Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-504/2023 07.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Alyans” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 24 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddəni, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmiş saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan Hüseyn adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan Hüseyn adlı şəxsin naməlum vaxtda və şəraitdə əldə edib satışını həyata keçirmək üçün göndərdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 2,630 qram çəkidə narkotik vasitə heroini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 0,416 qram çəkidə psixotrop maddə metamfetamini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısına daxil edilən, təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən bir ədəd narkotik vasitə metadon tərkibli həbi və “güclü təsir edən maddələrin və onların külli miqdarının” Siyahısına daxil edilən, təsiredici maddəsinin miqdarı 0,05 qram təşkil edən bir ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxlorid tərkibli kapsulu istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə deyilən ünvandan əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 2,630 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 0,647 qram, 0,891 qram və 1,092 qram olmaqla 03 ədəd sellofan bükümdə, 0,416 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə, təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş bir ədəd narkotik vasitə metadon tərkibli həb və təsiredici maddəsinin ümumi miqdarı 0,05 qram təşkil edən bir ədəd güclü təsir edən tramadol hidroxlorid tərkibli kapsul, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə etdiyi 25 (iyirmi beş) manat pul əynində olan qara rəngli şortun sağ yan cibindəki üzərində narkotik vasitə və psixotrop maddə izləri olan qəhvəyi rəngli pul qabıdan aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroindən istifadə etmişdir. Sonuncu dəfə heroin almış və yolda gələrkən onu saxlamışlar. Onun üzərində cəmi 1 qram heroin olmuşdur. İttiham aktında qeyd edilən çəki ilə razı deyil. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, 2- 3 ay ərzində heroindən istifadə etmiş, narkotik vasitə almaq üçün istifadəsində olan ***-**- ** nömrə ilə Hüseyn adlı şəxslə danışmış, Hüseyndən heroin istəmiş, sonuncudan həftədə 1 dəfə 1 qram almış, əvvəllər metadondan istifadə etmiş, lakin metamfetamindən istifadə etməmişdir. Saxlanılarkən üzərində 1 qram heroin olmuş, onda metadon və metamfetamin olmamış, üzərinə metamfetamin və metadon qoymuşlar. Ona saxlanılarkən təzyiq olunmuş, bölməyə aparılarkən yolda döyülmüşdür. Onu polis əməkdaşları sıxmışlar, bədəninə yumruqla vurmuşlar, bədənimdə zədə əmələ gəlməmiş, təcridxanaya daxil olarkən döyüldüyünü deməmiş, təcridxanada bədəninə baxış keçirilərkən zədə aşkar edilməmiş, döyülməyi ilə bağlı o və ya yaxınları heç yerə şikayət etməmişlər. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitənin heroin növündən istifadə etmiş, tutulmamışdan qabaq təxminən 2 ay ərzində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Bir müddətdir ki, İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxs ilə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə qiyabi olaraq tanış olmuş, aralarında tanışlıq yarandıqdan sonra onunla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Belə ki, Hüseyn adlı şəxs lazım olduğu vaxt ona həm istifadəsi, həm də satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr verə biləcəyini bildirmişdir. Tutulmamışdan təxminən 15-20 gün ərzində Hüseyn adlı şəxsin Azərbaycan Respublikasının ərazisinə qoydurduğu narkotik vasitələri və psixotrop maddələri götürərək satışını təşkil etmişdir. 01 iyul 2022-ci il tarixdə o, Hüseyn adlı şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışdığı zaman Hüseyn ona "Gənclik” adlanan ərazidə narkotik vasitələr və psixotrop maddələr qoydurduğunu və həmin maddələri götürərək satışını təşkil etməsini bildirmiş və həmin maddələri qoydurduğu yerin şəklini ona atmışdır. O da həmin günü saat 01-02 radələrində Hüseyn adlı şəxsin qoydurduğu narkotik vasitə və psixotrop maddələri “Gənclik” adlanan ərazidən götürərək üzərində saxlamışdır. Həmin vaxt narkotik vasitə heroinin çəkisi 9 qram, metamfetaminin çəkisi 1 qram olmuşdur, əlavə olaraq 01 ədəd metadon və 01 ədəd də tramadol həbləri olmuşdur. O da həmin maddələri götürdükdən sonra heroin və metamfetaminin bir hissəsini həm özü istifadə etmiş, həm də digər şəxslərə 1 qramını 25 manatdan olmaqla satmışdır. Qalan hissələrini və digər vasitələri də üzərində saxlamışdır. Əldə etdiyi pulun 110 manatını İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsə onun göndərdiyi bank kartına ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Narkotik vasitələrin satışından qalan qalıq 25 manat pulu isə öz üzərində saxlamışdır. Lakin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satdığı şəxsləri tanımır və anket məlumatlarını da bilmir. 01 iyul 2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Yasamal rayonunda piyada hərəkətdə olduğu zaman ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşmış, həmin şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olmaqlarını bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “kakos”, “metamfetamin”, “metadon” və “tramadol” kimi tanıdığı narkotik vasitə və psixotrop maddələrin olmasını etiraf edərək əynində olan qara rəngli şortun sağ yan cibindən 01 ədəd qəhvəyi rəngli pul kisəsini, əynində olan qara rəngli şortun sol yan cibindən 01 ədəd “Xiomi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O bildirmişdir ki, özünə məxsus narkotik vasitə və psixotrop maddələr təqdim etdiyi pul kisəsinin içərisindədir. Təqdim etdiyi pul kisəsinə baxış zamanı pul kisəsinin içərisindən 25 manat pul, 01 ədəd özünə məxsus plastik bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi, 04 ədəd sellofan büküm və 02 ədəd dərman həbi aşkar olunmuşdur. Üzərində olan 01 ədəd qəhvəyi rəngli pul kisəsinin içərisindən aşkar olunmuş 04 ədəd sellofan bükümlərə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin bükümlərin 03 ədədinin içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroin, 01 ədədinin içərisində isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetamin olmuşdur. 02 ədəd dərman həbinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin dərman həblərinin qablaşdırmasının tamlığı pozulmamış, birinin üzərində İran İslam Respublikasına məxsus əlifba ilə yazılar, digərinin üzərində isə “M40” yazısı mövcud olmuşdur. Şifahi sorğu zamanı üzərindən aşkar olunan bükümlərin, dərman həblərinin, mobil telefonun, bank kartının, 25 manat nağd pul vəsaitinin və şəxsiyyət vəsiqəsinin özünə məxsus olduğunu, həmin bükümləri və dərman həblərini tam anket məlumatlarını bilmədiyi, “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsdən şəxsi istifadəsi və satmaq üçün aldığını, Hüseyn adlı şəxsin İran İslam Respublikasında olduğunu, həmin şəxslə təxminən 15-20 gündür birlikdə narkotik satdığını, Hüseyn adlı şəxs ilə İran İslam Respublikasının mobil operatorlarına məxsus nömrə ilə “whatsapp" mobil tətbiqi üzərindən danışdığını, həmin şəxsin nömrəsinin üzərindən aşkar olunan və istifadəsində olan mobil telefonda olduğunu, üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddələri xx.xx.2022-ci ildə saat 01-02 radələrində “Gənclik” adlanan ərazidən götürdüyünü, həmin yerin şəkilinin ona Hüseyn tərəfindən göndərildiyini, şəkildə göstərilən yerdən götürən zaman ümumilikdə dərman həblərinin, 9 qram narkotik vasitə heroinin, 1 qram isə psixotrop maddə metamfetaminin olduğunu, götürdükdən sonra həmin narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini və satdığını, narkotik vasitə və psixotrop maddə satdığı şəxsləri tanımadığını, həmin şəxslərə narkotik vasitə və psixotrop maddənin 1 qramını 25 manata satdığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə təxminən 2 aydır məşğul olduğunu, sonuncu dəfə Hüseyndən aldığı narkotik vasitə və psixotrop maddələri satmağı nəticəsində əldə etdiyi pulun 110 manatını Hüseynin ona göndərdiyi bank kartına ödəniş terminalı vasitəsi ilə göndərdiyini, qalıq 25 manatının isə hazırda üzərində olduğunu, özünün də adətən narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 73-76). Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Əliisa oğlu ifadəsində göstərdi ki, 1 iyul 2022-ci ildə idarənin əməkdaşı Şahid1 daxil olmuş əməliyyat məlumatında bildirilimişdir ki, Yasamal rayonu, 2-ci Alatava küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur, narkotik vasitələri saxlayır və satır. Əməliyyat qrupu yaradılmış, o da həmin əməliyyat qrupuna daxil olmuşdur. Yasamal rayonunda, Alatava küçəsində şəxsi xarici görünüş əlamətlərindən tanıyaraq saxlamışlar, özlərini təqdim etmişlər və barəsində olan qərarla Fəridi tanış edərək onu idarəyə dəvət etmişlər. Baş İdarədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilən zaman ondan telefon, pul, 3 büküm heroin, 1 büküm metamfetamin, metadon və tramadol həbləri aşkar olunmuşdur. Özü bildirmişdir ki, üzərindən aşkar olunanları sosial şəbəkədə tanış olduğu Hüseyn adlı İran vətəndaşından almış, özü istifadəçisi olmuş, müəyyən miqdarını satmışdır. Fərid özü bildirmişdir ki, 2 aydır bu işlə məşğuldur, ona yer atırlar, həmin yerə o aparıb qoyur. Daha sonra Fəriddən aşkar olunanalar qablaşdırılmış, sənədləşdirilmiş və ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 Əliisa oğlu bildirdi ki, Təqsirləndirilən şəxs üzərinə heç kim heç nə qoymamışdır. O və onun yanında olan polislər Təqsirləndirilən şəxs nə fiziki, nə də psixi təsir göstərməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 Əliisa oğlunun göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Fərid adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1991-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, 01 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək özündə saxlamasında və daşımasında şübhəli bilinən xx.xx.1991-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 17:00-da ünvan 1 ünvanının qarşısında saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, polis əməkdaşlarının müşayiəti altında saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş DVD diskdən görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, o, üzərində "kakos", "metamfetamin", "metadon" va "tramadol" kimi tanıdığı narkotik vasitə və psixotrop maddələrin olmasını etiraf edərək əynində olan qara rəngli şortun sağ yan cibindən 01 ədəd qəhvəyi rəngli pul kisəsini, əynində olan qara rəngli sortun sol yan cibindən 01 ədəd "Xiomi T11" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, özünə məxsus narkotik vasitə və psixotrop maddələr, təqdim etdiyi pul kisəsinin içərisindədir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsinə baxış zamanı pul kisəsinin içərisindən 01 ədəd A02765267 seriya və nömrəli 20 manatlıq pul əskinası, 01 ədəd A93935434 seriya və nömrəli 5 manatlıq pul əskinasi, 01 ədəd üzərində Təqsirləndirilən şəxs yazısı və 52136751 72940869 nömrəsi olan "ATB" banka məxsus plastik bank kartı, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 04 ədəd sellofan büküm və 02 ədəd dərman həbi aşkar olundu. Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd qəhvəyi rəngli pul kisəsinin içərisindən aşkar olunmuş 04 ədəd sellofan bükümlərə keçirilən baxış zamanı müəyyən edildi ki, həmin bükümlərin 03 ədədinin içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddələr, 01 ədədinin içərisində isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddələr vardır. 02 ədəd dərman həbinə keçirilən baxış zamanı müəyyən edildi ki, həmin dərman həblərinin qablaşdırmasının tamlığı pozulmamış, birinin üzərində İran İslam Respublikasına məxsus əlifba ilə yazılar, digərinin üzərində isə "M40" yazısı mövcuddur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlərin, dərman həblərinin, mobil telefonun, bank kartının, 25 manat nağd pul vəsaitinin və şəxsiyyət vəsiqəsinin özünə məxsus olduğunu, həmin bükümləri və dərman həblərini tam anket məlumatlarının ona məlum olmadığı "İnstagram" sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı "Hüseyn" adlı şəxsdən şəxsi istifadəsi və satması məqsədilə aldığını, Hüseyn adlı şəxsin İran İslam Respublikasında olduğunu, onunla təxminan 15-20 gündür birlikdə narkotik satdıqlarını, Hüseyn adlı şəxs ilə İran İslam Respublikasının mobil operatorlarına məxsus nömrə ilə “Whatsapp” mobil tətbiqi üzərindən danışdıqlarını, həmin şəxsin nömrəsinin üzərindən aşkar olunan və istifadəsində olan mobil telefonda olduğunu, üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddələri xx.xx.2022-ci ildə saat 01-02 radələrində “Gənclik” adlanan ərazidən götürdüyünü, həmin yerin şəklinin ona Hüseyn tərəfindən göndərildiyini, şəkildə göstərilən yerdən götürən zaman ümumilikdə dərman həblərinin, 9 qram narkotik vasitə heroinin, 1 qram isə psixotrop maddə metamfetaminin olduğunu, götürdükdən sonra həmin narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini və satdığını, narkotik vasitə və psixotrop maddə satdığı şəxsləri tanımadığını, həmin şəxslərə narkotik vasitə ve psixotrop maddənin 1 qramını 25 manata satdığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə təxminən 2 aydır məşğul olduğunu, sonuncu dəfə Hüseyndən aldığı narkotik vasitə və psixotrop maddələri satması nəticəsində əldə etdiyi pulun 110 manatını Hüseynin ona göndərdiyi bank kartına ödəniş terminalı vasitəsi ilə göndərdiyini, qalıq 25 manatının isə hazırda üzərində olduğunu, özünün də adətən narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 04 ədəd büküm, 02 ədəd dərman həbi və 01 ədəd qəhvəyi rəngli pul kisəsi 01 ədəd zərfin içərisində qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd A02765267 seriya və nömrəli 20 manatlıq pul əskinası, 01 ədəd A93935434 seriya və nömrəli 5 manatlıq pul əskinası, 01 ədəd üzərində Təqsirləndirilən şəxs yazısı və 5213 6751 7294 0869 nömrəsi olan "ATB" banka məxsus plastik bank kartı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 01 ədəd zərfin içərisində qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd "Xiomi T11" markalı mobil telefonun maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür (cild 1, iş vərəqi 26-30). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3645 saylı rəyindən görünür ki, Tədiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası zərflər üçün № 6 dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız paketdəki, - 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,647 qram, 0,891 qram, 1,092 qram olmaqla ümumi təmiz çəkisi 2,630 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,416 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - üzərində “F/M40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 1 ədəd həbdə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir. - üzərində “Tramad...” markalanma göstərici olan konvalyutda 1 ədəd ağ-göy rəngli kapsul tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 1 ədəd kapsulda tramadol hidroxloridin təsiredici maddəsinin miqdarı 0,05 qram təşkil edir. - üzərində “Taılıan” yazısı olan qəhvəyi rəngli dəri materialdan olan pul qabının içərisində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkilərini və bükümlərdə olan metamfetamin və heroinlərlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrfin İ siyahısına, metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına, metadon Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər. Tramadol hidroxlorid 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 44-48). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(005)- 854/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi pois general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (iş vərəqi 102-103). İşdə olan “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, xx/xx-11615 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 24 ünvanda qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 112). İşdə olan Yasamal RİH Mənzil Kommunal Təsərrüfatı birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsinin xx.xx.2021-ci il tarixli, 309 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Layiq oğlu Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 24 saylı evdə qeydiyyatdadır və qeydiyyatda olduğu 24 saylı MKİS-ə onun barəsində yazılı və şifahi şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 131-132). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Xiaomi T11" markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış zamanı telefonda olan “Whatsapp” mobil tətbiqində +99***-***-**- ** nömrəli mobil telefon istifadəçisindən 30 iyun 2022-ci il tarixdə saat 14:36-da “Salam, Patı var?” mesajı daxil olmuşdur. Təqsirləndirilən şəxs saat 14:38-də cavabında “Salam, hələ yox” kimi mesaj göndərmişdir. Həmin şəxs saat 14:38-də “Olacaq bü gün?” mesajı yazmış, Təqsirləndirilən şəxs saat 14:39-da “Daş sual altındadı, 50-50” kimi cavab vermişdir. Həmin gün saat 21:56-da "Salam. Koku var?” mesajı yazmış, Təqsirləndirilən şəxs saat 22:04-də səsli ismarıc göndərərək “Qardaş Allahın köməkliyi ilə bir saata, 45 dəqiqəyə olacaq brat” deyə bildirmişdir. Qeyd olunan istifadəçi saat 22:05-də “O birindende olacaq” mesajı yazmış, Təqsirləndirilən şəxs saat 22:06-da səsli ismarıcında “Ola bilsin hə” kimi cavab vermişdir. Saat 23:56-da qeyd olunan istifadəçi "Qaqa koku gəldi” mesajı yazmış, Təqsirləndirilən şəxs saat 23:59-da səsəli ismarıc göndərib “yox brat bir saata gedəcəm götürüm” cavabı göndərmişdir. Qeyd olunan istifadəçi 01 iyul 2022-ci il tarixdə saat 01:23-də “Götürdün brat?” mesajı yazmışdır. Təqsirləndirilən şəxs saat 02:41-də “Qaqam götürdüm, ancaq səhər görüşürler” mesajı göndərmişdir. Həmin istifadəçi saat 02:43-də “İkisindəndə var” sualına Təqsirləndirilən şəxs “Hə” cavabı vermişdir. “Whatsapp” mobil tətbiqində +99***-***-**-** nömrəli mobil telefon istifadəçisindən 30 iyun 2022-ci İl tarixdə saat 00:45-də “Qaqaş neynirsən, məhlədəsən Fərid bu malı bu gün götürmüsən?” mesajı göndərmişdir. Təqsirləndirilən şəxs saat 00:47-də səsli ismarıc göndərərək “Yox iki gün axşam götürdüyümdü, indi təzəsi, bu qurtardı uje, indi biri gəldi 4 dənə götürdü təmiz qurtardı, zəifdi ama. Təzəsini indilərdə atmalıdı onu gözləyirəm, Yasamala deyib özdə” cavabı göndərmişdir. Qeyd olunan istifadəçi saat 00:48-də “Yenə də zəifləyib kim alır donquldanır, özümdə yoxladım zəifdi, hə nəysə sən daş götürdün lazımdır istəyən var" mesajı göndərmişdir. “Whatsapp” mobil tətbiqində Seyran Sim adı ilə qeydə alınmış +99***-***-**-** nömrəli mobil telefon istifadəçisindən 01 iyul 2022-ci il tarixdə saat 02:17-də “Qaqaş tema çox zəifdi” mesajı daxil olmuşdur. Təqsirləndirilən şəxs isə cavabında “Bilirəm, təzəsini götürdüm. Tuxta deyil, zəifdi. Bütün anbarlar belədi, hələ ən yaxşısı o idi. Bu gün təzəsini götürdüm”. Qeyd olunan istifadəçi saat 02:39-da “Hə, dərman necə oldu? Daş götürdün" deyə mesajı yazmışdır. Təqsirləndirilən şəxs isə cavabında “Hə götürdüm. Dərman belədə 4 dənə atdım yalandan” mesajı göndərmişdir. “Whatsapp” mobil tətbiqində Elis adı ilə qeydiyyata alınmış İran İslam Respublikasına məxsus +98***-***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə saat 00:25-də “Kuryer çıxıb qaqam. Bilirsən niyə görə deyirəm elə bil kiminləki gedəcəm ha, mən yığandan 15 dəqiqə sonra gələcək yanıma. Ona yığım asta-asta gəlsin yoxsa gəlməsin” səsli ismarıc göndərmişdir. Saat 23:46-da iranlı ləhçəsi ilə danışan bir kişi saat “Yox e qardaş alınacaq, niyə alınmır, elə Yasamalda olacaq. Məndən soruşdu ki, adam nə qədər yolu var Yasamala, mən də demədim heç Yasamallıdı, dedi 25 dəqiqədən sonra Yasamalda olsun, mən də dedim bu da ordadı elə gedib ordan tez götürər” deyə səsli ismarıc göndərmişdir “Whatsapp” mobil tətbiqində "Hosein” adı ilə qeydiyyata alınmış İran İslam Respublikasına məxsus +98***- ***-**-** mobil nömrəsindən 30 iyun 2022-ci il tarixdə saat 16:04-də işarələnmiş fotoşəkil və məkanın xəritəsi şəkilləri göndərilmişdir və “nişan qoyulan yerdə gül qabının arxasında vinston siqaret qutusunda “8k, 2p” mesajı daxil olmuşdur. Saat 16:05-də yenə də ox işarələri ilə işarələnmiş fotoşəkillər daxil olmuşdur. Qeyd olunan istifadəçi saat 16:39-da narkotik vasitə heroin, psixotrop maddə metamfetaminə oxşar kütlələrin fotoşəkillərini göndərmişdir. Təqsirləndirilən şəxs isə saat 18:15-də “Qardaşım bundan gec xəbər çıxar, tez bu atsaydı götürərdim, 10 dənə nədir ki, axşama kimi bir də götürərdim” səsli ismarıc göndərmişdir. Təqsirləndirilən şəxs 01 iyul 2022-ci il tarixdə saat 07:19-da “11 torpaq, 2 daş. Ən tez neçədə atılacaq” mesajı göndərmişdir. Qeyd olunan istifadəçi isə saat 07:22-də cavabında “Salam inşallah günorta atacam” mesajı yazmışdır. “Whatsapp” mobil tətbiqində “Deli Ceyhun” adı ilə qeydiyyata alınmış +99***-***-**-** nömrəli istifadəçidən 30 iyun 2022-ci il tarixdə saat 23:24-də “5 manat torpaq əmələ gələr” mesajı göndərilmişdir. “Whatsapp” mobil tətbiqində "Emin usta” adı ilə qeydə alınmış +99***-***-**-** mobil nömrə istifadəçisindən 30 iyun 2022-ci il tarixdə “Butov düzəlir, 5 patı", “Tez de mən işə gedirəm istəyən var”, “1 dənə kola beşdiydə o birindən” mesajları daxil olmuşdur. Fərid Əlisəgərov isə saat 14:47-də “Qaqaş birazdan olacaq” mesajı daxil olmuşdur. Daha sonra saat 18:21-də “20 dəqiqəyə hazırdır, nə qədər olacaq” mesajı göndərmişdir. Həmin istifadəçi isə saat 18:24-də “bir yarım kola olacaq, ödə o birindən” mesajı göndərmişdir. “Whatsapp” mobil tətbiqində +99***-***-**-** nömrəsindən 30 iyun 2022-ci il tarixdə saat 15:24-də “Abi tema var? Kola lazımdır” mesajı daxil olmuşdur. Təqsirləndirilən şəxs isə saat 15:25-də “onu götürməyə gəlmişəm əlbə əl” mesajı göndərmişdir. “Whatsapp” mobil tətbiqində +99***-***-**-** nömrəsindən 30 iyun 2022-ci il tarixdə saat 18:16-da “Qaqa Daş da var?" mesajı daxil olmuş, Təqsirləndirilən şəxs cavabında “hə qa olacaq, 1 saata" mesajları göndərmişdir. Qeyd olunan istifadəçi saat 18:17-də “Bəs kola” mesajına Təqsirləndirilən şəxs “o da” cavabı vermişdir. “Whatsapp” mobil tətbiqində “Rüfət Bina” adı ilə qeydə alınmış +99***-***-**-** nömrəli istifadəçidən 30 iyun 2022-ci il tarixdə saat 22:55-də “Daş var” mesajı daxil olmuşdur. Təqsirləndirilən şəxs “var” cavabı göndərmiş, qeyd olunan istifadəçi “0,5 neçiyədi qaqa” mesajına isə Təqsirləndirilən şəxs “25 qaqa” mesajı ilə cavab vermişdir. “Whatsapp" mobil tətbiqində “Resad makler” adı ilə qeydə alınmış +99***-***-**-** nömrəsindən 30 iyun 2022-ci il tarixdə saat 20:09-da “patın var qaqa” mesajına Təqsirləndirilən şəxs "birazdan qaqas” cavabı göndərmişdir. Mobil telefona baxış keçirilərkən başqa hər hansı bir əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi (cild 1, iş vərəqi 138-140). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, diskdən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlara dair məlumatları özündə əks etdirən siyahıya baxış keçirilmiş, həmin siyahıya baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda SMS mətnlərinin daxil olması müəyyən olunmuşdur: 1) xx-xx-2022-ci il tarixdə saat 03:53-də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsindən 99***-***-**-** nömrəsinə göndərmişdir: “Qaqa hesabladım, duzdude bizim haqq hesab, 2dene torpaq 25+25=50 duzdumu, dasda butov 30 yari 20 dide 70 edir..25+25+20=70”. 2) xx-xx-2022-ci il tarixdə saat 17:55-də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsindən 99***-***-**-** nömrəsinə göndərmişdir: “Qaqa acdim sulu idi, 10 zeng eledim dedim bu niye suludu, dedi qaqas 2 tustu vur gor nedide. heqiqede yaxsidi amma suludu, duzeldim sene? deyiremki sonra dimeyesen niye beledi”. 3) xx-xx-2022-ci il tarixdə saat 13:21-də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsindən 99***-***-**-** nömrəsinə göndərmişdir: "Men etibarsiz adam deyilem. Gelirem bax senol. araz o biri evde, iş evinde 2 kilodan cox kola, 1 kilo 234 qram da das var, qalan qara cocaine falanda heresinden bir nece qramlar var, men sozu fufloya demirem”. 4) xx-xx-2022-ci il tarixdə saat 13:48-də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsindən **********49 nömrəli abunəçiyə göndərmişdir: “Var 18 diydi, basqa adamdan gotururem, hemise goturduyumden qramını 4 azn baha gotururem.ela koladi”. 5) xx-xx-2022-ci il tarixdə saat 01:10-da Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsindən 99***-***-**-** nömrəli abunəçiyə göndərmişdir: Qaqaş yene adboy? camaata 30a-35e verilən şey, sene 25e gelir. 6) xx-xx-2022-ci il tarixdə saat 03:58-də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsindən 99***-***-**-** nömrəli abunəçiyə göndərmişdir: “Ay qaqaş seni heç vaxt ağrıda qoymamışam, lap evne qədər qetirmisem”. 7) xx-xx-2022-ci il tarixdə saat 04:06-da Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsindən **********56 nömrəli abunəçiyə göndərmişdir: “Araz qardasimsan iranliya pul vurmaliyam veziyyet cox pisdi, 5-3ne vura bilirsen vurda qaqas kartin. Nomresini atiram. atb bank, **********783414.farid aliasgerov”. 8) xx-xx-2022-ci il tarixdə saat 02:22-də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsindən 99***-***-**-** nömrəli abunəçiyə göndərmişdir: “5manat 1cet isteyrsen?” 9) xx-xx-2022-ci il tarixdə saat 04:27-də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsindən 99***-***-**-** nömrəli abunəçiyə göndərmişdir: “He qaqa salamatlıq, eve girdim, 4cur kola goturmusem yemek yeyim yoxlayacam necediler. amma iranlilarlada danisdim birde gece atmaycaqlar, sonuncu defe oldu”. 10) xx-xx-2022-ci il tarixdə saat 16:21-də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsindən 99455-581-290-07 nömrəli abunəçiyə göndərmişdir: “Hardasan? gel sene patida verim kolada, o kola milyonerski koladi, onu nosta gor nece olacaqsan”. 11) xx-xx-2022-ci il tarixdə saat 11:38-də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsindən 99***-***-**-** nömrəli abunəçiyə göndərmişdir: “Qaqa sənincun bir iki tustu das təpdim”. Diskdə olan üçüncü faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olmuş SMS-lərin siyahısı əks olunmuşdur. Həmin fayla baxış keçirildi, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda SMS-lər aşkar edildi: 1) xx-xx-2022-ci il tarixdə saat 21:15-də 99***-***-**-** nömrəli abunəçidən göndərilmişdir: "Qaqaw necesen nevar neyox yarım kola lazımdı tez bazar düz qow ele”. 2) xx-xx-2022-ci il tarixdə saat 20:51-də 99***-***-**-** nömrəli abunəçidən göndərilmişdir: “M40 maraglanan var menden. var sende? Varsa qiymet deyerdin de”. 3) xx-xx-2022-ci il tarixdə saat 13:47-də 99***-***-**-** nömrəli abunəçidən göndərilmişdir: “Yarim varindi 15 manata?” 4) xx-xx-2022-ci il tarixdə saat 02:15-də **********56 nömrəli abunəçidən göndərilmişdir: “X6 X3 X8 X9 1,670 Abi Biri 0,823 Obirisi 0,847 Abi 2 X4 X5 Ele”. 5) xx-xx-2022-ci il tarixdə saat 02:51-də 99***-***-**-** nömrəli abunəçidən göndərilmişdir: “qaqas bayaq gelende taksıynen ordan keçirdim senınle gorusmek ısdedım basa dusdumkı subhelenırsen bılmedım nıye mal lazım ıdı”. 6) xx-xx-2022-ci il tarixdə saat 13:22-də **********46 nömrəli abunəçidən göndərilmişdir: “Terezini yoxlamaq olar bir депед! terezin, Basqa tema var?”. 7) xx-xx-2022-ci il tarixdə saat 15:54-də **********46 nömrəli abunəçidən göndərilmişdir: “Qaqas эепде даэ var 05 Neceye” 8) xx-xx-2022-ci il tarixdə saat 19:03-də 99***-***-**-** nömrəli abunəçidən göndərilmişdir: “X7 Oyagsansa Mene 5 X11 Btlersen????? X10 Olmasa.” 9) xx-xx-2022-ci il tarixdə saat 19:41-də **********11 nömrəli abunəçidən göndərilmişdir: “Брат 1 g gara” (cild 1, iş vərəqi 176-195). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5126 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 196-197). İşdə olan maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatlardan sonra 2,480 qram qalmış narkotik vasitə heroin, 0,366 qram metamfetamin, metadon həbinin 1/2 hissəsi, 0,03 qram tramadol kapsulu və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan pul kisəsi maddi sübut kimi tanınmış və saxlanması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə verilmişdir (cild 1, iş vərəqi 92-93, 95, 242, 253, 269). İşdə olan nağd pulun maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 25 manat məbləğində pul maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Maliyyə- Plan İdarəsinin depozit hesbına verilmişdir (cild 1, iş vərəqi 96-97, 254, 269). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Xiaomi T99” markalı telefon və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 198- 215). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 136-137). İşdə olan cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotiklərin əldə edilmə mənbəyinə və qrupun üzvü olan İran vətəndaşı Hüseyn adlı şəxsin və qrupun digər üzvlərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə cinayət işi ayrı icraata ayrılmışdır (cild 1, iş vərəqi 218-219). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununa əsasən tramadol hidroxlorid preparatının 6 qramı və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs, saxlanılarkən üzərində yalnız narkotik vasitə heroin olması, həmin narkotikin ittiham aktında göstəriləndən daha az çəkidə olması, onda metadon və metamfetamin olmaması, metamfetamin və metadonun onun üzərinə polislər tərəfindən qoyulması, narkotik vasitədən yalnız istifadə etməsi, onun satışı ilə məşgul olmaması, iranlı Hüseyndən yalnız öz istifadəsi və dostları ilə birgə istifadə etmələri üçün narkotik alması, saxlanılarkən polislər tərəfindən ona təzyiq olunması, yəni maşında sıxılması və bölməyə aparılarkən yolda döyülməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, Təqsirləndirilən şəxs istifadə etdiyi və iş üzrə maddi sübut kimi tanınmış telefonunun yaddaşında qalmış və mobil operatordan əldə edilmiş, onun müxtəlif şəxslərlə yazışmalarından görünür ki, o, İran operatorlarına məxsus mobil nömrələrin istifadəçilərindən tez-tez müxtəlif növ narkotik vasitələr, o cümlədən heroin, metamfetamin və metadon əldə etmiş, həmin narkotiklərin Azərbaycan vətəndaşları olan müxtəlif şəxslərə satışını təşkil etmişdir. Hətta bəzi yazışmalarda satmaq məqsədilə əldə etdiyi və saxladığı natkotiklərin çəkilərinin kilolarla olduğu aşkar görünür. Bəzi yazışmalarda onun satmaq məqsədilə əldə etdiyi narkotiklər arasında kokainin də olduğu barədə məlumatlar vardır. Odur ki, məhkəmə yuxarıda şərh olunan sübutları, o cümlədən təqsirləndirilən şəxsin narkotik vasitələri satmasına dair SMS yazılmaları və iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə edib saxlamış və gəzdirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşıları tərəfindən döyülməsi barədə ifadələrini “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-28-ci bəndlərindəki tövsiyələrinə uyğun şəkildə təhlil etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs döyülməsi ilə bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, videoçəkilişdən istifadə edilməklə və hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, pul kisəsinin içərisində saxladığı 03 ədəd sellofan bükümdə narkotik vasitə heroini, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini, metadon tərkibli həbi və tramadol hidroxlorid tərkibli kapsulu, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə etdiyi 25 (iyirmi beş) manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman və şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş narkotiklərin ona məxsus olmasını, onları iranlı Hüseyn adlı şəxsdən həm öz istifadəsi, həm də satmaq məqsədilə əldə etdiyini bildirmişdir. Bundan başqa, məhkəməyədək icraat zamanı nə təqsirləndirilən şəxs özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə heç bir müraciət edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində onun barəsində qətiimkan tədbiri seçilərkən ibtidai istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə o, özünü təqsirli bilmiş, döyülməsi ilə bağlı məhkəməyə hər hansı məlumat verməmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı Bakı İstintaq təcridxanasından onun şəxsi işinin və tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçalarda onun bədəni üzərində zədə və ya xəsarətlərin aşkar olunması barədə hər hansı qeydin olmadığı müəyyən edilmişdir. Bütün bunlar onu göstərir ki, döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddəni, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmənin məhkəmə-elektron sistemindən əldə etdiyi sənəddən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Əliəsgərova Ayan, xx.xx.2016-cı il təvəllüdlü Əliəsgərov Layıq və xx.xx.2020-ci il təvəllüdlü Əliəsgərov Amin adlı 3 azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır, CM-nin 240.2.1-ci maddəsində nəzərdə tutulmuş əməllər az ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 iyul 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 01 iyul 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 18, 87-91, 168-173). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 01 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,480 qram çəkidə heroin, 0,366 gram metamfetamin, metadon həbinin 1/2 hissəsi, 0,03 qram tramadol kapsulu və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan pul kisəsi məhv edilməli, Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 25 manat məbləğində pul dövlət nəfinə xüsusi müsadirə olunmalı, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd ədəd “Xiaomi T99” markalı telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,480 qram çəkidə heroin, 0,366 gram metamfetamin, metadon həbinin 1/2 hissəsi, 0,03 qram tramadol kapsulu və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan pul kisəsi məhv edilsin; - cinayət nəticəsində əldə edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 25 manat məbləğində pul dövlət nəfinə xüsusi müsadirə edilsin; - şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs götürülmüş və iş materiallarında saxlanılan 01 ədəd ədəd “Xiaomi T99” markalı telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-504/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-504/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver