Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-507/2024 30.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X5 və X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olur, əvvəllər məhkum olunmuş, Göygöl rayonu, Mollacəlilli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa Peyman adı ilə məlum olan, İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Peyman” adlı İran İslam Respublikası vətəndaşına məxsus külli miqdarda psixotrop maddə metafetaminin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, 3 fevral 2023-cü il tarixdə “Peyman” adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsin tapşırığı ilə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, təmiz çəkisi 10,772 qram psixotrop maddə metafetamini götürüb qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 fevral 2023-cü il tarixdə saat 08:10 radələrində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilib şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən narıncı rəngli qutunun içərisində 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,555 qram, 1,102 qram, 0,621 qram, 0,549 qram, 0,470 qram, 0,520 qram, 0,540 qram, 0,752 qram, 0,531 qram, 0,592 qram, 0,670 qram, 0,705 qram və 3,165 qram olmaqla ümumi təmiz çəkisi 10,772 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, səthində psixotrop maddə metafetminə məxsus izlər olan 1 ədəd elektron tərəzi və 2 ədəd şüşə borucuqlar aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa “Peyman” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Peyman” adlı İran İslam Respublikası vətəndaşına məxsus külli miqdarda narkotik vasitə heroinin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, “WhatsApp” proqramı vasitəsilə istifadəsində olan ***-***-**-** GSM nömrə ilə işləyən «İPHONE 6» markalı mobil telefonla “Peyman” adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxslə əlaqə saxlayıb sonuncuya narkotik vasitə sifariş verdikdən sonra onun göstərişi ilə qrup üzvü Təqsirləndirilən şəxs2 21 fevral 2023cü il tarixdə saat 4 radələrində “Peyman” adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsin tapşırığı ilə ünvan 6 ünvanının qarşısında yerləşən qaz borusunun yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, təmiz çəkisi 50,087 qram narkotik vasitə heroini götürüb qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən qrup üzvü Təqsirləndirilən şəxs2 21 fevral 2023-cü il tarixdə saat 4:30 radələrində ünvan 7 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilib şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən 1 bükümdə ümumi təmiz çəkisi 50,087 qram, külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa “Peyman” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında mənfəət olaraq gəlir əldə etmək müqabilində İran İslam Respublikası vətəndaşına məxsus külli miqdarda narkotik vasitə heroinin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 “WhatsApp” proqramı vasitəsilə istifadəsində olan ***-***-**-** GSM nömrə ilə işləyən «İPHONE 6» markalı mobil telefonla “Peyman” adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxslə əlaqə saxlayıb sonuncuya narkotik vasitə sifariş verdikdən sonra o, Təqsirləndirilən şəxs1 göstərişi ilə 21 fevral 2023cü il tarixdə saat 4 radələrində “Peyman” adlı İran İslam Respublikası vətəndaşının tapşırığı ilə ünvan 6 ünvanının qarşısında yerləşən qaz borusunun yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, təmiz çəkisi 50,087 qram narkotik vasitə heroini götürüb qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən 21 fevral 2023-cü il tarixdə saat 4:30 radələrində ünvan 7 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilib şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən 1 bükümdə ümumi təmiz çəkisi 50,087 qram, külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xatırlamadığı tarixdə gecə saat 3:00 radələrində ünvan 3 ünvanında olarkən yaşadığı evin içərisində saxlanılmışdır. Narkotik vasitə istifadəçisi olsa da, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları yaşadığı evə daxil olub qardaşına fiziki təsir göstərmişlər. Qardaşını vurduqlarını görüb onlara qardaşını vurmağı dayandırmağı bunun əvəzində onların dediklərini edəcəyini bildirmişdir. Hadisədən əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan saxlanıldığı vaxt üzərində elektron qolbaq olmuşdur. Həmin elektron qolbaq vasitəsilə onun saxlanılan zaman olduğu ünvanı dəqiqləşdirmək olar. Cinayət məsuliyyətinə cəlb etməmək üçün polis əməkdaşları ondan pul istəsələr də, onlara pul vermək imkanının olmadığını bildirmişdir. O, saat 23:00-dan sonra küçəyə çıxa bilmədiyindən Zaurdan iranlının yerləşdirdiyi ərazidən narkotik vasitəni götürməsini, həmin narkotik vasitənin bir hissəsini özünə, yerdə qalan hissəsini isə ona gətirməsini bildirmişdir. Zaur narkotik vasitəni evinə gətirəcəyini bildirdiyindən gecə saatlarında qapı döyüləndə qapını döyən şəxsin Zaur olduğunu zənn edib qapını açmışdır. Polis Bölməsinə aparıldıqdan sonra polis əməkdaşlarının dediklərinə əməl etmiş, sənədləri oxumadan imzalamışdır. Lakin bəzi sənədlərdə olan imzalar ona məxsus deyildir. Zaur taksi fəaliyyəti ilə məşğul olarkən müştəri qismində onun avtomobilinə əyləşmiş və onunla tanış olmuşdur. Zaur və o narkotik vasitə istifadəçisi olduqlarından ehtiyacları olduqda birbirilərinə narkotik vasitə verirdilər. İran vətəndaşı 1 qram narkotik vasitə yerləşdirə biləcəyini bildirdikdə onun küçəyə çıxma məhdudiyyəti olduğundan Zaura bu barədə bildirmişdir. Zaur narkotik vasitəni götürüb bir hissəsini ona verəcəkdi. Əvvəllər də İran vətəndaşından şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. MSY-də olan sənədlərə oxumadan imza etmişdir. İttiham aktında Xırdalan ərazisindən narkotik vasitə əldə etdiyini qeyd olunsa da, o, məhdudiyyəti olduğundan həmin əraziyə gedə bilməzdi. Qanunsuz saxlanılmağıyla bağlı heç bir dövlət orqanına şikayət verməmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Üzərində narkotik vasitə olsaydı, Zaurdan hansısa ərazidən narkotik vasitə götürməsini xahiş etməzdi. Yaşadığı evdə saxlanılarkən evdə qardaşı X16, anası X8 və körpə uşağı olmuşdur. O, saxlanıldığı gün polis əməkdaşları bank kartından başqa karta pul köçürdüblər. Saxlanıldığı gün bank kartının şifrəsini polis əməkdaşlarına vermişdir. Bank kartından başqa karta pul köçürüldüyünü Toğrul adlı polis əməkdaşına bildirdikdə o həmin pul vəsaitini ekspertiza və yol xərci olaraq götürdüklərini bildirmişdir. Ona psixoloji təzyiq etdiklərindən sənədlərə oxumadan imza etmişdir. Saxlanılarkən ona vəkil təqdim olunmamışdır. Cinayət işinin materialları ilə hazırlıq iclasında tanış olmuşdur. MSY-dən buraxıldıqdan sonra bank kartından başqa karta pul köçürüldüyünü anlamışdır. Polis İdarəsinə saxlanıldığı günün səhərisi axşam saatlarında aparmışlar. Zaur 1 qram metafetamin götürməli idi. Polis əməkdaşlarına heroindən istifadə etmədiyini və 50 qram narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Narkotik vasitələri qarşısına qoyduqda həmin narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Şəxsi axtarışdan əvvəl polis əməkdaşları narkotik vasitələri hissələrə bölüb kağızlara bükdülər və həmin narkotik vasitələri şəxs axtarışda təqdim etmək üçün ona vermişlər. Qardaşına fiziki təsir göstərdiklərindən polis əməkdaşlarının dediklərini etmişdir. Dindirmə protokolunda olan imzaların sadəcə ikisi ona məxsusdur, digər imzalar ona məxsus deyildir. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. İbtidai istintaq zamanı sənədlərə imza etməyə övladıyla birlikdə getmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında X11 ilə ailə həyatı qurmuş, xx.xx.2022-ci il tarixdə övladı X15 anadan olmuşdur. Təxminən 1 il olar ki, narkotik vasitə olan metafetamindən istifadə edir. Narkotik vasitə istifadə etdiyinə görə əvvəllər məhkum edilməmişdir. Narkotik vasitə olan metafetamini falqa kağızın üzərində yandırıb tüstüsünü qəbul etmişdir. ***-***-**-** saylı mobil nömrəni təxminən 2-3 il olar ki, “İphone 6” markalı mobil telefonun üzərində istifadə etmişdir. Həmin mobil telefon özünə məxsusdur. xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində adını ona «Peyman» kimi deyən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs ona “WhatsApp” proqramı üzərindən əlaqə saxlamaq üçün +**********21 saylı nömrəni vermişdir. O, «Peyman»a narkotik vasitələrin aludəcisi olduğunu bildirmişdir. «Peyman» da ona narkotik vasitə satıb pul qazanmağı təklif etmişdir. «Peyman»ın təklifini qəbul etmişdir. «Peyman» ona bir qramını 25 manata metafetamin təşkil edəcəyini bildirmişdir. O da həmin narkotik vasitəni bir qramını 50 manata satıb pul qazanmağı fikirləşmişdir. xx.xx.2023-cü il tarixdə «Peyman» ilə “WhatsApp” ani sms proqramı üzərindən əlaqə saxlayıb şəxsi istifadəsi və satmaq üçün ona psixotrop maddə metefetamin göndərməsini xahiş etmişdir. «Peyman» da ona göndərdiyi metafetaminin olduğu yerin foto şəklini çəkib atmışdır. O, «Peyman»ın dediyi ünvandan daşın altından 15 büküm narkotik vasitə metafetamini götürüb yaşadığı ünvan 8 ünvanına gəlmişdir. Sonra Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyasının yaxınlığındakı mağazadan 15 manata elektron tərəzi almışdır. Yaşadığı evdə 3 büküm halında narkotik vasitə metafetamin hazırlamış və həmin bükümləri elektron tərəzidə çəkmişdir. Həmin 3 qram bükümdəki narkotik vasitə metefetamini tanışı Zaur adlı şəxsə bir qramını 50 manatdan hesablayaraq 3 qramını 150 manata satmışdır. Yerdə qalan bir hisəsini isə tanımadığı şəxslərə qramını 50 manata satmışdır. Bir hissəsini də şəxsi istifadəsi üçün istifadə etmişdir. Əldə etdiyi pulu kart vasitəsi ilə onlayn qaydada «Peyman»ın kartına köçürmüşdür. 3 fevral 2023-cü il tarixdə yenidən «Peyman» ilə “WhatsApp” proqramı üzərindən danışmış və ona pul müqabilində 40 qram metafetamin göndərməsini sifariş etmişdir. 3 fevral 2023-cü il tarixdə narkotik vasitəni qoydurduğu yerin şəklini ona atmışdır. O, tanımadığı taksi ilə gedib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən hazırda xatırlamadığı yerdən götürmüşdür. Həmin metafetaminin bir hissəsini tanımadığı şəxslərə satmış, bir hissəsini özü istifadə etmiş, yerdə qalanını isə yaşadığı evdə saxlamışdır. Yaşadığı evdə olan zaman öz adına olan “Leobank” bank kartından «Peyman»ın ona göndərdiyi “Leobank” bank kartının hesabına onlayn qaydada 550 manat pul köçürmüşdür. Qalan 450 manat pulu isə narkotik vasitəni satdıqdan sonra «Peyman»ın bank kartına onlayn qaydada köçürəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə «Peyman» ilə “WhatsApp” proqramı üzərindən danışmış və ona nisyə 30 qram narkotik vasitə heroin göndərməsini sifariş etmişdir. «Peyman» da “WhatsApp” proqramı üzərindən ona göndərdiyi narkotik vasitə heroini götürəcəyi ünvanın və yerin foto şəkilini çəkib atmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanışı Zaurla telefonda danışıq zamanı ayağında məhkəmə tərəfindən qolbaq olduğu üçün evdən çıxa bilmədiyindən ona göndərilən narkotik vasitə olan heroini qoyulduğu yerdən götürüb ona gətirməsini xahiş etmişdir. Bundan sonra “WhatsApp” proqramı üzərindən «Peyman»ın ona göndərdiyi narkotik vasitə olan heroini qoyduğu Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində məhəllələrin arasındakı qaz borusunun yanında təkərin içərisindən götürülməsi barədə konum və foto şəklini atmışdır. Tanışı Zaur ondan istifadəsi üçün narkotik vasitə olan heroin istəmişdir. Zaur bir neçə dəfə ondan pul müqabilində narkotik vasitə aldığından onun narkotik vasitə aludəçisi olduğunu bildiyi üçün Zaura pulsuz narkotik vasitə verəcəyini bildirmişdir. Zaur da onunla razılaşmışdır. 21 fevral 2023-cü il tarixdə Zaur onunla əlaqə saxlayıb narkotik vasitənin olduğu yerə getdiyini demiş, sonradan Zaurla əlaqə saxlaya bilməmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın qarşısına düşmüşdür. Həmin vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan Leyla olubolmadığını soruuşmuşlar. O da polis əməkdaşlarına özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə 25-ci PŞ-nə gəlmişdir. Nizami RPİ-nin 25-ci PŞ-də olan zaman polis əməkdaşlarına narkotik vasitələrin aludəçisi və satışı ilə məşğul olduğunu bildirmişdir. Sonra ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürülmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış və götürmə keçirilən zaman ona üzərində olan əşyaları çıxardıb masanın üzərinə qoyması təklif olunmuşdur. Həmin vaxt o, əynindəki hərbi rəngli gödəkçənin sol yan cibindən özünə məxsus 1 ədəd ağ rəngli “İphone” markalı mobil telefonu, sağ yan cibindən 1 ədəd elektron tərəzini, 1 ədəd “LD” markalı siqaret qutusunu, həmin qutunun içərisində isə 2 ədəd lampa hissəciklərini, 1 ədəd narıncı rəngli qutunun içərisində isə 13 bükümdə olan narkotik maddə metafetamini çıxarıb təqdim etmişdir. Daha sonra narıncı rəngli qutunu açaraq içərisində 13 ədəd ağ rəngli bükümlərdə, hər birisinin içərisində ağ rəngli, spesifik iyə malik olan maddələri təqdim edərək həmin maddələrin “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, İran İslam Respublikası vətəndaşının gizlətdirdiyi yerdən əldə etdiyini, özü istifadə etdiyini, elektron tərəzi ilə satmaq üçün çəkilərini müəyyən etdiyini bildirmişdir. Bundan əlavə təqdim etdiyi həmin lampa hissəcikləri vasitəsi ilə narkotik vasitələri qəbul etdiyini demişdir. Bundan sonra təqdim etdiyi bükümlər, tərəzi və 2 ədəd lampa hissəcikləri qablaşdırılaraq zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol onun və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş metafetamini 3 fevral 2023-cü il tarixdə əldə etmişdir. Bir hissəsini istifadə etdikdən sonra yerdə qalanını evdə saxlamışdır. 21 fevral 2023-cü il tarixdə saxlanılan zaman həmin metafetamini üzərinə qoyub həyətə düşmüşdür. Əvvəlki ifadəsində 3 fevral 2023-cü il tarixdə əldə etdiyi metafetamindən tanışı Zaur adlı şəxsə bir qramını 50 manatdan hesablayaraq 2 qramını 100 manata satdığı, yerdə qalan bir hisəsini isə tanımadığı şəxslərə qramını 50 manata satdığını, bir hissəsini isə özü istifadə etdiyi barədə suala cavab olaraq bildirmişdir ki, əvvəllər belə ifadə verməmiş, dediklərini yəqin düz başa düşməmişlər. 3 fevral 2023-cü il tarixdə əldə etdiyi metafetamindən tanışı Zaur adlı şəxsə satmamış, bir hissəsini istifadə etmiş, saxlanılan zaman həmin metafetaminin 13 bükümü isə üzərindən aşkar edilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri ərazisində məhəllədən daşın altından 15 büküm narkotik vasitə metafetamini götürüb yaşadığı ünvana gəldiyini deməmiş, həmin vaxt yəqin dedikləri düz başa düşülməyib. O, psixotrop maddəni tanımadığı taksi ilə gedib Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən götürmüşdür. Əvvəllər verdiyi ifadəni xatırlamamış, lakin həmin şəxs özünü ona “Peyman” kimi təqdim etmişdir. O da, «Peyman»ı telefonunda “Qardaşım” kimi qeyd etmişdir. Polis əməkdaşları onu Nizami RPİ-nin 25-ci PŞ-nə aparanda və polis şöbəsində olan zaman ona heç bir formada zor tətbiq etməmişlər. Təxminən 1 ildir ki, narkotik vasitə istifadə edir. Həmin narkotik maddəni üzərində gəzdirmək və almaqda məqsədi onu istifadə etmək və satmaq olmuşdur. Həmin narkotik vasitələri o, “whatsapp” sosial şəbəkədə +**********21 saylı mobil nömrə ilə, özünü ona “Peyman” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə danışıb sifariş vermişdir. «Peyman»ın ona göndərdiyi “konum”-u isə Zaura göndərmişdir. Özü oğurluq etdiyi üçün məhkəmə tərəfindən qolbaq taxmaq məcburiyyətində olduğundan, eləcə də evdən saat 23:00-dan sonra çıxa bilmədiyindən bu işi Zaura tapşırmış və götürəcəyi narkotik vasitəni ona gətirməsini xahiş etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə «Peyman» adlı İran İslam Respublikasının vətəndaşından nisyə olaraq psixotrop maddə metafetamin sifariş vermişdir. «Peyman» isə ona narkotik vasitə heroin göndərmişdir (cild 1, iş vərəqə 266-270). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 onunla telefonla əlaqə saxlayaraq bir bükümdə narkotik vasitə, heroin göndərildiyini, götürmək lazım olduğunu, ayağında məhkəmə tərəfindən verilmiş qolbaq olduğu üçün çıxa bilmədiyindən həmin narkotik vasitəni götürməyini xahiş etmişdir. O da Leylanın xahişini qəbul etmişdir. Hadisə baş verən günü 1 qram heroin götürmək üçün “Neftçilər” metrostansiyasının yaxınlığına getmişdir. Həmin əraziyə çatdıqda maşından düşən kimi polis əməkdaşları onu saxlayıb Nizami RPİ-nin 25 PB-nə gətirmişlər. Həmin polis bölməsində ona fiziki və psixi təzyiq olunmuşdur. Polis bölməsinə gətirilərkən ona vəkil təyin olunmasını tələb etsə də, polis əməkdaşları şəxsi axtarış zamanı vəkil təqdim etməmişlər. Ona fiziki təzyiq etdiklərindən məcbur olub sənədlərə imza etmişdir. Taksi fəaliyyəti ilə məşğul olan zaman Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Narkotik vasitə əldə etmək üçün tanımadığı şəxslərin bank kartlarına pul vəsaiti göndərirdi, daha sonra onlar ona narkotik vasitələrin gizlədildiyi yerin şəklini göndərirdilər. Avtomobildən düşən zaman polis əməkdaşları onu saxlayıb ayağına zərbə vurub yerə yıxmışlar. Narkotik vasitə əldə etmək məqsədilə həmin əraziyə getmişdir. O, 1 qram heroin əldə etmək üçün həmin əraziyə getsə də, polis bölməsində onun qarşısına 50 qram heroin qoymuşlar. Leyla ilə münasibət qurduqdan sonra narkotik vasitə istifadə etməsi ilə bağlı ilk özü sual vermişdir. Leyla ona narkotik vasitənin gizlədildiyi yeri demiş, o həmin yerə çatıb avtomobildən düşdükdə polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu narkotik vasitəni götürməmiş tutmuşlar. Onu 10 nəfər saxlamışdır. Onu saxlayarkən də, polis bölməsində olarkən də döymüşlər. Mobil telefonundan Leylanın adını görüb daha sonra onu saxlamışlar. Onu saxladıqdan dərhal sonra polis bölməsinə gətirsələr də, vəkil təqdim etməmişlər. O, vəkili Nizami RPİ-də 1 gün sonra axşam saat 19:30 radələrində görmüşdür. Vəkildən imtina etməyilə bağlı ərizəyə imza etməmişdir. Şəxsi axtarış zamanı video kameradan istifadə etməmişlər. O, Leyladan 1 qram heroini 50 manata alırdı. Əvvəllər Təqsirləndirilən şəxs1 heroinin yarım qramını 17 manata, 20 manata alırdı. Təqsirləndirilən şəxs1 tutulmamışdan 3 ay qabaq tanımış və ondan pul müqabilində narkotik vasitə almışdır. Onun baş və bədən nahiyələrinə Toğrul və digər polis əməkdaşları xəsarət yetirmişlər. Polis əməkdaşları elə zərbə vururmuşlar ki, xəsarət izi yaranmamışdır. Prokurorluq əməkdaşları tərəfindən izahatı alınmamışdır. Şəxsi axtarış videoçəkiliş aparılmadan keçirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 3-4 ay olar ki, heroini falqada yandırıb tüstünü çəkmə yolu ilə qəbul etmişdir. Asılılıq yarandığı üçün istifadə etməyəndə narahatçılıq yaşamışdır. 2023-cü ilin yanvar ayında Bakı şəhəri, Xətai rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan zaman sərnişin qismində avtomobilinə əyləşmiş Leyla adlı qızla tanış olmuşdur. Leyla onu hərdən bir gedəcəyi ünvanlara aparmağı üçün şəxsi taksisi olmağı təklif etmişdir. O da Leylanın bu təklifini qəbul etmişdir. Avtomobildə olarkən Leyla onunla səmimi söhbət zamanı özünün narkotik vasitələrin aludəcisi və hətta satışı ilə məşğul olduğunu demişdir. Leylanın onunla səmimi söhbətindən sonra o da narkotik vasitə olan heroindən istifadə etdiyini etiraf etmişdir. Bundan sonra onların münasibətləri daha da yaxşı olmuşdur. O, Leyladan pul müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə heroin təşkil etməsini xahiş etmişdir. Hətta Leyladan onun üçün narkotik vasitənin bir qramını hansı qiymətə təşkil edəcəyini soruşmuşdur. Leyla da onun şəxsi istifadəsi üçün narkotik vasitə heroinin 1 qramını 50 manata təşkil edəcəyini bildirmişdir. O, Leyla ilə razılaşmışdır. Tanışlıq münasibətləri başladığı ilk gündən Leyladan narkotik vasitə heroin almış və aldığı narkotik vasitə heroini falqada yandırıb tüstünü çəkmə yolu ilə qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə Leyla telefonla onunla əlaqə saxlayaraq ona bir bükümdə narkotik vasitə heroin göndərildiyini, götürmək lazım olduğunu, ayağında məhkəmə tərəfindən verilmiş qolbaq olduğu üçün çıxa bilmədiyindən həmin narkotik vasitəni götürməsini xahiş etmişdir. O da, Leylanın xahişini qəbul etmişdir. Leylaya bunun müqabilində şəxsi istifadəsi üçün pulsuz 3 qram narkotik vasitə verməsini demişdir. Leyla da onun bu istəyini yerinə yetirəcəyini bildirmişdir. Bundan sonra Leyla “Whatsapp” sosial şəbəkəsindən narkotik vasitəni götürəcəyi ünvanın, yəni Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən qaz borusunun yaxınlığında təkərin içərisində olması ilə bağlı fotoşəkli göndərmişdir. O da, Leylanın ona foto şəklini və ünvanını dediyi ünvana yaxınlaşmış və qaz borusunun yaxınlığındakı təkərin içərisindən şəffaf sellefonda bir bükümdə olan narkotik maddəni götürmüş və əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibində gizlətmişdir. Həmin vaxt iki nəfər mülki geyimdə olan şəxslər ona yaxnlaşmış və özlərini təqdim edərək Nizami RPİnin 25-ci PŞ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan Zaur olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarına özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. O da, polis əməkdaşları ilə birlikdə 25-ci PŞ-nə gəlmişdir. Nizami RPİ-nin 25-ci PŞ-də olan zaman polis əməkdaşlarına narkotik vasitələrin aludəçisi olduğunu bildirmiş və üzərində 1 bükümdə narkotik vasitə olan heroin olduğunu demişdir. Sonra ona vəkillərin siyahısı təqdim edilərək sərbəst vəkil seçmək hüququnun olduğu bildirilmişdir. O isə, vəkil xidmətindən imtina etmiş və vəkilin iştirakı olmadan hüquq və vəzifələri izah edilmişdir. Ona videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürülmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış və götürmə keçirilən zaman ona üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyması təklif olunmuşdur. Həmin vaxt o, əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibimdən 1 ədəd şəffaf sellefon bükümü çıxarıb təqdim etmişdir. Həmin şəffaf sellefon bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi həmin qəhvəyi rəngli maddə narkotik vasitə olan heroindir. Əlavə şəxsi axtarış zamanı üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, nə saxlanılarkən, nə də ki, polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. O, narkotik vasitələrin istifadəçisidir. Təxminən 3-4 ay olar ki, heroini falqada yandırıb tüstüsünü çəkmə yolu ilə qəbul etmişdir. Asılılıq yarandığı üçün istifadə etməyəndə narahatçılıq yaşayır. Narkotik vasitə qəbul etdiyinə görə əvvəllər məhkum edilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə olan heroini heç bir qiymətə əldə etməmiş və əldə etməyi üçün hər hansı bir şəxsə pul verməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Leylanın xahişi ilə “Whatsapp” sosial şəbəkəsindən ünvanını və şəklini göndərdiyi yerdən götürmüşdür. Təqdim etdiyi bir ədəd bükümdə narktotik vasitə olan heroin ona məxsus olmamışdır. Aralarında olan razılaşmaya görə Leylaya göndərilən və onun tərəfindən götürüləcək narkotik vasitə olan heroindən Leyla ona şəxsi istifadəsi üçün pulsuz verəcəkmiş. Təqdim etdiyi bir ədəd bükümdə narkotik vasitə tanışı Leyla adlı xanım üçün onun tanımadığı şəxsin göndərdiyi narkotik vasitə olan heroindir. O, Leyla adlı xanımın hansı yolla və kimlərdən narkotik vasitəni əldə etməsini bilməmişdir. Leyla adlı xanım götürəcəyi narkotik vasitənin metafetamin olduğunu əvvəlcədən bildirmiş, sonra isə Leyla ona zəng edərək göndərilən narkotik maddə heroin olduğu üçün gedib götürməməsini istəsə də, artıq polis əməkdaşları tərəfindən saxlanıldığı üçün gec olmuşdur (cild 1, iş vərəqə 281-284). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olmaları aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 fevral 2023-cü il tarixdə saat 4:30 radələrində Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkilləri, polis leytenantları Şahid3 və Şahid2 ilə birlikdə xidmətdə olan zaman ünvan 7 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib şəxsiyyətini müəyyən etməkdən ötrü Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 heç bir etiraz etmədən onlarla birlikdə Nizami RPİ-nin 25-ci PŞ-nə gəlmişdir. Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd ağ rəngli bükümdə, içərisində tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq 21 fevral 2023-cü il tarixdə tanışı «Leyla» adlı şəxsin telefon vasitəsilə onunla əlaqə saxlayaraq ona bir bükümdə narkotik vasitə heroin göndərildiyini, götürmək lazım olduğunu, ayağında məhkəmə tərəfindən verilmiş qolbaq olduğu üçün çıxa bilmədiyindən həmin narkotik vasitəni götürməsini xahiş etdiyini qeyd etmişdir. «Leyla» tərəfindən ona «WhatsApp» proqramından istifadə olunmaqla narkotik vasitəni götürəcəyi yerin ünvanı və şəkili, yəni Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən qaz borusunun yaxınlığında təkərin içərisinin şəkli göndərildiyini, «Leyla»nın ona fotoşəklini və ünvanını göndərdiyi yerə yaxınlaşdığını, həmin qaz borusunun yaxınlığındakı təkərin içərisindən şəffaf sellofanda bir bükümdə olan narkotik maddəni götürdüyünü və əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibində gizlətdiyini bildirmişdir. Həmin narkotik vasitəni satmaq məqsədi ilə deyil, «Leyla»ya çatdırmaq üçün üzərində gəzdirərək daşıdığını qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üstünə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üstündən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 aşkar olunmuş 1 ədəd şəffaf sellofon bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş, 1 ədəd şəffaf bükümdə olan maddə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış və möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı videçəkiliş aparılmışdır. Bundan sonra Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısının əməliyyat tapşırığı ilə bağlı «Leyla» adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində «Leyla» adlı şəxsin ünvan 3-də yaşadığı müəyyən olunmuşdur. 21 fevral 2023-cü il tarixdə saat 08:10 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə qeyd olunan ünvana gəlmişlər. Həmin ünvanın qarşısında «Leyla» adlı şəxsə oxşar 1 nəfər şəxs müəyyən edilmiş, həmin şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tanış edilmiş və Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət olunmuşdur. Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki hərbi rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli «İphone» markalı mobil telefonu, sağ yan cibindən 1 ədəd elektron tərəzini, 1 ədəd «LD» markalı siqaret qutusunu və 1 ədəd narıncı rəngli qutunu təqdim etmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 narıncı rəngli qutunu açaraq içərisindən 13 ədəd ağ rəngli bükümlərdə, hər birinin içərisində ağ rəngli, spesifik iyə malik olan maddələri təqdim edərək həmin maddələrin «şüşə» kimi tanıdığı psixotrop maddə metafetamin olduğunu, İran İslam Respublikası vətəndaşının gizlətdiyi yerdən əldə etdiyini, özü istifadə etdiyini, elektron tərəzi ilə satmaq üçün çəkilərini müəyyən etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd «LD» markalı siqaret qutusunun içərisindən 2 ədəd lampa hissəcikləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin lampaların vasitəsilə narkotik vasitələri qəbul etdiyini bildirmişdir. 13 ədəd ağ rəngli bükümlərdə, hər birinin içərisində ağ rəngli, kristal şəkildə maddələr, 2 ədəd lampa hissəcikləri, 1 ədəd elektron tərəzi, eləcə də 1 ədəd «İphone» markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bır əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 götürülmüş maddələr, tərəzi və 2 ədəd lampa hissəcikləri içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı videçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə olan heroin aşkar olunmuşdur. Şöbədə şəxsi axtarış zamanı vəkil və digər iştirakçılar da iştirak etmişlər. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Zaurdan 40 qrama yaxın narkotik vasitə olan heroin aşkar olunmuşdur. Şəxsi axtarış keçirilən zaman iştirak edən təhqiqatçının kim olduğunu xatırlamır. Bu işnən bağlı əlavə əməliyyat axtarış tədbirləri həyata keçirilməmişdir. Onlar Təqsirləndirilən şəxs2 gecə saatlarında saxlamışlar. Təqsirləndirilən şəxs2 özünü şübhəli apardığı üçün bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 saxlanılan zaman piyada olmuşdur. Şübhəli şəxslər bölməyə gətirilən zaman müdafiəçi ilə təmin edilmişdir. Şəxsi axtarş zamanı vəkilin iştirak edibetmədiyini xatırlamır. Videoçəkilişi kimin etdiyini xatırlamır. Leyla xanımı yaşadığı binanın qarşısında saxlamışlar. Leyla xanımı səhərə yaxın tutmuşlar. Videoçəkiliş aparılmasaydı hal şahidləri iştirak etməli idi. Videoçəkilişi polis əməkdaşlarından biri çəkmişdir. Təqsirləndirilən şəxslərə qarşı psixi və fiziki təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş və ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmunundan görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 200-202 və 203-205). Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 21 fevral 2023-cü il tarixdə saat gecə 3-4 radələrində qapı döyülmüş, qapını açan zaman 4 nəfər şəxs içəri daxil olmuşdur. Bu zaman oğlu yatmışdı və baş verən səs-küyə oyanmışdır. Polis əməkdaşları oğlunu vurub, qandallamışlar, həmçinin qızı Leylanıda qandallamışlar. Həmin zaman o, huşunu itirmişdir. Polislər Leylanı polis bölməsinə aparmışlar. Polislər evdə qızının üzərinə baxış keçirmişlər, lakin qızının üzərindən qanunsuz heç bir əşya və tərəzi aşkar olunmamışdır. Polislər evi də axtarmış və heç bir şey aşkar etməmişlər. Polislər özlərini onlara təqdim etmişlər. Polislər ona qarşı zor tətbiq etməmişlər, ancaq oğlunu vurmuşlar. Polislər nə məqsədlə gəldiklərini bildirməmişlər. Polislərin qanunsuz əməlləri ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Qızı barəsində Göygül rayon məhkəməsində hökm oxunduqdan sonra qızının övladı olduğundan heç bir yerdə işləməmişdir. Məhkəmə şahid X3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qızı olan Təqsirləndirilən şəxs1 müdafiəsi məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək mötəbər hesab etmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 21 fevral 2023-cü il tarixdə saat gecə 2-3 radələrində yatarkən bacısının qışqırıq səsinə oyanmışdır. Evdə 4 nəfər polis əməkdaşları olmuş, onu görən zaman vuraraq qandallamışlar. Polislər evi axtarırdılar. Bacısını da qandallamışlar. Baş verənlərə görə anası özündən getmiş, bacısını isə polis bölməsinə aparmışlar. Bacısının üzərindən və evdən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Polislər onun sinə nahiyəsindən vurmuşlar. Evdə 3 nəfər olmuşlar. Hadisə 21 fevral 2023-cü il tarixdə baş vermişdir. Polislərin qanunsuz əməlləri ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Polis əməkdaşları bacısının üzərinə baxış keçirmişlər. Məhkəmə şahid X12 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, bacısı olan Təqsirləndirilən şəxs1 müdafiəsi məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək mötəbər hesab etmir. Cinayət işinin materiallarında olan 16 iyun 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 21 fevral 2023-cü il tarixdə saat 4 radələrində «Peyman» adlı İran İslam Respublikası vətəndaşının tanışı Təqsirləndirilən şəxs1 göndərdiyi külli miqdarda, təmiz çəkisi 50,087 qram narkotik vasitə heroini sonuncunun xahişi ilə ünvan 7 ünvanının qarşısında yerləşən qaz borusunun yaxınlığındakı təkərin içərisindən götürdüyü və Təqsirləndirilən şəxs1 vermək üçün üzərində saxlayaraq daşıdığı bir daha öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 285-288). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında“ 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli bükümdə, içərisində tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Belə ki, 21 fevral 2023-cü il tarixdə «Leyla» onunla telefon vasitəsilə əlaqə saxlayaraq ona bir bükümdə narkotik vasitə heroin göndərildiyini, götürmək lazım olduğunu, ayağında məhkəmə tərəfindən verilmiş qolbaq olduğu üçün çıxa bilmədiyindən həmin narkotik vasitəni götürməsini xahiş etmişdir. O da, Leylanın xahişi ilə tərəfindən “WhatsApp” sosial şəbəkəsindən narkotik vasitəni götürəcəyi ünvanın, yəni Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən qaz borusunun yaxınlığında təkərin içərisində olması ilə bağlı fotoşəkil göndərildiyini, Leylanın fotoşəklini və ünvanını göndərdiyi ünvana yaxınlaşdığını, həmin qaz borusunun yaxınlığındakı təkərin içərisindən şəffaf sellefonda bir bükümdə olan narkotik maddəni götürdüyünü və əynində olan qara rəngli qısa qol gödəkcəsinin sağ yan cibində gizlətdiyini bildirmişdir. Həmin narkotik vasitəni satmaq məqsədi ilə deyil, Leyla xanıma çatdırmaq üçün üzərində gəzdirərək daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş qara rəngli “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Götürülmüş maddələr qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 23-24). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında“ 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki hərbi rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli “İphone” markalı mobil telefonu, sağ yan cibindən 1 ədəd elektron tərəzini, 1 ədəd “LD” markalı siqaret qutusunu və 1 ədəd narıncı rəngli qutunu təqdim etmişdir. İlk əvvəl narıncı rəngli qutunu açaraq içərisində 13 ədəd ağ rəngli bükümlərdə, hər birisinin içərisində ağ rəngli, spesifik iyə malik olan maddələri təqdim edərək həmin maddələrin “şüşə” kimi tanıdığı psixotrop maddə metafetamin olduğunu, İran İslan Respublikası vətəndaşının gizlətdirdiyi yerdən əldə etdiyini, özü istifadə etdiyini, elektron tərəzi ilə satmaq üçün çəkilərini müəyyən etdiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd “LD” markalı siqaret qutusunun içərisindən 2 ədəd lampa hissəcikləri müəyyən edilmiş, verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 həmin lampaların vasitəsi ilə narkotik vasitələri qəbul etdiyini bildirmişdir. 13 ədəd ağ rəngli bükümdə, içərisində ağ rəngli kristal şəklində maddələr, 2 ədəd lampa hissəcikləri, 1 ədəd tərəzi, eləcə də 1 ədəd “İphone” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Götürülmüş maddələr, tərəzi və 2 ədəd lampa hissəcikləri qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqə 53-54). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında“ 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli bükümdə, içərisində tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 21 fevral 2023-cü il tarixdə tanışı Leylanın telefon vasitəsilə onunla əlaqə saxlayaraq ona bir büküm narkotik vasitə heroin göndərildiyini, götürmək lazım olduğunu, ayağında məhkəmə tərəfindən verilmiş qolbaq olduğu üçün çıxa bilmədiyindən həmin narkotik vasitəni götürməsini xahiş etdiyini qeyd edir. Leylanın ona «WhatsApp» proqramından istifadə olunmaqla Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən qaz borusunun yaxınlığında təkərin içərisində narkotik vasitəni götürəcəyi yerin şəkilini göndərildiyini, «Leyla»nın ona fotoşəklini və ünvanını göndərdiyi yerə yaxınlaşdığını, həmin qaz borusunun yaxınlığındakı təkərin içərisindən şəffaf sellofanda bir bükümdə olan narkotik maddəni götürdüyünü və əynində olan qara rəngli qısa qol gödəkcəsinin sağ yan cibində gizlətdiyini bildirir. Həmin narkotik vasitəni satmaq məqsədi ilə deyil, Leylaya çatdırmaq üçün üzərində gəzdirərək daşıdığını qeyd edir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş heroinə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənir, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanır (cild 1, iş vərəqə 156). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında“ 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürülmə keçirilməsi zamanı Nizami rayon 25-ci Polis Şöbəsində çəkilmiş diskə baxış keçirilərkən texniki səbəblərdən, yəni diskin üzərində zədələr aşkar olunduğundan diskə baxış keçirilməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 169). Məhkəmə ilk növbədə qeyd edir ki, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətini özündə əks etdirən diskin üzərində zədələrin aşkar olumasını heç də həmin istintaq hərəkətinin videoçəkilişlə aparılmaması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokol ucadan oxunmuş və protokolun düzgünlüyü şübhəli şəxs tərəfindən də imzalanaraq təsdiq edilmişdir. Həmin protokolda şəxsi axtarış aparılarkən “Samsung” markalı mobil telefondan istifadə edilməsi qeyd edilmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişlə keçirildiyini qeyd etmişdir. Həmçinin məhkəmədə dindirilmiş şahidlər Şahid1, Şahid3 və Şahid2 da Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkiliş vasitəsilə aparıldığını bildirmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs2nün üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildiyi qənaətinə gəlir. Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi barədə“ 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ağ rəngli “iphone“ markalı mobil telefona Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmiş, mobil telefonu açan zaman şifrəsinin 222600 olması müəyyən edilmiş, mobil telefonun “WhatsApp” sosial şəbəkəsinin açdıqda orada +9***-***-**-** saylı mobil nömrə ilə yazışma olması müəyyən edilmiş,həmin yazışmada həmin şəxsin ona müxtəlif yerlərin “konum”-unu göndərməsi müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 həmin şəxsdən müxtəlif vaxtlarda dəfələrlə narkotik vasitə aldığını bildirmişdir (cild 1, iş vərəqə 61). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında“ 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki hərbi rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli «İphone» markalı mobil telefonu, sağ yan cibindən 1 ədəd elektron tərəzini, 1 ədəd «LD» markalı siqaret qutusunu və 1 ədəd narıncı rəngli qutunu təqdim edir. Əvvəlcə Təqsirləndirilən şəxs1 narıncı rəngli qutunu açaraq içərisindən 13 ədəd ağ rəngli bükümlərdə, hər birinin içərisində ağ rəngli, spesifik iyə malik olan maddələri təqdim edərək həmin maddələrin «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, İran İslam Respublikası vətəndaşının gizlətdiyi yerdən əldə etdiyini, özü istifadə etdiyini, elektron tərəzi ilə satmaq üçün çəkilərini müəyyən etdiyini bildirir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd «LD» markalı siqaret qutusunun içərisindən 2 ədəd lampa hissəcikləri aşkar olunur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 həmin lampaların vasitəsilə narkotik vasitələri qəbul etdiyini bildirir. 13 ədəd ağ rəngli bükümlərdə, hər birinin içərisində ağ rəngli, kristal şəkildə maddələr, 2 ədəd lampa hissəcikləri, 1 ədəd elektron tərəzi, eləcə də 1 ədəd «İphone» markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs1 götürülmüş maddələr, tərəzi və 2 ədəd lampa hissəcikləri içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənir, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanır (cild 1, iş vərəqə 168). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 27 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş üzərində ***-***-**-** GSM nömrə olan “İphone” markalı, qızılı rəngli (üzərində göy rəngli üzlük) mobil telefona Təqsirləndirilən şəxs1, onun müdafiəçisi X7 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 mobil telefonun WhatsApp proqramından istifadə etməklə telefonunda «Qardaşım» kimi qeyd olunmuş İran İslam Respublikasının vətəndaşı olan şəxslə +**********21 nömrə ilə əlaqə saxlaması, onunla aralarında olan danışıqlar zamanı «Qardaşım» başlığı kimi qeyd olunmuş şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitənin qoyulduğu yerin işarələnmiş şəklini və yerləşmə xəritəsini, «40 k 10 p daşın dalında» sözlərini atması, Leylanın isə «çıxdım» yazması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan “İphone” markalı mobil telefona baxış zamanı telefonun “Qalereya” bölməsində narkotik vasitələrin qoyulduğu müxtəlif yerlərin və tərəzinin üzərində müxtəlif çəkilərdə bağlamaların fotoşəkillərinin olması aşkar edilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən dəfələrlə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib satışını həyata keçirdiyi bir daha öz təsdiqini tapmışdır. Baxış zamanı aşkar olunmuş fotoşəkillər protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 220-226). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 27 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung” markalı mobil telefona Təqsirləndirilən şəxs2, onun müdafiəçisi X10 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun “Qalereya” bölməsində narkotik vasitənin qoyulduğu yerin işarələnmiş fotoşəkli, kart və pul köçürmələrinin fotoşəkillərinin olması aşkar edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 həbs olunmamışdan əvvəl sonuncu dəfə təxminən fevral ayının 17-də Leylanın ona göndərdiyi kartın hesabına pul köçürdüyünü, “Qalereya” bölməsində həmin kartın və göndərdiyi pulun qəbzlərinin fotoşəkli olduğunu, narkotik vasitənin qoyulduğu yerin işarələnmiş fotoşəklini isə Təqsirləndirilən şəxs1 ona göndərdiyini qeyd etmişdir. Bundan başqa telefonda “WhatsApp” proqramından istifadə edilməklə iş üçün sübut əhəmiyyəti kəsb edən danışıq və ya yazışma müəyyən edilməmişdir (cild 1, iş vərəqə 232-235). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli 6/1061 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs1...” sözləri olan zərfdəki 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,555 qr, 1,102 qr, 0,621 qr, 0,549 qr, 0,470 qr, 0,520 qr, 0,540 qr, 0,752 qr, 0,531 qr, 0,592 qr, 0,670 qr, 0,705 qr, 3,165 qr, ümumilikdə təmiz çəkisi 10,772 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 ədəd şüşə borucuq və 1 ədəd elektron tərəzinin səthində psixotrop maddə metafetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 10,772 qram, tədqiqata sərf edildi 0,130 qram, qalıq 10,642 qram, cild 1, iş vərəqə 66-68). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli 6/1060 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs2...” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 50,087 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 50,087 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 49,987 qram, cild 1, iş vərəqə 72-73). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 20 may 2023-cü il tarixli 3095 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 238-239). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 16 iyun 2023-cü il tarixli 3800 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görümüşdür (cild 1, iş vərəqə 240-241). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 20 oktyabr 2023-cü il tarixli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 23 yanvar 2023-cü il tarixində 3 saylı İstintaq təcridxanasına daxil olmuş, təlimata uyğun olaraq tibbi müayinədən keçirilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs2 zədə aldığını bildirmiş, lakin baxış zamanı bədən səthində yeni xəsarət izləri aşkar edilməmişdir (cild 2). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 10,642 qram olan psixotrop maddə metafetamin, ona məxsus olan 1 ədəd üzərində ***- ***-**-** GSM nömrə olan “İphone” markalı qızılı rəngli mobil telefon, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 49,987 qram olan narkotik vasitə heroin, ona məxsus olan 1 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 242-255). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Göygöl rayon məhkəməsinin 9 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqə 167). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 6 mart 2023-cü il tarixli qərarından görünür ki, Göygöl rayon məhkəməsinin 9 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay 3 (üç) gün hissəsi iki günə bir gün hesabı ilə nəzərə alınmaqla 3 (üç) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzası ilə əvəz edilmişdir (cild 1, iş vərəqə 151-155). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 cəzasını çəkib qurtarmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 164-165). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı övladı vardır (cild 1, iş vərəqə 106). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 149-150). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 fevral 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 48). Cinayət işinin materiallarında olan “vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 130-132). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin tutulduğu müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 21 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixə kimi tutulduğu 1 (bir) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 21 fevral 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 18). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 143-146). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 30 aprel 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 21 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 162 manata görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 81 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 10,642 qram olan psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 49,987 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus olan 1 ədəd üzərində ***-***-**-** GSM nömrə olan “İphone” markalı qızılı rəngli mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus olan 1 ədəd “Samsung” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılmalı, -Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 21 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixə kimi tutulduğu 1 (gün) gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanısın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 30 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 21 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 162 manata görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 81 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 10,642 qram olan psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 49,987 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus olan 1 ədəd üzərində ***-***-**-** GSM nömrə olan “İphone” markalı qızılı rəngli mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus olan 1 ədəd “Samsung” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılsın, -Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.