Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-508/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1983-cü ildə Ermənistanın İcevan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, İsmayıllı rayonunun Mican qəsəbəsində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri Yaşma bağlar massivi, fərdi evdə yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs x xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Sumqayıt şəhəri Yaşma bağlar massivi ərazisində icarəyə götürüb işlətdiyi kafenin həyətində tanışı Zərərçəkmiş şəxs ilə heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə kafenin mətbəxindən götürdüyü kustar üsulla hazırlanmış deşicikəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun qarın nahiyyəsinə bir dəfə qəsdən vuraraq, ona böyük piyliyin və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarnın sol yan divarının boşluğa keçən bir ədəd deşilmişkəsilmiş yarası, daxili qanaxma kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yaşma bağlar massivində kafe icarəyə götürüb işlətmişdir. Zərərçəkmiş çəxs Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Sonuncu ilə münasibətləri yaxşı olmuşdur. Zaur tez-tez onun işlətdiyi kafeyə gəlib-getmişdir. Şahid1 və Şahid2 da tanıyır. Onlarla da münasibəti normal olmuşdur. x xxxxxx 2020-ci il tarixdə saat 21:40 radələrində Ramin, təxminən 20 dəqiqə sonra Zaurla Elvin kafeyə gəlib birlikdə içəridə əyləşmişlər. Zaurla Ramin 2 bakal pivə içmiş, Elvin isə heç nə içməmişdir. Saat 22:40 radələrində çöldə olarkən Zaur, Elvin və Ramin kafedən çölə çıxmışlar. Həmin vaxtİ Zaurla zarafatlaşmağa başlamış və onların zarafatı söyüşə çevrilmişdir. Bundan sonra onlar bir-biri ilə mübahisə edib əlbəyaxa olmuşlar. Həmin vaxt Ramin onlara «ayıbdır»deyə irad tutmuş, sonuncunun sözünə əsəbləşib, çöldə masanın üzərində olan bakalı götüb Raminin başına vurmuşdur. Onun bu hərəkətindən sonra Ramin Zaura qoşulub onunla əlbəyaxa olmuş, bir-birlərini yumruq və təpiklə bədəninin müxtəlif yerlərinə vurmuşlar. Elvin və kənarda olan digər şəxslər onları ayırmışdır. Həmin vaxt o, heç bir xəsarət almamışdır. Bundan sonra Zaur, Elvin və Ramin sonuncunun idarə etdiyi «Mersedes Benz C klass» markalı avtomobilə əyləşib çıxıb getmişlər. Bir qədər sonra qardaşı İsmixan kafeyə gəlmiş və onlar çöldə dayanıb söhbət etmişlər. Sonuncu onun Zaurla dalaşdığını bilib, onu tənbeh etmişdir. Həmin vaxt təxminən saat 23 radələri olmuşdur. Bu vaxt Zaurgil yenidən kafəyə gəlmişlər. Zaur Raminin maşınından düşüb onlara yaxınlaşmış, Raminlə Elvin isə bir az kənarda dayanmışlar. Zaurun yenə də onunla dalaşacağını fikirləşmiş, odur ki, kafeyə girib oradan gizlincə mətbəx bıçağını götürüb üzərində gizlətmişdir. Həmin vaxt qardaşı İsmixan Zaurun yanında onlara «utanmırsız, dostsunuz, niyə dalaşırsınız?»-deyə öyüb-nəsihət verməyə başlamışdır. Həmin vaxt Zaurun yenidən onu döyəcəyini güman edib, arxada əlində gizlətdiyi bıçaqla qəfil sonuncunun qarnının sol boşluğuna bir dəfə vurmuşdur. Zaur qarnını tutmuş, o isə qaçıb kənarda dayanmışdır. Kənarda dayanan Raminlə Elvin, eləcə də kafenin yanında avtomobil təmir sexini işlədən Dilavər yaxınlaşıb, tez Zauru Raminin maşınına mindirib, xəstəxanaya aparmışlar. Bir qədər sonra həmin yerə yaxınlaşan polis əməkdaşlarına Zauru bıçaqladığını etiraf etmişdir. Sonuncunu öldürmək fikri olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Sonuncu ilə həmişə yaxşı münasibətdə olmuşdur. Şahid1 onun dostu, Şahid2 isə uzaq qohumudur. x xxxxxx 2020-ci il tarixdə, axşam saat 22 radələrində Elvinlə birlikdə pivə içmək üçün həmin kafeyə getmişdir. Orada Raminlə rastlaşmış və birlikdə əyləşmişlər. Raminlə o, birlikdə 2 bakal pivə içmişlər. Həmin vaxt Araz çöldə olmuşdur. Saat təxminən 22:40-da evə getmək üçün kafedən çölə çıxmış, orada Arazla sağollaşıb həmişəki kimi bir az zarafatlaşmışdır. Onların zarafatı əvvəlcə söyüşə, sonra isə mübahisəyə çevrilmişdir. Ramin onlara irad tutub: «ayıbdır, söyüş söyməyin»-demişdir. Bunu eşidən Araz çöldə masanın üzərində olan bakalı götüb Raminin başına vurmuşdur. Odur ki, o və Ramin birlikdə Arazla əlbəyaxa olmuş, bir-birlərinə yumruq və təpik zərbələri endirmişlər. Elvin və kənarda olan başqa şəxslər onları ayırmışdır. Sonra o, Elvin və Ramin sonuncunun avtomobilinə əyləşib oradan uzaqlaşıb getmişlər. Həmin vaxt o, heç bir xəsarət almamışdır. Yolda gedərkən istifadə etdiyi mobil telefonun kafedə qaldığını bilmiş və geri qayıtmışlar. Saat 23 radələrində maşından düşüb kafeyə yaxınlaşıb, çöldə olan masanın üzərinə qoyduğu mobil telefonu götürmüşdür. Elvinlə Ramin isə maşından düşüb kənarda dayanmışlar. Həmin vaxt Arazın böyük qardaşı İsmixan onu görüb: «utanmırsız, dostsunuz niyə dalaşırsınız»-demiş, sonuncuya: «düşmən deyilik, barışacağıq da»-cavabını vermişdir. Elə bu sözləri deyərkən Araz gözlənilmədən üzərində olan bıçaqla onun qarnının sol boşluğuna bir dəfə vurub qaçıb kənarda dayanmışdır. O, qarnını tutmuş, Raminlə Elvin, eləcə də kafenin yanında avtomobil təmir sexini işlədən qonşuları Dilavər ona yaxınlaşıb, tez Raminin maşınına mindirərək onu Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsində yerləşən xəstəxanaya aparmışlar. Daha sonra onu oradan Sumqayıt şəhər TTYX-na gətirmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Araza yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 4 ildir ki, tanıyır. Sonuncu Sumqayıt şəhəri Yaşma bağlar massivində kafe icarəyə götürüb işlədir. Arazla münasibətləri həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs ilə dostdur, sonuncunun vasitəsi ilə Elvini tanımışdır. x xxxxxx 2020-ci ıl tarixdə, saat 21:40 radələrində Arazın işlətdiyi kafeyə gedib, içəridə oturmuşdur. Təxminən 15 dəqiqə sonra kafeyə Zaurla Elvin gəlmişdir. Birlikdə əyləşib 2 bakal pivə içmiş, Elvin isə heç nə içməmişdir. Həmin vaxt Araz çöldə olmuşdur. Saat təxminən 22:40-da evə getmək üçün kafedən çölə çıxmışlar. X4 zarafatlaşmağa başlamış, sonra isə bir-birlərini söymüşlər. Onlara yaxınlaşıb: «ayıbdır, söyüş söyməyin»-deyə iradını bildirmişdir. Həmin vaxt Araz gözlənilmədən çöldə masanın üzərində olan bakalı götüb onun başına vurmuşdur. Zərbənin təsirindən bir az huşunu itirmişdir. Daha sonra Zaurla birlikdə Arazla əlbəyaxa olmuş və bir-birlərinə yumruq və təpik zərbələri vurmuşlar. Elvin və kənarda olan başqa şəxslər onları ayırmışdır. O, Elvin və Zaur onun avtomobili ilə oradan uzaqlaşıb getmişlər. Yolda Zaur mobil telefonunun kafedə qaldığını bildirmiş və onlar yenidən kafeyə qayıtmışlar. Onun başı qanadığı üçün maşını Zaur sürmüşdür. Saat 23 radələrində onlar kafeyə çatmışlar. Zaur maşından düşüb kafeyə yaxınlaşıb, çöldə masanın üzərinə qoyduğu mobil telefonu götürmüşdür. O isə Elvinlə maşından düşüb kənarda dayanmışlar. Həmin vaxt Zaur kafenin yanında dayanan Arazın böyük qardaşı İsmixana yaxınlaşmış, Araz da yanında olmuşdur. Onlar söhbət etməyə başlamışlar. Zaurun yenidən Arazla dalaşmaması üçün sonunculara yaxınlaşmışlar. Elə bu vaxt Araz qəflətən bıçaqla Zaurun qarnından bir dəfə vurmuş və qaçıb kənarda dayanmışdır. Həmin vaxt Zaur qarnını tutub dayanmışdır. O, Elvin və kafenin yanında avtomobil təmir sexini işlədən tanışı Dilavər də Zaura yaxınlaşıb, onu maşınına mindirərək xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, yaşadığı Sumqayıt şəhəri Yaşma bağlar massivində 4 saylı evin yaxınlığında təkər təmiri sexində təkərçi işləyir. Təqsirləndirilən şəxs onun qonşusudur. Araz onun işlədiyi sexin yaxınlığında kafe işlədir. Zərərçəkmiş şəxs onun qonşusudur. Elvin və Ramini isə təxminən 5 ildir ki tanıyır. x xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində işlədiyi sexə gedərkən Arazın işlətdiyi kafenin yanında Zaurun yerdə qarnını tutub uzandığını görmüşdür. Zaur qışqıraraq bıçaqla vurulduğunu demişdir. O və digər şəxslər Zauru Raminin «Mersedes Benz C klass» markalı avtomobilinə əyləşdirib, xəstəxanaya aparmışlar. Avtomobildə onlardan başqa Ramin və Elvin də olmuşdur. Yolda Zaur onu Arazın bıçaqla vurduğunu bildirmişdir. Hadisənin səbəbini bilmir, baş verməsini də görməmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının x xxxxxxxx 2020-ci il tarixli, 1721 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixiatrik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-tibbi ekspertizasının x xxxxxxxx 2020-ci il tarixli, 1064 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində böyük piyliyin və nazik bağırsaq müsariqəsiniıı zədələnməsi ilə müşayət olunan qarnın sol yan divarının boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, daxili qanaxmadan ibarət xəsarətlər vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla x xxxxxx 2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Materialların məhkəmə ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 6/1981 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçağın üzərindən aşkar edilmiş tiin göy rəngli pambıq lifəri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan köynəyin tərkib liflərinə uyğun gəlir. Məhkəmə-ballistik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 3/1159;3/1160 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən har hansı əlavə və dəyişiklik edilməyibdir. Tədqiqata təqdim edilmiş bir ədəd köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Ümumi əlamətlərinə əsasən köynəyin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş bir ədəd şalvarın səthində zədə yoxdur. İşin 23-25-ci vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha dəqiqliklə göstərmişdir. İşin 78-ci vərəqəsindəki sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin xx xxxxxx 2020-ci il tarixli protokolundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq vəziyyəti müəyyən edilmişdir. İşin 125-ci vərəqəsindəki «maddi sübut kimi tanınma barədə» xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi cinayət aləti olan bir ədəd mətbəx bıçağı, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanca təhvil verilmişdir. İşin 103-109-cu vərəqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Yəhyayev X2 şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona həmin maddə ilə 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx xxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən o, məhkumluğu olmayan, məhkumluğu ödənilmiş şəxs hesab olunur. İşin 14-cü vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 144-cü vərəqəsindəki Sumqayıt bələdiyyəsi Yaşma bağları ərazisi üzrə 2 saylı məhəllə komitəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. İşdəki Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun azadlıqdan məhrum edilməsini istəmir, ona yüngül cəza təyin edilməsini xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir səbəb olmadan aralarında yaranmış mübahisə zamanı xuliqanlıq niyyəti ilə kafenin mətbəxindən götürdüyü mətbəx bıçağı ilə qarın nahiyyəsindən bir dəfə qəsdən vurub, sağlamlığına ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi aralarında yaranmış mübahisə zamanı deyil, mübahisədən sonra, zərərçəkmiş şəxsin mobil telefonunu götürmək üçün kafeyə geri qayıtdığı vaxt baş verdiyi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ittihamından «aralarında yaranmış mübahisə zamanı» sözləri çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanca təhvil verilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi cinayət aləti olan bir ədəd mətbəx bıçağı, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 236 (iki yüz otuz altı) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona həmin maddə ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanca təhvil verilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi cinayət aləti olan bir ədəd mətbəx bıçağı, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 236 (iki yüz otuz altı) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan edildiyi (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-508/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-508/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver