Məhkəmə qərarları › İş №1(101)-501/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-501/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-501/2025 23.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 33, mənzil 31-də yaşamış, 25 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 aprel 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etməklə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti müəyyənləşdirilməmiş İran islam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı «Fərhad» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, «Fərhad» adlı şəxsin göstərişi ilə naməlum vaxtda və yerdə, naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda - 93,570 qram çəkidə narkotik vasitə olan asetilə edilmiş tiryəki, 136 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 5,44 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə metadon həblərini əldə edib, həmin həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən 20 ədədini saxlaması və daşıması üçün əri - X7 vətəndaşı Şahid1 A-ya, təsiredici maddəsinin ümumi miqdarı 3,04 qram təşkil edən metadon həblərinin 76 ədədini və narkotik vasitə olan asetilə edilmiş tiryəki yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 33, mənzil 31 ünvanında, təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən 40 ədəd metadon həblərini isə özünün üzərində saxlamaqla daşımış, 25 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 22:16-da ünvan 1 ünvanın qarşısında əri Şahid1 ilə birlikdə saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparılmış, orada üzərilərində şəxsi axtarış keçirilən zaman əri Şahid1 A-nın əynində olan şalvarının cibindən tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən 02 ədəd konvalyutda cəmi 20 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş eyni tərkibli həmin narkotik vasitə metadon həbləri, onun özünün üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcəsinin cibindən tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən 04 ədəd konvalyutda cəmi 40 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş eyni tərkibli həmin narkotik vasitə metadon həbləri və əməliyyat tədbirinin davamı olaraq 26 aprel 2024-cü il tarixdə, saat 01:50-dən saat 02:45-dək yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 33, mənzil 31 ünvanında keçirilmiş baxış zamanı qonaq otağındakı sellofan torbadan tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 3,04 qram təşkil edən 08 ədəd konvalyutda cəmi 75 ədəd və 01 bükümün içərisində 01 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş eyni tərkibli həmin narkotik vasitə metadon həbləri, 01 bükümdə külli miqdarda 93,570 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan asetilə edilmiş tiryək və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində narkotik vasitə tiryək izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etməklə saxlamış, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, narkotik istifadəçisi olmuş, tiryək, kakos, metodon, kimi narkotik vasitələrin hamısından istifadə etmişdir. Metadonu gündə 6-7 ədəd tablet kimi, tiryəki isə 3-4 saatdan bir qəbul etmişdir. İlk olaraq kakosdan, sonra kakos olmadığı üçün tiryək qəbul etmiş, sonra da metodona keçmişdir. 8 ildir ki, narkotik vasitələrdən istifadə etmiş və hətta buna görə bir dəfə məhkum olunmuşdur. Narkotik vasitəni Fərhad adlı şəxsdən və başqa bariqalardan, yəni satanlardan alıb əldə etmişdir. Amma o, ümumiyyətlə narkotik vasitə satmamış, onun telefonunda da satışla bağlı heç nə müəyyən edilməmişdir. Polislər onu 25 aprel 2024-cü il tarixdə, axşam saat 9-10 radələrində 28 may küçəsi, ev 33, mənzil 31-də yerləşən evinin həyətində saxlamış, onu və yoldaşını Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparmış və nə deyiblərsə, onu da etmişdir. Onun üzərindən 3 list, yoldaşının üzərindən isə ona məxsus 2 list metodon çıxmışdır. Yoldaşının üzərindən narkotik vasitə aşkar edildikdə həyat yoldaşı polis əməkdaşlarına həmin maddənin ona məxsus olduğunu bildirmişdir. Üstündə olan metodon tabletləri aşkar etdikdən sonra evində də olub-olmadığı soruşulmuş, o da onsuz da tutulduğunu, evə də baxış olacağını fikirləşib, evdə də narkotik olduğunu könüllü olaraq etiraf etmişdir. O, anasıgilə gedərkən metadonları saxlamaq üçün həyat yoldaşı, X4 vətəndaşı Şahid1 vermiş, saxlanılarkən həmin metadonlar həyat yoldaşından da götürülmüşdür. Həyat yoldaşı narkotik vasitələrdən istifadə etməmiş, lakin onun narkotiklərdən istifadə etməsini bilmişdir. 28 may küçəsi, ev 33, mənzil 31-də, yəni əri ilə birlikdə yaşadıqları evdə ittihamda göstərilən narkotikləri və bir ədəd tərəzini polisə təhvil vermişdir. Aşkar olunan tərəzi də ona məxsus olmuş, narkotik vasitələr alarkən aldadılmaması məqsədi ilə narkotik alarkən çəkisini bilmək üçün həmin tərəzidən istifadə etmişdir. Evdə olarkən polislər ona təzyiq göstərmiş, ona sənədlərə qol çəkdirmişlər. O da buraxılacağını güman edib, sənədləri imzalamışdır. Həm üzərlərinə şəxsi axtarış aparılarkən və həm də evə baxış keçirilərkən videoçəkilişdən istifadə olunmuş, şəxsi axtarışda və evə baxışda narkotiki çıxarıb təqdim etmək tapşırılmış, o da çıxarıb təqdim etmişdir. Həmin vaxt narkotikin təsiri altında olmuş, özündə olmamışdır. İfadəsi alınarkən o, özü müstəntiqə heç nə deməmiş, oxumadan ifadəsinə qol çəkmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, narkotiki ona satan şəxs həmişə «konum» yəni qoyulduğu yerin ünvanını atmış, o da həmin yerdən gedib narkotiki götürmüşdür, narkotikin əvəzini hesabına pul atmaqla ödəmişdir. Pulu narkotik aldığı şəxsə çox vaxt terminaldan, bəzi hallarda isə həyat yoldaşının kartından atmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, hadisədən sonra həyat yoldaşı narkotik saxlamağa görə məhkəməyə verilmiş və cərimə cəzasına məhkum edilmişdir. Bundan sonra həyat yoldaşı çıxıb vətəndaşı olduğu Səudiyyə Ərəbstanına gedəcəyini bildirdiyndən o, əsəbləşmiş və aşkar edilmiş narkotiklərin ona yox, həyat yoldaşına məxsus olması barədə ərizə vermişdir. Şahid1 onun ikinci həyat yoldaşı olmuş, birinci evlilikdən onun 9 yaşında bir oğlu vardır. Lakin əsil həqiqətdə aşkar olunan narkotiklər onun özünə məxsus olmuş, sonra yoldaşında olan narkotikin onun özünə məxsus olması və polislərin ona təzyiqi ilə bağlı müvafiq orqanlara müraciət etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu həmin ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilib göstərmişdir ki, əvvəllər evli olmuş və birinci nikahından 1 azyaşlı övladı vardır. Şahid1 A ilə isə təxminən 2 il əvvəl tanış olmuş, onunla ailə qurmuş və 1 il əvvəl rəsmi nikaha daxil olmuşlar. O, özü 9 il ərzində narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitə aludəçisi olmuşdur. O, hər dəfə narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşı kimi tanıdığı “Fərhad» adlı şəxsdən almışdır. Belə ki, «Fərhad» adlı şəxsə göndərdiyi pul müqabilində sonuncu Bakı şəhərində müxtəlif ünvanlara narkotik vasitəni qoyub həmin yerin məkan yerini WhatsApp tətbiqi vasitəsilə öna göndərmiş, o da bundan sonra həmin yerdən gedib narkotik vasitəni götürmüşdür. Son zamanlar isə maddi imkanı olmadığından İran vətəndaşı «Fərhad» adlı şəxsə pul göndərə bilməmiş və sonuncu ilə razılaşmışlar ki, onun dediyi ünvanlara narkotik vasitə çatdırmaq müqabilində ona da istifadə etmək üçün narkotik vasitə verəcəkdir. Razılaşmadan sonra «Fərhad» adlı şəxsin göndərdiyi ünvanlardan narkotik yasitəni götürüb, sonuncunun dediyi ünvanlara aparıb qoymuşdur. Bunun müqabilində isə «Fərhad» adlı şəxs ona narkotik vasitə vermişdir. Əri Abdulmohsenin isə bundan xəbəri olmamış, sonuncu yalnız onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, sonuncu dəfə bir neçə gün əvvəl İran vətəndaşı «Fərhad» adlı şəxsin ona göndərdiyi məkan yeri vasitəsilə bağlamada olan narkotik vasitələri deyilən yerdən götürüb yaşadığı evə gətirmişdir. Evdə olarkən həmin torbanı açdıqda içərisində qəhvəyi rəngli narkotik vasitə tiryək və konvalyutlarda narkotik vasitə metadon həbləri olduğunu görmüşdür. O, narkotik vasitə metadon konvalyutlarından 04 ədədini cibinə qoymuş, həmçinin 02 ədəd konvalyutda metadon həblərini onun üçün saxlamasından ötrü əri Äbdulmohsenə vermişdir. Onun evə narkotik vasitə gətirməyindən Abdulmohsenin xəbəri olmamış, o, gətirdiyi paketi ərinin yanında açmamış, sadəcə olaraq ərinə 02 ədəd konvalyutda metadon həblərini saxlaması üçün vermişdir. Bundan sonra əri Abdulmohsenlə çölə çıxmış, saat 22 radələrində yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 33 saylı binanın qarşısında olarkən bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmiş və barələrində narkotik vasitələri qanunsuz saxlamaqla daşımaqları barədə məlumatları olduğunu onlara deyib, onları Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməmişlər və polis əməkdaşları ilə 22-ci polis şöbəsinə getmişlər. Polis şöbəsində o, və əri Abdulmohsen şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün onlara vəkillər təyin olunmuş, həmçinin əri azərbaycan dilini bilmədiyi üçün tərcüməçi təyin edilmişdir. Daha sonra polis şöbəsində otaqların birində o, və əri Abdulmohsenin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə onu təqdim etməyi təklif olunduqda o, gödəkcəsinin cibindən 04 ədəd konvalyutda 40 ədəd metadon həblərini, özünə məxsus «Redmi 10» markalı mobil telefonu, mobil telefonun enerji qurğusunu, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qolbağı və qurğusunu, bank kartını çıxarıb təqdim etmişdir. Sonra bir nəfər qadın polis əməkdaşı onun üzərində şəxsi axtarış aparmış, lakin başqa heç bir əşya aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi həblərin narkotik vasitə metadon həbləri olduğunu, həmin həbləri İİR vətəndaşı «Fərhad» adlı şəxsdən sonuncunun deyəcəyi ünvanlara çatdırmaq üçün əldə etdiyini, bunun müqabilində həmin şəxsin ona istifadə etmək üçün narkotik vasitə verdiyini, əvvəllər CM-nin 234.1 -ci maddəsi ilə məhkum olunduğunu, həmçinin yaşadığı ünvanda da narkotik vasitələrin olduğunu, evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra təqdim etdiyi əşyalardan bank kartı, mobil telefonun enerji cihazı və Ədliyyə Nazirliyinin qolbağı ilə qurğusu ona qaytarılmış, narkotik vasitə metadon həbləri və mobil telefonu isə götürülərək qablaşdırılmışdır. Daha sonra əri Abdulmohsenin üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, ərinə üzərində qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunduqda əri şalvarının cibindən 02 ədəd konvalyutda olan 20 ədəd metadon həblərini, «Samsung A51» markalı mobil telefonu, 1 manat pul əskinasını və bank kartını çıxarıb təqdim etmişdir. Daha sonra əri Abdulmohsenin üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir əşya aşkar olunmamışdır. Əri verilən şifahi suallara cavab olaraq təqdim etdiyi 02 ədəd konvalyutda olan həbləri onun verdiyini bildirmiş, o da qeyd olunan xüsusatı təsdiq etmişdir. Həqiqətən də həmin həbləri saxlaması üçün o, əri Abdulmohsenə vermişdir. Bundan sonra ərinin üzərindən aşkar olunmuş metadon həbləri və mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra çəkilmiş videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və sonradan bununla bağlı protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, şəxsi axtarışdan sonra müdafiəçilərin, tərcüməçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadıqları ünvan 5 ünvanda baxış keçirilən zaman o, evin qonaq otağında divanın sağ küncündə gizlətdiyi sellofan torbada olan 09 ədəd konvalyutda ümumilikdə 76 ədəd narkotik vasitə metadon həblərini, 01 ədəd elektron tərəzini, 01 ədəd içərisində narkotik vasitə heroin olan yapışqan lentlə bağlanmış sellofan bükümü təqdim etmiş və həmin narkotik vasitələri də İİR vətəndaşı «Fərhad» adlı şəxsin ona göndərdiyini bildirmişdir. Elektron tərəzi onun özünə məxsus olmuş və həmin tərəzidən narkotik vasitənin miqdarını bilmək üçün istifadə etmişdir. Sonra təqdim etdiyi narkotik vasitələr və elektron tərəzi polis əməkdaşı tərəfindən götürülməklə qablaşdırılmışdır. Sonra çəkilmiş videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və sonradan bununla bağlı protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin göstərmişdir ki, o və əri Abdulmohsen polis əməkdaşları tərəfindən saxlanılan zaman onlara qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, onun son zamanlar narkotik vasitə almaq üçün pulu olmadığından İran vətəndaşı «Fərhad» adlı şəxsdən onun dediyi ünvanlara narkotik vasitə çatdırmaq müqabilində ona da istifadə etmək üçün narkotik vasitə verməsindən onun əri Abdulmohsenin xəbəri olmamışdır. Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə gətirilməzdən əvvəl və ya videoçəkiliş başlanmadan əvvəl onun üzərində polis əməkdaşları tərəfindən axtarış aparılmamış, onun üzərinə yalnız Nəsimi RPİ-nin 22-ci PŞ-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Üzərindən və evindən aşkar olunmuş narkotik vasitələr, həmçinin ərinin üzərindən aşkar olunmuş narkotik vasitələr ona məxsus olmuşdur(iş vərəqə: 141-144). Cinayət işi üzrə məhkəmə baxışında iştirakı və dindirilməsi mümkün olmamış şahid - X5 vətəndaşı Şahid1 A-nın cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid1 A tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə son 2 ildə tanış olsa da, 1 il əvvəl onunla ailə həyatı qurmuş və rəsmi nikaha daxil olmuşlar. Zeynəb ondan əvvəl də evli olmuş və həmin nikahından sonuncunun 1 övladı vardır və həmin uşaq Zeynəbin anası ilə yaşayır. Zeynəbin narkotik vasitə istifadə etməsindən məlumatı olmuş, sonuncuya bunu tərkgitməsini desə də, Zeynəb bədənində olan ağrılara görə narkotik vasitə metadon qəbul etmişdir. Şahid1 A ifadəsinin davamında göstərmişdir ki, sonuncu dəfə 25 aprel 2024-cü il tarixdə Zeynəb ona 2 ədəd konvalyutda içərisində cəmi 20 ədəd narkotik vasitə olan metadon həbini verib onu saxlamağını xahiş etmişdir. O da həmin 02 ədəd konvalyutda olan həbləri cibinə qoymuşdur. Həmin gün, saat 22 radələrində yaşadıqları ünvan 1 binanın qarşısında olarkən bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər və barələrində narkotik vasitələri qanunsuz saxlamaqla daşımaqları barədə məlumat olduğunu bildirmiş və onları Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməmişlər və polis əməkdaşları ilə birlikdə 22-ci polis şöbəsinə getmişlər. Polis şöbəsində o və arvadı Zeynəb şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün onlara vəkillər təyin olunmuş, həmçinin o, Azərbaycan dilini bilmədiyi üçün ona tərcüməçi təyin edilmişdir. Daha sonra polis şöbəsində otaqların birində onun və arvadı Zeynəbin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Zeynəbə üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə olan əşyaları təqdim etməyi təklif olunmuş, Zeynəb bundan sonra gödəkcəsinin cibindən 04 ədəd konvalyutda 40 ədəd metadon həblərini, özünə məxsus «Redmi 10» markalı mobil telefonu, mobil telefonun enerji qurğusunu, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qolbağı və qurğusunu, bank kartını çıxarıb təqdim etmişdir. Sonra bir nəfər qadın polis əməkdaşı Zeynəbin üzərində şəxsi axtarış aparmış, lakin başqa heç bir əşya aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Zeynəb təqdim etdiyi həblərin narkotik vasitə metadon həbləri olduğunu, həmin həbləri İİR vətəndaşı «Fərhad» adlı şəxsdən sonuncunun deyəcəyi ünvanlara çatdırmaq üçün əldə etdiyini, bunun müqabilində həmin şəxsin ona istifadə etmək üçün narkotik vasitə verdiyini, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, həmçinin yaşadığı ünvanda da narkotik vasitələrin olduğunu və evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Zeynəbin təqdim etdiyi əşyalardan bank kartı, mobil telefonun enerji cihazı və Ədliyyə Nazirliyinin qolbağı ilə qurğusu Zeynəbə qaytarılmış, narkotik vasitə metadon həbləri və mobil telefon isə götürülüb qablaşdırılmışdır. Şahid1 A tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, Zeynəbdən sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, ona üzərində qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunduqda o, şalvarının cibindən 02 ədəd konvalyutda olan 20 ədəd metadon həblərini, «Samsung A51» markalı mobil telefonu, 1 manat pul əskinasını və bank kartını çıxarıb təqdim etmişdir. Sonda onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir əşya aşkar olunmamışdır. O, verilən şifahi suallara cavab olaraq təqdim etdiyi 02 ədəd konvalyutda olan həbləri Zeynəbin ona verdiyini bildirmiş, Zeynəb də qeyd olunan xüsusatı təsdiq etmişdir. Həqiqətən də həmin həbləri saxlaması üçün ona Zeynəb vermişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş metadon həbləri və mobil telefon götürülmüş və qablaşdırılmışdır. Sonra çəkilmiş videogörüntülər hər bir iştirakçıya nümayiş etdirilmiş və sonradan bununla bağlı protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 A tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, şəxsi axtarış başa çatdıqdan sonra müdafiəçilərin, tərcüməçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadıqları ünvan 6 ünvanda baxış keçirilən zaman Zeynəb evin qonaq otağında divanın sağ küncündə gizlətdiyi sellofan torbada olan 09 ədəd konvalyutda ümumilikdə 76 ədəd narkotik vasitə metadon həblərini, 01 ədəd elektron tərəzini, 01 ədəd içərisində narkotik vasitə heroin olan yapışqan lentlə bağlanmış sellofan bükümü təqdim etmiş və həmin narkotik vasitələri İİR vətəndaşı «Fərhad» adlı şəxsin ona göndərdiyini bildirmişdir. Sonra Zeynəbin təqdim etdiyi narkotik vasitələr və elektron tərəzi polis əməkdaşı tərəfindən götürülməklə qablaşdırılmışdır. Sonra çəkilmiş videogörüntülər hər bir iştirakçıya nümayiş etdirilmiş və sonradan bununla bağlı protokol tərtib olunmuş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Tədqiq olunan ifadəsində təqsirləndirilən şəxs Şahid1 A, həmçinin göstərmişdir ki, o, və arvadı Zeynəb polis əməkdaşları tərəfindən saxlanılan zaman onlara qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmiş, üzərindən aşkar olunmuş narkotik vasitəni saxlamaq üçün ona arvadı Zeynəb vermişdir. Arvadı Zeynəb narkotik vasitə alüdəçisi olmuşdur. Onun Zeynəbin evdə narkotik vasitə saxlamasından, şəxsi axtarış zamanı Zeynəbin bildirdiklərindən onun məlumatlı olmamışdır. O, yalnız Zeynəbin narkotik vasitə istifadə etməsini bilmişdir. Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilməzdən və ya videoçəkiliş başlanmazdan əvvəl onun üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmamışdır. Onun üzərinə yalnız Nəsimi RPİ-nin 22-ci PŞ-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır (iş vərəqə: 115-117). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nəsimi RPİnin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 25 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və X7 vətəndaşı Şahid1 A barəsində onların narkotik vasitələri üzərlərində qanunsuz olaraq saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması ilə bağlı tərəfindən Şöbə rəhbərliyi məlumatlandırılmış, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı rəsmi icazə alınmış və müvafiq qərar qəbul edilmişdir. Məlumatlar şəxsən ona daxil olmuşdur. Qəbul edilmiş qərarın icra olunması ilə bağlı onun rəhbərliyi ilə 22-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid3 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Məlumatla bağlı ilkin araşdırma nəticəsində hər iki şəxsin anket məlumatları müəyyənləşdirilmiş, olduqları ünvanlar dəqiqləşdirilmiş və əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 22 radələrində əldə etdikləri məlumat əsasında ünvan 7 ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs və X7 vətəndaşı Şahid1 A-nı görüb onlara yaxınlaşaraq özlərini təqdim etmiş, onlara barələrində üzərlərində narkotik vasitələr saxlamaları və gəzdirmələri ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirmiş və onların hər ikisini Nəsimi RPİnin 22-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində onların saxlanılması barədə raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması təhqiqatçı Şahid6 həvalə olunmuşdur. Təhqiqatçı Şahid6 tərəfindən hər iki şəxs şübhəli şəxs qismində tutulmuş, onlara ayrı-ayrılıqda vəkil, milliyətcə ərəb olan şəxsə ərəb-azarbaycan dilləri üzrə tərcüməçi təyin olunmuş, sonra isə onların üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs qadınlığı nəzərə alınmış və onun üzərində şəxsi axtarış aparılması üçün Nəsimi RPİ-nin inspektoru Ziba İbrahimova dəvət olunmuş və şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış prosesində əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olduğu təqdirdə onları təqdim etməsi təklif olunmuş, bundan sonra sonuncu əynində olan gödəkcəsinin cibindən 04 ədəd listdə hər bir listdə 10 ədəd olmaqla cəmi 40 ədəd «Methadone» dərman həblərini, «Redmi» markalı mobil telefonu, cəza çəkməsi ilə bağlı ona verilmiş qolbaq və onun qurğusunu, bank kartını, enerji cihazını təqdim etmişdir. Həmin əşyalardan cəza qolbağı və onun qurğusu, bank kartı, enerji cihazı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi dərman həblərinin narkotik vasitə metadon olduğunu, həmin həbləri İran vətəndaşından müəyyən qismi özünə qalmaq şərti ilə aldığını, özünün müxtəlif ünvanlarda gizlədərək İran vətəndaşına yerləri barədə məlumat verdiyini, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər CM-nin 234.1 -ci maddəsi ilə məhkum olunduğunu, yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə metadon həbləri və mobil telefon qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da, başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şahid2 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs sonra saxlanılmış sonuncunun əri, X7 vətəndaşı Şahid1 A-nın üzərinə tərcüməçinin iştirakı ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Şahid1 A-ya üzərində hər hansı bir qanunsuz əşya olduğu təqdirdə onları təqdim etməsi təklif olunmuş və sonuncu əynində olan şalvarın cibindən 02 ədəd listdə hər bir listdə 10 ədəd olmaqla cəmi 20 ədəd «Methadone» dərman həblərini, 01 ədəd «Samsung A51» markalı mobil telefonu çıxarıb təqdim etmiş və təqdim etdiyi dərman həblərinin arvadı Təqsirləndirilən şəxs aid olduğunu bildirmiş, Təqsirləndirilən şəxs onun dediklərini təsdiq etmişdir. Daha sonra Şahid1 A-nın üzərinə şəxsi axtarış aparılsa da, başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təhqiqatçı aşkar olunmuş 20 ədəd narkotik vasitə metadon həblərini və «Samsung A51» markalı mobil telefon götürərək qablaşdırılmışdır. Daha sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Şahid2 ifadəsinin davamında daha sonra göstərdi ki, şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs və Şahid1 A-nın birlikdə yaşadıdıqları ünvan 5 ünvana baxış keçirilən zaman qonaq otağındakı sellofan torbadan 01ədəd bükümdə narkotik vasitə tiryək, 08 ədəd konvalyutda cəmi 75 ədəd və 01 ədəd bükümdə 01 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli narkotik vasitə metadon həbləri və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxshəmin narkotik vasitələri də İran vətəndaşından əldə etdiyini, həmin narkotik vasitələri müxtəlif ünvanlarda gizlədərək İran vətəndaşına yerləri barədə məlumat verdiyini, ərinin həmin narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi təhqiqatçı tərəfindən götürülməklə qablaşdırılmışdır. Daha sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Ən nəhayət, Şahid2 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs və onun əri Şahid1 A saxlanılarkən, Polis Şöbəsinə aparılarkən və ya sronra onlara qarşı hər hansı formada təzyiq göstərilməmiş, onların üzərinə baxış və ya şəxsi axtarış keçirilməmişdir. Şəxsi axtarış və baxış təhqiqatçı tərəfindən aparılmış, bütün proses videolentə alınmış, şübhəli şəxslərə vəkillər təyin edilmiş, xarici vətəndaşa tərcüməçi verilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci PŞ-nin Şahid3, Şahid4 və Şahid5 Şahid2 məhkəmədəki ifadəsinə uyğun ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bundan başqa, iş üzrə şahid qismində dindirilən Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı Şahid6 ifadəsində göstərdi ki, 25 aprel 2024-cü il tarixdə xidmətdə olarkən narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və onun əri - X5 vətəndaşı Şahid1 A narkotik vasitələrin dövriyyəsində şübhəli kimi Nəsimi RPİ-nin 22ci PŞ-nə gətirilmiş, araşdırma ona həvalə olunmuşdur. Saxlanılan şəxslərə müdafiəçi təyin etmiş, onların hüquq və vəzifələrini izah etmiş və bununla bağlı bildiriş təqdim etmişdir. Onun tərəfindən hər iki şəxs şübhəli şəxs qismində tutulmuş onların üzərlərinə şəxsi axtarış keçirilmiş, həmçinin sonradan yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 33, mənzil 31 ünvanına baxış keçirilmişdir. Saxlanılan şəxslərdən biri qadın olduğu üçün yetkinlik yaşına çatmayanlar üçün inspektor qadın dəvət olunmuş və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əri milliyyətcə ərəb olduğundan tərcüməçi və vəkillə təmin edilmiş və onun da üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən 04 ədəd listdə hər bir listdə 10 ədəd olmaqla cəmi 40 ədəd «Methadone» dərman həbləri, Şahid1 A-nın üzərindən 02 ədəd listdə hər bir listdə 10 ədəd olmaqla cəmi 20 ədəd «Methadone» dərman həblərini, aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Şahid6 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs könüllü olaraq evində narkotik vasitə olduğunu bildirdiyindən onun evinə də baxış keçirilmiş və evdən qonaq otağındakı sellofan torbadan 01ədəd bükümdə narkotik vasitə tiryək, 08 ədəd konvalyutda cəmi 75 ədəd və 01 ədəd bükümdə 01 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli narkotik vasitə metadon həbləri və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Hər iki proses videoçəkilişlə aparılmış, müvafiq disklər protokola və cinayət işinə əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə haqqında» 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 A və Ən-X2 RPİ- nin 22-ci polis şöbəsinə gətirilib üzərlərində video çəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman Şahid1 A-nın əynində olan şalvarının cibindən 02 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla cəmi 20 ədəd narkotik vasitə metadon həbləri, Təqsirləndirilən şəxs isə əynində olan gödəkcəsinin cibindən 04 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla cəmi 40 ədəd üzərində «Methadone» yazılmış dərman həbləri, 01 ədəd «Redmi» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, Şahid1 A ondan aşkar edilib götürülmüş 20 ədəd narkotik vasitə olan metadon həbləri ilə bağlı göstərmişdir ki, təqdim etdiyi 20 ədəd dərman həbləri arvadı Təqsirləndirilən şəxs aiddir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs ondan aşkar olunan əşyalarla bağlı özünün narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi dərman həblərinin narkotik vasitə metadon olduğunu, həmin həbləri İran vətəndaşından müəyyən qismi özünə qalmaq şərti ilə aldığını, özünün müxtəlif ünvanlarda gizlədərək İran vətəndaşına yerləri barədə məlumat verdiyini bildirmiş, əri Şahid1 A-dan aşkar edilib götürülmüş 20 ədəd narkotik vasitə olan metadon həblərinin onun özünə aid olduğunu təsdiq etmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, Şahid1 A-dan aşkar edilib götürülmüş 02 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla cəmi 20 ədəd narkotik vasitə olan metadon həbləri və Təqsirləndirilən şəxs aşkar edilib götürüldən 04 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla cəmi 40 ədəd narkotik vasitə olan metadon həbləri ayrı-ayrılıqda qablaşdırılmaqla götürülüb «Azərbaycan Respublikası DİN-190» möhüprü ilə möhürlənmiş, proses iştirakçıları tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, Şahid1 A-nın və baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi iki hissədən ibarət iki ədəd CD formatlı disk protokol vasitəsi ilə cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 61-67). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan «evə baxış keçirilməsi və götürmə haqqında» 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 33, mənzil 31 ünvanına baxış keçirilən zaman qonaq otağındakı sellofan torbadan 01 ədəd bükümdə narkotik vasitə tiryək, 08 ədəd konvalyutda cəmi 75 ədəd və 01 ədəd bükümdə 01 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli narkotik vasitə metadon həbləri və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs ondan aşkar olunan əşyalarla bağlı göstərmişdir ki, aşkar edilib götürülən narkotik vasitəyə şübhəli maddələr 01 ədəd elektron tərəzi onun özünə məxsusdurlar, əri Şahid1 A-ya aid deyillər. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, aşkar edilib götürüldən 08 ədəd konvalyutda cəmi 75 ədəd və 01 ədəd bükümdə 01 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli narkotik vasitə metadon həbləri və 01 ədəd elektron tərəzi ayrı-ayrılıqda qablaşdırılmaqla götürülüb «Azərbaycan Respublikası DİN-190» möhüprü ilə möhürlənmiş, proses iştirakçıları tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı disk protokol vasitəsi ilə cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 69- 73). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan daha bir – «Maddi sübuta baxış keçirilməsi haqqında» 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunmuş maddi sübutlar Məhkəmə Ekspertiza Mərkəzinin xüsusi paketinə qablaşdırılmış vəziyyətdədir, həmin paketin üzərində MEM-yə aid möhürlər vardır. Paket tərəfimdən açıldı və içərisində olan maddi sübutlara baxıldıqda müəyyən edildi ki, paketdə 01 ədəd bükümdə narkotik vasitə tiryək və Zeynəb-Ən-Nəimənin üzərindən aşkar olunmuş narkotik vasitə metadon həbləri, 01 ədəd elektron tərəzi və 09 ədəd konvalyut vardır ki, konvalyutiarın 01 ədədi boşdur, digər konvalyutlarda olan narkotik vasitə metadon həblərinin ümumi sayı hesablandıqda 70 ədəd metadon həbi vardır və 01 ədəd metadon həbi ayrıca polietilen sellofana bükülmüş vəziyyətdədir. Ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs evindən aşkar olunmuş metadon həblərinin 5 ədədinin tədqiqata sərf edilməsi nəzərə alınmaqla evdən aşkar olunmuş həblərin ümumi sayı 76 ədəddir(iş vərəqə: 128). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2299 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N190 ” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs məxsus.... Təqsirləndirilən şəxs (imza)“ yazısı və imzalar olan paketdəki, üzərində “Methadone 40”markalanma göstəricisi olan 4 ədəd konvalyutda ümumilikdə 40 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 40 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı sonuncunun təqdim etdiyi Təqsirləndirilən şəxs (imza)..“ yazısı və imzalar olan paketdəki üzərində “Methadone 40” markalanma göstəricisi olan 8 ədəd konvalyutda ümumilikdə 75 ədəd və bir ədəd şəffaf polietilen bükümdə 1 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və ümumilikdə 76 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 3,04 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 93,570 qram qəhvəyi rəngli maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilmiş tiryəkdir. Tədqiq olunan rəydən daha sonra görünür ki, ekspertiza tədqiqatına təqdim olunan bir ədəd qara rəngli elektron tərəzinin üzərində asetilə edilmiş tiryəkin izləri vardır, iz şəklində olduğu üçün, asetilə edilmiş tiryəkin təmiz çəkisini və bükümdə olan asetilə edilmiş tiryəklə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş metadonun ümumi miqdarı 4,64 qramdır. Metadon həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər(iş vərəqə: 122-127). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 26 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2300 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №190» dairəvi möhür əksi və « Şahid1 A-nın üzərindən aşkar edilmiş 2 list metadone yazısı olan həb; Şahid1 A-imza, doqquz-imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə olan 2 ədəd konvolyutlarda üzərində «Methadone - 40» əmtəə göstəriciləri olan, hər birində 10 ədəd qəhvəyi rəngli dairəvi formalı üzərində «F/M40» əks əlavəli, ümumilikdə 20 ədəd həb metadon tərkibli dərman preparatıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,8 qramdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülən «Methadone-40» əmtəə göstəriciləri olan həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə Şahid1 A-nın üzərindən aşkar edilmiş həblərlə eynidirlər(iş vərəqə: 98-104). Məhkəmə baxışı zamanı tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 25 iyul 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş 116 ədəd narkotik vasitə metadon həbləri, 93,570 qram narkotik vasitə asetilə edilən tiryək və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin saxlancına verilmişdir(iş vərəqə: 231-244). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 26 aprel 2024-cü il tarixli, 2710 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 208-209). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15 iyul 2024cü il tarixli, 2046 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Tədqiq olunan rəydən görünür ki, qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman Ən- X12 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Tədqiq olunan rəyin məhkəmə-psixoloji rəyə aid hissəsindən görünür ki, Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. İttiham olunduğu əməli törədən zaman Təqsirləndirilən şəxs-Tapdıq qızının emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik əmələ gəlməmişdir(iş vərəqə: 226-229). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 03 may 2024-cü il tarixli, 508 nömrəli rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir(iş vərəqə: 210-212). Məhkəmə baxışı zamanı tədqiq olunan verilmiş əməliyyat tapşırığına cavab olaraq Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və qeyriləri barəsində olan cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələri kimdən və haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, keçirilmiş əməliyyat-axtarış tədbirləri və əldə olunmuş aqentura məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmiş, lakin sonuncunun əri Şahid1 A ilə əlbir olmaqla narkotik vasitələrin satışını həyata keçirmələri ilə bağlı hər hansı məlumat əldə olunmamışdır(iş vərəqə: 176). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində 25 iyul 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən və onun yaşadığı evdən aşkar edilib götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmadığından, qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən işdə adı İİR vətəndaşı “Fərhad” olaraq keçən naməlum şəxs barədə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 246-247, 250). Ən nəhayət, məhkəmə baxışı tədqiq olunan müvafiq sənədlər və məhkəmə hökmü ilə müəyyən edildi ki, təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs ilə eyni vaxtda saxlanılmış X5 vətəndaşı Şahid1 A-dan metadon narkotik vasitəsi götürülməsi faktına görə sonuncunun barəsində ayrıca icraatda cinayət işi ayrılmış, ibtidai istintaq aparılmaqla Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01avqust 2024-cü il tarixli hökmünə əsasən Şahid1 A Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat cərimə cəzasına məhkum edilmişdir(iş vərəqə: 118, iş materialları). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən tiryək narkotik vasitəsinin xeyli miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 50 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 5000 qram, metadon narkotik vasitəsinin xeyli miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 160 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülmüş ümumi 93,570 qram çəkidə narkotik vasitə asetilə edilmiş tiryək narkotik vasitəsinin və tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 5,44 qram təşkil edən 136 ədəd həbdən ibarət metadon narkotik vasitəsinin çəkisinin «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMnin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Ən-X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda tiryək və metadon narkotik vasitələrini əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində səmimi etirafı, o cümlədən özünün narkomaniya xəstəliyindən əzab çəkməsi və şəxsi istifadəsi üçün narkotik vasitələr əldə etmək məqsədilə qeyriləri ilə cinayət əlaqəsinə girib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olan etirafları, aşkar olunub götürülən narkotik vasitələrin növ müxtəlifliyi, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etməklə saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddəlrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanıldıqdan sonra ona qarşı olan təzyiqlər nəticəsində sənədlərə imza etməsi, imzalardan sonra buraxılacağını güman etdiyindən sənədləri imzalaması barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Səfərova (Ən-Nəimə) Zeynəb Tapdıq qızı əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin məhkumluğu ödənilməmişdir(iş vərəqə: 177-178). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhər Probasiya İdarəsindən təqdim olunan 15 yanvar 2025-ci il tarixli, 3-16-21-1/2-1347/2025 saylı rəsmi arayışdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda baxılan iş üzrə şübhəli olaraq tutulduğu 25 aprel 2024-cü il tarixədək təyin olunan cəzanın 1 (bir) il 11 (on bir) gününü çəkmiş, lakin təyin olunan cəzanın 05 (beş) ay 15 (on beş) günü çəkilməmiş qalmışdır (iş materialları). Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə Sumqayıt şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs apzadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və baxılan cinayət işi üzrə cinayət hadisəsinin baş verdiyi tarixə təyin olunan həmin cəzanın bir hissəsinin çəkilməmiş qalmasını nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan hökm üzrə olan məhkumluğu ödənilməmiş və götürülməmişdir, həmçinin qeyd olunan bu məhkumluq cinayətlərin residivini yaratmayacaqdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələblərinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır ki, qeyd olunan bu hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü üzrə olan məhkumluğunun ödənilməməsi və götürülməməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan sanksiya hədlərində, hökmlərin məcmusuna görə cəza təyinetmənin prinsiplərinə əməl etməklə ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələblərinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə baxılan iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini, həmçinin Sumqayıt şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü üzrə ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 05 (beş) ay 15 (on beş) gününün çəkilməmiş qalmasını və hər iki hökm üzrə təyin olunan cəzaların Azərbaycan Respublikası CMinin 67.1-cü maddəsinə əsasən tamamilə və ya qismən birləşdirilməli olmasını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 05 (beş) ay 15 (on beş) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 02 (iki) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə müəyyən edilməli və məhz bundan sonra yeni hökm üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü üzrə müəyyən olunan 02 (iki) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, sonuncunun ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını, məhkumluğu olmasına baxmayaraq, həmin məhkumluğun onun əməlinin cinayətlərin residivini yaratmadığını və Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhrum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 25 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində 25 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 2 (iki) gün müddətində həbsdə saxlanılmış, müvafiq məhkəmənin 27 aprel 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2, 158.2.1 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 109 (yüz doqquz) həb narkotik vasitə olan metadon və ekspertiza tədqiqatından sonra qalıq qalmış 93,370 qram tiryək narkotik vasitəsi və 01 (bir) ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs götürülmüş, lakin maddi sübut hesab edilməyən, Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Maddi sübutlara dair məsələ müzakirə olunarkən müəyyən edildi ki, təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs ilə eyni vaxtda saxlanılmış X5 vətəndaşı Şahid1 A-dan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış, təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs məxsus 18 (on səkkiz) həb metadon narkotik vasitəsinə dair məsələ Şahid1 A-nın Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat cərimə cəzasına məhkum edilməsi haqqında çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01avqust 2024-cü il tarixli hökmü ilə həll edilmişdir ki, qeyd olunan bu hal yeni hökm üzrə nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 114,00 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay 15 (on beş) günü Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 02 (iki) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü üzrə müəyyən edilmiş və çəkilməmiş 02 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 25 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 109 (yüz doqquz) həb narkotik vasitə olan metadon və ekspertiza tədqiqatından sonra qalıq qalmış 93,370 qram tiryək narkotik vasitəsi və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. - X5 vətəndaşı Şahid1 A-dan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış, təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs məxsus 18 (on səkkiz) həb metadon narkotik vasitəsinə dair məsələnin Şahid1 A-nın Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat cərimə cəzasına məhkum edilməsi haqqında çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01avqust 2024-cü il tarixli hökmü ilə həll edilməsi nəzərə alınsın. İş üzrə təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs götürülmüş, lakin maddi sübut hesab edilməyən, Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 114,00 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar