Məhkəmə qərarları › İş №1(101)-503/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-503/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-503/2024 09.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi “LEQAL” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda, ümumi çəkisi 3,414 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi çəkisi 0,714 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində və yaşadığı ünvan 2 ünvanının qarşı hissəsində olan saxlanc yerində daşımaqla saxlamış, 31 mart 2023-cü il tarixdə saat 23 radələrində Nərimanov RPİ- nin 16-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 29 ünvanının qarşısında saxlanılaraq, ünvan 4da yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan ayaq cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,919 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,107 qram ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldükdən sonra, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə onun könüllü razılığı əsasında yaşadığı ünvan 2 ünvanının qarşı hissəsində olan saxlanc yerinə baxış keçirilərkən saxlanc yerindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,495 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 02 ədəd şəffaf rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,068 və 0,539 qram olmaqla ümumi çəkisi 0,607 qram olan kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd “DİAMOND” və 01 ədəd “MARLBORO” markalı elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə saat 16:00-da evdən çıxıb dükana gedərkən yolda iki nəfər mülki geyimdə şəxs onu saxlayıb avtomobilə əyləşdirib Nərimanov RPİ-nin 16-cı PB-nə aparmışlar. Onun üzərində narkotik vasitə olmayıb. Polislər onu döyüblər, əlini qandallayıblar, cibinə 2 büküm narkotik vasitə heroin qoyublar. O, vəkil tələb edəndə də onu döymüşlər. Gecə isə evinə baxış keçirmək üçün müdafiəçi ilə birlikdə onu evinə aparmışlar. Onu uşaqları ilə hədələyib, təhdid edib və döyübr. O da məcbur qalıb narkotik vasitələrin onun olmasını etiraf etmişdir. Lakin ttiham aktında yazılanların heç birinin ona adiyyatı yoxdur. Əlavə olaraq bildirmişdir ki, əvvəllər narkotikdən istifadə etmişdir. Taksi şirkətində işləyir, aşkar olunan mobil nömrələr onundur və nömrələrə işi bağlı smslər gəlib. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olsa da, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 5 ildir ki, narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif şəxslərdən alaraq istifadə etmişdir. Bundan başqa 2 ildir ki, “instagram” sosial şəbəkəsində Emin adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Aralarında olan söhbət zamanı Emin onun narkotik vasitələrdən istifadə etdiyini öyrənmiş və sonuncu ona narkotik vasitələrin onlayn qaydada satışını təşkil etdiyini bildirmişdi. Buna görə də o, Emindən narkotik vasitə və psixotrop maddə alaraq istifadə etmişdir. 27 mart 2023-cü il tarixdə Eminin istifadəsində olan mobil nömrə ilə “Whatsapps” proqramı vasitəsi ilə əlaqə saxlayaraq ondan şəxsi istifadə məqsədi ilə narkotik vasitə və pixotrop maddə istəmişdir. Aralarında olan razılaşmaya görə Eminin ona verdiyi hesaba 200 manat pul göndərdikdən sonra sonuncudan ona 3 qram çəkidə narkotik vasitə heroin və 03 qram çəkidə psixotrop maddənin atmasını istəmişdir. Həmin gün Emin onun sifarişi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 37 ünvanının qarşısına 3 qram çəkidə narkotik vasitə heroin və 03 qram çəkidə psixotrop maddənin atdırıb həmin yerin şəklini ona göndərmişdir. O da qeyd olunan ünvana gedərək narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb yaşadığı ünvana getmişdir. Yaşadığı mənzildə əldə etmiş olduğu narkotik vasitə heroini və psoxotrop maddə metamfetamini xırda bükümlərə bölərək bir hissəsini istifadə etmək üçün özü ilə götürsə də, qalan hissəsini yaşadığı binanın qarşısında olan saxlanc yerində gizlədər saxlamışdır ki, lazım olan zaman istifadə edər. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində saxlanc yerinə gedərək orada gizlətdiyi narkotik vasitə heroindən 01 büküm və psixotrop maddə metamfetamindən 01 büküm götürüb əynində olan qara rəngli şalvarın sağ yan ayaq cibinə qoyaraq Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 29 ünvanının qarşısına getmişdir. Orada olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərimə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd “Redmi” markalı, sol yan cibindən 01 ədəd “Samsung” markalı, qara rəngli şalvarı sol ayaq cibindən 01 ədəd “KgTel” markalı mobil telefonları, qara rəngli şalvarı sağ yan cibindən 01 ədəd 50 manatlıq, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq əskinazdan ibarət pulu, özünə məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsini, qara rəngli şalvarı sağ yan ayaq cibindən 02 şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir.Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddələri xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı Emin adlı şəxsdən 200 manat pul qarşılığında ünvan 7 ünvanın yanına atdırması nəticəsində əldə etdiyini bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı başqa haradasa narkotik vasitələr saxladığı barədə sual edilən zaman o, yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi 65 saylı binanın, 142 saylı mənzilinin girişində olan saxlanc yerində saxladığını bildirib həmin maddələri də təqdim edə biləcəyini demişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş mobil telefonlar və 56 manat pul ona izah edilməklə götürülmüşdür. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Bundan sonra polis əməkdaşlarına yaşadığı binanın giriş hissəsində olan saxlan yerində narkotik vasitə və psixotorp maddə saxladığı üçün saxlanc yerinə baxış keçirəcəklərini bildirmişlər. Buna görə də polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 8 ünvanının qarşısına getmişlər. Orada polis əməkdaşları saxlanc yerinə baxış keçirilməsinə etirazının olub olmadığını soruşan zaman o, bu barədə ərizə yazaraq saxlanc yerinə baxış keçirilməsinə etirazınızın olmadığını bildirmişdir. Bundan sonra ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə saxlanc yerinə baxış keçirilmişdir. Baxış zamanı saxlanc yerindən qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyimi bildirmişlər. Bundan sonra o, binanın 3-cü mərtəbəsində quraşdırılmış su sayğacı qutusunda saxladığı açar dəstini götürərək saxlanc yerinin qırmızı rəngli, dəmir qapısını açaraq içəri daxil olmuşdur. Həmin vaxt saxlanc yerindəki stolun alt hissəsindən 02 ədəd elektron tərəzini, içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş maddə olan 01 ədəd sarı rəngli dəmir qabı, içərisində 01 ədəd şəffaf sellofana bükülmüş və 01 ədəd siqaretin kağızma bükülmüş bükümlər olan 01 ədəd qırmızı rəngli dəmir qabı təqdim edərək sarı rəngli dəmir qabın içərisində olan 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddənin narkotik vasitə heroin, qırmızı rəngli dəmir qadın içərisində olan 01 ədəd şəffaf sellofan və 01 ədəd siqaretin kağızma bükülmüş bükümlərdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra saxlanc yerindən aşkar olunmuş maddələr və 02 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2023-ci il tarixdə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Emin dayı adlı şəxsin verdiyi bank hesabına 200 manat pul göndərdikdən sonra ünvan 7 ünvanın yaxınlığında qoyulduğu yerdən götürmüşdür. O, narkotik və psixotrop maddələrin istifadəsi ilə yanaşı hərdən satışı ilə də məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, Eminlə əlaqə saxlayıb sonuncudan narkotik vasitə olan heroin və psixotrop maddə istəsə də, sonuncunun ona bildirdiyi ünvanlara narkotik vasitələrin və psixotrop maddələrin kim tərəfindən qoyulmasını bilməmişdir. Eminlə sadəcə olaraq sonuncunun bildirdiyi hesaba pul ödədikdən sonra narkotik vasitənin qoyulduğu yeri ona bildirmiş və həmin yerə gedərək götürmüşdür. O, ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Üzərindən aşkar olunmuş mobil telefonlardan yalnız 01 ədəd “Redmi” markalı mobil telefon işlək vəziyyətdə olmuşdur. Digər 01 ədəd “Samsung” və 01 ədəd “KgTel” markalı mobil telefonlar xarab olduğu üçün işlək olmamışdır. Həmçinin əlavə dindirmə zamanı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Nərimanov rayonu, Atatürk prospektində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq qolunu sərt şəkildə burub ona təzyiq göstərək avtomobilə otuzdurmuşalr. O, həmin şəxslərdən kim olmalarını soruşan zaman sonuncular ona polis olduqlarını deyərək onu Nərimanov RPİ-nin 16-cı PB-nə aparmışalr. Polis bölməsinə gələnədək onu avtomobildə döymüşlər. Polis bölməsinə gəldikdən sonra onun narkotik istifadə etməyini demişlər və haradasa narkotik vasitə gizlədib- gizlətmədiyini soruşmuşlar. O, isə polis əməkdaşlarına heç bir yerdə narkotik vasitə gizlətmədiyini, üzərində narkotik vasitə olmadığını demişdir. Lakin polis əməkdaşları buna məhəl qoymayaraq onu məni döyməyə davam etmişlər. Bir neçə saat onu döydükdən sonra onu övladları ilə təhdid etməyə başlamışlar. Onun iki azyaşlı övladı vardır. Polis əməkdaşları əgər onların dediyini etmərəmsə onun övladlarının başına oyun açacaqlarını bildirmişlər. O, artıq bundan qorxub polis əməkdaşları ilə razılaşmış və nə istəsələr edəcəklərini demişdir. Bundan sonra polis əməkdaşları ona iki büküm vermişlər və bildirmişlər ki, bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digər bükümdə olan isə psixotrop maddə olan metamfetamindir. Ona verilən iki bükümü cibinə qoymağını və üzərinə baxış keçirilən zaman həmin bükümləri çıxarıb təqdim edən zaman isə bükümlərin ona aid olmasını, həmin bükümləri İran İslam Respublikası vətəndaşından almağını deməyini istəmişlər. O da polis əməkdaşları ilə razılaşmışdır. Axşam saatlarında polis bölməsinə vəkil dəvət olunmuşdur. Vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı o, polis əməkdaşlarının əvvəlcədən ona verdikləri narkotik vasitəni çıxardaraq masanın üzərinə qoymuş, bildirmişdir ki, narkotik vasitə ona məxsusdur. Çəkilişdən sonra polis əməkdaşları ondan yaşadığı evdə də narkotik vasitə saxlayıbsaxlamadığını soruşmuşlar. O da polis əməkdaşlarına yaşadığı evdə heç bir narkotik vasitə saxlamadığını bildirmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişdir. Yaşadığı evin qarşısında olan saxlanc yerinə daxil olmuşlar. Polis əməkdaşları da oraya narkotik vasitə və psixotrop maddə qoyaraq həmin narkotiklərin də ona aid olmasını çəkiliş zamanı deməyini istəmişlər. Polis əməkdaşlarının onu yenidən döyməsindən qorxaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Saxlanc yerinin açarlarını su sayğacının saxlanc yerinə qoymuşlar və ona çəkiliş zamanı açarı oradan götürməyini istəmişlər. O da razılaşmış və çəkiliş başlanmışdır. Çəkiliş zamanı o, saxlanc yerinin açarını su sayğacının saxlanc yerindən götürərək özünə məxsus saxlanc yerinin qapısını açmış və polis əməkdaşları ilə birlikdə oraya daxil olmuşlar. Orada polis əməkdaşlarının yerləşdirdikləri narkotik vasitəni təqdim edərək həmin narkotiklərinə də ona aid olmasını bildirmişdir. Baxış zamanı iki ədəd elektron tərəzi də aşkar edilmişdir. Həmin tərəzilər ona məxsus olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Vüsal adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması, satması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq üçün 2023-cü ilin mart ayının axırları əməliyyat qrupu yaradılmış və Nərimanov rayonu, Atatürk prospektinə yollanmışlar. Xarici görünüşü şifahi məlumata uyğun gələn Vüsala yaxınlaşıb özlərini təqdim etmişilər. Vüsalı saxlayıb Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nə gətirmişlər. Polis bölməsində video çəkilişlə Vüsalın üzərinə baxış keçirilmişdir. Vüsal gödəkçəsinin cibindən telefon, şalvarının sağ dizlik cibindən iki ədəd şəffaf rəngli bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükülülərin birinn içərisindən heroin, ikinci bükümün içərisindən metamfetamin aşkar olunub. Vüsal da etiraf etmişdir ki, bükümlərdən biri heroin, digəri isə metamfetamindir. Öz istifadəsi üçün İran İslam Respublikası vətəndaşından almışdır. Təqsirləndirilən şəxs başqa haradasa qanunla qadağan olunmuş əşya və ya predmet saxlayıb saxlamadığı soruşulanda Vüsal bildirmişdir ki, yaşadığı evin qarşısında olan saxlanc yerində də narkotik vasitə və psixotrop maddə saxlayır. Onlar Təqsirləndirilən şəxs və sonuncunun vəkili ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs saxlanc yerinə baxış keçirmişlər. O, saxlanc yerində olan masanın alt hissəsindən iki ədəd elektron tərəzi, bir ədəd sarı rəngli və bir ədəd qirmızı rəngli dəmir qabları çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, elektron tərəzilərlə narkotik vasitələri çəkmişdir. Bundan əlavə sarı rəngli dəmir qabın içərisindən heroinə bənzər maddə, qırmızı rəngli dəmir qabın içərisindən isə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Vüsal birinci saxlanc yerinin qapısını açarla açmış, saxlanc yeri blokda imiş. Saxlanc yerinin Vüsalın evinə aid olub olmadığını bilmir. Amma qapını Vüsal öz açarı ilə açmışdır. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq edilməmişdir. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Nərimanov rayonunun inzibati ərazisində yaşayan Vüsal adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması, satması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə Nərimanov RPl-nin 16-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektinə yollanmışlar. Həmin gün saat 23:30 radələrində orada onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən şəxsiyyətini soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsə narkotik vasitə saxlamaqda, satmaqda və daşımaqda şübhəli olduğunu deyərək sonuncunu şübhəli şəxs qismində Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə getməyə razılıq vermiş və birlikdə polis bölməsinə yollanmışlar. Polis bölməsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 20 saylı vəkil bürosundan vəkil dəvət olunmuşdur. Vəkil polis bölməsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, qara rəngli şalvarının sol diz cibindən 01 ədəd “KgTel” markalı mobil telefonu, qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd 50 manatlıq, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq pul əskinasları, Özünə məxsus şəxsiyyət vəsiqəsini, qara rəngli şalvarının sağ dizlik cibindən iki ədəd şəffaf rəngli bükümdə olan bükümləri masanın üzərinə qoymuşdur. Həmin bükülülərin içərisinə baxdıqda birinci bükümün içərisindən narkotik vasitə olan heroinə bənzər tünd qəhvəyi rəngli maddə, ikinci bükümün içərisindən isə psixotrop maddə olan metamfetaminə bənzər kristalşəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülülərin içərisindəki narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindir. Həmin narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün İran İslam Respublikası vətəndaşı olan Emin adlı şəxsdən almışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş bükülülər qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs başqa haradasa qanunla qadağan olunmuş əşya və ya predmet saxlayıb saxlamadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs isə üzərindən aşkar olunmuş bükülülərdən əlavə yaşadığı evin qarşısında olan saxlanc yerində də narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Sonra baxışda iştirak edən şəxslər Təqsirləndirilən şəxs və sonuncunun vəkili ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadı evin qarşısında olan saxlanc yerinin qapısının kilidini açaraq içəri daxil olmuş, baxışda iştirak edən şəxslər də sonuncu ilə birlikdə həmin saxlanc yerinə daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs saxlanc yerində olunun masanın alt hissəsindən iki ədəd elektron tərəzi, bir ədəd sarı rəngli və bir ədəd qirmızı rəngli dəmir qabları masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, elektron tərəzilərlə narkotik vasitələri çəkmişdir. Bundan əlavə sarı rəngli dəmir qabın içərisindən narkotik vasitə olan heroinə bənzər maddə, qırmızı rəngli dəmir qabın içərisindən isə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olan saxlanc yerindən aşkar edilmiş iki ədəd tərəzi və narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə olan metamfetaminə bənzər bükümlər qablaşdırılaraq götürülmüşdür. Saxlanc yerinə baxış keçirilsə də əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. 16-cı PB-də Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma və məhkəmə istintaqı zamanı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan və “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-yə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış (baxış-götürmə) aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ ayaq cibindən 02 ədəd şəffaf sellofan bükümdə olan maddələr aşkar edilmişdir. Bundan əlavə, onun üzərindən 03 ədəd mobil telefon aşkar edilmişdir. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli (ərizə əsasında) “axtarış (baxış-götürmə) aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, ünvan 2 ünvanının qarşı hissəsində olan saxlanc yerinə baxış keçirilən zaman saxlanc yerindəki stolun alt hissəsindən 02 ədəd elektron tərəzi, sarı rəngli dəmir qabın içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə maddə, qırmızı rəngli dəmir qabın içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş və 01 ədəd də siqaretin kağızına bükülmüş bükümlərdə olan maddələr aşkar edilmişdir. Mənzilə-evə (saxlanc yerinə) baxış keçirilməsinin görüntülərini (axtarış-götürmə) özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1907 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: ...Təqsirləndirilən şəxs...” və s. ad, soyad, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,107qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 1,919qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1908 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: ...Təqsirləndirilən şəxs...” və s. ad, soyad, imzalar olan paketdəki 01 ədəd sarı rəngli metal qutuda 01 ədəd bükümdə təmiz çəkisi 1,495qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd qırmızı rəngli metal qutuda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,068 qram və 0,539qram, ümumi təmiz çəkiləri 0,607qram rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. “DİAMOND” markalı və “MARLBORO” markalı elektron tərəzilərin üzərində narkotik vasitə-heroin izləri müəyyən edildi. Tərəzilərin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3023 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən və saxlanc yerindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında, heroin kütlələri də həmçinin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tətqiqatından sonra qalıq çəkisi 0,017 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 1,769 qram olan narkotik vasitə heroin, həmçinin onun yaşadığı mənzilin qarşı hissəsində olan saxlanc yerindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 1,345 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,447 qram olan psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi maddi sübut kimi saxlanmasından ötrü Nərimanov RPİ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 1860 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan (protokola əlavə olunmuş Azercell Telecom MMC-dən təqdim olunmuş diskdən) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı Azercell Telecom MMC-yə aid kart nömrəsinə daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısının əks olunduğu diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 22:53:19-da ***-***-**-** saylı mobil nömrəyə “Salam necesen qaqa mənə zəng elə əlim ayağım da daş torpaq var aqrayib eləmirsən aqrin varsa gəl qardaşın ölməyib” sözü yazılmış mesajın göndərilməsi aşkar edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 4:57:02-də ***- ***-**-** saylı mobil nömrədən “Gelim ayna sultna, Qaqaw bezdirdle meni, Agrdan oluk, Gelek mehlvizde gozdeyek direnibler gedek ora ne deyim vunlara, Vadar eleyrse gotrum getrim el cekmirler direnbler gedek mehlesinde gozleyek devenin yanda evi tanyram agrdan olurler, el cekmeyecekler camati lomkada saxladın dortdene oğlan rulu atwb veribler”, xx.xx.2023cü il tarixdə saat 20:45:38-də 055- ***-**-** saylı mobil nömrədən “Abi evdeyem cixim yiqacam seni, Fariz burduya meni diyir tema gozduyurem hele xeber edecem.”, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Telfon arada gijdiyir donur.zəng gəlir sürüşdürüb danışmaq olmur, 40 manat artıq ancaq götürəndə verə bilərəm, Noldu?”,xx.xx.2023-cü il tarixdə saat 06:38:40-da ***-***-**-** saylı mobil nömrədən “10 deyqeye zakaz ver lökbatan aptekden.2 lik birde 5 lik wpirics alinsin gelsin.Xeritete vur 24 saat aptek. Bizim bina. Olurem.” sözləri yazılmış mesajın göndərilməsi aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan (protokola əlavə olunmuş foto şəkillərdən) görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy J6” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı mobil telefonun Fotolar bölməsində elektron tərəzi üzərində narkotik vasitəyə bənzər maddələrin çəkilməsinin fotoşəkilləri aşkar edilmişdir. Həmçinin baxış zamanı “Samsung Galaxy J6” markalı mobil telefonun iş masası üzərində yerləşən “WhatsApp” proqramının ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi, “WhatsApp” proqramında “Emin 1” adı ilə qeyd edilmiş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda narkotik vasitələrin əldə edilməsi barədə yazışma və səs yazıların, məkan bildirimlərinin göndərilməsi aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs mobil telefonunda “Emin” adı ilə qeyd edilmiş istifadəçinin narkotik vasitələri əldə etdiyi İran İslam Respublikasının vətəndaşı olan “Emin” adlı şəxs olduğunu, 055-447-68- 32 saylı mobil nömrənin də ona məxsus olduğunu, həmin mobil nömrəni yalnız “Whatsapp” proqramında istifadə etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmadığını və üzərinə (yaşadığı evə-saxlanc yerinə) qoyulduğunu, narkotik vasitəni və psixotrop maddəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığını, narkotik vasitəni və psixotrop maddəni satmaq fikri olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan başqa, iş materiallarında olan Nərimanov Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq müvafiq tibbi sənədlər və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin üzərinə və yaşadığı mənzilin qarşı hissəsində olan saxlanc yerinə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd diskdə qeyd olunmuş video görüntülərə məhkəmə istintaqı zamanı baxış keçirilərkən təqsirləndirilən şəxsin gözaltı nahiyəsində - üzündə hər hansı bir xəsarətin olduğu müşahidə edilməmişdir. Həmin görüntülərdə təqsirlndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs tutulduqdan sonra, yəni xx.xx.2023-cü il tarixdən etibarən verdiyi ifadələrində, həmçinin ona məxsus mobil telefon aparatında olan votsapp-vvhatsapp yazışmalara baxış keçirilərkən də təqsirini etiraf etmiş, lakin 18 may tarixdə əlavə dindirilməsi zamanı (tutulduqdan 2 aya yaxın müddət keçdirkən sonra) ifadəsini dəyişərək polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməklə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən təqdim olunmuş məlumatlara proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun müvəqqəti saxlama yerinə daxil olarkən müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarətinin olmadığı müəyyən edilmişdir. Bundan başqa, müdafiə tərəfinin vəsatətinə əsasən məhkəməyə mobil operatorlardan təqdim edilmiş sms mətnləri və anten məlumatları özündə əks etdirən CD disklərin tədqiqi zamanı da ittihamı təkzib edəcək məlumat aşkar edilməmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş psixotrop maddənin və narkotik vasitənin ona məxsus olmadığı və üzərinə (yaşadığı evə-saxlanc yerinə) qoyulduğu, psixotrop maddəni və narkotik vasitəni satmaq, və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığı, narkotik vasitəni satmaq fikri olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini, şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, psixotrop maddənin və ya narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş psixotrop maddənin və narkotik vasitənin müxtəlif növlərdə (heroin, metafetamin) olmaqla yanaşı şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmin psixotrop maddənin və narkotik vasitənin bir qisminin bükümlər halında olmasını, həmçinin təqsirləndirilən şəxsdən elektron tərəzinin (sms,votsapwhatsapp yazışmaların) aşkar olunamsını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini törətdiyi zaman (əvvəlki cinayətə münasibətdə) məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan iki uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin iki uşağının olmasını cəzasnı yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və işin digər hallarını, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), habelə cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə də, narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji dispanserdə (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tətqiqatından sonra qalıq çəkisi 0,017 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 1,769 qram olan narkotik vasitə heroin, həmçinin onun yaşadığı mənzilin qarşı hissəsində olan saxlanc yerindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 1,345 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,447 qram olan psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Samsung Galaxy-J6” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya onun razılığı ilə digər şəxsə qaytarılmalı, təqsirləndirilən şəxsin üzərinə və yaşadığı mənzilin qarşı hissəsində olan saxlanc yerinə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk (DVD) və mobil operatorlardan təqdim edilmiş (zəngləri, sms mətnləri və anten məlumatları özündə əks etdirən) 04 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı 31 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,017 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 1,769 qram olan narkotik vasitə heroin, həmçinin onun yaşadığı mənzilin qarşı hissəsində olan saxlanc yerindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 1,345 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,447 qram olan psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Samsung Galaxy-J6” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya onun razılığı ilə digər şəxsə qaytarılsın (verilsin), təqsirləndirilən şəxsin üzərinə və yaşadığı mənzilin qarşı hissəsində olan saxlanc yerinə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk (DVD) və mobil operatorlardan təqdim edilmiş (sms mətnləri və anten məlumatları özündə əks etdirən) 04 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 330 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar