Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-508/2024 08.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12 : 50 – də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı və X6, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5, Təqsirləndirilən şəxs4, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Çərkəz oğlunun iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxx 1988-ci il tarixdə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, ev 4 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3, 29, 234.4.4, 234.4.1 və 234.4.2-ci maddələri ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4, xx xxxx 1993-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 29, 234.4.1, 29, 234.4.3 və 29, 234.4.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə əldə edib, saxlamaqla daşımış və satmış və qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd etmişdir. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Təqsirləndirilən şəxs1 2023-cü ilin fevral ayının sonunda qohumu Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə sövdələşib razılaşmaqla cinayət əlaqəsinə girərək, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Adəm” adlı şəxsdən qanunsuz olaraq satış məqsədilə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,358 qram çəkidə psixotrop maddə metamfetamin və kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,990 qram çəkidə narkotik vasitə heroini əldə edib, kirayədə yaşadığı ünvan 8 ünvanında yerləşən evə daşıyaraq gətirib, bükümlərə bölərək saxlamış və 03 mart 2023cü il tarixdə saat 02 radələrində qeyd olunan ünvanda tanışı Təqsirləndirilən şəxs4 10 manat pul müqabilində 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,358 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satdıqdan sonra, təkrarən həmin tarixdə tanışı Təqsirləndirilən şəxs3 əldə etdiyi 0,990 qram çəkidə narkotik vasitə heroinin bir qismini şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla 01 ədəd bükümdə 0,297 qram çəkidə narkotik vasitə heroini satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən əvvəldən tanıdığı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə sövdələşib razılaşmaqla cinayət əlaqəsinə girərək, qohumu Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satışı məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Adəm” adlı şəxsin bank kart hesabına 200 manat məbləğində pul ödəyərək həmin pulun müqabilində internet informasiya ehtiyatlarından istifadə etməklə “whatsapp” proqram təminatı ilə sifariş verdikləri təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,955 qram çəkidə psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan- Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altında qoyularaq gizlədildiyi barədə məlumatı əldə etdikdən sonra bu barədə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bildirməklə yanaşı, onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satışını həyata keçirilməsini sövdələşib razılaşdıqdan sonra, sonunculara həmin yerdən qeyd olunan külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metafetamini götürüb daşıyaraq onun yaşadığı evə gətirməsi üçün göndərmiş və onlar həmin yerə gedərək narkotik vasitə və psixotrop maddələri əldə etmək üçün axtaran zaman, saat 05:50 radələrində ərazidə xidmət edən DİN-nin ƏÇPA-nın 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanıldıqları üçün, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 iradələrindən asılı olmayan səbəbə görə cinayət törətməyə yönəldilmiş hərəkətlərini başa çatdıra bilmədiklərindən, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd etmiş və 03 mart 2023-cü il tarixdə saat 10:25 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan- Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altına baxış keçirilərkən, oradan 01 ədəd karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,955 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən qohumu Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Adəm” adlı şəxsin vasitəsi ilə əldə etdiyi 0,990 qram çəkidə narkotik vasitə heroinin qalan hissəsini yaşadığı ünvan 9 ünvanında yerləşən mənzilə daşıyaraq iki bükümə bölərək, təmiz çəkisi 0,455 qram və digər bükümdə isə 0,238 qram narkotik vasitə heroini evin qonaq otağındakı qara rəngli şüşə masanın üzərində 01 ədəd çəhrayı rəngli pul kisəsinin içərisində çəhrayı rəngli dəmir qabda saxlamış, 03 mart 2023cü il tarixdə saat 21:05 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən həmin evə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkiləri 0,455 qram və digər bükümdə isə 0,238 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə əldə edib, saxlamaqla daşımış və satmış və qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd etmişdir. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Təqsirləndirilən şəxs2 2023-cü ilin fevral ayının sonunda qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə sövdələşib razılaşmaqla cinayət əlaqəsinə girərək, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Adəm” adlı şəxsdən qanunsuz olaraq satış məqsədilə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,358 qram çəkidə psixotrop maddə metamfetamin və kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,990 qram çəkidə narkotik vasitə heroini əldə edib, Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 8 ünvanında yerləşən evə daşıyaraq gətirib, bükümlərə bölərək saxlamış və 03 mart 2023-cü il tarixdə saat 02 radələrində qeyd olunan ünvanda tanışı Təqsirləndirilən şəxs4 10 manat pul müqabilində 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,358 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satdıqdan sonra, təkrarən həmin tarixdə tanışı Təqsirləndirilən şəxs3 əldə etdiyi 0,990 qram çəkidə narkotik vasitə heroinin bir qismini şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla 01 ədəd bükümdə 0,297 qram çəkidə narkotik vasitə heroini satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən əvvəldən tanıdığı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə sövdələşib razılaşmaqla cinayət əlaqəsinə girərək, qohumu Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satışı məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Adəm” adlı şəxsin bank kart hesabına 200 manat məbləğində pul ödəyərək həmin pulun müqabilində internet İnformasiya ehtiyatlarından istifadə etməklə “whatsapp” proqram təminatı ilə sifariş verdikləri təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,955 qram çəkidə psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altında qoyularaq gizlədildiyi barədə məlumatı əldə etdikdən sonra bu barədə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bildirməklə yanaşı, onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satışını həyata keçirilməsini sövdələşib razılaşdıqdan sonra, sonunculara həmin yerdən qeyd olunan külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metafetamini götürüb daşıyaraq onun yaşadığı evə gətirməsi üçün göndərmiş və onlar həmin yerə gedərək narkotik vasitə və psixotrop maddələri əldə etmək üçün axtaran zaman, saat 05:50 radələrində ərazidə xidmət edən DİN-nin ƏÇPAnın 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanıldıqları üçün, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 iradələrindən asılı olmayan səbəbə görə cinayət törətməyə yönəldilmiş hərəkətlərini başa çatdıra bilmədiklərindən, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd etmiş və 03 mart 2023-cü il tarixdə saat 10-25 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altına baxış keçirilərkən, oradan 01 ədəd karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,955 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Adəm” adlı şəxsin vasitəsi ilə əldə etdiyi 0,990 qram çəkidə narkotik vasitə heroinin qalan hissəsini Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 9 ünvanında yerləşən mənzilə daşıyaraq iki bükümə bölərək, təmiz çəkisi 0,455 qram və digər bükümdə isə 0,238 qram narkotik vasitə heroini evin qonaq otağındakı qara rəngli şüşə masanın üzərində 01 ədəd çəhrayı rəngli pul kisəsinin içərisində çəhrayı rəngli dəmir qabda saxlamış, 03 mart 2023-cü il tarixdə saat 21-05 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən həmin evə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkiləri 0,455 qram və digər bükümdə isə 0,238 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd etmişdir. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Təqsirləndirilən şəxs4 satış məqsədi olmadan özünün psixotrop maddəyə olan təlabatını Ödəmək üçün 03 mart 2023cü il tarixdə saat 02 radələrində ünvan 10 ünvanında yerləşən mənzildə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış 0,358 qram çəkidə 01 ədəd bükümdə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamış, 03 mart 2023-cü il tarixdə saat 05-50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsi olan yerdə olan zaman, həmin ərazidə xidmət edən DİN-nin ƏÇPA-nın 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq ünvan 11 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu Polis bölməsinə gətirilmiş və həmin tarixdə qeyd olunan polis bölməsinin inzibati otaqlarının birində saat 09-40-də üzərinə videoçəkiliş vasitəsi ilə şəxsiaxtarış aparılarkən əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,358 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs4 əvvəldən tanıdığı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə sövdələşib razılaşmaqla cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs3 ilə birlikdə 03 mart 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 10 ünvanında yerləşən mənzildə olarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Adəm” adlı şəxsin bank kart hesabına 200 manat məbləğində pul ödəyərək həmin pulun müqabilində internet informasiya ehtiyatlarından istifadə etməklə “whatsapp” proqram təminatı ilə sifariş verdikləri təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,955 qram çəkidə psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altında qoyularaq gizlədildiyini öyrənməsindən sonra, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qeyd olunan külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs1 yaşadığı evə daşınması üçün həmin yerə getmiş, qeyd olunan yerdə axtarış apararkən saat 05:50 radələrində ərazidə xidmət edən DİN-nin ƏÇPA-nın 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanıldıqlarından iradələrindən asılı olmayan səbəbə görə cinayət törətməyə yönəldilmiş hərəkətlərini başa çatdıra bilməmiş, daha sonra 03 mart 2023-cü il tarixdə saat 10:25 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altına baxış keçirilərkən, oradan 01 ədəd karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,955 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd etmişdir. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan özünün narkotik vasitəyə olan tələbatını ödəmək üçün 03 mart 2023-cü il tarixdə saat 02 radələrində ünvan 9 ünvanında yerləşən mənzildə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış 0,297 qram çəkidə 01 ədəd bükümdə narkotik vasitə heroini əldə edərək üzərində saxlamış, 03 mart 2023-cü il tarixdə saat 05-50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsi olan yerdə olan zaman, həmin ərazidə xidmət edən DİN-nin ƏÇPA-nın 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq ünvan 13 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu Polis bölməsinə gətirilmiş və həmin tarixdə qeyd olunan polis bölməsinin inzibati otaqlarının birində saat 07-55-də üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi-axtarış aparılarkən əynindəki tünd qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,297 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs3 əvvəldən tanıdığı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə sövdələşib razılaşmaqla cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs4 ilə birlikdə 03 mart 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 10 ünvanında yerləşən mənzildə olarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Adəm” adlı şəxsin bank kart hesabına 200 manat məbləğində pul ödəyərək həmin pulun müqabilində internet informasiya ehtiyatlarından istifadə etməklə “whatsapp” proqram təminatı ilə sifariş verdikləri təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,955 qram çəkıdə psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altında qoyularaq gizlədildiyini öyrənməsindən sonra, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qeyd olunan külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamini satış məqsədi İlə qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs1 yaşadığı evə daşınması üçün həmin yerə getmiş, qeyd olunan yerdə axtarış apararkən saat 05-50 radələrində ərazidə xidmət edən DİN-nin ƏÇPA-nın 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanıldıqlarından iradələrindən asılı olmayan səbəbə görə cinayət törətməyə yönəldilmiş hərəkətlərini başa çatdıra bilməmiş, daha sonra 03 mart 2023-cü il tarixdə saat 10-25 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altına baxış keçirilərkən, oradan 01 ədəd karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,955 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 19 ünvanında yerləşən evində olarkən, səhər saat 8-9 radələrində, polis əməkdaşları gözlənilmədən evə daxil olmuş və onların hər ikisini saxlamışlar. Polis əməkdaşlarının sayı 15-20 nəfər olmuş, onlar evdə axtarış aparsalar da, heç nə tapmamışlar. Daha sonra polis əməkdaşlarının evə niyə basqın etmələrinin səbəbi onlara məlum olmuşdur. Bir gün əvvəl Xanbala və Ənvər, əvvəlcədən “zakladka” edilmiş narkotik maddəni əldə etmək üçün getmiş, bu zaman polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışlar. Onlar bir gün polis idarəsində saxlanılmış, sabahı gün polis əməkdaşları onların yaşadığı evə axtarış keçirmək üçün gəlmişlər. Bu zaman Xanbala da polislərlə birlikdə gəlmiş, əvvəlcə Xanbala qapını döymüş, daha sonra polislər evə daxil olmuşlar. Onlar polislərə Xanbala və Ənvərin onların tərəfindən “zakladka” dalınca göndərildiklərini demişlər. Bu zaman polis əməkdaşları onu və Şahini də şübhəli şəxs qismində saxlayaraq polis bölməsinə aparmışlar. Onlar 2 gün polis idarəsində qalmışlar. Orada onlara AR Cinayət Məcəlləsinin hansı maddələri ilə təqsirləndirildikləri bildirilmişdir. Xanbala və Ənvər getdikləri yerdə narkotik maddəni tapa bilməmişlər. Təqsirləndirilən şəxs1 suallara cavab olaraq bildirdi ki, ona elan olunan ittiham ilə tanış olmuşdur. Xanbala, Ənvər və Şahini tanıyır. Onlar dördü də narkotik vasitə istifadəçisidirlər. Həmişə dördü bir yerdə narkotik vasitə istifadə etmişlər. Bəzən elə olmuşdur ki, dördü ayrı-ayrı yerlərdə və vaxtda narkotik istifadə etmişlər. Ancaq “kakos” adlanan narkotik maddə istifadənin istifadəçisi olmuşlar. Psixotrop maddə “metamfetamin”dən istifadə etməmişlər. Saxlanılmamışdan bir gün qabaq 2 mart 2023-cü ildə dördü bir yerdə narkotik maddə istifadə etmişlər. Bəzən tanımadıqları adamlarla da narkotik istifadə etdikləri olmuşdur. Onlar narkotik maddəni “Sovetski” deyilən ərazidən, tanımadıqları adamdan almışlar. Narkotiki Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 19 ünvanında yerləşən evdə istifadə etmişlər. Müxtəlif yerlərdən də narkotik aldıqları olmuşdur. Narkotik vasitəni “Sovetski” deyilən ərazidən, “Asif” adlı şəxsdən almışlar. Onlar 2 mart 2023-cü ildə kiməsə narkotik maddə satmamışlar və ya Xanbala və Ənvərə narkotik maddə verməmişlər. Asif daha sonra vəfat etdiyindən, onlar “zakladka” üsulu ilə narkotik maddə əldə etməyə başlamışlar. “Zakladka” qoyan “Adəm” adlı İran İslam Respublikası vətəndaşı olmuşdur. Adəm ilə necə tanış olduqlarını xatırlamır. Adəm ilə Azərbaycan dilində “whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə danışmışlar. Adəmin istifadə etdiyi mobil nömrə İran operatoruna aid olmuşdur. Sonuncu dəfə onun telefonu vasitəsilə narkotik vasitə sifariş etmişlər. Onlar sonuncu dəfə “kakos” adlanan narkotik maddə sifariş vermişlər. Onlar narkotik vasitəni Qaradağ rayonu ərazisindən götürəcəkmişlər. Narkotik vasitənin dalınca Xanbala və Ənvər getməli olmuşdur. Ənvər və Xanbala gecə təxminən saat 12-1 radələrində narkotik vasitəni götürmək üçün getmişlər. Onlar sonradan öyrənmişlər ki, Ənvər və Xanbala narkotiki tapa bilməyib geri qayıdarkən polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışlar. Onlar bu məlumatı telefon vasitəsilə öyrənmişlər. Narkotik yerində tapılmasa, onlar daha Adəmə zəng etmirmişlər. Onlar Ənvərgil geri qayıtdıqdan sonra Adəm ilə məsələni aydınlaşdıracaqmışlar. Onun telefonu həmin vaxt Xanbalada olmuşdur. Xanbalagil ilk dəfə zəng edərək narkotiki tapa bilmədiklərini və geri qayıtdıqlarını, ikinci dəfə zəng edərək artıq polis tərəfindən saxlanıldıqlarını bildirmişlər. Ənvər və Xanbala saxlanıldıqdan sonra polisə verdikləri ifadədə onların, yəni o və Şahinin də onlarla birlikdə olduqlarını bildirmişlər. Evdən narkotik maddə tapılmamış, “Zakladka” qoyulduğu deyilən yerdə də narkotik maddə olmamışdır. Evdə də narkotik maddə olmamış, evə keçirilən ilk axtarışda narkotik maddə aşkar olunmamışdır. Sonra polis bölməsinə getmişlər. Həmin günün axşamı evə videoçəkilişlə baxış keçirmək üçün ikinci dəfə gəlmişlər. Bu zaman polis əməkdaşları evə 2 büküm narkotik maddə yerləşdirmiş və ondan həmin narkotikin ona məxsus olması və evdən aşkar olunması barədə ifadə verməsini tələb etmişlər. O, polislərə etiraz etmiş, lakin, onlar buna məhəl qoymamışlar. Evə ikinci dəfə gələn zaman polislər dördündən yalnız onu özləri ilə gətirmişlər. Onun ibtidai istintaq zamanı verdiyi ifadəyə müstəntiq tərəfindən çox əlavələr olunmuşdur. Evə axtarış keçirilən zaman müstəntiq iştirak etməmişdir. Saxlanılan zaman ona zor tətbiq olunmuşdur. Aldığı xəsarətlərin hamısı Bakı İstintaq Təcridxanasına daxil olan zaman qeydiyyata alınmışdır. Bakı İstintaq Təcridxanasında olarkən onu çağırıb, xəsarətlərinin olub-olmamasını soruşmuşlar. O, xəsarət aldığını bildirmişdir. Ona həmin zaman şikayət edib-etməyəcəyini soruşmuşlar. O, şikayətin nəyisə dəyişib-dəyişməyəcəyini soruşmuş, ona “xeyr” cavabı verildiyi üçün bu zaman artıq şikayət etməyinə də ehtiyac olmadığını bildirmişdir. Şahin onlara saxlanılmamışdan bir gün əvvəl, axşamüstü gəlmişdir. Şahin mütəmadi olaraq onlara gəlmişdir. Onlar Şahinlə həm də qohumdurlar .Qabil adlı usta və Sabir adlı güləş müəllimi onların evində olmuşlar. Həmçinin, övladı və həyat yoldaşı da evdə olmuşlar. Həmin axşam Şahin onlarda qalmışdır. Divanda yatmış, o da daha Şahini oyatmamışdır. Şahinin həmin gün evə getmək fikri olmuşdur. Səhər saat 8 radələrində polis əməkdaşları evə gələrək onları birbaşa polis bölməsinə aparmışlar. Şahini də onunla bərabər polis bölməsinə aparmışlar. Polis bölməsində Şahinin kim olduğunu ondan soruşmamışlar. Pul qarşılığında ümumiyyətlə heç kimə narkotik maddə verməmişdir. Lakin, bəzən “ağrıda” olan dost-tanışa əvəzsiz olaraq narkotik maddə vermişdir. Təqsirləndirilən şəxs3 ilə bir məhəllədə qalmışlar. Təxminən 3-4 ildir ki, Xanbalanı tanımış, Xanbala çox nadir hallarda onların yanına gəlmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “Sovetski” deyilən ərazidə yaşamış, Fərid isə Nərimanov rayonunda yaşamışdır. O, həmin gün Fəridgilə qonaq getmiş, Fərid onların yeznəsidir, o isə Fəridin qaynıdır. Onlar həmin gün Fərid ilə əyləşmişlər. Bir qədər sonra ayrı-ayrı olaraq, Xanbala və Ənvər evə gəlmişlər. Xanbala evdə çox qalmamış, elə gəldikdən 15-20 dəqiqə sonra da gedəsi olmuşdur. Ənvər getməmişdən əvvəl çölə çıxmış, daha sonra geri qayıdıb koridorda Fərid ilə söhbət etməyə başlamışdır. O, Ənvərə hara getdiyini soruşmuş, Ənvər isə “işim var” deyə cavab vermişdir. Bu zaman Xanbala Ənvərə əgər gedirsə, yolüstü onu da gedəcəyi ünvana aparmasını xahiş etmiş, Ənvər də razılaşmışdır. Xanbala Ənvərə onu da məhəlləyə qədər aparmasını xahiş etmişdir. O, Xanbala ilə Ənvər getdikdən sonra yenidən evə qayıdıb, telefonda “kazino” oynamağa başlamışdır. Elə orada da yuxuya getmişdir. Səhər onun üzərinə su tökərək onu oyatmışlar. O, gözlərini açdıqda evdəkilərin üzü divara dayandıqlarını görmüşdür. O, nə baş verdiyini soruşduqda, dayanmadan onu döyməyə başlamışlar. Eyni anda evdə olan digər şəxsləri də polis əməkdaşları döymüşlər. O nəyə görə polislərin evə basqın etdiklərini və onları döymələrini anlaya bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Xanbala və Ənvər axşam “zakladka” dalınca getmiş və polis əməkdaşları tərəfindən saxlanılmışlar. Daha sonra onları bölməyə aparmışlar. O, orada da polislərdən onu nəyə görə buraya gətirib saxladıqlarını soruşmuşdur. Polislər ona Xanbalagilin “zakladka” dalınca gedərkən saxlandıqlarını və onun da onlarla əlbir olduğunu demişlər. O, bu hadisə ilə bağlı heç bir əlaqəsi olmadığını demiş və polislərdən onu rəisin yanına aparmalarını xahiş etmişdir. O, bölmə rəisi ilə görüşmüş, rəis ona “sən heç kimi zakladka dalınca göndərməmisən?” deyə sual vermişdir. O, isə cavabında heç kimi “zakladka” dalınca göndərmədiyini bildirmişdir. Həmin zaman polis rəisi ona əgər heç kim onu “zakladka” dalınca göndərdiyini deməsə və günahsız olduğu aşkar olunsa, onu buraxacaqlarını bildirmişdir. Daha sonra Ənvəri otağa gətirmişlər. Polislər Ənvərdən onu kimin “zakladka” dalınca göndərdiyini sual etdikdə, Ənvər “məni Şahin göndərib” cavabını vermişdir. O, bu zaman Ənvərə etiraz etmiş və onun ümumiyyətlə hara getdiyi barədə məlumatı olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları Ənvəri cəld otaqdan çıxarmış və onu döyməyə başlamışlar. Polislər onu döyə-döyə “təqsirini boynuna al” demişlər. O, isə onlara dönə-dönə heç bir təqsiri olmadığını bildirmişdir. Daha sonra polislər ona videoçəkilişə gedəcəklərini bildirmişlər. O, polislərə videoçəkilişdə heç nə deməyəcəyini, onun olmayan heç bir təqsiri boynuna götürməyəcəyini, yalnız söyüş söyəcəyini bildirmişdir. Məhz buna görə də o, videoçəkilişə aparılmamış, bölmədə qalmışdır. Onun heç bir günahı yoxdur. Onun əvvəllər cinayət törətməyi, indi də onun bu işdə iştirakı olduğu anlamına gəlmir. O, 10 il bundan öncə cinayət törətmişdir. O, narkotik vasitə istifadəçisi olsa da, bu iş ilə hər hansı əlaqəsi yoxdur. Onun saxlanılan zaman da Yasamal rayon məhkəməsində işinə baxılmış, həmin məhkəmədə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmişdir. Böyük ehtimalla orada azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılacaqmış. Təqsirləndirilən şəxs2 suallara cavab olaraq bildirdi ki, o, mütəmadi olaraq narkotik maddələrdən istifadə etmişdir. Fərid də mütəmadi olaraq narkotik maddə istifadəçisi olmuşdur. Təxminən həftədə 1-2 dəfə Fərid ilə birlikdə narkotik istifadə etmişlər. Onun həmin gün üzərində 0,02 qram heroin olmuşdur. Fəridin həmin gün özündə narkotik maddə olmamışdır. Onda olan narkotiki ikisi bir yerdə istifadə etmişlər. Onlar narkotik vasitəni elə yerdə istifadə edirlər ki, evdə yaşayanlar onları görməsin. Ənvər və Xanbalanı təxminən 4-5 ildir ki, tanımış, bir məhəllədə yaşamışlar. Ənvər heroin istifadəçisi olmamış, o, metamfetamin istifadə etdiyini bilmişdir. Xanbala isə heroindən istifadə etmiş, bir neçə dəfə Ənvər və Xanbala ilə birlikdə narkotik istifadə etmişlər. O, axşam saat 10-11 radələrində evə gəlmiş, 5 dəqiqə sonra Xanbala evdən çıxmışdır. Qapının yanında Xanbala ilə Ənvər nə isə danışmış, lakin nə danışdıqlarını o, bilməmişdir. O, həmin zaman divanda əyləşib “kazino” oyunu oynamışdır. Xanbalagil getdikdən sonra o, Fərid və Qabil evdə qalmışlar. O, elə divanda da, “kazino” oynaya-oynaya yuxuya getmiş, Ənvərin niyə gəldiyini bilməmişdir. Ənvər evə gəlsə də, lakin, koridordan içəri girməmişdir. O, içəridən sadəcə onun səsini eşidib Ənvər olduğunu bilmişdir. Xanbala içəridə oturmuş, o, gələndə evdə Fərid, ailə üzvləri və Xanbala olmuşdur. Evdə bir yerdə olarkən narkotik maddə almaq, əldə etmək barədə söhbət etməmişlər. O, Xanbalagilin “zakladka” dalınca getdiklərini bilməmişdir. O, hətta Xanbaladan hara getdiklərini də soruşmuş, lakin o, “işimiz var” demiş, başqa bir şey deməmişdir. O, bir də Xanbalanı səhər polislər tərəfindən evə gətiriləndə görmüş, Ənvəri isə ümumiyyətlə görməmişdir. O, onların narkotik dalınca getmələri, kiminlə və harada görüşmələri, necə saxlanılmaları barədə heç nə bilməmişdir. Hətta bu günə qədər onların həmin axşam başına gələnlər barədə məlumatı yoxdur. Onun üzərində saxlanılan zaman narkotik maddə olmamış, səhər polislər evə basqın edərkən, bilinən adamlardan başqa, usta və Qabil də orada olmuşdur. Həmin şəxslərin üzərində də narkotik olmamışdır. Polislər səhər Xanbalanı evə gətirmiş, Ənvər isə 4-cü polis bölməsində qalmışdır. O, bölməyə getdikdən sonra orada rəisin otağında rəisə izahat verərəkən Ənvəri otağa gətirmişlər və o, Ənvəri orada görmüşdür. O, Ənvər və Xanbalaya narkotik maddə satmamış, bir gün əvvəl Ənvər və Xanbala ilə görüşməmişdir. Fəriddən başqa heç kimə narkotik maddə verməmiş, Ənvər və Xanbalanın “zakladka” dalınca getmələrindən də xəbəri olmamışdır. Polis əməkdaşları onu ona görə döymüşlər ki, onun da bu hadisədə iştirakı olduğunu boynuna götürsün. Zahiri olaraq üzdə görünən xəsarətləri olmasa da, zərbələrin təsirindən bədəni ağrımışdır. İstintaq təcridxanasına aparılarkən xəsarətlərinin olmadığı qeyd olunmuşdur. O, Bakı İstintaq Təcridxanasına aparılarkən döyüldüyünə görə ağrımış və halsız olmuşdur. Məhz buna görə də, prosedurun tez bir zamanda qurtarması üçün ondan xəsarətlərinin olub-olmaması soruşularkən, o, olmadığını bildirmişdir. Ağrımasının səbəbi bədəninin narkotik maddə tələb etməsi olmuşdur. O, heç vaxt narkotik vasitə satmamış, polis əməkdaşları sırf ondan əl çəksinlər deyə, sənədlərə imza etmiş, həmin sənədlərin məzmunu ona məlum olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonunda yaşayır, digər təqsirləndirilən şəxsləri də oradan tanıyır. Xanbala ilə o qədər də yaxın münasibəti olmamış, lakin, Fərid ilə yaxın münasibəti olmuşdur. Fəridi təxminən 4-5 ildir ki, tanıyır və onunla bir məhəllədə yaşayır. Fərid ilə mütəmadi olaraq görüşmüşdür. O, 3 mart tarixində, saat təqribən 00:30 radələrində Fəridin evinə gəlmiş, Fəriddən metamfetamin istəmiş, lakin, Fərid üzərində narkotik maddə olmadığını bildirmişdir. O, Fəridlə qapının arxasında söhbət etmiş, həmin vaxt Şahin də oraya gəlmişdir. Fərid özündə narkotik olmadığını, lakin, tanıdığı bir İran vətəndaşında narkotik maddə olduğunu, onun internet vasitəsi ilə ünvanı göndərdiyini və həmin narkotiki gedib götürmək lazım olduğunu ona bildirmişdir. Lakin, o, həmin İran vətəndaşını tanımamış, lakin o, Fəridin təklifi ilə razılaşmışdır. Fərid öz mobil telefonunu ona vermiş və həmçinin taksi də sifariş etmişdir. Taksi onları həmin ünvana aparmış, onlar həmin ünvana çatdıqda, o, taksidən düşmüş və ərazidə narkotik maddəni axtarmağa başlamışdır. Lakin, narkotik maddəni tapa bilməmiş və yenidən maşına əyləşmişdir. Bu zaman həmin taksi sürücüsü yeni müştərinin sifariş verdiyini bildirmiş, o da həmin taksidən düşmüş və yeni taksi sifariş vermişdir. Mobil tətbiq taksinin 09 dəqiqə ərzində onun olduğu ünvana çatacağını göstərmişdir. Bu zaman post-patrul xidməti əməkdaşları yaxınlaşmış və onu şübhəli şəxs qismində saxlamışlar. Həmin yerdə üzərinə baxış keçirilmiş, lakin, üzərindən heç nə aşkar olunmamışdır. Polislər onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə çatdıqdan sonra, üzərində olan bütün əşyaları növbətçi hissəyə təhvil vermişdir. Polis əməkdaşları onu bir otağa salmış və təxminən 24 saat həmin otaqda qalmışdır. Təqsirləndirilən şəxs4 suallara cavab olaraq bildirdi ki, 3 mart tarixində, saat təqribən 00:30 radələrində Fəridin yaşadığı evə Fəriddən metamfetamin almaq üçün gəlmişdir. Fəriddən başqa içəridə qonaqları olmuş, Qabildə həmin vaxt içəridə olmuşdur. Şahin onunla söhbət etmiş və içəri girmişdir. O, evdən çıxanda Şahin gəlmiş, Şahin ondan sonra evə gəlmişdir. İçəridə Qabil, “Qoca” ləqəbli bir şəxs və Fəridin ailə üzvləri olmuşdur. Stolun üzərində hər hansı narkotik maddə istifadə etmək üçün yardımçı əşya və yaxud predmet olmamışdır. Həmin vaxt heç kim yatmamış, özünün pulu olanda, “Sovetski” ərazisində kimi tapsa ondan narkotik vasitə almışdır. Belə ki, “Sovetski” ərazisində narkotik maddə tapmaq çox asandır, kifayət qədər çox satıcı vardır. Lakin, pulu olmadığından, bir dost kimi Fəriddən almışdır. Fəridin həmin vaxt qonaqları olduğundan başı qarışıq olmuşdur. O, Şahindən narkotik istəməmiş, onunla elə bir münasibəti olmamışdır. Xanbalanı taksi sifariş verərkən görmüş, Xanbala birdən-birə peydah olmuş, haradan gəldiyini bilməmiş, Xanbalanı içəridə görməmişdir. O, Xanbalaya haraya getdiklərini deməmiş, nə də Xanbala ondan bu barədə soruşmamışdır. Götürəcəkləri narkotik təxminən 8 qram olmuşdur. Narkotik üçün nə qədər pul göndərildiyini bilməmişdir. Ünvanı Fərid demiş və öz telefonunu da ona vermiş, narkotiki kimdən alacağını bilməmiş, yəqin ki, həmin şəxs İran vətəndaşı olmuşdur. Götürəcəyi narkotikin mənşəyi metamfetamin olmuş, təkcə metamfetamin deyil, heroin də götürəcəkmişlər. Narkotik maddələrdən biri təxminən 6 qram, digəri də 2 qram olacaqmış. O, narkotiki götürüb Fəridə verəcəkmiş, Fərid isə həmin narkotikdən onun istifadəsi üçün narkotik vasitə verəcəkmiş, qalan hissə Fəridin özündə qalacaqmış. Fəridin həm uşağı oyaq olmuş, həm də qonaqları olmuşdur deyə, o, gedə bilməmişdir. O, taksi gözləyərkən polislər onu saxlamışlar. Təqribən 01:30 radələrində polislər onu saxlamışlar. Onu saxlayanlar post-patrul xidməti əməkdaşları olmuşdur. Saxlanılan zaman üzərində narkotik maddə olmamışdır. Əraziyə baxmış, lakin, narkotiki tapa bilməmişdir. Həm saxlanılan zaman, həm də növbətçi hissədə üzərinə baxış keçirilmişdir. Videoçəkiliş zamanı üzərindən aşkar edilmiş metamfetamini ona polis əməkdaşları vermişdir. Ona narkotik vasitə verən post-patrul əməkdaşı deyil, Vüqar adlı başqa bir polis əməkdaşı olmuşdur. Həmin polisin vəzifəsi ona məlum olmamış, o, fiziki təzyiqlərə məruz qalmışdır. Xəsarətləri olmamış, kəmərlə döyülmüş, Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarətləri olmamışdır. Qətimkan tədbiri ilə bağlı məhkəmədə ona xəsarətləri ilə bağlı danışmağa imkan verməmişlər. İbtidai istintaq dövründə hər hansı şikayəti olmamışdır. İbtidai İstintaq dövründə cinayət işi materiallarına imza etmiş, lakin nəyə imza etdiyi ona məlum olmamışdır. 10-cu polis bölməsində onunla bərabər Fərid, Şahin və Xanbalanın da məsuliyyətə cəlb olunduğunu öyrənmişdir. Müstəntiqə ifadə verərkən Fərid, Şahin və Xanbalanın da məsuliyyətə cəlb olunduğunu bilməmişdir. Müvəqqəti saxlama yerində olarkən artıq Fərid, Şahin və Xanbalanın da məsuliyyətə cəlb olunduğu ona məlum olmuşdur. Digər təqsirləndirilən şəxslərdən heç vaxt narkotik maddə almamışdır. Xanbalanın heç vaxt narkotik maddələrin alışı və satışı ilə məşğul olması barədə eşitməmişdir. Xanbalanın hara və nə məqsədlə getdiklərindən xəbəri olmamış, Xanbalaya qarşı da fiziki zorakılıq olmuşdur. Onun saxlandığı otaqdan qışqırıq səsləri gəlmiş, Xanbalanın dişinin sındırılmağını eşitmiş, amma canlı şahidi olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, axşam radələrində o, şəhərin Nəsimi rayonunda, 28 may ərazisində olmuşdur. Orada müəyyən işlərini həll etmiş və daha sonra tanışı Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamışdır. Fərid onun “Sovetski” deyilən ərazidə yaşayarkən qonşusu olmuş, münasibətləri yaxşıdır. O, Fəridlə əvvəlcə telefonla danışmış, Fərid ona evinə gəlməyi təklif etmişdir. O, Fəridgilə getmiş, əyləşib bir az söhbət etmiş, çay içmiş və çox keçmədən qalxmaq istəmişdir. O, artıq Fəridgildən çıxarkən, qapıda Ənvər ilə rastlaşmış, bir qədər də onunla danışmış, daha sonra Ənvər ondan hara getdiyini soruşmuşdur. O, isə cavabında evə gedəcəyini bildirmiş, gəldikləri qərara əsasən, Ənvər də onunla gedəsi olmuşdur. Ənvər yolda ona əvvəlcə həll etməli bir işi olduğunu və başqa yerə getməyi təklif etmiş, o da razılaşmışdır. Taksi onları Xocasən yoluna aparmışdır. Ona sonradan məlum olmuşdur ki, onlar həmin yerə narkotik maddə dalınca gəlmişlər, çünki, Ənvər ona əvvəlcə narkotik vasitə barədə heç nə deməmişdir. Onlar deyilən ünvanda təxminən 10 dəqiqə narkotik maddəni axtarmış, lakin tapa bilməmişlər. Buna görə də, geri qayıtmağa qərar verib taksi sifariş vermişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq, onları şübhəli şəxs qismində saxlamışlar. Üzərilərinə baxış keçirilmiş, lakin üzərilərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Onlar sənədlərini polislərə təqdim etmiş və polislər onları şübhəli şəxs qismində saxlayaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. Onların üzərinə bölmədə də baxış keçirilmiş, lakin yenə heç nə aşkar olunmamışdır. Onlar səhərə qədər polis bölməsində saxlanılmış, səhər saatlarında əməliyyatçılar yenidən onların yanına gəlmiş və onları döyməyə başlamışlar. Polis əməkdaşları həmin zaman onun 2 dişini sındırmış, o, polis əməkdaşlarına ağciyərində narahatlıq olduğunu bildirmiş və onu döyməmələrini xahiş etmişdir. Polislər onlara videoçəkiliş aparılacağını bildirmişlər. O, polislərə üzərlərindən heç bir narkotik maddə aşkar olunmadığını desə də, xeyri olmamış və onu yenə döyməyə başlamışlar. Polislər ona bildirmişdir ki, “üzərinə 1 bükümdə mal qoyuram, çəkilişdə boynuna götürərsən ki, filankəsdən bu narkotiki əldə etmişəm”. O, buna etiraz etmiş və bu narkotiki özlərinin ona verdiyini və bu halda ona aidiyyatı olmayan narkotik maddəni boynuna almayacağını bildirmişdir. Videoçəkiliş zamanı orada bir vəkil də olmuş, polislər onu müdafiəçinin gözündən kənarda, gizli formada döyməyə çalışmışlar. O, təcridxanaya daxil olarkən xəsarətlərinin olduğunu və dişlərinin sındırıldığını demiş, qeydiyyata alınıb-alınmadığını isə bilməmişdir. O, saxlanıldıqları günün səhəri günü döyülərək maşına mindirilmiş və ona videoçəkilişə getdikləri bildirilmişdir. Onun əllərini arxadan qandallayaraq “Hyundai Tucson” markalı avtomobilə mindirmişlər, eyni zamanda orada başqa bir “Nissan Sunny” markalı avtomobil də olmuşdur. Ümumilikdə 4 avtomobildə, Fəridgilin evinə videoçəkilişə gedilmişdir. Evə çatdıqda polislər ona qapını döyməyi əmr etmiş, o, qapını döymüş və qapını Fərid özü açmışdır. Bu zaman əməliyyatçılar hər tərəfdən tökülüşərək, evə daxil olmuşlar. Evdəkiləri bir yerə toplayaraq ayrı-ayrılıqda döyməyə başlamışlar. Bu zaman Şahin divanın üstündə yatmış, polislərdən biri stolun üzərində olan suyu Şahinin üzünə tökərək, Şahini oyatmışdır. Hər kəsə üzü divara tərəf çevrilməsi tələb olunmuş, daha sonra videoçəkiliş aparılmışdır. Ardınca onları yenidən polis bölməsinə gətirmişlər. Onlara bölməyə çatdıqdan sonra dünən narkotiki götürmək üçün getdikləri əraziyə baxış keçiriləcəyi bildirilmişdir. Onlar Xocasən yolu istiqamətində, “zakladka” qoyulan yerə aparılmışlar. Orada 2 nəfər X19 əməkdaşı ünvanda göstərilən ərazidən təxminən 100 metr uzağa getmiş və əllərində narkotik maddə ilə geri qayıtmışlar. O da bir kənarda, yanında vəkili ilə baş verənləri seyr etmişdir. Daha sonra müəyyən sənədləşdirilmə işləri aparılmış, o, məzmunu ona məlum olmayan müxtəlif sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs3 suallara cavab olaraq bildirdi ki, Ənvərin üzərində Fəridə məxsus olan telefon olmuş və məhz buna görə də polislər onların Fəridgillə əlbir olduqlarını düşünmüşlər. Polislərin onları Fərid ilə necə əlaqələndirməsini tam dəqiq bilməmişdir. Ənvərin telefonunda sim kart olmamışdır. O, yolda olarkən Xocasən yoluna, narkotik dalınca getdiklərini öyrənmişdir. Ənvər məhəllədən tanışı olduğu üçün hara getmələri o qədər də əhəmiyyətli olmamışdır. O, Xocasənə çatanda hansı məqsədlə həmin yerə gəldiklərini öyrənmişdir. Onlar deyilən ünvana çatdıqda, Ənvər ona bir şəkil göstərmiş və həmin yerə narkotik vasitənin “zakladka” olunduğunu ona bildirmişdir. “Zakladka” olunan narkotik vasitənin hansı həcmdə, neçə qram olduğunu, onun üçün nə qədər pul ödəndiyini bilməmişdir. Təxminən kiçik həcmdə olan bir narkotik vasitəni axtarmışlar narkotikin kimin üçün sifariş olunduğunu da bilməmişdir. Fərid özü narkotik vasitə istifadəçisidir, o, yalnız özü üçün narkotik vasitə əldə edir. Fəridin narkotiki kimdən və necə əldə etdiyini bilməmiş, satıcının kim olduğu, cinsi və mobil nömrəsindən hara vətəndaşı olduğu da onlara məlum olmamışdır. Həmin yerə ilk dəfədir ki, getmiş, o, Fəridgilə gəlməmişdən öncə artıq narkotik maddə qəbul etmişdir. O, 28 May ərazisində işi olduğundan və Fəridgilin evi də həmin əraziyə yaxın olduğundan, görüşmək məqsədilə onlara getmişdir. Fəridin evi “Yaşıl Bazar”-ın yaxınlığındadır. O, gələndə Şahin artıq yatmış, evdə olarkən narkotik maddə barədə heç bir söhbət etməmişlər. O, Fərid və Şahinin onlara gəlməmişdən öncə narkotik maddə istifadə etdiklərindən xəbərsiz olmuşdur. O, Ənvərin Fəridgilin evinə gələcəyini bilməmiş, Ənvər ilə qabaqcadan narkotik vasitə barədə söhbət etməmişlər. Onlara şəkili göndərilən narkotik maddə ilə tapılan narkotik maddənin həcmi və görüntüsü, bir-birinə aşkar surətdə uyğun gəlməmişdir. Narkotik maddəni tapan polis əməkdaşını tanımır, bəlkə də, həmin polisi görsə, tanıya bilər. Polislər onun 2 dişini sındırmış, o, Fərid, Şahin və Ənvərdən bu vaxta qədər narkotik maddə satın almamış, amma birlikdə narkotik maddə istifadə etmişlər. Narkotik maddə hansı birində olubsa, olmayanlar da onunla birgə istifadə etmiş, lakin, bu əvəzsiz formada olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN Əlahiddə ÇPA 10-cu PB-nin polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, hadisənin üzərindən kifayət qədər çox vaxt keçdiyi üçün, baş verənləri tam dəqiq xatırlamır. Hadisə mart ayında baş vermişdir. Təqsirləndirilən şəxsləri şübhəli şəxs kimi saxlayaraq polis bölməsinə dəvət etmişlər. Hadisə Lökbatan ərazisində baş vermişdir. Hadisə haqqında xatırladıqları bundan ibarətdir. Şahid4 suallara cavab olaraq bildirdi ki, “Meyvəli” deyilən ərazidə şübhəli şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Təxminən gecə saat 03:00-03:30 radələri olmuşdur. Daha sonra onları polis bölməsinə gətirmişlər. Onlar şübhəli şəxslərdən orada nə etdiklərini soruşmuşlar. Onlar taksi sifariş verdiklərini və onu gözlədiklərini bildirmişlər. Onlar həmin şəxsləri avtomobilə mindirərək telefon işığı ilə əraziyə baxış keçirmişlər. Bu zaman yerdə daşın arxasında, bükümdə narkotik maddə aşkar olunmuşdur. Şübhəli şəxslərin üzərində narkotik maddə olmamış, narkotik maddə yerdən aşkar olunmuşdur. Şübhəli şəxslər narkotik maddənin onlara məxsus olduğunu və onun dalınca gəldiklərini etiraf etmişlər. Gecə saat 03:30 olmuş və həmin şəxslərin boş bir ərazidə olması onlarda şübhə oyatmışdır. Onlar şübhəli şəxslərə yaxınlaşıb ilk olaraq burada nə etdiklərini soruşmuşlar. Onlar şübhəli şəxslərə taksinin onları nəyə görə kimsəsiz ərazidə düşürdüyünü soruşmuşlar və şübhələnmişlər. Bu zaman biri şübhəli şəxslərin yanında qalmış, digəri isə əraziyə baxış keçirmişdir. Bu zaman yerdən bükümdə narkotik maddə aşkar etmişlər. Şübhəli şəxslər ilk olaraq narkotik maddənin onlara məxsus olduğunu boyunlarına almamışlar, lakin, sonradan etiraf etmişlər ki, narkotik maddə onlarındır. Şübhəli şəxslərin narkotik maddəni kimdən əldə etməsi onlara məlum olmamışdır. Onlar daha sonra şübhəli şəxsləri bölməyə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Şübhəli şəxslərin hər ikisi narkotik maddənin onlara məxsus olduğunu etiraf etmişlər. Onların özləri də aşkar olunan predmetin narkotik maddə olduğunu bildirmişlər. O, şübhəli şəxslərin yanında qalmış, digər əməkdaş isə əraziyə baxış keçirmiş və maddəni aşkar etmişdir. Xanbalanı vizual olaraq tanıyır. Qeyd etdiyi 2 nəfər şübhəli şəxsdən biri o olmuşdur. O, həmin vaxt avto-patrulda olmuş, patrul yoldaşı Namiq Sarıyev olmuşdur. Onlar torpaq yol ilə 2 nəfərin hərəkət etdiyini görmüşlər və həmin şəxslərə yaxınlaşıb burada nə etdiklərini soruşmuşlar. Onlar taksinin onları burada düşürdüyünü bildirmişlər. O, həmin şəxslərin yanında qalmış, Namiq isə telefon işığı ilə əraziyə baxış keçirmişdir. Bir qədər sonra Namiq əlində narkotik maddə aşkar edib gətirmişdir. Narkotik maddə daşın yanına qoyulmuşdur. Həmin şəxslər narkotik maddəni götürməmişlər. Şübhəli şəxslər ilə narkotikin aşkar olunduğu daşın arasında 3-5 metr məsafə olmuşdur. Şübhəli şəxslər özləri narkotik maddənin onlara məxsus olduğunu etiraf etmişlər. Şübhəli şəxslərin adlarını bilmir, lakin, zahiri əlamətlərinə görə onları tanıyır. Onun fikrincə, şübhəli şəxslər onları görən zaman özləri narkotik maddəni daşın arxasına gizlətmişlər. Bölmədə şübhəli şəxslərin üzərinə baxış keçirilərkən o da iştirak etmişdir. Şübhəli şəxslərin üzərlərindən telefon və pul aşkar olunmuşdur. Sabahı gün onlar yenidən şübhəli şəxsləri saxladıqları əraziyə qayıdaraq baxış keçirmişlər. Onlar təhqiqatçı ilə birlikdə səhəri gün yenidən oraya getmişlər. Gecə aşkar olunan bükümü də özləri ilə həmin əraziyə aparmışlar. Səhəri gün yenidən videoçəkiliş aparmışlar. Videoçəkilişin məzmunu ona aydın olmamışdır. O, ilk dəfə belə bir tədbirdə iştirak etdiyindən, həm də hadisənin üzərindən kifayət qədər uzun müddət keçdiyi üçün baş verənləri xatırlamır. Təqsirləndirilən şəxslər öz ifadələrində hər hansı qadından bəhs etməmişlər. Büküm tapılmamışdan qabaq şübhəli şəxslər orada taksi gözlədiklərini bildirmişlər. Büküm tapıldıqdan sonra isə narkotik maddəni etiraf etmişlər. İbtidai istintaq zamanı müstəntiqə 10-cu polis bölməsində ifadə vermiş, 10-cu polis bölməsindən başqa hər hansı bir polis idarəsinə bu işlə bağlı getməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə ilə hazırki ifadəsinin arasında yaranan ziddiyyətin səbəbi hadisənin üzərindən kifayət qədər çox vaxt keçməsi və bəzi məqamları unutmasıdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Mirəfsun Seydiov qeyd etdi ki, həm ibtidai istintaq zamanı, həm də hazırda verdiyi ifadəsi doğrudur, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şübhəli şəxslər saxlanılan zaman onları həmin yerə Elnarə adlı qadının göndərdiyini bildirmişlər. O, həmin qadını tanımır post-patrul xidməti maşını Şahid6 idarə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, dostu Fəridin evində olmuşdur. Fərid Nəsimi rayonunda, Şərq bazarının arxa tərəfindəki məhəllələrin birində yaşamışdır. Fəridgil başqa yerə köçdükləri üçün o da kömək etmək məqsədilə onların evinə getmişdir. O, axşam Fəridgilin evində qalmış, səhər o, yatan zaman, polis əməkdaşları evə daxil olmuşlar. Polis əməkdaşları onları, yəni onu, Fəridi, Şahini, Namiqi və Fəridin həyat yoldaşını narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilərək Qaradağ RPİ-nə aparmışlar. 48 saat polis bölməsində saxlanılmış və sonra buraxılmışdır. Şahid1 suallara cavab olaraq bildirdi ki, narkotik maddə istifadə etmişdir. Təqsirləndirilən şəxslərdən heç vaxt narkotik maddə almamışdır. Fəridgil köçdükləri üçün o, kömək etməyə getmişdir. Axşam olduğu üçün o, Fəridgildə qalası olmuşdur. Ondan başqa heç kimi polis əməkdaşları bölməyə aparmamışdır. O, ayılanda evdə Şahini görmüşdür. Şahin Fəridin yeznəsidir. Şahindən başqa Namiqi, Fəridi və Fəridin həyat yoldaşını da görmüşdür. Namiq usta olmuş, o, vəfat etmişdir. Namiq də köməyə gəlmişdir. O, digər şəxslərin narkotik maddədən istifadə etdiyini görməmişdir. O, polislərin onu niyə bölməyə apardıqlarını bilməmişdir. Baxış zamanı üzərindən narkotik maddə aşkar olunmamışdır. O, digər şəxslərin üzərinə baxış keçirildiyini görməmişdir. Təqsirləndirilən şəxs4 tanıyır, onunla bir məhəllədə yaşamışdır. Xanbalanın adını məhəllədə dostlarından eşitmiş, lakin, tanımamışdır. Müstəntiqə ifadə vermiş, ona qarşı hər hansı bir formada təzyiq olmamışdır. İbtidai istintaqda da hazırki ifadəsi ilə oxşar məzmunda ifadə vermişdir. İbtidai istintaqdakı ifadəsini oxumadan imza etmişdir. O, evdə olduğu müddətdə təqsirləndirilən şəxslərin harasa gedib-gəldiyini görməmişdir. Təqsirləndirilən şəxslərin öz aralarındakı hər hansı söhbətdən onun xəbəri olmamışdır. O, Fəriddən heç bir narkotik maddə almamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra suallara cavab olaraq qeyd etdi ki, o, Fəriddən narkotik alması barədə ifadə verməmişdir. Dindirilmə protokolundakı imzalar ona məxsusdur, ifadə onun ifadəsidir, lakin, bəzi yerlərdə onun demədiyi cümlələr yazılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN Əlahiddə ÇPA 10-cu PB-nin polis nəfəri Şahid6 ifadəsində göstərdi ki, hadisə ötən ilin mart ayında baş vermişdir. Onlar gecə saatlarında, Xocasən yolu istiqamətində xidmət apararkən 2 nəfər şübhəli şəxs görərək, onlara yaxınlaşmışlar. Onlar həmin şəxslərə özlərini təqdim edərək, orada nə etdiklərini soruşmuşlar. Həmin şəxslər əvvəlcə onlara taksi sifariş etdiklərini və onu gözlədiklərini, bir qədər söhbət etdikdən sonra isə fərqli məzmunda cavablar vermişlər. Daha sonra isə İran vətəndaşının həmin əraziyə “mal atdığını” və onu götürmək üçün gəldiklərini bildirmişlər. Onlar həmin şəxsləri polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onlar raport vermiş və yenidən xidmətə geri qayıtmışlar. Hadisənin sonrakı gedişatı barədə məlumatları olmamışdır. Şahid6 suallara cavab olaraq bildirdi ki, şübhəli şəxslər İran vətəndaşının həmin əraziyə “mal atdığını” bildirmişdir. Onlar 2 nəfər polis əməkdaşı olmaqla, şübhəli şəxsləri müşayiət edərək 10-cu polis bölməsinə aparmış, əlavə kömək çağırmamışlar. Şübhəli şəxsləri növbətçi hissəyə təhvil vermişlər. Videoçəkilişlə baxış keçirilmişdir. Hər iki şübhəli şəxsin üzərinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Şübhəli şəxslərdən biri üzərindən bir bükümdə, tərkibi torpağa bənzər predmet çıxararaq təhvil vermişdir. Həmin predmetin tərkibi tədqiq olunması üçün ekspertə təqdim olunmuşdur. O, digər şübhəli şəxsin üzərinə baxış keçirilərkən istintaq hərəkətində iştirak etməmişdir. Onunla birlikdə olan digər polis əməkdaşı Şahid4 olmuşdur. Şahid4 digər şübhəli şəxsə baxış keçirilərkən istintaq hərəkətində iştirak etmişdir. Şübhəli şəxslər üzərlərində olan narkotik maddəni, hazırda adını xatırlamadığı bir qadından əldə etdiklərini bildirmişlər. Həmin qadın barədə heç bir məlumatı yoxdur. Şübhəli şəxsləri görən zaman saat təxminən 01:00-02:00 radələri olmuşdur. Meyvəli dairəsindən üzü Xocasən istiqamətində hərəkətdə olarkən, yolun kənarında, gecə saatlarında, şübhəli şəxsləri görmüşlər. Həmin şəxslərin orada nə isə axtardığını müşahidə etmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq sorğu-sual etmişlər. Həmin şəxslər orada taksi gözlədiklərini bildirmişlər. Şübhəli şəxslər həmin əraziyə “nə isə” qoyulduğunu və həmin predmeti axtardıqlarını bildirmişlər. Şübhəli şəxslər əvvəlcə təqsirlərini boyunlarına almamışlar. Onlar həmin şəxslərə onsuz da onları polis bölməsinə aparacaqlarını bildirmişlər və təqsirlərini boyunlarına almağı məsləhət görmüşlər. Təxminən 3-4 dəqiqə ərzində şübhəli şəxslər həmin əraziyə narkotik maddə götürməyə gəldiklərini etiraf etmişlər. Onlar şübhəli şəxsləri növbətçi hissəyə təhvil vermişlər. Təlimata görə şübhəli şəxslərin üzərinə baxış keçirilir. Onlar raport verərək, xidmətlərinə geri qayıtmışlar. Şübhəli şəxsləri saxladıqları yerdən bölməyə gətirərək raport vermələri təxminən 15 dəqiqə çəkmişdir. Daha sonra komandirləri onlara bölməyə yaxınlaşmaları barədə məlumat vermişdir. Onlar bölməyə ikinci dəfə geri qayıdarkən, şübhəli şəxslər səhv etmirsə, təhqiqatçının otağında olmuşlar. Şübhəli şəxslərə vəkil təqdim olunmuş və onlara təyin olunan müdafiəçi ilə razı olub-olmadıqları soruşulmuşdur. Şübhəli şəxslər narkotikin onlara məxsus olduğunu etiraf etmişlər. Şübhəli şəxslərin narkotik maddəni bir qadından əldə etdikləri barədə ifadə vermələrini xatırlayır. Şübhəli şəxslər başqa bir şəxsin adını çəkməmişlər. Videoçəkilişdən sonra onlar getmişlər. Bir də yalnız hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətində iştirak etmişlər. Başqa istintaq hərəkətlərində iştirak etməmişlər. Onun üzərində xidməti silah olmuşdur. Silahı şübhəli şəxslərin üzərinə tuşlamamışdır. Şübhəli şəxslərin qoluna qandal vurub-vurmadıqlarını xatırlamır. Onların qaçmaq cəhdi olmamışdır. Şübhəli şəxslərə zor tətbiq etməmişlər. Şübhəli şəxslər heç bir tabesizlik göstərməmişlər. Əraziyə baxışda iştirak etmişdir. Ərazidən ağ kağızda bükümlər aşkar olunmuşdur. Neçə ədəd ağ kağızda olan bükümün aşkar edildiyini saymamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin CAŞ üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, həmin gün, o, əməliyyat qrupunda olmuşdur. X17 əməkdaşları tərəfindən 2 nəfər şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmışdır. Həmin şəxslərin üzərində də narkotik maddə aşkar olunmuş və onlar ilkin ifadələrində narkotik maddəni Nərimanov rayonu ərazisindən, Fərid adlı şəxsdən aldıqlarını bildirmişlər. Əməliyyat qrupuna rəhbərliyi Şahid3 icra etmiş, o isə onun köməkçisi olmuşdur. Onlar əməliyyat tədbiri ilə zahiri əlamətlərinə görə Fərid adlı şəxsi müəyyən edərək onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində əvvəlcə şübhəli şəxs müdafiəçi ilə təmin olunmuş, daha sonra isə təhqiqatçının da iştirakı ilə və videoçəkilişlə, onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı şübhəli şəxsin üzərindən heç bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və yaxud predmet aşkar olunmamışdır. Lakin, sonradan şübhəli şəxs öz ifadəsində etiraf etmişdir ki, narkotik maddələri öz şəxsi istifadəsi üçün evində saxlayır. Onlar müstəntiqin də iştirakı ilə Fərid adlı şəxsin evinə gedərək, evdə axtarış və baxış istintaq hərəkətlərini həyata keçirmişlər. Onlar bu zaman evdən dəmir qabın içərisində narkotik maddə “heroin”, həmçinin, elektron tərəzi aşkar etmişlər. Daha sonra istintaq hərəkəti protokollaşdırılmış və onlar yenidən polis bölməsinə qayıtmışlar. Şahid2 suallara cavab olaraq bildirdi ki, baxış keçirilən evin ünvanını xatırlayır. Ev Nərimanov rayonunda, “Araz” market ilə üzbəüz ünvanda yerləşmişdir. O, evə ən sonuncu daxil olduğu üçün evdə olan şəxsləri dəqiq xatırlamır. Ev sakinləri evdə olmuşdur. Fəridin özü də evə aparılmışdır. Fərid özü narkotik maddələrin yerini könüllü olaraq demişdir. Aşkar olunan narkotik maddə “kakos” olmuşdur. Fərid narkotik maddə satdığını təsdiqləmişdir. İlk saxlanılan 2 nəfər özlərini şübhəli apardıqları və narkotik maddənin təsiri altında olduqları üçün X17 əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmişlər. Fəridgilin evinə axşam saat təxminən 17:00-22:00 radələrində getmişlər. Onlar gedən zaman Fəridgilin evində kimlərin olduğunu xatırlamır. Fəridi “Araz” market ilə üzbəüz dalanda saxlamışlar. Fəridə ilkin olaraq Hüseyn yaxınlaşmış, o, isə Fəridə sonradan yaxınlaşmışdır. Şübhəli şəxsin həqiqətən Təqsirləndirilən şəxs1 olduğunu dəqiqləşdirdikdən sonra qoluna qandal vurulmuşdur. Fəridi daha sonra Qaradağ rayon 10cu polis şöbəsinə aparmışlar. Fəridi Nərimanov rayonu ərazisindən Lökbatan qəsəbəsinə gətirmişlər. Fəridi polis şöbəsinə təxminən 1 saata onun avtomobilində, “** AP ***” nömrə nişanlı maşında aparmışlar. Avtomobildə Fərid arxada oturmuş, Şahid3 da onun yanında olmuşdur. Avtomobili o, idarə etmişdir. Fəridi saxlayan zaman onun ev ünvanını dəqiq bilməmişlər. 10-cu polis şöbəsi Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşir. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayında, X17 əməkdaşları tərəfindən Xanbala və Ənvər adlı şəxslər narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək, 10-cu Polis Bölməsinə gətirilmişlər. Bu zaman şübhəli şəxslər bölmədə verdikləri ilkin ifadələrində narkotik maddəni Fərid adlı şəxsdən əldə etdiklərini bildirmişlər. Onlar əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs1 adlı şəxsi Nərimanov rayonu ərazisində, “Araz” marketin yaxınlığında müəyyən edərək, ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, onu bölməyə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və yaxud predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 ifadə verərək üzərində narkotik maddə olmadığını, lakin yaşadığı evdə narkotik maddə “heroin” olduğunu bildirmişdir. Onlar tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 kirayə yaşadığı ev müəyyən olunmuş və evə keçirilən baxış zamanı uşaq oyuncaqları saxlanılan qabın içərisindən narkotik maddə “heroin”, həmçinin, narkotik mənşəli dərman preparatları aşkar olunmuşdur. Aşkar olunan narkotik maddələr sənədləşdirilərək tərkibi tədqiq olunması üçün ekspertizaya göndərilmişdir. Şahid3 suallara cavab olaraq bildirdi ki, o, yalnız Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmişdir. Şahin adlı şəxsin adını eşitməmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir formada fiziki zorakılıq tətbiq olunmamışdır. O, evə tək daxil olmamış, yanında Şahid2, müstəntiq və təhqiqatçı olmuşdur. Evdə heç kim olmamış, qapını Fərid özü açmışdır. O, Fəridlə birlikdə evə daxil olmuş, evə baxış zamanı videoçəkiliş aparılmışdır. Onlar evə daxil olan zaman videoçəkiliş artıq başlamış narkotik maddə evdə stolun üzərində olan dəmir qabın içərisindən aşkar olunmuşdur. Fəridi Nərimanov rayonu ərazisində, “Araz” marketin yaxınlığında saxlamışlar. Fəridi günün hansı saatında saxladıqlarını xatırlamır. O və Səbuhi, ikisi birlikdə Fəridə yaxınlaşmış, Fəridin qoluna qandal vurmamışlar, onun hər hansı qaçmaq cəhdi olmamışdır. Fəridi 10cu polis bölməsinə aparmışlar. Fəridi günün hansı saatında polis bölməsinə apardıqlarını xatırlamır. Şəxsi axtarışda iştirak etmişdir. Fərid ilkin ifadəsində narkotik maddələri evində saxladığını bildirmişdir. Onlar daha sonra aidiyyatı üzrə materialları sənədləşdirərək, lazımi istintaq hərəkətlərini həyata keçirərək evə baxış keçirmək üçün Fəridgilin evinə yollanmışlar. Polis bölməsindən Fəridin evinə çox uzaq məsafə olmamışdır. Əməliyyat qrupunun rəhbəri onun özü olmuşdur. O, Fəriddən başqa digər təqsirləndirilən şəxsləri evə baxış zamanı apardıqlarını xatırlamır. X12 Alayının əməkdaşları polis bölməsinə gətirəndə tanımışdır. O, hadisənin üzərindən 1 il vaxt keçdiyi üçün dəqiq saatları xatırlamır. Həmin vaxt o, bölmədə olmuşdur. Xanbala və Ənvərin üzərində narkotik maddə aşkar olunmuşdur. Xanbala və Ənvər şəxsi axtarış zamanı da üzərlərindən narkotik maddə çıxararaq təqdim etmişlər, həmçinin, həmin narkotik maddənin özlərinə yox, Təqsirləndirilən şəxs1 məxsus olduğunu da etiraf etmişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Qaradağ rayon 10-cu polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Xanbala və Ənvəri hazırki hadisə ilə bağlı tanımışdır. O, onları polis bölməsində görmüşdür. O, təqsirləndirilən şəxslər barəsində keçirilən heç bir istintaq hərəkətində iştirak etməmişdir. Şəxsi axtarışda, videoçəkilişdə onun iştirakı olmamışdır. Hər hansı işgəncə faktına şahidlik etməmişdir. Təqsirləndirilən şəxs1 döyülməsinin şahidi olmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid5 Fətəli oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, fərdi qaydada mebel ustası işlədiyini, təxminən 2022-ci ilin may ayından narkotik vasitə kakos deyilən heroin istifadə etmişdir. O, narkotik vasitəni əsasən “Sovetski” deyilən yerdən tanımadığı şəxslərdən aldığını, Fərid, Şahin və Elnarəni 2022-ci ilin iyun ayından tanıdığı, Fəridgili küçədən bir küçə yan tərəfdə qaldıqlarını bildirmişdir. Onu evlərində təmir işləri aparmaq üçün usta kimi çağırdıqlarını, o zamandan münasibəti yarandığını bildirmişdir. O, Fəridgilin yaşadığı evdə təxminən 2 ay müddətində təmir işləri gördüyünü, həmin müddətdə ona pul əvəzində hər gün müəyyən miqdarda kakos deyilən narkotik vasitə heroin verildiyini bildirmişdir. Ona narkotik vasitəni Fərid də, Elnarə də, Şahin də verib, yəni kimdə olub o verib istifadə etdiyini bildirmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Fəridin kirayədə yaşadığı Nərimanov rayonu, Yaşıl Bazar yaxınlığında yerləşən evə getdiyini bildirmişdir. Həmin vaxt Fəridin evində Qabil, Şahin, Elnarə və Fərid olduğunu bildirmişdir. O, Fəridlə danışıb getdiyini, ona kakos verəcəyini, lakin Fərid ona “evdə heç nə yoxdur, zakazımız var, gedib gətirəndən sonra olacaq”-dır demişdir. Fəridlə Şahin çıxıb getdiyini, bir müddət sonra geri qayıdıb gələndə Fəridlə Şahin “heç nə tapa bilmədik” demişdir. Daha sonra o, çıxıb getdiyini bildirmişdir. Həmin günün səhəri o, yenidən Fəridin yaşadığı evə getdiyini, bəlkə narkotik vasitəsi olar deyə fikirləşmişdir. Canının ağrıdığını, bədəni narkotik tələb etdiyini bildirmişdir. Fəridgilə getdiyini, lakin yenə heç nələrin olmadığını, bir müddət sonra evə polis əməkdaşları gəldiyini onları polis bölməsinə apardıqlarını bildirmişdir. Həmin şəxslər Polis İdarəsinə gətirilən zaman üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. O, Fəridin yaşadığı evdə psixotrop maddə tapsaydı, orada da istifadə edib evə qayıdacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2023-cü il tarixli, 6/1316 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №222” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs3 (imza)” yazısı və imzalar olan zərfdəki üzərində 26 rəqəmi yazılmış açıq qəhvəyi rəngli yapışqan lentlə bağlanmış ağ rəngli kardon stəkanda, 01 ədəd bükümdə təmiz çəkisi - 5,849 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,955 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqə 125-127) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2023-cü il tarixli, 6/1318 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №222” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs4 (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,358 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqə 130-132) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2023-cü il tarixli, 6/1319 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №222” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs3 (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,297 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqə 135-137) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2023-cü il tarixli 6/1333 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №46” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş yazısı və imzalar olan paketdəki bir ədəd çəhrayı rəngli dəmir qutuda 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,455 qram və 0,238 qram ümumi təmiz çəkisi 0,693 qram tünd qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 ədəd elektron tərəzinin üzərində heroin izləri vardır, iz şəkilində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdəki tünd qəhvəyi rəngli heroin (4 mart 2023-cü il tarixli 6/1319 saylı ekspert rəyi) Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 2 (iki) ədəd bükümdəki heroinlərlə kmiyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. (Cild 1 iş vərəqə 140- 142) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji yoxlamasının 15 aprel 2023-cü il tarixli 2212 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 psixostmulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Hal-hazırda onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqə 82-83) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji yoxlamasının 15 aprel 2023-cü il tarixli 2225 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Hal-hazırda onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2 iş vərəqə 84-85) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji yoxlamasının 01 may 2023-cü il tarixli 2553 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Halhazırda onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2 iş vərəqə 113-114) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji yoxlamasının 08 may 2023-cü il tarixli 2733 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Hal-hazırda onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2 iş vərəqəl 115-116) İş materiallarında olan Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə zamanı DVD diskinə köçürülmüş görüntülərə baxış keçirilməsinə dair 13 iyun 2023-cü il tarixli baxış keçirilməsi protokolundan görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxsə hüquq və vəzifələri izah edildiyini, şəxsi - axtarış zamanı orada polis əməkdaşları və mudafiəçisi X4 iştirakı ilə Təqsirləndirilən şəxs3 könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunduğu, Təqsirləndirilən şəxs3 könüllü olaraq əynindəki tünd qara rəngli idman şalvarın sol yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş bükümü könüllü surətdə masanın üzərinə qoyduğu, vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun könüllü olaraq təqdim etdiyi büküm açılan zaman bükümün içərisində tünd qəhvəyi rəngli palçıq şəkilli iysiz maddə aşkar edildiyi, həmin maddənin narkotik vasitə “kakos” olduğunu ara bir istifadə etdiyini bildirdiyi əks olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 həmin narkotik vasitəni daimi olaraq Elnarə adlı şəxsdən aldığını, xx.xx.2023-cü il tarixdə Elnarə adlı şəxsin qardaşı Şahin və Elnarənin həyat yoldaşı Fərid onların tanışı Ənvər adlı şəxs ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yoluna narkotik vasitə gətirmək üçün göndərdiyini bildirdiyi, narkotik vasitə atılan ərazini polis əməkdaşlarına göstərə biləcəyini deməsi əks olunmuşdur. Sonuncunun üzərindən qeyd olunandan savayı heç bır əşya və ya predmet aşkar edilmədiyi, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümün zərfə qoyularaq qablaşdırıldığı, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalandığı əks olunmuşdur. Bundan sonra, digər DVD-diskinə yuxanda qeyd edilən şəxslərin iştirakı ilə baxış keçirilməsi davam etdirildiyi və baxış zamanı həmin diskdəki görüntülərdə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi 10 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Təqsirləndirilən şəxs3 könüllü olaraq narkotik vasitənin qoyulduğu ərazini göstərə biləcəyini bildirdiyi, birlikdə Lökbatan-Xocahəsən yolunun sağ tərəfində açıq əraziyə gəldikləri, asfalt yolun kənarında üzərində 60 işarəsi olan yol nişanı yerləşdiyi və ətrafda plastik qab tullantıları olduğu, ərazidə axtarış aparan zaman torpaq qatının üzərində “26” rəqəmi yazılmış açıq qəhvəyi rəngli skoç ilə bağlanmış ağ rəngli karton stəkan aşkar edildiyi, həmin stəkan açılarkən içərisində şəffaf selofan kloka bükülmüş 1 ədəd açıq qəhvəyi rəngli toz halında maddə və şəffaf selofan kəsiyinə bükülmüş 1 ədəd kiristal halında maddə aşkar edildiyi əks olunmuşdur. Həmin stəkan və onun içərisində olan selefon bükülünün götürülərək qablaşdırıldığı aydın görünmüşdür. (Cild 2, iş vərəqə 193-194) İş materiallarında olan Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış və götürmə zamanı DVD diskinə köçürülmüş görüntülərə baxış keçirilməsinə dair tərtib edilmiş 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs4 üzərində şəxsı-axtarış aparılmazdan əvvəl şübhəli şəxsə hüquq və vəzifələri izah edildiyini, şəxsi - axtarış zamanı orada polis əməkdaşları və müdafıəçsi X3 iştirakı ilə Təqsirləndirilən şəxs4 könüllü olaraq üzərində hər hansı dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunduğu, Təqsirləndirilən şəxs4 könüllü olaraq əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bükülünü könüllü surətdə masanın üzərinə qoyduğu, vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs4 könüllü olaraq təqdim etdiyi büküm açılan zaman bükümün içərisində iysiz, şəffaf, kristal şəkilli maddə aşkar edildiyi, həmin maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu, ara bir istifadə etdiyini bildirdiyi, sonuncunun üzərindən Fərid adlı şəxsin ona verdiyi qara rəngli “İphone” markalı mobil telefon aşkar edildiyi, telefonun da qablaşdırılaraq götürüldüyü əks olunmuşdur. Verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs4 həmin narkotik vasitəni daimi olaraq Elnarə adlı şəxsdən aldığını, xx.xx.2023-cü il tarixdə Elnarə adlı şəxsin qardaşı Şahin və Elnarənin həyat yoldaşı Fərid onların tanışı Ənvər adlı şəxslə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yoluna narkotik vasitə gətirmək üçün göndərdiyini bildirməsi əks olunmuşdur. Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırıldığı, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalandığı aydın görünmüşdür. (Cild 2, iş vərəqə 192) İş materiallarında olan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə, eləcə də onun evinə baxış zamanı DVD disklərinə köçürülmüş görüntülərə baxış keçirilməsinə dair tərtib edilmiş 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxsə hüquq və vəzifələri izah edildiyi, şəxsi - axtarış zamanı orada polis əməkdaşları və müdafiəçisi X5 iştirakı ilə Təqsirləndirilən şəxs1 könüllü olaraq üzərində hər hansı dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunduğu, Təqsirləndirilən şəxs1 üzərində əşya və maddənin olmadığını bildirdiyi, əynindəki paltarlara polis əməkdaşı tərəfindən axtarış zamanı onun üzərində əşya və maddə aşkar olunmadığı əks olunmuşdur. Bundan sonra o, Binəqədi rayonu, Xocasən qəsəbəsində “60 km” surət nişanı lövhəsinin yanında qoyulduğunu, narkotik maddənin 8 qram çəkidə olduğunu, adının “kakos" olduğunu, həmin narkotik vasitəni 200 manata şəxsi istifadəsi üçün aldığını və hal-hazırda kirayə qaldığı evində də narkotik vasitə saxladığını bildirməsi əks olunmuşdur. Bundan sonra, polis əməkdaşlarının, onun və müdafiəçisinin iştirakı ilə ünvan 16 ünvanda yerləşən evə baxış keçirilməsinə başlanıldığını, baxış zamanı Təqsirləndirilən şəxs1 kirayədə qaldığı evin giriş qapısının kilidini özündə olan açarla açdığı, evə daxil olduqları, Təqsirləndirilən şəxs1 evində saxladığı narkotik vasitənin təqdim edilməsinin təklif olunduğu, bundan sonra Təqsirləndirilən şəxs1 otağın ortasında qara rəngli üstü şüşə materialdan olan masanın üzərindən çəhrayı rəngli, uşaq üçün nəzərdə tutulmuş pul qabının götürərək içərisini açdığı, onun içərisindən qəhvəyi rəngli, balaca ölçülü dəmir qabı çıxarıb həmin dəmir qabı açdığı, həmin qabın içərisində 02 ədəd selofan büküm və 01 ədəd falqa aşkar edildiyi, selofan bükümlərdəki maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirdiyi, uşaq pul qabının içərisinə baxış zamanı içərisində 07 ədəd həb boş qalıqların olduğu, həmin həblərin psixotrop maddə olduğunu bildirməsi, masadan 02 ədəd narkotik vasitəni çəkmək üçün tərəzilər aşkar edilərək götürüldüyü əks olunmuşdur. (Cild 2, iş vərəqə 190-191) İş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mütəmadi olaraq pul müqabilində şəxsiyyəti məlum olmayan iranlı “Adəm” adlı şəxsin vasitəsi ilə narkotik vasitə və psixotrop maddələr əldə edərək kirayə qaldıqları ünvan 9 ünvanında yerləşən mənzilə daşımaqla, tərəzilərdə çəkib, bükümlərə bölərək satışını həyata keçirmişlər və xx.xx.2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddə satmışlar. Təqsirləndirilən şəxs4 tanışı Təqsirləndirilən şəxs3 mütamadi olaraq narkotik vasitə və psixotrop maddələrin qəbulu ilə məşğul olmuşlar və sonuncu faktla bağlı isə onlar Təqsirləndirilən şəxs1la və Şahin Dostəliyeviçlə əlbir olaraq iranlı Adəm tərəfindən göndərilmiş külli miqdarda narkotik vasitənin əldə edilməsində və sonradan onların satışının həyata keçirilməsinə cəhd göstərmişlər. X2 ətrafında, eləcə də “Adəm” adlı şəxsin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daha kimlərə narkotik vasitə və yaxud psixotrop maddələr satması ilə bağlı tədbirlərimiz davam etdirilir. Müsbət nəticə əldə olunarsa, bu barədə sizə əlavə məlumat veriləcəkdir. (cild 2, iş vərəqə 207) Dövlət ittihamçısı X1 Fərid Rəhman oğlu və Təqsirləndirilən şəxs2 CM-in 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3, 29, 234.4.4 və 234.4.1, 234.4.2-ci maddələri ilə irəli sürülmüş ümumi ittihamdan CM-in 29, 234.4.4 və 234.4.2-ci maddələri ilə elan edilmiş, habelə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 234.1 və 29, 234.4.1, 29, 234.4.3, 29, 234.4.4-cü maddələri ilə irəli sürülmüş ittihamdan CM-in 29, 234.4.4-cü maddəsi elan edilmiş ittihamdan imtina edilməsini, ittihamın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə CM-in 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3 və 234.4.1-ci maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 münasibətdə həmin Məcəllənin 234.1 və 29, 234.4.1, 29, 234.4.3-cü maddələri ilə müdafiə olunmasını məhkəməyə təklif etmişdir. Dövlət ittihamçısı rəyini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İbtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında “whatsapp” proqram təminatından istifadə etməklə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr əldə etmiş və təkrarən əldə etməyə cəhd etmişdir. Cinayət işinin faktiki halları göstərir ki, təqsirləndirilən şəxslər cinayət əməli konkret olaraq narkotik vasitənin qanunsuz dövriyyəsi ilə yəni onun qanunsuz olaraq əldə edilməsi, üzərində daşınması və satışının həyata keçirilməsinə yönələn hərəkətlərdən ibarət olmuşdur. Cinayət işinin materiallarında təqsirləndirilən şəxslər satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətinin obyektiv cəhətinə aid olan, yəni törədilməsi kütləvilik əlamətini ehtiva edən hər hansı bir hərəkəti etməsi müəyyən olunmamışdır. Odur ki, yuxarıda qeyd edilən Konstitusiya məhkəməsinin Plenum Qərarının tələblərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq cinayət işi üzrə CM-in 29, 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edilməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 13-cü bəndinə əsasən şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Elan edilmiş ittihamın məzmununa əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2023-cü ilin fevral ayında əldə etdikləri narkotik vasitə və psixotrop maddələri əldə etdikdən sonra bir hissəsini 03 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3, digər hissəsini təkrarən Təqsirləndirilən şəxs4 satmış, qalıq qalan narkotik vasitəni isə təkrarən satış məqsədi ilə evdə saxlamışlar. Ali Məhkəmənin Plenumunun tələblərinə əsasən təqsirləndirilən şəxslərə qeyd edilən epizodlar üzrə təkrarçılıqla bağlı elan edilmiş ittiham əsassız olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. 84.6.9-cu maddəsinə əsasən bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək dövlət ittihamçısının hüququdur. Məhkəmə tərkibi ilk növbədə dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3, 29, 234.4.4 və 234.4.1, 234.4.2-ci maddələri ilə irəli sürülmüş ümumi ittihamdan CM-in 29, 234.4.4 və 234.4.2-ci maddələri ilə elan edilmiş, habelə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 234.1 və 29, 234.4.1, 29, 234.4.3, 29, 234.4.4-cü maddələri ilə irəli sürülmüş ittihamdan CM-in 29, 234.4.4-cü maddəsi elan edilmiş ittihamdan imtina etməsinə hüquqi qiymət verərək hesab edir ki, həmin təklif qəbul edilərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.4 və 234.4.2-ci maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.4-cü maddəsi çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrinə, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3 və 234.4.1-ci maddələri ilə düzgün tövsif olunmuş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunsa da, həmin Məcəllənin 29, 234.4.1, 29, 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,955 qram çəkidə psixotrop maddə olan metamfetamini məhz satış məqsədi ilə əldə etməyə cəhd etmələrini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda formal olaraq Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 mütamadi olaraq narkotik vasitə və psixotrop maddələrin qəbulu ilə məşğul olmaları, sonuncu faktla bağlı isə onların Təqsirləndirilən şəxs1la və Şahin Dostəliyeviçlə əlbir olaraq iranlı Adəm tərəfindən göndərilmiş külli miqdarda narkotik vasitənin əldə edilməsində və sonradan onların satışının həyata keçirilməsinə cəhd göstərmələri qeyd olunsa da, həmin məlumatların nədən ibarət olduğu barədə heç bir mötəbər mənbə göstərilməmiş, eləcə də, təqsirləndirilən şəxslərin narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmalarını görə biləcək şəxslərin, eləcə də, narkotik vasitə və ya psixotrop maddələri satdıqları, satmaq niyyətində olduqları şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində hər hansı müsbət nəticə əldə olunmamışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 03 mart 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 narkotik vasitələri istifadə etmək üçün mütəmadi olaraq “Elnarə” adlı şəxsdən aldıqlarını, “Elnarə” adlı şəxsin qardaşı Şahinin və “Elnarə” adlı şəxsin həyat yoldaşı Fəridin onları narkotik vasitə gətirmək üçün göndərdiklərini bildirmişlər. (cild 1, iş vərəqə 25-26; 49-50) Həmçinin, məhkəmə iclasında da ifadə verən zaman Təqsirləndirilən şəxs4 Fəriddən istifadə etmək məqsədilə narkotik vasitə istədiyini və Fəridin bu səbəbdən ona narkotik vasitəni götürmək üçün getməyi tapşırdığını bildirmişdir. Məhkəmə iclasında ifadə vermiş şahidlər AR DİN Əlahiddə ÇPA 10-cu PB-nin əməkdaşları Şahid4 və Şahid6 da ifadə verən zaman onlar tərəfindən narkotik vasitə və psixotrop maddələrin gizlədildiyi yerin bilavasitə yaxınlığında saxlanılmış şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə əldə olunmasına cəhd edilməsi ilə bağlı hər hansı ifadə verməmişlər. Lakin, bütün bunlara baxmayaraq, ibtidai istintaq orqanı anlaşılmaz şəkildə formal mülahizələrə əsaslanmaqla, əsassız olaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29, 234.4.1, 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürmüşdür. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli qərarına əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbilədən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli qərarına əsasən, narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-nin 49.1ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1-ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, CMin 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir. Qeyd olunan Plenum Qərarında qeyd edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 narkotik vasitə və ya psixotrop maddələrin satışını həyata keçirmələrinə dair hər hansı sövdələşmələri müəyyən edilməmişdir. Buna baxmayaraq, Ali Məhkəmənin Plenumunun Qərarında nəzərdə tutulmuş mövqeyə zidd olaraq, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməlləri eyni bir cinayət əməli kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altında qoyularaq gizlədilmiş 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,955 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq əldə etməyə cəhd etmişlər. Eyni zamanda, məhkəmə tərkibi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 özlərini ümumiyyətlə təqsirli bilməmələri barədə ifadələrinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onların ifadələri özlərini məsuliyyətdən yayındırmaq məqsədi daşıyaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 04 mart 2023-cü il tarixli, 6/1316 nömrəli, 04 mart 2023-cü il tarixli, 6/1318 nömrəli, 04 mart 2023-cü il tarixli, 6/1319 nömrəli, 04 mart 2023-cü il tarixli 6/1333 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji yoxlamasının 15 aprel 2023-cü il tarixli 2225 nömrəli, 01 may 2023-cü il tarixli 2553 nömrəli, 08 may 2023-cü il tarixli 2733 nömrəli, 15 aprel 2023-cü il tarixli 2212 nömrəli rəyləri, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə zamanı DVD diskinə köçürülmüş görüntülərə baxış keçirilməsinə dair 13 iyun 2023-cü il tarixli, Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış və götürmə zamanı DVD diskinə köçürülmüş görüntülərə baxış keçirilməsinə dair tərtib edilmiş 13 iyun 2023-cü il tarixli, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə, eləcə də onun evinə baxış zamanı DVD disklərinə köçürülmüş görüntülərə baxış keçirilməsinə dair tərtib edilmiş 13 iyun 2023-cü il tarixli protokollar, eləcə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ara-sıra şəxsi istifadələri üçün narkotik maddələr əldə etmələrinə dair ifadələri və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə tərkibi həmçinin, Şahid1 ifadəsinə tənqidi yanaşaraq, onun Fəriddən narkotik maddə və ya psixotrop maddə almaması barədə məhkəmə iclasında söylədiyi fikirləri təqsirləndirilən şəxsləri məsuliyyətdən yayındırmaq məqsədi daşıyan ifadə kimi nəzərə alır. Belə ki, Şahid1 ibtidai istintaq zamanı ifadəsində psixotrop maddəni əsasən, Fərid, Elnarə və Şahindən əldə etdiyini, bunun qarşılığında pul vermədiyini, həmin maddələrin ona pay verildiyini qeyd etmişdir. Həmçinin, Şahid1 məhkəmə iclasında ona ünvanlanmış suala cavab olaraq, dindirilmə protokolundakı imzaların ona məxsus olduğunu bildirmişdir. Qeyd olunmalıdır ki, şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3 və 234.4.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri həmin Məcəllənin 29, 234.1-1-ci maddəsinə tövsif olunmalı və onlar AR CM-nin 234.1 və 29, 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. AR DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 68) İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən və Elektron Məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2018-ci il təvəllüdlü X9 olmaqla bir azyaşlı uşağı vardır. (cild 2, iş vərəqə 151) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, AR CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 ACDİÜ AR Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən, AR CM-nin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzası 05 il azadlıqdan məhrum etmə cəzasına endirilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-in 221.3, 221.3-cü il maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 2, iş vərəqə 70-71; 155-163) Beləliklə, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 69) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən, AR CM-nin 29, 234.1-1-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən halların müəyyən edilmədiyini qeyd edir. AR DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 67) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən, AR CM-nin 29, 234.1-1-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. AR CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə tam toplanmalı və təyin olunan vahid cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxslərə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsinə görə cəza sanksiyada nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(002)- 42/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 81-82; cild 2, iş vərəqə 1-3) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(002)- 45/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 mart 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 115-116; cild 2, iş vərəqə 10-12) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 04 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 03 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 39) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, o, 05 mart 2023-cü il tarixdə həbsdən azad edilmişdir. (cild 1, iş vərəqə 163-165) İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(002)-43/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “həbs” qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli 05 mart 2023-cü il tarixdən hesablanmışdır. (cild 2, iş vərəqə 4-6) Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 03 mart 2023cü il tarixdən 05 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılaraq, onun cəzaçəkmə müddətinin əvvəli 05 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 03 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 15) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, o, 05 mart 2023-cü il tarixdə həbsdən azad edilmişdir. (cild 1, iş vərəqə 166-168) İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(002)-44/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli 05 mart 2023-cü il tarixdən hesablanmışdır. (cild 2, iş vərəqə 7-9) Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 03 mart 2023cü il tarixdən 05 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılaraq, onun cəzaçəkmə müddətinin əvvəli 05 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 01 may 2023-cü il tarixli 2553 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 08 may 2023-cü il tarixli 2733 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 15 aprel 2023-cü il tarixli 2212 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2225 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 456 (dörd yüz əlli altı) manat pul Təqsirləndirilən şəxs1 114 (yüz on dörd) manat, Təqsirləndirilən şəxs2 114 (yüz on dörd) manat, Təqsirləndirilən şəxs4 114 (yüz on dörd) manat və Təqsirləndirilən şəxs3 114 (yüz on dörd) manat olmaqla, bərabər qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs3 Rəhman oğlunun iştirakı ilə “Xocasən-Lökbatan” nəqliyyat yolunun kənarında aşkar edilib götürülmüş təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza təqdiqatından sonra qalmış 5,749 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1,955 qram çəkidə psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,944 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs4 aşkar edilib götürülmüş təmiz çəkisi 0,358 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,308 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs3 Rəhman oğlunun üzərindən aşkar edilib götürülmüş kustar üsulla hazırlanmış təmiz çəkisi 0,297 qram olan narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,247 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 mənzilində aşkar edilərək götürülmüş kustar üsulla hazırlanmış təmiz çəkisi 0,693 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,593 qram narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 üzərlərinə video çəkilişlə şəxsi-axtarış və götürmə, Xocasən-Lökbatan nəqliyyat yolunun kənarına və Təqsirləndirilən şəxs1 yaşadığı evə keçirilmiş baxış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş, sonradan təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən cinayət prosesində iştirakına xitam verilmiş Müdafiəçi3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 90 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 270 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs4 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 270 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Dövlət ittihamçısının təklifi qəbul edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.4 və 234.4.2-ci maddələri Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə tam toplanaraq, ona 06 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunan vahid cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Dövlət ittihamçısının təklifi qəbul edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.4 və 234.4.2-ci maddələri Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 04 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 29, 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplansın və Təqsirləndirilən şəxs4 qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 03 mart 2023-cü il tarixdən 05 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Dövlət ittihamçısının təklifi qəbul edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.4-cü maddəsi Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli 05 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Rəhman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 29, 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplansın və Təqsirləndirilən şəxs3 Rəhman oğluna qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 Rəhman oğlunun 03 mart 2023-cü il tarixdən 05 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Dövlət ittihamçısının təklifi qəbul edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.4-cü maddəsi Təqsirləndirilən şəxs3 Rəhman oğluna qarşı irəli sürülmüş ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs3 Rəhman oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Rəhman oğlunun cəzaçəkmə müddətinin əvvəli 05 mart 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Rəhman oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Rəhman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Qaradağ rayon Polis İdarəsində saxlanılan ekspertiza təqdiqatından sonra qalmış 5,749 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,944 qram psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,308 qram psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,247 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,593 qram narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 üzərlərinə video çəkilişlə şəxsi-axtarış və götürmə, Xocasən-Lökbatan nəqliyyat yolunun kənarına və Təqsirləndirilən şəxs1 yaşadığı evə keçirilmiş baxış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 456 (dörd yüz əlli altı) manat pul Təqsirləndirilən şəxs1 114 (yüz on dörd) manat, Təqsirləndirilən şəxs2 114 (yüz on dörd) manat, Təqsirləndirilən şəxs4 114 (yüz on dörd) manat və Təqsirləndirilən şəxs3 114 (yüz on dörd) manat olmaqla, bərabər qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş, sonradan təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən cinayət prosesində iştirakına xitam verilmiş Müdafiəçi3 təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 90 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi4 təqsirləndirilən şəxsə göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 270 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs4 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 270 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Rəhman oğluna isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-508/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-508/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver