiq etdi. Arif özü həmin bağlamada olan narkotik vasitənin İrandan gətirildiyini bildirdi. Şirməmməd parkın kənarında maşının içərisində gözləyirdi. Çəkiliş həyata keçirildikdən sonra hər iki şəxsi Lənkərana şöbəyə apardılar. Arifin üzərinə videoçəkilişlə yerindəcə, yəni park ərazisində baxış keçirildi, digər Təqsirləndirilən şəxs2 də üzərinə və avtomobilinə videoçəkilişlə baxış keçirildi, qanunsuz heç bir əşya və ya predmet aşkar olunmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 Şahid4 verdiyi ifadəsinə uyğun ifadə vermişdirlər. Cinayət işində olan Təqsirləndirilən şəxs1 saxlanılan zaman aparılan videoçəkilişin köçürüldüyü bir ədəd DVD diskə keçirilmiş baxış zamanı məlum olmuş ki, Təqsirləndirilən şəxs1 saxlanılanılan zaman keçirilən əməliyyat tədbiri əyani videoçəkilişlə aparılaraq sonuncu şəxsə mülki geyimdə olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yaxınlaşaraq özlərini ona təqdim etmişlər, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu və Təqsirləndirilən şəxs1 əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olub- olmaması barədə sorğu edilmiş və cavabında üzərində narkotik vasitə olduğunu, həmin maddəni iranlıdan pul müqabilində əldə etdiyini, iranlı “Şəhriyarın” dediyinə görə ona göndərilmiş narkotik madənin həmin yerdə gizlədildiyini, “Şəhriyar” adlı iranlı ilə Naxçıvan MR-na gedən zaman tanış olduğunu, həmin şəxsin İran İslam Respublikasının Biləsuvar şəhərində yaşadığını, taksi sürücüsü olduğunu, həmin şəxslə telefon vasitəsilə əlaqə saxladığım bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində olan maddə barədə soruşulduqda o, üzərində “kokos” kimi adı tanınan heroin adlı maddə olduğunu və bir ədəd sellofan bükümü əynində olan şalvarın sol yan cibindən çıxarıb təqdim etdikdən sonra həmin büküm ondan götürülərək baxış keçirilmiş və şəffaf rəngli sellofana büküldüyü üçün içərisində qəhvəyi rəngli maddənin olması əyani olaraq müəyyən olunmuşdur. Həmin bükümdə olan maddənin çəkisi barədə sorğu edildikdə Təqsirləndirilən şəxs1 ona 50 qram heroin göndəriləcəyini bildirmiş, buna görə “Şəhriyar” adlı iranlıya Bakı şəhərində sonuncunun dediyi “İslam” adlı şəxslə bir gün əvvəl görüşüb 860 manat pul verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sellofan bükümdə olan maddə elektron tərəzi vasitəsilə ölçülərək çəkisinin 50,18 qram olduğu məlum olduqdan sonra bir ədəd boş kağız zərfə qablaşdırılaraq götürülmüş və zərfin üzərində müvafiq qeydiyyat aparılmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 fevral 2020-ci il tarixli 259 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “....Təqsirləndirilən şəxs1 Muxtar oğlunun üzərindən....” sözləri və imzalar olan kağız paketdə üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-48,875 qam olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 48,875 qram, sərf edildi 0,05 qr, qalıq: 48,825 qram. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 01.06.2020-ci il tarixli 1409 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 08.06.2020-ci il tarixli 1514 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung Galaxy A3” markalı mobil telefonda olan “Whatsapp” mobil tətibiqinin “söhbətlər” bölməsində +**********0 GSM nömrənin istifadəçisi olan və kontaktda adı qeyd olunmamış lakin istintaq zamanı həmin şəxsin Təqsirləndirilən şəxs1 olması müəyyən edilmiş şəxslə Təqsirləndirilən şəxs2 arasında çoxsaylı səsli və elektron yazışmalardan müəyyən edildi ki, 20 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 səsli ismarıc göndərək “mənəm Mameddi” deyib özünü təqdim etmiş və “qardaş dünən sən dedin ki, tərəzin yoxdu.. həmişə olurdu, bugün yoxdu..başa düşürəm., mən də sənə dedim bax haa qardaş mən də bu temanı aparıb kiməsə verirəm...kimsə xahiş edib məndən, mən də səndən götürüb aparıb verirəm ona...nəyə görə kimlərsə məndən şübhələnməlidir ki, bu boyda mal əskik gəldi, sən bunu tərəzisiz verirsənsə qardaş sən bunu artıq verməkdənsə götürüb nə az nə çox düz qram yarım əskik vermisən...biz axı oturub səninlə söhbət etdik..məni yaxşı tanıyırlar kənddə, mən bu temaları belə həll etmirəm..pul veririk axı..maşınla get-gəl üstəlik tutulmaq riski...hamısını edirəm hamısı olunur, qəpiyinə kimi verilir..bəs sən xeyr ola düzgün vermirsən..bizim malı tezliklə bərpa et..mal lazımdı..mal ehtiyacdır..hə deyirsənsə gəlim...yenə koko olsa bilirik də daşdı əlimizdə tutub təxmini hesablaya bilirik, ama bu patıdı-bilmək olmur” bildirmişdir. Buna cavab olaraq Təqsirləndirilən şəxs1 “..qaqaş mən malın düşkünü deyiləm..nə qədər lazımdısa gəl üstünü düzəldərəm..problem yoxdur..məndə tərəzi yox idi..kimsə kimisə aldadası deyil..tüpürüm 5-10 manata...tərəziniz varsa əgər birini mənə versəz yaxşı olar.,çəkib verərəm.,” bildirmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “...mən indi yaxınlarda tema götürəcəm özümə istəsən sənindin də ucuz qiymətə götürə bilərəm” təklifli səsli mesaj yazmış, Təqsirləndirilən şəxs2 də həmin məsələ ilə maraqlanaraq məsələnin bir gün sonraya alma biləcəyi ilə maraqlanıb qiymətini 20- dən yox, 17-dən danışmasını, patısız keçinə bildiklərini, lakin kokosuz alınmadığını, vacibi kokos olduğunu, pul düzəldəcəyi təqdirdə 25-ə patını verə bilsə 4 qrama görə 100-də ona verə biləcəyini qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “olsa yaxşı şey gətirə bilsən əla olar” yazısını yazmış, Şirməmməd də ona cavab olaraq “şey yəni nəşə?varımdı bir dənə kanalım..adını keşa deyillər..bəlkə eşidərsən..ancaq dost-tanışa ötürür..ondan götürə bilərəm..” bildirmiş, əlavə olaraq “sabahki koko məsələnin nə qədər real olduğunu mənə de..pul para düzəldim alındıraq” sözlərini yazmışdır. 22 fevral 2020-ci il tarixdə saat Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 01:35-də yazaraq “22 manatdan qardaşıva 20 qram aşirda bilirsen he ya yox?” sualını vermiş, əlavə olaraq da səsli mesaj göndərərək “brat.ən aşağı neçədən alındıra bilərsən? Bu prosta bir temadı brat..mən bu temaya xod eləməl iyəm., bundan sonrası uje yaxşı olacaq..lap belə ürəyimiz istəyən olacaq brat.bir dənə prosto birinci temada məni pakrivat elə..ən aşağı neçədən alındıra bilərsən onu qardaşıva de..sən 25 demişdin..gör alınırsa 1-2 manat aşağı elə..alınırsa sabah gəlim..” bildirmişdir. Təqsirləndirilən şəxs1 isə həmin təklillə razılaşmayıb həmin məsələdə pul tutmadığını, olan qiymətinə verdiyini bildirmişdir”. Təqsirləndirilən şəxs2 ona səs yazısı ilə müraciət edərək 20 qram sifariş vermiş və pulu nə vaxt çatdırmalı olduğunu maraqlanmışdır. Almaq istədiyi narkotik vasitənin dəyərinin 500 manat olduğunu, üzərində pul olmadığı üçün girov qismində özünə məxsus hər-hansı bir əşyanı qoymağı təklif etmişdir. Təqsirləndirilən şəxs1 isə yalnız pulu səhər tezdən çatdıracağı təqdirdə gedib həmin maddəni götürə biləcəyini, lazım olsa bir yerdə də gedib götürə biləcəklərini qeyd etmişdir. Həmin gün saat 21:09-da X6 Əliyevə səs mesaji göndərərək nağd pulunun olmadığını, mümkündürsə pul əvəzi bir neçə mobil telefon aparatı verə biləcəyini, yalnız 200 manat nağd pul düzəltdiyini bildirib “bir az patı və bir az da koko” götürmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 də mobil telefon götürməyə ehtiyac olmadığını, Özünün gəlməsini bildirmişdir. 23 fevral 2020-ci il tarixdə saat 17:29-da Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 səsli ismarıc yollayaraq “qaqaş nə xəbər nə oldu?atdlılar bun 1 ar? gəl ərəm indi sadəcə olaraq başqa işlərim də var, sən dəqiqləşdir onlardan gələn xəbəri görək nə ol ur...baxarsan bu gün də deyəcək ki qaldı sabaha...indi ata bilmirik...” Buna cavab olaraq Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 naməlum istifadəçidən özünə göndərilmiş “gün batan çağı qoyduracam qardaş..nigaran olma..danışmışam...hava bi raz torannasın qoyacaqlar..” məzmunlu səs yazısını Ötürmüşdür. Həmin gün saat 18:17-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “Qaqa nə oldu? nə deyir Behməndi? Beynamdı nədi? nə oldu?” səsli mesaj yazmış və həmin mesaja cavab olaraq Təqsirləndirilən şəxs1 “heçnə qardaşı gözləyir hava qaralsın, qoy qaranlıq olsun xəbər verən kimi gedib götürərik”. Həmin vaxt olan danışıqlar zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 onlara çatdırılası malın qiymətini bi raz aşağı salmasını, qramının 17 manatdan olmasının çox baha olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 isə buna cavab olaraq həmin şəxslə kobud danışa bilmədiyini, belə ki, pulunun onda olduğu üçün əks halda həm puldan, həm də maldan olacağı ilə izah etmişdir. Sonuncu dəfə isə saat 22:52-do adı çəkilən şəxslər arasında zəng bağlantısının olması müəyyən edilmişdir. Buna görə də, “Samsung Galaxy A3” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung Galaxy A3” markalı mobil telefonda olan yaşıl ikonlu +**********0 saylı nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” mobil tətibiqinin “söhbətlər” bölməsində İran İslam Respublikasına məxsus +98-910-048- 27-02 GSM nömrənin istifadəçisi olan və kontaktda adı “Sehliyar” kimi qeyd edilmiş şəxslə Təqsirləndirilən şəxs1 arasında yazışmalardan müəyyən edildi ki, “Sehliyar” adlı şəxs 25 fevral 2020-ci il tarixdə ismarıc göndərək bildirmişdir ki, “aref san yaxşı qabağa galmadun man pulumu aldım ama sen ozova ziyan vurdun...mən sənə verdiyimi heç bir kəs verə bilməz sənin pulunu axır yeyəcəklər o vaxt gələcəksən mənə sarı mən qəbul etməyəcəm..sagol davay”. Həmçinin, həmin mobil tətbiqin “zənglər” bölməsində 18 fevral 2020-ci il tarixdə İran İslam Respublikasına məxsus +98-***-***-**-** GSM nömrənin istifadəçisi olan və kontaktda adı “Behren Qardaw” kimi qeyd edilmiş şəxslə əlaqənin yaradılması müəyyən edildi. Bundan başqa baxış zamanı mobil telefonda olan göy ikonlu ***-***-**-** GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” mobil tətibiqinin “söhbətlər” bölməsində İran İslam Respublikasına məxsus +98-910-048- 27-02 GSM nömrənin istifadəçisi olan və kontaktda adı “Sehliyar” kimi qeyd edilmiş şəxslə Təqsirləndirilən şəxs1 arasında səsli İsmarıcların və yazışmaların olması aşkar edildi. Həmin səsli ismarıclara nəzər salan zaman müəyyən edildi ki, 20 fevral 2020-ci il tarixdə “Sehliyar” adlı şəxs Arifə göndərdiyi səsli ismarıclarda bildirir ki, “sənin telefonun işləmir., bir şey istəmirsənsə denən mən bilim də burada avara olmayım...Arif Beynama zəng vur, adam göndərsin, ya sən də şey eləginən pulu göndər, apar ver harada şey el əy ir., o amanatlar ki var..köynəklər...oradadır..deyəcəm götürəcəksən...ancaq 700 manat elə qoy..borcun da qalır sənə deyəcəm nə qədər qalıb”, buna cavab olaraq Təqsirləndirilən şəxs1 ona “Şəhliyar sən mənə görüm kimlə yollamısan neynəmisəm.bir dənə onları mənə denən..Bakıdadı yoxsa uzaqdadı hardasa?” səs yazısı göndərmişdir. Şəhliyar həmin səsli mesaja cavab olaraq “Onun harada olduğunu deyəcəm..darıxma..ehtimal çoxdur ki, 80- 90% Bakıda ola...sənə 50 dənə kokos göndərdim, 30 dənə..də..şey..obirsinnən..“ağköynəkdən” göndərdim..orada da olacaq, lazım olanda sənə deyəcəm oradan götürəcəksən..bunları satginan..lazım olanda yerini deyəcəm” səsli mesaj göndərmişdir. Bundan əlavə “Sehliyar” adlı kontakt Təqsirləndirilən şəxs1 24 fevral 2020-ci il tarixdə “arif mənə cavab ver mən pul almaliyam gardaş, 500 manatdan otru behnamnan məni pis eləmə, mən o pulu alacam ondan ancaq istəmirəm bucür alam” sözləri yazmışdır. Bundan başqa “söhbətlər” bölməsində İran İslam Respublikasına məxsus +98-***-***-**-** GSM nömrənin istifadəçisi olan və kontaktda adı “Bchren Qardaw” kimi qeyd edilmiş şəxslə Təqsirləndirilən şəxs1 arasında səsli ismarıcların və yazışmaların olması aşkar edildi. Həmin səsli ismarıclara nəzər satan zaman müəyyən edildi ki, Arif “Behren”-ə bildirir ki, “Şəhriyar deyir ki, əmanət gəlib pulu göndər get götür. Əgər səninki gələn həftə gələcəksə mən bunu götürüm və gələn həftəyə kimi onu normal pul edim onu. Əgər normal yollasa 1000-1500 edə bilərəm”. Bundan başqa “Behren” Arifə bildirir ki, “mənə deyib 900 manat pul verməlisən. 900 manat verməlisən ya 700 manat? Mənə bunu de ki, bilim, adam var sabah İrana gələcək. Deyəcəm aparıb ona verərsən”. Bundan başqa həmin mobil tətbiqin “zənglər” bölməsində 14 fevral 2020- ci il tarixdən 18 fevral 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda adları “Sehliyar” və “Behren Qardaw” kimi qeyd edilmiş şəxslərlə Arif arasında zəngli əlaqənin yaradılması aşkar edilmişdir. Bundan başqa, baxış zamanı qeyd edilən mobil telefon aparatından Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsi ilə çoxsaylı danışıqların olması, konkret olaraq isə hadisə baş verən gün, yəni 23 fevral 2020ci il tarixdə saat 22:52-də 31 saniyə, həmin tarixdə saat 23:37-də 45 saniyə danışığın olması müəyyən edilmişdir. Buna görə də, “Samsung Galaxy A50” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan 24 fevral 2020-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi haqqında” protokoldan görünür ki, 23 fevral 2020-ci il tarixdə iranlı Cabir adlı şəxs şərti alıcı Şahid6la əlaqə saxlayıb Rafiqin vasitəsilə ona narkotik vasitə satacağını bildirir. 23 fevral 2020-ci il tarixdə X7 rayonu ərazisində görüşür və birlikdə Bakı şəhərinə gəlirlər. Bakıya çatdıqdan sonra onlar Nəsimi rayonu, D.Əliyeva küçəsi, 241 nömrəli binanın yanma gəlirlər. Rafiq avtomobildən enib binanın birinci mərtəbəsində yerləşən bankomat aparatının arxa tərəfində gizlədilmiş sellofan torbanı götürüb avtomobilə əyləşir. Həmin vaxtı polis əməkdaşları gələrək Rafiqi saxlayırlar və üzərinə keçirilmiş baxış zamanı həmin sellofan torbanı götürürlər. Torbaya baxış zamanı bir ədəd bükümdə 250 qram çəkdiə narkotik vasitə heroinə bənzər maddə aşkar edilir. Həmin maddə qablaşdırılaraq üzəri möhürlənir. Həmin vaxtı iranlı Cabir adlı şəxs Zaminə zəng edərək dostu Şəhriyarın başqa şəxslər üçün Bakıya narkotik vasitə göndərdiyini və həmin narkotik vasitənin Bakı şəhəri, Yasamal rayonunda yerləşən Milli Elmlər Akademiyasının binasının qarşısındakı parkda olan zibil qutusunun içərisində olduğunu deyir. Həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülən zaman 24 fevral 2020-cİ il tarixdə saat 00:30-da bir nəfər şəxsin zibil qutusuna yaxınlaşaraq oradan bir bağlamanı götürüb getdiyi aşkar edilir. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılır və Təqsirləndirilən şəxs1 olması müəyyən edilir. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən içərisində 50 qram çəkidə narkotik vasitə heroinə bənzər maddə olan sellofan bükülü aşkar edilir. Sonuncu həmin narkotik vasitəni dostu Şirməmməd üçün aldığını və Şirməmmədin də onu yaxınlıqda gözlədiyini bildirir. Polis əməkdaşları yaxınlıqda olan, “Lada Priora” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında əyləşmiş Təqsirləndirilən şəxs2 saxlayırlar. Sonuncunun üzərinə baxış keçirilən zaman bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilir.“Lada Priora” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman hər hansı bir qanunsuz əşya və predmet aşkar edilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitənin satış məqsədi ilə olmadan əldə etməklərinə dair ifadələri ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinin həmin hissəsinə tənqidi yanaşır və onların ifadəsini özlərini müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham olunan epizod üzrə əməllərində cinayət tərkibi olmadığından onlara qarşı irəli sürülmüş ümumi ittihamdan həmin ittiham çıxarılmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq təqsirləndirilən şəxslərin narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirilməsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Təqsirləndirilən şəxslər hər biri ayrı ayrılıqda qeyd etmişdirlər ki, İran vətəndaşı tərəfindən Arifin telefonuna zəng gəldikdən sonra müəyyən edilmiş yerdən mal götürməliydi və həmin şəxsin İran vətəndaşı olması ona deyildiyindən məhz bu səbəbdən də malın İrandan gəldiyini ehtimal edirdilər. Lakin həmin malın nə vaxt, hansı şəraitdə və kim tərəfindən keçirilməsi barədə məlumatları olmamışdır. Onun məqsədi narkotik vasitəni müəyyən edilmiş yerdən götürmək olmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan qərardan da görünür ki, “Şəhriyar" adlı İran İslam Respublikası vətəndaşının müəyyən edilməsi ilə bağlı cinayət işi ayrılmış və ibtidai istintaqına başlanılmışdır. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsindən görünür ki, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi başa düşülür. Hazırkı iş üzrə isə narkotik vasitənin Azərbaycan Respublikasına ölkə xaricindən gəlməsi və ya gəldiyi təqdirdə onun nə vaxt və hansı şəraitdə keçirilməsi müəyyən edilmir, qeyd edilən malların ölkə xaricindən gəlməsi təqdirində belə, təqsirləndirilən şəxslərin gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu keçirilməsinə dair hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-cİ maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1 -ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericilik hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir”. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxslərin qaçaqmalçılıq cinayətinə köməkçi qismində də təqsirləri iş materialları ilə sübut edilmədiyindən, onların narkotik vasitələrin ölkə xaricindən gəlməsini şəxsin İran İslam Respublikasının vətəndaşı olması ilə əlaqələndirirək bu cür nəticəyə gəlməsi əsas ola biləz. Azərbaycan Respublikası CM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onların şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan 24.02.2020-ci il tarixli “tutma haqqında” protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur Cinayət işində olan 24.02.2020-ci tarixli “tutma haqqında” protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb barələrində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan hesablanmaqla, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 48,825 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 4 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 məxsus “Samsunq Galaxy A50” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A3” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 49,74 (qırx doqquz yetmiş dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 24.02.2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 24.02.2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 48,825 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 4 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Təqsirləndirilən şəxs1 məxsus “Samsunq A50” markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs2 məxsus “Samsung A3” markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 49,74 (qırx doqquz yetmiş dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar