Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-504/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhər 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi3, Müdafiəçi2 və Bakı şəhər 27 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, İstisu qəsəbəsində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, daşımaq, saxlamaq və satmaq barədə Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,34 qram narkotik vasitə heroin, 0,798 qram narkotik vasitə tiryək və 2,912 qram narkotik vasitə qurudulmuş marixuana əldə etdikdən sonra 04 ədəd bükümdə 0,431 qram, 2,400 qram, 0,403 qram, 0,374 qram ümumilikdə 3,608 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs1, qalan 0,901 qram, 0,889 qram, 0,942 qram olmaqla 03 ədəd bükümdə - külli miqdarda 2,732 qram narkotik vasitə heroini, 01 ədəd bükümdə 0,798 qram narkotik vasitə tiryəki və 0,330 qram, 0,301 qram, 0,399 qram, 0,291 qram, 0,410 qram, 0,330 qram, 0,300 qram, 0,270 qram, 0,281 qram olmaqla cəmi 09 ədəd bükümdə 2,912 qram narkotik vasitə qurudulmuş marixuananı qrupun digər üzvü Təqsirləndirilən şəxs2 satış məqsədi ilə üzərində qanunsuz saxlayaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 117 ünvanının qarşısına daşımış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 may 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 23:10-da Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 117 ünvanının qarşısında birlikdə saxlanılıb Baş İdarəyə gətirilmiş, orada 16 may 2020-ci il tarixdə saat 01:25-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əyində olan qısaqol gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan torbada 04 ədəd ayrı-ayrı bükümlərdə satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda - 3,608 qram narkotik vasitə heroin və əynində olan gödəkçəsinin sol yan cibindən üzərinə narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd sellofan torbada 03 ədəd ayrı-ayrı bükümdə satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda - 2,732 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə - 0,798 qram narkotik vasitə tiryək və 09 ədəd ayrı-ayrı kağız bükümdə - 2,912 qram ümumi təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana, eləcə də həmin şalvarın sağ arxa cibindən 01 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, daşımaq, saxlamaq və satmaq barədə Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,34 qram narkotik vasitə heroin, 0,798 qram narkotik vasitə tiryək və 2,912 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə etdikdən sonra 04 ədəd bükümdə 0,431 qram, 2,400 qram, 0,403 qram, 0,374 qram olmaqla ümumilikdə 3,608 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs1, qalan 0,901 qram, 0,889 qram, 0,942 qram olmaqla 03 ədəd bükümdə - külli miqdarda 2,732 qram narkotik vasitə heroini, 01 ədəd bükümdə 0,798 qram narkotik vasitə tiryəki və 0,330 qram, 0,301 qram, 0,399 qram, 0,291 qram, 0,410 qram, 0,330 qram, 0,300 qram, 0,270 qram, 0,281 qram olmaqla cəmi 09 ədəd bükümdə 2,912 qram narkotik vasitə qurudulmuş marixuananı qrupun digər üzvü Təqsirləndirilən şəxs2 satış məqsədi ilə üzərində qanunsuz saxlayaraq ünvan 3 ünvanının qarşısına qanunsuz saxlamaqla daşımış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 may 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 23:10-da Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 117 ünvanının qarşısında birlikdə saxlanılıb Baş İdarəyə gətirilmiş, orada 16 may 2020-ci il tarixdə saat 01:25-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əyində olan qısaqol gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan torbada 04 ədəd ayrı-ayrı bükümlərdə satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda - 3,608 qram narkotik vasitə heroin və əynində olan gödəkçəsinin sol yan cibindən üzərinə narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 əynindəki cins şalvarın sol yan cibindən 01 ədəd sellofan torbada 03 ədəd ayrı-ayrı bükümdə satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda - 2,732 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə - 0,798 qram narkotik vasitə tiryək və 09 ədəd ayrı-ayrı kağız bükümdə - 2,912 qram ümumi təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana, eləcə də həmin şalvarın sağ arxa cibindən 01 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 15 may 2020-ci il tarixdə, saat 23:10 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 117 ünvanında, Emilə məxsus olan dayanacağın qarşısında Emil və sonuncun bir neçə işçisi ilə birlikdə söhbət etdiyi zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib əllərinə qandal vuraraq idarəyə aparmışlar. Orada onun və digər saxlanılan şəxslərin üzərinə baxış keçirilmədən onları müvəqqəti saxlama yerinə aparmışlar. Səhəri gün, yəni 16 may 2020-ci il tarixdə, təxminən günorta saatlarında onları Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir otağına gətirib işgəncə verib təzyiq göstərərək üzərilərinə hazır bükümlərə bölünmüş, tərəzidə çəkilmiş narkotik vasitəni qoyub videoçəkiliş apararaq guya onun üzərindən çıxmış kimi göstərmişlər. O da polislər tərəfindən ona olan hədə-qorxulardan çəkinərək deyilənlərə əməl etmiş, təqdim olunan bütün sənədlərə imza etmişdir. Halbuki onun üzərində narkotik vasitə olmamış, heç kimə narkotik vasitə satmamış, heç kimdən narkotik vasitə əldə edib üzərində gəzdirməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək, yəni narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu bildirərək ifadəsində göstərdi ki, mütəmadi olmasa da, narkotik vasitələr tiryək və marixunadan istifadə etmişdir. 15 may 2020-ci il tarixdə, saat 23:10 radələrində tanışı Təqsirləndirilən şəxs1 onun işlətdiyi dayanacaqda söhbət edərkən mülki geyimdə olan şəxslər özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib əllərinə qandal vuraraq onu, Nicatı və işçisi Anarı idarəyə aparmışlar. Anarı həmin gün buraxmışlar, onu və Nicatı isə üzərinə hər hansı bir baxış keçirilmədən müvəqqəti saxlama yerinə aparmışlar. Səhəri gün, yəni 16 may 2020-ci il tarixdə, təxminən günorta saatlarında onları həmin İdarənin bir otağına gətirmişlər, həmin otaq pəncərəli olduğundan və gün işiğı düşdüyündən, pəncərəsi olmayan başqa bir otağa keçirmişlər ki, videoçəkiliş apararkən gündüz vaxtı olması bilinməsin. Onu orada Qara adlı əməkdaş vurub təzyiq göstərərək üzərinə polislər tərəfindən hazır bükümlərə bölünmüş, tərəzidə çəkilmiş narkotik vasitəni qoyub videoçəkiliş apararaq guya üzərindən çıxmış kimi göstərmişlər. O da polislər tərəfindən olan hədə-qorxulardan çəkinərək deyilənlərə əməl edib təqdim olunan bütün sənədlərə imza etmişdir. Halbuki üzərində həmin gün narkotik vasitə olmamışdır. Marixuananı o, işlədiyi dayanacağın köşkündə soyuducunun içində saxlamış, polis əməkdaşları onu da qablaşdıraraq götürmüşlər, üzərində bir neçə narkotik tərkibli dərman da olmuş, saxlanılan zaman həmin həbləri qəbul etmişdir. İttiham olunduqları cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 may 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 23:10-da Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 117 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barələrində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxsləri bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qısaqol gödəkçəsinin cibində narkotik vasitə heroin olduğunu deyib sağ yan cibindən çıxardığı 1 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoyaraq bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Büküm açıldıqda içərisində 4 ədəd şəffaf sellofan büküm olması aşkar olunmuşdur. 4 ədəd şəffaf sellofan büküm açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs1 həmçinin əynindəki gödəkçəsinin sol yan cibində olan bir ədəd elektron tərəzini və şəxsiyyət vəsiqəsini, gödəkçəsinin sağ yan cibində olan bir ədəd mobil telefonu və 10 manat pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 4 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini təxminən bir həftə əvvəl "Nizami" metrostansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi "Əfqan" adlı şəxsdən bir qramını 30 manata öz istifadəsi və sataraq qazanc əldə etmək məqsədi ilə aldığını və üzərində saxlayıb daşıdığını, heroinin bir qramını 40 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 4 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin oxşar maddə və 1 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 10 manat pul iş üzrə Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd mobil telefon və ona məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 "Şəxsi axtarış və götürmə aparılması haqqında" qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü şəkildə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarının cibində narkotik vasitə "kakos", tiryək və qurudulmuş marixuana olduğunu deyib sol yan cibindən çıxardığı 1 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoyaraq sellofan bükümün içində narkotik vasitə "kakos", tiryək və qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan büküm açıldıqda içərisində 4 ədəd şəffaf sellofan büküm və 9 ədəd kağız büküm olması aşkar olunmuşdur. 9 ədəd kağız büküm açıldıqda bükümlərin içindən ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, 4 ədəd şəffaf sellofan büküm açıldıqda bükümlərin 3 ədədinin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr və 1 ədədinin içərisində isə qara rəngli, spesifik qoxuya malik, narkotik vasitə tiryəkə oxşar maddə olması müşahidə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 əynindəki cins şalvarının sol yan cibində olan 12 manat pulu, şalvarının arxa sağ cibində olan 1 ədəd mobil telefonu, 1 ədəd elektron tərəzini və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 3 ədəd şəffaf sellofan bükümdə olan "kakos" adı ilə tanıdığı narkotik vasitə heroini təxminən bir həftə əvvəl "Nizami" metrostansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi "Əfqan" adlı şəxsdən bir qramını 30 manata öz istifadəsi və sataraq qazanc əldə etmək məqsədi ilə aldığını və bu məqsədlə üzərində saxlayıb daşıdığını, həmçinin heroinin bir qramını 40 manata satdığını bildirmişdir. Heroini tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə gedib "Əfqan" adlı şəxsdən aldıqlarını və təxminən 3-4 aya yaxın müddətdir ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduqlarını demişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 9 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı ümumilikdə 60 manata və 1 büküm narkotik vasitə tiryəki isə 10 manata təxminən 3 gün əvvəl "Nizami" metrostansiyasının yaxınlığında həmin "Əfqan" adlı şəxsdən aldığını bildirmişdir. Qurudulmuş marixuananı bir kibrit qutusunda aldığını və satmaq məqsədi ilə sonradan özü kağız bükümlərə ayırdığını, tiryəki isə özü istifadə etmək məqsədi ilə aldığını qeyd etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 3 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə tiryəkə oxşar maddə, 9 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 1 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. 12 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edib, təxminən 3-4 aya yaxın müddətdir Emil ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı "SONY" markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 Sabir oğlu və həmin şöbənin əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatkarı hər bviri özünə aid hissədə bir daha təsdiq etdilər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hazırda təqsirləndirilən şəxslər olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Tərlan adlı balaca uşaqla dayanacaqda söhbət edərkən birdən içəri 6-7 nəfər mülki geyimdə şəxs daxil olmuş, onların üzərini və dayanacağı axtarmışlar, dayanacaqda köhnə soyuducunun üstündə olan sarı qutunu götürüb, Tərlan adlı uşaqdan başqa onların üçünü də təxminən saat 20-21 radələrində BMCMİ-yə aparmışlar. Nicatla Emili bir avtomobildə, onu isə başqa avtomobildə aparmışlar. BMCMİ-də onun üstünü axtarmışlar, heç nə aşkar olunmamış və orada rütbəli bir polis göstəriş vermişdir ki, buraxın, təxminən yarım saat sonra onu azad etmişlər. İlkin olaraq onun üzərinə baxış keçirilmiş, həmin vaxt Nicat və Emil də orada olmuş, baxış zamanı videoçəkilişdən istifadə olunmamışdır. Dayanacaqda olanda mobil telefonları və pul qablarını almışlar sonra BMCMİ-də qaytarmışlar. Nicat və Emilin üzərinə baxış zamanı o, iştirak etməmişdir. BMCMİ-dən çıxandan sonra Nicatın anasına xəbər vermişdir. Cinayət işinin 1-ci cildinin 63-67-ci vərəqlərində olan məhkəmə bioloji ekspertizasının 16 may 2020-ci il tarixli, 7/220 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs2 üzərindən..9 ədəd kağız bükümdə və bir ədəd elektron tərəzi” yazısı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd sellofan torbaçığın içərisində 09 (doqquz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,330 qram; 0,301 qram; 0,399 qram; 0,291 qram; 0,410 qram; 0,330 qram; 0,300 qram; 0,270 qram; 0,281 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 2,912 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində heç bir narkotik vasitənin hissəcikləri aşkar edilmədi. Cinayət işinin 1-ci cildinin 68-72-ci vərəqlərində olan materialların məhkəmə ekspertizasının 16 may 2020-ci il tarixli, 6/792 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” əl yazıları olan zərfdəki (№1) 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,431 qram; 2.400 qram; 0,403 qram; 0,374 qram; ümumi təmiz çəkisi 3.608 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir, həmin zərfdəki qabarit ölçüləri 12x5 sm olan 01 ədəd elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi; - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” əl yazıları olan zərfdəki (№2) 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,901 qram; 0,889 qram; 0.942 qram; ümumi təmiz çəkisi 2.732 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,798 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə–tiryəkdir, həmin zərfdəki qabarit ölçüləri 11.5 x 6 sm olan 01 ədəd elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Müqayisəli tədqiqatın nəticələrinə əsasən 1 №-li zərfdə olan heroin kütlələri öz aralarında, 2 №-li zərfdə olan heroin kütlələri isə öz aralarında kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Lakin 1 №-li zərfdə olan (Təqsirləndirilən şəxs1 üzərindən aşkar ounmuş) heroin kütlələri və 2 №-li zərfdə olan (Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş) heroin kütlələri kimyəvi tərkiblərinə görə bir-birindən fərqlidirlər. Cinayət işinin 2-ci cildinin 5-6-cı vərəqlərində olan ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının 24.08.2020-ci il tarixli, 2314 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Məcburi müaliciyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 7-ci vərəqində olan ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının 31.08.2020-ci il tarixli, 2397 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Məcburi müaliciyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 44-47-ci vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 may 2020-ci il tarixdə saat 23:10-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq adı çəkilən Baş İdarəyə gətirilmiş, 16 may 2020-ci il tarixdə saat 01:25-dən etibarən müdafiəçilərinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərilərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əyində olan qısaqol gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan torbada dörd ədəd ayrı-ayrı bükümlərdə külli miqdarda 3,608 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin və əynində olan gödəkçəsinin sol yan cibindən üzərinə narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarının sol yan cibindən bir ədəd sellofan torbada üç ədəd ayrı-ayrı bükümdə külli miqdarda 2,732 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin, bir ədəd bükümdə 0,798 qram təmiz çəkidə narkotik vasitə tiryək və doqquz ədəd ayrı-ayrı kağız bükümdə 2,912 qram ümumi təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana, eləcə də həmin şalvarın sağ arxa cibindən bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədəki ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə araşdırılmış, cinayət işinin 1-ci cildinin 156-158-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, əvvəllər heç bir psixi xəstəlik keçirməmiş, buna müvafiq xəstəxanalarda müalicə almamış və mütəmadi olmasa da, narkotik vasitə olan heroindən istifadə etmişdir. 15 may 2020-ci il tarixdə saat 23:10 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanın qarşısında olduğu zaman Emil ilə ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Emilin və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olmalarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Onlar da səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda hər ikisinin üzərində narkotik vasitələr vardır. Bundan sonra polis əməkdaşları Emili və onu polis idarəsinə dəvət etmişlər. Onunla Təqsirləndirilən şəxs2 polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə yollanmışdır. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun və Təqsirləndirilən şəxs2 üzərinə video çəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qısaqol gödəkçəsinin cibində narkotik vasitə heroin olduğunu bildirib gödəkçəsinin sağ yan cibindən çıxardığı 1 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuş və bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin sellofan büküm açıldıqda içərisində 4 ədəd şəffaf sellofan büküm olması aşkar olunmuşdur. 4 ədəd şəffaf sellofan büküm açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa o, əynindəki gödəkçəsinin sol yan cibində olan bir ədəd elektron tərəzini və şəxsiyyət vəsiqəni, gödəkçəsinin sağ yan cibində olan bir ədəd mobil telefonu və 10 manat pulu çıxardıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş 4 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini təxminən bir həftə əvvəl “Nizami” metrostansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Əfqan” adlı şəxsdən bir qramını 30 manata öz istifadəsi üçün və eyni zamanda sataraq qazanc əldə etmək məqsədi ilə aldığını və üzərində saxlayıb daşıdığını, heroinin bir qramını 40 manata satdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən başqa əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 4 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və sonra zərfin üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş 10 manat pul özünə qaytarılmışdır. Aşkar edilmiş bir ədəd mobil telefon və ona məxsus olan şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra tanışı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarının cibində narkotik vasitə kakos, tiryək və qurudulmuş marixuana olduğunu bildirib şalvarının sol yan cibindən çıxardığı 1 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoyaraq bükümün içində narkotik vasitə kakos, tiryək və qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisində 4 ədəd şəffaf sellofan büküm və 9 ədəd kağız büküm olması aşkar olunmuşdur. 9 ədəd kağız büküm açıldıqda bükümlərin içindən narkotik vasitə olan qurudulmuş marixuana, 4 ədəd şəffaf sellofan büküm açıldıqda isə bükümlərin 3 ədədinin içərisindən narkotik vasitə heroin və 1 ədədinin içərisindən isə narkotik vasitə tiryək aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 əynindəki cins şalvarının cibində olan 12 manat pulu, 1 ədəd mobil telefonu, 1 ədəd elektron tərəzini və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 3 ədəd şəffaf sellofan bükümdə olan kakos adı ilə tanıdığı narkotik vasitə heroini təxminən bir həftə əvvəl “Nizami” metrostansiyasının yaxınlığında “Əfqan” adlı şəxsdən bir qramını 30 manata öz istifadəsi və sataraq qazanc əldə etmək məqsədi ilə aldığını və bu məqsədlə üzərində saxlayıb daşıdığını, həmçinin heroinin bir qramını 40 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroini onunla birlikdə gedib “Əfqan” adlı şəxsdən aldığını və təxminən 3-4 aya yaxın müddətdir ki, onunla birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişdir. Narkotik vasitə qurudulmuş marixuananı bir kibrit qutusunda almış və satmaq məqsədi ilə sonradan özü kağız bükümlərə ayırmış, narkotik vasitə tiryəki isə özü istifadə etmək məqsədi ilə almışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 3 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin, 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə tiryək, 9 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və üzəri möhürlənmiş, sonra Təqsirləndirilən şəxs2 özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. 12 manat pul Təqsirləndirilən şəxs2 özünə qaytarılmış, aşkar edilmiş bir ədəd mobil telefon və ona məxsus şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmədə araşdırılmış, cinayət işinin 1-ci cildinin 153-155-ci vərəqlərində olan ifadəsindən görünür ki, o da Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi yuxarıda şərh edilən ifadəsində göstərdiyi hallara uyğun etirafedici ifadə vermişdir. Hər iki təqsirləndirilən şəxsin ibtidai istintaqda verdikləri ifadələr iş üzrə olan şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokolda göstərilənlərlə, eklspertiza rəyləri ilə təsqid olunduğundan məhkəmə həmin ifadələri ittihamı təsdiq edən sübut kimi qiymətləndirir. Məhkəmədəki ifadələri isə cinayət işinin məhkəmədə müəyyən olunan hallları ilə üst-üstə düşmədiyindən məhkəmə ittihamı təkzib edən sübut kimi qəbul etmir. Əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsini təqsirləndirilən şəxsin saxlanılması və polis idarəsinə gətirilməsi hissəsində məhkəmə sübut kimi qiymətləndirir. Cinayət işinin 1-ci cildinin 210-cu vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X4 Şəxsinin 01 iyun 2020-ci il tarixli, 3759 saylı məktubunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. Cinayət işinin 1-ci cildinin 209-cu vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X4 Şəxsi 01 iyun 2020-ci il tarixli, 3764 saylı məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin, İ siyahının 12-ci bəndinə əsasən 500 qram narkotik vasitə olan qurudulmuş marixuana və həmin siyahının 19-cu bəndinə əsasən 50 qram tiryək külli miqdar hesab edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış keçirilərkən qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq və üç növdə narkotik vasitə olan heroin, tiryək və qurudulmuş marixuana aşkar edilməsini, eləcə də hər iki şəxsin üzərində heroin izi olan tərəzinin olması və həmin narkotik vasitələrin ayrı-ayrılıqda bükülülərə ayrılması təqsirləndirilən şəxslərin narkotik vasitələri satmaq niyyəti ilə əldə etməsinin göstəricisidir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və onlar Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 20, 36 və 153-158-ci vərəqlərində olan protokol və qərarlardan görünür ki, hər iki təqsirləndirilən şəxs 15 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barələrində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 205 və 206-cı vərəqlərində olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 217, 2-ci cildinin 20-ci vərəqində olan xasiyyətnamələrdən görünür ki, hər iki təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Cinayət işinin 2-ci cildinin 22 və 23-cü vərəqlərində olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 20.03.2012-ci il təvəllüdlü X5 və 07.12.2008-ci il təvəllüdlü X6 adlı iki nəfər azyaşlı uşaq var. Yaşayış yeri üzrə müsbət xarakterizə olunması və əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Himayəsində 2 nəfər azyaşlı uşağın olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxslərin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirə edilə bilinəcək əmlak müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 15 may 2020-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 179,72 manatdan (bir yüz yetmiş doqquz manat yetmiş iki qəpik) 89.86 (səksən doqquz manat səksən altı qəpik) Təqsirləndirilən şəxs1 və 89.86 (səksən doqquz manat səksən altı qəpik) Təqsirləndirilən şəxs2 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonrakı qalığı 3,528 qram heroin, 2,672 qram heroin, 0,698 qram tiryək, 2,732 qram qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilməli və onların məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsi tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol tərtib edilərkən mobil telefonla aparılmış videoçəkilişləri əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq zamanı “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X7 müdafiə etmiş və cinayət işinin 2-ci cildinin 129–cu vərəqində olan hesabatdan görünür ki, dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. Məhkəmə iclaslarında isə Təqsirləndirilən şəxs1 hüquqlarını təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 müdafiə edərək 35 (otuz beş) saat iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X7 üçün 360 (üç yüz altmış) manat fəaliyyət göstərdiyi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun nəfinə, X1 üçün 210 (iki yüz on) manat fəaliyyət göstərdiyi 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 15 may 2020-ci il tarixdən hesablansın. Ona narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 15 may 2020-ci il tarixdən hesablansın. Ona narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 179,72 manatdan (bir yüz yetmiş doqquz manat yetmiş iki qəpik) 89.86 (səksən doqquz manat səksən altı qəpik) Təqsirləndirilən şəxs1 və 89.86 (səksən doqquz manat səksən altı qəpik) Təqsirləndirilən şəxs2 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonrakı qalığı 3,528 qram heroin, 2,672 qram heroin, 0,698 qram tiryək, 2,732 qram qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilsin və onların məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərdikləri hüquqi yardımla bağlı müdafiəçi X7 üçün 360 (üç yüz altmış manat) fəaliyyət göstərdiyi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun nəfinə, X1 üçün 210 (iki yüz on) manat fəaliyyət göstərdiyi 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-504/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-504/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver