Məhkəmə qərarları › İş №1(101)-508/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-508/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-508/2025 10.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X7 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı1, Müdafiəçilər - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixunanı əldə edib saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı şəxsiyyəti istintaqa məlum olmayan «Yusif» və «Rasim» adlı şəxslər ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 23 aprel 2024-cü il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmüş marixuananı -111 (yüz on bir) ədəd sellofan torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri: ,2,50 qram; 2,59 qram; 2,58 qram; 2,51 qram; 2,48 qram; 2,54 qram; 2,54qram: 2,51 qram; 2,55 qram; 2,61 qram; 2,58 qram; 2,59 qram; 2,59 qram; 2,56 qram; 2,55 qram; 2,57 qram; 3,77 qram; 2,61 qram; 2,52 qram; 2,59 qram; 2,60 qram; 2,56 qram; 2,58 qram; 2,57 qram; 2,56 qram; 2,62 qram; 2,63 qram; 2,58 qram; 2,59 qram; 2,50 qram; 2,55 qram; 2,62 qram; 2,61 qram; 2,60 qram; 2,61 qram; 2,51 qram; 2,52 qram; 2,54 qram; 2,59 qram; 2,56 qram, 2,63 qram; 2,51 qram; 2,58 qram; 2,60 qram; 3,55 qram; 2,49 qram; 2,53 qram; 2,61 qram; 2,60 qram; 2,47 qram; 2,54 qram; 2,58 qram; 2,53 qram; 2,54 qram; 2,55 qram; 2,47 qram; 2,51 qram; 2,56 qram; 2,50 qram; 2,68 qram; 2,61 qram; 2,49 qram; 2,61 qram; 2,50 qram; 2,48 qram; 2,52 qram; 2,49 qram; 2,48 qram; 2,59 qram; 2,57 qram; 2,59 qram; 2,50 qram; 2,54 qram; 2,69 qram; 2,54 qram; 4,28 qram; 4,55 qram; 2,62 qram; 2,55 qram; 2,71 qram; 2,56 qram; 2,53 qram; 2,56 qram; 2,58 qram; 2,51 qram; 2,58 qram; 2,71 qram; 2,60 qram; 2,61 qram; 4,07 qram; 2,58 qram; 2,61 qram; 2,66 qram; 2,53 qram; 2,53 qram; 2,66 qram; 2,52 qram; 2,50 qram; 2,55 qram; 2,58 qram; 2,59 qram; 2,55 qram; 2,50 qram; 2,62 qram; 2,50 qram; 2,57 qram; 2,62 qram; 2,52 qram; 2,44 qram; 2,62 qram; 2,57 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabıs) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bağlamadakı 05 (beş) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1470 qram, 1480 qram, 1000 qram, 70 qram və 15 qram olan, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmaqla ümümi təmiz çəkisi 4326,91 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində gəzdirməklə Bakı şəhəri, ünvan 2 ünvanda saxlamış, 23 aprel 2024-cü il tarixdə saat 16:30 radələrində Nərimanov RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Uluqbəy küçəsi, ev 123, mənzil 129 ünvanında yerləşən mənzilə baxış zamanı mətbəx otağından külli miqdarda olmaqla təmiz çəkisi 4326,91 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 aprel 2024-cü il tarixdə gecə saat 23:50 radələrində evdən çıxıb mağazaya gedən zaman liftə ondan başqa 2 nəfər də minmişdir. Lift kartla işləyir və digər şəxslər liftə minə bilməz. O həmin şəxslərdən neçənci mərtəbəyə getdiklərini soruşmuş, həmin şəxslər də birinci mərtəbəyə getdiklərini bildirmişlər. O liftə mindikdən sonra liftin düyməsini basmışdır. Liftdə olan şəxslər onu liftin içində yaxalamışlar. Lift birinci mərtəbəyə endikdən sonra, elə liftin qarşısında üzərinə şəxsi axtarış keçirmişlər və şəxsiyyət vəsiqəsini, metro kartını, telefonunu və pulunu götürmüşlər. Onu saxlayan şəxslərdən kim olduqlarını soruşduqda, onlar silahlarını göstərərək polis olduqlarını bildirmişlər. Həmin şəxslər mülki geyimdə olmuşlar. Onu saxlayan iki polis əməkdaşı onu zorla binadan çöldə duran BMW markalı avtomobilə əyləşdirmişlər. Avtomobildə başqa iki nəfər də olmuşdur. Onu avtomobildə narkotik vasitə istifadə etdiyinə görə saxladıqlarını bildirmişlər və döyürmüşlər. Daha sonra onu elə binada 8-ci mərtəbədə olan evinə qaldırmışlar. Evinin açarlarını cibindən götürmüşdürlər. Daha sonra evinə baxış keçirmişlər. Ona 2-3 gün əvvəl marixuana aldığı barədə məlumatları olduğunu bildirmişlər. Evə baxış keçirən zaman heç bir şey aşkar edilməmişdir. Evə baxış keçirilən zaman onun xanımı da evdə olmuşdur. Daha sonra onu polis şöbəsinə aparmışlar. Gecə 03-04 radələrində onu şöbədən çıxarmışlar və başqa bir yerə aparmışlar. Onu apardıqları yerdə otağın qapısında “Nərimanov rayon X2 müavini” yazılmışdır. Həmin otaqla üzbəüz olan otağa onu apararaq ona narkotik vasitə vermişlər ki, videoçəkiliş zamanı onun olduğunu qəbul etsin, lakin o razılaşmamışdır. Daha sonra onu Nərimanov parkının yaxınlığına gətirmişlər, orada 1 saata yaxın maşında qalmışdır. Sonra onu təkrarən evinə aparmışlar və evinə baxış keçiriləcəyini, evdə narkotik vasitə aşkar ediləcəyini, çəkiliş aparılacağını bildirmişlər. Daha sonra çəkiliş aparılmış və onu Nəriamnov RPİ-yə aparmışlar və orada ona qarşı fiziki təsir göstərmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o Nərimanov rayonunda “İce” restoranında bar meneceri işləmişdir. O bəzən marixuana istifadə etmişdir. Hər hansı şəxsdən marixuana alıb istifadə etməmişdir. Onun Yusif və Rasim adında tanışları olmamışdır. O həyat yoldaşı ilə birlikdə kirayə qalırmış. Evin sahibi onun həyat yoldaşı ilə birlikdə yaşadığını bilmişdir. Həyat yoldaşı ilə qeyri-rəsmi nikahda yaşayırlar. Hər hansı bir dostu ona müəyyən yerdən paket götürməyi ilə bağlı heç bir şey deməmişdir. O ***-***-**-** və sonu 38-68-lə bitən mobil nömrələrdən istifadə etmişdir. Evə baxış keçirilən zaman həyat yoldaşı da orada olmuşdur. Onun barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə nə dediyini xatırlamır. Ona fiziki təsir göstərilən zaman təhqiqatçı şahid olmuşdur. Müstəntiq ona qarşı fiziki təsir göstərməmişdir. Təxridxanaya daxil olarkən ona baxış keçirilmiş, lakin ciddi xəsarətlər aşkar edilməmişdir. Onu saxlayan şəxslər mülki geyimdə olmuşlar. Onu saxlayan şəxslər Qasım, Xəqani, Rəşad və adını bilmədiyi şəxs olmuşdur. O evində həyat yoldaşının olduğunu bildirmişdir. Rəşad adlı polis əməkdaşı ondan evinin açarını götürmüşdür. Qonşular onun saxlanmağının şahidi olmuşdurlar. Evinə ondan başqa 4 nəfər polis əməkdaşı daxil olmuş və bir müddət sonra bir xanım da gəlmişdir. Evə baxış keçirən zaman onun əllərini bağlamışlar. Evdən qanunsuz heç bir şey aşkar edilməmişdir. Daha sonra onu idarəyə aparmışlar. İdarədə stolun üzərində bağlı bükümlər və səhv etmirsə tərəzi də olmuşdur. Ona narkotik vasitənin onun olması ilə razılaşmağını bildirmişlər, o isə razı olmamışdır. İdarədən təkrar evə qayıdan zaman təxminən 10-a yaxın adam ilə qayıtmışlar. Evdə videoçəkiliş etməzdən əvvəl ona necə davranmalı olduğunu və nə deməli olduğunu bildirmişlər. Sonradan evdən çıxmış torba ona məxsus olmamışdır. Evdən aşkar olunmuş torbanın içində olan bükümləri mətbəxdə masanın üzərinə düzmüşlər, daha sonra qablaşdırmışlar. İdarədə ona göstərilən bükümlərlə evinə qoyulmuş torbadakı bükümlər səhv etmirsə eyni olmuş, hər iki bağlamanın üzərində rəqəmlər yazılı olmuşdur. Onu Xəqani və Rəşad liftin içində saxlamışlar. Rəşad ona silah göstərmiş, daha sonra həyətdə olan BMW markalı avtomobilə aparmışlar. Qasım həmin maşının içində olmuşdur. Mənzilə dörd nəfər girmişlər. Mənzilinə ondan ərizə almazdan əvvəl girmişlər. Rəşad onun üzərindən açarı götürüb evə daxil olmuşlar. Sanitar qovşaqda onun videosunu çəkmişlər. Şahid1 onu döyməmiş, lakin digər əməkdaşların onu döyməsinin şahidi olmuşdur. Şahid2 və Xəqani Qalabəyli ona fiziki təsir göstərmişdir. Şahid2 onun üzərindən açarı götürərək mənzilinin qapısını açmışlar. Polis əməkdaşları onun evində oturub yemək yemişlər. Mənzilə videoçəkiliş edilməzdən əvvəl onun evinə daxil olmuşlar. Onu təxminən saat 12 radələrində saxlamışlar, mənzilə baxış isə saat 17-18 radələrində keçirilmişdir. Onu saat 12-də saxladıqdan sonra idarəyə aparmışlar, daha sonra isə təkrar mənzilə qayıtmışlar. Onlar idarəyə gedən zaman Şahid3 və başqa bir xanım mənzildə qalmışlar. Ona polis idarəsində təzyiq göstərilmişdir. Əvvəlcə idarədə olan zaman narkotik vasitələri orada stolun üstündə görmüşdür. Sonradan isə onun mənzilinə qayıtmışlar. Mənzilə daxil olmamışdan əvvəl ona videoçəkilişdə nə deyəcəyini, narkotik vasitələri harada göstərcəyini öyrətmişlər. Şahid3 ona həm evdə, həm idarəyə aparan zaman maşının içində, həm də idarədə fiziki və psixi təzyiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə əvvəl təqsirli bilmiş, lakin sonradan ifadə verməkdən imtina etmişdir. İlkin ifadələrində bildirmişdir ki, təxminən 7-8 ay əvvəl “Yusif’ adlı dostu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olaraq həbs olunmuş və həmin şəxs həbsdə olduğu müddətdə yəni 7-8 ay bundan qabaq mobil telefonuna zəng vuraraq bir çantanın çatdırılacağını və həmin çantanı onun üçün saxlamasını xahiş etmişdir. Sonradan xatırlamadığı nömrədən zəng gəlmiş və özünü “Rasim” kimi qələmə verən şəxs yaşadığı binanın qarşısına sellofan paket qoyduğunu və onu götürməyini bildirmişdir. Bundan sonra həmin sellofan paketi götürərək yaşadığı mənzilə gətirmiş və içərisinə baxdıqda içərisində narkotik vasitə marixuana olduğunu aşkar etmiş və şəxsi istifadəsi üçün mənzildə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 16:30 radələrində yaşadığı Nərimanov rayonu, Uluqbəy küçəsi 123, mənzil 129 saylı ünvandan çıxdıqda Nərimanov RPİ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğumu bildirmişlər. Polis əməkdaşları bunu bildirdikdə səmimi olaraq etiraf etmiş, mənzildə narkotik vasitənin olmasını və mənzildə baxış aparılmasına icazə verərək binanın qarşısında ərizə yazmış və bundan sonra polis əməkdaşları onunla bir yerdə mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqdan sonra mənzilin mətbəx otağına gedərək orada soyuducunun sağına qoymuş olduğu sellofan paketi təqdim etmiş və təhqiqatçı tərəfindən həmin sellofan paketin içərisinə baxış keçirildikdə əvvəlcədən əldə etdiyi şəxsi istifadəsi üçün saxladığı ot kütləsi aşkar edildi. Ot kütləsindən başqa həmin sellofan paketin içərisindən 02 ədəd elektron tərəzi də aşkar edildi. Ot kütləsinin nə olması barədə sual verildikdə, onun “marixuana” olmasını bildirmiş və paketin içərisində olan 111 ədəd bükümlər masanın üzərinə düzülərək sayıldı və zərfə qoyularaq qablaşdırıldı. Daha sonra sellofan paketin içərisindən aşkar edilmiş üzərlərində “43” və “53” yazıları olan iki ədəd bağlama və əlavə 03 ədəd sellofan paketin içərisində olan ot kütlələri hamısı qablaşdırılaraq götürüldü. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin inzibati binasına gətirilmişdir. Polis idarəsində olan zaman əvvəlcə müdafiəçi təyin edildi və hüquq və vəzifələri izah edildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərək iş üçün əhəmiyyət kəsb edən əşya və ya qanunsuz əşya aşkar edilmədiyi üçün protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs məxsus «Red Mi» markalı və üzərində ***-***-**-** mobil nömrə götürülərək protokol tərtib edilmişdir. (cild 1, iş vərəqə 83-85, 212-213, 276-277) Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş, Nərimanov RPİ NMBnin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, Nərimanov RPİ-nə Vüqar adlı şəxsin Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu təşkil edilmiş və tədbirin yerinə yetirilməsi üçün qərar qəbul edilmişdir. Nərimanov rayonu, Uluqbəy küçəsi 123 ünvanın qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar adlı şəxs yaxalanmış, sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı evdə marixuana olduğunu bildirmiş, Təqsirləndirilən şəxs ərizə alındıqdan sonra evə baxış keçirilmişdir. Mənzilə daxil olduqdan sonra mənzilin mətbəx otağına gedərək orada soyuducunun sağ tərəfinə qoyulmuş sellofan paketi təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin sellofan paketin içərisinə baxış keçirildikdə paketin içərisində olan 111 ədəd büküm aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupu 3 nəfərdən ibarət olmuş: o, Şahid2 və Xəqani Qalabəyli. Bundan başqa kriminalist və təhqiqatçı da əməliyyat tədbirində iştirak etmişdir. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Təqsirləndirilən şəxs saat təxminən 16:30 radələrində mənzilinin qarşısında saxlanılmışdır. Saxlanılan zaman onlara heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Əməliyyat qrupuna rəhbərliyi o etmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilin blokunun içində saxlamışlar. Onlar Vüqarla liftə minməmişlər. Sonradan Vüqarı aşağı düşürüb maşında əyləşdirməmişlər. Evə baxış keçirilən zaman məhkəmə qərarı təqdim etməmişlər, Təqsirləndirilən şəxs özündən isə mənzilinə baxış keçirilməsinə etiraz etməməsinə dair ərizə almışlar. Evdə narkotik vasitələrin olması təxirəsalınmaz haldır. Təqsirləndirilən şəxs özü birbaşa mətbəxə keçərək narkotik vasitələri göstərmişdir. Bağlamaların üzərində yazılar olmuşdur. Narkotik vasitələrdən başqa iki ədəd tərəzi də aşkar edilmişdir. Evdə heç bir şəxs olmamışdır. Onlar evə heç bir qadın dəvət etməmişlər. Onlar əməliyyat tədbirinə hazır getmişdirlər. Narkotik vasitələr təkrarən bölmədə təhqiqatçının otağında təkrarən video görüntüyə çəkilmişdir. Bölmədə narkotik vasitələrin necə açılmasını xatırlamır. Bölmədə çəkiliş aparılan zaman Təqsirləndirilən şəxs da orada olmuşdur. Çəkilişi kriminalist aparmışdır. Həm evdə, həm də bölmədə aparılan çəkiliş eyni aparatla çəkilmişdir. Bölmədə narkotik vasitələrə baxış keçirilən zaman evdə qablaşdırılmış narkotik vasitələr açılmış və baxış keçirilmiş, daha sonra təkrarən qablaşdırılmışdır. Təqsirləndirilən şəxs sanitar qovşaqda videosunu çəkməmişlər. Təqsirləndirilən şəxs fiziki və psixi təsir və təzyiq göstərilməsinin şahidi olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hal-hazırda Nərimanov RPİ-nin NMB-nin rəisi vəzifəsində işləyir. 23 aprel 2024-cü il tarixdə işlədiyi bölməyə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 4 ünvanda müvəqqəti yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin saxlanması, satışı və istifadəsi ilə məşğul olur. Məlumatın əməliyyat yolu ilə yoxlanmasının təşkil edilməsi üçün Nərimanov RPİ-nin əməliyyat işi üzrə rəis müavininə raportla məruzə olunmuş, əməliyyat qrupu təşkil edilmiş və tədbirin yerinə yetirilməsi üçün qərar qəbul edilmişdir. 23 aprel 2024-cü il tarixdə saat 16:30 radələrində Nərimanov rayonu, Uluqbəy küçəsi 123, mənzil 129 saylı ünvanın qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaxalanmış və razılığı alındıqdan sonra onun yaşadığı ünvan 5 ünvana xx.xx.2024-cü il tarixdə saat 16:35-də təxirə salınmadan iştirakı ilə, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Nərimanov RPİ-nin 16-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru X4, Nərimanov RPİ-nin Kriminalistik Təhqiqatlar qrupunun ekspert kriminalisti polis mayoru, X11 iştirakları ilə video çəkiliş vasitəsi ilə baxış keçirildi. Mənzilə baxış Nərimanov RPİ-nin KTQ-nin inspektoru Emil Yusubov tərəfindən “Panasonic” markalı video kamera vasitəsi ilə aparıldı. Mənzilə daxil olduqdan sonra mənzilin mətbəx otağına gedərək orada soyuducunun sağ tərəfinə qoyulmuş sellofan paketi təqdim etmiş və təhqiqatçı tərəfindən həmin sellofan paketin içərisinə baxış keçirildikdə əvvəlcədən əldə etdiyi şəxsi istifadəsi üçün saxladığı ot kütləsi aşkar edildi. Ot kütləsindən başqa həmin sellofan paketin içərisindən 02 ədəd elektron tərəzi aşkar edildiyi üçün Təqsirləndirilən şəxs ot kütləsinin nə olması barədə sual verildikdə, onun “marixuana” olmasını bildirmiş və paketin içərisində olan 111 ədəd bükümlər masanın üzərinə düzülərək sayıldı və zərfə qoyularaq qablaşdırıldı. Daha sonra sellofan paketin içərisindən aşkar edilmiş üzərlərində “43” və “53” yazıları olan iki ədəd bağlama və əlavə 03 ədəd sellofan paketin içərisində olan ot kütlələri hamısı qablaşdırılaraq götürüldü. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin inzibati binasına gətirilmişdir. Polis idarəsində olan zaman əvvəlcə müdafiəçi təyin edildi və hüquq və vəzifələri izah edildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bildirildi ki, X13 tərəfindən «Panasonik» markalı video apparat ilə çəkiliş aparılacaq. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olundu ki, onun üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əvvəlcə əynində olan şalvarın arxa sağ yan cibindən 01 ədəd «Red Mi» markalı mobil telefonu, sağ yan cibindən 02 ədəd on manatlıq, 01 ədəd beş manatlıq, 04 ədəd bir manatlıq pul əskinazını çıxararaq masanın üzərinə qoydu. Sonra o şalvarının arxa sol yan cibindən 01 ədəd «Bakı kart» kartını, ona məxsus olan şəxsiyyət vəsiqəsini və əynində olan gödəkcəsinin sağ yan cibindən açarları çıxararaq masanın üzərinə qoydu və bildirdi ki, onun üzərində başqa qanunsuz əşyalar yoxdu və axtarış zamanı da aşkar edilmədi. Sonra Təqsirləndirilən şəxs «Red Mi» markalı mobil telefon kimə məxsus olması soruşuldu və Təqsirləndirilən şəxs bildirdi ki, mobil telefon ona məxsusdur və telefon üzərində olan ***-***-**-** mobil nömrədən istifadə edir. Bu səbəbdən mobil telefon nömrəsi şəxsiyyət vəsiqəsi ilə birlikdə götürüldü və bu barədə protokol tərtib edildi. (cild 1, iş vərəqə 147-151) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş, Nərimanov RPİ NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, 23 aprel 2024-cü il tarixdə Nərimanov rayon Polis İdarəsinə ünvan 4 ünvanda müvəqqəti yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin alqı-satqısı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu təşkil edilmiş və tədbirin yerinə yetirilməsi üçün qərar qəbul edilmişdir. Nərimanov rayonu, Uluqbəy küçəsi 123 saylı binanın qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaxalanmışdır. Şəxsin razılığı əsasında yaşadığı mənzilə baxış keçirilməsi bildirilmiş, ərizəsi alınmış və videoçəkilişlə mənzilə baxış keçirilmişdir. Mənzilə daxil olduqdan sonra mənzilin mətbəxində üzərlərində "43" və "53" yazıları olan iki ədəd bağlama və əlavə 111 ədəd xırda bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri Rasim adlı şəxsin hədiyyə verdiyini və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş və videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, mməliyyat qrupu 3 nəfərdən ibarət olmuş: o, Şahid1 və Xəqani Qalabəyli. Bundan başqa kriminalist və təhqiqatçı da əməliyyat tədbirində iştirak etmişdir. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Əməliyyat məlumatı Xəqani Qalabəyliyə daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. Saxladıqdan sonra Təqsirləndirilən şəxs ilə birlikdə evə daxil olmuşlar. Evə Vüqarın razılığı ilə daxil olmuşlar və sonuncudan bu barədə ərizə alınmışdır. Mənzildən narkotik vasitədən başqa tərəzilər də aşkar edilmişdir. Tərəzi mətbəxdə sellofanın içində aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs təxminən saat 16-17 radələrində yaxınlaşmışlar. Mənzilə daxil olan zaman heç kəs olmamışdır. Mənzilə baxış keçirən zaman özləri ilə qadın aparmamışlar. Narkotik vasitələr birlikdə göy rəngdə sellofan torbanın içərisində olmuşdur. Torbanın üzərində yazılar olub-olmamasını xatırlamır. Təqsirləndirilən şəxs idarəyə, təhqiqatçının otağına aparmışlar. İdarədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman iştirak edib-etmədiyini xatırlamır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 23 aprel 2024-cü il tarixdə işlədiyi bölməyə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 4 ünvanda müvəqqəti yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin saxlanması, satışı və istifadəsi ilə məşğul olur. Məlumatın əməliyyat yolu ilə yoxlanmasının təşkil edilməsi üçün Nərimanov RPİ-nin əməliyyat işi üzrə rəis müavininə raportla mərüzə olunmuş və bundan sonra əməliyyat qrupu təşkil edilmiş və tədbirin yerinə yetirilməsi üçün qərar qəbul edilmişdir. 23 aprel 2024-cü il tarixdə saat 16:30 radələrində Nərimanov rayonu, Uluqbəy küçəsi 123 saylı binanın qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaxalanmış və onun razılığı əsasında yaşadığı mənzilə baxış keçirilməsi bildirilmiş və ərizəsi alınmışdır. Bu zaman Təqsirləndirilən şəxs bildirdi ki, mənzildə baxış keçirilməsinə razıdır və bu barədə ərizə ilə müraciət etdi. Ona görə də Təqsirləndirilən şəxs razılıq verdikdən sonra Təqsirləndirilən şəxs iştirakı ilə habelə onun razılığına dair ərizəsi əsasında onun yaşadığı ünvan 5 ünvana xx.xx.2024-cü il tarixdə saat 16:35-də təxirə salınmadan iştirakı ilə, Nərimanov RPİ-nin NMB-nin rəisi Şahid1, Nərimanov RPİ-nin 16-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru X4, Nərimanov RPİ-nin Kriminalistik Təhqiqatlar qrupunun ekspert kriminalisti polis mayoru, X11 iştirakları ilə video çəkiliş vasitəsi ilə baxış keçirildi. Mənzilə baxış Nərimanov RPİ-nin KTQ-nin inspektoru Emil Yusubov tərəfindən “Panasonic” markalı video kamera vasitəsi ilə aparıldı. Mənzilə daxil olduqdan sonra mənzilin mətbəx otağına gedərək orada soyuducunun sağ tərəfinə qoymuş olduğu sellofan paketi təqdim etmiş və təhqiqatçı tərəfindən həmin sellofan paketin içərisinə baxış keçirildikdə əvvəlcədən əldə etdiyi şəxsi istifadəsi üçün saxladığı ot kütləsi aşkar edildi. Ot kütləsindən başqa həmin sellofan paketin içərisindən 02 ədəd elektron tərəzi də aşkar edildi. Ot kütləsinin nə olması barədə sual verildikdə, onun “marixuana” olmasını bildirmiş və paketin içərisində olan 111 ədəd bükümlər masanın üzərinə düzülərək sayıldı və zərfə qoyularaq qablaşdırıldı. Daha sonra sellofan paketin içərisindən aşkar edilmiş üzərlərində “43” və “53” yazıları olan iki ədəd bağlama və əlavə 03 ədəd sellofan paketin içərisində olan ot kütlələri hamısı qablaşdırılaraq götürüldü. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin inzibati binasına gətirildi və 25 saylı vəkil bürosunun vəkili X8 iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bildirildi ki, X13 tərəfindən «Panasonik» markalı video aparat ilə çəkiliş aparılacaq. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olundu ki, onun üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əvvəlcə əynində olan şalvarın arxa sağ yan cibindən 01 ədəd «Red Mi» markalı mobil telefonu, sağ yan cibindən 02 ədəd on manatlıq, 01 ədəd beş manatlıq, 04 ədəd bir manatlıq pul əskinazını çıxararaq masanın üzərinə qoydu. Sonra o şalvarının arxa sol yan cibindən 01 ədəd «Bakı kart» kartını, ona məxsus olan şəxsiyyət vəsiqəsini və əynində olan gödəkcəsinin sağ yan cibindən açarları çıxararaq masanın üzərinə qoydu və bildirdi ki, onun üzərində başqa qanunsuz əşyalar yoxdu və axtarış zamanı da aşkar edilmədi. Sonra Təqsirləndirilən şəxs «Red Mi» markalı mobil telefonun kimə məxsus olması soruşuldu. Təqsirləndirilən şəxs bildirdi ki, mobil telefon ona məxsusdur və telefon üzərində olan ***- ***-**-** mobil nömrədən istifadə edir. Bu səbəbdən mobil telefon nömrəsi ilə və şəxsiyyət vəsiqəsi ilə birlikdə götürüldü və bu barədə protokol tərtib edildi. (cild 1, iş vərəqə 153- 157) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş, Nərimanov RPİ 16-cı PŞnin baş əməliyyat müvəkkili Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin saxlanması, daşınması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında qeyd olunmuş ünvana yaxınlaşmışlar və Təqsirləndirilən şəxs həmin ünvanda olduğunu müəyyənləşdirmişlər. Daha sonra Vuqar Dadaşlıya yaxınlaşaraq özlərini təqdim etmişlər və Vüqarın da özünü təqdim etməsini bildirmişlər. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz daşınması və satışında şübhəli olduğunu bildirmişlər. Daha sonra mənzilə baxış keçirilməsi üçün Vüqarın razılıq ərizəsini almışlar. Videoçəkilişlə mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü şəkildə narkotik vasitələrin yerini göstərmişdir. Təqsirləndirilən şəxs mənzilin mətbəxində soyuducu ilə eyvanın qapısı arasından sellofan torba çıxararaq təqdim etmişdir. Sellofan torbanın içərisində 02 ədəd tərəzi və içərisində marixuana olan bükümləri çıxarmışdır. Həmçinin, torbanın içərisindən yüzdən artıq xırda torbacıqlar da aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri alan zaman xırda torbacıqların da orada olduğunu bildirmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq götürülmüş və Təqsirləndirilən şəxs Nərimanov RPİ-yə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupunda 3 nəfər olmuş: o, Şahid1 və Şahid2. Bundan əlavə mənzilə baxışda təhqiqatçı və kriminalist də iştirak etmişdir. Təqsirləndirilən şəxs mənzilinin qarşısında, saat 16-17 radələrində saxlamışlar. Narkotik vasitələr mənzildə qablaşdırılaraq götürüldükdən sonra idarədə təkrarən həmin narkotik vasitələrə baxış keçirilməmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir olmamışdır. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatında şəxsin evində narkotik vasitələrin saxlanması, həmçinin narkotik vasitələrin daşınması və istifadəsi qeyd olunmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs mənzilin qarşısında olmuşdur. Təqsirləndirilən şəxs liftdə yaxınlaşmamışlar və təzyiq göstərməmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuşdur. Evdə Təqsirləndirilən şəxs başqa şəxs olmamışdır. Narkotik vasitələrin yerini Təqsirləndirilən şəxs özü göstərmişdir. Narkotik vasitələr sellofan torbada olmuşdur. Bütün narkotik vasitələr bir sellofan torbanın içərisində olmuşdur. Narkotik vasitələrin olduğu bükümlərin üzərində yazılar olmuş, lakin bu yazıların nə olduğunu xatırlamır. Aşkar edilmiş narkotik vasitələrə mənzilin mətbəxində baxış keçirilmiş və daha sonra qablaşdırılmışdır. Narkotik vasitələr qablaşdırıldıqdan sonra ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxışı idarədə keçirmişlər. Mənzilə müdafiəçi dəvət olunmadığı üçün, şəxsi axtarış idarədə keçirilmişdir. Mənzilə baxış könüllü şəkildə razılıq ərizəsi əsasında həyata keçirilmişdir. Təhqiqatçının otağında mənzildə aşkar edilmiş narkotik vasitələrə təkrar baxış keçirilməmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin 11 fevral 2025-ci il tarixli qərarında Şahid3 verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə polis idarəsində Təqsirləndirilən şəxs İran islam Respublikasının vətəndaşları ilə cinayət əlaqəsinə girib qabaqcadan əl bir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin gün polis əməkdaşları əməliyyat tədbiri keçirərək Bakı şəhəri, Nərimanov rayonu, Uluqbəy küçəsi 123 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşmaq istəmiş, lakin o, və yanındakı digər şəxs həmin zaman qaçmağa cəhd göstərmiş, polis əməkdaşları da onlara yaxınlaşıb xüsusi fəndlərdən istifadə edərək Vüqarı zərərsizləşdirib yerə uzatmış, sonra avtomobil mindirib polis idarəsinə aparmış, orada vəkil dəvət olunmuş, sonra vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməmiş və ona işgəncə verilməmiş, sonuncuya qarşı zorakılıq hərəkətləri edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin 11 fevral 2025-ci il tarixli qərarında verdiyi ifadəsi elan edildikdən sonra Şahid3 verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, saxlanılan zaman Təqsirləndirilən şəxs onlara müqavimət göstərmişdir. Ola bilsin ki, ifadədə texniki səhv olmuşdur. Təqsirləndirilən şəxs saxlanan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman sonuncuya qarşı xüsusi fənd işlətməmişlər. Ola bilər ki, qərarda texniki səhvlik olmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 23 aprel 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 4 ünvanda müvəqqəti yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin saxlanması, satışı və istifadəsi ilə məşğul olur. Məlumatın əməliyyat yolu ilə yoxlanmasının təşkil edilməsi üçün Nərimanov RPİ-nin əməliyyat işi üzrə rəis müavininə raportla məruzə olunmuş və bundan sonra əməliyyat qrupu təşkil edilmiş və tədbirin yerinə yetirilməsi üçün qərar qəbul edilmişdir. 23 aprel 2024-cü il tarixdə saat 16:30 radələrində Nərimanov rayonu, Uluqbəy küçəsi 123 saylı binanın qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaxalanmış və onun razılığı əsasında yaşadığı mənzilə baxış keçirilməsi bildirilmiş və ərizəsi alınmışdır. Bu zaman Təqsirləndirilən şəxs bildirdi ki, mənzildə baxış keçirilməsinə razıdır və bu barədə ərizə ilə müraciət etdi. Ona görə də Təqsirləndirilən şəxs razılıq verdikdən sonra Təqsirləndirilən şəxs iştirakı ilə habelə onun razılığına dair ərizəsi əsasında onun yaşadığı ünvan 5 ünvana xx.xx.2024-cü il tarixdə saat 16:35-də təxirə salınmadan iştirakı ilə, Nərimanov RPİ-nin NMB-nin rəisi Şahid1, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, Nərimanov RPİ-nin Kriminalistik Təhqiqatlar qrupunun ekspert kriminalisti polis mayoru, X11 iştirakıları ilə video çəkiliş vasitəsi ilə baxış keçirildi. Mənzilə baxış Nərimanov RPİ-nin KTQ-nin inspektoru Emil Yusubov tərəfindən “Panasonic” markalı video kamera vasitəsi ilə aparıldı. Mənzilə daxil olduqdan sonra mənzilin mətbəx otağına gedərək orada soyuducunun sağ tərəfinə qoymuş olduğu sellofan paketi təqdim etmiş və təhqiqatçı tərəfindən həmin sellofan paketin içərisinə baxış keçirildikdə əvvəlcədən əldə etdiyi şəxsi istifadəsi üçün saxladığı ot kütləsi aşkar edildi. Ot kütləsindən başqa həmin sellofan paketin içərisindən 02 ədəd elektron tərəzi də aşkar edildi. Ot kütləsinin nə olması barədə sual verildikdə, onun “marixuana” olmasını bildirmiş və paketin içərisində olan 111 ədəd bükümlər masanın üzərinə düzülərək sayıldı və zərfə qoyularaq qablaşdırıldı. Daha sonra sellofan paketin içərisindən aşkar edilmiş üzərlərində “43” və “53” yazıları olan iki ədəd bağlama və əlavə 03 ədəd sellofan paketin içərisində olan ot kütlələri hamısı qablaşdırılaraq götürüldü. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin inzibati binasına gətirildi və 25 saylı vəkil bürosunun vəkili X8 iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bildirildi ki, X13 tərəfindən «Panasonik» markalı video aparat ilə çəkiliş aparılacaq. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əvvəlcə əynində olan şalvarın arxa sağ yan cibindən 01 ədəd «Red Mi» markalı mobil telefonu, sağ yan cibindən 02 ədəd on manatlıq, 01 ədəd beş manatlıq, 04 ədəd bir manatlıq pul əskinazını çıxararaq masanın üzərinə qoydu. Sonra o şalvarının arxa sol yan, cibindən 01 ədəd «Bakı kart» kartını, ona məxsus olan şəxsiyyət vəsiqəsini və əynində olan gödəkcəsinin sağ yan cibindən açarları çıxararaq masanın üzərinə qoydu və onun üzərində başqa qanunsuz əşyalar yoxdu və axtarış zamanı da aşkar edilmədi. Sonra Təqsirləndirilən şəxs «Redmi» markalı mobil telefonun kimə məxsus olması soruşuldu. Təqsirləndirilən şəxs bildirdi ki, mobil telefon ona məxsusdur və telefon üzərində olan ***-***-**-** mobil nömrədən istifadə edir. Bu səbəbdən mobil telefon nömrəsi ilə və şəxsiyyət vəsiqəsi ilə birlikdə götürüldü və bu barədə protokol tərtib edildi. (cild 1, iş vərəqə 158-162) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlamaq və icraata qəbul edilməsi haqqında 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 4 ünvanda narkotik vasitə saxlaması, satışı və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 3) xx.xx.2024-cü il tarixli əməliyyat qrupunun təşkil edilməsi haqqında protokoldan, xx.xx.2024-cü il tarixli, 3-13-50/Ə145/2024 saylı “əməliyyat qrupunun yaradılması barədə” əmrdən və həmin tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tam şəxsiyyətini, yaşadığı ünvanı, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə Nərimanov RPİ-də əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 4-8) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Uluqbəy küçəsi, 123 saylı binanın 129 saylı mənzilinin qarşısında saxlanılaraq Nərimanov RPİ-nə gətirilmişdir. (cild 1, iş vərəqə 9) xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə Nərimanov RPİ-nə müraciət edərək yaşadığı mənzilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 14) xx.xx.2024-cü il tarixli mənzilə baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə habelə onun razılığına dair ərizəsi əsasında onun yaşadığı ünvan 5 ünvana xx.xx.2024-cü il tarixdə saat 16:35-də təxirə salınmadan Nərimanov RPİ-nin NMB-in rəisi polis polkovnik-leytenantı Şahid1, Nərimanov RPİ-nin MB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Nərimanov RPİ-nin 16-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru X4, Nərimanov RPİ-nin Kriminalistik Təhqiqatlar qrupunun ekspert kriminalisti polis mayoru, X11 iştirakı ilə video çəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Əvvəlcə mənzilin qarşısında vətəndaş Dadaşlı X10 RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona xidməti vəsiqəsini təqdim etməklə özünü təqdim etmişdir. Daha sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı mənzildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edildi. O anket məlumatlarını bildirdikdən sonra ona yaşadığı mənzilə baxış keçirilib-keçirilməməsi barədə təklif olunduqda, Təqsirləndirilən şəxs mənzildə narkotik vasitələrin olmasını və könüllü olaraq baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra o video çəkiliş aparılarkən ərizə yazaraq könüllü olaraq yaşadığı ünvan 5 mənziləə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs mənzilin giriş qapısını açaraq içəriyə daxil olmuşdur. Daha sonra o mənzildə narkotik vasitələrin olduğu yeri könüllü olaraq göstərmişdir. Belə ki, o mənzilin mətbəx otağına gedərək orada olan soyuducu ilə eyvanın qapısının arasında əvvəlcədən qoymuş olduğu içərisində narkotik vasitə olmasını bildirdiyi sellofan paketin yerini göstərmişdir. Daha sonra ona hansı növ narkotik vasitələrdən istifadə etməsi barədə sual verildikdə o bildirmişdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O narkotik vasitələrdən hansı müddətə istifadə etməsini dəqiq bildirə bilməsə də qısa müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Daha sonra ona mənzilində olan narkotik vasitələrin satışı ilə məşğul olub olmaması digər şəxslərə hədiyyə qismində veribverməməsi soruşulduqda o bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış və mənzildə olan narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Daha sonra ona həmin sellofan paketi təqdim etməsi təklif edildikdə o əvvəlcə sellofan paketin içərisindən 01 ədəd elektron tərəzini çıxararaq soyuducu ilə eyvanın arasında qoyulmuş stulun üstünə qoymuşdur. Daha sonra sellofan paketin içərisindən üzərinə "43" yazılmış üzəri yapışqanlı lent ilə bağlanmış bağlamanı da çıxararaq həmin elektron tərəzinin yanına yerləşdirmişdir. Bundan sonra o yenidən əlini ellofan paketin içərisinə salaraq digər bir üzəri yapışqanlı lent ilə bağlanmış üzərində "53" yazılmış bükümü çıxararaq stulun üzərinə qoymuşdur. Bu zaman həmin sellofan paketin çərisində əlavə əşyaların olması səbəbindən həmin sellofan paketin tam olaraq təqdim edilməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs yenidən sellofan paketin içərisinə əlini salaraq oradan ağ rəngli sellofan paket çıxarmış və həmin paketi açaraq içərisində olan bitki mənşəli yaşıl rəngli kütləni təqdim etmişdir. Daha sonra o sellofan paketi soyuducunun qarşısında yerə qoymuş və əyilərək içərisindən daha bir elektron tərəzini çıxaraq yerə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiklərinin ona məxsus olub olmaması barədə sual verildikdə o bildirmişdir ki, həmin əşyaları tanımadığı şəxs atmış və o da bunları əldə etmişdir. Ona həmin əşyaları hansı məbləğdə pulun qarşılığında əldə etməsi soruşulduqda o bildirmişdir ki, həmin əşyaları əldə etmək üçün heç bir ödəniş etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində bitki mənşəli kütlə olan ağ rəngli sellofan paket mətbəxdə yerləşən masanın üzərinə qoyulmuşdur. Daha sonra isə onun əvvəlcədən özünün təqdim etdiyi üzərində "43" yazılmış üzəri yapışqanlı lent ilə bağlanmış bağlama və digər yapışqanlı lent ilə bağlanmış üzərində "53" yazılmış bağlama mətbəx masasının üzərinə qoyulmuşdur. Daha sonra isə digər sellofan paket və 01 ədəd elektron tərəzi də masanın üzərinə qoyulmuşdur. Üzərinə "Baku Azerbaijan" yazılmış sellofan paketin içərisinə baxış keçirildikdə oradan əlavə olaraq 02 ədəd şəffaf rəngli sellofan paket aşkar edilmişdir. Hər iki sellofan paketin içərisi açıldıqda oradan yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilmişdir. Daha sonra "Baku Azerbaijan" yazılmış sellofan paketin içərisində olan kiçik həcmli şəffaf rəngli içərisində bitki mənşəli kütlə olan polietilen torbacıqlar çıxarılaraq masanın üzərinə düzülmüşdür. Həmin torbacıqlar masanın üzərinə düzülən zaman təkrarən Təqsirləndirilən şəxs həmin bükümlərin nə olması soruşulduqda o bildirmişdir ki, həmin bükümlərin içərisində "nəşə" adlanan narkotik vasitə marixuanadır. Ona həmin narkotik vasitələri niyə kiçik formada qablaşdıraraq saxlaması barədə soruşulduqda o bildirmişdir ki, həmin narkotik vasitəni bu formada əldə edərək saxlamış və qablaşdırmanı o etməmişdir. Daha sonra içərisi boş olan polietilen torbalar kənara qoyulmuşdur. Üzərində "Baku Azarbaijan" yazılmış sellofan paket tam boşaldıldıqdan sonra içərisi video çəkilişə təqdim edilmişdir. Daha sonra şəxsin təqdim etdiyi sellofan paketin içərisindən çıxan kağızın nə üçün olması soruşulduqda o həmin kağızdan narkotik vasitənin istifadəsi zamanı işlətdiyini bildirmişdir. Daha sonra aşkar edilmiş 03 ədəd ağ tangli sellofan paketin içərisinə baxış keçirildikdə onların hər birinin içərisində bitki mənşəli kütlə olması təkrarən aşkar edilmişdir. Daha sonra aşkar edilmiş üzərində "53" yazılmış, yapışqanlı lent ilə bağlanmış bağlamanın içərisi açılmış və oradan da bitki mənşəli kütlə aşkar edilmişdir. Daha sonra isə üzərinə "43" yazılmış üzəri yapışqanlı lent ilə bağlanmış bağlamanın içərisi açılmış və oradan da bitki mənşəli kütlə aşkar edilmşdir. Daha sonra isə açılan hər iki bağlama yapışqanlı lent vasitəsi ilə təkrarən qablaşdırılaraq yerinə qoyulmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketin içərisindən aşkar edilmiş şəffaf rəngli, kiçik polietilen torbacıqlarda qablaşdırılmış bükümlər sayılmış və masanın üzərində "111" ədəd polietilen torbada içərisində bitki mənşəli kütlə olması aşkar edilmişdir. Daha sonra həmin polietilen torbalar içərisi boş olan zərfə qoyulmuş və zərf möhürlənərək qablaşdırılmışdır. Daha sonra həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra üzərinə "Baku Azarbaijan" yazılmış sellofan paketin içərisi yenidən video kameraya göstərildikdən sonra əvvəlcə içərisinə üzərinə "43" yazılan yapışqanı lentlə bağlanmış bağlama, daha sonra üzərinə "53" yazılmış yapışqanlı lentlə bağlanmış bağlama qoyulmuşdur. Daha sonra isə "03" ədəd şəffaf rəngli sellofanların hər birinin ağzı yapışqanlı lent vasitəsi ilə bağlandıqdan sonra üzərində "Baku Azərbaijan" yazılan sellofan paketin içərisinə qoyularaq qablaşdırılmışdır. Daha sonra hamin bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Daha sonra isə şəxsin təqdim etdiyi 02 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra isə iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. (cild 1, iş vərəqə 15-17) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 29-33) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 aprel 2024-cü il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əynində olan şalvarın arxa sağ yan cibindən 01 ədəd “Red Mi” markalı mobil telefonu, sağ yan cibindən 02 ədəd on manatlıq 01 ədəd beş manatlıq, 04 ədəd bir manatlıq pul əskinazını çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra o şalvarının arxa sol yan cibindən 01 ədəd “Bakı Kart” kartını, ona məxsus olan şəxsiyyət vəqisəni və əynində olan gödəkcənin sağ yan cibindən açarları çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa hər hansısa bir əşyanın olmamasını bildirmişdir. Daha sonra onun üzərinə baxış keçirilmiş və hər hansısa bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “Red Mi” markalı mobil telefonun ona məxsus olub olmaması barədə soruşulmuş, o bildirmişdir ki, həmin mobil telefon ona məxsusdur və içərisində ***-***-**-** saylı mobil nömrə vardır. Həmin mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılmış və götürülmüşdür. Daha sonra şəxsə məxsus şəxsiyyət vəsiqəsi də iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsin üzərindən aşkar edilmiş 02 ədəd on manatlıq 01 ədəd beş manatlıq, 04 ədəd bir manatlıq pul əskinazı və 01 ədəd “Bakı Kart” kartı iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Daha sonra şəxsin üzərindən aşkar edilmiş açarların hansı mənzilə məxsus olması soruşulduqda o bildirmişdir ki, həmin açarlar onun yaşadığı Uluqbəy küçəsi 123, mənzil 129 saylı ünvana məxsusdur. Həmin açarlarda iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Bundan başqa o bildirmişdir ki, saxlanılan zaman heç bir xəsarət almamışdır, bədənində heç bir xəsarət izi yoxdur. Həmçinin bildirmişdir ki, şəxsi axtarış aparılmazdan əvvəl onun üzərinə şəxsi axtarış və baxış keçirilməmişdir. Bundan başqa o bildirmişdir ki, saxlanılan zaman və polis idarəsində olan zaman ona qarşı hər hansısa bir fiziki və yaxud psixi zor tətbiq olunmamışdır. (cild 1, iş vərəqə 42-46) Məhkəmə-bioloji ekspertizasının 24 aprel 2024-cü il tarixli, 3-16-16-2-7/630 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərlərində... 1) İştirak etdi Təqsirləndirilən şəxs...»yazısı və imzalar olan kağız paketdəki 111 (yüz on bir) ədəd sellofan torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri; 2,50 qram; 2,59 qram; 2,58 qram; 2,51 qram; 2,48 qram; 2,54 qram; 2,54qram: 2,51 qram; 2,55 qram; 2,61 qram; 2,58 qram; 2,59 qram; 2,59 qram; 2,56 qram; 2,55 qram; 2,57 qram; 3,77 qram; 2,61 qram; 2,52 qram; 2,59 qram; 2,60 qram; 2,56 qram; 2,58 qram; 2,57 qram; 2,56 qram; 2,62 qram; 2,63 qram; 2,58 qram; 2,59 qram; 2,50 qram; 2,55 qram; 2,62 qram; 2,61 qram; 2,60 qram; 2,61 qram; 2,51 qram; 2,52 qram; 2,54 qram; 2,59 qram; 2,56 qram, 2,63 qram; 2,51 qram; 2,58 qram; 2,60 qram; 3,55 qram; 2,49 qram; 2,53 qram; 2,61 qram; 2,60 qram; 2,47 qram; 2,54 qram; 2,58 qram; 2,53 qram; 2,54 qram; 2,55 qram; 2,47 qram; 2,51 qram; 2,56 qram; 2,50 qram; 2,68 qram; 2,61 qram; 2,49 qram; 2,61 qram; 2,50 qram; 2,48 qram; 2,52 qram; 2,49 qram; 2,48 qram; 2,59 qram; 2,57 qram; 2,59 qram; 2,50 qram; 2,54 qram; 2,69 qram; 2,54 qram; 4,28 qram; 4,55 qram; 2,62 qram; 2,55 qram; 2,71 qram; 2,56 qram; 2,53 qram; 2,56 qram; 2,58 qram; 2,51 qram; 2,58 qram; 2,71 qram; 2,60 qram; 2,61 qram; 4,07 qram; 2,58 qram; 2,61 qram; 2,66 qram; 2,53 qram; 2,53 qram; 2,66 qram; 2,52qram; 2,50 qram; 2,55 qram; 2,58 qram; 2,59 qram; 2,55 qram; 2,50 qram; 2,62 qram; 2,50 qram; 2,57 qram; 2,62 qram; 2,52 qram; 2,44 qram; 2,62 qram; 2,57 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabıs) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş üzərində ”...1) Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan polietilen bağlamadakı 05 (beş) ədəd bağlamalarda ayrı ayrılıqda təmiz çəkiləri: 1470 qram, 1480 qram, 1000 qram, 70 qram və 15 qram olmaqla bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi-4326,91 qramdır. Təqdim olunmuş üzərində “,,,1)Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan 02 (iki) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. QEYD:Marixuananın ümumi çəkisi 4326,91 qram, tədqiqata sərf olundu 3,83 qram, qalıq 4323,08 qram. (cild 1, iş vərəqə 53-60) Əməlin tövsif edilməsi haqqında 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 72-73) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 5(005)- 1098/2024 saylı qərardan görünür ki, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Nərimanov RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis mayoru Cavid İsmayılzadə tərəfindən təsdiq edilmiş 23 aprel 2024-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (cild 1, iş vərəqə 74) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 75-77) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 550/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 aprel 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 93-98) Maddi sübut tanınma haqqında 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 111 ədəd bükümdə və 05 (beş) ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri; 1470 qram, 1480 qram, 1000 qram, 70 qram və 15 qram olmaqla ümumi təmiz çəkisi 4326,91 qram olan tədqiqata istifadə olunmuş 3,83 qram, qalıq 4323,08 qram kustar üsulla hazırlanmış narkotik vasitə sayılan qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmışdır. (cild 1, iş vərəqə 109-110) Diskdə olan görüntülərə baxış keçirilməsi və danışıqların dinlənilməsi haqqında 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntüsünə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Mirsənan Ağalarov polis geyim formasında masanın baş hissəsində dayanmışdır. Təhqiqatçı vəzifəsini bildirməklə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 51, 86 və 246.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Nərimanov RPİ-nin NMB-nin əməkdaşları Şahid1, Şahid2 16-cı polis şöbəsinin əməkdaşı Xəqani Qalabəylinin və 25 saylı Vəkil bürosunun vəkili X8 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını elan edir. Təhqiqatçı sonra şübhəli şəxs qismində gətirilmiş şəxsdən kimliyini soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir, sonra təhqiqatçı, onun hüquqlarının müdafiəsi üçün dəvət olunmuş 25 saylı Vəkil bürosundan vəkil X12 etirazının olub-olmadığını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs vəkilə etirazı olmadığını bildirir, sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin ona aydın olub-olmadığını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edir ki, «paltarında, əşyalarında və ya bədənində olan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan geyimlərinin ciblərini çevirərək hər bir iştirakçının görə biləcəyi formada göstərir, lakin Təqsirləndirilən şəxs ciblərində və əşyalarında hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmur. (cild 1, iş vərəqə 158) Diskdə olan görüntülərə baxış keçirilməsi və danışıqların dinlənilməsi haqqında 28 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə aparılmasının görüntüsünə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvana xx.xx.2024-cü il tarixdə saat 16:35-də Nərimanov RPİ-nin NMB-nin rəisi polis polkovnik-leytenantı Şahid1, NMB-nin əməliyyat müvəkkili Şahid2 Nərimanov RPİ-nin 16-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru X4, Nərimanov RPİ-nin Kriminalistik Təhqiqatlar qrupunun ekspert kriminalisti polis mayoru, X11 iştirakları ilə video çəkiliş aparılır. Diskə baxış zamanı polis əməkdaşları binanın giriş qapısından binaya daxil olaraq mənzilin bayır tərəfdən qapısının qarşısında olan bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim edərək ondan ad və soyadını soruşduqdan sonra onlarda həmin şəxsin yaşadığı mənzildə qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitənin olması barədə məlumatın olduğunu bildirirlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək mənzildə narkotik vasitənin olması barədə məlumat verərək mənzilə baxış keçirilməsinə etiraz etməyərək bu barədə ərizə yazıb mənzilin giriş qapısını açaraq polis əməkdaşları ilə birlikdə mənzilə daxil olurlar. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs mənzildə narkotik vasitələrin olduğu yeri könüllü olaraq göstərir. Təqsirləndirilən şəxs könüllü olaraq göstərdiyi yer mənzilin mətbəx otağı soyuducu ilə eyvanın qapısının arasında əvvəlcədən qoymuş olduğu içərisində narkotik vasitə olmasını bildirdiyi sellofan paketin yerini göstərir. Ona görə də polis əməkdaşları tərəfindən hansı növ narkotik vasitələrdən istifadə etməsi barədə sual verildikdə o bildirir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O narkotik vasitələrdən hansı müddətə istifadə etməsini dəqiq bildirə bilməsə də qısa müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd edir. Sonra Təqsirləndirilən şəxs mənzilində olan narkotik vasitələrin satışı ilə məşğul olub olmaması digər şəxslərə hədiyyə qismində verib-verməməsi sualı verildikdə o bildirir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır və mənzildə olan narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Ona görə Təqsirləndirilən şəxs sellofan paketi təqdim etməsi təklif edildikdə o əvvəlcə sellofan paketin içərisindən 01 ədəd elektron tərəzini çıxararaq soyuducu ilə eyvanın arasında qoyulmuş oturacağın üzərinə qoyduqdan sonra sellofan paketin içərisindən üzərinə “43” yazılmış üzəri yapışqanlı lent ilə bağlanmış bağlamanı da çıxararaq həmin elektron tərəzinin yanına yerləşdirdikdən sonra yenidən əlini sellofan paketin içərisinə salaraq digər bir üzəri yapışqanlı lent ilə bağlanmış üzərində “53” yazılmış bükümü çıxararaq oturacağın üzərinə qoyur. Bu zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən həmin sellofan paketin içərisində əlavə əşyaların olması səbəbindən həmin sellofan paketin tam olaraq təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yenidən sellofan paketin içərisinə əlini salaraq oradan ağ rəngli sellofan paket çıxarır və həmin paketi açaraq içərisində olan bitki mənşəli yaşıl rəngli kütləni təqdim edir. Daha sonra o sellofan paketi soyuducunun qarşısında yerə qoyur və əyilərək içərisindən daha bir elektron tərəzini çıxararaq yerə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamaların ona məxsus olub olmaması barədə sual verildikdə o bildirir ki, həmin əşyaları tanımadığı şəxs atmış və o onları götürərək yaşadığı ünvana gətirmişdir. Təqsirləndirilən şəxs həmin əşyaları hansı məbləğdə pulun qarşılığında əldə etməsi soruşulduqda o bildirdi ki, həmin əşyaları əldə etmək üçün heç bir ödəniş etməmiş və təqdim etdiyi içərisində bitki mənşəli kütlə olan ağ rəngli sellofan paketi mətbəxdə yerləşən masanın üzərinə qoyur. Əvvəl təqdim etdiyi üzərində “43” və «53» yazılmış üzəri yapışqanlı lent ilə bağlanmış bağlama mətbəx masasının üzərinə qoyulmuşdur. Digər sellofan paket və 01 ədəd elektron tərəzidə masanın üzərinə qoyulmuşdur. Üzərində “Baku Azerbaijan” yazılmış sellofan paketin içərisinə baxış keçirildikdə oradan əlavə olaraq 02 ədəd şəffaf rəngli sellofan paket aşkar edildiyi üçün, hər iki sellofan paketin içərisi açıldıqda oradan yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilir. Üzərində “Baku Azerbaijan” yazılmış sellofan paketin içərisində olan kiçik həcmli şəffaf rəngli içərisində bitki mənşəli kütlə olan polietilen torbacıqlar çıxarılaraq masanın üzərinə düzülür. Həmin torbacıqlar masanın üzərinə düzülən zaman təkrarən Təqsirləndirilən şəxs həmin bükümlərin nə olması soruşulduqda o bildirir ki, həmin bükümlərin içərisində “nəşə” adlanan narkotik vasitə marixuanadır. Sonra Təqsirləndirilən şəxs hansı səbəbdən kütləni kiçik formada qablaşdıraraq saxlaması barədə sual verilir və o bildirir ki, həmin narkotik vasitəni bu formada naməlum şəxs atdıqdan sonra qablaşdırılmış şəkildə tapmışdır. Üzərində “Baku Azərbaijan” yazılmış sellofan paket tam boşaldıldıqdan sonra içərisi video çəkilişə təqdim edilir. Daha sonra şəxsin təqdim etdiyi sellofan paketin içərisindən çıxan kağızın nə üçün olması soruşulduqda o həmin kağızdan narkotik vasitənin istifadəsi zamanı işlətdiyini bildirir. Aşkar edilmiş 03 ədəd ağ rəngli sellofan paketin içərisinə baxış keçirildikdə onların hər birinin içərisində bitki mənşəli kütlə olması təkrarən aşkar edilir və üzərində «43» və «53» rəqəmi yazılmış və hər iki bağlamada bitki mənşəli kütlə aşkar edilir. Açılmış hər iki bağlama polis əməkdaşları tərəfindən yapışqanlı lent vasitəsi ilə təkrarən qablaşdırılaraq yerinə qoyulur. Kiçik torbacıqlarda aşkar edilən narkotik vasitə hesab edilən marixuana sayıldıqda “111” ədəd olduğu müəyyən edildikdən sonra həmin polietilen torbalar içərisi boş olan zərfə qoyulur və zərf polis əməkdaşları tərəfindən möhürlənərək qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. (cild 1, iş vərəqə 118-119) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 146) Diskə baxış keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən müxtəlif nömrələrə zəng edilmiş, diskin içərisində olan 18 vərəqdən olan tam yazı mətninin surəti çıxarılaraq protokola əlavə edilmiş, lakin cinayət işi üçün əhəmiyyət kəsb edən mətnlər aşkar edilməmişdir. (cild 1, iş vərəqə 165-185) Məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2024-cü il tarixli, 4081 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsda Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müəyinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 186-187) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 iyun 2024-cü il tarixli 1596 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 189-190) Məhkəmə-Kompüter texniki ekspertizasının 10 iyun 2024-cü il tarixli, 5/565 saylı rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “Xiaomi redmi” markalı arxa məlumat lövhəsinə görə “M2010J19SG” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Xiaomi redmi” markalı arxa məlumat lövhəsinə görə “M2010J19SG” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Qrafik açarla” mühafizə olunan ekran kilidinə istintaq tərəfindən verilmiş “987654” rəqəmlərindən ibarət təsvir tətbiq edilsə də həmin təsvirin yanlış olması müəyyən edilmişdir. Təqdim edilmiş “Xiaomi redmi” markalı arxa məlumat lövhəsinə görə “M2010J19SG” modelli mobil smartfona istifadəçi tərəfindən “Qrafik açar” ilə mühafizə olunan ekran kilidi tətbiq edildiyi üçün onun “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəfindəki məlumat lövhəsində və “SİM” danışıq kartının yerləşdiyi yuvada “ımeı” kodunun göstərilməməsi səbəbindən həmin mobil smartfonun “İMEİ” kodunu müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş mobil smartfonda aşkar olunmuş ekran kilidinin keçilməsi üçün mobil cihazların kriminalistik tədqiqatında istifadə edilən “7.68.0.809 versiyalı UFED 4PC” adlı proqram təminatında tədqiq olunan mobil smartfonun modeli üçün yaddaşında olan məlumatları silmədən ekran kilidinin sıfırlanmasına dair texniki imkanın olmaması müəyyən edilmişdir. Təqdim edilmiş mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Qrafik açar” ilə mühafizə olunan ekran kilidinin naməlum olması və rəyin “Tədqiqi hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə görə mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olması və ya silinmiş məlumatların müəyyən edilməsi üzrə tədqiqatın aparılması mümkün olmamışdır. (cild 1, iş vərəqə 192-194) Sübutların qiymətləndirilməsi haqqında 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinin tətbiq edilməsinə əsaslar mövcud olmadığından həmin bəndin ona şamil edilməsi rədd olunmuş, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 111 (yüz on bir) ədəd sellofan torbacıqda ayrı-ayrılıqda təmiz cəkiləri: 2,50 qram; 2,59 qram; 2,48 qram; 2,59 qram; 2,54 qram; 2,51 qram; 2,55 qram; 2,61 qram; 2,58 qram; 2,59 qram; 2,59 qram; 2,56 qram; 2,55 qram; 2,55 qram; 2,57 qram; 3,77 qram; 2,61 qramm; 2,52 qram; 2,59 qram; 2,60 qram; 2,56 qram: 2,58 qram; 2,57 qram; 2,56 qram; 2,62 qram; 2,63 qram; 2,58 qram; 2,59 qram; 2,50 qram; 2,55 qram; 2,62 qramm; 2,61 qram; 2,60 qram; 2,61 qram; 2,51 qram; 2,52 qra; 2,54 qram; 2,59 qram; 2,56 qram; 2,63 qram; 2,51 qram; 2,58 qram; 2,60 qram; 3,55 qram; 2,49 qram; 2,49 qram; 2,53 qram; 2,61 qram; 2,60 qram; 2,47 qram; 2,54 qram; 2,58 qram; 2,53 qram; 2,54 qram; 2,58 qram; 2,53 qram; 2,54 qram; 2,55 qram; 2,47 qram ; 2,51 qram; 2,56 qram; 2,50 qram; 2,68 qram; 2,61 qram; 2,49 qram; 2,61 qram; 2,50 qram; 2,48 qram; 2,52 qram; 2,49 qram; 2,48 qram; 2,59 qram; 2,57 qram; 2,59 qram; 2,50 qram; 2,54 qram; 2,69 qram; 2,54 qram; 4,28 qram; 4,55 qram; 2,62 qram; 2,55 qram; 2,71 qram; 2,56 qram; 2,53 qram; 2,56 qram; 2,58 qram; 2,51 qram; 2,58 qram; 2,71 qram; 2,60 qram; 2,61 qram; 4,07 qram; 2,58 qram; 2,61 qram; 2,66 qram; 2,53 qram; 2,53 qram; 2,66 qram; 2,52 qram; 2,50 qram; 2,55 qram; 2,58 qram; 2,59 qram; 2,55 qram; 2,50 qram; 2,62 qram; 2,50 qram; 2,57 qram; 2,62 qram; 2,52 qram; 2,44 qram; 2,62 qram; 2,57 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabıs) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bağlamadakı 05 (beş) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri; 1470 qram, 1480 qram, 1000 qram, 70 qram və 15 qram olmaqla bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ümümi təmiz çəkisi 4326,91 qram birki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana götürüb qanunsuz əldə edərək üzərində Bakı şəhəri, Nərimanov rayonuna daşımış və Bakı şəhəri, Nərimanov rayonu, Uluqbəy küçəsi, ev 123, mənzil 129 ünvanına gətirib saxlamış, 23 aprel 2024-cü il tarixdə saat 16:30 radələrində Nərimanov RPİ-nin əməkdaşları tərəfindən sonuncunun yaşadığı ünvanın mətbəx otağında külli miqdarda təmiz çəkisi 4326,91 qram olmaqla bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 02 ədəd elektron tərəzini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmış, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 4323,08 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzinin xx.xx.2024-cü il tarixli qərarla maddi sübut hesab edilərək Nərimanov RPİ-yə saxlanışa verilməsi nəzərə alınmış, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs evinə baxış və götürmə, həmçinin, üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntülərin olduğu iki ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqə 199-210) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən “Yusif” və “Rasim” adlı şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmış və cinayət işinə ********* nömrəsi verilmişdir. (cild 1, iş vərəqə 215- 218) xx.xx.2024-cü il tarixli ittiham aktından göünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı tərtib edilmiş və təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. (cild 1, iş vərəqə 235-247) xx.xx.2024-cü il tarixli “ittiham aktının təsdiq edilməməsi və cinayət işinin əlavə ibtidai araşdırmaya qaytarılması” haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktı təsdiq edilməmiş, cinayət işi əlavə ibtidai araşdırma aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə qaytarılmışdır. (cild 1, iş vərəqə 252-254) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, 26 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsinə dair qərar nəzərə alınmışdır. (cild 1, iş vərəqə 262-264) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1,iş vərəqə 265-267) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1032/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 12 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən 23 aprel 2024-cü il tarixdə gecə saat 23:50 radələrində evdən çıxıb mağazaya gedən zaman liftə ondan başqa 2 nəfərin mindiyini, həmin şəxslərin onu liftin içində yaxaladıqlarını, liftin qarşısında üzərinə şəxsi axtarış keçirildiyini, şəxsiyyət vəsiqəsini, metro kartını, telefonunu və pulunu götürdüklərini, onu saxlayan iki polis əməkdaşının zorla binadan çöldə duran BMW markalı avtomobilə əyləşdirdiklərini, avtomobildə başqa iki nəfərin də olduğunu, polislərin onu avtomobildə döydüklərini, daha sonra onu binada 8-ci mərtəbədə olan evinə qaldırdıqlarını, evinə baxış keçirildiyini, baxış keçirən zaman heç bir şey aşkar edilmədiyini, evə baxış keçirilən zaman onun xanımının da evdə olduğunu, daha sonra onu polis şöbəsinə apardıqlarını, gecə 03-04 radələrində onu şöbədən çıxardıqlarını və başqa bir yerə apardıqlarını, onu apardıqları yerdə otağın qapısında “Nərimanov rayon X1 müavini” yazıldığını, polislərin onu həmin otaqla üzbəüz olan otağa apararaq narkotik vasitə verdiklərini, videoçəkiliş zamanı onun olduğunu qəbul etməsini bildirdiklərini, lakin onun razılaşmadığını, daha sonra polislərin onu Nərimanov parkının yaxınlığına gətirdiklərini, orada 1 saata yaxın maşında qaldığını, sonra onu təkrarən evinə apardıqlarını, polislərin ona evinə baxış keçiriləcəyini, evdə narkotik vasitə aşkar ediləcəyini, çəkiliş aparılacağını bildirdiklərini, Nərimanov RPİ-də ona qarşı fiziki təsir göstərildiyini, onun Yusif və Rasim adında tanışlarının olmadığını, hər hansı bir dostunun ona müəyyən yerdən paket götürməyi ilə bağlı heç bir şey demədiyini, ona fiziki təsir göstərilən zaman təhqiqatçının şahid olduğunu, evinə ondan başqa 4 nəfər polis əməkdaşının daxil olduğunu, bir müddət sonra bir xanımın gəldiyini, evindən qanunsuz heç bir şey aşkar edilmədiyini, evində videoçəkiliş etməzdən əvvəl polislərin ona necə davranmalı olduğunu və nə deməli olduğunu bildirdiklərini, evdən aşkar olunmuş torbanın ona məxsus olmadığını, idarədə ona göstərilən bükümlərlə evinə qoyulmuş torbadakı bükümlərin səhv etmirsə eyni olduğunu, polislərin onun mənzilinə ondan ərizə almazdan əvvəl girdiklərini, Rəşadın onun üzərindən açarı götürüb evə daxil olduqlarını, polislərin sanitar qovşaqda onun videosunu çəkdiklərini, polis əməkdaşlarının onu döyməsini Şahid1 gördüyünü, Şahid2 və Xəqani Qalabəylinin ona fiziki təsir göstərdiklərini, polis əməkdaşlarının onun evində oturub yemək yediklərini, saat 12 radələrində saxlanıldığını, mənzilə baxışın isə saat 17-18 radələrində keçirildiyini, əvvəlcə idarədə olan zaman narkotik vasitələri orada stolun üstündə gördüyünü, Şahid3 adlı polis əməkdaşının ona həm evdə, həm idarəyə aparan zaman maşının içində, həm də idarədə fiziki və psixi təzyiq etdiyini söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-20-10/2-133 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində 3 saylı istintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmiş. Sorğu zamanı zədə almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Aaraşdırmalar İdarəsinin 11 fevral 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, “MTE və PA Birliyi” PHŞ-in Nərimanov rayon şöbəsinin 20-M nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş məhkumun tibbi kartasında təzə xəsarətlə bağlı heç bir qeydiyyat yoxdur. Beləliklə, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd olunmuşdur. Bundan başqa Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Dadaşlı X10 RPİ-nin MSY-nə daxil olarkən bədəni üzərinə baxış keçirilmiş, baxış zamanı heç bir xəsarət aşkar olunmamışdır. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Nərimanov RPİ-nin NMB-nin rəisi Şahid1, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və Nərimanov RPİ-nin 16-cı PŞnin baş əməliyyat müvəkkili X9 hər biri ayrı-ayrılıqda ifadələrində 23 aprel 2024-cü il tarixdə Nərimanov rayon Polis İdarəsinə ünvan 4 ünvanda müvəqqəti yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, məlumat əsasında əməliyyat qrupu təşkil edildiyini, tədbirin yerinə yetirilməsi üçün qərar qəbul edildiyini, əməliyyat qrupunun 3 nəfərdən: Şahid2, Şahid1 və Xəqani Qalabəylidən ibarət olduğunu, bundan başqa kriminalist və təhqiqatçının da əməliyyat tədbirində iştirak etdiyini, əməliyyat qrupunun rəhbəri Şahid1 olduğunu, Nərimanov rayonu, Uluqbəy küçəsi 123 saylı binanın qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təxminən saat 16-17 radələrində Təqsirləndirilən şəxs saxlanıldığını, saxlanılan zaman sonuncunun tək olduğunu, sonuncuya yaşadığı mənzilə baxış keçirilməsi bildirilmiş, Təqsirləndirilən şəxs razılığı ilə baxış keçirilməsi ilə bağlı ərizə alındığını, videoçəkilişlə mənzilə baxış keçirildiyini, mənzilə daxil olan zaman mənzildə heç kəs olmadığını, baxış keçirən zaman özləri ilə qadın aparmadıqlarını, mənzilə daxil olduqdan sonra mənzilin mətbəxində üzərlərində "43" və "53" yazıları olan iki ədəd bağlama, əlavə 111 ədəd xırda bükümlər və narkotik vasitədən başqa tərəzilər də aşkar edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələri Rasim adlı şəxsin hədiyyə verdiyini və şəxsi istifadəsi üçün saxladığını bildirdiyini, bundan sonra Vüqarın polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin inzibati binasına gətirildiyini, videoçəkilişlə üzərinə baxış keçirildiyini, tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir və təzyiq olmadığını bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə mənzilə baxış və götürmə, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin, mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin qəbul etdiyi 11 fevral 2025-ci il tarixli qərarda istinad edilmiş sənədlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən fiziki və psixoloji zor tətbiq edilməsi ilə bağlı aparılmış araşdırmanın nəticəsində mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar hazırda qüvvədədir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji zor tətbiq edilməsi ilə bağlı cinayəti etiraf etməsi barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, evə baxış və götürmə, həmçinin, şəxsi axtarış və götürmənin audio-video ilə aparılması, evə baxış və götürmə prosesində təqsirləndirilən şəxsin cinayət əməllərini etiraf etməsi və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində izahat verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun evinə qoyulması, döyülməsi nəticəsində məcburiyyət qarşısında cinayəti etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazlarını bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılmış və həmin xüsusatlar (polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə məruz qalması) öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Müdafiə tərəflərindən qeyd edilən qərar mübahisələndirilməmiş və həmin qərar hazırda qüvvədədir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs mənzilinə baxış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 5 ünvana xx.xx.2024-cü il tarixdə saat 16:35-də Nərimanov RPİ-nin NMB-nin rəisi polis polkovnik-leytenantı Şahid1, NMB-nin əməliyyat müvəkkili Şahid2 Nərimanov RPİ-nin 16-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru X4, Nərimanov RPİ-nin Kriminalistik Təhqiqatlar qrupunun ekspert kriminalisti polis mayoru, X11 iştirakları ilə video çəkiliş aparılır. Diskə baxış zamanı polis əməkdaşları binanın giriş qapısından binaya daxiil olaraq mənzilin bayır tərəfdən qapısının qarşısında olan bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim edərək ondan ad və soyadını soruşduqdan sonra onlarda həmin şəxsin yaşadığı mənzildə qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitənin olması barədə məlumatın olduğunu bildirirlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək mənzildə narkotik vasitənin olması barədə məlumat verərək mənzilə baxış keçirilməsinə etiraz etməyərək bu barədə ərizə yazıb mənzilin giriş qapısını açaraq polis əməkdaşları ilə birlikdə mənzilə daxil olurlar. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs mənzildə narkotik vasitələrin olduğu yeri könüllü olaraq göstərir. Təqsirləndirilən şəxs könüllü olaraq göstərdiyi yer mənzilin mətbəx otağı soyuducu ilə eyvanın qapısının arasında əvvəlcədən qoymuş olduğu içərisində narkotik vasitə olmasını bildirdiyi sellofan paketin yerini göstərir. Ona görə də polis əməkdaşları tərəfindən hansı növ narkotik vasitələrdən istifadə etməsi barədə sual verildikdə o bildirir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O narkotik vasitələrdən hansı müddətə istifadə etməsini dəqiq bildirə bilməsə də qısa müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd edir. Sonra Təqsirləndirilən şəxs mənzilində olan narkotik vasitələrin satışı ilə məşğul olub olmaması digər şəxslərə hədiyyə qismində verib-verməməsi sualı verildikdə o bildirir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır və mənzildə olan narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Ona görə Təqsirləndirilən şəxs sellofan paketi təqdim etməsi təklif edildikdə o əvvəlcə sellofan paketin içərisindən 01 ədəd elektron tərəzini çıxararaq soyuducu ilə eyvanın arasında qoyulmuş oturacağın üzərinə qoyduqdan sonra sellofan paketin içərisindən üzərinə “43” yazılmış üzəri yapışqanlı lent ilə bağlanmış bağlamanıda çıxararaq həmin elektron tərəzinin yanına yerləşdirdikdən sonra yenidən əlini sellofan paketin içərisinə salaraq digər bir üzəri yapışqanlı lent ilə bağlanmış üzərində “53” yazılmış bükümü çıxararaq oturacağın üzərinə qoyur. Bu zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən həmin sellofan paketin içərisində əlavə əşyaların olması səbəbindən həmin sellofan paketin tam olaraq təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yenidən sellofan paketin içərisinə əlini salaraq oradan ağ rəngli sellofan paket çıxarır və həmin paketi açaraq içərisində olan bitki mənşəli yaşıl rəngli kütləni təqdim edir. Daha sonra o sellofan paketi soyuducunun qarşısında yerə qoyur və əyilərək içərisindən daha bir elektron tərəzini çıxararaq yerə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamaların ona məxsus olub olmaması barədə sual verildikdə o bildirir ki, həmin əşyaları tanımadığı şəxs atmış və o onları götürərək yaşadığı ünvana gətirmişdir. Təqsirləndirilən şəxs həmin əşyaları hansı məbləğdə pulun qarşılığında əldə etməsi soruşulduqda o bildirdi ki, həmin əşyaları əldə etmək üçün heç bir ödəniş etməmiş və təqdim etdiyi içərisində bitki mənşəli kütlə olan ağ rəngli sellofan paketi mətbəxdə yerləşən masanın üzərinə qoyur. Əvvəl təqdim etdiyi üzərində “43” və «53» yazılmış üzəri yapışqanlı lent ilə bağlanmış bağlama mətbəx masasının üzərinə qoyulmuşdur. Digər sellofan paket və 01 ədəd elektron tərəzidə masanın üzərinə qoyulmuşdur. Üzərində “Baku Azerbaijan” yazılmış sellofan paketin içərisinə baxış keçirildikdə oradan əlavə olaraq 02 ədəd şəffaf rəngli sellofan paket aşkar edildiyi üçün, hər iki sellofan paketin içərisi açıldıqda oradan yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilir. Üzərində “Baku Azerbaijan” yazılmış sellofan paketin içərisində olan kiçik həcmli şəffaf rəngli içərisində bitki mənşəli kütlə olan polietilen torbacıqlar çıxarılaraq masanın üzərinə düzülür. Həmin torbacıqlar masanın üzərinə düzülən zaman təkrarən Təqsirləndirilən şəxs həmin bükümlərin nə olması soruşulduqda o bildirir ki, həmin bükümlərin içərisində “nəşə” adlanan narkotik vasitə marixuanadır. Sonra Təqsirləndirilən şəxs hansı səbəbdən kütləni kiçik formada qablaşdıraraq saxlaması barədə sual verilir və o bildirir ki, həmin narkotik vasitəni bu formada naməlum şəxs atdıqdan sonra qablaşdırılmış şəkildə tapmışdır. Üzərində “Baku Azərbaijan” yazılmış sellofan paket tam boşaldıldıqdan sonra içərisi video çəkilişə təqdim edilir. Daha sonra şəxsin təqdim etdiyi sellofan paketin içərisindən çıxan kağızın nə üçün olması soruşulduqda o həmin kağızdan narkotik vasitənin istifadəsi zamanı işlətdiyini bildirir. Aşkar edilmiş 03 ədəd ağ rəngli sellofan paketin içərisinə baxış keçirildikdə onların hər birinin içərisində bitki mənşəli kütlə olması təkrarən aşkar edilir və üzərində «43» və «53» rəqəmi yazılmış və hər iki bağlamada bitki mənşəli kütlə aşkar edilir. Açılmış hər iki bağlama polis əməkdaşları tərəfindən yapışqanlı lent vasitəsi ilə təkrarən qablaşdırılaraq yerinə qoyulur. Kiçik torbacıqlarda aşkar edilən narkotik vasitə hesab edilən marixuana sayıldıqda “111” ədəd olduğu müəyyən edildikdən sonra həmin polietilen torbalar içərisi boş olan zərfə qoyulur və zərf polis əməkdaşları tərəfindən möhürlənərək qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Həmin mənzilə baxış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “mənzilə baxış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizə ilə Nərimanov RPİ-nə müraciət edərək yaşadığı mənzilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmin ərizə Təqsirləndirilən şəxs tərəfindən şəxsən imza edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilmiş əməliyyat tədbiri məhkəmə nəzarəti qaydasında yoxlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 5(005)-1098/2024 saylı qərarı ilə “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Nərimanov RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis mayoru Cavid İsmayılzadə tərəfindən təsdiq edilmiş 23 aprel 2024-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına və gəzdirməsinə görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi vəsatət verərək internet saytından əldə etdiyi Təqsirləndirilən şəxs saxlanılması zamanı keçirilmiş əməliyyat tədbirinin video görüntülərinin əks olunduğu video materialın məhkəmə iclasında tədqiq edilməsini xahiş etmişdir. Həmin video material məhkəmədə tədqiq edilən zaman görüntülərin əvvəlində Nərimanov rayon Polis İdarəsinin adı və loqosunun əks olunduğu müşahidə edilmiş, həmin video görüntülərin mənbəyinin aşkar edilməsi zərurəti yaranmışdır. Cinayət işi üzrə tam və obyektiv araşdırmanın təmin edilməsi məqsədi ilə video görüntülərin Nərimanov rayon Polis İdarəsinə məxsus olub-olmaması və hansı kütləvi informasiya vasitələrində yayımlanması barədə məhkəmə tərəfindən Nərimanov RPİ-nə müvafiq sorğu verilmiş və cavabı alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13- 50/2-12388 saylı məktubu ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılarkən müvafiq istintaq hərəkətləri yerinə yetirilmiş və istintaqı aparılan cinayət işinə əlavə edilmişdir. Lakin Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan cinayət işinə əlavə olunmuş keçirilən əməliyyat tədbirinin və aşkar olunmuş içərisində narkotik vasitə olan bağlamanın video görüntüləri məxfiçiliyin qorunması məqsədi ilə kütləvi informasiya vasitələrində yayımlanmamışdır. KİV-də Təqsirləndirilən şəxs fotoşəkil, anket məlumatları və ondan aşkar olunmuş narkotik vasitənin çəkisi istisna olmaqla DİN-nin Mətbuat xidmətinin arxivindəki görüntülərdən istifadə olunaraq videogörüntü yayımlanmışdr. Bundan başqa, Nərimanov RPİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-50/2- 12388 saylı məktub məhkəmə iclasında tədqiq edilən zaman dövlət ittihamçısı vəsatət verərək məktubda qeyd edilən məlumatlar arasında ziddiyyətlər olduğunu bildirərək DİNnə sorğu verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Nərimanov RPİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13- 50/2-12388 saylı məktubda qeyd olunmuş, video görüntülərin nə zaman çəkildiyi və hansı cinayət işinə aid olduğu, həmin cinayət işinin məxfiliyinin qorunduğu halda Təqsirləndirilən şəxs işinə aid olub-olmaması, Təqsirləndirilən şəxs işinə aid olduğu halda görüntülərin nə zaman çəkilməsi, eyni zamanda bu görüntülərin hər hansı media qurumuna verilibverilməməsi, verilmişdirsə hansı quruma verilməsi barədə DİN-nə müvafiq sorğu göndərilmiş və cavabı alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, DİN-nin BŞBPİ-nin xx.xx.2025-ci il tarixli, 3-13-44-2/2-4210/2025 saylı məktubu ilə müəyyən edilmişdir ki, 27 may 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsində "Nərimanov rayonunda əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə, 1 ədəd “Kalaşnikov” və 62 ədəd soyuq silah aşkarlanıb” başlıqlı videomaterialda Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis orqanlarının həyata keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs da daxil olmaqla, ümumilikdə 21 nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayət əməlləri ilə bağlı saxlanılmasına dair məlumat paylaşılmışdır. Mediada yayımlanmış videomaterial Təqsirləndirilən şəxs və digər saxlanılan şəxslərin görüntüləri, həmçinin saxlanılan şəxslər barəsində aparılan cinayət təqibinə aidiyyəti olmayan, sadəcə ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi, eləcə də cinayətə görə məsuliyyətin labüdlüyünün ictimaiyyətə nümayiş etdirilməsi baxımından başqa arxiv görüntüləri əsasında texniki imkanlardan istifadə edilməklə hazırlanmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlər ifadələri, “Evə baxış və götürmə aparılması haqqında” protokol, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadəsini əsas götürür. Məhkəmə təqsirləndirilən evə baxış keçirilməsi, ibtidai istintaqın ilkin mərhələsində eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Uluqbəy küçəsi, ev 123, mənzil 129 ünvanında yerləşən mənzildən külli miqdarda olmaqla təmiz çəkisi 4326,91 qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs mənzilindən narkotik vasitə ilə yanaşı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzilərin aşkarlanması, aşkar edilən narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs evə baxış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzilərin aşkarlanmasına, narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə, ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələrinə, əldə etdiyi külli miqdarda narkotik vasitəni evində saxlamasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi və əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 23 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4323,08 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə, evə baxış və götürmə aparılması görüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4323,08 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarış keçirilməsi və evə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar