Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-506/2023 14.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.2003-cü ildə Qazax rayonu, Daşsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Daşsalahlı kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, xx.xx.2003-cü il təvəllüdldü Təqsirləndirilən şəxs 12 iyun 2019-cu il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən «Dəlidağ» restoranının qarşısında yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ona xəsarət yetirmək istədiyini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub xuliqanlıq niyyəti ilə üzərində olan bıçaq ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə və yan nahiyəsindən bir dəfə qəsdən vuraraq ona qarnın sol yarısının periton boşluğuna keçən böyük piyliyi zədələyən, sol sağrının deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən hadisəni o törətmiş, lakin yetirdiyi xəsarət ağır olmamış, zərərçəkmiş şəxsə yüngül xəsarət yetirmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə o, balaca qardaşı Xəyal və dostu Anar ilə birlikdə Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən “Legenda” klubuna istirahət etməyə getmişlər. Həmin lubun ikinci mərtəbəsində qardaşı və Anar pivə içmişlər o, isə təxminən 600 qram spirtli içki olan viski qəbul etmişdir. Həmin klubda istirahət edən, sonradan adı ona məlum olan Arzu və Sakit adlı şəxslər onu çağıraraq onunla söhbət edəcəklərini demişlər. O, və dostu Anar birlikdə aşağı düşmüş, qardaşı Xəyal isə yuxarıda qalmışdır. Aşağıda Arzu ona nə vaxtsa “Avtovağzal” metro stansiyasının yaxınlığında onun üzərinə bıçaq çıxartdığını demiş, o isə ona bıçaq çıxartmağını xatırlamadığını demişdir. Həmin vaxt Arzu onu söymüş və sifətinin sol nahiyəsindən sağ yumruğu ilə vurmuşdur. Arzunun yanında olan Sakit də onun sağ ayağından təpiklə vurmuşdur. Sakit həmçinin yumruqla Anarın sifətindən də vurmuşdur. O və Anar onlardan aralanıb qaçmağa başlamışlar. Bir azdan geriyə baxdıqda arxasınca heç kəsin gəlmədiyini görərək geri qayıtmışdır. Qayıdan zaman qarşısında Sakiti görmüşdür. Sakitin onu vuracağından qorxaraq cibində olan qatlanan cib bıçağı çıxarıb Sakitin qarın nahiyyəsindən 1 dəfə, yan nahiyyəsindən də 1 dəfə vurub qaçmışdır. Qaçanda bıçağı Binəqədi şossesində yerləşən “Neptun” marketin qarşısında tullamışdır. Daha sonra yaşadığı evə getmiş, dostu Anar və qardaşı Xəyal da ora gəlmişlər. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar 12 iyun 2019-cu il tarixdə tanımışdır. Qeyd etmək istəyir ki, həmin tarixdə dostu Şahid1la birlikdə Binəqədi rayonu, Xırdalan şossesində yerləşən «Legenda» klubunda istirahət etmiş, spirtli içkilər qəbul etmişlər. Həmin klubda Təqsirləndirilən şəxs daha iki nəfər şəxslə birlikdə istirahət etmişlər. Onlar da spirtli içkilər qəbul etmişlər. Bundan əvvəl isə Arzu ona 2019-cu ilin may ayının axırlarında “Avtovağzal” metrosunun içində tanımadığı bir şəxsin bilməyərəkdən ayağına toxunduğu üçün həmin şəxsin ona bıçaq çəkdiyini, lakin taksi sürücüləri qışqırandan sonra qaçdığını demişdir. Arzu həmin üç nəfərdən ikisini tanıdığını, onlardan birinin ona dediyi Avtovağzal metrosunun keçidində mübahisə etdiyi şəxslər olduğunu və onlardan birinin onun üstünə bıçaq çəkən şəxs olduğunu bildirmişdir. İstirahət etdiyi vaxt Arzu ondan aralanaraq harasa getmiş, o da ayaqyoluna gedərkən hal-hazırda müttəhimlər kürsüsündə əyləşən Təqsirləndirilən şəxslə başqa bir şəxsin Arzu ilə söhbət etdiklərini görmüş, həmin şəxslər Arzunu klubdan çölə çıxmağı bildirmiş, Arzu həmin şəxslərlə çölə çıxan zaman onlara həmin 2 nəfərin ona bıçaq çəkdiyini deyirmiş. Bu zaman Arzuya ona bıçaq çəkən və həmin vaxt onun yanında olan şəxsi klubdan çıxarıq çölə çağırmağını bildirmişdir. O da bu şəxslərin arxasınca çölə çıxmış, görmüşdür ki, Arzu Təqsirləndirilən şəxslə söhbət edərək sonuncuya ona qarşı bıçaq çəkmə hadisəsini xatırlatmışdır. Lakın Nicat elə bir şey olmadığını, həmin vaxt həbsdə olduğunu bildirmiş və Arzuya onu kımlərləsə səhv saldığını bildirmişdir. Arzu ona diqqətlə baxmağını və həmin hadisəni yada salmağını demişdir. Arzu ona yalan danışanın ünvanına nalayiq söyüşlər işlətmiş və sağ əli ilə Nicatın üzünə 1 dəfə sillə vurmuşdur. Onun ayağı büdrəyəndə o, da onun yanındakı şəxsə də sifətindən yumruqla vurmuşdur. Dərhal bundan sonra Nicatla digər şəxs ayrı-ayrı istiqamətlərə qaçmışlar. O, Arzuya əvvəllər bıçaq çəkən Nicatın arxasınca qaçmış, Arzu isə digərinin dalınca qaçmağa başlamışdır. O, az məsafə qaçmışdır ki, Nicatın dayanaraq ona tərəfə çönməsini görmüş, o, ona yaxınlaşdıqda Nicatın onu nə ilə isə vurduğunu hiss etmiş, lakin bıçaqlandığını həmin dəqiqə bilməmişdir. Nicat isə ondan aralanaraq qaçmağa davam etmişdir. Bu zaman Arzu onun yanına gəlmiş və onun köynəyinin qana bulaşdığını görərək köynəyini qaldırmış və ona bıçaqlandığını demişdir. Bundan sonra o və Arzu “Legenda” klubun qarşısında dayanan taksiyə minib Xırdalan dairəsinin yanında olan aptekin yanında Arzu taksidən düşüb aptekdən lazımı ləvazimatlar alıb qayıtmış, bundan sonra ikisi birlikdə arzunun qaldığı evə getmişlər. Orada Arzu yaranın üzərinə sarğı qoymuşdur. Həmin vaxt məlum olmuşdur ki, Nicat onun sol budundan da bıçaqla xəsarət yetirmişdir. Bundan sonra Arzu harasa gedib 2 nəfərlə qayıtmış, həmin 2 nəfər də onun yaralarına baxaraq yaraların cıddı olduğunu deyib təcili xəstəxanaya getməyin vacibliyini bildirmişlər. O, Arzu və digər 2 nəfər birlikdə onlar gələn taksiyə minib “Semaşko” adlanan xəstəxanaya getmiş və orada əməliyat olunmuşdur. Halhazırda səhhəti yaxşıdır, Təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Ona qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Qeyd etmək istyir ki, 2019-cu ildə hadisə baş verən zaman onun 17 yaşı olmuş, Təqsirləndirilən şəxs isə 16 yaşı olmuşdur. Hər ikisi etdikləri hərəkətləri uşaq olduqları üçün dərk etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, lakin Zərərçəkmiş şəxslə dostluq münasibətləri olmuşdur. Təxmini 2019-cu ilin may ayının axırlarında qardaşı Röyal, o və hər ikisinin iş yoldaşı olan Məmməd ilə Avtovağzal metrosundan çıxıb metronun içindəki keçidlə piyada hərəkət edən zaman çiyni qarşısında piyada hərəkət edən tanımadığı təxminən yaşı 16-17 olan şəxsin çiyninə dəymişdir. Həmin şəxs ona tərəf geri çönəndə o ondan “bağışla” deyərək üzr istəmişdir. O isə ona “korsan” və nalayiq sözlər işlətmiş və aralarında sözlə mübahisə olmuşdur. xx.xx.2019-cu il tarixdə axşam saatlarında “Vulkan” oteldə ofisiant işləyən dostu Sakit və Əli ilə görüşüb söhbət edib çay içmişlər. Sakit ona ora yaxın olan “Legenda” klub deyilən yerdə pivə içməyi təklif etmişdir. O, da Sakitlə razılaşmış və “Legenda” kluba getmişlər. Onlar klubun ümumi zalında oturub pivə içmişlər. Saat təxmini 00 radələrində kluba 3 nəfər gəlmiş və o onlardan ikisini tanımışdır. Belə ki, həmin 2 nəfər Avtovağzal metrosunun keçidində mübahisə etdiyi şəxslər idi. O, həmin 2 şəxsi Sakitə göstərərək o vaxt onunla mübahisə edən şəxslər olduğunu bildirmişdir. Həmin vaxt Sakit ayaqyoluna tərəf getmiş, Təqsirləndirilən şəxslə Şahid2 görmüş və ona o vaxt onunla mübahisə edən şəxsləri klubdan çıxarıb söhbət etməyi təklif etmişdir. O, və Sakit onunla mübahisə edən Nicatla Anarın əyləşdikləri yerə yaxınlaşaraq çölə söhbət etməyə çağırmışdır. Nicatla Anar razı olaraq onlarla birlikdə klubdan çölə çıxmışlar. O, Nicatgilə əvvəllər olduğu hadisəni xatırlatmışdır. Lakin Nicat və Anar elə bir hadisənin olmadığını, ona onları kiminləsə səhv saldığını bildirmişlər. O, onlara yalan danışdıqlarına görə nalayiq ifadələr işətmişdir. O, bu zaman sağ əlilə Anarın sağ üzünə 1 dəfə sillə vurmuşdur. Sakit də onun yanında olan Nicata 1 dəfə sillə ilə vurmuş və Nicatla Anar hər ikisi ayrı-ayrı istiqamətlərə qaçmışlar. Sakit Nicatın arxasınca qaçmışdır. O, da Anarın dalınca biraz qaçmış lakin ona çata bilmədiyi üçün geri qayıtmışdır. Az müddət keçmişdir ki, Sakıtdə geri qayıtmış, Sakit ona yaxınlaşanda qarın və yan tərəfində qan olduğunu görmüşdür. O, köynəyi qaldıranda Saktin bıçaqlandığını başa düşmüş və orada yığışan şəxslərə yaranın ciddi olubolmadığını deyərək Sakiti bıçaqlayan şəxsin arxasınca qaçmışdır. Sonradan həm onun onu da bıçaqlanmağından çəkinmiş, həmdəki Sakiti yaralı vəziyyətdə tək buraxmaq istəmədiyi üçün geri qayıtmışdır. O, geri qayıdanda orada olan şəxslərin Sakiti “Legenda” kluba qaldırdıqlarını və su içizdiklərini görmüşdür. Lakin Sakit ayaqüstə idi. O, və Sakit “Legenda” klubun qarşısında dayanan taksiyə minərək əvvəlcə Xırdalan dairəsində taksidən düşüb aptekə girib oradan yod, spirt, pereks, pambıq və bint alaraq Sakitlə qaldığı evə gələrək Sakitə ilk tibbi yardım göstərmişdir. Bundan sonra çəkməyə siqaretləri olmadığı üçün, həmdəki, “Legenda” klubuna içdikləri pivəyə görə pulu ödəmək üçün yenidən “Legenda” klubuna getmiş, ora olan borcunu ödəyən zaman orada olan tanışları Sakitin vəziyyətini soruşmuşlar və Sakitin yaraların ağır olduğunu bildirərək onunla birlikdə evə gəlmişlər. Həmin vaxt Sakit çarpayıda uzanmış, lakin yatmamışdır. Həmin 2 nəfər də Sakitin yaralarına baxmışlar və yaraların ciddi olduğunu deyib təcili xəstəxanaya getməyin vacibliyini bildirmişlər. O, Sakit və digər 2 nəfər birlikdə çölə çıxıb taksi ilə “Semaşko” adlanan xəstəxanaya getmişlər. Orada Sakiti cərahiyyə əməliyyat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Zərərçəkmiş şəxs isə hadisə ilə əlaqədar tanımışdır. O hal-hazırda törətdiyi oğurluq cinayət əməlinə görə cəza çəkir. Hadisədən təxminən 1 il əvvəl, 2018-ci ildə Bakı şəhərinə işləmək üçün gəlmiş, həmin ərəfələrdə Nicatla tanış olmuş və onunla birlikdə Şamaxinka adlanan ərazidə kirayədə yaşamışdır. xx.xx.2019-cu il tarixdə o, Nicat və Nicatın balaca qardaşı Xəyal ilə birlikdə Binəqədi-Xırdalan şossesində yerləşən "Legenda" kluba getmişlər. Həmin vaxt onlar klubda spirtli içkilər sifariş etmiş, Xəyal isə enerji içkisi içirmiş. Həmin vaxt onlara 2 nəfər şəxs yaxınlaşmış və Nicata aşağı düşməyi, onunla söhbət etmək istədiklərini demişlər. Nicat aşağı düşəndə o, da onların arxasınca aşağı düşmüşdür. Bu vaxt adı sonradan ona məlum olan Arzu Nicata 10-15 gün əvvəl Avtovağzal metro stansiyası yaxınlığında ona bıçaq çıxartdığını demiş, Nicat isə Arzuya belə bir şey olmadığını bildirmişdir. Həmin vaxt Arzu söyüş söymüş və yumruqla Nicatı vurmuşdur. Bu vaxt Sakit də onu 1 dəfə yumruqla sifətindən vurmuşdur. O və Nicat hərəsi bir tərəfə qaçmışdır. O Nicatla yaşadığı evə getmiş, birazdan Nicat gələrək bildirmişdir ki, onun dalınca qaçan şəxsi bıçaqlamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanlanan xx.xx.2019-cu il tarixli raptortdan müəyyən olunur ki, 12 iyun 2019-cu il tarixdə, saat 04.25 radələrində Zərərçəkmiş şəxs qarının ön divarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə KTM-yə daxil olmuş, həmin tarixli keçirilmiş “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan müəyyən olunur ki, hadisə Binəqədi rayonu, Binəqədi- Xırdalan şossesində yerləşən “Legenda” klubu və «Dəlidağ» restoranı qarşısında baş vermişdir. Baxış zamanı Şahid1 bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə, saat təxminən 02 radələrində “dostu Sakitlə “Legenda” klubunda oturub pivə içərkən üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərlə aralarında mübahisə düşmüş, Sakitlə həmin şəxslər çölə çıxmış, aralanda mübahisə davam etmiş, o həmin şəxsləri yumruqla vurmuş, onlar qaçan zaman o və Sakit həmin şəxsləri restoranın qapısında saxlamış, onlardan biri bıçaqla Sakitə iki dəfə xəsarət yetirərək hadisə yerindən qaçmışlar. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, «Dəlidağ» restoranının qarşısında tanımadığı şəxs onu bıçaqla vurub xəsarət yetirmişdir, həmin şəxsi məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış “şubhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə müdafiəçisi və qanuni nümayəndəsinin iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, həbsetmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ui, 31 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılması barədə təqdimat təmin edilməmiş və ibtidai araşdırma orqanının qərarı ilə 31 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmişdir. Belələiklə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən-xx.xx.2019-cu il tarixədək-27 gün həbsdə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «şəxsin tanınmaya təqdim edilməsi haqqında» 04 iyul 2019-cu il tarixli protokoldan müəyyən olunur ki, ki, Zərərçəkmiş şəxs ona təqdim olunmuş 4 nəfər şəxs arasında Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirən şəxs kimi tanımışdır. Məhkəmədə elan edilib araşdırılmış «ifadənin yerində yoxlanılması haqqında» 05 iyul 2019-cu il tarixli protokoldan müəyyən olunur ki, yetkinlik yaşına çatmayan şübhəli şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs kimi verdiyi ifadəsində göstərdikləri xüsusatları hadisə yerinə baxış zamanı bir daha təsdiq etmiş, xx.xx.2019-cu il tarixdə, saat 02 radələrində «Legenda» klubunun qarşısında qarşılıqlı mübahisə zamanı Sakitə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1148 №-li saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- qarnın sol yarısının periton boşluğuna keçək böyük piyliyi zədələyən, sol sağrının kəsilmiş-deşilmiş yaraları aşkar edilmişdir. Qeyd olunmuş xəsarət deşici-kəsici alətin ola bıçağın təsirindən Zərərçəkmiş şəxs xəstəxanaya gətirilməsindən yəni xx.xx.2019-cu tarixdə əmələ gəlmişdirlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş, xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu, il tarixdə bıçaqla yetirilən zərbələrin nəticəsində əmələ gələ bilərdilər. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 378 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs anası X5 xx.xx.2013-cü ildə vəfat etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işinin icraata ayrılması haqqında» ibtidai istintaq orqanının 05 avqut 2019-cu il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə İ.B.Vəliyevin xəstəliyi ilə əlaqədar cinayət işi üzrə icraat dayandırılmış, 22 sentyabr 2019-cu il tarixdə cinayət işinin ibtidai istintaqı təzələnmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, həbsetmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu hökmdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkum olunduğu cinayət işi üzrə cinayət əməllərini 07 avqust 2018-ci il tarixdən 11 sentyabr 2019-cu il tarixədək törətmiş, hal-hazırda baxılan iş üzrə cinayət əməlini isə 12 iyun 2019-cu il tarixdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu olmaqla ona cinayətlərin məcmusuna görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda Bakı Ağır Cinayətlər məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəza baxılan iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən qaydalara uyğun olaraq, cinayətlərin məcmusu üzrə, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, Bakı Ağır Cinayətlər məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəza buraxılmış iş üzrə təyin edilmiş cəza ilə qismən və ya tamamilə birləşdiriməklə qəti cəza təyin edilməli və cəzanın əvvəli 19 sentyabr 2019-cu il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş mötəbər sübutlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasına baxmayaraq 22 iyun 2019-cu il tarixdə gecə saat 02-də sərxoş halda keçmiş hadisəni bəhanə gətirərək xuliqanlıq niyyəti ilə üzərində olan bıçaqla Zərərçəkmiş şəxs iki dəfə bıçaqla qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri yetirib hadisə yerindən qaçmışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı törətdiyi əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 86-cı maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən, məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən olunmuş hallardan başqa, həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işində olan Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədin surətindən müəyyən olunur ki, o, xx.xx.2003-cü il təvəllüdlü olmaqla, hadisə törətdiyi 12 iyun 2019-cu il tarixə yetkinlik yaşına çatmamış, lakin hal hazırda yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadləsində Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbini olmamasını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngüləşdiriən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 50.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son hədlərinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən CM-nin 126.2.4-cü maddəsi ağır cinayətlərə aiddir. Təqsirləndirilən şəxs hazırda yetkinlik yaşına çatdığı üçün təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş xx.xx.2019-cu il tarixdən hesablamalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyul 2019-cu il tarixdən 31 iyul 2019-cu il tarixədək həbsdə saxlanıldığı 27 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda X4 törətdiyi cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99- 1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi hesabına 180 AZN (yüz səksən manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 iyul 2019-cu il tarixdən 31 iyul 2019-cu il tarixədək həbsdə saxlanıldığı 27 gün müddət ona təyin olunmuş cəzaya daxil edilməklə üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 19 sentyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 180 (yüz səksən) manat pul “VERDİKTUM” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-506/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-506/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver