Məhkəmə qərarları › İş №1(101)-505/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-505/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-505/2021 10.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs Əhməd oğlunun, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 12, mənzil 70 ünvanında faktiki yaşamış və barəsində həbs qətimkan tədbiri seçililib hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan vaxtda və şəraitdə başqa mənbədən külli miqdarda tərkibində təsiredici maddəsinin ümumi miqdarı 14,03 qram olan 61 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) həbləri, külli miqdarda 6,571 qram çəkidə psixotrop maddə amfetamin və çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 180,564 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edərək yaşadığı Bakı şəhəri, ünvan 12, mənzil 70 ünvanına daşımaqla gələcəkdə satışını həyata keçirmək məqsədi ilə bükümlərə bölüb saxlamış, təsiredici maddəsinin miqdarı 2,76 qram psixotrop maddə olan 12 ədəd MDMA (ekstazi) həblərinin bir ədədinin qiyməti 20 manat olmaqla cəmi 240 manata satışını həyata keçirmək barədə tanışı Şahid1 ilə əvvəlcədən razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 29 yanvar 2020-ci il tarixdə saat 15 radələrində təsiredici maddəsinin miqdarı 2,76 qram 12 ədəd psixotrop maddə MDMA (ekstazi) həblərini özünün yaşadığı ünvan 3 ünvanında satmaq üçün Şahid1 təhvil vermiş, qabaqcadan aralarında əldə olunmuş cinayətkar razılığa görə qrup üzvü Şahid1 alıcıları axtarmağı və psixotrop maddələri birbaşa alıcılara sataraq pulunu Təqsirləndirilən şəxs çatdırmağı öhdəsinə götürmüş, Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 29 yanvar 2020-ci il tarixdə saat 15:50-də Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və orada üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Şahid1 əynindəki qara rəngli paltonun sol yan cibindən satmaq məqsədi ilə Təqsirləndirilən şəxs təhvil alıb üzərində saxlamaqla daşıdığı 2,76 qram 12 ədəd psixotrop maddə MDMA (ekstazi) həbləri aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 17 radələrində əvvəlcədən əldə etdiyi narkotik vasitələr və külli miqdarda psixotrop maddələrdən 95,299 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 0,110 qram çəkidə psixotrop maddə amfetamini yaşadığı mənzildə saxlayıb, qalan 85,265 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 11,27 qram 49 ədəd psixotrop maddə MDMA (ekstazi) həbləri və külli miqdarda 6,461 qram çəkidə psixotrop maddə amfetamini satışını həyata keçirmək üçün üstündə götürüb saxlamaqla icarəyə götürdüyü ünvan 5 ünvanında yerləşən “Shato” adlanan bar-klubuna daşımış, 29 yanvar 2020-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yerləşən “Shato” bar-klubunda saxlanılarkən onun oturduğu masanın üstündən üzərində “OFF WHİTE” yazısı olan karton qutunun içərisindən 15 ədəd polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,368 qram, 5,416 qram, 6,131 qram, 5,042 qram, 7,771 qram, 6,329 qram, 5,159 qram, 5,582 qram, 4,886 qram, 6,213 qram, 5,885 qram, 5,239 qram, 5,119 qram, 5,880 qram və 5,245 qram olmaqla, ümumilikdə 85,265 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 17 ədəd polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,461 qram, 0,436 qram, 0,413 qram, 0,477 qram, 0,476 qram, 0,256 qram, 0,342 qram, 0,342 qram, 0,357 qram, 0,266 qram, 0,360 qram, 0,444 qram, 0,346 qram, 0,349 qram, 0,365 qram, 0,406 qram və 0,365 qram olmaqla, ümumilikdə külli miqdarda 6,461 qram çəkidə psixotrop maddə amfetamin və bir ədəd polietilen paketdə külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 11,27 qram psixotrop maddə 49 ədəd MDMA (ekstazi) həbləri aşkar edilərək götürülmüş, bundan sonra Nəsimi Rayon Məhkəməsinin qərarı əsasında 30 yanvar 2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında videoçəkilişlə axtarış aparılarkən yataq otağında giriş qapısı ilə üzbəüz yerləşən dolabın aşağı gözlüyündən bir ədəd polietilen torbada 90,885 qram, mətbəxdəki dolabdan və masanın üzərindən 1,798 qram və 2,616 qram olmaqla, ümumilikdə 95,299 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, mətbəxdəki masanın üzərindən bir ədəd polietilen torbacıqda 0,110 qram çəkidə psixotrop maddə amfetamin, yataq otağında giriş qapısı ilə üzbəüz yerləşən dolabın gözlüyündən və mətbəxtdəki dolabdan üzərində narkotik vasitə qurudulmuş marixuana izləri olan iki ədəd elektron tərəzi, yataq otağında giriş qapısı ilə üzbəüz yerləşən dolabın gözlüyündən üzərində narkotik vasitə qurudulmuş marixuana izləri olan bir ədəd “OFF WHİTE” yazılı kardon qutu aşkar edilərək götürülmüşdür. Bundan sonra o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi yuxarıda qeyd olunan cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı cinayət təqibi orqanından gizləndiyi üçün axtarışda olduğu müddətdə təkrarən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən 11 ədəd şəffaf sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,733 qram, 2,616 qram, 2,598 qram, 2,531 qram, 2,538 qram, 2,488 qram, 2,581 qram, 2,623 qram, 2,608 qram, 2,645 qram və 2,576 qram olmaqla, ümumilikdə 28,537 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində gəzdirdiyi “X30” yazılı bel çantasının içərisində saxlamaqla daşımış, barəsində elan olunmuş axtarışın icrası ilə əlaqədar 12 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 6 ünvanının qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilib orada videoçəkilişlə üzərindəki əl çantasına baxış keçirilərkən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamaqla daşıdığı 11 ədəd şəffaf sellofan paketlərdən ibarət ümumilikdə 28,537 qram çəkidə həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, o, nə 29 yanvar 2020-ci il tarixdə “Shato” klubunda, nə onun yaşadığı mənzildə aşkar edildiyi deyilən, nə sonradan saxlanılarkən onun əl çantasından götürüldüyü deyilən, nə də Şahid1 götürlüdüyü deyilən narkotik vasitə və psixotrop maddələri əvvəllər görməmişdir. Həmin narkotik vasitələrin və psixotrop maddələrin ona və onun tanışlarına aidiyyəti olmayıb. Bu narkotik vasitələri və psixotrop maddələri o, əvvəllər görməyib və bu narkotik vasitələr ittihamda göstərilən yerlərdən aşkarlanmayıb. Onun psixotrop vasitə və narkotik maddələrin mənşəyi və kimə məxsusluğu barəsində məlumatı yoxdur. O, tutulana qədər onun mənzilində və işlədiyi klubda narkotik maddə və ya vasitə olmayıb. Narkotik vasitə və maddələri mənzilə və kluba kim və ya kimlər tərəfindən nə məqsədlə gətirilməsindən məlumatsızdır. Tutulandan sonra başa düşüb ki, bütün bunlar onu tutmaq üçün təşkil olunub. Onu heç bir əsas olmadan məsuliyyətə cəlb edib tutublar, sonra da barəsində həbs seçilib. İstintaqın gedişində həbsin uzadılması barəsindəki təqdimat məhkəmə tərəfindən təmin olunnmayıb onu açıb buraxıb, lakin onun barəsində cinayət işi qalıb. O, əvvəllər polis orqanlarında xidmət edib. Barəsində cinayət işi olduğunu bilən, keçmiş polis əməkdaşının üstündə narkotik vasitə ya maddə gəzdirməsinə kim inanar. Bunlar hamısı saxtadır. Polis əməkdaşları onu klubda saxlayarkən nə onun üzərində, nə də klubda narkotik vasitə və psixotrop maddə olmamışdır. Klubda əsaslı təmir gedirdi. Təmir yekunlaşmamışdı. Orada ümumiyyətlə masa da yox idi. Deyirlər ki, o, narkotik maddələri masanın üstündə qoyub satırmış. O, vaxt klubda heç masa olmayıb. Bunlar yalandır. O, Şahid1 də MDMA həbləri verməmişdir. Nə İlqar vasitəsi ilə, nə də özü narkotik vasitələrin və maddələrin satışı ilə məşqul olmamışdır. O, İlqara djeylik öyrətmişdir. Bu səbəbdən də İlqar onun yaşadığı mənzilə və təmir etdiyi kluba gəlib getmişdir. O, İlqara heç vaxt narkotik vasitə və psixotrop maddə verməmişdir. Buna baxmayaraq onu cəlb etmişlər, o, guya narkotik vasitələri və maddələri İlqar vasitəsi ilə satır. Guya o, İlqarla birlikdə narkotik vasitə və maddə satır. O, İlqarla nə vaxt və kimə narkotik satıb, bunu demirlər və ittihamda da yazmayıblar. Bir nəfər şahid, bir nəfər alıcı yoxdur ki, onun İlqarla birlikdə narkotik satdığını təsdiq etsin. Yaza və deyə də bilməzlər. Çünki belə hal olmayıb. 2020-ci ilin aprel ayında Xətai rayon məhkəməsinin qərarı ilə onun həbsdə saxlama müddətinin uzadılmasından imtina edilib o, həbsdən azad edilmişdir. Bakı şəhər prokurorluğu həbsinin uzadılmasından imtina edilməsinə dair Xətai rayon məhkəməsinin qərarından apellyasiya prostesti vermişdi. 29 aprel 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində protestə baxılmalı idi. O da deyilən vaxtda məhkəməyə getmiş, lakin onu məhkəmənin binasına buraxmamışlar. O da məhkəmənin qapısında uzun müddət gözləmiş, lakin onu məhkəmə zalına buraxmadıqları üçün oradan getmişdir. Bundan sonra nə baş verdiyindən o, məlumatsız olmuşdur. Onun barəsində axtarış elan olunduğunu bilməmişdir. Bu barədə müstəntiq də ona heç bir məlumat verməmişdir. Onun və müdafiəçisinin əlaqə telefonlarının nömərələri müstəndiqdə olmuşdur, lakin apellyasiya məhkəməsindən sonra ona nə müstəntiq, nə də başqası məlumat göndərməmiş, onu istintaqa çağırmamışdır. O, ya telefonla və ya da ailə üzvü vasitəsi ilə istintaqa çağırılmamışdır. Bu haqda ona müdafiəçisi də bir öz deməmişdir. Həmin müddətdə o, evdə olub və mobil telefonu açıq olmuşdur. O, müstəntiqin onu çağırmasını gözləyib sərbsət şəkildə şəhərdə hərkət etmişdir. 12 sentyabr 2020-ci il tarixdə saat 10:45-də o, Səbail rayonu «Tarqovu» deyilən ərazidə həmişəki kimi sərbəst gəzərkən onu mülki geyimdə olan iki polis əməkdaşı saxlamışdır. O, saxlanılarkən onun çiynində qara rəngli çanta olmuşdur. Onu saxladıqdan sonra çantanı polis əmkdaşları onun əlindən alıb onu taksiyə otuzdurub özləri ilə Nəsimi Rayon Polis İdarəsinə aparmışlar. İdarədə saat 14:00 radələrində onu istintaqa təhvil verəndə onun çantasını ona qaytarmışlar. Onda çantasına baxış keçirdilər və guya çantadan on bir bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar etdilər. Onun çantasında nə heç bir bükülü olmayıb. Həmin bükülülərin ona aidiyyəti yoxdur. Narkotik vasitəni onun çantasına kimin qoyduğunu bilmir. Həmin çanta o, saxlanılan andan onun içərisinə baxış keçirilənə qədər yəni, saat 14:00-dək nə onda, nə də onun yanında olmamışdır. Çanta başqa kabinetdə olan polis əməkdaşlarında olub. Buna görə də çantanın içərisindən aşkar olunub götürlməsi deyilən qurudulmuş marixuananın ona aidiyyəti yoxdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və qəbul etməmişdir. İstintaq zamanı bütün vasitə və üsullarla onun narkoman olmasını sübuta yetirməyə çalışmışlar. Bir şahiddən bütün klublarda narkotik vasitələrdən, maddələrdən istifadə edilməsi, digərindən klublarda narkotik vasitələrin, maddələrin satıldığı, bir başqasından onun da işlətdiyi klubda kiminsə kimə narkotik satdığını hiss etdiyini və ya müşahidə etdiyi barəsində ifadələr alıb ona elan olunmuş ittihamın əsaslı olmasını göstərməyə çalışmışlar. Bunların hamısı yalandır. İstintaq zamanı bütün istintaq hərəkətələri qanuna zidd aparılıb. Hal şahidləri polis əməkdaşlarının tanışları olub, lakin deyirlər ki, polis onları küçədən çağırıb. Məhkəmədə hal şahidi qismində dindirilən Şahid12 onun evinə polis əməkdaşlarının maşınında gəlib. Onu polis əməkdaşları çağırmayıblar. Elşad deyir ki, onun evində çox pişik vardı. Bu da yalandır. O, evdə pişik saxlamır. Onun evindən narkotik vasitə çıxmayıb. Bütün bunları Şahid12 yalan deyir. Həmin vaxt polis əməkdaşları qapını sındırıb onun mənzilinə daxil olmuşlar. Evin işığını söndürmüşlər. Sonra da evdən narkotik tapılmışdır. Məhkəmədə dindirilən şahid Gülnarə düz deyir. Baxış keçirilməmişdən qabaq onu bir saat ərzində dizləri üstündə yerdə oturdub döymüşlər. Onun üzərindən mənzilin açarını axtarıb taparaq onu aşağıda saxlayıb özləri mənzilə çıxmışdılar. O, ***-***-**-** mobil nömrə onun istifadəsində olduğunu təsdiq edir. Ona elan olunmuş ittihamı qəbul etmir. O, cinayət törətməyib. Onun polis əməkdaşları ilə heç vaxt ədavəti və ya problemi olmayıb. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etməsinin səbəbini bilmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərmişdir: « 29 yanvar 2020-ci il tarixdə o, “Shato” klubunda saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Eləcə də, yaşadığı mənzildə də, narkotik vasitələr və psixotrop maddə olmamışdır. Həmin narkotik vasitələrin və psixotrop maddələrin mənzilə və klubda kim və ya kimlərin qoyduğunu bilmir. Polis əməkdaşları həmin tarixdə onu klubda saxlayarkən üzərində və klubda ümumiyyətlə narkotik vasitə və psixotrop maddə olmamışdır. Belə ki, orada əsaslı təmir getdiyi üçün masa ümumiyyətlə yox imiş. O, Şahid1 “MDMA” həbləri verməmişdir. İlqara dijeylik öyrətdiyi üçün İlqar yaşadığı mənzilə və kluba gəlib-gedirmiş. Buna baxmayaraq o, İlqara narkotik vasitə və psixotrop maddə verməmişdir. 2020-ci ilin aprel ayında Xətai rayon məhkəməsinin qərarı ilə həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və həbsdən azad edilmişdir. Bakı şəhər prokurorluğu həbsinin uzadılmasından imtina edilməsinə dair Xətai rayon məhkəməsinin qərarından apellyasiya prostesti vermişdir. 29 aprel 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində prostestə baxılırmış. O, məhkəmə prosesinə getsə də, onu məhkəmənin binasına buraxmamışlar. Orada çox gözlədiyi üçün və məhkəmə zalına buraxmadıqları üçün o, oradan getmişdir. Barəsində axtarış elan olunduğunu bilmirmiş. 12 sentyabr 2020-ci il tarixdə saat 10:45-də o, Səbail rayonu Tarqovu deyilən ərazidə piyada gəzərkən onu iki mülki geyimli polis əməkdaşı saxlamışdır. O, saxlanılarkən çiynində qara rəngli çanta var imiş. Onu saxladıqdan sonra çantasını əlindən almışlar, lakin birlikdə taksi avtomobili ilə Nəsimi Rayon Polis İdarəsinə getmişlər. İdarədə saat 14 radələrində istintaqa təhvil veriləndə saxlanılarkən çiynində olan çantasını ona qaytarmışlar. O, müqavilə bağladığı vəkil Zöhrab Əskərovun oraya çağırılmasını istəmişdir. Zöhrab Əskərov idarəyə gəldikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış, çantasına isə baxış keçirmişlər. Çantasından 11 bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin narkotik vasitə ona məxsus deyilmiş və narkotik vasitəni çantasına kimin qoyduğunu da, bilmir. Çanta saat 11-dən saat 14-dək onun üzərində olmamışdır. Doğrudur, çantadan aşkar olunmuş şəxsi əşyalar ona məxsus imiş, lakin narkotik vasitə ona məxsus deyil. O, narkotik vasitələrin satışı ilə məşğul olmur və qəbul etmir. ***-***-**-** mobil nömrə onun istifadəsində olmuşdur.» Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs 2019-cu ilin yayından etibarən tanıyır. Onlar klubda tanış olmuşlar. Aralarında normal münasibətləri vardır. Ədavətləri yoxdur. Rəşad ona dj-lik öyrədib. O, Rəşaddan nə narkotik vasitə, nə də narkotik maddə almayıb. Rəşad ona satmaq üçün də narkotik vasitə və ya maddə də verməyib. O, Rəşadın narkotik vasitələrin satışı ilə məşqul olduğnunu nə görməyib, nə də bu barədə eşitməyib. Rəşad özü də narkotk vasitə və maddələrdən də istifadə etməyib. O, istintaq zamanı ifadələrini işgəncə altında vermişdir. Onu ifadə verərəkən şapalaqla, taxta ilə döymüşlər. O, bu barədə 2020-ci ilin aprel aynının 19-da Nəsimi rayon prokurorluğuna şikayət etmişdir. O, 2020ci ilin yanvar ayının 29-da tutulmuşdur. Polislərdən qorxduğu üçün onlardan aprel ayında polis əməkdaşlarının ona işgəncə verməsi barəsində prokurorluğa şikayət etmişdir. Özü hazırda həbsdədir. Cinayət Məclləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunur. O, ekstazi həblərindən və qurudulmuş marixuanadan istifadə edir. İstifadə etdiyi ekstezini internetlə alır, lakin hazırda aldığı saytın adını xatırlamır. O, internetlə aldığı narkotik vasitələrin pulunu da ona deyilən adamla görüşüb ona vermişdir. Həmin şəxsləri tanımır. Onun internetlə aldığı narkotiklərə Rəşadın heç bir aidiyyəti olmayıb. Rəşadın bundan xəbəri də olmayıb. O, Rəşadı DJ kimi tanıyır. Onun özünün telefon nömrəsi 070 *** ** ** olub. Marixuananı isə o, Eldar adlı tanışından alır. Sonuncu dəfə də o, tutulanda onun üstündən aşkar edilmiş həbləri də Eldardan almışdır. O, tutulandan sonra bölmədə polis əməkdaşlarına da bunu demişdir, lakin polis əməkdaşları ondan onun əlaqə saxladığı şəxslərdən yalnız Rəşadı tanıyıb tanımadığını soruşurdular. O da Rəşadı DJ kimi tanıdığını deyib. Onun barəsində başqa heç nə deməmişdir. Polis əməkdaşlarını isə yalnız Rəşad maraqlandırırdı və onun barəsində soruşurdular. Polis əməkdaşları ona narkotik vasitələrin Rəşaddan aldığnı deməsini tələb edib ona işgəncə vermişlər. Ondan polis əməkdaşlarının əlaqə saxladığıı şəxslərdən yalnız Rəşadı tanıyıb-tanımadıqlarını soruşmasının səbəbini bilmir. O, tutulanda ondan aşkar olunan narkotik vasitələri Eldardan aldığını etiraf etmişdir, lakin polis əməkdaşlarının ona Eldarla bağlı deyil, Rəşadla bağlı suallar verib ona işgəncə vermələrinin də səbəbini bilmir. O, istintaq zamanı verdiyi ifadələrini oxumamışdır, həmin ifadələrin məzmununu bilmir. Müstəntiq də onun adından yazılmış ifadələrini ona oxumayıb. Həmin ifadələri müstəntiq yazıb, sonra da ona məcbur edib qol çəkdiriblər. Onunla Rəşad arasında üzləşdirmə olmayıb. O, Rəşadı bir dəfə kameraya aparılanda onu arxadan görüb. Ona polis əməkdaşları dedilər ki, Rəşad da ifadələrində polis əməkdaşının ona dediyi kimi yazıbdır, lakin nə yazdığını deməyiblər.Tutuldğu iki gün ərzində polis əməkdaşları ona müxətəlif sənədələrə qol çəkdirmişlər. Onu əvvəlcə 29 yanvar 2020-ci il tarixdə saat 15:15 dəqiqədə tutub, 31 yanvarda evə buraxdılar. Sonra həmin ilin iyun ayının 22-də tutdular və dedilər ki, narkotikanın satışı ilə bağlı tutulursan. Soruşandakı kimə nə satıb, dedilər sonra bilərsən. Heç vaxt onunla Rəşad arasında narkotik vasitə və ya maddə barəsində danışıqlar olmayıb. O, Rəşdla ancaq öz işləri barəsində danışıbdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilərəkən göstərmişdir: « o, Bakı Musiqi Akademiyasını 2015-ci ildə bitirmişdir. Rəsmi iş yeri olmasa da hərdən bir toy məclislərində və dövlət tədbirlərində “Viola/alt” musiqi alətində ifa edir. 2016-ci ildən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2019-cu ilin avqust ayından isə hərdən bir “MDMA” adlı həblərdən istifadə edir. Mütəmadi həmin həblərdən qəbul etək olmur. Çünki, beyinə böyük zərər vurur. Yaddaş pozğunluğuna gətirib çıxara bilir. Həmin həblərdən tutulana kimi, yəni cinayət əməli ifşa olunanadək 3 dəfə əldə etmişdir. Hər üç dəfə də, həmin həbləri təxminən 2019-cu ilin yanvar ayından tanıdığı Bakı şəhəri, Səbail rayonunda “MUM” univermağının yaxınlığında yaşayan Təqsirləndirilən şəxs satın almışdır. Belə ki, o, Rəşadla Bakı şəhəri 3-cü mikrorayonda fəaliyyət göstərən gecə klubunda tanış olmuşdur. Rəşad onun musiqiçi olduğunu bildiyi üçün tanışlığı yaranmışdır. Lakin ilk əvvəllər tanışlığı yaransa da, bir-birilərində mobil nömrələri yox imiş və əlaqə saxlamırmış. 2019-cu ilin təxminən iyun-iyul aylarında Rəşadla “Facebook” sosial şəbəkəsində danışmağa başlamışdır. Həmin ərəfələrdə Rəşad Səbail rayonu, M.Muxtarov küçəsi 3 ünvanında yerləşən “Shato” karaoke klubuna tez-tez gəlib-gedirmiş. Çünki, o, həmin kluba bir neçə dəfə də, gecə saat 02-03 radələrində gedəndə Rəşadı orada görmüşdür. Rəşad orada dijeylik edirmiş. O, “Facebook”-da Rəşada yazmışdır ki, ona dijeyliyi öyrətsin, Rəşad da, onu “Shato” klubuna dəvət etmişdir. O, da, hərdən bir həmin kluba gedirmiş. Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, yaşadığı mənzildə ona dijeylik öyrədə bilər. O, da, 2-3 dəfə Rəşadın yaşadığı Səbail rayonu, Zərgərpalan küçəsi 5 saylı binaya getmişdir. Mənzilin nömrəsini xatırlamır. Lakin Rəşadın mənzili 3-cü mərtəbədə yerləşirmiş. Mənzilinə gedəndə mənzildə heç kəs qarşılaşmırmış. Qonaq otağında onu öyrədirmiş. Kluba gecə vaxtı gedən şəxslərin əksəriyyəti narkotik vasitələrdən və ya psixotrop maddələrdən qəbul edir ki, şən olsun və əylənsin. Rəşad onun narkotik vasitə qəbul etdiyini bildiyi üçün ona demişdir ki, nəsə lazım olsa ona deyə bilər. 2019-cu ilin avqust ayında o, “MDMA” adlanan həbin adama enerji verdiyini və emosiyalarını yaxşı mənada qabartdığı üçün, bir sözlə insanı şənləndirdiyini eşitmişdir. Həmin ərəfələrdə dəqiq xatırlamır ya “Facebook” ya da klubda Rəşaddan “MDMA”, məişətdə “ekstazi” adlanan həblərdən almaq istədiyini demişdir. Ondan bu həbləri necə əldə edə biləcəyini soruşmuşdur. Rəşad ona demişdir ki, onda satlıq “ekstazi” və başqa psixotrop maddələr və narkotik vasitələrdən vardır. Həmin ərəfələrdə gecə saatlarında “Shato” klubunda Rəşaddan xatırlamadığı sayda ekstazi həblərini bir ədədi 20 manat olmaqla satın almışdır. Rəşad həbləri ona satanda yanında heç kəs yox imiş. O, istifadəsində və adına olan ***-***-**-** saylı mobil nömrə ilə Rəşadın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayırmış. Lakin tez-tez əlaqə saxlamırmışlar. Rəşaddan aldığı həbləri 2-3 həftə ərzində qəbul etmişdir. Bundan sonra 2019-cü ilin dekabr ayında da, Rəşaddan bir neçə ədəd həmin həblərdən “Shato” klubunun yaxınlığında almışdır. Həmin ərəfədə Rəşadla istifadəsində və adına olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayırmış. Digər nömrəni isə hərdənbir istifadə edirmiş. Telefonla qısa və lakonik şəkildə Rəşadla danışırmışlar. 29 yanvar 2020-ci il tarixdə Rəşada Whatsappda yazmışdır ki, o,12 ədəd ekstazi həbini almaq istəyir. Rəşad onu yaşadığı mənzilə dəvət etmişdir. O, da, saat təxminən 14-15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu, Zərgərpalan küçəsi 5 saylı binanın qarşısına getmişdir. Bina 189 və 190 saylı orta məktəblərlə üzbəüz yerləşir. O, binaya gedəndə binanın fasadı təmir olunurmuş. Rəşadın yaşadığı blokun girişinin üzərində fasad təmir işləri aparılırmış. Rəşad ona demişdir ki, üçüncü mərtəbəyə qalxsın. O, da, üçüncü mərtəbəyə qalxmışdır. Rəşadın mənzilin qapısını açıb onu qarşılamışdır. O, Rəşada demişdir ki, cəmi onda 200 manat pul var, lakin 12 ədəd həb almaq istəyirmiş. Rəşad ona 10 ədədini 200 manat müqabilində vermiş və əlavə olaraq 2 ədəd həbi də, hörmət əlaməti olaraq vermişdir. Həmin vaxt yanında heç kəs yox imiş. O, və Rəşad həmişə birbirinə yazdıqlarını pozurmuşlar. Doğrudur o, əvvəlki ifadələrində Rəşadın ona psixotrop maddəni “Səadət” şadlıq evinin qarşısında səhər saatlarında satdığını qeyd etmişdir. Bu cür ifadələrində göstərməyinə səbəb bu imiş ki, əvvəl də, Rəşaddan psixotrop maddəni şadlıq evinin yaxınlığında almışdır, fikirləşmişdir ki, əgər mənzildə psixotrop maddəni aldığını göstərsə polis əməkdaşları onun mənzilində axtarış aparar və ailə üzvləri narahat olar. Ən azından ona görə ki, Rəşad onu mənzilinə bir neçə dəfə olmuş və onu yaxşı qarşılamışdır. Lakin hazırda həqiqəti bildirmək istəmişdir. O, aldığı həbləri əynindəki paltonun sol yan cibində salafan paketdə qoymuşdur. Oradan piyada yaşadığı ünvana tərəf gəlməyə başlamışdır. 28 Mall ticarət mərkəzinin yaxınlığında, Nəsimi rayonu Fizuli küçəsində olanda polis əməkdaşları tərəfindən saxlanılmış və Nəsimi rayon polis idarəsinə gətirilmişdir. Orada təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına və öz seçdiyi müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əynində qara palto, göy rəngli cins şalvar və açıq-sarı rəngli, dabanı ağ rəngli idman ayaqqabısı var imiş. İlk öncə ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan əşya və ya predmet varsa təqdim etsin. O, da, könüllü olaraq qara paltonun sol yan cibində saxladığı 12 ədəd “MDMA” həbini təqdim etmişdir. Həmin həblər zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Protokolu və zərfi imzalamışdır. Müdafiəçisi izahatının alınmasında və digər prosessual hərəkətlərdə iştirak etsə də, üzərinə şəxsi axtarış keçirilən zaman iştirak etmək istəməmiş və o, da, buna etiraz etməmişdir. Çünki, onsuz da, üzərində saxladığı həbləri könüllü təqdim etmək istəyirmiş. Üzərindən aşkar olunan həbləri kimdən aldığı soruşulanda o, da, həbləri Təqsirləndirilən şəxs satın aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları bildiyinə görə Təqsirləndirilən şəxs “Shato” klubunda saxlayarkən masanın üzərində ona satdığı ekstazi həblərindən və narkotik vasitələr aşkar olunmuşdur. O, ekstazi həblərini şəxsi istifadəsi üçün əldə etmişdir. O, saxlanılarkən Nəsimi RPİ-nə gətirilərkən, üzərinizə şəxsi axtarış keçirilərkən və izahatı alınarkən ona polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq olunmamışdır. Doğrudur, o, klubda təmir işlərinə klubda adminstrator işləyən Səid Bayramovun xahişi ilə nəzarət edirmiş. Bəzən Səid kluba başqa işləri olduğundan gəlmədiyi üçün açarı onda qalırmış. Sabahsı gün səhər saatlarında kluba gəlib qapısını açırmış. Orada 2 zal və 1 kabinet vardır. Rəşad da, arada təmirə nəzarət etmək üçün oraya gəlirmiş. Tutulmamışdan bir gün ya da iki gün əvvəl kluba gedib qapını açmış və açarı təhvil vermişdir. Lakin onu oradan heç kəs qovmamış, onu orada Səid, Rəşad və ya başqaları danlamamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Rəşad ifadələrində eləcə də, onunla üzləşdirmə zamanı da, həqiqəti etiraf etmək istəmir. O, tutulmamışdan bir və ya bir neçə gün əvvəl klubda olarkən klubun zallarında kiçik ölçülü və hündürlüyü alçaq olan iki ədəd masa var imiş. İri masaları isə təmirə görə oradan çıxarmışlar. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Şəxsi münasibətləri olmayıb. O, özü Nəsimi rayon polis idarəsinddə xidmət edir. Təqsirləndirilən şəxsı bu işlə bağlı onlar saxlayıblar. Rəşaddan əvvəl Şahid1 digər əməkdaşlar saxlamışlar. İlqardan narkotik vasitə aşkar olunmuşdu. İlqar da həmin narkotiklərin Rəşaddan aldığını demişdi. Bundan sonra İqar onların tapşırığı ilə Rəşada zəng edib onunla görüşmək və ondan ekstazi almaq istədiyiyni dedi. Rəşad əvvəl evdə olduğnu, sonra isə Səadət sarayının yanındakı «Şato» adlı klubda olduğnu dedi. Onlar da kluba getmişlər. Onlar kluba daxil olduqdan sonra Rəşad qaçmağa çalışdı. O, klubda stolun üstündə qutu görüb həmin qutunu götürmüşdür. Rəşadın şəxsiyyətinə əmin olmaq üçün ondan şəxsiyyt vəsiqəsini istədilər. Rəşad şəxsiyyət vəsiqəsinin evdə olduğunu dedi. Bundan sonra onlar Rəşadla birlikdə onun evinə getmişlər. O, Rəşadın qaça bilməsini güman edib, əlavə qüvvə də çağırmışdır. Qutudan ekstazi, marixuana, amfetamin çıxdı. Həmin qütudan Rəşadın evindən də çıxdı. Qutu köhnə şahmat qutusu idi. Üzərində yazı var idi. Həmin günü mənzilə daxil olmamışlar. Səhəri gün müstəntiqlə Rəşadgilin evinə baxışa getmişlər. Rəşadı da özləri ilə aparmışlar. Rəşad mənzilə daxil olmadı. Mənzilə Rəşadın atası, vəkili və digər polis əməkdaşları daxil olub orada axtarış aparmışlar. Rəşad da şübhəli şəxs qismində saxlanıldı və buraxılmadı. O, tutlandan bir gün sonra Rəşada ittiham verildi və həbs edildi. Sonradan Rəşad «Torqovı» da tututulan da onun üzərindən narkotik vasitə çıxdı. İlqar tutulanda əvvəlcə Rəşadın kim olduğnu demədi. Dedi ki, keçmiş polis əməkdaşıdır. Onu tuta bilməzsiniz. Onlar da idarədən çıxıb «Şato» klubuna getmişlər. O, ora gedəndə müstəntiq də dəvət etmişdir. Ora onun rəhbərliyi ilə üç nəfər getmişdir. Klubun qapısını kim açdığını xatırlamır. Onlar ora gedəndə İlqar Rzaeyin fikirləri əsasnda onlarda Rəşadın xarici əlamətələri barəsində fikir formalaşmışdır. Onlar Rəşad qaçanda onu tutub ona işgəncə verməmişlər, onlar Rəşadı zərərsizləşdirmişlər. Onların otaqdan götürdükləri qutu masanın üzərində olmuşdur. Onlar həmin qutunu təhqiqatçıya təqdim etmişlər. «Şato» klubunda çəkiliş aparmağa, hal şahid çağırmağa şərait yox idi. Obyektdəkilər də qaçırdılar. O, klubdan götürdüyü qutunu təhqiqatçıya təqdim etmişdir. Kluba hal şahidləri gətirməyə və vileoçəkliş aparmağa imkanları olmayıb. Onlar çalışmışlar ki, klubda olan şəxslər qaçmasın. Onlar kluba gedəndə İlqarı da özləri ilə aparmışlar, lakin İlqarı klubun içərisinə salmamışlar. Klubdan qutunu götürərəkən bu barədə protokol yazılıb-yazılmamağını xatırlamır. Rəşad tutuluduqdan sonra onu döyməmişlər. Əgər döyülübsə, ekspertiza təyin olunmasını istəyərdi, ekspertiza təyin olunub araşdırlardı. Onlar əməliyyat keçirilməsi barəsində prokurorluğa məlumat verirlər. Şahid4 məhkəmədə elan olunub araşdırılmış ifadələrində göstərmişdir: «29 yanvar 2020-ci il tarixdə Nəsimi rayonu, 28 Mall ticarət mərkəzinin yaxınlığında yaşayan İlqar adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Ülvi İsmayılov əməliyyat məlumatı əldə etmişdi. İlqar adlı şəxsin şəxsiyyətini müəyyən edilməsi və onun cinayət əməlini ifşa etmək məqsədilə həmin tarixdə saat 15:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İlqar adlı şəxs həmin ərazidə saxlanılaraq Nəsimi RPİ-nə gətirildi. Müəyyən edildi ki, İlqar adlı şəxs Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi dalan 3, ev 3-də yaşayan Şahid1dur. Şahid1 üzərinə şəxsi axtarış zamanı onun üzərindən 12 ədəd psixotrop maddə olan “MDMA” həbləri aşkar edildi. Şahid1 bildirmişdi ki, üzərindən aşkar olunmuş “MDMA” həblərini ünvan 9 ünvanında “Səadət” Nikah sarayı ilə üzbəüz kafedə Təqsirləndirilən şəxs adlı şəxsdən satın almışdır. Bundan əvvəl də, Təqsirləndirilən şəxs adlı şəxsin sözü gedən “Shato” adlı klubda qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları əldə etmişdi, lakin Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən edə bilmədiyinə görə və əməliyyat məlumatı kifayət etmədiyinə görə onun ətrafında əməliyyat tədbiri keçirilməsi baş tutmamışdır. Şahid1 mənbəsi olan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün RPİ-nin 22-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Tariyel Mahmudovun 29.02.2020-ci il tarixli əməliyyat tapşırığı əsasında tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsindən ötrü qərar qəbul edilmiş və idarə rəisinin əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Qrupa o, Nəsimi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkilləri, polis serjantları Şahid5 və Lətif Əlizadə daxil imişlər. Şahid1 istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olduğunu, Təqsirləndirilən şəxs isə istifadəsində ***-***-**-** saylı mobil nömrə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs olduğu yerini müəyyən etmək üçün onların təklifi ilə Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub yalandan psixotrop maddə istədiyini bildirmişdir. Rəşad demişdir ki, evdədir, evinə gəlsin. Lakin bir az sonra idarədən çıxanda İlqar onların təklifi ilə Rəşada zəng vurmuşdur. Rəşad bildirmişdir ki, mənzildən çıxıb “Shato” klubuna gedir, İlqarı oraya dəvət etmişdir. Saat təxminən 17:45 radələrində Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 9 ünvanında “Səadət” Nikah sarayı ilə üzbəüz “Shato” klubuna daxil olmuşlar. Kluba daxil olarkən klubda masa arxasında oturmuş tanımadığı şəxs masadan duraraq qaçmağa cəhd etmişdir. Həmin şəxsin Təqsirləndirilən şəxs adlı şəxs olması onlarda əminlik yaratdığından həmin şəxs qaçmağa cəhd edərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. Həmin vaxt klubda olan Təqsirləndirilən şəxs tanışları olan tanımadıqları bir qız və bir oğlan sonuncunun tərəfindən sərbəst buraxılmasına aktiv hərəkətləri ilə cəhd göstərdiklərinə və Təqsirləndirilən şəxs oturduğu masanın üzərində içərisində narkotik vasitə və psixotrop maddə olması ehtimal edilən üzərində “Off White” sözləri yazılmış qara rəngli və sarı rəngli zolaqlı karton qutu olduğu üçün həmin maddələrin tanışları tərəfindən gizlədilməsinə ehtimalları olduğundan, eləcə də, sayları az olduğuna görə tərəfindən masa üzərində olan kardon qutu götürülmüşdür. Çünki, başqa yolu yox imiş. Klubda demək olar ki, müştəri yox imiş. Rəşadın tanışları olan klubun işçiləri var imiş. Ona görə də, orada baxış və götürmə protokolu tərtib etmək, hal şahidləri dəvət etmək və mobil telefonla videoçəkiliş etmək üçün heç cür şərait və vaxtı olmamışdır. Bir az gec tərpənsəydilər, yəni kardon qutunu götürməsəydi, klubda olan Rəşadın tanışları kardon qutunu aparıb gizlədirdilər və Rəşadın cinayət əməlini ifşa edə bilməzdilər. Kardon qutunun içərisində 15 ədəd salafan bükümdə narkotik vasitə olan marixuana, 17 ədəd bükümdə psixotrop maddə olması ehtimal edilən kütlə və 49 ədəd üzərində “Tesla” yazısı həkk olunmuş psixotrop maddə olması ehtimal edilən həblər var imiş. Tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşdirmişlər, avtomobilə əyləşən zaman cibindən mənzil açarı yerə düşmüşdür. Rəşaddan əsl ad və soyadı nə olduğunu və harada yaşadığını soruşmuşdur. Rəşad bildirmişdir ki, Bakı şəhəri, ünvan 12, mənzil 70-də yaşayır. Rəşaddan şəxsiyyət vəsiqəsinin onlara təqdim etməsini təklif etmişdir. Rəşad isə bildirmişdir ki, şəxsiyyət vəsiqəsi evindədir, təqdim edə bilər. Təqsirləndirilən şəxs saxlanıldığı yer yaşadığı ünvanın yaxınlığında olduğu üçün Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Buna kimi idarə rəhbərliyinə məruzə etməklə köməyə bir neçə polis əməkdaşı və təhqiqatçı çağırmışdır ki, mənzilə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirsinlər. Təqsirləndirilən şəxslə binanın qarşısına gəlsələr də, Təqsirləndirilən şəxs mənzilinə daxil olmaq istəmədiyini və yalnız ona vəkil verildikdən sonra mənzilə polis əməkdaşları ilə daxil olacağını bildirmişdir. Ona görə də, mənzilə daxil olmamışlar və oradan birbaşa Nəsimi RPİ-nə gəlmişlər. “Shato” klubundan Təqsirləndirilən şəxs məxsus götürdüyü narkotik vasitə, psixotrop maddələr və mənzilinin açarı raportla təhqiqatçıya təqdim edilmişdir. Hüquqlarının müdafiə edilməsi üçün idarəyə vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Ona şübhəli şəxs kimi hüquq və vəzifələri vəkilin iştirakı ilə izah olunmuşdur. Müdafiəçi şəxsi axtarışda iştirakdan imtina etmişdir. Bundan sonra videokamera çəkilişi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamışdır. Klubdan götürülmüş 15 ədəd salafan bükümdə narkotik vasitə olan marixuana, 17 ədəd bükümdə psixotrop maddə olması ehtimal edilən kütlə və 49 ədəd psixotrop maddə olan həblərə baxış keçirilmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə protokolu tərtib olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış və digər protokolları imzalamamışdır. Sabahsı gün, yəni 30 yanvar 2020-ci il tarixdə saat 20 radələrində məhkəmə qərarı əsasında axtarış aparılmasından ötrü müstəntiq Əli İmanovun rəhbərliyi ilə Təqsirləndirilən şəxs yaşadığı Zərgərpalan küçəsi ev 5, mənzil 70 ünvanına getmişlər. Axtarışın aparılmasına Təqsirləndirilən şəxs atası Əhməd Əliyev də dəvət olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvana gətirilsə də, axtarışda iştirakdan imtina etmişdir. Müdafiəçisi də, Təqsirləndirilən şəxs iştirak etmədiyinə görə iştirakdan imtina etmişdir. Axtarışda o, Nəsimi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkilləri, polis serjantları Şahid5, Lətif Əlizadə, ekspertkriminalist, polis leytenantı Bahadur Bəxtiyarov və Bakı Şəhər BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Anar Rüstəmov iştirak edirmişlər. Axtarışda iştirakdan ötrü Elşad və Aqşin adlı şəxslər hal şahidi qismində oraya dəvət olunmuşlar. Axtarış aparılmazdan əvvəl hal şahidlərinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müstəntiq mənzilin giriş qapısını Əhməd Əliyev və onların iştirakları ilə açmış və mənzilə daxil olmuşlar. Mənzildə işıq sönmüşdür. Elektrikin niyə olmadığını bilməmişlər. Mənzildə axtarış zamanı mətbəxdən və yataq otağından 3 ədəd salafanda qurudulmuş marixuana, 1 ədəd bağlamada psixotrop maddə olan amfetamin və iki ədəd elektron tərəzi aşkar edilmişdir. Axtarış zamanı yataq otağında dolabda üzərində “OFF White” sözü yazılmış karton qutu aşkar edilmişdir. Həmin qutudan eynisini Təqsirləndirilən şəxs “Shato” klubunda masanın üzərində qoymuşdur və tərəflərindən içərisində narkotik vasitələr və psixotrop maddələr olan həmin qutu götürülmüşdür. Mənzilə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokolu Əhməd Əliyevdən savayı axtarışda iştirak edən şəxslər imzalamışdır. Əhməd Əliyev iddia edir ki, guya narkotik vasitəni polis əməkdaşları Rəşadın mənzilinə qoyub, “Shato” klubunda Rəşadın üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Əhməd onlara böhtan atır. Əhməd əvvəllər Bakı şəhəri, Qaradağ və Xəzər rayon Polis İdarələrinin rəisi vəzifələrində uzun müddət işləyib. Rəşad da, əvvəllər polisdə müstəntiq və əməliyyat müvəkkili işləyib. Narkotik vasitələr qəbul etdiyinə görə DİO-dan xaric edilmişdir. Rəşad və atası Əhməd hüquqşünas olduqlarına görə məsuliyyətdən necə boyun qaçırmaq üsullarını yaxşı bilirlər. Ona görə də, Təqsirləndirilən şəxs bu cür yalanlar uydurmaqla və etiraf etməməklə məsuliyyətdən boyun qaçıracağını düşünür. » Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs onun barəsində keçirdikləri əməliyyatla əlaqədar tanıyıb. Rəşad axtarışda idi. Onun axtarışı ona təpşırılmışdı. Onun Rəşadla şəxsi münasibətləri olmayıb. O, özü Nəsimi rayon polis idarəsində xidmət edir. 29 yanvar 2020-ci il tarixdə Şahid1 adlı şəxs narkotiklə tutulmuşdu. Onlar da İlqar narkotiki kimdən almışdısa, onu tutmalı idilər. Bunun üçün də «Şato» adlı kluba getmişlər. Klubda Rəşadı və stolun üstündə qutu götürmüşlər. Həmin günün səhəri günü Rəşadın evinə getmişlər. Evdə də o qutudan və paketdən içərisində narkotik tapmışlar. Onlar klubun qapısını açanda orada bir qız və bir oğlan görmüşlər. Onlar səs salmağa başladılar. Rəşad isə qaçmağa başladı. Bükümdə olan kütlə ot kimi idi. Nə olduğnu bilmir. «Şato» klubunun kameralarını onlar aparmayıblar. O, klubda elektron siqaret, kompüter görməmişdir, götürməmişdir. Oradan götürdüklərinin hamısını təhqiqatçıya təqim etmişlər. 12 sentyabr 2020-ci il tarixdə saat 10 :00 radələrində Şahid3 ilə Nəsimi rayonu, Nizami küçəsində xidməti vəzifələrin icrası ilə əlaqədar olarkən təsadüfən Təqsirləndirilən şəxs çiynində çanta ilə Nizami küçəsində görmüşlər. Rəşad onları görüb yolunu dəyişib Səbail rayonu, Y.Məmmədliyev küçəsinə, yəni “Tarqovu”-ya doğru hərəkət etməyə başladı. Onlar da Təqsirləndirilən şəxs saxlayıb Rəşada onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışda olmasını deyib onu Nəsimi RPİ-nə gətirmişlər. Orada müstəntiq Elşən Mustafayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olundu. Rəşad dedi ki, onun müqavilə bağladığı Zöhrab adlı vəkili vardır, öz vəkilinin çağırılmasını istəyir. Müstəntiq tərəfindən vəkil X22 Əliyevin tutulması barədə məlumat verildi. Zöhrab Əskərov günorta saatlarında idarəyə dəvət olundu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və əlindəki əl çantasına videoçəkilişlə baxış keçirildi. Rəşadın çantasındakı göy rəngli sellofanın içərisindən on bir ədəd şəffaf sellofan bükümdə qurudulmuş marixuana aşkar edildi. On bir bükümdə qurudulmuş marixuana üç zərfə qoyulub qablaşdırıldı. Zərflərin üzəri imzalandı. Rəşad narkotik vasitənin ona məxsus olmadığını bildirib tərtib olunmuş protokolu imzalamaqdan imtina etdi. İçərisindən marixuana olan çanta Rəşad saxlanılan andan axtarış aparılana ana qədər Rəşadın özündə olub. Onun çantasını polis əmkdaşları ondan almamış, başqa yerdə saxlamamışlar. Onun bu barədə dedikləri yalandır. Çanta Rəşad tutulan andan onun şəxsi axtarış və baxış keçirilənədək çanta onun yanında olmuşdur. Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş narkotik vasitənin sonuncunun kimdən və hardan əldə etməsi barədə məlumatı yoxdur. Ancaq Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları olub. Başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 göstərmişdir: « 29 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olduğuna görə sahiblik etdiyi “Shato” klubunda saxlanılaraq Nəsimi RPİ-nə gətirilmiş. Saxlanıldığı klubda və yaşadığı mənzilindən narkotik vasitə və psixotrop maddələr aşkar edilmişdir. 2020-ci ilin may ayının əvvəllərindən Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə barəsində axtarış elan olunmuş və axtarışın icrası Nəsimi RPİ-nə tapşırılmışdır. Təqsirləndirilən şəxs tanıdığına görə onun ən çox biləcəyi yerləri də, öyrənmək onun üçün çətin olmadığına görə Təqsirləndirilən şəxs axtarışına idarə rəhbərliyi tərəfindən o, və CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 da, cəlb olunmuşdur. Onlar mütəmadi olaraq Təqsirləndirilən şəxs ola biləcəyi yerlərə gedib müşahidə edirmişlər. 12 sentyabr 2020-ci il tarixdə saat təxminən 10 radələrində Şahid3 ilə Nəsimi rayonu, Nizami küçəsində xidməti vəzifələrin icrası ilə əlaqədar olarkən təsadüfən Təqsirləndirilən şəxs çiynində qara rəngli çanta asılmış vəziyyətdə Nizami küçəsində piyada hərəkət etdiyini görmüşlər. Rəşad onları gördükdə yolunu dəyişib Səbail rayonu, Y.Məmmədliyev küçəsinə, yəni “Tarqovu”-ya doğru hərəkət etməyə başlamışdır. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlamışlar və Rəşada tərəfindən bildirilmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışdadır və Rəşad onlar tərəfindən Nəsimi RPİ-nə gətirilmiş və bu barədə raportla idarə rəisinə məruzə etmişlər. İstintaq şöbəsinin müstəntiqi polis kapitanı Elşən Mustafayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun müqavilə bağladığı Zöhrab adlı vəkili vardır, dövlət hesabına vəkil etmək istəmir, öz vəkilinin çağırılmasını istəyir. Müstəntiq tərəfindən vəkil X22 Əliyevin tutulması barədə məlumat verilmişdir. Zöhrab Əskərov günorta saatlarında idarəyə dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və əlindəki əl çantasına videoçəkilişlə baxış keçirilmişdir. Qara rəngli çantasından göy rəngli sellofanın içərisindən 11 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs belinə bağladığı qəhvəyi rəngli bel çantasından və üzərindən başqa narkotik vasitə və digər qanunla qadağan olunan əşyalar aşkar olunmamışdır. 11 ədəd bükümdə qurudulmuş marixuana üç ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərflərin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitənin çantasından aşkar olunmasını etiraf etsə də, həmin narkotik vasitələrin ona məxsus olmadığını bildirmiş və tərtib olunmuş protokolu imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs idarəyə gətirilərkən çanta onun çiynində olub və şəxsi axtarış və baxış keçirilənədək çanta Rəşadın yanında olmuşdur. Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş narkotik vasitənin sonuncunun kimdən və hardan əldə etməsi barədə məlumatı yoxdur. Ancaq Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar əldə etmişlər. 11 ədəd bükümdə narkotik vasitəni Təqsirləndirilən şəxs üzərində şəxsi istifadəsi üçün deyil, satış məqsədilə əldə edərək saxlamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və idarəyə gətirilərkən ona fiziki və ya psixi zor tətbiq olunmamışdır» Şahid Şahid3 ifadələrində göstərdi ki, 29 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb edilmişdi. Onun barəsində seçilmiş həbsin müddəti məhkəmə tərəfindən uzadılmasından sonra o, istintaqdan qaçıb gizlənmişdi. Apellyasiya məhkəməsi isə onun barəsində həbsi qüvvədə saxlamışdı. 2020-ci ilin may ayının əvvəllərindən Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə barəsində axtarış elan olunmuşdu. Axtarışın icrası Nəsimi RPİ-nə CAŞ-nin əməkdaşı Şahid5 oğluna tapşırılmışdı. Ramil Təqsirləndirilən şəxs tanıyırdı. Onu da bu axtarışa cəlb etmişlər. Onlar da Təqsirləndirilən şəxs ola biləcəyi yerlərə gedib orada müşahidə aparmışlar. 12 sentyabr 2020-ci il tarixdə təxminən saat 10:00 radələrində Şahid3 ilə Nəsimi rayonu, Nizami küçəsində xidməti vəzifələrin icrası ilə əlaqədar olarkən təsadüfən Təqsirləndirilən şəxs çiynində qara rəngli çanta asılmış vəziyyətdə Nizami küçəsində piyada hərəkət etdiyini görmüşlər. Rəşad onları görüb yolunu dəyişib Səbail rayonu, Y.Məmmədliyev küçəsinə, yəni “Tarqovu”-ya doğru hərəkət etməyə başladı. Onlar da Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlayıb Rəşada onun barəsində həbs qətimkan tədbiri seçilib axtarışda olmasını deyib, Rəşadı Nəsimi RPİ-nə gətirib bu barədə raportla idarə rəisinə məruzə etmişlər. İstintaq şöbəsinin müstəntiqi polis kapitanı Elşən Mustafayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olundu. Təqsirləndirilən şəxs bildirdi ki, onun müqavilə ilə Zöhrab adlı vəkili vardır, onun çağırılmasını istəyir. X15 Təqsirləndirilən şəxs tutulması barədə məlumat verildi. Zöhrab Əskərov günorta saatlarında idarəyə gəldi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və əlindəki əl çantasına videoçəkilişlə baxış keçirilmişdi. Onun çantasından göy rəngli sellofanın içərisindən on bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildi. On bir ədəd bükümdə qurudulmuş marixuana üç ədəd zərfə qoyularaq qablaşdırıldı. Onlar zərflərin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitənin çantasından aşkar olunmasını etiraf etsə də, həmin narkotik vasitələrin ona məxsus olmadığını bildirmiş və tərtib olunmuş protokolu imzalamaqdan imtina etdi. Təqsirləndirilən şəxs idarəyə gətirilərkən çanta onun çiynində olub, şəxsi axtarış və baxış keçirilənədək çanta Rəşadın yanında olmuşdur. Həmin çantaya heç kim toxunmayıb. Rəşad saxlanılanda çantanın ondan alınıb, başqa yerdə saxlanılması, yalnız axtarış zamanı ona qaytarılması barəsindəki ifadələri doğru deyil. Nə Rəşad saxlanılanda, nə də sonra ona fiziki və ya psixi zor tətbiq olunmamışdır. Şahid11 ifadələrində göstərdi ki, məhkəmədə təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs dj kimi tanıyır. O, Rəşadı tədbirdə görüb tanıyıb. O, Rəşadın Mərkəzi univermağın yanında yerləşən evinə gedib dj-lik öyrənmək istəmişdir. O, özü əvvələr marixunadan istifadə etmişdir. Rəşadla birlikdə onun evində marixuana çəkmişdir. Rəşada narkotikə görə pul verməmişdir. Rəşadın narkotik vasitələrin alqı satqısı ilə məşğul olub-olmaması barəsində heç bir məlumatı yoxdur. Müstəntiq də ondan bu barədə soruşduqda belə də cavab vermişdir. ***-***-**- ** mobil nömrə onun adınadır. İki ilə yaxındır ki, bu nömrədən ifadə edir. ***-***-**-** mobil nömrə Rəşadındır. O, bir neçə dəfə ***-***-**-** saylı mobil nömrəyə zəng edib, Rəşadla danışmışdır. İbtdai istintaq zamanı da bu məzmunda ifadələr verib. Onun ifadələri də bu məzmunda olmalıdır. O, Rəşadın evində olduqları tarixləri, onun evində marixunadan istifadə etdikləri vaxtı xatırlamır. Başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid11 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir: «o, hazırda Almaniyanın Münhen şəhərində Avropa Univerisitetində biznesin idarə edilməsi üzrə doktorunturada oxuyur. Üç illik proqramdır. 2020-ci ilin sentyabr ayında bitirəcək. Bundan əvvəl isə Bakıda Neft Akademiyasını bitirmişdir. ***-***-**-** saylı mobil nömrə adınadır. İki ilə yaxındır ki, bu nömrəni mütəmadi olaraq istifadə edir. Bu nömrə ilə ancaq o, danışır. Ona təqdim olunan telefon danışıqlarına dair məlumatda göstərilən ***-***-**-** saylı mobil nömrənin sahibini tanıyır. Məlumatda qeyd olunduğu kimi həmin mobil nömrənin sahibi olan dijeylik edən Təqsirləndirilən şəxslə bir neçə dəfə ***-***-**-** saylı mobil nömrəyə zəng vurmaqla danışmışlar. Rəşadı 2 ilə yaxındır ki, tanıyır. Rəşadla M.Ə.Sabir bağında keçirilən Novruz bayramı ilə bağlı təşkil olunan xeyriyyə məclisində tanış olmuşdur. Rəşad bulvarda açıq havada yerləşən “barel” klubunda görüşmüşdür. Rəşad onu bir neçə dəfə mənzilinə çağırıb. 2019-cu ilin payız aylarında və ondan əvvəl də, Rəşadın Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən mənzilində olmuşdur. Almaniyada olanda qurudulmuş marixuanadan hərdənbir qəbul edirmiş. Orada marixuana qəbul etmək məsuliyyətə səbəb olmur. Rəşadın mənzilində olanda Rəşad bir neçə dəfə ona qəbul etmək üçün qurudulmuş marixuana verib. O, da, siqaretə doldurub qəbul etmişdir. Rəşad özü də, qurudulmuş marixuanadan qəbul edir. Bir neçə dəfə Rəşad ona pulsuz qurudulmuş marixuana verib. Elə də olub ki, o, əvəzində pul vermişdir. Rəşadın narkotik vasitəni hardan və kimdən əldə etdiyini bilmir. Ondan başqa daha kim və ya kimlərə satdığını da, bilmir. Rəşad ona mənzilində narkotik vasitə verəndə yanında heç kəs olmamışdır. Rəşad ona yalnız narkotik vasitə qurudulmuş marixuana satıb. Başqa növ narkotik vasitə və psixotrop maddə ona verməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur.» Şahid10 ifadələrində göstərdi ki, o, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Əliyev Rəşad Əhməd oğlunu dj kimi tanıyır. Aralararında yaxın münasibət və ədavət yoxdur. O, Rəşaddan nə narkotik vasitə və nə də narkotik maddə almayıb. O, Rəşadın nə narkotik satdığını görməyib, nə də eşitməyib. O, hazırda özü narkotik vasitələrin istifadəçisi deyil, lakin əvvəllər istifadə etmişdir. İstifadə etdiyi zaman da narkotik vasitəni onlayn qaydasında əldə etmişdir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmir. O, Rəşad tututulmamışdan çoxçox əvvəl narkotiklərdən istifadəni dayandırmışdır. Marixuanadan istifadə etmişdir. Rəşad ona heç vaxt narkotik vasitə verməyib. O, axıncı dəfə narkotikdən 2019-cu ilin yayında istifadə etmişdir. Rəşadı isə narkotiki tərgitdikdən sonra, həmin ilin sentyabr ayında tanmışdır. O, polisdə şahid qismində dindirilərkənkən Rəşadın narkotik satdığını deməmişdir. Əksinə o, polisə Rəşadın ona narkotik vasitə satmadığını, vermədiyini demişdir. O, Səidin pul kartına pul yükləməmişdir və bu barədə ondan soruşanda o, belə halın olmadığını demimşdir. O, Səidin kartı olmasını bilmir. O, Səiddən narkotik vasitə almayıb. O, Rəşadın da pul kartını olub-olmamasını bilmir və onun hər hansı kartına pul yükləməmişdir. Rəşaddan o, nə amfetamin almayıb və nə də bu bardə Rəşadla onun söhbəti olmayıb. O, bu barədə İlqarla «Torqovıy» deyilən küçədə söhbət etməyib. Onun adından yazılmış protokolu oxumayıb imza edib. Buna səbəb anasının polisin həyətində durub onu gözləməsi olmuşdur. Polisdən ona gələn bildirişi, əvvəlcə onunun anası oxumuşdu. Buna görə də anası onu polisə özünün aparacağını deyib, onunla birlikdə polisə getmişqdir. O da anasından narahat olduğu üçün onun adından yazılan protokolu oxumayıb, imza etmişdir. İndi də ilk dəfə həmin protokol elan olununda o, ifadələrinin onun sözələrinə uyğun olmadığını eşidir. Polis əməkdaşları ona sualları olduğunu bildirib çağırmışdılar. Onlar ona məhkəmədə verilən süallara uyğun suallar verirdilər. O da həmin süallara məhkəmədə verdiyi ifadələrə uyğun cavablar vermişdir. O, məhkəmədə onun ifadəsi kimi elan edilmiş ifadələri təsdiq etmir. Məhkəmədə elan edilib araqşdırılmış ifadələrində Şahid10 ibtidai istintaq zamanı göstərmişdir: «anası X11 ilə birlikdə yaşayır. X26 o, hələ uşaq olanda anasından ayrılmışdır. Ona təqdim olunan telefon danışıqlarında ***-***-**-** mobil nömrəsi ona məxsusdur və 10 ildən artıqdır ki, istifadə edir. Ona təqdim olunan telefon danışıqları haqqında məlumatlarda ***-***-**- ** saylı mobil nömrənin istifadəçisini tanıyır. Həmin mobil nömrəyə rus dilində smsləri o, yazmışdır. Həmin şəxs Daxili İşlər Nazirliyinin yaxınlığında yaşayan Təqsirləndirilən şəxsdir. Orta məktəbi azərbaycan dilində bitirmişdir. Buna baxmayaraq rus dilində danışmağı sonradan öyrənmişdir. Rəşadı 2019-cu ilin sentyabr ayından dj kimi tanıyır. “Sum” univermağının yanında “Albion” pub-klubda tanış olmuşdur. O, həmin ərəfələrdə narkotik vasitə olan qurudulmuş marixuana qəbul edirmiş. Rəşadla münasibəti yaxşı olduğuna görə Rəşad həmin klubda marixuana çəkəndə ona da çəkmək üçün vermişdir. Rəşadın dostu Səid də, orada imiş. Rəşad ona təklif etmişdir ki, nə vaxt marixuana lazım olsa ona sata bilər. O, da, həmin vaxtdan etibarən bir neçə dəfə Rəşadın dəvəti ilə onun yaşadığı Daxili İşlər Nazirliyinin yaxınlığındakı mənzilinə getmişdir. Rəşad ilk dəfə mənzilində ona dostu Səidin yanında ona bir ədəd sellofan paketdə 3.5-4 qram çəkidə qurudulmuş marixuananı 50 manata satmışdır. Bir neçə dəfə Rəşaddan mənzilində şəxsi istifadəsi üçün marixuana satın almışdır. 2019-cu ilin oktyabr ayında Rəşadın mənzilinə getmişdir ki, ondan marixuana alsın, Rəşada əvvəlcədən mənzilinə gələcəyi barədə zəng vurub demişdir. Mənzilin qapısını Səid açmışdır. Səid ona demişdir ki, Rəşad hamamda çimir. Səid ona bir ədəd sellofan paketdə qurudulmuş marixuana verib demişdir ki, Rəşad tapşırıb ki, marixuananı ona versin. O da Səiddən marixuananı almışdır. 50 manat pulu razılaşdığı kimi Rəşadın pul kartına həmin gün yükləmişdir. Rəşadla tanış olmamışdan əvvəl bir neçə dəfə arasıra amfetamin qəbul etdiyi üçün Rəşaddan amfetamin onda olub-olmadığını soruşmuşdur. Rəşad da, ona demişdir ki, onda satlıq amfetamin vardır. Rəşadın marixuana və amfetamin satışı ilə məşğul olması barədə klublara tez-tez gələnlərin çoxu bilirmiş. Rəşaddan 2019-cu ilin noyabr, dekabr və 2020-ci ilin yanvar ayında bir neçə dəfə şəxsi istifadəsi üçün amfetamin almışdır. Hər dəfə Rəşaddan 1 qram ya da 0,8 qram amfetamin alırmış. Amfetaminin 1 qramını sellofan paketdə 100 manata Rəşaddan mənzilində alırmış. Sonuncu dəfə 18 yanvar 2020-ci il tarixdə Rəşaddan mənzilində Səidin və başqa tanımadığı qızların yanında marixuana almışdır. Hansı ki, o, Rəşadın mobil nömrəsinə həmin tarixdə smslər yazmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Rəşaddan aldığı narkotik vasitə və psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün almışdır. 2020-ci ilin fevral ayının əvvəllərində Səidlə “tarqovu” deyilən yerdə rastlaşanda Səid ona demişdir ki, İlqar Rəşaddan ekstazi həbləri alandan sonra polis əməkdaşları İlqarı tutublar, sonra da, Rəşadı tutublar. O, İlqarı tanımır. Rəşadın ondan başqa çox adamlara narkotik vasitə və psixotrop maddələr satdığını bilir. Lakin adlarını bilmir. Rəşadın satdığı narkotik vasitələri və psixotrop maddələri hardan əldə etdiyini də, bilmir.» Şahid7 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs müsiqiçi kimi tanıyır. Onunla beş ildir tanışdır. Aralarında adi tanışlıq münasiğbətləri vardır, ədavətləri yoxdur. Onun Rəşadın narkotik vasitələrin və maddələrin satışı ilə məşqul olması barsində məlumatı olmayıb və o, Rəşadın bu işlə məşqul olması barsində polisə ifadə verməyib. Onu polis idarəsinə çağırıb beş saat ərzində idarədə saxlayıb ona psixoloji təsir ediblər. O, dindirilərkən ona Rəşadın narkotik vasitələrin və maddələrin satışı ilə məşqul olması barəsində sual veriləndə o, Rəşadın zabit ailəsindən olduğunu, onun belə işlərlə məşqul olmadığını bildirmişdir. O, Rəşadla üzləşdirmə zamanı da belə ifadə vermişdir. Məhkəmədə elan olunan ibtidai istintaq zamanı onun ifadəsi kimi qeyd olunan ifadələri təsdiq etmir. O, istintaq zamanı müstəntiqə ifadələrini oxuyub qol çəkmək istədiyiyni demiş, lakin onu dindirən şəxs ona stop qoyacaqlarını, onun heç yerə gedə bilməyəcyini deyib ona təzyiq altında həmin ifadələri oxumadın imza etdirmişlər. O, özü ailəlidir, narkotik vasitə və mallardan istifadə etməyib. O, ifadəsində deməyib ki, Rəşadın işlətdiyi klubun adı narkotik satan kimi pis hallarnır. O, 26 yanvarda açılıb həmin ayın 29-da bağlamış klub haqqında kimin pis danışdığını bilmir. Klub haqqında o, istintaq zamanı ifadə verərəkən heç nə danışmayıb. Ayın 26-da o, dəvətnamə ilə kluba getmişdir. Özü də, Rəşad da narkotik maddə və vasitələrdən istifadə etmir. Əvvəllər hərdən Rəşadla onun evində gündüzlər görüşmüşlər. Görüşlərdə də onlar iş barəsində söhbətlər etmişlər. O, narkotik qəbul etmədiyi üçün Rəşad onu işə götürmüşdür. O, müştərilər kluba girəndə onlara baxıb onların narkotik vasitəçi və ya spirtli içki aludəçi olduğunu müəyyən edib nəzarətə götürmüşdür. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid7 ibtidai istintaq zamanı göstərmişdir: « o, zərb alətlərində ifa edir. Toylarda və müxtəlif şənliklərdə çıxış edir. ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələr ona məxsusdur və onun adınadır. ***-***-**-** saylı mobil nömrədən 5-6 il, ***-***-**-** saylı mobil nömrədən isə 2 ilə yaxındır ki, istifadə edir. Ona təqdim olunan telefon danışıqları haqqında məlumatlarda ***-***-**-** saylı mobil nömrənin istifadəçisini tanıyır. Onun istifadəçisi Təqsirləndirilən şəxs adlı şəxsdir. Rəşadı bir il yarımdır ki, tanıyır. Belə ki, Rəşadla 28 may prospektində yerləşən Bakı Ağır cinayətlər məhkəməsinin yaxınlığındakı “Sintetik” klubunda tanış olmuşdur. Rəşad orada dj-lik edirmiş. Həmin klubu dostu Həzi işlədirmiş. Rəşadla orada ünsiyyətdə olurmuşlar. Rəşadla münasibəti yarandığı üçün onun Daxili İşlər Nazirliyinin yaxınlığında yerləşən mənzilində də, dəfələrlə olmuşdur. Rəşadın musiqi alətləri olduğuna görə həmin alətləri icarəyə götürürmüş. Viola ifaçısı olan Şahid1 də, tanıyır. İlqarı Rəşadın mənzilində görmüşdür. Rəşadın mənzilində olanda Rəşadın qurudulmuş marixuanadan qəbul etdiyinin şahidi olmuşdur. O, da, arabir qurudulmuş marixuanadan siqaretə doldurub çəkdiyi üçün Rəşad ona 2019-cu ilin noyabr ya da dekabr aylarında qəbul etmək üçün qurudulmuş mariuxananı öz mənzilində vermişdir. Belə ki, həmin ərəfələrdə Rəşad evinin yaxınlığında yerləşən “Şato” klubunu icarəyə götürüb təmir edirmiş. Ondan klubda səsləndirmə və işıq effektlərinin qurulmasında kömək istəyirmiş. O, da, Rəşada razılıq vermişdir. Razılığa görə o, klubda həm “Art” direktor, həm də, security (Facecontrol) işləməli imiş. Maaşı isə ***-**** manat arası olacaqmış. Rəşad klubu dostu Səid Bayramovla işlətməyi planlaşdırmışdır. Ona görə də, həmin ərəfələrdə Rəşadın mənzilinə tez-tez gəlib-gedirmiş. Klubun açılışı 26 yanvar 2020-ci il tarixdə olmuşdur. Rəşad birinci dəfə ona marixuananı pulsuz vermişdir. Sonradan həm “Şato” klubunda, həm də, mənzilində olanda bir baş, yəni bir kağız bükümdə qurudulmuş marixuananı ona 10 manata satırmış. Rəşad ona narkotik vasitəni satanda yanında heç kəs olmurmuş. Rəşadın klubda və mənzilində narkotik vasitə satdığını bilirmiş. Lakin onun qarşısında heç kəsə satdığını görməmişdir. O, dəfələrlə Rəşadın mənzilində tanımadığı qızları görmüşdür ki, Rəşadla birlikdə marixuana çəkirlər. Başa düşürmüş ki, Rəşad həmin qızlara marixuana verib. Sonuncu dəfə 27 yanvar 2020-ci il tarixə keçən gecə “Şato” klubunda Rəşad bir bükümdə marixuananı kürəyindən asdığı çantasından çıxarıb ona 10 manata satmışdır. Orada müştərilər çox imiş. Lakin narkotik vasitəni ona elə vermişdir ki, heç kəs görməsin. 26 yanvar 2020-ci il tarixdə gecə saatlarında klubun açılışı imiş. Xeyli müştəri var imiş. O, müştəriləri klubun qapısında yoxlayıb kluba buraxırmış. Klubda Rəşadın işçiləri Yevgeniy və Elviyyə var imiş. Elviyyə klubda barmen, Yevgeniy işıqçı imiş. O, qapıda durduğu üçün Rəşadın kim və ya kimlərə narkotik vasitə satdığını görməmişdir. 29 yanvar 2020-ci il tarixdə saat təxminən 18-19 radələrində Səid Bayramov ona zəng vurub demişdir ki, Rəşadı polislər klubda tutub aparmışlar. Başa düşmüşdür ki, narkotik vasitə satdığına görə tutublar. Bundan başqa Rəşadın tanışı İlqarı Rzayevi də, tutulduğunu eşitmişdir. Ona qəribə gəlməmişdir. Çünki, İlqarın narkotik vasitə istifadəçisi olduğunu bilirmiş. Rəşadın İlqara narkotik vasitə satdığını da, bilirmiş. Çünki, İlqarı mütəmadi olaraq klubda və Rəşadın mənzilində görürmüş və həmişə də, onları kefli və hallı görürmüş. Klubdan ekstazi həbləri çıxdığını da, eşitmişdir. Sonradan polis əməkdaşlarının Rəşadın mənzilindən də, narkotik vasitə aşkar etdiklərini eşitmişdir. Rəşad tutulduqdan sonra da, 2 aya yaxın klub fəaliyyət göstərmiş və o, klubda işləmişdir. Gündəlik 10-15 manat qazanırmış. Karantin rejimi olduğuna görə klubun fəaliyyəti dayandırılmışdır. Gərək Rəşad klubda narkotik vasitə satmayaydı, çünki, klubun adı insanlar arasında narkotik vasitə satılan klub kimi hallandığına görə həmin kluba müştərilər az gəlirmiş. Bir neçə gün əvvəl instagramda Rəşad ona yazmışdır ki, azadlığa çıxıb atasının mənzilindədir, ondan keyfiyyətli qulaqcıq istəmişdir. O, da, qulaqcığı götürüb Rəşadın atası Əhmədin yaşadığı Yasamal rayonu, Qutqaşanlı küçəsində yerləşən mənzilinə getmişdir. Rəşad evdə imiş. O, Rəşaddan evindən və klubdan aşkar olunmuş narkotik vasitələrin ona məxsus olub-olmamasını soruşmuşdur. Rəşad demişdir ki, mənzilindən aşkar olunmuş qurudulmuş marixuana onun olub, lakin klubda aşkar edilmiş narkotik vasitələr ona məxsus deyil, İlqar ona qarşı oğraşlıq edib və onu polisə satıb. Ona təqdim olunan telefon danışıqlarında ***-***-**-** mobil nömrəsinin sahibini tanıyır. Həmin şəxs Şahid1dir. Əvvəlki ifadəsində göstərdiyi kimi Şahid1 2018-ci ildən tanıyır. İlqar viola ifaçısıdır. İlqarla tədbirlərdə bir neçə dəfə olmuşdur. O, “Barel”, “sintetik” və “Luna park” klublarda dijeylik edəndə İlqar rəfiqəsi ilə kluba gəlirmiş. Ona təqdim olunan smslərdə mobil nömrəsindən çıxan smsləri o, yazmışdır. İlqar da, ona smslər yazmışdır. O, İlqardan klubda istifadə üçün maska istəmişdir. İlqar da, ona maska verirmiş. 2019-cu ilin noyabr ayının əvvəllərində İlqar ona yazdığı smsdə rus dilində yazır ki, maskaları ona qaytarsın və onun üçün hədiyyəsi vardır. İlqar hədiyyə deyəndə qurudulmuş marixuananı nəzərdə tuturmuş. O, da, arabir qurudulmuş marixuana qəbul etdiyinə görə ona “ Can balaşka” sözünü yazmışdır. Lakin həmin ərəfədə klubda işlədiyi üçün və vaxtı olmadığı üçün İlqarla görüşə bilməmiş və ondan marixuana ala bilməmişdir. İlqarın marixuananı kimdən və hardan əldə etdiyini bilmir. » Şahid9 ifadələrində göstərdi ki, o, M.Maqamayev adına X3 Q.Qarayev adına Azərbaycan dövlət kamera orkestrinin musiqiçisi işləyir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs şəxsən tanırmır,onu görməmişdir. O, Təqsirləndirilən şəxs “Şato” klubunda djlik etdiyiyni eşitmişdir. Onun özü hərdən qurudulmuş marixuanadan istifadə edir. Bir dəfə o, «Şato» klubuna gedib orada pivə içmişdir və klubda qırx manatlıq qurudulmuş marixuana alıb istifadə etmişdir. Marixuananı da orada bir nəfərdən almışdır. Həmin şəxslə söhbət əsnasında marixuanadan istifadə etdiyini demişdir. Həmin şəxs də ona qırx manatlıq marixuna vermişdir. O, ona narkotik vasitə marixuana verən şəxsi tanımır, adını da bilmir. Başqa əlavəsi yoxdur. İstintaq zamanı da belə ifadə vermişdir. Məhkəmədə elan olunmuş ifadələrini təsdiq etmir. O, belə ifadələr verməsini xatırlamır. İstintaq zamanı o, Rəşad haqqında ifadə verməmişdir. O, Rəşada telefonla müraciət edib ondan marixuna və ya başqa narkoika istəməyib. Ona mesaj göndərməyib. Kim onun telefonundan istifadə edibsə bilmir. Rəşadın telefon nömrəsi onda olmayıb. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid9 ibtidai istintaq zamanı göstərmişdir: «M.Maqamayev adına X3 Q.Qarayev adına Azərbaycan dövlət kamera orkestrinin musiqiçisi kimi fəaliyyət göstərir. İki ilə yaxındır ki, arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. O, Təqsirləndirilən şəxs dj kimi 2019-cu ilin qış aylarından tanıyır. Təqsirləndirilən şəxs ilk dəfə 2019-cu ilin qış aylarında Səbail rayonunda yerləşən “Səadət nikah” sarayı ilə üzbəüz yerləşən “Şato” klubunda görmüşdür. O, oraya pivə içməyə getmişdir. Orada müştərilər çox idi. O, eşitmişdir ki, həmin klubda dj narkotik vasitə satır. Həmin ərəfələrdə axşam saatlarında klubda olanda pivə içmişdir. Bir az hallandıqdan sonra qurudulmuş marixuana almaq istəmişdir. Orada Rəşadı ilk dəfə görmüşdür. Klubu o, idarə edirdi. Orada ona demişlər ki, əgər Rəşaddan narkotik vasitə almaq istəyirsə özünü Cəfərin dostu kimi qələmə versin, onda ona narkotik vasitə satmaqdan ehtiyat etməzlər. Orada işləyən tanımadığı saqqalı cavan oğlana demişdir ki, “Cəfərin dostuyam, qurudulmuş marixuana almaq istəyirəm”. Həmin şəxs ondan neçə manatlıq istədiyini soruşmuşdur. O, da, demişdir ki, 40 manatlıq istəyir. Həmin şəxs də, Rəşada yaxınlaşmışdır. Rəşad da, gizlincə həmin şəxsə bir bükümdə qurudulmuş marixuananı vermişdir ki, ona satsın. Həmin şəxs ona yaxınlaşıb bir bükümdə marixuananı ona vermişdir. O, da, 40 manatı həmin şəxsə vermişdir. Bir kağız bükümdə 4 baş qurudulmuş marixuana var imiş. Ən azı 4 dəfəyə qəbul etmək olarmış. Rəşadın mobil nömrəsini “Facebook”dan götürmüşdür. Orada özünü dj kimi reklam edirmiş. 30 yanvar 2020-ci il tarixdə narkotik vasitə almaq istədiyi üçün Rəşadın mobil nömrəsini zəng vurmuşdur. Lakin Rəşada zəng çatmamışdır. Ona görə də, Rəşadın istifadəsində olan mobil nömrəyə yazmışdır ki, Cəfərin dostudur, keçən dəfə 40 manatlıq götürmüşdür, bu dəfə 100 manatlıq götürmək istəyir. Lakin Rəşaddan xəbər çıxmamışdır. Aradan bir neçə gün keçdikdən sonra musiqiçi yoldaşlardan eşitmişdir ki, çoxdan tanıdığı viola ifaçısı Şahid1 narkotik vasitə üzərində saxladığına görə barəsində cinayət işi açılıb. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs də, Şahid1lə birlikdə tutulub. Təqsirləndirilən şəxs saxlanılarkən klubda üzərində narkotik vasitələr və psixotrop maddələr aşkar edilib. O, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri hardan və kimdən əldə etdiyini bilmir. O, cəmi bir dəfə Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş mariuxuana almışdır. Başqa cür narkotik vasitələrdən və psixotrop maddələrdən almamışdır. Təqsirləndirilən şəxs başqa kim və ya kimlərə narkotik vasitə satdığını da, bilmir. 2 aya yaxındır ki, narkotik vasitə qəbul etməyi dayandırmışdır. Bildiyinə görə Rəşad İlqara psixotrop maddə olan ekstazi həbləri satmışdır. O, Cəfəri tanımır. Şahid12 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanımır. Rəşadın narkotk vasitələrin və maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barəsində heç nə bilmir. Onun yaddaşı zəifdir. İfadələrində nə yazdığını xatırlamır. O, hal şahidi qismində Rəşadın evinə baxış keçirilməsində iştirak etmişdir. Evdə şkafdan və stolun üstündən çoxlu qara rəngli sellofan torbada narkotik vasitə çıxdı. Stolun üstündə kül qabında atma həblər var idi. O, narkotik vasitələri görmüşdür, lakin o, onların hansı növ narkotik vasitə olduğunu bilmir. Onun narkotk vasitələr haqqında məlumatı yoxdur. Ondan başqa axtarışda bir nəfər cavan oğlan da hal şahidi qismində iştirak edirdi. Onlar evə gedəndə evdə adam yox idi. Qapını yaşlı aqsaqqal açdı, evdə işıq yanmırdı. Özləri evə işıq salmışlar. Stolun üstündə həblər, yataq otağında döşəyin altından nəşə, şkafdan ot çıxdı. O, orada hər hansı protokola imza atmamışdır. O, sənədlri idarədə imzalamışdır. İmzaladığı sənədlərin nə sənəd olduğunu bilmir. Rəşadı da idarədə görmüşdür. Rəşad sport geyimində idi. O, Rəşadı evdə görməmişdir. O, Rəşadın üzərində və onun evində axtarışda hal şahidi olmuşdur. Ayı və tarxi xatırlamır, o, dostları ilə evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb onu hal şahidi qismində dəvət etmişlər. O da razılaşmışdır. O, Rəşadın evinin qapısının sınıq olmasını görməyib . Qapı açarla açıldı. Evdə sox pişik var idi. Evdən tapılan narkotik vasitələri onun yanında çəkmişlər, lakin indi miqdar yadında qalmayıb. O, mənzildə narkotik vasitədən başqa polislərin tərəzi də axtardığını görmüşdür. O, evin kimə aid olduğunu bilmir. Rəşad aşağıda maşında oturmuşdu və polislərin evə girməsinə icazə vermirdi. Rəşadın kiməsə narkotik vasitə satdığını bilmir və o, Rəşada böhtan atmır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Yaddaşı zəif olduğu üçün həmin ifadələrə istinad olunmasını xahiş edir. Məhkəmədə elan olunmuş ifadələrində Şahid12 ibtidai istintaq zamanı göstərmişdir: «30 yanvar 2020-ci il tarixdə saat təxminən 20:00 radələrində Daxili İşlər Nazirliyinin yaxınlığından keçərkən polis əməkdaşları ona yaxınlaşıb bildirmişlər ki, mənzilində narkotik vasitələrin və psixotrop maddələrin saxlanmasında şübhəli olan şəxsin yaşadığı mənzildə məhkəmə qərarı əsasında axtarış aparmaq istəyirlər. Ondan xahiş etmişlər ki, axtarışda hal şahidi qismində iştirak etsin. O, da, axtarışda iştirak etməyə razılıq vermişdir. Çünki, narkotik vasitələr və psixotrop maddələr sağlam gələcəyi məhv edir. Fikirləşəndə ki, onun övladlarını da, bu cür şəxslər narkomanlığa öyrəşdirə bilərlər. Ona görə də, heç bir kənar təsir olmadan razılıq vermişdir. Ondan başqa tanımadığı Aqşin adlı şəxsi də, polis əməkdaşları hal şahidi qismində dəvət etmişlər. Zərgərpalan küçəsi ev 5, mənzil 68 ünvanına axtarış keçirməzdən əvvəl hal şahidi qismində onlara hüquq və vəzifələri izah olunmuşdur. Mənzilin qapısı axtarışı aparan müstəntiq tərəfindən şübhəli şəxsin atasının iştirakı ilə videokamera çəkilişi ilə açıldı və mənzilə axtarış keçirildi. Mənzilin elektriki sönmüşdü. Axtarışda şübhəli şəxs iştirakdan imtina etdiyi üçün mənzilə daxil olmamışdı. Axtarış zamanı mənzilin mətbəxtində masanın üzərində bir ədəd sellofanda toz halında maddə və bir ədəd sellofanda isə nəşə oxşar qurudulmuş bitki aşkar edildi. Müstəntiq onların iştirakıları ilə həmin maddələri paketlərə qoydu. Bundan başqa yataq otağından dolabdan iki ədəd sellofanda nəşə deyilən bitkiyə oxşar qurudulmuş bitki, iki ədəd elektron tərəzi aşkar edildi. Bundan başqa yataq otağında dolabdan bir ədəd kardon qutu müstəntiq tərəfindən götürələrək paketə qoyuldu. Orada polis əməkdaşlarının dediyinə görə həmin qutunun eynisi şübhəli şəxs saxlanılarkən üzərində olub. Müstəntiq onların və axtarışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs atasının iştirakları ilə aşkar olunan maddələrə baxış keçirib paketlərə qoyurmuş. Paketlərin üzərlərini də, onlar imzalayırmışlar. Lakin Rəşadın atası paketlərin üzərini və tərtib olunmuş protokolu imzalamaqdan imtina etmiş və bildirmişdir ki, oğlunun mənzilində aşkar edilmiş maddələr oğluna məxsus deyil və mənzilə qoyulub. O, şübhəli şəxsi və atasını tanımır və onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Axtarış zamanı o, çox diqqətlə axtarılan yerlərə fikir verirmiş. Axtarış başlanılarkən polis əməkdaşlarının əllərində heç bir salafan və ya bağlama yox imiş. Polis əməkdaşlarının mənzilə nəsə qoyduqlarını da, görməmişdir. Əgər polislər mənzilə nəsə qoysaydılar o, görərdi. Çünki, çox diqqətlə axtarışı izləyirmiş .» Şahid13 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanmır. Onun üzərində və onun evində axtarışda hal şahidi olmuşdur. O, Rəşadın üzərindən narkotik vasitə çıxamasını görmüşdür. Hansı narkotik vasitə olduğunu bilmir.. O, mənzilə baxışda hal şahidi qismində iştirak etmişdir. Onu hal şahidi qismində dəvət etdikdə o, Nəsimi rayon polis idarəsinin yaxınlığında də işləmişqdir. Onu yoldan çağırmışlar. Rəşadın atası da mənzilə baxış keçirilməsində iştirak etdi. O, axtarış aparılan mənzidəki stolun üstündə ot görmüşdür. Axtarışda iki-üç nəfər də var idi. Mənzilin qapısını Rəşadın atası açdı. Evdən tapılan narkotik vasitələrin polis əməkdaşlarının onların yanlarında tərəzidə çəkdiklərini xatırlamır. O,əvvəllər yazdığı izahatını təsdiq edir. O, Rəşadın üzərində baxış keçirilməsində iştirak etməyib, ifadəsinin əvvəlində bunu deməsinin səbəbini bilmir. O, ancaq evə baxış keçirilməsində hal şahidi qismində iştirak edib. Şahid Şahid6 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun familiyası, ata adı ilə tanımır, lakin onun «Şato» adlı klubda işləməsini eşitmişdir. O, Şahid1ı tanıyır. O, 29 yanvar 2020-ci il tarixdə 28 may metrostansiyanının qarşısında Eldarla görüşmüşdür. O, İlqarın dediyi Elvin adlı şəxslə görüşüb ondan narkotil vasitə almalı olmuşdur. İlqar ona 100 manat pul verməli idi. O, bir karobka narkotik vasitə almalı olmuşdur. Həmin vaxtda polislər İlqarı tutmuşlar. O, özü üç-dörd ildir ki, narkotik vasitədən istifadə edir. İlqar deyirdi ki, ona nə vaxt narkotik vasitə lazım olsa Rəşaddan alıb verəcəkdir, lakin o, Rəşadı heç vaxt görməmişdir, ancaq adını eşitmişdir. Onun adını da İlqardan eşitmişdir, lakin Rəşadın narkotik vasitələr satdığını desə də bunu da dəqiq bilmir. İlqar deyirdi ki, o, ekstazini Rəşaddan alır. Deməsinə görə o, tabletkanın birini iyirmi manata alırdı. İlqarın ona ekstazi satdığını xatırlamır. İlqarın ekstazinin Rəşaddan aldığını ona deməsinin səbəbini bilmir. Heç kim narkotiki kimdən alıb satdığını demir. İlqarın deməsinin səbəbini isə bilmir. O, 29 yanvar 2020-ci il tarixdə İqarla 28 may metro stansiyasının qarşısında görüşməli olmuşdur, İlqar ona narkotik vasitə amaq üçün pül verməli idi. Polislər İlqarı tutduqları üçün o, həmin tarixdə İlqarla görüşə bilməmişdir. O, İlqar tərəfə gedəndə polislər İlqarı tutdular. O da oradan çıxıb getmişdir. O, «Şato» klubunu tanıyır. O, İlqarla bir dəfə «Şato» klubunun çölündə görüşüb. O, İlqarla söhbt edəndə özünün «Şato» klubunda işlədyiyni deyirdi, lakin İlqar Rəşadın «Şato» klubda işlədiyini ona deməyib. O, özü də «Şato» klubunda Rəşadı görməyib. İlqardan narkotik vasitə almayıb, lakin narkotika almaq üçün o, İlqardan pul alıb. O, İlqardan pul aldığı tarixi xatırlamır. İlqarın ona nə vaxt narkotik vasitə lazım olsa, ona Rəşaddəan alıb verəcəyini dediyi halda İlqardan narkotik vasitə deyil, ondan pul alıb başqa şəxsdən narkotik vasitə almasının səbəbini bilmir. O, Saşadan narkotik vasitə alıb İlqara vermişdir. O, Rəşadın adını İlqardan eşitmişdir. İlqar söhbət əsnasında onun adını çəkdi. Niyə çəkdiyini bilmir. İlqar deyirdi ki, o, Rəşaddan götürür. O, Rəşadın İlqara narkotik vasitə verdiyini görməmişdir. Bunu o, İlqarın sözlərinə görə deyir. İlqar deyrdi ki, adam tap, Rəşaddan alıb verəcək. ***-***-**-** və ***-***-**-** mobil nömrələr ona məxsusdur, öz adınadır. 5-6 ilə yaxındır ki, bu nömrələri istifadə edir. ***-***-**-** və ***-***-**-** mobil nömrələrin istifadəçisi Şahid1dir. Məhkəmədə verdiyi ifadələrində uyğunsuzluqların və ziddiyyətlərin səbəbini bilmir.Başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunmuş ifadələrində şahid Şahid6 ibtidai istintaq zamanı göstərmişdir: « ***-***-**-** və ***-***-**-** mobil nömrələr ona məxsusdur, öz adınadır. 5-6 ilə yaxındır ki, bu nömrələri istifadə edir. Ona təqdim olunan telefon danışıqlarında ***-***-**-** və ***-***-**- ** mobil nömrələrin istifadəçisini tanıyır. Həmin mobil nömrələrin istifadəçisi tanıdığı Şahid1dir. İlqar Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa” restoranı ilə üzbəüz yerləşən çoxmərtəbəli yeni tikili binada yaşayır. Atası təyyarə pilotu olmalıdır. O, Şahid1 2019-cu ilin sentyabr-oktyabr aylarından tanıyır. Onu İlqarla iş yoldaşı Elvin Əzimzadə tanış etmişdir. Belə ki, o, 2-3 ilə yaxındır ki, qurudulmuş marixuanadan qəbul edir. Tanışı Yasamal rayonu Sovetski deyilən yerdə yaşayan Saşa Qorbunov narkotik vasitə qurudulmuş marixuana satırmış. Tanıdığı şəxslər qurdulmuş marixuana istəyəndə o, onlardan pul alıb Saşadan marixuana alırmış. Saşadan aldığı mariuxananı pul aldığı şəxslərə verirmiş. O, vasitəçilik edirmiş. O, Saşadan marixuananı kibrit qutusunda götürürmüş. Saşanın mobil nömrəsi ***-***-**-** olmalıdır. Onun qazancı yalnız vasitəçilik etdiyinə görə bir-iki büküm marixuana olurmuş. O, da, özü üçün qəbul edirmiş. Elvin də, Saşadan qurudulmuş marixuana alıb satırmış. İlqar mariuxananı Elvindən alırmış. 2019-cu ilin təxminən sentyabr-oktyabr ayında Elvinlə Saşanın münasibətləri pisləşdiyi üçün Elvin ondan xahiş etmişdir ki, İlqar üçün də, Saşadan qurudulmuş marixuana götürsün. İlqar ona pul verirmiş ki, onun üçün marixuana gətirsin. O, da, Saşadan hər dəfə bir kibrit qutusunda qurudulmuş marixuana alıb İlqara verirmiş. İlqar 2-3 gündən bir ona 50 və ya 100 manat pul verirmiş ki, onun üçün qurudulmuş marixuana gətirsin. O, da, Saşadan alıb İlqara verirmiş. İlqara marixuananı verəndə vasitəçilik etdiyinə görə bir-iki bükümdə ( baş) qəbul etmək üçün götürürmüş. İlqar marixuanadan həm qəbul edirmiş və həm də, satırmış. İlqar ona həm Whatsappda yazırmış, həm də, sms yazarmış. Daha çox zəng vurarmış. Ona smslə yazırmış ki, onun söz verdiyi müştərilər var, həmin müştərilərə marixuana vermək istəyir, onun üçün marixuana təşkil etsin. Eyni zamanda ona deyərmiş ki, əgər ekstazi həblərindən, heroin və başqa narkotik vasitələrdən və psixotrop maddələrdən qəbul etmək istəsə və ya satmaq istəsə, təşkil edə bilər. Hətta qurudulmuş mariuxuana verəndə İlqar da, ona 2 dəfə ekstazi həbini pulsuz vermişdir ki, dadına baxsın. O, həmin həblərdən qəbul etmiş, xoşuna gəlmişdir. Lakin öyrəşmək istəmədiyi üçün İlqardan özü üçün almamışdır. Saşanın mobil nömrəsi İlqarda var imiş. X25 mobil nömrəsini vermişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində İlqar ondan xahiş etmişdir ki, onun üçün marixuana gətirsin, həmişəki kimi əvvəlcədən ona 50 manat vermişdir. O, Saşadan sonuncunun yaşadığı həyət evinin yaxınlığında 50 manatlıq bir kibrit qutusunda qurudulmuş mariuxuana almış və İlqara zəng vurub demişdir ki, mariuxuana ondadır. İlqar bildirmişdir ki, o, tanışı Rəşad adlı şəxsin klubunda təmir işlərini görür, onu Səbail rayonu, M.Muxtarov küçəsində yerləşən “Şato” adlı kluba dəvət etmişdir. O, da, saat təxminən 16-17 radələrində həmin kluba getmişdir. Klubda təmir işləri gedirmiş. O, marixuananı orada İlqara vermişdir. Orada söhbət zamanı İlqar ona demişdir ki, satmaq üçün ekstazini və başqa narkotik vasitələri birbaşa Rəşaddan alır. Rəşadın həmin narkotik vasitələri hardan əldə etdiyini deməmişdir. X23 dost münasibətdə olduğunu bilmişdir. Rəşad da, İlqara verdiyi narkotik vasitələri və ekstazi həblərini sonuncunun satmasını bildiyini başa düşmüşdür. O, həmin vaxt anlamışdır ki, İlqar Rəşada məxsus narkotik və psixotrop maddələrin satışını təşkil edir. Əksər vaxtı İlqarla əlaqə saxlayanda İçərişəhər metrosunun yaxınlığında olduğunu deyirmiş. 29 yanvar 2020-ci il tarixdə günorta saatlarında İlqarla telefonla danışanda İlqar ona demişdir ki, onunla görüşmək istəyir, marixuana almaq üçün ona pul verəcəkdir, İlqar bildirmişdir ki, üstündə Rəşaddan satmaq üçün aldığı ekstazi həbləri var, istəsə ona da, verə bilər, istəyən varsa calaşdırsın, çünki həbləri satıb pulunu Rəşada çatdırmalıdır. O, da, demişdir ki, “mən istəmirəm, lakin ekstazi həbinin yarısının dadına baxaram”. İlqar onu 28 may metrosunun yaxınlığındakı 28 Mall ticarət mərkəzinin qarşısına çağırmışdır. Saat təxminən 15-16 radələrində İlqarı 28 Mall ticarət mərkəzinin qarşısına gözləyirmiş. İlqarın uzaqdan gəldiyini görmüşdür. İlqarla aralarında 5-6 metr məsafə qalmışdır ki, mülki geyimlə şəxslər İlqarı tutub saxlamışlar. Bu vaxt o, qorxusundan diqqət cəlb etmədən qaçmışdır. İlqar ona həm azərbaycan həm də, rus dilində sms göndərirmiş, eləcə də, o, da, İlqar rus və azərbaycan dillərində sms yazırmış. İlqar yazdığı smslərdə ekstazi həbini konfet, bir ədəd kibrit qutusunda qurudulmuş mariuxuananı boks, başqa narkotik tərkibli dərmanları fen adlandırırmış. İlqarın Rəşaddan aldığı narkotik vasitə və psixotrop maddələri kim və ya kimlərə satdığını bilmir. Lakin İlqar deyirmiş ki, klublarda partilərdə iştirak etdiyinə görə ekstazi və marixuananı klublarda satır.» Şahid X20 ifadələrində göstərdi ki, o,Təqsirləndirilən şəxs oğlunun dostu kimi tanıyır.Rəşad narkotik vasitələrdən istifadə etmir, əgər olsaydı onun oğlu Rəşadla əlaqə saxlamazdı. O, özü də Rəşadın narkotik vasitələrdən istifadə etməsini nə görməmişdir, nə də eşitməmişdir. 29 yanvar 2020-ci il tarixdə, saatı xatırlamır, o, evdə olarkən qonşuluqdan səs gəldiyiyni eşidib çölə çıxmışdır. Çöldə olanda Rəşadın qışqıraraq, məni döyməyin deməsini eşitmişdir. Rəşad deyirdi ki, bu maşın açarı deyil, qapı açarıdır. Rəşadın pəncərəsi açıq idi, o, həmin pəncərədən polislərin içəridə nə axtardıqlarını görməmişdir. O, sadəcə səs eşitmişdir, ancaq heç nə görməmişdir. Səs Rəşadın səsi idi. Qışqırırdı ki, məni vurmayın. Deyirdiki onun narkotiklə əlaqəsi yoxdur. Bu səslər təxminən on dəqiqə çəkdi. Bu hadisəyə qədər o, Rəşadın yanına çox adam gəlib getməsini görməmişdir. Həmin vaxtda da polis əməkdaşlarının Rəşadı döyməsini görməmişdir. Şahid Quryanov Evqeniy Vladimiroviç ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs müsiqiçi kimi tanıyır. Rəşad ona Djlik öyrətmişdir. 29 yanvar 2020-ci il tarixdə «Şato» klubunda təmizlik işləri gedirdi. O da həmin vaxtda klubda olmuşdur. Qapı döyüldü. Qapını açanda səkkizdoqquz nəfər qapını itəliyib içəri girdilər. Onlar heç bir sənəd təqdim etmədilər və axtarış aparmağa başladılar. Onlar nə axtardıqlarnı da demədilər. Bir kişi nəsə qutu gətirdi. Bundan sonra onu və Rəşadı döyməyə başladılar. Onlardan söz almaq istəyirdilər, lakin nə istədiklərini demirdilər. Ancaq «de» deyirdilər. Onlar gələndə qapını onlara o, açmışdır. Onların qapıya haradan gəldiyiyni o, görməmişdir. Onun üstünə baxış keçirdilər. O, onlardan nə istədiklərini soruşduqda onlardan biri onların polis əməkdaşı olduğnu bildirdi. Klubun iki qapısı vardır. Onlar istəsəydilər o, biri qaprdan qaçıb gedə bilərdilər. Polislər gələndə klubda heç bir masa olmayıb. Olmayan masanın üstündə də qutu olmayıb. Masanın üstündə də narkotik vasitə düzülməmişdi. Narkotik də satılmırdı. Klubun kamera görüntüləri qutusunu da polislər götürüb özləri ilə apardılar. O, polislərin hərəkətlərini özünə məxsus mobil telefon vasitəsi ilə çəkmək istəyəndə polislərdən biri onun telefonunu ondan alıb çəkilişi sildi və telefon da indiyə qədər də ona qaytarılmayıb. O, heç vaxt Rəşad da narkotik vasitə və ya maddə görməyib. Orda polis Rəşadı döyürdü ki, narkotik vasitələrinin satışı ilə məşqul olmasını boynuna alsın. Klubda onları balaca otağa salmışdılar. Polislərdən biri içəriyə əlində qabla girdi və tapdığını dedi. O, Rəşadın narkotik vasitələrdən istifadə etdiyini görməmişdir və bu barədə heç nə eşitməmişdir. Klubda narkotik vasitələr haqqında heç vaxt eşitməyib. O, polislərə özünün narkotik və ya başqasının narkotik vasitələrinin istifadəsinin aldudəçisi olmasını deməyib. O, klubda işə girəndən orada təmir gedirdi. Polislər gələndə də orada təmir qurtarmamışdı. Kluba müşətirələr gəlmirdi. Xidmət yox idi. Masa yox idi. Klubun bir kuxnası var idi, iki aya yaxın idi işləmirdi. O, özü isə iki ay idi ki, orada işləyirdi. O, polis əməkdaşlarının Rəşadı döydüyünü görmüşdür. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ifadələrində göstərmişdir: « 29 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, 28 mall ticarət mərkəzinin yaxınlığında yaşayan İlqar adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğu olması barədə Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Ülvi İsmayılov əməliyyat məlumatı əldə etmişdir. Əməliyyat məlumatının realizəsi ilə bağlı icazə alınmasından ötrü raportla idarə rəisinə məruzə etmişdir. İdarə rəisinin əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik Ülvi İsmayılova tapşırıldı. Qrupa o, Ülvi İsmayılov və CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 daxil imişlər. Həmin tarixdə saat 15 radələrində İlqar adlı şəxsin ola biləcəyi yerlər əməliyyat nəzarətinə götürülmüşdür. Saat təxminən 15:50 radələrində əməliyyat məlumatında göstərilən əlamətlərdə cavan bir oğlanın “28 Mall” ticarət mərkəzinin yaxınlığında piyada hərəkət etdiyini görmüşlər. Onlar ona qəfildən yaxınlaşaraq özlərini ona polis əməkdaşları kimi təqdim etmişlər və bildirmişlər ki, onlarla idarəyə getməlidir. İlqar da, onlara müqavimət göstərməmişdir. İlqar tərəflərindən idarəyə gətirilmişdir. X12 tərəfindən müdafiəçi ilə təmin olunmuşdur. Şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda vəkil şahidə çeviriləcəyini əsas gətirərək iştirakdan imtina etmişdir. Şəxsi axtarış zamanı İlqara təklif olunmuşdur ki, üzərində narkotik vasitə, qadağan olunmuş maddə və ya predmet varsa təqdim etsin. İlqar da, əynindəki qara rəngli paltonun sol yan cibindən 12 ədəd psixotrop maddə olan “MDMA” adlı ekstazi həblərini könüllü sürətdə təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi həblər psixotrop maddə olan ekstazi, yəni “MDMA” həbləridir, şəxsi istifadəsi üçün tanışı Təqsirləndirilən şəxs adlı şəxsdən alıb. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. İlqarın dediyinə görə Təqsirləndirilən şəxs əksər vaxtlarda ünvan 10 ünvanda yerləşən “Shato” klubunda olur. Şahid1 üzərinə şəxsi axtarış keçirilsə də, 12 ədəd psixotrop həblərdən savayı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Şahid1 üzərindən aşkar edilmiş 12 ədəd həb zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Protokolu Şahid1 və şəxsi axtarışda iştirak edən şəxslər imzalamışlar. Məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə bir daha təsdiq olunmuşdur ki, Şahid1 üzərindən aşkar edilmiş həblər psixotrop maddə olan “MDMA” həbləridir. Şahid1 istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olduğunu, Təqsirləndirilən şəxs isə istifadəsində ***-***-**-** saylı mobil nömrə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək üçün onların təklifi ilə Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub yalandan psixotrop maddə istədiyini bildirmişdir. Rəşad demişdir ki, evdədir, evinə gəlsin. Bundan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etməkdən ötrü CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 rəhbərliyi altına əməliyyat qrupu yaradılmışdır. Növbəti dəfə İlqar Rəşada zəng vuranda Rəşad mənzildən çıxdığını, “Shato” klubuna getdiyini bildirib İlqarı kluba dəvət etmişdir. Bundan sonra əməliyyat qrupu idarədən çıxmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs “Shato” klubunda saxlanılaraq idarəyə gətirilmişdir. Klubda saxlanılarkən Təqsirləndirilən şəxs oturduğu masanın üzərində narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Bundan savayı Təqsirləndirilən şəxs yaşadığı mənzildən narkotk vasitə və psixotrop maddə aşkar edilmişdir.» Məhkəmədə elan edilib araşdırılmış ifadələrində şahid Şahid8 Tahir oğlu ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, avtomobil və avtomobil ehtiyat hissələrin alqı-satqısı ilə məşğul olur. İdmanla məşğul olur. Rəsm çəkməyə marağı olduğu üçün hərdənbir rəsm əsərləri ilə tanış olur. Ona təqdim olunan telefon danışıqları haqqında məlumatlarda ***-***-**-** saylı mobil nömrənin istifadəçisini tanıyır. Onun istifadəçisi Rəşad adlı şəxsdir. Rəşad təxminən 40 yaşında, arıq, danışanda bəzən rus dilində cümlələr işlədirmiş. O, əsasən ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir. Hər iki mobil nömrə adınadır. O, Təqsirləndirilən şəxs bir ildən artıqdır ki, tanıyır. Təqsirləndirilən şəxs bayraq meydanının yaxınlığında yerləşən “Yarat” qrupunda tanış olmuşdur. Rəşadı özünü ona musiqiçi kimi təqdim etmişdir. Bəzən dj-lik etdiyini demişdir. O, “Yarat”-da sənət əsərlərinə baxmağa gedirmiş. Rəşadla söhbət zamanı onun narkotik vasitə istifadəçisi olduğunu başa düşmüşdür. Rəşad ona söz vermişdir ki, ona tanışı rəssam bir qadınla tanış edəcəyini və həmin qadının ona rəssamlığı öyrədəcəyini bildirmişdir. Buna görə də, o, Rəşadla buna görə də, danışırmışlar. 2019-cu ilin noyabr ayında Rəşadla yaşadığı Səbail rayonu, Zərgərpalan küçəsində söhbət zamanı Rəşad bildirmişdir ki, istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana lazım olsa ona sata bilər. O, bir ilə yaxındır ki, arabir, yəni ayda ya da 2 aydan bir şənliklərdə qurudulmuş marixuana çəkirmiş. Marixuana çəkməyini Rəşada demişdir. Buna görə də, Rəşad ona təklif edəndə o, da, razılaşmışdır. 30 manatlıq marixuana almaq istəmişdir. Rəşad da, gödəkçəsinin cibindən iki bükümdə qurudulmuş marixuananı çıxardıb ona satmışdır. O, həmin marixuananı yalnız qəbul etmişdir, kiməsə verməmiş və satmamışdır. Rəşaddan bundan sonra 2 dəfə yaşadığı evin yaxınlığında qurudulmuş mariuxana almışdır. Rəşad Zərgərpalan küçəsində məktəblə üzbəüz yerləşən binanın 3-cü mərtəbəsində qalırmış. Rəşad ona narkotik vasitə satarkən yanlarında heç kəs olmamışdır. Rəşadın narkotik vasitələri hardan və kimdən əldə etməsini bilmir. Rəşadın ondan başqa daha kim və ya kimlərə narkotik vasitə satdığını bilmir. Rəşadın hazırda həbsdə olduğunu bilmirmiş. İndi bilir ki, Rəşad narkotik vasitə və psixotrop maddələrin satışına görə həbs olunub. Lakin Rəşad ona başqa növ narkotik vasitə və psixotrop maddələrdən satmamışdır. Yalnız qurudulmuş marixuana satmışdır. Doğrudur, bir neçə dəfə Rəşada zəng vurub ondan narkotik vasitə istəyəndə hələlik narkotik vasitə olmadığını, nə vaxt olsa ona xəbər edəcəyini bildirib. Sonradan Rəşad ona zəng vurub onda satılıq narkotik vasitə olduğunu deyib və o, da, Rəşadan şəxsi istifadəsi üçün qurudulmuş marixuana almışdır. Ona təqdim olunmuş telefon danışıqlarında ***-***-**-** mobil nömrəsinin istifadəçisini tanıyır. Həmin şəxs Səid Bayramovdur. Səid Bayramovun istifadəsində olan mobil nömrəsinə smsləri o, yazmışdır, istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Səid narkotik vasitənin satışı ilə bağlı, yəni ondan narkotik vasitə almağı barədə təklifləri yazmışdır. Səidi 2019-cu ilin dekabr ayından tanıyır. Səidi Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. O, Təqsirləndirilən şəxs qəbul etmək üçün narkotik vasitə olan qurudulmuş marixuana alanda Səid də, yanında olurmuş. Dəfələrlə olub ki, Səid Rəşadın tapşırığı ilə ona narkotik vasitə olan qurudulmuş mariuxuana satmışdır. Elə də, olurmuş ki, əvvəlcədən narkotik vasitənin 400-500 manat pulunu Rəşada vermişdir. Rəşad isə narkotik vasitənin ona satmasını gecikdirəndə Rəşad zənglərinə cavab verməyəndə Səidə zəng vurub ya da sms yazırmış ki, Səid Rəşada təsir göstərsin. Səid ona narkotik vasitə qurudulmuş marixuananı 2020-ci ilin fevral və mart aylarında əksər hallarda Bakı şəhərində Gənclik metrosunun yaxınlığında satırmış. Rəşad ona telefonda deyirmiş ki, dostu Səid narkotik vasitəni çatdıracaqdır. O, da, pulu Səidə verirmiş ki, Rəşada çatdırsın. Bəzən Səid ona yazırmış ki, onda narkotik vasitə qurudulmuş marixuana var, ondan satın alsın. Rəşad tutulduqdan sonra Rəşadı görməmiş və onunla əlaqə saxlamamışdır. Rəşad tutulduqdan sonra da, Səid ona narkotik vasitə qurudulmuş marixuana satırmış, Səid deyirmiş ki, Rəşada məxsus narkotik vasitəni satır. Sonuncu dəfə, Səiddən təxminən 1 ay əvvəl şəxsi istifadəsi üçün qurudulmuş marixuana almışdır. Səidin kimdən narkotik vasitə aldığını bilmir. O, Rəşaddan və Səiddən aldığı narkotik vasitələri heç kəsə verməmiş və satmamışdır. Yalnız şəxsi istifadəsi üçün almışdır. Hazırda narkotik vasitələrdən qəbul etmir. Məhkəmədə elan olunub araşdırlmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən ondan aşkar edilib götürülmüş narktik maddələri Təqsirləndirilən şəxs götürüdüyünü təsdiq etmişdir, şahidlər Şahid4, Şahid5, Şahid9 Təqsirləndirilən şəxs onların aralarında keçirilən üzləşdirmə zamanı ifadələrində göstərdikləri halları təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə ekspertizasının 30 yanvar 2020-ci il tarixli 2451 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....saxlanılan şəxs: Şahid1 “ yazısı olan zərfdəki, üzərində “TESLA” yazısı həkk olunmuş 12(on iki) ədəd uçbucaq formalı sarı rəngli həblər kustar üsulla hazırlanmış metilendioksimetamfetamin ( MDMA) tərkibli həblərdir (“Ekstazi”), 12 ədəd həbdən ibarət təsiredici maddəsi MDMA-ın ümumi miqdarı 2,76 qram təşkil edir( bir ədəd həbdə 0,23 qram. MDMA olmaqla) MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə ekspertizasının 30 yanvar 2020-ci il tarixli 2589 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs....Təqsirləndirilən şəxs” yazılar və imzalar olan bir ədəd sarı rəngli kağız paketi açdıqda içərisində 15 ədəd polietilen paketdə ayrı-ayrılıqda təmiz çəkiləri-5,368 qram, 5,416 qram, 6,131 qram, 5,042 qram, 7,771 qram, 6,329 qram, 5,159 qram, 5,582 qram, 4,886 qram, 6,213 qram, 5,885 qram, 5,239 qram, 5,119 qram, 5,880 qram, 5,245 qram bitki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi təmiz çəkisi 85,265 qramdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə ekspertizasının 30 yanvar 2020-ci il tarixli 2590 saylı ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-ə məxsus “Zərflər üçün №186 möhür əksi və “Şübhəli şəxs....Təqsirləndirilən şəxs..” əl yazıları olan 01 ədəd kağız paketdəki 01 ədəd polietilen paketdə: 49 ədəd üzərlərində “TESLA” yazısı həkk olunmuş sarı rəngli üç künc formalı tabletlərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 11,27 qram olan MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatı müəyyən edildi. 12 ədəd polietilen paketdə ümumi təmiz çəkisi 4,198 qram ağr rəngli toz şəkilli kütlə və 05 ədəd polietilen paketdə ümumi təmiz çəkisi 2,263 qram açıq qəhvəyi rəngli (bej) toz şəkilli kütlə-psixotrop maddə amfetamindir. MDMA və amfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə ekspertizasının 12 mart 2020-ci il tarixli 3655/4024 saylı ekspertiza rəyində görünür ki, tədqiqata təqdim edilmiş MEM-nə məxsus 1№-li qəhvəyi rəngli kağız paketdə MEM-nə məxsus kağız paketdəki 15 ədəd polietilen paketdə ayrıayrılıqda təmiz çəkiləri-5,348 qram, 5,396 qram, 6,111 qram, 5,022 qram, 7,751 qram, 6,309 qram, 5,139 qram, 5,562 qram, 4,866 qram, 6,193 qram, 5,865 qram, 5,219 qram, 5,099 qram, 5,860 qram, 5,225 qram, ümumi təmiz çəkisi-84,965 qram (ilkin tədqiqat zamanı həmin bitki mənşəli kütlələrin çəkiləri-,368 qram, 5,416 qram, 6,131 qram, 5,042 qram, 7,771 qram, 6,329 qram, 5,159 qram, 5,582 qram, 4,886 qram, 6,213 qram, 5,885 qram, 5,239 qram, 5,119 qram, 5,880 qram, 5,245 qram, ümumi təmiz çəkisi-85,265 qram olmuşdur) olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “ 1ədəd torbada narkotik vasitə olması ehtimal olunan maddə” yazılar və imzalar olan 4№-li ağ rəngli kağız paketdə bir ədəd polietilen torbada təmiz çəkisi-90,885 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs əyləşdiyi masa üzərində içərisində narkotik vasitə və psixotrop maddələr olan qutu” yazılar və imzalar olan 5 №-li ağ rəngli kağız paketdə üzərində “OFF-WHİTE” yazısı olan boş karton qutunun iç səthində narkotik vasitə marixuananın izi vardır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş qutu” yazılar və imzalar olan 6№-li ağ rəngli kağız paketdə “OFF-WHİTE” yazısı olan boş karton qutunun iç səthində narkotik vasitə marixuananın izi vardır. Tədqiqata təqdim olunmuş üzərində “1 ədəd Elektron tərəzi” yazılar və imzalar olan 7№-li ağ rəngli kağız paketdə “BO5” markalı elektron tərəzi üzərində narkotik vasitə marixuananın izi vardır. -Tədqiqata təqdim olunmuş üzərində “ 1 ədəd elektron tərəzi” yazılar və imzalar olan 8№-li ağ rəngli kağız paketdə “Digital pocket scale” markalı elektron tərəzi üzərində narkotik vasitə marixuananın izi vardır. Tədqiqata təqdim olunmuş üzərində “ 2 ədəd müştük 1 ədəd paketdə narkotik” yazılar və imzalar olan 10№-li ağ rəngli kağız paketdə bir ədəd polietilen torbacıqda təmiz çəkisi-1,798 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin paketdə 2 ədəd sarı və yaşıl rəngli müştüyə bənzər predmetin və bir ədəd nəm salfetka üzərində narkotik vasitənin izləri yoxdur. Tədqiqata təqdim olunmuş üzərində “ 2 ədəd yandıran, alışdırıcı və 1 ədəd bank hesab kartı” yazılar və imzalar olan 11№-li ağ rəngli kağız paketdə, 2 ədəd yandıran alışqan, 1 ədəd bank hesab kart üzərində narkotik vasitənin izi yoxdur. Tədqiqata təqdim olunmuş üzərində “Lətif Əlizadə..., Şahid5...., Şahid4..., Anar Rüstəmov...., Əhməd Əliyev..., Şahid13..., Şahid12..., yazılar və imzalar olan 12№-li ağ rəngli kağız paketdə bir ədəd polietilen torbada təmiz çəkisi-2,616 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Lətif Əlizadə..., Şahid5...., Şahid4..., Anar Rüstəmov...., Əhməd Əliyev..., Şahid13..., Şahid12..., yazılar və imzalar olan 13№li ağ rəngli kağız paketdə 9 ədəd istifadə olunmamış polietilen paketlər üzərində narkotik vasitənin izləri yoxdur. Tədqiqata təqdim olunmuş üzərində “Lətif Əlizadə..., Şahid5...., Şahid4..., Anar Rüstəmov...., Əhməd Əliyev..., Şahid13..., Şahid12..., yazılar və imzalar olan 14№-li ağ rəngli kağız paketdə bir ədəd 5 manatlıq əskinas üzərində narkotik vasitə olan marixuananın izi vardır. Təqdim olunmuş karton qutular, elektron tərəzilər və 5 manatlıq əskinas üzərində narkotik vasitə iz şəklində olduğu üçün onlarla müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidilər. Tədqiqata təqdim olunmuş: Şübhəli şəxs....Təqsirləndirilən şəxs” qeydli paketdəki 01 ədəd polietilen paketdə olan 47 ədəd üzərlərində “Tesla” yazısı həkk olunmuş sarı rəngli üç künc formada “MDMA” metilendioksimetamfetamin, ekstazi) tabletləri ilə (ekspert rəyiN2590), “şübhəli şəxs ...Şahid1” qeydli zərfdəki bir ədəd polietilen paketdə olan 10 ədəd üzərlərində “TESLA” yazısı həkk olunmuş sarı rəngli üç künc formada “MDMA” tabletləri (Ekspert rəyi N2451) tərkiblərinə görə eynilik təşkil edir. “1 ədəd bağlamada şübhəli maddə masa üzərindən” qeydli ağ rəngli kağız paketdəki bir ədəd polietilen torbacıqda olan təmiz çəkisi-0,110 qram ağ rəngli tozşəkilli kütlə psixotrop maddə-amfetamindir. Şübhəli şəxs ....Təqsirləndirilən şəxs” qeydli paketdəki 12 ədəd polietilen paketdə olan ağ rəngli, tozşəkilli kütlə-amfetaminlə (Ekspert rəyi N2590) “1 ədəd bağlamada şübhəli maddə masa üzərindən” qeydli paketdə polietilen torbacıqda olan ağ rəngli, tozşəkilli kütlə-amfetamin tərkiblərinə görə eynilik təşkil edirlər. MDMA və Amfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə ekspertizasının 12 sentyabr 2020-ci il tarixli 364 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs əl çantasından......” sözləri yazılmış 1№-li zərfdə 04 ( dörd) ədəd şəffaf sellofan paketlərdə ayrıayrılıqda təmiz çəkiləri: 1) 2,733 qram, 2) 2,616 qram 3) 2,598 qram 4) 2,531 qram, üzərində “Təqsirləndirilən şəxs əl çantasından...” sözləri yazılmış 2 №-li zərfdə 04 ( dörd) ədəd şəffaf sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 2,538 qram, 2) 2,488 qram, 3) 2,581 qram, 4) 2,623 qram, üzərində “Təqsirləndirilən şəxs əl çantasından...” sözləri yazılmış 3 №-li zərfdə 03 ( üç) ədəd şəffaf sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,2,608 qram, 2) 2,645 qram, 3) 2,576 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar ümumi çəkisi 28,537 qramdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 01 noyabr.2019-cu il tarixdən 30 yanvar 2020-ci il tarixədək olan müddət ərzində aranan və arayan nömrələrin siyahısının və abonentlərin şəxsiyyətləri barədə məlumatın, sms-lərin məntlərini, qeyd olunan mobil nömrələrlə ilə aparılan danışıqların qeydə alındığı inzibati ərazi vahidi (şəhər (rayon) qəsəbə, kənd, küçə, şosse və s. inzibati ərazi vahidləri qeyd olunmaqla) barədə məlumatların "xxxx" MMC -dən ələ keçirilməsi barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul etmişdir. "xxxx" MMC-dən 06 mart 2020-ci il tarixli, 5808 saylı müşayiət məktubu ilə daxil olmuş 01 ədəd CD diskdə əks olunmuş məlumatlara baxış keçirilən zaman müəyyən edildi ki, həmin diskdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə atası Bakı şəhəri, Zərgərpalan küçəsi ev 5, mənzil 68-də qeydiyyatda olan (şəxsiyyət vəsiqəsi AZE N ********) X16 adınadır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 01 noyabr 2019-cu il tarixdən 30 yanvar 2020-ci il tarixədək zənglər siyahısına, SMS mətnlərinə, nömrələrin müqavilə sahiblərinə və əhatə dairəsinə dair məlumatlar əks olunmuşdur. Diskdə əks olunmuş məlumatlara baxış zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs Şahid1 istifadəsində ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr vardır. İlk dəfə ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında danışıq 13 noyabr 2019-cu il tarixdə olmuşdur. Həmin telefon danışığı zamanı Təqsirləndirilən şəxs istifadəsindəki telefonun əhatə dairəsi Bakı şəhəri, Nigar Rəfibəyli küçəsində qeydə alınmışdır. 16 yanvar 2020-ci il tarixdə saat 20:48, 17 yanvar 2020-ci il tarixdə 17:39, 18.01.2020-ci il tarixdə saat 12:25-də Təqsirləndirilən şəxs sözü gedən mobil nömrə ilə Şahid1 zəng vurub danışmışlar. Sonuncu dəfə 29 yanvar 2020-ci il tarixdə saat 16:34, 16:48, 16:54 və 17:03-də Şahid1 Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng vurub danışmışlar. Həmin telefon danışığı zamanı Təqsirləndirilən şəxs istifadəsindəki telefonun əhatə dairəsi Bakı şəhəri, Murtuza Muxtarov küçəsində qeydə alınmışdır. ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı nömrə arasında sms mətnləri aşkar edilmişdir. Mətnlərin tarixləri və məzmunu aşağıdakı kimidir: 17/11/2019,00:48:00,**********21, **********44, Poka net,(hələ yox) dengi ewe ne namutil,( hələ pulları əldə etməmişəm) (100 lazımdır), esli pridumayu, deyerem sene, xorowo?(əgər fikrimi dəyişsəm sənə deyərəm) A esli to mog bi dat 100 s usloviyem cto ya vernu 50,(əgər 100 versə söz verirəm 50-ni qaytaracam) po polke vzalib (Qutu ilə götürürərdik.17/11/2019,00:53:10,**********21,**********44,Est takoy varik? (belə variant varmı?) 7/11/2019,01:31:34,**********21,**********44, Bro, po polke berem?( qardaş polknan götürək?) ya 50 nadibal(50 tapdım), 17/11/2019,01:57:51,**********21,**********44, Bro esli ti ne xocew brat, mojew pomoc mne vzat? (qardaş əgər sən istəmirsən mənə götürməyə kömək edərsən?) Odoljit 100, ya vo vtornik ix tebe otdam, (100 borc ver mən 2-ci gün qaytararam) plus 1/3 cast spwki, kotoruyu segodna namucu (1/3 hissəsini bu gün-)17/11/2019, 01:58:48, **********21, **********44, Prosto on cerez cas budet nedostupen, poetomu, upuwu esli moment, to vse...(Sadəcə bir saat sonra ona zəng çatmayacaq, həmin momenti əldən buraxsam). 19/11/2019,18:25:17, **********21, **********44, Kak dela bro? ( qardaş necəsən?) Mne 0.5 fena do zavtra nujno, poluchitsa u teba? (sabaha mənə 0,5fena lazımdı,alınsa sənə də?) Et spwka, ilqar, (İlqar bu qığılcımdı) LiFad 19/11/2019, 18:58:25, **********21, **********44, Vse bro otmena,(qardaş hər şey ləğv olundu) xoteli polku na zavtra za 70,(istiyirdik sabaha polkasını 70-ə götürək) dumal vzat, (fikirləşdim götürüm) otdat sedna,(sedna verim) zavtra te 70 dat,(sabah həmin 70 verim) no qaqaw uwel (qardaş getdi) . Məhkəmədə araşdırılan cinayət işin materiallarından görünür ki, bu danışıqlar Şahid1 və Təqsirləndirilən şəxs arasında olmuşdur. Danış zamanı amfetamini fen, kibrit qutusunda qurudulmuş marixuananı spişka adlandırılmışdır. Bundan savayı Şahid9 istifadəsində olan ***-***- **-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında sms mətnləri aşkar edilmişdir. Belə ki, ***-***-**-** mobil nömrədən 30.01.2020-ci il tarixdə saat 14:38-də ***-***-**-** saylı mobil nömrəyə göndərilən smsdə bu cümlələr yazılmışdır: “ Salam mən Cəfərin dostuyam. Keçən dəfə gəlmişdim 100 manatlıq götür”. “Yadınıza gəldi? 40 manatlıq alınar birazdan? Mümkünsə xəbər edin”. Həmin tarixdə saat 14:40-də “Whatsappda da cavab yaza bilərsiniz”. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 01 iyul 2019-cu il tarixdən 01 noyabr 2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər, sms və anten məlumatları Xətai Rayon Məhkəməsinin «22» iyun 2020-ci il tarixli qərarı əsasında "xxxx" MMC -dən 1 ədəd CD disk formasında götürülmüş və baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğuldur. Sms mətnlərində qurudulmuş marixuanaya “baş”, “ot”, bəzən də, “gül”, amfetaminə “fen”, ekstazi həbinə “Trump” adı ilə şərti olaraq adlandırılır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X6 adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrəsi arasında sms yazışmaları aşağıdakı məzmundadır: 04/07/2019,18:41:22, **********14, **********44,2 bash. Eger varsa yaxinam gelim, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Abbasov Ruslan Fizuliyeviçin adına rəsmiləşdirilmiş ***-***-**-** mobil nömrəsi arasında sms yazışmaları aşağıdakı məzmundadır: 19/07/2019, 00:40:50 **********6, **********44, Raş privet, mojet u tebə zelenğ estğ? (Rəşad salam! Səndə bəlkə ot olar?) 19/07/2019, 00:41:03, **********44, 9**********6, Kto gto? (kimdi?) 19/07/2019, 00:41:51, 9**********6, **********44, Ruslan, zapişi uje nomer ( Ruslandı, bu nömrəni yaz artıq), 19/07/2019, 00:42:07, **********44, 9**********6, Ruslan da estğ ( Ruslan var), 21/07/2019, 13:42:23, 9**********6, **********44, Raş,privet...ostavğ dlə menə pol rozı,pojal...v les xoçu vzətğ ( Rəşad salam! Mənim üçün yarı gül saxla xahiş edirəm,meşəyə aparmaq istəyirəm), 21/07/2019,15:00:41, 9**********6, **********44, Bro,luçşe odin sdelay srazu (Qardaş! Yaxşısı bir dənəsini dərhal düzəlt), Məryəm adlı qadının istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə arasında olan sms yazışmaları aşağıdakı məzmundadır: 12/10/2019, 18:42:16, **********66, **********44, Rashad geribe olmussm olar 20 lik fen sen mene veresem shehr4de verevem pulun bayaqdan coc shey almisam : D xais edirem 19/10/2019, 16:02:31, **********66, **********44, 30luq ot indiden hazir ele taxi gozluyecey barrele gedirem urey), 7/10/2019, 02:03:39, **********66, **********44, Urey burdayam nizamla ot cekmey istiyiri 1 dene olar alim, sen basliyana hazir olaq. 1 dene line edim de nolar rashad pulum yoxdu istemirem eve gedim. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrəsi ilə X13 adına rəsmiləşdirilmiş və istifadəsində olan 070854-49-15 mobil nömrəsi arasında olan sms yazışmaları aşağıdakı məzmundadır: 20/08/2019 ,22:31:13, **********44, **********15, Ek lazim ola biler. 20/08/2019, 23:23:13, **********15, **********44, Ancaq 1 ci partdan 6 dene qalib . 15 den mans. Gozle 5 ci gun dolu olacaq. Emi meseleside dostum gelmeyib . Ele ona gore yaxsi deyilem. 20/08/2019, 23:23:41, **********44, **********15, O6 deneni gotur gel. 20/08/2019,23:23:54, **********44, **********15, Srochno lazimdi mene, 20/08/2019, 23:24:04, **********44, **********15,15 den sayarsan ok, 20/08/2019,23:25:16, **********15, **********44,Gelirem, 29/08/2019, 01:01:05, **********15, **********44, Ustumde deyil. Danisdigiz kimi 5 bi gun seher sendedir sabax olmayacam axi, 29/08/2019,01:02:17, **********15, **********44, Bir de mene emi lazimdi. Toya ge, 29/08/2019, 01:05:30, **********15, **********44, İki dene de sene goturmusdum beyaq dediyin 29/08/2019, 01:15:35,**********44, **********15,Men uzanib yatiram, 29/08/2019, 01:16:09, **********44, **********15, Seher gelersen vererem ot 29/08/2019, 01:16:32, **********15, **********44, Bildim mans sirin yuxular. 29/08/2019, 01:17:10, **********15, **********44,Tamam. Sehere qeder, 29/08/2019, 17:57:45, **********15, **********44, Xarda goruse bilirsiz? 50 dene xazirdi men bakida deyilem, 30/08/2019, 17:00:04 ,**********15, **********44, Salam mans. 3 lz bir box emi. Axsam sizdeyem, 30/08/2019, 17:44:16, **********44, **********15, Oldu, 30/08/2019, 17:44:33, **********44, **********15, Menim enanetimide getirirsen de?, 30/08/2019, 18:33:46, **********15, **********44,Okey. Menim var amma. Ozude cox vacib . elindekilerden de mugayat ol trump qalmayib uje xec xarda, Plus coxu da ondan isteyir. 30/08/2019,18:37:07,**********44, **********15, Bu axshsm, Mene ne olsadaxhech olmasa 50 dene tap, 30/08/2019,18:37:19, **********44, **********15, Ferqi yoxdu hansi, 30/08/2019, 21:23:32, **********44, **********15, Bro duzelende xeber ele. Hardasan harda, 30/08/2019, 21:41:35, **********15, **********44, Soxasoxdu. Gelirem. Emi artdi. Bu gun menim sene yaxsi xeyrim deyecek. Mene 15 deq ayir vse. 30/08/2019, 21:42:08, **********44, **********15, Ne vaxt chatirsan? 30/08/2019,21:43:00, **********15, **********44, Maksimum 20 deq. Amf var ? 100 luk var? 30/08/2019, 21:56:57, **********44, **********15, Var var 30/08/2019, 23:37:31, **********15, **********44, Sumkam qalib sizde, 31/08/2019, 00:34:48, **********06, **********44, Mans, əv barele, budeşğ exatğ trampa prixvati, 31/08/2019, 00:47:28, **********15, **********44, Evdesen? 31/08/2019, 00:50:05, **********15, **********44, Mans sumkasiz alinmir qalmisam lut, 31/08/2019, 12:14:40, **********15, **********44, Mans…. 31/08/2019, 12:14:44, **********15, **********44, isin goremmedim. Sendende ozude senden uzr istirem…. Dostum onu axtarir abseronda, 31/08/2019,16:41:11, **********15, **********44, 1 bide 0.5 catiram size mans, 01/09/2019, 01:26:04, **********15, **********44, Mans ilqara de meni tapsin, 01/09/2019, 21:18:45, **********15, **********44,Mans otun var cekilesi. Cekmeye bir seyim qalmayib, 01/09/2019, 21:28:30, **********44, **********15, Gel mashindan verim, men ashagida mashindayam yazdığı müəyyən olunur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid1 adına rəsmiləşdirilmiş və istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında olan sms yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs 21/09/2019, 23:53:26, **********21,**********44,70+80=150 ostalnoye ya sam zavtra emu dam, dogovorilsa, 21/09/2019,23:55:21,**********21,**********44, Panahu uje ne predlagay, ozumuze galsin deyir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Şahid1 istifadəsində olan ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrəsinə göstərilən məzmunlu smslər yazır: « 17-11-2019 00:48:00 **********21 - **********44 Poka net,(hələ yox) dengi ewe ne namutil,( hələ pulları əldə etməmişəm) (100 lazımdır),esli pridumayu, deyerem sene, xorowo?(əgər fikrimi dəyişsəm sənə deyərəm) A esli to mog bi dat 100 s usloviyem cto ya vernu 50,(əgər 100 versə söz verirəm 50-ni qaytaracam) po polke vzalib Est takoy varik?(qutu ilə götürərdik varmı?, 17-11-2019 01:31:34.**********21- **********44 Bro, po polke berem?( qardaş polknan götürək?) ya 50 nadibal(50 tapdım).**********21 -**********25 Hardasan? Men bir yarim saata 40 deq olaram o tereflerde. 17-11-2019 01:57:51 .**********21-**********44 Bro esli ti ne xocew brat, mojew pomoc mne vzat? (qardaş əgər sən istəmirsən mənə götürməyə kömək edərsən?) Odoljit 100, ya vo vtornik ix tebe otdam,(100 borc ver mən 2-ci gün qaytararam) plus 1/3 cast spwki, kotoruyu segodna namucu(+ 1/3 hissəsini bu gün--) 19-11-2019 18:25:17 **********21-**********44 Kak dela bro? (qardaş necəsən?) Mne 0.5 fena do zavtra nujno, poluchitsa u teba? (sabaha mənə 0,5 fena lazımdı, sən də alınar? Et spwka, ilqar,(İlqar bu qığılcımdı) LiFad. 19-11-2019 18:58:25 **********21-.**********44 Vse bro otmena, (qardaş hər şey ləğv olundu) xoteli polku na zavtra za 70,(istəyirdik sabaha polkasını 70-ə götürək) dumal vzat,(fikirləşdim götürüm) otdat sedna,(sedna verim) zavtra te 70 dat,(sabah həmin 70-İ verim) no qaqaw uwel (qardaş getdi). Məzkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Şahid1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə bağlı Təqsirləndirilən şəxslə birgə razılığa gəldikdən sonra 29 yanvar 2020-ci il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs 12 ədəd psixotrop maddə olan MDMA həblərini satışını realizə etmək üçün yaşadığı mənzildə Şahid1 vermiş, Şahid1 də, bundan əvvəl həmin ektazi həblərini satmaq üçün alıcılar tapmış və Təqsirləndirilən şəxs ekstazi həblərini aldıqdan dərhal sonra X4 istifadəsində olan **********35 mobil nömrəsinə sms yazaraq hazır olduğunu görüşə biləcəyini bildirmiş, eyni zamanda digər alıcı Şahid6 istifadəsində olan mobil nömrəsinə zəng vurmuşdur. X4 istifadəsində olan **********35 mobil nömrəsi ilə analoji sms yazışmaları yuxarıda göstərilən kimi 18,19, 23 və 24 yanvar 2020-ci il tarixlərdə baş vermişdir. Belə ki, 18, 19, 23 və 24 yanvar 2020-ci il tarixlərdə Şahid1 Saşa, yəni X4 istifadəsində olan mobil nömrəyə bu məzmunlu sms göndərir: “Görüşə bilərikmi? Birdənəsini sizə hədiyyə verərəm”. “Ümid edirəm ki, göndərdiyim smsi gördün, məndə hər şey hazırdı, hamısını götürmüşəm” “Bəli, yaxşı, mən hazır olan kimi yazaram, təkcə deki 80 ya 100”. “Hər şey yaxşıdı, hazlayan kimi yazaram” “Mən hazıram, danışdığımız kimi” “Mən öz səhvimi düzəltməyə hazıram, 120 dək qaldırmışam, bu dəfə məndə çoxdu ” X4 Rəşadı tanıması və İlqarın Rəşada məxsus narkotik vasitə və psixotrop maddələri ona satdığını bilməsi sms mətnindən də, aydın olur. Belə ki, X7 31 yanvar 2020-ci il tarixdə Şahid1 yazdığı smsdə dijeyin işlərinin necə olduğunu soruşur. Dijey kimi Rəşadı nəzərdə tutur. Bundan başqa sms mətnlərindən tam aydın olur ki, Şahid1 mütamadi olaraq Təqsirləndirilən şəxs tapşırığı ilə sonuncuya məxsus narkotik vasitə və psixotrop maddələrin satışını realizə edir və bunun müqabilində Rəşaddan şəxsi istifadəsi üçün pulsuz olaraq narkotik vasitə və psixotrop maddə ya da pul alır. Anten məlumatlarına baxış zamanı müəyyən edildi ki, Şahid1 istifadəsində olan mobil nömrənin 29 yanvar 2020-ci il tarixdə saat 15:00 radələrində anten dairəsi Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 ünvanının yaxınlığını göstərir. Məhkəmədə elan olunub araşdırılmış Şahid1 istifadəsində olmuş "xxxx" MMC-nin ***-***- **-** mobil nömrəsinə 01 iyul 2019-cu il tarixdən 31 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər müəyyən etmək etmək üçün keçirilmiş baxış protokolundan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında sms yazmışdır. O, 18.09.2019, 17:29:11, ********* -********** Mans. Kak dela? Doma? Ne zanat? Ya bez sp ( Mans işlərin necədi? Məşğul deyilsən? Mən marixuanasızam (Sp sözü narkotik alqı-satqısı ilə məşğul olanlar arasında marixuanaya şərti verilən adlardan biridir ), 21-09-2019 23:53:26 **********-********** 70+80=150 ostalnoye ya sam zavtra emu dam, dogovorilsa ( 70+80=150 qalanını sabah ona verəcəm, danışmışam) 21-09-2019 23:55:21 ********* -********** Panahu uje ne predlagay, ozumuze galsin. ( Pənaha artıq təklif etmə, özümüzə qalsın), məzmununda smslər yazmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi üzrə DİN-nin X9 Xidmətindən daxil olmuş “Təhlükəsiz şəhər” kameralarından götürülmüş 3 ədəd DVD diskində videogörüntülərə baxış zamanı müəyyən edildi ki, 189 və 190 saylı məktəblər üzbəüz yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvan 12 ünvanının qarşısında “Təhlükəsiz şəhər” kamerası vardır. Götürülmüş görüntülərdən görünür ki, 29 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı binanın fəsadı təmir olunur. TS-171.1, TS1-171.2 və TS1- 171.3 nömrəli görüntülər saat 15:18:00-dan başlayır. 15:19:59-da qurtarır. Şahid1 saat 15:19:03-də Təqsirləndirilən şəxs yaşadığı blokdan çıxaraq Daxili İşlər Nazirliyinə tərəf getdiyi müəyyən edildi. Baxışda iştirak edən Şahid1 Təqsirləndirilən şəxs dəvəti ilə yaşadığı binanın üçüncü mərtəbəsinə qalxıb sonuncudan 12 ədəd psixotrop maddə olan “MDMA” həblərini alıb və binadan çıxaraq DİNnin inzibati binasına tərəf yaşadığı ünvana getdiyi bildirmişdir. TS-171.1(2) və 171.2 (2) saylı görüntülər saat 17:07:59-da başlayır. 17:09:59-də bitir. Görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı blokdan kürəyinə idman çantası asılmış vəziyyətdə və siqaret çəkə-çəkə çıxır və binanın qarşısında saxladığı “Audi” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşir. TS1-171.1(3), TS1-171.2(3) və TS1-171.3(3) saylı videogörüntülər saat 18:02:00-da başlayır, 18:05:59-da bitir. Həmin görüntülərə baxış zamanı müəyyən edildi ki, polis əməkdaşları Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı binanın qarşısına gəlirlər. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 götürülmüş ekspertiza tədqiqatları nəticəsində qalmış 2,76 qram çəkidə psixotrop maddə olan 10 ədəd MDMA həbləri, Təqsirləndirilən şəxs və mənzilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatları nəticəsində qalmış 178,904 qram çəkidə 4 ədəd paketdə qurudulmuş marixuana, ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 28,207 qram çəkidə 3 ədəd möhürlənmiş paketdə narkotik vasitə olan qurudulmuş marixuana, 11,27 qram çəkidə ekspertiza tədqiqatları nəticəsində qalmış 47 ədəd psixotrop maddə MDMA həbləri, ekspertiza tədqiqatları nəticəsində qalmış 6,371 qram çəkidə psixotrop maddə amfetamin, iki ədəd elektron tərəzi, iki ədəd kardon qutu, bir ədəd 5 manatlıq pul əskinası maddi sübut kimi tanınıb Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılır. “Azercell” BM-dən daxil olmuş telefon danışıqları haqqında məlumatların əks olunduğu 3 ədəd CD disk, Təhlükəsiz Şəhər kameralarından götürülmüş görüntülərin əks olunduğu 3 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk, şəxsi axtarış və baxış, mənzildə axtarışın aparılmasına dair 4 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin 31 yanvar 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında qərarından görünür ki, Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 29 yanvar 2020-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Təqsirləndirilən şəxs ona ittiham elan olunarkən ifadələrində və ondan əvvəl Bakı şəhər prokurorluğuna ünvanladığı ərizəsində saxlanılarkən üzərində və yaşadığı mənzildə narkotik vasitələr və psixotrop maddələrin aşkar olunmadığını, polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını, narkotik vasitələr və psixotrop maddələrdən qəbul etmədiyini və satışı ilə məşğul olmadığı haqqında ifadələri şübhələrlə müşahidə olundu, lakin bu şübhələr əsaslı olmadı çünkü məhkəmədə aradırılmış cinayət işinin materiallarından görünür ki, bu halla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılmış, 04 avqust 2020-ci il tarixdə həmin hallar öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Məhkəmə, yuxarıda göstərilən ittihamedici sübütları təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini onun tərəfindən törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ittihamı inkar edən ifadələrini müdafiə xarakterli ifadələr kimi, ibtidai istintaq zamanı ittihamı təsdiq edib məhkəmədə bunun əksini göstərmiş şahidlərin ifadələrini isə onların ziddiyyətli davranışlarının nəticəsi kimi qiymətləndirir. Məhkəmə, şahidlər X14 və X5 ifadələrində göstərdiyi halların faktiki əsasının olmadığı qənəatinə gəlir. Məhkəməninn bu qənaəti ibtidai istintaq zamanı həmin hallar araşdırılarkən təsdiqini tapmaması baxımından əsaslı sayır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il 51b bəndi ) işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsəaslandırılsın. Bu o demək deyil ki, tərfələrin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab v erilməlidir. Məhkəmə, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Əhməd oğlunun 2019-cu il ərzində fəaliyyətini əks etdirən telefon əlaqələrini Təqsirləndirilən şəxs Əhməd oğlunun ittiham olunduğu cinayət əməllərinin törədilməsinə meyilli olmasını göstərən hallar kimi təqdim etdiyini, Təqsirləndirilən şəxs həbsdə olduğu 2020-ci ilin yanvar ayının 29-dan həmin ilin aprel ayının 24-nə qədər həbsdə olduğu müddətində kənar şəxslərin narkotik vasitə və maddələrin alqı satqısı barəsində telefon vasitəsi ilə aparılın danışıqların ona aid olmamasını nəzərə alır. Məhkəmə, göstərilənlər nəzrə alıb təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin onun tərəfindən sübuta yetirildiyi qənəaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs Əhməd oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin tərkib hissəsinin əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərinin həmin maddə ilə tövsif olmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlir və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunda nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, baxışı zamanı Təqsirləndirilən şəxs oğluna məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 686, 41 qəpik (altı yüz səksən altı manat qırx bir qəpik) manat pul xərclənmişdir. Məhkəmə, həmin məbləğin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs Əhməd oğlundan tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünki məhkəmədə Təqsirləndirilən şəxs oğlunun həmin məbləğin ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 götürülmüş ekspertiza tədqiqatları nəticəsində qalmış 2,76 qram çəkidə psixotrop maddə olan 10 ədəd MDMA həblər, bir ədəd 5 manatlıq pul əskinası, Təqsirləndirilən şəxs və onun mənzilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatları nəticəsində qalmış 178,904 qram çəkidə dörd ədəd paketdə qurudulmuş marixuana, ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 28,207 qram çəkidə 3 ədəd möhürlənmiş paketdə narkotik vasitə olan qurudulmuş marixuana, 11,27 qram çəkidə ekspertiza tədqiqatları nəticəsində qalmış 47 ədəd psixotrop maddə MDMA həbləri, ekspertiza tədqiqatları nəticəsində qalmış 6,371 qram çəkidə psixotrop maddə amfetamin maddi sübut kimi tanınıb Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılır. “Azercell” BM-dən daxil olmuş telefon danışıqları haqqında məlumatların əks olunduğu 3 ədəd CD disk, Təhlükəsiz Şəhər kameralarından götürülmüş görüntülərin əks olunduğu 3 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk, şəxsi axtarış və baxış, mənzildə axtarışın aparılmasına dair 4 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə, maddi sübutları aidiyyəti üzrə həl edərkən Şahid1 götürülmüş ekspertiza tədqiqatları nəticəsində qalmış 2,76 qram çəkidə psixotrop maddə olan 10 ədəd MDMA həbləri, bir ədəd 5 manatlıq pul əskinasın ********* saylı cinayət işi üzrə aidiyyəti üzrə həll edildiyiyni nəzərə alır. Təqsirləndirilən şəxs və mənzilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatları nəticəsində qalmış 178,904 qram çəkidə 4 ədəd paketdə qurudulmuş marixuana, ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 28,207 qram çəkidə 3 ədəd möhürlənmiş paketdə narkotik vasitə olan qurudulmuş marixuana, 11,27 qram çəkidə ekspertiza tədqiqatları nəticəsində qalmış 47 ədəd psixotrop maddə MDMA həbləri, ekspertiza tədqiqatları nəticəsində qalmış 6,371 qram çəkidə psixotrop maddə amfetamin sərbəst dövriyyəsi qadağan edilmiş əşyalar kimi, iki ədəd elektron tərəzi, iki ədəd kardon qutunu istehlak dəyərlərini itirən əşyalar kimi məhv edilməsini, “Azercell” BM-dən daxil olmuş telefon danışıqları haqqında məlumatların əks olunduğu üç ədəd CD disk, Təhlükəsiz Şəhər kameralarından götürülmüş görüntülərin əks olunduğu 3 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk, şəxsi axtarış və baxış, mənzildə axtarışın aparılmasına dair dörd ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Təqsirləndirilən şəxs Əhməd oğlunun üstünə keçirilmiş şəxsi-axtarış və yaşadığı evə keçirilmiş baxışın qeydə alınmış video görüntülər olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs Əhməd oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs 29 yanvar 2020-ci il tarixdən 24 aprel 2020-ci il tarixədək həbsdə saxlanılıb həmin tarixdə barəsində başqa qətimkan tədbirin seçilib onun həbsdən azad olunması, onun 12 sentyabr 2020-ci il tarixdən yenidən həbs olunub hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs Əhməd oğlunun həbsdə saxlandığı 29 yanvar 2020-ci il tarixdən 24 aprel 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 26 (iyirmi altı) gün və 12 sentyabr 2020-ci il tarixdən hazırkı dövrə qədər həbsdə saxlanıldığı 1(bir) il 1 (bir ) ay 29 ( iyirmi doqquz) gün, ümümilikdə 1 (bir) il 4 (dörd) ay 25 (iyirmi beş) gününün ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə yenidən həbs olunduğu 12 sentyabr 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Respublika narkoloji mərkəzin ambulator məcburinarkoloji ekspertizasının 26 fevral 2020-ci il tarixli 520 salı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Əhməd oğlunda narkomaniya xəstəliyinin əlamətləri aşkar olnunmayıb, o, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs adına yaşayış yerindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qonşuları arasında hörmətli qonşu kimi tanınır, ictimai işlərdə yaxından iştirak edir, dövlətə sadiqdir. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər orqanlarnda on dörd il iki ay doqquz gün müddətində xidmət etmiş, Azərbaycan Respublikası DİN-nin 23 noyabr 2009-cu il tarixli 2270 ş/h nömrəli əmr ilə öz arzusu ilə DİO-da xidmətlən xaric olunmuşdur. O, xidmət etdiyi dövrdə DİN-nin 28 noyabr 2007-ci il tarixli 2303 ş/h nömrəli əmri ilə «Qüsursuz Xidmətə görə» 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Himayəsində iki uşağı vardır. X2 27 iyul 2011-ci il təvəllüdlü olub az yaşlıdır. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitesiar Xidmətinin 30 dekabr 2020-ci il tarixli 08 saylı əmrindən çıxarışdan görünür ki, «31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə həbs edilmiş şəxslər barədə «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu»-nun 38-ci maddsinə əsəasən, 13 mart 2021-ci il tarixli 01 saylı əmrlərindən çıxarışlardan görünür ki, «Novruz Bayramı» münasibəti ilə ona iki dəfə şəxsi işinə əlavə olunmaqla təşəkkür elan olunmuşdur. Məhkəmə, həmin halları Təqsirləndirilən şəxs Əhməd oğlunun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Əhməd oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Əhməd oğlu Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı iş üzrə 29 yanvar 2020-ci il tarixdən 24 aprel 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 26 (iyirmi altı) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 4 (dörd) il 9 (doqquz) ay 4 (dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. 12 sentyabr 2020-ci il tarixdən hazırkı dövrə qədər fasiləsiz həbsdə saxlanıldığı 1 (bir) il 1 (bir) ay 29 (iyrmi doqquz) gün cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 12 sentyabr 2020-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 686, 41 qəpik (altı yüz səksən altı manat qırx bir qəpik) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə verilmiş Şahid1 götürülmüş ekspertiza tədqiqatları nəticəsində qalmış 2,76 qram çəkidə psixotrop maddə olan 10 ədəd MDMA həbləri, bir ədəd 5 manatlıq pul əskinasın ********* saylı cinayət işi üzrə aidiyyəti üzrə həll edildiyi nəzərə alınsın, Təqsirləndirilən şəxs və mənzilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatları nəticəsində qalmış 178,904 qram çəkidə 4 ədəd paketdə qurudulmuş marixuana, ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 28,207 qram çəkidə 3 ədəd möhürlənmiş paketdə narkotik vasitə olan qurudulmuş marixuana, 11,27 qram çəkidə ekspertiza tədqiqatları nəticəsində qalmış 47 ədəd psixotrop maddə MDMA həbləri, ekspertiza tədqiqatları nəticəsində qalmış 6,371 qram çəkidə psixotrop maddə amfetamin sərbəst dövriyyəsi qadağan edilmiş əşyalar kimi, iki ədəd elektron tərəzi, iki ədəd kardon qutu istehlak dəyərlərini itirən əşyalar kimi məhv edilsin, “Azercell” BM-dən daxil olmuş telefon danışıqları haqqında məlumatların əks olunduğu üç ədəd kompakt disk (CD), Təhlükəsiz Şəhər kameralarından götürülmüş görüntülərin əks olunduğu üç ədəd diqital video disklər (DVD), "xxxx" MMC-dən daxil olmuş iki ədəd kompakt disk, şəxsi axtarış və baxış, mənzildə axtarışın aparılmasına dair dörd ədəd diqital video disklər (DVD) maddi sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar