Məhkəmə qərarları › İş №1(101)-508/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-508/2020

09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-508/2020 09.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov x16 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi x2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1996-cı ildə Ağsu rayonunun Hinqar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 saylı Cüdo-Sambo məktəbində müəllim işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Minkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, bina 10, mənzil 107-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmişdir. Belə ki, o, x11 ilə qeyri-rəsmi nikah münasibətində olub azyaşlı övladı ilə birgə sonuncunun anası Şahid2 məxsus ünvan 1 ünvanında yaşayan bacısı Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməklə mütəmadi olaraq ayrı-ayrı kişilərlə intim münasibətdə olmasından şübhələnib bacısından əməllərindən çəkinmək və onunla birgə yaşamasını dəfərlərlə tələb etsə də, bunun faydasız olduğunu görüb Zərərçəkmiş şəxs qısqanclıq zəminində qəsdən öldürmək qərarına gələrək bu məqsədlə 2019-cu ildə noyabr ayının istintaqa məlum olmayan günündə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində istintaq zamanı müəyyən edilməsi mümkün olmayan mənbədən zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli, kəsici-deşici xassəyə malik soyuq silah hesab edilən bir ədəd bıçağı qanusuz olaraq əldə edib gəzdirmiş, Zərərçəkmiş şəxs ondan mərhum bacısı və anasının qəbirlərini ziyarətə aparmaq xahişini etdikdə, planlaşdırdığı cinayət əməlini başa çatdırmaq üçün əlverişli şəraitin yarandığını görüb qanunsuz olaraq əldə edib gəzdirdiyi bıçaqla silahlanıb 24 noyabr 2019-cu il tarixdə saat 12 radələrində Bakı şəhəri, “20 yanvar” metrostansiyasının yaxınlığında bacısı ilə görüşüb onunla birlikdə taksi ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlığa getmiş, anaları və bacılarının məzarlarını ziyarət edərkən yenidən Zərərçəkmiş şəxs əxlaqsızlıqdan çəkinməyini, onunla birlikdə yaşamağı təklif etsə də, bacısı ona kobud formada cavab qaytararaq öz həyatını yaşayacağını bildirməsindən daha da hiddətlənib qabaqcadan özü ilə gətirdiyi ov bıçağı ilə xüsusi əzab və işgəncə verdiyini dərk etməklə Zərərçəkmiş şəxs həyatı üçün vacib orqanların yerləşdiyi sinə nahiyəsinə çoxsaylı zərbələr yetirməklə ona qarın nahiyəsinin sağ yan səthində, ayaqaltından 94 sm məsafədə yerləşən 1 ədəd, sağ bud-çanaq oynağı nahiyəsinin bayır səthininin 1 ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthinin 1 ədəd, sağ bazunun aşağı 1/3-nin ön səthinin 1 ədəd, sağ saidin yuxarı 1/3-nin ön səthinin 1 ədəd, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin 3 ədəd, sol bazunun aşağı 1/3-nin ön səthinin 1 ədəd və sağ kürək nahiyəsinin 3 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sol əlin arxa səthinin kəsilmiş yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid olan 13 ədəd xəsarət və döş qəfəsinin ön səthində orta xətti üzrə ayaq altından 116 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sol yarısında orta körpücük xətti üzrə ayaqaltından 108 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sağ yarısında orta körpücük xətti üzrə ayaqaltından 111 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sağ yarısında məmə xətti üzrə ayaqaltından 107 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sağ yarısında məmə xətti üzrə, ayaqaltından 106 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sağ yan səthində arxa qoltuq xətti üzrə ayaqaltından 105 sm məsafədə yerləşən 1 ədəd, sol kürəkaltı nahiyənin 1 ədəd, sağ kürəkaltı nahiyədə sağ onurğa xətti üzrə yerləşən 1 ədəd və sağ kürəkaltı nahiyədə kürək xətti üzrə yerləşən 1 ədəd daxilə nüfuz edən ürək kisəsini, ağciyərləri, diafraqmanı, sağ böyrəyi və nazik bağırsağı yaralayaraq kəskin qanitirmə törədən deşilmiş-kəsilmiş yaraları, boyun nahiyəsinin ön və yan səthlərini əhatə edən 1 ədəd traxeyanı, yuxu arteriyaları və vidacı venaları yaralayan kəsilmiş yaraları ilə müşayiət olunan kəskin qanitirmə nəticəsində zərəçəkmiş şəxsin ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vurmaya aid 10 ədəd, ümumilikdə isə 23 ədəd xəsarət yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Asəf Fərzalıyev ilə birlikdə yaşamış və Yasamalda 1 nömrəli cüdo-sambo idman məktəbində müəllim işləmişdir. 2014-cü ilin avqust ayının əvvəllərində kiçik bacısı Aytən ona məlum olmayan səbəbdən evdən çıxıb getmiş və təxminən 10 gündən sonra evə qayıtmışdır. Aytən evə qayıtdıqdan sonra 12 avqust 2014-cü il tarixdə anası Kifayət Abbasova və bacısı x8 rayonunda yaşadıqları evin 9-cu mərtəbəsindən özlərini ataraq intihar etmişlər. Həmin hadisə ilə bağlı anası ilə bacısının ölümündə atası təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmə zamanı hərbi xidmətdə olmuş, ifadə vermək üçün məhkəməyə gətiriləndə bacısı Aytən heç bir zaman onunla üzbəüz gəlməmişdir. Aytən atasına qarşı ibtidai istintaqda və məhkəmədə ifadə verib anası ilə digər bacısının ölümündə atasını günahlandırmışdır. Hərbi xidmətdən qayıdanda atası cəzaçəkmə müəssisəsində olmuş, Aytən isə həmin vaxt uşaq evindən yeni çıxmışdır. Aytən onu “İnstagram”da tapıb görmək istədiyini demişdir. O, Aytənlə görüşəndə hər şeyin ona görə olduğunu bildirmişdir. Belə ki, Aytən evdən çıxıb getdiyinə görə bacıları ilə analarının ölümündə və atalarının həbs olunmasında özünü günahkar bilmişdir. Sonra Aytənlə birlikdə yaşamağı təklif edib ona baxacağını demişdir. Aytən də öz həyatı olduğunu, ona heç kimin qarışa bilməyəcəyini demişdir. Bu söhbətdən bir il keçdikdən sonra Aytən ona “WhatsApp” danışıq proqramı vasitəsilə yazıb görüşmək istədiyini demiş, sonra da həmin görüşə rəfiqəsilə gəlmişdir. Həmin görüşdə ümumi söhbət etdikdən sonra Aytənə 50 manat pul vermişdir. Bundan 1-2 gün sonra yenidən Aytənlə görüşmüş, bu dəfə bacısı görüşə tək gəlmişdir. Aytən ondan 100-150 manat pul istəmiş, o da təxminən həmin məbləğdə pulu bacısına vermişdir. Təxminən 7 ay əvvəl Binəqədi rayonunda yerləşən adını xatırlamadığı gecə klublarından birində Aytəni görmüşdür. Həmin vaxt Aytən yanında 2-3 qızla birlikdə qəlyan çəkmiş, o, bunu görən kimi həmin klubu tərk etmişdir. Ondan sonra məhz Aytənin həmin klubda olub-olmamasını bilmək üçün yenə ora getmiş və bacısının orada olduğunu görmüşdür. Aytən onunla telefonla danışanda heç kimin onun həyatına qarışa bilməyəcəyini təkrar etmiş, təxminən 5 ay əvvəl Aytən onunla telefonla danışanda uşağı olduğunu, adının Hüseyn olduğunu deyib videosunu da atmışdır. Onda bilmişdir ki, bacısının övladı olmuşdur. Hadisədən təxminən bir həftə əvvəl Aytənlə telefonla danışanda sonuncu ondan yenə 100 manat pul istəyib çay evində işlədiyini, həmin obyektin kirayə pulunu verə bilmədiyini demiş, həmin danışıqdan sonra o, Aytənlə “Başkənd” kafesində axşam saat 19 radələrində görüşmüşdür. Aytənlə növbəti dəfə yenə söhbət edib ona baxmaq istədiyini, onunla yaşamasını təklif etsə də, o, bunu qəbul etməmişdir. Həmin vaxt Aytən ondan 400 manat pul istəmiş, o da həmin məbləğdə pulu ona vermişdir. Həmin görüşdə Aytənin uşağının atasının həbsdə olduğunu bilmişdir. Bundan sonra hadisədən bir neçə gün əvvəl Aytən yenə zəng edib meyvə-tərəvəz dükanından borc pul götürdüyünü deyib ondan 100 manat pul istəmiş, o da həmin məbləğdə pulu ona verə biləcəyini demişdir. O, Aytənlə hadisə baş verən gün, yəni 24 noyabr 2019-cu il tarixdə saat 11 radələrində “20 yanvar” metrosunun yanında görüşəndə Aytən yenə tək yaşamaq istədiyini, onun həyatına kimsənin qarışa bilməyəcəyini demişdir. O, həmin görüşə gedəndə təxminən 4-5 gün əvvəl “Sədərək” bazarında tanımadığı bir satış məntəqəsindən aldığı əllə açılan bıçağı da götürmüşdür. Həmin bıçağı da almaqda məqsədi bacısını gecə həyatından imtina etdirə bilməsə onu öldürmək olmuşdur. Sonuncu görüş zamanı, yəni hadisə günü görüşdükdən sonra Aytəni öz istəyi ilə anası və digər mərhum bacısı Yeganənin qəbrini ziyarət etmək üçün Ceyranbatan qəsəbəsində yerləşən qəsəbə qəbiristanlığına tanımadığı taksilə aparmış, taksi onları orada düşürtdükdən sonra çıxıb getmişdir. Qəbiristanlıqda onlardan başqa heç kim olmamışdır. Aytən anası Yeganənin qəbrini ziyarət edəndə ağlamağa başlamış və atalarını yenə də günahkar bilib təhqir etmişdir. O anda artıq əsəblərini cilovlaya bilməyib üzərində özü ilə gətirdiyi bıçaqla anasının qəbrinin sinə daşının qarşısında birinci Aytənin qarın nahiyəsinə bir dəfə sol əli ilə bıçaq zərbəsi vurduqdan sonra Aytən dizini yerə atıb səsini çıxartmayıb xırıldamış, sonra yıxılmış vəziyyətdə olan Aytənin sinəsindən, kürəyindən və bədəninin xatırlamadığı müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vurduqdan sonra Aytən bir az ayağa qalxmaq istəmiş, ancaq həmin anda Aytənin boğazını bıçaqla üzmüş, ancaq başı bədənindən ayrılmamışdır. Sonra Aytənin ayağından tutub sürüyərək qəbirlərin yerləşdiyi yerin ayaq tərəfinə aparmış, orada Aytən ölmüşdür. Aytənin öldüyünə əmin olduqdan sonra hadisəni törətdiyi bıçağı özü ilə gətirdiyi sellofan torbaya bükərək gödəkcəsinin cibinə qoymuş və yaşadığı evə gedib əynini dəyişdikdən sonra könüllü olaraq evin yanında yerləşən Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə gedib bıçağı təhvil verərək hadisəni olduğu kimi etiraf etmişdir. Bacısı Aytəni ailəsinin adına xələl gətirdiyi üçün öldürmüşdür. Aytənə neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. Hadisədən sonra atasına zəng edib olanları danışmışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını - cinayət törətməkdə öz təqsirini etiraf etməsini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi x3 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs qardaşı Asəfin qızıdır. Asəfin Aytəndən başqa Babək adında bir oğlu və Yeganə adında bir qızı da olmuşdur. Asəfin arvadı Kifayət Abbasova və qızı Yeganə 2014-cü ildə intihar etmişlər. Bundan sonra Asəf həmin hadisədə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Asəf cəzaçəkmə müəssisində olanda Babək hərbi xidmətə getmiş, Aytən isə 18 yaşı olmadığı üçün uşaq evinə yerləşdirilmişdir. Aytən uşaq evində olanda bir neçə dəfə onlarda qalmasını təklif etsə də, Aytən razı olmamışdır. Sonra Aytənin bütün qohumlarla bir müddət əlaqəsi kəsilmişdir. Hadisə olan zaman Aytənin Babək tərəfindən öldürüldüyünü eşitmişdir. Babək Aytəni namus üstündə öldürmüşdür. Hadisə Ceyranbatan qəbiristanlığında baş vermişdir. Aytəni uzun zaman görməmişdir. Aytən anasının və bacısının ölümündə atasını günahlandırmışdır. Babək Aytəni əxlaqsızlıqla məşğul olduğu üçün öldürmüşdür. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 zərərçəkmiş şəxsin hüquqi varisi x2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, Aytən Fərzəliyeva 2014-cü ildə oğlu Ümüd Kərimli ilə evlənmiş, lakin onlar rəsmi nikaha daxil olmamışlar. Təxminən 2019-cu ilin iyun ayında Ümüdlə Aytənin arasında mübahisə olduğu üçün ayrılmağa qərar vermişlər. Lakin o və qızı Ayişə Aytənin başqa bir evdə qalması ilə razılaşmamışlar. Ümüd Aytənin onlarla birgə yaşamasına narazılıq etdiyi üçün həmin vaxtdan evdən getmiş və bir daha onlarla əlaqə saxlamamışdır. Aytən onlarla yaşadığı müddət ərzində həmişə atası Asəfdən gileylənərək anası ilə bacısının ölümündə atasını günahlandırmışdır. Aytən demişdir ki, atası həmişə onu və anasını döyərək təhqir etmiş, Aytənin işləyib qazandığı pulu əlindən alıb xərcləmişdir. Qardaşı Babək bu olanları görsə də, atasının tərəfini saxlamışdır. Aytənin anası və bacısı Asəfin bu hərəkətlərinə dözə bilməyərək özlərini öldürmüşlər. Asəf də onların ölümündə təqsirli bilinərək məhkum edilmişdir. Təxminən 14 noyabr 2019-cu il tarixdə Aytən ona qardaşı Babək ilə görüşməyə gedəcəyini bildirmişdir. Aytən axsam evə gələndə həddindən artıq sevincli olmuşdur. Belə ki, qardaşı ona və övladına şəxsiyyətlərini təsdiq edən sənədləri almağa kömək edəcəyinə, iş tapacağına söz vermiş, lakin onunla birgə yaşamasını istəmişdir. Aytən isə hər şeyə razı olsa da, onunla birgə yaşamaqdan imtina etmiş, səbəbini isə atasının həmin evdə yaşaması ilə əsaslandırmışdır. x12 bazar günü anasının və bacısının qəbrini ziyarətə aparmağa söz vermişdir. Aytən heç vaxt anasının və bacısının harada dəfn olunduğunu bilməmişdir. 24 noyabr 2019-cu il tarixdə Aytən anasının və bacısının qəbrini ziyarət etmək üçün “20 yanvar dairəsi” ətrafında qardaşı ilə görüşməyə getmişdir. Həmin vaxtdan hadisə barədə məlumat alanadək Aytən ilə “WhatsApp” proqramı ilə əlaqə saxlasa da, Aytən ona cavab verməmiş, axşam Aytənə zəng edəndə hüquqmühafizə orqanlarının əməkdaşları onun ölməsi barədə məlumat vermişdir. Aytən öldürüldüyü gün qardaşı ilə görüşmək üçün getmişdir. Aytənin nəyə görə öldürüldüyünü bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində bildirdi ki, mərhum Aytən onun işlədiyi daş sexinin yanında yerləşən kafedə ofisiant işləmişdir. Aytənlə həmin yerdə tanış olduqdan sonra onunla 3 dəfə cinsi əlaqədə olub öz istəyi ilə ona hər dəfə 20 manat pul vermişdir. Aytənin ona deməsinə görə onu uşaq vaxtından kimsəsizlər evinə qoyublar. Aytənin öldürüldüyünü hadisədən 2-3 gün sonra qonşulardan eşitmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, “Naxtur” turizm şirkətində işləyən zaman kafedə yemək yeyəndə Aytənlə tanış olmuşdur. Daha sonra Aytənlə telefonda tez-tez danışmağa başlamış və ona çox bağlanmışdır. 2019-cu ilin yay aylarından birində Aytən onunla danışanda pula ehtiyacı olduğunu demişdir. O, Aytənə Qəbələdə usta işlədiyini deyib ora gəlməsini bildirmiş, Aytən bir gün sonra təklikdə onun olduğu Qəbələ rayonuna gəlmişdir. O, Aytənlə xatırlamadığı kirayə evlərdən birində cinsi əlaqədə olduqdan sonra Aytənə 100 manat pul vermiş, ondan sonra Aytəni işlədiyi kafedə bir neçə dəfə görsə də, bir daha onunla cinsi əlaqədə olmamışdır. Aytən onunla söhbət edərkən bacısı ilə anasının intihar etdiyini, atasının onu incitdiyini bildirmiş, ancaq kiminləsə ədavəti və düşmənçiliyi olmasını deməmişdir. Aytənin ölüm xəbərini kafedə olanda eşitmişdir (cild 2, iş vərəqə 67-69). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman da törətdiyi cinayət əməlini etiraf etmişdir (cild 1, iş vərəqə 82-86). Cinayət işinin materiallarından görünür ki, hadisə yerinə keçirilmiş baxış zamanı üzərində zorakılıq əlamətləri olan mərhum Aytən Fərzəliyevanın meyiti aşkar edilmiş, hadisə yerindən qanabənzər ləkələr, mərhuma məxsus olan çanta cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür (cild 1, iş vərəqə 4-17). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x10-Təcrübi və Tədris Birliyinin 24 noyabr 2019-cu il tarixli 104 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: kəskin qanitirmə ilə müşayiət olunan ürək kisəsinin, ağciyərlərin, diafraqmanın, sağ böyrəyin və nazik bağırsağın yaralanmaları; döş qəfəsinin ön səthində orta xətt üzrə ayaqaltından 116 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sol yarısında, orta körpücük xətti üzrə ayaqaltından 108 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sağ yarısında orta körpücük xətti üzrə ayaqaltından 111 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sağ yarısında məmə xətti üzrə ayaqaltından 107 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sağ yarısında məmə xətti üzrə ayaqaltından 106 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sağ yan səthində arxa qoltuq xətti üzrə ayaqaltından 105 sm məsafədə yerləşən 1 ədəd, sol kürəkaltı nahiyənin 1 ədəd, sağ kürəkaltı nahiyədə sağ onurğa xətti üzrə yerləşən 1 ədəd və sağ kürəkaltı nahiyədə kürək xətti üzrə yerləşən 1 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları; qarın nahiyəsinin sağ yan səthində ayaqaltından 94 sm məsafədə yerləşən 1 ədəd, sağ bud-çanaq oynağı nahiyəsinin bayır səthinin 1 ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthinin 1 ədəd, sağ bazunun aşağı 1/3-nin ön səthinin 1 ədəd, sağ saidin yuxarı 1/3-nin ön səthinin 1 ədəd, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin 3 ədəd, sol bazunun aşağı 1/3-nin ön səthinin 1 ədəd və sağ kürək nahiyəsinin 3 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları; boyun nahiyəsinin ön və yan səthlərini əhatə edən 1 ədəd traxeyanı, yuxu arteriyaları və vidaci venaları yaralayan kəsilmiş yarası, sol əlin arxa səthinin kəsilmiş yarası. Bu xəsarətlər birlikdə həyatidir, ölümündən az əvvəl ülgücü və küpü olan yastı tiyə tipli hər hansı bir deşici-kəsici alətin (alətlərin) yaxud əşyanın (ların) təsirindən əmələ gəlmiş; yaraların formasına və xarakterinə əsasən demək olar ki, ekspertizaya təqdim olunmuş bıçaq və ona oxşar bıçaqların təsirindən törənə bilərdi. Dərəcələrinə görə döş qəfəsinin ön səthində orta xətti üzrə ayaqaltından 116 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sol yarısında orta körpücük xətti üzrə ayaqaltından 108 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sağ yarısında orta körpücük xətti üzrə ayaqaltından 111 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sağ yarısında məmə xətti üzrə ayaqaltından 107 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sağ yarısında məmə xətti üzrə ayaqaltından 106 sm məsafədə yerləşən 1 ədəd, döş qəfəsinin sağ yan səthində arxa qoltuq xətti üzrə ayaqaltından 105 sm məsafədə yerləşən 1 ədəd, sol kürəkaltı nahiyənin 1 ədəd, sağ kürəkaltı nahiyədə sağ onurğa xətti üzrə yerləşən 1 ədəd və sağ kürəkaltı nahiyədə kürək xətti üzrə yerləşən 1 ədəd daxilə nüfuz edən ürək kisəsini, ağciyərləri, diafraqmanı, sağ böyrəyi və nazik bağırsağı yaralayaraq kəskin qanitirmə törədən deşilmiş-kəsilmiş yaraları, eləcə də, boyun nahiyəsinin ön və yan səthlərini əhatə edən 1 ədəd traxeyanı, yuxu arteriyaları və vidaci venaları yaralayan kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, ölümü ilə səbəbli əlaqəlidir. Qarın nahiyəsinin sağ yan səthində ayaqaltından 94 sm məsafədə yerləşən 1 ədəd, sağ bud-çanaq oynağı nahiyəsinin bayır səthinin 1 ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthinin 1 ədəd, sağ bazunun aşağı 1/3-nin ön səthinin 1 ədəd, sağ saidin yuxarı 1/3-nin ön səthinin 1 ədəd, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin 3 ədəd, sol bazunun aşağı 1/3-nin ön səthinin 1 ədəd və sağ kürək nahiyəsinin 3 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, eləcə də, sol əlin arxa səthinin kəsilmiş yarası dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun nahiyəsinin ön və yan səthlərini əhatə edən traxeyanı, yuxu arteriyaları və vidaci venaları yaralayan kəsilmiş yarası, eləcə də, döş qəfəsinin ön səthinin, döş qəfəsinin sol yarısının, döş qəfəsinin sağ yarısının, döş qəfəsinin sağ yan səthinin, sol kürəkaltı və sağ kürəkaltı nahiyələrinin daxilə nüfuz edən ürək kisəsini, ağciyərləri, diafraqmanı, sağ böyrəyi və nazik bağırsağı yaralayaraq kəskin qanitirmə törədən deşilmiş-kəsilmiş yaraları olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (24.11.2019-cu il tarixdə saat 19:00) təxminən 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitdən götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 2, iş vərəqə 5-11). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x10-Təcrübi və Tədris Birliyinin 612- MTKŞ/2019 saylı 26 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön sol yarım hissəsində 1 ədəd, gödəkcənin ön sağ yarım hissəsində 7 ədəd, gödəkcənin arxa orta səthində 8 ədəd, gödəkcənin sol qolun ön səthində 1 ədəd, gödəkcənin sol qolun ön səthində 3 ədəd, gödəkcənin sağ qolun arxa səthində 5 ədəd; köynəyin ön orta səthində 5 ədəd, köynətin ön sağ aşağı səthində 1 ədəd, köynəyin sol qolun ön səthində 1 ədəd, köynəyin sağ qolun ön səthində 3 ədəd, köynəyin sol qolun arxa səthində 7 ədəd; şalvarın bel nahiyəsinin ön sağ səthində 1 ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus tumanın bel nahiyəsinin arxa orta səthində aşkar edilmiş bir ədəd cırılma zədəsi, küt yaranma mexaniminə malikdir və tumanın müvafiq nahiyəsinin qərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus büstqalter və bir cüt ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş təqsirləndirilən şəxs x5 məxsus köynək və şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçaqdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilmişdir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir (cild 2, iş vərəqə 13-17). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x10-Təcrübi və Tədris Birliyinin 915/2019- MTBŞ saylı 27 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq, 2 ədəd pambıq topaları, Təqsirləndirilən şəxs məxsus şalvar, Zərərçəkmiş şəxs məxsus gödəkcə, kofta, cins şalvar, büstqalter, tuman və bir cüt ayaqqabı üzərində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs məxsusdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus çanta üzərində və Təqsirləndirilən şəxs məxsus köynək üzərində qanabənzər ləkələr aşkar edilməmişdir (cild 2, iş vərəqə 75-81). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x6 Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə- Psixoloji Ekspertizasının 69 saylı 14 yanvar 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, x4 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur, əqli inkişafinda psixi xəstəliklə əlaqədar olan və olmayan gerilik əlamətləri müəyyən edilməmiş, emosional-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmamış, kinlilik, inadkarlıq, eqosentrizm, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman psixi-emosional sferasında hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Müayinə gedişatında psixi-emosional vəziyyəti ilə əlaqədar şüurun daralması, intellektual imkanlarınln enməsi halları müəyyən edilmədiyindən o, hadisə baş verən vaxt emosional halından, intellektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mənasını və xarakterini anlamaq, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır (cild 2, iş vərəqə 71-73). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x1 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 51). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin 24 noyabr 2019-cu il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs könüllü təslim olaraq hadisəni törətdiyini bildirmişdir (cild 1, iş vərəqə 33). Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi x3 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinəəsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi x2 Təqsirləndirilən şəxs ilə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinəəsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə tövsif etməklə yanaşı, onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan Abşeron rayon məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 noyabr 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 127-130). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.5-ci maddələrinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “böyük ictimai təhlükə törətməyən” və “xüsusilə ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 24 noyabr 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs cinayəti törətdiyi 1 ədəd bıçaq, hadisə yerinə baxış zamanı götürülmüş qan ləkələrinin hopdurulduğu 2 ədəd pambıq tampon, hadisə zamanı təqsirləndirilən şəxsin əynində olan 1 ədəd şalvar və 1 ədəd köynək, hadisə zamanı zərərçəkmiş şəxs Aytən Fərzəliyevanın əynində olan 1 ədəd gödəkcə, 1 ədəd köynək, 1 ədəd şalvar, bustqalter, tuman və 1 cüt ayaqqabı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.2-ci maddəsinə əsasən dəyəri olmadığı üçün məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi 7” markalı 1 ədəd mobil telefon onun yaxın qohumlarına təhvil verilməli, “xxxxxxxxxxx” MMC-dən alınmış məlumatları əks etdirən 1 ədəd CD disk, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanmasının görüntülərini əks etdirən 1 ədəd DVD disk, təqsirləndirlən şəxsin mobil telefonuna baxış zamanı götürülmüş görüntüləri əks etdirən 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs cinayəti törətdiyi 1 ədəd bıçaq, hadisə yerinə baxış zamanı götürülmüş qan ləkələrinin hopdurulduğu 2 ədəd pambıq tampon, hadisə zamanı təqsirləndirilən şəxsin əynində olan 1 ədəd şalvar və 1 ədəd köynək, hadisə zamanı zərərçəkmiş şəxs Aytən Fərzəliyevanın əynində olan 1 ədəd gödəkcə, 1 ədəd köynək, 1 ədəd şalvar, bustqalter, tuman və 1 cüt ayaqqabı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.2-ci maddəsinə əsasən dəyəri olmadığı üçün məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi 7” markalı 1 ədəd mobil telefon onun yaxın qohumlarına təhvil verilsin, “xxxxxxxxxxx” MMC-dən alınmış məlumatları əks etdirən 1 ədəd CD disk, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanmasının görüntülərini əks etdirən 1 ədəd DVD disk, təqsirləndirlən şəxsin mobil telefonuna baxış zamanı götürülmüş görüntüləri əks etdirən 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxsna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar