Məhkəmə qərarları › İş №1(101)-500/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-500/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-500/2025 29.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1973-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialının müdiri vəzifəsində işləmiş, hazırda işsiz, Abşeron rayonu, Masazır kəndi, Xətai küçəsi ev 32-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə, xx.xx.1979-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli-himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialda xəzinadar vəzifəsində işləmiş, hazırda işsiz, Bakı şəhəri, Nərimanov rayonu, X10 Karxanası ev 188E ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, vəzifəli şəxs kimi qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları vahid tamah niyyətlə daxil edərək vəzifə saxtakarlığı etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ASC-nin İdarə heyəti sədrinin xx.xx.2024-cü il tarixli 023/k-24 nömrəli əmri ilə qeyd olunan Bankın 5 saylı filialın müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə və xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş filial müdirinin vəzifə təlimatına və xx.xx.2015-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən filialın fəaliyyətini həyata keçirmək, filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək, bankın normativ sənədlərinin, bankın siyasətinin, filialın əsasnaməsi, bankdaxili qayda, təlimat və prosedurların tələbləri əsas götürülməklə, filialın fəaliyyətinə ümumi rəhbərlik etmək, filialın mənfəətli işləməsini təmin etmək, filialda olan riskləri idarə etmək, filialda nağd və nağdsız əməliyyatların qanunvericiliyin və bankdaxili normativ sənədlərin tələblərinə uyğun aparılmasına daim nəzarət etmək, filialda mühasibat uçotunun təşkili və aparılmasını, qanunvericiliyə riayət olunmasını, bankın uçot siyasətinin tələblərinin bütün işçilər tərəfindən yerinə yetirilməsini təmin etmək, filiala təhkim olunmuş əsas vəsaitlərin, malmaterial qiymətlilərinin qorunub saxlanmasını və təyinatı üzrə səmərəli istifadə olunmasını, filial binasının və onun ətrafının lazımi şəraitdə saxlanmasını təmin etmək, filiala təhkim olunan Bankın bütün əmlakına, maliyyə vəsaitlərinə və qiymətlilərə görə tam maddi məsuliyyət daşımaq və digər səlahiyyətlərə malik məsul təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xx.xx.2024-cü il tarixdən Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialının 1-ci dərəcəli xəzinədarı vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 məsləhətləri və məlumatları ilə cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla yardım etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə vahid niyyətlə talamaq məqsədilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 08 may 2024cü il tarixdən 23 may 2024-cü il tarixd olan müddət ərzində Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialını ünvan 4 ünvanında yerləşən inzibati binasında Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə, yəni fiziki şəxsin hesabına pulun sistem üzərindən köçürülməsi pul xəzinəyə fiziki şəxs tərəfindən real təqdim edildikdən sonra xəzinədar tərəfindən təsdiq edilməli olduğu halda, faktiki olaraq filialın kassasına nağd pul vəsaitini mədaxil etməyərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd olunan tarixdə və yerdə məzmununa bilə-bilə, yəni pulun kassaya mədaxil olunmasına dair yalan məlumatlar daxil etdikləri mədaxil qəbzləri tərtib edərək özü və Təqsirləndirilən şəxs2 tərəfindən imzalamaqla sistem üzərindən köçürülməsini təsdiq edərək 08 may 2024-cü il tarixdə filialın xəzinəsinə 3 mədaxil qəbzi əsasında 36.331 manat, 10 may 2024-cü il tarixdə 2 mədaxil qəbzi əsasında 10.629 manat, 14 may 2024-cü il tarixdə 3 mədaxil qəbzi əsasında 47.164 manat olmaqla ümunilikdə 94.124 manat vəsaiti Bankda olan AZ67AZAL******************** saylı plastik kart hesab nömrəsinə, 15 may 2024-cü il tarixdə 2 mədaxil qəbzi əsasında 33.490 manat, 16 may 2024-cü il tarixdə 1 mədaxil qəbzi əsasında 14.550 manat, 20 may 2024-cü il tarixdə 6 mədaxil qəbzi əsasında 95.408 manat, 21 may 2024-cü il tarixdə 4 mədaxil qəbzi əsasında 66.658 manat, 22 may 2024cü il tarixdə 6 mədaxil qəbzi əsasında 95.940 manat, 23 may 2024-cü il tarixdə 5 mədaxil qəbzi əsasında 61.000 manat olmaqla ümumilikdə 367.046 manat məbləğində pul vəsaitinin qeyd edilən bankda olan AZ82AZAL******************** saylı cari hesab nömrəsinə, sonuncu hesab nömrəsindən isə həmin pul vəsaitinin AZ67AZAL******************** saylı plastik kart hesab nömrəsinə göndərilməsinə nail olduqdan sonra, cəmi 32 mədaxil qəbzləri əsasında 461.170 manat pul vəsaitinin Bankda olan AZ67AZAL******************** saylı hesab nömrəsindən 08 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixinə kimi olan müddətdə "xxxx" MMC-yə məxsus olan “M10” proqram təminatında istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçib, internet üzərindən kriptovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytında Azərbaycan Respublikası üzrə kripto satışı elanı verməklə M10 proqramı vasitəsi ilə qeydiyyatdan keçmiş istintaqla araşdırılan ayrı-ayrı şəxslərin istifadələrində olan mobil nömrə hesablarına, o cümlədən 08 may 2024-cü il tarixdə ***-***-**-** mobil nömrəsinə ********* saylı əməliyyat kodu əsasında 15.422 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 15.422 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 5.531 manat, 10 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 8.976 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 1.653 manat, 14 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 13.600 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 14.200 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 19.364 manat, 15 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 50 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 33.524 manat, 16 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 14.550 manat, 20 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 47.704 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 47.704 manat, 21 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 66.658 manat, 22 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 47.970 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**- ** mobil nömrəsinə 47.970 manat, 23 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 61.000 manat köçürərək, ümumilikdə 461.298 manat dəyərində kriptovalyuta alıb “Binance.com” internet saytında olan hesabından həmin kriptovalyutanı istintaqla araşdırılan ayrı-ayrı şəxslərin hesablarına köçürməklə öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə ona etibar edilmiş Zərərçəkmiş şəxs1 ASC-yə məxsus külli miqdar təşkil edən 461.170 (dörd yüz altmış bir min bir yüz yetmiş) manat məbləğində pul vəsaitini həmin bankın kassasına mədaxil etməyib vahid niyyətlə mənimsəməklə talamış, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Zərərçəkmiş şəxs1 ASC-nin hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Təqsirləndirilən şəxs2 ilə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları vahid tamah niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə edilməklə onlara etibar edilmiş özgəyə məxsus əmlakın vahid niyyətlə külli miqdarda ziyan vurulmaqla mənimsəmə yolu ilə talanmasında köməkçi qismində iştirak etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları vahid tamah niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 01 may 2024-cü il tarixdə 10 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə edilmiş əlavəyə əsasən Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialın 1-ci dərəcəli xəzinədarı vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən xəzinədarın vəzifə təlimatına və 10 sentyabr 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən bankın rəhbərliyi tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlamasına, görüləcək işləri layiqinə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsinə, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmasına, eyni zamanda banka heç bir səbəb üzündən ziyan vurmamağa və ziyankarlığa qarşı mübarizə aparmağa, bankın rəhbərliyinə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə vaxtında məlumat verməyə, ona etibar edilmiş maddi sərvətlərin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmağa, xəzinənin qaydalara uyğun açılıb-bağlanmasının həyata keçirilməsinə, müştərilərlə nağd hesablaşma ilə mədaxil-məxaric üzrə mübariləşmələrin təsdiq edilməsinə və digər səlahiyyətlərə malik məsul təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialının müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəməklə talamasında özünün məsləhətləri və məlumatları ilə cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla yardım etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 08 may 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialında fiziki şəxsin hesabına pulun sistem üzərindən köçürülməsi, pul xəzinəyə fiziki şəxs tərəfindən real təqdim edildikdən sonra xəzinədar tərəfindən təsdiq edilməli olduğu halda, faktiki olaraq filialın kassasına nağd pul mədaxil olmadan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məzmununa bilə-bilə, yəni pulun kassaya mədaxil olunmasına dair yalan məlumatlar daxil etdikləri mədaxil qəbzləri tərtib edərək imzalamaqla sistem üzərindən köçürülməsini təsdiq edərək, o cümlədən xx.xx.2024-cü il tarixdə filialın xəzinəsinə 3 mədaxil qəbzi əsasında 36331 manat, 10 may 2024-cü il tarixdə 2 mədaxil qəbzi əsasında 10629 manat, 14 may 2024-cü il tarixdə 3 mədaxil qəbzi əsasında 47164 manat olmaqla ümunilikdə 94124 manat vəsaiti Təqsirləndirilən şəxs1 qeyd edilən Bankda olan AZ67AZAL******************** saylı plastik kart nömrəsinə, 15 may 2024-cü il tarixdə 2 mədaxil qəbzi əsasında 33490 manat, 16 may 2024-cü il tarixdə 1 mədaxil qəbzi əsasında 14550 manat, 20 may 2024-cü il tarixdə 6 mədaxil qəbzi əsasında 95408 manat, 21 may 2024-cü il tarixdə 4 mədaxil qəbzi əsasında 66658 manat, 22 may 2024-cü il tarixdə 6 mədaxil qəbzi əsasında 95940 manat, 23 may 2024-cü il tarixdə 5 mədaxil qəbzi əsasında 61000 manat olmaqla ümumilikdə 367046 manat vəsaitin Təqsirləndirilən şəxs1 qeyd edilən bankda olan AZ82AZAL******************** saylı cari hesab nömrəsinə köçürülməsini təsdiq etməklə nəticədə Təqsirləndirilən şəxs1 həmin hesab nömrəsindən isə AZ67AZAL******************** saylı plastik kart nömrəsinə göndərərək, ümumilikdə 461170 manat vəsaiti Təqsirləndirilən şəxs1 Bankda olan AZ67AZAL******************** saylı plastik kart nömrəsindən 08 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixinə kimi Pashapay MMC-nin məhsulu olan M10 proqramında istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçərək həmin hesab nömrəsinə yönləndirərək internet üzərindən kriptovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” saytında Azərbaycan üzrə kripto satışı elanı vermiş M10 proqramında istifadəsində olan mobil nömrələrlə qeydiyyatdan keçmiş şəxslərin hesablarına, o cümlədən 08 may 2024-cü il tarixdə ***-***-**-** mobil nömrəsinə ********* saylı əməliyyat kodu əsasında 15422 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***- **-** mobil nömrəsinə 15422 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında 5531 manat, 10 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 8976 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***- ***-**-** mobil nömrəsinə 1653 manat, 14 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 13600 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 14200 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 19364 manat, 15 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 50 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 33524 manat, 16 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**- ** mobil nömrəsinə 14550 manat, 20 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 47704 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 47704 manat, 21 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 66658 manat, 22 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 47970 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 47970 manat, 23 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 61000 manat köçürərək ümumilikdə 461.170 manat dəyərində kriptovalyutanın Təqsirləndirilən şəxs1 tərəfindən alaraq “Binance.com” saytında olan hesabından həmin kriptovalyutanı istintaqla araşdırılan ayrı-ayrı şəxslərin hesablarına köçürməsinə nail olub, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 ASC-yə məxsus ona etibar edilmiş külli miqdar təşkil edən 461.170 (dörd yüz altmış bir min yüz yetmiş) manat vəsaiti vahid niyyətlə mənimsəmə yolu ilə talamasında köməkçi qismində iştirak etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Zərərçəkmiş şəxs1 ASC-nin hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları vahid tamah niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Ən nəhayət, məhkəmə baxışı zamanı müəyyən edildi ki, yuxarıda qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 32.5, 179.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 münasibətdə isə Azərbaycan Respublikası CM-nin 32.5, 179.3.2, 308.2 və 313-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların hər birinə ayrı-ayrlıqıda istinad olunan maddələrlə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirlilikləri araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək əməlindən səmimi peşiman olduğunu bildirdi və cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edib göstərdi ki, 2002-ci ildən Bank sektorunda işləməyə başlamış, 2015-ci ildən sonra "xxxx" ASC (sonradan: “Premium bank») bankında işləmişdir. Həmin bankda ilkin olaraq «Əməliyyat şöbəsi»ndə mütəxəssis, sonra isə «Müştəri Xidmətləri» şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2020-ci ildən isə həmin bankın ünvan 5 ünvanında yerləşən 5 saylı filialının müdiri vəzifəsinə təyin olunmuşdur. Vəzifəyə təyin olunarkən bankın filialının müdiri vəzifəsinə təyinat almış, bununla bağlı vəzifə təlimatları ilə tanış olub imza etmişdir. Filial müdiri işlədiyi son dövrlərdə bankın xəzinədarı baxılan iş üzrə digər Təqsirləndirilən şəxs2 olmuşdur. Təqsirləndirilən şəxs1 ittihamın mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, o, 2023-cü ildə ipotekayla aldığı evi satmış və şəhərdən bir az kənarda ailəsi üçün ev tikməyə qərar vermişdir. Ev tikintisinə başlayanda çətinliklərə düşmüş, əvvəlcə öz əlimdəki pulları qoymuş, sonra isə evi tikib qaldırmaqdan ötrü 2 bankdan kredit götürmüşdür. Belə ki, son 7 il ərzində onun həyat yoldaşı işləməmiş, 2 uşağını tək oxutmuşdur. Amma həyatda heç kəsi aldatmamasına baxmayaraq o, aldanmışdır. 2024-cü ilin aprel ayında mobil telefonuna xarici nömrədən Artyom Romanov ad və soyadlı şəxs zəng edərək kriptovalyuta birjasında iştirak etməyi təklif etmişdir. Onun təklifinədək bir dəfə də ona bu tipli zəng gəlmiş, lakin o, təklifi qəbul etməyib bundan imtina etmişdir. X6 müxtəlif vədlər vermiş, onların çoxlu pullar qazanacaqlarını demiş, bunun üçün «Main Capital.com» saytında, əlavə olaraq «binanse.com» saytında və Azərbaycanda fəaliyyət göstərən M10 proqramında öz kartını qeydiyyatdan keçirməli olduğunu demişdir. Artyom ona «Main.Capital.com» saytının ancaq kriptovalyuta ilə işlədiyini, «Binanse.com» saytının isə canlı pulu kriptovalyutaya çevirə bildiyini izah etmişdir. Yəni plastik kartından M10 proqramına köçürəcəyi canlı pul kriptovalyutaya köçərək «Main.Capital»dakı hesabında görünməsi isə «Binanse.com»-dan istifadə etməlidir. Artyom, həmçinin özünün broker olduğunu və broker kimi həm kriptovalyutadan istifadə edərək ona investisiya qoyuluşunda kömək edəcəyini və bu sahədə işi öyrədəcəyini, müxtəlif biznes sahələrinə kriptovalyuta şəklində pul qoyuluşundan yüksək məbləğdə gəlir əldə ediləcəyini bildirmişdir. O, bundan sonra Artyomun vədlərinə inanaraq «Main Capital.com» saytında və «Binanse.com» saytında qeydiyyatdan keçərək əlavə olaraq telefonuna M10 proqramını yükləyərək Zərərçəkmiş şəxs1da olan plastik kartını həmin proqramda qeydiyyatdan keçirmişdir. Bundan sonra onunla 25791 nömrəli elektron müqavilə bağlanılmış, investsiya qoyuluşu, valyutaların alqı-satqısı, birjada hərəkətlərin edilməsi, lazımi vaxtlarda hansısa aksiyalarda enmə olduqda onu almaq, bitcoinin, qızılın və gümüşün və s. qiymətinin ucuz vaxtında alıb, bahalı vaxtda satışa çıxarmaq mövzularında onunla treninqlər, yəni dərslər keçilmişdir. Bundan sonra maliyyə vəsaiti axtarmağa başlamış, ilkin olaraq öz yaxınlarından borca pul tapıb kartına yükləmiş və öz kartından M10 proqram tətbiqinə yükləmiş və «Binanse.com» saytına daxil olub orada kriptovalyuta satışını həyata keçirən Azərbaycanda olan şəxslərin siyahısından M10-a yüklədiyi pula uyğun məbləğdə kriptovalyutaya konvertasiya eləmiş və konvertasiya edən zaman kriptovalyuta «Main Capital» tərəfindən ona açılan elektron adresə və veb kassaya düşmüşdür. Bundan sonra həmin kriptovalyuta üzərində Artyom Romanovun köməkliyi müxtəlif sahələrə qoyuluş edərək müxtəlif gəlir əldə etmişdir. Artyom Romanov gəlirin eyni zamanda necə asan əldə edilməsini göstərməkdən ötrü 200 ABŞ dollarını hesabından çıxarmağı göstərmiş, onun bunu necə edildiyini soruşduqda sonuncu çıxarmaq istədiyi məbləği ona deyəcəyini, o da həmin pulu hesabına köçürdəcəyini bildirmişdir. O, təkliflə razılaşıb ilkin olaraq 200 ABŞ dolları çıxarmaq istədiyini bildirmiş, Artyom da razılaşdıqdan sonra «Main Capital.com» saytından bir nəfər qız zəng edib ondan təhlükəsizlik məqsədilə hesabının nömrəsini soruşmuşdur. O, «Main Capital.com»-da olan 25791 hesabı olduğunu dedikdən sonra həmin qız məlumatların düzgün olduğunu bildirib, hazırda xatırlamadığı hesabına 15 dəqiqə ərzində 200 ABŞ dolları pul köçürmüş, bununla da onlara olan inamı yaranmışdır. Bundan sonra o, M10 vasitəsilə daha çox pul göndərməyə başlamış, hesabında olan kriptovalyutanı xaricdə banklarda saxlamaq üçün daha çox komissiya ödəməli olmuşdur. Ona görə də 08 may 2024-cü il tarixdə filial rəhbəri işlədiyi bankın əməliyyat işçisi Şahid1 yaxınlaşaraq plastik kartına pul yükləmək istədiyini bildirmiş, sonuncu da aidiyyəti üzrə mədaxil qəbzi yazaraq ona təqdim etmişdir. Bundan sonra o, xəzinədar Təqsirləndirilən şəxs2 yanına çağıraraq mədaxil qəbzində göstərilən məbləği təcili olaraq təsdiqləməsini tələb etmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 pulu təsdiq etməsini xahiş edib, həmin mədaxil qəbzində göstərilən məbləği gün ərzində kassaya ödəyəcəyini bildirmişdir. Samirə də onunla razılaşaraq pulun onun plastik kartına köçməsini təsdiq etmişdir. Hesabına köçən həmin vəsaiti M10 proqramında olan hesabına yönləndirmiş və yuxarıda göstərdiyi proseduranı yerinə yetirmişdir. Bu dəfə həmin vəsaiti Avstraliya Milli bankına pul vəsaitinin köçürülməsi və sığortalanması üçün köçürmüşdür. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, 06 may 2024cü il tarixdən 23 may 2024-cü il tarixədək eyni qaydada Nigara Qasımova may ayının 15dən məzuniyyətə getdiyindən o, eyni göstərişi bankın digər əməliyyat işçisi Şahid2 vermiş, pul vəsaitlərinin hesaba mədaxil olunması barədə qəbzlər yazmasını bildirmiş, eyni zamanda xəzinədər Təqsirləndirilən şəxs2 pulların yaxın müddətdə gələcəyini, qısa müddətdə pulu kassaya ödəyəcəyinə əmin etmişdir. Xəzinədar Təqsirləndirilən şəxs2 qeyd olunanlarla bağlı etiraz edib, xəzinədən məxaric olunan pulların miqdarının artdığını, pulları yerinə qoymaq lazım olduğunu bildirmişdir. O, pulların yerinə qoyulacağını desə də, Samirə sonuncu dəfə etiraz edərək işləməyə pullarının qalmadığını, kassada təxminən 30.000 manat işlək pul qaldığını demişdir. Ümumilikdə 32 ədəd mədaxil qəbzi əsasında 461170 manat pul vəsaitini bankın kassasına mədaxil etmədən mədaxil qəbzləri əsasında öz plastik kartına və cari hesabına köçürmüşdür. Bundan başqa, o, bu məsələ üçün özünün də 122.000 manat pulunu qoymuşdur ki, onun və bankın pulu birlikdə 583.600 manat təşkil etmişdir. Pul vəsaitlərinin hamısı dediyi kimi komissiyalar, pulun sığortası, birjalar üçün M10 proqramı vasitəsilə dediyi istiqamətdə «Binanse.com»-a köçürülmüşdür. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında, həmçinin göstərdi ki, o, sonradan vəziyyətin artıq pisləşdiyini, çox pul vəsaitinin bankdan götürüldüyünü və saytların köçürülən pulu qaytarmadığını, yəni aldadıldığını görüb vəziyyətdən çıxa bilməyəcəyini fikirləşmiş və özü vəziyyəti bankın rəhbərliyinə məruzə edib, baş vermiş hadisəni onlara bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 bu işlə bağlı rəhbərliyə, yəni Aynurə xanıma məlumat verəcəyini ona bildirdikdə o, Samirəyə bu məsələni həll edəcəyini demişdir. Samirə tez-tez ona suallar verib nə edə biləcəyimizi soruşduqda o, Samirəyə «gözlə, pullar gəlməlidir, mən həll edəcəyəm» cavabını vermişdir. Axırıncı 2 günü isə onların hər ikisi işə gözüyaşlı gedib-gəlmişlər. O doğrudur ki, o, Samirəyə özünü öldürəcəyini demiş, lakin bu sonuncuya hədə-qorxu gəlməkdən ötrü olmamış, Samirəyə hədə-qorxu gəlməmişdir. Sadəcə özünü itirmiş, nə hərəkət edəcəyini belə, bilməmişdir. Baş vermiş hadisəni o, özü rəzbərliyə bildirdikdə, bankın rəhbərliyi onun qeyd etdiyi saytlar tərəfindən aldadıldığını başa düşmüş, köçürülən vəsaitdən heç bir qəpik də gəlir götürmədiyini bilmişdir. O, bankın pulunu qaytarmaq üçün ona bir az zaman verilməsini xahiş etmiş, pulun qaytarılması üçün çox çalışmış, lakin bacarmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsinin yekununda göstərdi ki, filial işçiləri - əməliyyatçı Şahid1 və Şahid2 onun etdiyi əməliyyatlardan, həmçinin pulu kassaya mədaxil etməməsindən xəbərsiz olmuş, bu məsələdə hər hansı bir iştirakı olmamış, həmin pullardan onlara heç bir məbləğdə pul çatmamışdır. Təqsirləndirilən şəxs2 isə pulun kassaya mədaxil olmamasından məlumatlı olmuş və pulların kassaya qoyulmasını istəmiş, lakin o, pulların qaytarılacağına ümidli olduğundan hər dəfə ona pulun tezliklə kassaya qoyulacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 pulun hansı istiqamətdə xərclənməsi barədə bir söz deməmiş, Samirənin onun pulla bağlı apardığı əməliyyatlarından məlumatı olmamış, pulun onun özünə lazım olduğunu bildirmişdir. Yalnız axırdan-axıra o, Samirəyə bütün vəziyyəti danışmışdır. Hansı ki, o vaxta qədər təxminən 200.000 manat pul artıq xəzinəyə mədaxil edilmədən mədaxil qəbzləri yazılmışdır. O, etdiyi əməldən səmimi peşman olmuş, qeyd olunan əməlləri törədərkən özündə olmamış, psixoloji asılılıq vəziyyətində olmuş, buna görə hətta 2 saylı Psixiatriya xəstəxanasında müalicə də almışdır. Hətta qeyd olunan bu məsələnin həll olunması üçün Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etmiş, orada CM-nin 178.4cü maddəsi ilə cinayət işi başlanmışdır. Onun tərəfindən aparılan bütün əməliyyatlar, yəni onun tərəfindən M10-a həm banka, həm də onun özünə aid nə qədər pullar köçürülməsi və bir qəpik belə həmin puldan özünə götürmədiyi tam olaraq öz təsdiqini tapmışdır. Həmin işdə o, zərərçəkmiş kimi tanınmışdır. Bütün bunlara baxmayaraq, onun istintaq orqanı tərəfindən siyahıya alınmış əmlakları, yəni Qusar rayonunun Hil kəndində olan 22 sot torpağı, ünvan 6 ünvanında olan 12 sot + 2 sot torpaq sahəsində olan yarımtikilini torpağı ilə birlikdə banka vurulmuş maddi zərəri ödəmək məqsədilə satışa çıxarmışdır. Təqsirləndirilən şəxs Nəzakət Məmmədova ifadəsinin sonunda Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə istintaq edilən cinayət işi üzrə özünün zərərçəkmiş şəxs qismində tanınması haqqında xx.xx.2024-cü il tarixli qərarı məhkəməyə təqdim etdi. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 32.5, 179.3.2, 308.2 və 313-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə cinayət işinin məhkəməyədək icraatı mərhələsində özünü qismən təqsirli bilsə də, məhkəmə baxışı zamanı özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 2019-cu ildən 2024-cü ilin may ayının sonlarınadək Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialında xəzinədar vəzifəsində işləmiş, 2024-cü ilin may ayının sonlarında tutduğu vəzifəsindən azad edilmişdir. İşlədiyi dövrdə həmin filialın müdiri barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs1 olmuş, sonuncu ilə aralarında düşmənçilik, ədavət və söz-söhbət olmamış, münasibətləri isə işçi-rəhbər münasibəti olmuşdur. Xəzinədar kimi vəzifəsi kassaya nəzarət etmək, kassaya mədaxil olunan vəsaitləri qəbul etmək və s. olmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, 2024-cü ilin may ayının 8də Təqsirləndirilən şəxs1 əlində mədaxil qəbzi ilə ona yaxınlaşaraq qəbzdə qeyd edilən vəsaiti onun plastik kart hesabına köçürməyi bildirmişdir. O, Təqsirləndirilən şəxs1 həmin vəsaiti təqdim etməsini xahiş etdikdə, sonuncu ona bundan rəhbərliyin məlumatlı olduğunu, gün ərzində həmin pulu çatdıracağını bildirmişdir. Filial müdiri kimi rəhbəri olduğundan onunla razılaşaraq nağd pul kassaya mədaxil olmadan onun plastik kart hesabına qəbzdə göstərilən vəsaitin köçürülməsini təsdiq etmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 başqa qəbzlər də gətirərək həmin vəsaitləri də onun plastik kart hesabına köçürülməsini xahiş etmiş, hər dəfə də də eyni qaydada, rəhbərliyin məlumatlı olduğunu, pulun qısa müddətdə kassaya mədaxil olunacağını bildirmişdir. O da ilk dəfə olduğu kimi, Təqsirləndirilən şəxs1 dediklərinə inanıb qeyd edilən mədaxil qəbzlərində göstərilən vəsaitləri onun plastik kart hesabına köçürmüşdür. Beləcə 2024-cü ilin may ayının 8-dən başlayaraq 2024-cü ilin may ayının 23-nə kimi Təqsirləndirilən şəxs1 təqdim etdiyi mədaxil qəbzləri əsasında pul kassaya mədaxil olmadan onun plastik kart hesabına və cari hesabına qəbzdə göstərilən məbləğləri köçürmüşdür. Təqsirləndirilən şəxs1 xahişi ilə 32 ədəd mədaxil qəbzi əsasında 461.170 manat məbləğində pul vəsait kassaya real mədaxil olmadan həmin məbləğlər Təqsirləndirilən şəxs1 kart və cari hesablarına köçürmüşdür. Bu məsələ ilə bağlı qeyd edilən tarixlərdə kassanı hər dəfə kəsirlə bağlamalı olmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, 24 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona 36000 ABŞ dolları məbləğində mədaxil qəbzi təqdim edərək həmin məbləğdə pulu onun kart hesabına köçürülməsini bildirdikdə, o, bu dəfə onunla razılaşmamış, bütün bu məsələlərə aydınlıq gətirməsini, artıq kassada kəsir məbləğinin böyüdüyünü, həmin pulu yerinə qoymaq lazım olduğunu bildirmişdir. Nəzakət isə ona M10 proqramını göstərərək bütün pulun, yəni 461.170 manat vəsaitin virtual hesabda olduğunu bildirsə də, o, bu barədə rəhbərliyi məlumatlandıracağını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 otaqda olan qayçını götürüb özünü öldürəcəyi ilə hədələyərək bu barədə rəhbərliyə məlumat verməməsini tələb etmiş, ondan əri Fərid Quliyevi bankın filialına çağırmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 əri Fərid Quliyevi filiala çağırmış, əri Fəridlə söhbət edib pulun kassaya dərhal qayıtmalı olduğunu desə də, həmin söhbət də bir nəticə verməmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 özünü öldürməklə hədələdiyindən və rəhbərliyə məlumat verməməyi dediyindən o, çox qorxmuş, şok vəziyyətinə düşmüş, işdən sonra özünə yer tapa bilməyib Təqsirləndirilən şəxs1 zəng edib ona özünün rəhbərliyə zəng edib hadisə barədə məlumat verməsini demiş, əks təqdirdə rəhbərliyə özünün zəng edib bildirəcəyini demişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmadıqda aralarında olan telefon danışığı bitəndən dərhal sonra o, Sənan müəllimə zəng etmiş və sonuncunun telefonunun məşğul olduğunu görmüşdür. Bir-iki dəqiqə sonra o, yenidən Sənan müəllimə zəng edib hadisə barədə məlumat vermək istədikdə sonuncu artıq Təqsirləndirilən şəxs1 iki dəqiqə əvvəl onu yığıb məlumat verdiyini bildirmişdir. Bundan sonra Bankın Baş ofisindən nümayəndələr gələrək araşdırma aparılmış və həqiqətən də filialın kassasında 461.170 manat kəsir olduğu müəyyən olunmuşdur. Bundan sonra o, bankın rəhbərlmiyi tərəfindən işdən çıxarılmışdır. Onun Təqsirləndirilən şəxs1 cinayətkar niyyətlərindən xəbəri olmamış, həmin pul vəsaitlərindən heç bir qəpik də ona çatmamış, səhvi ona filial müdiri kimi inanmaq və onun göstərişlərini yerinə yetirmək olmuşdur. Təqsirləndirilən şəxs1 ona etdiklərindən rəhbərliyin məlumatlı olmasını bildirəndə Nəzakətin həqiqətən də bankın rəhbərliyinə məruzə etdiyini düşünmüş, onun pulu hansı istiqamətdə xərcləməsi, puldan hansı qaydada istifadə etməsi barədə məlumatı olmamışdır. Filialın kassasının açarı filial müdiri ilə xəzinədar kimi onlarda olmuş, Filialın kassasında real olaraq hansı məbləğdə pul olmasını yalnız onunla filial müdiri görə bilmiş, bankın digər işçilərinin kassada olan vəsaitdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsinin yekununda göstərdi ki, 461.170 manat məbləğində pul vəsaitinin mədaxil olunmasına dair 32 ədəd qəbz sənədi cinayət işinin ibtidai istintaqı zamanı ona təqdim olunmuş, həmin qəbzlərdə xəzinədar qrafasındakı imzaların ona məxsus olmasını, əməliyyatın onun tərəfindən icra olunmasını o, təsdiq etmişdir. Lakin həmin mədaxil qəbzlərində göstərilən vəsait real olaraq filialın kassasına mədaxil olunmamış, həmin əməlimyyatlar üçün onun bir manat belə olsun qazancı olmamış, bu əməliyyatlar üçün onun heç bir marağı olmamışdır. Təlimata əsasən bankın xəzinəsində çatışmazlıq baş verdiyi halda o özü və ya Nəzakət xanım bu barədə rəhbərliyə məruzə etməli olduqları halda bu proses, yəni kassaya pul mədaxil olmadan qəbz yazılması ilə bağlı məlumat verilməmiş, yalnız bu barədə son gündə məlumat verilmişdir. Məlumatı gec verməsinə səbəb isə Təqsirləndirilən şəxs1 ona “Samirə demə, desən pis olacaq”, son 2 gündə isə «sən demə artıq pul oturub» kimi sözlərlə onu sakitləşdirməsi, hətta onu otağına çağırıb səsə qulaq asdıraraq pulun həqiqətən də saat 9-da, 15-də hesaba oturması barədə onu inandırması olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, qeyd olunan istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Novruz qızının üzünə qarşı pulların kassaya mədaxil etmədən cari və plastik kart hesabına köçürülməsini ona bildirərkən rəhbərliyin adından istifadə etmədiyini, özünü öldürməklə hədələmə barədə aralarında söhbət olmadığını, bankın rəhbərliyinə baş verən cinayət hadisəsi barədə özünün məlumat verdiyini Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 isə üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ona bu göstərişi verərkən rəhbərliyin məlumatlı olmasını düşündüyünü, sonuncu gün əlində qayçı olduğuna görə onun özünü öldürəcəyini düşündüyünü, cinayət hadisəsi barədə məlumatı bankın rəhbərliyinə onun tələbi əsasında Təqsirləndirilən şəxs1 verdiyini, 36.000 ABŞ dolları məbləğində vəsaitin Təqsirləndirilən şəxs1 ilə telefonda rusca danışan şəxslərin istədiyini, ona görə də yalnız bu barədə söhbət edərək məsləhətləşmə apardıqlarını Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişlər (iş vərəqə: cild İ, səh. 203-209). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2017-ci ildən Zərərçəkmiş şəxs1 ASC-də işləməklə son vəzifəsi həmin bankın ünvan 7 ünvanında yerləşən 5 saylı filialında «Əməliyyat şöbəsi»nin aparıcı mütəxəssisi (əməliyyatçı) vəzifəsində işləmişdir. Vəzifəsi müraciət edən vətəndaşlara bank hesablarının, plastik kart hesablarının açılması, bank əməliyyatlarının aparılması, xarici köçürmələrdən ibarət olmuşdur. Baxılan iş üzrə Təqsirləndirilən şəxs1 bankın filialında əməliyyatçı işlədiyi dövrdə filial müdiri kimi tanımış, sonuncu ilə onun düşmənçiliyi, ədavəti olmamış, aralarında yalnız işçi-rəhbər münasibətləri olmuşdur. Şahid1 ifadəsinin davamında göstərdi ki, 2024-cü ilin may ayının 08-dən başlayaraq həmin ayın 14-nə kimi filialın müdiri Təqsirləndirilən şəxs1 ona müraciət edərək Zərərçəkmiş şəxs1 ASC-də açdığı plastik kart hesabına müxtəlif məbləğlərdə pul vəsaitləri mədaxil etmək istədiyini bildirmiş, o da öz növbəsində qeyd edilən əməliyyatın icra olunması üçün müvafiq mədaxil qəbzlərini çap edərək imzalayıb pulun kassaya təqdim olunması üçün həmin vaxtı filialın kassiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 yönəltmişdir. Bu qayda ilə o, 8 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 özünün diqtəsi əsasında 15400 manat, 5531 manat, yenə həmin gün yenə 15400 manat olmaqla ümumilikdə 36331 manat məbləğində pulun kassaya mədaxil olunması üçün 3 ədəd mədaxil qəbzlərini tərtib edib Təqsirləndirilən şəxs1 verilmişdir. 10 may 2024-cü il tarixdə isə o, eyni qaydada 1653 manat, 8976 manat olmaqla 10629 manat məbləğində 2 ədəd mədaxil qəbzini yazılaraq pulun kassaya mədaxil edilməsi üçün Təqsirləndirilən şəxs1 verilmişdir. Bundan sonra o, 14 may 2024-cü il tarixdə yenə də Təqsirləndirilən şəxs1 xahişi ilə 13600 manat, 14200 manat, 19364 manat olmaqla cəmi 47164 manat məbləğində 3 ədəd mədaxil qəbzi yazılaraq pulun kassaya mədaxil edilməsi üçün Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Ümumilikdə onun tərəfindən 94124 manat dəyərində pulun kassaya mədaxil olunması üçün 8 ədəd mədaxil qəbzini kassaya təqdim edilməsi üçün Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. O, məzuniyyətdə olan dövrdə isə əməlliyyatçı olmuş digər iş yoldaşı Şahid2 mədaxil qəbzləri əsasında pul vəsaitləri Təqsirləndirilən şəxs1 bankda açdığı həm cari hesaba, həm də plastik kartına köçürülmüş, cari hesaba köçürülmüş vəsait də sonradan yenidən plastik karta köçürülmüşdür. Şahid2 da eyni ilə onun kimi Təqsirləndirilən şəxs1 təklifinə əsasən əməliyyatçı kimi mədaxil qəbzlərini yazıb vermişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs1 tərəfindən qeyd edilən qəbzlərdə göstərilən vəsaitlərin filialın xəzinəsinə mədaxil edilibedilməməsi barədə onun məlumatı olmamışdır. Əməliyyatçının müştəri tərəfindən pulun xəzinəyə mədaxil edilib-edilməməsini görməsi mümkün deyildir. Bu hissədə onun vəzifəsi müştəri tərəfindən təklif olunan pul məbləğini mədaxil qəbzinə qeyd edib müştərini xəzinəyə yönləndirməkdən ibarət olmuşdur. 15 may 2024-cü il tarixdə o, 2024-cü il üzrə növbəti əmək məzuniyyətinə çıxmış və məzuniyyətdən qayıtdıqdan sonra filial müdiri Təqsirləndirilən şəxs1 və xəzinədar Təqsirləndirilən şəxs2 tutduqları vəzifədən uzaqlaşdırıldıqlarını öyrənmişdir. Bununla bağlı ətraflı maraqlananda onun tərəfindən yazılmış mədaxil qəbzlərində göstərilən məbləğdə pul vəsaitinin Təqsirləndirilən şəxs1 tərəfindən filialın kassasına ödənilmədiyini, Təqsirləndirilən şəxs2 isə buna şərait yaratdığını öyrənmişdir. Yəni Təqsirləndirilən şəxs2 faktiki pul kassaya mədaxil olunmadığı halda, o, mədaxil qəbzlərini imzalayaraq guya qəbzlərdə qeyd olunan pul məbləğlərinin kassaya mədaxil olunmasını təsdiq etmişdir. Yekunda da Təqsirləndirilən şəxs1 adına olan mədaxil qəbzlərindəki vəsaitin məbləğinin daha da böyüdüyünü görüb bu barədə bank rəhbərliyinə məlumat vermiş və bütün bu işlərin üstü açılmışdır. Daha sonra Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ona mədaxil qəbzləri yazdırarkən qəbzlərdə göstərilən pul məbləğlərini kassaya ödəməyəcəyini bildirməmiş, o, sonuncunun bu niyyətindən məlumatsız olmuşdur. Ümumilikdə isə onun bu prosesi görə bilməsi mümkünsüz olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar bank daxili audit apararkən Təqsirləndirilən şəxs1 özünün hesabına köçmüş pul vəsaitlərini "xxxx" ASC-nin mobil bankçılıq proqramı olan “M10” proqramına yönəltmiş, oradan isə hansı istiqamətdə xərclənməsi müəyyən edilmədiyi müəyyən olunmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı 08,10 və xx.xx.2024-cü il tarixlərdə tərtib olunmuş 8 ədəd mədaxil qəbzləri ona təqdim olunmuş, o, həmin qəbzlərə baxmış və “əməliyyatçı” qrafasındakı imzaların onun özünə məxsus olmasını təsdiq etmişdir. Onun Təqsirləndirilən şəxs1 qanunsuz əməllərindən məlumatı olmamış, onun yazılmış mədaxil qəbzi üzrə vəsaitin kassaya mədaxil olunub-olunmamasına nəzarət səlahiyyəti olmamışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 məhkəmə baxışında şahid kimi dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verib, 2018-ci ildən Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialında «Əməliyyat şöbəsi»nin aparıcı mütəxəssisi (əməliyyatçı) vəzifəsində işlədiyini, 2024-cü ilin may ayının 15-dən 23nədək olan müddət ərzində filialın müdiri Təqsirləndirilən şəxs1 şəxsi müraciəti əsasında sonuncunun Zərərçəkmiş şəxs1 ASC-də açdığı plastik kartına müxtəlif məbləğlərdə pul vəsaitləri mədaxil etmək istədiyini nəzərə alıb, 15 may 2024-cü il tarixdə 16200 manat, 17290 manat, 16 may 2024-cü il tarixdə 14550 manat, 20 may 2024-cü il tarixdə 15000 manat, 16000 manat, 16704 manat, 18000 manat, 14200 manat, 15504 manat, 21 may 2024-cü il tarixdə 17000 manat, 17800 manat, 15358 manat, 16500 manat, 22 may 2024cü il tarixdə 17900 manat, 15100 manat, 14970 manat, 17900 manat, 15100 manat, 14970 manat, 23 may 2024-cü il tarixdə 14500 manat, 15500 manat, 17000 manat, 1400 manat, 12600 manat olmaqla ümumilikdə 367046 manat dəyərində pulun kassaya mədaxil olunması üçün 24 ədəd mədaxil qəbzləri tərtib edib Təqsirləndirilən şəxs1 verdiyini təsdiq etmiş, lakin Təqsirləndirilən şəxs1 tərəfindən qeyd edilən qəbzlərdə göstərilən vəsaitlərin filialın xəzinəsinə mədaxil edilib-edilməməsi barədə məlumatının olmadığını, sonradan Təqsirləndirilən şəxs1 tərtib olunan mədaxil qəbzlərində göstərilən məbləğlərin filialın kassasına ödəniş etmədiyini, buna görə bank daxili audit yoxlaması aparıldığını və filial müdiri Təqsirləndirilən şəxs1 ilə xəzinədar Təqsirləndirilən şəxs2 tutduqları vəzifədən uzaqlaşdırılmalarını öyrəndiyini bildirmişdir. Şahid qismində dindirilən Şahid2 məhkəmədəki ifadəsinə əsasən Təqsirləndirilən şəxs1 ona pulu kassaya ödəməyəcəyini bildirməmiş, onun bu niyyətindən məlumatsız olmuş, cinayət işinin ibtidai istintaqı zamanı ona təqdim olunmuş xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə tərtib olunmuş 24 ədəd mədaxil qəbzlərində “əməliyyatçı” qrafasındakı imzalar onun özünə məxsus olmuşdur. Məhkəmədə dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, son iki il ərzində internet üzərindən kriptovalyuta alqı-satqısı ilə məşğul olmuşdur. Bunun üçün o, «binance.com» platformasında öz telefon nömrəsi ilə qeydiyyatdan keçmiş və ora "xxxx" MMC-nin təqdim etdiyi M10 məhsulunda telefon nömrəsi ilə qeydiyyatdan keçərək pul ödənişi qəbul edib əvəzində kriptovalyuta, yəni USDT adlı kripto satmışdır. Burada USD ABŞ dolları, T hərfi isə «Tron» şirkətinin baş hərfi mənasındadır və elektron dollara bərabərdir. Kriptonu almaq üçün o, «binance.com» platformasında elan yerləşdirmiş və həmin elanı görən kriptosatan elanda istədiyi məbləğdə kriptosatışını həyata keçirmişdir. O, kriptonu aldıqdan sonra bazarda dəyərinin qalxmasını gözləmiş, bazarda dəyər qalxan kimi yenidən qeyd etdiyi platformada elan verərək kriptovalyuta satmaq istədiyini bildirmişdir. Kripto almaq istəyən şəxs M10 proqramı vasitəsilə onun hesabına alacağı məbləğdə pul köçürmüş, o, bunun əvəzində ona kripto satmışdır. Alqı-satqı internet platforması üzərindən baş vermişdir. O, M10 proqramında ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, cinayət işinin ibtidai istintaqı zamanı ona M10 proqramından çıxarışlar təqdim olunmuş, o, həmin çıxarışlarla öz telefonunda olan məlumatları yoxlamış və həqiqətən də çıxarışda göstərilən məbləğdə vəsaitlərin, yəni xx.xx.2024-cü il tarixdə 15422 manat, xx.xx.2024-cü il tarixdə 8976 manat, həmin gün 1653 manat, xx.xx.2024-cü il tarixdə 47970 manat, xx.xx.2024-cü il tarixdə isə 61000 manat vəsait hesabına ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 tərəfindən kriptovalyuta alışı üçün ümumilikdə 135021 manat, yəni 79424 USDT vəsait ona köçürülmüşdür. Onun bu fəaliyyətlə məşğul olması qanuna zidd olmamış, internet üzərindən kriptovalyuta alqısı-satqısı, yəni bir növ bazar fəaliyyəti həyata keçirilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialında X9 tərəfindən aparılmış audit yoxlamasının nəticəsinə görə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Audit rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ASC-nin ünvan 4 ünvanında yerləşən 5 saylı filialında xx.xx.2024-cü tarixində günün sonunda filialın kassası yoxlanılmış, kassa qalıqları sayılaraq balans göstəriciləri ilə üzləşdirilmiş və millli valyuta üzrə 461170 manat məbləğində vəsaitin çatışmadığı müəyyən edilmişdir. Tədqiq olunan audit rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs1 xx.xx.2024-xx.xx.2024-cü il dövrü ərzində müxtəlif tarixlərdə, müxtəlif məbləğlər olmaqla ümumilikdə 32 əməliyyat üzrə 461170 manat məbləğində pul vəsaitini özünün 5 saylı filialdakı cari hesab və plastik kart hesablarına mədaxil etmiş, lakin nağd pul vəsaitlərini kassaya ödəməmişdir. Mədaxil etdiyi vəsaitləri özünün Zərərçəkmiş şəxs1 mobil tətbiqi vasitəsilə “M10” platformasında açdığı digər hesabına və (özünün deməsinə görə) oradan da Rusiya Federasiyasının naməlum broker şirkətinə köçürmüş və həmin broker şirkəti də onu aldadaraq vəsaiti mənimsəmişdir. Ən nəhayət, tədqiq olunan audit rəyindən görünür ki, yekunda Təqsirləndirilən şəxs1 461170 manat məbləğində mədaxil əməliyyatı üzrə pul vəsaitini filialın kassasına mədaxil etmədiyi halda, həmin vəsaitlər Bankın müxbir hesabından Təqsirləndirilən şəxs1 M10 platformasındakı hesabına köçürülmüş və bu formada bankın vəsaitləri mənimsənilmişdir. Filialın xəzinədarı Təqsirləndirilən şəxs2 isə ilk günlərdə filial müdiri Təqsirləndirilən şəxs1 inanmış və vəsaitləri qısa müddət ərzində kassaya qaytaracağından əmin olduğu üçün mədaxil əməliyyatlarını kassaya ödəniş olmadan təsdiqləmişdir (iş vərəqə: cild İ, səh.19-20). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan baxılan iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmaqla təsdiq olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialının xəzinə yoxlaması keçirilmiş və yoxlama nəticəsində balans üzrə qalıq 491.723,54 manat olduğu halda kassada faktiki məbləğ 30.553,54 manat olmuş, 461.170 manat vəsait kənarlaşdırılmışdır(iş vərəqə: cild İ, səh.21). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs1 ASC tərəfindən təqdim edilmiş, həmin bankın 5 saylı filialında quraşdırılmış kameralarda qeydiyyata alınmış və bir ədəd elektron daşıyıcıya (fləşkart) yüklənmiş video görüntülərə baxış keçirilməsi haqqında 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, video görüntülər aşağıdakı kimidir: - Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialının müdiri Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixi də daxil olmaqla xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə bankın əməliyyatçılarına yaxınlaşır, əməliyyatçılar kompyuterdən sənəd çap edir və Təqsirləndirilən şəxs1 həmin sənədi imzaladıqdan sonra imzaladığı həmin sənədi kassa otağında xəzinədar Təqsirləndirilən şəxs2 təqdim edir. Sənədi qəbul edən Təqsirləndirilən şəxs2 kompyuterdə müəyyən əməliyyatlar aparır. Təqsirləndirilənt şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmə zamanı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə qeydə alınmış görüntülərlə bağlı sual qoyulmuş, hər iki şəxs təqdim olunan görüntülərdə özlərinin olduğunu və baş vermiş cinayət hadisəsini özündə əks etdirən görüntülər olduğunu göstərmişlər(iş vərəqə: cild İ, səh.216, 203-209). Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunan mədaxil qəbzlərindən, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ASC-də olan cari və kart hesabından və M10 proqramından çıxarışlardan görünür ki, 08 may 2024-cü il tarixdə filialın xəzinəsinə 3 mədaxil qəbzi əsasında 36.331 manat, 10 may 2024-cü il tarixdə 2 ədəd mədaxil qəbzi əsasında 10.629 manat, 14 may 2024-cü il tarixdə 3 mədaxil qəbzi əsasında 47.164 manat olmaqla ümunilikdə 94.124 manat pul vəsaiti Bankda olan AZ67AZAL******************** saylı plastik kart hesab nömrəsinə, 15 may 2024-cü il tarixdə 2 ədəd mədaxil qəbzi əsasında 33.490 manat, 16 may 2024-cü il tarixdə 1 ədəd mədaxil qəbzi əsasında 14.550 manat, 20 may 2024-cü il tarixdə 6 ədəd mədaxil qəbzi əsasında 95.408 manat, 21 may 2024-cü il tarixdə 4 ədəd mədaxil qəbzi əsasında 66.658 manat, 22 may 2024-cü il tarixdə 6 ədəd mədaxil qəbzi əsasında 95.940 manat, 23 may 2024-cü il tarixdə 5 ədəd mədaxil qəbzi əsasında 61.000 manat olmaqla, ümumilikdə 367.046 manat məbləğində pul vəsaitinin qeyd edilən bankda olan AZ82AZAL******************** saylı cari hesab nömrəsinə, sonuncu hesab nömrəsindən isə həmin pul vəsaitinin AZ67AZAL******************** saylı plastik kart hesab nömrəsinə cəmi 32 mədaxil qəbzləri əsasında ümumilikdə 461.170 manat pul vəsaiti göndərilmişdir. Tədqiq olunan sənədlərdən, həmçinin görünür ki, AZ67AZAL******************** saylı hesab nömrəsindən 08 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək olan müddətdə "xxxx" MMC-yə məxsus olan “M10” proqram təminatında istifadəsində olan ***- ***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi hesab nömrəsinə yönləndirilmiş, həmin hesab nömrəsindən isə internet üzərindən kriptovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytında Azərbaycan Respublikası üzrə kripto satışı elanı verməklə M10 proqramı vasitəsi ilə qeydiyyatdan keçmiş istintaqla araşdırılan ayrı-ayrı şəxslərin istifadələrində olan mobil nömrə hesablarına, o cümlədən 08 may 2024-cü il tarixdə ***-***-**-** mobil nömrəsinə ********* saylı əməliyyat kodu əsasında 15.422 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 15.422 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 5.531 manat, 10 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 8.976 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***- ***-**-** mobil nömrəsinə 1.653 manat, 14 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 13.600 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 14.200 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 19.364 manat, 15 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 50 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 33.524 manat, 16 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 14.550 manat, 20 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 47.704 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 47.704 manat, 21 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 66.658 manat, 22 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**- ** mobil nömrəsinə 47.970 manat, həmin tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 47.970 manat, 23 may 2024-cü il tarixdə ********* saylı əməliyyat kodu əsasında ***-***-**-** mobil nömrəsinə 61.000 manat köçürərək, ümumilikdə 461.298 manat dəyərində kriptovalyuta almışdır(iş vərəqə: cild İ, səh.126- 150). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 istifadəsində olan “Xiaomi Notepro 10” mobil telefona 18 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Binance.com saytında olan hesabından 328.000 ABŞ dolları dəyərində kriptovalyuta ayrı-ayrı bilinməyən ünvanlara göndərilmiş, baxış zamanı saytın «Çağrı Mərkəzi»nə hesabın bloklanması barədə mesaj yazılmış, çağrı mərkəzi cavabında ERC20 adlı tokenin orjinal Binance üzərində olan ETH ilə fərqli olduğu, həmin ETH-nin saxta olduğu bildirilmişdir. Şahid3 isə baxış zamanı bildirmişdir ki, yəni ERC20 köçürmə kriptosu saxtadır, hesabda görünən kriptolar da saxtadır. Təqsirləndirilən şəxs1 ayrı-ayrı bilinməyən ünvanlara göndərdiyi vəsait saxta hesablardır və onlar da əvəzində Təqsirləndirilən şəxs1 saxta kriptovalyutalar göndərmişlər(iş vərəqə: cild İ, səh.186-189). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə- psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2095 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət hadisəsini törədərkən, onda xroniki psixi xəstəli, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllıq və sair psixi pozuntu qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda dissosiativ konversion pozuntu aşkar olunur. Qeyd olunan psixi pozuntu törətdiyi əməldən sonrakı dövrdə yaranmışdır. Təqsirləndirilən şəxs1 qeyd olunan dissosiativ konversion pozuntu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini ölçüb-biçək və onları idarə etmək iqtidarındadır(iş vərəqə: cild İ, səh.219-223). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan əmlakın qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli hesabatlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 məxsus olmuş və cinayət hadisəsi törəndikdən sonra qızı X4 bağışlanmış Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsi, 394 A saylı bağ sahəsinin orta bazar qiyməti 123000 manat və Təqsirləndirilən şəxs1 məxsus Qusar rayonunun Hil kəndində yerləşən 0,22 ha torpaq sahəsinin orta bazar qiyməti isə 24200 manat qiymətləndirilmişdir(iş vərəqə: cild İ, səh.224-238). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs1 ASC-nin İdarə heyəti sədrinin xx.xx.2024-cü il tarixli, 023/k-24 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan Bankın 5 saylı filialın müdiri vəzifəsinə təyin edilmişdir(iş vərəqə: cild İ, səh.62-99). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə və xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş filial müdirinin vəzifə təlimatına və xx.xx.2015-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən filial müdiri baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən filialın fəaliyyətini həyata keçirmək, filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək, bankın normativ sənədlərinin, bankın siyasətinin, filialın əsasnaməsi, bankdaxili qayda, təlimat və prosedurların tələbləri əsas götürülməklə, filialın fəaliyyətinə ümumi rəhbərlik etmək, filialın mənfəətli işləməsini təmin etmək, filialda olan riskləri idarə etmək, filialda nağd və nağdsız əməliyyatların qanunvericiliyin və bankdaxili normativ sənədlərin tələblərinə uyğun aparılmasına daim nəzarət etmək, filialda mühasibat uçotunun təşkili və aparılmasını, qanunvericiliyə riayət olunmasını, bankın uçot siyasətinin tələblərinin bütün işçilər tərəfindən yerinə yetirilməsini təmin etmək, filiala təhkim olunmuş əsas vəsaitlərin, malmaterial qiymətlilərinin qorunub saxlanmasını və təyinatı üzrə səmərəli istifadə olunmasını, filial binasının və onun ətrafının lazımi şəraitdə saxlanmasını təmin etmək, filiala təhkim olunan Bankın bütün əmlakına, maliyyə vəsaitlərinə və qiymətlilərə görə tam maddi məsuliyyət daşımaq və digər səlahiyyətlərə malik məsul təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxsdir(iş vərəqə: cild İ, səh.22-49). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs1 ASC-nin İdarə heyəti sədrinin xx.xx.2024-cü il tarixli, 054/k-24 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd olunan Bankın 5 saylı filialının 1-ci dərəcəli xəzinədarı vəzifəsinə təyin edilmişdir(iş vərəqə: cild İ, səh.62-99). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs1 ASC ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə, xəzinədarın vəzifə təlimatına və xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən xəzinədar bankın rəhbərliyi tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlamasına, görüləcək işləri layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsinə, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmasına, eyni zamanda banka heç bir səbəb üzündən ziyan vurmamağa və ziyankarlığa qarşı mübarizə aparmağa, bankın rəhbərliyinə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə vaxtında məlumat verməyə, ona etibar edilmiş maddi sərvətlərin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmağa, xəzinənin qaydalara uyğun açılıb-bağlanmasının həyata keçirilməsinə, müştərilərlə nağd hesablaşma ilə mədaxil-məxaric üzrə mübariləşmələrin təsdiq edilməsinə və digər səlahiyyətlərə malik məsul təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxsdir(iş vərəqə: cild İ, səh.22-99). İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs1 ASC-yə maddi ziyan vurulması, o cümlədən hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsi müəyyən edildiyindən Zərərçəkmiş şəxs1 ASC iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(iş vərəqə: cild İ, səh.241-250). İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli qərarına əsasən götürülmüş 32 ədəd mədaxil qəbzi, Zərərçəkmiş şəxs1 ASC-nin təqdim etdiyi bankın 5 saylı filialında qeydə alınmış videogörüntülər olan 1 ədəd elektron daşıyıcı (fləşkart), Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ASC-də olan cari və plastik kart hesabından çıxarışlar və «M10» proqramında apardığı bank əməliyyatlarının surəti iş üzrə maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İ, səh.320-339). Cinayət işinin məhkəmə baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi müstəntiqinin 16 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, hazırkı iş üzrə barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs1 05 aprel 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək olan müddət ərzində qazanc əldə etmək üçün kriptovalyuta növü olan “USDT” almaq məqsədilə 583600 məbləğində xüsusilə külli miqdarda pul vəsaitini 3inance.com” saytında olan “User-b1395” (mailto:nazasharaf733@gmail.comElektron ünvan ) adlı hesaba köçürməsi və naməlum şəxslər tərəfindən internet üzərindən ona saxta kriptovalyuta satışı həyata keçirilərək ümumilikdə köçürülmüş 583600 manat məbləğində pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə ********* nömrəli cinayət işi başlanmış və həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istintaq orqanının 16 sentyabr 2024-cü il tarixli qərarına əsasən iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talaması, vəzifəli şəxs qismində qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları vahid tamah niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətməsi, yəni Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, həmçinin Təqsirləndirilən şəxs2 vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə edilməklə onlara etibar edilmiş özgəyə məxsus əmlakın vahid niyyətlə külli miqdarda ziyan vurulmaqla mənimsəmə yolu ilə talanmasında köməkçi qismində iştirak etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları vahid tamah niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətməsi, yəni Azərbaycan Respublikası CM-nin 32.5, 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onun cinayət əməli bu hissədə ibtidai istintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsə münasibətdə düzgün ixtisaslaşdırılmışdır. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs X1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə ittiham irəli sürməkdə səhvə yol vermiş, təqsirləndirilən şəxslərin əməli qeyd olunan maddə ilə düzgün ixtisaslaşdırılmamışdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarın 23cü bəndinə qeyd olunduğu kimi, Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CMnin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Şəxsin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətməsini təşkil etmiş, yaxud onu bu əməli törətməyə təhrik etmiş və ya ona kömək göstərmiş digər şəxslərin əməlləri müvafiq olaraq CM-nin 32.3, 32.4 və 32.5-ci madələrinə istinad edilməklə CM-nin 178.2.3-cü maddəsi ilə tövsif edilir. Cinayət işinə məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, təqsirləndirilən şəxslər X1 və Təqsirləndirilən şəxs2 isə vəzifəli şəxs kimi qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsinin qeydlərinə əsasən bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər, o cümlədən:

3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cinayət hadisəsinin baş verdiyi dövrdə təqsirləndirilən şəxs X3 Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialının müdiri, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 ASC-nin 5 saylı filialının 1-ci dərəcəli xəzinədarı vəzifələrində işləməklə Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsinin qeydlərində nəzərdə tutulan 3-cü və 4-cü bəndlərində göstərilən “vəzifəli şəxs” statusunda olmuşlar. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarın 38-ci bəndinə əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Həmin qərarın 39-cu maddəsinə əsasən məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-nin həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-nin 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-nin 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası CM-nin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarları əsas götürülməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 32.5, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə cinayət işi üzrə təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi xaric edilməlidir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 21-ci bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 179.3.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 isə əməli həmin Məcəllənin 32.5, 179.3.2 və 313-cü maddələri ilə tövsif edilməli və Təqsirləndirilən şəxs1 CM-nin 179.3.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 32.5, 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri və Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 32.5, 179.3.2 və 313-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar(iş vərəqə: cild İ, səh.153-154). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 tərəfindən zərər çəkmiş Zərərçəkmiş şəxs1 ASC-yə yetirilmiş maddi zərərdən ödəniş olunmasa da, Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs1 ASC-yə faktiki yetirilmiş maddi zərər məbləğindən 10 dekabr 2024-cü il tarixli mədaxil orderinə əsasən 30.000 (otuz min) manat, 27 dekabr 2024-cü il tarixli mədaxil orderinə əsasən isə 10.000 (on min) manat olmaqla cəmi 40.000 (qırx min) manat qismən ödəniş etmiş və zərər çəkmiş Zərərçəkmiş şəxs1 ASC həmin ödəniş orderlərini məhkəməyə təqdim edərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı gedişində zərərçəkmiş Zərərçəkmiş şəxs1 ASC məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmamasını qeyd etmiş və həm də ona qarşı qaldırılan mülki iddiadan imtina etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Abşeron rayon İHB-nın Masazır kənd İƏÜ Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs1 və Bakı şəhəri Nərimanov rayon 55 saylı MİS tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs2 qeydiyyatda olduqları yer üzrə müsbət xarakteriza olunurlar(iş vərəqə: cild İ, səh.350, 354). İstər cinayət işinin məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə münasibət bildirib səmimi peşiman olduqlarını bildirmişlər. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2003-cü, xx.xx.2004-cü və xx.xx.2007-ci il təvəllüdlü olmaqla 3 uşağı vardır ki, bunlardan bir nəfəri yetkinlik yaşına çatmamışdır. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinə münasibətdə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişlər. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxslər barədə cəzanı yüngülləşdirən və cəzasını ağırlaşdıran hallara dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ASC-nin Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmaması və ona qarşı qaldırılan mülki iddiadan imtina etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-cu maddəsinə, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ASC-yə faktiki yetirilmiş maddi zərər məbləğindən ödəniş hesabına 40.000 (qırx min) manat qismən ödəniş edilməsi, ilk məhkumluğu, qeydiyyatda olduğu yer üzrə müsbət xarakteriza olunması, əməlindən səmimi peşimanlığı, himayəsində bir nəfəri yetkinlik yaşına çatmayan uşaqlarının olması CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2, ilk məhkumluğu, qeydiyyatda olduğu yer üzrə müsbət xarakteriza olunması, əməlindən səmimi peşimanlığı isə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı yüngülləşdirən, CM-nin 313-cü maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini isə CM-nin 61.1.3-cü maddəsinə əsasən hər iki təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.12-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, ………. tərəfindən törədilməsi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 32.5, 179.3.2-ci maddəssi ilə ilə nəzərdə tutulan qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onların islah olunması, həm təqsirləndirilən şəxslərin özləri və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 32.5, 179.3.2 və 313-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətlərinə uyğun azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin olunarkən CMnin 313-cü maddəsinə münasibətdə onun cəzasını ağırlaşdıran halın müəyyən olunması nəzərə alınmalı və bu cəzanı ağırlaşdıran halın CM-nin 59.1.12-ci maddəsi ilə müəyyən olunan cəzasını yüngülləşdirən halın Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 barəsində tətbiq olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində məhkəməyədək icraat mərhələsində seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində tətbiq ediləcək şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və hökm qanuni qüvvəyə minənədək sonuncu qətimkan tədbiri dəyişdirilməməlidir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası həm də təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cinayət işinin məhkəməyədək icraatı mərhələsində onun barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçildiyi 01 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs1 barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsi haqqında 01 avqust 2024-cü il tarixli qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 30 avqust 2024-cü il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.2-ci və 158.2.2-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı və barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi nəzərə alınaraq barəsində seçilmiş 01 avqust 2024-cü il tarixli “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı və hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Cinayət işinə məhkəmə baxışı mərhələsində zərər çəkmiş Zərərçəkmiş şəxs1 ASC təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı vurulmuş maddi zərərə görə 461.170 (dörd yüz altmış bir min yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumuna görə 751,70 (yeddi yüz əlli bir manat, 70 qəpik) manat pul tələbinə, mülki iddianın təmin edilməsi məqsədilə tutmanın Təqsirləndirilən şəxs1 məxsus olub, qızı X4 bağışlanmış Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsi, 394 A saylı bağ sahəsinə və Təqsirləndirilən şəxs1 məxsus Qusar rayonu, Hil kəndində yerləşən 0,22 ha torpaq sahəsinə yönəldilməsinə dair mülki iddiaya əlavə verməklə mülki iddia qaldırmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 cinayət nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs1 ASC-yə ümumi olaraq yetirilmiş 461.170 (dörd yüz altmış bir min yüz yetmiş) manat maddi zərər məbləğindən iki dəfəyə cəmi 40.000 (qırx min) manat qismən ödəniş etmiş və zərər çəkmiş Zərərçəkmiş şəxs1 ASC Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmaması və ona qarşı qaldırılan mülki iddiadan imtina etməsi ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir. Cinayət işinə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 birbaşa icraçı və Təqsirləndirilən şəxs2 köməkçi qismində təqsirli olaraq zərər çəkmiş Zərərçəkmiş şəxs1 ASC-nin 461.170 (dörd yüz altmış bir min yüz yetmiş) manat pulunu mənimsəməklə talamaları, yəni Təqsirləndirilən şəxs1 CM-nin 179.3.2-ci və Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 179.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmuş və zərər çəkmiş tərəfindən qaldırılan mülki iddiaya uyğun olaraq 751,70 (yeddi yüz əlli bir manat, 70 qəpik) manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ASC-nin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı vurulmuş maddi zərərə görə 461.170 (dörd yüz altmış bir min yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumuna görə 751,70 (yeddi yüz əlli bir manat, 70 qəpik) manat pul tələbinə, mülki iddianın təmin edilməsi məqsədilə tutmanın Təqsirləndirilən şəxs1 məxsus olub, qızı X4 bağışlanmış Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsi, 394 saylı bağ sahəsinə və Təqsirləndirilən şəxs1 məxsus Qusar rayonu, Hil kəndində yerləşən 0,22 ha torpaq sahəsinə yönəldilməsinə dair mülki iddiaya əlavəsi qismən təmin edilməli, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ASC tərəfindən qaldırılan ümumi mülki iddiaya münasibət bildirib belə nəticəyə gəlmişdir ki, zərərçəkmiş Premium Bank” ASC-nin əmlakının talanması faktına görə irəli sürülən ittiham təsdiq olunduğundan, Zərərçəkmiş şəxs1 ASCyə vurulmuş 461.170 (dörd yüz altmış bir min yüz yetmiş) manat maddi zərərin 40.000 (qırx min) manat hissəsinin Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsi və Zərərçəkmiş şəxs1 ASC-nin Təqsirləndirilən şəxs2 qarşı mülki iddiadan imtinası nəzərə alınmalı, Zərərçəkmiş şəxs1 ASC-yə maddi zərərə görə ödənilməmiş qalan 421.170 (dörd yüz iyirmi bir min yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumuna görə 751,70 (yeddi yüz əlli bir manat, 70 qəpik) manat – cəmi 421.921,70 (dörd yüz iyirmi bir min doqquz yüz iyirmi bir manat 70 qəpik) manat pul məhkum Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs1 ASC-nin nəfinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.3-cü maddəsinin tələblərinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1-ci maddəyə əsasən iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2-ci maddəyə əsasən iddianın rədd edilməsi; 354.1.3-cü msaddəyə əsasən iddianın baxılmamış saxlanması. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, başlanılmış cinayət təqibi üzrə verilə biləcək mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədi ilə Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli qəraprına əsasən Təqsirləndirilən şəxs1 adına olmuş və cinayət törədildikdən sonra qızı X4 bağışlanmış Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsi, 394 A saylı, sahəsi 0,12 ha-dan ibarət olan bağ sahəsinin və Təqsirləndirilən şəxs1 adına olan və Qusar rayonunun Hil kəndində yerləşən 0,22 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur(iş vərəqə: cild İ, səh.315-318). Məhkəmə baxışı zamanı ilk növbədə müəyyən edildi ki, üzərinə məhkəmə qərarına əsasən həbs qoyulmuş Təqsirləndirilən şəxs1 məxsus olan daşınmaz əmlaklar xüsusi müsadirə predmeti ola bilməz. Belə ki, məhkəmə araşdırması nəticəsində qeyd olunan daşınmaz əmlakların Təqsirləndirilən şəxs1 məxsus olması təsdiq olunsa da, həmin əmlakların xüsusi müsadirə predmetlərini tənzimləyən Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci maddəsində nəzərdə tutulan şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması, həmin Məcəllənin 99-1.1.2-ci maddəsində nəzərdə tutulan şəxsin cinayət yolu ilə əldə etdiyi əmlaklar, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər olması, həmin Məcəllənin 99-1.1.3-cü maddəsində nəzərdə tutulan cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlaklar və ya onun müvafiq hissəsi olması, ən nəhayət, həmin Məcəllənin 99-1.1.4. maddəsində nəzərdə tutulan terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlaklar olması təsdiq olunmamışdır. Lakin məhkəmə iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs1 ASC-nin mülki iddiasının qismən təmin olunmaqla maddi zərərə görə ödənilməmiş qalan 421.170 (dörd yüz iyirmi bir min yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumuna görə 751,70 (yeddi yüz əlli bir manat, 70 qəpik) manat – cəmi 421.921,70 (dörd yüz iyirmi bir min doqquz yüz iyirmi bir manat 70 qəpik) manat pulun Təqsirləndirilən şəxs1 alınıb zərərçəkmiş zərər çəkmiş Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməli olması ilə bağlı qərara gəlmişdir. Odur ki, məhkəmə zərər çəkmiş Zərərçəkmiş şəxs1 ASC-nin mülki iddiasını təmin etmək məqsədilə zərər çəkmiş Premium Bank” ASC-nin mülki iddiası üzrə tələbin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs1 adına olmuş və cinayət törədildikdən sonra qızı X4 bağışlanmış Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsi, 394 A saylı, sahəsi 0,12 hadan ibarət olan bağ sahəsinə və Təqsirləndirilən şəxs1 adına olan və Qusar rayonunun Hil kəndində yerləşən 0,22 ha torpaq sahəsinə yönəldilməsini, 421.921,70 (dörd yüz iyirmi bir min doqquz yüz iyirmi bir manat 70 qəpik) manat məbləğində pulun həmin daşınmaz əmlakların açıq hərracda satılması nəticəsində əldə olunan vəsait hesabına zərər çəkmiş Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 177.3.3-cü maddəsi ilə əmlak üzərinə həbs qoyulması məsələsi tənzimlənmişdir. Həmin Məcəllənin 248.1.1-ci maddəsinin tələblərinə görə əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, iş üzrə maddi sübutlar – 32 ədəd mədaxil qəbzi, Zərərçəkmiş şəxs1 ASC tərəfindən təqdim edilmiş, bankın 5 saylı filialında qeydə alınmış videogörüntülər olan 1 ədəd elektron daşıyıcı (flaşkart), Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ASC-də olan cari və plastik kart hesabından çıxarışlar, Təqsirləndirilən şəxs1 M10 proqramı vasitəsi ilə apardığı bank əməliyyatlarına dair çıxarışların surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 verilmiş ittiham xaric edilsin və barəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçildiyi 01 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 179.3.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 verilmiş ittiham xaric edilsin və barəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə maddi sübutlar – 32 ədəd mədaxil qəbzi, Zərərçəkmiş şəxs1 ASC tərəfindən təqdim edilmiş, bankın 5 saylı filialında qeydə alınmış videogörüntülər olan 1 ədəd elektron daşıyıcı (flaşkart), Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ASC-də olan cari və plastik kart hesabından çıxarışlar, Təqsirləndirilən şəxs1 M10 proqramı vasitəsi ilə apardığı bank əməliyyatlarına dair çıxarışların surəti cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs1 ASC-nin (Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 131 A) məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı vurulmuş maddi zərərə görə 461.170 (dörd yüz altmış bir min yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumuna görə 751,70 (yeddi yüz əlli bir manat, 70 qəpik) manat pul tələbinə, mülki iddianın təmin edilməsi məqsədilə tutmanın Təqsirləndirilən şəxs1 məxsus olub, qızı X4 bağışlanmış Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsi, 394 saylı bağ sahəsinə və Təqsirləndirilən şəxs1 məxsus Qusar rayonu, Hill kəndində yerləşən 0,22 ha torpaq sahəsinə yönəldilməsinə dair mülki iddiaya əlavəsi qismən təmin edilsin. Zərərçəkmiş şəxs1 ASC-yə vurulmuş 461.170 (dörd yüz altmış bir min yüz yetmiş) manat maddi zərərin 40.000 (qırx min) manat hissəsinin Təqsirləndirilən şəxs2 tərəfindən tərəfindən ödənilməsi və Zərərçəkmiş şəxs1 ASC-nin Təqsirləndirilən şəxs2 qarşı mülki iddiadan imtinası nəzərə alınsın. Zərərçəkmiş şəxs1 ASC-yə maddi zərərə görə ödənilməmiş qalan 421.170 (dörd yüz iyirmi bir min yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumuna görə 751,70 (yeddi yüz əlli bir manat, 70 qəpik) manat – cəmi 421.921,70 (dörd yüz iyirmi bir min doqquz yüz iyirmi bir manat 70 qəpik) manat pul məhkum Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs1 ASC-nin nəfinə ödənilsin. - zərərçəkmiş Zərərçəkmiş şəxs1 ASC-nin mülki iddiası üzrə tələb Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs1 adına olmuş və cinayət törədildikdən sonra qızı X4 bağışlanmış Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsi, 394 A saylı, sahəsi 0,12 hadan ibarət olan bağ sahəsinə və Təqsirləndirilən şəxs1 adına olan və Qusar rayonunun Hil kəndində yerləşən 0,22 ha torpaq sahəsinə yönəldilsin. 421.921,70 (dörd yüz iyirmi bir min doqquz yüz iyirmi bir manat 70 qəpik) manat məbləğində pul həmin daşınmaz əmlakların açıq hərracda satılması nəticəsində əldə olunan vəsait hesabına Zərərçəkmiş şəxs1 ASCyə ödənilsin. İş üzrə məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar