Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-501/2024 16.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X25, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkilləri X41, X11, X18, Zərərçəkmiş şəxs1 hüquqi varisi, mülki iddiaçı X7, Zərərçəkmiş şəxs2 hüquqi varisi X12, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X2 nümayəndəsi Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Salyan Rayon Məhkəməsinin 04 aprel 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 02 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş, Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 18 fevral 2015-ci ildə cəzasının sonu ilə azad olunmuş, Nizami Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qərarı ilə cəzası 01 il 06 aya endiriliş, 04 yanvar 2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Lənkəran rayonu, Liman şəhəri, H.Z.Tağıyev küçəsi, ev 164-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.7 və 221.3-cü maddələri ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Nizami Rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; 05 noyabr 2021-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və bir qrup şəxs halında iki və daha çox şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2018-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində Zərərçəkmiş şəxs2 ilə birgə cəza çəkərkən orada sonuncunun ünvanına işlətdiyi nalayiq ifadələrə görə aralarında olan narazılığa aydınlıq gətirmək məqsədilə 2023-cü ilin fevral ayının 10-dan 11-nə keçən gecə saat 24 radələrində Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs3 ilə birlikdə onun kirayə yaşadığı, Təqsirləndirilən şəxs2 məxsus ünvan 1 ünvanının qarşısına gəlib evin pəncərəsini döyməklə onu və ev sahibi Təqsirləndirilən şəxs2 səslədikdə o və Təqsirləndirilən şəxs2 özlərini nüfuz sahibi kimi göstərib üstünlüklərini nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı nalayiq ifadələr işlədərək birlikdə evin qarşısına, küçəyə çıxıb heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai yer olan yaşayış evləri ilə sıx əhatə olunmuş həmin ünvanın qarşısında cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, ətrafda yaşayan sakinlərin və orada olan şəxslərin narahatçılığına səbəb olmaqla ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq və bunlara etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkət edərək qarşılıqlı bir-birinə uca səslə nalayiq ifadələr işlətməklə üzərində gəzdirdiyi qatlanan tipli qara rəngli cib bıçağını silah qismində istifadə edib həmin bıçaqla zor tətbiq etməklə Zərərçəkmiş şəxs2 sol əlindən bir dəfə vurub sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid sağ əlin İ barmağın dırnaq falanqasının ovuc səthinin 1 ədəd kəsilmiş yarası xəsarətini yetirmiş, Zərərçəkmiş şəxs3 yumruqla Təqsirləndirilən şəxs2 sifət nahiyəsindən, Təqsirləndirilən şəxs2 isə yumruqla Zərərçəkmiş şəxs3 burun nahiyəsindən güclü zərbə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunmaqla burnun bel nahiyəsini və hər iki gözaltı nahiyəsinin iç səthini əhatə edən geniş sahəli şişkinlik halında əzilməsi xəsarətini yetirmiş, Zərərçəkmiş şəxs2 həmin ünvana gəldiyi «Ravon» markalı **- GS-*** dövlət qeydiyyat nişanlı avtomobildən göy rəngli dəmir dəyənəyi götürdükdə, Təqsirləndirilən şəxs2 soyuq silah hesab edilən, vurucu-dağıdıcı xəssəyə malik həmin dəmir dəyənəyi Zərərçəkmiş şəxs2 əlindən alıb əldə edərək yaşadığı fərdi yaşayış evinin həyətinə qoymaqla orada saxlamış və onların tələbi ilə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 birlikdə oradan uzaqlaşdıqdan sonra həmin gecə, saat 00:45 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanışları Zərərçəkmiş şəxs1 ilə görüşüb sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs2 əldə etdiyi soyuq silah hesab edilən, vurucudağıdıcı xəssəyə malik göy rəngli dəmir dəyənəyi özü ilə götürərək idarə etdiyi «Ravon» markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və qeyriləri ilə birlikdə gecə saat 01 radələrində özü ilə Təqsirləndirilən şəxs2 yaşadıqları ünvan 1 ünvanına yenidən gəlib orada nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs2 əlində olan dəmir dəyənəklə həmin evin pəncərələrini vurub sındırdıqda o, üzərində olan qatlanan tipli qara rəngli cib bıçağını, Təqsirləndirilən şəxs2 üzərində olan 1 ədəd qara rəngli mətbəx bıçağını və Zərərçəkmiş şəxs2 aldığı göy rəngli dəmir dəyənəyi, həmin ünvanda yaşayan sonuncunun qardaşı Təqsirləndirilən şəxs3 isə üzərində olan 1 ədəd tutacağı qəhvəyi rəngli mətbəx bıçağını və döşəmə silən taxtanın tutacaq hissəsini özləri ilə götürüb yaşadıqları evdən küçəyə çıxaraq bir qrup şəxs halında ictimai yer olan yaşayış evlərinin sıx əhatə olunduğu həmin ünvanın qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirməklə o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə qarşılıqlı münaqişəyə girib sonuncuların ünvanına uca səslə nalayiq ifadələr işlətməklə zor tətbiq edərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bədənlərinin müxtəlif nahiyələrinə əl və ayaqları, həmçinin Təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi dəmir dəyənəklə, Təqsirləndirilən şəxs3 isə döşəmə silən taxtanın tutacaq hissəsi ilə zərbələr endirib döyməklə fiziki ağrı yetirmiş, sonra Təqsirləndirilən şəxs3 gödəkçəsinin döş cibində olan mətbəx bıçağını çıxarıb silah qismində istifadə edərək həmin bıçaqla zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 qarın nahiyyəsindən 1 dəfə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, qarnın ön divarının daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yara xəsarətini yetirmiş, həmin vaxt evdən küçəyə çıxan anası Şahid2 onların arasına keçib ictimai qaydanın pozulmasının qarşısını almaq istədikdə Zərərçəkmiş şəxs2 dəmir dəyənəklə Şahid2 sol qol və ayaq nahiyyəsindən vurmaqla sonuncuya xəsarət yetirdikdə o və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ümumi niyyətdən kənara çıxaraq cinayətin iştirakçısı Təqsirləndirilən şəxs3 qəsdi ilə əhatə olunmadan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədilə o, üzərində olan qatlanan tipli qara rəngli cib bıçağını çıxarıb silah qismində istifadə edərək niyyətlərinə nail olmaq üçün həmin bıçaqla Zərərçəkmiş şəxs1 həyat üçün əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi döş qəfəsi nahiyyəsindən bir dəfə vurub, sonuncuya ölümünə səbəb olan sağ ağciyərin, yuxarı venanın, ürək kisəsinin, ürəyin epikard və qismən miokard qatının, V qabırğa qığırdağının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən deşilmiş kəsilmiş yarası xəsarətini yetirməklə Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 üzərinə gedib əlində olan soyuq silah hesab edilən dəmir dəyənəkdən istifadə edərək niyyətlərinə nail olmaq üçün həmin dəyənəklə sonuncunun həyat üçün əhəmiyyət kəsb edən baş nahiyyəsinə güclü zərbə endirib Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığa ağır zərəvurmaya aid baş beyinə, qişalarına və mədəciklərinə qansızmaları, sol gicgah-təpə-ənsə sümüyünün xətti sınığı, başın sol gicgah-təpə nahiyəsinin hematoması, sağlamlığa yüngül zərərvurmaya aid sol təpə-ənsə sərhədinin və sol qaşaltı nahiyənin əzilmiş- cırılmış yaraları, sol üst göz qapağının qançırı, alnın sol yarısının, sol qaşüstü və sol almacıq xəsarətlərini yetirmiş, Zərərçəkmiş şəxs2 zərbənin təsirindən yerə yıxıldıqdan sonra isə o, öz növbəsində üzərində olan bıçaqla qəsdən öldürmək məqsədilə yerdə üzü üstə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid döş qəfəsinin arxa səthinin 2 ədəd, sağ qulaq seyvanının 1 ədəd, ümumilikdə 3 ədəd kəsilmiş yarası, sol sağrının 2 ədəd, sağ bel nahiyyənin 1 ədəd, sağ budun arxa səthinin 1 ədəd, ümumilikdə 4 ədəd deşilmiş-kəsilmiş yarası və sağ bazunun ön səthinin 1 ədəd səthi deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirmiş, həmin gün Zərərçəkmiş şəxs2 saat 07:10-da yerləşdirildiyi 1 saylı X23 yetirilmiş başın küt travması nəticəsində kəllə sümüklərinin xətti sınığı ilə müşayiət olunan baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəbindən ölmüş, bununla da o, bir qrup şəxslə silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və bir qrup şəxs halında iki və daha çox şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd vurucudağıdıcı xəssəyə malik göy rəngli dəmir dəyənəyi əldə etmiş, bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, soyuq silahdan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, bir qrup şəxs halında iki və daha çox şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 2018-ci ildə birgə cəza çəkdikləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ünvanına işlətdiyi nalayiq ifadələrə görə aralarında olan narazılığa aydınlıq gətirmək məqsədilə 2023-cü ilin fevral ayının 10-dan 11-nə keçən gecə saat 24 radələrində Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs3 ilə birlikdə Təqsirləndirilən şəxs1 kirayə yaşadığı, ona məxsus ünvan 1 ünvanının qarşısına gəlib evin pəncərəsini döyməklə onu və Təqsirləndirilən şəxs1 səslədikdə o və Təqsirləndirilən şəxs1 özlərini nüfuz sahibi kimi göstərib üstünlüklərini nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı nalayiq ifadələr işlədərək birlikdə evin qarşısına, küçəyə çıxıb heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında ictimai yer olan yaşayış evləri ilə sıx əhatə olunmuş həmin ünvanın qarşısında cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək, ətrafda yaşayan sakinlərin və orada olan şəxslərin narahatçılığına səbəb olmaqla ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq və bunlara etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkət edərək Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi qatlanan tipli qara rəngli cib bıçağını silah qismində istifadə edib həmin bıçaqla zor tətbiq etməklə Zərərçəkmiş şəxs2 sol əlindən bir dəfə vurub sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid sağ əlin İ barmağın dırnaq falanqasının ovuc səthinin 1 ədəd kəsilmiş yarası xəsarətini yetirmiş və bir-birinə qarşı uca səslə nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs3 yumruqla onun sifət nahiyyəsindən, o isə yumruqla Zərərçəkmiş şəxs3 burun nahiyyəsindən güclü zərbə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunmaqla burnun bel nahiyəsini və hər iki gözaltı nahiyəsinin iç səthini əhatə edən geniş sahəli şişkinlik halında əzilməsi xəsarətini yetirmiş, Zərərçəkmiş şəxs2 həmin ünvana gəldiyi «Ravon» markalı **- GS-*** dövlət qeydiyyat nişanlı avtomobildən göy rəngli dəmir dəyənəyi götürdükdə, o, soyuq silah hesab edilən, vurucu-dağıdıcı xəssəyə malik həmin dəmir dəyənəyi Zərərçəkmiş şəxs2 əlindən alıb əldə edərək yaşadıqları fərdi yaşayış evinin həyətinə qoymaqla orada saxlamış və onların tələbi ilə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 birlikdə oradan uzaqlaşdıqdan sonra həmin gecə, saat 00:45 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanışları Zərərçəkmiş şəxs1 ilə görüşüb sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs2 əldə etdiyi soyuq silah hesab edilən, vurucu-dağıdıcı xəssəyə malik göy rəngli dəmir dəyənəyi özü ilə götürərək idarə etdiyi «Ravon» markalı **- GS-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və qeyriləri ilə birlikdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1la onun yaşadıqları ünvan 1 ünvanına yenidən gəlib orada nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs2 əlində olan dəmir dəyənəklə evin pəncərələrini vurub sındırdıqda o, üzərində olan 1 ədəd qara rəngli mətbəx bıçağını və Zərərçəkmiş şəxs2 aldığı göy rəngli dəmir dəyənəyi, Təqsirləndirilən şəxs1 üzərində olan qatlanan tipli qara rəngli cib bıçağını, həmin ünvanda yaşayan qardaşı Təqsirləndirilən şəxs3 isə üzərində olan 1 ədəd tutacağı qəhvəyi rəngli mətbəx bıçağını və döşəmə silən taxtanın tutacaq hissəsini özləri ilə götürüb yaşadıqları evdən küçəyə çıxaraq bir qrup şəxs halında ictimai yer olan yaşayış evlərinin sıx əhatə olunduğu həmin ünvanın qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirməklə o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə qarşılıqlı münaqişəyə girib sonuncuların ünvanına uca səslə nalayiq ifadələr işlətməklə zor tətbiq edərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bədənlərinin müxtəlif nahiyələrinə əl və ayaqları, həmçinin o, silah qismində istifadə etdiyi dəmir dəyənəklə, Təqsirləndirilən şəxs3 isə döşəmə silən taxtanın tutacaq hissəsi ilə zərbələr endirib döyməklə fiziki ağrı yetirmiş, sonra Təqsirləndirilən şəxs3 gödəkçəsinin döş cibində olan mətbəx bıçağını çıxarıb silah qismində istifadə edərək həmin bıçaqla zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 qarın nahiyyəsindən 1 dəfə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, qarnın ön divarının daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yara xəsarətini yetirmiş, həmin vaxt evdən küçəyə çıxan Təqsirləndirilən şəxs1 anası Şahid2 onların arasına keçib ictimai qaydanın pozulmasının qarşısını almaq istədikdə Zərərçəkmiş şəxs2 dəmir dəyənəklə Şahid2 sol qol və ayaq nahiyyəsindən vurmaqla sonuncuya xəsarət yetirdikdə o və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ümumi niyyətdən kənara çıxaraq cinayətin iştirakçısı Təqsirləndirilən şəxs3 qəsdi ilə əhatə olunmadan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədilə Təqsirləndirilən şəxs1 üzərində olan qatlanan tipli qara rəngli cib bıçağını çıxarıb silah qismində istifadə edərək niyyətlərinə nail olmaq üçün həmin bıçaqla Zərərçəkmiş şəxs1 həyat üçün əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi döş qəfəsi nahiyyəsindən bir dəfə vurub, sonuncuya ölümünə səbəb olan sağ ağciyərin, yuxarı venanın, ürək kisəsinin, ürəyin epikard və qismən miokard qatının, V qabırğa qığırdağının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən deşilmiş kəsilmiş yarası xəsarətini yetirməklə Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, o isə Zərərçəkmiş şəxs2 üzərinə gedib əlində olan dəmir dəyənəyi silah qismində istifadə edərək niyyətlərinə nail olmaq üçün həmin dəyənəklə sonuncunun həyat üçün əhəmiyyət kəsb edən baş nahiyyəsinə güclü zərbə endirib Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığa ağır zərəvurmaya aid baş beyinə, qişalarına və mədəciklərinə qansızmaları, sol gicgah-təpə-ənsə sümüyünün xətti sınığı, başın sol gicgah-təpə nahiyəsinin hematoması, sağlamlığa yüngül zərərvurmaya aid sol təpə-ənsə sərhədinin və sol qaşaltı nahiyənin əzilmiş-cırılmış yaraları, sol üst göz qapağının qançırı, alnın sol yarısının, sol qaşüstü və sol almacıq xəsarətlərini yetirmiş, Zərərçəkmiş şəxs2 zərbənin təsirindən yerə yıxıldıqdan sonra isə Təqsirləndirilən şəxs1 öz növbəsində üzərində olan bıçaqla qəsdən öldürmək məqsədilə yerdə üzü üstə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid döş qəfəsinin arxa səthinin 2 ədəd, sağ qulaq seyvanının 1 ədəd, ümumilikdə 3 ədəd kəsilmiş yarası, sol sağrının 2 ədəd, sağ bel nahiyyənin 1 ədəd, sağ budun arxa səthinin 1 ədəd, ümumilikdə 4 ədəd deşilmiş-kəsilmiş yarası və sağ bazunun ön səthinin 1 ədəd səthi deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirmiş, Zərərçəkmiş şəxs2 həmin gün saat 07:10-da yerləşdirildiyi 1 saylı X23 yetirilmiş başın küt travması nəticəsində kəllə sümüklərinin xətti sınığı ilə müşayiət olunan baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəbindən ölmüş, bununla da o, qanunsuz olaraq soyuq silah əldə etmiş, bir qrup şəxslə soyuq silahdan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və bir qrup şəxs halında iki və daha çox şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs3 bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 11 fevral 2023-cü il tarixdə saat 01 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında olarkən, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və qeyrilərinin yaşadığı evin qarşısına gəlib, Zərərçəkmiş şəxs2 nalayiq ifadələr işlətməklə əlində olan dəmir dəyənəklə evin pəncərələrini vurub sındırdıqdan sonra o, üzərində olan 1 ədəd tutacağı qəhvəyi rəngli mətbəx bıçağını və döşəmə silən taxtanın tutacaq hissəsini, qardaşı Təqsirləndirilən şəxs2 üzərində olan 1 ədəd qara rəngli mətbəx bıçağını və soyuq silah hesab edilən, vurucu-dağıdıcı xəssəyə malik göy rəngli dəmir dəyənəyi, həmin ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs1 isə üzərində olan qatlanan tipli qara rəngli cib bıçağını özləri ilə götürüb yaşadıqları evdən küçəyə, evin qarşısına çıxaraq əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai yer olan yaşayış evləri ilə sıx əhatə olunmuş həmin ünvanın qarşısında özlərini nüfuz sahibi kimi göstərib üstünlüklərini nümayiş etdirməklə, ətrafda yaşayan sakinlərin və orada olan şəxslərin narahatçılığına səbəb olan ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq və bunlara etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkət edərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə qarşılıqlı münaqişəyə girib sonuncuların ünvanına uca səslə nalayiq ifadələr işlətməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zor tətbiq edərək bədənlərinin müxtəlif nahiyələrinə əl və ayaqlar, həmçinin silah qismində istifadə etdiyi döşəmə silən taxtanın tutacaq hissəsi ilə zərbələr endirib döyməklə fiziki ağrı yetirmiş, sonra isə gödəkçəsinin döş cibində olan mətbəx bıçağını çıxarıb silah qismində istifadə edərək həmin bıçaqla zor tətbiqini davam etdirib Zərərçəkmiş şəxs1 qarın nahiyyəsindən bir dəfə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, qarnın ön divarının daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yarası xəsarətini yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs- mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, cinayəti özünü müdafiə etmək üçün törətmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürmək niyyəti olmamışdır. Əgər onları öldürmək niyəti olsa imiş bu cinayəti həmin gün Zərərçəkmiş şəxs2la aralarında olan ilk davada törədərmiş. O, Zərərçəkmiş şəxs2 tanıyır, yanında olan digər şəxsləri tanımır. Belə ki, Zərərçəkmiş şəxs2la o 2008-2009-cu illlərdə adını xatırlamadığı avtomobil təmiri sexlərindən birində təsadüf nəticəsində tanış olmuş, yoldaşlıq etmişlər. Zərərçəkmiş şəxs2la birlikdə narkotik vasitələrdən istifadə etmişlər. 2018-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı cəza çəkməsində birgə cəza çəkərkən araları pozulmuşdur. Belə ki, o Nizami rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Zərərçəkmiş şəxs2 da saxta pul hazırlamasına görə məhkum edilib 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Zərərçəkmiş şəxs2la cəzaçəkmə müəssisəsində eyni dəstədə saxlanılmışlar. İlk vaxtlarda cəzaçəkmə müəssisəsində saxlanılarkən Zərərçəkmiş şəxs2la münasibətləri normal olsa da, sonradan o həmin müəssisədə cəza çəkən, onunla yaxın münasibətləri olan Elnur Qədeşovun ailə üzvləri barəsində Zərərçəkmiş şəxs2 əsassız yerə nalayiq ifadələr işlətməsinə görə Zərərçəkmiş şəxs2 cəzaçəkmə müəssisəsində hər kəsin içərisində irad bildirib söyüş söymüşdür. Bundan sonra Xəyalla münasibətləri tamamilə korlanmışdır. Yəni Zərərçəkmiş şəxs2la onun ədavəti cəzaçəkmə müəssisəsində yaranmış, lakin onlar sonra aralarında olan problemi həll etmişlər. O, 2019-cu ildə həbsdən çıxmış, lakin o Zərərçəkmiş şəxs2 həbsdən nə vaxt çıxdığını bilmir. Ümumiyyətlə hadisə baş verən yer onların evi deyil, onlar həmin ünvanda kirayə qalır. Belə ki, o həbsdən çıxdıqdan sonra anası Şahid2 ilə birlikdə müvəqqəti yaşamaq üçün kirayə ev axtarırmış, yeznəsi Şahid1 ona Keşlə qəsəbəsində, Kəndçi küçəsində Dilavərə yaxın ünvanda qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 həyətlərində kirayə vermək üçün evi olduğunu bildirmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs2lə danışıb onun həyətində olan boş evdə anası Şahid2 ilə birlikdə yaşamışdır. Belə ki, Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs3 və onların digər ailə üzvləri ilə orada qaldıqları müddət ərzində normal münasibətləri olmuşdur. 11 fevral 2023-cü il tarixdə saat axşam təxminən 00:00-01:00 radələrində kirayə qaldığı ünvanda həyətdə olarkən Təqsirləndirilən şəxs2 arvadı İlahə İsayeva pəncərəsinin qarşısında küçədə iki nəfər şəxsin dayandığını, həmin şəxslərin söyüş söymələrini, Ceyhunu çağırmalarını, Ceyhunun isə yatdığını ona demişdir. O, həmin şəxslərin kim olduqlarını bilmədən pəncərəyə yaxınlaşdıqda söyüş söyənin Zərərçəkmiş şəxs2 olduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs2 evdə qadınlar olduğunu, söyüş söyməməsini demişdir. Lakin Zərərçəkmiş şəxs2 daha da yüksək səslə söyüş söyməyə başlamışdır. Təqsirləndirilən şəxs2 də yuxudan oyanmış və onunla birlikdə həyətə enmişdir. O, bu vəziyyəti görüb evdən çıxarkən mətbəxdən üzərində saxlamaq üçün bıçaq da götürmüşdür. Onlar Zərərçəkmiş şəxs2 yaxınlaşanda yanında tanımadığları bir nəfər şəxs də var imiş. Zərərçəkmiş şəxs2 ona yumruq atmağa başlamışdır. O, Zərərçəkmiş şəxs2 əlində nəsə olduğunu və üstünə gəldiyini görmüşdür. Onlar bulağın yanına çatanda o Zərərçəkmiş şəxs2 yumruq atmışdır. Həmin vaxt o Zərərçəkmiş şəxs2 əlində göy rəngli “bita” olduğunu görmüşdür. O, “bitanı” onun əlindən alıb üzərindəki bıçağı çıxarmışdır. O, bıçaqla Zərərçəkmiş şəxs2 əlindən vurub bıçağı kənara atanda Zərərçəkmiş şəxs2 əlindəki bıçağı tutmuş və onun əli kəsilmişdir. Təqsirləndirilən şəxs2 anası Zərərçəkmiş şəxs2 əlini sarımışdır. Lakin məhlədəki qohum-əqraba yəni, anası, yeznəsi, Təqsirləndirilən şəxs2 anası Zərərçəkmiş şəxs2la onları sakitləşdirmişlər. Məhlədə olan qohum-əqraba Zərərçəkmiş şəxs2 nə istədiyini soruşub çıxıb getməsini demişlər. Bu vaxt onun arxasıyca Zərərçəkmiş şəxs3 söyüş söymüş, Təqsirləndirilən şəxs2 də ona yumruq vuraraq cavabını vermişdir. Zərərçəkmiş şəxs2la yanındakı şəxs çıxıb getmişlər. Onlar düşünmüşlər ki, mübahisə bitmişdir. 1 saat sonra Zərərçəkmiş şəxs2 və yanındakılar təxminən iki maşınla 7 nəfər şəxs əllərində “bita” və polis əməkdaşlarına məxsus olan “dubinka” lar ilə gəlmişlər. Evdə hamilə qadın, anasıgil var imiş. 7 nəfər kişi pəncərələri döyürmüşlər. Anası və xalası əllərində rezin dəyənək olan 7 nəfər kişinin olduğunu görüb onların getməyinə mane olmuşlar. Onlar evlə darvaza arasında dayanmışlar. Anası çıxıb 7 nəfər şəxsə getmələrini dedikdə onlar anasına söyüş söymüşlər. O da evdə qadınlar olduğunu deyib Zərərçəkmiş şəxs2 və yanındaklara getmələrini istəmişdir. Sonra Təqsirləndirilən şəxs3 səs-küyə həyətə çıxıb evin sahibi olduğunu və nə istədiklərini soruşmuşdur. Zərərçəkmiş şəxs2 əlində olan dəmir dəyənəklə Təqsirləndirilən şəxs3 başından zərbə ilə vurmuş və Təqsirləndirilən şəxs3 yerə yıxılmış, onun başından qan axmağa başlamışdır. O, Təqsirləndirilən şəxs3 içəri çəkməyə çalışanda onlar onun çiynindən “bita” ilə vurmuşlar. Həmin vaxt anası Şahid2 Zərərçəkmiş şəxs2 və digərlərini sakitləşdirməyə, onları təskinləşdirməyə çalışırmış, onların içəri girmələrinə mane olmaq üçün qapıda dayanmışdır. Bu vaxt Zərərçəkmiş şəxs2 yanında olan İlkin adlı şəxs və Zərərçəkmiş şəxs2 qəfil anası Şahid2 “bita” ilə zərbə vurmuşdur. O, bundan qəzəblənərək əlindəki bıçaqla ilk əvvəl İlkinə yüngül zərbə vurmuş, o dala çəkildikdən sonra Zərərçəkmiş şəxs2 bıçaqla vurmuşdur. Anası onu uzaqlaşdırmağa başlamışdır. Mübahisə həyətdə baş vermişdir. Təqsirləndirilən şəxs3 nə baş verdiyini soruşanda onun da başından “bita” ilə zərbə vurmuşlar və həyətə basqın etmişlər. Onlar içkili vəziyyətdə deyilmiş. İkinci dava 5- 10 dəqiqə olmuşdur. O, Zərərçəkmiş şəxs2 necə xasarət yetirdiyini xatırlamır. O, Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirəndə anası və Ceyhun onları ayırmışdır. Anası və Ceyhun onu ayırmasa da onun Zərərçəkmiş şəxs2 zərbə vurmaqda davam etmək fikri yox imiş. Zərərçəkmiş şəxs2 söyüş söydü deyə o ona bıçaqla vurmuş, məqsdi Zərərçəkmiş şəxs2 öldürmək yox özünü müdafiə etmək imiş. O, əməlindən peşmandır. Çünki kimisə öldürmək niyyəti olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun Zərərçəkmiş şəxs2la heç bir ədavəti olmamış, lakin Zərərçəkmiş şəxs2 özünün ona qarşı ədavəti olmuşdur. Zərərçəkmiş şəxs2 həyətə girib ana, bacılarına söyüş söyüb, “bita” atmışdır. Xəyalın əlində bıçaq olmuşdur. Zərərçəkmiş şəxs3 də mübahisə zamanı orda olmuş, onlara söyüş söyən zaman Təqsirləndirilən şəxs2 onun cavabını vermişdir. Zərərçəkmiş şəxs1 anasına “bita” ilə zərbə vurduğundan o birinci Zərərçəkmiş şəxs1 bıçaqla zərbə yetirmişdir. Cəzaçəkmə müəssisəsində Zərərçəkmiş şəxs2la aralarında olan mübahisə olduqdan sonra həbsdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs2 onu Təqsirləndirilən şəxs2 maraqlanıb əlaqə nömrəsini almış, amma Zərərçəkmiş şəxs2 qaldıqları həyətə gəlmişdir. Birinci dəfə Zərərçəkmiş şəxs2 və yanındakı şəxs qapıda söyüş söyürmüş. Təqsirləndirilən şəxs2 arvadı İlahə İsayeva küçədə iki nəfər şəxsin dayandığını, həmin şəxslərin söyüş söymələrini, sərxoş olduqlarını ona demiş, o, həmin şəxsin Zərərçəkmiş şəxs2 olduğunu bilmədən pəncərəni açıb baxanda Zərərçəkmiş şəxs2 onun burda olmağını görüb pis ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs2 köhnə mübahisəni xatırladıb həmin mübahisəyə istinad etmişdir. Zərərçəkmiş şəxs2 və yanındakı maşınla gəlmiş, maşını Zərərçəkmiş şəxs2 idarə edirmiş. İlk davada xəsarəti Zərərçəkmiş şəxs3 almışdır. Zərərçəkmiş şəxs3 arxasıyca söyüş söymüş, Təqsirləndirilən şəxs2 də yumruq vuraraq onun cavabını vermişdir. Zərərçəkmiş şəxs2 dava edib gedəndə yenidən qayıdacağını deməmiş, hətta onlar mübahisəni belə unutmuşlar. Zərərçəkmiş şəxs2 ikinci dəfə iki maşınla gəlmişdir. O, Zərərçəkmiş şəxs2 yanındakıları tanımırmış. İkinci dava üçün gələndə o Zərərçəkmiş şəxs2 yanında Zərərçəkmiş şəxs3 görməmişdir. O, ilk kimi vurmuşdursa həmin şəxsin əlində “dubinka” var imiş. Anasını da təhqir etmişlər. O, Zərərçəkmiş şəxs1 tanımır. İlahə İsayeva xəsarət almış, ona xəsarəti Zərərçəkmiş şəxs2 dəyənəklə vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 avtomobillə avtoşluq edən müddətdən tanıyır, Zərərçəkmiş şəxs2la dostluq münasibəti var imiş. Təqsirləndirilən şəxs1 anası ilə onun həyətində olan evlərdən birində kirayə yaşayırmış. 11 fevral 2023-cü il tarixdə o Keşlə qəsəbəsində yerləşən məscidin yanında olarkən Zərərçəkmiş şəxs2 maşınla yanına gəlmişdir. O, maşına oturub Zərərçəkmiş şəxs2la söhbət edəndə Zərərçəkmiş şəxs2 ondan Təqsirləndirilən şəxs1la onun görüşünü təşkil etməyini istəmişdir. O, Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs1 17 saylı cəzaçəkmə müəssisəsində mübahisələri olduğunu bilirmiş, eynilə kənd camaatı da bundan xəbərdar imiş. Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs1 arasında olan məsələ ciddi imiş. O, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1la ona görüş təşkil edə bilməyəcəyini, qan yaratmaq istəmədiyini demişdir. O, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1la özünün görüşməsini demişdir. O, heç Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs2 onla görüşmək istədiyini deyə bilməzmiş. Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs1 evindən çıxardacağını deyəndə o bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun həyətindəki evdə kirayə qaldığından onun evində bu hərəkət edilə bilməz. Onlar nəticədə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1la özünün şəxsən görüşməsi barədə razılaşmışlar. Bir gün axşam saatlarında o yatanda onun pəncərəsi kimsə tərəfindən döyülmüşdür. O, oyananda Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs2 mübahisə etdiyini eşitmişdir. Qapını açıb Zərərçəkmiş şəxs2 müraciət edərək evlərin sıx yerləşdiyini, evdə qadınlar olduğunu deyib başqa yerdə söhbət etməyi təklif etmişdir. O da küçəyə çıxmışdır. Onlar başqa yerə getmişlər. Həmin yerdə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1la savaşanda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 əlini bıçaqla yaralamışdır. Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs1 savaşanda Zərərçəkmiş şəxs3 söyüş söymüşdür. O, Zərərçəkmiş şəxs3 söyüş söyməməsini deyəndə Zərərçəkmiş şəxs3 ona hücum etmişdir. O, Zərərçəkmiş şəxs3 yumruq vurmuşdur. Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs2 savaşanda güclə olsa da ayıra bilmişlər. O, Zərərçəkmiş şəxs2 burada ana və bacıları, yəni qadınlar olduğunu deyib başqa zaman görüş yeri təyin etməsini demişdir. Zərərçəkmiş şəxs2 onla razılaşmışdır. Zərərçəkmiş şəxs2 əli kəsilmiş, onlar ona əlini sarımaqda yardım etdikdən sonra Zərərçəkmiş şəxs2 maşınına tərəf gedib oturmaq istəmişdir. Zərərçəkmiş şəxs2 maşınına oturmaq istəyəndə Təqsirləndirilən şəxs1la yenidən mübahisə etməyə başlamışdır. Zərərçəkmiş şəxs2 maşınından dəmir dəyənək götürüb Təqsirləndirilən şəxs1 üzərinə hücum etmək istəmişdir. O, Zərərçəkmiş şəxs2 əlindən dəmir dəyənəyi alıb Zərərçəkmiş şəxs2 razılaşmalarını xatırladıb sakitləşdirmişdir. Zərərçəkmiş şəxs2 maşınına minib getmişdir. Zərərçəkmiş şəxs2 getdikdən 1 saat sonra evin digər tərəfində pəncərələrin qırıldığını, söyüşlər söyüldüyünü eşitmişlər. Onlar həyətə çıxdıqda 7 nəfərin hər birinin əlində fərqli-fərqli alətlər, yəni balta, dəmir dəyənək və s. olduğunu görmüşlər. Onlar çox olduğundan kimin əlində nə olduğunu görməmişdir. 7 nəfər asta-asta üzərlərinə hücum edərək həyətinin darvazasından içəri daxil olmuşlar. O, 1 saat bundan əvvəl Zərərçəkmiş şəxs2 əlindən aldığı dəmir dəyənəyi götürmüşdür. O, Zərərçəkmiş şəxs2gili həyətə daxil olmağa qoymuşdur. Zərərçəkmiş şəxs2 içkili vəziyyətdə imiş. O, evdən müdafiə olunmaq üçün bıçaq götürmüşdür. Həmin davada qardaşı və qadınlar Zərərçəkmiş şəxs2gil tərəfdən dəmir dəyənəklə vurulmuşdur. O, orada kimin kimi vurduğunu görə bilməmişdir. O, yalnız Raufun anası Şahid2 vurularaq yıxıldığını, qardaşının başının partladığını görmüşdür. O, mətbəxdən bıçaq götürdüyünə baxmayaraq yerə düşdüyündən bıçaqdan istifadə etməmişdir. O, ancaq dəmir dəyənəklə savaşmışdır. Savaş zamanı o kimisə vurmuşdursa onun kim olduğunu bilməmişdir. Həmin savaşda situasiyadan asılı olaraq müdafiə olunmaq üçün dəmir dəyənəklə vuruşmuşdur. Dava anında polisə o müraciət etməmiş, evdəkilərdən kimsə zəng etmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2la savaşırmış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyini görmüşdür. O, Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs2 və yanında olan şəxslər qayıtsalar həmin şəxsləri öldürmək barədə danışmamışlar. Təqsirləndirilən şəxs3 kiməsə hücum etməmiş və kimləsə savaşmamışdır. Təqsirləndirilən şəxs3 başından kimsə vurmuş, lakin onun kim olduğunu çaxnaşma olduğundan görməmişdir. Təqsirləndirilən şəxs3 sifətinin hamısı qan imiş. Təqsirləndirilən şəxs3 onları və ailə üzvlərini müdafiə etmək istəyirmiş. Zərərçəkmiş şəxs2 dəmir dəyənəklə Təqsirləndirilən şəxs1 anasını vurduğunu görmüş, lakin o orada dayanıb kənardan baxmırmış, mübahisənin içində imiş, hər şey bir anda baş verirmiş. Vəziyyət gərgin imiş, hamı bir-birinə qarışmışdır. Kimin kimə nə xəsarət yetirdiyini görməmişdir. O, qəsdən kimisə öldürməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, mübahisə olacağından Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 onu axtardığını deməmişdir. Pəncərələr qırıldığından, söyüşlər söyüldüyündən o evdən heç nəsiz çıxa bilməzmiş. O, özüylə bıçaq götürmüşdür. Zərərçəkmiş şəxs2 dəmir dəyənək və digər vasitələr olmaqla bıçaqla da həyətinə dava üçün gəlmişdir. Zərərçəkmiş şəxs2 onun evini tanıdığından dava üçün onun evinə gəlmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 qaldığı evi tanımırmış. Təqsirləndirilən şəxs1 onun həyətində olan evlərdən birində kirayə qalmağa gələndə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olduğunu bilirmiş. Zərərçəkmiş şəxs2 ilk mübahisə etdikləri zaman yenidən qayıdacaqlarını deməmişdir. Onlar Zərərçəkmiş şəxs2 təkrar qayıdacağını gözləmirmiş. Hadisə zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və o içkili deyilmiş. Zərərçəkmiş şəxs2 və yanında olan şəxslər Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qarşı söyüş söyürmüş və Təqsirləndirilən şəxs1 həmin söyüşləri eşidirmiş. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 və yanında olan şəxslərə qarşı təhdidedici sözlər işlətməmişdir. Hadisə zamanı tanımadığı adamlar da var imiş. Hadisə ilk olaraq həyətdə baş vermiş, sonra onlar küçəyə çıxmışlar. 11 fevral 2023-cü il tarixdə baş vermiş hadisədən təxminən bir neçə gün əvvəl Xəyalla danışmışdır. Zərərçəkmiş şəxs2gil Təqsirləndirilən şəxs1 istəyirmişlər. Zərərçəkmiş şəxs2 2-ci dəfə həyətə gələndə əlində yenə dəmir dəyənək var imiş. Qardaşı Təqsirləndirilən şəxs3 ona xəsarət yetirənin Zərərçəkmiş şəxs2 olduğunu bilir. Hadisə zamanı Zərərçəkmiş şəxs2 yerə yıxıldığını görmüşdür. Hadısə zamanı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 öncə yerə yıxılmışdır. O, hadisə zamanı Zərərçəkmiş şəxs1 qarşı fiziki zor tətbiq etməmişdir. O, Zərərçəkmiş şəxs1lə heç üzbəüz gəlməmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 bıçaqla vurduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs2 qarşı dəmir dəyənəklə hücum etmişdir. Lakin dava anında Zərərçəkmiş şəxs2 atdığı həmin dəmir dəyənəyin dəyibdəymədiyini bilmir. O, dəmir dəyənəkdən Zərərçəkmiş şəxs2 və yanında olan digər şəxsləri uzaqlaşdırmaq üçün istifadə etmişdir. Özünü və ailəsini müdafiə etmək üçün istifadə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 150-154, 191-196, 221-223-cü vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «.. Daha sonra Ramin yerdən qalxaraq gödəkçəsinin cibindən bıçaq çıxarıb Zərərçəkmiş şəxs1 bir dəfə vurmuşdur. Təqsirləndirilən şəxs3 İlkini bir dəfə vurduqdan sonra geri çəkilmiş, daha hər hansı şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 vurmamışdır. ...Bundan sonra Xəyal davanın gedişatmda qəfil dəmir dəyənəklə Təqsirləndirilən şəxs1 anası Şahid2 vurmuş, sonuncu yerə yıxılmışdır. Bundan o da bərk qəzəblənmiş, hər bir halda Xəyal və digərlərinin hərəkəti ona çox pis təsir etmiş, Təqsirləndirilən şəxs1 anasının dəmir dəyənək zərbəsindən yıxılmasına görə Təqsirləndirilən şəxs1 anasına köməklik göstərməklə Xəyalı da söyməyə başlamışdır. Daha sonra Rauf ayağa qalxıb üzərində olan açılıb-qatlanan tipli bıçaqla bir dəfə İlkinə sinə nahiyyəsindən vurmuşdur. Belə ki, İlkin, dava zamanı Xəyalı müdafiə edərək onların üzərinə gəlmişdir. Həmin vaxt o da artıq Təqsirləndirilən şəxs1la birlikdə sonuncunu müdafiə edərək, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 geri çəkildiklərini görüb, onların arxalarmca getmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 onun üzərinə tərəf gələrək əlindəki dəmir dəyənəklə onu vurmaq istədikdə, əvvəlcə o, Xəyaldan götürdüyü və sağ əlində saxladığı dəmir dəyənəklə Xəyalın baş nahiyyəsinin sol tərəfindən bir dəfə güclü zərbə ilə vurmuşdur. ...Xəyalın yerə yıxılaraq zərərsizləşdiyini gördüyü üçün Xəyalı orada qoyaraq əlindəki dəyənəklə yaralı vəziyyətdə olan və səndəlləyərək hərəkət edən İlkini vurmaq üçün irəliyə doğru getmişdir. Bu zaman anası İlahiyyə arxasınca gəldiyi üçün o, daha Zərərçəkmiş şəxs1 arxasınca getməmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o dava vaxtı kimi vurmasını xatırlamır. Məhkəmə iclasında təqsirləndirilən şəxs- mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, qardaşı Təqsirləndirilən şəxs2lə bir evdə yaşayır. 11 fevral 2023-cü il tarixdə saat təxminən 01 radələrində evdə yatmışdır. Qəfil qardaşı Təqsirləndirilən şəxs2 arvadı İlahə İsayevanın yatdığı otağın pəncərəsini döyməsi səsinə oyanmışdır. İlahə ona Ceyhun və Raufun çöldə dalaşdıqlarını demişdir. O, Zərərçəkmiş şəxs2la qardaşı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mübahisəsinin şahidi olmamışdır. Çölə çıxdıqda Zərərçəkmiş şəxs2 görüb Zərərçəkmiş şəxs2 nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs2 ona heçnə baş vermədiyini deyib maşınına minib getmişdir. O, qardaşı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la evə gəlmişdir. Zərərçəkmiş şəxs2 getməsindən 1 saat keçməmiş evlərinin pəncərələrinin qırıldığını, söyüşlər söyüldüyünü demişlər. Zərərçəkmiş şəxs2gil yenidən gəlmişlər. O, bıçağı cibinə qoyub, döşəmə silən taxtanı götürüb çölə çıxmışdır. Onlar Zərərçəkmiş şəxs2gilin qabağına çıxıb onların çox olduğunu görmüşlər. Zərərçəkmiş şəxs2 və yanında olan şəxslər çox olduğundan onlar geri çəkilmişlər. O, ən qabaqda dayanaraq Zərərçəkmiş şəxs2 dalaşmağın yersiz olduğu və qadınlar olduğundan mübahisəni sonraya saxlamağı təklif etmişdir. Elə bu zaman Zərərçəkmiş şəxs2 əlindəki dəmir dəyənəklə başından vurmuş, o yerə yıxılmışdır. Huşunu itirmş, nə qədər müddət o vəziyyətdə qaldığını xatırlamır. O, ayılanda qadınların qışqırdığını, Zərərçəkmiş şəxs2 və digərlərinin yaxınlarını döydüyünü görmüşdür. O, Zərərçəkmiş şəxs2 və yanında olan şəxsləri qorxutmaq üçün bıçağı çıxarmışdır. O, bıçağı kimisə öldürmək məqsədilə çıxarmamış, elə məqsədi olsaymış, əvvəldən bıçaq çıxarıb kiminsə üstünə hücum edərmiş. O, hadisə zamanı bıçağı çıxardıqda Zərərçəkmiş şəxs2 və digərlərinin geri çəkildiyini görmüşdür. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kimin vurduğunu görməmişdir. O, onların heç birini tanımır. İşə gəlib-gedən adamdır. O, Zərərçəkmiş şəxs2 yerə uzandığı vəziyyətdə görmüşdür. Zərərçəkmiş şəxs2 2-ci dəfə gələndə 00:00-01:00 radələri olarmış. Zərərçəkmiş şəxs2 və yanında olan şəxslər 2-ci dəfə gələndə polisə müraciət edildiyindən onun xəbəri olmamışdır. Onların evinin qapısı 7 evə açılır, digər qapı isə yolun kənarındandır. Bu səbəbdən Xəyalgil 7 evə açılan qapıdan yox, yolun kənarındakı qapıdan Ceyhungilin həyətinə daxil olmuşdur. Əgər İlkin həqiqətən davaya qarışmayıb kənarda dayanmışdırsa, onlar niyə durduq yerlə onunla da dalaşarmış, deməli, İlkin də dava zamanı kənarda yox, Xəyalgillə qabaqda dayanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 63-64, 78-80, 95-99, 130-132-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: … «...11 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və digərlərinin yaşadıqları evin qarşısına gələrək evin pəncərələrini qırdıqlarına görə sonunculardan müdafiə olunmaq məqsədilə gödəkçəsinin cibində olan mətbəx bıçağı və əlində döşəmə silən taxta ilə onların qabağına küçəyə çıxmış, Zərərçəkmiş şəxs2 onun başından vurub ona xəsarət yetirdikdən sonra əlində olan döşəmə silən taxta yerə düşdüyündən və hava qaranlıq olduğuna görə taxtanı görməmiş, mətbəx bıçağını gödəkçəsinin cibindən çıxarıb bıçaqla Zərərçəkmiş şəxs1 qorxutmaq istəyərkən, sonuncuya bir dəfə vurub cüzi xəsarət yetirmişdir. ...Onların aralarında qarşılıqlı dava yaranmış, artıq o da, Ceyhun da, Rauf da Zərərçəkmiş şəxs2 və digərlərini başa salmaq istəmişlər ki, Zərərçəkmiş şəxs2 və digərləri onların yaşadıqları küçəyə gəlib hegemonluq edə, onları sındıra bilməzlər. Onlar istəmişdir ki, Zərərçəkmiş şəxs2 və digərlərini döyərək, küçələrində yaşayan qonşulara, həm də ailə üzvlərinə sübut etsinlər ki, Zərərçəkmiş şəxs2 və digərləri onlara heç bir şey edə bilməz və onlardan daha zəifdirlər. O, əlində olan döşəmə silən taxta ilə, qardaşı Ceyhun əlində olan dəmir dəyənəklə, Təqsirləndirilən şəxs1 isə əlləri ilə davaya girişmiş, əsasən davada iştirak edən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarətlər yetirməsələr də, yüngül zərbələrlə vurmuşlar. Dava zamanı qəfil Xəyal onun başından əlində olan dəmir dəyənəklə vurmuş, o yerə yıxılmış, lakin, bir qədərdən sonra özünə gəlib qalxmışdır. Xəyalın onu zərbə ilə vurmasına görə əlində olan döşəmə silən taxta da əlindən yerə düşmüşdür. Buna görə də o, gödəkçəsinin içəri tərəfdən döş cibinə qoyduğu mətbəx bıçağını cibindən çıxartmışdır ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və digər şəxsləri qorxutsun. Bu zaman da üzərinə Zərərçəkmiş şəxs1 gəlməyə başlamış, o, Zərərçəkmiş şəxs1lə qarşı-qarşıya gəldikdə əlində olan mətbəx bıçağını İlkinə tərəf atıb geri çəkmişdir. Niyyəti İlkini qorxutmaq olmuşdur. Lakin, İlkin geri çəkilmək istəməmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 qarın nahiyyəsindən bir dəfə bıçaqla yavaş tərzdə vurmuşdur.Zərərçəkmiş şəxs2 əlində olan dəmir dəyənəyi Şahid2 vurmuşdur. Təqsirləndirilən şəxs1 anası Şahid2 yerə yıxılmışdır. Şahid2 yerə yıxıldıqda Təqsirləndirilən şəxs1 anasına tərəf geri çəkilmiş, Rauf bundan sonra bərk əsəbləşmiş, Xəyala qarşı söyüş söyüb nalayiq ifadə işlədərək cibindən bıçağını çıxarmış, Xəyala tərəf getdikdə, Zərərçəkmiş şəxs1, Xəyal və Raufun arasına girdiyi üçün Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sinə tərəfdən altdan yuxarı bır dəfə bıçaqla vurmuş, bundan sonra Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və digərləri geri çəkilməyə başlamışlar. Ceyhun və Rauf, İlkin və Xəyalın arxasınca hərəkət etmiş, küçədə olan yolun içərisinə doğru getmişlər. X42 dəmir dəyənəklə bir dəfə başından güclü zərbə ilə vurmuş, Xəyal aldığı zərbədən yerə yıxılmışdır. Xəyalın yerə yıxıldığını görən Təqsirləndirilən şəxs1 da tez Xəyalın üstünə cumub sonuncunu bıçaqladıqda, Təqsirləndirilən şəxs1 anası Şahid2 Raufu dartışdırıb ayağa qaldırmış, Xəyaldan aralamışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, imza onun imzasıdır. Protokolları təsdiq edir. O, bıçağı yavaşca Zərərçəkmiş şəxs1 tərəf yönləndirmişdir. Amma xəsarət alıb-almadığını bilmir. O, özünü müdafiə etmək üçün bıçaqdan istifadə etmişdir. Bıçağın kiməsə xəsarət yetirib-yetirmədiyini bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımır. 2 il əvvəl Zərərçəkmiş şəxs1 bacısı Şahid7 ilə ailə həyatı qurduğundan Zərərçəkmiş şəxs1 tanıyır, həmin vaxtdan da Zərərçəkmiş şəxs1 ilə aralarında dostluq münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs2 2022-ci ilin dekabr ayında qohumu vasitəsilə, Şahid5 isə 11 fevral 2023-cü il tarixdə baş vermiş hadisədən təxminən 10-15 gün əvvəl Zərərçəkmiş şəxs2 görə tanımışdır. 10 fevral 2023-cü il tarixdə o, İlkin və digər dostları həyətdə oturan zaman Xəyal ona zəng edib onları restoranda yeyib-içməyə çağırmışdır. O, dostlarıyla biryerdə “NZS” restoranına Xəyalın yanına getmiş, onlar orda yeyib-içmişlər. O, içki içdiyindən sərxoş vəziyyətdə imiş. Dostları getdikdən sonra Xəyalla o gəzişmək qərarına gəlmişlər. Beləliklə, 10 fevral 2023-cü il tarixdə saat təxminən gecə 12 radələrində Xəyalla o gəzişərək təsadüfən Nizami rayonu, Keşlə qəsəbəsinin Kəndçi küçəsinə sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxsin evinin yanına gəlib çatmışlar. Xəyal orada dayanmışdır. Xəyal demişdir ki, köhnədən tanıdığı tanışı ilə bir qədər işi var, onu gözləsin, sözünü danışacaq və gələcək. O, həmin vaxt həmin ünvanın Təqsirləndirilən şəxs2gilin evi olmasını bilməmişdir. Xəyal getdikdən bir qədər sonra o eşitmişdir ki, Xəyal kimləsə dalaşır. O, qapıya yaxınlaşdıqda görmüşdür ki, Xəyal pəncərədən baxan bir şəxslə sözləşir, pəncərədən baxan şəxs isə Təqsirləndirilən şəxs1dur. Lakin o Xəyalın Təqsirləndirilən şəxs1la nə problemi olduğunu, ora niyə getdiklərini bilmirmiş. O, həmin şəxslərin Xəyala qarşı nalayiq ifadələr işlətdiklərini gördüyü üçün Xəyal tərəfdən mübahisəyə qoşulub Təqsirləndirilən şəxs1la danışmışdır. Raufa çölə çıxmasını demişdir. Təqsirləndirilən şəxs1 içəridən çıxdıqdan sonra adının Təqsirləndirilən şəxs2 olduğunu sonradan bildiyi şəxs də evdən çıxmışdır. Rauf və Xəyal dalaşmağa başlamış, o onları aralamaq istədikdə Ceyhunun ona yaxınlaşması pisinə gəlmiş, həm Ceyhunun, həm də Raufun hər ikisinin ünvanına qarşı nalayiq ifadələr işlətmişdir. Ceyhun bir qədər geri çəkilib onun burnundan güclə zərbə ilə vurmuş və onun burnundan qan açılmışdır. Həmin vaxt Raufla Ceyhunun mübahisəsinə yaxşı fikir verə bilməsə də, Raufun bıçağını çıxarıb Xəyalı vurmasını və Xəyalın əlinin kəsildiyini görmüşdür. O, Xəyalla birlikdə avtomobilə tərəf gedib avtomobilə oturmuşdur. Birinci dava 10-15 dəqiqə çəkmişdir. Xəyal ona Ceyhungilin evinə getmək barədə nəsə deməmişdir. O, Xəyalla birlikdə maşınla gəzişərək ora getmişdir. O, dava baş verənə qədər Raufla Xəyalın mübahisəsini bilməmişdir. Onlar Xəyalla biryerdə maşında bir qədər fırlandıqdan sonra Xəyal dostlarına zəng edərək qisas almaq istədiyini bildirib dostlarını davaya çağırmışdır. Beləliklə, o, Emil, İlkin, Xəyal və adını bilmədiyi digər şəxs Nizami rayonu, Keşlə qəsəbəsinin Kəndçi küçəsinə, hadisənin baş verdiyi yerə getmişlər. 1 saat sonra ikinci dəfə hadisə yerinə getmişlər. Xəyalın dostlarından biri davadan qorxduğu üçün yerindəcə qaçmışdır. Onlar avtomobildən düşmüş və evə tərəf getmişlər. Təqsirləndirilən şəxs2, adının sonradan Təqsirləndirilən şəxs3 olduğunu bildiyi şəxs və Təqsirləndirilən şəxs1 evdən çıxmışdır. Təqsirləndirilən şəxs3 yerə yıxılmışdır. O, yaralı olduğundan və burnu ağrıdığı üçün davada çox iştirak edə bilməmişdr. Dava zamanı Xəyal əlində olan dəmir dəyənəklə evdən çıxan Təqsirləndirilən şəxs3 başından vurmuş, dava zamanı Xəyal əlində olan dəmir dəyənəklə Təqsirləndirilən şəxs1 vurmaq istədikdə, Raufun anası Şahid2 qarşıya çıxmış və Xəyal dəyənəklə Raufun anası Qızqayıta vurmuşdur. Təqsirləndirilən şəxs1 ailəsindən kimsə DİN-nin 102 xidmətinə zəng etdiyindən onlar qaçmaq istəmiş, lakin bu zaman Təqsirləndirilən şəxs1 bıçağı çıxarıb qabağa gəlmiş və İlkinə bir dəfə zərbə ilə vurmuş, Xəyal Raufu dəyənəklə vurmuşdur. O, Təqsirləndirilən şəxs1 əlində bıçaq görmüş, lakin hava qaranlıq imiş və o içkili olduğundan hər şeyi dəqiqliklə görə bilməmişdir. Rəhmətə gedən şəxslər İlkin və Xəyalı hadisə yerindən o çıxarmışdır. Emil də yanında biraz dursa da sonradan qaçmışdır. O, təqsirləndirilən şəxslərdən şikayətçi deyil, barışmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, 10-15 gün müalicə almışdır. Polis əməkdaşları yanlarından keçəndə o polisə əl edərək saxlamış, İlkin isə yerdə uzanmışdır. O, Xəyalı Araza görə tanımışdır. İkinci dəfə hadisə yerində Xəyalla birlikdə pəncərənin şüşələrini sındırmışlar. O, ikinci dəfə xəsarət almamışdır. O, Raufu tanımırmış. Lakin ilk davada burnu sındırıldığından və Xəyalın davası düşdüyündən Xəyalla əvəz çıxmaq üçün ikinci dəfə hadisə yerinə getmişlər. O, pəncərələri sındırdığı evin kimə məxsus olduğunu bilmirmiş. Xəyalı kimin vurduğu dəqiq yadında deyil. İkinci dəfə hadisə yerinə gedəndə onun əlində heç bir alət yox imiş. İkinci dəfə hadisə yerinə gedəndə Xəyalın əlində dəyənək var imiş. Onlar qaçarkən həmin vaxt bıçaqlanma olmuşdur. O, “uzaqbaşı 7 il cəza alacağıq” ifadəsi işlətməmiş, belə bir mesaj yazmamışdır. Ramili tanımır. O, sadəcə Xəyalın dəyənəklə bir qadını vurduğunu görmüş, Ramili kimin vurduğunu görməmişdir. İkinci dəfə hadisə yerinə 5 nəfər getmişlər, 8-9 nəfər olmamışlar. Emil Xəyalın dostudur. Emili Xəyal davaya çağırmışdır. Ramin onu vurmamış, o sadəcə Ceyhunla dalaşmışdır. Onlar birinci dəfə gedəndə evin içində qadın var imiş, lakin kimin qohumu olduğunu bilmirmiş. Birinci dəfə qayıtma səbəbləri onun burnunun qanaması, Xəyalın əlinin kəsilməsi imiş. İkinci dəfə qayıtma səbəbləri polis çağırılması imiş. İkinci dəfə Emil, adını bilmədiyi şəxs və İlkini Xəyal dava üçün çağırmışdır. Sonra Xəyalla o Əhmədli rayonuna Emili götürməyə getmişlər, digər iki nəfəri də Xəyalın maşını ilə götürməyə getmişlər. Birinci dəfə davadan qayıdanda Ruafla Ceyhuna yenə qayıdacaqlarını deməmişlər. İkinci dəfə davaya getmələrinə Xəyalla o qərar vermişdir. Emil, İlkin və adını bilmədiyi şəxs də içkili imiş. İkinci dəfə həyətdə əlavə bir qadın da var imiş, kim olduğunu bilmirmiş, təqsirləndirilənlərdən birinin anası imiş. O, həmin qadından səs-küyə görə pəncərəni sındırdıqlarına görə üzr istəmişdir. Həmin qadınlar davadan sonra İlkini maşına daşımağa kömək etmişlər. Emil də köməyə gəlmişdir. Lakin polis əməkdaşları yanlarından keçəndə o maşını saxlayıb yaralı olduğunu demiş, Emil həmin an qaçmışdır. Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 4-cü cild 82-90-cı vərəqələrində olan ifadəsində Zərərçəkmiş şəxs3 aşağıdakıları göstərmişdir: «...Ceyhun ona işlətdiyi nalayiq ifadələrə görə söyüş söyüb irad bildirdikdə, bu zaman Ceyhuna yumruqla sifətindən zərbə ilə vurmuşdur. Ceyhun isə bir qədər geri çəkilib onun burnundan güclə zərbə ilə vurmuş və onun burnundan qan açılmışdır. ...Yolda gedərkən onun burnundan qan axmışdır. Paltarları da bulaşmışdır. Xəyal bunun qisasını Rauf və digərlərindən alacağını bildirmişdir. Belə ki, həm onun davada əsassız yerə vurulmağı, həm də Raufun Xəyala bıçaq atması Xəyalı əsəbləşdirmişdir. O, özü də vurulmasına görə sakitləşə bilməmişdir. Qisas almaq istəmişdir. ...İlkin avtomobilə oturduqda əvvəlcədən Yaşara saxlamaq üçün aparıb verdiyi dəmir dəyənəyi də özü ilə götürmüşdür. Belə ki, İlkin avtomobildə bildirmişdir ki, ehtiyyat üçün özünə məxsus olan və Yaşara saxlamaq üçün verdiyi dəmir dəyənəyi Yaşardan götürmüşdür. ...Dava zamanı Xəyal əlində olan dəmir dəyənəklə evdən çıxan Təqsirləndirilən şəxs3 başından vurmuş, sonuncu yerə yıxılmış, Təqsirləndirilən şəxs3 əlində olan döşəmə silən taxtanın ağacı da yerə düşmüşdür. O, yaralı olduğundan və burnu ağrıdığı üçün davada çox iştirak edə bilməmiş, lakin dava zamanı həm Təqsirləndirilən şəxs1, həm də İsayevlərin ünvanına nalayiq ifadələr işlətmişdir. …» Proses iştirakçıalrının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, imza onun imzasıdır. O məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, onun oğlu Zərərçəkmiş şəxs1 çox ağıllı, tərbiyəli və saf uşaq imiş. Onun övladı Zərərçəkmiş şəxs1 2020-ci ilin noyabr ayında X21 işə düzəlmişdir. Zərərçəkmiş şəxs1 Xətai rayon polis idarəsinin Post Patrul Xidmətində serjant rütbəsində işləmişdir. Şahid7 oğlu Zərərçəkmiş şəxs1 vəzifəsi ilə hədələyib oğlu Zərərçəkmiş şəxs1lə ailə qurmaq istəyirmiş. Şahid7 və ailəsi onların ailəsinə uyğun deyilmiş. O, oğlu Zərərçəkmiş şəxs1 Şahid7 ilə evlənməyinə razılıq verməmişdir. Lakin, buna baxmayaraq, Zərərçəkmiş şəxs1 Şahid7 ilə evlənməkdə israrlı olduğundan razılaşmışdır. Beləliklə, Zərərçəkmiş şəxs1 və Şahid7 arasında hadisədən təxminən ilyarım bundan əvvəl nişan olmuşdur. Həmin vaxtlarda Zərərçəkmiş şəxs1 DİN-nin Polis Akademiyasında təhsil alırmış. Zərərçəkmiş şəxs1lə nikah bağladıqdan sonra Şahid7 və Zərərçəkmiş şəxs1 ondan ayrılıqda, kirayədə yaşamışlar. Şahid7 və Zərərçəkmiş şəxs1 evlənmələrinə narazı olduğu üçün Şahid7 da ailəsi ilə aralarında söz-söhbət yaranmışdır. Zərərçəkmiş şəxs1 onun sözünə baxmadan Şahid7 ilə ailə qurmasına görə oğlu İlkinlə də ilk əvvəllər münasibətləri pozulmuşdur. O, Şahid7 onun qardaşı Zərərçəkmiş şəxs3 bir müddət həbs olunduğundan oğlunu Zərərçəkmiş şəxs3 uzaq tutmasını xahiş etmişdir. O, düşünür ki, İlkini də 11 fevral 2023-cü il tarixdə baş vermiş hadisəyə aparan şəxs məhz Orxan olmuşdur. Zərərçəkmiş şəxs3 barəsində narkotiklə cinayət işi vardır. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 və digərlərini tanımırmış, mübahisənin nədən düşdüyünü bilmirmiş. Oğlu Zərərçəkmiş şəxs3 hadisə yerindən gətirmək üçün getmişdir. Bundan əlavə Röyal adlı şəxsə oğlu Zərərçəkmiş şəxs1 maşınını satmış, lakin Röyal adlı şəxs pulu verməyi gecikdirirmiş. Röyal adlı şəxslə Zərərçəkmiş şəxs1 maşın üstündə mübahisəsi olmuş, oğlu Zərərçəkmiş şəxs1 Röyal adlı şəxsdən maşını geri istəmişdir. Oğlu Zərərçəkmiş şəxs1 həyat yoldaşı və o dözməyini, təmkinli olmağını və səbr etməyini demişlər. Bu zaman oğlu Zərərçəkmiş şəxs1 Röyal adlı şəxsin ona söyüş söydüyünü, Röyal adlı şəxsin cavabını qaytaracağını demişdir. O, oğlu Zərərçəkmiş şəxs1 belə hərəkət etməməsini və ayıb olduğunu demişdir. Oğlu Zərərçəkmiş şəxs1 bu məsələni özü həll edəcəyini, narahat olmamağını demişdir. Sonradan Zərərçəkmiş şəxs3 digər tərəfdən oğlu Zərərçəkmiş şəxs1 Röyal adlı şəxsin necə belə bir şey dediyini deyərək qızışdırdığını öyrənmişlər. Hadisə baş verməmişdən 2 gün öncə oğlu Zərərçəkmiş şəxs1 Röyal adlı şəxslə görüşmüşlər. Oğlu Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la orada tanış olmuşdur. Zərərçəkmiş şəxs2la oğlu Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 tanış etmişdir. Zərərçəkmiş şəxs2 oğlu Zərərçəkmiş şəxs1lə Röyal adlı şəxsin mübahisəsini həll edib onları barışdırmışdır. Hadisə baş verməmişdən 2 gün əvvəl oğlu Zərərçəkmiş şəxs1 onlarda imiş. Oğlu Zərərçəkmiş şəxs1 Şahid7 ayrılmaq, işinə geri dönmək istəyirmiş. Onlar oğlu Zərərçəkmiş şəxs1 işinə geri dönməsi üçün Nazirliyə müraciət etmişlər. Oğlu Zərərçəkmiş şəxs1 öldürüldükdən bir gün sonra Nazirlikdən müraciətin qəbul olunduğu cavabı gəlmişdir. Hadisə baş verməmişdən 1 gün əvvəl Şahid7 oğlu Zərərçəkmiş şəxs1 zəng edərək övladının əli kəsildiyini demiş, lakin Şahid7 psixoloji problemləri olduğundan bu belə deyilmiş, Şahid7 oğlu Zərərçəkmiş şəxs1 aldatmışdır. Oğlu Zərərçəkmiş şəxs1 tez övladının yanına getdiyindən köynəyini də evdə unutmuşdur. O, gecə zəng vurub oğlu Zərərçəkmiş şəxs1 harada olduğunu soruşduqda dostları ilə olduğunu, birazdan gələcəyini demişdir. Biraz keçdikdən sonra oğlu Zərərçəkmiş şəxs1 evə gəlməyəcəyini de demiş, o əsəbləşib oğlu Zərərçəkmiş şəxs1 acılamışdır. Səhəri gün saat 12-ə işləmiş o işə gedəndə qızı ona zəng vurub oğlu Zərərçəkmiş şəxs1 zəng çatmadığını demişdir. Oğlu Zərərçəkmiş şəxs1 Şahid7 ilə tez-tez mübahisə edirmiş və mübahisə edəndə dostları ilə qalırmış. O, yenə oğlu Zərərçəkmiş şəxs1 dostları ilə qaldığını düşünüb qızına sakit olmasını demişdir. O, işə çatdıqda qızı bir daha zəng vurub gəlini Şahid7 da oğlu Zərərçəkmiş şəxs1 axtardığını, axşamdan oğlu Zərərçəkmiş şəxs1 zəng çatmadığını demişdir. Hadisə olan günü saat 04:00 radələrində gəlini Şahid7 yoldaşına zəng edib oğlu Zərərçəkmiş şəxs1 Röyal adlı şəxsin nömrəsini istədiyini demişdir. O, oğlu Zərərçəkmiş şəxs1 axtarıb gəlini Şahid7 harada olduğunu soruşmaq istədikdə gəlini Şahid7 zənglərinə cavab verməmişdir. Şahid7 dayısının yoldaşına zəng edib soruşduqda dayısının yoldaşı oğlu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 hara getdiyini bilmədiyini demişdir. Zərərçəkmiş şəxs3 oğlu Zərərçəkmiş şəxs1lə birlikdə getməsindən xəbəri olmadığını demişdir. Halbuki hər biri oğlu Zərərçəkmiş şəxs1 harada olduğunu bilirmiş. Hətta oğlu Zərərçəkmiş şəxs1 hadisə zamanı yazdığı mesajlarda durur. O, İlkinin telefonuna baxdıqda görmüşdür ki, İlkin dava zamanı “Whatsapp” sosial şəbəkəsində arvadına mesaj yazaraq bildirmişdir ki, Xəyagilin davası onun da başını ağrıdacaq, əgər bir hadisə olsa, onu da 7 il cəza gözləyə bilər. Hətta İlkin arvadına davaya getdiyi yerin məkan paylaşımını göndərsə də sonradan Nərmin öz yazdığı mesajları silmiş, yalnız İlkinin yazdığı mesajlar qalmışdır. Prokurorluqda əməkdaşlar ona həmin yazışmaları geri qaytarmağın mümkün olmadığnı bildirmişlər. Ona oğlu Zərərçəkmiş şəxs1 öldürülməsinə baxmayaraq heç bir polis əməkdaşı zəng etməmişdir. O, özü saat 15:00 radələrində oğlu Zərərçəkmiş şəxs1 axtara-axtara Su Tikinti morqundan tapmışdır. O, düşünür ki, tək günahkar Rauf deyil, Ceyhun da günahkardır. Çox nəfər olduğuna baxmayaraq məhz onun oğlu da öldürülmüşdür. Ceyhunun ədavəti olduğu üçün onun oğlunu öldürmüşdür. O, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ən ağır cəzanın verilməsini istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, rəhmətlik Xəyalın anasıdır. Hadisə günü, yəni 10 fevral 2023cü il tarixində oğlunu səhər saat 21:00 radələrində görmüşdür. Xəyal işləri olduğunu və qızını onun məktəbdən gətirməyini istəmişdir. O, görmüşdür ki, Xəyal harasa getmək üçün hazırlaşır. O, maşının qapı və pəncərəsini niyə açıq qoyduğunu soruşduqda Xəyal bildirmişdir ki, maşında dostu Emil var. Hətta Xəyal gedərkən masanın üzərindəki spirtli içki olan pivəni götürmək istəmiş, ona da demişdir ki, maşın sürməyə gedir. Xəyal avtoxuliqan imiş və yenə də bu məqsədlə evdən çıxmışdır. Axşam saat 22:00-22:30 radələrindən sonra o yatdığından Xəyal barədə məlumatı olmamışdır. O, oğlunun öldürüldüyünü mediadan öyrənmişdir. Təqsirləndirilən şəxslərin valideynləri onların evinə heç gəlməmişlər. O, oğlunun yas mərasimindən sonra Xəyalla birgə öldürülən İlkinin anası Mehriban xanımı axtarmağa başlamışdır. Mehriban xanımla o təqsirləndirilən şəxslərin evinə getmişdir. Təqsirləndirilən şəxs1 anası Qızqayıt adlı qadınla danışmışlar. Təqsirləndirilən şəxs1 anası Qızqayıt ona demişdir ki, oğlu Xəyal söyüş söyməmiş, dava etməmişdir. Hətta Qızqayıt demişdir ki, Orxan adlı oğlan evlərinə gələrək söyüş söymüş, Xəyal isə həmin söyüşlərə görə xanımlardan üzr istəmiş, Xəyal əlini qabağa verən zaman da Təqsirləndirilən şəxs1 əlindəki bıçaq Xəyalın əlinə dəyib, əli yaralanmış, Orxanın isə burnu sınmışdır. Xəyalın mobil telefonu 20 gün onda qaldıqdan sonra o mobil telefonu istintaq orqanına təhvil vermişdir. O, mobil telefona baxdıqda səs yazılarını dinləmişdir. Həmin səs yazılarına əsasən deyə bilər ki, Xəyal Eminə zəng edərək onu avtoxuliqanlıq etməyə çağırmışdır. Xəyal Orxana videogörüntülü zəng edərək harda olduğunu soruşmuş, Orxan isə yeyib-içdiklərini demişdir. Xəyal da Orxana həmin yerə yeyib-içməyə gələcəyini demişdir. Yeyib-içdikdən sonra da maşın sürmüşlər. Xəyal hadisədən bir həftə əvvəl Ceyhuna demişdir ki, evində kirayə qalan Rauf narkomandır, onu kirayəçi olaraq evində saxlamasın. Hətta Təqsirləndirilən şəxs2 anası demişdir ki, oğlu Ramin də Təqsirləndirilən şəxs1 kirayə evdən çıxarmaq istəmiş amma Təqsirləndirilən şəxs2 imkan verməmişdir. X46 İsayevgilin məhləsinə narkotik vasitə almağa getmişdir. X48 İsayevin evinə qisas üçün getmək istəyirmişsə 8 ay müddətində gedərmiş, niyə kefinin kök vaxtında Xəyal dava üçün onların evinə getmək istəsin. Xəyalla Orxanın onların evinə birinci gedişində Ceyunla Orxan dalaşmışlar, Ceyhun Orxanı vurmuşdur. Xəyal görmüşdür ki, arxadan da Təqsirləndirilən şəxs1 evdən çıxmışdır. Xəyalla Orxan həmin yerdən getdikdən sonra Orxan qisas almaq üçün həmin evə təkrar qayıtmaq istəmişdir. Xəyalla Orxanın dostları da şahiddir ki, Xəyal Orxana sabah gedib Ceyhunu qapıdan götürüb onu vurduğuna görə hesablaşmaqlarını demişdir. Amma Orxan razılaşmayıb, qanının yerdə qalmayacağını demişdir. İkinci dava üçün gedəndə Xəyalla Orxanın dostları da onlarla həmin evə getmişlər. Yolda Orxan maşını saxlayıb marketdən bıçaq da almışdır. Xəyal Orxana bildirmişdir ki, dava namus üstündə deyil ki özü ilə bıçaq aparır, əl ilə döyüşübsə əl ilə də kişi kimi dalaşmalıdır. Onların yanında gələnlərdən biri elə ora çatanda qaçıb getmişdir. Xəyal ikinci dəfə də evə gedəndə söyüş söyməmişdir. İlkini isə Ramil vurmuşdur. Xəyal İlkini çəkəndə Xəyalın başından vurmuşlar. Xəyal zərbədən yıxılıb arxası üstünə çevriləndə Təqsirləndirilən şəxs1 onu kürəyindən 6-7 dəfə bıçaqlamışdır. Xəyal polis əməkdaşları gələrkən telefonun Emilə vermiş, ona getməyini demişdir. Təqsirləndirilən şəxsləri bağışlamır, onlara ən ciddi cəza, yəni ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş şəxsin hüquqi varisi Gülayə İsayeva bildirmişdir ki, o, Xəyalın maşınında Emili görmüşdür. Hadisə günü oğluyla bircə dəfə əlaqə saxlamışdır. Xəyalın öz telefonunda səs yazıları və videoları var. O, Xəyalın yas mərasimində Emini görməmişdir. Yas mərasimi bitdikdən sonra Emin Xəyalın telefonunu gətirib ona vermişdir. Hadisədən əvvəl restoranda yeyib-içərkən Xəyalın yanında Nadir adlı polis əməkdaşı, Orxan, Emin, Yaşar olmuşdur. Dava zamanı da onlar iştirak etmişdir. Nadirdən Xəyalın telefonuna zəng gəlmişdir. Orxan məhkəmədə də bildirmişdir ki, o məhləyə dava üçün getməmişdir. Xəyal maşın sürdüyü üçün Orxan ilə həmin məhləyə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yaşayır. Evin həyətinin içərisinə açılan iki qapısı var və həmin qapıların birindən oğlu Ceyhunun ailəsi və o, digərində isə oğlu Ramin və ailəsi istifadə edir. Lakin ev bir damın altındadır. Həyətdəki birmərtəbəli boş evdə kirayəçi Təqsirləndirilən şəxs1 ilə anası yaşayır. Ceyhun və Raminin evlərinin pəncərələri bayıra doğru açılır. Hər birinin qapıları həyətin içinə açılır. 10 fevral 2023-cü il tarixdə axşam saat 23:00-dan sonra imiş və onlar evdə yatmışlar. Həyətdən səs-küy gəlməyə başlamışdır. Ceyhunun yoldaşı Ceyhunu oyatsa da Ceyhun səs-küyə oyanmamış, Ramini çağırmaq üçün çölə çıxarkən Təqsirləndirilən şəxs1 həyətdə olduğunu görmüşdür. Ceyhunun yoldaşı Raufa bildirmişdir ki, pəncərədən çöldə dayanan kimsə söyüşlər söyür, pəncərədən baxsın. O da Raufun arxasınca pəncərəyə çıxmış və adlarını sonradan bildiyi Orxanla Xəyalın orda dayandıqlarını və nalayiq sözlər dediklərini eşitmişdir. O, Orxanla Xəyala xəbərdarlıq etmişdir ki, ətrafdakı qonşuları narahat etməsinlər. Orxan bildirmişdir ki, bağışlayın Xəyal sərxoşdur, o Xəyalı indi maşına qoyub aparacaq. Orxanla Xəyal ağ maşına minib maşını arxa-arxaya verəndə oğlu Ceyhun səs-küyə bayıra çıxmışdır. O, hadisə zamanı axşam saat 23:00-23:30 radələrində DİN-nin 102 xəttinə zəng etmişdir. Ceyhun bayıra çıxmış, arxasınca da Rauf çölə çıxmışdır. Onlar arasında söyüşlü ifadələr olmuşdur. O, onları ayırmağa çalışmışdır. Xəyalın əli bıçaqla kəsildiyindən onun əlini bağlayıb yola salmışdır. Dava bitəndən sonra Ramin yuxudan oyanmış və onlar hadisə barəsində ona danışmışlar. Sonra ona DİN-nin 102 xidmətindən zəng edilərək polis gələcəyi deyilmiş amma o polisə ehtiyac olmadığını, adi mübahisə olduğunu bildirmişdir. Onlar bilmirmiş ki, Xəyalla Orxan təkrar gələcək. Davadan sonra Ramin və Ceyhun öz evlərində olmuşdur. İkinci dava isə 12 fevral 2023-cü il tarixdə axşam saat 01:59 radələrində olmuşdur. İkinci dava zamanı evlərinin pəncərələrinin şüşələri qırıq-qırıq olmuşdur. O, ikinci dəfə 8 nəfər əlində dubinkalı oğlan görmüşdür. Onlar dubinkanı elə silkələyirmişlər ki, qabağa keçmək mümkün deyilmiş. O, qabağa keçmək istəyəndə həmin təkandan yerə yıxılmışdır. Qızqayıt isə qapını tutub oğlanların içəri girməyinə mane olurmuş. Hətta Qızqayıt həmin 8 nəfər oğlana deyirmiş ki, onu söysünlər amma təki çıxıb getsinlər. Lakin oğlanlardan kimsə dubinka ilə Qızqayıtı vurmuş, Qızqayıt yerə yıxılan kimi 8 nəfər evə hücum etmişlər. O, tez DİN-nin 102 xidmətinə zəng etmişdir. Bu səbəbdən o kimin vurduğunu və kimin vurulduğunu görməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, hadisədən neçə gün sonra istintaq zamanı ifadə verdiyini xatırlamır. O, birinci davada Xəyalın əlinin necə kəsildiyini göməmiş, amma Rauf demişdir ki, onun əlindəki bıçaq ilə Xəyalın əli kəsilmişdir. Xəyal onlarla nalayiq ifadələr ilə danışmamışdır. Birinci davada Ramin olmamışdır. Xəyalın kiminsə başından vurmağını görməmişdir. Xəyalın bıçaqlanmasını görməmişdir. İlkinin vurulmağını görməmişdir. Dilavər kirayəçisi Raufun bacısı yoldaşıdır. O səs-küyə qapıya çıxıb və dalaşanları ayırmışdır. O, bıçaqları xlorla təmizləməmişdir. Birinci dəfə gələndə Orxanla Xəyal sərxoş imiş. Birinci dəfə gələndə Xəyalla Orxan əliboş gəlmişdir. Dava sakitçiliklə qurtarmışdır. Orxanla Xəyal ikinci dəfə qayıdacaqlarını deməmişlər. Onu kimin vurduğunu görməmişdir. Ramin heç kimə xəsarət yetirməmiş, söyüş söyməmiş, Ramin sadəcə dalaşanları ayırmağa çalışmışdır. İkinci dəfə 8 nəfərin əlində nə olduğunu dəqiq görməmişdir. Şahid3 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 54-58-ci vərəqələrində olan ifadəsində Şahid3 aşağıdakıları göstərmişdir: «...Saat 01 radələrində qəfil evlərinin pəncərələrinin qırılması səslərini eşitmişlər. Tez durmuş, bu zaman yaranmış səs-küyə görə Ramin əlində evdən götürdüyü döşəmə silən taxta ilə, Ceyhun isə əlində olan dəmir dəyənəklə, Raufla birlikdə küçəyə çıxmışdır. Onlar çölə çıxdıqda darvazanın qarşısında dəqiq saylarmı bilmədiyi bir neçə nəfərin olmasını görmüşdür. Xəyal və digərləri söyüş və təhqirlər yağdırmışlar. Bu zaman o, qəfil Raminin başına dəmir dəyənəyin Xəyal tərəfindən vurulmasını görmüşdür. Ramin yerə yıxıldıqdan sonra o, Raminə köməklik göstərmişdir. Ramin ayağa qalxıb gödəkçəsinin içəri tərəfində saxladığı bıçağı başı yarıldıqdan sonra çıxarıb bir dəfə İlkinə tərəf atmışdır. İlkinə cüzi xəsarət yetirmiş, həmin zərbə İlkinə elə də təsir etməmişdir. Eyni zamanda Xəyal Raufun anası Qızqayıta tərəf dəmir dəyənəyi endirdikdə, dəyənək Qızqayıta dəymiş, sonuncu yıxılmışdır. Bu zaman da Rauf bıçağını irəli geri hərəkət etdirib Zərərçəkmiş şəxs1 sinəsindən vurmuşdur. Belə ki, dava əsnasında İlkin özünü qabağa verib davada aktiv iştirak etmişdir. Rauf İlkini bıçaqla vurduqdan sonra onlar bir qədər geri çəkilmişlər. Daha sonra Ceyhun da Xəyalın başından əlində olan dəmir dəyənəklə vurmuş, sonradan da Təqsirləndirilən şəxs1 Xəyala tərəf gedib əlində bıçaqla Xəyala nəsə etmişdir. ... Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 zərbə vurduğu və istintaqa təqdim etdiyi bıçağı o, yumuşdur. Əvvəlcə həmin bıçağın Raminin İlkinə xəsarət yetirdiyi bıçaq olmasını bilməmişdir. Bıçağın üzərində olan qan ləkələrinə görə fikirləşmişdir ki, qan Raminin öz qanıdır. Bıçağın ucu qırıq olmuşdur. Ramin ona bıçağı yuduqdan sonra bildirmişdir ki, Ramin həmin bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirmişdir. …» Proses iştirakçıalrının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu oxumadan imzalamışdır. Onun məhkəmədə verdiyi ifadəsi doğrudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşı imiş. Zərərçəkmiş şəxs1 anası Mehriban İbrahimova onu qəbul etmək istəməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 valideynləri Mehriban İbrahimova və Füzuli Rzayevin də ər-arvad münasibətləri olmamışdır. Belə ki, onlar əvvəlcədən rəsmi nikah olmadan evlənmiş, 3-4 il bundan əvvəl isə tamamilə ayrılmışlar. Mehribanın nə onunla, nə də oğlu İlkinlə münasibəti normal olmamışdır. 10 fevral 2023-cü il tarixdə saat 23:00-23:30 radələrində yoldaşı İlkin evə gəlmişdir. Axşam saat 00:00-dan sonra onun yanında yoldaşı İlkinin mobil telefonuna «whatsapp» sosial şəbəkəsindən Xəyaldan zəng gəlmişdir. Xəyalın səsi eşidildiyindən o onun dediklərini aydın eşitmişdir. Xəyal İlkinə demişdir ki, “Kosmos” marketin yanına gəlsin onunla işi var. Amma Xəyal qətiyyən İlkinə onu davaya çağırdığını deməmişdir. İlkin də evdən çıxıb getmişdir. O, hadisə barəsində başqa heçnə bilmir. Yoldaşı İlkin evə gələrkən üzərində xəsarət izləri yox imiş. İlkin biraz spirtli içki qəbul etsə də bu çox da hiss olunmurmuş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 anasıdır. Oğlu Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 ailəsinə məxsus Keşlə qəsəbəsi, Kəndçi küçəsi dalan 1 ev 2 ünvanına köçmüşlər. İsayevlərə məxsus ünvanda aylıq 180 manat məbləğində kirayə pulu ödəmişlər. Oğlu Təqsirləndirilən şəxs1 işləmirmiş, o isə Bakı şəhəri, Nizami rayonu, Xalqlar metrostansiyası yaxınlığında yerləşən “Akvarium” əyləncə mərkəzində xadimə işləyirmiş. 11 fevral 2023-cü il tarixdə axşam saat 23:00 radələrində o həyətdə paltar yuyurmuş, oğlu Təqsirləndirilən şəxs1 da evdə imiş. Bu vaxt arxa qapıdan kiminsə Ceyhunu çağırdığını eşitmişdir. Təqsirləndirilən şəxs2 həyat yoldaşı X28 Hüseynova kiminsə qapıdan Ceyhunu çağırdığını, amma Ceyhunun yatdığını deyib xahiş etmişdir ki, qapıdakı adama oğlu Təqsirləndirilən şəxs1 cavab versin. Oğlu Təqsirləndirilən şəxs1 bayıra çıxmışdır. Bu zaman qapıda dayanan adlarını sonradan bildiyi Xəyal və Orxan adlı oğlanlar nalayiq ifadələr işlətməyə başlamışlar. Xəyal və Orxan adlı oğlanlar onun üzünə qarşı nalayiq sözlər işlətmişlər. Oğlu Təqsirləndirilən şəxs1 Xəyal və Orxan adlı oğlanlara demişdir ki, evdə qadınlar var, nalayiq ifadələri işlətmək lazım deyil. Axırda oğlu Təqsirləndirilən şəxs1 bu sözlərə dözməyib həyətə çıxmışdır. Həyətdə su krantının yanında oğlu Təqsirləndirilən şəxs1la Xəyal və Orxan adlı oğlanlar mübahisə etməyə başlamışlar. O, və Təqsirləndirilən şəxs2 həyat yoldaşı İlahə İsayeva da həyətə çıxıb onları sakitləşdirməyə çalışmışlar. Oğlu Təqsirləndirilən şəxs1 əlindəki balaca bıçaqla Xəyalın qolundan yüngül xəsarət yetirmişdir. İlahə İsayeva evdən əski gətirmiş və Xəyalın qolunu sarımışlar. Onlar davanı sakitləşdirib Xəyal və Orxan adlı oğlanları mehribancasına yola salmışlar. Lakin Xəyal gedərkən demişdir ki, onun qanı yerdə qalmayacaq, onun qanı “Dubay qanıdır”. O, oğlu Təqsirləndirilən şəxs1la Ceyhunu onların evinə aparıb onlara çay vermişdir. Bir müddət sonradan pəncərələrdən səslər eşidilmiş, Xəyal və təxminən 5-6 nəfər oğlan qapıya gəlmişdir. Onların əllərində bitalar var imiş. O, hamıdan qabaq arxa qapıya qaçmış və əliylə qapını saxlamışdır. O, imkan verməmişdir ki, oğlu Təqsirləndirilən şəxs1gil çölə çıxsınlar. Xəyalla gələn oğlanlar çox nalayiq sözlər işlətməyə başlamışlar. Ceyhun və Rauf oğlanlara nalayiq sözlər işlətməməyi desələr də Xəyalla gələn oğlanlar demişlər ki, onlar bura gəlmiş ya öləcəklər, ya da öldürəcəklər. O, var-gücüylə qapını saxlamış amma birdən Xəyal bita ilə qoluna və ayağına vurmuşdur. Bita daha çox ayaq hissəsinə zərbə ilə dəymişdir. O, özündən getmiş və sonrakı hadisələri görməmişdir. Birinci dəfə Zərərçəkmiş şəxs2 Orxan adlı şəxs birlikdə qapıya gəlmişdir. Xəyal və Orxanın hərəkətlərindən sərxoş olduqları bəlli imiş. Xəyal birinci davada gedərkən qayıdacağını, qanının yerdə qalmayacağını demişdir. Xəyal və Orxan birinci dəfə əliboş gəlmişlər, ikinci dəfə isə bita ilə gəlmişlər. Birinci dəfə gələndə Xəyal və Orxan içəri keçməmişlər. İkinci dəfə o 6 nəfərin içəri girməsinə imkan verməmiş, o bita zəbəsindən yerə yıxılana kimi qapını əlləriylə saxlamışdır ki, Xəyalgil içəri giməsin. Məhkəmə iclasında şahdi qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 15-16 ildir ki, Təqsirləndirilən şəxs1 “Elşən” adı ilə tanıyır. Məhkəmədə ona məlum olmuşdur ki, onun adı Elşən deyil, Təqsirləndirilən şəxs1dur. O, taksi sürücüsü kimi işləyir. O, 10 fevral 2023-cü il tarixdə Xəyalla birlikdə onların evinə getmişlər. Çünki 15 gün əvvəl o Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1lə mübahisə etmiş və Xəyala onlarla ünsiyyət qurmamaq lazım olduğunu bildirmişdir. O, Xəyalgildən qayıtdıqdan sonra Xəyalın Orxanla görüşmək istədiyini öyrənmiş, o Xəyala israr etmişdir ki, onu evinə aparsın. Amma Xəyal onunla getməyini təkid etmişdir. O, Xəyalla birlikdə Orxangilin olduğu kafeyə getmişdir. Kafedə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Nadir adlı şəxs var imiş. Onlar səxoş vəziyyətdə imiş. Həmin şəxslərin arasında 1 nəfər mülki geyimdə polis əməkdaşı var imiş. O, başqa bir stolda əyləşmişdir. Xəyalgil isə spirtli içki qəbul edirmişlər. O, təsbeh oynatdığı üçün polis əməkdaşı ona irad tutmuş, o bundan əsəbləşərək polis əməkdaşını vurmaq üçün an gözləyirmiş. Daha sonra o Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Xəyala onu evə ötürmələrini desə də Xəyalgil narkotik vasitə almaq istədiklərini bildirmişlər. O, razı olmamış və evinə getmişdir. Şahid6 zəng dib Xəyalın zənglərə cavab vermədiyini, ona zəng edib Təqsirləndirilən şəxs1 tərəfindən bıçaqlandığını dediyini bildirmişdir. Hətta Ramin demişdir ki, Xəyal ona tapşırmışdır ki, davada silah kimi istifadə etmək üçün dəmir, bıçaq götürsün. Ramin ona bildirmişdir ki, Xəyalı tək qoymamalıdırlar. Beləliklə, o Raminlə razılaşıb Xəyala zəng edərək, Raminin hər şeyi danışdığını, gəlib onu da götürməyini demişdir. O, avtomobilə oturduqda, avtomobildə Xəyal, Orxan və İlkin var imiş. Avtomobilə oturduqda Zərərçəkmiş şəxs3 burnundan qan axdığını və əzildiyini, Xəyalın isə əlindən qan gəldiyini görmüşdür. Xəyal və Orxan əsəbi imiş. Xəyal birbaşa avtomobili Keşlə qəsəbəsinə sürmüşdür. Onlar maşından düşmüş, Xəyal əlində olan dəmir dəyənəklə Təqsirləndirilən şəxs1 və Ceyhunun yaşadıqları ünvan istiqamətində getmişdir. Evin qapısından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərində bıçaq və dəyənəklə çıxmışlar. Orda bir qadın münaqişənin olmaması üçün hər şeyi edirmiş. Hamı qaçıb gedəndə o hələ də ordaymış. Xəyal pəncərələri qırarkən onu saxlamış, söhbəti sabah etməsini bildirmişdir. O, Xəyagili ordan apramağa çalışsa da onlar içkili imiş və ona qulaq asmırmışlar. Şahid6 isə kənardan durub sadəcə izləyirmiş. Şahid6 olmasaymış bu hadisə olmayacaqmış. Təqsirləndirilən şəxs1 İlkinin qarın hissəsindən 3 dəfə bıçaqlamışdır. İlkin onun əlində can vermişdir. Xəyalın isə necə öldürüldüyünü bilmir. Xəyal bitanı kiməsə vuranda bita əlindən sürüşmüş, zərbə isə qadına dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, onun 18 yaşı var. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 onun qohumlarıdır. Orxan onun bibisioğlu, İlkin isə onların yeznəsidir. 10 fevral 2023-cü il tarixdə o Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3lə birlikdə “Kosmos” market yaxınlığındakı kafedə otumuşlar. Biraz sonra Xəyal Orxana zəng etmiş və Xəyalla Emin də kafeyə gəlmişlər. Xəyalla Emin gəldikdən biraz sonra maşına minib getmişlər. İlkin isə onu evə ötürüb harasa getmişdir. 40-45 dəqiqə keçəndən sonra İlkin ona zəng eləmişdir ki, polis işləyən vaxtı onda olan dəmir dəyənəyi ona versin. İlkin kirayə evdə qaldığından dəmir dəyənəyi onların evinə qoymuşdur. O, həyətə düşüb maşından dəmir dəyənəyi verəndə görmüşdür ki, Orxanla Xəyal da maşındadılar. Xəyalın əli bıçaqlanmış, Orxan isə burnundan vurulmuşdur. O, öyrənmişdir ki, onlar yenidən davaya gedirlər, o onlara mane olmaq istəsə də onlar ona evə getməyini deyib çıxıb getmişlər. Sonra gecə babasına zəng gəlmişdir ki, Orxan həbs olunmuşdur. Sonra Mehriban xanım onlara xəbər vermişdir ki, Zərərçəkmiş şəxs1 vəfat etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid9 bildirmişdir ki, 09 fevral 2023-cü il tarixdə İlkinin pul haqq-hesabı var imiş, o Orxanı və Xəyalı da götürmüş, maşın haqq hesabına görə rayona aparmışdır. 8 aydır ki, onun telefonu Polis Bölməsindədir. İlkin ona səs atıb, zəng vurmuşdur. İlkin çox əsəbi imiş. O, İlkindən nə baş verdiyini soruşmuşdur. İlkin demişdir ki, Orxanı vurmuşlar, Xəyalı da əlindən bıçaqlamışlar. İlkin ona davaya nə məqsədlə gedəcəyini deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 uzun müddətdir tanıyır. Belə ki, o Zərərçəkmiş şəxs2 maşın alveri edən zamanlardan köməklik göstərmiş və aralarında normal münasibətlər yaranmışdır. Həmçinin o Təqsirləndirilən şəxs1 da tanıyır. 2023-cü ilin fevral ayının əvvəllərində məlum hadisə baş verməmişdən bir həftə əvvəl o Keşlə qəsəbəsində “Başatka” deyilən futbol meydançasının qarşısından keçərkən həmin vaxt “Ravon” markalı ağ rəngli maşında Xəyal və Orxanı görmüşdür. Həmin yer Təqsirləndirilən şəxs2 evinə 200 metr məsafədə yerləşir. Xəyalla Orxan maşınları ilə onun yanına gəlmişlər. O, uzun müddət imiş ki, Xəyalla görüşmürmüş, o maşına əyləşmiş və onlar bir yerdə oturub çay içmişlər. Xəyal və Orxan ikisi də sərxoş imiş. Söhbət zamanı Xəyal ona cəzaçəkmə müəssəsində Təqsirləndirilən şəxs1la aralarında mübahisə yarandığını və bu mübahisəni həll etmək üçün Raufla görüşmək istədiyini danışmışdır. O, həmin günə qədər Xəyalla Raufun arasındakı mübahisədən xəbərsiz imiş. Xəyal Raufla dalaşmaq niyyətində imiş. O, Xəyalın fikrini yayındırmağa çalışmışdır. Lakin Orxan bu söhbətə qarışmamış və maşında sadəcə musiqi dinləyirmiş. Sonra onlar söhbət edib sağollaşmışalr. 11 fevral 2023-cü il tarixdə o baş vermiş məlum hadisəni eşitmişdir. Hadisənin necə və nə cür baş verməsi barədə isə heç bir məlumatı yoxdur. Xəyal ondan Rauf barədə ətraflı məlumat ala bilməmiş, o, əksinə Xəyalı fikrindən döndərməyə çalışmışdır. O, Xəyalı fikrindən döndərməyə çalışdığından onunla sağollaşarkən düşünməmişdir ki, belə bir hadisə baş verə bilər. Xəyal onun yanında Ceyhuna evində kirayə qalan Raufun narkotik vasitə satışı ilə məşğul olduğu üçün evindən çıxarmağını deməmiş, onun bu barədə məlumatı yoxdur. Onun fikrincə Xəyal Raufun yaşadığı ünvanı bilmirmiş, əgər bilsəymiş ona deyərmiş. Xəyal Ceyhuna həyətlərinə gəlib Raufla söhbət edəcəyini deməmişdir. O, X35 evdən çıxarmağını deməyini xatırlamır, yadında deyil. O, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə edib-etməmələrini bilmir. Şahid8 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 82-86-cı vərəqələrində olan ifadəsində Şahid8 aşağıdakıları göstərmişdir: «...Ceyhun və Rauf da əvvəllər narkotik vasitələrdən istifadə etmişlər. Tutulmamışdan əvvəl elə olmuşdur ki, ayrı-ayrılıqda narkotik vasitələrdən də bir yerdə istifadə etmişlər. Həm Təqsirləndirilən şəxs1, həm də Zərərçəkmiş şəxs2 2017- 2018-ci illərdə bir yerdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişlər. Xəyal saxta pula görə, Rauf isə narkotikə görə məhkum olunmuşdur. Rauf və Xəyal azadlıqda olduqları dövrdən bir-birilərini tanımışlar. Onların da əvvəllər çox yaxşı münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra sonuncudan eşitmişdir ki, cəzaçəkmə müəssisəsində Xəyalla birlikdə cəza çəkərkən Rauf və Xəyal arasında ciddi münaqişə olmuşdur. Hətta, eşitdiyinə görə həmin dövrdə Rauf və Xəyal cəzaçəkmə müəssisəsində dalaşmışlar. Xəyal Raufun bacısına, Rauf isə Xəyalın anasına qarşı nalayiq ifadələr işlətmişdir. Belə ki, Xəyal Raufa cəzaçəkmə müəssisəsində digər məhkumların arasında Raufun bacısının başqa kişilərlə görüşdüyünü bilməsini demiş, bundan sonra aralarında ədavət yaranmışdır. ...2023-cü ilin fevral ayının əvvəllərində məlum hadisə baş verməmişdən bir neçə gün əvvəl o, Təqsirləndirilən şəxs2lə birlikdə Keşlə qəsəbəsində yerləşən Məscid tərəfdə olmuşdur. Xəyalla uzun zaman görüşmədiyi üçün, həmçinin bir ara Xəyalın öldüyünü eşitdiyi üçün Xəyalın avtomobillə gəlib onların yanında dayanmasından çox təəccüblənmişdir. Xəyal pəncərəni açmış, onlara avtomobilə oturmaqlarını təklif etmişdir. O, Ceyhunla Xəyalın gəldiyi “Ravon” markalı ağ rəngli avtomobilə oturmuşdur. Xəyalın yanında qabaq sərnişin oturacağında Orxan adlı şəxs oturmuşdur. O, Orxanı tanımır. Və həmin şəxsi orada ilk və son dəfə görmüşdür. Xəyal onlar oturduqdan sonra Ceyhuna ünvanlı şəkildə söhbətə başlamış, Raufun yaxşı oğlan olmadığını, Raufu evində nahaqdan kirayə saxlamasını Ceyhuna irad kimi bildirmişdir. Xəyal Ceyhuna demişdir ki, Rauf Xəyala lazımdır. ...X36 Xəyala verməsini istəsə də, Raufun Ceyhunun evində qaldığına görə Ceyhun bunu edə bilməyəcəyini bildirmişdir. Xəyal isə X37 verməyəcəyi təqdirdə Raufu evdən gəlib çıxaracağını demişdir. Ceyhun da, o da Xəyala bunun düzgün hərəkət olmadığını bildirmişlər. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid8 bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu oxumadan imzalamışdır. O, inanmışdır ki, müstəntiq onun danışdıqlarını olduğu kimi yazmışdır. O, Təqsirləndirilən şəxs2lə Ruaf Hüseynovun narkotik vasitə istifadəçisi olmalarını bilmir. O, məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən sadəcə Təqsirləndirilən şəxs1 tanıyır. Əslində o ibtidai istintaq zamanı öyrənmişdir ki, şəxsin adı Təqsirləndirilən şəxs1dur. Çünki o həmişə Raufu “Elşən” adı ilə tanımışdır. Zərərçəkmiş şəxs2 isə onun uzun müddətdir ki dostudur. 11 ferval 01:00 radələrində Xəyal ona zəng edərək Şahid5 onun zənglərinə cavab vermədiyini demişdir. O, Xəyaldan nə baş verdiyini soruşanda Xəyal Təqsirləndirilən şəxs1la dalaşdıqlarını deyib onu da “Koroğlu” tərəfə yanına çağırmışdır. O, Şahid5 zəng edib Xəyalın zəngini niyə açmadığını soruşmuş və Şahid5 bildirmişdir ki, Xəyal içkili olduğu üçün zənglərinə cavab vermir. O, Şahid5lə razılaşmışdır ki, Xəyalın Təqsirləndirilən şəxs1la dalaşmağına icazə verməsinlər və Xəyalı götürüb evinə aparsınlar. O, “Koroğlu” tərəfə Xəyalın çağırdığı yerə gəlib Xəyalın maşınına minmişdir. O, maşına minəndə görmüşdür ki, maşında Şahid5 əlavə iki nəfər də var. O, həmin iki nəfər şəxsi tanımırmış və sonra bilmişdir ki, həmin şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3dir. O, Şahid5lə birləşib Xəyalı başa salmışdır ki, axşam vaxtı kiminsə evinə dava üçün getmək düzgün deyil. Bəlkə də Xəyal maşında tək olsa imiş onlar onu razı salıb evinə aparacaqmış. Amma maşının ön oturacağında əyləşən Orxan adlı şəxs Xəyalı qızışdırıb demişdir ki, onun qanı ucuz qan deyil və qanı bata bilməz, bu gecə söhbət həll olunmalıdır. Elə bu söhbətlər gedərkən birdə baxmışdır ki, artıq “Elşən” adı ilə tanıdığı Təqsirləndirilən şəxs1 yaşadığı evə çatmışlar. Xəyal maşından düşüb qabaqda yerimiş, o və Şahid5 onların arxasınca getmişlər. Bu vaxt o və Şahid5 şüşə qırıntıları səsi eşidib qaçaraq Xəyalgilə yaxınlaşdıqda görmüşlər ki, Xəyal şüşələri sındırır. Amma Xəyal hələ heç kimi vurmamışdır. Bu vaxt qapıdan evdə yaşayanlar çıxmışdır. O, qabağa keçib Xəyalı geri çəkməyə çalışmışdır. O, Xəyala demişdir ki, ikisi də Elşəni tanıyır sabah Elşəni çağırıb gündüz vaxtı onlar söhbət edərlər. Bu vaxt ev yiyələrindən papaqlı olan kiminsə vurulduğunu, ondan qan axdığını da görmüş, amma o həmin şəxsi tanımırmış. O, həmin mənzildə yaşayanlardan sadəcə Elşəni, yəni Təqsirləndirilən şəxs1 tanıyır. O, Xəyalı geri çəkilməyə razı salmış, onlar xeyli uzaqlaşmışlar ki, arxada Orxanla Raufgil arasında nalayiq ifadələr işlədilmiş və ara qarışmışdır. Hətta Elşəngilin yaşadığı evdə xalalardan biri polis çağırdığını da demişdir. O, Xəyalı maşına tərəfə gətirib demişdir ki, polislər gələcək getsinlər. O, yola düşüb çıxıb getmişdir. Amma Xəyal onunla gəlməmişdir. Onun hadisədən xəbəri olmamışdır. O, səhəri gün hadisə barədə ətraflı eşitmişdir. Onun maşına minməyi, davanın davam etməyinə mane olmağı 10 dəqiqə müddət ərzində baş vermişdir. O, evin darvaza tərəfində olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid6 bildirmişdir ki, maşında oturanda heç kimin əlində bita və başqa bir alət, vasitə yox imiş. Xəyal sərxoş olduğundan Şahid5lə o Xəyalı aldatmışlar ki davaya gəlirlər. Amma maşına minən kimi Xəyalı fikrindən yayındırıb evinə aparmağa çalışmışlar. O, maşına minəndən sonra Orxanla İlkini görmüşdür. O, hadisə vaxtı heç bir xəsarət almamışdır. O, Zərərçəkmiş şəxs1 kimisə vurmağını və nalayiq ifadələr işlətdiyini görməmişdir. Zərərçəkmiş şəxs1 ilk dəfə orda görmüşdür. Sadəcə Xəyalın əlində bita olmuş, heç birinin əlində bita yox imiş. O, ev yiyələrəindən olan papaqlı adamın vurulmağını aydın görməmiş, hava qaranlıq imiş. O, maşına minəndə Xəyalın əlindən Orxanın da üzündən qan axırmış. Əllərində bita olduğuna görə yəqin ki, Orxan və Xəyal davaya gedirmişlər. O, dəqiq bilmir, amma deyəsən birinci dəfə Xəyal Orxanla birlikdə Təqsirləndirilən şəxs1 evinə getmiş, amma Xəyalın birinci dəfə Raufun evinə niyə getdiyini bilmir.O, Xəyalın dəmir dəyənəklə şüşəni vurmağını görməmiş, o şüşə səsləri eşidib yaxınlaşanda görmüşdür ki, Xəyal artıq şüşələri sındırmışdır. O, Xəyalın dəmir dəyənəklə kimisə vurmağını görməmişdir. O, heç kimin əlində bıçaq görməmişdir. O, dəmir dəyənəklə hansısa xanımın vrulmağını görməmişdir. Şahid6 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 77-81-ci vərəqələrində olan ifadəsində Şahid6 aşağıdakıları göstərmişdir: «...Biz avtomobildən düşdükdən sonra mən Xəyalın əlində olan dəmir dəyənəklə Təqsirləndirilən şəxs1 və sonradan adının Ceyhun olduğunu bildiyim şəxsin yaşadıqları ünvan istiqamətində qaçaraq getməsini gördüm. Mən getdikdə gördüm ki, Xəyal əlində olan dəmir dəyənəklə bir evin pəncərələrini qıra-qıra, içəridə yaşayan şəxslərə qarşı nalayiq ifadələr işlədərək çölə çıxmalarını tələb edir. ...Ramin içəridən çıxdıqda onun əlində döşəmə silən taxta var idi. Ramin yerdən qalxdıqdan sonra Xəyalın üstünə getdi, bu zaman onun qarşısına biz tərəfdən İlkin çıxdığına görə İlkinə əlində olan mətbəx bıçağı ilə bir dəfə yavaş vurdu. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid6 bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu oxumadan imzalamışdır. Onun məhkəmədə verdiyi ifadə doğrudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qaynıdır. Təqsirləndirilən şəxs1 anası Qızqayıtla birlikdə Keşlə qəsəbəsində qonşusu Təqsirləndirilən şəxs2 məxsus evdə kirayə yaşayırmışlar. Onlarla onun evi arasında 150-200 addımlıq məsafə var imiş. 10 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixə keçən gecə təxminən saat 00 radələrində o evdə yatarkən küçədə səs-küy eşitmişdir. O, Raufla bir nəfərin bir-birlərinə qarşı nalayiq ifadələr işlətdiyini eşidib həyətə düşmüş və onun evinin yaxınlığında olan su krantının yanında Xəyal adlı oğlanın Təqsirləndirilən şəxs1la dalaşdığını görmüşdür. O, onları sakitləşdirməyə çalışandan Xəyal ona bildirmişdir ki, onun oğluyla bir yerdə əvvəllər həbsdə olmuş, oğlunu və onu tanıyır. Onun oğlunun adı Emildir. Həmçinin ona içkili olduğunu da demişdir. O, Xəyalla Raufu sakitləşdirmiş, sonra da Xəyal ağ rəngli maşınına minib getmişdir. Lakin o sonra evə gedib yatmış, onun sonrakı dava barədə məlumatı olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, axşam olan digər davada iştirak etməmişdir. O, bıçaqlanma hadisəsi zamanı orda olmamış və heçnə görməmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə eyni həyətdə yaşamır. İkinci davanın səs-küyünü eşitməmiş, səhər saat 06:00-da da o işə getmişdir. O, Xəyalın nə üstündə Raufgillə dava etdiyini bilmir. Hava qaranlıq olduğundan o heç nəyi aydın görməmişdir. Xəyal ağ rəngli maşında gəlmişdir. O, Xəyalın maşından düşdüyünü görməmiş, getməyini görmüşdür. O, Xəyalın kiminlə gəldiyini görməmişdir. Xəyala nəsə olub-olmadığını görməmişdir. Xəyalla Raufun bir-birlərinə xəsarət yetirmələrini görməmişdir. Xəyal maşına minib gedəndə qayıdacağına aid heç bir söz deməmişdir. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 87-90-cı vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...10 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixə keçən gecə təxminən saat 00 radələrində o, yaşadıqları ünvanın qarşısında qışqırıq, söyüş və dava səsləri eşitmişdir. Yatmağa hazırlaşmış, lakin, qışqırıq, dava-dalaş və uca səslə işlədilən nalayiq ifadələr imkan verməmişdir. Buna baxmayaraq, yaşlı şəxs olduğu üçün çölə çıxmağa da ehtiyyat etmişdir. Bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs1 qışqıraraq onu həyətə çağırmasını eşitmişdir. Bundan sonra əynini geyinib həyətə çıxmışdır. Evlərinin yaxınlığında olan su bulağının ətrafında bir nəfər sonradan adının da Xəyal olduğunu bildiyi şəxsin əlinin kəsilməsini görmüşdür. Rauf Xəyalı göstərib Xəyalın Raufun bacısına, yəni onun arvadına söydüyünü ona demişdir. Təqsirləndirilən şəxs1 bacısı onun arvadı olduğuna görə Xəyaldan onun arvadına söyüş söyüb-söyməməsini soruşmuş, Xəyal demişdir ki, onun arvadına qarşı heç bir nalayiq ifadə işlətməmiş, sadəcə Təqsirləndirilən şəxs1la cəzaçəkmə müəssisəsində birgə cəza çəkərkən aralarında yaranmış ədavətə görə mübahisə etmişlər. ...Həmin vaxt Təqsirləndirilən şəxs2 və onun anası, Təqsirləndirilən şəxs1 anası Şahid2 da orada olmuşlar. Xəyal onun iradlarından sonra gedib öz avtomobilinə oturmuş, avtomobili işə salıb oradan uzaqlaşmışdır. O da oradan evinə gedib yatmışdır. Təxminən yarımsaat qədər keçdikdən sonra o, həyətdən yenə də dava-dalaş, qışqırıq və uca səslə işlədilən nalayiq ifadələrini eşitmişdir. Başa düşmüşdür ki, onlar yenə də dalaşırlar. Lakin, artıq həyətə çıxmağa ehtiyyat etmişdir. Buna görə də evdə olmuşdur. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, imza onun imzasıdır. Onun yaddaşında problemlər yaranmış, hal-hazırda müəyyən məsələləri xatırlamır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, 11 fevral 2023-cü il tarixdə baş vermiş hadisəyədək Təqsirləndirilən şəxs2 və ailəsi ilə birlikdə sonuncunun yaşadığı ünvan 4 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs2lə 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 gəzmək məqsədilə Mingəçevir şəhərinə gəldikdə tanış olmuş, daha sonra bir-birlərini istəmiş, Ceyhunla birlikdə ailəsinin razılığı olmadan Bakı şəhərinə qaçıb gəlmişdir. Təqsirləndirilən şəxs2lə olan qeyri-rəsmi nikah münasibətlərindən 1 övladı dünyaya gəlmişdir. Onun hazırda 17 yaşı olduğuna və nikah yaşına çatmadığına görə rəsmi nikah münasibətlərinə daxil ola bilməmişlər. 2021-ci ildən məlum hadisəyədək qeyd etdiyi ünvanda Ceyhun və ailəsi ilə birlikdə yaşamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 və o, Ceyhunun anası Şahid3 ilə birlikdə, Ceyhunun qardaşı Təqsirləndirilən şəxs3 isə öz arvadı Tərgüllə birlikdə eyni həyətdə digər evdə yaşamışlar. Hadisədən bir neçə ay əvvəl isə qonşuları Şahid1 xahişi ilə Ceyhun Dilavərin qaynı Təqsirləndirilən şəxs1 anası Şahid2 ilə birlikdə kirayə qalmaları üçün qaldıqları həyətdə olan ayrıca tikilini ev kimi vermişdir. Buna görə də Təqsirləndirilən şəxs1 anası Şahid2 ilə birlikdə həyətlərində kirayədə qalmışlar. Təqsirləndirilən şəxs1la, həmçinin anası Şahid2 ilə həyətlərində qaldıqları müddət ərzində onların ailə olaraq hər birinin normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 və anası Qızqayıt onlarla eyni həyətdə kirayədə qalmış, eyni həyətdən istifadə etmiş, küçəyə açılan bir qapıları olmuşdur. 10 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixə keçən gecə saat 24 radələrində Təqsirləndirilən şəxs2 və onun anası yəni qaynanası Şahid3 ilə birlikdə yaşadığı evin mətbəx otağının pəncərəsi küçə tərəfdən döyülmüşdür. O, pəncərənin yanına getdikdə pəncərənin arxasında olan şəxsin “Ceyhun, Ceyhun” deyə səsləndiyini eşitmişdir. Həmin vaxt Ceyhun yatmışdır. Yatmamışdan əvvəl də spirtli içki qəbul etdiyi üçün Ceyhun bir qədər möhkəm yatmışdır. O, buna görə də Ceyhunu yuxudan oyada bilməyib həyətə çıxmışdır ki, Ramini görsə, pəncərəyə baxması üçün çağırsın. Lakin, evin həyətyanı sahəsinə çıxdıqda həyətdə Raufun dayanıb siqarət çəkdiyini görmüş, Raufa evin pəncərəsindən Ceyhunun çağırıldığını və Ceyhunun yatdığını bildirib demişdir ki, gəlib pəncərədə olan şəxslərə cavab versin. Rauf isə dərhal onunla birlikdə evə daxil olub mətbəxin pəncərəsinə yaxınlaşmışdır. Rauf pəncərəni açar-açmaz Raufu pəncərədə görən sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxs Raufun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Lakin, Zərərçəkmiş şəxs2 tək olmamış, sonuncunun yanında bir nəfər oğlan da olmuşdur. Rauf da onlara qarşı söyüş söydükdə qaynanası İlahiyyə də səs-küyə görə pəncərəyə yaxınlaşıb Xəyala söyüş söydüyünə görə irad bildirmişdir. Bu zaman onlardan biri söydükləri söyüşə görə qaynanası İlahiyyədən əvvəlcə üzrxahlıq etmiş, lakin, üzrxahlığı Xəyalın yoxsa yanında gələn şəxsin etdiyini dəqiq bilmir. Söyüş səslərini eşidib yuxudan oyanan Ceyhun da ayılıb ona söyüş söyülübsöyülmədiyini soruşmuşdur. O, nə baş verdiyini bilmədiyini Ceyhuna deyən kimi Ceyhun da Raufla birlikdə çölə çıxmışdır. Daha sonra qaynanası İlahiyyə də onların ardınca getmişdir. O, evdən çölə çıxmamışdır. Amma qaynı Təqsirləndirilən şəxs3gilin yaşadığı evə keçib Ramini yuxudan oyadıb baş verənləri Raminə danışmışdır. Ramin də mətbəx otağına keçib ucu qırıq olan mətbəx bıçağını götürüb gödəkçəsinin cibinə qoyaraq küçəyə çıxmışdır. Raminin küçəyə çıxmasından 3-4 dəqiqə keçmişdir ki, onlar hamısı, yəni Rauf, Ramin, Ceyhun və qaynanası geri qayıtmışlar. Qaynanası əvvəlcə polisə məlumat vermək istəsə də, sonra gəlib demişdir ki, hər şeyi yoluna qoymuşlar və Xəyalla yanındakı, sonradan adının Orxan olduğunu öyrəndiyi şəxs çıxıb getmişlər. Çöldə baş vermiş mübahisədən sonra Ramin, Ceyhun və Təqsirləndirilən şəxs1 evə qayıtmışlar. Təxminən saat 01 radələrində onlar evin pəncərələrinin küçə tərəfdən qırıldığını, söyüş səslərini eşidib qışqırmağa başlamışlar. Pəncərələrin qırılmasından da Ceyhun, Ramin və Rauf başa düşmüşdür ki, Xəyalgil yenidən geri qayıtmışblar. Buna görə də Ceyhun, Ramin və Rauf yenidən ümumi məhlə darvazası istiqamətində getmişlər. Onların ardınca isə qaynanası İlahiyyə və Raufun anası Qızqayıt getmişdir. O, yenə də çölə çıxmamışdır. Bir qədər keçdikdən sonra Ceyhun, Ramin, Rauf, həmçinin qaynanası İlahiyyə və Qızqayıt geri qayıtmış, Ramin bir nəfəri bıçaqla vurduğunu, Ceyhun isə dəmir dəyənəklə Xəyalı vurduğunu bildirmişdir. Çox qısa müddətdə polis əməkdaşları gəlmiş, Ramini, Ceyhunu və Raufu polis idarəsinə dəvət etmişlər. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Şahid6, Şahid5 tanımır. Təqsirləndirilən şəxs1 əvvəllər Zərərçəkmiş şəxs2 ilə arasında olmuş ədavət barədə məlumatsızdır.Təqsirləndirilən şəxs2 evdə saxladığı dəmir dəyənəyi olmamışdır. Təqsirləndirilən şəxs2 hadisə zamanı Zərərçəkmiş şəxs2 baş nahiyyəsindən dəmir dəyənəklə vurmuşdur. Dəmir dəyənəyi həmin gün birinci dəfə Zərərçəkmiş şəxs2 evlərinin qarşısına gələrkən onunla mübahisə edən zaman Xəyalın əlindən alıb həyətə atmışdır. Ceyhun bunu özü evə qayıdarkən ona demişdir. Çünki, Ceyhunun evdən çıxarkən əlində dəmir dəyənək olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 2-ci cild 171-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin 23-cü PB-nin məsul növbətçisi, polis kapitanı Ramil İbrahimovun 11 fevral 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü ildə saat 02:02-də vətəndaş X20 evlərinə basqın olması barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 4-24-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış «Hadisə yerinə baxış keçirilməsi haqqında» 11 fevral 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 5 ünvanının qarşısında, avtomobil yolunun kənarında, fərdi yaşayış evlərinin əhatəsində avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş meydançadır. Meydançanın ortasında ağ rəngli, qabaq tərəfi yola, arxa tərəfi isə fərdi yaşayış evlərinə tərəf istiqamətləndirilməklə “Ravon” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandırılmışdır. Avtomobilin sürücü, qabaq sərnişin və arxa sol qapısı açıq vəziyyətdə, banın üzəri qanabənzər ləkələrlə bulaşıqlı olmuş, avtomobilin arxa sol qapısının yanında asfalt örtük üzərində, arxası üstə uzanıqlı vəziyyətdə paltarlı kişi cinsli meyit aşkar edilmişdir. Meyitin bədəninin görünən hissəsinə əsasən, qarnın ön səthində, dibində piy toxuması izlənilən yara görünmüşdür. Meyitin sifəti, döş qəfəsi, qarnı, qarnının arxası, hər iki yuxarı ətrafı gözlə görünən hissələrində qırmızımtıl rəngli qanabənzər maddə ilə bulaşmışdır. Meyitin şalvarının cibində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, arxa tərəfi göy parıltılı rəngli, arxa şüşəsi qırılmış, lakin işlək vəziyyətdə “REDMİ” markalı mobil telefon, avtomobilin içərisində arxa sol sərnişin oturacağı üzərində isə qara rəngli gödəkçə aşkar edilmiş, meyitin üzərində olan şəxsiyyət vəsiqəsi, mobil telefon və qara rəngli gödəkçə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin cibindən çıxan şəxsiyyət vəsiqəsini yoxladıqda meyitin Zərərçəkmiş şəxs1 aid olduğu müəyyənləşdirilmişdir. ünvan 4 ünvanının qarşısına gedilərək orada baxış davam etdirilmiş və Şahid3 məxsus həmin ünvanda yerləşən fərdi yaşayış evinin birbaşa küçəyə açılan bir qapısı və üç pəncərəsinin olması, pəncərə şüşələrinin qırıq vəziyyətdə olması müəyyən edilmişdir. Həyətyanı sahədə qanabənzər ləkələr aşkar olunmuş, məhlənin ümumi giriş darvazasının içəri tərəfində yerdə, üzərində qanabənzər ləkələr olan döşəməsilən taxtanın tutacaq hissəsi aşkar olunmuş, taxta müvafiq qaydada qablaşdırılaraq götürülmüş, məhlənin ümumi giriş darvazasının çöl tərəfdən qarşısında, yerdə bir ədəd qara rəngli bıçaq aşkar olunmuş, bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürümüşdür. Hadisə yerinə baxış keçirilərkən hadisə yerindən 12 ədəd steril pambıqlı çubuqlar vasitəsilə nümunələr götürülərək xüsusi qablarda qablaşdırılmışdır. Avtomobilin salonuna, yük yerinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı digər əşya aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 25-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış «baxış keçirilməsi haqqında» 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 1 saylı X39 4-cü korpusunun 5-ci mərtəbəsində yerləşən 503 nömrəli palatanın içərisində, soldan birinci çarpayıda kişi cinsli, baş hissəsi açıq, bədəninin digər hissəsi ağ mələfə ilə örtülü, ağzı açıq vəziyyətdə, sol təpə nahiyyəsində əzilmiş yara müşahidə edilən, qolları bədəninə paralel şəkildə yerləşmiş, gözləri qapalı meyit aşkar olunmuşdur. Tibbi mərkəzin həkiminin sözlərinə əsasən meyitin Zərərçəkmiş şəxs2 məxsus olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 məxsus olduğu bildirilən və həkim tərəfindən təqdim edilən boz rəngli cins şalvar, remen, ağ rəngli mayka, qara rəngli kofta, qara rəngli qolsuz gödəkçə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin 1-ci cild 29-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış «Meyitə baxış keçirilməsi haqqında» 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 meyitinin döş qəfəsinin ön səthinin sağ yarısında döş giləsinin alt səthində yara, qarnın ön divarında yara müəyyən edilmiş, sol diz oynağının ön səthində qırmızımtıl rəngli dibi ətraf dəri səviyyəsindən aşağıda olan səthi sıyrıq olmuş, meyitin xarici müayinəsi zamanı gözlə görünən digər xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Cinayət işinin 1-ci cild 36-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış «Meyitə baxış keçirilməsi haqqında» 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 meyiti üzərində sol təpə-ənsə sərhədində yara, sol gicgah-təpə nahiyəsində ətraf toxumalardan kəskin qabarıqlığı ilə seçilən və flyuktuasiya təyin olunan hematoma, sol üst göz qapağının bayır bucağında bir qədər çəp üfüqi istiqamətli yara, sol qaşüstü nahiyədə, alnın sol yarısında qırmızımtıl rəngdə ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş sıyrıqlar, sol üst göz qapağında, qeyri-müyyən formalı, qırmızmıtıl- göyümtül rəngli qançır, sol kürək nahiyəsində onurğa sütunu proyeksiyasında köndələn yerləşən kənarları hamar yara, döş qəfəsinin arxa səthinin sol yarısında sol kürək xətti üzrə sarımtıl-çəhrayımtıl rəngdə yumşaq toxuma görünən, kənarları hamar, ucları iti, birləşdirdikdə xətvari formalı yara müəyyən olunmuşdur. Cinayət işinin 3-cü cild 117-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17 X32 10 mart 2023-cü il tarixli 44 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin bədən səthi üzərində sağ ağciyərin, yuxarı venanın, ürək kisəsinin, ürəyin epikard və qismən miokard qatının, V qabırğa qığırdağının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən deşilmiş kəsilmiş yarası, qarnın ön divarının daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yarası, sol diz oynağının sıyrığı xəsarətləri aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidir, ölümdən az əvvəl əmələ gəlmiş, sağ ağciyərin, yuxarı venanın, ürək kisəsinin, ürəyin epikard və qismən miokard qatının,V qabırğa qığırdağınm zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş kəsilmiş yarası və qarnın ön divarının daxilə nufüz etməyən 1 ədəd deşilmiş kəsilmiş yarası deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmiş, döş qəfəsinin deşilmiş kəsilmiş yarası dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşımış, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi olmuşdur, qarının ön divarının daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yarası canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol diz oynağının sıyrığı bərk küt əşyanın təsirindən törənmiş, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərini daşımış və baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. Zərərçəkmiş şəxs1 ölümünə döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edərək iri damarların zədələnməsi ilə nəticələnən massiv xarici və daxili qanaxma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 8-12 saat əvvəl baş verə bilərdi. Döş qəfəsindəki yaranın istiqaməti sağdan sola, öndən arxaya və azacıq aşağıdan yuxarıya doğru olmuş, sağ ağciyəri, yuxarı venanı, ürək kisəsini, ürəyin epikard və qismən miokard qatını, V qabırğa qığırdağını zədələmişdir. Qarının ön divarındakı yaranın istiqaməti öndən arxaya, azacıq yuxarıdan aşağıya doğru olmuş, qarın əzələləri arasında qurtarmış, daxilə nufuz etməmişdir. Döş qəfəsinin ön səthinin sağ yarısının deşilmiş kəsilmiş yarası açılıb-qatlanan və o tipli bıçaqla, qarının ön divarının deşilmiş kəsilmiş yarası isə ekspertizaya təqdim edilmiş qəhvəyi rəngli mətbəx bıçağından və o tipli digər bıçaqdan alına bilərdi. Döş qəfəsində yara kanalının uzunluğu 6,0-7,0sm-dir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində fenilalkilamin qrupuna aid olan “metamfetamin” adlı maddə aşkar edilmişdir. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 127-136-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17 X32 25 fevral 2023-cü il tarixli 45 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitində baş beyinə, qişalarına və mədəciklərinə qansızmaları, sol gicgah-təpə-ənsə sümüyünün xətti sınığı, başın sol gicgah-təpə nahiyəsinin hematoması, sol təpə-ənsə sərhədinin və sol qaşaltı nahiyənin əzilmiş-cırılmış yaraları, sol üst göz qapağının qançırı, alnın sol yarısının, sol qaşüstü və sol almacıq, hər iki dirsək, sağ əlin arxa səthinin və hər iki diz nahiyələrinin sıyrıqları, döş qəfəsinin arxa səthinin 2 ədəd, sağ əlin İ barmağın dırnaq falanqasının ovuc səthinin 1 ədəd, sağ qulaq seyvanının 1 ədəd səthi, ümumilikdə 4 ədəd kəsilmiş yarası, sol sağrının 2 ədəd, sağ bel-sağrı nahiyəsinin 1 ədəd, sağ budun arxa səthinin 1 ədəd, ümumilikdə 4 ədəd deşilmiş-kəsilmiş yarası və sağ bazunun ön səthinin 1 ədəd səthi deşilmiş-kəsilmiş yarası xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər həyatidir, onlardan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar şiş uca və iti kənara malik olan əşyanın (ola bilsin bıçağın) təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi. Alınma müddətləri şəxsin Kliniki tibbi mərkəzə daxil olmasından az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilərdi. Dərəcəsinə görə canlı şəxslərdə baş-beyinə, qişalarına və mədəciklərinə qansızma və sol gicgah təpə-ənsə sümüyünün xətti sınığı, başın sol gicgahtəpə nahiyəsinin hematoması və sol təpə-ənsə sərhədinin əzilmiş-cırılmış yarası ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşımış, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Dərəcəsinə görə canlı şəxslərdə kəsilmiş, kəsilmiş-deşilmiş, sol qaşaltı nahiyənin əzilmiş-cırılmış yaraları həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Canlı şəxslərdə səthi kəsilmiş və səthi deşilmiş-kəsilmiş yaralar, qançır və sıyrıqlar sağlamlığa zərər vurmayan xəsarətlər olduqları dərəcələri təyin edilməyən xəsarətlərə aid edilmişdir. Qeyd olunan xəsarətlərdən sol gicgah-təpə-ənsə sümüyünün xətti sınığı ilə müşayiət olunan başın sol gicgah-təpə nahiyəsinin hematoması və sol təpəənsə sərhədinin əzilmiş-cırılmış yarası ekspertizaya təqdim edilmiş 01 ədəd dəmir dəyənəyin qeyd olunan nahiyələrinə təsiri nəticəsindən alınmaları istisna olunmur. Qeyd olunan deşilmiş-kəsilmiş, kəsilmiş, səthi kəsilmiş və səthi deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim edilmiş açılıb qatlanan bıçaq və o tipli digər bıçağın təsirindən törənə bilərdi. Zərərçəkmiş şəxs2 ölümünə səbəb başın küt travması nəticəsində kəllə sümüklərinin xətti sınığı ilə müşayiət olunan baş beyinə, qişalarına və mədəciklərinə qansızma olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə saat 07:10-da 1 saylı KTM-də baş vermişdir ki, bu da meyitin ilkin dəyişikliklərində öz əksini tapır. Zərərçəkmiş şəxs2 hər iki dirsək çuxurunda, sağ körpücükaltı nahiyədə nöqtəvari, ətrafları qansızmalı inyeksiya tipli yaraları, tibbi müdaxilə izləri kimi qiymətlədirilmişdir. Zərərçəkmiş şəxs2 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində fenilalkilamin qrupuna aid “metamfetamin” aşkar edilmişdir. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 157-160-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17 X32 24 fevral 2023-cü il tarixli 144 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunmaqla burnun bel nahiyəsini və hər iki gözaltı nahiyəsinin iç səthini əhatə edən geniş sahəli şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınması mümkündür, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. Cinayət işinin 3-cü cild 138-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17 X32 24 fevral 2023-cü il tarixli 145 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sağ kürək nahiyəsinin geniş sahəli şişkinlik halında əzilməsi, sağ əlin İİ barmağının arxa səthinin sıyrığı və sol əlin İİ barmağının arxa səthinin səthi kəsilmiş yarası olmuşdur. Qeyd olunan sağ kürək nahiyəsinin geniş sahəli şişkinlik halında əzilməsi və sağ əlin İİ barmağının arxa səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən, sol əlin İİ barmağının arxa səthində olan səthi kəsilmiş yara isə iti kənara malik hər hansı bir əşyanın təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cüi il tarixdə alınmaları mümkündür. Sağ kürək nahiyəsində olan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər (sağ əlin İİ barmağında olan sıyrıq və sol əlin İİ barmağında olan səthi kəsilmiş yara) isə dərəcələrinə görə həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs1 sağ kürək nahiyəsində və sağ əlin İİ barmağında olan xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasma istinad edərək qeyd etmək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən şəxsin göstərdiyi şəraitdə əmələ gəlməsi mümkündür. Sol əlin İİ barmağında olan səthi kəsilmiş yara müxtəlif şəraitlərdə, yəni, həm şəxsin özünün əlində olan hər hansı bir iti kənarlı alətin (ola bilsin ki, zərbə yetirən zaman) təsirindən, həm də kənar şəxs tərəfindən eyni xüsusiyyətə malik alətin təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin 3-cü cild 149-151-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17 X32 24 fevral 2023-cü il tarixli 142 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 alın-təpə nahiyəsinin bir qədər sağda bir ədəd əzilmiş yarası, sol bazu və sol dirsək nahiyəsinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cüi il tarixdə alınmaları mümkündür. Alın təpə nahiyəsində olan xəsarət (əzilmiş yara) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər (sol yuxarı ətrafda olan qançırlar) dərəcələrinə görə həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasma istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən şəxsin göstərdiyi şəraitdə əmələ gəlməsi mümkündür. Cinayət işinin 3-cü cild 153-155-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17 X32 24 fevral 2023-cü il tarixli 143 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 burnun bel nahiyəsinin, sol almacıq nahiyəsinin, sağ diz nahiyəsinin, sağ əlin arxa nahiyəsinin, sağ əlin İİİ, İV barmaqlarının arxa səthinin sıyrıqları, sol almacıq nahiyəsinin geniş sahəli şişkinlik halında əzilməsi və sol gözaltı nahiyəsinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cüi il tarixdə alınmaları mümkündür. Sol almacıq nahiyəsindəki xəsarət (geniş sahəli şişkinlik halında əzilməsi) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər dərəcələrinə görə həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasma istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən şəxsin göstərdiyi şəraitdə əmələ gəlməsi mümkündür. Cinayət işinin 3-cü cild 163-169-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin lifli materialların tədqiqi ekspertizasının 30 mart 2023-cü il tarixli 6/1207 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri müəyyən olunmuş, tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəldə göstərilmiş, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən sviterin üzərindən aşkar edilmiş qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən sviterin üzərindən aşkar edilmiş açıq qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs3 qeyd edilən köynəyin tərkib liflərinə, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus olduğu qeyd edilən gödəkçənin üzərindən aşkar edilmiş qara rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən sviterin tərkib liflərinə, Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən sviterin üzərindən aşkar edilmiş qırmızı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs3 məxsus olduğu qeyd edilən poliverin tərkib liflərinə, Təqsirləndirilən şəxs3 məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən gödəkçənin üzərindən aşkar edilmiş qara rəngli poliakrilonitril kimyəvi lifləri isə cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən sviterin tərkib liflərinə uyğun gəlmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Həmçinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin 3-cü cild 197-206-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17 X32 maddi sübutların ekspertizasının 13 aprel 2023-cü il tarixli 132/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu B-alfa/H//İİİ/, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu 0-alfa,beta/l/, Təqsirləndirilən şəxs3 ABO sistemi üzrə qan qrupu A/ll/, Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qan qrupu A/ll/, Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu A/ll/, Zərərçəkmiş şəxs3 ABO sistemi üzrə qan qrupu isə A/ll/ olmuşdur. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus mayka, trusik, bir cüt ayaqqabı, vodslaska, cins şalvar, avtomobilin ətrafından götürülmüş bir cüt ayaqqabı, avtomobildən götürülmüş gödəkcə üzərindəki ləkələrdə və hadisə yerindən 07 ədəd -«darvazanın qarşısı 2», «küçə 4», «meydan 5», «maşının sağ qapısı 8», «maşın kapot 9», «sol qapı-11», «sol qapı-12» yazılmış flakonlarda yuxarı tənəffüs yollarından yaxma götürmək üçün nəzərdə tutulmuş plastik çubuğun sərbəst ucuna sarınmış pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B və H antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alınmışdır. Beləklə, bu qan ləkələri B-alfa/H//lll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ləkələrdə 0/1/ qruplu Zərərçəkmiş şəxs2 qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Göstərilən ləkələrdə A/ll/ qruplu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs1 qanları ABO sitemi ilə inkar olunur. Təqdim edilən Zərərçəkmiş şəxs2 məxsus jilet, qolsuz gödəkcə, cins tipli şalvar, kəmər, kofta, mayka, Təqsirləndirilən şəxs2 məxsus idman şalvarı, 02 ədəd metal dəyənək, döşəmə silən taxtanın tutacağı üzərindəki ləkələrdə, hadisə yerindən 02 ədəd «həyət daşın üstü 1», «küçə 3» flakonda yuxarı tənəffüs yollarından yaxma götürmək üçün nəzərdə tutulmuş plastik çubuğun sərbəst ucuna sarınmış pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alınmışdır. Beləliklə, bu qan ləkələri 0alfa,beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Göstərilən ləkələrdə B-alfa/H//lll/ qruplu mərhum Zərərçəkmiş şəxs1 və A/ll/ qruplu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs1 qanları ABO sitemi ilə inkar olunur. Təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus papaqlı uzun gödəkcə, kofta, bir cüt ayaqqabı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və H antigenləri alınmışdır. Beləliklə, bu qan ləkələri A- beta/H//ll/ qruplu şəxsə və ya şəxslərə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs3, həmçinin eyni qruplu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus ola bilər (Əgər onların qanlarında müşayiətçi H antigeni varsa və sonuncularda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa). Ləkələrdə O/l/ qruplu Zərərçəkmiş şəxs2 qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Göstərilən ləkələrdə B- alfa/H//lll/ qruplu mərhum Zərərçəkmiş şəxs1 qanının olması ABO sistemi ilə inkar olunmuşdur. Zərərçəkmiş şəxs3 məxsus cins şalvar və köynək üzərində insan qam ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və F1 antigenləri alınmışdır. Beləliklə, bu qan ləkələri A-beta/H//ll/ qruplu şəxs və ya şəxslərə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs3, həmçinin eyni qruplu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məxsus ola bilər (Əgər onların qanlarında müşayiətçi H antigeni varsa və onlarda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa). Ləkələrdə 0/1/ qruplu Zərərçəkmiş şəxs2 qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Göstərilən ləkələrdə Balfa/H//lll/ qruplu mərhum Zərərçəkmiş şəxs1 qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim olunan hadisə yerindən 03 ədəd «meydan 7», «meydan 6», «sol qapı-10» flakonda yuxarı tənəffüs yollarından yaxma götürmək üçün nəzərdə tutulmuş plastik çubuğun sərbəst ucuna sarınmış pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup göstəriciləri təyin edildikdə qrup antigenləri alınmadığı üçün bu qan ləkələrinin qrup mənsubiyyəti barədə fikir söyləmək mümkün olmamışdır. Təqdim edilən bir ədəd qatlanan cib bıçağı üzərində aşkar olunan zəif intensivlikli qandan hazırlanmış məhlulda zülal aşkar olunmadığı üçün bu qanın növünü təyin etmək mümkün olmamışdır. Təqdim edilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 məxsus alt şalvarı, trusik, bir cüt corab, Təqsirləndirilən şəxs2 məxsus gödəkcə, pulover, papaq, Təqsirləndirilən şəxs1 məxsus idman şalvarı, mayka, qısaqol mayka, papaqlı idman gödəkcəsi üzərində qana şübhəli hər hansı bir ləkə, Təqsirləndirilən şəxs2 məxsus bir cüt uzunboğaz çəkmə, qara dəstəkli və taxta dəstəkli bıçaqlar üzərində isə qan aşkar olunmamışdır. Cinayət işinin 3-cü cild 209-237-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17 X32 maddi sübutların ekspertizasının 13 aprel 2023-cü il tarixli 93/2023-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus maykanın ön səthinin sağ nahiyəsində bir ədəd, sviterin ön səthinin sağ nahiyəsində və ön səthinin orta nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən, o cümlədən (ola bilsin ki) ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 tərəfindən cinayətin aləti kimi istifadə edilmiş açılıb-qatlanan tipli bıçağın (bıçaqların) tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Digər qara rəngli bıçaqla törənməsi inkar olunur. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus şalvar, tuman və ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus mayka və sviterin ön səthinin sağ nahiyəsində bir ədəd və sviterin ön səthinin orta nahiyəsində bir ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən deşilmiş kəsilmiş yarası və qarnın ön divarının daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs2 məxsus maykanın arxa səthinin orta nahiyəsində üç ədəd, maykanın arxa səthinin sol nahiyəsində bir ədəd, jiletin ön səthinin sağ yaxalığında iki ədəd, jiletin ön səthinin sol yaxalığında dörd ədəd, jiletin arxa səthinin orta nahiyəsində bir ədəd, jiletin arxa səthinin sağ yuxarı nahiyəsində bir ədəd, köynəyin ön səthinin sağ yuxarı nahiyəsində üç ədəd, köynəyin arxa səthinin sol nahiyəsində bir ədəd, köynəyin arxa səthinin orta yuxarı nahiyəsində bir ədəd, şalvarın arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd, şalvarın sağ ayağının arxa səthində bir ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümülədən ekspertizaya təqdim edilmiş açılıb-qatlanan tipli bıçağın və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Digər qara rəngli bıçağın tiyəsinin təsirindən tiyəsi ilə törənməsi inkar olunur. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthinin sol nahiyəsində aşkar edilmiş cırılma zədəsi, köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs2 məxsus mayka, jilet və köynəyin arxa səthində olan deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin arxa səthinin olan deşilmiş-kəsilmiş yaraları ilə şalvarın arxa səthinin sol yuxarı nahiyəsində olan deşilmiş-kəsilmiş zədə onun bədəninin sol sağrında olan deşilmiş-kəsilmiş yarası ilə, şalvarın sağ ayağının arxa səthində olan deşilmişkəsilmiş zədə onun bədəninin sağ bel-sağrı və sağ budun arxa arxa səthində olan kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Mərhum Zərərçəkmiş şəxs2 məxsus jilet və köynəyin ön səthinin sağ və sol nahiyəsində aşkar edilmiş deşilmişkəsilmiş zədələr onun bədəni üzərində öz əksini tapmamışlar. Bu da, paltarın zədələnməsi ilə və ya yerdəyişməsi ilə izah oluna bilər. Mərhum Zərərçəkmiş şəxs2 bədəninin sol təpəənsə sərhədində, sol qaşaltı nahiyəsində, sağ əlin İ barmağın dırnaq falanqasının ovuc səthində və sağ qulaq seyvanında olan səthi kəsilmiş yaralar onun paltarları üzərində öz əksini tapmamışdır. Bu da, həmin nahiyələrin paltarın örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus papağın orta tikişi üzərində aşkar edilmiş cırılma zədəsi, papağın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus sviter, idman şalvar və ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus gödəkçə, sviter, şalvar, alt şalvar, tuman, corab və ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus şalvarın bel nahiyəsinin sağ yan səthində tikilmiş iki saylı ilgəyin aşağı hissəsi tam kəsilməsi küt mexanizminə malik cırılma zədəsidir, şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus köynək üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus gödəkçə, köynək, mayka və idman şalvarı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş hadisə yerində olan “Ravon” markalı avtomobilin arxa oturacağının üzərindən götürülmüş gödəkçənin sağ cibin daxili səthində aşkar edilmiş natamam sökülmə zədəsi, gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş avtomobilin ətrafında yerdə olan bir cüt ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus maykanın bütün səthində, tumanın arxa tərəfində geniş sahədə tam, ön tərəfində tək-tək, sviterin sol ön yarısında, sol qolunun daxili yan hissəsində, boğaz hissəsində, sağ qolunun aşağı yarısında, tam və fasiləli, arxa tərəfində isə tək-tək və şalvarın demək olar ki bütün səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Mərhum Zərərçəkmiş şəxs1 məxsus ayaqqabının sağ tayının sağ yan tərəfində, sol tayının sol yan tərəfimdə və kəmər üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs2 məxsus jiletin bütün səthində; köynəyin bütün səthinə və şalvarın bütün səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Mərhum Zərərçəkmiş şəxs2 məxsus kəmər üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus idman gödəkçəsinin yaxasının daxilində, ön hissəsində və köynəyin ön səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar, Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs3 məxsus ayaqqabının hər iki tayının buruna yaxın ön üst hissəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus alt şalvarı, trusik, bir cüt corab üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus idman şalvarının sol ayağının aşağı kənarında aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Təqsirləndirilən şəxs2 məxsus gödəkçə, pulover və papaq üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 məxsus bir cüt ayaqqabı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus şalvarın ön tərəfinin demək olar ki, bütün səthində, hər iki ayağının arxa aşağı yarısında, köynəyin hər iki ön, arxa sol yan hissədə, hər iki qolunda aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş “Avtomobilin ətrafından götürülmüş” ayaqqabının hər iki tayının demək olar ki, bütün səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş “Avtomobildən götürülmüş” gödəkçənin sol qolunun çiyinə yaxın hissəsində, arxa sağ çiyinə, sağ qola yaxın hissəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus idman şalvarı, mayka, qısaqol mayka və idman gödəkçəsində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş uzunluğu 60 sm olan metal dəyənəyin göy rəngli boya çəkilmiş hissəsində aşkar edilmiş qan ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş uzunluğu 75 sm olan metal dəyənəyin göy rəngli boya çəkilmiş hissəsində aşkar edilmiş qan ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş pol taxtasının tutacağın bir ucuna yaxın aşkar edilmiş qan ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş bir ədəd qatlanan cib bıçağı, bir ədəd qara dəstəkli bıçaq və bir ədəd taxta dəstəkli bıçaq üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş (büküm 1) bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatınin dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Ekspertizaya təqdim olunmuş (büküm 2) bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərindəsonradan təyinatınin dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Ekspertizaya təqdim olunmuş (büküm 3) bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatınin dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Ekspertizaya təqdim olunmuş (büküm 4) döşəmə taxtasının tutacaq hissəsi soyuq silah hesab edilmir. Döşəmə taxtasının tutacaq hissəsinin üzərində sonradan təyinatınin dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Ekspertizaya təqdim olunmuş (büküm 5) predmet zavod üsulu ilə hazırlanmış dəyənəkdir və vurucu-dağıdıcı xassəyə malik soyuq silah hesab olunur. Dəyənəyin üzərində sonradan təyinatınin dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Ekspertizaya təqdim olunmuş (büküm 6) redmet zavod üsulu ilə hazırlanmış dəyənəkdir və vurucu-dağıdıcı xassəyə malik soyuq silah hesab olunur. Dəyənəyin üzərində sonradan təyinatınin dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 1-ci cild 67-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 fevral 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani surətdə göstərmişdir. Cinayət işinin 1-ci cild 155-163-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 fevral 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani surətdə göstərmişdir. Cinayət işinin 1-ci cild 272-283-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 fevral 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani surətdə göstərmişdir. Cinayət işinin 2-ci cild 113-115-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış «Götürmə və baxış keçirilməsi haqqında» 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 cinayətin aləti kimi istifadə etdiyi üzərində iri hərflərlə “BAT” sözü yazılmış, 1 ədəd göy rəngli dəmir dəyənəyi və baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs2 tərəfindən istifadə edilmiş üzərində iri hərflərlə “WORTH” sözü yazılmış, 1 ədəd göy rəngli dəmir dəyənəyi könüllü olaraq istintaqa təqdim etmiş və iş üçün əhəmiyyət kəsb etdiyinə görə həmin dəyənəklər götürülmüşdür. Cinayət işinin 2-ci cild 117-118-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış «Götürmə və baxış keçirilməsi haqqında» 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs3 cinayətin aləti kimi istifadə etdiyi bir ədəd tutacağı qəhvəyi rəngli, tiyəsi metal rəngli, uc hissəsi qırıq vəziyyətdə olan mətbəx bıçağını iş üçün əhəmiyyət kəsb etdiyindən könüllü olaraq istintaqa təqdim etdiyinə görə həmin bıçaq götürülmüşdür. Cinayət işinin 2-ci cild 120-121-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış «Götürmə və baxış keçirilməsi haqqında» 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 baş vermiş hadisə zamanı əynində olmuş, könüllü təqdim etdiyi 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd göy rəngli uzunqol kofta, 1 ədəd göy rəngli gödəkçə, 1 ədəd papaq və 1 cüt ayaqqabı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin 2-ci cild 128-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış «Götürmə və baxış keçirilməsi haqqında» 12 fevral 2023-cü il tarixli protokoldan görünür ki, X1 təqdim etdiyi, Təqsirləndirilən şəxs1 baş vermiş hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd qara rəngli qısaqol kofta, 1 ədəd kənarları boz, ortası qara rəngli mayka və 1 ədəd uzunqol papaqlı gödəkçə iş üçün əhəmiyyət kəsb etdiyindən könüllü olaraq istintaqa təqdim etdiyinə görə paltarlar götürülmüşdür. Cinayət işinin 2-ci cild 131-135-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış «Götürmə və baxış keçirilməsi haqqında» 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 könüllü təqdim etdiyi “İPHONE8+” markalı mobil telefon və üzərində qanabənzər ləkələr olan, cins materialdan olub, göy rəngli, iki yan, iki arxa cibləri olan, bel nahiyyəsində “Stefanno Richi” yazısı olan etiket tikilmiş, üzərində qanabənzər ləkələr olan 1 ədəd şalvar, 1 ədəd göy rəngli, uzunqol, qarışıq materialdan olan üzərində qanabənzər ləkələr olan, boyun nahiyyəsində “Strachi” sözü yazılmış etiket tikilmiş köynək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Mobil telefona baxış keçirilərkən müəyyən olunmuşdur ki, mobil telefonun qalareyasmda, mesajlar bölməsində iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat, fotoşəkil və ya video yoxdur. Mobil telefonun “whatsapp” sosial şəbəkəsi proqramına daxil olduqda Zərərçəkmiş şəxs3 10 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ilə sonuncu dəfə saat 21-22 radələrində zəngi müəyyənləşdirilmişdir. Mobil telefonun “whatsapp” sosial şəbəkəsi proqramının mesajlar bölməsində Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 ilə mesajları, sonuncunun Zərərçəkmiş şəxs3 ünvanladığı səsli mesajda “Yarım al, gəlim, ikimiz vurax, sənöl bugün məndə içməy istiyirəm, bugün ya, aşacağıq, öləcəyik, ya da öldürəcəyik” məzmunda mesaj göndərməsi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 137-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış «Götürmə və baxış keçirilməsi haqqında» 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid9 məxsus “SAMSUNG GALAXY A21” markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin telefonun içərisində olan +994 *** ** ** 01 mobil telefon nömrəsinin «whatsapp» sosial şəbəkəsi vasitəsilə sonuncu X26 ilə danışıqlar aparmış, Zərərçəkmiş şəxs1 Şahid9 11 fevral 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 gəlib İlkini aparacağı barədə məlumat verməklə, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dalaşıb yaralandıqlarını bildirmiş, daha sonra Zərərçəkmiş şəxs1 Şahid9 dubinka, beşbarmaq və bıçaq istəmiş və üzərlərinə getdikləri şəxslərin hamısını cəzalandıracağını, ev basmağa getdiklərini, tutulacaqları halda 7 il azadlıqdan məhrumetməyə məhkum ediləcəklərini bildirmişdir. Cinayət işinin 2-ci cild 149-157-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış «Mobil telefona baxış keçirilməsi haqqında» 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “REDMİ” markalı mobil telefonun +994 *** ** ** 57 nömrə ilə qeydiyyatdan keçirilmiş «whatsapp» sosial şəbəkəsinin mesajlar bölməsinə baxış keçirilərkən, sonuncunun 11 fevral 2023-cü il tarixdə saat 00-01 radələrində arvadı Şahid7 istifadəsinə olan +994 70 *** ** ** mobil telefon nömrəsinə «whatsapp» sosial şəbəkəsi vasitəsilə mesajlar göndərməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 arvadı Şahid7 11 fevral 2023-cü il tarixdə saat 00-01 radələrində ünvanladığı səsli mesajlarda gözlədiyini, heç nədən xəbəri olmadığını, bir qədər sonra gedib Şahid9 əmanət götürəcəyini bildirmiş, daha sonra vidalaşaraq Şahid7 onu sevdiyini demiş, “Allaha əmanət qal” deyə bildirmiş, sadəcə dalaşacaqlarını demişdir. Bir qədər sonra yenə də danışıqlar zamanı Zərərçəkmiş şəxs1 Şahid7, Zərərçəkmiş şəxs3 yumruq vurulduğunu bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 qeyd olunan mobil telefonunun «whatsapp» sosial şəbəkəsi vasitəsilə Şahid9 ilə 11 fevral 2023-cü il tarixdə saat 00-01 radələrində mesajlaşması müəyyən edilmişdir. Həmin mesajlarda Zərərçəkmiş şəxs1 Şahid9 Zərərçəkmiş şəxs2 avtomobillə gəldiyini, yolda olduğunu, sonuncunu gözlədiyini, Zərərçəkmiş şəxs2 gəldikdə nə baş verdiyini Zərərçəkmiş şəxs2 öyrənəcəyini bildirmiş, Yaşarın üstündə dubinka, bıçaq, beşbarmaq və ya digər hər hansı silahın olub-olmamasmı soruşaraq olduğu halda həmin silahları ona verməsini Yaşardan istəmiş, daha sonra sonuncudan qabaq qapıya çatdığını və qapıya çıxmasını istəmiş, bir qədər sonra hər şeyin bir-birinə qarışdığını, Zərərçəkmiş şəxs2 bıçaqlandığını Şahid9 bildirmiş, daha sonra “nə olar, olar, yaralanarıq, dalımızca gəlməyə adam olsun” deyərək Şahid9 onlarla gəlməsindən imtina etmiş, sonuncuya 4 nəfər olduqlarını, ev basmağa getdiklərini, tutulacaqları halda 7 il azadlıqdan məhrumetmə cəzasının onları gözlədiyini bildirmiş, haqqını halal etməsini Şahid9 istəmişdir. Zərərçəkmiş şəxs1 mobil telefonunun «whatsapp» sosial şəbəkəsində olan mesajlarına baxış davam etdirildikdə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 11 fevral 2023-cü il tarixdə saat 00:30 radələrində istifadəsində olan +994 *** ** ** 30 mobil telefon nömrəsinə bağlı «whatsapp» sosial şəbəkəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefon nömrəsinin «whatsapp» sosial şəbəkəsinə səsli mesajlar göndərərək sonuncudan harada olmasını və tez “KOSMOS” marketin qarşısına çıxmasını, onu gəlib götürəcəyini bildirmiş, Zərərçəkmiş şəxs1 də Zərərçəkmiş şəxs2 çıxdığını, sonuncunu gözlədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 mobil telefonuna baxış keçirilərkən mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı digər hal müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 181-193-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli 3-16-17/32/2-1734/2023 nömrəli məktubundan və məktuba əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 arasında xx.xx.2018-ci il tarixdə cəzaçəkmə müəssisəsində birgə cəza çəkərkən məişət zəmnində mübahisə baş vermiş və bu səbəbdən hər ikisi barəsində 10 gün müddətinə cərimə təcridxanasma keçirilmə tənbeh tədbiri tətbiq edilmişdir. Cinayət işinin 1-ci cild 334-335-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 fevral 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə protokolun kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 365-370-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 4(007)- 76/2023 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs3 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cild 1-78-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami Rayon Prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 13 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid5, Şahid6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin 4-cü cild 91-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami Rayon Prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 13 iyun 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, hazırki cinayət işindən xuliqanlıq faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Zərərçəkmiş şəxs3 və qeyrilərinin barəsində ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bilərək ifadələrində göstərmişlər ki, onların kimisə öldürmək niyyəti olmamış, sadəcə özlərini və ailə üzvlərini qorumaq üçün müdafiə olunmuşlar. Digər Təqsirləndirilən şəxs3 isə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, bildirmişdir ki, onu dava başlayan vaxt vurmuşlar və o, huşunu itirmiş, oyananda əlinə bıçaq alıb hərəkət etdirdikdə kiməsə xəsarət yetirib-yetirmədiyini bilmir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını qismən inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, onların məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Məhkəmə, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.7 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.7, 221.3 və 228.4-cü maddələri və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onlarınn islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır”. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 sosial vəziyyəti, şəxsiyyəti, psixi və tibbi durumu və digər halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 239-241-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsindən daxil olmuş 20 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs2 Xətai Rayon Məhkəməsinin 07 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 01 sentyabr 2022-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 2-ci cild 244-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsindən daxil olmuş 17 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs1 məhkumluğu olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X19 13 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslər barəsində ən ağır cəza olan ömürlük cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 09 avqust 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, hər üçü barəsində ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş etmişdir. Cinayət işinin 2-ci cild 247-249-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsindən daxil olmuş 18 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət işinin 2-ci cild 294-306-cı vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Salyan Rayon Məhkəməsinin 04 aprel 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 02 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş, cinayət işinin 2-ci cild 291-292-ci vərəqələrində olan Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 18 fevral 2015-ci ildə cəzasının sonu ilə azad olunmuş, cinayət işinin 2-ci cild 286-288-ci vərəqələrində olan Nizami Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qərarı ilə cəzası 01 il 06 aya endiriliş, 04 yanvar 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 253-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X40 Şəxsindən daxil olmuş 09 mart 2023-cü il tarixli, xx/xx-2929 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-xx.xx.2019, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020, xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “Opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə yuxarıda adı göstərilən mərkəzdə könüllü surətdə stasionar müalicədə olmuşdur. Cinayət işinin 2-ci cild 265-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X22 Şəxsindən daxil olmuş 09 mart 2023-cü il tarixli, 3000 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 2-ci cild 351-ci vərəqəsində olan Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilir. Cinayət işinin 3-cü cild 175-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X32 kompleks ambulator məhkəmə psixoloji və psixiatrik ekspertizasının 04 aprel 2023-cü il tarixli 864 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 idrak proseslərinin, dünyagörüşü səviyyəsinin, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuşdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 qıcığa qarşı həssaslıq, söz götürməmək, hirslilik, hövsələsizlik, implusiv davranışlara meyillilik kimi fərdi-psixi xüusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilməmişdir. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs1 psixi-emosional sferasında qəzəb, gərginlik, implusivlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 3-cü cild 189-190-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X32 ambulator məcburi-narkoloji tibbi 04 aprel 2023-cü il tarixli 1876 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 226-227-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsindən daxil olmuş 18 mart 2023-cü il tarixli tələbnamədən və cinayət işinin 2-ci cild 277-282-ci vərəqələrində olan Nizami Rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli hökmünün kserosurətindən görünür ki, İsayev X13 Rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; 05 noyabr 2021-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 251-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X40 Şəxsindən daxil olmuş 09 mart 2023-cü il tarixli, xx/xx-2928 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə “Opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə yuxarıda adı göstərilən mərkəzin ixtisaslaşdırılmış şöbəsində məcburi müalicədə olmuşdur. Cinayət işinin 2-ci cild 263-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X22 Şəxsindən daxil olmuş 09 mart 2023-cü il tarixli, 3045 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada qısa müddətli depressiv reaksiya adaptasiya pozuntusu ilə müalicədə olmuş, xx.xx.2019-cu il tarixdə xəstəxanadan evə yazılmışdır. Cinayət işinin 2-ci cild 341-ci vərəqəsində olan Nizami RİHB-nin Keşlə qəsəbəsi İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilir. Cinayət işinin 3-cü cild 179-182-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X32 kompleks ambulator məhkəmə psixoloji və psixiatrik ekspertizasının 04 aprel 2023-cü il tarixli 865 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmamışdır. İdrak proseslərinin xüsusiyyətlərində normadankənar hallara rast gəlinməmişdir. Müayinə zamanı emosional sferasının qeyri- sabitliyi, bir qədər gərgin olduğu müşahidə edilmişdir. Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək yə onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuşdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri- sabitlik aşkar olunmuşdur. İnadkarlıq, eqosentrizm, özünə qarşı hörmət tələb etmək, söz götürməmək kimi fərdi-psixi xüsuiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilməmişdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs2 psixi- emosional sferasında hirslilik, gərginlik, qəzəb kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 3-cü cild 193-194-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X32 ambulator məcburi-narkoloji tibbi 04 aprel 2023-cü il tarixli 1874 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 235-236-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsindən daxil olmuş 18 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 255-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X40 Şəxsindən daxil olmuş 09 mart 2023-cü il tarixli, xx/xx-2924 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 267-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X22 Şəxsindən daxil olmuş 09 mart 2023-cü il tarixli, 3005 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 2-ci cild 341-ci vərəqəsində olan Nizami RİHB-nin Keşlə qəsəbəsi İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci ild 342-ci vərəqəsində olan şəxsiyyət vəsiqələrinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağı – xx.xx.2020-ci il təvəllüdlü X29 və xx.xx.2016-cı il təvəllüdlü X27 vardır. Cinayət işinin 3-cü cild 172-174-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X32 kompleks ambulator məhkəmə psixoloji və psixiatrik ekspertizasının 04 aprel 2023-cü il tarixli 863 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində, Təqsirləndirilən şəxs3 idrak proseslərinin, dünyagörüşü səviyyəsinin, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Ümumilikdə adaptiv və ünsiyyətcl olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Onun emosional-iradi sferasında hər hansı bir dəyişiklik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuşdur. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır, Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 ünsiyyətcillik, başqalarının hiss və yaşantılarına biganə olmamaq, emosionallıq, adaptivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs3 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs3 psixi-emosional sferasında situasiya ilə əlaqədar hirslilik, gərginlik kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs3 cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 3-cü cild 185-186-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X32 ambulator məcburi-narkoloji tibbi 04 aprel 2023-cü il tarixli 1875 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 iki nəfər şəxsi qəsdən öldürdüyü üçün ona, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.7-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın ən yuxarı həddində - ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edildiyi üçün, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq ömürlük azadlıqdan məhrum etmə növündə cəza həbsxanada çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün cəzanın çəkilmə yeri həbsxana müəyyən edilir. Bundan başqa, məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzasının bir hissəsini həbsxanada qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 11 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 244-245-ci vərəqələrində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 fevral 2023-cü il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 269-271-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2023-cü il tarixli, 4(007)-73/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Digər, Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 11 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 143-144-cü vərəqələrində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 fevral 2023-cü il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 185-188-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 4(007)-71/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 11 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 56-57-ci vərəqələrində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 11 fevral 2023-cü il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 90-92-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2023cü il tarixli, 4(007)-72/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsetmənin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerindən götürülmüş 12 ədəd steril pambıqlı çubuqlar vasitəsilə qanabənzər ləkələrdən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 rəqəmlər ilə nömrələnmiş nümunələr, hadisə yerində olan “Ravon” markalı avtomobilin içərisində arxa oturacağın üzərindən 1 ədəd qara rəngli gödəkçə, avtomobilin ətrafında yerdə üzərində qanabənzər ləkələr olan 1 cüt ayaqqabı, 1 ədəd döşəmə silən taxtanın tutacaq hissəsi, 1 ədəd qara rəngli bıçaq, mərhum Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilərkən götürülmüş sonuncunun baş vermiş hadisə zamanı əynində olmuş üzərlərində qanabənzər ləkələr olan 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli uzunqol boğazlı kofta, 1 ədəd qara rəngli, belində “SPORT” sözü yazılmış tuman, 1 ədəd qara rəngli mayka və 1 cüt qara rəngli, parıltılı, ipli ayaqqabı, mərhum Zərərçəkmiş şəxs2 baş vermiş hadisə zamanı əynində olmuş və götürülmüş, üzərlərində qanabənzər ləkələr olan 1 ədəd qolsuz gödəkçə, 1 ədəd uzunqol qara rəngli kofta, 1 ədəd boz rəngli cins şalvar, 1 ədəd remen və 1 ədəd ağ rəngli mayka, iş üzrə Təqsirləndirilən şəxs1 baş vermiş hadisə zamanı əynində olmuş və könüllü olaraq yaxın qohumu tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd qısaqol qara rəngli, üzərində naxışları olan kofta, 1 ədəd qara qəngli, üzərində “JORDAN” sözləri yazılmış idman şalvarı, 1 ədəd kənarları boz, ortası qara rəngli olan mayka, 1 ədəd orta hissəsi göy rəngli, kənarları boz rəngli olan uzunqol, papaqlı gödəkçə, iş üzrə Təqsirləndirilən şəxs2 baş vermiş hadisə zamanı əynində olmuş və istintaqa könüllü təqdim etdiyi göy rəngli gödəkçə, qara rəngli aşağı hissələrində “FASHİON CİTY LİFE WEAR SPORTS” sözləri yazılmış idman şalvarı və tünd göy rəngli uzunqol kofta, 1 cüt qara rəngli uzunboğaz ayaqqabı və 1 ədəd papaq, iş üzrə Təqsirləndirilən şəxs3 baş vermiş hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli uzunqol kofta və 1 ədəd göy rəngli uzunqol gödəkçə, 1 cüt qara rəngli altında qanabənzər ləkələr olan ayaqqabı, boz rəngli 1 cüt corab, 1 ədəd göy zolaqlı tuman, boz rəngli gecə geyim şalvarı, iş üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 baş vermiş hadisə zamanı əynində olmuş və istintaqa könüllü olaraq təqdim etdiyi 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd üzəri naxışlı uzunqol köynək, Təqsirləndirilən şəxs2 tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş, 1 ədəd uzunluğu 75 sm olan, üzərində “WORTH” sözləri yazılmış, 1 ədəd uzunluğu 60 sm olan və üzərində “BAT” sözü yazılmış dəmir dəyənəklər, həmçinin Təqsirləndirilən şəxs3 tərəfindən cinayətin aləti kimi istifadə edilmiş, istintaqa təqdim edilmiş 1 ədəd dəstəyi boz rəngli mətbəx bıçağı, Təqsirləndirilən şəxs1 tərəfindən cinayətin aləti kimi istifadə edilmiş, sonuncu tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd qatlanan tipli bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs1 məxsus arxa tərəfi göy rəngli “REDMİ” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus “TECNO” markalı mobil telefon sonuncuların hüquqi varisinə, Şahid9 məxsus “SAMSUNG” markalı mobil telefon, Zərərçəkmiş şəxs3 məxsus “İPHONE8+” markalı mobil telefon qanuni sahiblərinə qaytarılmalı, hadisə yerinin videomüşahidə kameralarından götürülmüş görüntüləri özündə əks etdirən 1 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 89 (səksən doqquz) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi -mülki iddiaçı X8 tərəfindən verilmiş mülki iddianın əsaslığını araşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi -mülki iddiaçı X8 törədilmiş cinayət nəticəsində ona dəymiş 23998 manat məblğində maddi ziyan və 11.000 manat mənəvi ziyan, həmçinin iddia ərizəsi üçün ödənilmiş 196 manat dövlət rusumu, cəmi 35.194 manat pul vəsaitinin təqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tələb edir və məhkəmədə həmin mülki iddianı müdafiə edərək, mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi -mülki iddiaçı X4 törədilmiş cinayət nəticəsində ona dəymiş 23998 manat məblğində maddi ziyan və 11.000 manat mənəvi ziyan təqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 alınmasına dair iddiası qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi -mülki iddiaçı X8 mülki iddia ərizəsində bildirmişdir ki, oğlunun ölümündən sonra 3,7 və 40-cı günlərin olması münasibətilə verilmiş yas mərasimlərinin hər birinə 3.500 və 3000 manat pul vəsaiti xərcləmiş. Ümumilikdə 12.000 manat, bundan əlavə mərhumun qəbir üstü daşı mərmərdən düzəltdilərək 13.000 yaxın pul vəsaiti və digər xərclərə pul vəsaiti sərf etmiş, həmçinin öz ərizəsinə müxtəlif tikinti materialların alınmasına dair 21 fevral 2023-cü il tarixli 0043832, ******* saylı qaimə faktura və 12 fevral 2023-cü il tarixli 365567 nömrəli mədaxil qəbzi, qəbristanlıqda mərhuma uçaldılmış baş daşının fotoşəkillərini əlavə etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi -mülki iddiaçı X5 törətdiyləri cinayət nəticəsində dəymiş 23998 manat məblğində maddi ziyanla bağlı məsələni müzakirə edərək araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, verilmiş mülki iddia bu hissədə təmin olunmalı, zərərçəkmiş şəxsin hüquqi varisi mülki iddiaçı X5 dəymiş maddi ziyan 23998 manat və iddia ərizəsi üçün ödənilmiş 196 manat dövlət rusumu təqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tutularaq X5 ödənilməlidir. Qeyd edilənlərlə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi -mülki iddiaçı X4 törədilmiş cinayət nəticəsində 11.000 manat mənəvi ziyanla bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə X4 mülki iddiası baxılmamış saxlanılmalı və mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun 3 noyabr 2008-ciil tarixli qərarinın 8-ci bəndində plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum qeyd etmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd edilən Qərarın 10-cu bəndində isə plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsi nə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu vəs.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunalara əsasən zərərçəkmiş şəxsin hüquqi varisi -mülki iddiaçı X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin müddəallarına görə mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüququ olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.7 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə Təqsirləndirilən şəxs1 qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhküm edilsin. Təqsirləndirilən şəxs1 cəzasını həbsxanada çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasının ilk 03 (üç) ilini həbsxanada, qalan 17 (on yeddi) ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 3.Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. C.Təqsirləndirilən şəxs3 cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. C.Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablansın. C.Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. C.Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerindən götürülmüş 12 ədəd steril pambıqlı çubuqlar vasitəsilə qanabənzər ləkələrdən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 rəqəmlər ilə nömrələnmiş nümunələr, hadisə yerində olan “Ravon” markalı avtomobilin içərisində arxa oturacağın üzərindən 1 ədəd qara rəngli gödəkçə, avtomobilin ətrafında yerdə üzərində qanabənzər ləkələr olan 1 cüt ayaqqabı, 1 ədəd döşəmə silən taxtanın tutacaq hissəsi, 1 ədəd qara rəngli bıçaq, mərhum Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilərkən götürülmüş sonuncunun baş vermiş hadisə zamanı əynində olmuş üzərlərində qanabənzər ləkələr olan 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli uzunqol boğazlı kofta, 1 ədəd qara rəngli, belində “SPORT” sözü yazılmış tuman, 1 ədəd qara rəngli mayka və 1 cüt qara rəngli, parıltılı, ipli ayaqqabı, mərhum Zərərçəkmiş şəxs2 baş vermiş hadisə zamanı əynində olmuş və götürülmüş, üzərlərində qanabənzər ləkələr olan 1 ədəd qolsuz gödəkçə, 1 ədəd uzunqol qara rəngli kofta, 1 ədəd boz rəngli cins şalvar, 1 ədəd remen və 1 ədəd ağ rəngli mayka, iş üzrə Təqsirləndirilən şəxs1 baş vermiş hadisə zamanı əynində olmuş və könüllü olaraq yaxın qohumu tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd qısaqol qara rəngli, üzərində naxışları olan kofta, 1 ədəd qara qəngli, üzərində “JORDAN” sözləri yazılmış idman şalvarı, 1 ədəd kənarları boz, ortası qara rəngli olan mayka, 1 ədəd orta hissəsi göy rəngli, kənarları boz rəngli olan uzunqol, papaqlı gödəkçə, iş üzrə Təqsirləndirilən şəxs2 baş vermiş hadisə zamanı əynində olmuş və istintaqa könüllü təqdim etdiyi göy rəngli gödəkçə, qara rəngli aşağı hissələrində “FASHİON CİTY LİFE WEAR SPORTS” sözləri yazılmış idman şalvarı və tünd göy rəngli uzunqol kofta, 1 cüt qara rəngli uzunboğaz ayaqqabı və 1 ədəd papaq, iş üzrə Təqsirləndirilən şəxs3 baş vermiş hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli uzunqol kofta və 1 ədəd göy rəngli uzunqol gödəkçə, 1 cüt qara rəngli altında qanabənzər ləkələr olan ayaqqabı, boz rəngli 1 cüt corab, 1 ədəd göy zolaqlı tuman, boz rəngli gecə geyim şalvarı, iş üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 baş vermiş hadisə zamanı əynində olmuş və istintaqa könüllü olaraq təqdim etdiyi 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd üzəri naxışlı uzunqol köynək, Təqsirləndirilən şəxs2 tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş, 1 ədəd uzunluğu 75 sm olan, üzərində “WORTH” sözləri yazılmış, 1 ədəd uzunluğu 60 sm olan və üzərində “BAT” sözü yazılmış dəmir dəyənəklər, həmçinin Təqsirləndirilən şəxs3 tərəfindən cinayətin aləti kimi istifadə edilmiş, istintaqa təqdim edilmiş 1 ədəd dəstəyi boz rəngli mətbəx bıçağı, Təqsirləndirilən şəxs1 tərəfindən cinayətin aləti kimi istifadə edilmiş, sonuncu tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd qatlanan tipli bıçaq məhv edilsin. Zərərçəkmiş şəxs1 məxsus arxa tərəfi göy rəngli “REDMİ” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus “TECNO” markalı mobil telefon sonuncuların hüquqi varisinə, Şahid9 məxsus “SAMSUNG” markalı mobil telefon, Zərərçəkmiş şəxs3 məxsus “İPHONE8+” markalı mobil telefon qanuni sahiblərinə qaytarılsın. Hadisə yerinin videomüşahidə kameralarından götürülmüş görüntüləri özündə əks etdirən 1 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 89 (səksən doqquz) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi -mülki iddiaçı X8 tərəfindən verilmiş mülki iddiası qismən təmin olunsun, törədilmiş cinayət nəticəsində ona dəymiş maddi ziyan 23998 manat və iddia ərizəsi üçün ödənilmiş 196 manat dövlət rusumu təqsirləndirilən şəxslərmülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tutularaq X5 ödənilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi -mülki iddiaçı X5 törədilmiş cinayət nəticəsində ona dəymiş 11.000 manat mənəvi ziyanın ödənilməsi tələbinə dair cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qarşı iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxslər mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qarşı mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia tələbi ilə mülki qanunvericiliyə uyğun olaraq,mülki mühakimə qaydada iddia vermək hüququnun olması zərərçəkmiş şəxsin hüquqi varisi -mülki iddiaçı X5 izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Səbinə Məmmədzadə
Əli Məmmədov