Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-500/2023 14.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Kaspian” vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1962-ci ildə Ermənistan Respublikası, Vardenis rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi qaydada torpaq alqı-satqtsı ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin dekabr ayında tanışı - Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı və Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Nəsimi rayonu, Zorge adına parkda görüşləri zamanı, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə sonuncunun barəsində sərhədkeçməyə qoyulmuş məhdudiyyətin götürülməsi, barəsində şikayətlərin qarşısının alınmasında köməklik göstərilməsinə dair Zərərçəkmiş şəxs özünə etdiyi müraciətlə əlaqədar ona guya özünün Azərbaycan Respublikasının Baş Prokurorluğunda rəhbər vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Zərərçəkmiş şəxs istintaqa dəvət edilməməsi, Baş İdarədə istintaq olunan həmin cinayət işi üzrə sərhədkeçməyə qoyulmuş məhdudiyyətinin götürülməsi və barəsində şikayətlərin qarşısının alınmasına nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Baş Prokurorluğunun yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə həmin qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 60.000 (altmış min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barədə formalaşdırdığı inam və etibardan suiistifadə edərək yalandan bildirməklə, sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin yanvar ayında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında istintaqla müəyyən edilməyən kafedə 60.000 (altmış min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb, şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 60.000 (altmış min) manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi vəzifəsində işlədiyi müddətdə tanımışdır. O, Zərərçəkmiş şəxs dələduzluq yolu ilə vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyini deyib rüşvət qismində 60.000 manat pul almamışdır. Məharətdən 10.000 manat pul borc pul almış, onu da sonralar qaytarmışdır və ona heç bir borcu yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Nizami rayon icra hakimiyyətinin başçısı vəzifəsində işlədiyi müddətdə tanımış, Zərərçəkmiş şəxs onun barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə sərhədkeçməsinə qoyulmuş məhdudiyyətin götürülməsində köməklik göstərməyini ondan xahiş etmişdir. Məharət həmin vaxtı hansısa xəstəliyi ilə bağlı müalicə almaq üçün ölkə xaricinə getmək istəmişdir. Məharət ona göstərilən xahişlə bağlı müraciət etdikdə o, tanışı- Eldar Sultanova göstərilən xahişi deyə biləcəyini Məharətə demişdir. Məharət ona həmin xahişi bildirdikdə o, Eldar Sultanova göstərilən xahişi bildirmək istəmiş, ancaq sonradan Məharətin müvafiq xahişini Eldar Sultanova bildirməmiş, bunun səbəbini xatırlamamışdır. Səs yazısında adını çəkdiyi digər şəxs KQMBİ-də işləmişdir. O, xatırlamadığı şəxslər vasitəsilə Məharətin xahişini həmin vəzifəli şəxsə də bildirmək istəmiş, ancaq sonradan hansısa səbəbdən xahişi həmin vəzifəli şəxsə də deməmişdir. O, Məharətin xahişi müqabilində sonuncudan hansısa pul vəsaiti istəməmiş və almamışdır. Məharətin xahişini qeyd edilmiş vəzifəli şəxslərə bildirməyi barədə həqiqətə uyğun olmayan fikirləri Məharətə hansı səbəbdən dediyini bilməmiş, ancaq o, Məharətin xahişini heç kimə deməmişdir. Göstərilən xahişlərlə bağlı Məharətdən hansısa məbləğdə pul istəməmiş, almamış, kiməsə həmin xahişlər bağlı hansısa məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadənin müstəntiq tərəfindən yazıldığını, ifadəsini oxumadan imza etdiyini və bu səbəbdən də təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadənin düzgün olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ilin yay aylarında Korrupsiyaya qarşı Mübarizə İdarəsində onun barəsində cinayət işi başlanılmışdır. Həmin cinayət işi üzrə istintaq zamanı barəsində sərhədkeçməyə məhdudiyyət qoyulmuşdur. O da onkoloji xəstəliyinin müalicəsi üçün Azərbaycan Respublikasının hüdudlarını tərk edərək müalicə üçün İsrailə gedə bilməmişdir. 2018-ci ilin dekabr ayında dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Həmin tarixdə o, Şahid2 ilə birlikdə Bakı şəhərində «Zorge» adına bağda Razinlə görüşmüşdür. Şahid1 da cox vaxt Razinin yanında olmuşdur. Görüş zamanı Razin onun barəsində sərhədkeçməyə qoyulmuş məhdudiyyətin götürülməsi, onun barəsində şikayətlərin qarşısının alınması, həmiçinin onun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılmamağı üçün ondan 60.000 manat pul istəmişdir. Razin həmin pulu Baş Prokurorluqda tanıdığı şəxsə verəcəyini, bununla da onun sərhədkeçməsinə qoyulmuş məhdudiyyətin götürüləcəyini, barəsində şikayətlərin qarşısının alınacağını və onun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılmayacağını bildirmişdir. O da Razinin təklifi ilə razılaşmışdır. O, tanışı Şahid3 10.000 manat, yeznəsi mərhum Elxan Əliyevdən 50.000 manat pul alıb, cəmi 60.000 manat pul 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs Bakı şəhərində 20 yanvar metrostansiyasının yaxınlığında xatırlamadığı kafedə Şahid2 iştirakı ilə vermişdir. Razin də tanışının vasitəsilə ona köməklik edəcəyini, qısa müddətdə sərhədkeçməmə qoyulmuş məhdudiyyətin götürüləcəyini, barəsində ikayətlərin qarşısının alınacağını, bununla da bir daha onun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılmayacağını bildirmişdir. Lakin Razin vədinə əməl etməmiş, onu aldatmış və ona məxsus 60.000 manat pulu aldatma yolu ilə ələ keçirmişdir. Sonradam həmin pulun 10.000 manat pul ona qaytarmış, 20.000 manat pulu isə istintaq zamanı qaytarmışdır. 30.000 manat pul görə isə öhdəlik götürmüşdüş, lakin hal-hazıra kimi 30.000 manat pul qaytarmamışdır. Razinin səsini yazmaqda məqsədi Razinin onu aldatmasını sübut etmək olmuşdur. Səs yazılarında Razin özü demişdir ki, «Respublika Prokurorluğnda bir nəfər var, onunla danışmışam, sənin işini həll edəcək». Razin ona deyirmiş ki, həmin adamın hüzrü düşüb, sonra bilmişdir ki, Razin onu aldadır. Razin üç-dörd ay sonra ona 10.000 manat, sonradan onun barəsində istintaq gedərkən 20.000 manat pulu da Xosrov Qurbanovla ona göndərmişdir. Məhkəmənin sorununda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs şikayətçi olmadığını, ona dəyən zərərin tam şəkildə ödənildiyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, 2018-ci ilin təxminən dekabr ayında Bakı şəhərində «Zorge» adına bağda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxslə birlikdə kafedə oturmuşlar. Həmin vaxt Şahid2 bir sumka gətirmiş və Məharətə vermişdir. Sonra o və Razin kafedən çıxmışlar, kafedən çıxan zaman Razinin əlində sumka görməmişdir. Həmçinin kafedə Niyaməddinin Məharətə verdiyi çantada pul olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, 2018-ci ilin təxminən dekabr ayında Gəncə şəhərindən Bakıya gələrkən Zərərçəkmiş şəxs mərhum qardaşı ona bir bağlama verərək Məharətə çatdırmasını ondan xahiş etmişdir. O da həmin bağlamanı «Zorqe» bağında bir kafedə Məharətə təqdim etmişdir. Həmin vaxt Razin və Eynulla da orada olmuşlar, o, bağlamanı Məharətə verdikdən sonra oradan çıxıb getmişdir. Bağlamada pul olmasından məlumatı olmamış, bağlama yapışqanlı lentlə sarılmışdır. Məharətin qardaşı ona demişdir ki, göndərdiyi bağlamada pul var. Şahid Fəxrəddin Xəlilovun məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2018-ci ilin təxminən dekabr ayında dostu Zərərçəkmiş şəxs ona zəng edərək Gəncə şəhərində adını xatırlamadığı mərhum qardaşından 50.000 manat pul götürüb Bakı şəhərinə onun yanına gətirməyi xahiş etmişdir. O da Gəncə şəhərində xatırlamadığı ünvanda Məharətin mərhum qardaşı ilə görüşüb 50.000 manat pul ondan götürmüş və Bakı şəhərində «Zorge» bağının yanında Zərərçəkmiş şəxs yanına getmişdir. Pulu götürərkən onu saymamış, Məharətin və sonuncunun mərhum qardaşının dediklərinə əsasən pulun məbləğinin 50.000 manat pul olduğunu bilmişdir. Sonra Bakı şəhərində «Zorge» bağının yanında xatırlamadığı kafedə kabinetdə bağlamanın içərisində 50.000 manat pul Məharətə vermişdir. O, kafedə içəridə kabinetə daxil olduqda orada Razin, Məharət və Şahid1 olduğunu görmüş, pulu Məharətə vermiş və çölə çıxmışdır. Sonra da Gəncə şəhərinə qayıtmış, həmin 50.000 manat pul Məharətin kiməsə verib-vermədiyini, verdiyi təqdirdə hansı səbəbdən verdiyini bilməmişdir. Şahid2 bildirmişdir ki, istintaq zamanı da hazırda verdiyi kimi ifadə vermiş, ifadəsini müstəntiq yazmış, o da ifadəni oxumadan imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, atası Məharətlə Təqsirləndirilən şəxs arasındakı münasibətin dərinliyini bilməmişdir. Atası Məharətin tapşırığı ilə Razinlə görüşmüş, Razin şahidlərin iştirakı ilə ona 20.000 manat pul vermiş və 30.000 manat pulu isə sonra verəcəyinə öhdəlik götürmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri üzrə təqsirli olması zərəçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinyət işinin materiallarından məlum olur ki, 18 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələr ilə ittiham elan edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2021-ci il tarixli 4/1596 nömrəli rəyi ilə təqdim edilmiş 1 ədəd CD diskdəki “Novaə zapisğ 4” adlı faylda danışıqların məzmunu vardır və həmin daınışıqlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vəzifəli şəsin adını çəkərək, həmin şəxsin hazırda yas mərasimində olduğunu, yas mərasimindən sonra onun xeyrinə işi həll edəcəyi barədə danışıqlar müəyyən edilmişdir. Həmin rəydə müvafiq fayldakı danışıqlardan K1 kimi işarə olunmuş diktorun səsi və nitqinin Təqsirləndirilən şəxs, K2 kimi işarə olunmuş diktorun səsi və nitqinin Zərərçəkmiş şəxs məxsus olduğu da müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin xx.xx.2021-ci il tarixli 02/1-508çıx-21 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs barədə 2 dəfə (Baş İdarənin sabiq mühüm işlər üzrə müstəntiqi Şahin Osmanlı tərəfindən tərtib edilmiş bildiriş əsasında xx.xx.2018-ci il tarixdə və Baş İdarənin sabiq mühüm işlər üzrə müstəntiqi Şükran Məmmədov tərəfindən tərtib edilmiş bildiriş əsasında xx.xx.2020-ci il tarixdə) Baş İdarədə fəaliyyət göstərən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) “Sərhədkeçməyə məhdudiyyət” siyahısında “Qadağandır” tədbiri tətbiq edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı və Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin rəisi vəzifələrində işləmiş Zərərçəkmiş şəxs qanunsuz əməlləri barəsində 27 iyul 2018-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanılmış, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 11 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2 və 313-cü maddələri ilə yenidən ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və iş üzrə 19 mart 2021-ci il tarixdə ittiham aktı tərtib olunaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs oğlu X2 tərəfindən ibtidai araşdırmanı həyata keçirən orqana 1 ədəd üzərində heç bir yazı olmayan ağ rəngli CD disk təqdim edilmiş və həmin disk 03 noyabr 2021-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı üzərində heç bir yazı olmayan ağ rəngli 1 ədəd CD diskdə “Novaə zapisğ 4.wav” adlı audiofaylın olduğu aşkar olunmuşdur. Həmin audiofaylda 01 dəqiqə 30 saniyə ərzində danışıqlar əks olunmuşdur. Həmin danışıqlar Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olmuş, həmin danışıqlarda Təqsirləndirilən şəxs M.Mustafaevə onun xeyrinə işləri həll edəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli BKC/LGL-17121/21 nömrəli məktubla daxil olmuş, üzərində “17121/21” rəqəmləri yazılmış ağ rəngli CD diskə 03 noyabr 2021-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** nömrəli mobil telefon nömrələrinə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglər, SMS mətnləri və əhatə dairəsi, zəng edən və SMS əlaqələri saxlanılan abunəçilərin anket məlumatları, qeyd olunan nömrələrə daxil olan və çıxan zənglərin əhatə dairəsinə dair məlumatların olduğu müəyyən edilmişdir. Baxış zamanı qeyd edilmiş məlumatlarda ***-***-**-** nömrəli mobil telefonun əhatə dairəsi xx.xx.2019 tarixdə saat 20:13:26-da Bakı şəhəri,Yasamal rayonu, 2-ci Alatava ərazisində göstərilmişdir. Qeyd edilmiş məlumatlardan da göründüyü kimi Təqsirləndirilən şəxs 12 yanvar 2019-cu ildə Şahid1 istifadəsindəki ***-***-**-** nömrəli və Şahid2 istifadəsindəki ***-***- **-** nömrəli nömrəli mobil telefon nömrələri ilə danışıqlar apararaq sonuncularla anten məlumatlarının göstərdiyi kimi Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində görüşmüşlər. İş materiallarından məlum olur ki, X2 tərəfindən ibtidai istintaqa təqdim edilmiş 1 (bir) ədəd üzərində heç bir yazı olmayan ağ rəngli CD disk, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli BKC/LGL-17121/21 nömrəli məktubla daxil olmuş üzərində “17121/21” rəqəmləri yazılmış ağ rəngli CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2021-ci il tarixdə cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-34/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10.000 (on min) manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1759/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 27 aprel 2022-ci il tarixli qərarı, habelə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin hökm və yekun qərardan Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə, habelə həmin Məcəllənin 66.3, 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair müddəalar xaric edilmiş, üzərində yalnız Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9.000 (doqquz min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya Şöbəsinin məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs 9.000 (doqquz min) manat cərimə cəzasından 300 (üç yüz) manat ödəmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur . Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Zərərçəkmiş şəxs dələduzluq yolu ilə vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyini deyib rüşvət qismində 60.000 manat pul almadığını, ondan yalnız 10.000 manat borc pul aldığını və sonradan həmin pulu qaytaması barədə ifadələrini işin faktiki hallarına uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş zərəri aradan qaldırmasıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.1 və 32.4-cü maddələrinə görə cinayətin icraçısı ilə birlikdə təşkilatçısı, təhrikçisi, və köməkçisi cinayətin iştirakçıları sayılırlar; ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmin Məcəllənin 64-cü maddəsində göstərilir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu mənada Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ittihama görə cinayət əməllərini Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətməsi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunan cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə cəza təyin etməyi yəni, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə üzərində saxlanılmış 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9.000 (doqquz min) manat miqdarında cərimə cəzasının ödənilməmiş 8.700 (səkkiz min yedi yüz) manatını həmin Məcəllənin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza müəyyən etməyi, habelə bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan məsuliyyətini yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində cəza təyin edilərək Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq sınaq müddəti müəyyən edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini, sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələrin qoyulmasını, cərimə cəzasının müstəqil icra olunmasını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzan yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.4-cü maddəsinə müvafiq olaraq, şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrinin sanksiyasında əlavə cəza kimi müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmamışdır. Lakin, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 46.3-cü maddədə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünün əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda müddətinin hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması göstərilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 2011-ci il 14 noyabr tarixli qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idaretmə hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, habelə cərimə və ya əmlak müsadirəsi növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə qeyd olunanların fonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəliliyini, şəxsiyyətini nəzərə alıb, onun dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququnun saxlanmasını qeyrimümkün hesab edərək barəsində dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.6-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. İş üzrə maddi sübut olan X2 tərəfindən ibtidai istintaqa təqdim edilmiş 1 (bir) ədəd üzərində heç bir yazı olmayan ağ rəngli CD disk, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli BKC/LGL-17121/21 nömrəli məktubla daxil olmuş üzərində “17121/21” rəqəmləri yazılmış ağ rəngli CD disk cinayət işiinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı birləşdirmək yolu ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9.000 (doqquz min) manat miqdarında cərimə cəzasının ödənilməmiş 8.700 (səkkiz min yeddi yüz) manatı Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8.700 (səkkiz min yeddi yüz) manat cərimə və 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cərimə cəzası müstəqil icra olunsun, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan X2 tərəfindən ibtidai istintaqa təqdim edilmiş 1 (bir) ədəd üzərində heç bir yazı olmayan ağ rəngli CD disk, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli BKC/LGL-17121/21 nömrəli məktubla daxil olmuş üzərində “17121/21” rəqəmləri yazılmış ağ rəngli CD disk cinayət işiinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-500/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-500/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver