Məhkəmə qərarları › İş №1(101)-509/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-509/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-509/2021 10.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi - Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin aparıcı hüquqşünası Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1982-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Göy-Göl rayonu, X.Əmirov küçəsi 4 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl massivi, yeni tikililərdə kirayədə yaşamış, 21 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyul 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyul 2020-ci il tarixdə, saat 19 radələrində Biləcəri-Abşeron mənzilinin 524-cü kilometrliyinin 8-ci piketində yerləşən 6 saylı keçid işıqforuna xidmət edən «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra: QSC və ya Cəmiyyət) İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və X2 drossel transformatorunun bimetaldan olan hər biri 3,3 metr uzunluğunda və 60 manat olmaqla cəmi 120 manat dəyərində iki ədəd tağları özü ilə gətirdiyi balta ilə kəsməklə gizli olaraq talayıb dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə törətməklə zərər çəkmiş hüquqi şəxs «xxxx» QSC-yə ümumilikdə 120 (yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin həm də 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, 20 iyul 2020-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan yerdə, istintaqa naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 5,409 qram çəkidə narkotik vasitə olan heroini 120 (yüz iyirmi) manata əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün, saat 23.30 radələrində Binəqədi Rayon Polis İdarəsinin (bundan sonra: RPİ) CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, «Bulaq» restoranının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən polis idarəsinə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə 5,409 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə «xxxx» QSC-yə məxsus 120 (yüz iyirmi) manat məbləğində əmlakı talaması, yəni Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər sübutlarla təsdiq olunsa da, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, onun ilk nikahı X5 ilə olmuş, rəsmi nikahdan 3 uşaqları olmuş, ayrıldıqdan sonra uşaqlar Göy-Göldə öz anasının yanında yaşamışlar. 2016-cı ildən isə Şahid3 ilə qeyri-rəsmi nikahda yaşamış, Yusif adlı bir övladları vardır. Lalə ilə tanışlıqdan sonra onun Bakı şəhəri, Yasamal rayonu, «Qanlı Göl» massivi, 92 A ünvandakı evində yaşamışdır. Həmin ünvanda onlarla yanaşı Lalənin əvvəlki nikahdan olan 6 uşağı və Lalənin bacısı qızı Səmra da yaşamışdır. O, arabir balıq tutmaq və çimmək üçün Binəqədi rayonunun Xocasən qəsəbəsində yerləşən gölə getmişdir. Səmranın «VAZ 21011» markalı, **-VZ-*** qeydiyyat nişanlı avtomobili olmuşdur ki, o balıq tutmağa həmin maşınla getmişdir. Onun avtomobil idarə etməsi üçün sürücülük vəsiqəsi olmadığından, o, avtomobili idarə edərkən avtomobilin sahibi olaraq Səmra özü də çox vaxt yanında olmuşdur. Balıq tutmağa gedərkən tilov, balta, bıçaq kimi alətlər də götürmüş, yararsız, qurumuş agacları, kolları kəsib od qalamış və tutduğu balıqları orada bişirmişdir. Təqsirləndirilən şəxs ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilsə də, Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 14 iyul 2020-ci il tarixdə yenə də Səmraya məxsus həmin avtomobillə Xocasən gölünə getmişdir. Bu dəfə avtomobildə tək olmuşdur. Avtomobili gölün kənarında saxlayıb maşından düşmüş, balıq tutmaq üçün gölün kənarında yer hazırlamış, maşından tilovunu götürüb gölə atmış və tilova balıq düşənə qədər göldə çimməyə başlamışdır. Göldən çıxdıqdan sonra tilovu yoxlamış, balıq düşmədiyindən avtomobiliə minib sürməyə başlamışdır. Dəmir yolunun kənarı ilə avtomobili sürərkən beton dirəyin dibində yuxarıdan kabel sallandığını görüb maşında olan baltanı götürərək həmin kabeli kəsmiş, yuxarıdan sallanan kabel qırıntısını əli ilə dartıb qoparmışdır. Həmin vaxt kəsdiyi kabelin birləşdiyi yumru qara plastması dartıb yerə salmışdır. Kabelin kəsdiyi hissəsini və qara plastması maşının baqajına qoyub yaşadığı evə getmiş, kabeli yandırıb içindəki misi çıxarıb satmaq istəmişdir. «Qanlı Göl» massivindəki qəbiristanlığın yanında kabel qırıntısını və plastmassı yandırsa da mis əldə edə bilməmişdir. Belə ki, kabel çox qısa olduğundan tam yanmış, qara plastmas parçası və içindəki mis tam ərimişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 18 iyul 2020-ci il tarixdə axşam tərəfi o, Səmra və Lalənin azyaşlı uşaqları Kənan və Aydınla birlikdə Səmranın maşını ilə yenə də Xocasən gölünə getmişlər. Avtomobili o, idarə etmiş, gölün kənarında yemək üçün yoldan qarpız da almışlar. Xocasən gölünün yaınlığından keçən dəmir yolunun kənarında o, maşını saxlamış, azuqələrini də götürərək maşından düşərək maşından aralanmış və gölə yaxın yerdə əyləşmişlər. O, tilovu gölə ataraq gözləməyə başlamış, bir az yemək yedikdən sonra uşaqlar mobil telefonla şəkil çəkməyə başlamışlar. O, özü isə onlardan aralanıb maşına tərəf getmiş, maşina minərək maşınla qəbiristanlıq istiqamətinə getmişdir. Orada, dəmir yolunun kənarında yerə bərkidilmiş avadanlıqdan çıxan və dəmir yoluna birləşən kabel görmüş və həmin kabeli maşından özü ilə götürdüyü balta ilə hər iki tərəfdən kəsmişdir. Kəsdiyi kabeli maşının baqajına qoyaraq qayıdıb uşaqların yanına gəlmişdir. Kabel barədə uşaqlara heç nə deməmiş, onları maşına mindirib evə getməyə başlamışdır. Yolda gedərkən xüsusi geyimli bir nəfər şəxs əli ilə maşına saxla işarəsi vermiş, lakin o, həmin şəxsə məhəl qoymayıb maşını idarə etməkdə davam etmişdir. Növbəti gün, yəni 19 iyul 2020-ci il tarixdə o, «Qanlı Göl» qəbiristanlığında son kəsdiyi həmin kabeli yandırmış və içində olan misi çıxarmışdır. Həmin misi o, Bakı şəhərində «Qismət» şadlıq sarayının yaxınlığındakı əlvan metal qəbulu məntəqəsinə sataraq cəmi 23 manat pul əldə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, 20 iyul 2020-ci il tarixdə, saat təxminən 17:00 radələrində yaşadığı evin həyətində Səmraya məxsus həmin avtomobili təmir edərkən Dövlət Təhlükəsizlik Xidmətinin (bundan sonra: DTX) əməkdaşları onun yaşadığı evə gəlib həmin vaxt onun yanında olan Şahid3 böyük oğlu Aydınla birlikdə onu DTX-ya aparmışlar. Orada onun üst-başı yoxlanılmış, onun ciblərində 1 manat 60 qəpik pul, siqaret, alışqan və özünə məxsus telefon olmuş, onun üstündə heç bir narkotik vasitə aşkar edilməmişdir. DTX-da olarkən onun narkotiklə bağlı ümumiyyətlə heç bir söhbət aparılmamışdır. DTX-da onların hər ikisindən yalnız dəmir yoluna aid kabellərin kəsilməsi ilə bağlı izahat alınmışdır. Həmin kabelləri kəsməkdə məqsədi yalnız içindəki misi çıxarıb sataraq pul əldə etmək olmuş, hər hansı təxribat törətmək niyyəti olmamışdır. İzahatında da eyni şeyləri göstərmişdir. Orada izahat verdikdən sonra kabelləri kəsdiyi ərazinin Binəqədi rayonunun ərazisinə aid olduğu, izahatının Binəqədi RPİ-də təkrar verməli olduğu ona izah edilmiş və 4 nəfər tanımadığı DTX əməkdaşı onu sonuncu ünvana, yəni Binəqədi RPİ-də aparıb təhvil vermişlər. Binəqədi polisində bir neçə saat gözlədikdən sonra o, otaqlardan birinə dəvət olunmuş və orada izahatı alınacağı bildirilmişdir. İzahatı alınmazdan əvvəl polis əməkdaşları tərəfindən stolun üstünə bükülü qoyulmuş, içərisində narkotik vasitə qoyulmuş və həmin narkotiki də boynuna götürməsi təklif edilmişdir. Ona narkotik vasitə təklif edən polis əməkdaşları narkotiki boynuna götürməyəcəyi təqdirdə qeyri- rəsmi nigahda olduğu Şahid3 böyük oğlu ilə onu qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş şəxslər kimi rəsmiləşdirəcəkləri, yaxud da bir qız gətirib, üzünə durğuzub onu zorlamayla tutacaqları ilə hədələmiş, həmçinin iki dəfə onu o ki var döymüşlər. Ona görə də qorxusundan təklif olunan narkotiki boynuna götürmək məcburiyyətində qalmışdır. Razılaşdıqdan sonra narkotik onun cibinə qoyulmuş, videoçəkiliş zamanı çıxarıb təqdim etmək tapşırılmış və təlimatlandırılmışdır. Polisin öyrətməsinə görə guya o, 20 iyul 2020-ci il tarixdə, axşam saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yaşayış sahəsində özünün istifadəsi üçün üzdən tanıdığı şəxsdən 120 manata bir ədəd şəffaf rəngli sellofan bükümündə narkotik vasitə olan heroin almışdır. Videoçəkiliş zamanı narkotiki çıxarıb təqdim etmiş, təlimatlandırıldığı kimi də şifahi izah vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, əvvəl heç bir sənədə imza etmək istəməmiş, özünə vəkil tutmaq istmişdir. Lakin buna heç cür imkan verilməmiş, imza etməyə məcbur edilmişdir. O, nə narkotik vasitədən istifadə etmiş, nə də onun satışı ilə məşğul olmuşdur. Narkoloji ekspertiza aparılarkən ondan heç bir analiz götürülməmiş, lakin ekspert rəyində yalandan onun narkotik istifadəçisi olduğu göstərilmişdir. Ona narkotiklə bağlı irəli sürülən ittihamla onun heç bir aidiyyatı olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilib oğurluq faktına görə məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə vermiş, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə göstərmişdir ki, oğurluq faktına görə DTX-da izahat verdikdən sonra sanki şoka düşmsüş, özünü çox narahat və bikef hiss etmiş və fikrini dağıtmaq üçün uşaqlarını və anasını görmək məqsədilə Göygöl rayonuna getmək qərarına gəlmiş, eyni zamanda fikrini dağıtmaq üçün narkotik vasitə də qəbul etmək istəmişdir. Belə ki, son 3-4 il ərzində, narkotik vasitə heroindən istifadə etmiş, əsasən inyeksiya yolu ilə qəbul etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, 20 iyul 2020-ci il tarixdə, axşam saat 21 radələrində öz şəxsi istifadəsi üçün narkotik vasitə almaq məqsədilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yaşayış sahəsində üzdən tanıdığı, lakin adını və digər əlaqə vasitələrini bilmədiyi şəxsdən 120 manata bir ədəd şəffaf rəngli sellofan bükümündə narkotik vasitə olan heroin almışdır. Oradan isə Bakı Beynəlxalq Avtovağzalına gedərək rayona çıxmaq istəmişdir. Həmin gün saat 23:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında Biləcəri qəsəbəsində yerləşən «Bulaq» restoranının qarşısı ilə piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onlarla birlikdə Binəqədi RPİ-yə getməli olduğunu bildirmişlər. O da etiraz etmədən həmin iki nəfər mülki geyimli şəxslə birlikdə Binəqədi RPİ-nin inzibati binasına gəlmişdir. İnzibati binada yerləşən xidməti otaqların birində ona narkotik vasitələrin qəbulu, istifadəsi, saxlanması, gəzdirilməsi və satışı ilə məşğul olmaqda şübhəli olduğu barədə əməliyyat məlumatı olduğunu bildirilərək şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, hüquqlarının dövlət hesabına müdafiəsi üçün öz razılığı ilə ona müdafiəçi təyin edilmişdir. Daha sonra isə polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində və geyim əşyalarında şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl üzərində və geyim əşyalarında olan qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmək təklif olunmuşdur. Həmin vaxt o, əynində olan göy rəngli cins qısa yay şalvarının sağ cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülünü, şalvarın sol cibindən isə 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefonu çıxarıb könüllü olaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülünün içərisində nə olmasını soruşduqda, o, həmin bükülünün içərisində narkotik vasitə olan heroin olmasını və həmin narkotik vasitəni 20 iyul 2020-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yaşayış sahəsində üzdən tanıdığı, lakin adını və digər əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 120 manata aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aparılmış axtarış zamanı üzərində, bədənində və geyim paltarlarında digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü boş zərfin içərisinə qoyulub qablaşdırılmış, həmin zərfin üzəri axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanaraq üzəri möhürlənmişdir. O, narkotik vasitəni özünün istifadəsi üçün əldə etmiş və buna görə də ona əvvəlcədən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla razı deyildir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ilkin araşdırma gedişatında ona qarşı heç yerdə hər hansı formada fiziki və ya psixi təsir olunmamışdır (iş vərəqə: səh. cild İİ, səh. 46-50). Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş hüquqi şəxs «xxxx» QSC-nin nümayəndəsi - hüquqşünas Nümayəndə ifadəsində göstərdi ki, Cəmiyyətin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsindəki Biləcəri-Abşeron mənzilinin 524-cü kilometrliyinin 8-ci piketində yerləşən keçid svetoforunun yanındakı iki ədəd transfarmatordan relslərə birləşən kanatın iki ədəd tağı kəsilib oğurlandığından Biləcəri İşarəvermə və rabitə sahəsi şikayət ərizəsi ilə X11 Şöbəsinə müraciət etmiş və həmin iki ədəd tağların 18 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Raifq oğlu tərəfindən oğurlandığı müəyyən olunmuşdur. Oğurluq nəticəsində «xxxx» QSC-nə 150 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən «xxxx» QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsində böyük mexanik Şahid5 ifadəsində göstərdi ki, Cəmiyyətin Biləcəri-Abşeron mənzilinin 524-cü kilometrliyindən-507-ci kilometrliyinədək olan bütün rabitə işarəvermə qurğu və avadanlıqlarının iş rejiminə nəzarət, onların təmiri və quraşdırılması ona həvalə olunmuşdur. 18 iyul 2020-ci il tarixdə, saat 23 radələrində Abşeron stansiyasının növbətçi dispetçeri ona 524-cü kilometriyin 8-ci piketində yerləşən 6 saylı keçid svetoforunun yanlış tunel siqnalının gəlməsi barədə məlumat verilmişdir. O, dərhal həmin yerə getmiş, 19 iyul 2020-ci il tarixdə, saat 01 radələrində orada olarkən həmin keçid svetoforunun yanındakı iki ədəd transfarmatordan relslərə birləşən kanat kolleqlərdən iki ədədinin kəsilib aparıldığını görmüşdür. Diqqətlə baxıb həmin tağların iti ağızlı alətlə kəsildiyini müəyyən etmişdir. O, hadisə yerinə gələrkən orada heç kim olmamış, avtomobil və ya şübhəli obyekt görməmişdir. Həmin kabellər xidməti təlimata uyğun olaraq «tağ» adlandırılmış, təxminən 15 il əvvəl istismara verilmiş, lakin o, həmin kabellərin markasını bilməmişdir. Oğurlanmış həmin tağların hər birinin uzunluğu 3 metr olmaqla adi dəmir para metaldandır. O, keçid svetoforunun iş rejimini bərpa etmişdir. Daha sonra cinayət işi üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl massivi, 92A ünvanda altı uşağıyla birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs ilə də eyni ünvanda 2016-cı ildən qeyri-rəsmi nikahda yaşamışdır. Həm o, həm də Təqsirləndirilən şəxs əvvəlki həyat yoldaşlarından boşanmışlar. Təqsirləndirilən şəxs özünün də 3 uşağı olmuş, onlar Göy-Göl rayonunda sonuncunun anası ilə birlikdə yaşamışlar. Təqsirləndirilən şəxsla qeyri-rəsmi nikahlarından Yusif adlı uşaqları olmuşdur. Şahid3 ifadəsinin davamında göstərdi ki, 18 iyul 2020-ci il tarixdə Anar ona Binəqədi rayonu ərazisində yerləşən «Xocasən» gölünə balıq tutmaq üçün gedəcəyini bildirmiş və onun iki azyaşlı uşaqları Kənanla Aydın və onun bacısı qızı Səmra ilə birlikdə Səmraya məxsus «VAZ 21011» markalı, **-VZ-*** qeydiyyat nişanlı avtomobillə getmişlər. Avtomobili Anar idarə etmişdir. Anarın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oğurluq və narkotik vasitələrdən istifadə etməsi faktına görə saxlanıldığını o, sonradan bilmişdir. Övladları Kənan və Aydın Anarın kabel oğurlaması barədə ona heç nə deməmiş, Anarın balıq tutmaq üçün gölə tor atdığını desələr də, onun oğurluq etdiyini görmədiklərini bildirmişlər. 14 iyul 2020-ci il tarixdə də Təqsirləndirilən şəxs «VAZ 21011» markalı, **-VZ-*** qeydiyyat nişanlı avtomobillə Xocasən qəsəbəsinə gedərək oradan kabel oğurlaması barədə də ona heç nə deməmişdir. Hər iki fakt barədə sonradan xəbər tutmuşdur. Şahid3 ifadəsinin yekununda göstərdi ki, Anar onunla yaşadığı dövrdə fərdi əməklə məşğul olmuş, Anarın narkotik vasitələrdən istfadə etməsini, oğurluqla məşğul olmasını o, görməmişdir. Məhkəmə baxışı zamanı işi üzrə şahid qismində dindirilmiş Şahid4 iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 18 iyul 2020-ci il tarixdə, axşam tərəfi o, ögey atası Təqsirləndirilən şəxs, azyaşlı qardaşı Kənan və xalası qızı Səmra sonuncuya məxsus «VAZ 21011» markalı, **-VZ-*** qeydiyyat nişanlı avtomobillə dincəlmək məqsədilə Xocasən gölünə getmişlər. Avtomobili Anar idarə etmişdir. Anar gölün kənarında yemək üçün yoldan qarpız da almışlar. Xocasən gölünün yanında, dəmir yolunun kənarında Anar maşını saxlamış, sonra onlar maşından düşərək azuqələrini də özləri ilə götürmüş və maşından aralanaraq gölə yaxın yerdə əyləşmişlər. Anar balıq tutmaq üçün gölə tilov atmış, bir az yemək yedikdən sonra onlar selfi çəkməyə başlamış, Anar isə onlardan aralanıb harasa getmişdir. Bir müddət sonra Anar maşınla qayıdıb gəlmiş, onları maşına mindirmiş və yola düşmüşlər. Yolda gedərkən xüsusi geyimli bir nəfər şəxs maşına əl edib saxla işarəsi versə də, Anar maşını saxlamamış, idarə etməkdə davam etmişdir. Anarın deməsinə görə qadağan olmuş yerdə əyləşib dincəldiklərinə görə maşını saxlamaq istəmişlər. Lakin Anar oğurluq barədə onlara heç nə deməmişdir. Onlar Anarla evə qayıtmış, axşamüstü isə Anar evdən çıxıb harasa getmişdir. Anarın həbs edildiyini sonradan eşidib bilmişdir. Təqsirləndirilən şəxs kabel oğurlamasından onun xəbəri olmamış, Anar özü də ona bu barədə heç nə deməmişdir. Anarın kabel oğurladığını, kabeli yandıraraq içərisindəki misi satıb gəlir əldə etdiyini sonradan eşidib bilmişdir (iş vərəqə: cild İİ, səh. 11-14). Məhkəmə baxışı zamanı cinayət işi üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) əməliyyat müvəkkili X4 ifadəsində göstərdi ki, o, xidmət etdiyi Şöbəyə Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl massivi, 92 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş «Anar» adlı şəxsin narkotik vasitələrin qəbulu və satışı ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat axtarış tədbirləri keçirilənədək «Anar» adlı şəxsin zahiri əlamətləri, tez-tez harada olduğu və şəxsiyyəti müəyyənləşdirilərək həmin həxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə onun cinayət başında yaxalanmasından ötrü 20 iyul 2020-ci il tarixdə idarə rəisinə məruzə olunmuş, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə müvafiq qərar qəbul olunmuş və həmin qərar idarə rəisi tərəfindən təsdiq olunmuşdur. Binəqədi RPİ CAŞ-nin əməliyat müvəkkili Şahid2 və onun özündən ibarət əməliyyat qrupu təşkil olunmuş və Şahid2lə birlikdə o, 20 iyul 2020-ci il tarixdə, saat təxminən 23:30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən «Bulaq» restoranının qarşısında müşahidə edilmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onlarla birlikdə polis bölməsinə getməyinin vacibliyini, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onlar tərəfindən saxlanıldığının səbəbini anladığını bildirmiş və onlarla birlikdə Binəqədi RPİ-yə getmişdir. Əməliyyat tədbirinin gedişatı barədə idarə rəisinə rəsmi olaraq məlumat verildikdən sonra təhqiqatçı tərəfindən müvafiq prosessual hərəkətlər həyata keçirilməsinə başlanılmışdır. Belə ki, Polis İdarəsinin inzibati binasındakı otaqların birində vət. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs heç bir tərəddüd etmədən əynindəki qısa cins yay şalvarının sol cibindən bir ədəd «Samsunq» markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən isə bir ədəd şəffaf rəngli sellofan bükülü çıxararaq xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya aşkar olunmamışdır. Təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd şəffaf rəngli sellofan bükülünü açaraq içərisində olan tünd qəhvəyi rəngli toz şəkilli maddəni göstərib, həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmiş və həmin narkotik vasitəni 20 iyul 2020-ci il tarixdə, axşam saatlarında Bakı şəhərində «Kubinka» adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi, təxminən 40 yaşında, arıq və üzü tüklü bir şəxsdən 120 manata özünün istifadəsi üçün aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ondan aşkar olunan narkotik vasitəni satış məqsədi ilə almadığını, həmin gün əhval-ruhiyyəsi pozulduğundan yalnız özünün istifadəsi üçün narkotik vasitə aldığını, lakin həmin narkotik vasitədən istifadə etməyə macal tapmadığını bildirmişdir. Şahid, əməliyyat müvəkkili Miryusif Seyidov ifadəsində daha sonra göstərdi ki, saxlanılan şəxs Anarın Qazıyevin üzərindən narkotik vasitə aşkar olunması ilə əlaqədar olaraq sonuncu ilə söhbət aparılarkən o, haradansa kabel oğurladığını bildirmiş və bununla bağlı həmin gün Dövlət Təhlükəsizliyi Xidmətinə çağrıldığını demiş, 20 iyul 2020ci il tarixdə, səhər saatlarında DTX-nin inzibati binasında izahat verib çıxdıqdan sonra narkotik vasitə əldə etdiyini bildirmiş, lakin kabeli haradan, hansı şəraitdə və nə qədər oğurlaması barədə onlara ətraflı danışmamışdır. Şahid Miryusif Seyidov ifadəsinin yekununda göstərdi ki, təhqiqatçı tərəfindən sənədləşmələr aparıldıqdan, Anarın Qazıyev istintaqa verildikdən sonra da onun ətrafında əməliyyat tədbirləri davam etdirilmiş, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı olan hər hansı konkret sübut onlar tərəfindən əldə olunmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə yanaşı, həmçinin Anarın Qazıyevin ətrafında aparılan sonrakı əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar onlar tərəfindən konkret sübut əldə edə bilmədiklərini göstərdi. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə barədə 21 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs «Bulaq» restoranının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-yə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə xarici görünüşü heroin narkotik vasitəsinə şübhəli maddə aşkar edilərək götürülmüşdür(iş vərəqə: cild İ, səh. 31-33). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncu könüllü olaraq əynində olan qısa yay şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofandakı bükülünü çıxarıb masanın üzərinə qoyması, təhqiqatçının təklifinə əsasən üzərindən aşkar olunmuş bükülünü açması, bükülünün içərisində tünd qəhvəyi rəngli tozşəkilli maddənin götürülməsi təsdiq olunur və DVD diskə yüklənmiş videogörüntülər şəxsi axtarış aparılması barədə 20 iyul 2020-ci il tarixli protokola uyğundur(cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 21 iyul 2020-ci il tarixli, 6/1349 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki 1 ədəd polietilan torbacıqda təmiz çəkisi 5,409 qram olan tünd qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (iş vərəqə: cild İ, səh. 42-46). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2020-ci il tarixli, 2895 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 20-21). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 19 avqust 2020-ci il tarixli, 1422 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət törədilən vaxt və hal-hazırda öz hərəkətərini dərk emək və onları idarə etmək iqtidarında olmuşdur, məcburi müalicəyə ehtiyacı yoxdur. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafında hər hansı normadan kənar hallar müşahidə edilmədiyindən, o etdiyi hərəkətləri adekvat olaraq qavramaq, onların mahiyyətini dərk etmək və öz hərəkətlərinin idarə etmək qabiliyyətinə malik şəxsdir (iş vərəqə: cild İ, səh. 155-158). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 avqust 2020-ci il tarixli, 9/2775 saylı rəyindən görünür ki, xxxx QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsi tərəfindən tərtib edilmiş 30.07.2020-ci il tarixli, 24/145 saylı məlumatdan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2016-cı il istehsalı drossel transformatorunun 3,3 metr uzunluğunda bimetaldan olan 1 ədəd tağının orta bazar qiyməti nəzəri qaydada təxminən 60,00 manat, 2 ədədi 120,00 manat müəyyən olunur(iş vərəqə: cild İ, səh. 208-210). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Binəqədi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş 20 iyul 2020-ci il tarixli «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» qərar məhkəmə nəzarəti qaydasında Binəqədi Rayon Məhkəməsi tərəfindən araşdırılmış və həmin məhkəmənin 21 iyul 2020-ci il tarixli qərarına əsasən qanuni hesab edilmişdir (iş vərəqə: cild İ, səh. 47-51). İbtidai istintaq orqanının 12 noyabr 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış prosesini özündə əks etdirən bir ədəd CD disk, “xxxx” MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən bir ədəd CD disk, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5,409 qram heroin narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq halda çəkisi 5,309 qram olan heroin narkotik vasitəsi saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə verilmiş, 2 (iki) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmışdır(iş vərəqə: cild İİ, səh. 08-07, 22-30). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırıb belə nəticəyə g\əlir ki, Təqsirləndirilən şəxs dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə «xxxx» QSC-yə məxsus 120 (yüz iyirmi) manat məbləğində əmlakı talaması, yəni Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər sübutlarla təsdiq olunur və ibtidai istintaq orqanı tərəfindən onun əməli bu cinayət epizodu üzrə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Lakin məhkəmənin məhkəmə baxışı nəticəsində gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməyə, saxlamağa və daşımağa görə, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan espublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5,409 qram külli miqdarda heroin narkotik vasitəsini satış məqsədilə deyil, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamış və üzərində daşımışdır. Təqsirləndirilən şəxs ondan götürülən heroin narkotik vasitəsini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlaması və daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin əməkdaşları tərəfindən əməliyyat məlumatı əldə olunmasına baxmayaraq, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı dindirilən hər iki şahid - Azərbaycan Respublikası DİN-nin, Binəqədi RPİ-nin Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyat tədbirində birbaşa iştirak etmiş əməliyyat müvəkkilləri X4 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs onun qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə daxil olan əməliyyat məlumatı əsasında saxlamalarına, ondan bir ədəd şəffaf sellofan kəsiyində olan bükümdə, ümumi təmiz çəkisi 5,409 qram təşkil edən heroin narkotik vasitəsi aşkar olunub götürülməsinə baxmayaraq, aparılan əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə satması barədə konkret sübutlar əldə edə bilmədiklərini göstərdilər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin mənbəyini müəyyənləşdirmək məqsədilə əməliyyat orqanına tapşırıq verilsə də, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı məqsədlə, o cümlədən satış məqsədilə əldə edib-etməməsi, konkret olaraq satıb-satmaması ilə bağlı heç bir tapşırıq verilməmiş, qeyd olunan məsələnin əməliyyat yolu ilə müəyyənləşdirilməsi üçün təşəbbüs belə, göstərilməmişdir. Əməliyyat orqanı isə öz təşəbbüsü ilə baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması, yaxud cinayət əlaqələrinin və ya ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin əldə olunma mənbəyinin müəyyən olunması istiqamətində hər hansı əməliyyat-axtarış tədbiri həyata keçirməmiş, qeyd olunan faktı təsdiq edə biləcək nəticə əldə etməmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində Təqsirləndirilən şəxs barəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanuna uyğun əldə olunmasına və qanuna uyğun təqdim edilməsinə baxmayaraq, həmin materiallar yoxlanılarkən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasını təsdiq olunmamışdır. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanılmasına onun qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə daxil olan əməliyyat məlumatı əsas versə də, məhkəməyədək icraat mərhələsində daxil olmuş əməliyyat məlumatının mənbəyi barədə istintaq orqanına heç bir məlumat verilməmişdir ki, bu da həmin sübutun mötəbərliyini şübhə altına almışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrində ondan bir ədəd bükümdə aşkar olunub götürülən heroin narkotik vasitəsini özünün şəxsi istifadəsi üçün 120 manat pul müqabilində alıb əldə etdiyini bildirmişdir ki, məhkəmə baxışı zamanı bunu təkzib edəcək, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitəni satış məqsədilə əldə edib saxladığını və daşıdığını isə təsdiq edə biləcək hər hansı sübut müəyyən edilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2020-ci il tarixli, 2895 saylı rəyindən də göründüyü kimi ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edən narkomandır və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin bir ədəd bükümdə olması və hətta təmiz çəkisinin 5,409 qram olmaqla külli miqdar təşkil etməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməlidir. Qeyd olunan həmin qərardan da göründüyü kimi, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs adı çəkilən narkotik vasitəni satış məqsədilə əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr və ya psixotrop maddələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təstiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən … hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsi külli miqdar olmaqla 5,409 qram təşkil etsə də, həmin miqdar təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 5,409 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 13 mart 2006-cı il tarixli, ***-**** nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 333.3-cü maddəsi ilə təqsirli bilinib 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 avqust 2006-cı ildə cəzasının sonu ilə azad edilmiş, yəni baxılan iş üzrə cinayət hadisəsinin baş verdiyi 18 iyul 2020-ci il tarixdə artıq məhkumluğu ödənilmişdir (iş vərəqə: cild İ, səh. 130-131; 166-167). Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinin tələblərinə görə öyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respubilkası CM-nin 177.2.3-2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan qəsdən az ağır cinayətləri törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci və 234.1-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusu üzrə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, qəsdən törədilən cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmalarını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 20 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 iyul 2020-ci il tarixdə saxlanılmaqla Binəqədi RPİ-yə aparılmış və həmin tarixdən də onun azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 21 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, daha sonra isə Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli həmin qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılmasının əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 20 iyul 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 20 iyul 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2020-ci il tarixli, 2895 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəldi ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq halda çəkisi 5,309 qram olan heroin narkotik vasitəsi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd və «xxxx» MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən bir ədəd - cəmi 2 (iki) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri təşkil edən 164 (yüz altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respubilkası CM-nin 177.2.3-2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respubilkası CM-nin 177.2.3-2-ci maddəsi ilə 3 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respubilkası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 20 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Binəqədi RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq halda çəkisi 5,309 qram olan heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd və «xxxx» MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən bir ədəd - cəmi 2 (iki) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 164 (yüz altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar