Məhkəmə qərarları › İş №1(101)-504/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-504/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-504/2024 01.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri, “Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 24 avqust 1993-cü il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, İmişli şəhəri, 20 Yanvar küçəsi, ev 2, mənzil 11 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 08 avqust 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, 09 avqust 2022-ci il tarixdə həmin iş üzrə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 06 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verilmiş vəsatət və təqdimat baxılmadan geri qaytarılmış, 08 fevral 2023-cü il tarixdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarına əsasən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmiş, 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 181.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə saat 05 radələrində ünvan 2 ünvanında qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 ayaq nahiyələrindən qəsdən təpik zərbələri vuraraq ona sol budun ön səthinin hematoması və sağ budun ön səthinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 22 iyun 2022-ci il tarixdə səhər saatlarında internet saytına qeyri-ənənəvi tibbi xidmət göstərilməsi barədə yerləşdirilmiş elandan əldə etdiyi 055 ***-**-** saylı mobil telefon nömrəsinə zəng vurub həmin xidmətdən istifadə bəhanəsi ilə Zərərçəkmiş şəxs3 Vahid qızı ilə telefon danışığı zamanı ünvanı dəqiqləşdirərək, həmin gün saat 12 radələrində Zərərçəkmiş şəxs3 və sonuncunun bacısı Zərərçəkmiş şəxs4 birlikdə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 104 “B” saylı binanın 19 saylı mənzilinin qarşısına gəlib Zərərçəkmiş şəxs3 icazəsi ilə mənzilə daxil olduqdan sonra giriş qapısını örtərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 və həmin vaxt mənzildə olan Zərərçəkmiş şəxs4 həyatları üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib əlini bel nahiyəsinə apararaq guya üzərində hər hansı alət olması görüntüsü yaratmaqla, sonunculardan 1000 manat pul tələb edib, verməyəcəkləri təqdirdə onları öldürəcəyi kimi sözlərlə psixi təsir göstərməsi səbəbindən Zərərçəkmiş şəxs3 ona verdiyi 200 manat və Zərərçəkmiş şəxs4 ona verdiyi 700 manat pulu ələ keçirib həmin məbləğin kifayət etmədiyini bildirərək, qalan məbləği də onlara təqdim etdiyi anası Aybəniz Qalamirzəyevaya məxsus "Unibank” ASC-yə aid 4098-58**-****- 3400 nömrəli kart hesabına köçürmələrini tələb etdiyinə görə Zərərçəkmiş şəxs3 dərhal özünə məxsus "Unibank” ASC-yə aid 5243-7544-1092-2262 nömrəli bank kartının hesabından mobil tətbiq vasitəsilə həmin kartın hesabına göndərdiyi 100 manat pulu ələ keçirib hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs4 700 manat məbləğində, Zərərçəkmiş şəxs3 isə 300 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar özgənin əmlakını ələ keçirmək məqsədilə 06 avqust 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsində yerləşən "Star" marketin yaxınlığında olan zaman həmin yerdə dayanmış Zərərçəkmiş şəxs2 yaxınlaşıb, sonuncunun həmin yerdə ərəb milliyətli əcnəbi şəxslə 200 manat pul qarşılığında görüşəcəyini dəqiqləşdirdikdən sonra bu bəhanə ilə Zərərçəkmiş şəxs2 etdiyi əməlin fahişəlik olmasını bildirərək, sonuncudan pul tələb edib, verməyəcəyi təqdirdə hüquq mühafizə orqanlarına, habelə şəxsiyyətinə xələl gətirən rüsvayedici məlumatları ailə üzvlərinə yayacağını bildirməklə Zərərçəkmiş şəxs2 özünün idarə etdiyi “Hyundai'’ markalı avtomobilə əyləşməyi təklif edib razılığını aldıqdan sonra avtomobildə yenidən pul tələb edərək Zərərçəkmiş şəxs2 əlindəki əl çantasından 250 manat dəyərində "Samsung A50" markalı mobil telefonu götürmüş, daha sonra isə çantada sonuncunun adına olan Dövlət Sosial Müdafiə Fondunun pensiya kartınının içərisində 150 manat pul olduğunu dəqiqləşdirərək həmin pulu bankomat vasitəsilə nağdlaşdırması üçün Günəl Xəlilova ilə birlikdə ünvan 3 ünvanında quraşdırılmış bankomatın qarşısına gələrək kartı bankomata daxil etməklə, sonuncunun dediyi 4 rəqəmli pin kod vasitəsilə plastik kartın balansında olan 150 manat pulu nağdlaşdırıb hədə-qorxu ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 400 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ona ittiham verilmiş birinci epizodu qəbul edir, lakin digər iki epizodla bağlı verilmiş ittihamla razı deyildir. İkinci epizodla bağlı, yəni iki bacı ilə əlaqədar ittihamıqəbul etmir. Belə ki, o, həmin ünvana getmiş və həmin evdə olmuşdur. Lakin həmin epizodla bağlı ifadə verməmişdir. Üçüncü epizodla bağlı verilmiş ittihamı isə o, qəbul edir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, istintaqda verdiyi ifadələrdən 128-ci maddə və Nəsimi polisində ona verilən ittihamla bağlı ifadələrini təsdiq edir. Digər epizodla bağlı bildirmək istəyir ki, o, massaj olunmaq üçün gedərkən quldurluq etməmiş, həmin qızlara qarşı dələduzluq etmişdir. O, həmin qızlara qarşı zor tətbiq etməmiş, qızlara özünü makler kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs2 400 manat pul almamışdır. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə «Tik-tok» sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş və onunla münasibət qurmuşdur. O, Zərərçəkmiş şəxs1 ilə münasibət qurduqdan sonra onunla ünvan 2 ünvanında bir yerdə ər-arvad kimi yaşamışlar. Əvvəl münasibətləri yaxşı olmuş, sonradan isə Xədicə onu evə gec gəlməyinə görə qısqanmağa başlamış və bunun üstündə aralarında söz-söhbətlər baş vermişdir. 08 aprel 2022-ci il tarixdə saat 04 radələrindən sonra gec gəldiyi üçün Zərərçəkmiş şəxs1 ona niyə gec gəlmə səbəbini soruşmuş və bunun üstündə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Xədicə onun üzərinə gəlmiş, ona görə də Xədicəni itələmişdir. Xədicə yerə yıxıldığı üçün sonuncunun sağ və sol bud nahiyələrinə təpiklə vuraraq xəsarət yetirmişdir. Bundan başqa, 2022-ci ilin iyun ayı ərəfəsində «Lalafo» sosial şəbəkəsindən 055 ***-**-** mobil nömrəsini götürüb həmin nömrəyə zəng vurmuş və masaj olunmaq istədiyini bildirmişdir. Telefonda razılaşdıqdan sonra 22 iyun 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən yaşayış binasının 6-cı mərtəbəsinə gəlmiş və qapını ona telefonda danışdığı qadın açmış, sonradan həmin qadının adının Təranə olmasını bilmişdir. Onun kök olduğuna görə Təranədən xoşu gəlməmiş, sonuncu, digər otaqdan arıq olan bacısını çağırmış və həmin xanım onu masaj edib oral yolla cinsi ehtiyacını ödəmişdir. Masaj ərəfəsi bayırdakı kök olan xanım onu masaj edən xanımı çağırıb nəsə mübahisə etmişlər və arıq qadın geri qayıdıb "bircə bu evdən canım qurtarsaydı" demişdir. Bunun ardınca həmin xanım ondan hansı işlə məşğul olduğunu xəbər aldıqda, o, yalandan makler işlədiyini, evlərin kirayəsi ilə məşğul olduğunu bildirmişdir. Belə olan halda həmin arıq olan xanım ondan kirayə ev tapmağını xahiş etmişdir. O, bunun mümkün olduğunu deyib, bunun üçün beh lazım olduğunu bildirmiş və həmin xanım öz xoşu ilə ona ev tapmağı üçün beh olaraq xırda əskinaslarda 50 manat vermişdir. 100 manatı isə avtomobilində olan mobil telefonu vasitəsi ilə göndərəcəyini söyləmiş və o, hamamda yuyunub çıxdıqdan sonra həmin qadın ona aşağıda gözləməyi tapşırıb yola salmışdır. O, həyətə düşüb həmin qadını orada gözləmiş və həmin xanım aşağı gəlib özünə məxsus «Opel Vectra» markalı avtomobilinə əyləşib onu da otuzdurmuşdur. Həmin xanım maşındakı telefonu vasitəsi ilə onun anasının adına olan bank kartına 100 manat pul köçürmüşdür. Onun öz adına bank kartı olmadığına görə anasının adına olan bank kartını istifadə etmişdir. Bundan sonra avtomobili ilə onu «Neftçilər» metrostansiyasının yanına aparıb düşürmüş və o, qadına qısa zamanda kirayə ev tapacağına söz verib getmişdir. Bundan bir neçə gün sonra ona dəfələrlə zəng vurub evi tapıbtapmadığını soruşduqda, o, yalandan internetdən tapdığı ev şəkillərini həmin qadına göndərmiş və bir neçə gün belə etdikdən sonra ümumiyyətlə qadının zənglərinə cavab verməməyə başlamışdır. Sonra isə 06 avqust 2022-ci il tarixdə icarəyə götürdüyü avtomobillə şəhərdə gəzərkən “torqovıy" adlanan ərazinin yaxınlığında yəni S.Vurğun küçəsində yerləşən “Star" marketin qarşısında yaşayış binasının keçidinin yanında təxminən 20-21 yaşlarında olan qızın dayanmasını gördüyü üçün həmin qızı müşahidə etmiş və qızın mobil telefonla yazışmasını gördüyündə ona aydın olmuşdur ki, binada ərəb milliyyətli şəxslər yaşayır və müşahidə etdiyi qız dayandığı yerə görüş məqsədi iiə gəlmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra miliiyətcə ərəb olan bir kişi qıza yaxınlaşdıqda, o, dərhal avtomobildən düşərək onlara yaxınlaşmış və həmin an miliiyətcə ərəb ofan şəxs qızdan onu tanıyıb-tanımamasını soruşduqda, qız tanımadığını bildirib, ona oradan aralanmağını tələb etmişdir. Lakin miliiyətcə ərəb olan şəxs şübhələndiyi üçün qızdan aralanaraq binaya daxil olmuşdur. O, qızın adının Günel olduğunu öyrəndikdən sonra sonuncunu avtomobilə əyləşdirmiş və nə səbəbdən qeyri-millətlərlə fahişəliklə məşğul olmasını soruşmuşdur. Bir az söhbət etdikdən sonra bu işlə məşğul olması barədə valideynlərinə bildirəcəyini dedikdə, Günel bunu etməməyi xahiş etdiyi üçün bunun qarşılığında pul tələb etmişdir. Günel əl çantasını axtarmağa başlayıb oradan bank kartı tapmış və Günel həmin kartda 150 manat pul olduğunu bildirdikdə, Nəsimi rayonu «28 may» küçəsində yerləşən ABB bankomatına yaxınlaşıb oradan 150 manatı çıxardıqdan sonra avtomobilə qayıdıb Günelə məxsus «Samsung A50» markalı mobii telefonu da tələb etdiyi üçün Günel simkartı çıxararaq mobil telefonu ona vermişdir. Sonradan Günel ac olmasını bildirdiyi üçün otelə gedib yemək yeməyi və orada cinsi əlaqədə olmağı təklif etdikdə Günel razılaşmış və o, avtomobili Sumqayıt yolu kənarında yerləşən «Neapol» otelinə sürmüşdür. Ora çatdıqda Günelin qız uşağı olmasını bildiyi üçün onunla öz razılığı ilə müxtəlif yollarla, yəni cinsiyyət orqanını Günelin bədən nahiyələrinə sürtərək ehtirasını boşaltmışdır. Yemək yedikdən sonra Günellə sonuncunun razılığı əsasında oral yolla cinsi ehtirasını təmin etmiş və oteldə 2 saat qaldıqdan sonra otelə 70 manat pul ödəyib oradan çıxmışlar. Güneli idarə etdiyi avtomobillə «20 yanvar» dairəsi yaxınlığına gətirərək taksiyə əyləşdirib evlərinə yola salmışdır. Həmçinin 5 manat yol xərcini ödəmişdir. Yəni Güneldən hədə-qorxu ilə tələb edərək aldığı pulun 70 manatını onunla birlikdə xərcləmiş, 5 manatını isə yol xərcinə vermişdir. «Samsunq A50» markalı mobil telefonu isə metronun «20 Yanvar» staniyası yaxınlığında tanımadığı şəxsə 110 manata satmışdır (Cild 1, iş vərəqi 128-130, 206-209, cild 2, iş vərəqi 15-19, 168-169). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs onları qismən təsdiq etdiyini, Nizami Polis idarəsi tərəfindən aparılan quldurluq cinayəti barədə ittihamı qəbul etmədiyini, Güneli otelə apardığını, pulunu aldığını, lakin mobil telefonunu almadığını bildirərək, hazırda məhkəmədə verdiyi ifadəsini düzgün ifadə kimi qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxs onun və bacısı Təranənin yanına hicama etdirmək üçün gəlmişdir. Evə girdikdən sonra 7 nəfərlə gəldiklərini, onların aşağıda gözlədiklərini bildirmiş və ona pul verməli olduqlarını demişdir. Tez-tez də təqsirləndirilən şəxs əlini belinə atıb bıçaq çıxarmaq istəmişdir. O, paltarları sərib içəri girəndə təqsirləndirilən şəxsin bacısı Təranə ilə mübahisə etdiyini görmüş, Daşqın ona 1000 manat pul verməli olduqlarını, əgər həmin pul verilməzsə, 7 nəfərin aşağıda gözlədiyini, özünün də cinayət axtarış şöbəsindən gəldiyini bildirmiş, onlara bu evdə nə işlə məşğul olduqlarını soruşmuşdur. Bacısı isə oxuyub əlində sertifikatı olduğunu və hicama etdirdiyini demişdir. Daşqın əgər pul verilməsə, onları polis idarəsinə aparacaqları ilə hədələmişdir. O, bacısının ağladığını görmüş, 200 manat Daşqına pul verib əl çəkməyi xahiş etmiş, sonra kartından 100 manat pul da köçürmüş, daha sonra Daşqının əl çəkmədiyini görüb 700 manat da onun özü gətirib Daşqına vermiş, bu yolla təqsirləndirilən şəxs onun və bacısı Təranənin ümumilikdə 1000 manat pulunu almışdır. Verilmiş sualları cavablandıran Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsi əvvəllər heç vaxt tanımadıqlarını, bacısı Təranənin hicama etdiyini və bu barədə sertifikatı olduğunu, hadisə baş verən vaxt evdə bacısı ilə özünün olduğunu, Daşqının bacısı ilə qapının ağzında danışdıqlarını, hazırda bacısı Təraninin Türkiyəyə müalicəyə getdiyini, hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirdi. Zərərçəkmiş şəxs3 Vahid qızının ölkə xaricində olması səbəbindən məhkəmədə onun iştirakını təmin etmək mümkün olmamış, bununla əlaqədar zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan və tədqiq olunmuşdur. Həmin ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, əvvəllər bacısı Yeganə də onunla birgə yaşamış, lakin 2023-cü ilin yanvar ayının əvvəllərindən etibarən bacısı Türkiyəyə gedib Manisa şəhərində təsərrüfatda çalışır. Göstərilən ünvanda onlar kirayə qalırlar. O, özü Bakı şəhərində «Bakı Masaj Məktəbi» tədris mərkəzində 18 fevral 2020-cı il tarixdən 18 mart 2020-cı il tarixə qədər təşkil olunmuş 1 aylıq (16 saatlıq) «Hicama» kursunu bitirmiş və hicama ilə məşğul olur. Bu səbəbdən də «İnstagram» və «Facebook» sosial şəbəkəsində özünə məxsus 055 ***-**-** saylı mobil nömrəsini qeyd edib elan yerləşdirmişdir. 22 iyun 2022-ci il tarixdə istifadəsində olan 055 ***-**-** mobil nömrəsinə 055 ***-**- ** mobil nömrədən kişi cinsli şəxs zəng edib hicama etdirmək istədiyini bildirmişdir. O, həmin kişiyə öz yaşadığı ünvanda qəbul edə biləcəyini demiş və ünvanı izah etmişdir. Həmin şəxs onunla razılaşmış və həmin gün təxminən saat 12 radələrində mənzilin giriş qapısının döyüldüyünü eşitmişdir. O, qapını açmış və qapının ağzında kişi cinsli şəxsin dayandığını görmüş, həmin şəxs içəri keçib özünü X3 təqdim etmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, həmin şəxs adını yalan demiş, əslində Təqsirləndirilən şəxsdur. Həmin şəxs hicamaya gəldiyi üçün o, geri çəkilib həmin şəxsin içəri daxil olmasına şərait yaradan zaman həmin şəxs mənzilin qapısını özü bağlamış və ona tərəf dönüb bildirmişdir ki, «mənim hicama ilə işim yoxdu, mənə təcili olaraq 1000 manat pul verməlisən». Bu zaman o, həmin şəxsin bu hərəkətlərinə təəcüblənib bunun nə demək olduğunu soruşmuş, həmin şəxs ona bildirmişdir ki, «sənə dedim mənə 1000 manat pul lazımdır». Sonradan həmin şəxsə bildirmişdir ki, o məbləğdə pulu yoxdur və həmin pulu haradan tapıb verməlidir. Bundan sonra həmin şəxs «bilmirəm, haradan tapırsan, tap» demişdir. Onlar ucadan danışdıqları üçün səslərinə bacısı Yeganə gəlmişdir. Bacısı Yeganə ondan nə olduğunu, nə səs-küy olduğunu soruşduqda, o, bacısına demişdir ki, bu şəxs onun mobil nömrəsinə zəng edib hicama etdirdiyini bildirmiş, indi isə ondan 1000 manat pul tələb edir. Sonradan bacısı Yeganə həmin şəxsə tərəf dönüb niyə ona pul verməli olduqlarını soruşub, həmin şəxsi itələyib mənzildən çıxartmaq istəmiş, bu zaman həmin şəxs bacısı Yeganəni itələyib bildirmişdir ki, «əgər mənə pul verməsəniz, görün başınıza nə oyun açaram» deyib, əlini şalvarının belinə atan zaman o, həmin şəxsin belində silah olmasından ehtiyat etmiş, aqressiv danışığına və hərəkətlərinə qorxub digər otaqdan özünə məxsus 200 manat pulu gətirib həmin şəxsə vermiş, bundan başqa evdə pul olmadığını bildirmişdir. Həmin şəxs pulu alıb ona bildirmişdir ki, «bu nə puldur, mənə verirsən, mən dedim ki, mənə 1000 manat pul gətir». Ona görə də bacısı Yeganə digər otağa keçib özünə məxsus 700 manat pulu gətirib həmin şəxsə vermişdir. Bundan sonra həmin şəxs ona bildirmişdir ki, ona 900 manat yox, 1000 manat pul lazımdır və əgər həmin pulu kiməsə çatdırmasa onu öldürəcəklər. Bundan sonra o, qorxusundan bildirmişdir ki, hazırda evdə pul yoxdur, plastik kartında olan 100 manat pulu kart vasitəsi ilə göndərə bilər. Sonradan "xxxx"-a aid olan 5243-7544-1092-2262 nömrəli kartdan həmin şəxsin dediyi kart hesabına 100 manat pul atmışdır. O, həmin şəxsin dediyi xatırlamadığı şifrəyə pulu göndərmiş və həmin şəxs də mənzildən çıxıb getmişdir. O və bacısı Yeganə bir müddət özlərinə gələ bilməmiş və qohumlarına qeyd olunan hadisə barədə danışdıqdan sonra polisə müraciət etmək qərarına gəlmişlər, DİN-n 102 xidmətinə zəng edib hadisə barəsində məlumat vermişlər. Həmin şəxs pulu tələb edəndə konkret olaraq bıçaq və ya silah görməmiş, lakin həmin şəxs tez-tez əlini belinə apardığına görə qorxmuş və silah çıxaracağını düşünmüşdür. Həmin şəxs içkili olmamış və öz hərəkətlərini sərbəst idarə etmişdir. Həmin şəxs ünvana tək gəlmiş və mənzilədə tək daxil olmuşdur. Həmin vaxtı evdə yalnız bacısı Zərərçəkmiş şəxs4 olmuşdur. Nə o, nə də bacısı xəsarət almamışlar. Cinayət edilən vaxt ona şəxsən 300 manat, bacısı Yeganəyə isə 700 manat ziyan dəymişdir. O, sonradan tanıdığı Daşqına kirayə mənzil tapmaq üçün müraciət etməmiş və beh qismində pul verməmişdir. Görüntüdə Daşqın ondan nağd 200 manat və bacısı Yeganədən 700 manat aldığı pulları saymışdır. Nə o, nə də bacısı Yeganə Daşqınla yaxınlıq münasibətində olmamışlar. Onlar Daşqını ümumiyyətlə tanımırlar və sonuncu onların evdə heç ayaqqabılarını belə çıxarmamışdır (cild 1, iş vərəqi 26-28, cild 2, iş vərəqi 60-63). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hadisə baş verən gün gecə o, «Tarqovı»da olmuş, bu zaman təqsirləndirilən şəxs ona yaxınlaşıb tanış olmaq istəmişdir. Daşqın ona həmin yerə niyə gəldiyini bildiyini, ərəblə görüşmək üçün gəldiyini demişdir. O, həmin şəxsdən aralanıb getmək istəyəndə, Daşqın onun qolundan tutub buraxmamışdır. Təqsirləndirilən şəxs ərəbdən pul alıb ona verməyi tələb etmiş, o isə, bunu edə bilməyəcəyini demişdir. Daşqına özünün pensiya allığını, kartında 150 manat pul olduğunu bildirmiş və həmin pulu kartdan çəkib ona verə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşmış, onlar bir yerdə bankomata yaxınlaşmış, o, pulu çəkib 150 manatı Daşqına vermişdir. Bundan sonra təqsirləndirilən şəxs onun əlindəki sumkanı alıb içərisinə baxmış, sumkada özünə məxsus olan «Samsunq» markalı mobil telefon olmuş, həmin telefonu da Daşqın götürmüşdür. Sonra təqsirləndirilən şəxs ona otelə getməyi təklif etmiş və onlar birlikdə «Neapol» otelinə getmişlər. Lakin orada cinsi əlaqədə olmamışlar. Belə ki, o, əvvəlcədən Daşqına qız uşağı olduğunu demişdir. Sonra Daşqın onu taksi ilə evə yola salmışdır. Onun Daşqından şikayət etmək fikri olmamışdır. Sonra bilmişdir ki, onun telefonu satmışdır. Bir gün o, rəfiqəsindən pul istəyəndə, başına gələnlər barədə danışmış və rəfiqəsi 102-yə zəng edərək ona qarşı törədilən cinayət barədə məlumat vermişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, özünün 2-ci qrup əlil olduğunu, təqsirləndirilən şəxs onun pul qarşılığında ərəblə görüşməyini fahişəlik adı ilə polisə və ya ailəsinə bildirəcəyi hədəsi ilə 150 manat pulu və «Samsung» markalı telefonu ondan aldığını, o da, bunlardan qorxması səbəbindən pul verməyə razılaşdığını, onu məcbur etdiyi üçün mobil telefonu da verdiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu və vurulmuş ziyanın qaytarılmasını tələb etdiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 cinayət işinin cild 1, iş vərəqi 231-233-də olan ifadəsi elan edilərkən onun məhkəmədə verdiyi ifadəyə uyğun daha geniş və ətraflı ifadə verdiyi müəyyən olundu. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, «Neftçilər» prospektində yerləşən "Nehrəm’’ restoranında işləyir. Ailəli olub boşanmış, iki azyaşlı uşağı vardır, Təqsirləndirilən şəxs 2 aydır ki, tanıyır. Hadisə baş verən zaman isə iki həftə olmuşdur ki, tanımışdır. O, Daşqınla "Tik-Tok” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Daşqın ona bildirmişdir ki, ondan xoşu gəlir və bundan sonra onun bütün maddi tələbatlarını ödəyəcək və onunla yaşayacaqdır. O da, Daşqınla razılaşmış və bir neçə dəfə görüşmüşlər. Daşqın təxminən bir həftə onunla birlikdə yaşamışdır. Həmin bir həftə ərzində aralarında tez-tez mübahisə olmuşdur, Daşqın evə gec gəlmiş, bu səbəbdən aralarında mübahisələr olmuşdur. 08 aprel 2022-ci il tarixdə saat 04:50 radələrində yaşadığı ünvan 5 ünvanında olarkən Daşqın evə gəlmiş, evə gec gəlməsi səbəbindən sonuncuya irad bildirmiş, bu irad Daşqının xoşuna gəlmədiyindən onunla kobud formada danışmağa başlamışdır. O da, Daşqına kobud cavab verdiyindən sonuncu onun boğazından yapışıb itələmiş, o, yerə yıxılmış, Daşqın təpiklə onun ayaqlarından vurmuşdur. Daşqının adını əvvəl Coşqun kimi bilmiş, daha sonra adının Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, sonuncu İmişli şəhərindəndir. Daşqın onu evə gec gəlməsi səbəbindən irad bildirməyi ilə əlaqədar aralarında olan mübahizə zəminində vurmuşdur, belə ki, O, Daşqına irad bildirdikdə, sonuncu onunla kobud danışmış, o da, Daşqınla kobud danışdıqda sonuncu onu döymüşdür. Məhkəmə tibb ekspertizasının xx.xx.2022-cİ N tarixli 271 saylı rəyində göstərilən xəsarətləri ona xx.xx.2022-ci it tarixdə tanışı Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında döyərək yetirmişdir. Daşqın əvvəlcə onun boğazından tutub itələmiş, lakin o, bunun nəticəsində xəsarət almamışdır. İtələmənin nəticəsində yerə yıxıldıqda daşqın təpiklə, yəni ayağı ilə onun əvvəlcə sol budundan, daha sonra isə sağ budundan vurmuşdur. O, bu xəsarətləri bunun nəticəsində almışdır. Daşqın onu döyməkdən başqa ona qarşı digər cinayət törətməmişdir (cild 1, iş vərəqi 71-72). Məhkəmə iclasında şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Təqsirləndirilən şəxs anası olan şahid Aybəniz Qalamirzəyeva ifadəsində göstərmişdir ki, halhazırda Azərbaycan Respublikası CM-nin 182-ci maddəsi ilə Təqsirləndirilən şəxs onun oğludur. Oğlunun etdiyi əməllərdən və ya törətdiyi cinayətlərdən xəbərsiz olmuşdur. 409858*******3400 saylı "xxxx"a məxsus “Leobank” kartı ona məxsus olmasına baxmayaraq, həmin kartı oğlu Təqsirləndirilən şəxs vermiş və oğlunun istifadəsində olmuşdur. Həmin karta oğlunun istəyi ilə oğlu üçün bəzən pul vurmuşdur. Yəni, yolda qaldığı və ya pula ehtiyacı olan vaxtlarda pul istədikdə o, həmin karta oğlu üçün pul vurmuşdur. Odur ki, qeyd olunan kart alındığından etibarən oğlunun istifadəsində olduğuna görə onun həmin karta vurulan pullardan heç bir xəbəri olmamışdır. Bundan başqa, məlum hadisələrdən əvvəl oğlu Təqsirləndirilən şəxs kartı itirməsini bildirib, ondan həmin kartın evdə olub-olmamasını soruşduqda, o, evi axtarmış və kartı tapa bilməmişdir. Yəni, qeyd olunan kart itirilmişdir və o, yenidən kart almaq üçün müraciət etməmişdir (cild 2, iş vərəqi 25-27). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarına əsasən, həmin istintaq hərəkətləri zamanı: - Zərərçəkmiş şəxs3 Vahid qızı sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (cild 1, iş vərəqi 100-103). - Zərərçəkmiş şəxs4 Vahid qızı sərbəst ifadəsində göstərdiyi halları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (cild 1, iş vərəqi 107-109). - Zərərçəkmiş şəxs2 sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmiş və həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 göstərdiklərini qəbul etmişdir (cild 1, iş vərəqi 254-256). Cinayət işində olan şəxsin tanınmaya təqdim edilməsi haqqında 14 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 Vahid qızı ona təqdim olunan şəxslərin arasından şərti olaraq “4” rəqəmi ilə qeyd olunmuş Təqsirləndirilən şəxs göstərib, 22 iyun 2022-ci il tarixdə yaşadıqları evə məhz həmin şəxsin gəldiyini və onlardan ümumilikdə 1000 manat pulu aldığını bildirmişdir (cild 1, iş vərəqi 104-106). İş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 06 mart 2023-cü il tarixli protokoldan görünür ki, diskdə TŞ1- 196 1 təhlükəsiz şəhər kamerasında qeydə alınmış videogörüntü əks olunmuşdur. Videogörüntü Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində qeydə alınmışdır. Videogörüntünün 01:14:31-ci dəqiqəsində S.Vurğun küçəsində ağ rəngli avtomobilin yolun kənarında durması, bir neçə saniyə sonra həmin avtomobilə bir nəfər ağ köynəkli oğlanın və arxası ilə bir nəfər qara geyimli qadının gəlməsi, ağ köynəkli oğlanın sükan arxasına, qadının isə qarşı sağ oturacağa oturması müşahidə olunur. Sonrakı müddətdə qeyd olunan avtomobilin həmin küçədə olması müşahidə olunmur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdəki ağ köynəkli oğlan onun özü, qara geyimli qadın isə Zərərçəkmiş şəxs2dır, ifadəsində qeyd etdiyi kimi Günelə hədə-qorxu gəlib mobil telefonunu və 150 manat pulunu ələ keçirmişdir (cild 2, iş vərəqi 105). Diskə baxış keçirilməsi haqqında 06 mart 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə Bakı şəhəri, Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətə dair videogörüntü əks olunmuşdur. Belə ki, videogörüntü 12 saniyə müddətində olmaqla videogörüntüdə bir nəfər qara rəngli qısaqol köynəkdə olan şəxs binada pilləkənlərlə düşərkən pul sayması, pulların arasında 50 manatlıq əskinasın görünməsi, digər əskinasların isə görünməməsi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdəki qara köynəkli oğlan onun özüdür, pilləkanla düşərkən öz pulları arasından 50 manatlıq əskinası ayırıb digər cibinə qoyur (cild 2, iş vərəqi 103). Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 22 iyun 2022-ci il tarixdə saat 20:19:42-də zəng olunaraq 21 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 20:18:51- də zəng olunaraq 8 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 20:17:45- də zəng olunaraq 23 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 20:15:01- də zəng olunaraq 1 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 20:14:53- də zəng olunaraq 7 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 20:14:36- da zəng olunaraq 9 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 18:43:31- də zəng olunaraq 29 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, Balakishiyev küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 18:42:56- da zəng olunaraq 51 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, Balakishiyev küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 18:41:48- də zəng olunaraq 26 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, Balakishiyev küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 18:41:06- da zəng olunaraq 51 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, Balakishiyev küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci İİ tarixdə saat 18:40:04- də zəng olunaraq 50 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, Balakishiyev küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 18:37:26- da zəng olunaraq 6 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, Balakishiyev küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 18:37:09- da zəng olunaraq 10 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, Balakishiyev küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 17:01:16- da zəng olunaraq 67 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi anten dairəsində otmuş, 22 iyun 2022-ci il tarixdə saat 16:55:43də zəng olunaraq 51 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, Məmmədəli küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 16:15:15- də zəng olunaraq 210 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 16:13:39-da zəng olunaraq 7 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 16:12:51 -də zəng olunaraq 23 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 14:56:30-da zəng olunaraq 147 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***- ***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 14:44:17-də zəng olunaraq 61 saniyə müddətində danışıq aparılmış, həmin vaxt 055-821- 26-83 saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 14:26:00-da zəng olunaraq 97 saniyə müddətində danışıq aparılmış, həmin vaxt 055- ***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci İl tarixdə saat 13:14:17-də zəng olunaraq 195 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** sayiı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 13:11:41-də zəng olunaraq 132 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, Məmmədəli küçəsi anten dairəsində olmuş, 22 iyun 2022-ci il tarixdə saat 13:00:43-də zəng olunaraq 73 saniyə müddətində danışıq aparılmış, həmin vaxt ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi anten dairəsində olmuşdur (cild 2, iş vərəqi 123-124). Cinayət işində olan ifadəsinin yerində yoxlanılması haqqında 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi sərbəst ifadəsindəki göstərdiyi xüsusatları, yəni Zərərçəkmiş şəxs2 qarşı cinayəti hansı qaydada törətdiyini hadisə yerində əyani göstərməklə tədiq etmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 257-260). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 9/5876 saylı rəyindən görünür ki, 1 ədəd “Samsung A50” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq, 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 250 manat müəyyən edilir (cild 1, iş vərəqi 250-252). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 avqust 2022-ci il tarixli 2316 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı br psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, onun əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. O, hazırkı psixi vəziyyətinə görə araşdırma üzrə zəruri olan hərəkətlərdə iştirak edə bilər. Təqsirləndirilən şəxs psixi durumuna görə araşdırma üçün əhəmiyyətli olan hallan adekvat qavramaq və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərə görə situasiyanı öz xeyrinə yönəldib yalan danışa bilər. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 1, iş vərəqi 261-264). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı iiə cəzası 3 il 2 aya endirilmiş və xx.xx.2021-ci İl tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarına əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilir (cild 1, iş vərəqi 242-244). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, verilmiş birinci epizodu qəbul etdiyini, lakin digər iki cinayət epizodları ilə bağlı verilmiş ittihamla razı olmadığını, quldurluq epizodu ilə bağlı həmin ünvana getdiyini, lakin quldurluq etmədiyini, həmin qızlara qarşı dələduzluq etdiyini, Zərərçəkmiş şəxs2 400 manat pul almadığını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası hazırkı hökmdə sadalanan və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla - zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə, həmçinin təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, üzləşdirmə protokolları, ekspertiza rəyləri və cinayət işinin digər sənədləri ilə tam təkzib edildiyinə görə təqsirləndirilən şəxsin gətirdiyi dəlilləri onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə bağlı məsələyə qiymət verərkən aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, təqsirləndirilən şəxsə həmin maddə ilə verilmiş ittihama görə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini 08 aprel 2022-ci il tarixdə törətmiş, 05 avqust 2022-ci il tarixdə göstərilən fakt üzrə cinayət işi başlanmışdır. İstintaqın çağırışlarından yayındığına görə 09 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barədə məcburi gətirmə haqqında qərar qəbul edilmiş, lakin onun olduğu yeri müəyyən etmək mümkün olmadığına görə 30 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. 08 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi RPİ, İstintaq şöbəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, 09 avqust 2022-ci il tarixdə həmin iş üzrə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbirinin müddətləri iki dəfə uzadılmış, lakin Nəsimi rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərarına əsasən növbəti dəfə həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verilmiş vəsatət və təqdimat baxılmadan geri qaytarılmış, 08 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 03 iyul 2023-cü il tarixdə cinayət işi məhkəməyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarından yayınmış, buna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2023cü il tarixli qərarına əsasən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və Bakı İstintaq təcridxanasına yerləşdirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaq zamanı 08 aprel 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək, məhkəmə baxışı zamanı isə 03 iyul 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək olan dövrdə istintaqdan və məhkəmədən yayınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini 08 aprel 2022-ci il tarixdə törətsə də və həmin əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti 08 aprel 2024-cü il tarixdə bitsə də, onun 08 aprel 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək və 03 iyul 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək olan dövrdə istintaqdan və məhkəmədən yayınması nəticəsində həmin dövr üçün müddətin axımı dayanmış və tutulduqdan sonra bərpa olunmuşdur. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 181.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59-cu və 61ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, 09 avqust 2022-ci il tarixdə həmin iş üzrə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin Məhkəmənin 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətləri 08 noyabr 2022-ci il tarixə kimi, 02 noyabr 2022-ci il tarixli qərarı ilə 17 yanvar 2023-cü il tarixə kimi uzadılmışdır. Nəsimi rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərarına əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verilmiş vəsatət və təqdimat baxılmadan geri qaytarılmış, 08 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarına əsasən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. 11 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və həmin vaxtdan hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 6 ay ona təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılaraq qəti cəza saxlanılmalı, cəzanın başlanğıcı 11 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 50 (əlli) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında vəkil Müdafiəçi həyata keçirmiş, bununla bağlı müdafiəçi 52 (əlli iki) saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 312 (üç yüz on iki) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Zəfər» Vəkil bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 181.1 və 182.2.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 3 (üç) ay müddətinə, Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə 5 (beş) il müddətinə, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 avqust 2023cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 312 (üç yüz on iki) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Zəfər» Vəkil bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar