Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-5/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İBakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunan Təqsirləndirilən şəxs Oktay oğlunun barəsində cinayət işi üzrə xitam verilməsi haqqında məsələyə açıq məhkəmə hazırlaq iclasında baxaraq, müəyyən etdi: Həmin cinayət işi 05 iyul 2000-ci ildə M.Salmanovun və qeyrilərinin ittiham edilməsinə dair 67917 saylı cinayət işindən ayrılmış və cinayət işinin istintaqı DİN-in İstintaq İdarəsində aparılmışdır. İstintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Bakıxanov küçəsi 1 saylı binada yerləşən ŞOLLAR BOTLİNG şirəkətinin direktorunun müavini, marketinq şöbəsinin müdiri vəzifəsində işləyərkən tamah məqsədi ilə 14 iyul 1997-ci ildən 16 fevral 1999-cu ilədək olan dövr ərzində ona etibar edilmiş şirkətin hazır məhsulu olan sərinləşdirici içkilərin satışından əldə edilmiş külli miqdarda 97.057.590 manat mələğində pulu öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəmə və israf etmək yolu ilə talamışdır. 28 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisi vəkil Müdafiəçi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham 14 iyul 1997-ci ildən 16 fevral 1999-cu ildək dövrü əhatə edir. Mənimsəmə nəticəsində vurulmuş ziyan 97.057.590 manat təşkil edir. 07 fevral 2005-ci il tarixli Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın -manatın denominasiyası həyata keçirilmiş¸yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur. "xxxx" MMC-in xx.xx.2010-cu il tarixli məktubundan müəyyən edilir ki, MMC-in hazırda Təqsirləndirilən şəxs hər hansı iddiası yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. 2024-cü ilin məzənnəsinə görə maddi ziyan 19.411 manat 52 qəpik təşkil edir. Təqsirləndirilən şəxs vurulmuş ziyanın 25 faizi həcmində vəsaiti 4858 manat Kapital Bankın filialına ödənilmiş, qəbz iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi mənimsəmə və israf etmə cinayət əməlinə görə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 93-8-ci maddəsinin 4-cü hissəsinin sanksiyasında əmlakı müsadirə edilməklə 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutulmuşdur (həmin məcəllənin 93-8-ci maddəsinin 3-cü hissəsi xeyli miqdarda ziyan vurmaqla mənimsəmə əməlinə görə 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutulmudur). Həmin əmələ görə məsuliyyət nəzərdə tutan hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-in 179.3.2ci maddəsinin sanksiyasında isə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 44-cü maddəsinin 3-cü hissəsinə görə cinayət törətmiş şəxs istintaq və ya məhkəmədən gizlənərsə, cəlb etmə müddəti dayandırılır. Belə hallarda müddətin keçməsi həmin şəxs tutulan vaxtdan və ya könüllü gəlib təqsirini boynuna alan zamandan yenidən başlanır. Həm də əgər cinayət edildiyi vaxtdan 15 il keçərsə və müddət yeni cinayətin edilməsi ilə kəsilməmişdirsə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran,cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində əsasən cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, cinayət əməli 14 iyul 1997-ci ildən 16 fevral 1999-cu ilədək olan dövrdə törədilmiş və həmin əməlin törədilməsindən 24 ildən çox vaxt keçmiş, bu müddət yeni cinayətin törədilməsi ilə kəsilməmiş, yəni bu müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir cinayət əməli törədilməmişdir. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 44-cü maddəsinin 3-cü hissəsinin mənasına görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin məcəllənin 93-8-ci maddəsinin 4-cü bəndi üzrə cinayət məsuliyyətinə cəlb etmə müdəti artıq keçmiş hesab olunur. Qüvvədə olan CM-in 179.3.2-ci maddəsi xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 93-8-ci maddəsi ilə müqayisədə Təqsirləndirilən şəxs hüquqi vəziyyətini yüngülləşdirir. Belə ki, qanunun mənasına görə Təqsirləndirilən şəxs əməli xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-8-ci maddəsindən qüvvədə olan CM-nin 179.3.2-ci maddəsinə tövsif edildiyi halda onun törətdiyi mənimsəmə cinayət əməlinə görə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş CMnin 44-cü maddəsinin 3-cü hissəsi tətbiq olunmaqla cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar barəsində olan cinayət işinin icraatına xitam verilməsi üçün hüquqi əsas yaranır. Bundan əlavə, məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək törətdiyi əməldən səmimi peşman olduğunu, barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu və buna heç bir etirazının olmadığını bildirmişdir. Şərh olunanlara əsasən, yuxarıda sadalanan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs Oktay oğlu barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut və məhkmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43 və 321-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Təqsirləndirilən şəxs Oktay oğluna qarşı Azərbaycan Respublikası CM-in 179.3.2ci maddəsi ilə (xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 93-8-ci maddəsinin 4-cü hissəsi) cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-5/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-5/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver