Məhkəmə qərarları › İş №1(101)-506/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-506/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-506/2025 08.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X8 (sədrlik edən), X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Sabiqət oğlunun və Təqsirləndirilən şəxs2 müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, heç bir yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, 04 mart 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 323/2024 saylı, 05 mart 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 04 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi, xx xxxxxxx 1994-cü ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 3 ünvanda yaşamış, 24 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-416/2024 saylı, 25 mart 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 24 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroin, xüsusilə külli miqdarda metadon həbi, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxs və qeyrilərinin naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində gizlətdikləri “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan xüsusilə külli miqdarda - 4172,46 qram çəkidə narkotik vasitə heroini, təsiredici maddəsinin miqdarı xüsusilə külli miqdarda - 200,08 qram çəkidə 5002 ədəd metadon həbini, külli miqdarda - 26355 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil olan xüsusilə külli miqdarda - 990,284 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib 43,460 qram çəkidə narkotik vasitə heroini, təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram çəkidə 04 ədəd metadon həbini və 5,284 qram çəkidə psixotrop maddə metamfetamini öz üzərində, qalan 26355 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 4129 qram çəkidə narkotik vasitə heroini, 985 qram çəkidə psixotrop maddə metamfetamini, təsiredici maddəsinin miqdarı 199,92 qram çəkidə 4998 ədəd metadon həbini isə Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları ünvan 2nvanına birlikdə daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 04 mart 2024-cü il tarixdə saat 02:10-da yuxarıda qeyd edilən ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nə gətirilmiş və orada həmin gün saat 03:40-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qırmızı rəngli gödəkçəsinin sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə əldə edib üzərində saxlamaqla daşıdığı 04 ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 3,260 qram; 1,753 qram; 7,795 qram; 30,652 qram olmaqla ümumilikdə külli miqdarda- 43,460 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin miqdarı 0,16 qram olan xarici əlamətlərinə görə fərqlənən, lakin tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən üzərində “Metadone 40" markalanma göstəricisi olan 04 ədəd metadon həbini və 01 ədəd bükümdə külli miqdarda - 5,284 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 04 mart 2024-cü il tarixdə saat 05:20-dən etibarən Təqsirləndirilən şəxs1 özünün razılığı və könüllü iştirakı ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları ünvan 2nvanına baxış keçirilən zaman evin yataq otağından qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə əldə edib saxlamaqla daşıdıqları 02 ədəd torbanın içərisindən 26 ədəd bükümdə tərkiblərinə görə eynilik təşkil edən ayrı- ayrılıqda çəkiləri 1010 qram; 1005 qram; 955 qram; 1000 qram; 1010 qram; 1010 qram; 1005 qram; 1080 qram; 995 qram; 1065 qram; 1010 qram; 995 qram; 1015 qram; 995 qram; 1025 qram; 1000 qram; 1025 qram; 1065 qram; 985 qram; 1080 qram; 985 qram; 1020 qram; 1015 qram; 1000 qram; 1000 qram; 1005 qram olmaqla ümumilikdə təmiz çəkisi külli miqdarda- 26355 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd bağlamada hər birinin içərisində 02 ədəd büküm olmaqla xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə həm öz aralarında, həm də onun üzərindən aşkar edilərək götürülmüş heroinlə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 498,4 qram; 667,7 qram; 804,7 qram; 734,9 qram; 706,8 qram; 716,5 qram olmaqla ümumilikdə təmiz çəkisi xüsusilə külli miqdarda - 4129 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin miqdarı xüsusilə külli miqdarda - 199,92 qram çəkidə xarici əlamətlərinə görə fərqlənən, lakin tərkibindəki təsiredici maddəsinin miqdarına görə həm öz aralarında, həm də onun üzərindən aşkar edilərək götürülmüş metodon həbləri ilə eynilik təşkil edən üzərində “Metadone 40" markalanma göstəricisi olan 4998 ədəd metadon həbi, 01 ədəd bükümdə üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən xüsusilə külli miqdarda - 985 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroin, xüsusilə külli miqdarda metadon həbi, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxs və qeyrilərinin naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində gizlətdikləri “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan xüsusilə külli miqdarda - 4172,46 qram çəkidə narkotik vasitə heroini, təsiredici maddəsinin miqdarı xüsusilə külli miqdarda- 200,08 qram çəkidə 5002 ədəd metadon həbini, külli miqdarda- 26355 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil olan xüsusilə külli miqdarda - 990,284 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib 43,460 qram çəkidə narkotik vasitə heroini, təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram çəkidə 04 ədəd metadon həbini və 5,284 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 öz üzərində, qalan 26355 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 4129 qram çəkidə narkotik vasitə heroini, 985 qram çəkidə psixotrop maddə metamfetamini, təsiredici maddəsinin miqdarı 199,92 qram çəkidə 4998 ədəd metadon həbini isə Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqları ünvan 2nvanına birlikdə daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 04 mart 2024-cü il tarixdə saat 02:10-da yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq BNMİ-nə gətirilmiş və orada həmin gün saat 03:40-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qırmızı rəngli gödəkçəsinin sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə əldə edib üzərində saxlamaqla daşıdığı 04 ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 3,260 qram; 1,753 qram; 7,795 qram; 30,652 qram olmaqla ümumilikdə külli miqdarda- 43,460 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin miqdarı 0,16 qram olan xarici əlamətlərinə görə fərqlənən, lakin tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən üzərində “Metadone 40" markalanma göstəricisi olan 04 ədəd metadon həbini və 01 ədəd bükümdə külli miqdarda - 5,284 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 04 mart 2024-cü il tarixdə saat 05:20-dən etibarən Təqsirləndirilən şəxs1 özünün razılığı və könüllü iştirakı ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları ünvan 2nvanına baxış keçirilən zaman evin yataq otağından qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə əldə edib saxlamaqla daşıdıqları 02 ədəd torbanın içərisindən 26 ədəd bükümdə tərkiblərinə görə eynilik təşkil edən ayrı- ayrılıqda çəkiləri 1010 qram; 1005 qram; 955 qram; 1000 qram; 1010 qram; 1010 qram; 1005 qram; 1080 qram; 995 qram; 1065 qram; 1010 qram; 995 qram; 1015 qram; 995 qram; 1025 qram; 1000 qram; 1025 qram; 1065 qram; 985 qram; 1080 qram; 985 qram; 1020 qram; 1015 qram; 1000 qram; 1000 qram; 1005 qram olmaqla ümumilikdə təmiz çəkisi külli miqdarda- 26355 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd bağlamada hər birinin içərisində 02 ədəd büküm olmaqla xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinlə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 498,4 qram; 667,7 qram; 804,7 qram; 734,9 qram; 706,8 qram; 716,5 qram olmaqla ümumilikdə təmiz çəkisi xüsusilə külli miqdarda - 4129 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin miqdarı xüsusilə külli miqdarda - 199,92 qram çəkidə xarici əlamətlərinə görə fərqlənən, lakin tərkibindəki təsiredici maddəsinin miqdarına görə həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş metodon həbləri ilə eynilik təşkil edən üzərində “Metadone 40" markalanma göstəricisi olan 4998 ədəd metadon həbi, 01 ədəd bükümdə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən xüsusilə külli miqdarda - 985 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2la 5 ildir ki, münasibəti var. Belə ki, sonuncu onun iki azyaşlı uşağının atasıdır. Anarın narkotik vasitələrdən istifadə etməsini sonuncu ilə tanış olduqdan 6 ay sonra öyrənmişdir, belə ki, Anar marixuana və kakosdan istifadə etmişdir. Şübhəli şəxs qismində tutulduğu gün Anar tez-tez telefonla kiminləsə danışmış, sonuncunun kiminlə danışdığını soruşduqda isə ona heç nə deməmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs2 taksi fəaliyyəti ilə məşğul olduğu “Kia Rio” markalı avtomobillə evdən çıxmaq istəyərkən, o da sonuncu ilə birlikdə getmək istədiyini bildirmişdir. Evdən çıxmaq istəməsində məqsədi ev üçün lazımı şeyləri almaq olmuşdur. Onlar yolda olduqları müddətdə Anar yenə də kiminləsə tez-tez telefon danışığı aparmışdır. Bir müddət getdikdən sonra Anar yolunu dəyişərək avtomobilini Xocəsən qəsəbəsi istiqamətinə sürmüşdür. Anar telefonda danışdığı şəxsə “Səbinə yanımdadır, onunla gələ bilmərəm.”, həmin şəxs isə sonuncuya narahat olmamasını demişdir. Bu zaman o, Anarın narkotik vasitə götürmək üçün getdiyini başa düşmüşdür. Bunu bilən zaman maşından düşmək istəsə də, buna icazə veməmişdir. Onlar yolun yarısında olarkən Anar “Mercedes Vito” markalı avtomobil görmüş və həmin avtomobildə olan şəxslərin polis əməkdaşları olmasından şübhələnmişdir. Saat 23:00-23:30 onlar təyinat ünvanına çatmış, Anar Xocəsən yolunda idarə etdiyi avtomobildən düşmüş və içərisində narkotik vasitə olan bağlamanı götürərək geri qayıtmışdır. Bundan sona sonuncu az əvvəl telefonla danışdığı şəxsə yenidən zəng edərək “Mən bu qədər deməmişdim.” demiş, həmin şəxs isə Anara hər dəfə narkotik istəyib gəlib götürməkdənsə, narkotik vasitəni bir dəfəlik böyük bağlamada yerləşdirdiyini, beləliklə Anarın da tez-tez gəlmək məcburiyyətində qalmayacağını bildirmişdir. Sonuncu bağlamanı götürdükdən sonra arxa oturacağa qoymuş və telefonda danışdığı şəxsdən həmin bağlamanı nə etməsini soruşmuşdur. Həmin şəxs sonuncuya səbrli olmasını demişdir. Onlar yaşadıqları evə qayıdarkən yol boyu qara rəngli “Mercedes Vito” markalı avtomobil onları izləməkdə davam etmiş, Anar polis əməkdaşlarının onları izləməsindən şübhələnmiş və bunu narkotiki satan şəxsə də demişdir. Az sonra onları izləyən maşınların sayı daha da çoxalmışdır. Anar onu evə gətirmiş, az əvvəl aldığı narkotik vasitələri yuxarı evin eyvanına qoymuş, onu qısqandığı üçün qapını qıfıl ilə bağlayıb getmiş, o isə bağlamanın içərisinə, ümumiyyətlə, baxmamışdır. Sonuncu evdən getdikdən təxminən 5 dəqiqə sonra bayaqdan onları izləyən polis əməkdaşları hasardan tullanıb evə daxil olmuş, hətta evin pəncərəsinin şüşəni də sındırmışlar. Bu zaman saat 23:30 radələri olmuşdur. Polis əməkdaşlarında ikisi onu döyərək Anarın yerini soruşmuşlar. Sonuncular Anarın evə qoyduğu narkotik bağlamasına oxşar, sarı rəngli, lakin daha iri ölçüdə olan bağlamanı gətirərək, “Bu bağlama sizin evdən çıxıb.” demişlər. Həmçinin polis əməkdaşları ona əxlaqsız sözlər demiş və əxlaqsız təkliflər etmişlər. Sonuncular bağlamadan 2 ədəd metadon götürüb onun cibinə qoymuşlar. Polis əməkdaşları ondan Anarın yerini soruşduqdan sonra içərisində narkotik vasitə olan bağlamanın onun olduğunu, etiraz edəcəyi təqdirdə ona təcavüz edəcəklərini bildirmişlər. Məruz qaldığı fiziki və psixi təsirlərin nəticəsində keçirilmiş videoçəkiliş zamanı narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Halbuki o, narkotik vasitələrdən heç vaxt istifadə etməyib, həmçinin şübhəli şəxs qismində tutulduğu vaxt üzərində narkotik vasitə olmayıb. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Anarın götürdüyü bağlamasının çəkisini bilmir. Gecə saat 02:00- 03:00 radələrində polis idarəsində üzərində şəxsi axtarış keçirildikdən sonra yenidən yaşadıqları evə gəlmişlər, bu zaman bağlama açıq vəziyyətdə olmuşdur. X12 anadan olduğu vaxt Anar müalicə aldığında anası qızının uşağın ata adı hissəsində Anarın adının yazılmasını istəməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, həbs olunmazdan əvvəl taksi fəaliyyəti ilə məşğul olaraq dolanışını təmin edib. Narkotik vasitələrdən, o cümlədən, heroindən, daha çox isə “nəşə”dən iki il müddətində istifadə edib və ayda 40 manat xərcləməklə narkotik vasitələrə olan tələbatını ödəyib. Təqsirləndirilən şəxs1 tutulduğu gün o, Səbinə ilə birlikdə evə bazarlıq etmək üçün evdən çıxmış, az sonra ona zəng gəlmiş, o, sonuncuya başqa bir işi olduğunu deyərək, Xocəsən qəsəbəsi ərazisinə istiqamətlənmişdir. Səbinə həmin vaxt avtomobildə olsa da, onun narkotik vasitə götürmək üçün getməsindən xəbəri olmayıb. Təyinat ünvanına çatmış, oradan öz şəxsi istifadəsi üçün 1 kq-a yaxın narkotik vasitə götürərək yenidən yola düşmüşdür. Səbinə bağlamanın içərisində narkotik vasitə olduğunu başa düşdüyündən, avtomobildən düşmək istəsə də, o, buna imkan verməmişdir. Bu zaman o, onları “Mercedes Vito” markalı avtomobilin izlədiyini görmüşdür. O, dərhal evin yolunu tutmuş, Səbinəni təhlükədən uzaqlaşdırmaq məqsədi ilə evdə qoymuş, qapını çöldən bağlamış, bu vaxt saat təxminən 21:00-22:00 radələri olmuşdur. Daha sonra öyrənmişdir ki, polis əməkdaşları evə daxil olaraq, evə artıq miqdarda narkotik vasitə yerləşdirib, Səbinədən həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsini tələb ediblər. O, Ağsu rayonunda getmiş və 22 mart 2024-cü il tarixdə orada tutulmuşdur. 2 gün Ağsu Rayon Polis İdarəsində, 2 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmışdır. Orada saxlanılarkən həm polis əməkdaşları, həm də müstəntiq tərəfindən döyülmüşdür. O, bu barədə vəkilinə məlumat vermiş, sonuncu müstəntiqə bu barədə sual verərkən müstəntiq yaxşı edib döydüyünü bildirmişdir. Polis əməkdaşları ondan onun üçün naməlum olan torbaya yerləşdirilmiş narkotik vasitələrin özünə məxsus olması barədə etirafedici ifadə verməsini tələb etmiş, o, razılaşmamış, daha sonra 1 kq çəkidə olan narkotikin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Bunu o səbəbdən etmişdir ki, Səbinə azad edilsin. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitə satan şəxsdən bağlamanı götürdüksən sonra pulu sonuncunun kart hesabına göndərəcəkdi. Əvvəllər də bir çox tanımadığı şəxslərdən narkotik vasitə almışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 7-8 dəfə videosunu çəkilib silinmişdir. Polis əməkdaşları öz aralarında danışarkən o, “diski dəyişərsiz” ifadəsini eşitmişdir. Səbinənin narkotik vasitədən istifadə etdiyini görməyib, əks halda bir evdə yaşadıqları üçün bunu görərdi. Narkotik vasitələrdən istifadə etdiyinə görə Səbinə ilə aralarında problem olub. Sonuncunun onun müalicə olunmasında əməyi var. Bakı İstintaq Təcridxanasına gətirilərkən üzərinə baxış keçirilməyib. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onların təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik mənə həvalə edilmişdir. 04 mart 2024-cü il tarixdə saat Təqsirləndirilən şəxs1 Xətai rayonu inzibati ərazisində yaşadığı evin yaxınlığında olması ilə əlaqədar məlumat daxil olmuş və əməliyyat qrupunun digər üzvü ilə birlikdə sonuncunun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Xətai rayonu, 2944cü kvartal, ev 1052 ünvanının yaxınlığına getdik. 04 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 2944-cü kvartal, ev 1052 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs1 oxşayan piyada hərəkət edən bir nəfər şəxsin olduğunu müəyyən etdik. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələri göstərib, polis əməkdaşları olduqlarını bildirib, sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs1 olduğunu bildirdi. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və sonuncunu DİN-in BNMİ-nə dəvət etmişlər. Şəxs etiraz etmədən onlarla birgə Baş İdarəyə gəldi. İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs1 buna heç bir etirazını bildirməmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 4 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan cins şalvarın arxa sol cibindən 1 ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlələrin ümumilikdə çəkisi 48 qram, metamfetaminə bənzər kütlənin çəkisi 8 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Redmi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 1 ədəd açar isə Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolu adlanan ərazidə qeyri-rəsmi münasibətdə yaşadığı “Anar” adlı şəxslə birlikdə əvvəlcədən təyin edilmiş yerdən “Baba” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə "Baba” adlı şəxsin onlara hər 1 kiloqrama görə 300 manat pul verəcəyini, “Anar” adlı şəxsin 099 ***-**-** mobil nömrə istifadə etdiyini, “Kia Rio” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, həmçinin Bakı şəhəri, Xətai rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2nvanına yollandıq. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzildə yataq otağından 2 ədəd torbanın içərisindən 26 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri, 3 ədəd bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələri, 1 ədəd bağlamada ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 4998 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlələri və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 24 kq 750 qram, heroinə bənzər kütlələrin ümumilikdə çəkisi 4 kq 946 qram, metamfetaminə bənzər kütlənin çəkisi 1 kq 4 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolu adlanan ərazidə qeyri-rəsmi münasibətdə yaşadığı “Anar” adlı şəxslə birlikdə əvvəlcədən təyin edilmiş yerdən “Baba” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Baba” adlı şəxsin onlara hər 1 kiloqrama görə 300 manat pul verəcəyini, əvvəllər də “Baba” adlı şəxsin vasitəsi ilə narkotik vasitə götürdüklərini, “Anar” adlı şəxsin 099 ***-**-** mobil nömrə istifadə etdiyini, “Kia Rio” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Səbinə narkotik vasitələri Anar ilə birgə “Baba” adlı İranlıdan aldığını demişdir. Sonuncuya qarşı fiziki və psixi təzyiqlər olmayıb. Tərəflərindən evə narkotik vasitə yerləşdirilməyib. Səbinə özü yaşadığı evdə narkotik vasitə olduğunu bildirib. Sonuncu yaşadığı evin qapısını özü açıb. Narkotik vasitələr evin 1-ci mərtəbəsində və təxminən 30 kq-a yaxın çəkidə idi. Səbinə narkotik vasitəni Anarın verdiyini deyib. “Anarın adını istintaq zamanı çək və azad ediləcəksən” sözü Səbinəyə deyilməyib. Təqsirləndirilən şəxsləri izləməyiblər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasında Səbinənin nə qədər saxlanıldığı xatırlamır. Səbinə barəsində məlumat daxil olmuşdu ki, sonuncu Anar adlı şəxs ilə birlikdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Məlumat tədbirdən 2-3 gün əvvəl daxil olmuşdu. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsləri izləməyiblər. Sonuncuların yaşadıqları evə narkotik vasitə yerləşdirməyiblər.Səbinə saxlanılan zaman piyada hərəkətdə idi. Sonuncuya qarşı fiziki və psixi təzyiqlər olmayıb. Cinayət işinin materiallarında olan 04 mart 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə yerləşən və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə mortak ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən 4(dörd) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal! şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 4 (dörd) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan cins şalvarın arxa sol cibindən 1 (bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlələrin ümumilikdə çəkisi 48(qırx səkkiz) qram, metamfetaminə bənzər kütlənin çəkisi 8(səkkiz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, iştirakçı, müdafiəçi və tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar isə Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolu adlanan ərazidə qeyri-rəsmi münasibətdə yaşadığı “Anar” adlı şəxslə birlikdə əvvəlcədən təyin edilmiş yerdən “Baba” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Baba” adlı şəxsin onlara hər 1 (bir) kiloqrama görə 300(üç yüz) manat pul verəcəyini, “Anar” adlı şəxsin 099 ***-**-** mobil nömrə istifadə etdiyini, “Kia Rio" markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, həmçinin Bakı şəhəri, Xətai rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 04 mart 2024-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan, cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə yerləşən və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzildə yataq otağından 2 (iki) ədəd torbanın içərisindən 26 (iyirmi altı) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri, 3 (üç) ədəd bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələri, 1 (bir) ədəd bağlamada ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 4998(dörd min doqquz yüz doxsan səkkiz) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlələri və 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 24 (iyirmi dörd) kq 750 (yeddi yüz) qram, heroinə bənzər kütlələrin ümumilikdə çəkisi 4 (dörd) kq 946 (doqquz yüz qırx altı) qram, metamfetaminə bənzər kütlənin çəkisi 1 (bir) kq 4 (dörd) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolu adlanan ərazidə qeyri-rəsmi münasibətdə yaşadığı “Anar” adlı şəxslə birlikdə əvvəlcədən təyin edilmiş yerdən “Baba” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Baba” adlı şəxsin onlara hər 1 (bir) kiloqrama görə 300 (üç yüz) manat pul verəcəyini, əvvəllər də “Baba” adlı şəxsin vasitəsi ilə narkotik vasitə götürdüklərini “Anar” adlı şəxsin 099 ***-**-** mobil nömrə istifadə etdiyini, “Kia Rio” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-in Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 04 mart 2024-cü il tarixli 3-16-16/2-7/359 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş iki ədəd narıncı rəngli sintetik torbalarda ümumi sayı 26 (iyirmi altı) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010,0 qram, 1005,0 qram, 955.0 qram, 1000,0 qram, 1010,0 qram, 1010,0 qram, 1005,0 qram, 1080,0 qram, 995,0 qram, 1065,0 qram, 1010,0 qram, 995,0 qram, 1015,0 qram, 995,0 qram, 1025,0qram, 1000.0 qram, 1025,0 qram, 1065,0 qram, 985,0 qram, 1080,0 qram, 985,0 qram, 1020,0 qram, 1015,0 qram, 1000,0 qram, 1000,0 qram, 1005,0 qram ümumi çəkisi 26355,0 qram (26 kq 355 qram) bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş iki ədəd tərəzinin üzərində bitki mənşəli narkotik maddələrin qalıqları yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-in Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 04 mart 2024-cü il tarixli 3-16-16/2-6/1290 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlələr şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan paketdəki 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,260qram, 1,753qram, 7,795qram, 30,652qram, ümumi təmiz çəkisi 43,460 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,284qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində “Metadone 40" markalanma göstəricisi olan konvalyutdaki 4(dörd) ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş açıq qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli həblərdir. 4(dörd) ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda təqdim etdiyi kütlələr şübhəli şəxs Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan torbadaki və polietilen bağlamada, 3 (üç) ədəd bağlamada, hər birinin içərisində 2 (iki) büküm olmaqla, ümumilikdə 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 498,4 qram, 667,7 qram, 804,7 qram, 734,9 qram, 706,8 qram, 716,5 qram, ümumi təmiz çəkisi 4129 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 985 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Methadone 40” markalanma göstəricisi olan ümumilikdə 4998 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli həblərdir və 4998 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 199,92 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 metadon olmaqla), 2 (iki) ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdə olan heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 4172,46 qramdır (4 kq 172,46 qr) və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent təkibinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 990,284 qramdır və həmin metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent təkibinə görə eynidir. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metadonun ümumi miqdarı 200,08 qram təşkil edir və həmin metadon həbləri xarici əlamətlərinə görə fərqlənir, lakin tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 aprel 2024-cü il tarixli 2244 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opiodlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 aprel 2024-cü il tarixli 2301 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 psixostimulyatorların istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 X10 27 mart 2024-cü il tarixli, 145/MEŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər-hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: 1) xx-xx-2023 00:22:23 1.1.**********39 1.1.**********58 Sen menim nomremi atda zengde bloka pati goturmusuy.draznut elicem seni. 2) xx-xx-2023 01:03:16 xx-xx-2023 01:03:17 1.1.**********39 1.1.**********58 İsdrsen pati 2qram almsq. **********39 mobil nömrəsindən Təqsirləndirilən şəxs2 məxsus mobil nömrəyə ünvanlanmış digər iş üzrə əhəmiyyət kəsb etməyən məişət xarakterli SMS yazışmalarına baxış keçirilən zaman həmin mobil nömrənin istifadəçisinin Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Bundan sonra Zenglerin_Detallasmasi **********06 25 997555958 adlı fayl açıldı və həmin faylda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər məlumatların əks edildiyi müəyyən edildi. Belə ki, həmin fayl cədvəllərdən ibarət olmaqla, ümumilikdə 2477 məlumatdan ibarətdir. Cədvəllərdən yuxarıda qeyd edilən mobil nömrəyə gələn və gedən zənglərin siyahısı, zəngin tipi, müddət və anten dairəsi barədə məlumatlar öz əksini tapmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 anten dairəsinin xx.xx.2024-cü il tarixdə 23:29-dən xx.xx.2024-cü il saat 00:30-dək Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində olması müəyyən edilir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi tutulmamışdan təxminən bir neçə saat əvvəl Təqsirləndirilən şəxs1 ilə birlikdə Xocəsən qəsəbəsinə getməsi, oradan narkotik vasitə və psixotrop maddəni əldə etməsini bildirməsi "xxxx" MMC-dən daxil olmuş məlumatlarla tam təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində dindirilməsinə dair videogörüntülərin əks olunduğu 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilməsi texniki səbəblərdən mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi Kamran Məhərrəmli tərəfindən tərtib olunmuş 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində dindirilməsinə dair videogörüntülərin əks olunduğu 01 ədəd DVD diski istifadəsində olan “HP” markalı kompyüterin disk oxuyucusuna daxil edib yenidən baxış keçirmək istədiyi zaman həmin disk ehtiyatsızlıq nəticəsində çatlayaraq yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Məhkəmə hesab edir ki, üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansı əşya və predmetin aşkar olunmaması, məruz qaldığı fiziki və psixi təsirlərin nəticəsində həm üzərində, həm də yaşadığı evdə keçirilmiş videoçəkiliş zamanı etirafedici ifadə verməsi, eləcə də yaşadığı evə Təqsirləndirilən şəxs2 tərəfindən gətirilmiş içərisində narkotik vasitə olan bağlamanın videoçəkilişdəki bağlama olmaması, sözügedən bağlamanın polis əməkdaşları tərəfindən gətirilməsi barədə Təqsirləndirilən şəxs1 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə əldə etməsi, ittihamda göstərilən narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən döyülməsi, Təqsirləndirilən şəxs1 azad edilməsi şərti ilə ona qarşı irəli sürülmüş ittihamı qəbul etməsi barədə Təqsirləndirilən şəxs2 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokol, əldə edilmiş SMS mətnləri, şahid ifadələri və cinayət işinin materiallarına əlavə edilmiş digər materiallarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu etirafedici məzmunlu ifadəni mötəbər sübut qismində qəbul edir, həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 təxminən 5 ildir ki tanımışdır. Belə ki, həmin şəxs təxminən 5 il əvvəl Ağsu-Bakı istiqamətinə taksi fəaliyyəti ilə məşğul olmuş, özü də Bakı şəhərində yerləşən “Şamaxinka” adlanan ərazidə ətir satmaqla gəlir əldə etmişdir. Eyni ərazidə işləməkləri səbəbindən bir-birlərini tanımış, bir müddət sonra aralarında sevgi münasibətləri yaranmış və 2020-ci ildən birlikdə yaşamışlar. Həmin vaxtlar Anar müxtəlif növ narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Onların münasibətlərini bilən ailə üzvləri onu Şabran rayonuna aparmış və uzun müddət Anardan ayrılaraq ailə üzvlərinin yanında övladı ilə birlikdə qalmışdır. 2023-cü ilin oktyabr ayında Anarın narkomaniya xəstəliyi ilə əlaqədar müalicəsi başa çatmış və onunla yenidən görüşməyə başlamışdır. 2023-cü ilin oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Velotrek” adlanan ərazidə ətir satmışdır. Oktyabr ayında axşam saatlarında işdən çıxdıqdan sonra Anar onu işdən götürməyə gəlmişdir. Avtomobilə əyləşdiyi zaman Anar avtomobilin “yüklü” olduğunu, yəni avtomobildə narkotik vasitə olan bükümlər olduğunu, iranlının təlimatı ilə həmin bükümləri götürərək başqa ünvana çatdıracağını bildirmiş və onunla birlikdə getməyi təklif etmişdir. Anarla razılaşmış və birlikdə onlar hazırda xatırlamadığı ünvana getmişlər. Orada Anar avtomobili saxlamış və avtomobildən düşərək bükümü iranlının “whatsapp” vasitəsi ilə ona göndərdiyi ünvana qoymuşdur. Bununla da X16 Respublikası vətəndaşı üçün kuryerlik etdiyini öyrənmişdir. 2023-cü ilin dekabr ayında eyni qaydada Anar onun dalınca işə gəlmiş və maşında yenidən bağlama olduğunu bildirmişdir. Həmin bağlamanı “20 Yanvar” metrostansiyası yaxınlığında bir ünvana qoymuşlar. Qeyd edilən hərəkətlərin edilməsi nəticəsində iranlının Anara pul göndərdiyini bilsə də, lakin pulun məbləğindən, eyni zamanda narkotik vasitə və psixotrop maddənin çəkisindən məlumatı olmamış, Anar həmin puldan hər hansı məbləğdə pulu ona verməmişdir. Nəhayət onlar Anarla birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində kirayə ev tutmuşlar. Özü işləməmiş, Anar isə icarə əsasında idarə etdiyi **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda ara-sıra iranlının ona bildirdiyi təlimatları yerinə yetirərək pul əldə etmişdir. Anar yanında həmin şəxs ilə danışmış və sonuncuya “Baba” adı ilə müraciət etmişdir. 03 mart 2024-cü il tarixdə axşam saatlarında evdə olduğu zaman Anar evə gəlmiş və sonuncunun yenidən “Baba” adlı şəxs ilə danışdığını görmüşdür. Anardan “Baba” adlı şəxs ilə nə danışdığını soruşduqda Anar Babanın ona ünvan göndərəcəyini, həmin ünvandan narkotik vasitə və psixotrop maddələri götürəcəyini, bir müddət onları evdə saxlayacağını, sonradan onun bildirdiyi ünvana qoyacağını demişdir. Hətta Anar “Baba” adlı şəxsin ona bu işin müqabilində cəmi 500 manat pul verəcəyini bildirərək pulun az olmasından gileylənmişdir. Anara onunla birlikdə qeyd edilən ünvana getmək istədiyini bildirmiş və Anar buna etiraz etməmişdir. Belə ki, Anar onunla gəlməyi müqabilində əlbəəl hər hansı məbləğdə pul verməyəcəkdi. Lakin, Anar həmin əldə olunacaq pul ilə qaldıqları evin kirayə haqqını ödəyəcək, eyni zamanda evə bazarlıq etməli imiş. Yəni, əldə olunan pulu birlikdə öz şəxsi xərclərinə sərf etməli olmuşlar. Odur ki, həmin gün, 03 mart 2024-cü il tarixdə saat təxminən 22-23 radələrində Anarın istifadəsində olan “Kia Rio” markalı avtomobil ilə birlikdə iranlının Anara bildirdiyi ünvana, yəni Xocəsən yolu, Meyvəli dairəsi adlanan əraziyə getmişlər. Orada olduqları zaman Anar avtomobili saxlamış və avtomobildən düşərək yol qırağına qoyulmuş torbaları çiynində gətirərək avtomobilin arxa oturacağına yerləşdirmişdir. Belə ki, həmin torbalar çox ağır olmuş və Anar çətinliklə onları daşıyıb avtomobilə yerləşdirmişdir. Həmin vaxtı özü avtomobildə əyləşmiş və Anarı görmüşdür. Bundan sonra onlar birbaşa yaşadıqları evə getmiş və torbaları orada yerləşdirmişlər. Orada Anar torbaları açıb 4 ədəd bükümdə heroini, 1 ədəd bükümdə metamfetamini və 4 ədəd metadon həblərini vermiş və üzərində saxlamağını, iranlının göstərişi ilə birlikdə harasa qoyacağını bildirmişdir. Torbaların içərisinə baxdığı zaman onların içərisində xeyli sayda metadon həbləri və içərisində metamfetamin, marixuana və heroin olan bükümlərin olduğunu görmüşdür. Bundan sonra Anar evdən çıxmış və tezliklə gələcəyini bildirmişdir. 04 mart 2024-cü il tarixdə, saat 02 radələrində özü də evdən çıxmış və saat 02:10 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, 2944-cü kvartal, ev 1052 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlrə. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən 4(dörd) ədəd bükümdə heroini, 1 (bir) ədəd bükümdə metamfetamini və 4(dörd) ədəd metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan cins şalvarın arxa sol cibindən 1 (bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin ümumilikdə çəkisi 48(qırx səkkiz) qram, metamfetaminin çəkisi 8(səkkiz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar isə özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolu adlanan ərazidə qeyri-rəsmi münasibətdə yaşadığı “Anar” adlı şəxslə birlikdə əvvəlcədən təyin edilmiş yerdən “Baba” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Baba” adlı şəxsin hər 1 (bir) kiloqrama görə 300(üç yüz) manat pul verəcəyini, “Anar” adlı şəxsin 099 ***-**-** mobil nömrə istifadə etdiyini, “Kia Rio” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, həmçinin Bakı şəhəri, Xətai rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş və yaşadığı mənzilə getmişdir. Orada mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra mənzildə yataq otağından 2 (iki) ədəd torbanın içərisindən 26(iyirmi altı) ədəd bağlamada qurudulmuş marixuananı, 3 (üç) ədəd bağlamada heroini, 1 (bir) ədəd bağlamada metamfetamini və 4998(dörd min doqquz yüz doxsan səkkiz) ədəd olan metadon həblərini və 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş. Qurudulmuş marixuananın ümumilikdə çəkisi 24 (iyirmi dörd) kq 750 (yeddi yüz) qram, heroinin ümumilikdə çəkisi 4 (dörd) kq 946 (doqquz yüz qırx altı) qram, metamfetaminin çəkisi 1 (bir) kq 4 (dörd) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş kütlələr və elektron tərəziləri özünə məxsus olmuşdur, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolu adlanan ərazidə qeyri-rəsmi münasibətdə yaşadığı “Anar” adlı şəxslə birlikdə əvvəlcədən təyin edilmiş yerdən “Baba” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmişlər, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Baba” adlı şəxsin bizə hər 1 (bir) kiloqrama görə 300 (üç yüz) manat pul verəcəyini bildirmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu etirafedici məzmunlu ifadəni mötəbər sübut qismində qəbul edir, həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 təxminən 4-5 ildir tanımışdır. Həmin dövrdə Səbinə “Şamaxinka” adlanan ərazidə ətir satmış, o isə orada Ağsu-Bakı istiqamətinə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onlar tanış olduqdan sonra aralarında xoş münasibətlər yaranmış və bir müddət sonra Səbinənin övladı dünyaya gəlmişdir. Təxminən 4-5 ay əvvəl onun Səbinə ilə olan münasibətləri daha da yaxşılaşmış və onlar birlikdə ər-arvad kimi yaşamağa qərar vermişlər. Buna görə də onlar birlikdə ünvan 2nvanında yaşamağa başlamışlar. Adını xatırlamadığı İran İslam Respublikası vətəndaşını təxminən 2-3 aydır tanımışdır. Belə ki, həmin şəxsin nömrəsi onda uzun müddət olmuş və narkotik vasitə istifadə etdiyi dövrdə onunla “WhatsApp” mobil tətbiqində yazışmışdır. Odur ki, həmin şəxsdə də onun nömrəsi olmuşdur. Həmin şəxs ona 2024-cü ilin mart ayının əvvəllərində “WhatsApp” vasitəsilə yazaraq onunla birlikdə işləməyini təklif etmişdir. Həmin şəxs ona özünün Bakı şəhərində hansısa ünvana bağlama qoyduğunu, onu götürərək sonradan deyəcəyi ünvana qoyacağı təqdirdə ona 300 manat pul verəcəyini bildirmişdir. Onun həmin dövrdə maddi vəziyyəti pis olduğu üçün həmin şəxslə razılaşmışdır, iranlı ilə telefon danışığı zamanı Səbinə də otaqda olmuş və o, aralarındakı danışıqları eşitmişdir. Bundan sonra Səbinə ondan nə baş verdiyini soruşmuş və o, baş verənləri ona danışmışdır. Səbinə ona özünün də onunla getmək istədiyini bildirmişdir. O, bununla razılaşmış və düşünmüşdür ki, Səbinə maşında olarsa, daha az diqqət cəlb edər, polis əməkdaşları tərəfindən tutulmazlar. 03 mart 2024-cü il tarixində saat 22-23 radələrində Səbinə ilə birlikdə icarə götürdüyü “Kia Rio” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə İranlının ona koordinatını göndərdiyi ünvana, yəni Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolu, Meyvəli dairəsi adlanan əraziyə getmişlər. Orada olan zaman Səbinə avtomobildə gözləmiş və o, avtomobildən düşərək elektrik dirəyinin yanında yerə qoyulmuş bağlamanı götürmüşdür. Həmin bağlamanı götürərək avtomobilin arxa oturacağına qoymuşdur. Bundan sonra onlar birlikdə yaşadıqları ünvana getmiş və bağlamanı evə yerləşdirmişlər. Bağlamanın içərisində nə olduğuna baxmamış və İranlıdan növbəti göstəriş gələnə kimi bağlamanın evdə qalmasına qərar vermişdir. Bağlamanı evə qoyduqdan sonra o, taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə evi tərk etmiş və Səbinə evdə tək qalmışdır. Təxminən 2-3 saat sonra Səbinəyə zəng etdikdə onunla əlaqə saxlaya bilməmiş və evə getdikdə Səbinənin və bağlamanın evdə olmadığını görmüşdür. Səbinənin polis əməkdaşları tərəfindən saxlanıldığını başa düşmüş və Bakı şəhərində tutula biləcəyini düşündüyü üçün Ağsu şəhərinə getmişdir. 24 mart 2024-cü il tarixində saat 11:15-də Ağsu RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və ona barəsində məcburi gətirilmə haqqında qərarın qəbul edildiyi izah edilmişdir. Bundan sonra həmin polis şöbəsinin əməkdaşları tərəfindən BMCMİ-nin inzibati binasına gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin 145 saylı, 27 mart 2024-cü il tarixli canlı şəxsin ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində 04 mart 2024-cü il tarixə uyğun hər hansı xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasının məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı məktub və ona əlavə edilmiş tibbi kitabçaların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 bədənində xəsarət izləri aşkar edilməmişdir. Sonuncunun bədənində köhnə çapıq izləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinin 10 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 idarənin X6 daxil olarkən bədəni üzərində heç bir xəsarət olmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında vermiş olduğu ifadəsində iki gün müddətində Ağsu Rayon Polis Şöbəsində, iki gün isə Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsində saxlanıldığını bildirmiş, bununla bağlı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Ağsu Rayon Polis Şöbəsinə göndərilmiş inzibati xəta materiallarından görünür ki, Ağsu Rayon Polis Şöbəsinə daxil olmuş şikayət əsasında sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 22 mart 2024-cü il tarixli, MN2016777 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs2 elə həmin tarixdə inzibati qaydada tutulmuş, 24 mart 2024-cü il tarixdə azad edilərək, Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən psixotrop maddə metamfetaminin çəkisi 0,15 qramdan artıq xeyli miqdar, 2 qramdan artıq külli miqdar 400 qramdan artıq olduqda xüsusilə külli miqdar, narkotik vasitə heroinin çəkisi 0,15 qramdan artıq xeyli miqdar, 2 qramdan artıq külli miqdar, 800 qramdan artıq olduqda xüsusilə külli miqdar, narkotik vasitə metadonun çəkisi 0,02 qramdan artıq xeyli miqdar, 1,6 qramdan artıq külli miqdar, 160 qramdan artıq olduqda xüsusilə külli miqdar və narkotik vasitə qurudulmuş marixuananın çəkisi 5 qramdan artıq xeyli miqdar, 500 qramdan artıq külli miqdar, 50000 qramdan artıq olduqda xüsusilə külli miqdar hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 09 iyun 2020-ci il və 01 sentyabr 2021-ci il təvəllüdlü iki azyaşlı uşağı var. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Ağsu şəhəri C.Şərifov küçəsi 13 saylı evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs2 ailə və məişətdə özünü aparmağı bacarır. Ona verilən tapşırıqları yerinə yetirir. Təqsirləndirilən şəxs2 böyüklərə hörmət etməyi bacarır. Təqsirləndirilən şəxs2 oğlu barəsində Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə nə yazılı nə də şifahi cinayət xarakterli material daxil olmamışdır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 04 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-323/2024 saylı, 05 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 24 mart 2024-cü il taixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-416/2024 saylı, 25 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 mart 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 mart 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 55-ci bəndinə əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azyaşlı uşaqları 09 iyun 2020-ci il təvəllüdlü X3 (FİN № 8UXHPEX) və 01 sentyabr 2021-ci il təvəllüdlü X5 (FİN № 90THC69) himayəyə verilməsi məsələsi həll edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra ayrı-ayrılıqda qalıq çəkiləri 43,260 qram və 4128,7 qram olan narkotik vasitə - heroin, 5,184 qram və 984,8 qram olan psixotrop maddə - metamfetamin, 4991 ədəd narkotik vasitə - metadon həbi, 26 kq 353,7 qram olan narkotik vasitə - qurudulmuş marixuana və 02 (iki) ədəd tərəzi məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 04 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 himayəsində olan azyaşlı uşaqları 09 iyun 2020-ci il təvəllüdlü X3 (FİN № 8UXHPEX) və 01 sentyabr 2021-ci il təvəllüdlü X5 (FİN № 90THC69) aidiyyəti qəyyumluğa verilməsi məsələsinin həll edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin və hökm bu hissədə dərhal icra edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra ayrı-ayrılıqda qalıq çəkiləri 43,260 qram və 4128,7 qram olan narkotik vasitələr - heroin, 4991 ədəd narkotik vasitə - metadon həbi, 26 kq 353,7 qram olan narkotik vasitə - qurudulmuş marixuana, 5,184 qram və 984,8 qram olan psixotrop maddə - metamfetamin və 02 (iki) ədəd tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 04 (dörd) ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar