Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-504/2022 05.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2001-ci il aprelin 16-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 26 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 2545 №-li Sərəncamı ilə əfv edilərək cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, işləməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 33, mənzil 17 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7-ci Sahil döngəsi, 12 saylı yataqxanada yaşayan, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci il sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs arxasınca təhqiramiz ifadələr işlətməsi səbəbindən aralarında yaranan mübahisə zamanı Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyasının yanında olan «Dost Qapısı» kafesindən kənarda sonuncunun onu yumruqla vurmasından sonra 2021-ci il sentyabrın 22-də saat 02 radələrində ünvan 2 ünvanında yerləşən «Əhmədli» metrostansiyasının yaxınlığındakı «Natural» aptekinin qarşısında Zərərçəkmiş şəxslə təsadüfən görüşdükdə sonuncunun onu vurması ilə bağlı aralarında yaranan münasibətlərə bir daha aydınlıq gətirərkən Zərərçəkmiş şəxs onu yenidən yumruqla vurduqdan sonra üzərində gəzdirdiyi, istintaq tərəfindən müəyyən edilməyən bıçaqla sonuncunun sol qoltuqaltı nahiyəsindən bir dəfə vurub həmin şəxsə döş qəfəsinin sol yarısının sol plevra və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, diafraqmanın zədələnməsi, dalağın çıxarılması, soltərəfli hematoraks və boyun nahiyəsinin sıyrığı ilə müşayiət olunmaqla insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmayan, üzdən Əhmədli qəsəbəsinin sakini kimi tanıdığı və adını sonradan bildiyi Zərərçəkmiş şəxs ilə təxminən 2021-ci il sentyabr ayının əvvəlində Bakı şəhərinin Xətai rayonundakı «Əhmədli» metrostansiyasının çıxışında baxışmışlar. Bir gün ötmüş o, göstərilən ünvanda yerləşən «Dost Qapısı» adlı kafedə yemək yeyərək spirtli içki qəbul etdikdən sonra kafedən çıxmaqla kənd Əhmədlinin giriş hissəsinə tərəf getmiş, orada gördüyü sonuncu ondan bir gün əvvəl nə üçün tərs-tərs baxış atdığını soruşanda o, Riada heç bir səbəb olmadan sadəcə baxdığını söyləsə də aralarında mübahisə başlamışdır. Bu vaxt sonuncu onu yumruqla vurmuş və Riadın yanında 5-6 nəfər tanışı olduğu üçün o, heç nə edə bilməmiş, içkili olduğundan söyüş söyüb Riadı tək tutaraq cəzalandıracağını bildirməklə yaşadığı evə yollanmış, Riadın üzərində bıçaq gəzdirdiyini ehtimal edib marketdən aldığı kiçik ölçülü mətbəx bıçağını Riad ilə təkbətək gələn zaman özünü müdafiə etmək üçün üstündə daşımağa başlamışdır. 2021-ci il sentyabrın 22-də saat 02 radələrində «Əhmədli» metrostansiyasının «Dost Qapısı» kafesi tərəfdəki çıxışında tək gördüyü sonuncunun əlini belinə tərəf apardığını müşahidə edərək üzərindəki mətbəx bıçağını çıxarmaqla oğlanın bədəninin sol tərəfinə bir dəfə zərbə vurduqda Riad qaçıb hadisə yerindən uzaqlaşmış, o isə həmin bıçağı kənd Əhmədlinin girişində yerləşən zibil qutularının birinə tullayaraq evinə tərəf istiqamət tutmuşdur. Əməlindən peşman olmuşdur. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən 2005-ci il 16 mart təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən bir ildir tanıdığı Təqsirləndirilən şəxsla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmasa da sonuncunun bıçaqla adam vurduğuna görə məhkum edilməsindən xəbəri olmuşdur. 2021ci il sentyabr ayının ortalarında ətrafındakı şəxslərdən Vüqarın onun arxasınca təhqiramiz sözlər dediyini öyrənəndə məsələni aydınlaşdırmaq üçün sonuncu ilə görüşmək qərarına gəlməklə Vüqarın günün əksər vaxtında olduğu, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan «Dost Qapısı» kafesinə getməklə Vüqarı həyətə çağırmışdır, söhbətlərini heç kimin görmədiyi yerdə etməyi təklif edib onlar birlikdə Əhmədli qəsəbəsinin içəri hissəsinə doğru qaranlıq küçələrdən birinə addımlamışlar, o, Vüqardan onu arxasınca təhqir etməsini dəqiqləşdirərək sonuncunu yumruqla bir dəfə vurmuş, Vüqar zərbənin təsirindən yerə yıxıldıqda o, heç nə söyləmədən uzaqlaşmışdır. 2021-ci il sentyabrın 22-də saat 02 radələrində dönər almaq üçün evdən çıxmaqla getdiyi «Əhmədli» metrostansiyasının yaxınlıqdakı üzərində «Avtoş» yazılan yerin qarşısında Vüqarı görmüş, sonuncu ona söz atmağa başlasa da fikir verməmiş, dönərə alıb yedikdən sonra oranı tərk etməyə hazırlaşarkən Vüqarın onu arxadan çağırdığını eşitmiş, sonuncu yaxınlaşaraq şalvarının bel hissəsindən nəsə çıxartmaqla keçən səfər nəyə görə onu vurduğu ilə maraqlananda o, haqlı olduğunu deyib bir dəfə Vüqarı yumruqla vurmuş, bu zaman Vüqar arxasında gizlətdiyi bıçaqla onu vurmaq istədikdə o, geri çəkilərək sonuncuya bir yumruq da vurmuş, bundan sonra Vüqar onun sol tərəf qoltuğunun altından bıçaq zərbəsi endirmişdir. O, hadisə yerindən uzaqlaşmağa çalışarkən birazdan huşunu itirmiş, özünə gələndə isə artıq 3 saylı Şəhər Klinik Xəstəxanasında olduğunu görmüşdür. Təqsirləndirilən şəxslə barışmışdır. İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 22 sentyabr tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən «Əhmədli» metrostansiyasının yaxınlığındakı «Natural» aptekinin qarşısında hadisə yerinə baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 4-7). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 22 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 27). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 24 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 44-45). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2021-ci il 24 sentyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il sentyabrın 22-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 71-75). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 01 oktyabr tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd uzunqol, üzərində skelet şəkli olan, ağ rəngli köynəyin ön nahiyəsinin sol hissəsində 1 sm uzunluğunda dəlib-keçən zədə izinin olması və zədənin ətrafında qana bənzər maddə aşkarlanmışdır (iş vərəqi 79-80). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon MKTB-nin 104 saylı MKİS-inin tərtib etdiyi 2021-ci il 04 noyabr tarixli 866 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 3 ünvanda yaşamır (iş vərəqi 99). İş materiallarındakı ünvan 4-nin 11 saylı MKİS-inin tərtib etdiyi 2021-ci il 18 noyabr tarixli 341 №-li xasiyyətnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7-ci Sahil döngəsi, 12 saylı yataqxanada daimi yaşayan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (iş vərəqi 100). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 04 noyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən «Əhmədli» metrostansiyasının yaxınlığındakı «Natural» aptekinin qarşısını göstərib ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 104-107). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 04 noyabr tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə Təqsirləndirilən şəxsla üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dediklərinin bir qismi ilə razılaşmaqla Riadın əlini belinə apardığını görüb sonuncuda bıçaq olduğunu düşünərək öz üzərindəki bıçağı çıxarmaqla özünü müdafiə etmək üçün Riadı vurduğunu bildirmişdir (iş vərəqi 108-111). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin 2021-ci il 07 noyabr tarixli 102-18552-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçağı aşkar etmək mümkün olmamaqla yanaşı hadisə yerində şahidlərin olmaması müəyyənləşdirilmişdir (iş vərəqi 112). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il noyabrın 17-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 26 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 2545 №-li Sərəncamı ilə əfv edilərək cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur (iş vərəqi 113-125). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsinin sağlamlığa zərərvurmanın təyini ekspertizasına dair 2021-ci il 12 noyabr tarixli 1086 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sol yarısının sol plevra və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, diafraqmanın zədələnməsi, dalağın çıxarılması, soltərəfli hematoraks və boyun nahiyəsinin sıyrığı kimi xəsarətlərdən döş qəfəsinin sol yarısının sol plevra və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, diafraqmanın zədələnməsi, dalağın çıxarılması, soltərəfli hematoraks deşici-kəsici alətin (bıçağın), boyun nahiyəsinin sıyrığı isə bərk küt əşyanın təsirindən törənməklə müddəti 2021-ci il sentyabrın 22-nə uyğun gəlir, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (iş vərəqi 126-127). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsinin 2021-ci il 17 noyabr tarixli 816/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/İİ/ olub tədqiqata təqdim edilən sonuncuya məxsus köynək üzərindəki ləkələrdə aşkarlanan insan qanının qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız «A» antigeni alınmaqla bu ləkələr AB0 sistemi üzrə B/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqi 129-132). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsinin 2021-ci il 16 noyabr tarixli 719-MTKŞ/2021 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthindəki solda aşkarlanan bir ədəd deşilmiş-kəsilmiş zədə küpü, kafi itilikdə ülgücü olan, iti uclu, yastı tiyə tipli deşici-kəsici alətin (bıçağın) təsirindən törənə bilərdi, qeyd olunan zədə xətti ölçülərinə görə iz törədən alətin (bıçağın) eni daxil olma səviyyəsində 1.5 sm-ə qədər ola bilər (iş vərəqi 134-135). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik və məhkəmə-psixiloji ekspertizasına dair 2021-ci il 11 noyabr tarixli 2638 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilməklə hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, inadkarlıq, kinlilik, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir, sonuncu fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqi 137-139). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 30 noyabr tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi, habelə 2021-ci il 04 dekabr tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci, 126.2.4.-cü, 221-ci və 228.4.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd köynəyin saxlanılması üçün idarənin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır (iş vərəqi 140-148 və 159-160). Məhkəməyə təqdim olunan 2022-ci il 28 mart tarixli ərizədən görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla əməlindən peşman olmasını, barəsində yaşadığı yer üzrə şikayət daxil olmadığını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə, yəni 2019-cu il yanvarın 04-də törətdiyi cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 26 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 2545 №-li Sərəncamı ilə əfv edilərək cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 18.4.2.-ci maddəsinə görə, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək məhv edilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il sentyabrın 22-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2021-ci il sentyabrın 22-dən hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-504/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-504/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver