Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-507/2020 11.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Fides» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs - (xx.xx.1994-cü il tarixdə Lənkəran rayonu Şağlaser kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Şağlaser kəndində qeydiyyatda olan, hal-hazırda Azərbayacan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edib daşıyaraq saxlamış, xx xxxx 2019-cu ildə saat 00:30 radələrində Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, X17 küçəsi, 1B saylı ünvanın qarşısında sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi **-FD-*** dövlət qeydiyyat nişanlı «Ford Tranzit» yük markalı avtomobillə saxlanılaraq ünvan 2 saylı ünvanda yerləşən Xətai rayon polis idarəsinə aparılmış, həmin gün saat 01:00 radələrində rayon polis idarəsinin inzibati binasında xidməti otaqda üzərinə baxış keçirilən zaman əynində olmuş boz rəngli idman şalvarının arxa sağ cibindən istintaqa məlum olmayan mənbədən əldə edib daşıdığı 02 (iki) ədəd ayrı-ayrılıqda salfet kağızına qablaşdırılmış polietilen bükümlərdə, yəni külli miqdarda təmiz çəkisi 6,528 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda təmiz çəkisi 5,010 qram tünd qəhvəyi rəngli qətrana bənzər, spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, daha sonra isə həmin gün saat 02:00 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs idarə etdiyi, Xətai RPİ-nin həyətində saxlanılmış ««Ford Tranzit» yük markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilən zaman, avtomobilin arxa yük hissəsinin saxlanc yerindən qara rəngli idman çantasının içərisindən külli miqdarda təmiz çəkisi 8005 (8 kq 5 qram) qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü qismən, yəni narkotik vasitə olan heroinin istifadəçisi kimi təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu ildə gündüz saat 15-16 radələrində tanışı Natiq adlı şəxsin həyat yoldaşının mülkiyyətində olan «Ford Tranzit» yük markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən «Əhmədli» metrostansiyası yaxınlığındakı KTV-in inzibati binasının yaxınlığında saxlayıb mağazaya daxil olmuşdur. Mağazadan saqqız və siqaret alıb çıxarkən polis əməkdaşları ona yaxınlaşıb Xətai rayon polis idarəsinə aparmışlar. «Ford Tranzit» yük markalı avtomobili polis əməkdaşlarından biri idarə etmiş, digərləri isə onu «Renault» markalı avtomobilə Xətai rayon polis idarəsinə aparmışlar. Avtomobilin içərisində polis əməkdaşları ondan üzərində narkotik vasitənin olub-olmadığını soruşmuşlar, o da üzərində olmuş iki bükümdə cəmi 11-12 qram narkotik vasitə olan kakos və tiryəki çıxarıb polislərə təqdim etmişdir. Polis idarəsinə aparılarkən «Ford Tranzit yük» markalı avtomobili polislər idarə etmişlər və aparıb Xətai rayon polis idarəsinin həyətində saxlamışlar. Həmin gün gecə saat 02 radələrində polislər tərəfindən güya «Ford Tranzit» yük markalı maşina baxış keçirilmiş və maşından əlavə 8 kq. narkotik vasitə, qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin 8 kq narkotik vasitə qurudulmuş marixuana ona məxsus olmamış və onun tərəfindən maşına qoyulmamışdır. O həmin gün saxlanılmadan əvvəl maşını avtoyuma məntəqəsinə vermiş və maşın həmin gün yuyulmuşdur. Əgər maruxuna olan çanta əvvəldən maşinda olsaydı avtoyuma məntəqəsində də çantanın maşında olması görünərdi. O, güman edir ki, 8 kq. narkotik vasitə qurudulmuş marixuana maşına polis əməkdaşları tərəfindən qoyulmuşdur. Sonra isə polis əməkdaşları onu döyüb, «Ford Tranzit» markalı maşından aşkar olunmuş 8 kq. narkotik vasitənin onun olması və narkotik vasitələri Natiq adlı şəxsdən alması barədə yalan ifadələr almışlar. Üzərindən aşkar olunmuş iki bükümdə olan 11-12 qram narkotik vasitə olan kakos və tiryəki özü istifadə etmək üçün tanımadığı şəxsdən almışdır, heç vaxt Natiq adlı şəxsdən narkotik vasitə almamış və narkotik vasitələrin satışı ilə də məşğul olmamışdır. İbtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin ifadələri məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində o, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, idarə etdiyi «Ford Tranzit» markalı avtomobilin yük hissəsində olan içində 8 kq. narkotik vasitə maruxuana, üzərindən aşkar olunmuş 2 ədəd bükümlərdə salfet kağızalarına və polietilenə qablaşdırmış bükümlərdəki, 13 qram yaxın heroin və tiryək də ona məxsus olmuşdur. Bükümlərin birinin üzərində “Esko” sözü yazılmış bükümü satmaq üçün, digər bükümü isə özünün istifadəsi üçün əldə etməsini, bükümlərin birinin üzərinə “Esko” sözünü yazaraq müştəriləri arasında özünün məhşur narkosatıcı Eskobara bənzədərək, nüfuz sahibi olmaq niyyətində olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsinin həmin hissələrinin düzgün olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünə görə məcbur olub, idarə etdiyi «Ford Tranzit» markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobildə idman çantasına qoyulmuş 8 kq. marixuananın ona məxsus olması barədə yalan ifadələr verməsini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, o, əvvəllər Xətai RPİ-in CAŞ-nin kiçik inspektoru vəzifəsində işləmişdir. İşlədiyi idarəyə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələrdən istifadə etməsi və satışının həyata keçirilməsi ilə əlaqədar əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Həmin şəxsin tutulub istintaqa cəlb olunması məqsədilə ondan, Xətai RPİ-in NMB-nin rəisi Şahid1, əməliyyat müvəkkili Şahid2, Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru Elnur Abbasquliyevdən ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və əməliyyata rəhbərliyi Şahid1 etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs xx xxxx 2019-cu ildə saat 00:30 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Şirvani küçəsi, 1B saylı ünvanın qarşısında saxlanılmışdır. «Ford Tranzit» markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilini Şahid1 idarə etmiş, o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs özlərinə məxsus avtomobil ilə Xətai RPİ-nə aparmışlar. «Ford Tranzit» markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 tərəfindən Xətai RPİ-nin həyətində saxlanılmışdır. Sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən xx xxxx 2019-cu ildə şübhəli şəxs qismində tutulmuş və onun üzərinə Xətai RPİ-in inzibati binasında yerləşən xidməti otaqların birində iki nəfər hal şahidlərinin, müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs boz rəngli idman şalvarının arxa sağ cibindən ağ və göy rəngli salfetka kağızına bükülmüş və ağ rəngli sellofana qoyulmuş, iki büküm çıxardıb təqdim edib bildirmişdir ki, təqdim etdiyi bükümlərin birində narkotik vasitə olan heroin, digərinin isə içərisində tiryəkdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən birinin üzərində əlyazma ilə «Esco» sözü yazılmışdır. Təqsirləndirilən şəxs özü qeyd etmişdir ki, müştəriyə narkotik vasitəni satarkən özünü məhşur Escobar adlı şəxsə bənzətmək məqsədi ilə bükülünün üzərində həmin sözü özü yazmışdır. O, təqdim etdiyi bükümlərin birini özü istifadə etmək üçün, digərini isə gələcəkdə satıb pul əldə etmək məqsədi ilə üzərində gəzdirdiyini göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Tranzit» markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilməsi zərurəti yarandığından təhqiaqatçı tərəfindən qərar qəbul olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak edən şəxslərlə birlikdə Xətai RPİ-in inzibati ərazisinin həyətində saxlanılmış «Ford Tranzit» markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük hissəsindəki saxlanc yerindən qara rəngli idman çantasının içərisindən qurudulmuş spesifik iyə və xassəyə malik olan ot bitkisi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ot bitkisi narkotik maddənin növü olan qurudulmuş marixuanadır və onu təxminən bir həftə əvvəl Lənkəran şəhərindən tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs üzərindən və avtomobilin yük hissəsindən aşkar edilmiş narkotik vasitələr baxışda iştirak edən şəxslərin iştirakları ilə götürülüb, müvafiq qaydada qablaşdırılaraq, bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğu Təqsirləndirilən şəxs və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş şahidlər Şahid2, X2 və X7 da Şahid3 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, xx xxxx 2019-cu ildə saat 00:50 radələrində Xətai rayonu Sadıqcan küçəsindən keçən zaman polis əməkdaşı ona yaxınlaşıb Xətai RPİ-in inzibati binasında bir nəfər şəxsin üzərinə baxış keçirilməsi zərurəti yarandığını deyib, baxışda hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O da razılıq verdiyi üçün həmin polis əməkdaşı ilə Xətai RPİ-in inzibati binasına getmişdir. Orada xidməti otaqların birində polis əməkdaşı tərəfindən ona və digər hal şahidinə hüquq və vəzifələri izah olunmuşdur. Sonra onlara Təqsirləndirilən şəxs təqdim olunmuş, onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə polis əməkdaşları Familin üzərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının arxa cibindən ağ və göy rəngli salfetka kağızına və ağ rəngli sellofana bükülmüş iki bükümü polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün birində narkotik vasitə olan heroin, digərinin içərisində isə tiryək olduğunu, həmin maddələri tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən birinin üzərində əlyazma ilə «Esco» sözü yazılmışdır. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, müştəriyə narkotik vasitəni satarkən özünü məhşur Escobar adlı şəxsə bənzətmək məqsədi ilə bükülünün üzərində həmin sözü özü yazmışdır. Bükümlərin birini özü istifadə etmək üçün, digərini isə gələcəkdə satıb pul əldə etmək məqsədi ilə üzərində gəzdirir. Bu barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş iki ədəd bükülü qablaşdırılaraq götürülmüş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi və Xətai RPİ-in inzibti ərazisində həyətdə saxlanılmış «Ford Tranzit» markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük hissəsindəki saxlanc yerindən qara rəngli idman çantasının içərisindən qurudulmuş spesifik iyə və xassəyə malik olan ot bitkisi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ot bitkisi narkotik maddənin növü olan marixuanadır və onu təxminən bir həftə əvvəl Lənkəran şəhərindən tanımadığı şəxsdən almışdır. Bu barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş qara rəngli idman çantası qablaşdırılaraq götürülmüş və bu barədə tərtib edilmiş protokolun doğruluğu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 Şahid5 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və həmin nömrəni təxminən 5 ildən çoxdur ki, özü istifadə edir. Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını və onunla telefonda danışmağını xatırlamır. İbtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün şahid X3 ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və həmin nömrəni təxminən 5 ildən çoxdur ki, özü istifadə edir. 2019-cu ilin iyun aylarında Bakı şəhərində yerləşən quru meyvələr satışı ilə məşğul olan mağazalara quru meyvə çatdırır. Famili qiyabi tanısa da, onunla heç bir yaxın münasibəti olmayıb və yoxdur. xx xxxx 2019-cu ildə saat 17:48-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxladıqda Famil ona yol getdiyini sonradan özü ona zəng edib əlaqə saxlayacağını demişdir. Famil ona polis əməkdaşları tərəfindən tutulduğunu deməmişdir. X5 ibtidai araşdırma zamanı verdiyi ifadənin düzgün olmadığını, həmin ifadənin işin ibtidai araşdırmasını aparan müstəntiq tərəfindən yazıldığını, müstəntiqə Famili tanımadığını və telefonla danışmadığını bildirsə də müstəntiq ifadəni özü bildiyi kimi yazmış və ona imza etdirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid11 ifadəsində bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə tanışı Şəbnəm Quliyevanın adınadır, bir əldən artıqdır ki, onun tərəfindən istifadə olunur. 5 ilə yaxındır ki, «Gilan» çörək zavodunda sürücü vəzifəsində işləmiş, Famil isə digər çörək sexində işlədiyi üçün tanımışdır. Famil ilə sonuncu dəfə hansı tarixdə telefonla danışdığını xatırlamır. İbtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün Şahid11 ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu ildə saat 19 radələrində Famillə ***-***-**-** saylı mobil nömrəyə zəng edib əlaqə saxladıqda Famil ona Xətai rayonu ərazisində olduğunu demişdir. Lakin polis əməkdaşları tərəfindən tutulması barədə Famil heç bir söz deməmişdir. Şahid11 ibtidai araşdırma zamanı verdiyi ifadənin həmin hissəsinin düzgün olmadığını, həmin ifadənin müstəntiq tərəfindən yazıldığını, ifadənin həmin hisəsini oxumadan imza etdiyini bildirmişdir. Məhkəmədə Şahid8 ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayında tanımışdır. Həmin dövrdə o, Xətai rayonu ərazisində yerləşən «Nur» çörək sexində ekspeditor vəzifəsində işləmiş və mağazalara çörək paylamışdır. Həmin vaxtlar «Əhmədli» metrostansiyasının yaxınlığında yerləşən «Bizim market»ə çörək aparıb piştaxtaya düzərkən Famillə orada görüşmüşdür. Famillə söhbət zamanı bilmişdir ki, o da başqa bir çörək sexində sürücü-ekspeditor vəzifəsində işləyir. İlk görüşlərində Familin gözlərindən və hərəkətlərindən hiss etmişdir ki, narkotik vasitənin təsiri altındadır. Narkotik vasitə istifadə etmək istədiyi üçün Famillə daha yaxından münasibət qurmaqdan ötrü söhbəti genişləndirmişdir. Söhbətdən Famil hiss etmişdir ki, o da narkotik vasitələrin aludəçisidir. Famildən onun üçün də narkotik vasitə təşkil etmək iqtidarında olubolmadığını soruşduqda Famil heç bir problem olmadığını və onun üçün narkotik vasitə marixuana təşkil edə biləcəyini demişdir. Famil ona, o isə Familə istifadələrində olan mobil nömrələri deyib ayrılmışlar. Sonra Famillə telefonla əlaqələri olmuş və birinci dəfə Famil ona az bir miqdarda istifadə etməkdən ötrü narkotik vasitə olan marixuana gətirib ona hədiyə kimi vermişdir. Bundan sonra o, təxminən 10 dəfə Famildən narkotik vasitə olan heroin alıb istifadə etmişdir. Narkotik vasitələri Famildən Xətai rayonu ərazisində yerləşən «Həzi Aslanov» metrostansiyasının yaxınlığında təklikdə alırmış və hər dəfə 0,5 qram narkotik vasitə olan heroin üçün Familə 25 manat pul vermişdir. Narkotik vasitə lazım olanda Famillə telefonla danışıb və ya SMS göndərib bu barədə demişdir. Sonuncu dəfə xx xxxx 2019-cu il tarixdə saat 21 radələrində Famildən Bakı şəhəri Xətai rayonu Həzi Aslanov metrostansiyasının yaxınlığında 0,5 qram narkotik vasitə olan heroini 25 manata almışdır. 2019-cu ilin iyun ayında eşidib bilmişdir ki, Famil narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuşdur. Hazırda narkomaniya xəstəliyindən müalicə olunduğu üçün narkotik vasitə istifadə etmir. Təqsirləndirilən şəxs istifadə etdiyi nömrələrdən yalnız ***-***-**-**-u bilmiş, onun başqa hər hansı bir mobil nömrədən istifadə edib-etməməsi barədə məlumatı olmamışdır. Natiq Bünyatovun barəsində Famildən eşitsə də Natiqi şəxsən görməmiş, onunla münasibəti olmamşdır. Famil görüşlərin birində ona çox vaxtlar Natiqin yanında olduğunu və telefonuna zəng çatmadığı təqdirdə Natiqin istifadəsində olan mobil nömrəsini deyib ona zəng etməyini demişdir. Buna görə də bir dəfə Familn telefonuna zəng çatmadığı üçün Natiqin mobil nömrəsinə zəng edib Famillə maraqlanmışdır. Natiq də yarım saata Familin ona zəng edəcəyini demişdir. X12 zəng etməməyi, nömrəni telefonundan silməyini dediyi üçün Natiq nömrəsini telefonundan silmişdir. Əvvəllər narkotik vasitələrin aludəçisi olduğu üçün bir neçə dəfə 055-8217-49-20 saylı nömrədən Familin istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edib onunla əlaqə saxlayıb, ondan narkotik vasitələr almışdır. xx xxxx 2019-cu ildə saat 15 radələrində Təqsirləndirilən şəxs ilə, yəni 055-8217-49-20 saylı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb Famildən nisyə narkotik maddə istəmişdir. Famil ona söz versə də onun mobil nömrəsinə sonradan qəsdən cavab verməmiş, lakin o həmin günü saat 18:20-də Təqsirləndirilən şəxs ilə başqa tanımadığı şəxsin telefonu ilə əlaqə saxladıqda Famil ona polis əməkdaşları tərəfindən tutulması barədə heç bir söz deməmişdir. Famil ona yalnız Xətai rayonu ərazisində olduğunu, əhval-ruhiyəsi yaxşı olduğunu, axşam saatlarında ona narkotik maddə verəcəyini vəd vermişdir. Məhkəmədə Şahid9 ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2017-ci ildə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən «Binə» çörək zavodunda sürücü işləyərkən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs həmin zavodda ekspeditor vəzifəsində işləmiş, onunla söhbətlərin birində bilmişdir ki, Famil narkotik vasitələr istifadə edir və satışı ilə məşğul olur. Təxminən 3-4 dəfə Famildən özü istifadə etməkdən ötrü marixuana almışdır. Famildən aldığı narkotik vasitə olan marixuananı istifadə etsə də Famildən bir dəfə aldığı heroini cibindən salıb itirdiyi üçün istifadə edə bilməmişdir. 2019-cu ilin iyul ayından sonra narkotik vasitələrdən istifadə etməmişdir. Famil ona əvvəllər narkotik vasitəni təklikdə, marixuananın və heroinin bir bükümünü ayrı-ayrılıqda ona 10 manata satmışdır. Təqsirləndirilən şəxs onunla ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayıb, başqa nömrə ilə əlaqə saxlamayıb, ona görə də Familin istifadəsində başqa hər hansı bir mobil nömrənin olubolmamasından məlumatı yoxdur. Famillə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Natiq Bünyatovdan heç vaxt narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs aldığı narkotik vasitədən heç kimə nə hədiyyə verməmiş, nə də satmamışdır. Təqsirləndirilən şəxs ilə Natiq Bünyatov arasında nə kimi münasibətlərin olması barədə heç bir məlumatı yoxdur. Familin kimdən və ya kimlərdən narkotik vasitə aldığını bilmir, bu barədə heç bir məlumatı yoxdur. Axırıncı dəfə Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 21 radələrində Bakı şəhəri Xətai rayonu Həzi Aslanov metrosunun yaxınlığında 10 manata bir büküm heroin almışdır. Məhkəmədə Şahid7 ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, «Ford Tranzit» yük markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuşdur. Həmin avtomobili xx xxxx 2019-cu ildə alqı-satqı yolu ilə almışdır. Təqsirləndirilən şəxs şəxsən tanımamış, Famil onun əri Natiq Bünyatovun tanışı olmuşdur. Avtomobili alındğı gündən əri Natiqə vermiş, Natiq isə idarə etmək üçün etibarnamə əsasında Təqsirləndirilən şəxs vermişdir. Sonradan eşidib bilmişdir ki, xx xxxx 2019-cu ildə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olduğu üçün həbs olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan baxış keçirmək və maddi sübutun götürülməsi barədə xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin gün saat 01:00 radələrində Xətai rayonu, Sadıqcan küçəsi 52 saylı ünvanda yerləşən Xətai rayon polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əyindəki boz rəngli idman şalvarının arxa sağ cibindən 02 ədəd ayrı-ayrılıqda salfet kağızına qablaşdırılmış, polietilen bükümlərdə qəhvəyi rəngli tozşəkilli maddə və tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan avtomaşına baxış keçirmək və maddi sübutun götürülməsi barədə xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin gün saat 02:00 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Tranzit» yük markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Xətai RPİ-in həyətində axtarış keçirilən zaman, avtomobilin arxa yük hissəsinin saxlanc yerindən qara rəngli idman çantasının içərisindən külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulumuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Xətai RPİ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri mütəmadi olaraq Bakı şəhəri Xətai rayonu İlqar Zülfüqarov küçəsi 71 saylı binanın qarşısında, Xətai rayonu Sadıqcan küçəsində yerləşən Elit-palace restoranın qarşısında, Xətai rayonu Gəncə prospektində yerləşən Fəridə şadlıq sarayının qarşısında, Xətai rayonu M.Hadi küçəsi 69 saylı binanın qarşısında, Bakı şəhəri, Xatai rayonu, Sarayevo küçəsi 20 saylı binanın qarşısında və Bakı şəhəri Xatai rayonu Həzi Aslanov merosunun qarşında satması müəyyən olunur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 15337 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.Təqsirləndirilən şəxs idarə etdiyi … maşının…» yazısı və imzalar olan qara rəngli idman çantasındakı 1 (bir) ədəd sarı rəngli sellofan bağlamada təmiz çəkisi – 8005 qram (8 kq 5 qram), olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulumuş marixuanadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 15336 №-li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən baxış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr» yazısı olan zərfdəki, 2 (iki) ədəd ayrı-ayrılıqda salfet kağızına qablaşdırılmış polietilen bükümlərdə, təmiz çəkisi 6,528 qr., qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 5,010 qr. tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxx 2019-cu il tarixli 1766 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan mücburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2019-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan məlum olur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitələr, yəni qara rəngli idman çantasındakı 1 (bir ədəd) sarı rəngli sellofan bağlamada təmiz çəkisi 8005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərindən aşkar edilərək götürülmüş 02 ədəd ayrı-ayrılıqda salfet kağızına qablaşdırılmış, polietilen bükümlərdə, təmiz çəkisi 6,528 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin xx xxxx 2019-cu ildə «maddi sübut kimi tanınma haqqında» qərarla maddi sübut qismində tanınmış və tədqiqata sərf olunması nəzərə alınaraq, qalıq qalan 8004,8 qram qurudulmuş marixuana, qalıq qalan 6,428 qram heroin və qalıq qalan 4,910 qr tiryək saxlanılması üçün Xətai RPİ-in maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yanaşı Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə də ittiham verilmişdir. İttihama görə Təqsirləndirilən şəxs tanışı X8 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, əvvəlcədən əldə olunmuş birgə razılığa əsasən istintaqa məlum olmayan tarixlərdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə edib daşıyaraq saxlamışdır. Cinayət işinin materiallarnda olan sübutların qiymətləndirilməsi barədə qərardan məlum olur ki, Təqsirləndirilən şəxs X9 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmələrinin müəyyən edilməsi barədə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin məhkəməyə təqdim etdiyi və cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhər Xətai rayon Pİ-nin İŞ-nin müstəntiqi Elşən Mürsəliyevin qəbul etdiyi xx xxx 2020-ci il tarixli cinayət işinə hissəvi xitam verilməsi barədə qərardan məlum olur ki, Təqsirləndirilən şəxs X9 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmələrinin müəyyən edilməsi barədə ayrıca icraata ayrılan cinayət işi üzrə X4 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət təqibinə hissəvi xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilən ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi xaric edilməli və o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi, yəni narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmaması, «Ford Tranzit» markalı avtomobilin yük hissəsində olan içində 8 kq. narkotik vasitə maruxuananın ona məxsus olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən maşina qoyulması kimi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasi-tələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı ol-ma-yaraq Azərbaycan Respublika--sının qanunvericiliyi ilə müəyyən edilmiş qay-da-ları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Xətai RPİ-in maddi sübutların saxlanılması anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 8004,8 qram qurudulmuş marixuana, 6,428 qram heroin və 4,910 qr tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 183,82 (bir yüz səksən üç manat səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs verilən ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtan - xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 183,82 (bir yüz səksən üç manat səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Xətai RPİ-in maddi sübutların saxlanılması anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 8004,8 qram qurudulmuş marixuana, 6,428 qram heroin və 4,910 qr tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-507/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-507/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver