Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-507/2025 14.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X10 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1979-cu ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-nin direktoru, məhkumluğu olmayan, Zəngilan rayonu, Həkəri qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi:
1. Təqsirləndirilən şəxs özgənin əmlakını təkrar hədə-qorxu ilə tələb etmək, habelə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Belə ki, o, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin iyul ayının ortalarında işlədiyi ünvan 2 ünvanında yerləşən ofisdə bir müddət əvvəl tanışı Zərərçəkmiş şəxs3 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmalarının intim videogörüntülərini ofisdə öncədən quraşdırdığı gizli kamera vasitəsilə lentə alıb həmin görüntünü sonradan Zərərçəkmiş şəxs3 “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərməklə rüsvayedici xarakter daşıyan həmin videogörüntünün pul müqabilində siləcəyini bildirməklə ondan hədə-qorxu ilə 2.000 manat pul tələb etmiş, 2024-cü ilin yanvar ayında isə Zərərçəkmiş şəxs3 məxsus 500 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin mart ayının əvvəllərində işlədiyi ünvan 2 ünvanında yerləşən ofisdə bir müddət əvvəl tanışı Zərərçəkmiş şəxs4 ilə cinsi əlaqədə olmalarının intim videogörüntülərini ofisdə öncədən quraşdırdığı gizli kamera vasitəsilə lentə alıb həmin görüntüləri sonradan Zərərçəkmiş şəxs4 şəxsən elə həmin ofisdə göstərməklə rüsvayedici xarakter daşıyan həmin videogörüntülərin pul müqabilində siləcəyini bildirməklə ondan hədə-qorxu ilə 500 manat pul tələb etmiş, bir neçə gün sonra isə Zərərçəkmiş şəxs4 məxsus 100 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə təkrar ələ keçirmişdir.
3. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün ona vəkillik xidmətinin göstərilməsi ilə əlaqədar müştəri qismində müraciət etmiş Zərərçəkmiş şəxs1 bankda kredit girovunda olan avtomobili ilə bağlı mübahisəli məsələsinin 5.000 manat qarşılığında onun xeyrinə həll edilməsində köməklik edəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunmuş qəsdlə 2024-cü ilin mart ayının ortalarında 3.000 manat və 06 aprel 2024-cü il tarixdə eyni ünvanda olmaqla əlavə olaraq 2.000 manat məbləğində pulu alaraq verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 5.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
4. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Yaşarı hadisədən təxminən 15-20 gün əvvəl tanımışdır. X14 rayon məhkəməsində təsadüfən görüşdüyü bir xanım tanış edərək yaxşı vəkil olduğunu bildirmişdir. 2023-cü ilin may ayında nağd pul çatmadığına görə “Kia Optima” markalı avtomobili lizinqlə götürmüşdür. Lakin onun “Kredit Evi” adlı təşkilatla problemi yaranmışdır. Buna görə də ona yaxşı vəkil lazım olmuşdur. “Kredit evi” təşkilatı “Xalq Bank”-dan maşını girov qoymaqla sahibinə ödəniş edib adına müqavilə açmışdır. Bank ondan 8.000 manat ilkin ödəniş almışdır. Həmin vaxtdan etibarən 2 ay ödəniş etmişdir. Lakin maşın tez-tez xarab olmağa başlamışdır. Ustalar avtomobilin təmirinə 5 minə yaxın pul çıxacağını bildirmişlər. O da Bankdan gizlincə avtomobili götürüb satmışdır. Həmin adam aylıqları ödəmədiyinə görə avtomobili geri götürməli olmuşdur. Avtomobili Suraxanıda servisə qoymuşdur. Banka ödənişi də 2 ay gecikdirmişdir. Hadisədən 4 ay əvvəl Gəncə şəhərindən gələndə Ucarda avtomobilin mühərrik hissəsində nasazlıq yarandığı üçün bir usta tapıb maşını evakuatorla Göyçay rayonunda servisə aparmışlar. Servisdə maşının mühərrik hissəsi sökülüb baxılmalı olduğunu bildirmişlər. O, maşını orda qoyub taksi ilə Bakıya gəlmişdir. 2 gün sonra usta zəng edərək bank işçilərinin onun avtomobilini servisdən evakuatorla apardıqlarını demişlər. Onunla kredit təşkilatı arasında narazılıq yaranmış və onu “problemli müştəri” kimi qeydə almışlar. Maşını və maşına görə ödədiyi pulu qaytarmamışlar. Ona avtomobil hərraca qoyularaq satıldıqdan sonra şirkətin öz pulunu götürüb, qalan pulu ona qaytaracağını demişlər. Buna görə də, vəkil axtarmağa başlamışdır. Yaşarla telefonla əlaqə saxlayıb tanışlıq vermiş, onu bir şəxsin vasitəsilə tapdığını bildirmiş və problemimi qısa olaraq danışmışdır. Yaşar ona ofisə gəlməsini demiş və ünvanı ona izah etmişdir. Səhərisi gün “Nəşriyyat’la üzbəüz beş mərtəbəli binanın alt hissəsində yerləşən ofisinə gedərək orada Yaşarla görüşmüşdür. Ofis bir otaqdan ibarət olmuş, Yaşardan başqa katibəsi də orada olmuşdur. Ofisdə ətraflı şəkildə Yaşara hər şeyi danışmış və işə aid olan bütün sənədləri təqdim etmişdir. Yaşar ondan bankdan müqavilə gətirməsini bildirmişdir. O, Yaşarla müqavilə bağlamaq istədiyini dedikdə, sonuncu sənədlərlə tanış olub növbəti gün bu işlə məşğul olub ona cavab deyəcəyini bildirmişdir. O, banka gedib müqaviləni istəsə də, müştəri olmadığı üçün ona sənədləri verməmişlər. 8 martdan sonra Yaşar zəng edərək bankın müqaviləsini istəmiş, o, banka getsə də ona sənədlərin verilməsindən imtina edildiyini demişdir. Yaşar onu ofisə dəvət etmişdir. Lakin həftə ərzində onun etdiyi zəngləri açmamışdır. 1 həftə sonra Yaşarın ofisinə getmişdir. Yaşar ona “siz lizinqə imza etmisiniz ki, avtomobildən imtina edirsiniz” demişdir. Yaşar ona maddi ziyan dəydiyi üçün bu işi qaldıracağını demişdir. O, bu işə görə nə qədər xərcinin olacağını soruşmuş Yaşar ondan 7.000 manat pul istəmişdir. O qədər pulunun olmadığını bildirmiş, məcbur olub 5.000 manata razılaşmışdır. O, Yaşara pulu bütöv şəkildə verə bilməyəcəyini demişdir. Yaşarla müqavilə bağlamaq istədikdə, sonuncu ona müqavilə bağlamaq üçün tələsməməsini demişdir. Novruz bayamından təxminən bir həftə əvvəl 17 martda Yaşarın ofisinə getmişdir. İşə başlaması üçün Yaşara ilk olaraq 3.000 manat vermiş, qalan 2.000 manat pulu da tez bir zamanda verəcəyini demişdir. Yaşar pulu götürüb yazı-pozu işinə başladığını demişdir. Yaşar ona həmçinin müqavilə sonra bağlayacaqlarını demiş və məhkəmələrdə olduğu üçün tez-tez zəng vurmamasını bildirmişdir. Xeyli vaxt keçməsinə baxmayaraq Yaşardan heç bir xəbər çıxmamışdır. Yaşar işlə bağlı heç vaxt ona zəng vurmamışdır. Yalnız onun özü Yaşara zəng vuaraq işlə maraqlanmışdır. Bir nəfər ona Yaşarla danışarkən səsini yazmasını məsləhət görmüş, o, Yaşarın səsini yazmışdır. 06 aprel 2024-cü il tarixdə Yaşara danışılmış pulun qalan 2.000 manat hissəsini vermək üçün ofisinə yollanmazdan əvvəl Nazim adlı tanışı ilə məsləhət etmişdir. Nazimə bu işi danışmış və sonuncudan onunla birlikdə getməsini xahiş etmişdir. Ofisə daxil olduqda Yaşar Nazimi içəri buraxmamışdır. Həmin vaxt Yaşar aqressiv olmuşdur. O, Yaşardan işi ilə bağlı nə yenilik olduğunu soruşmuşdur. Yaşar kobud şəkildə “əşi sən də bilirsən nə var? Hər dəqiqədən bir mənə yığırsan, mən iş adamıyam” demişdir. O da “əgər belədirsə, qaytarın mənim pulumu” demişdir. Yaşar səs tonunu dəyişdirib “yox e Samirə xanım, hamının həyatında problemlər olur, bir az əsəbiyəm” demişdir. O, Yaşara onunla belə tonda danışa bilməyəcəyini demişdir. O, həmçinin “mənə düzünü de, bu işi eləyəcəksən elə, eləməyəcəksənsə mənim sənə verdiyim o pulu da qaytar”. Demişdir. Yaşar bu işi həll edəcəyini demişdir. Bundan sonra o, qalan 2.000 manat pulu Yaşara vermişdir. Yaşar da pulu saymadan oturduğu stolun siyirməsinə atıb ona narahat olmamasını demişdir. Yaşarın dediyi vaxt keçsə də, işi ilə bağlı heç bir irəliləyiş olmamışdır. Buna görə qeyri-rəsmi olan həyat yoldaşı ilə məsləhətləşmiş, o da bir az gözləməsini demişdir. Növbəti dəfə Yaşara zəng etdikdə sonuncu onun telefonunu açmamışdır. Sonuncunun onu aldatdığını başa düşdüyü üçün şikayət etmişdir. Şikayət edərkən Yaşarın tutulmasını istəmədiyini, yalnız pulunu geri istədiyini demişdir. Lakin onu aldadaraq ərizə yazdıqdan iki gün sonra pulunun ödəniləcəyini demişlər. 1 həftə sonra onu izahat verməyə dəvət etmişlər. O, Yaşarın tutulmasını istəmədiyini desə də, ona Yaşarın üzərində başqa cinayət işlərinin də olduğunu demişlər. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında ona verilən suallara cavab olaaq göstərdi ki, Yaşara 5000 manat vermiş, lakin ona ziyanla bağlı ödəniş olmamışdır. Yaşarla telefon danışıqlarımın səs yazısı olan telefon sınsa da, telefonu sınıq vəziyyətdə də olsa məhkəməyə təqdim edə bilər. O, 5 il əvvəl borc müqaviləsi bağlayıb, borc pul götürmüşdür. Həbs olunduqdan sonra borc onun üstündə qalmışdır. İcraçı onu çağıraraq pul ödəməli olduğunu demişdir. Telefondakı səs yazıları pul tələbinə dair olmamışdır. Pul tələbi Yaşarın otağında olmuşdur. Mobil telefonunu BMCMİ-ə sübut kimi təqdim etmişdir. Yaşar zənglərinə cavab vermədiyi üçün pulu verəndən 2 gün sonra şikayət etmişdir. 3000 manat müqabilində Yaşar dövlət orqanlarına, prokurorluğa, DİN-ə, məhkəməyə ərizələrlə müraciət etməli, onun bank işini görməli idi. 2-ci dəfə yanına gedəndə Yaşar ona sənədləri topladığını, bunun 1-2 günün işi olmadığını demişdir. O, Yaşara 25 günə niyə heç nə edə bilmədiyini soruşmuş, Yaşar çoxlu müştərisinin olduğunu demişdir. Yaşar ona işlərini etibar etməsi barədə ərizəyə imza atdırmışdır. Avtomobilin lizinqinə ayda 600 manat ödəmişdir. Ona verdiyi 5000 manatın avtomobilin lizinqinin neçə ayının ödənişi etdiyini bilmir. Avtomobili qanunsuz olaraq onun əlindən alınmışdır. Yaşara verdiyi 5000 manat pulu geri istəməmişdir. Yaşarla ümumilikdə onun ofisində 4 dəfə görüşmüşdür. 3000 manat pulu 2-ci görüşdə, 2.000 manat pulu 4-cü görüşdə vermişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadəsində göstərdi ki, onu Yaşarın yanına BMCMİ-nin əməkdaşları göndərmişdir. Belə ki, başqa bir məsələ ilə bağlı ondan BMCMİə şikayət edildiyi üçün idarəyə çağrılmışdır. Baş idarədə ona bir nəfər vəkilin tutulmalı olduğunu demiş və hədə-qorxu gələrək ondan həmin vəkilin üzünə durmasını tələb etmişlər. Ondan şikayət edilən işə xitam verildiyi üçün bunun qarşılığında onlarla razılaşmış və Yaşarın ofisinə getmişdir. Ofisdə Yaşarla tanışlıq etmişlər. Sonuncu ondan pul istəməmişdir. O, Yaşara 10000 manat versə də, sonuncu həmin pulu götürməmişdir. Ondan X7 izahat almışdır. Təzyiq altında olduğu üçün həm istintaq, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrini təsdiq etmir. Ona təzyiq edən şəxslərin adlarını dəqiq bilmir. Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur.
5. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Yaşarla tanışlığı dostu Muxtar vasitəsi ilə olmuşdur. Muxtar sosial şəbəkə vasitəsi ilə ona yazmışdır. O, İnstarqramda paylaşım etdikdə rəy bölməsində dostunun ofisinə görüşərək oturub söhbət etmək üçün çağırmışdır. O, uzun müddət reaksiya verməmişdir. Lakin bir gün razılaşmış və Yaşarla görüşmüşdür. Sonuncu ilə tanışlıqları belə olmuşdur. Səmimi tanışlıq və yaxınlıq məqsədi ilə intim münasibətlə əlaqədar Yaşarla görüşmüşdür. Ofisdə Yaşar ona təhsili barədə suallar vermiş və ona yaxınlıq, intim təklif etmişdir. Təxminən 2020-ci ilin aprel ayının əvvəllərində Yaşarla görüşmüşdür. Bir müddət uzun fasilələrlə görüşmüşlər. Sonuncu dəfə 2024-cü ilin fevral ayında ona şantaj məqsədilə video göndərmişdir. Sonra votsada səsli mesaj göndərərək videonu yaymaması üçün ondan 2.000 manat pul istəmişdir. O qədər böyük məbləğdə pul tapa bilməyəcəyi üçün Yaşara ancaq 500 manat verə bilmişdir. Yaşar sonradan ondan 1500 manat da istəmişdir. Lakin həmin pulu nə vaxt istədiyini xatırlamır. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında ona verilən suallara cavab olaraq göstərdi ki, Yaşarın yanvar ayında ona göndərdiyi səs yazılarını, skrinşotları və videoları silmişdir. Yaşar intim münasibətdə olduqları videonu ona 2023-cü ilin iyul ayında atmış, pulu isə 2024-cü ilin əvvəlində, yanvar ayında istəmiş və həmin vaxtı Yaşarın ofisində vermişdir. Narahat olduğu üçün həmin tarixdən 6 ay sonra şikayət etmişdir. BMCMİ-ə özü getmişdir. Onu İdarəyə heç kəs dəvət etməmişdir. Yaşarın ondan pul tələb etməsi ilə bağlı hər hansı sübutu yoxdur. Yaşarla 3 dəfə görüşmüşdür. Videonun hansı görüşdə çəkildiyini bilmir. Yaşar dəfələrlə ona yazaraq görüşmək istədiyini demişdir. Lakin o görüşmək istəmədini bildirmişdir. Bundan sonra Yaşar intim münasibətdə olduqları videoları ona göndərmişdir. Təqsirləndirilən şəxs verdiyi 500 manatı tələb etmir. Təqsirləndirilən şəxs bağışlamır, sonuncudan şikayəti vardır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Yaşarı 2010-cu ildən bəri tanıyır və sonucu ilə görüşmüşdür. Son vaxtlar onu tez-tez işlədiyi ofisə yanına çağırmışdır. Yaşar onun faktiki ailəli olduğunu bimişdir. Onun ofisində olan kameradan, orada aparılmış videoçəkilişdən xəbəri olmamış, Yaşar sadəcə onu şantajla yanına çağırmışdır. Aramızda yaxın münasibət sonradan yaranmış və Yaşar çağıranda onun ofisində görüşmüşlər.. Yaşarın etdiyi videoçəkilişlərdən xəbəri olmamışdır. Yaşr ona münasibətdə olan zaman videoçəkilişlər etməsini bildirb ona göstərmişdir. Yaşar yanına gedib-gəlməsi üçün videolaradan istifadə edərək onu biabır edəcəyi ilə hədələmişdir. Yaşr onu əlindəki görüntülərlə saxlayırdı. Yaşar onunla özü görüşmək istəyirdi, ailəli olmasını bildirir, amma Yaşar özü əl çəkmirdi. Onun ailəsidəki hər kəsin nömrəsini bildiyi üçün ondan qorxub-çəkinirdi. O ifadəsində göstərmişdir ki, Yaşar ona “yanına gəlməsən videonu internetdə, telegramda yayacam” bildirmişdir. Videoya qədər Yaşarla heç nəyin müqabilində görüşməmiş, sadəcə həmin vaxta qədər o faktiki ailəli olmamış, sonradan qeyri rəsmi də olsa ailə qurmuş və onda da artıq görüşmək istəməmiş, lakin onu videçəkilişlərlə hədələmişdir. Videoları göstərib növbəti gəlişləri tələb etmişdir. 11 aprel 2024-cü ildə yenidən münasibətə videogörüntülərə görə məcbur olub daxil olmuşdur. O, Yaşardan polisə şikayət edə bilmirdi, çünki qorxurdu, əlində barəsində intim videogörüntülər var idi. BMCQMİ çağırılanda başqalarının da Yaşardan şikayət etdiyini görüb ürəklənib şikayət etmişdir. Zərərçəkmiş şəxs4 ifadəsi elan edildikdən sonra həmin ifadəni və Yaşarın intim videolarına görə ondan 1000 manat istəməsini və 100 manat verməsini təsdiq etmişdir. Həmçinin həmin pulu istəyərkən yanlarında heç kim olmadığını bildirmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsı tanımır. Sonuncunu ilk dəfədir ki, görür. Zərərçəkmiş şəxs Samirəni Sadıqovnı tanıyır. Samirə ona zəng edərək bir nəfərlə görüşəcəyini və onun da yanında olmasını demişdir. Samirə ilə nəşriyyatın yanında görüşmüşlər. Samirə binadakı ofisə daxil olmuş, ona vəkillə işinin olduğunu demişdir. Sonuncunun vəkillə nə danışdığını bilməmiş, sonra evə getmişdir. Samirə ona vəkillə nə barədə danışdığını deməmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır. Sonuncunu heç vaxt görməmişdir. Kafedə aşpaz işləyir, dönərçiydir. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuşdur. Tanışı Sabiti bir dəfə taksi sürücüsü kimi Təqsirləndirilən şəxs ofisinin yanına aparmışdır. Sabit maşından düşəndə sonuncuya “lazımdırsa mən də gəlim” demişdir. Sabit gəlməsini ehtiyac olmadığını demişdir. Sabit ofisə girdikdən 5-10 dəqiqə sonra ofisdən çıxıb yenidən onun maşınına əyləşmişdir. Sabitdən nə məsələ olduğunu soruşmuş, sabit ona “pul məsələsi var, vermişəm işim düzələcək” demişdir. O, məhkəmə istintaqında ona verilən suallara cavab olaraq göstərdi ki, Sabitin ona danışdıqlarının 20 faizini xatırlayır. Yanlış xatırlamırsa Sabit onunla gedəndə 10000 manat aparmışdır. O, Yaşarın ofisinin ünvanını tanısa da ofisə daxil olmamışdır.
8. 08 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 özünü vəkil kimi təqdim edən Yaşar adlı şəxsin onun kredit təşkilatı ilə yaranmış problemini həll edəcəyinə dair vəd verməklə aldadıb 5000 manat pulunu ələ keçirdiyini, həmin şəxsin məsuliyyətə cəlb olunaraq ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. (Cild 1 i.v. 3)
9. 08 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 vəkil kimi müraciət etdiyi Yaşar adlı şəxsin pul tələbi ilə bağlı məsələni onun xeyrinə həll edəcəyini vəd verərək aldadıb 20000 manat pul vəsaitini ələ keçirdiyini, həmin şəxsin məsuliyyətə cəlb olunaraq ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. (Cild 1 i.v. 8)
10. 27 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Yaşar adlı şəxsin onu rüsvay edəcəyi hədəsi ilə 2000 manat pul tələb edərək 2023-cü ilin əvvəllərində 500 manat pul alaraq dələduzluq etdiyini bildirmişdir. (Cild 1 i.v. 134)
11. 12 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan rüsvayedici məlumatları yaymaq yolu ilə hədə-qorxu gələrək 2024-cü ilin mart ayında 1000 manat istədiyini, həmin puldan 100 manat pul verdiyini bildirmiş, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (Cild 1 i.v. 205)
12. 15 aprel 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 20:05-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 75)
13. 16 aprel 2024-ci il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v. 110-114)
14. 10 aprel 2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi mobil tətbiqi vasitəsilə aparılan danışıqların səs yazılarının köçürüldüyü 01 ədəd CD diskə keçirilən baxış zamanı məlum oldu ki, təqdim edilən həmin 01 ədəd CD diskin üzərində 19 səs yazısı vardır. Səs yazılarma ayrılıqda olaraq baxış keçirildi. Səs yazıların böyük əksəriyyətinin Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında səsli formada ümumi söhbətlər ətrafındən aparılan danışıq olması, sayca 13-cü səs yazısında Təqsirləndirilən şəxs “Salam Samirə xanım, necəsiz? Biz o müqaviləni gözlədik... oğlandan...sanki o, müqavilə verməli idi... vermədi, biz də düşdük fasilələrə...fasilələrdən çıxandan sonra yazacam, yəni ged’ışat yoxdur, gedişat müqavilə çatsaydı yaza bilərdim o da çatmadı getdik fasilələrə...27-si iş başlayır, hardasa 28-29-u yazıb verərəm...” səsli yazı müəyyən edilmişdir. Bundan başqa, təqdim edilən səs yazılarında sonuncu, sayca 19-cu səs yazısında Zərərçəkmiş şəxs1 Nazim adlı şəxslə danışığını əks etdirir. Həmin səs yazısında Zərərçəkmiş şəxs1 (A) ilə Nazim adlı şəxsin (B) arasında olan danışığın aşağıda qeyd olunan qaydada aparılması məlum olmuşdur: A - Salam... B - Salam salam...Samirə xanım A - Nazim nətərsən nə var nə yox? B - Saqlığın sağ ol, şükür Allaha A - ...nə edirsən? B - Salamatçılıqdır... A - Nazim, bu gün vaxtın var? mən vəkilin yanına gedəcəm, ona pul verməliyəm də 5.000 maşınım üçün... B-Aha.. A - Vaxtın var bir yerdə gedək? B - Mənim gözüm üstə A - Hə, sənin başına dönüm, bir yerdə gedək, çünki vəkildir də, səhər demək olmaz, deyər verməmisən, falan...saat neçədə görüşək gedək? B - Nə vaxt desən, boş bekaram A - Mən sənə ünvan desəm ora gələ bilərsənmi? B - De görüm hansı tərəfdir? A - Nəşriyyatın yanı..düz onun qabağı...gələrsən mən də indi evdən çıxıram, orda elə bir yerdə görüşək girərik bir yerdə B - Bir saata zada mən çataram A - Olsun, saat 3-də də mən ordayam B - 3, 4-ə işləmiş olacam orda...
15. 28 iyun 2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Samsung markalı mobil telefonun “Screenshots” qovluğunda olan fotogörüntülər içərisində bir nəfər uzun saçlı kişi cinsindən olan şəxsin ofis tipli otaqda divan qarşısında sallağı oturub siması ekrana düşməyən naməlum şəxsin cinsiyyət üzvünü ağız nahiyəsinə alararaq cinsi əlaqədə olmalarının 10 iyul 2023-cü il tarixdə yaradılmış (skrinşot olması nəzərə alınmaqla) dörd ədəd fotogörüntü aşkar edildi. Bundan başqa, həmin mobil telefonun daxili yaddaşında olan “Hik-Connect Album” adlı qovluğunda Təqsirləndirilən şəxs ofisində quraşdırılmış gizli kamera vasitəsilə aparılmış videoçəkilişlərin fıksə edilmiş görüntüləri aşkar edilmişdir. Həmin görüntülərin içərisində həm ofisin adi qaydada iş rejimini əks edən videogörüntülər, həmçinin də Təqsirləndirilən şəxs tərəfindən müxtəlif şəxslərlə cinsi əlaqədə olmasının qarşı tərəf üçün qeyri-aşkar formada, gizli olaraq qeydə alınmış videogörüntüləri aşkar edildi. Konkret olaraq isə **********3017417_Kanal01 JD01875315 adlı faylda yuxarıda qeyd olunan skrinşotun bilavasitə videogörüntüsü müəyyən edildi. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs kişi cinsindən olan şəxslə oral qaydada cinsi əlaqədə olmasının videogörüntüsü, habelə, **********0834592_D**********_D01875315, **********3955436 D**********_D01875315, **********4549282_D**********_D01875315, **********5000043JD**********_D01875315, **********3618285 D**********_D01875315, **********0133982JD**********_D01875315, **********1954979_D**********JD01875315, **********3715496_D********** _D01875315, **********2800267_D**********_D01875315, **********3114567_D**********_D01875315, **********3439707JD**********_D01875315, **********0242201 D**********_D01875315, **********2931422_D**********_D01875315, **********2801037_D**********_D01875315 adlı fayllarda Təqsirləndirilən şəxs naməlum qadınlarla həm oral, həm də təbii yolla cinsi əlaqədə olmasının videofaylları müəyyən edildi. Ona görə həmin mobil telefon aparatı maddi sübut kimi tanınaraq saxlanması üçün BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmişdir.
16. İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefona Zərərçəkmiş şəxs4 iştirakı ilə keçirilən baxış zamanı mobil telefon aparatının daxili yaddaşında olan “Hik-Connect Album” adlı qovluğunda Təqsirləndirilən şəxs ofisində quraşdırılmış gizli kamera vasitəsilə aparılmış videoçəkilişlərin içərisində **********5000043JXH 87531511_D01875315, **********3715496_D**********_D01875315, **********2800267_D**********_D01875315, **********3114567_D**********_D01875315, **********3439707_D**********_D01875315 və **********2801037_D**********_D01875315 adı ilə qeyd edilmiş videofayllarda Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmuş şəxsin özü olduğunu və məhz həmin videogörüntülərin ona Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək pul tələb edildiyini bildirmişdir.
17. 04 iyul 2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefona Zərərçəkmiş şəxs3 iştirakı ilə keçirilən baxış zamanı mobil telefon aparatının daxili yaddaşında “Screenshots” qovluğunda olan fotogörüntülər içərisində bir nəfər uzun saçlı kişi cinsindən olan şəxsin ofis tipli otaqda divan qarşısında sallağı oturub siması ekrana düşməyən naməlum şəxsin cinsiyyət üzvünü ağız nahiyəsinə alararaq cinsi əlaqədə olmalarının 10 iyul 2023-cü il tarixdə yaradılmış (skrinşot olması nəzərə alınmaqla) dörd ədəd fotogörüntülər və həmin mobil telefonun daxili yaddaşında olan “Hik-Connect Album” adlı qovluğunda Təqsirləndirilən şəxs ofisində quraşdırılmış gizli kamera vasitəsilə aparılmış videoçəkilişlərin içərisində **********3017417_Kanal01 D01875315 adlı faylda qeyd olunan skrinşotun bilavasitə tam metrajlı videogörüntüsü Zərərçəkmiş şəxs3 təqdim edildi. Zərərçəkmiş şəxs3 həmin videogörüntü ilə fotogörüntülərə baxış keçirərək orada Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmuş şəxsin özü olduğunu və məhz həmin videogörüntüdə olan skrinşot görüntünün ona Təqsirləndirilən şəxs tərəfindən göndərilərək pul tələb edildiyini bildimişdir. (Cild 1 i.v. 159-160)
18. 11 aprel 2024-cü il tarixli arayışdan görünür ki, zərərçəkmiş şəxs Ənvərli X4 Yaşar Vaqif oğlu ilə aralarında olan danışıqların skrinşot formasında olan görüntüləri telefonundan silinməsi səbəbindən təqdim edə bilməyəcəyini demişdir. (Cild 1 i.v. 139- 140)
19. "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrənin 16 aprel 2023-cü il tarixdən 16 aprel 2024-cü il tarixədək müddətdə mövcud olan zəng və sms siyahısına, sms mətnlərinə, abunəçilərə və əhatə dairəsinə dair məlumatlar təqdim edilmişdir. (Cild 1 i.v. 129). Həmin məlumatlara 11 may 2024-cü il tarixdə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı sübut aşkar olunmamışdır. (Cild 1 i.v. 131)
20. 15 aprel 2024-cü il tarixli axtarış və götürmə protokolundan görünür ki, ünvan 2 ünvanında yerləşən ofisdə Təqsirləndirilən şəxs köməkçisi otağından iki ədəd “HP” markalı noutbuk, Təqsirləndirilən şəxs öz ofisindən isə bir ədəd üzərində kamera qurğusunun yerləşdirildiyi səsgücləndirici qoşulmuş olduğu bir ədəd sistem bloku, ayrıca bir ədəd sistem bloku, 02 ədəd mobil telefon və 7 ədəd disk aşkar olunaraq götürüldü. (Cild 1 i.v. 64-65)
21. 24 aprel 2024-cü il tarixli götürülmüş əşyalara baxış protokolundan görünür ki, iki ədəd “HP” markalı noutbuk, Təqsirləndirilən şəxs öz ofisindən isə bir ədəd üzərində kamera qurğusunun yerləşdirildiyi səsgücləndiricin qoşulmuş olduğu bir ədəd sistem bloku, ayrıca bir ədəd sistem bloku, 02 ədəd mobil telefon və 7 ədəd diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək sübut aşkar olunmamışdır. (Cild 1 i.v. 123)
22. 23 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən ofisdə axtarış zamanı aşkar edilmiş gizli kamera maddi sübutlarn saxlama otağına təhvil verlmişdir. (Cild 1 i.v. 249-264)
23. 24 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 182.2.2-ci maddələri ilə ittiham elan edilmişdir. (Cild 1 i.v. 266-267)
24. Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1 i.v. 128)
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
25. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 182.2.2-ci maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 15 aprel 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulmuşdur. O, qanunsuz formada 5 nəfər əməliyyatçı tərəfindən tutulmuşdur. Tutulan kimi əməliyyatçılar onun telefonunu əlindən almışlar. Onu bağda gedərkən saxlayıb idarəyə aparmışlar. X7 idarədə ona 09 apreldə onun barəsində cinayət işi açıldığını demişdir. Müstəntiq cinayət işinin başlanma səbəbinin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adlı şəxslər onun barəsində şikayət ərizəsi yazmaları olmuşdur. Müstəntiq həmin şəxslər şikayət edərək hüquqi xidmət göstərməklə bağlı birindən 20 min manat, digərindən 5 min manat pul aldığını qeyd etmişdir. O, izahatında həmin şəxslərin ona öz problemləri ilə bağlı müraciət etdiklərini bildirmişdir. Samirənin lizinqlə bağlı problemləri olmuşdur. Sonuncu lizinqdən maşını götürüb girov qoymuş, bank borcunu ödəyə bilmədiyinə görə avtomobili qanunsuz olaraq evakuatorla götürülmüşdür. Digər şəxs, yəni Sabit Əmvərlinin isə metal alveri ilə bağlı almalı olduğu pulla bağlı olmuşdur. Lakin satan və alan tərəfindən ona pul verilməmişdir. O, Sabirə və Samirəyə ərizə və şikayətlərini yazmağı təklif etmiş, onlar da qəbul etmişlər. Bir-iki dəfə də ofisinə gəlib getmişlər. Həbs olunduqdan 3 ay sonra şəxsi həyat məlumatlarını təşkil edən sirri pozaraq qanunsuz olaraq telefonuna daxil olaraq münasibətdə olduğu şəxslərin hər birini idarəyə çağırmışlar. Həmin şəxslərdən ikisinin iradə ifadəsini qıraraq onunla qarşqarşıya qoymuşlar ki, guya o, birindən 100 manat, digərindən 500 manat pul tələb etmişdir. Bu cinayət işi üzrə 4 nəfər guya pulu hərəsi 2 və ya 3 dəfə verdiklərini demişlər. Lakin onun həmin şəxslərdən pul tələb etməsi ilə bağlı heç bir sms və ya zənglə təsdiq edəcək sübut yoxdur. Həmin şəxslər yalnız onun pul tələb etdiyini bildirmiş, pulun tələb edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişlər. Onun fikrincə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi özü bu cinayət işini özü təşkil etmişdir. Sonuncu görüşlərinin tarixi yadında qalmamışdır.
26. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Həkəri qəsəbəsində yaşadığı müddət ərzində barəsində nümayəndəliyə nümayəndəlik sakinləri tərəfindən şifahi və yazılı şikayət daxil olmamışdır. (Cild 1 i.v. 127)
27. "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, 01 mart 2024-cü tarixdə saat 00:00-dan 15 aprel 2024-cü il tarixə saat 23:59-dək olan müddət ərzində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı və Zərərçəkmiş şəxs2 Bəfadar oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin fəaliyyət göstərdiyi ərazinin müəyyən edilməsi üçün həmin mobil nömrələrin anten məlumatları, eləcə də həmin mobil nömrələrin giriş-çıxış zənglərinin vaxtı və SMS mətnləri məhkəməyə təqdim edilmişdir. (Cild 2 i.v. 122)
28. "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, 01 mart 2024-cü il tarixdən 17 iyul 2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin anten dairəsi, həmin nömrələrə giriş-çıxış zənglərinin vaxtı və SMS mətnləri məhkəməyə təqdim edilmişdir. (Cild 2 i.v. 156)
29. Azərfon” MMC-dən daxil olmuş məktubdan görünür ki, 01 iyul 2023-cü il tarixdən 05 iyul 2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin anten dairəsi, həmin nömrələrə giriş-çıxış zənglərinin vaxtı və SMS mətnləri məhkəməyə təqdim edilmiş, 01 mart 2024-cü il tarixdən 17 iyul 2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 istifadəsində olan 703515460, 705987897, 707458757, 708045667, 708086973, 708314307, 708695895, 775640153, 775640416, 775900973, ********* saylı mobil nömrələrin göstərilən tarixdə Azərfon şəbəkəsində istifadə olunmadığı bildirilmişdir. (Cild 2 i.v. 158)
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
30. CM-nin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
31. CM-nin 182.2.2-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə təkrar törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
32. Maddə 3. Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
33. Maddə 8.1. Cdinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
34. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.
35. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
36. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
37. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
38. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
39. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
40. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər;
41. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin;
42. Maddə 139. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
43. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
44. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
45. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
46. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
47. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
48. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarı
49. Qərarın 1-ci bəndi. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
50. Qərarın 2-ci bəndi. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür.
51. qərarın 3-cü bəndi. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.
52. Qərarın 8-ci bəndi. Oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir.
53. Qərarın 10-cu bəndi. Dələduzluq hədə-qorxu ilə tələb etmə cinayətindən (CM-nin 182-ci maddəsi) onunla fərqlənir ki, dələduzluğun törədilməsi zamanı zərər çəkmiş şəxsin iradəsinə aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə, CM-nin 182-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zamanı isə zərərçəkmişə ünvanlanmış hədə-qorxu (zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakının tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətləri etməyi tələb etmə) vasitəsilə təsir göstərilir. Dələduzluq maddi tərkibli cinayət olduğundan, həmin cinayət əmlak (əmlaka olan hüquq) ələ keçirildikdən sonra təqsirkarın ona sərəncam vermək imkanının yarandığı andan, hədə-qorxu ilə tələb etmə isə formal tərkibli cinayət kimi müəyyən edildiyindən, təqsirkar tərəfindən yuxarıda sadalanan hərəkətlərin edildiyi andan əmlakın (əmlaka olan hüququn) ələ keçirilib-keçirilməməsindən və ya əmlak xarakteri daşıyan hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq başa çatır.
Avropa Məhkəməsinin president hüququ:
54. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
55. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
56. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
57. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
58. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
59. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməyərək ayrıayrılıqda zərərçəkmiş şəxslərə qarşı dələduzluq etmədiyini və hədə-qorxu ilə pul tələb etmədiyini, ümumiyyətlə bu cinayət işinə onun aidiyyətinin olmadığını bildirmişdir.
60. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı dələduzluq edib-etməməsini, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hədə-qorxu ilə pul tələb edib-etmədiyini araşdırmalıdır.
61. İlk olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pulunu dələduzluqla ələ keçriməsi məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Belə ki, Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində Yaşara hər hansı pul vermədiyini, ondan hər hansı pul istəmədiyini bildirmişdir.
62. Zərərçəkmiş şəxs1 epizodu ilə bağlı isə zərərçəkmiş ifadəsində cəmi 5000 manat pulu Təqsirləndirilən şəxs iki dəfəyə verməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazılarından da göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hüquqi xidmət göstərməyi vəd edir. Zərərçəkmiş şəxs1 telefonunun anten məlumatları tədqiq edildikdə aydın olur ki, xx.xx.2024-cü il tarixdə 17:22, 18:21, 18:22-də NESHRİYYAT/Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə/Yasamal/ (40.369xx/xx.80985) antenində olmuşdur. Təqsirləndirilən şəxs ofisi də məhz orada yerləşir və Təqsirləndirilən şəxs telefonu da həmin antendə olmuşdur. Digər epizodla bağlı isə Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə həmin ünvanda olması işin mübahisəsiz halıdır. Belə ki, Şahid1 və Təqsirləndirilən şəxs də Samirənin ofisə gəlməsini təsdiq etmişlər.
63. Zərərçəkmiş şəxs4 hədə-qorxu epizodu ilə bağlı məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə görüşməsi və intim münasibətdə olmaları işin mübahisəsiz halıdır. Belə ki, Təqsirləndirilən şəxs də, Zərərçəkmiş şəxs4 da bunu təsdiq etmiş, eləcə də video görüntülərlə də bu müəyyən olunur. Mübahisə doğuran hal Yaşarın Aygünü intim görüntülərlə sonuncu məhkəmə baxışında Təqsirləndirilən şəxs onu intim videolarla şantaj etməsini və ondan pul istəyib almasını təsdiq etmiş və ətraflı şəkildə səbələrini izah etmişdir. İttihamda əks olunmuş 2024-cü ilin mart ayındakı hədəqorxudan sonra xx.xx.2024-cü il tarixli intim video ilə bağlı qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əvvəlki intim videoların yayacağı ilə hədələməklə onu yenidən görüşə çağırmış, o da həmin videoların sosial şəbəkədə yayılacağından ehtiyat edərək buna razılıq vermişdir.
64. Zərərçəkmiş şəxs3 intim videolarının olması və Yaşarda həmin intim videoların olması işin mübahisəsiz halıdır. Zərərçəkmiş şəxs3 məhkəmədə Yaşarın üzünə qarşı həmin videoların onun telefonuna ataraq yayacağı ilə şantaj etmiş və bunun müqabilində ondan pul tələb etmiş və o da həmin pulu görüşüb ona vermişdir.
65. İşin digər mübahisəli halı Yaşardan götürülmüş telefonla bağlıdır. Belə ki, həmin telefonun götürülməsi barədə rəsmi protokol olmamış, lakin həmin telefona baxış keçirilmiş və həmin videolar tədqiq edilmişdir. Həmin telefona baxış xx.xx.2024-cü il tarixdə keçirilmiş və həmin vaxta qədər artıq intim videoda əks olunmuş Zərərçəkmiş şəxs3 BMCQMİ-nə şikayət etmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 BMCQMİ-nə xx.xx.2024-cü il tarixdə edilmişdir. Odur ki, “zəhərli ağacın meyvəsi prinsipi baxımından qanunsuz götürmənin bəhəri deyildir. Həm də zərərçəkmişlər sərbəst iradə ifadələrini məhkəmə baxışında bəyan etmişlər. Yəni onların ifadələri müstəqil sübut meyarına uyğun gəlir.
66. Zərərçəkmiş şəxs3 telefon anten məlumatları tədqiq edildikdə xx.xx.2024-cü il saat 18:01, 18:49-da “UBBK4817A/UBBK4817 ADDL/Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 19/Narimanov/ (40.38xx/xx.85143)”, xx.xx.2024-cü il saat 18:59-da “UBBK6109D/UBBK6109 C. Zeynalov 8/Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov 8/Narimanov/ (40.393xx/xx.8577)” antenlərində olmuşdur. Google Map proqramı vasitəsi ilə araşdırdıqda BMCQMİ-i ilə birinci ünvan arasında 906 metr, ikinci ünvan arasında 239 metr məsafə vardır. Bu da onu təsdiq edir ki, Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə BMCQMİ-də olmuşdur.
67. Zərərçəkmiş şəxs3 ifadəsində 2024-cü ilin əvvəlində, təxminən yanvar ayında Təqsirləndirilən şəxs ondan tələb etdiyi 500 manatı ofisində verməsini bildirmişdir. Bu xüsusat həm Yaşarın, həm də Etibarın anten məlumatları araşdırılaraq yoxlanılmış və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 telefonu xx.xx.2024-cü il tarxidə saat 14:04də “LBBK6205O2/LBBK6205 M-İnshaatchilar//Yasamal/ (40.389xx/xx.80265))” antenində olmuş, sonrakı anten 14:43-də qeydə qalınmışdır. Təqsirləndirilən şəxs anteni isə 13:32-dən başlayaraq 14:18, 15:56 “Azerbaycan Memarliq ve İnsaat Universiteti” antenini göstərir ki, bu da Yaşarın ofisinin yaxınlığıdır. Google Map-dən aydın olur ki, Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə saat 14:04-də avtomobillə Yaşarın ofisində 8 dəqiqəlik məsafədə olmuş və 14:12-də Təqsirləndirilən şəxs ofisində olub pulu verib çıxıb getməsi və 14:43-də avtomobillə 16 dəqiqəlik məsafədə olan növbədi “LBBK4239O5/LBBK4239 Cavadxan 21A//Nasimi/ (40.411xx/xx.81244)” antenində olması mümkündür.
68. Verilmiş ittihamda Zərərçəkmiş şəxs1 pulu ələ keçirərkən qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməsi göstərilmişdir. Ancaq toplanmış sübutlardan Təqsirləndirilən şəxs vəkil adından istifadə edərək hüquqi xidmət göstərmək adı ilə pulu ələ keçirməsi müəyyən olunmuş, “Femida” hüquq firmasının direktoru kimi hər hansı vəzifəsindən irəli gələn hərəkətlər yol verməmişdir. Ona görə də, ittihamdan CM-nin 178.2.3-cü maddəsi xaric edilməlidir. Həmçinin Zərərçəkmiş şəxs2 ilə bağlı epizod təsdiqini tapmadığından CM-nin 178.2.4-cü maddəsi ittihamdan xaric edilməlidir.
69. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir.
70. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
71. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır.
72. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
73. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əməlində onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir.
74. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir.
75. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə 11 iyun 1996-cı il tarixli amnistiya aktlna əsasən cinayət işinə xitam verilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 avqsut 2007-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 oktyabr 2022-ci ildə CPM-nin 40.3 və CM-nin 73-1.2-ci maddələrinə əsasən barəsində olan işə xitam verilmişdir. (Cild 1 i.v. 131-133)
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
77. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
78. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 2 (iki) il 6(altı) ay, 182.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş 5(beş) il azadlıqdan məhrum etmə cəzasının qismən toplamaqla vahid cəza təyin etməklə cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də, ədalətli hesab edir.
79. Təqsirləndirilən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
80. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 15 aprel 2024-cü il tarixdən hesablanmalıdır.
81. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş gizli video kamera və cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd mobil telefon Təqsirləndirilən şəxs, razılığı olduğu halda ailə üzvlərinə (içərisində intim görüntülər olan videolar silinməklə) qaytarılmalı, 7 (yeddi) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır.
82. İş üzrə mülki iddia yoxdur və iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin CPM-nin 344-347, 349, 350.2, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 182.2.2-ci maddələri ilə nəzərdə maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş gizli video kamera və cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, 7 (yeddi) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev