Məhkəmə qərarları › İş №1(101)-500/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-500/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-500/2021 08.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X50 və X37, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X38, müdafiəçilər Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkilləri X51, X70, “Verduktm” vəkil bürosunun vəkilləri Müdafiəçi və X6, zərərçəkmiş şəxsin nümayəndələri X71 və Nümayəndə iştirakları ilə 22 avqust 1965-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, cinayətin törədildiyi vaxt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsində işləmiş, hazırda sərəncamda olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ina 117E, mənzil 222/222a ünvanında faktiki yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi üzrə 14 mart 2001-ci il tarixli 8/k nömrəli əmrlə 15 mart 2001-ci il tarixdən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsini icra etməyə başlayıb, 12 mart 2007-ci il tarixli 80/k nömrəli əmrlə həmin vəzifəyə təyin olunmaqla, vəzifəsindən azad edildiyi 21 may 2020-ci il tarixədək həmin Nazirliyin Kollegiyasının 8 noyabr 2018-ci il tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsinin 7-ci bölməsinin 7.2-ci maddəsinə əsasən məktəbin bütün fəaliyyətinə rəhbərlik etmək və şəxsən məsuliyyət daşımaq, tabe olduğu rəhbər orqanların əmr, qərar və göstərişlərini yerinə yetirmək, bütün dövlət qurumlarında, məhkəmə orqanlarında məktəbi təmsil etmək, həmin Əsasnamənin 2-ci bölməsinin 2.3-cü bəndinə uyğun şöbə və ixtisas sinfi açmaq, ödənişli təhsil üzrə hər hansı bir şöbə və ixtisas sinfi açmaq, tədris işləri üzrə direktor müavininin, təsərrüfat müdirinin, şöbə müdirlərinin və digər struktur bölmə rəhbərlərinin fəaliyyətini əlaqələndirmək, onların arasında iş bölgüsünü təşkil etmək və perspektiv planların tərtib olunmasına və icrasına nəzarət etmək, inzibati və xidmətedici işçilərin işə davamiyyətini müvafiq cədvəl üzrə tənzimləmək, məktəbin ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlər görmək, tədris planları və proqramlarının tam yerinə yetirilməsinə nəzarət etmək, təlim- tərbiyə işinin yüksək səviyyədə həyata keçirilməsinə nəzarət etmək, illik xərclər smetasının tərtibinə dair təkliflər vermək, müəllimləri həmin Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında işə qəbul etmək, müəllimləri qanuna müvafiq qaydada işdən azad etmək, şöbə müdirlərini vəzifəyə təyin və azad etmək, inzibati və xidmətedici heyəti, eyni zamanda ödənişli təhsil üzrə müəllimləri, mühasibi, inzibati və xidmətedici heyəti işə qəbul və azad etmək, müəllimlər arasında dərs yüklərinin bölgüsünü aparmaq, müəllimlərin tarifləşmə cədvəlini hazırlamaq, pedaqoji şuranın iclaslarına sədrlik etmək, məktəbdaxili intizam qaydalarını, dərs cədvəlini, məktəbin və şöbələrin iş planlarını təsdiq etmək, illik xərclər smetası üzrə məktəbin avadanlıq, dərsliklər, tədris-metodiki vəsaitlərlə təmin olunması üçün tədbirlər görmək, ödənişli təhsil və digər fəaliyyət üzrə banklarda hesablaşma hesabı və digər hesablar açmaq, pedaqoji fəaliyyətdə və təşkilati işlərdə xüsusi fərqlənən müəllimləri və digər işçiləri mükafatlandırmaq, məktəbdaxili qaydaları, əmək və icra intizamını pozan işçilər barəsində intizam tənbehi tədbirləri tətbiq etmək, məktəb əmlakının qorunub saxlanılmasına cavabdeh olmaq, illik xərclər smetası üzrə məktəb binasının təmir olunması, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə təkliflər vermək və digər təşkilatisərəncamverici funksiyalara malik olan maddi məsul vəzifəli şəxs qismində, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq, 2012- ci ilin sentyabr ayından 12 may 2020-ci il tarixədək olan müddətdə həmin məktəbdə heç vaxt işləməmiş və ya işləmiş və sonradan işdən çıxmış müəllimlərin adlarına əmək haqqı tarifləşdirilməsi, onlara həftəlik dərs saatlarının yazılması və mövcud olmayan işə davamiyyətin rəsmiləşdirilməsi, habelə həmin məktəbdə faktiki olaraq işləyən müəllimlərin həftəlik dərs saatlarının süni olaraq artırılması və işə davamiyyətin daha artıq rəsmiləşdirilməsi məqsədi ilə həmin məktəbin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rəsmi sənəd hesab edilən 2012-2013-cü tədris ili, 2013-2014-cü tədris ili, 2014-2015-ci tədris ili, 2015-2016-cı tədris ili, 2016-2017-ci tədris ili, 2017-2018-ci tədris ili, 2018-2019-cu tədris ili, 2019-2020ci tədris ili üçün tarifləşmə cədvəllərinə, 2014-cü ilin sentyabr ayı üçün işə davamiyyət cədvəlinə, 2014-cü ilin sentyabr-dekabr ayları və 2015-ci ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2015-ci ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2015-ci ilin sentyabr-dekabr ayları və 2016-cı ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2016- cı ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2016-cı ilin sentyabr- dekabr ayları və 2017-ci ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2017-ci ilin iyulsentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2017-ci ilin oktyabr-dekabr ayları və 2018-ci ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2018-ci ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2018-ci ilin sentyabr-oktyabr, dekabr ayları və 2019-cu ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2019-cu ilin iyul-sentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2019-cu ilin sentyabr-dekabr ayları və 2020-ci ilin yanvar-mart ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə tamah niyyətilə həmin məktəbdə heç vaxt işləməmiş və ya işləmiş və sonradan işdən çıxmış müəllimlərin guya faktiki olaraq işləməsi ilə əlaqədar onların adlarına dərs yükü, işə davamiyyət və əmək haqqı məbləğinə, habelə faktiki olaraq işləyən müəllimlərin adlarına real olaraq tədris etdikləri dərs saatlarından artıq miqdarda dərs yükü, işə davamiyyət və əmək haqqının məbləğinə dair bilə-bilə yalan məlumatlar daxil edərək həmin rəsmi sənədləri şəxsən tərtib edib, 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün tarifləşmə cədvəllərində, 2014-cü ilin oktyabr-noyabr ayları və 2015-ci ilin fevral ayı üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərində, 2015-ci ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəllərində, 2015-ci ilin sentyabr və dekabr ayları üçün, 2016-cı ilin oktyabr ayı üçün, 2017-ci ilin fevral və dekabr ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərində, 2018-ci ilin iyul ayı üçün işə davamiyyət cədvəlində, 2018-ci ilin sentyabroktyabr ayları üçün və 2019-cu ilin may ayı üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərində həmin məktəbin cinayətdən xəbərsiz olan tədris işləri üzrə direktor müavini Şahid1 yerinə sonuncunun imzasına oxşatmaqla özü imza edərək, 2015-ci ilin oktyabr ayı, 2016-cı ilin fevral ayı, 2017-ci ilin yanvar ayı üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərində, 2017-ci ilin sentyabr ayı üçün işə davamiyyət cədvəlində, 2017-ci ilin noyabr ayı və 2018-ci ilin yanvar və may ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərində, 2018-ci ilin sentyabr ayı üçün işə davamiyyət cədvəlində Şahid1 imzası olmadan, qeyd edilən digər sənədləri isə Şahid1 şəxsən imza etdikdən sonra, həmin sənədləri öz imzası və məktəbin möhürü ilə təsdiq edərək, müəllimlərin əmək haqqı üçün plastik bank kartlarına pul vəsaitlərinin köçürülməsi üçün həmin saxta sənədləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə təqdim edib, həmin məktəbdə heç vaxt işləmədiyi halda 5 nəfər şəxsin adına əmək haqqı tarifləşdirib, onların əmək haqqı üçün plastik bank kartlarını özündə saxlamaqla həmin kartlara köçürülmüş pul vəsaitlərini, o cümlədən, X39 hesabına 2012-ci ilin oktyabr ayından 2020- ci ilin aprel ayınadək köçürülmüş cəmi 40.368,54 manat, X59 hesabına 2013-cü ilin aprel ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 18.711,38 manat, Şahid2 hesabına 2013-cü ilin dekabr ayından 2015-ci ilin iyul ayınadək köçürülmüş cəmi 3.754,89 manat, Şahid3 hesabına 2013-cü ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 20.973,85 manat, Şahid4 hesabına 2013-cü ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 18.283,57 manat, cəmi 102.092,23 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nin Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomat cihazlarından 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək olan müddətdə şəxsən çıxarıb nağdlaşdırmaqla, həmçinin, eyni niyyətlə, həmin məktəbdə əvvəllər işləmiş və sonradan işdən çıxmış 13 nəfər şəxsin adına əmək haqqı tarifləşdirilməsini davam etdirib, onların əmək haqqı üçün plastik bank kartlarını özündə saxlamaqla həmin kartlara köçürülmüş pul vəsaitlərini, o cümlədən, Şahid5 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 41.859,41 manat, X14 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 38.508,87 manat, X15 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 40.932,53 manat, Şahid6 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 48.986,24 manat, X52 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 45.112,39 manat, X10 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 46.938,1 manat, Şahid7 hesabına 2012-ci ilin noyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 40.325,88 manat, X7 hesabına 2013-cü ilin iyun ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 11.905,08 manat, Şahid8 hesabına 2016-cı ilin fevral ayından 2020-cİ ilin aprel ayınadək köçürülmüş cəmi 28.140,74 manat, X53 hesabına 2017-ci ilin fevral ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 16.211,45 manat, X40 hesabına 2018-ci ilin mart ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 19.155,69 manat, X16 hesabına 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 17.203,3 manat, X17 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 1.759,97 manat, cəmi 397.039,65 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nin Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomat cihazlarından 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək olan müddətdə şəxsən çıxarıb nağdlaşdırmaqla, həmçinin, eyni niyyətlə, həmin məktəbdə işləyən 17 nəfər şəxsin adına faktiki olaraq tədris etdikləri həftəlik dərs saatlarına uyğun məbləğdən artıq miqdarda əmək haqqı tarifləşdirib, onların əmək haqqı üçün plastik bank kartlarını özündə saxlamaqla, həmin kartlara köçürülmüş pul vəsaitlərindən faktiki tədris etdikləri həftəlik dərs saatlarına uyğun əmək haqqını onlara nağd qaydada verib, artıq köçürülmüş qalan məbləği, o cümlədən, Şahid9 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 33.910,08 manat, X2 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 32.898,61 manat, X18 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 39.778,87 manat, Şahid10 hesabına 2012-ci ilin noyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 33.249,51 manat, X19 hesabına 2013-cü ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 21.484,99 manat, X20 hesabına 2014-cü ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 21.291,36 manat, X21 hesabına 2014-cü ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 29.638,16 manat, X9 hesabına 2015-ci ilin fevral ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 21.705,47 manat, X24 hesabına 2015-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 17.172,12 manat, Şahid11 hesabına 2017-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 16.044,69 manat, Şükürova (Osmanova) Briliyant İsmayıl qızının hesabına 2017-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 10.571,82 manat, Şahid13 hesabına 2018-ci ilin fevral ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 14.268,03 manat, X25 hesabına 2018-ci ilin fevral ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 17.064,48 manat, X26 hesabına 2019-cu ilin fevral ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 3.749,88 manat, X22 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 4.021,52 manat, X1 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 873,88 manat, Səlimova (Səttarova) Firuzə Nadir qızının hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 6.192,12 manat, cəmi 323.915,59 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nin Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomat cihazlarından 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək olan müddətdə şəxsən çıxarıb nağdlaşdırmaqla, həmçinin, eyni niyyətlə, həmin məktəbdə faktiki işləyən 12 nəfər nəfər şəxsin adına faktiki olaraq tədris etdikləri həftəlik dərs saatlarına uyğun məbləğdən artıq miqdarda əmək haqqı tarifləşdirib, aralarında olan razılığa əsasən həmin işçilər əmək haqqı üçün plastik bank kartlarından istifadə etməklə onların hesablarına əmək haqqı qismində köçürülmüş pul vəsaitlərini hər ay "xxxx" ASCnin Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomat cihazlarından çıxarmaqla nağdlaşdırdıqdan sonra həmin pul vəsaitinin faktiki tədris etdikləri həftəlik dərs saatlarına uyğun məbləğdən artıq miqdarda olan hissəsini, o cümlədən, X60 hesabına 2015-ci ilin iyul ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 15.943,74 manat, X3 hesabına 2015-ci ilin noyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 15.052,79 manat, X27 hesabına 2017-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 11.635,34 manat, X65 hesabına 2018-ci ilin oktyabr ayından 2020ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 13.045,61 manat, X61 hesabına 2019-cu ilin fevral ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 7.779,41 manat, X28 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 5.418,7 manat, X62 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 4.934,26 manat, X63 hesabına 2019-cu ilin oktyabr ayından 2020ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 5.580,39 manat, X8 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 4.977,59 manat, X5 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 2.481,47 manat, X48 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 3.845,14 manat, Şahid14 hesabına 2020-ci ilin fevral ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 938,98 manat, cəmi 91.633,42 manat məbləğində pul vəsaitini onlardan həmin məktəbin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında 2015-ci ilin iyul ayından 2020-cİ ilin aprel ayınadək olan müddətdə şəxsən alaraq, ümumilikdə qeyd edilən qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 914.680,89 manat (doqquz yüz on dörd min altı yüz səksən manat səksən doqquz qəpik) məbləğində pul vəsaitini həmin Nazirliyə xüsusilə külli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə vahid niyyətlə talamış, vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi və cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 15 mart 2001-ci il tarixdən Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbinin direktoru əvəzi, 12 mart 2007ci il tarixdən direktor işləmişdir. Məktəbin bütün fəaliyyətinə rəhbərlik etmiş, tabe olduğu yuxarı orqanların əmr, qərar və göstərişlərini icra etmişdir. Müəllimləri işə qəbul komissiyasının qərarı əsasında işə qəbul etmiş və qanuna müvafiq qaydada işdən azad etmək, şöbə müdirlərini vəzifəyə təyin və azad etmək, inzibati və xidmətedici heyəti işə qəbul və işdən azad etmək, müəllimlər arasında dərs yüklərinin bölgüsünü aparmışdır. Tarifləşmə cədvəlləri hazırlamış, məktəbdaxili intizam qaydalarını, dərs cədvəlini, məktəbin və şöbələrin iş planlarını təsdiq etmişdir. Məktəbdə işləyən işçilərin aylıq əmək haqqının hesablanması üçün hər tədris ilinin əvvəlində tarifləşmə cədvəlləri tərtib etmiş, tarifləşmə cədvəllərini tədris işləri üzrə direktor müavini imza etdikdən sonra o, imzalayıb, möhürləyib Baş idarəyə göndərmişdir. Hər tədris ayı üzrə həftəlik dərs saatlarının miqdarı və qeyritədris ayı üzrə işə davamiyyət cədvəllərini tərtib etmişdir. tədris işləri üzrə direktor müavini imzalayandan sonra imzalayıb, möhürləyib Baş idarəyə göndərmişdir. Həmin sənədlər əsasında müəllimlərə və digər işçilərə əmək haqları ayrılmışdır. 2012-ci ildən əmək haqları "xxxx" ASC-nin bank kartları ilə verilmişdir. Bank kartlarını akt əsasında, öz işçilərinə paylamaq üçün təhvil almış, müəllimlər imtahanla qəbul edilsə də işə qəbul haqqında əmri o, vermiş, əmək müqaviləsini o, bağlamışdır. Əvəzçiləri İnzibati-təsərrüfat işçilərini isə müvafiq əmrlə işə qəbul etmişdir. 2012-ci ilin sentyabr ayından əvəl işləmiş bir neçə şəxsin adını, dərs saatlarının miqdarı və işə davamiyyət cədvəllərinə salıb əmək haqqı yazmışdır. 2019-2020-ci tədris ili üçün tarifləşmə cədvəlində Şahid3, X77, Şahid4dur. 20 nəfərə yaxın olmuş, onların plastik bank kartları onda olmuşdur. Hər ay bankomat pulları o çıxarmışdır. Bundan başqa, məktəbdə işləyən müəllimlərin də bəzilərinin dərs yükünü süni olaraq artıraraq tarifləşmə, dərs saatlarının miqdarı və işə davamiyyət cədvəllərində onlara real olaraq tədris etdiklərindən artıq miqdarda həftəlik dərs saatı, işə davamiyyət və əmək haqqı müəyyənləşdirmişdir. Aralarında olan razılığa əsasən bu müəllimlərin bir qisminin əmək haqqı üçün plastik bank kartları onda olmuş, hər ay həmin kartlar vasitəsilə özü bankomatdan pul vəsaitlərini çıxarıb nağdlaşdırmış və real olaraq tədris etdikləri dərs saatlarına uyğun əmək haqqını onlara nağd qaydada verib, qalan məbləğdə vəsaiti şəxsi ehtiyaclarına xərcləmişdir. Bu işçilərdən xatırladıqları X54, X36, Şahid12, X41r. Onların sayı da 20 nəfərə yaxın olmuşdur. Bəzi işçilərin isə əmək haqqı üçün plastik bank kartları onların özündə olmuş, maaşlarını özləri almış, artıq köçürülmüş məbləği gətirib ona vermişlər. X78, X79, X29 və s. təxminən 11-12 nəfər, təxminən 30 min manat olmuşdur. Əvvəlki illərdə isə hər ay təxminən 10-15 min manat almışdır. Həftədə 12 saat dərsi olan təxminən 300 manat alın müəllimə 36 dərs saatı yazıb əmək haqqını 900 manat hesablamış, 300 manat müəllimin özünə, artıq hesablanmış 600 manat ona çatmışdır. Məktəbdə hər il tarifləşmə, həftəlik dərs saatlarının miqdarı və işə davamiyyət cədvəllərini kompüterdə tərtib edib imzalamış, Ləmanın bu işdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tar müəllimliyi ixtisası üzrə orta-ixtisas təhsili almışdır. Əvvəllər tar müəllimi kimi müxtəlif yerlərdə, sonuncu dəfə 2005-ci ildən 2017-ci ilədək Seyid Şuşinski adına 1 saylı musiqi məktəbində işləmişdir. Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində heç vaxt işləməmişdir. Həmin məktəbin direktoru Təqsirləndirilən şəxs təxminən 2015-ci ildə tanımışdır. Belə ki, həmin vaxt tədbirlərin birində tar ifaçısı kimi çıxış edən zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb ifasını bəyəndiyini və onu öz məktəbində müəllim kimi işə götürmək istədiyini demiş, bunun üçün ondan şəxsiyyət vəsiqəsinin surətini tələb etmişdir. O, həmin sənədi Təqsirləndirilən şəxs verdikdən sonra sonuncu bir müddət sonra onu dəvət edəcəyini bildirmişdir. Həmin vaxtdan sonra isə Təqsirləndirilən şəxs nə onu dəvət etmiş, nə də bir daha sonuncu ilə görüşmüşdür. Bu hadisədən təxminən bir il sonra yaşa görə əmək pensiyasına çıxmışdır. Təqsirləndirilən şəxs onu həmin məktəbdə işçi kimi qeydiyyata alması, adına əmək haqqı tarifləşdirməsi barədə məlumatı olmamışdır. Onun adına olan "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 8676 2699 nömrəli əmək haqqı üçün plastik bank kartı heç vaxt özündə olmamış, həmin kartın mövcudluğundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs heç vaxt ona hər hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1986-1993-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında simli alətlər üzrə ali təhsil almışdır. 2009-cu ildə Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində işə qəbul edilmək üçün həmin məktəbin direktoru Təqsirləndirilən şəxs ilə görüşmüş və sonuncuya şəxsiyyət vəsiqəsinin, diplomun, əmək kitabçasının surətini təqdim etmişdir. Bir müddət sonra məktəbə gedərək Təqsirləndirilən şəxs ilə danışdıqda, sonuncu dərs yükləriniz düzəlmədiyini, uyğun vaxtda onu dəvət edəcəyini demişdir. Həmin məktəbdə heç vaxt işləməmiş və əmək haqqı almamışdır. Onun adına olan "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 7248 0025 nömrəli əmək haqqı üçün plastik bank kartı heç vaxt özündə olmamış, həmin kart vasitəsilə bankomatdan pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Asəf Zeynallı adına kollecdə fortepiano müəllimliyi ixtisası üzrə ali təhsil almışdır. 1998-ci ildən Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində fortepiano müəllimi kimi işə başlamışdır. 2006-cı ildə ailə həyatı qurmuş və 2008-ci ildə birinci, 2009-cu ildə isə ikinci övladı doğulmuşdur. Birinci övladının doğulduğu vaxtdan bir neçə ay əvvəl, artıq analıq məzuniyyətinə çıxmış və bundan sonra bir daha heç vaxt işə çıxmamışdır. Belə ki, analıq məzuniyyəti bitdikdən sonra direktor Təqsirləndirilən şəxs ailə vəziyyəti ilə əlaqədar işə çıxa bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs da onunla razılaşaraq adını ştatda saxlayacağını, lakin dərs saatı yazmayacağını demişdir. O, Təqsirləndirilən şəxs onu ehtiyat kadr kimi ştatda saxlayacağını düşünmüşdür. İşlədiyi müddətdə plastik bank kartı sisteminə keçid olmadığı üçün əmək haqqını məktəbin mühasibatlığından nağd qaydada almışdır. Sonrakı dövrlərdə adına əmək haqqı kartı açılmasından və ona əmək haqqı tarifləşdirilməklə pul vəsaitlərinin mənimsənilməsindən xəbəri olmamışdır. Onun adına olan "xxxx" ASC tərəfindən verilmiş 4169 7414 8378 2973 və 5103 0714 9101 1363 nömrəli əmək haqqı üçün plastik bank kartları heç vaxt özündə olmamış və həmin kartlar vasitəsilə bankomatdan pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 1983-cü ildə X91 fortepiano müəllimi orta peşə-ixtisas dərəcəsi ilə bitirmişdir. 2003-cü ildən Hüseynqulu Sarabski adına 1 saylı uşaq musiqi məktəbində fortepiano müəllimi işləməyə başlamışdır. İşlədiyi bütün müddətdə həftəlik dərs yükü 6 saat və aylıq qazancı 77 manat olmuşdur. 2012-ci ildə musiqi məktəbinin işçilərinə aylıq əmək haqlarının ödənilməsi plastik bank kartı sisteminə keçirilmişdir. O da həmin vaxt məktəbin direktoru Təqsirləndirilən şəxs özünə məxsus kartı tələb etdikdə, sonuncu ona kart verilməyəcəyini, əmək haqqını hər ay nağd qaydada alacağını demişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxs ona aylıq qazancı olan 77 manatı hər ay nağd qaydada verməyə başlamışdır. O, Təqsirləndirilən şəxs pulu alan zaman heç bir sənədə imza etməmişdir. Onun aylıq qazancı az olduğu üçün dolana bilməmiş, buna görə də musiqi məktəbindəki dərs saatlarından asudə vaxtlarında Bakı Tikiş Evində dərzi kimi işləməyə başlamışdır. Bir dəfə Təqsirləndirilən şəxs onu həmin fabrikdən çıxarkən görmüş, buna görə də ona məktəbdə işə çıxmamasını, yenə də hər ay 77 manat pulu ala biləcəyini demişdir. 2018-ci ildən o, məktəbdə işə çıxmamış, lakin hər ay 77 manat pulu Təqsirləndirilən şəxs nağd qaydada almışdır. Təqsirləndirilən şəxs tələbi ilə faktiki olaraq musiqi məktəbində işləməsə də, həftədə bir dəfə məktəbə gedərək tabel cədvəlinə imza etmişdir. Təxminən bir il əvvəl bankdan kredit götürmək üçün Təqsirləndirilən şəxs iş yerindən arayış tələb etmiş və həmin arayışı aldıqdan sonra rəsmi əmək haqqının 500 manata yaxın olduğunu görmüşdür. Bu vaxt Təqsirləndirilən şəxs onun dərs yükünü artıq göstərib artıq əmək haqqı hesabladığını və hər ay 77 manatı ona verərək, geri qalan vəsaiti özünə götürdüyünü başa düşmüşdür. Məktəbdə işləyən bir neçə başqa müəllimin də əmək haqqı üçün plastik bank kartının Təqsirləndirilən şəxs olduğunu bilmiş, lakin sonuncunun korrupsiya cinayətləri barədə xəbəri olmamışdır. Onun adına olan "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 2899 1141 nömrəli əmək haqqı üçün plastik bank kartı heç vaxt özündə olmamış, həmin kartdan istifadə edərək heç vaxt pul vəsaiti əldə etməmişdir. Onun həftəlik dərs yükünün 36 saat və aylıq əmək haqqının 1.170 manat təşkil etməsi barədə məlumat olmamış, həmin vəsaiti heç vaxt görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 1997-cı ildə Bakı Musiqi Akademiyasını tar müəllimi ixtisası üzrə bitirmişdir. 2001-ci ildən Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində tar müəllimi işləməyə başlamışdır. Əvvəllər əmək haqqı üçün plastik bank kartı özündə olmuş və yazılan dərs saatlarını tədris edərək tam şəkildə əmək haqqı almışdır. Son üç ildə, yəni 2017-2018- ci il tədris ilindən etibarən səhhətində problemlər yarandığından işə mütəmadi gəlib-gedə bilməmiş və məktəbin direktoru Təqsirləndirilən şəxs ona yazılan dərs saatlarının əksər vaxtlarda digər müəllimlər tərəfindən tədris edilməsini xahiş etmişdir. Ona görə də həmin vaxtdan əmək haqqı üçün plastik bank kartını Təqsirləndirilən şəxs vemişdir. 2017-ci ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs ona orta hesabla aylıq 200 manat pul vermişdir. Həmin karta 200 manatdan əlavə yüklənən pullar ona çatmamış və Təqsirləndirilən şəxs həmin pulları nə üçün sərf etməsi barədə məlumatı olmamışdır. Onun adına olan "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 9418 4076 nömrəli plastik bank kartı 2017-ci ilin sentyabr ayından Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2003-cü ildə Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində saksofon müəllimi işləməyə başlamışdır. 1984-2004-cü illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında solo oxuma fakültəsinin bakalavr və magistr pillələrində ali təhsil almışdır. İşlədiyi müddətdə həftəlik dərs yükü 10 saat olmuş və hər ay təxminən 270 manat əmək haqqı almışdır. 2017-2018-ci tədris ilindən etibarən məktəbin direktoru Təqsirləndirilən şəxs onun adına 36 saat dərs yazmış və 10 saatdan artıq olan dərslərə görə əmək haqqını özünə götürmüşdür. 2019-cu ilədək onun əmək haqqı üçün plastik bank kartı gah özündə, gah da Təqsirləndirilən şəxs olmuşdur. Hər ay ya özü həmin kart vasitəsilə bankomatdan pulu çıxarıb artıq hesablanmış pulu Təqsirləndirilən şəxs vermiş, ya da sonuncu özü bankomatdan pulu çıxarıb ona 270 manat vermişdir. 2019- cu ilin sentyabr ayından isə onun əmək haqqı üçün plastik bank kartı birdəfəlik Təqsirləndirilən şəxs olmuşdur. Bildiyinə görə, Təqsirləndirilən şəxs məktəbin çoxsaylı işçisinə artıq dərs saatı yazaraq, artıq hesablanmış pulları özünə götürmüşdür. Onun adına olan "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 5069 5198 nömrəli əmək haqqı üçün plastik bank kartı 2017-ci ilin sentyabr ayından daimi özündə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Asəf Zeynallı adına musiqi kollecində fortepiano ixtisası üzrə ali təhsil almışdır. 2005-ci ildən Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində fortepiano müəllimi işləməyə başlamışdır. 2009-cu ildə ailə həyatı qurmuş və 2010-ci ildə birinci, 2016-cı ildə ikinci övladı doğulmuşdur. Birinci övladının doğulduğu vaxtdan bir neçə ay əvvəl analıq məzuniyyətinə çıxmış və təxminən bir il işə getməmişdir. 2016-cı ildə isə ikinci övladının doğulduğu vaxtdan bir neçə ay əvvəl analıq məzuniyyətinə çıxmış və təxminən beş ay sonra işə qayıtmışdır. Sonrakı müddət ərzində daimi olaraq işə çıxmış və ona ayrılan dərs saatlarını tədris edərək əmək haqqı almışdır. Son iki ildə onun adına olan "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 6813 9213 nömrəli əmək haqqı üçün plastik bank kartı məktəbin direktoru Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs onun əmək haqqı üçün plastik bank kartını dəyişmək adı ilə götürmüş və sonra müxtəlif bəhanələrlə qaytarmaqdan İmtina etmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs hər ay tədris etdiyi dərs saatına uyğun olaraq əmək haqqını ona nağd qaydada vermişdir. Son tədris ilində 8 saat dərs yükü olmuş və buna görə də Təqsirləndirilən şəxs ona hər ay 210 manat məbləğində nağd pul vermişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs həmin kartı geri istəsə də, sonuncu verməmişdir. O da münasibətlərinin pisləşməməsi üçün həmin kartın Təqsirləndirilən şəxs qalmasını ciddi problem etməmişdir. 2018- 2019-cu illəri əhatə edən tədris ilində isə Təqsirləndirilən şəxs hər ay 150 manat nağd formada əmək haqqı almışdır. Onun heç bir vaxt adına əlavə dərs saatı yazılaraq pulların mənimsənilməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 2009-cu ildən Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbində əvəzçi tar müəllimi işləyir. Əsas iş yeri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir. Həmin universitetdə 2011-ci ildən konsertmeystr vəzifəsində işləyir. Onun bir həftədə 12 saat dərs yüküm olmuş, rəsmi əmək haqqı 406 manat təşkil etmiş, sosial sığorta haqları və gəlir vergisi tutulduqdan sonra isə 314 manat məbləğində pul almışdır. Məktəbdə əmək haqlarının verilməsi plastik kart sisteminə keçirildikdən sonra ona "xxxx" ASC-yə məxsus əmək haqqı üçün plastik bank kartı verilmiş və həmin kart həmişə onun özündə olmuş, bankomatdan əmək haqqını həmişə özüm almışdır. Məktəbin direktoru Təqsirləndirilən şəxs mənimsəmə cinayətləri, müəllimlərin və digər işçilərin əmək haqqı kartlarının sonuncuda olması barədə məlumatı olmamışdır. 2020-ci ilin əvvəlində, yəni təxminən yanvar-fevral aylarında Təqsirləndirilən şəxs ona zəng edib, onun bank kartına əlavə pul köçürüldüyünü bildirmiş, həmin pulu çıxardıb təqdim etməsini demişdir. O da həmin vaxt plastik kartı bankomata daxil etdikdə həqiqətən də kartda təxminən 800 manata yaxın pul köçürüldüyünü görmüşdür. O, rəsmi əmək haqqı olan 314 manatı özünə götürüb, yerdə qalan artıq pulu Təqsirləndirilən şəxs təqdim etmişdir. Sonrakı aylarda da eyni qayda ilə Təqsirləndirilən şəxs onun plastik kartına əlavə pul köçürmüş, lakin sonrakı aylarda pulun məbləği təxminən 545 manat olmuşdur. Hər dəfə karta pul köçürüldükdən sonra o, bankomatdan pulu çıxarmış və Təqsirləndirilən şəxs vermiş, sonuncu ona çatası 314 manatı qaytardıqdan sonra geri qalan pulu özünə götürmüşdür. Sonuncu dəfə 2020-ci ilin aprel ayında plastik kartından istifadə etməklə bankomatda təxminən 545 manat pul vəsaitini nağd alıb Təqsirləndirilən şəxs musiqi məktəbində olan xidməti otağında sonuncuya vermiş, Təqsirləndirilən şəxs ona çatası 314 manat pulu qaytarıb, geri qalan artıq pul vəsaitini özünə götürmüşdür. Bu barədə o, məktəbdə işləyən başqa müəllimlərə bildirməmiş, onların da belə hallara məruz qalması barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid8 ifadəsində göstərmişdir ki, 2006-cı ildə müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrində solist kimi işləməyə başlamışdır. Əsas iş yerindən asudə vaxtlarında əlavə iş yeri kimi Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində saksafon müəllimi kimi işləmişdir. İşlədiyi müddət ərzində həftəlik dərs yükü 4 saat olmuş və təxminən 50-70 manat əmək haqqı almışdır. 2012-ci ildə məktəbdə əmək haqlarının ödənilməsi plastik bank kartı sistemə keçirilmişdir. 2016-cı ildə həmin musiqi məktəbində işdən çıxmışdır. Bu vaxt direktor Təqsirləndirilən şəxs tələbi ilə əmək haqqı üçün plastik bank kartını sonuncuya təhvil vermişdir. Bundan sonra həmin məktəblə heç bir əlaqəsi olmamışdır. Onun adına olan "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 6805 8439 nömrəli əmək haqqı üçün plastik bank heç vaxt onda olmamış, həmin kart vasitəsilə bankomatdan pul almamışdır. İşdən çıxarkən Təqsirləndirilən şəxs təhvil verdiyi köhnə bank kartının etibarlılıq müddəti bitdiyi üçün, görünür, sonuncu onun adına yeni bank kartı sifariş verməklə özündə saxlamışdır. Bu barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, 2004-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə bitirmişdir. 1999-cu ildə Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində fortepiano müəllimi kimi işə qəbul edilmişdir. 2013-cü ildən həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində işləyir. Məktəbin direktoru isə Təqsirləndirilən şəxs olmuşdur. 2012-2013-cü tədris ili, 2013-2014-cü tədris ili, 2014-2015-ci tədris ili, 2015- 2016-cı tədris ili, 2016-2017-ci tədris ili, 2017-2018-ci tədris ili, 2018-2019-cu tədris ili, 2019-2020-ci tədris ili üçün tarifləşmə, 2014-cü ilin sentyabr ayından 2020-ci ilin mart ayına kimi olan müddət ərzində tədris ayları üzrə həftəlik dərs saatlarının miqdarı və qeyri-tədris ayları üzrə işə davamiyyət cədvəllərində “Tədris işləri üzrə direktor müavini” qrafasındakı imzaların əksəriyyəti ona məxsusdur. Lakin imzası çox primitiv mexanizmə malik olduğu üçün Təqsirləndirilən şəxs onu təqlid etmiş də ola bilər. Onun Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində heç bir iştirakı olmamış, sonuncudan tamah və ya başqa şəxsi niyyət güdməmişdir. Həmin sənədləri Təqsirləndirilən şəxs tərtib etmiş və imza etmək üçün ona təqdim etmişdir. Bəzi hallarda onun həmin sənədlərə nəzər yetirmək imkanı olmamış, təcili imzalayıb Təqsirləndirilən şəxs təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, 1989-cu ildə Şuşa şəhər orta-ixtisas musiqi məktəbini kamança müəllimi ixtisası üzrə bitirmişəm. Elə həmin vaxtdan da Seyid Şuşinski adına 1 saylı uşaq musiqi məktəbində kamança müəllimi kimi işləməyə başlamışdır. Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində heç vaxt işləməmişdir. Həmin məktəbin direktoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs isə 2012-ci ildə tanımışdır. Belə ki, həmin vaxt tədbirlərin birində kamança ifaçısı kimi çıxış edən zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ifasını bəyəndiyini və onu öz məktəbində müəllim kimi işə götürmək istədiyini bildirmiş, bunun üçün ondan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. O, şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs verdikdən sonra, sonuncu onu dəvət edəcəyini demişdir. Həmin vaxtdan sonra isə nə Təqsirləndirilən şəxs onu dəvət etmiş, nə də bir daha sonuncunu görmüşdür. Təqsirləndirilən şəxs onu həmin məktəbdə işçi kimi qeydiyyata alması, adına əmək haqqı tarifləşdirməsi barədə məlumatı olmamışdır. Onun adına olan “Kapital Bank" ASC tərəfindən verilmiş 4169 7414 1416 8758 və 5103 0714 9969 2982 nömrəli əmək haqqı üçün plastik bank kartları heç vaxt özündə olmamış, onların mövcudluğu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs heç vaxt ona hər hansı bir məbləğdə pul verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şəmilov X46 göstərmişdir ki, 1987-ci ildə Şuşa şəhər orta-ixtisas musiqi məktəbini tar müəllimi ixtisası üzrə bitirmişdir. 2013-cü ildə Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində konsert vermiş, həmin məktəbin direktoru Təqsirləndirilən şəxs da bu zaman tanımışdır. Həmin vaxt Təqsirləndirilən şəxs, əgər məktəbdə boş iş yeri olarsa işləmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan şəxsiyyət vəsiqəsinin surətini almış və boş iş yeri olanda onu dəvət edəcəyini demişdir. Həmin vaxtdan sonra isə Təqsirləndirilən şəxs heç bir xəbər olmamışdır. Qeyd edilən məktəbdə heç vaxt işləməmiş və oradan əmək haqqı almamışdır. Onun adına olan "xxxx" ASC tərəfindən verilmiş 4169 7414 6199 8146 və 5103 0714 4752 2489 nömrəli əmək haqqı üçün plastik bank kartlarının varlığı barədə heç vaxt məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, 2001-2011-ci illər ərzində Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində fortepiano müəllimi işləmişdir. 2011-ci ildə səhhəti ilə əlaqədar ərizə ilə direktor Təqsirləndirilən şəxs müraciət edib, işdən çıxmaq istədiyini demiş və həmin vaxtdan sonra heç vaxt işə çıxmamış, bir daha əmək haqqı almamışdır. Adının həmin məktəbdə işçi kimi qeydiyyatda saxlanılması və ona əmək haqqı tarifləşdirilməsi barədə xəbəri olmamışdır. Onun adına olan "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 0728 7099 nömrəli əmək haqqı üçün plastik bank kartı heç vaxt özündə olmamış, həmin kart vasitəsilə bankomatdan pul almamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid10 ifadəsində göstərmişdir ki, dirijorluq ixtisası üzrə ali musiqi təhsili almışdır. 2003-cü ildən Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində tar müəllimi işləməyə başlamışdır. Həftə ərzində 2 saat dərs keçməklə, hər ay 250 manat əmək haqqı almışdır. Onun əmək haqqı üçün plastik bank kartı heç vaxt özündə olmamış, məktəbin direktoru Təqsirləndirilən şəxs ona məxsus olan həmin kartı özündə saxlayaraq, ona hər ay 250 manatı nağd qaydada vermişdir. 2018-ci ilin birinci yarısından sonra isə səhhətində olan problemlərlə əlaqədar olaraq işə çıxmamış və əmək haqqı almamışdır. Onun adına olan "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 2030 9524 nömrəli əmək haqqı üçün plastik bank kartı hər zaman Təqsirləndirilən şəxs olmuş və həmin kartdan sonuncu özü istifadə etmişdir. Cinayət işi üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi X30 14 may 2020ci il tarixli qərarı əsasında həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən 222/222a nömrəli mənzildə və Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin inzibati binasındakı xidməti kabinetində axtarış aparılmışdır. Həmin axtarış haqqında 14 may 2020-ci il tarixli protokoldan görünür ki, qeyd edilən mənzilin yataq otağında olan dolabdan Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin işçiləri olan Jala Feyzullayeva adına 4169 7414 3595 7284 və 5103 0714 4318 1678 nömrəli 2 ədəd, Lala Malikova adına 4169 7414 8378 2973 və 5103 0714 9101 1363 nömrəli 2 ədəd, Elshad Shamil adına 4169 7414 6199 8146 və 5103 0714 4752 2489 nömrəli 2 ədəd, Yegana Gasimova adına 4169 7414 1416 8458 və 5103 0714 9969 2982 nömrəli 2 ədəd, Solmaz İbrahimova adına 4169 7414 4029 4096 və 5103 0714 9535 2177 nömrəli 2 ədəd, Xayala Novruzova adına 4169 7414 7076 0545 və 5103 0714 3450 0050 nömrəli 2 ədəd, Ayshan Tamirazova adına 5103 0714 7482 8569 nömrəli 1 ədəd, Zahid Aghayev adına 5103 0714 8676 2699 nömrəli 1 ədəd, Günel Mammadova adına 4169 7414 6322 8104 nömrəli nömrəli 1 ədəd, Gülgəz Zülfiqarova adına 5103 0714 4586 9700 nömrəli nömrəli 1 ədəd, Mahbuba Feyzullayeva adına 5103 0714 5380 2007 nömrəli nömrəli 1 ədəd, Arzu Hüseynova adına 5103 0714 2891 0364 nömrəli 1 ədəd, Şahid9 adına 5103 0714 2899 1141 nömrəli 1 ədəd, Nurlana Bağırzada adına 5103 0714 3767 2765 nömrəli 1 ədəd, İlaha Mammadzada adına 5103 0714 3325 1176 nömrəli 1 ədəd, Gular Abdullayevə adına 5103 0714 8116 1640 nömrəli 1 ədəd, Şahid11 adına 5103 0714 9418 4076 nömrəli 1 ədəd; Briliyant Osmanova adına 5103 0714 5069 5198 nömrəli 1 ədəd, Şahid8 adına 5103 0714 6805 8439 nömrəli 1 ədəd, Malahat Qasımova adına 5103 0714 7876 1535 nömrəli 1 ədəd, Samira Bayramova adına 5103 0714 8984 3264 nömrəli 1 ədəd, Vasila Abbasova adına 5103 0714 4201 3575 nömrəli 1 ədəd, Yaqut Safarova adına 5103 0714 9852 4889 nömrəli 1 ədəd, Hüseyn Racabli adına 5103 0714 2030 9524 nömrəli 1 ədəd, Şahid5 adına 5103 0714 0728 7099 nömrəli 1 ədəd, Minura Abbasova adına 5103 0714 5937 6816 nömrəli 1 ədəd, Firuza Sattarova adına 5103 0714 5503 6000 nömrəli 1 ədəd, Nasib Nasirov adına 5103 0714 7248 0025 nömrəli 1 ədəd, Kamala Rahimova adına 5103 0714 6371 7625 nömrəli 1 ədəd, Şahid13 adına 5103 0714 6813 9213 nömrəli 1 ədəd, Natella Məmmədova adına 5103 0714 7682 0838 nömrəli 1 ədəd, Aygun Zeynalova adına 5103 0714 2022 8740 nömrəli 1 ədəd, Hafiz Rahimov adına 5103 0714 8310 2345 nömrəli 1 ədəd, Faxrida Manafova adına 5103 0714 0286 5501 nömrəli 1 ədəd, Shabnam Qadilli adına 5103 0714 6139 8295 nömrəli 1 ədəd, Aynura İsababayeva adına 5103 0714 1588 7930 nömrəli 1 ədəd, Kamala Rzayeva adına 5103 0714 2465 0337 nömrəli 1 ədəd olmaqla cəmi 37 nəfər şəxsin adına 43 ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartları, habelə milli valyuta ilə 41 ədəd 200 manatlıq əskinaz, 239 ədəd 100 manatlıq əskinaz, 7 ədəd 50 manatlıq əskinaz, 11 ədəd 20 manatlıq əskinaz, 13 ədəd 10 manatlıq əskinaz, 8 ədəd 5 manatlıq əskinaz və 45 ədəd 1 manatlıq əskinaz olmaqla cəmi 32.885 manat, xarici valyuta ilə 1 ədəd 50 ABŞ dolları əskinazı və 2 ədəd 1 ABŞ dolları əskinazı olmaqla cəmi 52 ABŞ dolları, 4 ədəd 200 Türk lirəsi əskinazı və 1 ədəd 100 Türk lirəsi əskinazı olmaqla cəmi 900 Türk lirəsi, 1 ədəd 1.000 Rusiya rublu əskinazı, 1 ədəd 200 Rusiya rublu əskinazı, 4 ədəd 100 Rusiya rublu əskinazı və 2 ədəd 50 Rusiya rublu əskinazı olmaqla cəmi 1.700 Rusiya rublu, 3 ədəd 100.000 Belarus rublu əskinazı, 1 ədəd 20.000 Belarus rublu əskinazı, 1 ədəd 5.000 Belarus rublu əskinazı, 8 ədəd 1.000 Belarus rublu əskinazı, 8 ədəd 500 Belarus rublu əskinazı və 10 ədəd 100 Belarus rublu əskinazı olmaqla cəmi 337.000 Belarus rublu, 1 ədəd 200 Ukrayna qrivnası əskinazı, 3 ədəd 10 Ukrayna qrivnası əskinazı, 1 ədəd 5 Ukrayna qrivnası əskinazı, 1 ədəd 2 Ukrayna qrivnası əskinazı və 6 ədəd 1 Ukrayna qrivnası əskinazı olmaqla cəmi 243 Ukrayna qrivnası, 1 ədəd 100.000 İran rialı əskinazı, 6 ədəd 50.000 İran rialı əskinazı və 1 ədəd 5.000 İran rialı əskinazı olmaqla cəmi 405.000 İran rialı məbləğində pul vəsaitləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, həmin axtarış zamanı Təqsirləndirilən şəxs Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin inzibati binasındakı xidməti otağından həmin məktəbin 2012-2013-cü tədris ili üçün, 2013-2014-cü tədris ili üçün, 2014-2015- ci tədris ili üçün, 2015-2016-cı tədris ili üçün, 2016-2017-ci tədris ili üçün, 2017-2018-ci tədris ili üçün, 2018-2019-cu tədris ili üçün, 2019-2020-ci tədris ili üçün tarifləşmə cədvəlləri, 2014-cü ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək müddətdə həftəlik dərs saatlarının miqdarı və işə davamiyyət cədvəlləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 14 may 2020-ci il tarixli arayışdan görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş milli və xarici valyuta ilə pul vəsaitləri həmin tarixə olan məzənnələrə əsasən 33.263,76 manat (otuz üç min iki yüz altmış üç manat yetmiş altı qəpik) təşkil edir. Həmin pul vəsaiti 20 may 2020-ci il tarixli qərarımla saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə verilmişdir. İbtidai istintaqın gedişində Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi ziyanın (əldə edilmiş gəlirin) ödənilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə 10 avqust 2020-ci il tarixdə 30.000 (otuz min) manat və 1 sentyabr 2020-ci il tarixdə 60.000 (almış min) manat köçürmüş, həmçinin 28 oktyabr 2020ci il tarixdə cinayət prosesini həyata keçirən orqana ərizə verərək 14 may 2020-ci il tarixdə onun yaşadığı mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş 33.263,76 manat (otuz üç min iki yüz altmış üç manat yetmiş altı qəpik) məbləğində pul vəsaitinin cinayət nəticəsində vurulmuş maddi ziyanın (əldə edilmiş gəlirin) ödənilməsinə yönəldilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə 14 may 2020-ci il tarixdə aparılmış axtarış zamanı aşkar edilmiş yuxarıda adları göstərilən şəxslərə məxsus olan əmək haqqı üçün plastik bank kartlarının vasitəsi ilə bankomat cihazlarından pul vəsaitlərinin nağdlaşdırılması zamanı həmin cihazların qeydə aldığı foto və video görüntülər 8 iyul 2020-ci il tarixli protokol əsasında "xxxx" ASC-dən elektron daşıyıcıda götürülmüş və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin foto və video görüntülərə baxış keçirilməsi haqqında 20 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri ərazisində olan "xxxx" ASC-yə məxsus bankomat cihazları vasitəsilə 2019-cu ilin yanvar ayından 2020-ci ilin may ayınadək müxtəlif vaxtlarda X55 məxsus plastik bank kartı ilə 10 dəfə, X56 məxsus plastik bank kartı ilə 11 dəfə, X31 məxsus plastik bank kartı ilə 18 dəfə, Şahid5 məxsus plastik bank kartı ilə 14 dəfə, X32 məxsus plastik bank kartı ilə 10 dəfə, Şahid8 məxsus plastik bank kartı ilə 12 dəfə, X42 məxsus plastik bank kartı ilə 14 dəfə, X43 məxsus plastik bank kartı ilə 10 dəfə, Şahid6 məxsus plastik bank kartı ilə 11 dəfə, X11 məxsus plastik bank kartı ilə 12 dəfə, Şahid10 məxsus plastik bank kartı ilə 11 dəfə, X23 məxsus plastik bank kartı ilə 14 dəfə, X44 məxsus plastik bank kartı ilə 15 dəfə, Şahid11 məxsus plastik bank kartı ilə 12 dəfə, X33 məxsus plastik bank kartı ilə 10 dəfə, Şahid9 məxsus plastik bank kartı ilə 11 dəfə, X4 məxsus plastik bank kartı ilə 7 dəfə, X12 məxsus plastik bank kartı ilə 12 dəfə, X34 məxsus plastik bank kartı ilə 14 dəfə, X35 məxsus plastik bank kartı ilə 9 dəfə, Şahid3 məxsus plastik bank kartı ilə 8 dəfə, Şahid7 məxsus plastik bank kartı ilə 10 dəfə, X45 məxsus plastik bank kartı ilə 12 dəfə, Şahid4 məxsus plastik bank kartı ilə 6 dəfə pul vəsaitlərinin nağdlaşdırılması əməliyyatı həyata keçirilmişdir. Bundan başqa, "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, ünvan 6 ünvanında yerləşən baş ofisinin video müşahidə kameraları 2 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs həmin baş ofisin qarşısında olan bankomat cihazına yaxınlaşaraq eyni vaxtda 4 ədəd müxtəlif plastik bank kartı vasitəsilə pul vəsaitlərinin nağdlaşdırılması əməliyyatlarını həyata keçirdiyini qeydə almışdır. "xxxx" ASC-dən 20 avqust 2020-ci il tarixli protokol əsasında götürülərək cinayət işinin materiallarına əlavə edilmiş plastik kartların təhvil-təslim aktlarından və balansdankənar məxaric orderlərindən görünür ki, 2019-2020-ci illər ərzində Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbinin işçilərinin adına açılmış əmək haqqı üçün plastik bank kartlarını müvafiq bank filialından Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 1 nömrəli Maliyyə və X49 əməkdaşı X72 təhvil almışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən 23 oktyabr 2020-ci il tarixli 15/762 nömrəli məktub əsasında verilmiş plastik kartların təhvil-təslim aktlarından görünür ki, Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbinin işçilərinə məxsus əmək haqqı üçün plastik bank kartları 2012-ci ildən 2020-ci ilədək kütləvi formada Təqsirləndirilən şəxs təhvil verilmiş və sonuncu hər bir halda həmin kartları təhvil almasına dair müvafiq akta imza etmişdir. İbtidai istintaq zamanı Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbinin inzibati binasındakı Təqsirləndirilən şəxs xidməti kabinetində 14 may 2020-ci il tarixdə aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş 2012-2013-cü tədris ili, 2013-2014-cü tədris ili, 2014-2015-ci tədris ili, 2015-2016-cı tədris ili, 2016- 2017-ci tədris ili, 2017-2018ci tədris ili, 2018-2019-cu tədris ili, 2019-2020-ci tədris ili üçün tarifləşmə cədvəlləri, 2014cü ilin sentyabr ayı üçün işə davamiyyət cədvəli, 2014- cü ilin sentyabr-dekabr ayları və 2015-ci ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəlləri, 2015-ci ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəlləri, 2015-ci ilin sentyabr-dekabr ayları və 2016-cı ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəlləri, 2016-cı ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəlləri, 2016-cı ilin sentyabr-dekabr ayları və 2017-ci ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəlləri, 2017-ci ilin iyul-sentyabr ayları üçün işə davamiyyət cədvəlləri, 2017-ci ilin oktyabr-dekabr ayları və 2018-ci ilin yanvar- iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəlləri, 2018-ci ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəlləri, 2018-ci ilin sentyabroktyabr, dekabr ayları və 2019-cu ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəlləri, 2019-cu ilin iyul-sentyabr ayları üçün işə davamiyyət cədvəlləri, 2019cu ilin sentyabr-dekabr ayları və 2020-ci ilin yanvar-mart ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərindən görünür ki, həmin məktəbdə ümumiyyətlə heç vaxt işləmədikləri halda 5 nəfər şəxsin - X39, X59, Şahid2, Şahid3, Şahid4 adları qeyd edilən sənədlərə daxil edilməklə onların guya həmin məktəbdə faktiki işləmələri görüntüsü yaradılmış və onların adlarına dərs yükü, işə davamiyyət və əmək haqqı müəyyən edilmişdir. Bundan başqa, həmin məktəbdə əvvəllər işləsə də, sonradan işdən çıxmış 13 nəfər şəxsin - Şahid5, X14, X15, Şahid6, X52, X10, Şahid7, X7, Şahid8, X53, X40, X16, X17 adı qeyd edilən sənədlərdən çıxarılmayaraq, onların guya həmin məktəbdə faktiki işləməyə davam etmələri görüntüsü yaradılmış və onların adlarına dərs yükü, işə davamiyyət və əmək haqqı tarifləşdirilməsi davam etdirilmişdir. Bundan başqa, 29 nəfər şəxsin - Şahid9, X2, X18, Şahid10, X19, X20, X21, X9, X24, Şahid11, Şükürova (Osmanova) Briliyant İsmayıl qızının, Şahid13, X25, X26, X22, X1, Səlimova (Səttarova) Firuzə Nadir qızının, X60, X3, X27, X65, X61, X28, X62, X63, X8, X5, X13, Şahid14 adlarına həmin sənədlərdə onların dindirilməsi haqqında protokollara əsasən aldıqları aylıq əmək haqqından artıq məbləğdə əmək haqqı, dərs yükü və işə davamiyyət müəyyən edilmişdir. İbtidai istintaq zamanı yuxarıda adları qeyd edilən 47 nəfər şəxsin "xxxx" ASC-də olan plastik bank kartları üzrə hesabların hərəkətini əks etdirən çıxarışlar ələ keçirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin çıxarışlardan görünür ki, 2012-ci ilin sentyabr ayından 12 may 2020-ci il tarixədək olan müddətdə Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində ümumiyyətlə heç vaxt işləmədikləri halda 5 nəfər şəxsin - X39, X59, Şahid2, Şahid3, Şahid4 hesablarına əmək haqqı qismində pul vəsaitləri köçürülmüş, həmin məktəbdə əvvəllər işləsə də, sonradan işdən çıxmış 13 nəfər şəxsin - Şahid5, X14, X15, Şahid6, X52, X10, Şahid7, X7, Şahid8, X53, X40, X16, X17 hesablarına əmək haqqı qismində pul vəsaitlərinin köçürülməsi davam etdirilmiş, habelə 29 nəfər şəxsin - Şahid9, X2, X18, Şahid10, X19, X20, X21, X9, X24, Şahid11, Şükürova (Osmanova) Briliyant İsmayıl qızının, Şahid13, X25, X26, X22, X1, Səlimova (Səttarova) Firuzə Nadir qızının, X60, X3, X27, X65, X61, X28, X62, X63, X8, X5, X13, Şahid14 hesablarına onların dindirilməsi haqqında protokollara əsasən aldıqları aylıq əmək haqqından artıq məbləğdə əmək haqqı qismində pul vəsaitləri köçürülmüşdür. İbtidai istintaq zamanı Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbinin tarifləşmə, dərs saatlarının miqdarı və işə davamiyyət cədvəllərində “direktor” qrafasında olan Təqsirləndirilən şəxs və “direktor müavini” qrafasında olan Şahid1 imzalarının həqiqiliyini müəyyən etmək üçün 6 avqust 2020-ci il tarixli protokol əsasında onların eksperimental imza, yazı və rəqəm nümunələri tədqiqat üçün götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə 18 sentyabr 2020-ci il tarixli qərarımla təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 2 oktyabr 2020-ci il tarixli 4/736 nömrəli rəyindən görünür ki, Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbinin 2012-2013-cü tədris ili, 2013-2014-cü tədris ili, 2014-2015-ci tədris ili, 2015-2016-cı tədris ili, 2016- 2017ci tədris ili, 2017-2018-ci tədris ili, 2018-2019-cu tədris ili, 2019-2020-ci tədris ili üçün tarifləşmə cədvəllərinə, 2014-cü ilin sentyabr ayı üçün işə davamiyyət cədvəlinə, 2014-cü ilin sentyabr-dekabr ayları və 2015-ci ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2015-ci ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2015-ci İlin sentyabr-dekabr ayları və 2016-cı ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2016-cı ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2016-cı ilin sentyabr-dekabr ayları və 2017-ci ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2017-ci ilin iyul-sentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2017-ci ilin oktyabr-dekabr ayları və 2018-ci ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2018-ci ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2018-ci ilin sentyabr-oktyabr, dekabr ayları və 2019-cu ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2019-cu ilin iyulsentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2019-cu ilin sentyabr-dekabr ayları və 2020-ci ilin yanvar-mart ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərində “direktor” qrafalannda olan imzalar Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. 2018- 2019-cu və 2019-2020-ci tədris illəri üçün tarifləşmə cədvəllərində, 2014-cü ilin oktyabrnoyabr ayları və 2015-ci ilin fevral ayı üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərində, 2015-ci ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəllərində, 2015-ci ilin sentyabr və dekabr ayları üçün, 2016-cı ilin oktyabr ayı üçün, 2017-ci ilin fevral və dekabr ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərində, 2018-ci ilin iyul ayı üçün işə davamiyyət cədvəlində, 2018-ci ilin sentyabr- oktyabr ayları üçün və 2019-cu ilin may ayı üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərində “tədris işləri üzrə direktor müavini” qrafalannda olan imzalar Şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur və ekspertiza zamanı həmin imzaların Təqsirləndirilən şəxs və ya başqa şəxs tərəfindən icra edilməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi üzrə 20 oktyabr 2020-ci il tarixli qərarımla təyin edilmiş və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən keçirilmiş mütəxəssis yoxlamasının nəticələrinə dair 21 oktyabr 2020-ci il tarixli rəydən görünür ki, yuxarıda adları qeyd edilən 47 nəfər şəxsin dindirilməsi haqqında protokollara, onların "xxxx" ASC-də olan plastik bank kartları üzrə hesabların çıxarışlara, habelə Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbinin tarifləşmə, dərs saatlarının miqdarı və işə davamiyyət cədvəllərinə əsasən aparılmış təftiş zamanı Təqsirləndirilən şəxs tərəfindən 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın (əldə edilmiş gəlirin) ümumi məbləğinin 914.680,89 manat (doqquz yüz on dörd min altı yüz səksən manat səksən doqquz qəpik), o cümlədən 1 dekabr 2017-ci il tarixdən sonrakı dövr ərzində 572.148,77 manat (beş yüz yetmiş iki min bir yüz qırx səkkiz manat yetmiş yeddi qəpik) təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi üzrə əmrlərdən görünür ki, 14 mart 2001ci il tarixli 8/k nömrəli əmrlə Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbinin direktoru vəzifəsinin icrası 15 mart 2001-ci il tarixdən müvəqqəti olaraq Təqsirləndirilən şəxs həvalə edilmiş, 12 mart 2007-ci il tarixli 80/k nömrəli əmrlə isə o, həmin vəzifəyə təyin edilmiş, 21 may 2020-ci il tarixli 96/k nömrəli əmrlə vəzifəsindən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci il tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsinin 7-ci bölməsinin 7.2-ci maddəsinə əsasən, direktorun vəzifələri məktəbin bütün fəaliyyətinə rəhbərlik etmək və şəxsən məsuliyyət daşımaq, tabe olduğu rəhbər orqanların əmr, qərar və göstərişlərini yerinə yetirmək, bütün dövlət qurumlarında, məhkəmə orqanlarında məktəbi təmsil etmək, həmin Əsasnamənin 2-ci bölməsinin 2.3-cü bəndinə uyğun şöbə və ixtisas sinfi açmaq, ödənişli təhsil üzrə hər hansı bir şöbə və ixtisas sinfi açmaq, tədris işləri üzrə direktor müavininin, təsərrüfat müdirinin, şöbə müdirlərinin və digər struktur bölmə rəhbərlərinin fəaliyyətini əlaqələndirmək, onların arasında iş bölgüsünü təşkil etmək və perspektiv planların tərtib olunmasına və icrasına nəzarət etmək, inzibati və xidmətedici işçilərin işə davamiyyətini müvafiq cədvəl üzrə tənzimləmək, məktəbin ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlər görmək, tədris planları və proqramlarının tam yerinə yetirilməsinə nəzarət etmək, təlim- tərbiyə işinin yüksək səviyyədə həyata keçirilməsinə nəzarət etmək, illik xərclər smetasının tərtibinə dair təkliflər vermək, müəllimləri həmin Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında işə qəbul etmək, müəllimləri qanuna müvafiq qaydada işdən azad etmək, şöbə müdirlərini vəzifəyə təyin və azad etmək, inzibati və xidmətedici heyəti, eyni zamanda ödənişli təhsil üzrə müəllimləri, mühasibi, inzibati və xidmətedici heyəti işə qəbul və azad etmək, müəllimlər arasında dərs yüklərinin bölgüsünü aparmaq, müəllimlərin tarifləşmə cədvəlini hazırlamaq, pedaqoji şuranın iclaslarına sədrlik etmək, məktəbdaxili intizam qaydalarını, dərs cədvəlini, məktəbin və şöbələrin iş planlarını təsdiq etmək, illik xərclər smetası üzrə məktəbin avadanlıq, dərsliklər, tədris-metodiki vəsaitlərlə təmin olunması üçün tədbirlər görmək, ödənişli təhsil və digər fəaliyyət üzrə banklarda hesablaşma hesabı və digər hesablar açmaq, pedaqoji fəaliyyətdə və təşkilati işlərdə xüsusi fərqlənən müəllimləri və digər işçiləri mükafatlandırmaq, məktəbdaxili qaydaları, əmək və icra intizamını pozan işçilər barəsində intizam tənbehi tədbirləri tətbiq etmək, məktəb əmlakının qorunub saxlanılmasına cavabdeh olmaq, illik xərclər smetası üzrə məktəb binasının təmir olunması, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə təkliflər vermək və digər təşkilatisərəncamverici funksiyalardan ibarətdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 4 iyun 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 5 iyun 2020-ci il tarixli 3900 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 11 iyun 2020-ci il tarixli 19/51-5330 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır və yaşadığı ünvan üzrə qeydiyyatda yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 22 iyun 2020-ci il tarixli **********25 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 25 sentyabr 2014-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsi tərəfindən verilmiş 19 may 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində 2012-ci il istehsalı olan “Hyundai İX-35” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. "xxxx" Mənzil Tikinti Kooperativindən daxil olmuş 27 avqust 2020- ci il tarixli 218 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2019-cu il tarixdə müqavilə əsasında ünvan 7 ünvanında yerləşən mənzili əldə etmişdir və həmin tarixdən qızı X73 ilə birlikdə orada yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.4, 308.2, 313-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərəkmiş şəxsə dəymiş ziyanın bir qisminin ödənilməsi məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1 maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin məcəllənin 46.2 maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələrini tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu gündən, yəni 08 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə məsrəfləri 374 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinaјət hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzssiz olaraq dövlət nəfinə alınmsıdır. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə dəymiş ziyan üzrə 914.680,89 (doqquz yüz on dörd min altı yüz səksən manat səksən doqquz qəpik) mülki iddia təmin olunsun, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə verilmiş 90.000 (doxsan min) manat, Təqsirləndirilən şəxs yaşadığı mənzildə aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş 33.263,76 manat məbləğində pul vəsaitləri, Təqsirləndirilən şəxs mülkiyyətində olan KMHJU81BDCU531151 ban nömrəli, 2012-ci il istehsalı “Hyundai İX- 35” markalı, **- CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Abşeron rayonu, Mehdiabad qəsəbəsində ********** qeydiyyat və **********08 reyestr nömrəli 0,04 ha torpaq sahəsi məcburi qaјdada və əvəzssiz olaraq dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2, 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 10 (on ) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o dərhal məhkəmə iclas zalından həpsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli hökm elan olunduğu gündən, yəni 08 oktyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia təmin olunsun, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə verilmiş 90.000 (doxsan min) manat, Təqsirləndirilən şəxs yaşadığı mənzildə aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş 33.263,76 manat məbləğində pul vəsaitləri, Təqsirləndirilən şəxs mülkiyyətində olan KMHJU81BDCU531151 ban nömrəli, 2012-ci il istehsalı “Hyundai İX- 35” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Abşeron rayonu, Mehdiabad qəsəbəsində ********** qeydiyyat və **********08 reyestr nömrəli 0,04 ha torpaq sahəsi məcburi qaјdada, əvəzssiz olaraq dövlət nəfinə alınsın. İş üzrə məhkəmə məsrəfləri 374 (üç yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən, elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün ona təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar