Məhkəmə qərarları › İş №1(101)-498/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-498/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-498/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, xx.xx.1984-cü ildə Bakı anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Musabəyov küçəsi ev 27-də qeydiyyatda olan və yaşayan barəsində Sabunçu rayon Məhkəməsinin qəranyla həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq qeyri-müəyyən vaxtda, başqa mənbədən külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 7,448 qram kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq daşımış, 03 mart 2023-cü il tarixdə saat 21 radələrində Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Musabəyov küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilmiş, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə saxladığı 01 ədəd bükümdə külli miqdarda 7,448 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, o, hadisə günü, təqribən 03 mart 2023-cü il tarixdə axşam tərəfi məhlələrində qalan dostunun evində idilər. Həmin vaxt qapı açıldı və evə polislər girib onları tutdular, sonra onları bölməyə apardılar. Onu narkotiklə qeydiyyata götürdülər, qonşusunu isə buraxdılar. Onu əvvəl polisdə müvəqqəti saxlama yerinə apardılar, oradan da İstintaq Təcridxanasına apardılar. O, hadisə günü üzərində olan narkotikin yarsını istifadə etmişdi, özündə təxminən yarım qram narkotik vasitə heroin qalmışdı. O tutulanda həmin narkotik vasitə üstündə olmuşdur. O, heroini iynə vurmaqla istifadə edirdi. O, narkotikdən istifadə etdiyinə görə narkotik istifadə edən uşaqlardan alıb istifadə edirdi. Polis əməkdaşları tərəfindən onun həm evinə, həm də üzərinə axtarış həyata keçirildi. Polislər onu tanışı “Andrey” ilə birlikdə saxlayıblar. Evdə axtarış olan zaman üzərindən narkotik vasitə aşkar olundu. Üzərindən aşkar olunan narkoik vasitənin miqdarı bir büküm idi. Bölmədə şəxsi axtarış aparılarkən vəkil də iştirak edirdi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailəsiylə birlikdə yaşayır. Fərdi əməklə məşğul olub ailəsini dolandırır. Azyaşlı övladı var. Üzərindən şəxsi axtarış keçirilən zaman narkotik vasitənin aşkar edilməsi ilə bağlı bildirir ki, 2 ilə yaxındı ki, narkotik vasitə istifadə edir. xx.xx.2023-cü il tarixdə o, Sabunçu rayonu, Sabunçu qəsəbəsi üzdən tanıdığı adını bilmədiyi şəxsdən 260 manata bir büküm narkotik vasitə olan kakosu, yəni heroini alaraq istifadə üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 21.00 radələrində o, Sabunçu rayonu, Sabunçu qəsəbəsində olan Musabəyov küçəsində yaxınlığında piyada hərəkət edən zaman iki nəfər şəxsi görmüşdür. Onlar yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq onlardan yayınmağa çalışmışdır. Lakin onlar şübhələnmiş və onu 12-ci polis şöbəsinə dəvət etmişlər. 12-ci PŞ-də inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra, hüquqlarının müdafiəsi üçün müdafiəçi ona təqdim edilmiş, onun xahişiylə müdafiəçinin iştirakı olmadan onun üzərinə videogörüntü ilə baxış keçirilmişdi. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdu. Bu səbəbdən o, qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitə olan kakosu, yəni heroini həmin gödəkçənin sol yan cibindən 46 manat nəğd pulu təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdi. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Üzərindən aşkar edilərək götürülmüş kakosu o, xx.xx.2023- cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 260 manata alaraq istifadə üçün üzərində saxlamışdır. Narkotikin satışıyla məşğul deyil . 050 ******* nömrəsi ona məxsusdur. Telefon nömrəsinə gələn mesaj mətnləri barədə heç nə demək istəmir , bəzən heroini pay olaraq tanışlarına hədiyyə etmişdir. Narkotiki satmamışdır. Mesajlar barədə başqa heç nə demək istəmir. Şahid2 ifadələrində göstərmişdir ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxsi xidməti vəzifəsi ilə əlaqədar olaraq tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. 03 mart 2023-cü il tarixdə saat 21:00 radələrində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını, gördülər və ona yaxınlaşıb özümüzü təqdim edəndən sonra həmin şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etdilər. Şöbədə şəxsin üzərinə videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs adlı şəxs bir ədəd bükümdə narkotik vasitə olan heroini özü təqdim etdi. Narkotik vasitə tünd qəhvəyi rəngdə idi. Təqsirləndirilən şəxsin üzərinə videoçəkilişlə baxış zamanı o iştirak etmişdir. Samirin üzərindən narkotik vasitə aşkarlandı. Samirin üzərindəki nakotik vaitənin miqdarı təxminən 10 qrama yaxın idi. Onlar Samiri saxlayarkən yanında adam olduğunu xatırlamır. Təqsirləndiirlən şəxsə heç bir fiziki və mənəvi təzyiq göstərilməyib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nİn Sabunçu RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində işləyir . Rütbəsi polis baş leytenantıdır. 03 mart 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Musabəyov küçəsində iş yoldaşı Şahid1la birlikdə xidmətdə olarkən bir nəfər əvvəllər tanımadığı, kişi cinsli şəxsin özünü şübhəli aparmasını, nədənsə narahat olmasını görmüş, ona yaxınlaşıb özünü təqdim edəndən sonra həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi ondan bizə göstərməi xahiş etmiş, həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını onlara bildirib, ona verilən digər suallara dağınıq cavb vermiş, tez bir zamanda oradan yayınmaq istəmişdi. Bundan sonra onlar həmin şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Şəxs gətirilərkən üzərində axtarış aparılana kimi müddət ərzində müşahidə altında saxlanılmış bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan heroini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Şöbədə şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, ona hüquq və vəzifələri izah edilmişdi, ona müdafiəçi təqdim edilmişdi. Şəxsin öz tələb və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərində axtarış aparılmışdı. Videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs adlı şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroini təqdim etmişdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, aşkar olunan heroini öz istifadəsi üçün əldə edibdir. Onun üzərinə baxış zamanı qanunsuz digər əşya və ya predmet aşkar olunmamışdı. 12-ci PŞ-nin inzibati binasında protokol tərtib olunmuşdu. Tərtib olunmuş protokola tədbir iştirakçıları, o cümlədən saxlanılmış Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən imza etmişdi. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı heroini öz istifadəsi üçün əldə etdiyini, satışıyla məşğul olmadığını bildirmişdi.Ona təzyiq edilməmiş, üzərinə yalnız təhqiqatçının iştirakıyla baxış keçirilmişdi. Şahid1 ifadələrində göstərmişdir ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxsi xidməti vəzifə ilə əlaqədar olaraq tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. 03 mart 2023-cü il tarixdə saat 21:00 radələrində Xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını, görmüş və ona yaxınlaşıb özlərini təqdim edəndən sonra həmin şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə şəxsin üzərinə videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs adlı şəxs bir ədəd bükümdə narkotik vasitə olan heroini özü təqdim etdi. Üzərindən aşkar olunan narkotik vasitənin qramı təxminə 10 qrama yaxın idi. Narkotik vasitə ekspertizaya göndərildikdən sonra narkotik vasitənin miqdarı dəqiq yadımda olmasa da təxminən 9-10 qram arası müəyyən olundu. Samirin narkotik vasitənin satışı ilə məşğul olması barədə əvvəlcədən məlumat daxil olmamışdır. Samirə heç bir fiziki və mənəvi təzyiq göstərilməyib. Təqsirləndirilən şəxsin üzərinə videoçəkilişlə baxış zamanı o iştirak etmişdir. Saat 21:00 radələrində onlar təqsirləndirilən şəxsi saxlamışlar. Samiri evin qarşısında saxlamışlar. Özünü şübhəli apardığına görə suallar verdilər. Xatırladığıma görə samirin özü üzərindəki nakotik vasitənin miqdarının 10 qram oduğunu bildirdi. Təqsirləndirilən şəxsə böhtan atmır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə hərəkətlərin görüntülərini əks etdirən DVD disklərə baxış keçirilmişdir. DVD diskə baxış zamanı şəxsi axtarış və baxış zamanı göstərilən xüsusatiar yəni şəxsdən heroinin aşkar edilməsi bir daha müəyyən edilmişdir. Həmin videogörüntüləri əks etdirən DVD disklər və narkotik vasitə hesab edilən heroin maddi sübut kimi tanınmış, saxlanılması üçün RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2023- cü il tarixli, 6/1315saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə » yazısı və imzalar olan 1 ədəd bükümdə təmiz çəkisi 7,448 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs nömrəsinə daxil olan və çıxan mesaj mətnləri Azercell MMC-dən götürülmüş və baxış zamanı 07 sentyabr 2022 tarixdə 050 ******* nömrəsindən “brat mənəm şaşadı brat ani doljni skinut mne denqi na kartu vot jdem sidim imkanın varsa smoqbı mne na 5 azn cyornı, na 5 beloye dat ya kak priydut denqi, 05 noyabr 2022 tarixdə 050 ******* nömrəsindən brat a na scet temı obrasatsa mojno budet, 26 yanvar 2023 tarixdə 050 ******* nömrəsindən dönəndə nağd polvorob manim əmə oğlundan mal götür, 03 mart 2023 tarixdə 055 68259 55 nömrəsindən samir 25 manat var, menimlə elaqeye çıx” kimi narkotikin satışına işarə edən mesajlar müəyyən edilmiş, diskə baxış keçirilmiş və mesaj mətnləri maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. Məhkəmədə elan edilb araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik Ekspertiza Publik-Hüquqi şəxsi kompleks psixiatrik-psixoloji yoxlamanın 09 mart 2023-cü il tarixli, 671 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmədə elan edilb araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 mart 2023-cü il tarixli, 1360 sayh rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək şəxsi axtarış zamanı ondan aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 7,448 qram külli miqdarda narkotik vasitənin ona məxsus olmamasını, onun üzərində həmin miqdarda narkotik vasitə olmadığını, yalnız yarım qram narkotik vasitə olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını, onun üzərindən çıxması göstərilən miqdarın ona məxsus olmamasını təsdiq edən sübutu olmasa da ona məxsus olmadığını bildirdi. Məhkəmə Təqsirləndirilən şəxs bu ifadələrinin iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və işin faktiki halları ilə müqayisə edib onun bu ifadələrinin təkzib olunduğu qənatinə gəlir. Onun inkaredici ifadələri əsaslı şübhələrlə müşahidə olundu. Çünki o, ifadələrində göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları dostunun evinə gələrək ona qarşı fiziki zor tətbiq edib, onu 12-ci PŞ-yə aparıb üzərinə axtarış keçirilərkən üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülməsi ilə bağlı həqiqəti əks etdirməyən sənədləşmə tərtib edib, bu barədə videoçəkiliş zamanı deməsini və sənədlərə imza etməsini tələb etmişdirlər. Fiziki zora məruz qaldığından sənədlərə imza edib, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu söyləmişdir. Bu şübhəli məqamları onun xeyrinə məhkəmədə aradan qaldırmaq mümkün olmadı. Çünki onun tutulmasında iştirak edən şəxslər məhkəmədə şahid qismində dindirilərkən onun Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Musabəyov küçəsində tutulmasını və onun şəxsi axtarışı aparılarkən narkotik vasitənin onun üzərindən aşkar olunub götürüldüyünü göstərdilər. Məhkəmədə də bu şahidlərin ifadələrini təkzib edən sübutlar müəyyən olunmadı. Məhkəmə göstərilən halları nəzərə alıb, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın inkarına yönələn ifadələrini onun özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı fiziki və psixi zorakılıq edilməsi barədə məhkəmədə verdiyi ifadəsi şahid ifadələri, eləcə də digər sənədlərlə öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Şahid1, Şahid2 və ya digər polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsə fiziki və ya psixi zorakılıq edilməsi müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona zorakılıq edilməsi ilə bağlı ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatı həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edilməklə şəxsin təqsirinin sübuta yetirilmiş olması qənaəti gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. . Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə heroinin çəkisinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, cinayət təqibi üzrə toplanmış kifayət qədər mötəbər sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Verdiktum” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 60 (altmış) hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 360 (üç yüz altmış) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 114 (yüz on dörd) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını, lakin onun müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq qalmış 7,348 qram heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış keçirilməsi və götürmə zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 04 mart 2023-cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilməsi müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2005-ci il tarixli Sabunçu Rayon Məhkəməsinin hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 22 dekabr 2006-cı ildə cəzasını tam çəkərək qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi onun ibtidai istintaq dövründə törətdiyi əməl barədə ətraflı ifadələr verməsi, himayəsində azyaşlı uşağının olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilməməsini əsaslı sayır. Cinayət işi üzrə təyin edilib keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 09 mart 2023-cü il tarixli, 1360 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 ( beş ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, müdafiə xərclərini təşkil edən 360 (üç yüz altmış) manat isə “Verdiktum” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunsun, ekspertiza xərclərini təşkil edən 114 (yüz on dörd) manat vəsait ondan tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,348 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar