Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-507/2023 13.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi3 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə məhkəmənin hazırlıq iclasında xx xxxxxx 1991-ci il tarixdə Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 25 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 aprel 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi, xx xxxxxx 1993-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Kəngərli ərazi dairəsi, Kəngərli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, 02 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 may 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərarına əsasən barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi, xx xxxxx 1997-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, 25 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli qərarına əsasən barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərini pozduğuna görə 15 iyun 2022-ci il tarixdə tutulmuş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz olunmasına dair təqdimat verilməsinə dair 17 iyun 2022-ci il tarixli vəsatət təmin olunmamış Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 25 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarına əsasən barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərini pozduğuna görə 29 iyul 2022-ci il tarixdə tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarına əsasən barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarına əsasən barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və barəsində “ev dustaqlığı” qətimkan tədbirinin saxlanılması nəzərə alınmış Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5, 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Həmin cinayət işi 25 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru İlqar Həmidov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə başlanılmış, 28 aprel 2022-ci il tarixdə cinayət işi istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X3, 17 avqust 2022-ci il tarixdə istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 və 04 oktyabr 2022-ci il tarixdə istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 icraatına qəbul edilmiş və cinayət işi üzrə ibtidai istintaq sonuncu tərəfindən yekunlaşdırılmaqla ittiham aktı tərtib edilmişdir. Cinayət işi üzrə ittiham aktı 23 noyabr 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Binəqədi rayon prokuroru tərəfindən təsdiq edilərək həmin gün baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və cinayət işi 05 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5,177.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair həmin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasları 14, 22, 29 dekabr 2022-ci il və 13 yanvar 2023-cü il tarixlərə təyin edilməklə cinayət prosesi tərəflərinin iştirakı ilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Məhkəməyədək icraat mərhələsində ibtidai istintaqı aparmış istintaq şöbəsinin baş müstəntiqi Anar Ağayarov yekunda belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən 2021-ci ilin noyabr ayının ortalarından 2022-ci ilin aprel ayının 23-dək olan müddət ərzində özgənin külli miqdarda əmlakını gizli talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs icarə şərtləri əsasında işlətdiyi ünvan 5 ünvanda yerləşən anbardan külli miqdarda Türkiyə Respublikası istehsallı şüşə liflərdən ibarət əmlakın gizli yolla talanması, ələ keçirilmiş əmlakın daşınması, saxlanılması və bölüşdürülməsi ilə bağlı təşkil edilmiş plana uyğun olaraq, Təqsirləndirilən şəxs4 cinayətin törədilməsinə köməkçilik edərək, cinayət yolu ilə əldə ediləcək əmlakı anasının evində gizlədəcəyini, sonradan sataraq ələ keçirilmiş əmlak üzərində sərəncam verəcəyini və əldə edəcəkləri qazancı qrup üzvləri arasında böləcəyini qabaqcadan vəd etdikdən sonra cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin müddət ərzində dəfələrlə, eyni üsulla həmin anbarın qarşısına gələrək, əvvələcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 idarə etdiyi X7 Yük markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili anbarın qarşısına sürmüş, Təqsirləndirilən şəxs3 baş verə biləcək təhlükəni, yaranacaq maneəni aradan qaldırmaq və qrup üzvlərini xəbərdar etmək məqsədi ilə cinayətin törədiləcəyi yerə yaxın məsafədə pusquda dayanmış, o isə üzərində gəzdirdiyi qayçı ilə anbarın qapısının qıfılını açaraq qanunsuz daxil olduqdan sonra İsmayıl Allaverdiyevlə birlikdə Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 67996 manat 89 qəpik təşkil edən Türkiyə istehsallı 5725 ədəd şüşə lifi vahid niyyətlə əhatə olunan qəsdlə tamah niyyəti ilə gizli olaraq talayıb avtomobilə yükləyərək Təqsirləndirilən şəxs4 anası Şahid1 yaşadığı Abşeron rayonu, Məhəmmədi qəsəbəsindəki evinə yığdıqdan sonra, Təqsirləndirilən şəxs4 həmin lifləri satmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 67996 (altmış yeddi min doqquz yüz doxsan altı) manat 89 (səksən doqquz) qəpik külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Qeyd olunan məzmunda ittiham ilk olaraq 12 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1, 13 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs4, 14 noyabr 2022ci il tarixdə isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş, göstərilən tarixlərdə adı çəkilən şəxslər fərdi olaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Cinayət işi öyrənilərkən və məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən edilmişdir ki, məhkəməyədək icraat mərhələsində məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntularına, o cümlədən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və ittiham aktının tərtibi ilə bağlı prosessual tələblərin pozulması hallarına yol verilmişdir. Belə ki, məhkəmə hazırlıq iclasında bağlı Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 vəsatət qaldıraraq cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçisi Müdafiəçi4 vəsatətini belə əsaslandırdı ki, təqsirləndirilən şəxs hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ittihamla tanış olarkən həmin ittihamın məzmununda qeyri-müəyyənlik, anlaşılmazlıq aşkar etmişdir ki, qeyd olunan qeyri-müəyyənlik Təqsirləndirilən şəxs1 müdafiə hüququnun kobud şəkildə pozulmasına və iş üzrə ittiham aktının düzgün tərtib olunmamsına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ittihamın məzmununda onun 2021-ci ilin noyabr ayının ortalarından 2022-ci ilin aprel ayının 23-dək olan müddət ərzində özgənin külli miqdarda əmlakını gizli talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi göstərilsə də, həmin ittihamın məzmununda davam edən bu cinayətin icrasının başlama və başa çatma tarixləri konkret olaraq göstərilmədiyindən 2021-ci ilin noyabr ayının ortalarından 2022-ci ilin aprel ayının 23-dək olan müddətin təqsirləndirilən şəxslərin cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikləri və ya cinayət hadisəsinin başlaması ilə başa çatması tarixlərini müəyyənləşdirən müddət olması anlaşılan deyildir. Bundan başqa, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ittihamın məzmununda cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dəfələrlə, eyni üsulla zərər çəkmiş şəxsə məxsus həmin anbarın qarşısına gəldikləri və cinayətin icra olunmasında onların hər birinin rolu və iştirakının dərəcəsi göstərilsə də, həmin ittihamın məzmununda Təqsirləndirilən şəxs1 adları qeyd olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə və ya təkbaşına, neçə dəfə, hansı qaydada, onlardan əvvəl və ya sonra hadisə yerinə gəlməsi öz əksini tapmamış, cinayətin icra olunmasında Təqsirləndirilən şəxs1 rolu və iştirakının dərəcəsi qeyri-müəyyən olaraq qalmışdır. Yalnız Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamın məzmunundan Təqsirləndirilən şəxs1 adı çəkilən iki nəfərlə birlikdə hadisə yerinə gəldiyi və qeyd olunan bu cinayətin törədilməsində rolu, iştirakının dərəcəsi başa düşüləndir. Lakin bu hallarda isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülən ittihamın məzmununda eyni pozuntulara yol verilmiş, Təqsirləndirilən şəxs1la bağlı pozuntu digər iki təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların məzmununda da müəyyən edilmişdir. Müdafiə tərəfi bütövlükdə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən qaldırılan vəsatəti müdafiə edib, təmin olunmasını məhkəmədən xahiş etsələr də, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın ümumilikdə başa düşülən olduğunu, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın məzmununda qeyrimüəyyənlik aşkar etmədiyini, prosessul pozuntulara yol verilmədiyini əsas gətirərək, qaldırılan vəsatətin təmin olunmasına, cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etdi. Məhkəmə qaldırılan vəsatəti müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib belə nəticəyə gəlir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, cinayət işinə baxılmasına xitam verilməli və məhkəməyədək icraat mərhələsində yol verilmiş prosessual pozuntuların aradan qaldırılması məqsədi ilə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən qaldırılan vəsatətdə göstərilən faktlar bütövlükdə təsdiq olundu və müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununda yol verilmiş prosessual pozuntularla adı çəkilən təqsirləndirilən şəxslərin nədə təqsirləndirildiklərini (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) bilmək hüquqları pozulmuş, eyni pozuntular həm də ittiham aktının tərtibi ilə bağlı prosessual tələblərin pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası CPM-nin 223.3, 223.3.2 və 223.3.4-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviriəsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, həmçinin cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü göstərilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüquqlarından biridir. Məhkəmə kollegiyası məhkəmə hazırlıq iclasında qeyd olunan məsələni müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verilmişdir. Ona görə də cinayət işinə baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin cinayət işinə baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas vermiş kobud prosessul pozuntulara yol vermiş cinayət işi üzrə ibtidai istintaqı aparmaqla yekunlaşdırmış Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X1 barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və 303.3.6-cı maddələrinə əsasən, cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntularıdır və belə pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının CPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. İş materialları öyrənilərkən və məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri üzrə həbsdə saxlama müddəti və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində həbsə alternativ olaraq seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 15 dekabr 2022-ci il tarixdə bitməli olduğundan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində həbsə alternativ olaraq seçilmiş ev dustaqlığı qətimkan tədbiri məhkəmə hazırlıq iclasında qətimkan tədbirinə dair məsələyə baxılana qədər dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2 və 306.2.1-ci maddələrinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama (ev dustaqlığı) müddətinin uzadılması barədə məsələyə baxılmalıdır. Həmin Məcəllənin 300.2.3-cü maddəsinə görə isə qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 159.7.3-cü maddəsinə nəzərdə tutulan ağır cinayətlər üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti tükənməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirləndirildikləri əməl təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alan məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlama müddətini nizamlayan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159-cu maddəsinin tələbləri onların barəsində pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri və onun həbsdə saxlanılma müddəti ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 azadlıqda qalacaqları təqdirdə istintaqdan və ya məhkəmədə qaçıb gizlənmə, istintaqın və ya məhkəmə baxışının gedişatına maneçilik törətmə və ən nəhayət, yeni cinayətlər törədə bilmə ehtimalının olması nəzərə alınmaqla barələrində seçilmiş həbs və ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 13 yanvar 2023-cü il tarixdən 1 (bir) ay müddətinə, yəni 13 fevral 2023-cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1, 300.1.5, 303.3.1, 303.3.6, 306.2 və 306.2.1-ci və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5,177.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 13 yanvar 2023-cü il tarixdən 1 (bir) ay müddətinə, yəni 13 fevral 2023-cü il tarixədək uzadılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 13 yanvar 2023-cü il tarixdən 1 (bir) ay müddətinə, yəni 13 fevral 2023-cü il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 haqqında xüsusi qərar çıxarılsın. Qərarın surəti proses iştirakçılarına və Təqsirləndirilən şəxs1 şəxsi işinə əlavə edilib icrası təmin edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-507/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-507/2023
13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver