Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-504/2020 07.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Bəhruz qızı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslərZərərçəkmiş şəxs1 Bəhruz qızı və Zərərçəkmiş şəxs2 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospektində yerləşən nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən qadınları maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edib aldadaraq və hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb edib, Azərbaycan Respublikasının dövlət sərhədindən keçirdikdən sonra insan alveri məqsədi ilə pasportlarını götürüb saxlamaqla gizlədərək təkrarən tamah niyyəti ilə iki şəxs barəsində insan alveri cinayətini törətmiş, bundan başqa, o, gəlir əldə etmək məqsədi ilə qadını təkrarən fahişəliyə cəlb etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxsBakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinib 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qərarına əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə, cəzanın çəkilməmiş qalan hissəsindən isə Cəlilabad Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına əsasən «28 May- Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı İl tarixli qərarının 5.4-cü bəndinə uyğun olaraq azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən yenidən qəsdən 2017-ci ilin iyun ayının əvvəllərindən ortalarına kimi olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Akkord” yaşayış məntəqəsi, bina 6, mənzil 127-də yaşayan Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlamaqla onu istintaqa məlum olmayan müxtəlif ünvanlarda ayrı-ayrı müştərilərlə fərqli məbləğlərdə pul müqabilində, o cümlədən 2017-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən «Golden Fork» adlı çimərlikdəki qamışdan hazırlanmış otaqda tanışı Şahid ilə cinsi əlaqədə olmaq üçün görüşdürüb 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə təkrarən Zərərçəkmiş şəxs3 fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2018-ci ilin aprel ayının ortalarında Türkiyə Respublikasının Kütahya şəhərindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 40, mənzil 52-də yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə “Whatsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb sonuncunun maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasının Kütahya şəhərində yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq Zərərçəkmiş şəxs1 cinsi istismar edilməsi məqsədi ilə cəlb etmişdir. Zərərçəkmiş şəxs1 razılıq vermiş və xx xxxxx 2018-ci il tarixdə, saat 19:21də avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək Türkiyə Respublikasının Kütahya şəhərinə getmişdir. xx xxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 orada qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət ərzində qeyd olunan mənzildə pul qarşılığında kişi cinsindən olan şəxslərlə görüşdürüb cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən 2018-ci ilin noyabr ayının əvvəllərində Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, Xəzər inşaat, bina 9C, mənzil 14-də yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə “Whatsap" ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb sonuncunun maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasının İstanbul şəhərində yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq Zərərçəkmiş şəxs2 cinsi istismar edilməsi məqsədi ilə cəlb etmişdir. Zərərçəkmiş şəxs2 razılıq vermiş və xx xxxxxx 2018-ci il tarixdə, saat 17:48-də avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 orada qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət ərzində qeyd olunan mənzildə pul qarşılığında kişi cinsindən olan şəxslərlə görüşdürüb cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2019-ci ilin yanvar ayının əvvəllərində Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, Xəzər İnşaat, bina 9C, mənzil 14-də yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə “Whatsap" ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini sosial şəbəkələrdə yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu yenidən cinsi istismar edilməsi məqsədi ilə cəlb etmişdir. Zərərçəkmiş şəxs2 razılıq vermiş və xx xxxxxx 2019-cu il tarixdə, saat 16:22-də Bakı Hava Limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. xx xxxxxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs onu orada qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra həmin tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində qeyd olunan mənzildə və İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərlə gorüşdürüb cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2017-ci ilin iyul ayının əvvəllərində Rəna adlı şəxs ona zəng edərək Türkiyə Respublikasının Kütahya şəhərində Səlim adlı tanışının olduğunu, Səlimin qadınları fahişəliyə cəlb etdiyini, özü ilə birlikdə Kütahya şəhərinə getməyi, Səlimin onu da fahişəliyə cəlb edə biləcəyini bildirmişdir. O, Rəna ilə razılaşmışdır. Rəna onu Türkiyə Respublikasının Kütahya şəhərinə aparmış və orada onu Səlimlə tanış etmişdir. Rəna onu pul qarşılığında Səlimin yanına aparmışdır. O, Səlimin yanında Zərərçəkmiş şəxs2 görmüşdür. Rəna adlı şəxs Zərərçəkmiş şəxs2 də Səlimin yanına fahişəliklə məşğul olmaq üçün aparmışdır. Onu orada həm Rəna adlı şəxs, həm də Səlim fahişə kimi işlətmişdir. O, Türkiyədə fahişəliklə məşğul olmuşdur. O, Türkiyədə fahişəliklə məşğul olduğu zaman Səlimin oğlu Cihanla sevgili olmuş və bir müddət Cihanla birlikdə yaşamışdır. O, bir qədər Türkiyə Respublikasında qaldıqdan sonra Azərbaycana qayıtmışdır. O, Azərbaycan Respublikasına qayıtdıqdan 2 gün sonra Səlimin oğlu Cihandan İlkanənin və digər qızların Türkiyə Respublikasından deportasiya olunduğunu eşitmişdir. İlkanə deportasiya olunduqdan sonra o, İlkanəni görməmiş və İlkanə ilə heç bir münasibəti olmamışdır. O, Zərərçəkmiş şəxs2 heç vaxt Türkiyə Respublikasında fahişəliyə cəlb etməmiş və İlkanəni cinsi istismar etməmişdir. Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə o, bildirmişdir ki, o, əslən pakistanlı oğlanla tanış olmuş və həmin pakistanlı oğlanla Bakı şəhərində “Gənclik” metrostansiyasının yaxınlığında kirayədə yaşamışdır. O, həmin pakistanlı oğlanla sevgili olmuşdur. Minayə isə onun həmin pakistanlı sevgilisinin dostunun sevgilisi olmuşdur. O, Minayəni pakistanlı oğlan ilə klubdan çıxdıqda tanımışdır. O, Minayəni Azərbaycanda tanımışdır. Minayə evli olmasına baxmayaraq, fahişəliklə məşğul olmuşdur. O, Minayəni Türkiyə Respublikasında görməmişdir. O, heç vaxt Minayəni Türkiyə Respublikasına aparmamış və sonuncunu cinsi istismar etməmişdir. Zərərçəkmiş şəxs3 isə onun rəfiqəsi olmuşdur. O, İradəni Mehmanla cinsi əlaqədə olmaq üçün heç bir yerə aparmamışdır. Təqsirləndirilən şəxs öz ifadəsində İradənin məhkəmə iclasında yalan ifadə verdiyini və Mehmanın onun sevgilisi olduğunu bildirmişdir. O, heç vaxt sevgilisi Mehmanı İradə ilə tanış etməmiş, həmin şəxslərin cinsi əlaqədə olmasını təşkil etməmiş və buna görə pul almamışdır. İradə Mehmanı onun yanında onun sevgilisi kimi görmüşdür. Mehmanla İradə arasında başqa münasibət olmamışdır. O, Mehmanla İradənin cinsi əlaqədə olmasını təşkil etməmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi halların nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında qeyd edilən hissədə verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunlu ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə istintaqında verdikləri ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tam və obyektiv tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqında tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsqismindədindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki,onun gözlərində problem olmuşdur. Ona görə də o, 2017-ci ilin avqust ayının ortalarında gözünü müalicə etdirmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. O, İstanbul şəhərində olan zaman təsadüfən gözəllik salonlarının birində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, Təranə ilə tanış olduqdan sonra onlar bir- birilərinin əlaqə nömrələrini götürmüşlər və “Whatsap” sosial şəbəkə vasitəsilə əlaqə saxlamağa başlamışlar. O, gözünü müalicə etdirdikdən sonra Bakı şəhərinə qayıtmışdır. 2018-ci ilin noyabr ayının əvvəllərində Təranə “Whatsap” sosial şəbəkə vasitəsilə onunla yazışmış və Təranə ondan maddi vəziyyətinin necə olduğunu soruşmuşdur. O da Təranəyə maddi vəziyyətinin pis olduğunu demişdir. Təranə ona özünün yanına Türkiyə Respublikasına gəlməyi və onu orada restoranda işə düzəldəcəyini bildirmişdir. O da Təranə ilə razılaşdıqdan sonra öz şəxsi vəsaiti hesabına bilet almış və avtobusla Türkiyə Respublikasının İstanbul şəhərinə yola düşmüşdür. O, Şıxlı sərhəd nəzarət məntəqəsindən Gürcüstan Respublikasına keçmiş, oradan da Türkiyə Respublikasının ərazisinə keçmişdir. O, İstanbul şəhərinə çatdıqda, Təranə onu qarşılayıb özünün kirayə yaşadığı mənzilə aparmış və sonra ondan İstanbul şəhərində yaşaya bilməsi üçün rəsmi qaydada icazə almaq adı ilə pasportunu almışdır. O, Təranədən iş yeri ilə maraqlandıqda, Təranə onun üçün heç bir işin olmadığını, onun Təranənin tanışı olan müştərilərlə pul qarşılığında cinsi əlaqədə olacağını, yəni fahişəliklə məşğul olacağını bildirmişdir. O, Təranə ilə razılaşmayaraq sonuncuya fahişəliklə məşğul olmayacağını demişdir. O, bunu Təranəyə dedikdə, Təranə onun pasportunun özündə olduğunu bildirərək heç yerə gedə bilməyəcəyini, bundan əlavə, əgər fahişəliklə məşğul olmasa pasportunu cıracağını bildirmişdir. O da məcbur qalıb Təranə ilə razılaşmışdır. Bundan sonra Təranənin tanışları olan müştərilər gəlib onu Təranə ilə birlikdə yaşadığı evdən götürərək hotellərə aparmışlar və orada həmin şəxslər onunla cinsi əlaqədə olmuşlar. Onun görüşdüyü müştərilərlə Təranə özü danışmışdır. Həmin müştərilərdən pulu Təranə özü almışdır. Təranə onunla cinsi əlaqədə olan şəxslərdən aldığı pulu onunla yarı-yarıya bölmüşdür. Bir müddətdən sonra Təranə Azərbaycana qayıtmalı olduğu üçün onun pasportunu ona geri qaytarmışdır. Bundan sonra o, Azərbaycana qayıtmışdır. 2019-cu ilin yanvar ayının əvvəllərində Təranə onunla yenidən “Whatsap” sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq yenidən yanına gəlməli olduğunu, gəlmədiyi halda onun müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi videogörüntüləri sosial şəbəkələrdə yayacağını bildirmişdir. O da Təranənin həmin videogörüntüləri yayacağından qorxduğu üçün Təranə ilə razılaşaraq yenidən Türkiyə Respublikasına Təranənin yaşadığı mənzilə getmiş və orada Təranənin tapdığı müştərilərlə cinsi əlaqədə olmuşdur. Bir müddətdən sonra o, yenidən Bakı şəhərinə qayıtmışdır. Növbəti dəfə Təranə yenə onu Türkiyə Respublikasına çağırdıqda, o, Təranə ilə razılaşmamış və sonuncunun yanına getməmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində, həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə azadlıqdan mərhum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, həmin dörvdrə evli olmuşdur. O, əri və övladı ilə birlikdə yaşamışdır. Onun ailəsinin maddi vəziyyəti pis olduğundan o, Bakı şəhərində müxtəlif evlərə gedərək təmizlik işləri görmüşdür. O, Bakı şəhərində “Gənclik” metrostansiyasının yaxınlığında Pakistan Respublikasının vətəndaşı olan bir şəxsin yaşadığı mənzili təmizlədiyi zaman həmin mənzildə əslən pakistanlı kişi ilə birgə qalan Təranə ilə tanış olmuşdur. Təranə onun istifadə etdiyi mobil nömrəni götürmüşdür. Bundan sonra Təranə ilə onun arasında münasibət yaranmışdır. Bir qədər sonra Təranə onun istifadəsində olan mobil telefonuna “Whatsap” sosial şəbəkə vasitəsilə zəng edərək özünün Türkiyə Respublikasında olduğunu bildirmişdir. O, Təranədən Türkiyədə onun üçün hər hansı işin olub-olmadığını soruşmuşdur. Təranə də ona təmizlik işləri ilə əlaqədar Türkiyə Respublikasında yaxşı işin olduğunu ona bildirmiş və onu Türkiyə Respublikasına dəvət edərək oradə yüksək maaşlı təmizlik işləri ilə əlaqədar iş tapacağını bildirmişdir. O da maddi vəziyyətinin pis olduğuna görə Təranə ilə razılaşmış və şəxsi vəsaiti hesabına əri onun üçün bilet almışdır. Bundan sonra o, Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla Türkiyə Respublikasının Ankara şəhərinə, Ankara şəhərində digər avtobusa minərək Kütahya şəhərinə getmişdir. O, Kütahya şəhərinə çatdıqda, Təranə və bir nəfər “Dədə Səlim” adlı türk vətəndaşı onu qarşılayaraq şəhərin mərkəzində yerləşən bir mənzilə aparmışlar. Təranə onun Türkiyə Respublikasında yaşaya bilməsi üçün dövlət orqanlarında qeydiyyata düşmək adı ilə ondan pasportunu tələb etmişdir. O da yaşamaq icazəsi alması üçün öz pasportunu Təranəyə vermişdir. Səhərisi gün o, Təranəyə sənədlərini qaydaya salmaq üçün lazımi orqanlara getməyini bildirdikdə, Təranə heç yerə getməyəcəklərini ona bildirmişdir. O, Təranədən bunun səbəbini soruşduqda, Təranə ona dediyi şəxslərlə görüşmək üçün yanına gətirdiyini bildirmişdir. Həmin vaxt o, Təranəyə ailəli və himayəsində uşağının olduğunu bildirərək fahişəliklə məşğul olmayacağını demişdir. Təranə isə ona pasportunu cıracağını, polisə onun fahişəliklə məşğul olması barədə məlumat verərək onu tutduracağını bildirmişdir. O da ilk dəfə Türkiyədə olduğuna görə və orada heç kəsi tanımadığına görə məcbur qalıb Təranə ilə razılaşmışdır. O, təxminən 5 gün məcbur olub Təranənin kirayədə qaldığı mənzildə yaşayaraq Təranənin tapdığı kişi müştərilərlə həmin mənzildə pul qarşılığında cinsi əlaqədə olmuşdur. O, bir gün ərzində təxminən 7-8 nəfərlə görüşmüş və cinsi əlaqədə olmuşdur. Təranə hər bir müştəriyə görə ona 50 Türk lirəsi vermişdir. O, Türkiyədə qaldığı 5 gün müddətində təxminən 40 kişi ilə pul qarşılığında cinsi əlaqədə olmuşdur. O, həmin müştərilərlə cinsi münasibətdə olmaq istəməsə də, həmin müştərilər Təranəyə pul verdiyinə görə və o, Türkiyədə heç kəsi tanımadığına görə məcbur qalıb həmin kişilərlə cinsi əlaqədə olmuşdur. O, Türkiyədə qaldığı 5 gün müddətində bütün xərcləri özü ödəmişdir. Həmin 5 gün müddətində o, çoxlu sayda kişi müştərilərlə cinsi əlaqədə olduğuna görə səhhətində, yəni qadın orqanlarında ciddi problem yaranmışdır. Nəticədə o, orada fahişəliklə məşğul ola bilməmişdir. Təranə onun fahişəliklə məşğul ola bilmədiyini görüb ona pasportunu qaytarmış və onun Azərbaycan Respublikasına qayıtmasına icazə vermişdir. Sonra o, Türkiyədə tanıdığı bir nəfər şəxslə əlaqə saxlayıb çöldə qaldığını demiş və həmin şəxsdən hara gedə biləcəyini soruşmuşdur. Həmin şəxs ondan pulunun olub-olmadığını soruşmuşdur. O da həmin şəxsə 500 Türk lirəsi olduğunu bildirmişdir. Həmin şəxs İzmir şəhərində tanışının olduğunu ona bildirmiş və İzmir şəhərinə getmək məqsədi ilə onun üçün bilet almışdır. O, İzmir şəhərinə gedib restoranların birində ofisiant kimi işləmişdir. O, bir müddət İzmir şəhərində işlədikdən sonra Azərbaycan Respublikasına qayıtmışdır. Zərərçəkmiş şəxs1 ifadəsində, həmçinin Təranəyə görə onun ailəsinin dağıldığını və sonuncu ilə barışmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 2017-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən gözəllik salonunda Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt o, ***-***-**-** nömrəli mobil telefon işlətmişdir. Təranənin mobil nömrəsi isə onun yadında deyil. O, Təranə ilə tanış olduğu zaman Təranənin qadınları fahişəliyə cəlb etdiyini, onun istədiyi halda onu da cinsi əlaqədə olmaq üçün tanıdığı müştərilərə təqdim edə biləcəyini bildirmişdir. Onun maddi cəhətdən vəziyyəti yaxşı olmadığından o, Təranə ilə razılaşmışdır. 2017-ci ilin iyun ayında o, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Akkord” yaşayış məntəqəsi, bina 6, mənzil 127-də olduğu zaman Təranə onunla telefon əlaqəsi saxlamış və yaxşı müştərisinin olduğunu demişdir. Təranə həmin müştərinin onları Pirşağı qəsəbəsində dəniz kənarında gözlədiyini və onunla cinsi əlaqədə olmaq üçün 100 manat pul verəcəyini bildirmişdir. O da 100 manat pulun müqabilində cinsi əlaqədə olmaq üçün Təranə ilə razılaşmışdır. Sonra Təranə taksi ilə onun yaşadığı evin yaxınlığına gəlmiş və onu aparmışdır. Onlar birlikdə Zabrat qəsəbəsinə getmişlər. Orada Mehman ağrəngli cip maşını ilə gəlib onları Pirşağıya aparmışdır. Pirşağı qəsəbəsində yerləşən dəniz qırağında o, Təranənin tapdığı Mehmanla pul müqabilində cinsi əlaqədə olmuşdur. O, Mehmanla cinsi əlaqədə olduqdan sonra Təranə ona 100 manat pul vermişdir. Eyni zamanda, Təranə Mehmandan onu Mehmanla görüşdürdüyünə görə 50 manat pul almışdır. Sonra o, Təranə ilə bir qədər dəniz qırağında qaldıqdan sonra evə qayıtmışdır. Zərərçəkmiş şəxs3 ifadəsində, həmçinin Təranə ilə barışdığını bildirmişdir. Zərərçəkmiş şəxs3 qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o,Təranəni və sonuncunun bacısı Nuranəni bir neçə dəfə Cəlilabad rayonunda görmüşdür. Onun Təranə ilə tanışlığı həmin vaxtdan yaranmışdır. Həmin vaxt Təranə və bacısı Nuranə fahişəliklə məşğul olmuşlar. 2015-ci il tarixdən o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində dəniz kənarında yerləşən «Golden Fork» adlı çimərliyi işlətmişdir. Təranə hərdən qızlarla bir yerdə həmin çimərliyə gəlib istirahət etmişdir. 2017-ci ilin iyun ayında Təranə Zərərçəkmiş şəxs3 adlı rəfiqəsi ilə bir yerdə həmin çimərliyə gəldiyi zaman Təranə ona İradə ilə cinsi əlaqədə olmağı təklif etmişdir. Həmin vaxt o, Təranədən qıza görə nə qədər pul verəcəyini soruşmuşdur. Təranə ondan İradə ilə cinsi əlaqədə olmasına görə İradənin özünə 100 manat, İradəni ona “düzəltdiyinə” görə özünə isə 50 manat məbləğində pul istəmişdir. O da Təranə ilə razılaşmış və Təranəyə 150 manat məbləğində pul vermişdir. X8 yanına çağırıb 100 manat pulu İradəyə təqdim edərək onunla cinsi əlaqədə olacağını bildirmişdir. Cinsi əlaqədə olmaq üçün münasib otaq olmadığından o, məcbur olub dəniz kənarında yerləşən qamışdan hazırlanmış otaqda İradə ilə bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Bundan sonra Təranə və İradə birlikdə bir qədər çimərlikdə istirahət edib oranı tərk etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri) ilə yanaşı, məhkəmə istintaqında tədqiq edilmiş və cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli ərizədən (cild 1, iş vərəqə 10) görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasında cinsi istismara məruz qaldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli ərizədən (cild 1, iş vərəqə 29) görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasında cinsi istismara məruz qaldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməsindən (cild 1, iş vərəqə 49-50) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinmiş və onun üzərində 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qərarı ilə o, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və Cəlilabad Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə ona “Amnistiya” haqqında Azərbaycan Respublikasının Milli Məclisinin aktı tətbiq edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli ərizədən (cild 1, iş vərəqə 68) görünür ki, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən fahişəliyə cəlb olunduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və axtarış elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 102-103) görünür ki,Təqsirləndirilən şəxs ittiham elan etmək üçün onun tutulması və barəsində axtarışın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinn cavab məktubundan (cild 1, iş vərəqə 115) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Ellips” klubunda saxlanılmış və aidiyyatı orqana təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 116) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Ellips” klubunda tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 132) görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs tutulduğu vaxt xx xxxxxxxx 2019-cu il saat 03:00-dan hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 1, iş vərəqə 150-152) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 175-177) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən təsdiq edilmiş qərardan (cild 1, iş vərəqə 179-182) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olan X5 və Məmmədov Rövşən Qüdrət oğlunun qanunsuz hərəkətləri və döyülməsi barədə prokurorluğa şikayət etmiş, onun şikayəti üzrə ekspertiza keçirilmiş, ekspertiza rəyinə əsasən şikayətçinin bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Bunun nəticəsində də Təqsirləndirilən şəxs şikayətində göstərilmiş hallar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olan X5 və Məmmədov Rövşən Qüdrət oğlunun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının 2185 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 236-237) görünür ki,Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı müayinə zamanı suallara qəsdən cavab verməməsi hər hansı psixi patologiyanın nəticəsi olmayıb, simulyativ davranış kimi qiymətləndirilir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 dekabr 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 281-284) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 304-315) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələri ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 317-319) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 68) görünür ki, Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 90) görünür ki, Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 112) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2015-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmündən (cild 1, iş vərəqə 81-83) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət həmin cəzadan çıxılmış və onun üzərində 1 il 2 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2016-cı il tarixli Cəlilabad Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 78-79) görünür ki, “28 May- Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli qərarının 5.4-cü bəndinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzanın çəkilməmiş qalan hissəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqları məhkəmənin müdafiəsi altındadır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Əfəndiyevin Azərbaycan Respublikasına” qarşıişi üzrə X7 Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarındaAvropa Məhkəməsi qeyd etmişdir ki, sübutun mümkünlüyü məsələsi ilk növbədə milli qanunvericiliklə tənzim olunan məsələdir və bir qayda olaraq ölkə məhkəmələri özləri işdə olan müstəqil şəkildə sübutları qiymətləndirməlidir. Konvensiyaya əsasən Avropa Məhkəmənin vəzifəsi şahidlərin ifadələrinin sübut kimi lazımı qaydada qəbul edilib-edilmədiyi ilə bağlı mühakimə yürütmək deyil, bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə tərzinin ədalətli olub-olmadığını müəyyən etməkdir. Qeyd edilən hüquqi mövqe, həmçinin “X3 Rusiya Federasiyasına” qarşı işi üzrə X7 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Avropa Məhkəməsi dəfələrlə öz presedent qərarlarıda göstərmişdir ki, “şahid” kateqoriyası dar mənada istifadə edilməməlidir. Əksinə “şahid” kateqoriyasına cinayət prosesində ifadəsi alına biləcək və ya ifadə verə biləcək istənilən proses iştirakçısı aiddir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona tam imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmü qanuni, əsaslı və ədalətli olmalıdır. Məhkəmə hökmünün qanuniliyinin, əsaslılığının və ədalətliliyinin təmin edilməsi demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəməittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri mövcuddur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri sübuta yetirilsə də, məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs gəlir əldə əldə etmək məqsədilə təkrarən fahişəliyə cəlb etməsi ilə bağlı nəticəyə gələrkən səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən «Golden Fork» adlı çimərlikdə Şahid ilə tanış etmiş və Şahid Zərərçəkmiş şəxs3 ilə cinsi əlaqədə olmasına görə Şahid 150 manat məbləğində pul almışdır. Təqsirləndirilən şəxs Şahid aldığı pulun 100 manatını Zərərçəkmiş şəxs3 vermiş, qalan 50 manatını isə özünə götürmüşdür. Təqsirləndirilən şəxs Şahid razılaşdırılmış 150 manatı aldıqdan sonra Şahid Zərərçəkmiş şəxs3 ilə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamı bu hissədə inkar etsə də, Zərərçəkmiş şəxs3 və Şahid həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında sərbəst şəkildə ifadə verərək Təqsirləndirilən şəxs onları cinsi əlaqədə olmaq məqsədi ilə tanış etdiyini və bu “xidmətə” görə 150 manat məbləğində pulu Şahid aldığını, aldığı pulun 100 manat hissəsini Zərərçəkmiş şəxs3 verdiyini, qalan 50 manat hissəsini isə məhz göstərdiyi “xidmətə” görə özünə götürdüyünü açıq şəkildə bildirmişlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bununla da Təranə Niftullayevə gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 başqa kişilərlə cinsi əlaqədə olması məqsədi ilə tanış etməsi, bunun müqabilində hər hansı başqa şəxsdən pul alması, başqa sözlə, Zərərçəkmiş şəxs3 başqa şəxslərlə cinsi əlaqədə olması üçün fahişəliyə cəlb etməsi məhkəmə istintaqında müəyyən edilmədi. İttiham aktında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 başqa şəxslərlə tanış etməsi və cinsi əlaqədə olması üçün fahişəliyə cəlb etməsi göstərilsə də, ibtidai istintaq orqanı tərəfindən bu istiqamətdə heç bir araşdırma aparılmamış, həmin şəxslərin kimliyi, hadisənin dəqiq baş verdiyi yer və sair mühüm əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ancaq Şahidlə tanış etmiş və yalnız həmin şəxslə cinsi əlaqədə olmaq üçün Zərərçəkmiş şəxs3 fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini üzərində olan məhkumluğu ödənilmədiyi vaxtda törətmişdir. Təqsirləndirilən şəxs digər zərərçəkmiş şəxslərlə bağlı törətdiyi əməllərə gəldikdə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tanış olduğu Zərərçəkmiş şəxs1 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib sonuncunu Türkiyə Respublikasının Kütahya şəhərində restoranların birində işə düzəldəcəyi adı ilə aldadaraq onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş və Zərərçəkmiş şəxs1 xx xxxxx 2018-ci il tarixdə, saat 19:21-də avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək Türkiyə Respublikasının Kütahya şəhərinə getmişdir. xx xxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Kütahya şəhərində qarşılayıb kirayə yaşadığı mənzilə aparmış, sonuncunu orada yerləşdirmiş və insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 pasportunu götürüb özündə saxlamaqla gizlətmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 cinsi istismar etmək məqsədi ilə cəlb etdikdən, onun Kütahya şəhərinə gəlməsini təmin etdikdən və pasportunu alıb özündə saxlamaqla tam şəkildə öz iradəsinə tabe etdikdən sonra xx xxxxx 2018-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 Kütahya şəhərində yaşadığı mənzildə pul qarşılığında kişi cinsindən olan şəxslərlə görüşdürərək cinsi istismar etmişdir. Bununla da Təqsirləndirilən şəxs insan alveri cinayətini və insan alveri məqsədi ilə başqa şəxsin pasportunu götürmə, saxlama, gizlətmə cinayətini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini üzərində olan məhkumluğu ödənilmədiyi vaxtda törətmişdir. Qeyd edilən cinayətlərdən başqa, məhkəmə istintaqında, həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanış olduğu Zərərçəkmiş şəxs2 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib sonuncunu Türkiyə Respublikasının İstanbul şəhərində yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş və lkanə Xəlilova xx xxxxxx 2018-ci il tarixdə saat 17:48-də avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 İstanbul şəhərində qarşılayıb kirayə yaşadığı mənzilə aparmış, sonuncunu həmin mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb özündə saxlamaqla gizlətmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət ərzində İstanbul şəhərində kirayədə yaşadığı mənzildə pul qarşılığında kişi cinsindən olan şəxslərlə görüşdürərək cinsi istismar etmişdir. Bununla da Təqsirləndirilən şəxs iki şəxs barəsində insan alveri cinayətini və təkrarən insan alveri məqsədi ilə başqa şəxsin pasportunu götürmə, saxlama, gizlətmə cinayətini törətmişdir. Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasına qayıtdıqdan sonra Təqsirləndirilən şəxs onunla yenidən əlaqə saxlayaraq, Zərərçəkmiş şəxs2 xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini sosial şəbəkələrdə yayacağını bildirməklə hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə təkrarən cəlb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 xx xxxxxx 2019-cu il tarixdə saat 16:22-də Bakı Hava Limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. xx xxxxxx 2019-cu i! tarixdə Təqsirləndirilən şəxs onu həmin şəhərdə qarşılayıb kirayə yaşadığı mənzilə aparmış, həmin mənzildə yerləşdirdikdən sonra həmin tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində qeyd olunan mənzildə və İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərlə gorüşdürərək cinsi istismar etmişdir. Bununla da Təqsirləndirilən şəxs təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmə istintaqında müəyyən edilmiş və yuxarıda sadalanan hallardan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələri ilə tövsif edir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, göstərilən cinayət əməlləri ayrıayrılıqda Təqsirləndirilən şəxstərəfindən qəsdən törədilmişdir. Bu cinayətəməllərinin törədilməsində məhz o, təqsirlidir.Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinin “Qeydinin” 1-ci bəndinə görə - bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. Sözügedən “Qeydin” 2-ci bəndinə görə - insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkənonun şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəliliyininəzərəalır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin/maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də mütləq qaydada həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən ikisi ilə, yəni Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışdığını, onun cavan olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini tamah niyyəti ilə törətməsi nəticəsinə gəlmiş və tamah niyyətini həmin əməllərə nisbətdə cəzanı ağırlaşdıran hal kimi hesab etmişdir. Bu hissədə məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144- 3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri hər bir halda tamah niyyəti ilə törədilən cinayət əməlləri olduğundan bu əməllərə nisbətdə tamah niyyətinin cəzanı ağırlaşdıran hal kimi qəbul edilməsi yolverilməzdir. Bununla bağlı məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinin dispozitiv şərtinə görə fahişəliyə cəlb etmə cinayəti yalnız gəlir və ya digər fayda əldə etmək məqsədi ilə törədildiyindən həmin cinayət əməlinə də nisbətdə tamah niyyəti cəzanı ağırlaşdıran hal kimi çıxış edə bilməz. Göstərilənlərdən başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində olan məhkumluq ödənilmədiyi vaxtda onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi cinayətlərin residivini (sadə residiv) yaradır və bu hal onun cəzasını ağırlaşdıran hal qismində çıxış edir. Eyni zamanda Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsinin dispozitiv şərti cinayətin təkrar törədilməsini nəzərdə tutmadığından məhkəmə belə nəticəyə gəlir ki, həmin cinayət əməlinə nisbətdə Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı hal kimi cinayətin təkrar törədilməsi mövcuddur. Odur ki, məhkəmə cinayətlərin residivini (sadə residiv) və Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsində nəzərdə tutulan cinayətə nisbətdə cinayətin təkrar törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi qəbul edir və qiymətləndirir. Ona görə də qeyd edilən cəzanı ağırlaşdıran hallar cəza təyini zaman mütləq qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən - bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilən maddi hüquq normasının tələbini və Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivinin (sadə residiv) olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı Cinayət Məcəlləsinin 60.1-ci maddəsi ona tətbiq edilməməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsiri tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, ona məhz həmin maddələr üzrə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin, onun əməlləri cinayətlərin məcmusunu yaratdığından və onun əməllərində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi (sadə residiv) olduğundan Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Habelə, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, amnistiya və əfvetmə hüquqi təbiətinə görə humanizm, mütənasiblik prinsipləri və cinayətkarlıqla mübarizə sahəsində konstitusiya dəyərlərinin tarazlığı nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən mərhəmət aktıdır. Bu konstitusiya səlahiyətinin həyata keçirilməsi nəinki siyasi və iqtisadi məqsədə uyğunluqdan, ilk növbədə ədalət və xeyirxahlığa olan inamdan, belə humanist addımın sosial şərtləndirilməsindən irəli gəlir. Bununla belə həmin səlahiyyətlər həyata keçirilərkən Konstitusiyadan irəli gələn insan hüquqlarının birbaşa qüvvəsi, sağlamlıq, mənəviyyat, ictimai asayişin qorunması, təhlükəsizlik və sair dəyərlərə xüsusi diqqət yetirilməlidir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər də həmcins cinayətlər törətmiş, həmin cinayət əməllərinə görə məhkəmə tərəfindən ona yüngül cəza təyin edilmiş, sonradan o, cəzanın çəkilməmiş hissəsindən məhkəmə qərarı əsasında şərti olaraq vaxtından əvvəl azad edilmiş və hətta onun barəsində amnistiya aktı tətbiq edilmişdir. Onun barəsində məhkəmələr tərəfindən dəfələrlə humanist qərarlar çıxarılsa da, o, dövlətin ona göstərmiş olduğu humanist addımlardan və ona göstərilmiş güzəştlərdən heç bir nəticə çıxarmamışdır. Başqa sözlə, o, törətdiyi əməllərdən nəticə çıxarmamış və islah olunmamış, əksinə cinayət törətməyə daha da meyilli olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə ağır cəza ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2-ci maddəsində göstərilən cinayətlər cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin ediləcək qəti cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri üzrə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-3.4cü maddəsi üzrə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi üzrə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2 və 66.3-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə ona təyin edilmiş cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-504/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-504/2020
07.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver