Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-498/2023 02.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşqul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən nömrəsiz evdə bacısının, həyat yoldaşı Zərərçəkmiş şəxs tərəfindən incidilməsi və narahat edilməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı əl və ayaq zərbələri ilə vuraraq ona döş qəfəsinin küt travması, soltərəfli hemopnevmotoraks və dərialtı emfizema ilə müşayiət olunan sol V, Vİİ, Vİİİ qabırğaların sınıqları, burun kökünün şişkinliyi, hər iki gözətrafı yumşaq toxumların qançırı və hər iki gözün ağlı qişasının qansızması, sağ qaşın bayır bucağı nahiyyəsinin və sağ alt göz qapağı nahiyyəsinin əzilmiş səthi yaraları, sifətin çoxsaylı qançırları, sağ saidin qançırı ilə müşayiət ohman, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa «Ağır» zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həm xalası oğludur, həm də yeznəsidir. Hadisədən təqribən bir həftə -10 gün əvvəl bacısı ayaqyalın evdən çıxıb onlara gəlmiş, səbəbini öyrəndikdə Yusifin onu döyüb təhqir etdiyi üçün evdən qaçdığını demişdir. Yusif rayonda olan vaxtdan bacısını hər zaman nalayiq sözlərlə təhqir edib döyüb incitmişdir. Sonra atası rəhmətə getmiş, atasının 40 mərasimi çıxan kimi anası da xəstələnmiş və o da vəfat etmişdir. Yusif içib özündə olmurdu, öz qardaşları, qonşuları dəfələrlə onu döymüşlər. Bacısı dözməyib boşanmaq istədiyini bildirmişdir. Anasının 7 mərasimindən sonra bütün qohumlar yığışmış boşanma məsələsini danışmışlar, xalası razı olmamış, Yusif də gəlmiş orada and içərək birdə bacısını incitməyəcəyini demişdir. Onlar razılaşmış ailəsində götürdü getmişdir. 5-10 gün normal yaşamılar, sonra yenə yusif bacısını incitməyə başlamış, bacısı yenə ayaqyalın onlara gəlmişdir. 02 iyun 2022-ci il tarixdə evdə olarkən, yenə bacısı gəlmiş və demişdir ki, yenə Yusif onu döyür təhqir edib. Bacısı orada olanda zəng etmiş, bacısı telefonu ona vermiş, Yusif onu da təhqir etmiş, o da Yusifə onlara söz verdiyini bir də bacısını incitməyəcəyini bildirməsini xatırlatmışdır. Yusif yenə də onu təşqir etmiş o da Yusifin evinə gəlmişdir ki, söhbət etsin. Yusifdə içkili olduğundan onu söhbət zamanı yenə söyməyə başlamışdır. Yeznəsi olmasına baxmayaraq onlar qardaş kimi olmuşlar. Laki nonu təhqir edərkən dözməyib yumruq təpiklə yusifi vurmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərəkmiş şəxslərin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həm qaynıdır, həmdə xalası oğludur. O, Mahirin bacısının yoldaşıdır. Yaşadıqları müddət ərzində yoldaşı ilə aralarında keçimsizlik olmuşdur. Sonuncu dəfə də o yoldaşını döyüb incitdiyi üçün gedib onu Mahirə şikayət etmişdir. Mahir həmin günü onun evinə gəlmiş, o da içkili olmuş, Mahir də içkili olmuşdur. Bir qədər söhbət etmişlər, o, əsəbləşmiş, nalayiq söyüş işlətmiş, həmin vaxt aralarında mübahisə yaranmış və Mahir durub onu yumruqla vurmuşdur. Həmin vaxt onun qabırqaları sınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 04 iyun 2022-ci il tarixdə gecə işdən çıxıb evə gəlmiş. O, həyətə daxil olub evə keçmək istəyəndə evin pəncərəsinin dəmir barmaqlığının yerindən çıxarıldığını görmüşdür. Evə gələndə atasının stulda əyləşib vəziyyətinin yaxşı olmadığını gördükdə nə baş verdiyini soruşmuş, atası ona demişdir ki, dayısı ilə mübahisə edib dayısı yumruqla atasını vurub. Sonra o əsəbləşib DİN-nin 102 xidmətinə zəng etmişdir. Səhəri günü dayısı atasını 3 saylı klinik xəstəxanaya aparmışdır. Sonradan eşitmişdir ki, atası anasını döyməsi səbəbindən anası dayısıgilə gedib orada yaranmış narazılqları aydınlaşdırmaq üçün dayısı onlara gəlib və atası ilə mübahisə edib, nəticədə atası xəsarət alıb. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 04 iyun 2022-ci tarixli 613 saylı rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol tərəfli hemopnevmotoraksla və dərialtı emfizema ilə müşayiət olunan döş qəfəsinin küt travması, burun kökünün şişkinliyi, hər iki gözətrafı yumşaq toxumaların qançırı və hər iki gözün ağlı qişasının qansızması, sağ qaşın bayır bucağı nahiyyəsinin və sağ alt göz qapağı nahiyəsinin əzilmiş səthi yaraları sifətin çoxsaylı qançırları sağ saidin qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli T432/2022 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs döş qəfsinin küt travması, soltərəfli hemopnevmotoraks və dərialtı emfizema ilə müşayiət olunan sol V, Vİİ, Vİİİ qabırğaların sınıqları, burun kökünün şişkinliyi, hər iki gözətrafı yumşaq toxumların qançırı və hər iki gözün ağlı qişasının qansızması, sağ qaşın bayır bucağı nahiyyəsinin və sağ alt göz qapağı nahiyyəsinin əzilmiş səthi yaraları, sifətin çoxsaylı qançırları, sağ saidin qançırı olmuşdur. Qeyd olunan xəsaətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtam və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 2108 saylı 09 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik , psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk emək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qərarda qeyd olunan əməli törətdiyi zaman öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs İbişəiı oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Rerspublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs şəxsi münasibələr zəmnində Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirməsinə dair cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə tibb ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cinayət əməlinin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsüf edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, barışmışlar. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması, Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törədilməsi, həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması və barışmaları onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törədilmiş, həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, eləcədə onun əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə əməl edilməklə ona ittiham olunduğu maddənin sankisiyasının yuxarı həddinin dörddə üçündən artıq cəza təyin edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Surxanı rayon məhkəməsinin 06 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 avqust 2022-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmiş və 06 noyabr 2022-ci il tarixdə barəsində seçilmiş ev dustkqlığı qətimkan tədbiri dəyişdirilmiş və başqa yerə getməmək haqqında iltizam qətiman tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdən 06 noyabr 2022-ci il tarixədəe 03 ay müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, əməlindən səmimi peşmanlıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut yoxdur İş üzrə ekspertiza xərcləri və mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhər probasiya şöbəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-498/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-498/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver