Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-505/2020 19.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər MahmudovİlhamAğaoğluvəQəniyevFaiqƏsədoğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçiNamazzadəLeylaEytiqatqızı, Zərərçəkmiş şəxs Hüseyn oğlunun iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ev fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış. ünvan 1 ünvanında yaşayan və xx xxxxxx 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2010-cu il tarixdə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 26 saylı ünvanda yerləşən fərdi yaşayış evnin qarşısında, bibisi oğlu və yeznəsi olan Zərərçəkmiş şəxs Hüseyn oğlu ilə, aralarında yaranmış anlaşılmazlıq səbəbindən, yəni, İlhamın yaşadığı evin qarşısında quraşdırdığı təhlükəsizlik kamerasını Təqsirləndirilən şəxs sındırmaq istəməsi ilə bağlı şayiə yayması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu sinəsindən yumruqla vuraraq yerə yıxması və ayaqları ilə bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurması səbəbindən idarə etdiyi avtomobildən götürdüyü zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan, soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin sol tərəfindən bir dəfə qəsdən vuraraq ona sol qoltuqaltı nahiyənin daxilə nüfuz edən deşilmiş- kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evlərdə ustalıq edərək dolanır. Zərərçəkmiş şəxs Hüseyn oğlu onun həm yeznəsi, həmdə bibisi oğludur. Onların arasında həmişə yaxşı münasibət olmuşdur. Təxminən hadisədən bir ay əvvəl İlhamın ona qarşı soyuq münasibət göstərməsini hiss etmiş və İlhamı kənara çəkib nəyə görə ona qarşı belə hərəkət etdiyini soruşduqda, İlham ona demişdir ki, guya o, kiminsə yanında, onun evinə quraşdırdığı təhlükəsizlik kamerasını qıracağını demişdir. O, nə qədər İlhamdan ona bu sözü kimin dediyini soruşsa da, İlham həmin şəxsin adını ona demək istəməmişdir. Onda, İlhama belə söhbətləri yığışdırmasını demişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində həyat yoldaşı Rəbiyyə evə gələrək ona demişdir ki, İlham deyəsən bu söhbəti bağlamayıb, yenə də onun evinin təhlükəsizlik kamerasını sındırmaq istəməyi barədə danışırmış. O da yemək yedikdən sonra yoldaşını işə aparmaq istəyən zaman küçədə İlhamın öz avtomobilinin içərisində dayandığını görmüşdür. İlhama yaxınlaşmış və kənara çağıraraq, nə üçün yenə də onun haqqında yalan söhbətlər danışdığını soruşmuşdur. İlham da avtomobildən çıxmış və onun üzərinə hücum edərək yumruqla sinəsindən bir neçə dəfə vuraraq onu itələmiş və özünün ayağı ilişdiyi üçün yerə yıxılmışdır. Sonra İlham qalxaraq ayağı ilə onun bədəninin müxtəlif yerlərindən bır neçə dəfə təpiklə vurmuşdur. O, əsəbləşmiş, yerdən qalxaraq avtomobilinə yaxınlaşaraq saxlanc yerində olan bıçağı götürüb, ilhamı qorxutmaq üçün ona tərəf gəlmiş, həmin vaxt, İlham ani olaraq ona tərəf çevrildikdə özündən asılı olmayaraq əlindəki bıçaq onun bədəninə batmışdır. Bundan sonra həmin yerdən uzaqlaşaraq evinə getmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmədətədqiqedilmişdigərprotokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Hüseyn oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğlu, həmçinin, qaynıdır. xx xxxxxx 2019-cu il tarixdə qonşusu Əli ilə birlikdə qavtomobil ustasına getmişlər, saat 12 radələrində yaşadıqları məhəlləyə gəlmişlər. Onlar avtomobildə olarkən Müslüm və arvadı Rəbiyyə ona yaxınlaşaraq evin qarşısında quraşdırdığı kameranın guya onların sındırmaq istədiklərini kimin ona məlumat verməsini soruşmuş və həmin vaxt Rəbiyyə onu söyərək təhqir etmişdir. Bu zaman Müslümdə ona yaxınlaşaraq mübahisə etməyə başlamış, həmin vaxt o, əsəbləşdiyi üçün maşından düşərək Müslümlə əlbəyaxa olmuş və o Müslümü itələmiş, Müslüm yerə yıxılmışdır. Bundan sonra Müslüm yerdən qalxmış və özünə məxsus avtomobildən bıçaq götürüb ona bir dəfə xəsarət yetirmişdir. O, dərhal evə getmiş və qızı X4 Yardıma zəng etməsini bildirmişdir. Bir qədər sonra TTY avtomobili gəlmiş və onu 3 saylı X1 gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Hüseyn oğlu onun baldızı Sevilin yoldaşıdır. Bu hadisəyə kimi onların arasında əvvəllər münasibətləri yaxşı olub. xx xxxxxx 2019-cu il tarixdə Müslüm ona demişdir ki, İlham ona şər atır ki, guya onun evinə quraşdırdığı təhlükəsizlik kameralarını sındırmaq istəyir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində məhəllədə yerləşən ərzaq mağazasına çörək almağa getmiş, qayıdan zaman İlhamın öz avtomobilində əyləşdiyini görmüş və ona yaxınlaşaraq Müslümün onun evinə quraşdırdğı təhlükəsizlik kameralarını sındırmaq istəməsi ilə bağlı kiminsə yanında danışıb danışmadığını soruşmuş. İlham da bu məsələni bütün məhəllə sakinlərinin bildiyini demişdir. O da hansı qonşu bildiyini soruşmuş, lakin, İlham ona cavab verməmişdir. O söhpət uzanmasın deyə evə gəlmiş və məhəllədə İlhamla bu barədə danışmağını Müslümə demiş, onlar yemək yedikdən sonra Müslüm onu avtomobili ilə işə aparmaq üçün birlikdə bayıra çıxmışlar. Bu zaman İlham öz avtomobili ilə gəlib məhəllədə onların yanında saxlamışdır. Müslüm İlhama yaxınlaşıb bu söhbəti uzatmamasını, camaatın yanında onun haqqında yalan danışmamasını bildirmişdir. İlham avtomobildən düşüb Müslümə əl atmış və yumruqla Müslümün sinə nahiyyəsindən vurmuşdur. O da, onları aralamaq istəmiş və İlhamı sakitləşdirməyə çalışmışdır. Bu zaman Müslüm ayağa qalxmış, biraz sonra Müslüm İlhama yaxınlaşmış və İlham qaçaraq yaşadığı evə getmişdir. Həmin vaxt Müslümün əlində bıçaq görmüş və ondan İlhamın niyə qaçaraq evinə getdiyini soruşanda, Müslüm demişdir ki, bıçaqla İlhama xəsarət yetirıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun avtomobili xarab olduğu üçün İlhamla birlikdə onun maşınında usta gətirmək üçün “Üç qardaş” servisinə getmişlər. Orada usta ona demişdir ki, hava yağışlı olduğundan, avtomobilin altına girə bilmir. Bundan sonra İlhamla birlikdə yaşadığıqları məhəlləyə qayıtmış, İlham ona yolda demişdir ki, guya ki, Müslüm onun evinin qarşısında quraşdırdığı kameranı sındırmalıdır. O da İlhama bildirmişdir ki, bu barədə o, heçnə eşitməmişdir. Onlar məhəlləyə çatan zaman Müslüm yoldaşı Rəbiyyə ilə birlikdə İlhama yaxınlaşaraq, soruşmuşdur ki, «de görüm hansı qonşu deyib ki, mən sənin evinin qarşısına quraşdırdığın kameranı sındırmaq istəyirəm». Həmin zaman İlham maşından düşərək Müslümün yaxasından tutaraq itələmiş və Müslüm yerə yıxılmışdır. O, Müslümə kömək edib yerdən qaldırmış, bundan sonra Müslüm, özünə məxsus avtomobildən bıçaq götürərək İlhamın yanına gəlmiş və əlindəki bıçaqla İlhamın sol döş nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur. İlhamda qaçaraq evə getmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 86 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Hüseyn oğlunun bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: sol qoltuqaltı nahiyənin daxılə nüfuz edən deşilmiş-kəsilmiş yarası. Qeyd edilən xəsarət deşici- kəsici alətin (ola bilsin bıçaq) təsirindən törənmişdir, alınma müddəti şəxsin özünün göstərdiyi və tibbi sənəddə qeyd edilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə -krimıınalistik ekspertizasının xx xxxxxx 2019-cu ıl tarixli 290 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşicı-kəsiei xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəlişəkildə obyektiv hüquqi qiymət verərəkməhkəməbelə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanıtamsübutayetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edirki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddəilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsiüçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri vəictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AzərbaycanRespublikasının 59-cu maddəsinəəsasənTəqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və sonuncunun ondan şikayət və tələbinin olmamasıvəhərəkətlərindənsəmimipeşimanolmasıcəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasənəməlində cəzasını ağırlaşdırıcı halların olması müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, eləcədə onların qohum olmalarını və birgə qonşuluqda yaşamalarını, törədilmiş cinayətin ictimai təhlükəliliyinin aradan qaldırılmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini eləcədə onun yaşlı olmasını vəhərəkətlərindənsəmimipeşmanolmasını, o cümlədən baş vermiş hadisənin zərərçəkmiş şəxsin ona qarşı etdiyi kobud və qeyri qanuni hərəkətləri nəticəsində baş verməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür, odur ki, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi məqsədə uyğun hesab edilir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019cuiltarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində xx xxxxxx 2019-cu il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs24 noyabr2019-cuiltarixdənxx xxxxxx 2019cuiltarixəkimihəbsdəolduğu02 gün onatəyinolunacaq əsas cəzadan çıxılmalıdır. İş üzrə məhkəmə məsrəfləri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan mə Suraxanı RPİ-də saxlanılan bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsininhesabındanBakışəhər12 saylıvəkilbürosununhesabına 150 (yüzəlli) manatpulödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi həbsdə olduğu 02 (iki) gün ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki)il 11 (on bir) ay 28 (iyirmisəkkiz) günazadlıqdanməhrumetməcəzasısaxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsdavranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsbarəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə məhkəmə məsrəfləri 64 (altımş dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-də saxlanılan bir ədəd bıçaq məhv edilsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 150 (yüzəlli) manat pul ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-505/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-505/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver