Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-508/2023 05.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X7 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1968-ci il iyulun 24-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.-ci, 237.2.1.-ci və 237.2.3.cü maddələrində; 1976-cı il iyunun 16-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü, 237.2.1.-ci və 237.2.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə Azərbaycan Respublikasının ərazisində əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisini əkərək yetişdirməklə kultivasiya etmək barədə razılığa gəldikdə qabaqcadan əlbir ollan bir qrup şəxs halında özünə məxsus, Təqsirləndirilən şəxs1 kirayəyə götürdüyü ünvan 3 ünvanında xüsusi işıqlandırma və havalandırma sistemi quraşdırıb otaqlardakı dibçəklərdə qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli külli miqdar təşkil edən 58 ədəd çətənə növünü əkməklə yetişdirmiş və Təqsirləndirilən şəxs1 ilə birlikdə kultivasiya etmiş, 2022-ci il iyulun 21-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 14:30-dan saat 14:41-dək olan müddət ərzində yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman xüsusi işıq və havalandırma sistemi ilə təchiz edilmiş otaqdan külli miqdarda, ümumilikdə 58 ədəd dibçəkdə tərkibində narkotik maddələr, yaş vəziyyətdə ümumi çəkisi 535,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərkən götürülmüşdür. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2022-ci il iyulun 21-də şübhəli şəxs qismində tutulduqdan sonra ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən yaşadığı mənzildə kultivasiya etməklə üzərində saxladığı bir satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ədəd bükümdə 6,973 qram təmiz çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərkən götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə Azərbaycan Respublikasının ərazisində əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisini əkərək yetişdirməklə kultivasiya etmək barədə razılığa gəldikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 məxsus, kirayəyə götürdüyü ünvan 3 ünvanında xüsusi işıqlandırma və havalandırma sistemi quraşdırıb otaqlardakı dibçəklərdə qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli külli miqdarda 58 (əlli səkkiz) ədəd çətənə növünü əkməklə yetişdirmiş və Təqsirləndirilən şəxs2 ilə birlikdə kultivasiya etmiş, 2022-ci il iyulun 21-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən tarixdə saat 14:30-dan saat 14:41-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman xüsusi işıq və havalandırma sistemi ilə təchiz edilmiş otaqdan külli miqdarda, ümumilikdə 58 ədəd dibçəkdə tərkibində narkotik maddələr, yaş vəziyyətdə ümumi çəkisi 535,0 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərkən götürülmüşdür. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 894,616 qram çəkidə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etməklə daşımış, üzərində və yaşadığı ünvan 5 ünvanına aparıb saxlamış, 2022-ci il avqustun 03-də saat 14:50 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 17 «c» ünvanının yaxınlığında saxlanaraq ünvan 6da yerləşən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinnə gətirilmiş, üzərində videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan vaxt əynində olan şalvarın sağ yan cibindən beş ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 6,719 qram, 3,329 qram, 2,290 qram, 3,109 qram və 4,169 qaram olmaqla ümumi çəkisi 19,619 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürüldükdən sonra əməliyyat tədbirlərinin davamı olaraq qeyd olunan tarixdə saat 17:00-da onun könüllü razılığı əsasında yaşadığı ünvan 8 ünvanına baxış keçirilməklə qonaq otağında olan dolabın içərisindən bir ədəd bükümdə külli miqdarda, 875,0 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərkən götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci, 237.2.1.-ci və 237.2.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, pula ehtiyacı olduğundan özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 41 ünvanındakı 27 №-li mənzili qohumu Təqsirləndirilən şəxs1 üç aylıq müddətə 6.000 manata kirayəyə vermiş, sonuncunun orada narkotik təbiətli çətənə bitkisinin əkərək kultivasiya etməsini bilməmiş, 2022-ci il iyulun 21-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərində axtarış aparılarkən heç nə aşkarlanmamış, sonuncular ona fiziki və psixi zor tətbiq etdiklərindən tələb etdikləri şəkildə ifadə vermiş və tərtib edilən sənədləri imzalamışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü, 237.2.1.-ci və 237.2.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, onun nevroloji problemləri olduğundan yata bilməmiş, sonralar narkotik vasitə qurudulmuş marixuananın ona yuxu gətirdiyini görüb həmin maddəni istifadə etməyə başlamışdır. Aldığı marixuananın keyfiyyəti aşağı olduğundan çətənə toxumlarını əkərək yetişdirməyi qərarlaşdırmaqla qohumu Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 41 ünvanındakı 27 №-li mənzili üç aylıq 6.000 manata kirayəyə götürüb xüsusi lampalarla təchiz etmiş, lakin evdə heç bir havalandırma sistemi quraşdırılmamışdır. 2022-ci il avqustun 03-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları üzərində axtarış apararaq yalnız beş kibrit qutusunda özünün istifadəsi üçün saxladığı qurudulmuş marixuana aşkar etmişlər, sonuncular ona təzyiq göstərdiklərindən tələb etdikləri şəkildə ifadə vermiş və tərtib edilən sənədlərə qol çəkmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 ifadəsində göstərdi ki, 2022-ci il iyulun 21də Təqsirləndirilən şəxs2 adlı şəxsin Bakı şəhəri Səbail rayonunun ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə, idarənin baş əməliyyat müvəkkilləri polis mayoru Şahid3 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradıldıqda göstərilən tarixdə saat 14 radələrində ünvan 1 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs2 bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncunun şəxsiyyətini dəqiqləşdirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiyini bildirməklə adı çəkilən şəxsi idarəyə dəvət etmişlər, orada Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanında tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərdiyini bildirdiyindən sonuncunun razılığı əsasında qeyd olunan ünvana mütəxəssis qismində cəlb edilmiş aqronom Şahid5 iştirakı ilə videoçəkilişlə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 xüsusi işiqlandırma və havalandırma sistemi quraşdırılan otaqda Təqsirləndirilən şəxs1 adlı qohumu ilə birlikdə əkib kultivasiyası ilə məşğul olduğu narkotik tərkibli çətənə bitkilərini göstərərək əvəzində sonuncudan 6.000 manat alacağını, bundan ötrü həmin evi Təqsirləndirilən şəxs1 üç aylıq kirayəyə verdiyini, qurudulmuş marixuanadan istifadə etdiyini bildirmiş, baxış zamanı otaqda olan dibçəklərdən 58 ədəd çətənə bitkisinə oxşar kollar aşkar olunamaqla götürülmüş, tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 idarəyə gətirilib orada sonuncunun üzərində videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparıldıqda Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunu, bir ədəd «Samsung» markalı mobil telefonu və bir ədəd açarı, sağ yan cibindən bir ədəd bükümü və bir ədəd elektron tərəzini çıxararaq təqdim etməklə bükümdəki narkotik vasitə qurudulmuş marixuananı ünvan 3 ünvanında əkib-becərdiyi çətənə bitkisindən əldə etdiyini, üzərində olan tərəzidən qızıl-zinət əşyalarının çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlə və bir ədəd elektron tərəzi zərfə qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış, bununla yanaşı bir ədəd «Samsung» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Tərtib olunan protokolun düzgünlüyü iştirakçılar imzaları ilə təsdiq etmişlər. Bundan başqa 2022ci il avqustun 03-də Təqsirləndirilən şəxs1 adlı şəxsin Bakı şəhəri Xətai rayonunun ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması daxil olan məlumatı yoxlamaqdan ötrü idarənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 rəhbərliyi ilə sonuncudan və ondan ibarət əməliyyat qrupu yaradılmışdır, göstərilən tarixdə saat 14:50-də onlar Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 17 «c» ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs1 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sonuncunun şəxsiyyətini dəqiqləşdirməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiyini bildirib adı çəkilən şəxsi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmişlər, orada sonuncunun üzərində videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan «Samsung» markalı mobil telefonu, bir ədəd açarı, 860 manat və 100 ABŞ dolları məbləğində pulu, sağ yan cibindən beş ədəd kibrit qutusunu çıxararaq təqdim etməklə içərisindəki narkotik vasitə qurudulmuş marixuananı Kamil və Sahil adlı şəxslər ilə birlikdə Bakı şəhəri Səbail rayonunun ərazisində kultivasiya edib qurudaraq satmaq məqsədi ilə əldə etdiyini, bir qramını 25 manata satdığını, üzərindən aşkar edilmiş 860 manat və 100 ABŞ dolları məbləğində pulu narkotik vasitələrin satışından əldə etdiyini, yaşadığı ünvan 5 ünvanında da narkotik vasitə saxladığını bildirmişdir. Aşkarlanan kütlə, 860 manat və 100 ABŞ dolları məbləğində pul zərfə qablaşdırılmaqla möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış, bir ədəd «Samsung» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 razılığı əsasında sonuncunun yaşadığı ünvanda videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 mənzilin qonaq otağında olan dolabın içərisindən bir ədəd bükümü və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, bükümdəki narkotik vasitə qurudulmuş marixuananı Kamil və Sahil adlı şəxslə birlikdə Bakı şəhəri Səbail rayonunun ərazisində kultivasiya edərək qurutmaqla satmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Aşkarlananlar zərfə qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır, tərtib olunan protokolun düzgünlüyü iştirakçılar imzaları ilə təsdiqləmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı formada təzyiq göstərilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində işləmiş baş əməliyyat müvəkkili polis mayoru Şahid3, əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 və əməliyyat müvəkkili polis leytenantı Şahid1 Şahid2 ilə analoji ifadə verdilər. Məhkəmə iclasında elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 2022-ci il iyulun 21-də verdiyi izahatda Azərbaycan Respublikasının CM-nin 237.2.3.-cü maddəsində nəzərdə tutulan əməli etiraf edərək narkotik təbiətli çətənə bitkilərini hansı şəraitdə əkib kultivasiya etməsini təfərrüatı ilə izah etmiş, polis əməkdaşları tərəfindən ona heç bir zorakılıq tətbiq edilmədiyini bildirmişdir (1-ci cild, iş vərəqi 177-178); 2022-ci il iyulun 22-də şübhəli şəxs qismindəki ifadəsində Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 237.2.3.-cü maddələrində nəzərdə tutulan əməli etiraf etmiş, maddi vəziyyəti yaxşı olmadığı, evində xəstə olduğu üçün məcbur olub pul qazanmaq məqsədi ilə çətənə kollarının kultivasiyası ilə məşğul olduğunu, yetişdirdiyi yarpaqlardan toplayaraq qurutduğunu, bütün işlərin qohumu Təqsirləndirilən şəxs1 ilə birgə gördüyünü, bunun əvəzində sonuncunun ona üç aya 6.000 manat ödəməli olduğunu, üzərindən aşkarlanan marixuananın və elektron tərəzinin Zaura məxsus olduğunu, özünün heroin qəbul etdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 198-201); 2022-ci il iyulun 23-də təqsirləndirilən şəxs qismində dindirilərkən ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 237.2.3.-cü maddələri ilə özünü təqsirli bilərək eyni ifadə vermişdir (1-ci cild, iş vərəqi 211-214); 2022-ci il sentyabrın 21-də təqsirləndirilən şəxs qismindəki ifadəsində ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci və 237.2.3.-cü maddələri ilə özünü təqsirli bilməmiş, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 41, ünvanında yerləşən 27-ci mənzili Təqsirləndirilən şəxs1 6.000 manat müqabilində üç ay müddətinə kirayəyə verdiyini, narkotik vasitə qurudulmuş marixuananın istifadəçisi olsa da heç vaxt narkotik vasitələrin və psixotrop maddələrinin satısı və ya hər hansı digər formada qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, onun və ailə üzvlərinin yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 41 ünvanında yerləşən 19-cu mənzilin üst mərtəbəsində olan 27-ci mənzildə Təqsirləndirilən şəxs1 narkotik vasitənin kultivasiyası ilə məşğul olduğunu bilmədiklərini, polis əməkdaşları tərəfindən hədələndiyindən sonuncuların tələb etdiklərini yerinə yetirdiyini göstərmişdir (2-ci cild, iş vərəqi 28-31); 2022-ci il oktyabrın 05-də təqsirləndirilən şəxs qismindəki ifadəsində ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.1.-ci, 234.2.1.-ci və 237.2.3.-cü maddələri ilə özünü təqsirli bilməyərək 2022-ci il sentyabrın 21-də təqsirləndirilən şəxs qismində verdiyi ifadəni təsdiq etmişdir (2-ci cild, iş vərəqi 67-70); 2022-ci il noyabrın 18-də təqsirləndirilən şəxs qismindəki ifadəsində ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.1.-ci, 234.2.1.-ci və 237.2.3.-cü maddələri ilə özünü təqsirli bilməyərək 2022-ci il sentyabrın 21-də təqsirləndirilən şəxs qismində verdiyi ifadəni təsdiq etmişdir (2-ci cild, iş vərəqi 209-212). Məhkəmə iclasında elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 2022-ci il iyulun 25-də şahid qismində dindirilərkən son üç ildir narkotik vasitə qurudulmuş marixuananın satışı ilə məşğul olduğunu, uzaq qohumu Təqsirləndirilən şəxs2 çətənədən istifadə etməsini bilsə də sonuncunun onun müştərisi olmadığını, Sahilə çətənəni hədiyyə kimi verərək pul almadığını, sonuncu ilə razılaşıb Moskva şəhərində yaşayan Tahir adlı şəxsə çətənə toxumlarını və müvafiq avadınlığı almaq üçün ümumilikdə 1.300 manat və 2.000 ABŞ dolları göndərdiyini, sonuncunun Bakıya gəlməklə Sahilə məxsus, yaşayış olmadığı ünvan 3 ünvanında işıqlandırma və havalandırma sistemlərini qurduqdan sonra 2022-ci il iyunun 17-də sonuncunun çətənə toxumlarını 58 ədəd xüsusi dibçəkdə əkməyə başladığını, Sahilin bu məqsədlər üçün ona mənzilini kirayəyə verdiyinə, üç ay ərzində çətənə kollarının əkib-becərməyə, qulluq etməyə və ümumi kultivasiyası məşğul olmağa görə aylıq 2.000 manat, cəmi 6.000 manat verəcəyini vəd etməklə hazırki vəziyyətdə sonuncuya 3.600 manat ödədiyini, niyyətinin 1,5 kiloqram çəkidə məhsul yığıb satmaq və qazanc əldə etmək olduğunu bildirmişdir (1-ci cild, iş vərəqi 243-245); 2022-ci il avqustun 03-də verdiyi izahatda Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan əməli etiraf etmiş, üzərindən və yaşadığı mənzildən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananı hansı şəraitdə Kamil adlı şəxsdən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə kultivasiya edərək qurudub satmaq məqsədi ilə əldə etdiyini təfərrüatı ilə izah etmiş, polis əməkdaşları tərəfindən fiziki və psixi zora məruz qalmadığını bildirmişdir (2-ci cild, iş vərəqi 41-42); 2022-ci il avqustun 04-də şübhəli şəxs qismində dindirilərkən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan əməli qismən etiraf etmiş, 2022-ci il avqustun 05-də təqsirləndirilən şəxs qismində dindirilərkən ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə özünü təqsirli bilsə də eyni ifadə verməklə yalnız üzərindən aşkar edilən beş ədəd kibrit qutusundakı qurudulmuş marixuananın ona məxsus olmasını, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün saxlandığı gün aldığını, yaşadığı ünvan 5 ünvanında müəyyən edilən narkotik vasitə qurudulmuş marixuananın və bir ədəd elektron tərəzinin polis işçiləri tərəfindən evinə qoyulduğunu, sonuncuların onu hədələdiklərinə görə aşkar olunan kütlənin Kamil adlı şəxsdən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə kultivasiya edərək qurudub satmaq məqsədi ilə əldə etdiyini, Bakı şəhəri Səbail rayonunun ərazisində heç kimlə marixuana əkmədiyini, üstündəki pulların isə anasının müalicəsi üçün topladığı vəsaitin olduğunu göstərmişdir (2ci cild, iş vərəqi 56-58 və 83-85); 2022-ci il sentyabrın 22-də təqsirləndirilən şəxs qismində dindirilərkən ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.2.1.-ci və 237.2.3.-cü maddələri ilə özünü təqsirli bilib 2022-ci il iyulun 25-də şahid qismində verdiyi ifadəni təsdiqləmişdir (2-ci cild, iş vərəqi 51-53); 2022-ci il noyabrın 18-də təqsirləndirilən şəxs qismində dindirilərkən ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü, 237.2.1.-ci və 237.2.3.-cü maddələri ilə özünü təqsirli bilməyib narkotik vasitələrin satışı ilə məşğul olmadığını, qeyd etdiyi kimi yalnız üzərindən aşkar edilən beş ədəd kibrit qutusundakı qurudulmuş marixuananın ona məxsus olmasını, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün saxlandığı gün aldığını, yaşadığı ünvan 5 ünvanında müəyyən edilən narkotik vasitə qurudulmuş marixuananın və bir ədəd elektron tərəzinin polis işçiləri tərəfindən evinə qoyulduğunu, sonuncuların onu hədələdiklərinə görə tələb etdikləri şəkildə ifadə verdiyini bildirdiyini, Təqsirləndirilən şəxs2 adlı şəxs ilə narkotik maddələr olan çətənə bitkisinin kultivasiya edilməsi və yetişmiş bitkilərin toplanması barədə heç bir razılaşma olmadığını, üstündəki pulların isə anasının müalicəsi üçün topladığı vəsaitin olduğunu göstərmişdir (2-ci cild, iş vərəqi 230-233). Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Şahid5 ibtidai istintaqda şahid qismində dindirilərkən 1982-ci ildən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Meyvətərəvəzçilik və üzümçülük» ixtisası üzrə alim-aqronom ixtisasına malik olduğunu bildirərək Şahid2 ilə uyğun ifadə vermişdir (2-ci cild, iş vərəqi 101-104). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2022-ci il 03 avqust taixli raportlarından, eyni tarixli Ə249-008-22 №-li əməliyyat qrupunun yaradılması haqqında əmrindən, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 05 avqust tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməklə Bakı şəhəri Xətai rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində adı çəkilən şəxs 2022-ci il avqustun 03-də saat 14:50-də Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 17 «c» ünvanının yaxınlığında saxlanıb Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmiş, məhkəmə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 6-9, 12 və 122). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 03 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 15:30-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun qohumu X4 məlumat vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 21). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 03 avqust tarixli və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 04 avqust tarixli protokollardan görünür ki, 2022-ci il avqustun 03-də saat 16:00-da videoçəkilişlə müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynindəki şalvarın sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd «Samsung» markalı mobil telefonu, bir ədəd açarı, 860 manat və 100 ABŞ dolları məbləğində pulu, sağ yan cibindən beş ədəd kibrit qutusunu çıxarıb təqdim etməklə qutulardakı narkotik vasitə qurudulmuş marixuananı Kamil adlı şəxsdən tanışı Sahil adlı şəxslə ilə birlikdə kultivasiya edərək qurudub satmaq məqsədi ilə əldə etdiyini, bir qramını 25 manata satdığını, üzərindən aşkarlanan pulları narkotik vasitələrin satışından əldə etdiyini, yaşadığı mənzildə də narkotik maddə olmaqla oraya baxış keçirilməsinə etiraz etmədiyini, polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zora məruz qalmadığını bildirmiş, bir ədəd açar Təqsirləndirilən şəxs1 qaytarılaraq qalan aşkar olunanlar zərfə qablaşdırılıb götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmiş, heç bir şikayət, təklif və protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə istintaqda və məhkəmədə baxış keçirilərkən qeyd olunanlar müəyyən edilmiş; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 04 avqust tarixli protokoldan həmçinin görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılan vaxt yaşadığı mənziildə narkotik vasitələr saxlamadığını söylədiyini, razılaşmadıqda ona təzyiq tətbiq edəcəklərini bildirdikləri üçün məcburiyyət qarşısında evində də narkotik vasitələr saxladığını dediyini, əslində isə onun üzərində narkotik vasitə olsa da yaşadığı mənziildə narkotik vasitə olmadığını, polis işçiləri tərəfindən evinə qoyulduğunu göstərmişdir (1-ci cild, iş vərəqi 30-32, 59-60 və sair). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs1 2022-ci il 03 avqust tarixli razılıq ərizəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi eyni tarixli və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 04 avqust tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 8 ünvanında baxış və götürmə keçirilərkən sonuncu könüllü şəkildə qonaq otağında olan dolabın içərisindən bir ədəd bükümü və bir ədəd elektron tərəzini çıxarıb təqdim etməklə bükümdəki narkotik vasitə qurudulmuş marixuananı Kamil adlı şəxsdən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə kultivasiya edərək qurudub satmaq məqsədi ilə əldə etdiyini, bir qramını 25 manata satdığını, üzərindən aşkarlanan pulları narkotik vasitələrin satışından əldə etdiyini, polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zora məruz qalmadığını bildirmiş, aşkar olunanlar boş sellofan torbaya qablaşdırılaraq götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmiş, heç bir şikayət, təklif və protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə baxış istintaqda və məhkəmədə keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmiş; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 04 avqust tarixli protokoldan habelə görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 8 ünvanında narkotik vasitə və elektron tərəzi olmadığını, polis əməkdaşları tərəfindən hədələndiyi üçün üzərində şəxsi axtarış aparılan və yaşadığı mənzilə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmaqla satışı ilə məşğul olduğunu, üstündən çıxan pulların narkotik vasitələrin satışından əldə etdiyini, Bakı şəhəri Səbail rayonunun ərazisində Kamil və Sahil adlı şəxslərlə marixuana əkdirdiyini söylədiyini, yalnız üzərindən aşkar edilən beş ədəd kibrit qutusundakı qurudulmuş marixuananın ona məxsus olmasını, evində müəyyən edilənlərin polis işçiləri tərəfindən ora qoyulduğunu, Bakı şəhəri Səbail rayonunun ərazisində heç kimlə marixuana əkmədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 33, 35-37, 61-62 və sair). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 04 avqust tarixli 7/865 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş beş ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,719 qram, 3,329 qram, 2,290 qram, 3,109 qram və 4,169 qram, ümumi çəkisi 19,616 qram və yaşadığı mənzilindən götürülmüş bir ədəd sellofan bağlamada təmiz çəkisi 875,0 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, bir ədəd tərəzidəki bitki mənşəli narkotik maddələrin qalıqları olmadığı üçün müqayisəli tədqiqat aparılmamışdır, ümumilikdə çəkisi 894,616 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı 894,316 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 72 manatdır (1-ci cild, iş vərəqi 44-46). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 04 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Samsung» markalı mobil telefona istintaqda və məhkəmədə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar olunmamış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 63-68 və sair). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 05 avqust tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs1 qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 69-71). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 05 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində əvvəli 2022-ci il avqustun 03dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmiş, sonuncu həmin tarixli məhkəmə iclasında narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ona dəfələrlə təzyiq göstərildiyini, fiziki şiddətə məruz qaldığını, bu səbəbdən narkotik vasitə götürdüyünü bildirərək heç bir sübut təqdim etməmişdir (1-ci cild, iş vərəqi 95-100). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 19 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzilindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 894,316 qram çəkidə qalığı və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınıb saxlanılması üçün idarənin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 115). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il avqustun 26-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 118). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 08 sentyabr tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 02 sentyabr tarixli AZF/LGL-14830/22 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış vaxtı ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınması, məktuba əlavə edilən CD diskinə baxış keçirilərkən iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar olunmamışdır (1-ci cild, iş vərəqi 123-125). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2022-ci il 21 iyul tarixli raportlarından, eyni tarixli Ə235- 008-22 №-li əməliyyat qrupunun yaradılması haqqında əmrindən, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından, 008-7122-1222 №-li və 008-7123- 1222 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edib Bakı şəhəri Səbail rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, adı çəkilən şəxs 2022-ci il iyulun 21-də saat 14:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın surətləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhərinin Səbail Rayon Məhkəməsinə göndərilmişdir (1-ci cild, iş vərəqi 138-144). İş materiallarındakı 2022-ci il 21 iyul tarixli Təqsirləndirilən şəxs2 razılıq ərizəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi eyni tarixli və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 18 noyabr tarixli protokollardan görünür ki, 2022-ci il iyulun 21-də videoçəkilişlə mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanında baxış və götürmə keçirilən zaman sonuncu könüllü şəkildə xüsusi işıqlandırma, havalandırma sistemi quraşdırılmış otaqdakı dibçəklərdə əkilmiş, kultivasiyası ilə məşğul olduğu narkotik tərkibli çətənə bitkilərini göstərərək qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə əkdiyini, kolların əkilib qulluq etlməsi müqabilində sonuncunun ona aylıq 2.000 manat verəcəyini bildirmiş, 58 ədəd çətənə kolu qablaşdırılmaqla götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmiş, heç bir şikayət, təklif və protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə istintaqda və məhkəmədə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmiş; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 18 noyabr tarixli protokoldan həmçinin görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs2 aşkarlanan 58 ədəd çətənə kolunun ona məxsus olmamaqla Təqsirləndirilən şəxs1 tərəfindən əkildiyini,sözü gedən mənzili sonuncuya kirayəyə versə də orada narkotik təbiətli çətənə bitkilərinin əkilməsi barədə məlumatın olmadığını, polis əməkdaşları onu hədələndiklərindən sonuncuların tələb etdikləri şəkildə ifadə verdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 150 və 152-154; 2-ci cild, iş vərəqi 156-157). İş materiallarında olan 2022-ci il 21 iyul tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında baxış və götürmə keçirilən vaxt aşkarlanan 58 ədəd çətənə kolu mütəmadi qulluq edilməklə dibçəklərdə və torf vəziyyətində olan torpağa əkilmiş, xüsusi işıqlandırma və havalandırma sistemi quraşdırılmış, bitkilərə aqrotexniki qaydada qulluq olunmaqla dibləri yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmış, ölçüləri 20-50 sm olan həmin çətənə bitkiləri kökləri ilə bərabər qablaşdırılıb götürülmüşdür (1-ci cild, iş vərəqi 155). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 21 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 14:00-da Azərbaycan Respublikasının CMnin 237.2.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun övladı X3 məlumat vermək hüququ təmin edilmiş, protokola əlavə və qeyd daxil olmamışdır (1-ci cild, iş vərəqi 165). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 21 iyul tarixli və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 18 noyabr tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncu əynindəki göy rəngli cins şalvarın sol yan cibindən içərisində siqaret dənələri olan bir ədəd siqaret qutusunu, bir ədəd «Samsung» markalı mobil telefonu, bir ədəd açarı, sağ yan cibindən bir ədəd bükümü və bir ədəd elektron tərəzini çıxarıb təqdim etməklə bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı mənzildə kultivasiya edərək üzərində saxladığını və qəbul etdiyini, həmin bitkiləri qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə əkdiyini, kolların əkilib qulluq göstərilməsi müqabilində sonuncunun ona aylıq 2.000 manat, üç aya 6.000 manat verəcəyini, tərəzini qızıl-zinət əşyalarını ölçmək üçün istifadə etdiyini, polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmiş, bir ədəd açar və bir ədəd siqaret qutusu Təqsirləndirilən şəxs2 qaytarılmaqla qalan aşkar olunanlar qablaşdırılaraq götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmiş, heç bir şikayət, təklif və protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə istintaqda və məhkəmədə baxış keçirilərkən qeyd olunanlar müəyyən edilmiş; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 18 noyabr tarixli protokoldan habelə görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanan bir ədəd bükümdəki narkotik vasitə qurudulmuş marixananın ona məxsus olsa da qalanların, yəni ünvan 3 ünvanından götürülən 58 ədəd çətənə kolunun ona aidiyyətinin olmadığını, polis əməkdaşları tərəfindən hədələndiklərindən sonuncuların tələb etdikləri məzmunda ifadə verdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 174-176; 2-ci cild, iş vərəqi 154-155). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 22 iyul tarixli 7/807 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan kütlə» yazıları və imzaları olan zərfdəki bir ədəd polietilen paketdə təmiz çəkisi 6,973 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanadır; bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur; üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunan kütlələr» yazıları və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada yaş vəziyyətdə, ümumi sayı 58 ədəd, ümumi çəkisi 535 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir; təqdim olunmuş marixuana ilə çətənə bitkiləri tərkibinə görə eynidir; narkotik vasitə qurudulmuş marixuananın və çətənə (kannabis) bitkilərinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 6,953 qram və 533,84 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 72 manatdır (1-ci cild, iş vərəqi 184- 186). İş materiallarında olan Azərbaycan Respublikasın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reestrindən MH seriyalı ******* №-li 2007-ci il 05 may tarixli və MH seriyalı ******* №-li 2007-ci il 08 may tarixli çıxarışlarının kserosurətlərindən müvafiq qaydada görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 41 ünvanındakı 27-ci və 19-cu mənzilzillər Təqsirləndirilən şəxs2 anası X2 adına daşınmaz əmlakın dövlət reestrində 413 №-li və 409 №-li reyestr kitablarının 38367 №-li və 38052 №-li vərəqlərində qeydiyyata alınmışdır (1-ci cild, iş vərəqi 187 və189). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 23 iyul tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1.ci və 237.2.3.-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs2 qeyd olunan maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 202-204). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2022-ci il 23 iyul tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 237.2.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində əvvəli 2022-ci il iyulun 21dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmiş, sonuncu arvadı Moskva şəhərində xəstə olduğu üçün pula ehtiyacı olduğundan bu işə əl atdığını bildirmişdir (1-ci cild, iş vərəqi 225-228). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 25 iyul tarixli protokoldan və tarixsiz qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs1 götürülən 5.000 manat və 1.800 ABŞ dolları məbləğində pul özünə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 246-248). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 2022-ci il 06 sentyabr tarixli 066-8054-1221 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək mümkün olmamışdır (2-ci cild, iş vərəqi 17). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 22 sentyabr tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilərkən birincisi polis əməkdaşları tərəfindən hədələndiyindən, hər hansı bir hüquq mühafizə orqanına şikayət etsə, işgəncələrə məruz qoyulacağını bildirdiyindən sonuncuların tələb etdikləri şəkildə ifadə verdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 isə 2022-ci il iyulun 25-də şahid qismində verdiyi ifadəni təsdiq etmişdir (2-ci cild, iş vərəqi 32-35). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 22 sentyabr tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 237.2.3.-cü maddələrindən həmin Məcəllənin 234.1.-ci, 237.2.1.-ci və 237.2.3.-cü maddələrinə tövsif olunmuşdur (2-ci cild, iş vərəqi 36-37). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 22 sentyabr və 2022-ci il 05 oktyabr tarixli qərarlarından müvafiq qaydada görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CMnin 237.2.1.-ci və 237.2.3.-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci, 237.2.1.-ci və 237.2.3.-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir (2-ci cild, iş vərəqi 40-41 və 58-60). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 17 avqust tarixli 4565 №-li və 2022-ci il 06 oktyabr tarixli 5826 №-li rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, Təqsirləndirilən şəxs2 əvvəllər kannabinoidlərdən istifadə halları olsa da hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkarlanmamaqla məcburi müalicəyə ehtiyacı yoxdur, sonuncuların ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür (2-ci cild, iş vərəqi 136-139). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il noyabrın 18-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (2-ci cild, iş vərəqi 140- 141). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 18 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «Samsung» markalı mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus ***-***-**- ** saylı mobil nömrənin «Zaur3ay» kimi qeyd olunması müəyyənləşdirilmiş, fotocədvəl protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 158-161). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 22 sentyabr tarixli protokollardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 şahidlər Şahid4 və Şahid3 ilə üzləşdirilərkən birincisi polis əməkdaşları tərəfindən hədələndiyindən, hər hansı bir hüquq mühafizə orqanına şikayət etsə, işgəncələrə məruz qoyulacağını bildirdiyindən sonuncuların tələb etdikləri şəkildə ifadə verdiyini göstərmiş, digərləri isə onun dediklərini təkzib etmişlər (2-ci cild, iş vərəqi 162-173). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 22 sentyabr tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 Şahid2lə üzləşdirilərkən birincisi polis əməkdaşları tərəfindən hədələndiyindən, hər hansı bir hüquq mühafizə orqanına şikayət etsə, işgəncələrə məruz qoyulacağını bildirdiyindən sonuncuların tələb etdikləri şəkildə ifadə verdiyini göstərmiş, Şahid2 isə istintaqda verdiyi ifadəni təsdiq etmişdir (2-ci cild, iş vərəqi 174-179). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 18 noyabr tarixli protokollardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 şahidlər Şahid2 və Şahid1 ilə üzləşdirilərkən birincisi yalnız üzərindən aşkar edilən beş ədəd kibrit qutusundakı qurudulmuş marixuananın ona məxsus olmasını, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün saxlandığı gün aldığını, yaşadığı ünvan 8 ünvanında müəyyən edilən narkotik vasitə qurudulmuş marixuananın və bir ədəd elektron tərəzinin polis işçiləri tərəfindən evinə qoyulduğunu, sonuncuların onu hədələdiklərinə görə aşkar olunan kütlənin Kamil adlı şəxsdən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə kultivasiya edərək qurudub satmaq məqsədi ilə əldə etdiyini bildirdiyini, Bakı şəhəri Səbail rayonunun ərazisində heç kimlə marixuana əkmədiyini, üstündəki pulların isə anasının müalicəsi üçün topladığı vəsaitin olduğunu göstərmiş, digərləri isə onun dedikləri ilə qismən razılaşıb Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkarlanan narkotik vasitənin və tərəzinin özünə məxsus olduğunu etiraf etdiyini, Təqsirləndirilən şəxs1 heç bir zor tətbiq edilmədiyini göstərmişlər (2-ci cild, iş vərəqi 184-195). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 18 noyabr tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci, 237.2.1.-ci və 237.2.3.-cü, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü, 237.2.1.-ci və 237.2.3.-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir (2-ci cild, iş vərəqi 196-198 və 218-220). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 20 noyabr tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü, 237.2.1.-ci və 237.2.3.-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci, 237.2.1.-ci və 237.2.3.-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 234.2.ci və 234.4.1.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 894,316 qram çəkidə qalığı, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın və çətənə (kannabis) bitkilərinin tədqiqatdan sonrakı müvafiq qaydada 6,953 qram və 533,84 qram çəkidə qalıqları, bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, dörd ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanan 860 manat və 100 ABŞ dolları məbləğində pul sonuncuya qaytarılmış, Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyənləşdirmək üçün hazırki cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə başqa cinayət işinin ayrılması qərara alınmışdır (2-ci cild, iş vərəqi 239-265 və 267-269). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2023-cü il 04 aprel tarixli 20-04-16-17/38/2- 2320/2023 №-li məktubu ilə daxil olan 7015/2022 №-li tibb kitabçasının kserosurətindən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 xəsarət almadığını bildirmihş, onun bədənində heç bir xəsarət aşkar olunmamış, sonuncu praktiki sağlamdır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssəsinin 2023-cü il 14 fevral tarixli 20-04-167 №-li məktubundan görünür ki, 2022-ci il sentyabrın 29-da Bakı İstintaq Təcridxanasından müalicə müəssəsinə köçürülən Təqsirləndirilən şəxs1 «Xroniki virus hepatiti subklinik forma. Xroniki sistit. Hər iki yuxarı ətrafın damar çatmamazlığı» diaqnozu müəyyən edilmiş, müalicə aparıldıqdan sonra sonuncu 2022-ci il noyabrın 15-də kafi vəziyyətdə təcridxanaya göndərilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci, 237.2.1.-ci və 237.2.3.-cü, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü, 237.2.1.ci və 237.2.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 234.1.-ci, 237.2.1.-ci və 237.2.3.-cü, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü, 237.2.1.ci və 237.2.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətdə özlərini müvafiq qaydada təqsirli bilməməsinə və qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onların bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 zor göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmiş, Təqsirləndirilən şəxs1 təzyiq göstərilməsini barəsində həbs qismində qətimkan tədbiri seçilən zaman bildirsə də bunu heç bir sübutla əsaslandırmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini fiziki və psixi təzyiq altında verməsi barədə ifadələrinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir arqumentlə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və öz maraqlarına əsaslanaraq Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasına, Təqsirləndirilən şəxs1 özünün vəziyyətini yüngülləşdirməyə çalışmasından irəli gələn dəlillərindən ibarətdir. Təqsirləndirilən şəxs1 qohumu olan Təqsirləndirilən şəxs2lə birlikdə sonuncuya məxsus ünvan 3 ünvanında xüsusi işıq və havalandırma sistemi ilə təchiz edilmiş otaqdan 58 ədəd dibçəkdə tərkibində narkotik maddələr olan çətənə kollarıını əkib-yetişdirməsi, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 6,719 qram, 3,329 qram, 2,290 qram, 3,109 qram və 4,169 qaram olmaqla ümumi çəkisi 19,619 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, çətənə kollarını əkib-yetişdirdiyi otaqdan 875,0 qram qurudulmuş marixuananın, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən satış məqsədi olmadan 6,973 qram qurudulmuş marixuananın aşkar edilməsi tam sübuta yetirilmişdir. Qeyd edilən halları təkizb edən hər hansı mötəbər sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə marixuananın-kannabis (qurudulmuş) şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin miqdarına görə İİİ siyahısında çətənə (kannabis) bitkilərinin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla aşağı hədləri 16 ədəd (31 hissə) müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 izahatları, sonuncunun şahid qismindəki, habelə təqsirləndirilən şəxslərin şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, maddi sübutun mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmalarına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilk məhkumluqlarını, ailə vəziyyətlərini, sonuncunun xəstəliyini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzalarını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduqları üçün onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı və onlar ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 894,316 qram çəkidə qalığı, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın və çətənə (kannabis) bitkilərinin tədqiqatdan sonrakı müvafiq qaydada 6,953 qram və 533,84 qram çəkidə qalıqları, habelə iki ədəd elektron tərəzi məhv edilməli, dörd ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 144 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 72 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X6 tərəfindən 10 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 60 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulduqları gündən, yəni müvafiq qaydada 2022-ci il iyulun 21-dən və 2022-ci il avqustun 03-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 237.2.1.-ci və 237.2.3.-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il iyulun 21-dən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə, Azərbaycan Respublikasının CM-nin 237.2.1.-ci və 237.2.3.-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il avqustun 03-dən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın, Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və onlar ərazi narkoloji dispanserdə qeydiyyata alınsınlar. 144 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 72 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 60 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 894,316 qram çəkidə qalığı, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın və çətənə (kannabis) bitkilərinin tədqiqatdan sonrakı müvafiq qaydada 6,953 qram və 533,84 qram çəkidə qalıqları, habelə iki ədəd elektron tərəzi məhv edilsin, dörd ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Rasim Sadıxov Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-508/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-508/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver