Məhkəmə qərarları › İş №1(101)-508/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-508/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-508/2022 12.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X4 və Dövlət ittihamçısı, müdafiəçi: «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1972-ci il tarixdə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, ev 35, mənzil 88-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu ,Hövsan qəsəbəsindən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda ümumi təmiz çəkisi 5,852 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 50 manata əldə edib, üzərində saxlayaraq daşımış və 06 oktyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2ai RPİ-nin 35-ci Polis Bölməsinə gətirilmiş və polis bölməsində üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı həmin 5,852 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər qanunsuz narkotik vasitə istifadə etdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Nəsimi rayon məhkəməsinin 14.03.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum edilmişdir və 23.09.2015-ci il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə çəkilməmiş 04 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təxminən 7 ildir ki, narkotik vasitə olan «heroin»dən ara-sıra istifadə edirdi. 06 oktyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 35 saylı evin qapısını mülki geyimli şəxslər döyərək qapını açmağı tələb etmiş, həmin şəxslərin polis oduqlarını bilmədiyi üçün DİN-nin 102 xidmətinə zəng edib evinə basqın olunması barədə məlumat vermişdir. Buna baxmayaraq həmin şəxslər qapını açmağı tələb etməyə davam etmiş, bu vaxt qonşuluqda yaşayan anası gəlib ona qapını açmağı deyəndən sonra o, qapını açmışdır. Həmin şəxslər içəri daxil olduqdan sonra Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Hətta o,evdəki bıçaqla qolunu da kəsmişdir. Buna baxmayaraq, onu polis şöbəsinə aparmışlar, orada polis əməkdaşlarından biri aptekdən bint və yod alaraq qoluna sarğı qoymuşdur. Onun üzərində heç bir qanunsuz əşya olmamışdır. Şöbədə polis əməkdaşları ona bildirmişlər ki, onun narkotik vasitələrin istifadəçisi olmasını bilirlər, bu səbəbdən o, üzərində az miqdarda heroinin olmasını boynuna almalı, ona narkotik istifadəçisi kimi yüngül maddə verilməklə məsuliyyətə cəlb ediləcək. Əks halda, gedib evindən 1 kq heroinin aşkar olunmasını təşkil edəcəklər. Bu təzyiqlərdən sonra polis əməkdaşlarının təklifi ilə razılaşmış və bundan sonra polis əməkdaşlarından biri gödəkcəsinin sol yan cibinə bir büküm qoymuşdur. Bundan sonra təhqiqatçı vəkil dəvət edərək onu şübhəli şəxs qismində tutmuş, sonra isə üzərinə baxış keçirilmiş, baxış videoçəkilişlə aparılmışdır. Baxış zamanı polislərin təlimatı əsasında narkotikin ona məxsus olmasını, həmin narkotiki 50 manata başqa bir şəxsdən əldə etdiyin və bu narkotiklə birlikdə Xətai rayonu, P.Həşimov küçəsində saxlanıldığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Belə ki, həmkarı Şahid1 məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, ev 35, mənzil 88-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, qəbul etməsi və satışı ilə məşğul olur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid1, o isə qrupun üzvü olmuşdur. 06 oktyabr 2021-ci il tarixdə saat 18:10 radələrində Şahid1la Təqsirləndirilən şəxs yaşadığı əraziyə çıxaraq oranı müşahidəyə almış və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi Xətai rayonu, P.Həşimov küçəsi 35 saylı binanın yaxınlığında görüb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etdikdən sonra ona nakrotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhələndikləri üçün 35-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs X3ya təqdim etmişlər və bundan sonra bütün prosessual hərəkətləri sonuncu həyata keçirmişdir. Belə ki, təhqiqatçı müdafiəçi dəvət edərək sonuncunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, baxışda o və Şahid1 iştirak etmişlər. Baxışın gedişatı videokamera vasitəsi ilə görüntüyə alınmışdır. Baxışdan öncə təhqiqatçı Azərə təklif etmişdir ki, üzərində qadağan olunmuş hər hansı bir əşya varsa masanın üzərinə qoysun. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, bükümün içərisində narkotik vasitə olan kakos, yəni heroin vardır. Təqsirləndirilən şəxs həmin vasitəni 50 manata tanımadığı şəxsdən Suraxanı rayonu, Hövsan qəsəbəsində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra X3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitədən başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs xeyr cavabı verdikdən sonra təhqiqatçı üzərində şəxsi axtarış aparmış və qanunla qadağan olunmuş heç bir əlavə əşya və predmet aşkar olunmamışdır. Həmin narkotik vasitəyə bənzər maddənin çəkisini müəyyən etmək üçün bölmənin təhqiqatçısı, polis baş leytenantı Hüseyn Novruzlu həmin maddəni elektron tərəziyə qoymuş və bükümün çəkisinin 5,96 qram olmasını müəyyən etmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükülünü zərfə qoyaraq qablaşdırmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürləmişdir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Həmçinin baxışın nəticələrinə dair protokol da bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. İstər saxlanılan zaman, istərsə də üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və ya fiziki zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri, o digər üzvü isə bölmənin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 idi. 06 oktyabr 2021-ci il tarixdə saat 18:10 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi Xətai rayonu, P.Həşimov küçəsi 35 saylı binanın yaxınlığında görüb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmiş və 35-ci polis bölməsinə dəvət etmişlər. Həmin şəxsin gətirilməsi ilə bağlı bölmə rəhbərliyinin adına raport yazmışdır. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1972-ci ildə Hacıqabul rayonunda andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, evli, orta təhsilli, Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi ev 35, mənzil 88-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı PB-nin təhqiqatçısı Hüseyn Novruzlu, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. X3 şübhəli şəxs Təqsirləndirilən şəxs bükümün içərisində nə olmasını soruşduqda , sonuncu bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir.Daha sonra təhqiqatçı həmin narkotik vasitəni nə məqsədlə və kimdən aldığını soruşmuş, Təqsirləndirilən şəxs, tanımadığı şəxsdən Suraxanı rayonu, Hövsan qəsəbəsində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra X3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitədən başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs xeyr cavabı verdikdən sonra təhqiqatçı üzərində şəxsi axtarış aparmış və qanunla qadağan olunmuş heç bir əlavə əşya və predmet aşkar olunmamışdır. Həmin narkotik vasitəyə bənzər maddənin çəkisini müəyyən etmək üçün bölmənin təhqiqatçısı, polis baş leytenantı Hüseyn Novruzlu həmin maddəni elektron tərəziyə qoymuş və bükümün çəkisini müəyyən etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükülü onların qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənmişdir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin rəisinə ünvanlanan 06.10.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, ev 35, mənzil 88-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi-satışı və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 35-cü PB-nin rəisinə ünvanlanan 29.06.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 06 oktyabr 2021-ci il tarixdə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında saxlanılaraq RPİ-nin 35-ci PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 06 oktyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər kütləni təqdim etmiş və həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 06.10.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 08.10.2021ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 07.10.2021-ci il tarixli, 6/4441 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Vət.Təqsirləndirilən şəxs oğlunun” sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,852 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 05.11.2021-ci il tarixli, 4340 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 09.12.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 5,802 qram çəkidə narkotik vasitə olan heroin, saxlanması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon xalq məhkəməsinin 01.03.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 29.12.1998-ci il tarixli Amnistiya Qərarına əsasən 21.06.1999-cu il tarixdə cəzadan azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 26.07.2000-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon xalq məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov rayon məhkəməsinin 12.02.2001-ci il tarixli qərarı ilə CM-nin 234.1-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhkum edilmiş, 06.03.2003-cü ildə Nərimanov rayon məhkəməsinin 14.02.2003-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 02 il 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 19.02.2010-cu il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27.05.2011-ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 27.05.2011-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 14.03.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin 23.09.2015ci il tarixli qərarı ilə 04 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan məhkumluqları ödənilmiş və həmin məhkumluqlar ödənildiyi üçün CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticəni ləğv edir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 N-li qərarının 14-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Həmin Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə heroindən ibarət narkotik vasitənin çəkisi 5,852 qram, yəni siyahıda göstərilən külli miqdar çəkidən dəfələrlə çoxdur. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə etməsi, həmin narkotik vasitənin külli miqdar olmaqla şəxsi istehlak miqdarından dəfələrlə çox olması, onun əldə etdiyi narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıması tam sübuta yetirmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu sindromu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 06 oktyabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 5,802 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş, 01 CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 5,802 qram çəkidə narkotik vasitə olan heroinin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar