Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-501/2022 15.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 10, ev 5 ünvanında qeydiyyatda olmaqla, yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib satmaq məqsədi ilə X1 və şəxsiyyəti istintaqa məlum olmayan “Mansur” adlı İran İslam Respublikasının vətəndaşı ilə əlbir olub cinayət əlaqəsinə girərək 09.03.2021-ci il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən X5 mobil telefonun votçap proqramından istifadə edib «Mansur» adlı şəxslə əlaqə yaradaraq sonuncunun kart hesabına “Milli Ön” aparatı vasitəsi ilə pul ödədikdən sonra saat 12:30 radələrində Gündüz Məmmədovla birlikdə Bakı şəhəri, Binəqədi rayonu 1-ci mədəndə yerləşən Lallar fabriki adlanan yerin yaxınlığına gedərək orada yolun kənarında səkinin bardür dışının altında “Mansur” adlı şəxs tərəfindən gizlədilmiş 1,400 qram çəkidə psixotrop maddə metafetameni və külli miqdarda ümumilikdə 6,46 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra heroinin bir hissəsini o, digər hissəsini və psixotrop maddəni Gündüz Məmmədov üzərində saxlayıb daşıyarkən həmin tarixdə saat 19:10 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o Gündüz Məmmədovla birlikdə Binəqədi rayonu 1-ci mədəndə yerləşən Lallar fabriki adlanan yerin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən 43-cü PB-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman Gündüz Məmmədovun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sarı rəngli sellofan bükümündə olan təmiz çəkisi 1,400 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd şəffaf rəngli sellofan bükümdə olan külli miqdarda təmiz çəkisi 4,177 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, onun isə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,283 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09.03.2021-ci il tarixdə Binəqədi qəsəbəsi 1-ci mədəndə Lallar fabrikinin yaxınlığında X1 ilə dayanan zaman iki nəfər mülki geyimdə olan şəxs bizə yaxınlaşaraq özlərini təqdim edərək üzərilərində narkotik vasitə və psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərilərinə şəxsi axtarış aparılması məqsədi ilə onları Binəqədi RPİ-nin 43-cü PB-yə aparmışlar. Orada onların üzərindən “heroin” adlanan narkotik vasitə və “methamfetamin” adlanan psixotrop maddə aşkar olunmuşdur. Daha sonra qətimkan tədbiri seçilməsi üçün Binəqədi rayon məhkəməsinə gəldikdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İlk olaraq cinayət işi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunsa da, sonra Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunmuşdur. O, X11 fabrikinin yaxınlığında Gündüz Məmmədovun tanışı vasitəsilə narkotik vastə əldə etmək məqsədilə Gündüz Məmmədova 70 manat pul vermişdir. Üzərindən aşkar olunan narkotik vasitənin sadəcə 2 qramı ona məxsusdur və həmin maddəni pul verib almışdır. O, həmin narkotik vasitəni sadəcə istifadə etmək üçün almışdır. O, narkotik vasitəni nə daşımamış, nə də ki, satmamışdır, satmaq fikri olmamış, özü istifadə etmək niyyəti ilə əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 09 mart 2021-ci il tarixdə saat 19:10 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə Lallar fabrikinin yaxınlığında X1 ilə dayanan zaman iki nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etmişlər və üzərilərində narkotik vasitə olmasından şübhələndiklərini və bununla bağlıüzərilərinə şəxsi axtarış aparılması məqsədi ilə onları Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Bundan sonra onların razılığı ilə Binəqədi RPİ-nin 43-cü PByə aparılmışlar və orada ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarımın müdafiəsi ilə bağlı müdafiəçi təyin olunmuş və ona müdafiəçi təqdim edilmişdir. O, öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanıldığını bildirmişdir. Şəxsi axtarış zamanı əynində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulmuş, o, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra ona göy rəngli şalvarının, qara rəngli gödəkçəsinin ciblərini açmağı tələb olunmuş, şalvarının və gödəkçəsinin ciblərinə baxılmış, hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qəhvəyi rəngli ayaqqabını çıxararaq içərisini göstərmiş, ayaqqabının içərisindən heç nə aşkar olunmamışdır. Onun üzərindən aşkar olunmuş bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş qəhvəyi rəngli toz şəkilli maddələnin narkotik vasitə olan heroin olduğunu bildirmişdir.Narkotik vasitəni həmin gün Gündüz Məmmədovla birlikdə İranlı Mansur adlı şəxsdən 60 manata aldığımı bildirmişdir. Həmin narkotik maddə çəkiliş zamanı təhqiqat orqanına təqdim etmiş və boş zərifə yerləşdirilmiş, zərfin ağzı möhürlənmiş vəşəxsi axtarışda iştirak edən hər bir iştirakçı tərəfindən və o, cümlədən onun tərəfindən həmin zərfin üzəri imzalanmışdır. O, həmin gün saat 12:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində tanışı Gündüz ilə görüşmüş, söhbət zamanı o, narkotik vasitə heroin həm də psixotrop maddə metamfetamin əldə etmək istədiyini bildirmiş və sonra o, mobil telefonunun vatçap proqramı vasitəsi ilə iranlı Mansur adlı şəxsə zəng etmiş və ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş vermiş, bu zaman o, da heroin almaq istədiyimi ona bildirmiş və telefonu ondan alıb özü Mansurla danışmış, ona 60 manat müqabilində heroin verməsini istəmişdir. Mansur kartının hesab nömrəsini Gündüzə vermiş və Gündüz Binəqədi qəsəbəsində Milli Ön” aparatı vasitəsi ilə 160 manat, o, isə 60 manat Mansurun kart hesabına köçürdükdən sonra o, narkotik vasitə heroinin və psixotrop maddə metamfetamin büküm halında Binəqədi qəsəbəsi 1-ci mədən ərazisində yerləşən “Lallar” fabrikinin yaxınlığında yerləşən yolun kənarında səkinin bardür daşının altında olduğunu bildirdikdən sonra onlar ikisidə həmin yerə yollanmış və oradan o, bir büküm selofan kəsiyinə bükülmüş heroini, Gündüz isə metamfetamini və ona aid heroin bükümlərini götürmüş və ciblərinə qoyub həmin yerdən uzaqlaşmışlar. X1 ilə birlikdə Mansur adlı İran İslam Respublikası vətəndaşın 60 manata şəxsi istifadəm üçün almışdır. Gündüz özü üçün cəmi 160 manata həm heroin həmdə metamfetamin almışdır. Bundan bir qədər sonra “Lallar” fabrikinin yaxınlığında dayanıb siqaret çəkərkən mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşmışlar və onları polis bölməsinə gətirmişlər. O, özü xeyli vaxtdır ki, narkotik vasitə istifadəsiçi olmuş və şəxsi istifadəsi üçün həmin narkotik vasitə heroini almışdır. Heç vaxtı narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Mansur barəsində heç bir məlumatı olmamış, ilk dəfə idi ki, Mansur adlı şəxsdən narkotiok vasitə almışdır. Onun mobil telefon nömrəsini, kart hesab nömrəsi yadında qalmadığını qeyd etmişdir. Təxminən 3 ildir ki, narkotik vasitə qəbul etdiyini söyləmişdir. Polislər tərəfindən tutularkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09 mart 2021-ci il tarixdə X5 və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edərək, qəbul etmələri və üzərlərində gəzdirmələri barədə Binəqədi RPİ-nin 43-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə saat 19:10-da Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə yerləşən «Lallar» adlanan fabrikin yaxınlığına gəlmişlər və orada xarici görünüşcə Gündüzə və Ehtirama oxşar iki nəfər şəxsi saxlamışlar. Orada Gündüzə narkotik vsitələrin qanunsuz dövriyyəsində şübhəli olması, həmin yerdə isə şərait olmadığından polis bölməsinə getməklərini, polis bölməsində videokameradan istifadə etməklə videoçəkiliş altında onların üzərinə şəxs axtarış keçiriləcəyi tərəfindən bildirilmiş, Gündüz və Ehtiram isə heç bir etirazlarının olmadığını bildirmişlər, birlikdə Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə gəlmişlər. Polis bölməsində X7 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, vətəndaş X9 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən biri sarı, digəri şəffaf rəngli iki ədəd sellofan bükülüləri, həmin gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli kaburada Xiaomi Redmi markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra Gündüzə üzərində başqa hər-hansı bir qanunsuz əşyanın olubolmaması soruşulmuş, o, üzərində heç bir başqa əşya olmadığını bildirmiş, daha sonra Gündüzün üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar edilməmiş, bundan sonra Gündüzün üzərindən aşkar olunmuş həmin bükümlərə baxış keçirilən zaman sarı rəngli sellofan bükülüdə ağ rəngli kristall şəkilli maddə, şəffaf rəngli sellofan bükülüdə isə qəhvəyi rəngli toz şəkilli maddə olduğu müəyyən edilmiş, Gündüz Məmmədovdan üzərindən aşkar olunmuş sellofan bükülülərdəki kütlələrin nə olduğu soruşulduqda o, həmin ağ rəngli kristall şəkilli maddənin psixotrop maddə olan metamfetamin olduğunu və qəhvəyi rəngli toz şəkilli maddənin isə narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin maddələri həmin gün saat 12:30 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi «Lallar» adlanan fabrikin yaxınlığında Mansur adlı İran Respublikası vətəndaşından qabaqcadan telefon vasitəsi ilə razılaşdıqları qaydada özü üçün metamfetamini 60 (altmış) manata, heroini isə 100 (yüz) manata olmaqla cəmi 160 (yüz altmış) manata şəxsi istifadəsi üçün aldığını, tanışı Ehtiramın isə 60 (altmış) manata şəxsi istifadəsi üçün bir bükülüdə heroin aldığını bildirmiş, sonra Gündüz Məmmədovun üzərindən aşkar olunmuş bükülülərin içərisində olan narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələrin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, bütün hərəkətlər sənədləşdirilərək protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzaları ilə təsdiq edildiyini bildirmişdir. Onlar xidməti işləri lə bağlı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak edə bilməmişlər. Sonradan ona Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik vasitə heroin aşkar edilərək götürüldüyü məlum olmuşdur. Onun Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə Lallar fabrikinin yaxınlığında Gündüzlə birlikdə Mansur adlı İran Respublikası vətəndaşından qabaqcadan telefon vasitəsi ilə razılaşdığı qaydada özü üçün 60 manata şəxsi istifadəsi üçün narkotik vasitə aldığını bilmişlər. Təqsirləndirilən şəxs və Gündüz Məmmədov saxlanılarkən və üzərlərinə şəxsi axtarış keçirilərkən onlara qarşı hər hansı bir zor və təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki,o, Binəqədi RPİ-nin 43-cü PB-də CA-üzrə kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 09 mart 2021-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi ilə bağlı bölmənin əməkdaşları tərəfindən o, saxlanılaraq PBnə gətirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və olduğu halda həmin əşyanın könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, bundan savayı üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmişdir. Qara rəngli şalvarının, qara rəngli gödəkçəsinin ciblərini açması tələb olunmuş, onun şalvarının və gödəkçəsinin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamış, ayağında olan qəhvəyi rəngli ayaqqabını çıxararaq içərisini göstərmiş, ayaqqabının içərisindən heç nə aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş şəffaf rəngli bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin qəhvəyi rəngli toz şəkilli maddələrin narkotik vasitə olan heroin olduğunu bildirmiş və həmin narkotik vasitə olan heroini həmin gün saat 12:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə Lallar fabrikinin yaxınlığında X1 ilə birlikdə Mansur adlı İran Respublikası vətəndaşından 60 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bir ədəd şəffaf rəngli sellofan bükülü içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş və əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş, həmin zərfin içərisinin boş olduğu müəyyən edildikdən sonra isə içərisində narkotik vasitə olan bir ədəd şəffaf rəngli sellofan büküm zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün möhürlə möhürlənmiş, hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Sonra təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol ucadan oxunulmuş, onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilməmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid Rza Məmmədos ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X12 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə protokolundan görünür ki, 09 mart 2021-ci il tarixdə saat 21-10-da onun tərəfindən Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkilləri, inspektor krminalistin vasitəsi ilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoyduğu, bundan savayı üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildiyi, həmin şəxs üzərində təqdim etdiyi bükülüdən savayı hər hansı bir əşya olmadığını bildirdiyi, qara rəngli şalvarının, qara rəngli gödəkçəsinin ciblərini açması tələb olunduğu, onun şalvarının və gödəkçəsinin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmadığı, ayağında olan qəhvəyi rəngli ayaqqabını çıxararaq içərisini göstərdiyi, ayaqqabının içərisindən heç nə aşkar olunmadığı, üzərindən aşkar olunmuş şəffaf rəngli bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunduğu, Təqsirləndirilən şəxs həmin qəhvəyi rəngli toz şəkilli maddələrin narkotik vasitə olan heroin olduğunu bildirdiyi, həmin narkotik vasitə olan heroini həmin gün saat 12:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə Lallar fabrikinin yaxınlığında X1nun vasitəsilə Mansur adlı İran Respublikası vətəndaşından 60 manat şəxsi istifadəsi üçün aldığını bildirdiyi, həmin bir ədəd şəffaf rəngli sellofan bükülü içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildiyi, əvvəlcə zərfin içərisi iştirakçılara göstərildiyi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildiyi, içərisində narkotik vasitə olan bir ədəd şəffaf rəngli sellofan büküm zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİnin zərflər üçün möhürlə möhürləndiyi və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalandığı qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Fuad Alıyev tərəfindən tərib edilmiş şəxsi axtarış və götürmə protokolundan görünür ki, 09 mart 2021-ci il tarixdə saat 20-40-da onun tərəfindən şübhəli şəxs X7 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildiyi, X9 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən biri sarı, digəri şəffaf olmaqla iki ədəd sellofan bükülülərini, həmin gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli kaburada Xiomi Redmi markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyduğu, bundan əlavə üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildiyi, həmin şəxs üzərində təqdim etdiyi bükülüdən başqa hər hansı bir əşya olmadığını bildirdiyi, qara rəngli şalvarının, qara rəngli gödəkçəsinin ciblərini açmasının tələb olunduğu, onun şalvarının və gödəkçəsinin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşyanın aşkar olunmadığı, ayağında olan qara rəngli ayaqqabını çıxararaq içərisini göstərdiyi, ayaqqabının içərisindən heç nəyin aşkar olunmadığı, üzərindən aşkar olunmuş sarı və şəffaf rəngli bükülülər iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman sarı rəngli sellofan bükülüdə ağ rəngli kristall şəkilli maddə, şəffaf rəngli sellofan bükülüdən isə qəhvəyi rəngli toz şəkilli maddənin aşkar olunduğu, X9 həmin ağ rəngli kristall şəkilli maddənin psixotrop maddə olan metamfetamin olduğunu, qəhvəyi rəngli toz şəkilli maddənin isə narkotik vasitə olan heroin olduğunu bildirdiyi, X3 həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini həmin gün saat 12:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə Lallar fabrikinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Mansur adlı İran Respublikası vətəndaşından qabaqcadan telefon vasitəsi ilə qazılaşdıqları qaydada özü üçün metamfetamini 60 manata, heroini isə 100 manat olmaqla ümumilikdə 160 manata şəxsi istifadəsi üçün aldığını bildirdiyi, tanışı Ehtiramın isə 60 manata şəxsi istifadəsi üçün bir bükülüdə heroin aldığını bildirdiyi, həmin bir ədəd sarı rəngli və bir ədəd şəffaf rəngli sellofan bükülülər içərisində olan narkotik vasitənin və psixotrop maddəyə bənzər maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildiyi, əvvəlcə zərfin içərisi iştirakçılara göstərildiyi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildiyi, içərisində narkotik vasitə və psixotrop maddə olan bir ədəd sarı rəngli və bir ədəd şəffaf rəngli sellofan bükümlər zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürləndiyi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzərinin imzalandığının səsli görüntüləri müəyyən edildi. Cinayət iş üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 10 mart 2021-ci il tarixli, 6/958 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №243” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 4,177 qram olan qəhvəyi rəngli maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,400 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət iş üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 10 mart 2021-ci il tarixli, 6/959 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №243” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,283 qram olan qəhvəyi rəngli maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. Cinayət iş üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 19 may 2021-ci il tarixli 1519 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi ilə nəticəsində asılılıq (naromaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində özünü qismən təqsirli bilməsi və narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməməsi barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizanın rəyləri, maddi sübutlar, «şəxsi axtarış və götürmə haqqında» protokollarda göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 mart 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün məhkəmənin 05 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə, axtarış elan edilmiş və 17 dekabr 2021-ci il tarixdə həbs edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun tutulduğu 17 dekabr 2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hazırki iş üzrə həbsdə olduğu iki gün müddət təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübutların taleyinin X5 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökmlə həll edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs və qeyrisindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X4, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X6 270 (iki yüz yetmiş) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hazırki iş üzrə həbsdə olduğu 2 (iki) gün müddət təyin edilmiş cəzanın müddətindən çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyinin X5 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökmlə həll edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs və qeyrisindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X4, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X6 270 (iki yüz yetmiş) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-501/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-501/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver