Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-501/2021 03.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Səbuhi Sabir oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseyinzadə küçəsi, döngə 8, keçid 7, ev 5-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və 21 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseyinzadə küçəsi, döngə 8, ev 22-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirməklə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirməklə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Şəhram» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Şəhram» adlı şəxsin qanunsuz olaraq əldə etdiyi külli miqdarda, ümumi təmiz çəkisi 4150,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, ümumi təmiz çəkisi 1580.171 qram olan psixotrop maddə metamfetamini və külli miqdarda, ümumi təmiz çəkisi 5010 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satıb qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək 16 iyun 2020-ci il tarixdə əvvəlcədən əldə edilmiş razılığa əsasən Biləsuvar rayonunun 141-ci kilometrliyində yerləşən yol hərəkəti nişanının yaxınlığına 01 ədəd karton qutuda qoyaraq bu barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlumatlandırmış, bundan sonra sonuncular həmin tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri gələcəkdə satışını həyata keçirmək məqsədi ilə həmin bir ədəd karton qutunu götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini, yəni iki ədəd sellofan bükümü bir ədəd narıncı rəngli torbanın içərisinə qoyaraq Təqsirləndirilən şəxs2 saxlaması üçün verərək, bir hissəsini əynində olan açıq göy rəngli şalvarının sol yan cibinə, qalan hissəsini isə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında qonaq otağında sol tərəfdə yerləşən divanın alt hissəsində saxlamışdır. 17 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz оlaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 06:00 radələrində Bakı şəhəri, ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərlərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynindəki açıq göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 50,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 sağ əlində olan bir ədəd narıncı rəngli torbanın içərisində olan iki ədəd sellofan bükümün bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 1025 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofan bükümdə isə külli miqdarda, təmiz çəkisi 500 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin narıncı rəngli polietilen torbanın dibində təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 razılıq ərizəsi ilə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanına baxış keçirilən zaman yaşadığı evin qonaq otağında sol tərəfdə yerləşən divanın alt hissəsindən bir ədəd boz rəngli damalı çantanın içərisində külli miqdarda, təmiz çəkisi 5010 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd ağ rəngli sellofan paketdə olan üç ədəd sellofan bükümün iki ədəd sellofan bükümündə külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1595 qram və 1480 qram olmaqla, ümumi təmiz çəkisi 3075 qram olan sol yan cibindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə və Təqsirləndirilən şəxs2 əlində olan narıncı rəngli torbanın içərisindəki bükümdə olan heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə isə külli miqdarda, təmiz çəkisi 1080 qram olmaqla Təqsirləndirilən şəxs2 əlində olan narıncı rəngli torbanın dibində və içərisindəki bir ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Şəhram» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Şəhram» adlı şəxsin qanunsuz olaraq əldə etdiyi külli miqdarda ümumi təmiz çəkisi 4150,375 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 1580.171 qram psixotrop maddə metamfetamini və külli miqdarda ümumi təmiz çəkisi 5010 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satıb qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək 16 iyun 2020-ci il tarixdə əvvəlcədən əldə edilmiş razılığa əsasən Biləsuvar rayonunun 141-ci kilometrliyində yerləşən yol hərəkəti nişanının yaxınlığına 01 ədəd karton qutuda qoyaraq bu barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məlumatlandırmışdır. Bundan sonra sonuncular həmin tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri gələcəkdə satışını həyata keçirmək məqsədi ilə həmin bir ədəd karton qutunu götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini Təqsirləndirilən şəxs1 tərəfindən ona verilmiş narıncı rəngli torbanın içərisindəki iki ədəd sellofan bükümdə, bir hissəsini Təqsirləndirilən şəxs1 açıq göy rəngli şalvarının sol yan cibində, qalan hissəsini Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında qonaq otağında sol tərəfdə yerləşən divanın altında saxlamışdır. 17 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz олараг narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 06:00 radələrində Bakı şəhəri, ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Orada üzərlərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynindəki açıq göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 50,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 sağ əlində olan bir ədəd narıncı rəngli torbanın içərisində olan iki ədəd sellofan bükümün bir ədəd şəffaf rəngli sellofan bükümündə külli miqdarda təmiz çəkisi 1025 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofan bükümdə isə külli miqdarda, təmiz çəkisi 500 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin narıncı rəngli polietilen torbanın dibində təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 razılıq ərizəsi ilə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanına baxış keçirilən zaman onun yaşadığı mənzilin qonaq otağında sol tərəfdə yerləşən divanın alt hissəsindən bir ədəd boz rəngli damalı çantanın içərisində külli miqdarda, təmiz çəkisi 5010 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd ağ rəngli sellofan paketdə olan üç ədəd sellofan bükümün iki ədəd sellofan bükümündə külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1595 qram və 1480 qram olmaqla ümumi təmiz çəkisi 3075 qram olan Təqsirləndirilən şəxs1 sol yan cibindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə və Təqsirləndirilən şəxs2 əlində olan narıncı rəngli torbanın içərisindəki bükümdə olan heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə isə külli miqdarda təmiz çəkisi 1080 qram olmaqla Təqsirləndirilən şəxs2 əlində olan narıncı rəngli torbanın dibində və içərisindəki bir ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2020-ci ilin əvvəllərində ev üçün soba almaq üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə İran İslam Respublikasının Biləsuvar şəhərinə getmişdir. O, İranın Biləsuvar şəhərində yerləşən mağazalarda soba axtaran zaman bir nəfər şəxs onlara yaxınlaşmış və söhbət etməyə başlamışdır. O, həmin şəxsin adını hal-hazırda unutmuşdur. Həmin şəxs İran İslam Respublikasının vətəndaşı olsa da, əslən azərbaycanlı olmuşdur. O, həmin şəxslə söhbət edən zaman sonuncuya soba axtardığını bildirmişdir. Söhbət əsnasında o, işsiz olduğunu, bu səbəbdən də iş axtardığını və tez bir zamanda pul qazanmaq istədiyini həmin iranlı şəxsə bildirmişdir. Həmin ərəfədə onun anası Reyhan Quliyeva ağır xəstə olmuş və anasının müalicəsi üçün ona pul lazım olmuşdur. Həmin şəxs də ona demişdir ki, “səni Şəhram adlı şəxs ilə tanış edəcəm. Şəhram sənə başa salacaq ki, necə pul qazanmaq lazımdır. Onunla söhbət elə”. Bundan sonra həmin iranlı şəxs onları Şəhramla görüşdürmüşdür. O, Müşviqlə birlikdə Şəhramla söhbət edən zaman Şəhram onlara tez bir zamanda pul qazanmaq istədikləri halda narkotik vasitələrin satışı ilə məşğul olmağı təklif etmişdir. Şəhram onlara satmaq üçün Azərbaycana narkotik vasitələr göndərəcəyini, həmin narkotik vasitələr Azərbaycana çatdırıldıqdan sonra həmin narkotik vasitələrin olduğu yerləri çəkib onlara göndərəcəyini, bundan sonra onların həmin narkotik vasitələri olduqları yerdən götürüb Şəhramın dediyi yerlərə qoyacaqlarını, həmin yerlərin şəkillərini çəkərək sonuncuya göndərəcəklərini bildirmişdir. Şəhram Azərbaycana keçirdiyi narkotik vasitələri onlara deyəcəyi yerlərə qoyacaqları təqdirdə onlara yaxşı miqdarda pul verəcəyini bildirmişdir. Şəhramın təklifi onlar qane etdiyindən, yəni ölkə sərhədindən narkotik vasitələri keçirmədən həmin narkotik vasitələrin olduqları yerlərdən götürüb Şəhramın dediyi yerlərə qoyacaqları təqdirdə yaxşı məbləğdə pul qazana biləcəkləri onlara sərf etmişdir. Ona görə də o və Müşviq Şəhramın təklifi ilə razılaşmışlar. Onlar Şəhramla razılaşdıqdan sonra Bakı şəhərinə qayıtmışlar. O, Bakı şəhərində olduğu zaman Şəhram “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng etmiş və Azərbaycana narkotik vasitə göndərəcəyini bildirmişdir. O, Şəhramdan sonuncunun hansı qaydada narkotik vasitəni Azərbaycana göndərəcəyini soruşmamışdır. Çünki onların İranda əldə etdikləri razılığa əsasən onların fəaliyyəti Şəhramın Azərbaycana göndərdiyi narkotiklərin sonuncunun dediyi yerlərə qoyacaqlarından ibarət olmuşdur. Sonra Şəhram Azərbaycan Respublikasına keçirdiyi narkotik vasitəni Biləsuvar rayonunun 141-ci kilometrliyində yerləşən yol hərəkəti nişanının yanına qoyduğunu ona bildirmiş və həmin yerdən narkotik vasitəni götürməyi ondan istəmişdir. O da Şəhramla razılaşaraq Müşviqlə birlikdə Biləsuvar rayonuna getmiş və Şəhramın dediyi yerdən karton qutunun içinə yığılmış narkotik vasitələri 16 iyun 2020-ci il tarixdə götürüb Bakı şəhərinə gəlmişdir. Onlar Bakı şəhərinə çatdıqdan sonra o, Biləsuvardan götürdüyü narkotik vasitəni yaşadığı evə aparmış və evdə divanın altında gizlətmişdir. 17 iyun 2020-ci il tarixdə onun yaşadığı evin yaxınlığında polislər onu tutmuşlar. O, piyada gedən zaman bir neçə nəfər mülki şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Baş İdarədə onun üçün vəkil dəvət olunmuş və ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Orada polislər onun cibinə 50 qram narkotik vasitə heroin qoymuşlar və həmin miqdarla onu rəsmiləşdirəcəklərini bildirilmişlər. O da polislərə etiraz etməmiş və üzərində 50 qram narkotik vasitə heroinin olduğunu bildirmişdir. Halbuki, həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Şəhramın onlara göndərdiyi narkotik vasitələr onun yaşadığı evdə olmuşdur. Bundan sonra onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində cibinə qoyulmuş 50 qram narkotik vasitə çıxmışdır. Bundan başqa, ondan heç bir əşya çıxmamışdır. Sonra Müşviqi onun olduğu otağa gətirmişlər. Müşviqin də üzərində şəxsi axtarış keçirilmişdir. Bundan sonra polislər onları onun yaşadığı evə aparmışlar və orada da baxış keçirəcəklərini bildirmişlər. Onun yaşadığı evdə 1 kg narkotik vasitə heroin, 1 kg psixotrop maddə metamfetamin və təxminən 3 kg narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Şəhram onlara demişdir ki, Azərbaycana göndərdiyi narkotik vasitə heroinin çəkisi 1 kq, psixotrop maddə metamfetaminin çəkisi 1 kg, qurudulmuş marixuananın çəkisi isə 3 kg olmuşdur. Lakin ittiham aktında narkotik vasitələrin çəkiləri düz yazılmamışdır. Həmin vaxt polislər həmin narkotik vasitələri çəkmişlər və aşkar edilmiş vasitələrin hər birinin çəkisi Şəhramın dediyi çəkidə olmuşdur. Lakin sonra onun adını bilmədiyi polis əməkdaşı tərəzinin işləmədiyini bildirmiş və tərəzini otaqdan çıxarıb aparmışdır. Bir qədər sonra həmin polis əməkdaşı tərəzini gətirmiş və həmin narkotik vasitələri yenidən çəkmişdir. Bu dəfə isə narkotiklərin çəkisi ittiham aktında göstərildiyi qədər olmuşdur. O, hal-hazırda ittiham aktında göstərilmiş çəkilərlə razı deyil. Həmin narkotik vasitələr onun yaşadığı evdən aşkarlansa da, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin çəkisi ittiham aktında qeyd edilmiş çəkidə olmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini və Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2020-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs1 ilə birlikdə soba almaq üçün İran İslam Respublikasının Biləsuvar rayonuna getmişdir. Onlar Biləsuvar rayonunda tanımadıqları şəxslə söhbət edən zaman iş axtardıqlarını və tez bir zamanda pul qazanmaq istədiklərini bildirmişlər. Həmin şəxs də onlara demişdir ki, “Şəhram adlı şəxs ilə tanış edim. Özünüz söhbət edin”. Bundan sonra o, Elşadla birlikdə Şəhramla görüşmüşdür. Şəhram ilə söhbət edən zaman sonuncu demişdir ki, “tez bir zamanda pul qazanmaq istəyirsinizsə, narkotik vasitə göndərəcəyəm, həmin narkotik vasitəni mən dediyim yerlərə çatdırıb, həmin yerdə şəklini çəkib mənə atacaqsınız”. Şəhram bunun müqabilində ona və Elşada müəyyən qədər pul verəcəyini bildirmişdir. O, Elşad ilə birlikdə tez bir zamanda pul qazanmaq üçün narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmaq qərarına gəlmişdir. Daha sonra onlar Bakı şəhərinə qayıtmışlar. Onlar Bakı şəhərində olduqları zaman Şəhram “Whatsap” sosial şəbəkəsində onun istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng edərək ona narkotik vasitə göndərəcəyini bildirmişdir. O, Elşadla birlikdə 16 iyun 2020-ci il tarixdə Biləsuvar rayonunun 141-ci kilometrliyinə gedib Şəhramın göndərdiyi narkotik vasitəni götürüb gəlmişdir. Onlar həmin narkotik vasitəni Elşadın yaşadığı ünvanda gizlətmişlər. O, 17 iyun 2020-ci il tarixdə saat 06:00 radələrində yarım kilo heroin və yarım kilo metamfetamini götürüb evdən çıxmışdır. O, həmin narkotik vasitələri müəyyən yerə qoyub qayıtdıqdan sonra piyada hərəkət edən zaman bir neçə nəfər yaxınlaşaraq polis əməkdaşı olduqlarını və Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu ona bildirmişlər. Sonra polis əməkdaşları onu Baş İdarəyə aparmışlar. O, Baş İdarəyə aparıldıqda orada Elşadı görmüş və bilmişdir ki, polis əməkdaşları Elşadı da tutublar. Baş İdarədə onlar üçün vəkil dəvət olunmuşdur. O və Elşad şübhəli şəxs qismində tutulmuş və polis əməkdaşları onlara üzərlərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları onun Şəhramın dediyi yerə qoyduğu heroin və metamfetamini ona vermişlər ki, video-çəkiliş zamanı o, həmin narkotik vasitələrin üzərindən aşkar olunduğunu desin. O, həmin narkotik vasitə və psixotrop maddəyə baxanda bir az əvvəl qoyduğu narkotik vasitə və psixotrop maddə olduğunu görmüşdür. Onda bilmişdir ki, o, həmin vasitələri gizlətdikdən sonra polislər onları götürmüşdür. Baş İdarədə polislər ona demişlər ki, “indi çəkiliş olacaq. Etiraf elə ki, həmin narkotik vasitələr sənin üzərində olub”. O da polislərin dediyi kimi etmişdir. Sonra onun və Elşadın üzərində axtarış keçirilmişdir. O da şəxsi axtarış zamanı əlində olan sellofan paketin içindən bir ədəd bükümdə narkotik vasitə olan heroini və bir ədəd bükümdə psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən əlavə heç nə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları Elşadın yaşadığı ünvana baxış keçirmək istədiklərini bildirmişlər. Elşad ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra onlar polis əməkdaşları ilə birlikdə Elşadın Maştağada yaşadığı evinə getmişlər. Onlar evə daxil olduqdan sonra Elşad özü könüllü olaraq yaşadığı evin qonaq otağında olan bir ədəd çantanı və bir ədəd sellofan paketi polislərə təqdim etmişdir. Həmin sellofan paketin içindən iki ədəd sellofan bükümdə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, çantanın içindən isə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin narkotik vasitə və psixotrop maddələr tərəzidə çəkilmiş, daha sonra isə müvafiq qaydada qablaşdırılmışdır. Şifahi sorğu zamanı onlar həmin narkotik vasitələrin özlərinə məxsus olduğunu, “Şəhram” adlı şəxsdən əldə etdiklərini, indiyə qədər 3 dəfə Şəhramın onlara göndərdiyi narkotik vasitə və psixotrop maddələri Şəhramın dediyi ünvana çatdırdıqlarını, bunun müqabilində Şəhramın onlara ümumilikdə 3.000 manat pul göndərdiyini bildirmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini və Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməmələri və həmin cinayət əməllərinə aidiyyatlarının olmaması ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə fərqli məzmunda ifadələr verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 16 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə edilmiş və icazə verildikdən sonra həmin şəxslərin ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 iyun 2020-ci il tarixdə, saat 06:00 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 8-ci dalanın yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi təyin edilmiş, üzərlərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və onlara üzərlərində qanunsuz hər-hansı bir əşya varsa təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy cins şalvarının cibindən bir ədəd sellofan bükümdə olan heroinə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs2 da sağ əlində saxladığı narıncı rəngli sellofan paketin içindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər, bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin narıncı rəngli sellofan paketin içindən əlavə olaraq psixotrop maddə olan metamfetaminə bənzər kütlənin qalıqları aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə və metamfetaminə bənzər maddələr tərəzidə çəkilmiş və zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd bükümün içində heroinin olduğunu, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir bükümdə heroin və bir bükümdə metamfetamini Müşviqə onun verdiyini, həmin narkotik maddələri Biləsuvar rayonu ərazisində “Şəhram” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə götürüb Bakı şəhərinə gətirdiyini, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşadığı evdə əlavə olaraq narkotik vasitə saxladığını, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını, narkotik vasitələrin dövriyyəsindən 3000 manat pul qazandığını, Təqsirləndirilən şəxs2 1.500 manat pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərinin doğru olduğunu, üzərindən aşkar olunmuş bir bükümdə heroin və bir bükümdə metamfetamini Elşadın ona “Şəhram” adlı İran İslam Respublikası vətəndaşının deyəcəyi ünvana çatdırması üçün verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşadığı evdə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 yaşadığı evdə saxladığı narkotik vasitəni təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin evin qonaq otağında olan divanın altından bir ədəd çantanı, bir ədəd içində ağ rəngli sellofan paketi təqdim etmişdir. Həmin çanta və sellofan paket baxış keçirilməsi üçün qonaq otağında olan masanın üzərinə qoyulmuşdur. Həmin sellofan paketin içindən iki ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə olan heroinə bənzər kütlə, bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə, boz rəngli çantanın içindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş marixuanaya, heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr elektron əl tərəzisində çəkilmiş və iki ədəd torbaya yerləşdirilərək möhürlənmişdir. Daha sonra qonaq otağına, yataq otaqlarına, dəhlizə, mətbəxə baxış keçirilmişdir. Baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya, predmet və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı evindən aşkar olunmuş çantada olan marixuananın, iki bükümdə olan heroinin, bir bükümdə olan metamfetaminin özünə məxsus olduğunu, “Şəhram” adlı şəxsdən əldə etdiyini, bu barədə onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs2 da bu barədə məlumatının olduğunu, maddi vəziyətinin pis olması səbəbindən narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Onun vəzifəsi narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. 16 iyun 2020-ci il Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 17.06.2020-ci il tarixdə saat 06:00-da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Müşfiq Xalıqova müdafiəçi təyin edilmişdir. Müdafiəçilər gəldikdən sonra isə hər iki şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onların üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində olan açıq göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd, şəffaf rəngli, sellofan bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon, 5 manat pul aşkar edilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs1 üzərindən iş üzrə sübut əhəmiyyətinə malik olan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı narıncı rəngli sellofan paketin içindən bir ədəd, şəffaf sellofana bükülmüş, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər, 1(bir) ədəd şəffaf sellofana bükülmüş, ağ rəngli, psixotrop maddə olan, metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin narıncı rəngli sellofan paketin içindən əlavə olaraq psixotrop maddə metamfetaminə bənzər kütlənin qalıqları müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “REDMİ XİOMİ” markalı mobil telefon, bir ədəd Təqsirləndirilən şəxs2 özünə məxsus şəxsiyyət vəsiqəsi, 30 manat pul, üzərində olan ağ rəngli köynəyin sol döş cibindən bir qutu siqaret və bir ədəd alışqan aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən əlavə iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs1un və Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə və metamfetaminə bənzər maddələr tərəzidə çəkilmiş, daha sonra narıncı rəngli sellofan paketlə birlikdə içi boş olan, ağ rəngli zərfə qoyuldu, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxslər, müdafiəçilər tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs1dan aşkar olunmuş bir ədəd “SAMSUNG” markalı, mobil telefon, Təqsirləndirilən şəxs2 aşkar olunmuş bir ədəd “REDMİ XİOMİ” markalı mobil telefon və bir ədəd şəxsiyyət vəsiqəsi bu barədə sonunculara izah verildikdən sonra götürülmüşdür. 5 manat pul Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. 30 manat pul, bir ədəd siqaret qutusu, bir ədəd alışqan Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd bükümün içində heroin olduğunu, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir bükümdə heroin və bir bükümdə metamfetamini sonuncuya onun verdiyini, həmin narkotik maddələri 16.06.2020ci il tarixdə Biləsuvar rayonu ərazisində “Şəhram” adlı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə götürüb Bakı şəhərinə gətirdiyini, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşadığı evdə əlavə olaraq narkotik maddə saxladığını, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını, narkotik maddələrin dövriyyəsindən 3.000 manat pul qazandığını, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 1.500 manat pul verdiyini, narkotik maddələrdən istifadə etmədiyini, əvvəllər məhkum olunmadığını, ona verilən sualları tam başa düşdüyünü, səmimi və düzgün cavablar verdiyini, hər hansı fiziki və psixi probleminin olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tədbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərinin doğru olduğunu, üzərindən aşkar olunmuş bir bükümdə heroini və bir bükümdə metamfetamini sonuncunun ona 17.06.2020-ci il tarixdə səhər saatlarında “Şəhram” adlı İran İslam Respublikası vətəndaşının deyəcəyi ünvana çatdırması üçün verdiyini, narkotik maddələrdən istifadə etmədiyini, əvvəllər məhkum olunmadığını, verilən sualları tam başa düşdüyünü, hər hansı fiziki və psixi probleminin olmadığını, səmimi və doğru cavablar verdiyini, polis əməkdaşları tərəfindən ona hər hansı zor tədbiq olunmadığını bildirmişdir. Sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokol imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşadığı evdə əlavə olaraq narkotik maddə saxladığını bildirdiyindən həmin ünvana yollanılmışlar. Bakı şəhəri, ünvan 1 ünvanına baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı evdə saxladığı narkotik vasitəni təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin evin qonaq otağından sol tərəfdə yerləşən divanın altından bir ədəd, boz rəngli çantanı, bir ədəd içində ağ rəngli, sellofan paketi təqdim etmişdir. Həmin çantaya və sellofan paketə əlverişli şəraitdə hərtərəfli baxış keçirilməsi üçün qonaq otağında olan masanın üzərinə qoyulmuşdur. Həmin sellofan paketin içindən iki ədəd, şəffaf sellofan bükümlərdə, açıq qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə olan heroinə bənzər kütlə, bir ədəd, şəffaf rəngli, sellofan bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, boz rəngli çantanın içindən açıq yaşıl rəngli, spesifik iyə məxsus, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuanaya, heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron əl tərəzisində çəkilmiş və iki ədəd torbaya yerləşdirilmiş, ağzı bağlanmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra qonaq otağına, yataq otaqlarına, dəhlizə, mətbəxə baxış keçirilmişdir. Baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya, predmet və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı, yaşadığı evin qonaq otağından təqdim etdiyi boz rəngli çantanda içərisində olan marixuananın, iki bükümdə heroinin, bir bükümdə metamfetaminin özünə məxsus olduğunu, “Şəhram” adlı şəxsdən əldə etdiyini, bu barədə özü ilə birlikdə saxlanılan Təqsirləndirilən şəxs2 da məlumatının olduğunu, maddi vəziyətinin pis olması səbəbindən narkotil maddələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək narkotik maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə qabaqcadan razılaşdıqlarını, maddi vəziyətinin pis olması səbəbindən bu işi gördüyünü bildirmişdir. Baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokol imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 fevral 2020ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 72) görünür ki, Təqsirləndirilən şəxs1 19 fevral 2020-ci il tarixdə X5 ilə nikaha daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 iyun 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində külli miqdarda narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 iyun 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində külli miqdarda narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs1 ifşa olunuraq tutulması barədə Bakı şəhəri, Sabunçu rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmişdirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 38) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 49-51) görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə, 53 qram açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı narıncı rəngli sellofan paket, onun içində 1 ədəd şəffaf sellofana bükülmüş 1 kq 47 qram açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroin, 1 ədəd şəffaf sellofana bükülmüş 512 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 53) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsinə razılıq vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında qərardan (cild 1, iş vərəqə 54) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, döngə 8, ev 5-də baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 55-57) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, döngə 8, ev 5-də baxış keçirilərkən evin qonaq otağında 2 ədəd bağlamada 3 kq 90 qram qurudulmuş marixuana, 1 ədəd bağlamada 1 kq 110 qram psixotrop maddə metamfetamin, boz rəngli çantanın içərisində 5 kq 310 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/335 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 73-74) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 ..” yazıları və imzalar olan bir ədəd ağ rəngli sintetik torbadakı damalı çantanın içərisində 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi - 5010 qram (5kq, 10 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunanadır. Qeyd: Marixuananın təmiz çəkisi – 5010 qram olmuş, tədqiqata 0,2 qram istifadə olunmuş, qalıq çəkisi 5009,8 qram təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1108 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 76-80) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş..” yazılar olan kağız paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 50,375 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bir ədəd narıncı rəngli polietilen torbadakı 2 (iki) ədəd bükümdə təmiz çəkisi 1025 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 500 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Narıncı rəngli polietilen torbanın dibində olan təmiz çəkisi 0,171 qram ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “vət Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilmiş..” yazıları olan ağ rəngli kisədəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1595 qram, 1480 qram, ümumi təmiz çəkisi 3075 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1080 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan götürülmüş heroinin təmiz çəkisi 3125,375 qram (3 kq 125,375 qr) olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan götürülmüş heroinlər, Təqsirləndirilən şəxs2 götürülmüş heroinlə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Həmin rəyin qeyd hissəsinə əsasən 1. Təqsirləndirilən şəxs1: heroinin ümumi təmiz çəkisi: 3125,375 qram, tədqiqata sərf edildi: ümumi 0,2 qram, qalıq 3125,175 qram; metamfetaminin təmiz çəkisi 1080 qr, tədqiqata sərf edildi: 0,15 qr, qalıq 1079,85 qram 2. Təqsirləndirilən şəxs2: heroinin təmiz çəkiləri: 1025 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq 1024,9 qram, metamfetaminin təmiz çəkisi 500 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq 499,9 qram, 3. Torbadakı metamfetaminin təmiz çəkisi 0,171 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,121 qram. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 109-111) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 124-126) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-720/2020 saylı qərarından (cild 1, iş vərəqə 170-176) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 17 iyun 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-721/2020 saylı qərarından (cild 1, iş vərəqə 163-169) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 17 iyun 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 186-187) görünür ki, 3125,175 qram narkotik vasitə heroin; 1079,85 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq çəkisi 1024,9 qram olan narkotik vasitə heroin, 499,9 qram olan psixotrop maddə metamfetamin, torbadakı 0,121 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 5009,8 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(008)-233/2020 saylı qərarından (cild 1, iş vərəqə 200-201) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 16 iyun 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyun 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 206) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyun 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 207) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X7 Hüquqi X6 X4 2329 saylı rəyindən (cild 2, iş vərəqə 7-8) görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından istifadə halları olub. Lakin hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Rayonlararası X7 Hüquqi X6 X4 2328 saylı rəyindən (cild 2, iş vərəqə 9-10) görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından istifadə halları olub. Lakin hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 oktyabr 2020-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs2 məxsus mobil telefon aparatına baxış keçirilərkən onun “Whatsap” sosial şəbəkəsindən “Xalaoğlu” adı altında qeyd edilmiş İran İslam Respublikasına aid +98-939-367-8735 saylı mobil nömrənin olması aşkar olundu. Həmin nömrə Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxsin nömrəsidir. Təqsirləndirilən şəxs2 həmin nömrədən ancaq “Salam” sözü yazılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 oktyabr 2020-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 32) görünür ki, mobil telefonun “Whatsap” sosial şəbəkəsində İran İslam Respublikasına aid +98-939-367-8735 saylı mobil nömrənin olması aşkar olundu. Həmin nömrə Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxsin nömrəsidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 oktyabr 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1186/2020 saylı qərarından (cild 2, iş vərəqə 52-56) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 17 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 oktyabr 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1187/2020 saylı qərarından (cild 2, iş vərəqə 57-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 17 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 oktyabr 2020-ci il tarixli protokoldan (cild 2, iş vərəqə 62) görünür ki, Təqsirləndirilən şəxs1 2018-ci il tarixdən 09 fevral 2020-ci il tarixədək 16 dəfə İran İslam Respublikasına giriş-çıxış etmiş, onların 8-i 2020-ci ilə təsadüf etmiş və o, sonuncu dəfə İran İslam Respublikasında 29 yanvar 2021-ci il tarixdə olmuşdur. Bundan başqa, o, 4 dəfə Gürcüstan Respublikasına, 4 dəfə də Rusiya Federasiyasına giriş-çıxış etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 oktyabr 2020-ci il tarixli protokoldan (cild 2, iş vərəqə 64) görünür ki, Təqsirləndirilən şəxs2 2015-ci il tarixdən 29 yanvar 2020-ci il tarixədək 20 dəfə İran İslam Respublikasına giriş-çıxış etmiş, onların 14-ü 2020-ci il təsadüf etmiş, sonuncu dəfə 30 yanvar 2020-ci il tarixdə olmuşdur. Bundan başqa, o, 2 dəfə Gürcüstan Respublikasına, 6 dəfə isə Rusiya Federasiyasına giriş-çıxış etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2020-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 70) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 oktyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 77-91) görünür ki, Təqsirləndirilən şəxs1 əməllərinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs2 əməllərinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, təqsirləndirilən şəxslərə yeni tövsif edilmiş maddələr üzrə yenidən ittihamın elan edilməsi, 3125,175 qram narkotik vasitə heroinin, 1079,85 qram pixotrop maddə metamfetaminin, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq çəkisi 1024,9 qram olan narkotik vasitə heroinin, 499,9 qram psixotrop maddə metamfetaminin, torbadakı 0,121 qram psixotrop maddə metamfetaminin və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 5009,8 qram narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi, şəxsi axtarış və evə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 101-103) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə yeni məzmunlu ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 125-127) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə yeni məzmunlu ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2009-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 244) görünür ki, Təqsirləndirilən şəxs2 13 iyun 2009-cu il tarixdə X1 ilə nikaha daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyun 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 73) görünür ki, 08 fevral 2014-cü il tarixdə Təqsirləndirilən şəxs1 Zaur adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 74) görünür ki, 12 oktyabr 2015-ci il tarixdə Təqsirləndirilən şəxs1 Alahverdi adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 noyabr 2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 247) görünür ki, 05 may 2011-ci il tarixdə Təqsirləndirilən şəxs2 Fəridə adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 noyabr 2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 246) görünür ki, 23 mart 2012-ci il tarixdə Təqsirləndirilən şəxs2 Nəcəf adlı övladı anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdikləri müdafiəçiləri vasitəsi ilə suallar və vəsatətlər vermişlər, o cümlədən onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 və 12-ci bəndlərinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və 500 (beş yüz) qramdan artıq çəkidə qurudulmuş marixuana, 2-ci Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2020-ci ilin əvvəllərində soba almaq üçün İran İslam Respublikasına getmişlər. Onlar İranda olarkən istintaqa məlum olmayan bir iranlı şəxslə tanış olmuşlar. Məhkəmə istintaqında həmin iranlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmadı. İstintaqa şəxsiyyəti müəyyən olmayan həmin iranlı şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Şəhram” adlı başqa iranlı şəxslə tanış etmişdir. “Şəhram” adlı şəxs isə Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasına keçirilməklə qeyd edilən vasitə və maddələrin lazımi yerlərə qoyulmasını və lazımi şəxslərə çatdırmasını, bunun müqabilində yaxşı pul qazanmağı təklif etmişdir. Təqsirləndirilən şəxs1 “Şəhramın” təklifini Təqsirləndirilən şəxs2 bildirmiş və sonuncu da öz növbəsində “Şəhramın” təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və iranlı şəxs “Şəhram” arasında narkotik vasitə və psixotrop maddələrlə bağlı qanunsuz hərəkətlərə dair razılıq əldə edilmişdir. Hər iki təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verməklə yuxarıda göstərilən xüsusatları dəqiq şəkildə təsdiq etmişlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və “Şəhram” arasında narkotik vasitə və psixotrop maddələrlə bağlı əldə edilmiş razılıq – Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 “Şəhramın” təklifi ilə razılaşmasında, onların bir-birinə şəxsi istifadələrində olan mobil telefon nömrələrinin verilməsində, öz aralarında “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamalarında, “Şəhramın” narkotik vasitə və psixotrop maddələri məhz İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçirməsinə dair təqsirləndirilən şəxslərin məlumatlı olmalarında, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilə vasitə və maddələrlə əlaqədar məhz “Şəhramın” birbaşa göstərişləri və tapşırıqlarını icra etmələrində və həyata keçirdikləri hərəkətlər barədə sonuncuya hesabat vermələrində, görülmüş işlərə görə “Şəhramın” Təqsirləndirilən şəxs1 3.000 manat məbləğində “haqq” verilməsində və Təqsirləndirilən şəxs1 həmin məbləğin yarısını, yəni 1.500 manat pulu onunla birgə hərəkət edən Təqsirləndirilən şəxs2 verməsində ifadə olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələri birbaşa olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmələrini təsdiq edən heç bir sübut yoxdur. İbtidai istintaq orqanı bu hissədə natamam ibtidai istintaq aparmış və mütləq qaydada müəyyən edilməli olan halları, yəni təqsirləndirilən şəxslərdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin nə vaxt və hansı üsulla Azərbaycan Respublikasının ərazisinə keçirilməsi istiqamətində heç bir səmərəli araşdırma aparmamışdır. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır. Lakin məhkəmə istintaqında təqsirləndirilən şəxslərin “Şəhram” adlı İran islam Respublikasının vətəndaşı ilə sonuncunun vətəndaşı olduğu ölkə ərazisində cinayət əlaqəsinə girmələri, başqa sözlə, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının ərazisinə keçirdikdən sonra həmin vasitə və maddələri ölkə ərazisində realizə edilməsi istiqamətində razılığa gəlmələri və onların arasında əldə edilmiş razılığa əsasən birbaşa “Şəhramın” tapşırıq və sifarişlərini icra etmələri tam şəkildə öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Şəhram” adlı şəxs və istintaqa məlum olmayan digər şəxslərlə cinayət əlaqəsinə girərək İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin keçirilməsində iştirak etmişlər. Eyni zamanda qeyd edilən külli miqdara narkotik vasitələr və psixotrop maddələr qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin vasitə və maddələri Biləsuvar rayonunun 141-ci kilometrliyində gizlədilmiş yerdən satış məqsədi ilə götürərək həmin əşyaları qanunsuz olaraq əldə etməklə saxlayaraq daşımışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Şəhram” adlı şəxslə həmin narkotik vasitələrin və psixotrop maddələrin müvafiq yerlərə qoyulması və lazımi şəxslərə çatdırılması barədə çoxsaylı danışıqlar aparmışlar, “Şəhram” adlı şəxsin müxtəlif göstərişlərini bilavasitə həyata keçirmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından Bakı şəhərinə geri qayıtdıqdan sonra “Şəhram” adlı şəxs “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə dəfələrlə onlarla əlaqə saxlayaraq Azərbaycan Respublikasına qanunsuz yolla keçirilmiş narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və satılması barədə danışıqlar və yazışmalar aparmış, eləcə də qanunsuz olaraq Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin haradan götürülməsi, hansı qaydada daşınması, hara və kimə çatdırılması barədə göstərişlər vermişdir. Bu məqsədlə əvvəlcədən əldə olunmuş və razılaşdırılmış ümumi cinayətkar niyyətə əsasən İran İslam Respublikasında yaşayan “Şəhram” adlı şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrələrə “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə zəng edərək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasına keçirəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 iyun 2020-ci il tarixdə birlikdə Azərbaycan Respublikasının Biləsuvar rayonunun 141-ci kilometrliyinə getmişlər. Onlar orada gizlədilmiş 1 (bir) ədəd karton qutunu götürmüşlər. Həmin karton qutunun içərisində külli miqdarda, ümumi təmiz çəkisi 4150,375 qram narkotik vasitə heroin, külli miqdarda, ümumi təmiz çəkisi 1580.171 qram psixotrop maddə metamfetamin və külli miqdarda, ümumi təmiz çəkisi 5010 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Bununla da onlar külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmişlər. Sonra Təqsirləndirilən şəxs1 qutuda olan narkotik vasitənin bir hissəsini 2 (iki) ədəd sellofan bükümü 1 (bir) ədəd narıncı rəngli torbanın içərisinə qoyaraq Təqsirləndirilən şəxs2 saxlaması üçün vermiş, bir hissəsini isə əynində olan açıq göy rəngli şalvarının sol yan cibinə, qalan hissəsini isə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında qonaq otağında sol tərəfdə yerləşən divanın alt hissəsində gizlətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımışlar. 17 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin səlahiyyətli əməkdaşına Təqsirləndirilən şəxs1 qanunsuz оlaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri keçirilmiş və nəticədə həmin gün təxminən saat 06:00 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində tutulmuşlar. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Onlar tutulduqdan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmışlar, orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Prosessual hərəkət zamanı Təqsirləndirilən şəxs1 əynindəki açıq göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 50,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 sağ əlində olan 1 (bir) ədəd narıncı rəngli torbanın içərisində olan 2 (iki) ədəd sellofan bükümün 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümündə külli miqdarda, təmiz çəkisi 1025 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə isə külli miqdarda, təmiz çəkisi 500 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin narıncı rəngli polietilen torbanın dibində təmiz çəkisi 0,171 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 razılığı əsasında onun yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanına baxış keçirilmiş və baxış zamanı evin qonaq otağında sol tərəfdə yerləşən divanın alt hissəsindən külli miqdarda, təmiz çəkisi 5010 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 3075 qram narkotik vasitə heroin və təmiz çəkisi 1080 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər ayrı-ayrılıqda Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin növlərini mübahisələndirməmişlər. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin heroin və qurudulmuş marixuana, psixotrop maddələrin isə metamfetamin olması da cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər ayrı-ayrılıqda onların üzərində narkotik vasitələrin olmadığını bildirsələr də, eləcə də Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkarlanmış narkotik vasitələrin və psixotrop maddələrin çəkilərini mübahisələndirərək evdən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin 1000 qram, narkotik vasitə qurudulmuş marixuananın çəkisinin 3000 qram, psixotrop maddənin çəkisinin isə 1000 qram olmasını bildirmişlər. Məhkəmə bu hissədə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri səmimi və inandırıcı saymır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 2 (iki) videogörüntüdən açıq-aşkar məlum olmuşdur ki, təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış keçirilərkən, eləcə də Təqsirləndirilən şəxs1 evinə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr tərəziyə qoyularaq çəkilmiş və həmin çəkilər təqsirləndirilən şəxslərin iddia etdikləri çəkidə deyil, ibtidai istintaq orqanının müəyyən etdiyi çəkilərdən olmuşdur. Eyni zamanda təqsirləndirilən şəxslər onların üzərində və Təqsirləndirilən şəxs1 evinə baxış keçirilərkən aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin növlərini və çəkilərini şəxsi axtarış zamanı və evə baxış zamanı mübahisələndirməmişlər. Əksinə onlar prosessual hərəkətlərin nəticələrinə dair sənədləri imzalamaqla aşkar edilmiş qanunsuz vasitələrin və maddələrin növlərini və çəkilərini təsdiq etmişlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkilərini mübahisələndirməklə məsuliyyətlərini azaltmaq məqsədi güdmüşlər. Əks nəticəyə gəlmək üçün heç bir əsas müəyyən edilmədi. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində onlar bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməlidirlər və həmin cinayətlərə görə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavan və evli olmalarını, hər birinin ayrı-ayrılıqda 2 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini və yaşayış yeri üzrə müsbət xarakterizə olmalarını onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, həmin əməllərdən birinin (narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı) transmilli cinayətə aid olduğunu, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarına uyğun şəkildə yuxarıda həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və onlara azadlıqdan məhrum etmə növündə sərt qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni 17 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 24 avqsut 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Rayonlararası X7 Hüquqi X6 X4 2328 və 2329 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən istifadə etmə halları olmuş, lakin müayinə zamanı onlarda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkməməsi müəyyən edilmişdir. Onların narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmaları məsləhət görülür. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatında sonra qalıq çəkiləri 3125,175 qram təşkil edən narkotik vasitə heroin, 1079,85 qram təşkil edən psixotrop maddə metamfetamin, 1024,9 qram təşkil edən narkotik vasitə heroin, 499,9 qram təşkil edən psixotrop maddə metamfetamin, 0,121 qram təşkil edən psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 5009,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış və evə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatında sonra qalıq çəkiləri 3125,175 qram təşkil edən narkotik vasitə heroin, 1079,85 qram təşkil edən psixotrop maddə metamfetamin, 1024,9 qram təşkil edən narkotik vasitə heroin, 499,9 qram təşkil edən psixotrop maddə metamfetamin, 0,121 qram təşkil edən psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 5009,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxsi axtarış və evə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-501/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-501/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver