Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-499/2025 18.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-50/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-149/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 ay müddətə azaldılmış, həmin məhkəmənin 7(002)- 915/2022 saylı, 01 iyul 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 05 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 sentyabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 15 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-71/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)- 742/2023 saylı, 07 avqust 2023-cü il tarixli qərarı ilə həbsdən azad edilmiş, 07 avqust 2023-cü tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2156/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə narkotik vasitə əldə edib sataraq mənfəət əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 20,746 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış və 05 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi nömrəsiz ünvanda yerləşən “Sərin Qala” restoranının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Suuraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış apanlarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən ayrı-ayrılıqda təmiz, çəkisi 3,040 qram, 3,980 qram, 3,936 qram, 3,880 qram, 3,500 qram və 2,410 qram olmaqla ümumilikdə 06 ədəd bükümdə ümumi təmiz çəkisi 20,746 qram təşkil edən xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə külli miqdarda narkotik vasitələr əldə edib sataraq mənfəət əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 1121,859 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 6,607 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edərək qurudulmuş marixuananın 1113,635 qramını ünvan 5 ünvanında yerləşən yaşadığı evdə, 02 (iki) ədəd kibrit qutusunda 8,224 qramını isə 02 (iki) ədəd sellofan bükümdə olan 6,607 qram heroinlə yanaşı üzərində saxlamaqla daşımış və 15 fevral 2023-cü il tarixdə saat 12:00 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 6 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin ünvan 8 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış apanlarkən əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 02 (iki) ədəd sellofan bükümdə nəm halda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,607 qram və 4,00 qram olmaqla, ümumi çəkisi 6,607 qram öz aralarında xarici gömüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin, habelə 02 (iki) ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,105 qram və 4,119 qram olmaqla, ümumi çəkisi 8,224 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, habelə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı həmin evin yataq otağından 01 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 1105,0 qram, 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 4,607 qram və 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 4,028 qram olmaqla, ümumi çəkisi 1113,635 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2025-ci ilin fevralın 14-dən 15-nə keçən gecə yaşadığı evdə olub. Həmin vaxt şəxsi istifadəsi üçün siqareti qurtardığına görə bacısının oğluna zəng edərək siqaret alıb gətirməsini xahiş edib. Bacısı oğlu siqareti alıb gətirdikdən sonra o, qapıdan çölə çıxdıqda bir neçə polis əməkdaşının evin qarşısında dayandığını görüb. Polis əməkdaşları ona yaxınlaşaraq üzərində nə olduğunu soruşublar. O, üzərindəki bıçağı göstərib. Bundan sonra onu və bacısının oğlunu saxlayaraq polis bölməsinə aparıblar. Bölmədə onlara qarşı fiziki zorakılıq göstərilib və o, üzərində güya narkotik vasitə aşkar edilməsi ilə bağlı irəli sürülmüş ittihamı döyülərək qəbul etməyə məcbur edilib. Daha sonra saxlanıldığı yerə bir narkotik istifadəçisi gətirilib və həmin şəxsə onun üzərinə təbii ehtiyacını ödəməsi tapşırılıb. Bu, onun üzərində əlavə psixoloji və mənəvi təzyiq yaratmışdır. Belə qeyri-insani rəftardan sonra o, məcburiyyət qarşısında qalaraq irəli sürülən ittihamı qəbul edib. Digər epizod üzrə bildirir ki, polis əməkdaşı Anar ondan narkotik istifadəçiləri ilə bağlı məlumat tələb edib, lakin o bu tələbi yerinə yetirmədikdə, yenidən zorla saxlanılıb və ona qarşı fiziki təzyiq göstərilərək saxta ittihamın qəbul etməyə məcbur edilib. Həmçinin yaşadığı evin qapısı polis əməkdaşları tərəfindən sındırılmış və evə qanunsuz olaraq narkotik maddələr yerləşdirilmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, saxlanılana qədər əmlakçı kimi çalışıb və heç vaxt narkotik vasitələrdən istifadə etməyib. Polis əməkdaşları ilə münasibətləri yaxşı olmayıb və onu bu səbəbdən tutublar. Saxlanıldığı zaman ona qarşı fiziki təzyiq göstərilmişdir. Eyni zamanda, polis əməkdaşlarının ondan Hövsan qəsəbəsində baş verənlər barədə mütəmadi məlumat verməsini tələb edib, lakin o, bu tələblə razılaşmayıb. Videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu deməyib. O, həmçinin yazı yaza bilmir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 15 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 12:00-da ünvan 9 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı oldqularını bildirmişlər və sonuncudan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonuncuya narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtanş həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd bükümü və 02 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin iki ədəd büküm açılaraq içərisində qəhvəyi rəngli tozşəkilli maddə və iki ədəd kibrit qutusunun içərisində isə yaşıl rəngli ot kütləsinin olması aşkar olunmuşdur. Ondan təqdim etdiyi iki ədəd bükümün və iki ədəd kibrit qutusunun içərisində olan maddə və otun nə olması, nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin iki ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və digər iki ədəd bükümün içərisində isə marixuana kimi tanıdığı narkotik maddələr olmasını, həmin narkotik maddələri 14 fevral 2023-cü il tarixdə Xətai rayonu, Əhmədli metrostansiyasımn yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 80 manata öz şəxsi istifadəsi üçün ahb əldə etdiyi və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin iki ədəd büküm və iki ədəd kibrit qutusu götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtanş davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinin zəruri olduğu bildirilərək yaşadığı evinə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim edilməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin evdə yataq otağındakı döşəyin altından 01 ədəd kibrit qutusu və bir ədəd bükümü, evin digər künc hissəsinə yığılmış yataq döşəyinin altından isə bir ədəd sellofan torbanı çıxanb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd kibrit qutusunda, bir ədəd bükümdə və bir ədəd sellofan torbada olan ot kütlələrinin də narkotik vasitə marixuana olduğunu, lakin həmin narkotik maddələrin özünə məxsus olmadığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bir ədəd kibrit qutusu, bir ədəd büküm və bir ədəd sellofan torba götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, əməliyyat tədbirinə Teymur, Orxan, Daşqın və o gedib. Təqsirləndirilən şəxsi Hövsan kəndində piyada hərəkətdə olan zaman tutublar. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimə göstərmədi. Həmçinin sonuncuya qarşı da heç bir fiziki və psixi təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 X3 ifadəsinə uyğun olan, eyni məzmunlu ifadə vermiş və ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, əməliyyat qrupunda o, Anar, Orxan və Xəyal iştirak edib. Təqsirləndirilən şəxsi Hövsan kəndində saat 12-də, tək tutublar. Təqsirləndirilən şəxs həmin vaxt piyada hərəkətdə idi və saxlanılan zaman heç bir müqavimət göstərmədi. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-nin əməliyyat kiçik müvəkkili polis baş serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 15:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, nömrəsiz ünvanda yerləşən “Sərin Qala” restoranının qarşısında əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını deyərək, ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı Rayon Polis İdarəsinin 30cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu Polis Şöbəsinə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 06 (altı) ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxardıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs isə həmin bükümlərin içərisində marixuana kimi tanıdığı narkotik maddə olduğunu, həmin bükümlərin onun özünə məxsus olmasını, həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyasınm yaxınlığında üzdən tanıdığı, ancaq adım bilmədiyi şəxsdən 20 manat məbləğində pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdınlmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ- nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid4 Şahid3 ifadəsinə uyğun olan, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan 20 may 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Canəli Nuriyev tərəfindən Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 20 may 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Canəli Nuriyev tərəfindən Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 15 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd bükümü və 02 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin iki ədəd büküm açılaraq içərisində qəhvəyi rəngli tozşəkilli maddə və iki ədəd kibrit qutusunun içərisində isə yaşıl rəngli ot kütləsinin olması aşkar olunmuşdur. Ondan təqdim etdiyi iki ədəd bükümün və iki ədəd kibrit qutusunun içərisində olan maddə və otun nə olması, nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin iki ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və digər iki ədəd bükümün içərisində isə marixuana kimi tanıdığı narkotik maddələr olmasını, həmin narkotik maddələri 14 fevral 2023-cü il tarixdə Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 80 manata öz şəxsi istifadəsi üçün ahb əldə etdiyi və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin iki ədəd büküm və iki ədəd kibrit qutusu götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan 15 fevral 2023-cü il tarixli 15 fevral 2023-cü il tarixli “Evə baxış keçirmə və götürmə aparılması haqqında” protokoldan, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Suraxam rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, ev 52 ünvanında yerləşən fərdi yaşayış evinə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim edilmsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin evdə yataq otağındakı döşəyin altından 01 ədəd kibrit qutusu və bir ədəd bükümü, evin digər künc hissəsinə yığılmış yataq döşəyinin altından isə bir ədəd sellofan torbanı çıxarış təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd kibrit qutusunda, bir ədəd bükümdə və bir ədəd sellofan torbada olan ot kütlələrinin də narkotik vasitə marixuana olduğunu, lakin həmin narkotik maddələrin ona məxsus olmadığını bildirmişdir Bundan sonra aşkar edilmiş həmin bir ədəd kibrit qutusu, bir ədəd büküm və bir ədəd sellofan torba götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan 05 sentyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 06 (altı) ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxardıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs isə həmin bükümlərin içərisində marixuana kimi tanıdığı narkotik maddə olduğunu, həmin bükümlərin onun özünə məxsus olmasını, həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyasınm yaxınlığında üzdən tanıdığı, ancaq adım bilmədiyi şəxsdən 20 manat məbləğində pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respubükası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2023-cü il tarixli 6/938-7/228 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülmüş maddi sübut....” yazı və imzalar olan zərfdə 2 ədəd kibrit qutusunda hər birinin ayn-aynlıqda təmiz çəkiləri 4,105 qram və 4,119 qram olmaqla, ümumi təmiz çəkisi 8,224 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmişü zərində “Təqsirləndirilən şəxs evindən götürülmüş maddi sübutlar” yazı və imzalar olan 1 ədəd kağız paketdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 1105,0 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 4,607 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 4,028 qram olmaqla, ümumi təmiz çəkisi 1113,635 qram yaşılımtıl rəngli, xırdalanmış, quruduılmuş Çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülmüş maddi sübut....” yazı və imzalar olan zərfdə 2 ədəd sellofan bükümdə nəm halda hər birinin ayrıayrılıqda təmiz çəkiləri 2,607 qram və 4,00 qram olmaqla, ümumi təmiz çəkisi 6,607 qram qəhvəyi rəngli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli 7/985 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində”Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddi sübut....” yazılan zərfdə 6 ədəd kağız kəsikləri bükümündə hər birinin ayn-aynlıqda təmiz çəkiləri 3,040 qram, 3,980 qram, 3,936 qram, 3,880 qram, 3,500 qram və 2,410 qram olmaqla, ümumi təmiz çəkisi 20,746 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli 6861 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və alkoqolun qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 19 may 2023-cü il tarixli 3052 nömrəli rəyindən görünür ki, müayinə zamam Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 mart 2023-cü il tarixli 601 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamam psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində süymur Rəşidovun əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, məsuliyyətsizlik, səthilik, kobudluq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən olunmadı. Lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Rəşidov X5 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci madəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən qismən etiraf edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, narkotik vasitələrdən istifadə etməməsi, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması, bu səbəbdən irəli sürülmüş ittihamı qəbul etməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 01 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-xx.xx.2023-cü il tarixi aralığında 3 saylı İstintaq təcridxanasında saxlanılmışdır. Müəssisəyə daxil olarkən təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən, keçirdiyi xəstəliklərlə bağlı məlumatda 2003-cü ildə qarın nahiyyəsindən cərrahi əməliyyat keçirdiyini bildimişdir. Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı sol almacıq nahiyyəsində bənövşəyi rəngli qançır aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra vermiş olduğu ilkin izahatından görünür ki, sonuncu Suraxanı Rayon Polis İdarəsində tutularkən ona qarşı heç bir zorakılıq hərəkətinin göstərilmədiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu qismən etirafedici ifadəni sübut qismində qəbul edir, həmin ifadənin məzmunundan görünür ki, bir neçə ildir ki, narkotik vasitə olan heroini və marixuananı çəkmək yolu ilə qəbul etmişdir. Narkotiki isə müxtəlif yollarla əldə edərək qəbul etmişdir. Hər hansı psixiatriya xəstəxanasında qeydiyyatı yoxdur. 04 sentyabr 2022-ci il tarixdə üzdən tanıdığı şəxsdən bir neçə bükümlərdə olan qurudulmuş marixuananı 20 manat öz istifadəsi üçün almışdır. Mariuxananı üzərində saxlamışdır ki, sonra özü hissə-hissə olmaqla istifadə etsin. Həmin haldan onun ailə üzvlərindən hər hansı birinin xəbəri olmamışdır. Həmin narkotik vasitəni özü istifadə üçün almışdır. 05 sentyabr 2022-ci il tarixdə təxminən saat 15-də yaşadığı ünvan 12 ünvanında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Ona Suraxanı Rayon Polis İdarəsinin 30-cu PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 6 (altı) ədəd bükümə bükülmüş bükümü təqdim etmiş və bükümlər içərisində olan maddələrin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Bundan əlavə çəkiliş zamanı göstərilən hallan bir daha təsdiq etmişdir. Aşkar olunmuş bükümdəki narkotik vasitə marixuana qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Bundan başqa, 14 fevral 2023-cü il tarixində, günün ikinci yarsında Xətai rayonu ərazisində yerləşən «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 80 manat pulun müqabilində 2 ədəd bükümdə «kakos» kimi tanıdığı narkotik vasitə olan heroini və 3 ədəd kibrit qutusunda qurudulmuş marixuananı alaraq gödəkçəsinin cibinə qoyaraq üzərində saxlamışdır. Həmin günü axşam evə gələrkən isə aldığı marixuananın bir qutusunu evdə yatağının altına qoymuş və qalan hissəsi üzərində saxlamışdır. 15 fevral 2023-cü il tarixdə saat 12 radələri olardı yaşadığı ünvan 13 ünvanm qarşısında dayanmış, bu zaman 2 nəfər polis ona yaxınlaşıb, özlərini təqdim edərkən Suraxanı rayon polis idarəsinin 30-cu Polis Şöbəsinin işçiləri olduğunu bilmişdir. Bundan sonra onun şəxsiyyəti barədə soruşaraq həmin ərazidə yaşadığını desə də onu Suraxanı polis idarəsinə dəvət edərək orada Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı kimi özünü ona təqdim edən, polis kapitanı Vüqar İsizadə üzərində şəxsi axtarış aparılacağının zəruri olmasını bildirmişdir. O da buna etiraz etməmişdir. Həmçinin ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunaraq dövlət hesabına 9 saylı vəkil Bürosundan vəkil X11 dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkil tərəfindən ona hüquq və vəzifələri bir daha izah olunaraq Təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkilişlə üzərinə şəxs axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. O da üzərində yəni əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan bükümdə olan heroini və 02 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı çıxarıb, masanm üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Üzərində şəxsi axtarış zamanı başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı üzərindən aşkar edilmiş bükümün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olmasını və kibrit qutusunda olan kütlənin isə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitəni bir gün əvvəl «Əhmədli» metrostansiyasmın yaxınlığında 80 manata olmaqla öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını demişdir. Daha sonra isə təhqiqatçı tərəfindən digər polis əməkdaşlannin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik maddə zərfə qoyulub, qablaşdırılmışdır. Bundan sonra isə təhqiqatçı ona vəkilinin iştirakı ilə yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişdir. O, bundan imtina etməmiş, onun şifahi razılığı və ərizəsi əsasında həmin günü yaşadığı ünvan 14 ünvanına baxış keçirilərkən yataq otağında yerləşən çarpayının baş hissəsində döşək altında gizlətdiyi 1 ədəd kibrit qutusu içərisindəki qurudulmuş marixuananı könüllü olaraq təhqiqatçıya təqdim etmişdir. Daha sonra isə baxış davam etdikdə əlavə olaraq 1 ədəd kağız bükümdə qurudulmuş marixuana, evin digər küncündə yığılmış yataq döşəyinin altından isə əlavə olaraq 1 ədəd içərisində sonradan marixuana olduğunu bildiyi sellofan torba aşkar olunmuşdur. O, dərhal vəkili Akif Ağayevin yanında həmin narkotikin, yəni sellofan torbanın ona məxsus olmadığını demişdir. Buna baxmayaraq evindən aşkar olunaraq götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən qablaşdırılıaraq 45 saylı möhürlə möhürlənərək bu barədə protokol tərtib edilmişdir. O, həmin zərfin üzərinə və protokolu imzaladıqdan sonra, hər iki maddi sübutun ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Keçirilən bütün prosesslər videoçəkilişlə qeydə alınmışdır. Aşkar edilmiş narkotik maddələri aldı şəxsi tanımamış və onun soyadını, atasının adını, ünvanını bilməmişdir. O, 077-712- 62-12 və ***-***-**-** saylı mobil telefondan nömrələrindən istifadə etmiş, lakin saxlanıldığı günü telefon üzərində olmamışdır. Həmin şəxsin təxminən yaşı 40-41, boyu 178-180 sm, əynində qara gödəkçəsi, ağ-qara saçlı olmuş, xüsusi əlamətləri barədə heç bir fikir söyləyə bilməyəcəyini qeyd etmişdir. O, həmin narkotik vasitədən heç kimə satmamış və ya pay verməmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək istəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin əxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllərini qəsdən törətmişdir, həmin əməllər başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşayış yerindən mənfi xarakterizə olunmayan şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi ərazisində yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-50/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-149/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 ay müddətə azaldılmış, həmin məhkəmənin 7(002)-915/2022 saylı, 01 iyul 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2012ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və sonuncu ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həmçinin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 sentyabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 15 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-71/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-742/2023 saylı, 07 avqust 2023-cü il tarixli qərarı ilə həbsdən azad edilmiş, 07 avqust 2023-cü tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2156/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 16 aprel 2025-ci il tarixdə saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət, 15 fevral 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 23 (iyirmi üç) gün müddət, ümumilikdə 05 (beş) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut olub Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,507 qram təşkil edən narkotik vasitə heroin, ayrı-ayrılıqda çəkiləri 1121,609 qram və 20,446 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ümumilikdə 176 (yüz yetmiş altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş «Alibi» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 1-ci hissəsində dəyişiklik edilərək, “6 manat” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə (29 aprel 2025-ci tarixədək) minənədək Təqsirləndirilən şəxs məhkəmə iclaslarında pulsuz hüquqi yardım göstərmiş «Alibi» Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hüquqi xidmət haqqı hər saatı 06 manatdan, həmin qərar qanuni qüvvəyə mindikdən sonra (29 aprel 2025-ci tarixdən sonra) hər saatı 11 manat olmaqla hesablanmalıdır. Məhkəmə müəyyən edir ki, «Alibi» Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 03 saat, həmin tarixdən sonra 09 saat vaxt sərf etmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı 06 (altı) manatdan hesablanmaqla 60 (altmış) manat, 35 (otuz beş) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 385 (üç yüz səksən beş) manat, ümumilikdən 45 (qırx beş) iş saatı üçün 445 (dörd yüz qırx beş) manat məbləğində vəsait «Alibi» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Alibi» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixdək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 15 fevral 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 23 (iyirmi üç) gün müddət, ümumilikdə 05 (beş) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 16 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ümumilikdə 176 (yüz yetmiş altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş qalıq çəkisi 6,507 qram təşkil edən narkotik vasitə heroin, ayrı-ayrılıqda qalıq çəkiləri 1121,609 qram və 20,446 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı 06 (altı) manatdan hesablanmaqla 60 (altmış) manat, 35 (otuz beş) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 385 (üç yüz səksən beş) manat, ümumilikdən 45 (qırx beş) iş saatı üçün 445 (dörd yüz qırx beş) manat məbləğində vəsait «Alibi» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Alibi» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-499/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-499/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver