Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-500/2022 19.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı5, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünaslar Dövlət ittihamçısı3, Dövlət ittihamçısı4 və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, dalan 8, ev 4-də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz yeni tikili fərdi evdə yaşamış, 15 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 avqust 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs müəyyənləşdirilməmiş vaxtda, naməlum mənbədən, satış məqsədilə qanunsuz olaraq iki ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,426 qram və 0,023 qram olmaqla, ümumilikdə cəmi təmiz çəkisi 0,449 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 4,777 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özü ilə gəzdirdiyi çantada saxlamaqla daşımış və 15 avqust 2021-ci il tarixdə, saat 03:30 radələrində Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanında yerləşən “Vedi” marketin qarşısında şübhəli şəxs qismində saxlanılıb 13-cü polis bölməsinə aparılmış, polis bölməsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı özü ilə gəzdirdiyi tünd açıq dama-dama rəngli çantanın içəri cibindən, üzərində “WEPE” yazısı olan bir ədəd qara-gümüşü rəngli dəmir qabın içərisində saxladığı iki ədəd siqaretin qızılı rəngli kağız bükümündə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,426 qram, 0,023 qram olmaqla, ümumilikdə cəmi təmiz çəkisi 0,449 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,777 qram tiəşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi, səthində heroin narkotik vasitəsinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, saxlanılan gün Bülbülə qəsəbəsndən motosiklet almağa getmiş, almış, geri qayıdarkən 3 polis əməkdaşı “Vedi” marketin qarşısında maşınla oneu vurub yıxmışdır. Qalxmış və motosikleti yerdən qaldırmışdır. Polislər təkrarən onu maşınla vurub yıxmış və bu dəfə özləri də maşından düşüb onu döyməyə başlamışlar. Döyülməyinin səbəbini soruşduqda ona “motosikleti bərk sürürsən, asta sür!” cavabını vermiş və bundan sonra gecə saat 03- 04 radələrində onu Sabunçu RPİ-yə apararaq üzərində şəxsi axtarış aparmışlar. Sonra motosikleti, hətta motosikleti satan şəxsi də bölməyə gətirmiş, motosikleti müəyyən hissələri qırılmış vəziyyətdə sahibinə qaytarmışlar. O, Sabunçu RPİ-yə aparılarkən həqiqətən onun üzərində 0,5 qram metamfetamin psixotrop maddəsi olmuşdur. Belə ki, o, kuryer işləmiş və çox vaxt yuxusuz qalmışdır. Metamfetamin istifadə edəcəyi təqdirdə yuxu gəlməyəcəyini eşitdiyindən hərdən bir, sadəcə iş vaxtdarında metamfetamin istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Sabunçu RPİ-də üzərində şəxsi axtarış aparılarkən həmin 0,5 qram metamfetamin onun sumkasından (burada: çantasından) çıxmışdır. Lakin bu polis əməkdaşlarını qane etməmiş, həmin vaxt üzərində olan sumkasına heroin narkotik vasitəsi və bir ədəd tərəzi qoyaraq guya ona məxsus olduğunu etiraf etməsini tələb etmişlər. Ona vəkil verildikdə ondan döyülübdöyülməyəcəyini soruşmuş, sonuncu narahat olmamağı, düzgün ifadə verməyi və nəyə imza atdığına fikir verməyi tapşırmışdır. Halbuki, o, etiraz etdikdə əməliyyatçılar onu təhqiqatçının otağında döymüş, videoçəkiliş aparılacağlı və çəkiliş zamanı sumkasından özünə aid olan və onların verdiyi maddələri, tərəzini çıxarıb təqdim etməyi və özümə məxsus olduğunu deməyi istəmişlər. Təsir və təzyiqlər altında qaldıımdan məcbur olub onların dediklərini etmiş, özündə olan metamfetamini, polis tərəfindən ona verilən tərəzini və iki ədəd bükümdə heroini və özünə məxsus bir ədəd «Xiomi» markalı mobil telefonunu videoçəkiliş zamanı çantasından çıxarıb təqdim etmişdir. Videoçəkiliş təhqiqatçının otağında onun, polislərin və ona ayrılan vəkilin iştirakları ilə aparılmışdır. Döyüldüyünü, təzyiqlərə qaldığını təhqiqatçıya da, daha sonra isə müstəntiqə də bildirmişdir. 16 avqust 2021-ci il tarixli ifadəsində iranlı şəxslə bağlı göstərilənlər polisin uydurması olmuşdur. O, heç bir iranlı tanımamış, onlardan narkotik vasitə almamışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, narkotik vasitənin satışı ilə məşğul olmamış, yalnız özü narkotiklərin istifadəçisi olmuşdur. O, özünə lazım olan narkotiki “Xəqani” ticarət mərkəzinin yanından Vüqar adlı şəxsdən alıb əldə etmişdir. Ailə üzvləri onun narkotik istifadəçisi olduğunu bilməmişlər. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur ki, saxlanılarkən nömrələrdən biri üzərində olmuş, ikincini isə evdən gətizdirib istintaqa təqdim etmişdir. Onun mobil nömrələrində narkotiklərlə bağlı smslər olmamından xəbərdardır. O, narkotik vasitələrin satışı ilə bağlı heç kimə sms yazmamış və ya kimsə bu məqsədlə ondan narkotik vasitə istəməmişdir. Özünün istifadəsi məqsədilə smslər yazdığı hallar olmuşdur. Yaxud narkotik istifadəçisi olan tanışlarından kimsə narkotik ala bilməmiş və ya buna imkanı olmamış, həmin vaxt sms-lə ona müraciət olunmuş, o, narkortiki alıb həmin şəxslərə vermişdir. Lakin heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Saxlanılarkən onun üzərində 4,777 qram deyil, cəmi 0,5 qram psixotrop maddə metamfetamin olmuş, iki ədəd bükümlərdəki heroin ona məxsus olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı sonuncunun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilk dəfə dindirildiyi 16 avqust 2021-ci il tarixli ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən iki il əvvəl narkotik vasitə heroindən və şüşə kimi tanıdığı psixotrop maddə metamfetamindən falqada çəkmə yolu ilə istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotik vasitəni və psixotrop maddə metamfetamini Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən, bəzi vaxtlarda isə özünü ona İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı kimi təqdim edən Rza adlı şəxsdən alıb əldə etmişdir. Sonuncu dəfə 14 avqust 2021-ci il tarixdə, saat təxminən 16 radələrində Yasamal rayonu ərazisində özünü ona İran vətəndaşı kimi təqdim edən Rza adlı şəxsdən istifadəsi üçün 100 manata bir ədəd bükümdə psixotrop maddə metamfetamin, iki ədəd bükümdə narkotik vasitə heroin almış və özünə məxsus olan əl çantasının içərisində olan dəmir materialdan hazırlanmış siqaret qutusunun içərisində saxlamışdır. 15 avqust 2021-ci il tarixdə, saat təxminən 03:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən «Vedi» marketin qarşısı ilə gedərkən üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, lakin üzərində heç bir sənəd olmadığı üçün polis əməkdaşlarına sənəd təqdim edə bilməmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü polis bölməsinə getməsini təklif etmiş, o da etiraz etməmiş, səs-küy salmadan polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 13-cü polis bölməsinə getmişdir. Polis əməkdaşları ilə birlikdə polis bölməsinə gedərkən çantasında olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tullamaq istəsə də, polis əməkdaşları buna imkan verməmişlər və polis bölməsinə getmişlər. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində, polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş əşyaları üzərində saxlamasında və gəzdirməsində şübhəli bilindiyi üçün şübhəli şəxs qismində bölməyə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş və video çəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o, da etiraz etməmiş və bundan sonra polis əməkdaşı ona üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, üzərində olan tünd açıq dama-dama rəngli, dəridən hazırlanmış çantanın içərisidə saxladığı bir ədəd bükümdə olan metamfetamini və iki ədəd bükümdə olan heroini çıxardaraq masanın üzərinə qoymuş, həmçinin çantasının içərisində olan bir ədəd tərəzini də çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin bükümlər polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşı bükümlərdə aşkar olunmuş maddələrin nə olduğunu soruşanda, o, səmimi olaraq bükümlərdən ikisinin içərisindən aşkar edilən maddənin «kakos» kimi tanıdığı narkotik vasitə heroin, digər bükümün içərisindən aşkar edilmiş maddənin isə «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşı üzərindən aşkar edilmiş elektron tərəzini nə üçün üzərində saxladığını soruşmuşduqda o, tanımadığı şəxslərdən narkotik vasitə və ya psixotrop maddə alarkən çəkidə aldadılmaması üçün həmin tərəzi ilə çəkdiyini bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götrülmüş içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümlər qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir (iş vərəqə: 64-67). Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 avqust 2021-ci il tarixli ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində həm ibtidai istintaq zamanı vermiş olduğu 16 avqust 2021-ci il tarixli ifadəsi və həm də məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə ziddiyyət təşkil edən ifadə verib göstərmişdir ki, Sabunçu RPİ-nin 13-cü polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməmişdir. Sabunçu RPİ-nin 13-cü PB-nə şübhəli şəxs qismində gətirilərkən, onun üzərində iki ədəd bükümdə narkotik vasitə heroin olmamış, onda yalnız bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olmuşdur. Polis bölməsində üzərində keçirilən şəxsi axtarış zamanı üzərində olan tünd açıq dama-dama rəngli, dəridən hazırlanmış çantanın içərisindən özünə məxsus bir ədəd «Xiomi» markalı mobil telefonu, bir ədəd elektron tərəzini və dəmir materialdan hazırlanmış siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin vaxt polis əməkdaşlarından biri dəmir materialdan hazırlanmış siqaret qutusuna baxış keçirmiş, baxış zamanı qutudan bir ədəd sellofan büküm, iki ədəd qızılı rəngli kağız büküm aşkar edilmişdir. Üzərində aparılan şəxsi axtarış video çəkliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı o, bir ədəd sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin, iki ədəd kağız bükümdə olan maddənin isə heroin olduğunu bildirsə də, həmin iki ədəd qızılı rəngli kağız bükümün içərisində olan narkotik vasitə heroin və elektron tərəzi onun olmamışdır. Ondan aşkar edilmiş psixotrop maddə metamfetamini o, Səbail rayonu ərazisində yerləşən «Xəqani» Ticarət mərkəzinin arxasında adını və soyadını bilmədiyi şəxsdən almışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində həçinin göstərmişdir ki, üzərinə keçirilən şəxsi axtarış zamanı o, polis əməkfdaşına çantasından bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini, iki ədəd bükümdə olan heroini və elektron tərəzini təqdim edən zaman onun psixoloji durumu yerində olmamış, iki ədəd bükümdə olan heroin və elektron tərəzi onun çantasına necə və kim tərəfindən qoyulduğunu bilməmişdir. İran vətəndaşı Rza adında şəxsi tanımmamış, həmin şəxsdən narkotik vasitə və ya psixotrop maddə almamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini dəqiq yadında qalmayan bir vaxtda Səbail rayonu ərazisində yerləşən «Xəqani» Ticarət mərkəzinin arxasında təsadüfən tanış olduğu adını və soyadını bilmədiyi şəxsdən özünün istifadəsi üçün pulsuz almışdır. Həmin şəxsi yaxından tanımamış, onunla «Xəqani» Ticarət mərkəzinin arxasında təsadüfən tanış olmuş, həmin şəxsin anket məlumatları barədə heç bir məlumata sahib deyildir. O, bu günə kimi heç kimə narkotik vasitə və yaxud psixotrop maddə satmamış, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən kiməsə satmaq niyəti olmamışdır. O, həmin maddəni özünün istifadəsi üçün almışdır. «Dissosiatif pozğunluq N47» xəstəliyindən əziyyət çəkir, 2 nömrəli poliklinkada qeydiyyatdadır (iş vərəqə: 92-95). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs daha bir - 11 dekabr 2021-ci il tarixli ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, sonuncu özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək 18 avqust 2021-ci il tarixli ifadəsinə uyğun ifadə verib narkotik vasitə heroindən və şüşə kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etdiyini, sonuncu dəfə 14 avqust 2021-ci il tarixdə, «Xəqani» Ticarət mərkəzinin arxasında təsadüfən tanış olduğu adını və soyadını bilmədiyi şəxsdən istifadəsi üçün 50 manata bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aldığını, bir qismini istifadə etdiyini, qalaq hissəsini dəmir materialdan hazırlanmış siqaret qabının içərisinə qoyub çantasında saxladığını, 15 avqust 2021-ci il tarixdə, saat 03:30 radələrində “Vedi” marketin qarşısı ilə gedərkən mülki geyimdə olan şəxslər tərəfindən saxlanılarıq Sabunçu RPİ-nin 13-cü polis bölməsinə aparıldığını, 13-cü polis bölməsində hüquq və vəzifələrinin izah oldunduğunu və video çəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparıldlığını, üzərində gəzdirdiyi tünd açıq dama-dama rəngli çantanın içərisidən bir ədəd qara-gümüşü rəngli dəmir qabı və gümüşü rəngli elektron tərəzini çıxardaraq masanın üzərinə qoyduğunu, dəmir qabın içərisindən bir ədəd sellofan bükümdə özünün istifadəsi üçün aldığı psixotrop maddə metamfetamin, iki ədəd isə qızılı rəngli kağız bükümdə «kakos» kimi tanıdığı narkotik vasitə heroin aşkar edildiyini, əslində iki ədəd qızılı rəngli kağız bükümdə olan heroinin və elektron tərəzinin ona məxsus olmadığını, çantasına necə və kim tərəfindən qoyulduğunu bilmədiyini, lakin bərk ağrıları olduğu, həmçinin psixoloji durumu yerində olmadığı üçün polis əməkdaşına bükümlərdən ikisinin içərisindən aşkar edilən maddənin «kakos» kimi tanıdığı narkotik vasitə heroin, digər bükümün içərisindən aşkar edilmiş maddənin isə «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirdiyini göstərmişdir (iş vərəqə 184-188). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 13-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, narkotik vasitələrin, psixtrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində 15 avqust 2021-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə tez-tez gələn “Samir” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlaması, daşıması, qəbulu ilə məşğul olması və satması barədə Sabunçu RPİ-nin 13-cü polis bölməsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə onun müraciəti əsasında müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. 13-cü PB-nin rəhbərliyi tərəfindən həmin bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 03:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən “Vedi” marketin qarşısı ilə əməliyyat məlumatında göstərilən “Samir” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb onu saxlamış və özlərini təqdim edərək, onu 13-cü PBnə aparmışlar. Təqsirləndirilən şəxs hansısa motosikletlə deyil, çiynində idman çantası ilə piyada hərəkətdə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs bölmədə olarkən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhəli şəxs qismində təhqiqatçı Rafiq Şərifov tərəfindən tutularaq saxlanılmışdır. Sonra mobil telefon vasitəsi ilə video çəkiliş aparmaqla üzərində şəxsi axtarış aparılacağı ona bildirilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına və bu zaman vəkilin iştirakı olmadan şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsi təklif olunmuşdur. Təklifə əsasən Təqsirləndirilən şəxs ciynindən asdığı tünd açıq dama-dama rəngli çantasının iç cibindən bir ədəd mobil telefon, bir ədəd qara-gümüşü rəngli dəmir qab və gümüşü rəngli elektron tərəzi çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qara-gümüşü rəngli dəmir qaba təhqiqatçı Rafiq Şərifov tərəfindən baxış keçirilmiş, baxış zamanı qabdan bir ədəd sellofan büküm, iki ədəd qızılı rəngli kağız büküm və həmin bükümlərin içərisindən maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi qara-gümüşü rəngli dəmir qabdan aşkar olunmuş bir ədəd sellofan bükümün içərisində olan maddə «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin, iki ədəd qızılı rəngli kağız bükümün içərisində olan maddələrin isə heroin narkortik vasitəsi olduğunu, metamfetamini 100 manata, narkotik vasitə heroini isə 20 manata İran vətəndaşı kimi tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş içərisində maddələr olan bükümlər qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə təhqiqatçı tərəflərindən müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Şahid əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən, polis bölməsinə gətirilərkən və ya şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. O, Təqsirləndirilən şəxs istifadəsində və ya onun ətrafında motosiklet görməmiş və ya hansısa motosiklet sahibini polisə dəvət etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etməsi, mənbə və məqsədi istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilməsinə baxmayaraq müsbət nəticə olunmamışq, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları olmasına baxmayaraq, ondan narkotik vasitə və psixotrop maddələr alan şəxslərin dairəsini hələlik müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq həmin şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 13-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dinidirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İşdə olan və məhkəmə baxışı zamanı elan edlilməklə tədqiq olunan ibtidai istintaq orqanının 15 avqust 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» qərarından və «şəxsi axtarış və götürmə aparılması haqqında» eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, istintaq hərəkəti aparılması prosesində şəxsi axtarışa məruz qalmış Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, təhqiqatçı Rafiq Şərifov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa predmetlər olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifə əsasən Təqsirləndirilən şəxs ciynindən asdığı tünd açıq dama-dama rəngli çantadan bir ədəd mobil telefon, bir ədəd qara-gümüşü rəngli dəmir qab və gümüşü rəngli elektron tərəzi çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi dəmir qaba baxış keçirilmiiş baxış zamanı qabdan bir ədəd sellofan büküm, iki ədəd qızılı rəngli kağız büküm və həmin bükümlərin içərisindən naməlum maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dəmir qabdan aşkar olunmuş bir ədəd sellofan bükümün içərisində olan maddənin «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin, iki ədəd qızılı rəngli kağız bükümün içərisində olan maddələrin heroin olduğunu bildirmiş, həmin psixotrop maddəni və narkotik vasitə heroini İİR vətəndaşının kart hesabına pul köçürməklə ümumilikdə 120 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə prosesi mobil telefon vasitəsi ilə videolentə alınmış və həmin videogörüntülər CD formatlı bir ədəd diskə yerləşdirilmişdir (iş vərəqə: 27, 29-30). Məhkəmə baxışı zamanı elan edlilməklə tədqiq olunan ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi CD formatlı diskə baxış keçirilməsi haqqında 16 avqust 2021-ci il tarixli protokoldan görünür ki, video çəkliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə Sabunçu RPİ-nin 13-cü polis bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Rafiq Şərifov özünü təqdim edir, ardınca Təqsirləndirilən şəxs özünü təqdim edir. Bundan sonra 13-cü polis bölməsinin əməkdaşları özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilindiyinə görə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində şübhəli şəxs qismində saxladıqlarını və 13-cü polis bölməsinə gətiridiklərini bilirirlər. Bundan sonra təhqiqatçı X3 Əsgərzadəyə hüquq və vəzifələrini izah edir və video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs etiraz etmir. Tədqiq olunan həmin protokoldan görünür ki, bundan sonra təhqiqatçı X3 Əsgərzadəyə üzərində qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə isə olduğu təqdirdə təqdim etməsini təklif edir. Təklifə əsasən Təqsirləndirilən şəxs çiynindən asdığı əsasən tünd rəngli olub üzərində açıq damaları olan çantadan bir ədəd mobil telefon, bir ədəd qara-gümüşü rəngli dəmir qab və bir ədəd gümüşü rəngli elektron tərəzi çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs çandasından aşkar edilmiş qara-gümüşü rəngli dəmir qaba təhqiqatçı Rafiq Şərifov tərəfindən baxış keçirilir və baxış zamanı qabın içərimsində bir ədəd sellofan büküm, iki ədəd qızılı rəngli kağız büküm və həmin bükümlərin içərisində naməlum maddələr olduğu aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara-gümüşü rəngli dəmir qabdan aşkar olunmuş bir ədəd sellofan bükümün içərisində olan maddənin «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin, iki ədəd qızılı rəngli kağız bükümün içərisində olan maddələnin isə heroin olduğunu bildirərək, həmin psixotrop maddəni və narkotik vasitə olan heroini İran İslam Respublikasının vətəndaşının kart hesabına pul köçürməklə ümumilikdə 120 manata şəxsi istifadəsi üçün əldə etdiyini və Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının yaxınlığında zibil qutusunun altından götürdüyünü bildirir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində naməlum maddələr olan bükümlər təhqiqatçı Rafiq Şərifov tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, orada olan şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır (iş vərəqə: 31; 68-69). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin CD formatlı diskə yüklənmiş videogörüntülərlə müəyyən edildi ki, nümayiş olunan videogörüntülərlə Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə aparılması haqqında»15 avqust 2021-ci il tarixli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi CD formatlı diskə baxış keçirilməsi haqqında 16 avqust 2021-ci il tarixli protokolların məzmununda ziddiyyət aşkar edilməmişdir, videogörüntülər hər iki protokolda öz əksini tapmışdır, videogörüntülərin nümayişi prosesində hər hansı qanun pozuntusu aşkar edilməmişdir (iş materialları). Cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan sms-lər "xxxx" MMC-dən daxil olmuş CD diskdə təqdim edilmiş və həmin diskə 20 noyabr 2021-ci il tarixli protokolla baxış keçirilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 20 noyabr 2021-ci il tarixli həmin protokoldan görünür ki, baxış zamanı diskdə müxtəlif sms mətnləri, nömrə sahiblərinin anket məlumatları, qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar olduğu müəyyən edilmişdir. Sms mətnlərinin məzmunu, tarixi, vaxtı və smsi yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir:
1. xx-xx-2021-ci il tarixdə, saat 17:49-da ***-***-**-** saylı mobil nömrədən, ***-***- **-** saylı mobil nömrəyə - Vuqar Brat 10 kola 10 pati;
2. xx-xx-2021-ci il tarixdə, saat 17:51-də ***-***-**-** saylı mobil nömrədən, ***-***- **-** saylı mobil nömrəyə - 15 col, 10 c 10 p, 5 c 5 p, 8 p 7 c. Yigiram 2-3 deyqeye Gor emele gelir hamsi Deqiq soz de mene;
3. xx-xx-2021-ci il tarixdə, saat 16:40-da ***-***-**-** saylı mobil nömrədən, 99-823- 00-23 saylı mobil nömrəyə - Samir qapi doyme geldi Gel bizim blokda wkaf vare karobkanin altina qoymuwam Caynik karobkasinin altina;
4. xx-xx-2021-ci il tarixdə, saat 14:14-də ***-***-**-** saylı mobil nömrədən, 99-823- 00-23 saylı mobil nömrəyə - Qaqaw palit eme gel pencerede qoymiwam boz maqna karopqasinda siqaret ele ele heckim gormesin seni.
5. xx-xx-2021-ci il tarixdə, saat 18:03-də ***-***-**-** saylı mobil nömrədən, 99-823- 00-23 saylı mobil nömrəyə – SAMİR BİRAZ KOLA TAPA BİLERSEN? EVDEN CİXMAGA HALİM YOXDU. CİXİM HEREKET ELİYİM. Təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin sonuncu anten əhatə dairəsində hərəkət etməsi aşağıdakı kimidir:
1. ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, saat 23:59:57-də ünvan 2 ünvanında;
2. ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, saat 17:24:24-də Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 71 A ünvanında hərəkət etməsi müəyyən edilmişdir (İş vərəqə 123-124; 125-126; 127-138). Tədqiq olunan mobil operator məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan sms-lər narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsini, o cümlədən alqı-satqısını özündə ehtiva edir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 15 avqust 2021-ci il tarixli, 6/3516 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №160” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş....” sözləri qeyd edilmiş bir ədəd zərfdə üzərində “WEPE” göstəricisi olan bir ədəd qara-gümüşü rəngli dəmir qabda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,426 qram, 0,023 qram olmaqla ümumi təmiz çəkisi 0,449 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə olmaqla təmiz çəkisi 4,777 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatı nəticəsində: - ümumi təmiz çəkisi 0,449 qram müəyyən olunan heroin narkotik vasitəsinin 0,02 qramı tədqiqata sərf edilmiş, 0,429 qram qalıq qalmışdır: - ümumi təmiz çəkisi 4,777 qram müəyyən olunan metamfetaminin psixotrop maddəsinin 0,05 qramı tədqiqata sərf edilmiş, 4,727 qram qalıq qalmışdır. Ekspert rəyindən görünür ki, heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin isə eyni qanunla təsdiq edilmiş ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir(iş vərəqə: 38-44). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 19 oktyabr 2021-ci il tarixli, 6/4163 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş...” sözləri yazılmış zərfdəki 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,429 qram olan narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiqat üçün təqdim olunmuş bir ədəd elektron tərəzinin səthindən ekstraksiya olunmuş nümunənin narkotik vasitə heroinə məxsus rəngə boyanması və müqayisəli NTX analizdə narkotik vasitə heroinə məxsus zonaların yaranması müşahidə edilmişdir. Lakin iz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli analizi aparılmadığından eyniliklə bağlı qoyulmuş sual cavablandırılmamışdır. Tədqiq olunan həmin rəydən görünür ki, ilk tədqiqatdan sonra qalıq qalmış 0,429 qram heroindən bu dəfə tədqiqata 0,100 qram sərf edilmiş, 0,329 qram isə qalıq qalmışdır (iş vərəqə: 147-151). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4280 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asililiq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxsn məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 140-141). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və pisixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2536 saylı rəyinin məhkəmə-psixiatrik ekspertizasına dair hissəsindən görünü ki, yoxlanılan Təqsirləndirilən şəxs ekspertiza tədqiqatı zamanı göstərilən cinayəti törədən anda hər hansı psixi xəstəlik əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehdiyac yoxdur. Tədqiq olunan rəyin məhkəmə-psixoloji ekspertizasına dair hissəsindən görünür ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Əqli-intellektual imkanlara görə hadisə zamanı öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. O, cinayət törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət iqtidarında olmuşdur (iş vərəqə: 142-146). İbtidai istintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 06 dekabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd kağız paketin içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,426 qram, 0,023 qram olmaqla ümumi təmiz çəkisi 0,449 qram təşkil edən narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 4,777 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,329 qram heroin narkotik vasitəsi və 4,727 qram psixotrop maddə metamfetamin, həmçinin bir ədəd elektron tərəzi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir(iş vərəqə: 152-154). Ən nəhayət, məhkəmə baxışı zamanı tədqiq olunan 08 dekabr 2021-ci il tarixli müvafiq qərarlara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd, həmçinin "xxxx" MMC-dən daxil olmuş məlumatların yerləşdirildiyi bir ədəd – cəmi iki ədəd CD foromatlı disklər baxılan iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 31, 124, 156-167). Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 16 avqust 2021-ci il tarixli qərarından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs ətrafında Sabunçu rayon RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid1 «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 15 avqust 2021-ci il tarixli qərarının qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və qərar qanuni hesab edilmişdir (iş vərəqə: 51-52). İbtidai istintaq orqanının işdə olan 08 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: 169-170). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş «heroin» narkotik vasitəsinin çəkisi 0,449 qram olmaqla külli miqdar təşkil etməsə də, ondan aşkar edilib götürülmüş «metamfetamin» psixotrop maddəsinin çəkisi 4,777 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil edir. Lakin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş «metamfetamin» psixotrop maddəsinin çəkisinin 4,777 qram olmaqla külli miqdar təşkil etməsi, onun üzərində, külli miqdar təşkil etməsə belə, həm də başqa növdə narkotik vasitəsinin aşkar olunması, həmin narkotik vasitənin iki ədəd kiçik bağlamalarda olması və təqsirləndirilən şəxsin üzərində heroinin izləri olan elektron tərəzinin müəyyən olunması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda «metamfetamin» psixotrop maddəsini və şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümlərdə heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində saxlanılarkən piyada deyil motosikletlə hərəkətdə olması, polis əməkdaşlarının istifadələrində olan avtomaşınla onu motosikoetlə birlikdə vurub yıxmaları və bu üsulla saxlamaları, özünü təqsirli bilməməsi, ondan cəmi 0,5 qram metamfetamin psixotrop maddəsi apşkar edilib götürülməsi, ondan aşkar edilib götürülməsi iddia olunan 4,777 qram olan metamfetamin psixotrop maddəsinin, iki ədəd bükümdə aşkar edilməsi qeyd olunan 0,449 qram heroin narkotik vasitəsinin və bir ədəd elektron tərəzinin ona aid olmaması, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlər göstərilməsi nəticəsində qeyd olunan psixotrop maddəni, narkotik vasitəni və elektron tərəzini boynuna götürmək məcburiyyətində qalması barədə verdiyi inkaredici ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində bir neçə dəfə dindirilmiş, verdiyi izahat və ifadələrinin heç birində saxlanılarkən piyada deyil, motosikletlə hərəkətdə olması, polis əməkdaşlarının istifadələrində olan avtomaşınla onu motosikoetlə hərəkətdə olarkən vurub yıxmaları və bu üsulla saxlamaları, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlər göstərilməsi nəticəsində ona qarşı irəli sürülən ittihamda göstərilən iki bükümdə heroin narkotik vasitəsini və külli miqdarda psixotrop maddəni, həmçinin bir ədəd elektron tərəzini boynuna götürmək məcburiyyətində qalması barədə heç nə göstərməmiş, əksinə polis əməkdaşları tərəfindən fiziki təsirlərə, zorakılığa məruz qalmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi ziddiyyətli izahat və ifadələrdən göründüyü kimi, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində cəmi 0,5 qram metamfetamin psixotrop maddəsi olduğunu, psixotrop maddənin qalan hissəsinin onun üzərinə qoyulduğunu bildirməmiş, o, 15 və 16 avqust 2021-ci il tarixli ifadələrində ondan aşkar edilib götürülmüş 4,777 qram külli miqdarda metamfetamin psixotrop maddəsinin, iki ədəd bükümdə aşkar edilmiş cəmi 0,449 qram heroin narkotik vasitəsinin və bir ədəd elektron tərəzinin özünə aid olmasını etiraf etsə də, sonrakı ifadələrində yalnız iki ədəd bükümdə aşkar edilmiş heroin narkotik vasitəsinin və bir ədəd elektron tərəzinin özünə aid olduğunu inkar etmiş, külli miqdarda metamfetamin psixotrop maddəsini isə mübahisələndirməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman keçirilən 16 avqust 2021-ci il tarixli məhkəmə iclasında saxlandığı zaman və məkan, saxlanıldığı şərait vuə saxlanılma üsulu, saxlanılarkən, Sabunçu rayon RPİ-nin 13-cü PB-nə aparılarkən və daha sonra işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması, ona fiziki və mənəvi təzyiq göstərilməsi barədə heç nə bildirməmiş, sadəcə daimi yaşayış yerinin olunduğunu qeyd edib, çağırışlara vaxtında gələcəyinə söz verib barəsində həbs qətimkan tədbiri seçməməyi məhkəmədən xahiş etmişdir. Bundan başqa, iş üzrə 03 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində keçirilən məhkəmə-narkoloji ekspertizası tədqiqatı zamanı ekspertə verdiyi izahatında iki il müddətində heroin narkotik vasitəsindən və metamfetamin psixotrop maddəsindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini, əvvəllər marixuanadan istifadə etdiyini qeyd etmiş, eyni zamanda aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin, elektron tərəzinin və külli miqdarda metamfetamin psixotrop maddəsinin özünə məxsusluğunu inkar etməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və pisixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2536 saylı rəyinin tədqiqi hisəssindən görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilən hər iki ekspertiza tədqiqatı zamanı ekspertlərə verdiyi izahatlarında ittiham olunduğu əməl barədə məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrinə uyğun cavab vermiş, əməlini, həmçinin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini etiraf etmiş, ona qarşı qeyri-qanuni hərəkətlər edilməsindən bəhs etməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs polis tərəfindən döyülməsi, fiziki təsirlərə məruz qalması və ona qarşı qeyri-qanuni hərəkətlərə yol verilməsi xüsusatı araşdırılmış və qeyd olunan xüsusat öz təstiqini tapmamışdır. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, hələ məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs özü tərəfindən deyil, onun anası Rəfiqə İsmayılova tərəfindən Sabunçu rayon prokurorluğuna müraciət edib oğlu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən əsassız cinayət məsuliyyətinə cəlb olunması və döyülərək işgəncələrə qalmasına dair edilən müraciətə baxılmış, Sabunçu rayon prokurorluğunun 06 oktyabr 2021-ci il tarixli qərarına əsasən araşdırma üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işi başlanılması rədd edilmişdir. İşdə olan Sabunçu rayon prokurorluğunun 06 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, 15 avqust 2021-ci il tarixdə, saat 18:00-da, yəni saxlanıldığı gün Sabunçu RPİnin MSY-nə təhvil verilərkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirnilən zaman onun hər iki qolunda, sağ böyründə, kürəyində qızartılar, sıyrıqlar aşkar edilmiş, sonuncu həmin xəsarətləri tutulmazdan əvvəl motosikletdən yıxılarkən aldığını göstərmişdir. İşdə olan, vəkil sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından verilmiş 19 fevral 2022-ci il tarixli, xx/xx-1105 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, o, təcridxananın tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmiş, bədənin dəri səthində yeni xəsarət aşkar edilməmiş, sol çiyin nəticəsində, sağ bel qahiyyəsində, sol saidin iç səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd olunan xüsusatlar onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilməsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat-sorgu arayışı ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 116-117). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4280 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 15 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 15 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 avqust 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 avqust 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 15 avqust 2021-ci il tarixdə başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılma ambarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,727 qram metamfetamin psixotrop maddəsi və 0,329 qram qram heroin narkotik vasitəsi, həmçinin bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə prosesinin videogörüntüləri yerləşdirilmiş bir ədəd, "xxxx" MMC-dən daxil olmuş bir ədəd – cəmi iki CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 146,82 (yüz qırx altı manat 82 qəpik) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılma ambarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,727 qram metamfetamin psixotrop maddəsi və 0,329 qram qram heroin narkotik vasitəsi, həmçinin bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə prosesinin videogörüntüləri yerləşdirilmiş bir ədəd, "xxxx" MMC-dən daxil olmuş bir ədəd – cəmi iki CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 146,82 (yüz qırx altı manat 82 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.