Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-505/2025 14.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbir seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 5,94 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış varkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ-nin KMQ-nın və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 mart 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, V.Xəlilov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd seloffan bükümündə təmiz çəkisi 5,94 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda ümumi təmiz çəkisi 5010,58 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq 5,58 qramını üzərində gəzdirməklə 5005 qramını isə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki nömrəsiz evinin zirzəmisində saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 aprel 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic yaşayış massivi ərazisində şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən 14-cü PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusunda xeyli miqdarda təmiz çəkisi 5,58 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki nömrəsiz evinə keçirilmiş axtarış və götürmə zamanı evin zirzəmisində üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən 1 ədəd ağ rəngli kisənin içərisində göy rəngli sellofanda külli miqdarda təmiz çəkisi 5005 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Maştağa qəsəbəsi, Sabir küçəsi 34A ünvanında yerləşən evinə getdikdə ailə üzvləri polis əməkdaşlarının evə gəldiklərini və onu soruşduqlarını bildirmişlər. Həmçinin ailə üzvləri polislərin onlarla əlaqə saxlamağı üçün telefon nömrəsi də qoyduqlarını demişlər. Telefondan istifadə etmədiyi üçün qonşuluqda yaşayan bir tanışının telefonu ilə onun ailə üzvlərinə verilən ***-***-**-** nöməsinə zəng etmişdir. Telefon danışığı zamanı polis əməkdaşı ona qarşı irəli sürülmüş ittiham üzrə onu narahat etdiyini bildirmişdir. O, polis əməkdaşları ilə görüşdükdən sonra birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə getmişlər. Bölmədə narkotik vasitələrin istifadəçisi kimi ittiham edilməyinə razı olmuşdur. Narkotik vasitələrin istifadəçisi olduğundan və bundan əziyyət çəkdiyi üçün müalicə almaq istəmişdir. Sonra polis əməkdaşları onu Sabunçu RPİ-nə aparmışlar. Orada ailəsi və həyat yoldaşı ilə hədə-qorxu gələrək onu müxtəlif sənədlərə imza atmağa məcbur etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə evə baxış keçirmək məqsədi ilə öz evinə aparılmışdır. Evə baxış keçirilən zaman ailə üzvləri evdən kənarlaşdırılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavab olaraq göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. Birinci dəfə onu Suraxanı RPİ-nin əməkdaşları saxlamışdır. Belə ki, bir tanışı türmədən çıxmış və onunla görüşməyə getmişdir. Görüşəndən sonra birbiriləri ilə sağollaşan zaman polislər hər ikisini də saxlamışlar. Tanışını 1 qram metamfetaminlə, onu da 5 qram marixuana ilə yükləmişlər. Daha sonra müstəntiq onu buraxmışdır. Nə Suraxanı RPİ, nə də Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Ona ailə üzvlərilə hədə-qorxu gəlmişlər. İbtidai istintaq zamanı ifadə verməmiş, cinayət işinin materiallarında olan ifadə polis əməkdaşları tərəfindən yazılmışdır. Əvəllər narkotik vasitənin kultivasiyası ilə məşğul olmamışdır. Məhkəmədə ifadə verən polis əməkdaşı Şahid3 tanımır. Hadisə şahidlərin dediyi kimi baş verməmiş, onun evindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun ifadəsini mötəbər hesab etmir. Məhkəmədə tədqiq edilib sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, gündəlik işlərdə işləmişdir. Bir neçə il əvvəl narkotik bitkilər əkdiyi üçün məhkum olunmuş və həmin vaxtdan Maştağa qəsəbəsi, Ləhic bağ massivindəki torpaq sahəsinin yanında gizlin bir yerdə marixuana bitkisinin toxumları qalmışdır. Həbsdən çıxdıqdan sonra həmin toxumları özü istifadə etməsi üçün təxminən 2 il əvvəl Ləhic bağ massivindəki ona məxsus torpaq sahəsinin yaxınlığındakı boş ərazidə əkmişdir. Onlara qulluq edərək 12 ədəd marixuana bitkisi becərmiş və bitkilər tam yetişib böyüdükdən sonra onları həmin əkdiyi yerdən çıxarıb, qurudaraq hissə-hissə olmaqla, gizlin şəkildə yaşadığı evin zirzəmisinə daşımışdır. Orada qurutduğu marixuananı bir ədəd göy rəngli sellofana və onu da bir ədəd un kisəsinin içinə qoyub, zirzəminin ən künc hissəsinə qoymuşdur. Üzərinə də müxtəlif köhnə taxta materialları yığıb kimsənin görməməsi və aşkar etməməsini təşkil etmişdir. Həmin marixuanadan özü istifadə etmək üçün onu zirzəmisində saxlamışdır. Narkotik vasitə qəbul etmək istədikdə adı çəkilən gizlətdiyi həmin narkotikdən bir neçə istifadəlik ayırıb, kibrit qutusuna qoyub və ya sellofana bükülü halda üzərində gəzdirərək onu gizlin yerdə istifadə etmişdir. 29 mart 2024-cü il tarixdə zirzəmisindən kənarda, gizlin bir yerdə istifadə etməyi üçün bir büküm marixuana götürmüş və onu üzərində saxlayaraq, şəxsi işi ilə bağlı Suraxanı rayon ərazisinə getmişdir. Həmin gün təxminən saat 20 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsinin qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib və onun şəxsiyyəti barədə maraqlanmışlar. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olmağını demişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu Suraxanı RPİ-yə dəvət etmişlər. O, razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-yə gəlmişdir. Suraxanı RPİ-də şəxsiyyəti müəyyən olunduqdan sonra hüquqlarını müdafiə etməsi üçün vəkil təyin edilmiş, sonra hüquq və vəzifələri izah edilmiş və bundan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, etiraz etməmişdir. Sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkiliş ilə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən həmin gün evinin zirzəmisindən götürdüyü 1 ədəd şəffaf sellofana bükülmüş içərisində qurudulmuş bitki yarpaqlarına bənzər narkotik vasitə olan çətənəni (kanbis) cibindən çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmışlar və həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyi barədə soruşmuşlar. O, həmin bir ədəd bükümün içərisində çətənə olduğunu, evinə gedib, zirzəmisində saxladığı narkotiki aşkar etməsinlər deyə yalandan həmin narkotik vasitələri öz istifadəsi üçün 29 mart 2024-cü il tarixdə Suraxanı rayonunda Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından onlayn qaydada 50 manat məbləğində aldığını, daha sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş həmin 1 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol və zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onu müvəqqəti buraxmışlar və o, evinə gəlmişdir. Öz şəxsi işləri ilə məşğul olmağa başlamışdır. Bundan sonra yenə də kənar yerdə narkotik istifadə etməsi üçün təxminən 20-21 aprel 2024-cü il tarixdə zirzəmisindəki həmin narkotikdən bir kibrit qutusuna qoyub, üzərində gəzdirməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Ləhic bağ massivindən çıxıb evinə gəlmək istəyərkən 2 nəfər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib, xidməti vəsiqələrini göstərib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, onu 14-cü PŞ-nə gətirmişlər. Polis şöbəsində ona vəkil təqdim edilmiş və hüquqları izah edilmişdir. Bundan sonra üzərinə videogörüntü ilə baxış keçiriləcəyi bildirilmişdir. Vəkilinin həmin prosesdə iştirak edərsə üzərindən aşkar olunacaq narkotiklərə şahid olacağını və beləliklə hüquqlarını keyfiyyətli müdafiə edə bilməyəcəyini düşündükləri üçün vəkilinin məsləhəti ilə o, öz istəyi ilə vəkili olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmiş və bu barədə ərizəsi təhqiqatçı tərəfindən çap olunduqdan sonra ərizəsini imza etmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməsi bildirildikdə o, etiraz etmədən əynində olan qara rəngli gödəkcəsinin yan cibindən bir ədəd içərisində marixuana olan kibrit qutusundaki bitki kütləsini təqdim etmişdir. Üzərindən başqa əşya və predmet aşkar edilməmişdir. O, mobil telefon istifadə etmədiyi üçün mobil nömrəsi də yoxdur. Bu zaman o, düşünmüşdür ki, üzərində narkotik olmasını polislər bildikləri üçün və bir dəfə Suraxanı rayonunda tutulduğu üçün yaşadığı evə də baxış keçirib, axtaracaqlar və beləliklə evindən də narkotik aşkar olunacaq. Buna görə yalan danışmağın mənasız olmasını düşünüb, yaşadığı evin zirzəmisində də narkotik olmasını səmimi etiraf etmiş və evinə keçiriləcək axtarış barədə ərizə ilə müraciət etmişdir. Yəni polis əməkdaşları ilə evinə axtarış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə yaşadığı Maştağa qəsəbəsi, Sabir küçəsindəki nömrəsiz evinə yollanmışlar. Bu proses zamanı da vəkilinin prosesdə iştirakını istəmədiyini bildirmiş və bu barədə ərizəsinə imza etmişdir. Evinin qarşısına gəlib, həyətə daxil olmuşlar. Daha sonra zirzəmiyə getmiş və orada gizlətdiyi, qurudub sellofana yığdığı narkotik vasitə qurudulmuş marixuanının yerini polis əməkdaşlarına demişdir. Həmin marixuana kisəsi aşkar olunmuş və qablaşdırılıb, üzəri yazılaraq o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra evinə daxil olub, orada da polis əməkdaşları axtarış aparsalar da hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin narkotik vasitəni özü istifadə etmişdir, onu kiməsə satmaq məqsədi olmamışdır və əvvəllər də hər hansı şəxsə narkotik vasitə verməmiş və satmamışdır. Həmçinin evinin zirzəmində narkotik olmasından ailə üzvlərinin məlumatı olmamışdır. Ailə üzvləri onun narkotik vasitə istifadə etməsini bilməmişlər (cild 1, iş vərəqi 224-226). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 28 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sultan oğlunun barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə əlaqədar məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin günün axşam saat 20:00 radələrində Suraxanı rayonu, V.Xəlilov küçəsində zahiri görkəmi barəsində məlumat daxil olmuş şəxsə oxşayan bir nəfərə yaxınlaşıb, şəxsiyyətini müəyyən etdikdən sonra onu Suraxanı RPİ-nə dəvət etmişlər. İdarənin xidməti otaqlarından birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra şəxsin üzərindən narkotik vasitə marixuanaya bənzər bir kütlə aşkar olunmuş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Tətqiqatçının narkotik vasitənin hardan əldə edilməsi ilə bağlı sualına Təqsirləndirilən şəxs həmin gün, təxminən hadisədən 2 saat əvvəl İran İslam Respublikasının vətəndaşı ilə əlaqə quraraq ondan 50 manat müqabilində narkotik vasitə aldığını və həmçinin narkotik vasitənin istifadəçisi olduğunu bildirmişdir. Şahid3 məhkəmədə ona verilən suallara cavablandıraraq göstərmişdir ki, onun iştirak etdiyi epizodda şəxsin üzərindən yanlız bir kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı psixi və ya fiziki təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təstiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 ifadəsindən görünür ki, o, Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-nə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında şəxsin üzərində narkotik vasitəsinin daşıması və özünə məxsus evində narkotik vasitə saxladığı bildirilmişdir. 22 aprel 2024-cü il tarixdə şöbənin əməliyyat müvəkkili Şahid1lə birlikdə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic yaşayış massivi ərazisində tərəfimizdən saxlanılmış və sonra şöbəyə aparılması təmin edilmişdir. Şöbədə, müstəntiqin otağında videoçəkiliş vasitəsi ilə şəxsin üzərinə şəxs axtarış istintaq hərəkəti keçirilmişdir. Axtarış zamanı şəxsin üzərindən içərisində narkotik vasitə marixuanaya bənzər maddə olan bir kibrit qutusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, narkotik vasitəsinin istifadəçisi olduğunu, əvvəlcədən üzərində aşkar olunan narkotik vasitəsinin əkini ilə məşğul olduğunu və evində narkotik vasitə oluğunu bildirmişdir. Şəxsin üzərindən aşkar olunan bir ədəd kibrit qutusu qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Sonra şəxsə məxsus evə tərəflərindən baxış keçirilmiş, bu zaman evin zirzəmisindən içərisində narkotik vasitə marixuanaya bənzər maddə olan 1 ədəd un torbası aşkar olunmuşdur. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, 22 aprel 2024-cü il tarixdə baş verən epizod üzrə iştirak etmişdir. Onun verdiyi ifadədə göstərilən hallar şəxsi axtarış və evə baxış videoçəkilişlərində əks olunmuşdur. İbtidai istintaqda verdiyi ifadəsini təstiq edir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və yaşadığı evin zirzəmisində narkotik vasitələr saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün digər iş yoldaşı ilə 14-cü PŞ-nin rəisinə raportla müraciət olunduqdan sonra yaradılmış əməliyyat qrupu üzvü ilə birlikdə həmin gün saat 21 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic yaşayış massivi ərazisində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və 14-cü PŞ-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən Təqsirləndirilən şəxs müşahidə altında saxlanılmış və bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan baş təhqiqatçı polis mayoru Samir Allahverdiyev tərəfindən ona hüquqları izah edilib, müdafiəçi ilə təmin olunmuşdur. Onun öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərinə axtarış keçirilməyə başlanılmışdır. O və digər iş yoldaşı da Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı həmin prossesual hərəkətdə iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirməzdən əvvəl təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları masanın üzərinə qoyaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusunun içərisindən qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuananı təxminən 2 il əvvəl Maştağa qəsəbəsi, Ləhic bağ massivində əkib becərdiyini, qurudub evinin zirzəmisində saxladığını və bir qismini götürüb istifadə etməsi üçün üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində götürülmüş narkotik vasitəyə oxşar bitki mənşəli kütlə açılmış, görünüşündən və qoxusundan marixunaya bənzədiyi hiss olunmuşdur. Həmin bitki kütləsi iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün onunla birlikdə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki nömrəsiz fərdi yaşayış evinə yollanmışlar. Orada Təqsirləndirilən şəxs evinin zirzəmisini göstərmişdir. Həmin zirzəmiyə daxil olub, bir qədər getdikdən sonra küncdə, üzərinə taxtalar yığılmış ağ rəngli un kisəsinin içərisində, göy rəngli sellofanda içərisində spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar olunmuşdur. Sorğu zaman Təqsirləndirilən şəxs bildirdiyi təxminən 2 il əvvəl Maştağa qəsəbəsi, Ləhic bağ massivində əkib becərdiyi, qurudub evinin zirzəmisində saxladığı həmin qurudulmuş marixuananın aşkar olunmuş marixuana olmasını bildirmişdir. Həmin içərisində bitki kütləsi olan kisə iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin zirzəminin digər yerlərinə və evin otaqlarına da baxış və axtarış keçirilsə də hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır (cild 1, iş vərəqi 104-106). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 Balaağa qızının ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, oğlu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsindən bəzən şübhələnsə də sonuncu onun yanında heç vaxt narkotik vasitə barədə danışmamış və ya başqa hər hansı qanunsuz hərəkət etməmişdir. Onların yaşadıqları evin zirzəmisində narkotik vasitə qurudulmuş marixuana saxlamasından məlumatı olmamışdır. O, zirzəminin ön hissəsindən istifadə edir və oraya müstəlif şüşə balonlar qoymuşdur. Lakin zirzəminin arxa hissəsinə heç vaxt keçməmişdir. Buna görə də orada qanunsuz hər hansı əşya və predmet görməmişdir (cild 1, iş vərəqi 89-90). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid5 Balaağa qızının ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 91-92). Cinayət işinin materiallarında olan 29 mart 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» və “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokollardan görünür ki, təhqiqatçı Ayaz Meydanov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkilləri iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə, 1 ədəd sellofana bükülmüş içərisində qurudulmuş bitki yarpaqlarına bənzər spesifik qoxuya malik bükümü, 60 qəpik pulu və həmin gödəkcənin sağ yan cibindən üzərində “Prima” yazısı olan siqaret qutusu və 1 ədəd sarı rəngli alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 manat pul əskinazı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs, təqdim etdiyi bükümün içərisindəki maddənin «nəşə» kimi tanınan narkotik vasitə marixuana olduğunu, 29 mart 2024-cü il tarixdə saat 18 radələrində İran İslam Respublikasının vətəndaşının yönləndirməsinə əsasən 50 manat pul müqabilində özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 149-150 və 169). Cinayət işinin materiallarında olan 22 aprel 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, təhqiqatçı Samir Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusunun içərisindən qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində götürülmüş narkotik vasitəyə oxşar bitki mənşəli kütlə açılmış və görünüşündən və iyindən mariunaya bənzədiyi hiss olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuananı təxminən 2 il əvvəl Maştağa qəsəbəsi, Ləhic bağ massivində əkib becərdiyini, qurudub evinin zirzəmisində saxladığını və bir qismini götürüb istifadə etməsi üçün üzərində saxlam asını bildirmişdir. Həmin bitki kütləsi iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər (cild 1, iş vərəqi 28-29). Cinayət işinin materiallarında olan 22 aprel 2024-cü il tarixli «axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, təhqiqatçı Samir Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün əməliyyat müvəkkillərinin iştirakı və onunla birlikdə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki nömrəsiz fərdi yaşayış evinə yollanmışlar. Orada Təqsirləndirilən şəxs evinin zirzəmisini göstərmişdir. Həmin zirzəmiyə daxil olub, bir qədər getdikdən sonra küncdə, üzərinə taxtalar yığılmış ağ rəngli un kisəsinin içərisində, göy rəngli sellofanda içərisində spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar olunmuşdur. Sorğu zaman Təqsirləndirilən şəxs bildirdiyi təxminən 2 il əvvəl Maştağa qəsəbəsi, Ləhic bağ massivində əkib becərdiyi, qurudub evinin zirzəmisində saxladığı həmin qurudulmuş marixuananın aşkar olunmuş marixuana olmasını bildirmişdir. Həmin içərisində bitki kütləsi olan kisə iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin zirzəminin digər yerlərinə və evin otaqlarına da baxış və axtarış keçirilsə də hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır (cild 1, iş vərəqi 33-34). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-6/623 saylı 23 aprel 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” yazıları və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,58 qram və ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən ...” yazıları və imzalar olan ağ rəngli sintetik torbadakı 1 (bir) ədəd göy rəngli polietilen bağlamada təmiz çəkisi 5005 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (Qeyd: marixuanaların ümumi çəkisi 5010,58 qram, tədqiqata sərf edildi cəmi 0,25 qram, qalıq 5010,33 qram, cild 1, iş vərəqi 39-43). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 30 mart 2024-cü il tarixli 3-16-16/2-6/509 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” sözləri yazılmış zərfdə bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 5,94 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuanannın təmiz çəkisi 5,94 qram, tədqiqata sərf edildi cəmi 0,04 qram, qalıq 5,90 qram, cild 1, iş vərəqi 156-159). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 may 2024cü il tarixli 3227 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannobinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 207-208). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan videogörüntüyə baxış keçirilməsi haqqında 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 22 aprel 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılması barədə və axtarış və götürmə aparılması haqqında prosessual hərəkət həyata keçirilən zaman çəkilmiş videogörüntülərə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Samir Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkilləri iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusunun içərisindən qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində götürülmüş narkotik vasitəyə oxşar bitki mənşəli kütlə açılmış və görünüşündən və iyindən mariunaya bənzədiyi hiss olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuananı təxminən 2 il əvvəl Maştağa qəsəbəsi, Ləhic bağ massivində əkib becərdiyini, qurudub evinin zirzəmisində saxladığını və bir qismini götürüb istifadə etməsi üçün üzərində saxlamasını bildirmişdir. Həmin bitki kütləsi iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Digər videogörüntüdə isə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün əməliyyat müvəkkillərinin iştirakı və onunla birlikdə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi Sabir küçəsindəki nömrəsiz fərdi yaşayış evinə yollanmışlar. Orada Təqsirləndirilən şəxs evinin zirzəmisini göstərmişdir. Həmin zirzəmiyə daxil olub, bir qədər getdikdən sonra küncdə, üzərinə taxtalar yığılmış ağ rəngli un kisəsinin içərisində, göy rəngli sellofanda içərisində spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar olunmuşdur. Sorğu zaman Təqsirləndirilən şəxs bildirdiyi təxminən 2 il əvvəl Maştağa qəsəbəsi, Ləhic bağ massivində əkib becərdiyi, qurudub evinin zirzəmisində saxladığı həmin qurudulmuş marixuananın aşkar olunmuş marixuana olmasını bildirmişdir. Həmin içərisində bitki kütləsi olan kisə iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin zirzəminin digər yerlərinə və evin otaqlarına da baxış və axtarış keçirilsə də hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır (cild 1, iş vərəqi 102). Cinayət işinin materiallarında olan «CD diskə baxış keçirilməsi haqqında» 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən BKC/LGL-10031\24 nömrəli xx.xx.2024-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış zamanı 1 ədəd CD disk CD oxuyucusuna qoyulmuş və CD açılan zaman 4 ədəd qovluqların olması müəyyən edilmişdir. Baxış zamanı həmin qovluqlar bir-bir açılmış və baxış keçirilmiş, lakin istintaq üçün əhəmiyyət kəsb edən hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 206). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 93-94). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri və hazırkı iş üzrə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi sayılır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, 29 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 5,90 qram olan qurudulmuş marixuana, 22 aprel 2024-cü tarixdə Təqsirləndirilən şəxs üzərindən və evinin zirzəmisindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 5010,33 qram olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmələrin və evinə keçirilmiş axtarış və götürmənin videogörüntü fayllarını özündə saxlayan 3 ədəd CD disk maddi sübut kimi tanınmış, disklər cinayət işinin materiallarına əlavə edilmiş, qurudulmuş marixuanalar isə saxlanılması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir (cild 1, iş vərəqi 231-241). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 139). Cinayət işinin materiallarında olan 31 mart 2024-cü il tarixli qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, iş vərəqi 182-184). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 17). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 aprel 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 80-86). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69-cü maddəsinə əsasən 29 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilən cəzaya hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bu normanın tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 167 (yüz altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan 29 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 5,90 qram olan qurudulmuş marixuana, 22 aprel 2024-cü tarixdə Təqsirləndirilən şəxs üzərindən və evinin zirzəmisindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 5010,33 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmələrin və evinə keçirilmiş axtarış və götürmənin videogörüntü fayllarının saxlanıldığı 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 29 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 167 (yüz altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan 29 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 5,90 qram olan qurudulmuş marixuana, 22 aprel 2024-cü tarixdə Təqsirləndirilən şəxs üzərindən və evinin zirzəmisindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 5010,33 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. -Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmələrin və evinə keçirilmiş axtarış və götürmənin videogörüntü fayllarının saxlanıldığı 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-505/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-505/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver