Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-505/2022 22.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Füzuli rayonu rayuonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Füzuli rayonu, Gecəgözlü kəndi qeydiyyatda olan, Qardağ rayonu, Lökbatan qəsəbəsi, Qobu park yaşayış kompleksi ev 6 mənzil 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 12 iyul 2021-ci il tarixdə, saat 11 radələrində qanunsuz olaraq Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Qara Qarayev» metrostansiyasmm yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 100 (bir yüz) manat müqabilində satış məqsədi ilə ayrı ayrılıqda təmiz çəkiləri 0.180 qram, 1.243 qram, 8.056 qram, 1.224 qram, 0.234 qram olmaqla ümumi çəkisi 10,937 qram yəni beş bükümdə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 18:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu park yaşayış kompleksinin yaxınlığında idarə etdiyi «Xəzər Lada» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilib xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilərkən, onun əynində olan boz rəngli şalvarının arxa sağ cibindən şəffaf sellofana bükülmüş bir büküm və idarə etdiyi “Xəzər Lada” markalı **-PF-*** dövlət nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı isə avtomobilin sürətlər qutusunun yanında saxladığı «West» markalı siqaret qutusunun içərisindən isə sellofana bükülmüş dörd büküm olmaqla ümumi təmiz çəkiləri 10,937 qram yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, «kakos» adlandırılan narkotik vasitə heroin qəbul edir. Belə ki, həmin narkotik vasitə heroini müxtəlif şəxslərdən və müxtəlif qiymətlə alaraq özü istifadə edir. 12 iyul 2021-ci il tarixdə səhər saatlarında, yəni təxminən saat 11 radələrində «Qara Qarayev» metrostansiyasmm yaxınlığında olan zaman əvvəllər də narkotik vasitə aldığı Zöhrab adlı şəxslə görüşmüş və sonuncudan narkotik vasitə heroin istəmişdir. Zöhrab adlı şəxs ondan neçə qram narkotik vasitə heroin istədiyini soruşduqda, tutulmaqdan qorxduğu üçün bir dəfəlik bir qədər çox narkotik vasitə almaq istədiyini bildirmişdir. Zöhrab adlı şəxs üzərində beş büküm narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O da Zöhrabla razılaşmış və qramı 10 manat olmaqla ümumilikdə 100 manat müqabilində təxminən 10 qram narkotik vasitə heroini Zöhrabdan alaraq ondan uzaqlaşmışdır. Əldə etdiyi heroinin bir bükümünü əynində olan boz rəngli şalvarın arxa sağ cibinə qoymuşdur. Qalan dörd bükümü isə sonra istifadə etmək məqsədi ilə «West» markalı siqaret qutusunun içərisinə yerləşdirib idarə etdiyi «Xəzər Lada» markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobilin ön oturacaqlarının ara hissəsində olan saxlanc yerinə qoymuşdur. Həmin gün saat 18 radələrində yaşadığı binanın qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə Xətai RPİ-nin 34-cü PŞ-yə getməsini istəmişlər. O da, razılaşaraq polis əməkdaşlarının müşayiəti ilə onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman ona hüquq və vəzifələrini izah edərək hüquqlarının müdafiəsi üçün müdafiəçi tutmalı olduğunu bildirmişlər. Onun maddi imkanı olmadığı üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etmişdir. Müdafiəçi ilə təmin edildikdən sonra polis əməkdaşı ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, təqdim etməsini təklif etmiş və o, polis əməkdaşlarının artıq hər şeydən xəbərdar olduqlarını başa düşüb əynində olan boz rəngli şalvarının arxa sağ cibindən içərisində heroin olan bir ədəd bükümü, şalvarın qabaq sağ cibində olan ona məxsus 1071,20 (min yetmiş bir manat iyirmi qəpik) manat məbləğində pulu, barmağında olan üzük və qolundakı qol saatını çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı büküm barədə ona sual verərkən həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş, 1071,20 (min yetmiş bir manat iyirmi qəpik) manat məbləğində pul, üzük və qol saatı ona qaytarılmışdır. Təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış və həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onun idarə etdiyi “Xəzər Lada” markalı **-PF-*** dövlət nömrə nişanlı avtomobilə də baxış keçirmək istəmişlər. Avtomobilinə baxış zamanı avtomobilin sürətlər qutusunun yanında saxladığı «West» markalı siqaret qutusunun içərisində öz istifadəsi üçün saxladığı 4 büküm narkotik vasitəni polis əməkldaşlarma təqdim etmişdir. Təqdim etdiyi bükümlər də zərfə qoyularaq qablaşdırılmış və həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik maddələrin qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 12 iyul 2021-ci il tarixdə Xətai RPl-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yaşayış kompleksinin parkında olan zaman idarə etdiyi «Xəzər Lada» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobildə müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, Xətai RPİ-nin 34-cü PŞ-yə dəvət etmişlər. Polis Şöbəsində olan zaman dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki olan boz rəngli şalvarının arxa sağ cibindən içərisində heroin olan bir ədəd bükümü, şalvarın qabaq sağ cibində olan Özünə məxsus 1071,20 (min yetmiş bir manat iyirmi qəpik) manat məbləğində pulu, barmağında olan üzük və qolundakı qol saatını çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümü İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmış, 1071,20 (min yetmiş bir manat iyirmi qəpik) manat məbləğində pul, üzük və qol saatı onun özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Xəzər Lada» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı həmin avtomobilin sürətlər qutusunun yanında saxladığı «West» markalı siqaret qutusunun içərisində öz istifadəsi üçün saxladığı 4 büküm narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər də zərfə qoyularaq qablaşdırılmış və həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində iş üzrə Şahid1 ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 37-42-ci vərəqlərində olan şəxsi axtarış və götürülmə, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman boz rəngli şalvarının arxa sağ cibindən şəffaf sellofana bükülmüş bir büküm və idarə etdiyi “Xəzər Lada” markalı **-PF-*** dövlət nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı isə avtomobilin sürətlər qutusunun yanında saxladığı «West» markalı siqaret qutusunun içərisindən isə sellofana bükülmüş dörd büküm olmaqla ümumi təmiz çəkiləri 10,937 qram yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 52-58-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 13 iyul 2021-ci il tarixli, 6/2821 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan 1 №-li zərfdə ümumi sayı dörd ədəd (3 ədəd sellofan büküm + sellofan bükümlərdən birinin içərisində bir ədəd gümüşü rəngli kağız büküm) bükümdə, 2 №-li zərfdə bir ədəd bükümdə ayrı-ayrılıqda 0,180 qram, 1,243 qram, 8,056 qram, 1,224 qram, 0,234 qram ümumi təmiz çəkisi 10,937 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin 141-144-cü vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid1 arasında keçirilən üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı onlar ifadələrini təsdiq etmişlər. Cinayət işinin 145-148-ci vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid2 arasında keçirilən üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı onlar ifadələrini təsdiq etmişlər. Cinayət işinin 250-251-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli 3303 №-li rəyindən görünür ki, müayinə zamanı Cəfərzadə X1 qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 252-259-cu vərəqlərində olan qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 05 ədəd bükümdə ilkin təmiz çəkisi 10.937 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 10.837 qram narkotik vaitə olan heroin cinayət işinin istintaqı başa çatdıqdan sonra saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd CD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan artıq heroinin aşkar edilməsini, satışa hazırlamaq məqsədi ilə ayrı-ayrı bükümlərə ayrılmasını Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs öz müdafiəsi ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də, cinayət işinin istintaq materialları, şəxsi axtarış, disklərə baxış keçirilməsi haqqında protokollar, iş üzrə alınmış şahid ifadələri, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri və keçirilmiş digər istintaq hərəkətləri ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli öz təsdiqini tapdığından özünü müdafiə xarakterli kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 27 və 97-101, 162-167-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmiş, 30 avqust 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 126-128, 181-186-cı vərəqlərində olan tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizon Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə CM-nin 241-ci maddəsinin V bəndi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Bakı Qarnizon Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli amnistiya qərarı ilə AR Milli Məclisinin xx.xx.1997-ci il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Naxçıvan Qarnizon Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 4-cü hissəsi, 240-cı maddəsinin A bəndi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum edilmiş, xx.xx.2004-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə Milli Məclisin Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (012)-414/2021 hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrumetmə cəzasının bir günü azadlığın məhdudlaşdırılmasmın iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətiə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər probasiya idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, və həmin tarixdə elektron nəzarət vasitəsi tətbiq edilərək nəzarət subyekti kimi “Atlenti” elektron monitoring sistemində qeydiyyata alınmışdır. Nərimanov rayon məhkəməsinin 4(005)-1258/2021-ci il saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixədəkməhkum Təqsirləndirilən şəxs cəzasının 14 gününü çəkmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində “08 X4 münasibəti ilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinin tətbiq edilməsi üçün xx.xx.2022-ci il tarixdə Qaradağ rayon məhkəməsinə təqdimat verilmiş və təqdimat təmin olunaraq Qaradağ rayon məhkəməsinin 7(002)-575/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Məhkum C.Cəfərzaadənin cəzasının çəkilməmiş hissəsi 01 il 11 ay 14 gün təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində olan əvvəlki hökmlər üzrə məhkumluqları ödənilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü isə hazırki cinayət əməlindən sonra çıxarılmışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzaya Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 01 il 11 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, yəni 11 ay 22 gün müddəti qismən toplamaqla, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 07 sentyabr 2021-ci il tarixli, 3303 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Xətai rayon Polis İdarəsinin saxlancma təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 05 ədəd bükümdə ilkin təmiz çəkisi 10.937 qram , tədqiqatdan sonra qalıq qalmış 10.837 qram narkotik vaitə olan heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, video görüntülər olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il 11 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 11 ay 22 gün müddəti hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti olaraq 07 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 12 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində iş üzrə seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qismində qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Xətai rayon Polis İdarəsinin saxlancma təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 05 ədəd bükümdə ilkin təmiz çəkisi 10.937 qram , tədqiqatdan sonra qalıq qalmış 10.837 qram narkotik vaitə olan heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Video görüntülər olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov