Məhkəmə qərarları › İş №1(101)-506/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-506/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-506/2021 01.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, məhkum!uğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 126.2.2 və 315-ci maddələri, 3 sentyabr 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Binəqədi rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli hökmü ilə AR CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzadan 13 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməyən, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə və binaya qanunsuz daxil olmaqla, təkrarən və xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmiş, bundan başqa, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmiş və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərini törətmişdir; belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir ol bır qrup şəxs halında, 29 yanvar 2020-ci il tarixdə saat 02 radələrində ünvan 5 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus UVAZ 2107” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun qapısının açıq olmasından istifadə edib salona daxil olaraq oradan 1 ədəd 450 manat dəyərində ““Pioneer 7150” markalı maqnitofonu və 1 ədəd 70 manat dəyərində “Fly vertex” markalı mobil telefonu - ümumilikdə, 520 manat dəyərində özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 göstərilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir; bundan başqa, o, təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında 19 fevral 2020-ci il tarixdə saat 03:00 radələrində ünvan 6 ünvanında yerləşən fərdi evin birinci mərtəbəsindəki Zərərçəkmiş şəxs1 məxsus “Nuran” marketin pəncərəsinin dəmir barmaqlarını özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb qopararaq pəncərədən mağazaya qanunsuz daxil olub, oradan 12 adda – «Sobranie», «Kent», «Winston», «LD», «West», «Vinshester», «Palmall», «Rothmans», «Davidoff», «Keno», «Argo», «Vant» markalı olan siqaretləri, mağazadakı soyuducudan ümumi dəyəri 40 manat olan kolbasa məhsulunu, ümumi dəyəri 14 manat olan 5 ədəd “Redbull» içkisini, ümumilikdə 5354 manat məbləğində əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxs Mətləb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir; bundan başqa, törətdiyi oğurluq cinayətinə görə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs1 olduğu yer Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları Zərərçəkmiş şəxs2, Şahid1 və Şahid4 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq 19.03.2020-ci il tarixdə saat 17 radələrində onun Binəqədi RPİ-nin 43cü PB-nə aparılması məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçə yaxınlığında 165 nömrəli sərnişin avtobusun salonunda polis əməkdaşı Zərərçəkmiş şəxs2 tərəfindən polis əməkdaşı olması barədə xidməti vəsiqəsini təqdim edib saxlanıldığı zaman Təqsirləndirilən şəxs1 xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi - polis əməkdaşı Zərərçəkmiş şəxs2 araşdırma aparılması üçün onun 43-cü polis bölməsinə getməli olması barədə qanuni tələblərinə tabe olmayıb, Zərərçəkmiş şəxs2 həmin avtobusun qabaq qapısının qarşısında zor tətbiq etməklə müqavimət göstərmiş və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar sonuncunun qarın nahiyəsinə özündə olan soyuq silah hesab edilməyən cib bıçağı ilə bir dəfə vuraraq qarnının ön divarının boşluğa nüfuz edən nazik bağırsaq müsaqirəsinin yaralanması və hemoperitonitə səbəb olmuş dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan bir ədəd kəsilmiş-deşilmiş xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 126.2.2 və 315-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakım gizli yolla talayaraq oğurluq etmiş, bundan başqa, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır; belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 yanvar 2020-ci il tarixdə saat 02:00 radələrində ünvan 5 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus VAZ 2107 markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 1 ədəd 450 manat dəyərində “Pioneer 7150” markalı maqnitofonu və 1 ədəd 70 manat dəyərində 'Fly vertex” markalı mobil telefonu - ümumilikdə 520 manat dəyərində özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 göstərilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir; bundan başqa, o, 18 may 2020-ci il tarixdə saat 13:00 radələrində istintaqa məlum olmayan mənbədən - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən “Lallar” fabriki kimi adlanan yerdə naməlum şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd polietilen bükümdə qəhvəyi rəngli toz şəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış və 19 may 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçədə yerləşən “Araz” marketin yaxınlığında Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 43-cü polis bölməsinin inzibati binasına gətirilib üzərinə baxış keçirildikdə əynindəki qara rəngli qolsuz gödəkçəsinin içəri sol cibindən bir ədəd üzərində“Garadagh” sözü yazılmış gümüşü rəngli dəmir qabın içərisində saxlayıb daşıdığı həmin 1 ədəd polietilen bükümdə təmiz çəkisi 2,545 qram olan qəhvəyi rəngli toz şəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üzərində heroin izləri olan şüşə ampula qırıqları, dörd ədəd şprits iynə və başlıqları, bir ədəd istifadə olunmamış şprits aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 126.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 28.12.2013-cü il tarixdə törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 126.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq 2014-cü ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilmiş, 2016-cı il tarixdə oğurluq cinayətini etdiyinə görə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə cəlb olunaraq Binəqədi rayon məhkəməsinin hökmü ilə 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Hərbi xidmətdə olmamış, orta məktəbi 179 nömrəli məktəbdə 2014-cü il tarixdə bitirmiş, atası fəhləliklə məşğul olmuş, anası evdar qadındır. Ortancıl qardaşı avtoelektrik işləyir, kiçik qardaşı isə 5-ci sinif şagirdidir. 29 yanvar 2020-ci il tarixdə təxminən saat 02:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 43 ünvanının qarşısı ilə təklikdə gedən zaman həmin ünvanda yerləşən evin qarşısında qara rəngli VAZ 2107 markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, ətrafa baxdıqda heçkimin olmadığım görüb, həmin avtomobilə yaxınlaşmış, içərisinə baxanda avtomobilin maqnitofonu olmasını görmüş, həmin vaxt avtomobilin maqnitofonunu oğurlamaq qərarına gəlmişdir. Avtomobilin qapısını açmaq istəyəndə qapının açıq vəziyyətdə olmasını görmüş, qapını açıb avtomobilin içərisində əyləşmiş və avtomibilin salonunda olan «Pioneer» markalı maqnitofonu şitdən söküb götürmüşdür. Bundan sonra avtomobilin içərisini axtaranda iki oturacağın arasında olan qoltuqaltını açan vaxt orada “FLY” markalı mobil telefon olmasını görmüş, həmin mobil telefonu götürüb avtomobildən düşüb yaşadığı evə tərəf getmiş, yolda həmin mobil telefonu işlətmək istəsə də mobil telefon işləməmiş, evinə çatmazdan əvvəl həmin mobil telefonu qumluq sahəyə atmışdır. Oğurladığı maqnitofonu isə yaşadığı evin qarşısında gizlətmiş və səhəri gün həmin maqnitofonu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon bazarında tanımadığı şəxsə 70 manata satmışdır. Həmin 70 manat pulu iki gün ərzində öz şəxsi istifadəsinə xərcləmiş, oğurluq edən zaman tək olmuş, ətrafda heç kim olmamışdır; Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 4 ünvanında olan marketdən nə tək, nə dək qardaşı Ruhinlə oğurluq etməmiş, həmin marketdən oğurduğun kim tərəfindən edilməsini bilmir, ibtidai istintaq zamanı həmin marketdən oğurluq etməsi barədə ifadəni polis əməkdaşlarının təzyiqi ilə vermişdir; bundan əlavə, o, 19 mart 2020-ci il tarixdə saat təxminən 17 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçə yaxınlığında aptekdən çıxdıqdan sonra əvvəllər də tanıdığı Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməliyyatçısı Şahid4 görmüş, Vüqar onun üstünə qaçanda o da qaçmağa başlamış, etdiyi oğurluq cinayətlərinə görə Vüqarın onu tutmaq istədiyini başa düşmüş, Vüqardan qaçıb dayanacaqda dayanan 165 nömrəli avtobusa minmiş, avtobusda sərnişinlər olmuş, bu vaxt Vüqarı görsə də Vüqar onu görməmiş, daha iki nəfər avtobusa minərək onu tutub avtobusdan aşağıya düşürmək istəmiş, həmin şəxslər mülki formada olsalar da, onların Vüqarla birlikdə olmasını və polis əməkdaşları olmalarını bilmiş və şalvarının cibindən açılıb-bağlanan bıçaq çıxararaq tutulmamaq üçün həmin iki nəfəri qorxutmaq istəmiş, lakin avtobusdan onu yerə düşürtdükdən sonra həmin şəxslərdən birinin qarın boşluğuna bir ədəd bıçaq zərbəsi vurmuş, tutulmaq istəmədiyindən belə bir əməl etmiş, Vüqar da onlara yaxınlaşmış, xəsarət alanla birlikdə onu Binəqədi RPİ-nin 43-cü polis bölməsinə gətirmişlər, hadisə baş verən vaxt ətrafda çoxlu şəxslər olsa da, həmin şəxslərdən 133 nömrəli avtobus xəttinin xatırlamadığı dispetçerini və baş verən ərazinin yaxınlığında yaşayan Amin adlı şəxsi tanımışdır, polis əməkdaşı olan Zərərçəkmiş şəxs2 xəsarət yetirməkdə məqsədi polislərin onu tuta bilməməsi, onların əlindən yaxa qurtarmaq olmuş, ona görə də Ayxana bir bıçaq zərbəsi vurmuş, Ayxanı öldürmək istəməmişdir; hadisə zamanı qırmızı rəngli açılıbbağlanan bıçaqdan istifadə etmişdir; həmin bıçağı üzərində gəzdirmişdir, çünki 2013-cü il tarixdə adam bıçaqladığı üçün «çölə», yəni azadlığa çıxdıqdan sonra üzərində həmişə bıçaq gəzdirmişdir; həmin bıçağı haradan əldə etməyini xatırlamır bundan sonra tam fərqli ifadə gəlir yuxarıda qeyd edir ki, polis işçiləri olduqlarını bilirdim, aşağıda isə göstərir ki, mübahisəsi olmuş adamlar olduğunu düşünmüş həmin gün fərdi qoruyucu vasitə olan maskanı aptekdən almaq məqsədilə evdən çıxmış, bir neçə aptekə daxil olub orada maska tapmadıqdan sonra evə qayıtmaq məqsədilə avtobusa minmişdir. Avtobusa mindikdən sonra avtobus dolu olduğu üçün sürücünün qarşısında ayaqüstə qalmış, avtobus tərpənənə yaxın bir qrup şəxs avtobusu dayandıraraq ora daxil olub onu saxlamaq istəmiş, bu zaman o, həmin adamların əvvəllər mübahisələri olmuş şəxslərin qohumları və ya dostları olduğunu düşünərək qorxduğu üçün həmin adamların birinin qarınından cibində olan bıçaqla xəsarət yetirmiş, həmin şəxsi vurduqdan sonra, həmin şəxsin mülki geyimli polis əməkdaşı olduğunu anlamış və buna görə də, təslim olmuş, oradan da bölməyə getmişlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilsmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 19 fevral 2020-ci il tarixdə təxminən saat 02-03 radələrində ünvan 6 ünvanın qarşısından təklikdə keçdiyi vaxt həmin ünvanda market olduğunu, ətrafa baxdıqda, həmin ərazidə heç kimin olmadığını görmüş, bundan sonra həmin marketin pəncərəsinin dəmir barmaqlıqlarını öz üzərində gəzdirdiyi dəmir parçası ilə qırmış və marketin içərisinə daxil olmuşdur. Marketin içərisindən boş ağ rəngli yekə ölçülü kisə tapmış və marketin içərisində olan müxtəlif çeşiddə tütün məmulatlarım oğurlayıb, həmin kisənin içərisinə yığmış, həmin marketdən 5 ədəd kolbasa və 5 ədəd «Redbull» içkisi də götürüb oradan uzaqlaşmışdır» oğurladığı siqaretləri küçədə tanımadığı şəxslərə satmış, həmin siqaretləri satan vaxt borc pul yerinə ona verildiyini deyib, tanımadığı şəxslərə satmış, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmiş, kolbasa və «Redbull»u isə evində istifadə etmişdir. (1-ci cild iş vərəqi 120-125) Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Azərbaycan Rempublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, bir neçə aydır ki, tanımadığı şəxslərdən narkotik vasitə heroin alıb iynə ilə damarlarına vurmaqla qəbul edir; əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 6 ay müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, bir neçə ay bundan əvvəl azadlığa çıxmışdır; 18 may 2020-ci il tarixdə günorta saat 13 radələrində yaşadığı yerə yaxın olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən «Lallar» fabriki kimi deyilən yerdə əvvəllər tanımadığı «Anar» adlı şəxsdən öz istifadəsi üçün 100 manat pula 3 qram çəkidə narkotik vasitə heroin almış, həmin heroin bir ədəd polietilen bükümdə olmuşdur; həmin narkotik vasitə heroini üzərində «Garadagh» sözü yazılmış bir ədəd gümüşü rəngli dəmir qabın içərisinə qoymuş, daimi üzərində gəzdirdiyi həmin dəmir qabın içində şpritslər və şüşə ampula da olmuş, elə həmin gün heroinin təxminən yarım qrama yaxın hissəsini iki dəfəyə şpritsə çəkərək damarına vurmaqla qəbul etmişdir, 19 may 2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «mərkəzi küçə» adlanan ərazidə yerləşən «Araz market»in yanında olarkən Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları onu saxlayıb polis bölməsinə gətirmiş, ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra onun razılığı ilə və videoçəkiliş aparılmaqla üzərində axtarış aparılmışdır; polis əməkdaşının təklifi ilə əynindəki qara şalvarın sol yan cibindən istifadə etdiyi içərisində anasının adına olan (077) ***-**-** saylı telefon nömrəsi olan qırmızı rəngdə olan «Kgtel» markalı mobil telefon aparatını, ardınca şalvarının sağ yan cibində saxladığı içərisində (055) ***-**-** saylı telefon nömrəsi olan gümüşü rəngində köhnə «Samsunq Duos» markalı telefon aparatını və ardınca əynindəki jilet tipli qolsuz qara rəngli gödəkcəsinin içəri sol cibində saxladığı və içərisində bir ədəd polietilen bükümdə narkotik vasitə heroin, 1 ədəd istifadə edilməmiş şprits, 2 ədəd istifadə olunmuş və 2 ədəd istifadə olunmamış şprits başlıqları, 1 ədəd istifadə olunmuş, yarısı qırıq halda olan şüşə ampula olan bir ədəd gümüşü rəngində dəmir qabı masanın üzərinə qoymuş və bildirmişdir ki, narkotik vasitə heroini tutulmamışdan bir gün əvvəl, yəni 18 may 2020-ci il saat 13 radələrində Binəqədi qəsəbəsində yerləşən «Lallar» fabriki tərəfdəki ərazidə «Anar» adlı şəxsdən özünün istifadəsi üçün 100 manat pula almış, az bir hissəsini istifadə etmişdir, aşkar olunanlar zərfə qoyulmuş, zərf möhürlənmiş və imzalanmışdır; bundan sonar şəxsi axtarış zamanı çəkilən videoçəkilişə baxmış, şəxsi axtarışla bağlı tərib olunmuş protokol ucadan oxunulmuş, doğru yazıldığı imzaları ilə təsdiq edilmişdir, üzərindən çıxan heroinin qalığı sonradan keçirilmiş ekspert tədqiqatına əsasən 2,545 qram təşkil etmişdir; polis əməkdaşları onu sorğu sual etdikdə, o, həmçinin həbsdə olan qardaşı İlkinlə birlikdə əvvəllər oğurluq etdiyini tiraf etmiş, qardaşı İlkin ancaq VAZ 2107 markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobildən «Pioner» markalı maqnitofonun və “FLY” markalı mobil telefonun oğurlanmasında iştirak etmiş, Binəqədi qəsəbəsi, mədən 1, korpus 4, ev 9 ünvanın qarşısındakı marketdən nə tək nə də ki qardaşı İlkinlə oğurluq etməmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlıı ifadə verərək göstərmişdir ki, 2009-cu ilin dekabr ayından daxili işlər orqanlarında, hazırda isə Binəqədi RPİ-nin 43-cü polis bölməsində kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 19.03.2020-ci il tarixdə saat 17 Badələrində Binəqədi RPİ-nin 43-cü polis polis bölməsinin sahə müvəkkili Şahid1 ilə birgə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mərkəzi küçə yaxınlığında sonuncunun aftomobilində olarkən, Binəqədi RPİ-nin 43-cü polis polis bölməsinin əməliyyat müvəkkili Əliyev X12 Qafarova zəng edərək bir neçə oğurluq cinayəti etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1 təqib etdiyini və İlkinin Vüqarı görüb onların olduqları əraziyə doğru qaçdığını demişdir. Telefon danışığından təxminən 7-8 dəqiqə sonra bir nəfər şəxsin qaçdığını görmüş, İlkin qaçaraq nömrəsini xatırlamadığı avtobusa qabaq qapıdan minmişdir. O, İlkinin arxasınca qaçıb həmin avtobusa daxil olmuş, İlkin qabaqda ayaq üstündə sürücünün arxasında dayanmış, İlkinə özünü təqdim edərək onunla birlikdə getməsini tələb etmiş, lakin İlkinin ona tabe olmadığını görüb onu tutmuş, həmin vaxt tək olmuş, Elvin də avtomobilini saxlayıb arxasınca gəlmiş, çətinliklə İlkini avtobusdan aşağı düşürtmüş, aşağı düşən kimi Elvin və Vüqar da onlara yaxınlaşmış, bu vaxt İlkin onun qarın nahiyyəsinə bir bıçaq zərbəsi endirmişdir. Bundan sonra o, Vüqar və Elvinin köməkliyi ilə İlkinin əlindən bıçağı almışdır. Qarnından qan gəldiyini görmüş, Vüqar və Elvinin köməkliyi ilə İlkini avtomobilə əyləşdirib, 43-cü bölməyə gəlmiş, həmin vaxt Elvin maşını sürmüş, o və Vüqar isə İlkinlə arxada əyləşmişlər. Binəqədi RPİ-nin 43-cü polis bölməsinə gəldikdən sonra Vüqarla birgə 1 saylı KTM-ə getmişlər. Hadisə zamanı avtobusda tanımadığı sərnişinlər və sürücü olmuş, İlkin onu bıçaqla vuranda Vüqar və Elvin də orada olmuşlar. Hadisə zamanı mülki formada olmuş, üzərində qara rəngli kurtka, ağ rəngli mayka, göy rəngli cins şalvar və bənövşəyi rəngli köynək olmuşdur, Hadisə zamanı İlkinin əlində avtobusda olarkən bıçaq görməmiş, daha doğrusu İlkini aşağı düşürtməyə çalışdığından fikir verməmiş, bu səbəbdən də avtobusda olarkən İlkinin əlində bıçaq olub-olmamasını dəqiq deyə bilmir. İlkin ona müqavimət göstərərək xidməti vəzifələrini yerinə yetirməyinə mane olmuş, avtobusdan aşağı düşdükdə qəfildən onu bıçaqla vurmuşdur, o, bıçağı İlkinin əlində görəndən sonra bıçağı İlkinin əlindən almışdır. Həmin bıçaq qırmızı rəngli açılıb-bağlanan bıçaq olmuşdur. İlkini əvvəllər tanımamış və onunla heç bir şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. Sadəcə olaraq öz vəzifə borcunu yerinə yetirib cinayət törətmiş şəxsi tutmaq istədikdə xəsarət almışdır. Təqsirləndirilən şəxs1 qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2007-ci ildən daxili işlər orqanlarında, 2020-ci ilin fevral ayından isə Binəqədi RPİ-nin 43cü polis bölməsində sahə inspektoru vəzifəsində işləyir. 19.03.2020-ci il tarixdə saat 17 radələrində Binəqədi qəsəbəsi mərkəzi küçə deyilən ərazidə Binəqədi RPİ-nin 43-cü polis bölməsinin kiçik əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 ilə birlikdə avtomobilində olduqları vaxt Binəqədi RPİ-nin 43-cü polis polis bölməsinin əməliyyat müvəkkili Şahid4 Rəfael oğlu ona zəng edərək bir neçə oğurluq cinayəti etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1 təqib etdiyini və İlkinin Vüqarı görüb onların olduğu əraziyə doğru qaçdığını demişdir. Telefon danışığından təxminən 7-8 dəqiqə sonra bir nəfər şəxsin qaçdığını görmüş, həmin şəxs, yəni İlkin qaçaraq nömrəsini xatırlamadığı avtobusa qabaq qapıdan minmiş, o, maşınını park edib saxlayana qədər Ayxan İlkinin arxasınsa avtobusa minmişdir. O, avtobusa yaxınlaşdıqda onunla eyni vaxtda Vüqar da həmin yerə çatmış, bu vaxt Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməliyyat müvəkkili Əliyev X13 avtobusdan zorla düşürtmüşdür. Onlar özlərini təqdim edərək tabe olmasını İlkindən tələb etmiş, sonuncu əlində olan bıçaqla Ayxanın qarın boşluğuna bir dəfə vuraraq qaçmaq istəmiş, o, Ayxan və Vüqar İlkini tutaraq onun maşınına əyləşdirmişlər. İlkinin əlindən bıçağı isə Ayxan onların köməkliyi ilə almışdır. Bundan sonra isə İlkini Binəqədi RPİ-nin 43-cü polis bölməsinə gətirmiş, Ayxanın vəziyyətinin yaxşı olmadığını görüb onu 1 saylı KTM-ə aparmışlar. Hadisə vaxtı ətrafda o, İlkin, Ayxan, Vüqar və tanımadığı kənar şəxslər olmuşdur. Hadisə vaxtı İlkinin əlində bıçağı yalnız sonuncunun Ayxana zərbə endirdikdən sonra görmüş, dərhal da Ayxana kömək edərək bıçağı İlkinin əlindən almışlar. Həmin bıçaq açılıbbağlanan, dəstəyi qırmızı təhər olmuşdur. Baş vermiş hadisə zamanı o, heç bir xəsarət almamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 Rəfail oğlu ifadə verərək göstərmişdir ki, 2009-cu ildən daxili işlər orqanlarında, 2019-cu ildən isə Binəqədi RPİ-nin 43-cü polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 19.03,2020-ci il tarixdə saat 17 radələrində Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs1 görmüş, İlkin bir neçə oğurluq cinayəti törətməkdə şübhəli bilindiyinə görə axtarışda olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus “Nuran” marketin dəmir barmaqlıqlarını sındırmaqla mağazadan ümumi dəyəri 3000 manat olan müxtəlif ərzaq məhsullarını, X6 məxsus “Asim” marketin plastik pəncərəsini sındırmaq yolu ilə ümumi dəyəri 9000 manat olan müxtəlif növ siqaretləri, müxtəlif markalı enerji içkiləri və müxtəlif ərzaq məhsullarını, X1 məxsus mağazanın girişində 450 manat dəyərində generatoru oğurlamaqda şübhəli bilinmiş, bundan əlavə Zərərçəkmiş şəxs3 məxsus “VAZ 2107” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun müraciəti əsasında oğurluq edilməsi ilə bağlı verilmiş sorğulara əsasən avtomobil üzərində Təqsirləndirilən şəxs1 əl barmaq izləri ilə eynilik təşkil edən izlər aşkar edilmişdir. İlkin əvvəllər də Binəqədi RPİ-nin 43-cü polis bölməsində olduğundan onu tanımış, İlkin də onu tanımış, İlkin onu gördükdə ara yollarla ondan uzaqlaşmağa başlamış, o da, Binəqədi RPİ-nin 43-cü polis polis bölməsinin sahə müvəkkili Şahid1 zəng edərək İlkinin onun nəzarətində olduğu əraziyə doğru gəldiyini bildirmişdir. Bundan sonra isə o, İlkinin ardınca getsə də, İlkini gözdən itirmiş, təxminən 7- 8 dəqiqədən sonra Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mərkəzi küçə yaxınlığında dayanacaqda avtobusun yaxınlığında səs-küy eşidərək, həmin yerə yaxınlaşmış, onunla bir yerdə təxminən Elvin də həmin yerə çatmış, bu vaxt Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməliyyat müvəkkili Əliyev X13 avtobusdan zorla aşağıya düşürtmüş, özlərini İlkinə təqdim edərək tabe olmasını tələb etdikdə, sonuncu əlində olan bıçaqla Ayxanın qarın boşluğuna bir zərbə vuraraq qaçmaq istədikdə o, Ayxan və Elvin İlkini tutaraq Elvinin maşınına əyləşdirmiş, İlkinin əlindəki bıçağı Ayxan onların köməkliyi ilə almışdır. Bundan sonra isə İlkini Binəqədi RPİ-nin 43-cü polis bölməsinə gətirmişlər. Ayxanın vəziyyətinin yaxşı olmadığını görüb onu 1 saylı KTM-ə aparmış, həmçinin baş vermiş hadisə barədə Binəqədi RPİ-nin 43- cü polis bölməsinin rəisinə raportla müraciət etmişdir. Hadisə zamanı ətrafda o, İlkin, Ayxan, Elvin və tanımadığı kənar şəxslər olmuşdur. Hadisə zamanı İlkinin əlindəki bıçağı İlkin Ayxana zərbə endirdikdən sonra görmüş, dərhal da Ayxana kömək edərək bıçağı İlkinin əlindən almışlar. Həmin bıçaq açılıb-bağlanan dəstəyi qırmızı təhər bıçaq olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid4 Rəfail oğlunun ifadəsinə və işin faktiki hallarına uyğunifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili X8 ifadə verərək göstərmişdir ki, Binəqədi RPl-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantıdır. 19 may 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nə xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs2 cinayət əməlinin ifşa olunması, yaxalanması məqsədi ilə 19 may 2020-ci il tarixdə ondan, habelə bölmənin əməliyyat müwəkili, polis mayoru X3 və sahə inspektoru, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 həmin günü, yəni 19 may 2020-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Mərkəzi küçədə yerləşən «Araz market» adlanan mağazanın yaxınlığında, yəni sağ tərəfdə saxlanılıb Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş, onun şəxsiyyəti tam dəqiqləşdirildikdən sonra müvafiq raport tərtib olunmuş və müvafiq prosessual tədbirlərin həyata keçirilməsi üçün bölmənin rəhbərliyinə müraciət olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmasında şəxsən iştirak etməsə də, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən üzərindən gümüşü rəngli dəmir qabın içərisində qanunsuz olaraq saxlayıb daşıdığı 1 ədəd kiçik polietilin bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 qramdan çox narkotik vasitə olan- heroin, şpritslər, qırıq şüşə ampula aşkar olunaraq olunaraq götürülmüşdür. Ruhin Səttar ova qarşı hər hansı bir qanunsuz əmələ yol verilməmiş, o məlumat əsasında saxlanılmış və məlumat öz təsdiqini tapmışdır, yəni Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edib saxladığı 2 qramdan çox narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmçinin o da məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1la bərabər Binəqədi rayonu ərazisində bir neçə oğurluq cinayətlərində iştirak da etmişdir. Məçhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili xalası oğlu Xaliqdən almış, baş etibarnamə əsasında idarə etmiş, maşın onun sərəncamında olmaqla, faktiki olaraq ona məxsus olmuş, 29.01.2020-ci il tarixdə saat 07:15 radələrində həmin avtomobilin mühərrikini qızdırması üçün qardaşına maşının açarlarını vermiş, qardaşı geri qayıdıb avtomobildən oğurluq edildiyini bildirmişdir; evin darvazasının qarşısına çıxdıqda avtomobilinin içərisindən maqnitofon və telefon oğurlanmasını müəyyən etmişdir. Ətrafda videomüşahidə kamerası olmadığından, əhəmiyyət kəsb edəcək hər hansı bir məlumata sahib olmamış, hadisədən sonra hüquq mühafizə orqanlarına müraciət etmiş, əldə etdiyi məlumata görə oğurluq hadisəsini Təqsirləndirilən şəxs1 törətmişdir. avtomobildən 450 AZN dəyərində “Pioner 7150” markalı maqnitofon və 70 AZN dəyərində “FLY vertex” markalı mobil telefonun oğurlanması nəticəsində ümumilikdə ona 520 manat maddi ziyan dəymişdir. Oğurluq zamanı avtomobilinin şüşəsi sındırılmamış, oğurluqdan sonra avtomobilin qapısı açıq vəziyyətdə qalmışdır, oğurluq, çox güman ki, açarseçmə yolu ilə, ya da kapotu açıb akkumulyatoru çıxararaq siqnalizasiya işə düşmədən edilmişdir. Çünki hadisədən sonra, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, onlara qarşı şikayəti və tələbi yoxdur. İstintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 doğma qardaşıdır. Qardaşı Nəzəralının baş etibarnamə əsasında istifadəsində və sərəncamında olan “Vaz 2107” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, təxminən 2020-ci ilin iyul ayında qardaşı Nəzəralı həmin avtomobili Sumqayıtda yerləşən avtosalonlardan birinə satmışdır. 29.01.2020-ci il tarixdə saat 07:15 radələrində qardaşı Nəzəralıya məxsus “Vaz 2107” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini qızdırmağa getmiş və pultu vurmuşdur ki, avtomobilin qapısı açılsın. Həmin vaxt avtomobilin işıqları yanmamış, avtomobilə nəzər yetirdikdə, avtomobilin kapotunun və sol qabaq qapısının açıq olmasını görmüş və maşının içərisinə baxdıqda, maqnitofonun oğurlanmasını görüb, evə qayıdıb qardaşı Nəzərlıya avtomobildən oğurluq edilməsi barədə bildirmişdir, Nəzəralı da dərhal evin darvazasının qarşısına çıxmış və avtomobilinin içərisindən maqnitofonun, eləcə də, istifadəsində olmuş “Vertex” markalı mobil telefonun oğurlandığını bildirmişdir. Hadisədən sonra öyrənmişlər ki, oğurluq hadisəsini İlkin və Təqsirləndirilən şəxs2 qardaşları törətmişlər. Həmin şəxslərlə heç bir ünsiyyəti, münasibəti olmamış, nə o, nə də ki, qardaşı Nəzəralı həmin şəxsləri tanımamışlar. Eləcə də, İlkin və Ruhinlə hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Qardaşı Nəzəralmın “VAZ 2107” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilindən oğurlanmış “Pioner 7150” markalı maqnitofon 450 manata, “Vertex” markalı mobil telefon isə 70 manata olmuş, ümumilikdə 520 manat maddi ziyan dəymişdir. avtomobilin şüşəsi sındırılmamış, oğurluq ya açarseçmə yolu ilə, ya da kapotu açıb akkumlyatoru çıxararaq siqnalizasıya işə düşmədən edilmişdir. Çünki hadisədən sonra, avtomobilin qapısı açıq vəziyyətdə olmuşdur. Nə o, nə də qardaşı Nəzəralı heç vaxt qardaşına məxsus “Vaz 2107” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili Ruhinin yanında təmir etdirməmiş, Ruhinin harada usta-elektrik işləməsini də bilməmişlər. Öz qohumları maşın ustası olmasına görə, maşını yalnız öz qohumun yanında təmir etdirmişlər. Qardaşı Nəzəralınm maşınından Ruhinlə İlkin ikisi birlikdə oğurluq etmiş, hazırda isə onlar yalan məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq istəyirlər (3-cü cild iş vər 199-201). İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində mərkəzi yola qapısı açılan dükanı vardır. Həmin dükan hər gün saat 06:30-dan gecə 24 radələıinə kimi fəaliyyət göstərir. Həmin dükanda Rafiq adlı şəxs satıcılıq etsə də, dükanı özü bağlayıb açır. 18.02.2020-ci il tarixdə axşam saat 24 radələrində iş saatının bitməsi ilə əlaqədar dükanı bağlamış, 19.02.2020-ci il tarixdə saat 06 radələrində dükanı açmağa gələrkən dükanın yola baxan pəncərəsi üzərində olan dəmir barmaqlığın yerindən qoparılaraq kənara qoyulduğunu, pəncərənin açılan hissəsinin yerindən qoparıldığını və dükanın rəflərinin sındırıldığını və mağazanın içərisində malların dağınıq vəziyyətdə olduğunu görüb mağazadan oğurluq olduğunu başa düşmüşdür. Dərhal baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşlarına ərizə ilə müraciət etmişdir. Ərizəsində ilkin olaraq 3000 manat dəyərində müxtəlif çeşiddə siqaretlərin oğurlandığını bildirsə də, sonradan siqaretlərin sayını dəqiqləşdirmiş və ona məlum olmuşdur ki, mağazasından 4945 manat dəyərində müxtəlif çeşiddə «Sobranie», «Kent», «Winston», «LD», «West», «Vinshester», «Palmall», «Rothmans», «Davidoff», «Keno», «Argo», «Vant» markalı siqaretlər, soyuducudan ümumi dəyəri 40 manat olan kolbasa, ümumi dəyəri 14 manat olan olan 5 ədəd Redbull energetik oğurlanmışdır. Bundan başqa oğurluq edən şəxs mağazanı dağıtması nəticəsində ona 250 manat maddi ziyan vurmuşdur. Mağazasında müşahidə kameraları quraşdırılmış və oğurluğa girən şəxslər kameraya düşmüş, həmin şəxsləri şəxsən tanımasa da, həmin şəxslərin etdikləri aydın görünür. Ona 4999 manat maddi ziyan dəymiş, bundan başqa mağazanın dağıdılması nəticəsində 250 manat da maddi ziyan dəymişdir, ilkin ərizəsində və Binəqədi rayon polis idarəsində ona daha az məbləğdə ziyan vurulmasını bildirsə də, sonradan dəqiqliklə hesabladıqda, marketindən 12 markada-yəni, Sobranie, Kent, Viniston, LD, Vest, Vinçester, Palmall, Rotmans, Davudoff, Keno, Argo, Vant markalı çeşiddə olan siqaretlər oğurlanmasını və siqaretlərə görə ona ümumilikdə 5300 manat dəyərində maddi ziyan vurulmasını, həmçinin 40 manat məbləğində kolbasa, 14 manat məbləğində isə “Redbull» içkisi oğurlanmasını bilmiş, bununla da, ümumilikdə ona 5354 manat məbləğində ziyan dəymişdir. Binəqədi rayon polis idarəsində verdiyi ifadəsində səhvən 4945 manat məbləğində siqaret oğurlanması yazılsa da, ola bilsin ki, həmin rəqəm texniki səhvə görə, elə yazılmışdır. Çünki, həmin vaxt da hazırda dediyi kimi dükanından 5300 manat məbləğində siqaret oğurlanmasını demiş, lakin tələsik olduğu üçün ifadəsini axıradək oxumayıb imzalamışdır. Hadisədən sonra, mağazadakı müşahidə kameralarına baxdıqda, dükana bir nəfər şəxsin daxil olmasını görmüşdür. Həmin şəxsi tanımır. Bundan başqa, dükanın küçəni çəkən kamerasındakı görüntülərə baxdıqda, oğurluq edilməmişdən əvvəl digər bir şəxsin kameranı əlindəki lom və ya buna bənzər əşya ilə yuxan qaldırmasını, kamera görüntüsünü kəsməsini müşahidə etmişdir. Həmçinin dükanından oğurluq edildiyi vaxt dükanı dağılmış, 250 manat məbləğində məişət əşyaları sınmışdır (3cü cild iş vər 203-206). Məhkəmə zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək qardaşı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək əlavə göstərmişdir ki, qardaşı - iş üzrə Zərərçəkmiş şəxs1 hal-hazırda Fransa Respublikasında olduğundan məhkəmə iclasında iştirak edə bilmir, qardaşı Mətləbin mağazasından 4945 manat dəyərində müxtəlif çeşiddə «Sobranie», «Kent», «Winston», «LD», «West», «Vinshester», «Palmall», «Rothmans», «Davidoff», «Keno», «Argo», «Vant» markalı siqaretlər, soyuducudan ümumi dəyəri 40 manat olan kolbasa, ümumi dəyəri 14 manat olan olan 5 ədəd Redbull energetik oğurlanıb, bundan başqa oğurluq edən şəxs mağazanı dağıtması nəticəsində Mətləbə 250 manat maddi ziyan vurub, qardaşı Mətləbə marketdən oğurluq nəticəsində ümumilikdə 5.300 manat dəyərində maddi ziyan vurulmuşdur. İşdə olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi video-görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 19.02.2020-ci il tarixdə saat 05:26:55-də Zərərçəkmiş şəxs1 məxsus “Nuran” marketə oğurluq etmək məqsədilə daxil olmazdan əvvəl üzü bağlı olduğundan, eləcə də, video-görüntülər keyfiyyətsiz olmaqla, tutqun və bulanıq şəkildə qeydə alındığından aydın şəkildə baş verənləri görmək mümkün olmadığından şəxsiyyəti istintaqla müəyyən edilməyən bir nəfər şəxs həmin marketin çölündəki video-kameranı əlindəki əşya ilə yuxarı qaldıraraq, oğurluq cinayətinin qeydə alınmasının qarşısım almış, qeyd edilən oğurluq cinayətində Təqsirləndirilən şəxs1 başqa, istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxs də iştirak etmişdir, Təqsirləndirilən şəxs1 19.02.2020-ci il tarixdə saat 05:37:17-də həmin marketə pəncərədən daxil olmuş və pəncərədən marketə daxil olarkən Təqsirləndirilən şəxs1 başında tanmmaması üçün maska taxması müşahidə edilir. Saat 05:37:48-də Təqsirləndirilən şəxs1 başındakı maskanı çıxararaq vitrindəki müxtəlif markalı siqaretləri marketdən götürdüyü kisələrə yığması müşahidə edilir. Video-görüntünün saat 05:42:31də qeydə alınmış kadrında üz nahiyəsi açıq olduğundan Təqsirləndirilən şəxs1 üzü aydın şəkildə görünür. İşdə olan sübutların qiymətlədirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 19.02.2020-ci il tarixdə saat 05 radələrində '‘Nuran” marketdə Təqsirləndirilən şəxs1 oğurluq etdiyi vaxt video-görüntülərin qeydə alındığı elektron məlumat daşıyıcısı (disk) maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmişdir (03-cü cild iş vərəqi 224-262). İşdə olan DİN-nin KTİ-dən daxil olmuş 05.02.2020-ci il tarixli 011-1355-1220 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus “Vaz 2107” markalı 90-XL- 428 dövlət qeydiyyat nişanlı avtomaşından oğurluq edilməsi faktı üzrə həmin avtomaşının üzərindən "09" ədəd əl barmaq izləri götürülərək yoxlanılması üçün DİN-nin KTİ-nə göndərilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərinin 03 ədədinin xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs1, 01 ədədi isə Təqsirləndirilən şəxs2 məxsus olduğu müəyyən edilmişdir (01-cild iş vərəqi 15-18). İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 19.05.2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir (03-cü cild iş vərəqi 63-64). İşdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 may 2020-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 19 may 2020-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis baş leytenantı X11, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2, mütəxəssis - Binəqədi RPİ-nin KTQ-nin baş inspektor kriminalisti X4 və şübhəli şəxs Təqsirləndirilən şəxs2 iştirakları ilə sonuncunun paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını aydınlaşdırılmasından ötrü Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Fuad Alıyevin xidməti iş otağında video-çəkilişdən istifadə edilməklə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə, müvafiq prosessual hərəkətlər aparıldıqdan sonra, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi xahiş edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli Samsung markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən bir ədəd qırmızı rəngli Nokia markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd boz rəngli üzərində “Garadagh” yazısı olan dəmir qabı çıxarıb masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs2 qara rəngli şalvarının ciblərini, əynində olan qara rəngli gödəkçəsinin ciblərini açması xahiş olunmuş, Təqsirləndirilən şəxs2 şalvarının və gödəkçəsinin ciblərindən, qara rəngli ayaqqabısının içərisindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən çıxan bir ədəd boz rəngli üzərində “Garadagh” yazısı olan dəmir qabı açması təklif olunduqdan sonra, Təqsirləndirilən şəxs2 həmin boz rəngli dəmir qabı açaraq içərisində olan bir ədəd ağ rəngli sellofan bükülünü, bir ədəd paçkada açılmamış şprits, dörd ədəd şprits ucluqlarını və bir ədəd içərisində tünd qəhvəyi ləkə olan, yarıdan sınmış şüşə ampulanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin şprits uduqlarından iki ədədinin içərisində tünd qəhvəyi rəngli maye aşkar edilmişdir. Həmin boz rəngli metal qutudan aşkar olunan ağ rəngli sellofan bükülü açıldıqda, həmin ağ rəngli sellofan bükülünün içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə, yəni narkotik vasitə olan heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə olan heroini bir gün əvvəl, yəni 18.05.2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında Anar adlı şəxsdən qramını 30 manatdan olmaqla 100 manat pul verərək aldığını bildirmişdir. Daha sonra, həmin narkotik vasitə və əşyalar qablaşdırılaraq götürülmüşdür(3-cü cild iş vərəqi 122-123). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 16 may 2020-ci il tarixli 727 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət-qarının ön divarının boşluğa nüfuz edən, nazik bağırsaq müsariqəsinin yaralanmasına və hemoperitonitə səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən onun X19 daxil olduğu və qərarda göstərilən 19.03.2020-ci il tarixdə törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla və eləcə də, ekspertizaya təqdim edilmiş bıçaqla vurulan bir zərbənin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 qarının ön divarındakı boşluğa nüfuz etmiş deşilmiş-kəsilmiş yaranın kanalının istiqaməti öndən-arxaya, aşağıdan-yuxarı olub müxtəlif vəziyyətlərdə ayaq üstə, yarımbükülmüş vəziyyətlərdə yetirilə bilərdi. Xəsarət yetirilən zaman A,E.Əliyev bədəninin ön səthi ilə xəsarəti yetirən şəxsə tərəf olmuşdur. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq onun şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (01-ci cild iş vərəqi 01). İşdə olan məhkə-kriminalistik ekpertiza üzrə 30 aprel 2020-ci il tarixli 261/2020- MTBŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs2 məxsus şalvar, sviter. mayka və gödəkcə üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni, həmçinin bəzi ləkələrdə alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Təqdim edilən bıçaq üzərində isə qan aşkar olunmadı (2-ci cild iş vərəqi 141-145). İşdə olan məhkəmə-kriminalistik ekpertiza üzrə 27 aprel 2020-ci il tarixli 158- MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus sviter, mayka və gödəkçənin ön səthinin sağ yarısının aşağı hissəsində bir ədəd və şalvarın səthinin sağ yansınm yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus geyim əşyaları üzərində fiziki qüvvənin təsirindən əmələ gəlməyə xarakterik heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur (2-ci cild iş vərəqi 89-92). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 20 may 2020-ci il tarixli 6/835 saylı ekspert rəyindən görünür ki, bir ədəd polietilen bükümdə, təmiz çəkisi 2,545 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir, şüşə ampula qırıqlarının üzərində narkotik vasitə olan heroinin izləri vardır. Şüşə ampula qırıqlarının üzərində heroin iz şəklində olduğu üçün, Təqsirləndirilən şəxs2 götürülmüş heroinlər eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 2 ədəd şprits iynələrin üzərində və şprits başlıqlarının içərisində narkotik vasitələrin izləri yoxdur. Heroin 28 iyun 2005- ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri’in İ siyahısına daxildir (36-cü cild iş vərəqi 07-11). Cinayət işinə əlavə edilmiş olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində keçirilən ambulator məhkəmə-psixiatrik ekpsertiza üzrə 19 may 2020-ci il tarixli 920 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur, İntellektual- mnestik imkanları normaya uyğun olduğundan o, cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən hərəkəti davranışım şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosionai sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, psixiemosional gərginlik, qorxu, güclü ruhi həyəcan və s.) yaranmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (2-ci cild iş vərəqi 203- 206). İşdə olan ambulator məhkəmə-psixiatrik ekpsertiza üzrə 06 oktyabr 2020-ci il tarixli 1983 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayəti törətdiyi zaman hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 emosional davamsız şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs2 aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 müəyyən edilən emosional davamsız şəxsiyyət pozuntusu hal-hazırda kompensasiya (yaxşılaşma) vəziyyətindədir. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin mənasım dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs2 qıcığa qarşı həssaslıq, hövsələsizlik, emosional dayanıqsızlıq, tez özündən çıxmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır (3-cü cild iş vərəqi 185-188). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 05 oktyabr 2020-ci il tarixli 2750 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 alkoqolizm xəstəliyindən əzab çəkmir. Alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (3-cü cild iş vərəqi 189-190). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 06 iyul 2020-ci il tarixli 1854 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji, dispanserində qeydiyyata alınması məsləhət görülür (03-cü cild iş vərəqi 129-130). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına 01 il sınaq müddəti ilə şərti olaraq məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, həmin cəriməni ödədiyindən məhkumluğu ödənilmişdir (1-ci cild iş vərəqi 32, 2-ci cild iş vərəqi 184-185, 187-189). Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddələrinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Səttarov X5 rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzadan 13 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (3-cü cild iş vərəqi 62-63, 96- 97, 100-101). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs2 məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini 29 yanvar 2020-ci il tarixdə yəni, sonuncu məhkumluğu üzrə cəzasını çəkib qurtardıqdan 1 il 1 ay 16 gün sonra törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin residivini yaradır Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs2 cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin, yəni 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İşdə olan şübhəli şəxsin tutulması haqqında 20 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 mart 2020-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 37-50). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı tutulduğu 20 mart 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 144-152, 172-182). İşdə olan şübhəli şəxsin tutulması haqqında 19 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 may 2020-ci il tarixdə tutulmuşdur (2-ci cild iş vərəqi 218-254). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı tutulduğu 19 may 2020-ci il tarixdən hesablanmışdır (3-cü cild iş vərəqi 01-84). İşdə olan 19 avqust 2020-ci li tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 19 avqust 2020-ci ildə başa çatmış və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (3cü cild iş vərəqi 100-104). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 №-li 3 mart 2005-ci il tarixli qərarının 6-cı maddəsinə əsasən soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-in 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Həmin Qərarın 15-ci maddəsinə görə, CM-in 177-ci maddəsinin qeydinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin «təkrarlıq» əlamətləri üzrə tövsif edilməsi üçün CM-in 177, 178, 180, 181-ci maddələri ilə, habelə CMin 179. 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər. Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərindən əvvəl CM-in 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birinin törədilməsi də eyni qaydada tövsif edilir. Həmin Qərarın 15-ci maddəsinə görə CM-in 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq törətmiş şəxslərin əməlini yuxarıda qeyd edilən əlamətlə (CM-in 177.2.2, 180.2.2 və 181.2.2-ci maddələri ilə) həm də o zaman tövsif etmək olar ki, AR CM-in 177-ci maddəsinin qeydinin 3-cü bəndində sadalanan cinayətlərə görə məhkumluq yeni cinayət törədilən anda ödənilməmiş və ya götürülməmiş olsun və törədilmiş əməlləri CM-in 177.3.3, 180.3.3 və 181.3.4-cü maddələri ilə hüquqi tövsif etmək üçün əsaslar olmasın. Həmin Qərarın 18-ci maddəsinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin « təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Əgər şəxs CM-in müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.3.3 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.3.3, yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 180.3.2, 180..3.3, 181.3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda bir neçə oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin ümumi təmiz çəkisi 2,545 qram olduğundan külli miqdar təşkil edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 126.2.2 və 315-ci maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1, və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 126.2.2-ci maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 315-ci maddəsinin sanksiyasında ki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.2.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına, CM-in 177.2.2, 177.2.3, 177.2.4, 234.1 və 315-ci maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://e-qanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 126.2.2 və 315-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmamasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-cı maddəsinn tələbləri nəzərə alınmaqla) cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 19 may 2020-ci il tarixdən 19 avqust 2020-ci il tarixədək həbsdə olduğu 3 ay azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 01 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, bu iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən Binəqədi RPİ-nin istintaq idarəsi tərəfindən istintaq edilən iş üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri bu iş üzrə 19 avqust 2020-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməsi nəzərə alınmadan seçilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 126.2.2 və 315ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 20 mart 2020-ci il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmamasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın (sadə residivin) olmasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-cı maddəsinn tələbləri nəzərə alınmaqla), Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 19 may 2020-ci il tarixdən 19 avqust 2020-ci il tarixədək həbsdə olduğu 3 ay azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmaqla cəza çəkməsinin başlanğıcının 01 sentyabr 2020-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-nin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 1 ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd köynək, 1 ədəd mayka, 1 ədəd şalvar, Binəqədi RPİ-nin növbətçi hissəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,445 qram narkotik vasitə heroin, üzərində «Garadag» sözü yazılmış gümüşü rəngli dəmir qab və içrisindəki şüşə ampula qırıqları, 4 ədəd şpris iynə və başlıqları, 1 ədəd istifadə olunmamış şpris məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 164 manat Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Elşd oğlu ona dəymiş 30.000 manat maddi zərərərin, 30.000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun cəmi 60.030 manat pulun ödənilməsinə dair mülki iddia vermişl, Zərərçəkmiş şəxs2 iş üzrə mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs1 isə mülki cavabdeh qismində tanınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 30.000 manat maddi zərərərin, 30.000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun cəmi 60.030 manat pulun ödənilməsinə dair mülki iddiası qismən təmin edilməli, 5.000 manat maddi zərər, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 10.030 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 126.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 126.2.2-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 19 may 2020-ci il tarixdən 19 avqust 2020-ci il tarixədək həbs olduğu 3 (üç) ay müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 entyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində bu iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 180 (yüz səksən) manat ğəqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar - Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 1 ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd köynək, 1 ədəd mayka, 1 ədəd şalvar, Binəqədi RPİ-nin növbətçi hissəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,445 qram narkotik vasitə heroin, üzərində «Garadag» sözü yazılmış gümüşü rəngli dəmir qab və içrisindəki şüşə ampula qırıqları, 4 ədəd şpris iynə və başlıqları, 1 ədəd istifadə olunmamış şpris məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 30.000 manat maddi zərərərin, 30.000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun - cəmi 60.030 manat pulun ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin, 5.000 manat maddi zərər, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 10.030 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlid. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Məmmədjnağı oğluna və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Siyavuş Hacıyev

hakimlər: Rahib Salmanov

Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar