Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-504/2025 25.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X17 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X8 və X9, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, zərərçəkmiş şəxsin hüquq varisi X3 və onun nümayəndələri Şahid1 və Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə, saat 00:05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu park-1” yaşayış kompleksində 01 nömrəli binada yerləşən “Kasıbın dostu” adlı kafenin qarşısında həmin kompleksdə yaşayan şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs ilə sonuncunun onu təhqir etməsi ilə müşahidə edilən sözlü mübahisə fonunda baş vermiş münaqişədən sonra oradan gedərək həmin gün saat 00:20 radələrində yenidən həmin yerə qayıtdığı zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu park-1” yaşayış kompleksində 01 nömrəli binanın 02-ci girişinin qarşısında Zərərçəkmiş şəxs yenidən onu təhqir etməsindən ibarət cüzi səbəbi qəsdən bəhanə etməklə özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoyub, aralarında yaranmış mübahisəni zor tətbiq edərək həll etmək iqtidarında olduğunu nümayiş etdirməklə ictimai qayda və ictimai maraqlara, habelə əxlaq normalarına etinasızlıq göstərən hərəkətlər edərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib bu məqsədlə üzərində gəzdirdiyi qatlanan tipli ümumi uzunluğu 240 mm, tiyəsinin uzunluğu 109 mm olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış bıçaqla sonuncuya zərbələr endirib dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan qarın boşluğuna nüfuz edən bel nahiyəsinin sağ yarısının 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, ürəyin sağ mədəciyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, qaraciyərin sol böyük payının arxa səthinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sağ yarısının 01 (bir) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid qarının ön səthinin sol yarısının daxilə nüfuz etməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirərək Zərərçəkmiş şəxs ürəyin sağ mədəciyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və qaraciyərin sol böyük payının arxa səthinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sağ yarısının 01 (bir) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasından baş vermiş kəskin daxili qanitirmədən ölümünə səbəb olmaqla sonuncunu qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla sadəcə tanışlıq münasibəti olmuşdur. Zərərçəkmiş şəxsla qonşu imiş. İlham ondan 10 yaş böyük olmuşdur. Hadisədən 4-5 ay əvvəl İlham 4-5 nəfər dostları ilə içkili olmuş, İlham yaşadığı binanın yanında olan “Kapital bank”ın önündə içkili halda ona yaxınlaşaraq çiyin atmışdır. O dayanaraq İlhamdan bu hərəkəti etmə səbəbini soruşmuş, İlham isə ona cavab olaraq nə edirsə, yaxşı etdiyini demişdir. O, İlhama içkili olduğunu, düzgün hərəkət etmədiyini izah etməyə çalışmışdır. Daha sonra isə İlham onun üzünə yumruq atmışdır. İlham içkili olduğu üçün o, sakit qalmağa çalışmış, indi içkili olduğunu, sabah söhbət etmələrini demişdir. İlham isə indi söhbət etmək istədiyini bildirmiş, o da razılaşmışdır. İlham onu özünün ağ rəngli “Land Cruiser” maşınına mindirmiş, bir yerdə Qobu kənd yoluna getmişlər. İlham əlini bardaçoka ataraq bıçaq götürən zaman çıxara bilməsin deyə o, diz nahiyəsiylə bardaçoku bağlı saxlamağa çalışmışdır. İlham ona ayağını çəkməsə, maşını aşırdacağını demiş, o, İlhama indi içkili olduğundan düzgün düşünə bilmədiyini, sabah içkidən ayılan zaman söhbət etməli olduqlarını izah etmişdir. İlham maşını dərəyə doğru sürməyə başlamışdır. İlhamın ona yumruq atmasına baxmayaraq, o, üzr istəmişdir. Sonra İlhama zəng gəlmiş, zəng edən Nihad olmuşdur. Nihadın özü də bu söhbətə daxil imiş, amma onlarla maşında olmamışdır. Zəng gələndən sonra İlhama uşaqların məhəlləyə çağırdığını, geri qayıtmalı olduqlarını demişdir. İlhamla geri qayıdanda o, maşından enib oğlanlarla sağollaşaraq evinə getmiş, lakin evdəkilərin heç birinə baş verən hadisələri danışmamışdır. Səhər açılanda oğlanlar İlhamın onu axtardığını demişdir. O, İlhamla görüşüb onun maşını ilə Qobu kəndi yaxınlığındakı dərənin yanına getmişlər. İlham içkili olduğundan düzgün hərəkət etmədiyini bildirərək ondan üzr istəmişdir. O, İlhama bir daha belə hərəkət etməməsini demiş, söhbət qurtarmışdır. Bu hadisədən sonra İlhamla aralarında heç bir düşmənçilik olmamışdır, dəfələrlə görüşmüşlər. 6 mart tarixində isə, yəni hadisə baş verən günü məhəllədə uşaqlarla tonqal qalamışlar, tonqalın ətrafında bir az dayandıqdan sonra isə oğlanların hamısı evlərinə getmişdir. O, marketə gedərək özünə spirtli içki almış, spirtli içkiylə evə getmək istəmədiyi üçün aşağı məhəlləyə getmişdir. Ora gedəndə Nihadla İlhamı görmüşdür. Nihad onu görən zaman başıyla İlhama işarəylə göstərərək öz aralarında gülüşməyə başlamışlar. Onlar “Kasıbın dostu” adlanan kafeyə tərəf getmişlər. O da içkini su sayğacının üzərinə qoyaraq kafeyə daxil olmuşdur. Nihad ona yaxınlaşaraq siqaret istəmiş, o da 2 siqaret vermişdir. İlham bunu görən zaman ona niyə siqaret vermədiyini soruşmuşdur. O da 2 siqaretdən birinin onun, digərinin Nihadın olduğunu demişdir. İlham içkili halda onun qulluğunda durmalı olduğunu, hər dediyini etməli olduğunu demişdir. O da İlham içkili olduğu üçün sakit durmuşdur. Sonra İlham ona yaxınlaşıb başını ona dirəyərək “bu nə yaşayışdır?” kimi ifadələr söyləmişdir. Nihad ona yaxınlaşıb əlini çiyninə qoyaraq qardaş, dost olduqlarına dair ifadələr işlətmişdir. O, Nihadın əlini çiynindən itələmişdir. Bundan sonra İlham siqaretin tüstüsünü onun üzünə üfürmüşdür. Bu hadisələr baş verən zaman heç bir vulqar ifadədən istifadə etməmişdir. Kafenin sahibi olan Tehran onlara yaxınlaşaraq kafenin bağlanma saatının gəldiyini, çıxmalı olduqlarını demişdir. Onlarla bərabər kafedə adlarını tam xatırlamadığı 2 nəfər oğlan da olmuşdur. Bu oğlanları görəndən sonra İlhamla Nihadın uşaqların yanında onu niyə “sındırdıqlarını” anlamayaraq o ağlamağa başlamışdır. Ağlayan zaman “Playstation” sahibinin qardaşı Sənan ona yaxınlaşıb təsəlli verməyə çalışmışdır. Nihad ona yaxınlaşıb sinəsindən itələyərək onlara heç kimin bir söz deyə bilməyəcəyini demişdir. Bundan sonra o, Nihadgilə sadəcə “Allah köməyiniz olsun” deyərək kafedən çıxmışdır. Kafedən çıxan zaman ilk olaraq valideyninə, yəni atası Şahid3 yazmışdır. Atası tez evə gəlməli olduğunu yazmışdır. O da 15 dəqiqəyə evə gələcəyini demişdir. O, “Kapital bank”ın önündə dayanaraq atasına İlhamla Nihadın onu hədələdiyini yazmışdır. Valideyninə demə səbəblərindən biri də, əvvəllər Nihadla aralarında belə hadisə baş verən zaman atasının hər şeyi həll etməsi, Nihadın gəlib ondan üzr istəməsi olmuşdur. Bir müddət keçəndən sonra atası və dayısı oğlu Şahid4 onun yanına gəlmişlər. Atasından Nihada zəng etməsi üçün telefonunu istəmişdir. O, Nihaddan harada olduğunu soruşanda sonuncu ona sərt cavab vermişdir. Atası bunu eşidəndən sonra telefonu əlindən alaraq özü Nihadla danışmağa başlamış, Nihada düzgün hərəkət etmədiyini demişdir. Atasının bu sözündən sonra İlham telefonu əlinə alaraq nalayiq ifadələr deməyə başlamışdır. Bunları eşidəndən sonra o, telefonu atasının əlindən alaraq zəngi bağlamış və qaçaraq Nihadgilin yanına, yəni hadisə yerinə getmişdir. Hadisə yerinə gedən zaman orada sadəcə Nihad olmuş, İlham olmamışdır. Atası və dayısı oğlu da onunla bir yerdə hadisə yerinə gəlmişlər. Atası Nihada yaxınlaşaraq ondan oğluna qarşı belə hərəkətlər etmələrinin səbəbini soruşmuşdur. O, Nihaddan İlhamın harada olduğunu soruşmuşdur. Bu zaman İlham maşının arxasından çıxaraq ona yenə söyməyə başlamışdır. O, İlhama yaxınlaşaraq sonuncuya sol tərəfindən bıçaq zərbəsi vurmuşdur. Özü də bu hadisədən sonra donub qalmışdır. Nihadgil gəlib onu itələmişdir. İlham isə maşının arxasından fırlanaraq binaya daxil olmuşdur. Binaya daxil olan zaman ona tərəf dönərək valideynləri ilə bağlı nalayiq ifadələr işlətməyə və onun ev ünvanını deyərək hədələməyə başlamışdır. Həmin an o, qaçaraq İlhamın üzərinə gedib əlindəki bıçaqla İlhamın sol tərəfinə və tam ürəyinin üzərinə bıçaq zərbələri endirmişdir. Baş verənlərdən sonra valideyni olmadan evinə getmişdir, yarım saat sonra polis əməkdaşları evlərinə gəlmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, çox nadir hallarda, sadəcə məclislərdə içki qəbul etmişdir. Həmişə üzərində bıçaq olmuşdur. Əvvəllər bir narkotik istifadəçisi üzərinə bıçaqla gəldiyindən o, özünü müdafiə məqsədilə üzərində bıçaqla gəzmişdir. Valideynini söhbətin bağlanması üçün çağırmışdır. Valideynləri hər zaman üzərində bıçaq gəzdirdiyimi bilmişdir. İlhamın ürəyindən bıçaq zərbəsi vuran zaman çox hirsli olmuşdur, ürək nahiyəsindən vurduğunu heç bilməmişdir. Hadisə zamanı Nihad ona söyüş söyməmişdir, sadəcə İlham ona qarşı nalayiq ifadələr işlətmişdir. İlhamın niyə gizləndiyi ilə bağlı tam bir məlumatı olmamışdır. Nihad bir az ayıq olduğundan, ola bilsin ki, o, İlhama maşının arxasında gizlənməyini tapşırmışdır. İlham onu beşbarmaqla vurmamışdır, sadəcə yumruqla vurmuşdur. İlham onun üzünə siqaretin tüstüsünü üfüldəmişdir, hələ başıyla da itələmişdir. Hadisə vaxtı İlham maşının arxasında olmuşdur, çox içkili vəziyyətdə olmuş, ayaq üstə güclə dayanmışdır. İlham maşının arxasından çıxan kimi onun ünvanına söyüş işlətmiş, o da bıçağı çıxartmış, İhamın arxasınca qaçarkən bıçaq cibində olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, axşam saat 12-də oğlu İlhamın bıçaqlandığını eşitmişdir. Bu barədə ona qonşular məlumat vermişdir. Həmin dəqiqə oğlunun aparıldığı xəstəxanaya getmişdir. Gedən zaman həkimlər artıq oğlunun öldüyünü demişlər. Qarşı tərəflə aralarında barışıq əldə olunmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X7 bildirdi ki, oğlu içki içməyən zaman çox sakit, mülayim biri olmuşdur. Hadisə yerində olan yaşlı bir qadın arıq, uzunboylu bir şəxsin oğlu İlhamın boynundan tutaraq bıçaq zərbələri vurmağa başladığını demişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun bir oğlu, bir qızı var. İlham onun ən kiçik övladı olmuşdur, 26 yaşında imiş. İlham telefon ustası kimi, axşamları isə taksi sürücüsü kimi işləmişdir. Oğlu heç kimlə problemi olmayan bir uşaq olmuş, nə dalaşqanlığı olmuşdur, nə də ağzından pis söz çıxmışdır. İlhama qurğu qurulmuşdur, planlı şəkildə öldürülmüşdür. Hadisə günü oğlu şəhərdə imiş. Şəhərdə dostları ilə oturub yeyib-içmişdir. Həmin vaxtlarda X37 tez-tez zəng edib onu Qobuya çağırmışlar. İlham da çıxıb Qobuya getmişdir. Şəhərdə olanda atası İlhama harada olduğunu və evə nə vaxt gələcəyini öyrənmək üçün zəng etmişdir. Oğlu da dostları ilə aşağıda oturub domino oynadıqlarını, 15 dəqiqəyə gələcəyini demişdir. O da əri ilə həmin vaxtlarda həyətdə gəzmişdir. Onların evlərinə qalxmağı ilə İlhamın öldürülməsi arasında heç 15 dəqiqə fərq olmamışdır. Bunların hamısı qurulma iş olmuşdur. İlham dostları ilə 10-cu binanın altında olan kafedə oturmuşdur. Sonradan dostu Nihad ona 1-ci binanın altına getmələrini demişdir, oğlu da razılaşaraq 1-ci binanın altına gəlmişdir. Özləri 8-ci binada yaşamışlar. Məzahirin İlhamdan siqaret istədiyini, oğlunun da vermədiyini, hələ Məzahirin üzünə siqaretin tüstüsünü üfüldədiyini eşitmişdir. Oğlu siqaret çəkən olmamışdır. Hamısını Məzahirin atası yalandan demişdir. Hələ Məzahirin atası İlhamın Məzahiri bu hadisələr olmamışdan lap əvvəl beşbarmaqla vurduğunu demişdir. Nihad İlhamı birinci binanın altına gətirmişdir, sonra oradan çıxarıb ikinci binanın altına aparmışdır. İkinci binanın altında da Məzahir, Məzahirin atası, Məzahirin bibisi oğlu Cəsur, bir də səhv etmirsə, dayısı və Nihad olmuşdur. İlhamı ikinci binanın altında öldürmüşlər. Nihad Məzahirin atasının İlhamı onlardan aralı tutmağa icazə vermədiyini demişdir. Məzahirin atası Nihadın başını qatdığını, Məzahirin də gedib İlhamı bıçaqladığını bildirmişdir. Bu hadisələr baş verən zaman Günay da yuxarıdan video çəkmişdir. Videodan da onların İlhamı bıçaqlayandan sonra qaçıb getdikləri aydın görünmüşdür, hələ qonşuların səs-küyləri də videoya düşmüşdür. İlhamın yasında gələnlər hadisə günü İlhamı bir nəfərin qolundan tutduğunu, başqa birinin başını aşağı əydiyini, o şəkildə bıçaqlayıb öldürdüklərini demişdir. Hadisə baş verən yerdə kameralar da var imiş, amma onların heç biri açılmamışdır. İlhamı Məzahirin bıçaqladığı deyilmişdir, amma hadisə yerində tək Məzahir olmamışdır, digərləri də onun ölümündə günahkar imiş. Hələ Elşən hadisə zamanı oğlu Məzahirə belə hərəkət etməli olduğunu demədiyini bildirmişdir. Bu sözlər də çəkilmiş videoya düşmüşdür. Günay hamısını videoya çəkmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Şahid1 bildirdi ki, İlham hadisə baş verən günü spirtli içki qəbul etmişdir. İlhamın heç kimlə ədavəti yox imiş. İlhamın dostları Məzahir binanın altında söyüş söyəndə oğlunun əsəbləşərək anasının burada yaşadığını, söyüş söyməməsini istədiyini demişdir. Bundan başqa heç bir söhbət olmamışdır. İlhamın Məzahirlə heç bir ədavəti olmamışdır. Hadisədən sonra Nihadla danışmamışdır, amma əri danışmışdır. Nihad ona Məzahirin atasının ona zəng edib İlhamı Məzahirlə barışdırmaları üçün gətirmələrini xahiş etdiyini demişdir, o da İlhamı binanın altına çağırmışdır. Orada Məzahirin atası Nihadın qolunu tutub saxlayaraq üzünü maşına basmış, Məzahir də İlhamı bıçaqlamışdır. Məzahir, Nihad, Məzahirin atası, onların hamısı əlbir olmuşlar. Məzahirgil İlhamı qısqandıqlarını, gözlərinin götürmədiyini demişdir. Hələ bayramda tonqalın başında Məzahir əlində kiçik bir bıçağı fırladaraq həmin gün orada qan töküləcəyini demişdir. Bunların hamısını ona həmin gün tonqalın başında olan uşaqlar demişdir. Hələ Məzahir adam bıçaqlayıb içəri girərək həm əsgərliyə aparılmayacağını, həm də ad qazanacağını planlaşdırmışdır. Həmin hadisədən 2 gün əvvəl Məzahir onların binasının altındakı mağazada satıcıya da bıçaq çəkəndə dostları gəlib aparmışdır. Məzahiri məktəbdən də uşaqlara bıçaq çəkdiyi üçün qovmuşlar. Bu qurğunun hamısını Nihad qurmuşdur. Onlar hadisə yerinə gələndə hələ İlhamın bıçaqlandığını bilməmiş, Günay onlara yaxınlaşıb Məzahirin İlhamı vurduğunu demişdir. Günay İlhamın nişanlısı olmuşdur. Sonradan yola getmədikləri üçün ayrılmışlar. Günay İlhamdan əl çəkməyərək tez-tez yazmışdır. Günayın Məzahirlə əlaqəsi olduğunu eşitmişdir. Deyilənlərə görə, Məzahir Günayın arxasınca düşüb söz ataraq sataşmışdır. Asimə xanım İlhamın boynundan və qolundan tutularaq bıçaqlandığını demişdir. Asimə xanım da Qobuda qalırmış, hadisə baş verəndə binadan izləmişdir. Özü yaşlı adam imiş. İlhamın Məzahirin üzünə siqaret tüstüsü üfüldəməsi məsələsini bircə Məzahirin atasından eşitmişdir, başqa heç kimdən eşitməmişdir. O “barışdırmaq” ifadəsi işlətməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Nicat qızı ifadəsində göstərdi ki, İlhamla 2021-ci ilin aprel ayında elçilikləri olmuş, 2021-ci ilin dekabr ayının 17-də ayrılmışlar. Hadisə günü İlham bıçaqlanmamışdan 3 saat əvvəl onunla telefonda danışmışdır. Saat 22:12-də İlhama zəng etmiş, o da sonradan geri zəng etmişdir. İlham ona söhbət edərək aralarındakı problemləri aradan qaldırmaq istədiyini demişdir. O, İlhama saatın artıq gec olduğunu, evdən çıxa bilməyəcəyini demişdir. O, dırnaq ustası kimi işləmiş, həmin gün də müştərisi olmuşdur. İlham sabah gələcəyini, 10 dəqiqə söhbət edib problemi həll edəcəyini bildirmişdir, o da razılaşmışdır. İlhamla hadisə günü sonuncu danışıqları saat 22:12-də olmuşdur. Müştərisinin dırnaqlarını işləyib bitirdikdən sonra evdə oturub telefona baxmışdır. İlhamın həmin günü Qobu parkda olduğundan onun xəbəri olmamışdır, şəhərdə dostları ilə oturduğunu düşünmüşdür. Hətta tanışları da İlhamın şəhərdə canlı yayım açdığını deyərək oradan şəklini də çəkib atmışlar. İlham telefonla danışanda ona şəhərdə olduğunu demişdir. Hadisə baş verən anda telefonla oynayırmış, binanın aşağısında səs-küyləri eşidib nə baş verdiyinə baxmaq üçün tez pəncərənin önünə getmişdir. O, Qobu parkda 2-ci binada yaşamışdır. 5-ci binadan bir qadın polis çağırdığını deyərək qışqırmışdır. O, pəncərədən hadisəni videoya çəkməyə başlamışdır. Bacısı və xalasıgil də həmin binada yaşamışlar, onlara görə narahat olmuşdur. Videoda sadəcə iki insanın bir-birini itələməsini çəkə bilmişdir, hava çox qaranlıq olduğundan heç nə görünməmişdir. Qaranlıqların arasında kiminsə “İlham, İlham” deyə qışqırdığını eşitmişdir. Bunu eşidən kimi pəncərədən çəkilib içəri keçərək rəfiqəsinə zəng etmişdir. Rəfiqəsinin qardaşı İlhamla yaxın dost imiş. Rəfiqəsi ilə danışanda qardaşı Fəridin məhəlləyə düşüb dava edən şəxslərə baxmasını, dalaşanlardan birinin İlham olduğu halda, onları ayırmasını xahiş etmişdir. Rəfiqəsinin adı İlahə imiş. İlahəylə danışanda Fərid kənardan aşağıdakının İlham olmadığını, onun hal-hazırda şəhərdə olduğunu demişdir. Fəriddən hər ehtimala məhəlləyə düşüb baxmasını xahiş etmişdir. Fərid aşağı düşəndə, o da tez paltarını dəyişmiş, hazır şəkildə aşağıya düşmək üçün gözləmişdir. O, vaxt aralığında çox narahat olduğundan sadəcə İlhama zəng etmişdir. İlham zəngi açmamışdır. Fərid aşağıya düşmüş, o da Fəriddən cavab gözləmişdir. İlhama yenidən zəng edəndə bir nəfər İlhamın yaralı olduğunu, xəstəxanaya aparıldığını demişdir. Fərid ona zəng edərək dalaşanlardan birinin İlham olduğunu, bıçaqlandığını bildirmişdir. Fəriddən onu da xəstəxanaya aparmasını xahiş etmişdir. Fərid də apara bilməyəcəyini, xəstəxanaya getməli olduğunu demişdir. Sonradan Fərid gəlib onu aparmaq istəyəndə artıq İlhamın öldüyünü bildirmişdir. Fərid gələnədək o, məhəlləyə düşmüş, orada polislər olmuşdur. Polis əməkdaşları ondan hadisənin necə baş verdiyini soruşmuşdur. O da Məzahirin İlhamı bıçaqlayıb öldürdüyü barədə eşitdiyini demişdir. Məzahirin dava zamanı adını eşitmişdir. Səbinə ondan Məzahirin kim olduğunu soruşanda ona tanımadığını, sadəcə dava zamanı adının çəkildiyini bildirmişdir. Səbinə İlhamın bacısıdır. Fərid də zəngdə İlhamı Məzahirin bıçaqladığını demişdir. Bunları əsas tutaraq polislərə Məzahirin adını vermişdir. Məzahirlə əlaqəsi olmuşdur, amma heç vaxt aralarında yaxın münasibət yaranmamışdır. Məzahir ondan 3-4 yaş kiçik olmuşdur, aralarında heç bir şəkildə münasibət olmamışdır. Dava zamanı çox qışqırıq səsləri eşidilmişdir. Hətta bir nəfər on birincini də vuracağını demişdir, amma o bunun nə demək olduğunu bilməmişdir. Bunların hamısı videoya da düşmüşdür. Məzahirin nənəsi də onlarla qonşu imiş, o, Məzahirin o qadının nəvəsi olduğunu bilməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid7 Nicat qızı bildirdi ki, o, İlhamın kimləsə münaqişəsini görməmişdir. Məzahirlə ədavəti olduğunu da bilməmişdir. İlhamla öz aralarında tez-tez dalaşmışlar, amma İlham çox yaxşı bir insan olmuşdur, kimləsə münaqişəsi olduğunu görməmişdir, olsa belə, gəlib bu barədə ona danışmamışdır. İlhamın dostları arasında rəfiqəsinin qardaşı olduğu üçün bircə Fəridi tanımışdır. Məzahiri tanımamışdır, hadisə zamanı da heç üzünü görməmişdir. Hava çox qaranlıq olduğundan aşağıda dalaşanların kim olduğunu görmək mümkün deyilmiş. Dava onların binasının altında olmamışdır, qarşısında olmuşdur. Hadisə anını videoya çəkən tək o olmamışdır, onunla yanaşı başqa adamlar da çəkmişdir. Onların məhəlləsində belə hadisələr baş verəndə hamı videoya çəkmişdir, hər şey tamamilə təsadüfən olmuşdur. Səbinə hadisə yerinə gələndə ona çəkdiyi videonu göstərmək istəmişdir, amma Səbinə baxmaq istəməmişdir. Bir müddət keçəndən sonra özündə olan videonu Fəridə yollamışdır, hətta ondan binanın önündə olan kameralara baxılıb-baxılmadığını soruşmuşdur. Fərid də həmin kameraların işləmədiyini demişdir. Dava zamanı səs eşitmişdir, bir də qaranlıqda dava edən 2 nəfər görmüşdür. Pəncərədən aşağıya baxanda davada kiminsə boğazından, qolundan tutulduğunu görməmişdir. Videoda da hər şey tam aydın düşməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, çərşənbə günü işdən evə yorğun vəziyyətdə gəldiyi üçün çarpayıda uzanmış, bu zaman oğlu X24 yenə onu hədələyib sıxışdırdığına dair mesaj yazmışdır. Bu mesajı oxuyan kimi tez evdən çıxıb oğlunun yanına getmişdir. Məzahirin yanına çatan zaman 1-ci binanın altında yerləşən kafedən 4 nəfər çıxmışdır. Onlardan biri Nihad, digəri isə İlham olmuşdur. O biri 2 nəfəri tanımamışdır. Oğlunun yanına getməkdə məqsədi onu İlham və Nihadla barışdırmaq, mübahisəni sakitləşdirmək olmuşdur. Bundan bir neçə ay əvvəl də Nihadla Məzahir arasında söz-söhbət olmuş, özü gedib onları barışdırmışdır. İlhamgil kafedən çıxanda o, Nihadın yanına gedərək məsələnin nə olduğunu soruşmuşdur. Nihad da böyüdüləcək heç nə olmadığını, öz aralarında həll edəcəklərini demişdir. İlhamı hadisə gününə qədər tanımamışdır. Məhəllə uşağı olsa da, görməmişdir. Tək tanıdığı Nihad olmuşdur. Məzahirin yanına gedən zaman onun Nihadla arasında mübahisə yarandığını düşündüyü üçün Nihada yaxınlaşmışdır. Əsas məsələnin İlhamla Məzahir arasında olduğunu bilməmişdir. Nihada Məzahirin onlardan kiçik yaşda olduğunu izah edərək, onunla işləri olmamasını xahiş etmişdir. Nihad onun başını söhbətə qatmışdır. X16 sinəsindən bıçaqladığını görmüşdür. Bunu görən kimi maşınının açarını götürmək üçün tez evə getmişdir. Binaya girib evə qalxanda qaynı oğlu Cəsur ona zəng edərək İlhamın rəhmətə getdiyini demişdir. Məzahir onu çağıran zaman qaynı oğlu Cəsurla birlikdə Məzahirin yanına getmişdir. O, hadisə günü nəinki Nihada, orada olan heç bir uşağa belə toxunmamışdır. Oğlunun üzərində bıçaq olduğunu belə bilməmişdir. Nihadın Məzahirdən siqaret istədiyini, oğlunun da verdiyini eşitmişdir. Sonra İlham gəlib Məzahirdən sərt və kinayəli bir dillə siqaret istəyəndə Məzahir 2 ədəd siqaret vermişdir. İlham da siqareti çəkdikdən sonra tüstüsünü Məzahirin üzünə üfüldəyib külünü də üstünə saçmışdır. Bunları başqa adamlardan eşitmişdir. Həmin vaxt İlham içkili olub deyə özünü tamamilə itirmişdir. X39 bir dəfə oğluna onu dağa aparıb yumalayacaqlarını demişdir. Hadisə günü Məzahir ona Nihadla İlhamın onu hədələdiyini, başqa oğlanların yanında gülünc vəziyyətə saldığını yazmışdır. Məzahirin bıçağı kimdən və haradan tapdığını bilməmişdir, bu barədə məlumatı olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, Məzahirin yaşı az olduğu üçün toy məclislərində ofisiantlıq edərək çörək pulu qazanmışdır. Məzahirin yanına gedən zaman 1-ci binanın altındakı kafedən İlham, Nihad və tanımadığı 2 oğlan çıxmışdır. Nihadı görən kimi Məzahirlə aralarındakı mübahisənin səbəbini öyrənmək üçün yaxınlaşmışdır. Hadisə yerinə gedən zaman Məzahirin İlhamla mübahisə etdiyini bilməmişdir. Məzahirdə bıçaq olduğunu bilməmişdir. Nihadla İlhamın yanında tanımadığı 2 oğlan olmuş, onlar davaya qarışmamışlar, sadəcə İlhamın sağ və sol tərəfində dayanmışlar. İlhamla Məzahir mübahisə edən zaman üzbəüz olmuşdur. Məzahir bıçağı İlhamın sinəsindən vurmuşdur. Hadisə zamanı İlhamı qollarından tutub saxlamamışdır, hadisə yerindəki olan qonşu dava sakitləşsin deyə Məzahiri tutub saxlamışdır. Mübahisə zamanı sadəcə qışqırıb Məzahiri uzaqlaşdırmağa çalışmışdır. Hadisə günü Məzahir içmiş olsa da, İlham sərxoş vəziyyətdə olmuş, özünü idarə edə bilməmişdir. Hadisə anında Məzahir İlhamla, o isə Nihadla üzbəüz dayanmışdır, aralarında 30 metr məsafə olmuş, həmin vaxt mübahisə düşmüşdür, Məzahirgilə yaxınlaşmaq istəyərkən artıq iş işdən keçmişdir. Cəsur hal-hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Cəsur əsgərliyə getmədiyinə görə həbs olunmuşdur. Nihadın boğazından tutmamışdır. İlham oğlunun ünvanına nalayiq söyüşlər işlətdiyinə görə belə bir hadisə baş vermişdir. Hadisə yerində onlar tərəfdən 3 nəfər, yəni Cəsur, Məzahir və o olmuşdur. Orada başqa heç kim olmamışdır. Onlar hadisə yerinə çatanda Nihadla İlham kafedən çıxmış, Nihad onu görən kimi yaxınlaşmışdır. İlhama 4 bıçaq zərbəsi endirilmişdir, Məzahir İlhamı birinci dəfə bıçaqla vurandan sonra qaça-qaça oğlunun yanına gələrək qolundan tutmuşdur. Məzahirin əynində həmin vaxt qara rəngli gödəkçə olmuş, oğlunun gödəkçəsindən yapışıb özünə tərəf çəkmişdir, həmin vaxt Məzahir əynindəki gödəkçəni soyunaraq İlhama tərəf qaçmışdır. Hadisə baş verən vaxt Cəsur heç nə etməmişdir, yerində durub baş verənlərə baxmışdır. Onlar hadisə yerinə çatanda İlham telefonla danışmışdır, Məzahirin İlhama nə deməsini, İlhamın oğlunu nəyə görə söyməsini bilməmişdir. İlhamı cibində maşınının açarları olmadığından xəstəxanaya apara bilməmişdir. İlhamın öldüyünü öyrəndikdən sonra o, polisə zəng edib hadisə barədə məlumat vermişdir. O, Nihada oğlu ilə niyə mübahisə etdiklərini, düzgün hərəkət olmadığını demişdir. Nihad da ona bir daha belə hərəkətin təkrarlanmayacağını bildirmişdir. Məzahir bıçaq çıxardanda o, görməmişdir. O, Nihadın boğazından tutaraq onu saxlamamışdır. Məzahir onun yanında heç dayanmamışdır, İlhamı görən kimi onun yanına qaçmışdır. Nihadla üzbəüz dayanıb söhbət edərkən, oğlu Məzahir də onlardan, təxminən 10-15 metr aralıda İlhamla üzbəüz dayanmışdır. O, evdən çıxıb liftə minmək istəyəndə qaynının oğlu Cəsur tanımadığı adamların İlhamı maşına qoyub apardıqlarını demişdir. Nihadın mobil telefon nömrəsini ona oğlu Məzahir vermişdir. Nihadla üzbəüz olarkən, İlham qaçaraq maşının ətrafında dövrə vurub gəlmiş, TİR-ın yanında yıxılmışdır. O, İlhama yaxınlaşıb qaldıranda bədənində qan olduğunu görmüş və qışqıraraq Məzahirə qarğış etmişdir. Daha sonra Məzahir oradan aralanıb getmiş, o da Məzahirin arxasınca getmişdir. Digər oğlu Cəsarət onların yanında olmamışdır. Nihada zəng edib İlhamın vəziyyəti ilə maraqlanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, hadisə baş verən gün dostu İlhamla 1 №-li binanın altındakı “Pab” kafedə oturub pivə içmişlər. Sonradan daha 2 nəfər tanışı gəlib onlarla oturmuşdur. İlham kafedən çıxıb ayaqyoluna getmiş, onun ardınca da özü getmişdir, həmin vaxt Məzahir ayaqyolunun qabağında dayanıb spirtli “Go” içkisini içirmiş. İlham ayaqyolundan çıxmış, ardınca o, ayaqyoluna daxil olmuş və çıxanda İlhamla Məzahirin söhbət etdiklərini görmüş, onların arasından keçib bir qədər kənarda dayanmışdır. Həmin vaxt İlham Məzahirə onların dostu olduğunu demişdir, Məzahir də dinləməyərək sadəcə içkisini içmişdir. O da Məzahirin üzündən öpüb dost olduqlarını, daim mehriban olmalarını bildirmişdir, bundan sonra İlhamın qolundan tutub ikisi də kafeyə keçmişdir. Bundan sonra Məzahirin atası Elşəndən ona zəng gəlmişdir, Elşən ona İlhamla birlikdə parkın ortasına gəlməli olduğunu demişdir. Elşən bu sözləri, sanki, onları görüşə çağırırcasına demişdir. O, Elşənin səs tonundan onları nəyə görə oraya çağırdığını bildiyindən Qobu parkda olmadığını demişdir, halbuki Qobu parkda olmuşdur. Həmin vaxt Məzahir telefonda olan atasına onların Tehranın kafesində olduqlarını, oraya getmələrini bildirmişdir. Tehran onların oturduğu kafeni işlədən şəxsin adı imiş, lakin həmin vaxt orada olmamışdır. Bundan sonra o, İlhamla arxa qapıdan çıxmış, çıxan kimi 4 nəfər - Məzahir, atası Elşən, bibisi oğlu Cəsur və qardaşı Cəsarət onların üstünə gəlmişdir, o, Məzahrin atası ilə görüşmüş, Məzahirin özü ilə bir də görüşmüşdür və nə baş verdiyini soruşmuşdur. Məzahirin atası ondan İlhamın harada olduğunu soruşduqda, Məzahir də qışqıraraq onlara İlhamın lazım olduğunu demişdir. İlham həmin vaxt orada imiş, lakin yaxınlıqdakı maşının arxasında dayanmışdır. Məzahirin atası Elşən ortada dayanmışdır, Elşənin sağında Məzahir, solunda Cəsur, ən qıraqda isə deyəsən qardaşı Cəsarət durmuşdur. O da Məzahirin atasının qarşısında dayanmışdır, İlham da onlardan 10-15 metr aralıda maşının yanında durmuşdur. Məzahir əli ilə onun çiyninə toxunaraq önündən çəkilməsini bildirmişdir. Bundan sonra Məzahir cibindən bıçaq çıxardaraq ona önündən çəkilmədiyi halda bıçaqlayacağını demişdir. O, Məzahirin qarşısından çəkilməmişdir. Məzahir bıçağı ona tərəf atmışdır, lakin o, cəld tərpəndiyindən bıçaq gödəkçəsinin qoltuqaltı hissəsinə girmişdir. O, arxa-arxaya gedib oradakı maşina çırpılmışdır, əlini uzadıb Məzahiri tutmaq istəyərkən isə atası Elşən gəlib əli ilə onun boğazından yapışmışdır. Elşən ona gözləməsini bildirmişdir. O da Elşənə Məzahirin bıçaqla İlhamın üzərinə doğru getdiyini bildirmişdir. Hətta onu buraxması üçün yumruqla iki dəfə vurmuşdur. Elşənə Məzahirin gedib İlhamı bıçaqla vurduğu halda, onun da Məzahiri vurub öldürəcəyini bildirmişdir. Elşən də söyüş formasında ona Məzahirə heç kimin heç nə edə bilməyəcəyini demişdir. İlham həmin vaxt maşının arxasında imiş, çox içkili vəziyyətdə olmuş, çünki ondan qabaq hansısa başqa kafedə də oturub spirtli içki içmişdir. Məzahir İlhamı görən kimi üstünə qaçmışdır, İlham da uzağa qaçmadan yaxınlıqdakı maşının arxasına keçmişdir. O, Məzahirin maşının ətrafında İlhamın dalınca qaçıb ona çataraq 1 dəfə bıçaqla vurduğunu görmüşdür, həmin vaxt o, Məzahirin İlhamı 4 dəfə vurmasını bilməmişdir. Hadisə anında Məzahirin yanında başqa kimin olduğunu dəqiq bilməmişdir. Sonra Məzahir əlində bıçaqla onu qovalamağa başlamışdır. Bundan sonra o qaçıb İlhamın yanına getmişdir. İlhamı qucaqlamış və bir yerdə 10-15 metr getdikdən sonra İlham yerə yıxılmışdır. Onlara Məzahirin atası Elşən yaxınlaşmışdır, İlhamı çevirib yaralı olduğunu görmüşdür. Bundan sonra o, başını qaldırdıqda artıq orada heç kimin olmadığını, Məzahirin, atasının və yanındakı şəxslərin çıxıb getdiklərini görmüşdür. Ətrafda heç kim olmadığından o, qışqırmağa başlamışdır. İnsanlar ətrafdakı binaların pəncələrindən baxsalar da, parkın özündə heç kim olmamışdır. Bundan sonra köməyə çağırmaq üçün qaçaraq 10-cu binanın altındakı Qoşqar adlı şəxsə məxsus obyektin qapısını döymüş, lakin açan olmamışdır, geri qayıdarkən isə artıq səsinə ətrafdakı insanların yığışıb gəldiklərini görmüşdür. Məzahir, atası və yanındakı şəxslərdən orada heç kim olmamışdır, hamısı çıxıb getmişdir. Məzahirin atası Elşən sonradan ona zəng edib İlhamın vəziyyətinin necə olduğunu soruşmuşdur. O da Elşənə durub xəstəxanaya gəlmələrini, gizlənməmələrini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid X22 bildirdi ki, Sənan adlı şəxs “Qobu-1”də yaşamışdır, hadisə yerinə sonradan gəlmişdir, hətta Məzahirdən bıçağı da Sənan almışdır. Hadisə yerində başqa heç kim olmamışdır. Sənanın nə işlə məşğul olmasını bilməmişdir, onunla ancaq “salam-sağol”u olmuşdur. “Kasıbın kafesi” kafesinin sahibi Tehran adlı şəxs olmuşdur. Tehran hadisə yerində olmamışdır. Məzahirin yanında atası, qardaşı Cəsarət və qohumu Cəsur olmuşdur, o da İlhamla bir yerdə olmuşdur. 2023cü ildə Məzahirlə bir dəfə davaları olmuşdur, həmin vaxt Məzahirgil 3 nəfər olmuşdur, Məzahir, qohumu Cəsur və yanlarında daha bir nəfər şəxs var imiş. Kafenin içərisində həmin vaxt həbsdən yeni çıxmış bibisi oğlu Cəsur onlara tərəf dönərək niyə baxdıqlarını soruşmuş, aralarında bu səbəbdən dava düşmüşdür. Kafenin qarşısındaki ayaqyolunun qabağında o, Məzahirdən siqaret istəmişdir. Məzahir də ona, İlhama 1 siqaret vermişdir. Həmin vaxt aralarında heç bir narazılıq yaranmamışdır, siqaretləri götürəndən sonra kafeyə keçmişdir. Həmin vaxt İlhamla Məzahirin arasında siqaretlə bağlı mübahisə olmamışdır, İlham Məzahirə onların qardaşı sayıldığını demişdir, o da Məzahirin üzündən öpərək qardaş olduqlarını, daim mehriban qalmalarını demişdir, İlhamla bundan sonra kafeyə keçmişdir. Məzahir ayaqyolunun qabağında “Go” spirtli içkisini içmişdir, lakin kafeyə daxil olmamışdır. Məzahirin atası ona zəng edərkən aralarında çox qısa danışıq olmuşdur. Məzahirin atası ona yaxınlaşan kimi nə baş verdiyini soruşmuş, Məzahir ona İlhamı axtardıqlarını demişdir. Cəsarət və Cəsur, ümumiyyətlə, hadisə vaxtı danışmamışlar, onların rolunun nədən ibarət olmasını bilməmişdir. Məzahirin əlində bıçaq olmasını Elşən də görmüşdür. Məzahirin əlindəki bıçaq düyməli bıçaq olmuşdur, atası ən azından bıçağın açılmasının səsini eşitmişdir. Məzahirin İlhama ancaq bir dəfə bıçaq atmasını görmüşdür. Məzahir İlhamı bıçaqla vurandan sonra İlhamın Məzahirin özünün ünvanına söyüş işlətməsini eşitmişdir, İlham Məzahirin ailəsinin ünvanına söyüş işlətməmişdir. Məzahir İlhamın arxasınca qaçaraq “Vita” markalı avtomobilin ətrafında bir dəfə dövrə vurmuşdur və sonra İlhama çatmışdır. Məzahirin atası onu tutub saxlayandan sonra başqa ikinci adam da saxlamışdır. Həmin şəxsin Cəsur olduğunu güman etmişdir. Məzahir İlhamın arxasınca qaçmışdır. Məzahirin atasının rolu onu tutmaq olmuşdur. X25 arxasınca qaçmasını görmüşdür, lakin mane olmamışdır. O, X26 bıçaqla vurduğunu, əlində bıçaq olduğunu demişdir. Elşən bunu eşitsə də, onu tutmağa davam etmişdir. Cəsurla Cəsarətin həmin vaxt nə etdiyini bilməmişdir. Onu 2 nəfər tutub saxlamışdır. Onu tutan 2-ci şəxsin Cəsarət, yoxsa Cəsur olduğunu dəqiq bilməmişdir. Parkın ərazisi qaranlıq imiş, işıq yanmamışdır, ancaq ətrafdakı binaların işıqları düşmüşdür. Təqsirləndirilən şəxs qara rəngli gödəkçə geyinmişdir. Hadisə yerində Məzahirin əynindəki gödəkçəsinin qalmasını xatırlamır. Atası Məzahiri 5-ci binanın qarşısı ilə aparmışdır. Məzahir qışqıra-qışqıra yenə də geri qayıtmaq istəmişdir, atası da onu saxlayıb özü ilə aparmışdır. Atasının Məzahiri apardığı vaxt ona nə dediyini bilməmişdir, həmin vaxt o, İlhamın yanında olmuşdur. İlham Məzahirin üzünə siqaretin tüstüsünü üfürməmişdir. Məzahirə onların qulluğunda durmalı olduğuna dair ifadə işlədilməsini xatırlamamışdır, belə halın şahidi olmamışdır. Hadisə günü Məzahir onu bıçaqlamışdır, lakin bıçaq gödəkçəsinə dəymişdir, bədəninə girməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, narkotiklə bağlı tutulmuşdur. Baş verən hadisədən 4-5 ay sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Mart ayında hadisə baş vermişdir, o da iyul ayında tutulmuşdur. 2024-cü ilin mart ayında Məzahirgilə qonaq gəlmişdir, özü Badamdarda yaşamışdır. Çərşənbə axşamı imiş. Məzahirin atası, bacısı, qardaşı evdə olmuşdur. Məzahirlə o yatmışdır, bibisi də bayram axşamı olduğundan gəlib onları yuxudan oyatmışdır. Yuxudan oyanıb çarpayının içində uzanmış, Məzahir də paltarını geyinib məhəlləyə düşmüşdür. 4-5 saat sonra Məzahir atasına zəng edib məhəlləyə düşməsini istəmişdir. O da Məzahirin atası ilə birlikdə məhəlləyə düşmüşdür. Məhəllədəki hovuzun yanında Məzahirlə görüşmüşdür. Həmin vaxt Məzahir tək olmuşdur. Məzahir atasının telefonunu götürüb Nihada zəng edərək məhəlləyə gəlməsini, birlikdə söhbət etməli olduqlarını demişdir. X28 böyüyünün gəlməli olduğuna dair ifadələr işlətmişdir. Bundan sonra Məzahir əsəbi halda onların harada olduqlarını bildiyini deyərək qaçmışdır. O da Elşənlə birlikdə Məzahirin arxasınca getmişdir. Ən sonda Nihadgilin yanına çatmışlar. Orada İlham, Nihad və tanımadığı iki nəfər var imiş. O, Nihadla görüşmüş, həmin vaxt İlham da kənarda telefonla danışmışdır. X31 atasını da yanında gətirdiyi üçün söyməyə başlamışdır. Həmin söyüşlərdən sonra Məzahir İlhamın üzərinə hücum çəkib İlhama bıçaq zərbəsi endirmişdir. Bir dəfəsində Nihadgil kafedə oturub söhbət edən zaman Məzahir də həmin kafenin önündən keçmişdir. Bu zaman onların arasında mübahisə yaranmış, ya Nihad, ya da İlham Məzahirə “sən get, böyüyün gəlsin” demişdir. Həmin söz-söhbət bu şəkildə yaranmışdır. Hadisə günündə İlham Məzahirə “sənə nə etmişəmsə, yaxşı etmişəm” deyərək söyməyə başlamışdır, bundan sonra Məzahir onun üzərinə hücum çəkmişdir. Həmin gün İlhamgil doqquz mərtəbəli binanın altındakı kafedə oturub yeyib-içmişlər, Məzahir ünvana çatanda artıq onlar binanın altında dayanmışdır. Nihadla görüşəndə İlham onlardan 10-15 metr aralıqda telefonla danışmış, Məzahirin kənardan gəldiyini görəndə söyməyə başlamışdır. Elşən Nihada bir məhəllənin uşağı olduqlarını deyərək mübahisə etməmələri üçün məsləhət vermişdir. Hadisə anında Elşənlə Nihad arasında heç bir mübahisə yaranmamışdır, onlar bir-birini vurmamışlar. İlham telefonla danışaraq Məzahirə söyməyə başlamış, sonra da qaçaraq Məzahirin üzərinə doğru getmişdir, həmin vaxt Məzahir də qaçaraq İlhamın üzərinə doğru gəlmişdir. Aralarında beş metr məsafə qalanda Məzahir cibindəki bıçağı çıxarıb İlhama vurmuşdur. İlham da qaçaraq maşına tərəf getmişdir. Hava qaranlıq olduğu üçün Məzahirin İlhama harasından bıçaq zərbəsi vurduğunu, neçə dəfə bıçaqladığını, İlhamın bıçaqlandıqdan sonra yanına qaçdığı maşının rəngini, markasını tam görə bilməmişdir. Məzahir İlhamı bıçaqlayan zaman onlardan 4-5 metr aralıqda olmuşdur. Hadisə anında nə Elşən, nə də Nihad İlhamı qolundan tutub saxlamamışlar. O, Məzahirin İlhamı bıçaqladığını görən kimi Məzahiri uzaqlaşdırmaq məqsədilə qolundan tutub saxlamış, bu zaman Məzahir qolunu üzərindəki gödəkçədən çıxarıb İlhamın üzərinə doğru yenidən hücum çəkmişdir. Məzahir İlhamı bıçaqladıqdan sonra İlham oradan uzaqlaşaraq yerə uzanmışdır. Həmin vaxt binada yaşayanların çoxu məhəlləyə düşmüşdür, o da yaxınlıqdakı mağazaya gedərək yardım çağırmaq istəmiş, təcili yardıma zəng etmişdir. Həmin anlarda Elşən şok vəziyyətində olmuşdur, maşın tapıb İlhamı xəstəxanaya çatdırmağa çalışmışdır. Onun fikri İlhamın yanında qaldığından hadisə anında Məzahirin nə etdiyini, hansı vəziyyətdə olduğunu görməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, əvvəllər Nihad və İlhamla Məzahirin arasında hansı səbəbdən mübahisə yarandığı ilə bağlı məlumatı olmamışdır. Əvvəllər Nihad və İlhamı tanımamışdır, ilk dəfə kafedə oturan zaman tanış olmuşdur. İlk dəfə Məzahirgilə qonaq gələn zaman binanın altındakı kafedə oturub çay içməyə getmişdir. Nihadgil də orada oturub yeyib-içmişdir. O, kafedəki ayaqyoluna gedəndə Nihad önünü kəsmişdir, aralarında kiçik söz-söhbət yaranmışdır. Məzahir də Nihada yaxınlaşıb onlara qonaq gəldiyini demişdir. Hadisə günündən 4-5 ay əvvəl kafedə yaranan mübahisənin səbəbkarı o olmamışdır. Həmin mübahisənin kimə görə yarandığını deyə bilmir. Hadisə günü Məzahir atasına zəng edərək dörd-beş nəfərin onu təklədiyini, tez yanına gəlməli olduğunu demişdir. Bundan sonra Məzahirin atası məhəlləyə düşmüş, nənəsi də ona Məzahirin tək qalmaması üçün arxasınca getməsini bildirmişdir. O da Məzahirin atasının arxasınca getmişdir, həmin vaxt yanında bıçaq götürməmişdir, Məzahirin də üzərindəki bıçağı haradan tapdığını bilmir. Məzahirin atası ilə birlikdə məhəlləyə düşəndə Məzahirin qardaşı evdə olmuşdur, onlarla birlikdə gəlməmişdir. Məzahir məhəllədəki hovuzun yanında dayanmışdır, o da yanına getmişdir. Bu zaman onlara bütün hadisəni danışmışdır, kafenin önündən keçən zaman Nihadgilin ona baxıb güldüyünü, daha sonra yaxınlaşıb siqaret istədiklərini, özünün də onlara 2 ədəd siqaret verdiyini, İlhamın başını onun çiyninə qoyduğunu, ən sonda aralarında mübahisə yarandığını bildirmişdir. Məzahirin Nihadla telefonda danışdıqlarını eşitmişdir. Məzahirin telefonda danışdığı şəxs Nihadın özü olmuşdur. Hadisə yerinə çatanda Nihadla görüşmüş, İlham da onlardan bir qədər məsafədə telefonla danışmışdır. Bütün hadisələr bir anda baş vermişdir. Hadisə anında Cəsarət yanlarında olmamışdır. O, Məzahirin əlində bıçaq olduğunu görməmişdir, çünki hava qaranlıq imiş. Hadisə anında ətrafdakı insanlar Məzahirin əlində bıçaq olduğunu dedikləri üçün tez onun arxasınca qaçmışdır. Elşən də onun kimi mübahisəni sonlandırmağa çalışmışdır. Elşənin Nihadı tutduğunu görməmişdir. İlham telefonla danışa-danışa Məzahirin üzərinə doğru gəlmişdir, Məzahir də onun üzərinə doğru getmişdir. Həmin anlarda Məzahirdə bıçaq olduğunu bilməmişdir. Onların arasında beş metrlik məsafə qalanda Məzahir İlhamın üzərinə hücum çəkib İlhama bıçaq zərbəsi endirmişdir. Hava qaranlıq olduğu üçün bıçaq zərbəsinin dəyib-dəymədiyini dəqiq görməmişdir, lakin yerdə qan olduğunu görəndə İlhamın bıçaqlandığını başa düşmüşdür. İlk dəfə belə halla qarşılaşdığı üçün şok vəziyyətində olmuşdur. Elşən də onun kimi donub qalmışdır. İlham ilk bıçaq zərbəsində yerə yıxılmamışdır, maşının arxasına tərəf getmişdir, bundan sonra Məzahir onun üzərinə hücum çəkib iki dəfə də bıçaq zərbəsi endirmişdir. Həmin bıçaq zərbələrindən sonra İlham yerə yıxılmışdır. Bundan sonra Elşən İlhamı xəstəxanaya çatdırmaq üçün maşınının açarını götürməyə getmişdir. O da İlhama yardım çağırmağa çalışmışdır. Daha sonra Məzahirlə birlikdə evə gəlmişdir. Həmin ana qədər İlhamın öldüyündən məlumatı olmamışdır, sadəcə yerdə qan olduğunu görmüşdür. Hadisə günü İlhamgilin yanına üç nəfər, yəni Elşən, o və Məzahir getmişdir. İlham hadisə günü telefonla danışa-danışa həm Məzahirə, həm də Elşənə söyüşlər söymüşdür. İlhamın Məzahirə niyə söydüyünü bilməmişdir. X20 arasında mübahisə olduğundan məlumatı olmamışdır. İlhamı ilk dəfə hadisə günü görmüşdür, amma Nihadı əvvəlcədən tanımışdır. Hadisə günü Cəsarət yanlarında olmamışdır, ümumiyyətlə, o, Cəsarəti hadisə yerində görməmişdir. Nə onun, nə Məzahirin, nə də Elşənin planlı şəkildə İlhamı öldürmək kimi məqsədi olmuşdur. Hadisə anında nə o, nə də Məzahirin atası Elşən İlhamı qolundan tutub saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə baş verməmişdən yarım saat öncə məhəllədəki hovuzun yanında dayanan Məzahiri, Elşəni, Cəsuru və Məzahirin kiçik qardaşını görmüşdür, bir qonşu kimi salamlaşıb yanlarından keçmişdir. Daha sonra məhəllədəki hay-küyə çıxmışdır, yerdə yaralı vəziyyətdə yatan İlhamı görmüşdür. Həmin vaxt ətrafda Nihadı görməmişdir. İlhamı xəsatəxanaya çatdırmaq üçün maşına mindirmişdir. Həmin maşın ona məxsus olmamışdır, məhəllədə mağaza işlədən şəxsə məxsus imiş. O, İlham, mağazada işləyən şəxs və sürücü ilə birlikdə xəstəxanaya getmişdir. Yol boyunca İlhama süni tənəffüsə qədər etmişdir, bütün ilkin tibbi yardımları göstərmişdir. Onu xəstəxanaya aparanda hələ sağ vəziyyətdə imiş, hətta əlini iki dəfə sinəsinə gətirib nəsə demək istəmişdir, gücü olmadığı üçün alınmamışdır. O, İlhamı bıçaqlayanın Məzahir olduğunu sonradan bilmişdir. Bu hadisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid5 bildirdi ki, hadisə günü sadəcə qonşu kimi Məzahirgilə salam verib yanlarından keçmişdir. Hovuzun yanında Məzahir, Cəsur, Elşən və Məzahirin qardaşı dayanmışdır. Məzahirgil hovuzun yanında dayanıb öz aralarında söhbət etmişlər, söhbətin mövzusunun nə olduğu barədə məlumatı olmamışdır. Məzahirgilin yanında dayandığı hovuzla hadisə yeri arasında 150-200 metrə yaxın məsafə var imiş. Məzahir həmişə qonşu kimi onunla salamlaşmışdır. Məzahirin başqa şəxslərlə mübahisə etməsi, davakar olması barədə eşitməmişdir. Qaradağ rayon prokurorluğunda ona hadisə gününə dair videogörüntüləri göstərilmişdir. Orada “10 dəfə deşəcəyəm” ifadəsinin işlədildiyini eşitmişdir. Həmin ifadəni Məzahir demişdir. Məzahir videogörüntüdə İlhama “sənə 10 dəfə vuracağımı demişdim, 4 dəfə vurdum” deyə ifadələr işlətmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, ibtidai istintaq zamanı da hadisə yerində Məzahirgilin dörd nəfər olduğunu demişdir. O, ibtidai istintaq zamanı ifadəsində hadisə günü Cəsarətin Məzahirgilin yanında olmadığını deməmişdir. Bununla yanaşı, Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən Bakı şəhəri, ünvan 4 ünvanında yaşamağa başlamışdır. O, Zərərçəkmiş şəxs bir neçə il olar ki, “Qobu Park” yaşayış kompleksində yaşayan şəxs kimi tanımışdır, onunla yaxın münasibəti olmamışdır, lakin görüşəndə bir-birilərinə salam vermişlər. Onda olan məlumata görə Zərərçəkmiş şəxs heç kimlə problemi, ədavət və düşmənçiliyi olmamışdır. O, Təqsirləndirilən şəxs bir neçə il olar ki “Qobu Park” yaşayış kompleksində yaşayan şəxs kimi tanımışdır. Belə ki, Məzahir onunla eyni binada yaşamışdır. O, Məzahirin atası Elşəni daha yaxından tanımışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hal-hazırkı vaxta qədər hər hansı problemin olmasından onun məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə təxminən saat 00 radələrində o, qonaqlıqdan çıxıb evə getmişdir. Həmin vaxt “Qobu Park-1” Yaşayış kompleksində olan parkda olan hovuzun yanında Elşəni, oğlu Məzahiri, başqa bir nəfər tanımadığı şəxsi görmüşdür. Həmin vaxt Elşən telefon ilə danışmışdır. O, onlarla salamlaşmış və öz yoluna davam etmişdir. O, həmin vaxt Elşənin kiminlə danışmasını və aralarında nə kimi problem olmasını soruşmamış və məlumatı olmamışdır. O, daha sonra yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi 4 nömrəli binanın məhləsində olmuş və evə qalxmağa hazırlaşmışdır. O, Elşəni gördükdən təxminən 15 dəqiqə keçmişdir ki, səs-küy gəldiyini eşitmiş və o, tez səs-küy gələn yerə getdikdən artıq İlhamın qan içində yerdə uzandığını görmüşdür. Həmin vaxt ətrafda çoxlu şəxslər də olmuşdur. O, həmin şəxslərdə kömək üçün nəsə vermələrini istəmiş və tanımadığı bir nəfər şəxs əynindəki idman paltarını çıxararaq ona vermiş və o həmin paltarla İlhamın qan gələn ürək nahiyəsini sıxmışdır. Daha sonra Vüsal özünə məxsus olan qırmızı rəngli “Chevrolet” markalı avtomobil ilə köməyə gəlmiş və onlar İlhamı maşına mindirmişlər. Daha sonra Vüsalla o, İlhamı Respublika Klinik Xəstəxanasına çatdırmışdır. Həkimlər orada İlhamı müayinə etdikdən sonra artıq onun öldüyünü demişlər. O, hadisənin şahidi olmamış, İlhamın kimin vurmasını görməmişdir. Hadisə baş verdikdən sonra o, İlhamı aralarında yaranmış mübahisə nəticəsində Məzahirin bıçaqla vurmasını eşitmişdir. O, hadisənin şahidi olmamışdır. O, hadisə yerinə gələn zaman Məzahirin atası Elşənin Nihadın boyun nahiyəsindən tutduğunu görməmiş, onun yanında elə bir hal baş verməmişdir. O, hadisə baş verən gün çəkilərək ona təqdim edilən videoya baxdıqdan sonra bildirmişdir ki, qaranlıq olduğu üçün görüntüdə kimlərin olmasını görə bilməmiş, ancaq “10 dəfə deşəcəm” səsi Məzahirin səsinə, “İlham ay İlham” səsi isə Nihadın səsinə oxşayır. “Sənə nə dedim mən” sözlərini deyən səsin isə kimə aid olmasını bilməmişdir. Məzahiri hadisə yerində o, aralamamışdır (cild 2, iş vərəqi 1-6). İfadəsi elan edildikdən sionra əlavə suallara cavab olaraq Şahid5 elan edilmiş ifadələrin aşağısında çəkilmiş imzaların ona məxsus olduğunu, hadisə günü Məzahirgilin dörd nəfər olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş əvvəllər MTE və PA X21 Şəxsin Qaradağ rayon şöbəsinin məhkəmə-tibb eksperti vəzifəsində işləmiş, hal-hazırda TƏBİB-də böyük mütəxəssis vəzifəsində işləyən Şahid11 ifadəsində göstərdi ki, ölüm haqqında rəy onun tərəfindən verilmişdir. Bu iş onlara 06 mart tarixində daxil olmuşdur. Meyit axşam saatlarında müayinə edilmişdir. Müayinə zamanı zərərçəkmiş şəxsin bədənində 4 ədəd bıçaq yarası aşkar olunmuşdur. 3 ədəd bıçaq yarası daxili boşluğa nüfuz etmişdir, lakin digər bıçaq yarası daxil nüfuz etməmişdir. Bıçaq yaraları zərərçəkmiş şəxsin ürək, qaraciyər, qarın boşluğu nahiyələrində, qarın boşluğunun ön səthində olmuşdur. Rəydə qarın boşluğunun ön səthindən alınmış bıçaq yarası yüngül olmuşdur, lakin digər üç xəsarət ağır dərəcəli olaraq qeydə alınmışdır. Zərərçəkmiş şəxsin bədənindəki xəsarətlərin hamısı kəsici-deşici bıçaq zərbələri nəticəsində yaranmışdır, əlavə alət və vasitənin istifadəsi nəticəsində vurulmuş zədə aşkar olunmamışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid11 bildirdi ki, verdiyi rəyə əsasən, zərərçəkmiş şəxsin döş boşluğunun ön səthində kəsici-deşici bıçaq yarası aşkar olunduğu qeyd edilmişdir. Zərərçəkmiş şəxsin bədənində 04 bıçaq yarası aşkar olunmuşdur, bu yaralardan 3-ü ağır dərəcəli, 1-i isə yüngül dərəcəli xəsarət kimi qiymətləndirilmişdir. Bıçaq yaralarından biri ürək nahiyyəsində, ikisi bədənin sağ tərəfində, yəni qaraciyər nahiyəsində və qarın boşluğunda, sonuncusu isə qarın boşluğunun ön səthində imiş. Qarın boşluğunda aşkar olunan bıçaq yarası daxilə nüfuz etsə də, heç bir orqana xəsarət yetirməmişdir, qarın boşluğunun ön səthində aşkar olunmuş zədə isə, ümumiyyətlə, yüngül dərəcəli olaraq qiymətləndirilmişdir. Ürək nahiyəsində bıçaq zədəsindən əlavə qaraciyər nahiyəsinə vurulmuş bıçaq zərbəsi də ölümlə nəticələnə bilərmiş. Lakin qarın boşluğuna və qarın boşluğunun ön səthinə vurulmuş bıçaq yaraları daxili orqanlara zərər vurmadığından tez bir zamanda həkim nəzarəti altında müalicə olunsaydı, zərərçəkmiş şəxsin ölümü ilə nəticələnməyə bilərmiş. Zərərçəkmiş şəxsin bədənindəki yaralar kifayət qədər dərin olmuşdur. Bıçaq qatlanan, zavod istehsalı imiş. Tam olaraq dərinliklərini xatırlamasa da, qaraciyər nahiyəsində, ürək nahiyəsində mövcud olan bıçaq yaraları ölümlə nəticələnməyə səbəb olacaq dərinlikdə imiş. Bıçağı maddi sübut kimi zərərçəkmiş şəxsin ürək nahiyəsinin üzərində rekvzitləri ilə birlikdə rəydə qeyd etmişdir. Zərərçəkmiş şəxsin bədənindəki xəsarətlərin yetirilmə ardıcıllığını heç bir ekspert dəqiqliklə deyə bilməmişdir. Zərərçəkmiş şəxs xəsarətləri alan zaman ayaqüstə olmuşdur, bu barədə rəyində də qeyd etmişdir. Təqsirləndirilən şəxs tərəfindən hadisə anında istifadə olunan bıçağı görmüşdür. Zərərçəkmiş şəxsin bədənindəki yaraların həmin bıçaqdan istifadə nəticəsində yetirilə biləcəyinə əminliklə cavab verə bilməmişdir, sadəcə bənzədiyini deyə bilmişdir. Təqsirləndirilən şəxsin fizioloji quruluşu kifayət qədər güclü olmuşdur, yəni zərərçəkmiş şəxslə əlbəyaxa vəziyyətə gələrək ona bıçaq zərbəsi endirəcək qədər gücə malik imiş, bununla bağlı da rəyində qeyd etmişdir. Rəyində zərərçəkmiş şəxsə yetirilən xəsarətlərin hansı istiqamətdən olduğunu, ehtimal olunan mövcud şəraiti bildirmişdir. Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs ayaqüstə üzbəüz şəkildə mübahisə etmişdir, böyük ehtimal, mübahisə zamanı təqsirləndirilən şəxs istiqamətini dəyişərək zərərçəkmiş şəxsin arxa tərəfinə keçmişdir, çünki bıçaq zərbələrindən biri zərərçəkmiş şəxsin arxa tərəfindən endirilmişdir. Zərərçəkmiş şəxs vurulan bıçaq zərbələrinin ayrı-ayrı şəxslərə məxsus olması mümkün hal imiş. Lakin ən məntiqlisi, bıçaq zərbələrinin təqsirləndirilən şəxs tərəfindən endirilməsi olmuşdur, çünki onlar üzbəüz gəldikdən sonra əlbəyaxa olmuşdur, hətta bıçaq zərbələri endirərkən Məzahirin sağ əlində də bıçaq xəsarəti yaranmışdır. Həmin bıçaq xəsarətini də rəydə bildirmişdir, Məzahirin əlindəki yara izi qatlanan bıçağı xarakterizə edən bir ünsür kimi qeyd olunmuşdur. Zərərçəkmiş şəxs diz nahiyəsində müayinə zamanı xəsarət aşkar etməmişdir, müayinədən sonra məscidə aparılan zaman həmin zədənin yaranmış olmasını ehtimal etmişdir. Zərərçəkmiş şəxsin bədənindəki zədələr ekspert rəyində rekvizitləri verilmiş kəsici-deşici bıçaqla və ya ona bənzər bıçaqla vurulmuş ola bilərmiş. Ekspert rəyində zərərçəkmiş şəxsin spirtli içki qəbul etdiyi də qeyd olunmuşdur. Cinayət işi ilə bağlı ekspert rəyi verilməsi üçün sadəcə Məzahirin gəldiyini xatırlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş sürücü işləyən Şahid6 ifadəsində göstərdi ki, Nihadla uşaqlıq dostu olmuşdur, bir məhəllədə böyümüş, qonşu olmuşlar. Nihadla görüşüb yeyib-içməyə gedəcəkmiş. Onlar görüşməzdən əvvəl Nihad İlhamın da gələcəyini demiş, o da razılaşmışdır. İlhamla çox yaxın münasibəti olmamışdır, sadəcə qarşılaşdıqca salamlaşmışlar. Onlar “Tehranın kafesi”nə getmişlər. Kafedə olan zaman dostu Xaliqlə qarşılaşmışdır, özü Rusiyada yaşayırmış, bura qonaq kimi gəlmişdir. Hamısı bir yerdə oturub söhbət etmiş, pivə içmişlər. İlhamın dəqiq olaraq, neçə bakal pivə içdiyini xatırlamır. Xeyli gülüşmüşlər, İlham maşınını satıb yeni maşın alacağını demişdir. Səhv xatırlamırsa, ya İlham, ya da Nihad ayaqyoluna getmiş, həmin ərəfələrdə ona anasından tez-tez zəng gəlmişdir, lakin açmaq istəməmişdir. Birdən Xaliq ona da evdən zəng gəldiyini, ailəsinin narahat olduğunu, durub getmələrini bildirmişdir. Xaliqlə birlikdə İlham və Nihadla sağollaşmadan kafedən çıxıb evə gəlmişdir. Bir neçə saat sonra qardaşı ona zəng edərək İlhamın vəfat etdiyini demişdir. Yuxulu olduğu üçün birinci tam dərk edə bilməmişdir. O, ümumiyyətlə, İlhamın bıçaqlandığı ana şahidlik etməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Şahid9 göstərmişdir ki, o, 2024-cü ilin yanvar ayının 6-dan Bakı şəhəri, ünvan 5 ünvanında yaşamağa başlamışdır. O, Zərərçəkmiş şəxs “Qobu Park” yaşayış kompleksində yaşayan şəxs kimi tanımışdır. Zərərçəkmiş şəxs heç kimlə problemi, ədavət və düşmənçiliyi olmamışdır. O, Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hal-hazırkı vaxta qədər hər hansı problemin olmasından onun məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi 1 nömrəli binada olan əmisioğlu Elnurun işlədiyi bərbərxanaya gələn zaman onunla üzbəüz yerləşən “Kasıbın dostu” kafesində Əlini və Nihatı görmüş və həmin şəxslər onu kafeyə çağırmışlar. O da onlarla oturmuşdur. Nihat ona İlhamın da gələcəyini demişdir. O, Nihata heç bir problem olmadığını bildirmişdir. Həmin gün təxminən saat 22 radələrində İlham da kafeyə gələrək onlarla birlikdə oturmuşdur. Bir qədər sonra Nihatla İlham ayaqyoluna getmək üçün kafedən çıxmışlar və təxminən 10 dəqiqə sonra kafeyə geri qayıtmışlar. İlhamla Nihat çöldə olan zaman o da çölə çıxmış və orada İlhamın, Nihatın və tanımadığı bir nəfər şəxsin söhbət etdiyini görmüşdür. Lakin o, həmin şəxslərə yaxınlaşmamış və İlham, Nihat ona heç bir söz deməmişdir. Daha sonra onlar hesabı ödəyərək çıxıb getmişdir. O, evə gələrək yatmışdır. Onun xx.xx.2024-cü il tarixdə gecə saatlarında İlhamın ölməsi ilə nəticələnmiş hadisədən səhər məlumatı olmuşdur. O, Zərərçəkmiş şəxs “Qobu Park” yaşayış kompleksində yaşayan şəxs kimi tanımışdır. Zərərçəkmiş şəxs heç kimlə problemi, ədavət və düşmənçiliyi olmamışdır. O, Təqsirləndirilən şəxs tanımamışdır (cild 1, iş vərəqi 248-251). İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Şahid10 göstərmişdir ki, o, 2021-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksində yerləşən 8 nömrəli binanın aşağısında “Ömər” marketi işlədir. O, Zərərçəkmiş şəxs bir neçə il olar ki “Qobu Park” yaşayış kompleksində yaşayan şəxs kimi tanımış, onunla normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs heç kimlə problemi, ədavət və düşmənçiliyi olmamışdır. O, Təqsirləndirilən şəxs bir neçə il olar ki, “Qobu Park” yaşayış kompleksində yaşayan şəxs kimi tanımışdır. Lakin onun Məzahirlə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hal-hazırkı vaxta qədər hər hansı problemin olmasından onun məlumatı olmamışdır. Hadisə baş verməmişdən təxminən 1 həftə əvvəl Məzahir onun işlətdiyi dükana daxil olmuş, orada olduğu müddətdə səs-küy yaratmışdır. Lakin o, Məzahirə öz iradını bildirdikdən sonra Məzahir çıxıb getmişdir. Məzahir həmin vaxt heç kəsə xəsarət yetirməmiş və heç bir əmlaka ziyan vurmamışdır. Sadəcə olaraq Məzahirlə arasında qısa müddətli sözlü mübahisə olmuşdur. Bununla bağlı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixdə gecə saat 00 radələrində o, dükanda olmuşdur. Həmin vaxt o, çöldə səs-küy eşitmiş və çölə çıxdıqdan sonra orada olan tanımadığı şəxslər ona Məzahirin “Qobu Park-1” yaşayış kompleksində 1 nömrəli binanın qarşısında İlhamı öldürdüyünü bildirmişdir. Hadisə baş verən vaxtı o, dükanda olmuş, ona görə də hadisənin şahidi olmamışdır (cild 2, iş vərəqi 152-155). Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, məhəllədə qardaşı ilə birlikdə “Playstation” kafesi işlədir. Hadisə günü kafedə olanda məhəllədə səsküy olduğunu eşitmiş, o, kafenin arxa qapısını açıb nə baş verdiyinə baxmış və Məzahirin İlhamla dava etdiyini görmüşdür. Onlardan nə baş verdiyini soruşmuş, mübahisə etdiklərini gördükdən sonra qapını bağlayıb içəri keçmişlər. Bir müddət sonra o, kafenin arxa qapısından çıxıb bina bloklarının önündən getmiş, bu zaman Məzahirin əlində bıçaqla İlhamın üzərinə doğru getdiyini görmüşdür. O, tez Məzahirin yanına gedib sonuncunu qucaqlayaraq yerə yıxmış, əlindəki bıçağı almaq üçün qoluna vurmuş, ən sonda bıçaq yerə düşmüşdür. O, hadisə günü İlhamın bıçaqlandığından çox sonradan xəbər tutmuşdur. Belə ki, Məzahirlə İlhamı ayırdıqdan sonra hər kəs öz yoluna getmiş, dava-dalaş zamanı səs-küyə məhəllədəki sakinlər ətrafa yığışmışdır. O, İlhamın bıçaqlandığından sonuncunun xəstəxanaya aparıldığı vaxt xəbərdar olmuşdur. Mübahisə bitəndən sonra o, evə gəlmiş, fəhlə işlədiyi üçün tez yatmışdır ki, səhər işə gecikməsin. Bundan sonra o, Qaradağ rayon prokurorluğuna çağırılmış və orada müstəntiqə bütün bildiklərini ətraflı şəkildə danışmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid8 bildirdi ki, sonradan hadisə zamanı İlhamın aldığı bıçaq zərbəsi nəticəsində rəhmətə getdiyini eşitmiş, hadisə vaxtı o, Məzahiri yerə yıxan zaman Məzahir tək olmuş, ətrafda başqalarını görməmişdir. Həmin vaxt İlhamın harada olduğunu, vəziyyətinin necə olduğunu bilməmişdir. O, davanın sonuna çatdığı üçün Məzahiri tək tutmuş, məhəllənin sakinləri də səs-küyü eşidib həyətə düşmüşlər. Məzahir əlindəki bıçağı yerə tulladıqdan sonra hər kəs öz evinə getmişdir. Hadisə anında Məzahirin yanında kimin olduğundan xəbəri yoxdur. Məzahirin kiçik qardaşını tanıyır, amma sonuncunu hadisə yerində görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” Yaşayış Kompleksi 1 nömrəli binanın qarşısıdır. “Qobu Park” Yaşayış Kompleksi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ilə Abşeron rayonu, Qobu qəsəbəsi arasında yaradılmışdır. “Qobu Park-1” Yaşayış Kompleksi isə kompleks daxilində sol istiqamətdə yerləşir. Hadisə yerinə baxış istintaq hərəkətində iştirak edən X22 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 00 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” Yaşayış Kompleksində 1 nömrəli binanın qarşısında İlhamın başını Məzahirin başına dirədiyini görmüş və həmin vaxt İlhamın Məzahirə “sən bizim qulluğumuzda durmalısan” dediyini eşitmişdir. Həmin vaxt Məzahir İlhamın sözlərinə cavab verməmiş, sadəcə başını yelləmişdir. Daha sonra o, həmin şəxsləri aralamış və Məzahir oradan çıxıb getmişdir. Təxminən 5-10 dəqiqə sonra Məzahirin atası Elşən ona zəng etdikdən sonra özü, oğlu Məzahir, qohumları Cəsur və tanımadığı bir nəfər şəxslə birlikdə 1 nömrəli binanın qarşısına gəlmişdir. Həmin vaxt Məzahir əlində bıçaqla İlhamın üzərinə getmiş, Məzahir İlhamı bıçaqla vurmuş, lakin o, Məzahirin İlhama konkret olaraq neçə bıçaq zərbəsini vurduğunu görməmişdir. Həmin vaxt İlham irəliyə doğru hərəkət etmiş, bədənindən qan gəlməyə başlamış və daha sonra İlham yerə yıxılmışdır. X22 daha sonra hadisə yerində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yerləri və İlhamın yaralı halda yerə yıxıldığı yeri göstərmişdir. 1 nömrəli binanın qarşısında asfalt örtüyünün üzərində olan tünd qırmızı rəngli qana oxşar ləkələr topa şəklində aşkar edilərək nümunəsi 1 rəqəmi ilə işarələnib steril DNT çubuğuna hopdurularaq zərfə qoyulub prosessual qaydada qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa X32 Haqverdiyevin yerə yıxıldığı yeri göstərdiyi digər yerdə asfalt örtüyünün üzərində olan aşkar edilmiş digər tünd qırmızı rəngli qana oxşar ləkə nümunəsi 2 rəqəmi ilə işarələnib steril DNT çubuğuna hopdurularaq zərfə qoyulub prosessual qaydada qablaşdırılıb möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 3-12). - meyitə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, meyitə baxış zamanı aşağıdakılar müəyyən edildi: meyitin əynində belində qara rəngli kəməri olan mavi rəngli cins şalvar, bir ədəd tünd mavi rəngli tuman, bir cüt qara rəngi corab vardır. Paltarların cibləri boşdur, müəyyən hissədə qana bulaşmışdır. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi qidalı və orta köklükdədir. Toxunduqda meyit nisbətən soyuqdur, meyit qacıması çeynəmə əzələlərində zəif digər qrup əzələlərində inkişaf etməmişdir. Meyit ləkələri qırmızımtıl-göyümtül rəngli olub əsasən gövdənin arxa yan səthində yerləşir, ləkələrə barmaqla təzyiq etdikdə 0,10-0,30 dəqiqəyə itir, təzyiq götürüldükdən sonra bərpa olunur. Boyunun uzunluğu 178 sm-dir. Başında 6-8 sm-dək uzunluğunda qara rəngli saçları vardır. Üzü tüklüdür. Gözləri yarımaçıqdır. Buynuz qişaları şəffafdır, bəbəkləri dairəvi formada olub diametrləri 0,6 sm-ə müvafiqdir. Qulaq seyvanları adi formada olub tamdır, hər iki xarici qulaq keçəcəyi sərbəstdir. Yoxlanılarkən burun və üz skelet sümükləri tamdırlar. Hər iki xarici burun keçəcəyi sərbəstdir. Ağzı yarımaçıqdır. Dişləri tam və təbiidir. Boynu bədənə müvafiqdir və az hərəkətlidir. Qamı qabırğa qövslərindən azacıq aşağı səviyyədə yerləşir. Xarici cinsiyyət orqanları kişi cinsində düzgün inkişaf etmişdir. Arxa keçəcəyi təmizdir, zədəsizdir, şüavari büküçləri yaxşı inkişaf etmişdir. Meyitin döş qəfəsinin sol yarısının məməsindən 1 sm aralıda yerləşən 2,4x1,0 sm ölçüdə, qamn sol yarısının ön səthində 1,0x0,7 sm ölçüdə, döş qəfəsinin sağ yarısının arxa səthində təxminən 7-8-ci qabırğalar səviyyəsində 2,5x1,4 sm ölçüdə, sağ böyrəküstü nahiyədə 1,7x1,0 ölçüdə deşilmiş-kəsilmiş yara, sol diz oynağının ön səthində 3,0x1,8 sm ölçüdə qeyri-müəyyən formalı sıyrıq xəsarətləri aşkar edildi (cild 1, iş vərəqi 16-23). - xx.xx.2024-cü il tarixli könüllü təqdim edilən əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi və təqdim etdiyi bıçaq götürülmüşdür. Bıçağı təqdim edən Təqsirləndirilən şəxs bildirdi ki, 06 mart 2024-cü il tarixdə baş vermiş hadisə zamanı həmin bıçaqdan istifadə etmişdir. Bıçaq qablaşdırılıb Qaradağ rayon prokurorluğunun zərflər üçün möhürü ilə təsdiq edilmişdir (cild 1, iş vərəqi 52). - xx.xx.2024-cü il tarixli könüllü təqdim edilən əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, hadisə vaxtı əynində olmuş bir ədəd cins şalvar, bir ədəd ağ kofta müstəntiq tərəfindən götürülmüşdür (cild 1, iş vərəqi 64). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən ibtidai istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq edərək hadisənin təfərrüatını hadisə yerində əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı iş üçün maraq kəsb edən və əhəmiyyətli predmet, əşya aşkar edilməmiş və götürülməmişdir (cild 1, iş vərəqi 68-71). - xx.xx.2024-cü il tarixli əşyanın tanınma üçün təqdim edilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş bıçaqlar arasında 2 nömrə ilə nömrələnmiş bıçağı tanıyaraq məhz həmin bıçaqla zərərçəkmiş şəxsi öldürdüyünü bildirmişdir (cild 1, iş vərəqi 75-76). - xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bıçağa baxış protokolundan və fotoşəkildən görünür ki, bıçaq qatlanan tiplidir, dəstək və tiyədən ibarətdir, ümumi uzunluğu 240 mm-dir. Bıçağın tiyəsi üzərinə qara rəngli boya çəkilmiş metal lövhədən ibarətdir, bir kənarı itilənmişdir. Tiyənin əks kənarı küpü əsasından 04 ədəd dişicikli xətt şəklində olub düz xətt şəklində davam edib əks kənarla birləşir. Tiyənin ülgücü nazik zolaq şəklindədir. Tiyənin ucundan küp kənarına yaxın uzunsov bir ədəd oval formalı dəlik vardır. Tiyənin uzunluğu 109 mm, əsasında eni 25 mm, qalınlığı 2 mm-dir. Tiyənin sol səthinə “Columbia” sözləri yazılmışdır. Bıçağın dəstəyi 02 ədəd qara rəngli boya çəkilmiş metal lövhədən ibarət olub, bir-birinə 02 ədəd metal vint ilə bərkidilmişdir. Lövhələrin aşağı kənarı əsasından yarımdairəvi olub 25 mm uzunluqda, sonra isə 22 mm diametri olan halqa əmələ gətirib, daha sonra isə boylama düz xətt şəklində davam edərək yanlarında iki ədəd girdə orta hissədə girdə dəlik vardır. Dəstəyin metal ön hissəsi bərkidilmiş plastik lövhə səthi, hamar bərkidilmiş səthi isə xırda sıx relyef naxış quruluşundadır. Dəstəyin əsasında lövhələrin arasında tiyənin bağlı vəziyyətdə fiskə etmək üçün metal halqa keçirilmişdir. Tiyənin sol səthinin əsasına yaxın gümüşü düymə vardır. Dəstəyin uzunluğu 135 mm, eni 25 mm, lövhələr arası məsafə 7 mm-dir (cild 1, iş vərəqi 77-79). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 80-81). - xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi paltarlara baxış protokolundan və fotocədvəldən görünür ki, 01 ədəd kofta uzunqoldur, ağ rəngli qarışıq materialdandır, üzərində geyilmə izləri müşahidə olunur. Boyunluq hissəsinin daxili səthinə kiçik ölçülü qara rəngli fabrik etiket tikilmiş, üzərində “S” təsviri vardır. Koftanın uzunluğu 58 sm, çiyin nahiyəsində eni 36 sm, qollarının uzunluğu 54 sm-dir. Tədqiqat zamanı koftada əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 01 ədəd şalvar göy rəngli cins tipli materialdandır, üzərində geyilmə izləri müşahidə olunur. Şalvar öndən metalik düymə və zəncirbəndlə bağlanır. İki yan və iki arxa cibi vardır. Bel hissəsinə 05 ədəd ilgək tikilmiş, onlara bir ucunda dairəvi formalı gümüşü rəngli metalik lövhə olan kəmər keçirilmişdir. Belin arxa səthinə daxildən fabrik etiket tikilmiş, üzərində “S R. Stefano Ricci” yazıları oxunur. Şalvarın hər iki ayaq hissəsində öndə fabrik, süzülmə xarakterli sahələr qeyd olunur. Şalvarın uzunluğu 100 sm, bel hissədə eni 44 smdir. Tədqiqat zamanı şalvarda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı (cild 1, iş vərəqi 104-106). - xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs meyitinin üzərində olmuş paltarlara baxış protokolundan və fotocədvəldən görünür ki, 01 ədəd şalvar göy rəngli cins tipli materialdandır, üzərində geyilmə izləri müşahidə olunur. Şalvar öndən metalik düymə və zəncirbəndlə bağlanır. İki yan və iki arxa cibi vardır. Bel hissəsinə 05 ədəd ilgək tikilmiş, onlara tünd qəhvəyi rəngli dəri materialdan olan kəmər keçirilmişdir. Kəmərin sol ucuna metalik lövhə bərkidilmiş, üzərində “Dolce & Gabbana” və digər yazıları oxunur. Şalvarın hər iki ayaq hissəsində öndə düzbucaq formalı fabrik, süzülmə xarakterli sahələr qeyd olunur. Şalvarın uzunluğu 97 sm, bel hissədə eni 42 sm-dir. 01 ədəd trusik tünd göy rəngli qarışıq materialdandır, üzərində geyilmə izləri müşahidə olunur. Bel hissəsi rezinlidir, perimetr üzrə eyni rəngli saplarla “DODO” sözləri toxunmuşdur. Uzunluğu 26,0 sm, beldə eni dartılmadan 35 sm-dir. 01 ədəd gödəkçə (kurtka) qara rəngli dəriyəbənzər materialdandır, üzərində geyilmə izləri müşahidə edilir. Gödəkçə öndən metalik zəncirbəndlə bağlanır. Sağda və solda knovkalı tipli müetalikdüymələrlə bağlanan qapaqlı yan cibləri vardır. Solda daxili cib da vardır. Yaxalıq hissəsinə əlavə olaraq plastik zəncirbənd vasitəsi ilə eyni formada qara rəngli xovlu material fiksə edilmişdir Gödəkçənin uzunluğu 68 sm, çiyin nahiyəsində eni 42 sm.qollarının uzunluğu 62 sm-dir. Tədqiqat zamanı gödəkçədə aşağıdakı zədələr aşkar olundu: Gödəkçənin arxa səthində sağda, gödəkçənin aşağı sərbəst kənarından 14,0 sm və 18,5 sm yuxarıda və sağ yan tikişindən 5,5 sm və 4,5 sm məsafələrdə şaqul istiqamətlərdə yerləşən iki ədəd nisbi düz xətt şəkilli, uzunluqları müvafiq olaraq 2,0 sm və 1,8 sm olan dəlib-keçən zədələr vardır. Ən yuxarıdakı zədənin aşağı ucundan sola doğru küt bucaq altında ayrılan xətt şəkilli, uzunluğu 0,8 sm olan dəlib-keçən şaxə qeyd olunur. 01 ədəd mayka qolsuzdur, ağ rəngi qarışıq materialdandır, üzərində geyilmə izləri müşahidə olunur. Maykanın uzunluğu 60 sm, çiyinlikləri arasında məsafə 14 sm-dir. Maykanın arxa daxili səthində yuxarıda “Ceysan” və digər fabrik yazıları oxunur. 01 cüt corab qara rəngli qarışıq materialdandır, üzərində geyilmə izləri müşahidə olunur. Corabların ölçüləri 17x15 sm-dir. 01 ədəd kofta uzunqoldur, ağ rəngli qarışıq materialdandır, üzərində geyilmə izləri müşahidə olunur. Koftanın ön səthinin yuxarı hissəsində ortada 18,0 sm uzunluğunda metalik zəncirbəndlə bağlanan fabrik yarığı vardır. sıradan çıxmış vəziyyətdədir. Boyunluq hissənin daxili səthinə fabrik etiket tikilmiş, üzərində “Prada Xl” yazıları vardır. Koftanın uzunluğu 60 sm, çiyin nahiyəsinin eni 44 sm, qollarının uzunluğu isə 64 sm-dir (cild 1, iş vərəqi 107-115). - Təqsirləndirilən şəxs ilə X22 arasında aparılan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid2 üzünə qarşı ona tərəf bıçaq tuşlamadığını, ona heç bir xəsarət yetirmədiyini, atası Şahid3 Nihad Xudulunun boyun nahiyəsindən tutmadığını bildirmişdir (cild 1, iş vərəqi 150-153). - xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs məxsus mobil telefona baxış protokolundan və fotocədvəldən görünür ki, baxış keçirilən əşya "Redmi" markalı mobil telefondur. "Redmi" markalı mobil telefonun ön hissəsi qara rəngli, arxa hissəsi isə açıq yaşıl rənglidir. Həmin mobil telefonun korpusunun arxa hissəsində qoruyucu yoxdur. Arxa korpus üzərində aşağıda sol tərəfdə "Redmi" sözləri yazılmışdır. Mobil telefonun ekran hissəsi qara rəngli olmaqla sönülü vəziyyətdədir. Mobil telefonun üzərində hər hansı zədə müşahidə olunmur. Ekrana barmaqla toxunduqda mobil telefon işə düşür və ekranı işıqlanır. Bu zaman mobil telefonu işlətmək üçün şifrə tələb olunur. Haqverdiyev İlham Sabir oğlunun üzvləri telefonun şifrəsinin "1132" olduğunu bildirdikləri üçün həmin şifrə tərəfimdən qeyd olunduqda telefon açılır. Həmin şifrə yığıldıqda mobil telefon açıldı. Mobil telefon açıldıqda orada müxtəlif proqramların olduğu aşkar edildi. Mobil telefonun "Zənglər" bölməsinə daxil olunaraq baxış keçirilən zaman müxtəlif şəxslər ilə, eyni zamanda "Nihat Qobu 3" adı ilə qeyd edilmiş şəxslə danışıqlar olması aşkar edildi. Mobil telefonun "Mesajlar" bölməsinə, eyni zamanda digər sosial proqramlara daxil olunaraq baxış keçirilən zaman iş üçün əhəmiyyətli hal aşkar edilmədi (cild 1, iş vərəqi 156-161). - zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X7 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 204-205). - Şahid3 ilə Şahid2 arasında aparılan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 Şahid2 üzünə qarşı onun boyun nahiyəsindən tutmadığını, ona heç bir xəsarət yetirmədiyini bildirmişdir (cild 1, iş vərəqi 225-229). - baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 01 ədəd 00:12 saniyədən ibarət olan video fayl vardır. Həmin videogörüntü Şahid7 tərəfindən qeydə alınmışdır. Həmin videogörüntü nümayiş etdirilən zaman ətrafın qaranlıq olması, bir nəfər şəxsin binanın qarşısı ilə başqa şəxsi aparması müşahidə edilir və “10 dəfə deşəcəm”, “sənə nə dedim mən”, “İlham ay İlham” sözlərinin deyilməsi eşidilir. Baxışda iştirak edən Şahid7 bildirmişdir ki, 06 mart 2024-cü il tarixdə təxminən saat 00 radələrində o, evdə olmuş, həmin vaxt həyətdən səs gəldiyini eşitmiş, eyvana çıxdıqda aşağıda mübahisə olduğunu görmüş, həmin vaxt özünə məxsus telefon ilə həyəti qeydə almağa başlamışdır. O, görüntünü çəkən zaman kiminsə Məzahiri boyun nahiyəsindən tutaraq apardığını, həmin vaxt digər tərəfdə İlhamın artıq yerdə uzanıqlı halda olmasını, bir nəfərin də “İlham İlham” deyərək qışqırdığını eşitdiyini bildirmişdir. O, qaranlıq olduğu üçün Məzahiri aralayaraq aparan şəxsin kim olduğunu görməmiş, lakin atası olduğunu düşünmüşdür (cild 1, iş vərəqi 257-258). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19 saylı rəyindən görünür ki:
1. Mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - Ürəyin sağ mədəciyinin zədələnməsi ilə müşayiət olunan yara kanalı öndən arxaya, yuxarıdan aşağı, bir qədər çəp istiqamətdə gedən döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən (bir) ədəd deşilmiş-kəsilmiş yarası. - Qaraciyərin sol böyük payının arxa səthinin zədələnməsi ilə müşayiət olunan yara kanalı yuxarıdan aşağıya, arxadan önə, sağdan - sola, bir qədər çəp istiqamətdə gedən döş qəfəsinin arxa səthinin sağ yarısının 1 (bir) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası. - Qarın boşluğuna nüfuz edən yara kanalı yuxarıdan aşağıya, arxadan - önə, sağdan sola, bir qədər çəp istiqamətdə gedən bel nahiyəsinin sağ yarısının 1 (bir) ədəd deşilmişkəsilmiş yarası. - Qarının ön səthinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası. Göstərilən xəsarətlər həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla, ölümündən az əvvəl deşici kəsici əşya (alət) ola bilsin ekspertizaya təqdim edilmiş bıçaq və ya ona oxşar xüsusiyyətlərə malik olan bıçağın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənmələri mümkündür. Yuxarıda qeyd olunan xəsarətlərdən dərəcələrinə görə ürəyin sağ mədəciyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası, qaraciyərin sol böyük payının arxa səthinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sağ yarısının 1 (bir) ədəd daxilə nüfuz edən deşilmişkəsilmiş yarası, qarın boşluğuna nüfuz edən bel nahiyəsinin sağ yarısının 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın, qarının ön səthinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Yuxarıda qeyd olunan deşilmiş-kəsilmiş yaralardan başqa mərhum Zərərçəkmiş şəxs bədən səthində özünü müdafiə və mübarizə zamanı alınan xarakterik xəsarətlər aşkar olunmadı. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin sağ mədəciyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və qaraciyərin sol böyük payının arxa səthinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sağ yarısının 1 (bir) ədəd deşilmiş - kəsilmiş yarası nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin ağırlığını nəzərə alıb demək olar ki, o, xəsarət aldıqdan sonra çox qısa vaxt ərzində yaşaya bilərdi, eləcə də yeriyə və məqsədyönlü hərəkətlər edə bilməsi mümkündür. Mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin yerləşmə yerini və yara kanallarının istiqamətini nəzərə alıb güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs xəsarətləri alan zaman ayaqüstü vəziyyətdə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (meyit xx.xx.2024-cü il tarixdə saat 03:20-də müayinə olunmuşdur) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (886/K saylı, xx.xx.2024-cü il tarixli AKT) (cild 1, iş vərəqi 274-281). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 177 saylı rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət sağ əlin İ barmağının kəsilmiş yarası iti uca və ya kənara malik əşya (alət) təsirindən müayinədən 2-3 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (cild 1, iş vərəqi 282-285). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 193 saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü X11 məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar olunmadı (cild 1, iş vərəqi 286-289). - Qaradağ rayonu “Qobu Park” Yaşayış Kompleksinin Mənzil kommunal istismar sahəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 735 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs müvəqqəti olaraq Bakı şəhəri, ünvan 6 ünvanına qeydiyyatdadır. Həmin mənzildə atası X7, anası Şahid1, qardaşı X10 ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs barəsində verilmiş xasiyyətnamədə xx.xx.2024-cü il tarixə kimi Mənzil Kommunal İstismar Sahəsinə heç bir xoşagəlməz məlumatın daxil olmaması, sakinlər arasında nümunəvi davranışı ilə seçilməsi qeyd edilmişdir (cild 2, iş vərəqi 07-11). - Qaradağ rayonu “Qobu Park” Yaşayış Kompleksinin Mənzil kommunal istismar sahəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 736 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti olaraq Bakı şəhəri, ünvan 7 ünvanına qeydiyyatdadır. Həmin mənzildə atası Şahid3, anası X12, qardaşı X13, bacısı X14 ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyətnamədə xx.xx.2024-cü il tarixə kimi Mənzil Komunal İstismar Sahəsinə heç bir xoşagəlməz məlumatın daxil olmaması, sakinlər arasında nümunəvi davranışı ilə seçilməsi qeyd edilmişdir (cild 2, iş vərəqi 07-11). - Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 2-2/1-044988/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluqları barədə ilkin əməliyyat məlumatları aşkar edilmədi (cild 2, iş vərəqi 18). - elektron prokurorluq informasiya sisteminin məhkumluq məlumatları bölməsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkumluqları olması barədə məlumat aşkar edilməmişdir (cild 2, iş vərəqi 41). - 02 nömrəli X2 daxil olmuş xx.xx.2024-cü il tarixli 1/1789 nömrəli məktubdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Elşən oğlu son 5 ildə stasionar müalicə üçün Bakı şəhər 2 nömrəli KPX-na müraciət etməyib (cild 2, iş vərəqi 44-45). - Respublika Psixatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 5191 nömrəli məktubdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Bakı şəhəri, ünvan 8 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2024-cü il tarilxi 10 nömrəli göndərişinə əsasən Respublika Psixatriya Xəstəxanasına gündüz stasionar şöbəsində müayinə olunmuş, xx.xx.2024-cü il tarixdə Həkim Psixiatr Komissiyasına təqdim olunaraq həmin tarixdən xəstəxanadan evə yazılmışdır. Həmin xəstəxanada Təqsirləndirilən şəxs “hal-hazırda psixi xəstəlik aşkar edilmir, nevrotik reaksiyalara meyillilik” diaqnozu qoyulmuşdur (cild 2, iş vərəqi 47). - kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 913 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanları normaya uyğun olmaqla, qıcığa qarşı həssaslıq, söz götürməmək, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə olmayan gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir (cild 2, iş vərəqi 97-100). - materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1922 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən sviterinin səthi üzərindən aşkar edilmiş bozumtul göy rəngli təbii pambıq liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında, qarşılıqlı keçmiş lif mikrohissəcikləri olmadığından geyim əşyalarının qarşılıqlı təmasda olma faktını müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 154 manat təşkil edir (cild 2, iş vərəqi 104-108). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 229/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: B- alfa/H/İİİ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus gödəkcə, cins şalvar, trusik, mayka, jaket, Təqsirləndirilən şəxs məxsus şalvar, jaket, bıçaq üzərində olan və hadisə yerindən 01 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B və H antigenləri, həmçinin əksər ləkələrdə alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/H//İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus 1 cüt corab üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (cild 2, iş vərəqi 109-115). - məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 151-MTKŞ/2024 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus ağ rəngli qolsuz maykanın ön səthində solda bir ədəd, ön səthinin sol aşağı nahiyəsində bir ədəd, arxa səthində sağda iki ədəd, ağ rəngli koftanın ön səthində solda bir ədəd, ön səthinin sol aşağı nahiyəsində bir ədəd, arxa səthində sağda iki ədəd və qara rəngli gödəkçənin arxa səthində sağda iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və qabırğalar özlərini bir qədər biruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus ağ rəngli koftanın ön səthinin yuxarı hissəsində bir ədəd cırılma xarakterli zədə aşkar olundu. Bu cırılma küt yaranma mexanizminə malik olub, koftanın müvafiq nahiyəsinin dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus cins tipli şalvarın sol ayaq hissəsində öndə bir ədəd məhdud cırılma xarakterli zədə aşkar olundu. Bu məhdud cırılma küt yaranma mexanizminə malik olub, koftanın müvafiq nahiyəsinin hər hansı bir predmetə ilişib-dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus trusikdə və bir cüt corabda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus uzunqol ağ rəngli kofta və göy rəngli cins şalvarı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli səyahət bıçağıdır və soyuq silah hesab edilmir (cild 2, iş vərəqi 116-125). - xx.xx.2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən əşya Şahid7 Nicat qızının istifadəsində olan 01 ədəd “Xiaomi” markalı, “Mi 12 Lite” modelli mobil telefondur. Həmin mobil telefon bənövşəyi rənglidir. Həmin mobil telefonun korpusunun arxa hissəsində foto olan ağ-qara rəngli qoruyucu vardır. Mobil telefonun ekran hissəsi qara rəngli olmaqla sönülü vəziyyətdədir. Mobil telefonun üzərində hər hansı zədə müşahidə olunmur. Ekrana barmaqla toxunduqda mobil telefon işə düşür və ekranı işıqlanır. Bu zaman mobil telefonu işlətmək üçün şifrə tələb olunur. Baxışda iştirak edən Şahid7 şifrəni daxil edərək telefonu açdı. Mobil telefon açıldıqda orada müxtəlif proqramların olduğu aşkar edildi. Həmin mobil telefonun "zənglər" bölməsinə daxil olundu. Həmin bölmədə müxtəlif şəxslər ilə danışıqlar aşkar edildi. "İlham" adı ilə qeyd olunmuş şəxsin səhifəsinə daxil olundu və həmin səhifədə 05 mart 2024-cü il tarixdə saat 21:49-da danışıq aşkar edildi. Baxışda iştirak edən Şahid7 bildirdi ki, həmin vaxt İlham ona onunla görüşmək istədiyini demişdir. O, isə İlhama gec olduğunu dedikdə İlham ona səhəri gün səhər saatlarında görüşməyi dedikdə onunla razılaşmışdır. Daha sonra bir daha onunla danışmamışdır. "Zənglər" bölməsinə baxış keçirilən zaman "İlham" adı ilə qeyd olunmuş şəxsə 05 mart 2024-cü il tarixdə 21:56, 06 mart 2024-cü il tarixdə 00:51, 00:52, 00:55, 00:56, 00:58, 01:09, 01:10, 01:11-də zəng olunduğu lakin danışıq olmadığı aşkar edildi. Baxışda iştirak edən Şahid7 bildirdi ki, həyətdən İlham deyərək qışqırıq səsinin eşitdikdən sonra davamlı olaraq İlhamın nömrəsinə zəng etmiş, lakin cavab verən olmamış, 01:18-də isə telefona cavab verən şəxsin xəstəxanada olduqlarını, İlhamın çoxlu qan itirdiyini demiş, həmin vaxt 26 saniyə danışıq olduğunu, 01:41, 01:51-də isə cavab verən olmamışdır. Telefona baxış keçirildikdə iş üçün əhəmiyyətli olan hal aşkar edilmədi (cild 2, iş vərəqi 132-135). - xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmaması əsası ilə barəsində cinayət işinin başlanması rədd edilmiş, Şahid3 və Şahid4 əməllərində Azərbaycan Respublikası CM-nin 120.1, 32.2.120.1, 32.3.120.1, 32.4.120.1, 32.5.120.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmaması əsası ilə barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan bir ədəd cins şalvar, bir ədəd ağ kofta və zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd cins şalvar, bir adǝd trusik, bir ədəd kurtka, bir ədəd ağ rəngli mayka, bir cüt corab, bir ədəd ağ rəngli kofta, 02 ədəd qan nümunəsi, 01 ədəd bıçaq, 01 ədəd "Redmi" markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ rayon prokurorluğunun arxivinə verilmişdir (cild 2, iş vərəqi 179-209). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 2, iş vərəqi 211-212). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmış və o, ittihamı qismən mübahisələndirmişdir. Məhkəmə onu qeyd edir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsini mübahisəsiz olaraq qəbul edir. Müdafiə tərəfinin mübahisələndirdiyi hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz xuliqanlıq niyyətilə həyatdan məhrum etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrindən görünür ki, onunla zərərçəkmiş şəxs arasında sonuncunun onu təhqir etməsi ilə müşahidə edilən sözlü mübahisələri olmuş, zərərçəkmiş şəxsin yenidən onu təhqir etməsi səbəbi ilə üzərində gəzdirdiyi bıçaqla sonuncuya zərbələr endirib qanitirmədən ölümünə səbəb olmaqla sonuncunu qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət tərədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında əvvəllər sözlü mübahisələr olduğu müəyyən edilmişdir. Lakin, məhkəmə həmin mübahisələri əsaslı səbəb kimi deyil, cüzi səbəb kimi qəbul edir və belə cüzi səbəbi zərərçəkmiş şəxsin öldürülməsi üçün bəhanə kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cüzi sözlü mübahisəni əsas götürərək, yəni məhz xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə məhkəmədə göstərdiyi xüsusatlar iş üzrə dindirilmiş ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətini yüngülləşdirmək məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməsi, yəni digər şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməsi tamamilə sübut olunmuşdur, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs ona isnad edilən cinayəti törədərkən on yeddi yaşında, yəni yetkinlik yaşına çatmayan olmuşdur. Belə ki, Azərbaycan Respublikası Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti törədən zaman yetkinlik yaşma çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, ilk dəfə cinayət məsuliyyətnə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl müvafiq olaraq xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilir ki, hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (CM-in 55.1-ci maddəsi), məhkəmə CM-in 85.5-ci maddəsinə müvafiq olaraq onlara ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir. Ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələri CM-in 85.5-ci maddəsinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilən yetkinlik yaşına çatmayanlara təyin edilir. Ona görə də yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 53-54, 122-124; cild 2, iş vərəqi 149-151). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 06 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı cinayət işi üzrə maddi sübut olan, ibtidai istintaq zamanı götürülmüş və Bakı şəhəri Qaradağ rayon prokurorluğunun arxivində saxlanılan, hadisə baş verən vaxt mərhum Zərərçəkmiş şəxs əynində olmuş hadisə zamanı əynində olan bir ədəd cins şalvar, bir adǝd trusik, bir ədəd kurtka, bir ədəd ağ rəngli mayka, bir cüt corab, bir ədəd ağ rəngli kofta təyinatını itirdiyindən, habelə 02 ədəd qan nümunəsi, 01 ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd cins şalvar, bir ədəd ağ kofta onun yaxın qohumlarından birinə qaytarılmalı, digər maddi sübut - Zərərçəkmiş şəxs məxsus 01 ədəd "Redmi" markalı mobil telefon zərərçəkmiş şəxsin hüquq varisi X5 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 154 (yüz əlli dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin atası olan hüquqi varisi və sonuncunun nümayəndəsi müxtəlif dövlət orqanlarına ərizələr ünvanlayaraq Təqsirləndirilən şəxs qeyd edilən cinayəti təkbaşına deyil, atası Şahid3 və dayısı oğlu Şahid4 ilə qabaqcadan əlbir olan qrup halında törətdiklərini bildirmişlər. Məhkəmə tərəfindən obyektiv araşdırma aparılaraq Təqsirləndirilən şəxs Şahid3la, Şahid4la və ya hər hansı digər şəxslə qabaqcadan cinayət əlaqəsinə girərək qeyd edilən cinayəti törətməsi müəyyən edilmədi və bu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədi. Məhkəmədə Şahid3, Şahid4 hadisə baş verən anda hadisə yerində olduğu müəyyən edilsə də, Təqsirləndirilən şəxs həmin şəxslərdən 10-15 metr aralıda dayanan Zərərçəkmiş şəxs yanına qəflətən qaçaraq sonuncuya bıçaq zərbələri endirdiyi müəyyən edildi. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs qəsdən öldürməsi barədə iddiaları əsassız hesab edir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək Şahid3 və Şahid4 cinayət hadisəsinə kömək göstərmək, köməksiz vəziyyətdə qoymaq, ağır cinayət barəsdə məlumat verməmək, heç bir tibbi yardım göstərməmək kimi əməlləri üzrə cinayət işinin başlanması üçün prokurorluğa təqdimat verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Şahid3 və Şahid4 cinayət hadisəsinə kömək göstərmək məqsədilə təqsirləndirilən şəxslə cinayət əlaqəsində olmaması qənaətini yuxarıda şərh etmişdir. Vəsatətdə qeyd edilən digər məsələlərlə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hadisə yerində olan şahid Nihad Xudulu dərhal hadisə barədə qışqıraraq kömək istəmiş, qısa müddət ərzində hadisə yerinə Şahid5 və digər şəxslər gəlmiş, Şahid5 və digər iki şəxs zərərçəkmişi maşına mindirərək xəstəxanaya aparmışlar. Hadisə, habelə onu törədən barədə ən qısa müddətdə hüquq-mühafizə orqanlarına məlum olmuş və Təqsirləndirilən şəxs yaxalanmışdır. Ona görə də məhkəmə nümayəndənin qeyd edilən vəsatətini həmin səbəblərdən əsassız hesab edir və məlumatın prokurorluğa göndərilməsini zəruri hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Qaradağ rayon prokurorluğunun arxivində saxlanılan maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - hadisə baş verən vaxt mərhum Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd cins şalvar, bir adǝd trusik, bir ədəd kurtka, bir ədəd ağ rəngli mayka, bir cüt corab, bir ədəd ağ rəngli kofta təyinatını itirdiyindən, habelə 02 ədəd qan nümunəsi, 01 ədəd bıçaq məhv edilsin. - Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd cins şalvar, bir ədəd ağ kofta onun yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübut - Zərərçəkmiş şəxs məxsus 01 ədəd "Redmi" markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 154 (yüz əlli dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov
Aygün Qurbanova
Fərid Namazov