Məhkəmə qərarları › İş №1(101)-502/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-502/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-502/2021 01.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Lənkəran rayonu, Portiliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşqul olmuş, Lənkəan rayonu, Liman şəhəri, S.Vurqun küçəsi, ev 47/1, mənzil 29-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, satış məqsədi və tamah niyəti ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 5.672 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:10 radələrində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 17:48 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 03 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.859 qram, 1.914 qram və 1.899 qram olmaqla ümumi təmiz çəkisi 5.672 qram olan toz şəkilli maddə kütlələri kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, bir müddətdir ki, nakrotik vasitə sayılan kakosdan istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə Baş Mütəışəkkil Cinayətukarlıqla Mübarizə idarəsinin əməkdaşları onu Əhmədli metrosunun yaxınlığında saxlayıb gətirib maşında üzərinə baxış keçirmiş, lakin, üzərindən heç bir şey aşkar olunmamışdır. Sonra məni idarəçyə aparıb üzərinə 3 büküm norkotik vasitə qoyub sənədləşdirib onu kürdəxanaya göndərmişlər. O, narkotik vasitədən istifadə edən olsada, heç vaxt narkotik vavsitələrin satışı ilə məşqul olmamış və saxlanılan zaman da üzərində narkotik maddə aşkar olunmamışdır. Həmin narkotik maddələri onun üzərinə polis əməkdaşları qoymuşdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə 3 nəfərdən ibarət qrup yaradılmış, və Əhmədli metrosunun yanında Təqsirləndirilən şəxs saxlanılıb Baş İdarəyə gətirilmişdir. Baş idarədə onun üzərində videoçəkilişlə şəxsi axtarış başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan cins şalvarının cibindən 03 ədəd şəffaf sellofan bükümün təqdim edib içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlər onun iştirakı ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini xx xxxxxx 2020-ci il tarixdə səhər vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “İlqar” adlı şəxsdən 80 manata öz istifadəsi üçün aldığını və üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Niyaz oğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1483 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş zərfdə 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1.859 qram, 1.914 qram və 1.899 qram, ümumi təmiz çəkisi 5.672 qram tünd qəhvəyi rəngli, toz şəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, 03 bükümdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx xxxxxxxx 2020-ci il tarixli 2606 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayanmaddələrin sui istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1995 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlikdən və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır.. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dovriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun x xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verən məhkəmə hesab edir ki, o, məhkəmə iclasında ibtidai istintaqdan fərqli ifadə verərək üzəində narkotik vasitə aşkar olunmamasını bildirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Odur ki, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 idarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 5,582 qram heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi iş materillarına əlavə olunmuş 01 ədəd DVD diski iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 idarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 5,582 qram heroin məhv edilsin. İş üzrə maddi sübut kimi iş materillarına əlavə olunmuş 01 ədəd DVD diski iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar