Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-499/2023 23.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86-da qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 160-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdə, saat 12:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 160 ünvanında tanışı Zərərçəkmiş şəxs evdən çıxmasını tələb etdikdə, sonuncunun ona yumruqla vurması və ünvanına nalayiq ifadələr deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı, mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan, məişət təyinatlı soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs 2 (iki) dəfə vuraraq, döş qəfəsinin arxa səthinin sol yarısında, arxa qoltuqaltı xətt üzrə Vİ-Vİİ qabırğalar arası sahədən sol plevra boşluğuna nüfuz edən, sol ağ ciyərin aşağı payını və diafraqmanın sol kümbəzini zədələyən, daxili qanaxmaya səbəb olmuş və sağ budun orta yuxarı 1/3-nin arxa səthinin yumşaq toxumalarını zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, Zərərçəkmiş şəxs ilə dost olmuşdur. Sonra onların arasında mübahisə olmuş və heç nədən hadisə baş vermişdir. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, o, Elvini 2 (iki) ilə yaxındır ki, tanıyır. O, Elvini dostları vasitəsi ilə tanımış, onların arasında əvvəllər konflikt olmamışdır. Məryəmi isə o, 5-6 aydır ki, tanıyır. O, Məryəm ilə dostunun evində tanış olmuşdur. Məryəm dostunun evinə Elvin ilə birgə gəlmişdir. O, özü Binəqədi rayonu, 3-cü mədən, korpus 160-da yerləşən həyət evində yaşayır. Elvin və Məryəm onun evində qalmışlar. Elvin Məryəmlə onun evində o, tutulmamışdan 2-3 ay əvvəl qalmağa başlamışdır. Elvin və Məryəm qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşlar. Sonuncu dəfə Elvin və Məryəm hadisədən bir həftə qabaq onun evinə gəlmişlər. Hadisə ayın 30-u baş vermişdir. Məryəm Elvin ilə mübahisə etdikdə, o sonuncuların mübahisəsinə qarışaraq Elvinə getməsini demişdir. Elvin də həyətə çıxmışdır. Elvin çıxdıqdan sonra o, qapını bağlamışdır. Sonra Elvin evə qayıtmış və Məryəm qapını açmışdır. O, həyətə çıxmış və onların arasında əlbəyaxa dava olmuşdur. O, Elvini evdən çıxartdığına görə Elvin birinci olaraq onu vurmuşdur. O, Elvini Məryəm ilə mübahisə etməməsi üçün evdən çıxarmışdır. Məryəmin isə getməyə yeri olmadığı üçün o, Məryəmi evdən çıxartmamışdır. Elvin onu vurduğu zaman o da Elvinə qarşılıq vermişdir. Yumruq davasından sonra onlar həyətdən küçəyə çıxmışlar. Sonra o, hirslənmiş və həyətdə olan qarpızın üzərindəki bıçağı götürmüşdür. Elvin onu daşla vurmuşdur. O da Elvini bıçaqla vurmuşdur. Bıçaqla Elvini vurmaqda onun məqsədi sonuncunu özündən aralaşdırmaq olmuşdur. O, Elvini 1 (bir) dəfə bıçaqla vurduqdan sonra Elvin onu daşla vurmuşdur. O da ikinci dəfə Elvini bıçaqla vurmuşdur. Bundan sonra Elvin ondan aralanmışdır. O, Elvini sonuncu dəfə vurduqda, Elvin ayaqüstə olmuşdur. Sonra o, X11 zəng etmiş və yarım saata təcili yardım gəlmişdir. X13 gələn zaman Elvin ayaqüstə olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini və həmin cəzanın ona şərti olaraq tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Eminlə 3 il əvvəl dost məclisində tanış olmuşdur. Həmin vaxtdan onların arasında münasibət yaranmışdır. İş üzrə şahid olan Məryəm ilə onun arasında qeyri-rəsmi münasibətlər olmuşdur. Onun qolunda problem olmuş və bununla bağlı o, işləyə bilməmişdir. Məryəmin problemləri olmuş və onlar kirayə pulunu verə bilməmişlər. O, Emindən xahiş etmişdir ki, onlar bir müddət Eminin evində qalsınlar, Məryəm də Eminə bəzi ev işlərində köməklik etsin. Emin razılaşmış və onlara evində qalmalarına icazə vermişdir. Məryəm ilə onun arasında söz-söhbət olmuşdur. O, Eminə demişdir ki, “sən bizim işimizə qarışma, biz özümüz həll edəcəyik”. Emin onunla Məryəm arasında olan söhbətə qarışmış və onu həyətdən çıxarmışdır. O, psixiatriyadan müalicə almışdır. İlk olaraq o, Emini vurmuş və onların arasında əlbəyaxa dava yaranmışdır. O, Emini kəllə ilə vurmuşdur. Emin onu vura bilməmişdir. O, bıçağı gördükdə daşa əl atmışdır. O, bıçağın kimin əlində olmasına fikir verməmiş və bıçağın hansı uzunluqda olmasını xatırlamır. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxslə barışdığını, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, onun 2 (iki) övladı var, övladlarından biri qız, digəri isə oğlandır. Qızının 18 yaşı var və qızı onun yanında qalır. Oğlunun isə 5 yaşı var. Zərərçəkmiş şəxs onun sevgilisi olmuşdur. Təqsirləndirilən şəxs isə Elvinin dostu olmuşdur. O, Elvin ilə birlikdə Eminin qaldığı evə qonaq getmişdir. Elvin Eminin evinə getmək istəməmiş, lakin o, Elvini Eminin evinə getməyə razı salmış və onlar birlikdə Eminin evinə qonaq getmişlər. O və Elvin kirayədə qalmışlar və sonradan ev problemi yaşamışlar. Ona görə də onlar Emin ilə əlaqə saxlamışlar ki, sonuncunun evində qalsınlar. Onlar bir müddət Eminin evində kirayədə qalmışlar. Bundan sonra onunla Elvinin arasında dava olmuş və onlar başqa bir evə köçmüşlər. Bundan sonra onlar orada qalmağa başlamışlar. Bir müddət sonra onlar yenidən həmin kirayədə qaldıqları evdən də çıxmışlar və Emin ilə barışıb sonuncunun evində qalmışlar. Həmin vaxt o, hamilə olmuş və bunu bilməmişdir. Sonradan onun 4 aylıq əkiz uşaqları ana bətnində zəhərlənmədən ölmüşlər. O, evdən TTY-nin vasitəsi ilə xəstəxanaya getmişdir. Anası ilə onun arasında problem olmuşdur. Xəstəxanadan çıxmaq lazım olan vaxt Emin ona yazıb demişdir ki, “istəsən gəl mənim evimdə qal”. O, xəstəxanadan çıxmış və Eminin evinə getmişdir. Elvin də işdən çıxmış və Eminin evinə gəlmişdir. Elvin və Eminin arasında pul söhbəti olmuşdur. Elvin ondan pulunu götürübgötürmədiyini soruşmuşdur. O da pulu götürmədiyini demişdir. O, həmin vaxt narkozun təsirində olmuşdur. Elvin onunla dalaşmışdır ki, “pulumu sən götürmüsən”. O da Elvinə demişdir ki, “mən pul götürməmişəm”. Daha sonra Elvin ilə Emin dava etmişdir. O, Elvin ilə Emini ayırmağa çalışmışdır. Lakin Elvin və Emin onu itələmişlər və o, görmüşdür ki, Elvin bıçaqlanıb. O, Elvinin köynəyini dəyişmişdir. O, bıçaqlanma anını görməmiş, çünki o, qan görəndə özünü itirir. Elvin və Emin arasında pul davası olmuşdur. Emin özü TTY çağırmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 13:26 radələrində 6 saylı TTYS-nin həkimi Zərərçəkmiş şəxs sol belin və sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2022-ci il tarixli götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, X10 Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının götürülməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2022-ci il tarixli əşyanı götürmə və baxış keçirilməsi haqqında protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 20-23) görünür ki, hadisə baş verən vaxt Zərərçəkmiş şəxs əynində olmuş köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində 1 (bir) ədəd dəlib keçən zədə, şalvarının arxa səthinin sağ yarısının yuxarı hissəsində sol tərəfə doğru düzxətt şəkilli 1 (bir) ədəd dəlib keçən zədə vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 28-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi yeri, eləcə də zərərçəkmiş şəxsə xəsarət yetirdiyi yeri və törətdiyi cinayətin üsul və mexanizmini əyani şəkildə hadisə baş verdiyi yerdə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən korpus 160 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evində göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 42-43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 46) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” Hüquqi Şəxsin 1670 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 57-58) görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthinin sol yarısında, arxa qoltuqaltı xətt üzrə Vİ-Vİİ qabırğalararası sahədən sol plevra boşluğuna nüfuz edən, sol ağciyərin aşağı payını və diafraqmanın sol kümbəzini zədələyən, daxili qanaxmaya səbəb olmuş və sağ budun orta-yuxarı 1/3-nin arxa səthinin yumşaq toxumalarını zədələyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs tərəfindən deşici-kəsici alətlə, ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 62-63) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-911/2022 saylı qərarından (cild 1, iş vərəqə 85-91) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 30 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” Hüquqi Şəxsin 1696 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 95-96) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın tüklü hissəsində təpə nahiyəsinin sol yarısının və sağ təpə-gicgah nahiyəsinin sıyrıqları, alın nahiyəsinin mərkəzinin qançırı və qançırın bilavasitə sol kənarının sıyrığı, burun yəhərinin, döş qəfəsinin arxa səthinin sağ yarısında kürəküstü nahiyənin və sağ bazunun orta-yuxarı 1/3nin bayır səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən baş nahiyəsinə daşla, digər nahiyələrə əl ilə və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin 2396 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 116-117) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyyən olunur. Cinayət işinin materiallarından və hazırki psixiatrik müayinənin nəticələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinin dərk elmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal - hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 576-2022/MTKŞ nömrəli ekspertiza rəyindən və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 119-128) görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində 1 (bir) ədəd və şalvarın arxa səthinin sağ yarısının yuxarı hissəsində 2 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardı. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin və şalvarın üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində sol yarısının aşağı hissəsində olan zədə onun döş qəfəsinin arxa səthinin sol yarısında, arxa qoltuqaltı xətt üzrə Vİ-Vİİ qabırğalararası sahədə olan yara ilə və şalvarın arxa səthinin yuxarı nahiyəsində olan bir zədə onun sağ budunun orta yuxarı 1/3-nin arxa səthində olan yarası ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthinin yuxarı nahiyəsində olan digər zədə isə onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız şalvarın həmin sahəsinin zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs geyim əşyalarında (köynək və şalvarda) olan deşilmiş-kəsilmiş zədələrin, onun bədənində aşkar edilmiş, yəni eyni xarakterli xəsarətlərin forması, xarakteri, nisbi xətti ölçülərini, həmçinin geyim əşyalarında olan zədələrin, onun bədənində olan xəsarətlərlə üst-üstə düşməsini və geyim əşyalarının tibbikriminalistik tədqiqat zamanı aparılmış müayinəyə əsaslanaraq, demək olar ki, Zərərçəkmiş şəxs bədənində olan deşilmiş-kəsilmiş xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar xüsusiyətlərə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 105-106) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, cinayət hadisəsi baş verən vaxt onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 726/2022-MTBŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 130-133) görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim olunan portalın kserosurətinə qan qrupu - O/İ/. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus kofta və şalvar üzərində Oalfabeta/İ/ insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar edilmir. Tədqiqata təqdim olunan bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 140-147) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, onun əməllərində Cinayət Məcəlləsinin 29,120.1, 126.2.1, 126.2.4, 130, 221.3 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, X1 əməllərində Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə üzrə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, 1 (bir) ədəd köynəyin, 1 (bir) ədəd şalvarın və 1 (bir) ədəd bıçağın maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 150-151) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunlu ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 noyabr 2022-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 160) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 noyabr 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1322/2022 saylı qərarından (cild 1, iş vərəqə 179-181) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 noyabr 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Məmmədov X6 Emin Mehdi oğlu ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, eləcə də gələcəkdə də olmayacaqdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Məmmədov X6 Emin Mehdi oğlu ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2017-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-855/2017 saylı hökmündən (cild 1, iş vərəqə 107-112) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2018-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmündən (cild 1, iş vərəqə 113-114) görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanımış və onların arasında normal münasibətlər olmuşdur. Cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 160 ünvanında yaşamışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs və iş üzrə şahid qismində çıxış edən X2 qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşlar. Zərərçəkmiş şəxs Məryəm Allahverdiyeva ilə qeyri-rəsmi ərarvad münasibətlərində olduğu vaxt onlar birlikdə müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Sonradan isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müraciət edərək bir müddət sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 160 ünvanında yerləşən evində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Məryəmlə birlikdə yaşamağa icazə verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs sözünü yerə salmayaraq Elvinlə Məryəmə özünün yaşadığı evdə bir müddət yaşamalarına icazə vermişdir. Cinayət hadisəsi baş verən gün, yəni 30 iyul 2022-ci il tarixdə, təxminən saat 12:00 radələrində Elvinlə Məryəmin arasında söz-söhbət olmuşdur. Bu söz-söhbət baş verən vaxt Təqsirləndirilən şəxs də evdə olmuş və həmin vaxt Elvinin aqressiv davranışını qəbul etməyərək sonuncuya müraciət edərək evdən çıxıb getməsini bildirmişdir. Təqsirləndirilən şəxs bu tələbi əsəbi halda olan Zərərçəkmiş şəxs xoşuna gəlməmiş və həmin vaxt Zərərçəkmiş şəxs əsassız şəkildə Təqsirləndirilən şəxs yaranmış vəziyyətlə bağlı əvvəlcə etirazını bildirmiş, sonra isə daha da irəli gedərək Təqsirləndirilən şəxs qarşı zorakılıq etməyə başlamışdır. Bunun nəticəsində Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında əvvəlcə sözlü mübahisə yaranmış, sonradan isə bu sözlü mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə əlbəyaxa davaya çevrilmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müraciət edərək sonuncudan özünə məxsus yaşadığı evi tərk etməsini bildirərkən haqlı olmuş, eləcə də Təqsirləndirilən şəxs bu hərəkətləri qeyri-etik və sair əxlaqsız davranışla müşayiət edilməmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı sərgilədiyi davranış əksinə əxlaqsız və zorakı hərəkətlərlə müşayiət olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ilk olaraq Təqsirləndirilən şəxs zorakılıq edərək sonuncunu yumruqla vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hirslənərək həyətdə olan mətbəx bıçağını götürərək həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşılıq verərək əlindəki daşla Təqsirləndirilən şəxs bir neçə dəfə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ikinci bıçaq zərbəsi ilə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Sonra onlar aralanmışlar və Təqsirləndirilən şəxs baş vermiş hadisəni dərk edib X11 zəng edərək Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün həkim çağırmışdır. Daha sonra X13 briqadası hadisə yerinə gələrək Zərərçəkmiş şəxs tibbi yardım göstərərək sonuncunun həyatını xilas etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2 (iki) dəfə bıçaqla zərbə vurmuş və bunun nəticəsində sonuncuya döş qəfəsinin arxa səthinin sol yarısında, arxa qoltuqaltı xətt üzrə Vİ-Vİİ qabırğalar arası sahədən sol plevra boşluğuna nüfuz edən, sol ağ ciyərin aşağı payını və diafraqmanın sol kümbəzini zədələyən, daxili qanaxmaya səbəb olmuş və sağ budun orta yuxarı 1/3-nin arxa səthinin yumşaq toxumalarını zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan ağır xəsarət yetirilmişdir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Eyni zamanda məhkəmə cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halları, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öz sahibliyində və istifadəsində olmuş evi tərk etməsi ilə bağlı haqlı irad bildirməsini, zərərçəkmiş şəxsin isə belə irada haqsız yerə etiraz edərək aqressiv davranış göstərərək təqsirləndirilən şəxsə qarşı zorakı hərəkətlər etməsini, nəticədə onların əlbəyaxa olmasını, bu əlbəyaxanın təşəbbüskarının məhz Zərərçəkmiş şəxs olmasını məcmu halda nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncunun ona qarşı sərgiləmiş olduğu qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında və nəticəsində törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidin məhkəmə istintaqında vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunduğundan, sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz sonuncunun qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında və nəticəsində bıçaqla xəsarət yetirməsi həmçinin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutla da təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” Hüquqi Şəxsin 1696 nömrəli ekspertiza rəyi ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın tüklü hissəsində təpə nahiyəsinin sol yarısının və sağ təpə-gicgah nahiyəsinin sıyrıqları, alın nahiyəsinin mərkəzinin qançırı və qançırın bilavasitə sol kənarının sıyrığı, burun yəhərinin, döş qəfəsinin arxa səthinin sağ yarısında kürəküstü nahiyənin və sağ bazunun orta-yuxarı 1/3-nin bayır səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən baş nahiyəsinə daşla, digər nahiyələrə əl ilə və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bununla da təsdiq olunur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən vaxt kifayət qədər ciddi xəsarətlər almış, eləcə də həmin xəsarətləri ona Zərərçəkmiş şəxs yetirmişdir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəmə iclaslarında da kifayət qədər özünü qeyri-adekvat aparmışdır. Belə ki, məhkəmə iclaslarında iştirak edən Zərərçəkmiş şəxs qəribə hərəkətlər sərgiləyərək özünü aqressiv aparmışdır. Onun bu hərəkətləri də belə nəticəyə gəlməyə imkan verir ki, 30 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məlum cinayət əməlini məhz Zərərçəkmiş şəxs ona qarşı sərgiləmiş olduğu qanunsuz və əxlaqsız davranış nəticəsində törətmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hallar müəyyən edilməmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, məhkəmə istintaqında Zərərçəkmiş şəxs bir daha təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, habelə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında və nəticəsində törətməsini, cinayət əməlini törətdikdən sonra X11 zəng edərək Zərərçəkmiş şəxs həyatını xilas etmək üçün həkim çağırmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə onun törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə), təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni onun tərəfindən cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında və nəticəsində törədilməsini, cinayət əməlini törətdikdən sonra X11 zəng edərək Zərərçəkmiş şəxs həyatını xilas etmək üçün həkim çağırmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 08 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-499/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-499/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver