Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-503/2025 30.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi - "GÜVƏN" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 fərdi evdə yaşamış, 10 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 12 aprel 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 10 aprel 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4 küçəsi, 83 ünvanında yerləşən “Karat” qızıl satışı mağazasına müştəri qismində daxil olub, baxmaq üçün ona təqdim olunmuş ümumi dəyəri 2.000 manat təşkil edən üzərində briliant qaşlar olan 750 əyarlı, ayrı-ayrılıqda dəyərləri 1.000 manat olan 1 ədəd qızıl boyunbağı, 400 manat olan 1 ədəd qızıl qolbaq, 300 manat olan 1 ədəd qızıl üzük, 300 manat olan 1 cüt sırğadan ibarət dəst, ümumi dəyəri 2.500 manat təşkil edən üzərində briliant qaşlar olan 750 əyyarlı ayrı-ayrılıqda dəyərləri 1.200 manat olan 1 ədəd qızıl boyunbağı, 500 manat olan 1 ədəd qızıl qolbaq, 400 manat olan 1 ədəd qızıl üzük, 400 manat olan 1 cüt sırğadan ibarət dəsti alacağını bildirərək, satıcı Zərərçəkmiş şəxs1 diqqətinin yayınmasından istifadə etməklə sözü gedən zinət əşyalarını götürüb oradan qaçmaqla özgənin əmlakını açıq yolla talayıb, satıcının arxasınca qaçaraq qışqırıb köməyə çağırması nəticəsində sonuncu və digər şəxslər tərəfindən təqib olunduğunu görüb onları yayındırmaq və əmlakları əlində saxlamaq məqsədi ilə taladığı əşyalardan bir qismini, yəni 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl qolbaq, 1 ədəd qızıl üzük, 4 ədəd qızıl sırğanı yolun kənarına tullamaqla 400 manat dəyərində çəkisi 3,13 qram olan, üzərində “Progold 750” adlıq və əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun olan, üzərində hər birinin ayrı-ayrılıqda ölçüsü 0,005 karat, 4/3 keyfiyyətli 10 ədəd briliant ağşəffaf qaşları olan (deformasiyalı), 1 ədəd gümüşü rəngli metaldan olan deformasiyalı üzüyü özündə saxlamaq üçün yolun hərəkət hissəsində dayanaraq taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib sürücüyə dərhal onu uzaqlaşdırmağı tələb edərək, sonuncunun bundan imtina etdiyini və onu yaxalatmağa çalışdığını gördükdə, hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 özgənin əmlakını ələ keçirmə məqsədi ilə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edib üzərində olan silah qismində istifadə etdiyi 2 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində sonradan dəyişiklik edilməmiş soyuq silah hesab edilməyən turist bıçaqları və bir ədəd zavod üsulu ilə istehsal edilmiş təsərüfat məişət təyinatlı soyuq silah hesab edilməyən, üzərində sonradan dəyişiklik edilməmiş çəkic aləti ilə sonuncuya avtomobilini idarə etməsi ilə bağlı real hədələr edərək, ümumilikdə Zərərçəkmiş şəxs1 4.500 manat ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, verilmiş ittihamla razı deyildir, yəni o, özünü Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə deyil, 180-cı maddəsi ilə təqsirli bilir. Hadisə zamanı o, kiminsə üzərinə bıçaq çıxarmamışdır. O, qızıl mağazasına girmiş, satıcı qızılları onun qabağına qoymuşdur. O, satıcıdan qızılların şəklini çəkmək üçün icazə istəmiş, həmin qızılların şəklini ailə üzvlərinə göndərəcəyini, onların xoşlarına gəlsə, həmin qızılları alacağını bildirmişdir. Bu vaxt o, satıcının başının qarışıq olduğunu görüb, həmin mağazadan qızılları götürüb qaçmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs özünün usta olduğunu, ona görə bıçaq və çəkici daim üzərində gəzdirdiyini, mağazadan iki komplekt qızıl götürüb qaçdığını, həmin vaxt arxası ilə mağazanın işçisinin və digər şəxsin gəldiklərini görüb qızılları yerə atdığını, lakin onda bir üzüyün qaldığını, sonra taksiyə mindiyini, lakin taksi sürcüsünün maşını sürmək istəmədiyini, etdiyi əmələ görə özünü qismən təqsirli bildiyini, əməlindən qismən peşman olduğunu, polis idarəsində psixoloji və fiziki təzyiqlərə məruz qalmadığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublakası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi imkanı olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə də oğurluq etmək üçün qızıl mağazalarına baxmışdır. Hadisə baş verməzdən bir neçə gün əvvəl Sabunçu rayonu, Maştağa qəsəbəsində olmuş, həmin vaxt qızıl alqı-satqısı ilə məşğul olan mağazaların birinə daxil olmuş və özünü müştəri kimi göstərərək mağazada satılan qızıl əşyalarının qiymətləri ilə maraqlanmışdır. Bunu etməkdə məqsədi qızıl mağazasından oğurluq edərkən şəraiti qiymətləndirmək olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində olərkən bir neçə gün əvvəl müştəri kimi daxil olduğu qızıl əşyalarının satışı mağazasın daxil olmuş, özünü yenidən müştəri kimi göstərərək satıcı ilə qızıl əşyaları ilə bağlı söhbət etməyə başlamış, satıcıdan ona baxması üçün qızıl əşyalarını təqdim etməsini istəmişdir. Satıcı da ona bir neçə briliant qaşlı qızıl əşyalarını təqdim etmiş, o, satıcının şübhələnməməsi üçün qızıl əşyalarının şəklini çəkməsini xahiş etmişdir. Satıcı da onun müştəri olduğunu zənn edərək etiraz etməmişdir. O, satıcının diqqətinin yayındığını görüb cəld qızıl əşyalarını piştaxtanın üzərindən götürüb qaçmağa başlamış, həmin vaxt satıcı da onun arxasınca qaçmışdır. O, satıcının və başqa şəxslərin arxasınca qaçmasını görüb dərhal mağazada piştaxtanın üzərindən oğurladığı qızıl-zinət əşyalarını yerə atmış, həmin qızıl əşyalarını yerə atmaqda məqsədi arxasınca qaçan mağazanın işçisi və digər şəxlərin qızıl əşyalarını yerdən götürmələri zamanı onun uzaqlaşa bilməsi olmuşdur. Qızıl əşyalarını yerə atdıqdan sonra yalnız bir ədəd briliant qaşlı qızıl üzüyü özündə saxlamış, sonra isə qaçmağa davam edərək yaxınlıqda yolun hərəkət hissəsində dayanmış dövlət qeydiyyat nişanını bilmədiyi VAZ 2106 markalı avtomobilə əyləşmişdir. Avtomobilin sürücüsünə avtomobili idarə etməsini desə də, sürücü avtomobili idarə etməkdən imtina edib avtomobildən enmişdir. Bundan sonra o, sürücünün avtomobilini idarə etmədiyini görüb özü də avtomobildən enmiş və həmin yerdən uzaqlaşmaq üçün qaçmağa başlamışdır. Bu zaman haradansa polis əməkdaşları gəlib onu saxlamışlar. O, sözü gedən cinayət hadisəsini etməsi ilə bağlı heç kimlə razılaşmamış, həmçinin qeyd olunan cinayət hadisəsini tək etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi sonuncunun mağazasından 2000 manat olan üzərində briliant qaşlar olan 750 əyarlı, ayrı-ayrılıqda dəyərləri 1000 manat olan 1 ədəd qızıl boyunbağı, 400 manat olan 1 ədəd qızıl qolbaq, 300 manat olan 1 ədəd qızıl üzük, 300 manat olan 1 cüt sırğadan ibarət dəst, ümumi dəyəri 2500 manat olan üzərində briliant qaşlar olan 750 əyyarlı ayrı-ayrılıqda dəyərləri 1200 manat olan 1 ədəd qızıl boyunbağı, 500 manat olan 1 ədəd qızıl qolbaq, 400 manat olan 1 ədəd qızıl üzük, 400 manat olan 1 cüt sırğadan ibarət dəstini götürməsini mübahisələndirmir. Belə ki, o, mağazadan konkret hansı qızıl əşyalarını götürməsini bilmir, lakin onda yalnız bir ədəd üzük qalmış, həmin üzüyü də polis əməkdaşlarına təqdim etmişdir. Digər qızıl əşyalarını isə yolda qaçarkən tullamışdır. Ola bilsin ki, sırğanın bir tayını Rasim tulladığı yerdən tapa bilməməmişdir. O, VAZ 2106 markalı, Az **-GE-*** dövlət nömrə nişanlı avtomobilə əyləşərkən sürücüyə özündə olan bıçaq və çəkiclə hədə-qorxu gəlməkdə məqsədi polislərin onu tuta bilməmələri üçün sürücünün avtomobilini idarə edərək həmin yerdən uzaqlaşması olmuşdur. Həmin vaxt onun Zərərçəkmiş şəxs2 xəsarət yetirmək və ya öldürmək niyyəti olmamışdır. O, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış və aralarında ədavəti olmamış, həmçinin Zərərçəkmiş şəxs2 öldürməklə hədələməmişdir. O, heç bir vətəndaşın üzərinə hücum çəkməmiş, sadəcə bıçağı əlində saxlayıb onu saxlamaq istəyən vətəndaşlara demişdir ki, əgər vətəndaşlar onu tutsalar, özünə bıçaqla xəsarət yetirəcəkdir. Həmçinin polis əməkdaşlarına da hücum çəkməmiş, polis əməkdaşlarına demişdir ki, əgər onlar onu tutsalar, özünə bıçaqla xəsarət yetirəcəkdir. Bu səbəbdən də polis əməkdaşlarından uzaqlaşmaq istəmişdir. Polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, sadəcə yayınmaq istəmişdir ki, onu saxlaya bilməsinlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ya polis şöbəsində ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir (cild 1, iş vərəqi 209- 212). Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və protokolun sonunda yazılan qeydin onun tərəfindən icra olunduğunu, elan olunmuş ifadənin düzgün olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hadisə günü Təqsirləndirilən şəxs müştəri kimi gəlib 3-4 saat ərzində qızılların şəklini çəkib evdəkilərə göndərmişdir. Sonra çıxıb getmiş və yenidən qayıtmışdır. Həmin vaxt mağazada başqa müştərilər də olduğundan onun başı qarışıq olmuşdur. O, digər müştərini yola salmış, sonra piştaxtanın üstündə qalmış malları götürüb yerinə qoyan zaman Fərhad baxmaq üçün istədiyi qızılları götürüb qaçmışdır. Bu zaman o, pəncərədən Fərhadı pəncərədən görmüş, sonuncu, onun dalınca qaçan olmayacağını fikirləşmişdir. Buna baxmayaraq o, Fərhadın dalınca qaçmış, ona çatmağa az qalarkən Fərhad əlindəki qızılları tullamışdır. O, yerdən qızılları götürüb geri qayıtmış, lakin orada olan uşaqlar Fərhadın dalınca qaçmışlar. Fərhad 14-cü Polis bölməsinin yanında bir taksiyə yaxınlaşıb maşına minərək qaçmaq istəmiş, lakin həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sualları cavablandıran Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəsinin məhkəmədə verilmiş ifadə kimi qəbul edilməsinə etiraz etmədiyini, hadisə zamanı onun mağazasından 3-4 ədəd qızıl əşyaların itdiyini, orada olan qonşuların tapdıqları qızıl-zinət əşyalarını gətirib qaytardıqlarını, tapılmamış üzüyün bir tayının qaldığını, həmin qızılları da polis əməkdaşları Fərhadın üzərindən tapıb verdiklərini, Təqsirləndirilən şəxs tərəfindən ona heç bir xəsarət yetirilmədiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin, iddia tələbinin olmadığını məhkəməyə bildirdi və bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 sərbəst ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, hadisəyə qədər təqsirləndirilən şəxsi tanımamış, onunla ədavəti olmamışdır. Hadisə baş verən gün o, idarə etdiyi taksi maşınında oturub sərnişin gözləmiş, bu zaman tanımadığı, lakin sonradan adının Fərhad olduğunu bildiyi şəxs qaçıb gələrək onun olduğu maşına minmiş və həmin yerdən onu uzaqlaşdırmasını istəmişdir. O isə, Fərhadın düz adam olmadığını fikirləşib bunu etməmişdir. Həmin vaxt Fərhadın əlində bıçaq və çəkic olmuş, həmin əşyalarla onu hədələyərək, maşını sürməsə, onu vuracağını bildirmişdir. Həmin vaxt Fərhadla aralarında mübahisə düşmüş, bu zaman oraya polis əməkdaşları yaxınlaşmış və Fərhadı maşından düşürüb polis bölməsinə aparmışlar. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayətinin və iddia tələbinin olmadığını bildirərək, bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis şöbəsinin sahə inspektoru Şahid1 sərbəst ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid1 ifadəsinə görə, əməliyyat qrupunun tərkibində başqa bir şikayət əsasında keçirilmiş tədbirdən qayıdarkən sonradan adını bildiiyi Təqsirləndirilən şəxs əlində bıçaqla taksi sürücüsünü hədələdiyini görmüşlər. Bu zaman Fərhad taksi sürücüsündən maşını həmin ərazidən sürüb uşaqlaşmağı tələb etmişdir. Onlar Fərhada yaxınlaşan vaxt sonuncu əlindəki bıçağı onun üzərinə tutaraq yaxın gəlməməyini demişdir. O, Fərhadın bu hərəkətlərindən sonra gözyaşardıcı qazdan istifadə etmiş, Fərhad isə qaçaraq hadisə yerindən uzaqlaşmaq istəmişdir. O da, Fərhadın dalınca qaçmış və təslim olmağını ona bildirmişdir. Hətta xidməti tabel silahını çıxarıb Fərhada təslim olmağını demişdir. Fərhad silahı görəndən sonra əlindəki bıçağı yerə qoymuş və onlar tərəfindən polis idarəsinə aparılmışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən Fərhada qarşı zor tətbiq olunmamışdır. Fərhadın taksi sürücüsünə xəsarət yetirdiyini görməmiş, həmçinin Fərhad polis əməkdaşlarına da hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis şöbəsinin növbətçi hissəsinin sürücüsü Şahid2 Təqsirləndirilən şəxs tərksilah edilib saxlanılmasında iştirak etdiyini bildirərək, Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan 10 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokola əsasən, cinayət hadisəsinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4 küçəsi, 83 ünvanında yerləşən “Karat” qızıl satışı mağazasında baş verdiyi müəyyən olunmuş və istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 6-9). İşdə olan 10 aprel 2024-cü il tarxli protokoldan görünür ki, həmin tarixdə hadisənin baş verdiyi ərazidə quraşdırılmış videomüşahidə kameralarından hadisəni əks etdirən videogörüntülər götürülmüş və bir ədəd DVD diskə köçürülərək cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 10-11). Cinayət işində olan 16 aprel 2024-cü il tarixli diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd olunan diskdə 1 ədəd “VİD-20240410- WA0066” adlı MP4 formatlı videofayl mövcuddur. Həmin videofayl açıldıqda 4 (dörd) dəqiqə 45 (qırx beş) saniyəlik müddətdə davam edən videogörüntülərin olması müəyyən edilir. Videogörüntü 10 aprel 2024-cü il tarixdə axşam saat 19:11 dəqiqədə qeydə alınmış, həmin tarixdə saat 19:17 dəqiqəyədək olan müddəti əhatə edir. Baxış zamanı qeyd edilən tarixdə yol kənarında fəaliyyət göstərən qızıl satışı mağazasında iki nəfər şəxsin olması, həmin şəxslərdən birinin mağazadan çıxaraq mağazanın qarşısında dayanmış ağ rəngli xarici markalı, dövlət qeydiyyat nişanı müəyyən edilməyən minik avtomobilinə minməsi, ondan sonra həmin mağazadan bir nəfər qadın cinsli şəxsin çıxması, bu zaman mağazanın içərisindəki şəxsin mağazadan çıxaraq mağazanın qarşısında mobil telefonla danışması, bir neçə saniyə sonra yenidən mağazaya daxil olması, saat 19:17 dəqiqədə həmin şəxsin əlində müəyyən edilməyən ağ rəngli selofana bənzər predmetlə qaçaraq mağazadan çıxması, mağaza sahibinin onun arxasınca qaçaraq mağazadan çıxması və həmin şəxsin arxasınca qaçması müəyyən edilir. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, videogörüntüdə hadisələrin əks olunduğu mağaza ona məxsus qızıl satışı mağazasıdır, mağazadan qızılları ələ keçirib qaçan şəxs isə Təqsirləndirilən şəxsdur, mağazada həmin vaxt olan digər şəxslər müştərilər olmuş, onların anket məlumatları barədə heç bir məlumatı yoxdur (cild 1, iş vərəqi 116). İbtidai istintaq orqanının 02 avqust 2024-cü il tarixli qərarı ilə hadisə yerinin videogörüntüsünü əks etdirən həmin bir ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 218-229). İş materiallarında olan 10 aprel 2024-cü il tarixli təqdim edilmiş maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qızıl üzük ondan götürülmüş və bununla bağlı müvafiq fotoşəkil protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 13). Cinayət işinə əlavə edilmiş 10 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində baş verdiyi müəyyən olunmuşdur. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 24-26). İşə əlavə edilmiş 10 aprel 2024-cü il tarixli təqdim edilmiş maddi sübutun görtürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan 1 ədəd qara rəngli dəstəyi olan açılıb bağlanan bıçaq, 1 ədəd narınc rəngli dəstəyi olan açılıb-bağlanan bıçaq və 1 ədəd qırmızı qara rəngli dəstəyi olan dəmir çəkic ondan götürülmüş və bununla bağlı müvafiq fotoşəkillər protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 28-30). Məhkəmə-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 08 may 2024-cü il tarixli 6/2444-9/3434 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan üzük (deformasiyalı) - üzərində “Progold 750” adlıq və əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 3,13 qramdır. Üzüyün üzərində olan 10 ədəd ağ-şəffaf qaşlar brilyantdır, hər birinin ayrıayrılıqda ölçüsü 0,005 karat, 4/3 keyfiyyətlidirlər. Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd brilyant qaşlı, 3,13 qram çəkidə olan üzüyün deformasiyalı olduğunu nəzərə alaraq xx.xx.2024-cü il tarixə olan müddətə orta bazar qiyməti ilə dəyəri təxminən 370,0 manat müəyyən edilir (cild 1, iş vərəqi 126-128). Məhkəmə-ballistik ekspertizasının 15 may 2024-cü il tarixli 3-16-16/2-3/757 saylı rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş 2 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçaqlarıdır, soyuq silah hesab edilmir, üzərlərində sonradan dəyişiklik edilməmişdir. - tədqiqata təqdim edilmiş 1 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş təsərrüfatməişət təyinatlı alətdir - cəkicdir, soyuq silah hesab edilmir, üzərində sonradan dəyişiklik edilməmişdir (cild 1, iş vərəqi 129-132). İbtidai istintaq orqanının 02 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından, həmçinin 05 avqust 2024-cü il tarixli raportdan və qəbzdən görünür ki, istintaq zamanı əldə edilmiş 1 ədəd qızıl üzük iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs götürülmüş 2 ədəd bıçaq və 1 ədəd çəkic iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 218-229, 245-246). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixatriya Xəstəxanası" X3 30 iyul 2024-cü il tarixli 9417 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 136). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 30 iyul 2024-cü il tarixli tələbnamədən, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 may 2017-ci il tarixli hökmü ləğv edilmiş və onun əməli Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən CM-nin 180.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə o, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 may 2017-ci il tarixli hökmünə əsasən CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 4 il müddətə, CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 may 2017-ci il tarixli hökmünə əsasən CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 il müəyyən edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmü ona qəti olaraq təyin edilmiş 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasının müddəti 4 il 6 ay müddətinə endirilmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 137-187). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlini törətməyə görə ona təyin olunmuş cəzadan 26 aprel 2021-ci il tarixdə azad olunmuş və hazırkı cinayət əməlini törədərkən onun məhkumluğu olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, verilmiş ittihamla razı olmadığını, özünü Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə deyil, 180-cı maddəsi ilə təqsirli bildiyini, hadisə zamanı kiminsə üzərinə bıçaq çıxarmadığını bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində törətdiyi cinayət əməllərini inkar etməmiş, yalnız törətdiyi əməlin hüquqi tövsifini mübahisələndirmişdir. Məhkəmədə verdiyi sərbəst ifadəsində o, hadisə zamanı bıçaqdan istifadə etmədyini bildirsə də, istintaqdakı ifadəsi elan olunduqdan sonra verilmiş suala cavab olaraq həmin ifadənin doğru olduğunu bildirdi. İstintaqa verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs hadisə zamanı üzərində cinayət törətmək üçün istifadə etdiyi silah qismində istifadə edilən iki ədəd bıçağın və bir ədəd çəkicin olduğunu etiraf etmiş, həmin bıçaqlardan birindən Zərərçəkmiş şəxs2 məxsus taksi maşınına minib uzaqlaşmaq istəyərkən istifadə etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs və şahidlər də həm ibtidai istintaqda, həm də məhkəmədə verdiyi ifadələrində həmin halın baş verdiyini təsdiq etmişlər. Göründüyü kimi, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən bıçaqdan istifadə etmədiyini bildirməklə, özünün quldurluq deyil, soyğunçuluq cinayəti törətdiyinə məhkəməni inandırmaq, bununla da öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Şərh olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır (cild 1, iş vərəqi 12-13). Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən isə, dəyəri olmayan əşyalar məhv edilməlidir. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunmalıdır: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan 1 ədəd qara rəngli dəstəyi olan açılıbqatlanan bıçaq, 1 ədəd narıncı rəngli dəstəyi olan açılıb-qatlanan bıçaq və 1 ədəd qırmızı qara rəngli dəstəyi olan dəmir çəkic məhv edilməli; - Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qızıl üzüyün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı; - hadisənin baş verdiyi ərazidə quraşdırılmış videomüşahidə kameralarından götürülmüş hadisəni əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 214 (iki yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 40 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti «GÜVƏN» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan 1 ədəd qara rəngli dəstəyi olan açılıbqatlanan bıçaq, 1 ədəd narıncı rəngli dəstəyi olan açılıb-qatlanan bıçaq və 1 ədəd qırmızı qara rəngli dəstəyi olan dəmir çəkic məhv edilsin; - Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qızıl üzüyün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın; - hadisənin baş verdiyi ərazidə quraşdırılmış videomüşahidə kameralarından götürülmüş hadisəni əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 214 (iki yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti «GÜVƏN» Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov,Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-503/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-503/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver