Məhkəmə qərarları › İş №1(101)-502/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-502/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-502/2020 21.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçilər – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2015-ci il tarixdə məlum olmayan vaxtda və naməlum mənbədən qanunsuz olaraq bir ədəd soyuq silah hesab olunan ov tipli bıçaq əldə etmiş və üzərində gəzdirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında tanışları ilə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 48 ünvanında yerləşən çay evində olan söhbətlərində onların zarafatlarından digər tanışı Zərərçəkmiş şəxs guya onun arvadı Şahid7 qarşı pis niyyətinin olması qənaətinə gələrək, bunu özü üçün qəbuledilməz hal hesab edib, cüzi səbəbi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş və bu niyyətini həyata keçirmək üçün bir ədəd soyuq silah olan ov tipli bıçaq və məlum olmayan iki ədəd digər bıçaqlarla silahlanaraq, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 95, mənzil 61 ünvanının qarşısına gələrək dəfələrlə mobil telefonuna zəng etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs cavab vermədiyindən həmin ünvanda eyvanın qarşısında oturub Zərərçəkmiş şəxs gəlməsini gözləmiş, sonuncu, həmin gün saat 22 radələrində yaşadığı mənzilin eyvanına çıxdıqda o, söhbət etmək bəhanəsi ilə Zərərçəkmiş şəxs yanına dəvət etdikdən sonra sonuncuya binanın 1-ci girişinin (blokun) qarşısında arvadına qarşı etdiyi hərəkətlərin düzgün olmadığını bildirdikdə, Zərərçəkmiş şəxs ona “get dəqiqləşdir, sonra gələrsən, danışaq” sözlərini deyərək arxasını çevirib yaşadığı evinə doğru getdikdə, Təqsirləndirilən şəxs aralarındakı mübahisəni sonlandırmaq imkanı olduğu halda, əksinə mübahisənin təşəbbüskarı olaraq yaranmış əlverişli şəraitdən istifadə edib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə ilk öncə sağ əlində tutduğu bıçaq ilə sonuncunun üz nahiyəsinə zərbə vurmuş, daha sonra dayanmadan hər iki bıçaqla sağ və sol tərəfdən Zərərçəkmiş şəxs baş nahiyəsinə çoxsaylı zərbələr yetirmiş, Zərərçəkmiş şəxs aktiv müqavimət göstərdiyindən əlində olan bıçaq yerə düşmüş, bu zaman o, üzərində gəzdirdiyi digər bıçağı çıxardıb niyyətini həyata keçirməkdə israrlılıq nümayiş etdirərək yenidən ona zərbələr vurmağa davam etmiş, sonuncunun yalvarışlarına və imdad istəməsinə baxmayaraq, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla, yəni xüsusi amansızlıqla əlindəki bıçaqlarla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq sonuncuya dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid cəmi 19 ədəd olmaqla sağ bazunun yuxarı 1/3-nin ön səthinə 2, sol bazu oynağının arxa səthinə 1, sol bazunun yuxarı 1/3-nin ön səthinə 3, qarının sağ yarısına 1, döş qəfəsinin ön səthinin mərkəzi hissəsinə 1, döş qəfəsinin sol-yan səthinə 6, döş qəfəsinin arxa səthinə 5 ədəd deşilmiş yaraları, cəmi 22 ədəd olmaqla sağ bazunun yuxarı 1/3-nin arxa səthinə 1, ənsə nahiyəsinin sol yarısına 3, sol gicgah nahiyəsinə 1, sol körpücük üstü nahiyəsinə 1, boyunun sağ yan səthinə 1, boyunun arxa səthinə 3, boyunun sol yan səthinə 2, sağ qulaq nahiyəsinə 2, sağ yanaq nahiyəsinə 1, sağ çənəaltı nahiyəsinə 1, sağ sarğı nahiyəsinə 3 ədəd, döş qəfəsinin sol yan səthinə 1, döş qəfəsinin arxa səthinə 2 ədəd deşilmiş-kəsilmiş yaraları, həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan hər iki sağrı nahiyəsinin hematomaları ilə müşaiiət olunan, qarnın sağ yarısının qarın boşluğuna nüfuz edərək, qaraciyərin girdə bağını zədələyən deşilmişkəsilmiş yarası və döş qəfəsinin arxa səthinin plevra boşluğuna nüfuz edərək hemapnevmatoraksla müşaiyət olunmuş deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirmiş, bu zaman Zərərçəkmiş şəxs kömək istəməsi barədə qışqırıq səslərini eşidən Şahid3 onun hərəkətlərinə mane olduğundan, habelə sonuncu “Medical Plaza” xəstəxanasına çatdırılıb vaxtında ixtisaslı tibbi yardım göstərildiyi üçün sağ qaldığından bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən etdiyi əməli iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, yəni Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs təxminən 10 ildir tanıyır, onların münasibəti həmişə yaxşı olmuşdur. 2019-cu il iyul ayının axırlarında bir gün çayçıda olan zaman İslam işi ilə əlaqədar Şəmkirə, oradan isə ailəsini gətirmək üçün Ucara gedəcəyini bildirmişdir. O da, İslama öz həyat yoldaşının nənəsinin vəziyyətinin yaxşı olmadığını, bunun üçün onların da Gəncə şəhərinə getmək istədiklərini bildirib onları da yolüstü Gəncəyə aparmağını xahiş etmiş, İslam da razılıq vermişdir. Səhəri gün onlar İslamın maşını ilə yola çıxmışlar. İslam maşının maqnitofonuna ailə ilə qulaq asılmalı olmayan "Xuliqanka" mahnısını qoymuş, o da, əsəbi halda İslamın sifətinə baxaraq mahnının səsini almışdır. Onlar bir az yol getdikdən sonra İslamın güzgüdən arxaya baxdığını, dili ilə xoşagəlməz hərəkətlər etdiyini görmüşdür. Maşında gedən vaxt İslam qolu ilə ona toxunub yoldan keçən qızı göstərmiş, o, İslamın bu hərəkətlərindən də əsəbləşmiş və İslamın onun həyat yoldaşına qarşı fikrinin başqa cür olduğunu hiss etmiş, lakin həmin vaxt ailəsi yanında olduğu üçün İslamdan bu barədə bir şey soruşa bilməmişdir. Həyat yoldaşını Gəncəyə qoyub Bakıya qayıtmış, səhəri gün yoldaşının nənəsinin öldüyünü eşidib təkrar Gəncəyə qayıtdığından İslamı görüb ondan yolboyu etdiyi qeyri-etik hərəkətlər barədə heç nə soruşmaq imkanı olmamışdır. Həmin vaxt təxminən 40 gün Gəncədə qalmış və qayıtdıqdan sonra iki dəfə İslamı görsə də, həmin vaxt yanlarında başqa şəxslər olduğundan İslamla bu barədə heç nə danışa bilməmişdir. Sonradan o, həyat yoldaşından İslamın maşında nəsə xoşa gəlməz şeylər edib-etmədiyini soruşduqda, yoldaşı İslamın yol gedərkən tez-tez arxaya baxdığını bildirmişdir. Özü maşında gedərkən İslamın əlini qaldırıb dili ilə barmaqlarının arasını yaladığını görmüşdür. Nəhayət bu hadisəni dəqiqləşdirmək üçün hadisə baş verən gün İslamın yaşadığı evin qarşısına getmiş, onunla görüşüb yolboyu nəyə görə belə hərəkətlər etdiyini soruşduqda, İslam deyilənləri inkar etmiş və belə bir şey etmədiyini bildirmiş və aralarında mübahisə düşmüşdür. O, əvvəlcədən cibində olan iki bıçaqdan birini çıxarıb İslamı vurmuş, həmin bıçaq əlindən düşəndən sonra digər cibində olan bıçağı çıxarıb İslamı vurmağa başlamışdır. Lakin İslama neçə bıçaq vurduğunu xatırlamır. Sualları cavablandıran təqsirləndirilən şəxs Amil Zərərçəkmiş şəxsı öldürmək niyətinin olmadığını, İslamı onun namusuma sataşdığı üçün, yəni maşında həyat yoldaşına baxdığı üçün vurduğunu, hadisə vaxtı onun üzərində iki ədəd bıçaq olduğunu, həyətdə iş gördüyü üçün həmin bıçaqların cibində qaldığını, rayondan qayıdandan sonra İslamla bir dəfə çayçıda görüşdüyünü, lakin həmin vaxt başqa şəxslər olduğu üçün söhbəti açmadığını, İslamgilin məhəlləsinə gedib onu çağıranda İslamın balkonda siqaret çəkdiyini, üzərində iki ədəd bıçaq olduğunu, həmin bıçaqlardan birinin idman gödəkçəsinin cibində, digərinin isə şalvarının cibində olduğunu, mübahisənin Zərərçəkmiş şəxs tərəfindən başlandığını, ilkin olaraq sonuncunun ona yumruq zərbəsi vurduğunu, üzərində özünü müdafiə üçün cəmi iki ədəd bıçaq apardığını və sonuncunu öldürmək niyyətinin olmadığını, İslama «kişi kişinin yarına baxmaz» sözünü dediyini və bu sözləri deyəndə İslamın rənginin dəyişdiyini gördükdən sonra ondan şübhələrinin doğru olduğunu fikirləşdiyini, həyat yoldaşının da ona İslamın güzgüdən baxdığını, əlini yaladığını bildirdiyini, İslama neçə bıçaq vurduğunu xatırlamadığını, İslamı vurandan sonra bıçağın əlindən düşdüyünü və İslamın qaçmağa başladığını, onun da İslamın arxasınca qaçdığını və əlbəyaxa şəkildə dalaşmağa davam etdiklərini, İslamı öldürmək niyyəti olsaydı, onu ürəyindən vurmaq imkanının olduğunu, lakin bunu etmədiyini, dava zamanı onlara yaşlı bir kişinin yaxınlaşıb "bəsdir, dava etməyin" deyəndən sonra aralaşdıqlarını, bu zaman onun əlində bıçaq olmadığını, həmin vaxt İslamın ayaq üstə olduğunu, özünün psixi vəziyyətinin normal olduğunu, heç bir xəstəliyinin olmadığını, İslamın onun həyat yoldaşına qarşı qeyri-etik hərəkət etdiyi üçün cəzalandırdığını, İslamın maşında "Xuliqanka" mahnısını oxutduğunu, həmin mahnının ailə ilə qulaq asılmalı mahnı olmadığını, İslama həmin mahnını qoyduğu üçün hərəkətləri ilə irad bildirdiyini, yəni ona tərs-tərs baxdığını və maqnitofonu söndürdüyünü, evdən çıxan zaman bıçağın birinin cibində olduğunu, ikinci bıçağı isə həyətdən götürdüyünü, birinci bıçağı çıxarıb vurduqdan sonra əlindən düşdüyünü, sonra ikinci bıçağı çıxarıb vurduğunu, daha sonra həmin bıçağı oradakı ağaclığa tulladığını, İslamla aralarında olan davanın təxminən 4-5 dəqiqə davam etdiyini, İslam xəstəxanada olan zaman anasının onun yanına getsə də buraxmadıqlarını məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, təxminən 2019-cu ilin iyun-iyul aylarında “Neftçilər” metrosu yaxınlığında adını xatırlamadığı çayxanada dostları Amid və Amillə birlikdə oturduqları zaman o, növbəti gün rayona gedəcəyini demişdir. Belə ki, əsgər yoldaşları Vüsal və İlkinlə Şəmkir rayonunda görüşmək barədə razılaşmışlar. O, əvvəlcə onlarla görüşüb daha sonra Ucara ailəsinin yanına getməyi planlaşdırmışdır. Lakin çayxanada olan zaman Amil ondan ailəsini Gəncə şəhərinə aparmasını xahiş etmiş, o da, yolüstü olduğundan razılaşmışdır. Amil arvadının nənəsinin xəstə olduğunu və buna görə təcili olaraq Gəncəyə getməli olduqlarını ona bildirmişdir. Növbəti gün o, Amilin yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, döngə 8, ev 5 ünvanına getmişdir. Həmin zaman Amilin adını bilmədiyi arvadını və azyaşlı oğlunu avtomobilinə mindirmişdir. Həmin gün “xxxxx” CAPE MMC-yə məxsus xidməti avtomobillə yola çıxmışlar. Yolda olarkən Amil arvadının “Neftçilər” metrosu yaxınlığında gözəllik salonuna getməli olduğunu ona bildirmiş, buna görə həmin ünvana avtomobili sürmüş, gözəllik salonunun yaxınlığında təxminən 15-20 dəqiqə Amilin arvadını gözləmişlər. Amilin arvadının başı hicablı olduğundan gözəllik salonunda saçını dəyişib-dəyişməməsini bilməmiş, həmçinin onun arvadına fikir verməmişdir. Bundan sonra yola düşmüşlər və yolda təxminən iki dəfə fasilə üçün dayanmışlar. Yolda olarkən Amil ondan maqnitofonda mahnı qoymasını istəmiş, sonuncuya istədiyi mahnıya qulaq asa biləcəyini bildirmişdir. Təxminən saat 18 radələrində Gəncə şəhəri, Balabağban adlandırılan yerdə onları düşürmüş, özü isə Şəmkirə getmişdir. Orada əsgər dostları ilə oturmuş və axşam 21 radələrində Ucara qayıtmışdır. Bu hadisədən sonra və ya əvvəl Amili və arvadını avtomobilinə mindirməmişdir. Amilin arvadını bir daha görməmiş və heç bir əlaqəsi olmamışdır. Lakin Amil ilə vaxtaşırı “Neftçilər” metrosunun yaxınlığındakı çayxanada görüşmüşdür. Bu görüşləri zaman Amil ona qarşı normal davranmış, onunla hər hansı bir problemi olmamış, ona heç bir irad bildirməmişdir. O, gecə işdə olduğundan xx xxxxxx 2019-cu il tarixdə səhərə yaxın evə gəlmiş, təxminən səhər 10-11 radələrində yatmışdır. Yorğun olduğundan telefonunu səssiz rejimə qoymuşdur. Təxminən saat 21 radələrində yuxudan duraraq əlüzünü yumuş, çay içmiş və eyvana çıxaraq siqaret çəkmişdir. Bu zaman binanın altıncı girişinin sağında bir şəxsin oturduğunu görmüş, həmin şəxs onu görən kimi ayağa qalxmış və eyvana yaxınlaşmışdır. O, həmin şəxsin Amil olduğunu görərək salamlaşmış, sonuncu, ona zəng etdiyini bildirmiş, o isə, telefonu səssiz rejimə qoyduğunu və yatdığını Amilə demişdir. O, Amili evə dəvət etdikdə, sonuncu razılaşmamış və aşağıya düşməyini istəmişdir. Bu zaman o, evə qayıdaraq telefonunu yoxlamış, həqiqətən də Amilin ona zəng etdiyini görmüşdür. Sonra aşağı düşərək Amillə görüşmüş və sonuncunun yanında Amidə “What’s up” proqramı vasitəsi ilə “Amilnənəm məhlədəyik, birazdan gələcəm görüşərik” sözlərini yazmışdır. Həmin zaman Amilin ondan nə istədiyini bilməmişdir. Amillə ilk öncə məhəllədə gəzdikdən sonra üşüdüyündən evə qayıdaraq qolu qısa gödəkcəsini dəri gödəkcəyə dəyişmək istəmişdir. Buna görə də Amillə yenidən evin girişinin qabağına qayıtmış, evə qalxaraq gödəkcəsini geyinmişdir. Bu zaman Amil ondan kef-əhvalını soruşmuşdur. Həmin zaman hava qaranlıq və soyuq, məhəllədə bütün işıqlar yanmadığından qaranlıq olmuşdur. Amil ilə birlikdə birinci girişin qabağına çatdıqda Amil ona “Sən mənim namusuma sataşmısan” sözlərini dedikdən sonra o, şok vəziyyətinə düşmüşdür. Çünki sonuncunun arvadını cəmi bir dəfə onları Gəncəyə apararkən görmüşdür. Amilin ona səhv etdiyini bildirmiş və dediyi sözün yanlış olduğunu, ondan hər hansı sübutunun olub-olmadığını soruşmuşdur. Amil hisslərinin onu aldatmadığını və onun arvadı ilə cinsi əlaqədə olduğuna əmin olduğunu, arvadını boğduğunu və nəticədə onunla cinsi əlaqədə olduğunu etiraf etdiyini bildirmişdir. O isə, Amilə “get dəqiqləşdir, sonra gələrsən, danışarıq” sözlərini deyərək əli ilə onun sinəsini tutaraq, ağlını başına yığmasını bildirmişdir. Bir az Amili özündən uzaqlaşdırmaq istəmiş və arxasını çevirib girişə doğru getməyə başlamışdır. Bu zaman qəflətən Amil arxadan sağ əli ilə onun sifət nahiyəsinə bıçaq zərbəsi vurmuşdur. Daha sonra dayanmadan sol və sağ əli ilə iki müxtəlif bıçaqla sifət, baş və boyun nahiyələrinə çoxsaylı zərbələr endirmişdir. Buna görə o, üzünü Amilə tərəf çevirərək əllərindən tutmuşdur. Bu zaman Amilə səhv etdiyini yenidən bildirmiş, lakin heç bir nəticəsi olmamışdır. Özünü qorumaq üçün Amilin sifət nahiyəsinə sağ əli ilə zərbə vurmuş və buna görə də Amilin sağ əlindəki bıçaq yerə düşmüşdür. Bundan sonra özünü müdafiə etmək üçün Amilin üstünə hücum etməyə cəhd göstərmiş, lakin cəhdləri alınmamışdır. Bu zaman Amilin cibindən üçüncü bıçağı çıxardığını görmüş, buna görə də yaşadığı mənzilin olduğu yeddinci girişə doğru qaçmağa başlamışdır. Girişin qarşısında yaşadığı evin pəncərəsinin yanına çatdıqda, gücü tükənmiş, “Kömək edin” sözlərini ucadan qışqırmağa başlamış, Amil isə bıçaqla onun arxası ilə gəlmişdir. Amil onun arxasınca qaça-qaça bədəninin arxasına bıçaqla vurmağa davam etmişdir. Orada Amil ona çatmış və onun əlindən çıxıb giriş ilə üzbəüz “Məhəllə” adlı marketin arxasında yerləşən işıq dirəyinə doğru getməyə cəhd göstərmişdir. Bu zaman Amil onun bədəninin müxtəlif nahiyələrinə dayanmadan bıçaq zərbələri yetirməyə davam etmişdir. O, artıq bütün gücünü itirmiş və yerə uzanmışdır. Lakin davamlı olaraq “kömək edin” sözünü qışqırmışdır. Amil onun üstünə çıxıb imdad diləməyinə əhəmiyyət verməyərək bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri yetirməyə davam etmiş, daha çox baş nahiyəsindən vurmuşdur. Bundan sonra onun artıq can verdiyini, müqavimət göstərmədiyini, bütün qan içində olduğunu, səsinin zəiflədiyini görüb üstündən duraraq kənara çəkilmiş və dayanıb onun ölməsini gözləmişdir. Bu zaman qonşusu Şahid3 aşağı düşərək ona yaxınlaşmış və kim olduğunu soruşmuşdur. X6 olduğunu dedikdən sonra Amil onun üstünə yenidən hücum etmişdir. Lakin İlqar əli ilə Amili saxlamış və Amil oradan uzaqlaşmışdır. Daha sonra o, ayağa qalxmış, Amil isə dayanacaqda olan avtomobillərin arasından yenidən onun üstünə hücum etmək istəmişdir. Bu zaman sonuncuya yenidən səhv etdiyini demiş, Amil isə İlqara “Ağsaqqal, bu namus işidi, sənlik deyil” sözlərini bildirmişdir. Lakin İlqar onu əli ilə tutduğundan Amil ona yaxın dura bilməmiş və oradan çıxıb getmişdir. Həmin anda anası, daha sonra isə digər qonşular onun yanına gəlmişlər. O, anasına təcili yardım çağırmasını demiş, anası təcili yardıma zəng vurmuş, lakin təcili yardım maşını gec gəldiyi üçün qonşusu Şirvan öz avtomobili ilə onu “Baku Medical” xəstəxanasına çatdırmışdır. O, avtomobildə olarkən huşunu itirmiş və bir gün sonra xəstəxananın reanimasiya şöbəsində ayılmışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs arvadını yalnız iki dəfə görmüş, bir dəfə 2019-cu ilin yanvar-fevral aylarında Amil ilə çayxanada oturarkən, ona evində yanğın olması barədə zəng gəlmiş və təcili olaraq avtomobillə Amili Buzovna qəsəbəsində yerləşən evinə aparmış, evə qalxıb elektrik naqilinin yandığını görmüşdür. İkinci dəfə isə yuxarıda qeyd etdiyi kimi Gəncəyə gedərkən görmüşdür. Lakin heç vaxt onunla ünsiyyət saxlamamış və ya mesaj yazmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs üzərində üç bıçaq olmuşdur. Yerə düşən və onun əvəzinə cibindən çıxardığı bıçaq eyni formalı, açılıb-bağlanan tipli olmuşdur. Onunla Amilin arasında söhbət və dava təxminən 20-30 dəqiqə davam etmişdir. Hadisə ilə bağlı Təqsirləndirilən şəxs dediklərinin yalandır, Amilin ailəsini Gəncə şəhərinə apardıqdan sonra dəfələrlə Amil və digər dostları ilə görüşərək normal vaxt keçirmişlər. Təxminən 2019-cu ilin oktyabr ayının axırında o, Amil və Vüsal ünvan 4 ünvanında yerləşən çay evində oturmuş, onların arasında qonaqlıq söhbəti olmuşdur. Amil dəfələrlə yay aylarında onları Buzovnada yerləşən evinə dəvət edərək samovar çayı vermişdir. Buna görə də, o, söhbət əsnasında Amilin evində samovar çayı içdiyini demişdir. Bu zaman Amil onun evində olmadığını demiş, Vüsal onun üzünə zarafat formasında “Samovarda yandırdın” sözlərini söyləmişdir. İstifadə etdiyi avtomobillə Gəncəyə gedərkən avtomobilin orta salon güzgüsünü sağa, yəni yanında oturan Amilə tərəf çevirmiş və fiziki olaraq Amilin arxasında oturan arvadını görə bilməmişdir. Yolda olan zaman yalnız Amil mahnı dinləmiş, lakin heç kim mahnı oxumamışdır. Nə yolda olarkən, nə də sonradan Amil ona heç bir irad bildirməmişdir. Hadisə nəticəsində ona maddi olaraq müalicəsinə görə təxminən iki-üç min manat dəyərində ziyan dəymişdir. Fiziki olaraq isə bədəninin üzərində çoxsaylı yara izləri qalmış və üz nahiyəsinin sağ yanağı hissiyyatını itirmişdir. Bununla belə, Zərərçəkmiş şəxs bir dostu kimi Təqsirləndirilən şəxslə barışdığını və onu bağışladığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək, bu barədə xx.xx.2020-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirdi ki, ünvan 5 mənzil 70 saylı ünvanında Zərərçəkmiş şəxs ilə qonşuluqda eyni bina, eyni blokda yaşayır. İslamgilin mənzili birinci mərtəbədə, onun mənzili isə 5-ci mərtəbədə yerləşir. xx xxxxxx 2019-cu il tarixdə evdə olarkən saat 22 radələrində səs-küy eşitmiş, buna görə də eyvana çıxmışdır. Binanın qabaq hissəsindən bir nəfərin “kömək edin” deyə qışqırdığını eşitmiş, həmin istiqamətə baxdıqda iki nəfərin dalaşdığını, onlardan birinin digərinə hücum etdiyini görmüşdür. Qaranlıqda həmin şəxslərin üzləri görünmədiyi üçün onları tanımamışdır. Lakin onlardan birinin “kömək edin” sözünü bir neçə dəfə dediyi üçün hadisənin ciddi olduğunu düşünmüş və aşağı düşmüşdür. Blokdan çıxanda bir nəfərin üzü üstə yerə uzandığını, üst-başının qanlı vəziyyətdə olduğunu görmüşdür. Həmin şəxsi əvvəl tanımamış və kim olduğunu soruşmuşdur. Həmin şəxs qonşu Ramizin oğlu İslam olduğunu demiş, bu zaman bir nəfər cavan oğlan yerə uzanan şəxsə doğru gəlmiş, qaranlıq olduğundan həmin şəxsin əlində dəqiq nə olduğunu görməmişdir. Lakin oğlanın əlində çubuğa bənzər nəyinsə olduğunu müşahidə etmiş və həmin şəxsi əli ilə sinəsindən itələmiş və “vurmusan, döymüsən çıx get” sözlərini demişdir. Bu zaman həmin şəxs ona “Ağsaqqal, bu namus işidi, sənlik deyil” sözlərini deyərək, binanın qabağında olan dördbeş maşın arasından fırlanıb yenə bloka doğru arxa tərəfdən gəlmiş, yenidən onu sağ qolu ilə sol tərəfindən itələmiş, “yeri çıx get” sözlərini demişdir. Həmin oğlan gedəndən sonra səs-küyə adamlar toplaşmış və yerə uzanmış oğlanı tanımadığı şəxsin maşınına qoyub xəstəxanaya aparmışlar. Məhkəmə iclasında dindirilən Şahid7 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx xxxx 2019-cu il tarixdə nənəsi xəstə olduğundan onlar Gəncəyə getmək qərarına gəlmişlər. Əri ona İslam adlı dostunun maşınla Ucara gedəcəyini, onları da Gəncəyə apara biləcəyini demiş və onlar yola hazırlaşmışlar. xx xxxx 2019-cu il tarixdə səhər 11-12 radələrində İslam idarə etdiyi maşınla onların yaşadıqları ünvana gəlmiş, Amil öz yüklərini maşının baqajına yükləmiş və onlar yola düşmüşlər. O, arxa oturacaqda azyaşlı uşağı ilə əri Amilin arxasında oturmuşdur. Bir gün əvvəl gözəllik salonunda növbəyə yazıldığından onlar əvvəlcə həmin salona getmiş, o, təxminən 20-25 dəqiqə gözəllik salonunda olmuşdur. Həmin vaxt o, qaşlarını aldırmış, sonra yola düşmüşlər. Bakıdan hələ uzaqlaşmamış piyada keçidinin yanında İslam Amilin qolundan vuraraq həmin keçiddən keçən qızı göstərmişdir. O, bunu görsə də, üzə vurmamışdır. Düz yola çıxdıqda İslam “Qaşları kaman” mahnısını züm-zümə etməyə başlamış, Amil İslama tərəf sərt baxmışdır. Daha sonra İslam radioda xatırlamadığı mahnı qoymuş, lakin Amil buna da sərt reaksiya göstərərək radionu söndürmüşdür. Yolda olarkən İslam bir dəfə təxminən 5-6 saniyəlik arxaya çönərək ona baxmışdır. Əlavə olaraq avtomobili idarə edərkən İslam sağ əli ilə rolu tutan zaman sol əlini ağzına doğru aparmış və barmağını ya dişləmiş, ya da ki, yalamışdır. Bu hərəkətləri İslam ona baxaraq etməmiş və o, qeyri-etik hərəkət kimi də bunları qəbul etməmişdir. Yolda iki dəfə fasilə məqsədilə dayanmışlar. Yolda dayandıqda Amil ona yaxınlaşaraq İslamın hərəkətlərindən narazı olduğunu və avtomobildən çıxmaq istədiyini bildirmiş, o isə, İslamın hərəkətlərində heç bir problem olmadığını bildirmişdir. Daha sonra onlar yola davam etmişlər. Gəncə şəhərinə təxminən saat 18 radələrində çatmışlar. İslam onları “Gəncə mall” un yanında düşürmüş, Amil avtomobildən yükləri boşaltmış və İslam çıxıb getmişdır. Həmin vaxt Amil əsəbi vəziyyətdə olmuşdur. Sonralar da vaxtaşırı Amil yenidən bu söhbətə qayıdaraq ondan İslam barədə soruşmuşdur. O, Amillə dəfələrlə bu barədə söhbətlər etmiş, Amildən hərəkətlərinin səbəbini soruşmuşdur. Lakin Amil ona həmişə cavab olaraq bu məsələnin axırına çıxandan sonra cavab verəcəyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə əri ilə təxminən saat 20 radələrində “What’s up” proqramı vasitəsilə yazışmış, əri ona “Evə gəlirəm, yeməyi hazırla” sözünü yazmışdır. Amil evə gələrkən əsəbi görünmüşdür. Evə gəldikdən sonra onlar süfrə arxasına oturmuş, əri ondan yenidən Gəncəyə getməkləri barədə soruşmuşdur. Amil ondan “Dəqiq İslam həmin yol ərzində sənə maşında heç bir hərəkət etməyib?” sözlərini demiş, o da, “Bəli dəqiq, İslam heç bir artıq-əskik hərəkət etməmişdir” deyə cavab vermişdir. Həmin gün onlar yatmağa gedərkən Amil yenidən onunla mübahisə etmiş, ona “Mənim dostlarım mənə namek atırlar, mənim çiynimə vururlar ki, get evdən muğayat ol” sözlərini demişdir. Amil ona bu şübhə ilə yaşaya bilmədiyini söyləmiş, hətta ona bir dəfə şillə də vurmuşdur. Amil ona “sən onu müdafiə edirsən, onunla görüşmüsən, harasa getmisən” sözlərini dedikdən sonra, o, Amilə yuxarıda qeyd etdiyi İslamın avtomobildəki hərəkətlərini bildirmişdir. Bundan sonra Amil ona inanmadığını bildirmişdir. Səhərə kimi bu mövzu ətrafında mübahisə etmişlər. Daha sonra o, anasının yanına Gəncə şəhərinə getmək istədiyini bildirmişdir. Buna görə də xx xxxxxx 2019-cu il tarixdə Amil təxminən saat 13:30-da onu və oğlunu Gəncə şəhərinə yola salmışdır. xx xxxxxx 2019-cu il tarixdə gecə saat 05 radələrində Amil ona zəng edərək, “Niyə belə oldu?” sözlərini demişdir. Bundan sonra o, Amillə mübahisə etmiş və telefonu üzünə qapamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində Amil ona zəng edərək, uşağı ilə danışmaq istədiyini bildirmiş və onlar telefonda danışmışlar. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə Amil davamlı olaraq telefonuna zəng etmiş, ona “getdim İslamı vurdum” sözlərini demişdir. O, Amilə inanmamış, bundan sonra həmin gün gecə 23 radələrində Amilin onların qapısında olduğunu görmüşdür. Amil ona İslamı vurduğunu demiş, həmin zaman Amilin bunları yalandan onunla barışmaq istədiyi üçün dediyini düşünmüşdür. Həmin vaxt Amil Gəncədə bir aydan çox onların yanlarında yaşamışdır. Amil gəldikdən bir-iki gün sonra İslamın qardaşı Rafiqlə danışdığını görmüş, lakin nə barədə danışdığını bilməmişdir. Amil bundan sonra sadəcə olaraq ona “İslam reanimasiyadan çıxıb, məndən şikayətçi deyillər” sözlərini demişdir. Amil Gəncədə qaldığı müddət ərzində o, sonuncunun İslamı bıçaqladığına inanmamışdır. Daha sonra Amil Bakıya qayıtdıqda onun tutulduğunu öyrənmişdir. Verilən sualları cavablandıran Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, kənardan kimsə Amilə nəsə deyildiyini və bundan sonra Amilin bu cinayət hadisəsini törətdiyini, Amilin onunla bu barədə mübahisə edən zaman "uşaqların nəsə mənə namyok edir, mən tuta bilmirəm, onlar nə demək istəyir" sözlərini dediyini, hadisədən sonra nə zərərəçəkmiş şəxsin özü, nə də onun qohumlarının ona zəng etmədiyini, Amil gözəllik salonundan gec çıxmağımın səbəbini soruşanda o, qaşlarını aldırdığını bildirdiyini və bundan sonra maşına minəndə İslamın "Qaşları kaman" mahnısını oxumağa başladığını və İslamın mahnı oxumasını Amilin də eşitdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs təxminən 30 ildir ki, tanıyır, onunla qardaşlıq münasibətləri var, Təqsirləndirilən şəxs isə yaşadığı məhəllədən tanımış, onunla da münasibətləri normal olmuşdur. O, Vüsal, İslam və Amil təxminən iki ildir ki, birlikdə oturub çayxanada çay içib söhbət edirlər. Təxminən 2019-cu ilin avqust ayında İslamla Amilin ailəsinin birlikdə Gəncəyə getməsi barədə sonradan xəbər tutmuş, həmin məlumatı çayxanada Vüsalla oturduqda sonuncudan almış, ona isə bu məlumatı Amilin özü vermişdir. Bundan sonra Amil və İslamla dəfələrlə birlikdə oturduqda onların hərəkətlərində hər hansı bir dəyişiklik hiss etməmişdir. Təxminən oktyabr ayında Amilin fikirli olduğunu, onunla danışmaq istədiyini görmüş, lakin sonradan yenə də görüşləri davam etmişdir. 2019-cu ilin oktyabr ayının axırında o, Amil, İslam və Vüsal çayxanada oturmuş, onların arasında qonaqlıq söhbəti olmuşdur. Amil dəfələrlə yay aylarında onları Buzovnada yerləşən evinə dəvət edərək samovar çayı vermiş, buna görə də İslam söhbət əsnasında Amilin evində samovar çayı içdiyini demişdir. Bu zaman Amil İslamın onun evində olmadığını bildirmiş, Vüsal İslamın üzünə zarafat formasında “Samovarda yandırdın” sözlərini demişdir. Vüsalın bu sözündə hər hansı bir səhv olduğunu hesab etməmişdir. Bundan sonra onlar dəfələrlə İslam və Amillə birlikdə oturmuşlar. xx xxxxxx 2019-u il tarixdə saat 22 radələrində Rafiq ona zəng edərək Amilin qardaşı İslamı vurduğunu bildirmiş, o, bunu eşidən kimi şok vəziyyətinə düşmüşdür. Həmin gecə “Medical Plaza”ya getmiş, orada İslamın əməliyyat olunduğunu öyrənmişdir. Hadisə ilə bağlı zəng edərək Mirvüsala da xəbər vermişdir. Amilin anası Məleykə hadisədən bir gün sonra ona zəng edərək harada olduğunu öyrənmiş, o isə, xəstəxanada olduğunu dedikdə, Məleykə “Nətərdi şərəfsiz?” deyə ondan soruşmuşdur. O, Məleykənin bu sözlərinə əsəbləşmiş, lakin ona sakit cavab vermişdir. Məleykə İslamın günahkar olduğunu bildirmiş, bundan sonra Məleykə hər gün ona zəng etmişdir. Məleykə onu Amili gizlətdiyinə görə ittiham etdikdən sonra ona əsəbləşərək sərt cavab vermiş, bundan sonra onunla danışmamışdır. Təxminən 2019-cu ilin noyabr ayının 25-26-da Amil ona öz istifadəsində olan nömrədən zəng edərək, təxminən iki saat ərzində onunla danışmışdır. İlkin olaraq İslamı səhv çıxarmağa çalışmış, “Hisslərimə güvənirəm, İslam səhvdi, belə bir hadisə olub” sözlərini demişdir. O, Amillə bir müddət danışdıqdan sonra sonuncu “ola bilər mən öz hisslərimdə yanılmışam” sözünü demişdir. Danışıq zamanı Amil İslamı öldürmək niyyəti ilə onun yaşadığı evə bıçaqlarla getdiyini bildirmiş, bundan sonra heç vaxt Amillə görüşməmiş və danışmamışdır. Məhkəmə iclasında dindirilən Şahid8 həm Zərərçəkmiş şəxs, həm də Təqsirləndirilən şəxs tanıdığını, onlarla, eləcə də Şahid1 ilə yoldaşlıq etdiyini bildirərək, Şahid1 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilən Şahid6 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, qardaşı İslama görə tanımışdır. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 22 radələrində anası X5 ona zəng edərək, İslamın bıçaqlandığını bildirmiş, həmin vaxt o, Əhmədlidə olmuşdur. Anasına qardaşını “X12” xəstəxanasına gətirmələrini xahiş etmiş, özü də həmin xəstəxanaya getmişdir. O, xəstəxanaya çatdıqda qardaşının qəbul şöbəsində uzanıqlı vəziyyətdə görmüş, sonradan qardaşının əynindəki qan içində olan paltarları xəstəxana işçiləri ona vermişlər. O da, cırıq və qanlı vəziyyətdə olan paltarları əhəmiyyətsiz hesab etdiyindən zibilliyə atmışdır. İslama həmin zaman ilkin tibbi yardım göstərilmiş, İslam tam halsız, göz bəbəkləri yumulu, sifəti və bədəni qan içində olmuşdur. Həkim ona qardaşının çox qan itirdiyini və əməliyyatdan sağ çıxmamaq təhlükəsinin olduğunu bildirmişdir. Təxminən iki saat cərrahiyyə əməliyyatı davam etmişdir. Birinci əməliyyatda qardaşına 30-a yaxın tikiş vurulmuşdur. Daha sonra gecə yenidən daha bir əməliyyat edilmiş, qardaşı iki gün sonra özünə gəlmişdir. Bundan sonra İslamla görüşmüş, qardaşı Amilin onu niyə vurmasını soruşmuşdur. xx xxxxxx 2019-cu il tarixdə onun telefonuna Təqsirləndirilən şəxs zəng vurmuş, danışıq zamanı Amil ona İslamı düzgün olaraq vurduğuna onu inandırmaq istəmiş, İslamı öldürmək niyyəti ilə üç bıçaqla onun üstünə getdiyini bildirmişdir. O, Amilin gələcəkdə dediyi sözləri dana biləcəyindən ehtiyat ediyi üçün həmin danışığı telefon vasitəsilə yazmış, sonradan həmin səs yazısını istintaqa təqdim etmişdir. Danışıq zamanı Amil arvadının İslamın Gəncəyə gedərkən yolda etdiyi hərəkətləri barədə gec dediyindən arvadına iki-üç dəfə bıçaq zərbəsi vurduğunu, həmin səbəbə görə qardaşını bıçaqla öldürmək istədiyini qeyd etmişdir. Amil xx xxxx 2019-cu il tarixdə qardaşının istifadə etdiyi avtomobillə Gəncəyə gedərkən İslamın yolda özünü qeyri-normal apardığını, mahnı oxuduğunu və buna görə də qardaşını öldürmək istədiyini ona bildirmişdir. Daha sonra Amil “Mən dostlarımın yanına getdikdə, onlar məndən üz döndərirlər, dostlarım mənə söz atırlar ki, get evinlə maraqlan” sözlərini demişdir. Amili polisə təhvil vermək üçün növbəti gün görüşməyə cəhd göstərmiş, lakin Amil növbəti gün onunla əlaqə saxlamamış, həmin nömrəyə zəng etdikdə isə digər şəxs telefonu götürmüşdür. Məhkəmə iclasında dindirilən Şahid5 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs heç vaxt tanımamış və görməmişdir. Təxminən 2019-cu ilin iyul ayında İslam Ucara arvadının yanına getməli olmuş və həmin zaman ona özü ilə bir tanışını da Gəncəyə yolüstü aparacağını bildirmişdir. İslam Ucara gedib qayıtdıqdan sonra onun hər hansı bir probleminin olmasının şahidi olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə o, səhər namaza görə 06 radələrində yuxudan durduqda İslamın artıq yemək yeyib yatdığını görmüşdür. Həmin ərəfədə İslam evdə tək olmuş, əri Ucarda, kiçik oğlu isə axşama yaxın toya getmişdir. İslamın arvadı və uşaqları da Ucar rayonunda olmuşlar. İslam axşama yaxın saat 20 radələrində yuxudan duraraq telefonuna baxmış, telefonla kiminləsə danışmışdır. Daha sonra getdiyini və qayıdacağını bildirmiş, təxminən 5-10 dəqiqə sonra İslam yenidən evə qayıtmış, həmin zaman o, telefonla danışdığından İslamın nə etdiyini bilməmişdir. Sonra İslam yenidən evdən çıxmış, bir müddət sonra İslamın hara getdiyindən narahat olduğuna görə pəncərədən çölə baxmışdır. Bu zaman iki nəfərin ayaq üstə dayandığını və qonşusu İlqarın həmin şəxslərdən birini digərindən müdafiə etdiyini görmüşdür. Qaranlıq olduğundan həmin şəxslərin kim olduğunu ayırd edə bilməmişdir. Həmin şəxslərdən birinin qonşusuna “Ağsaqqal çəkil, namus məsələsidir, sənlik deyil, mənim işim hələ bitməyib” sözlərini dediyini eşitmişdir. Bundan sonra İslam ona “ana, təcili yardıma zəng et” sözlərini demişdir. Oğlunun səsini eşitdikdə onu tanımış və oğlunun bütün qan içində olduğunu görmüşdür. Təcili olaraq məhəlləyə düşdükdə oğlunu vuran şəxs artıq oradan qaçmışdır. Daha sonra onlar təcili tibbi yardıma zəng etmiş, lakin maşın gec gəldiyindən dükanın sahibi Şirvanın avtomobili ilə İslamı xəstəxanaya aparmışlar. Amilin onun oğlunu hansı səbəbə görə öldürmək istədiyini bilməmişdir. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun yeganə oğludur. Amilin dostlarından yalnız Amidi tanımış, Zərərçəkmiş şəxs isə ümumiyyətlə tanımamışdır. Təxminən 2019-cu ilin sentyabr ayında Amilin çox narahat olduğunu və arvadı Rumiyə ilə hansısa problemlərinin olduğunu müşahidə etmiş, bu zaman onların Gəncəyə getmək barəsində mübahisə etdiklərini görmüşdür. xx xxxxxx 2019-cu il tarixdə oğlunun arvadı ilə dostu İslamın avtomobilində Gəncə şəhərinə getdiyini öyrənmişdir. Növbəti gün Amil arvadı Rumiyəni və oğlu Amiri Gəncə şəhərinə qaynanasının yanına yola salmışdır. Həmin günlər Amil həddindən artıq əsəbi vəziyyətdə olmuş, bunun səbəbini o, bilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Amil ona zəng edərək İslamı vurduğunu, özünün də xəsarət aldığını və «Neftçilər» metrosunun yaxınlığında olduğunu bildirmişdir. O, həmin yerə getdikdə Amilin pis vəziyyətdə olduğunu görmüş, oğluna polisə təslim olmasını bildirmiş, Amil isə təslim olacağını ona demişdir. Bundan sonra o, evə qayıtmış, Amilin polisə təslim olacağını güman etmişdir. Daha sonra Amilin xx xxxxxx 2020-ci il tarixdə polis tərəfindən tutulduğunu öyrənmişdir. Şahid2 ifadəsinə görə, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs evdə olmamış, həmin gün Amilin haraya getməsi barədə əvvəldən məlumatı olmamışdır. Amilin kiminləsə ədavəti və ya düşmənçiliyi olmamış, oğlunun İslamı vurmasını eşidəndə ilk öncə şoka düşmüşdür. Hadisədən sonra o, həqiqətən də Amidə zəng edərək İslamın vəziyyətini soruşmuş, lakin İslam barədə “şərəfsiz” ifadəsini işlətməmişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid4 bildirmişdir ki, 2013-cü ildən ünvan 6 ünvanında market işlədir. Zərərçəkmiş şəxs həmin məhəllənin sakini kimi tanımış, Təqsirləndirilən şəxs isə tanımamışdır. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 22 radələrində dükana məhəllə sakinləri daxil olaraq su istəmiş, məhəllə sakini olan İslamı kiminsə bıçaqla vurduğunu demişlər. Buna görə də o, çölə çıxdıqda, dükanın arxa yan tərəfində səkinin üzərində işiq dirəyinin altında İslamın qan içində oturduğunu görmüşdür. İslamın şok vəziyyətdə olduğunu, çətin nəfəs alaraq danışdığını müşahidə etmişdir. Təcili tibbi yardım gec gəldiyindən o, öz şəxsi avtomobili ilə sonuncunu xəstəxanaya aparmaq qərarına gəlmişdir. “Medical Plaza” xəstəxanasını daha əvvəl tanıdığından oraya İslamı və anasını aparmışdır. İslamın vəziyyəti həddindən artıq pis olmuş, yolda olarkən artıq heç bir söz deyə bilməmiş, huşunu itirmişdir. Bir müddət sonra xəstəxanaya çatmışlar. İslamı təcili olaraq qəbul şöbəsinə aparmışlar. Orada İslamın üzərində olan paltarları cırdıqlarını görmüşdür. Bir-iki saat sonra o, xəstəxanadan çıxmışdır. Həmin zaman İslamı əməliyyata aparmışlar. Daha sonra avtomobil qan içində olduğundan o, avtomobilin oturacağını yumuşdur. Hal-hazırda avtomobildə qan izi yoxdur. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiklərini bir daha hadisə yerində əyani şəkildə şərh etməklə təsdiq etmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (Cild 1, iş vərəqi 73-78). Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılan zaman, sonuncu, ibtidai istintaq zamanı verdiyi sərbəst ifadəsini cinayət hadisəsinin baş verdiyi yerdə bir daha təsdiq etmişdir. Videoçəkilişin əks olunduğu 1 ədəd disk protokola əlavə olunmuşdur (Cild 2, iş vərəqi 37-40). İş materiallarına əlaə edilmiş xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu bir daha ifşa etmişdir (Cild 1, iş vərəqi 187-192). Cinayət işinə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli protokola əsasən, ibtidai istintaq zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid3 istintaqa verdiyi sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu bir daha ifşa etmişdir (Cild 1, iş vərəqi 193- 196). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə NazirliyiMTE və PA Birliyinin Suraxanı rayon şöbəsindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli 997 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzrəində cəmi 19 ədəd olmaqla (sağ bazunun yuxarı 1/3-nin ön səthinə 2, sol bazu oynağının arxa səthinə 1, sol bazunun yuxarı 1/3-nin ön səthinə 3, qarının sağ yarısına 1, döş qəfəsinin ön səthinin mərkəzi hissəsinə 1, döş qəfəsinin sol-yan səthinə 6, döş qəfəsinin arxa səthinə 5 ədəd deşilmiş yaraları); cəmi 24 ədəd olmaqla (sağ bazunun yuxarı 1/3-nin arxa səthinə 1, ənsə nahiyəsinin sol yarısına 3, sol gicgah nahiyəsinə 1, sol körpücük üstü nahiyəsinə 1, boyunun sağ-yan səthinə 1, boyunun arxa səthinə 3, boyunun sol-yan səthinə 2, sağ qulaq nahiyəsinə 2, sağ yanaq nahiyəsinə 1, sağ çənəaltı nahiyəsinə 1, qarnın sağ yarısına 1 ədəd, sağ sarğı nahiyəsinə 3 ədəd, döş qəfəsinin sol-yan səthinə 1, döş qəfəsinin arxa səthinə 3 ədəd deşilmiş-kəsilmiş yaraları); hər iki sağrı nahiyəsinin hematomaları. Qeyd: yuxarıda qeyd edilən xəsarətlərdən yalnız 2-si (1.qarının sağ yarısında olan kəsilmiş yara qarın boşluğuna nüfuz edir və qaraciyərin girdə bağını zədələyir; 2.döş qəfəsinin arxa səthində olan bir deşilmiş-kəsilmiş yara plevra boşluğuna keçərək hemopnevmatoraksla müşaiyət olunmuşdur). Qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət), ola bilsin ki, ekspertizaya təqdim olunan bıçaq təsirindən, deşilmiş yaralar deşici əşya (alət) təsirindən, hematomalar bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə yaranmışlar və dərəcələrinə görə qarının sağ yarısının qarın boşluğuna nüfuz edərək qaraciyərin girdə bağını zədələyən deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin arxa səthinin plevra boşluğuna nüfuz edərək hemopnevmatoraksla müşaiyət olunmuş deşilmiş-kəsilmiş yarası həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (Cild 1, iş vərəqi 38-41). Məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 988/2019-MTBŞ nömrəli rəyinə əsasən, qatlanan bıçağın tiyəsi, üç ədəd pambıq topası və beş ədəd gigiyenik çubuğun pambıq ucluqlarında olan ləkələrdə insan qanı aşkar olundu. Göstərilən qan ləkələri AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (Cild 1, iş vərəqi 220- 226). Məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 649-MTKŞ/2019 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər tədqiqata təqdim edilmiş bıçaqla yetirilməsi istisna olunmur. Zərərçəkmiş şəxs bədəni üzərində olan deşilmiş-kəsilmiş və deşilmiş yara xəsarətlərinə əsasən demək olar ki, xəsarətlər yetirildiyi anda Zərərçəkmiş şəxs ilə ona həmin xəsarətləri yetirən şəxs müxtəlif qarşılıqlı duruş vəziyyətlərində olmuşlar. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır (Cild 1, iş vərəqi 227-233). Məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 108 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində sağ əlin çapıqları xəsarəti aşkar olunmuşdur. Qeyd olunan çapıqlar səthi əzilmiş yara izləri olub bərk küt əşyanın təsirində törənmişlər, alınma müddətləri müayinədən 2-3 ay əvvələ, yəni qərarda göstərilən xx xxxxxx 2019-cu il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs və ya özü tərəfindən yetirilməsi inkar olunmur (Cild 2, iş vərəqi 47-50). Ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 233 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopat cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 2, iş vərəqi 51-53). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 344 nömrəli ekspertiza rəyinə əsasən, Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Danışarkən hövsələsizliyi, emosional qeyri-sabitliyi, nümayişkaranəliyi müşahidə olunur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Kobudluq, eqosentrizm, mübahisəyə və konfliktə meyillilik, nümayişkarənəlik, diqqət mərkəzində olmağa meyillilik, cəlbedici davranışı ilə ətrafdakıların diqqətini öz üzərinə çəkmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən psixopatik xasiyyət cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (Cild 2, iş vərəqi 54-57). Cinayət işində olan xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Suraxanı rayonu, Cəlal Qurbanov küçəsi, 95 ünvanının həyətidir. Baxış zamanı bir ədəd qatlanan tipli bıçaq, beş ədəd pambıqdan olan steril çubuqda və üç ədəd tamponda qana oxşar maddələr qablaşdırılaraq götürülmüşdür (Cild 1, iş vərəqi 03-12). Cinayət işinə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, Şahid6 tərəfindən istintaqa təqdim edilmiş «CD-R» disk vasitəsinə köçürülmüş məlumatlara baxış keçirilmiş, diskdə Şahid6 ilə Təqsirləndirilən şəxs arasında 4.47 saniyə təşkil edən səs yazısının yazılması müəyyən olunur. Danışıq zamanı Təqsirləndirilən şəxs Şahid6 qardaşı Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə üç bıçaqla sonuncunun yaşadığı ünvana getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Gəncəyə gedərkən avtomobildə arvadına qarşı əxlaqsız hesab etdiyi hərəkətləri etdiyinə görə bıçaqla vuraraq öldürmək istədiyini, həmçinin arvadını da bu səbəbdən bıçaqla vurduğunu bildirmişdir (Cild 2, iş vərəqi 176- 178). “xxxxxxxx” MMC-dən təqdim edilmiş kompakt diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə qədər müxtəlif əhatə dairələrində telefon danışıqları olmuşdur (Cild 2, iş vərəqi 29-31). “xxxxxxx” MMC-dən təqdim edilmiş kompakt diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid7 istifadəsində olan ***-***-**-** nömrəsinə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən zəng və ya sms daxil olmamışdır (Cild 2, iş vərəqi 35-36). Cinayət işində olan arayışdan, doğum haqqında şəhadətnamələrin surətlərindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, himayəsində üç azyaşlı uşağı vardır, ərazi üzrə müsbət xarakterizə olunur (Cild 2, iş vərəqi 215-219). İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunana qədər Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat olmamışdır (Cild 2, iş vərəqi 1-2). Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə Bakı şəhərindən Gəncə şəhərinə gedərkən sonuncunun yolda avtomobilin salonunda olan güzgüdən arxada oturan arvadı Şahid7 tez-tez baxması, barmağının arasını yalaması və mahnı oxuyaraq arvadına qarşı əxlaqsız hərəkətlər etməsi, mübahisənin Zərərçəkmiş şəxs tərəfindən başlanması, ilkin olaraq sonuncunun ona yumruq zərbəsi vurması, üzərində özünü müdafiə üçün cəmi iki ədəd bıçaq aparması və sonuncunu öldürmək niyyətinin olmaması barədə ifadə verərək öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə təqsirləndirilən şəxsin həmin mövqeyini öz məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Yuxarıda qeyd olunan sübutları məcmu halında qiymətləndirən məhkəmə kollegiyası Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllər qəsdən törədilmiş cinayətlərdir, təsnifatına görə xüsusilə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 27.2 və 27.3-cü maddələrinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 28 və 29-cu maddələrinə istinad olunmaqla həmin Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxs X1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X2 cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşaqların olmasını və CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4-cü maddələri ilə cəza təyin olunması məsələsini müzakirə edərək belə hesab edir ki, bu zaman Cinayət Məcəlləsinin 63-cü maddəsinin, yəni başa çatmayan cinayətlərə görə cəza təyin edilməsinin müddəaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələbinə görə, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən, cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı iddia tələbi və şikayəti olmadığından, həmin hal CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal hesab olunduğundan və onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədiyindən, cəza təyin olunarkən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, həmin maddənin tələbinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, həmin cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxxxx 2020ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən həmin tarixdə adı çəkilən şəxs Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci ildə məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıradək həbsdə saxlanılır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinin tələblərinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Suraxanı rayon prokurorluğunda saxlanılan iş üzrə maddi sübutlar – hadisə yerindən götürülmüş bir ədəd qatlanan tipli bıçaq, beş ədəd pambıqdan olan steril çubuqda və üç ədəd tamponda qana oxşar maddələr məhv edilməli, həmçinin Şahid6 tərəfindən istintaqa təqdim edilmiş və cinayət işinə əlavə olunmuş “CD” disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 150 (yüz əlli) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hazırkı iş üzrə tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə Suraxanı rayon prokurorluğunda saxlanılan maddi sübutlar – hadisə yerindən götürülmüş bir ədəd qatlanan tipli bıçaq, beş ədəd pambıqdan olan steril çubuqda və üç ədəd tamponda qana oxşar maddələr məhv edilsin. Şahid6 tərəfindən istintaqa təqdim edilmiş və cinayət işinə əlavə olunmuş “CD” disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar