Məhkəmə qərarları › İş №1(101)-509/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-509/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-509/2024 24.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş İdarəsində baş kəşfiyyatçı vəzifəsində işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında Bakı şəhərində İran İslam Respublikasının vətəndaşı və həmin ölkənin xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyi (Ettelaat) ilə əməkdaşlıq edən X11 vasitəsilə Bakı şəhərində X9 28 ünvanında yerləşən Azərbaycan Milli Xalça Muzeyinin yaxınlığında İran xüsusi xidmət orqanının əməkdaşı X35 ilə görüşmüş, onunla pul vəsaitləri müqabilində əməkdaşlıq etməsi barədə təklifini qəbul etmiş, özünün Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat- Axtarış Tədbirləri Baş idarəsində xidmət etdiyini bildirərək vəzifəsini açıqlamış, “Ettelaat” əməkdaşı tərəfindən məxfi əməkdaşlıq üzrə gizli əlaqədə olmanın forma və metodları, o cümlədən görüş vaxtı və yeri, əlaqə üsulları, məlumatların təqdim edilmə formaları və sair davranış qaydaları barədə təlimatlandırılmış, 18 iyul 2022-ci il tarixədək olan dövr ərzində «Ettelaat» əməkdaşı X23 verdiyi təlimat və tapşırıqların icrası istiqamətində fəaliyyət göstərərək, mütəmadi olaraq qəsdən və tamah məqsədilə, yəni müxtəlif məbləğlərdə pul vəsaitləri almaqla, xidmət etdiyi vəzifəyə uyğun olaraq ona göstərilən etimaddan istifadə edərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün Daxili İşlər Nazirliyinin «Təhlükəsiz Şəhər» X1 ölkə ərazisində quraşdırılmış kameralarının sayı, Bakı şəhərində üz tanıma funksiyası ilə təchiz edilmiş kameralarının xüsusi yerləşmə məkanları, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzində çalışan əməkdaşlar barədə, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və vasitələrinə aid edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş idarəsinin əməkdaşlarının sayı, işlədiyi qurumda əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi qaydalarına dair məlumatları, habelə Bakı şəhərində müxtəlif dini əqidəyə malik şəxslərin sıx yaşadıqları əraziləri, Vətən müharibəsində Daxili İşlər Nazirliyinin əməkdaşların iştirak edib-etməməsi, Azərbaycan Respublikasında baş verən ictimai-siyasi proseslər barədə və malik olduğu digər məlumatları X23 tapşırığı ilə istifadəsində olan “Samsung Galaxy S10 Lite” markalı mobil telefona quraşdırdığı «İMO» mobil tətbiqi vasitəsi ilə, X23 tapşırığı ilə öz tanışı Şahid4 adına alıb X26 verdiyi ***-***-**- ** mobil telefon nömrəsi ilə konspirativ əlaqə qurmaqla göndərərək, həmçinin X35 ilə Bakı şəhərində, sonuncu dəfə isə ünvan 4 ünvanında yerləşən “Coffeemoonbaku" adlı kafedə olan görüşləri zamanı bilavasitə təqdim edərək casusluq, dövlət sirrini xarici dövlətə vermə və xarici xüsusi xidmət orqanının tapşırıqlarını yerinə yetirməklə onlara kömək etmə formalarında dövlətə xəyanət etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, polis əməkdaşı Ağaverdiyev Ceyhun vasitəsilə Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında yerləşən “Obed” restoranında milliyyətcə fars olan Şahid3 oğlu və Şahid1 ilə tanış olmuşdur. Onlar restoranda olanda Ceyhun yan masada oturmuş iranlı tələbəni onların yanlarına dəvət etdi. Sonradan da onlar Ceyhunla “50 qəpik” restoranında əyləşərkən yenidən həmin tələbəni görmüşlər. O, həmin vaxta qədər özünə lazım olan vitaminləri və dərmanları Ceyhun vasitəsi ilə İrandan gətizdirmişdir. İranlı tələbə ilə tanış olduqdan sonra bir dəfə də ona lazım olan vitaminləri iranlı şəxs gətirmişdi. İkinci dəfə də o, iranlıdan vitamin gətirməyi xahiş etmişdir. İranlı tələbə də pandemiya səbəbindən dərslərinin distant formada onlinla olduğunu və Azərbaycana gələ bilməyəcəyini, lazım olan vitaminləri başqa bir şəxs ilə göndərəcəyini dedi. Bunun üstundən bir-iki gün keçdikdən sonra azərbaycanlı oğlan ona zəng edib Məhəmməd onun üçün dərman göndərdiyini, özünün Xalça muzeyinin yanında olduğunu bildirib, “gəlin, dərmanları götürün” dedi. Onunla danışan şəxs azərbaycanlı idi, lakin görüşə gələn şəxs Bəhmən adlı iranlı idi. Bəhmən orada onun polisdə işlədiyni soruşub, onun telefon nömərsini almışdır. Bu hadisədən iyirmi-iyirmi beş gün keçdikdən sonra həmin şəxs yenidən onunla əlaqə saxlayaraq onunla vacib işinin olduğunu, görüşməli olduğunu dedi. O isə görüşdən imtina etmişdir, lakin sonra yenidən iranlı ona zəng edib çətin vəziyyətdə olduğunu dedi. O isə bu dəfə də iranlı ilə görüşməkdən imtina etmişdir. Bundan sonra da iranlı yenidən ona zəng edib görüşməyi təklif etdi. O da bundan sonra iranlı ilə görüşməyə razılıq verib onun Sahil bağında görüşmüşdür. Görüş zamanı iranlı ona Hüseyn adlı şəxsin səfirlikdə işlədiyini, onu işdən çıxartmaq istədiyini bildirib, həmin şəxsin bir qadınla münasibətinin olduğunu da deyib, onun ifşa olunması üçün ona kömək etməyi xahiş etdi. O da bunun çətin iş olduğunu, lakin fikirləşib bir tədbir görəcəyini demişdir. O, bundan sonra iranlını bir müddət görməmişdir, lakin onlar yenidən görüşməyə başlamışlar. Hər görüş on-on beş dəqiqə çəkirdi. Görüşlər zamanı iranlı ondan Qarabağda polis əməkdaşlarından kimin döyüşdüyünü soruşdu. O isə cavab verməmişdir. İranlı ondan soruşduğu hər şeyə əks cavab vermişdir. İranlı onun atasının xəstə olduğunu bilirdi. Ona atasını İrana apararaq müalicə olunmasını təklif edirdi, o, isə etiraz etmişdir. İranlı ondan Azərbaycan mobil telefon nömrəsini alıb ona verməyi dedi. O da yaxın yoldaşı Sərxanın adına mobil nömərsi alıb iranlıya vermişdir. İranlı onun xidmət etdiyi idarədə şəxsi heyətdəki əməkdaşların rütbəsini soruşduqda o, ona yalandan serjantların çoxluq təşkil etdiyini demişdir. Onunla görüşən İranlı cəmi bir dəfə ona xərcləmək üçün 100 ABŞ dolları pul vermişdir. O, iranlıdan 100 ABŞ dollar pulu götürməklə səhv hərəkət etmişdir. Onun özü on altı ilə yaxındır ki, polis orqanlarında xidmət edir. Onun rütbəsi polkovnik-leytenant olmuşdur. Onun iranlı şəxs ilə görüşü böyük səhv olmuşdur. Onun Uman adlı dostu olub. Düşünmüşdür ki, bu şəxslərdən ona zərər gəlməz. Ona polis bölməsində həmin şəxsin adının Bəhmən olduğunu demişlər. O, İran vətəndaşının xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilməmişdir. İranlı ona səfirlikdə sürücü işlədiyini demişdi. Həmin şəxsə polislərin sayı barəsində heç bir şey deyilməyib. Görüşlərin birində onunla görüşən iranlı ona kamera altında dayanmayaq, kamerayaya düşərik deyib və Bakı şəhərində nə qədər kamera olduğunu soruşdu. O da cavab olaraq ona 50000 kameranın olduğunu demişdir. O, saxlanılandan sonra ona təzyiq göstərilib. Ona kim tərəfindən təzyiq göstərildiyini bilmir. Ona psixiki təzyiq göstərilib. İran vətəndaşı ona vitamin və dərman vermişdir. O, İran vətəndaşından 100 ABŞ dollar pulu nə üçün götürdüyünü bilmir. Bir dəfə iranlı ondan halal yemək yemək üçün gedə biləcəyi yer soruşdu, o da ona restoran ünvanı demişdir. O, ibtidai zamanı ifadəçlərində “vəhabi” ifadəsini istifadə etməmişdir. İranlı şəxs ona ancaq vitamin və dərman vermişdir. O, iranlıya özünün adına olan telefon nömərsini deyil, Sərxanın adına olan nömrəni vermişdir. Bunun səbəbini bilmir. İranlı şəxsin adını telefonunda “Daniel” adı ilə qeyd etmişdir. Bunun səbəbini də bilmir. O, İrandan gələn şəxslər barəsində məlumat əldə etməyə çalışmışdır. Bu barədə Sərxandan da soruşmuşdur. Qeyd edir ki, İrandan gələn şəxslər haqqında onlar polis əməkdaşı olaraq ümumi məlumat toplayırlar. O, İranda yaşayan qohumları haqqında Sərxandan məlumat toplamışdır. Onun işi ilə bağlı hər il ən az on məlumat verməli olmuşdur. O,əldə etdiyi məlumtalar barsində hər hənsı arayış və ya başqa sənəd tərtib etməmişdir və bu barədə xidməti tabeçiliyi ilə heç kimə məruzə etməmişdir. İranlılar barəsində məlumat toplamaq barəsində polis orqanlarında nə daxili əmr, nə də şifahi göstəriş yoxdur. O bunu öz təşəbbüsü ilə edib. Bunun səbəbini bilmir. Onun və ya başqa polis əməkdaşının icratında Sərxanın qohumları və ya başqa iranlı ilə bağlı “siqnal işi” olmayıb. Siqqnal işi olmadan onlar barəsində məlumat toplamağının səbəbini də bilmir. Məhkəmədə onunla iranlı arasında aparılan səsə yazmalarında onun iranlının qarşsında öhədliyi olmadığı halda onunla görüşdən imtina edə bilməsinin səbəbini bilmir. O, kəşfiyatçı kimi iranlını fırlatmışdır. Bunun ona nəyə lazım oluğunu bilmir. X27 yalnız İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı kimi tanımışdır, X44 Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyinin (Ettelaat) əməkdaşı olmasını bilməmişdir. Bəhmənin ondan aldığı məlumatların nəyə görə topladığını bilməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2007-ci ildən 2022-ci ilədək Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Baş İdarəsində polis polkovnik-leytenantı rütbəsində baş kəşfiyyatçı vəzifəsində xidmət etmişdir. Təxminən 2020-ci ilin əvvəllərində o, dostu və polis yoldaşı olan Ceyhun Ağaverdiyev vasitəsilə Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında yerləşən “Obed” restoranında milliyyətcə fars olan Şahid3 oğlu və Şahid1 ilə tanış olmuş, Şahid3 həmin zaman Bakı şəhərində ev alqı-satqısı ilə məşğul olmuş, Şahid1 isə Bakı Ali Neft Akademiyasının 3-cü kursunda təhsil almışdır. Görüşləri zamanı dostu Ceyhun Ağaverdiyev onu həmin şəxslərə Xüsusi Əməliyyat- Axtarış Baş İdarəsində yüksək vəzifədə işləyən bir şəxs kimi təqdim etmişdir. Onlarla olan söhbəti zamanı o, həmin şəxslərə valideynləri üçün yuxusuzluğa qarşı keyfiyyətli dərman axtardığını bildirmiş, Neft Akademiyasında tələbə olan Şahid1 isə özü təşəbbüs göstərərək İran İslam Respublikasından ona qeyd etdiyi hal üçün keyfiyyətli dərman gətirəcəyinə dair söz vermişdir. O, istifadəsində olmuş “Samsung Galaxy S10 Lite” markalı mobil telefona Şahid1 +**********413 telefon nömrəsini “Şahid1” adı ilə qeyd etmişdir. Bu görüşdən təxminən 1 həftə sonra Şahid1 ona zəng edərək istədiyi dərmanı İrandan gətirdiyini, həmin dərmanı “Obed” restoranında inzibatçıya verdiyini, dərmanları oradan götürməsini xahiş etmişdir. O isə Şahid1 təşəkkür edib dərmana görə nə qədər pul verəcəyi barədə maraqlanmış, sonuncu isə dərmanın dəyərinin çox aşağı olduğunu əsas gətirərək bunun pay olduğunu bildirmişdir. O, həmin gün dərmanı qeyd olunan restorandan götürürərək valideyinlərinə vermişdir. Bundan bir neçə gün sonra o, yenidən Şahid1 ilə əlaqə saxlayaraq sonuncudan özünə cinsi istəyi artıran təbii dərman gətirə bilib-bilməyəcəyi barədə maraqlanmışdır. Şahid1 isə hazırda İranda olduğunu, oradan ona həmin dərmanı alacağını və tanışları vasitəsilə Bakı şəhərində çatdıracağına dair söz vermişdir. 2020-ci ilin yay aylarında ona istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə əvvəllər tanımadığı ***-***-**-** saylı nömrədən zəng gəlmiş, zəng edən şəxs özünü Şahid1 tanışı kimi təqdim edərək sonuncu tərəfindən göndərilən dərmanı gətirdiyini bildirmiş, onunla X9ndə yerləşən Xalça Müzeyinin yaxınlığında həmin gün görüşmüşdür. Görüşdüyü şəxs İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı Bəhmən Musavi olmuş və Şahid1 tərəfindən göndərilən dərmanı ona təqdim etmişdir. O, Bəhmən Musavi ilə orada təxminən 5-10 dəqiqə söhbət etmiş, söhbət əsnasında Bəhmən Musavi ondan polisin məxfi müşahidə idarəsində işləyib-işləmədiyi barədə maraqlanmış, o isə həqiqətən də orada işlədiyini bildirmişdir. Bəhmən Musavi buna əmin olduqdan sonra onun telefon nömrəsini özündə qeyd etməsi ilə bağlı icazə istəmiş, o da buna etiraz etməmişdir. Qısamüddətli görüşdən sonra Bəhmən Musavi ona bir ədəd içərisində 350 qramlıq püstə olan sellofan torbanı verərək bunun hədiyyə olduğunu bildirmiş, o isə əvvəlcə hədiyyəni götürmək istəməsə də X40 tərəfdə dərmanla birlikdə belə hədiyyə verməyin bir adət olduğunu bildirmiş, o da torbanı götürmüşdür. Bundan sonra o, istifadəsində olmuş “Samsung Galaxy S10 Lite” markalı mobil telefonun yaddaşına Bəhmən Musavinin adını “İran qardaw” (***-***-**-**) kimi qeyd etmişdir. Eləcə də görüşləri zamanı Bəhmən Musavi ondan Şahid1 adlı iranlı ilə necə tanış olduqları barədə maraqlanmış, o isə Şahid1 ilə tanışı Ceyhun və iranlı Humən vasitəsilə tanış olduğunu bildirmişdir. 15 avqust 2020-ci il tarixdə İran səfirliyinin əməkdaşı Bəhmən Musavi yenidən ona zəng edərək onun üçün xurma gətizdirdiyini bildirərək çatdırmaq üçün Bakı şəhərində Sahil bağında görüşmək istədiyini bildirmişdir. O isə görüşdən əvvəlcə imtina etsə də Bəhmən Musavi xurmanı şəxsən onun üçün gətizdirdiyini bildirmiş və gəlib götürməsini xahiş etmiş, o da həmin gün axşam saat 22 radələrində Sahil bağında Bəhmən Musavi ilə görüşmüş, görüş zamanı sonuncu ona gətirdiyi xurmanı vermişdir. Bir müddət hal-əhval tutduqdan sonra X40 səfirliyində birlikdə işlədiyi və dediyinə görə özünü orada incidən Hüseyn adlı şəxsin kompromat tipli şəkillərinin çəkilməsində ondan köməklik etməsini xahiş etmişdir. Bəhmən Musavinin planına görə onun tərəfindən Hüseynin yanına fahişəliklə məşğul olan qızlardan biri yerləşdirilməli və Hüseyn qızla intim əlaqədə olan zaman fotoşəkilləri çəkilərək Bəhmən Musaviyə göndərilməli, sonuncu isə öz növbəsində Hüseyni işdən çıxartdırmaq üçün həmin fotoşəkilləri öz rəhbərliyinə göndərməyi nəzərdə tutmuşdur. O, əvvəlcə Bəhmən Musaviyə həmin məsələnin səlahiyyətinə aid olmadığını bildirsə də sonuncu bu məsələdə köməklik göstərməsini ondan çox xahiş etmiş, o da sonda bu məsələni həll edəcəyinə dair söz vermişdir. Həmçinin həmin görüş zamanı Bəhmən Musavi bundan sonra danışıqlarının daha təhlükəsiz bir kanal vasitəsilə aparmaları üçün ondan dostları və ya tanışlarının birinin adına rəsmiləşdirməklə yeni bir mobil telefon nömrəsi almağını tapşırmış, o isə mobil telefon nömrəsi alacağına dair söz vermişdir. Bu görüşdən təxminən 20 gün sonra, yəni 2020-ci ilin sentyabr ayının təxminən 5-də o, yenidən Bəhmən Musavi ilə sonuncunun təşəbbüsü ilə Sahil bağında görüşmüş, görüş zamanı Bəhmən Musavi ondan İran səfirliyinin əməkdaşı Hüseynlə bağlı hər-hansı tədbir görüb-görmədiyi ilə bağlı maraqlanmış, o isə bunun çətin iş olduğunu bildirərək boyun qaçırmağa çalışmışdır X22 elə həmin görüşdə İran səfirliyinin əməkdaşı ilə intim əlaqədə olacaq fahişəyə verilməsi üçün 100 ABŞ dolları məbləğində pul vermiş, o isə həmin pulu götürüb məsələni həll edəcəyi ilə bağlı bir daha söz vermişdir. Həmin ərəfələrdə o, dostu və əvvəllər yaşadığı yerdə qonşusu olmuş taksi fəaliyyəti ilə məşğul olan Şahid4la görüşüb işi İlə bağlı özünə lazım olması səbəbindən adına ***-***-**-** mobil telefon nömrəsini almışdır. 2020-ci ilin oktyabr ayında Bəhmən Musavi ilə “Sahil bağında olan görüşləri zamanı o, sonuncuya dostu Şahid4 adına aldığı ***-***-**-** nömrəli sim-kartı vermişdir. Bəhmən Musavi isə bundan sonra sosial şəbəkələr istisna olmaqla onunla yalnız həmin mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlayacağını bildirmişdir. O, Bəhmən Musaviyə verdiyi sim-kartın nömrəsini istifadəsində olmuş "Samsung Galaxy S10 Lite” markalı mobil telefonun yaddaşına “Daniyel” (***-***-**-**) kimi qeyd etmişdir. Həmçinin görüş zamanı o, Bəhmən Musaviyə nömrəni adına rəsmiləşdirdiyi dostu və keçmiş qonşusu Şahid4 barədə məlumat vermiş, eləcə də Sərxanın tez-tez Azərbaycana istirahət üçün gələn bir neçə iranlı tanışının olduğu barədə də məlumat vermişdir. Bəhmən Musavi isə ona Şahid4 iranlı tanışlarının bir daha Azərbaycana gəldikləri zaman bu barədə xəbər verməsini tapşırmışdır. Bu tapşırığın İcrası ilə əlaqədar olaraq o, iranlıların burada hansı fəaliyyətlə məşğul olduqları, kimlərlə görüşdükləri və s. məsələlərlə bağlı məlumat əldə edərək Bəhmən Musaviyə ötürmək üçün görüş bitdikdən sonra Şahid4 zəng edərək iranlı tanışlarının Azərbaycana gəldikləri zaman ona məlumat verməsini xahiş etmiş, Şahid4 isə nə üçün belə bir məlumat istədiyini izah etməmişdir. Görüşün sonunda Bəhmən Musavi danışıqlarının konspirativ qaydada təşkili üçün ondan mobil telefonuna «İMO» adlı tətbiqi yükləməsini və bundan sonra yazılı və səsli danışıqlarını «Whatsapp» tətbiqi vasitəsilə deyil, həmin tətbiqdən istifadə etməklə aparmağını tapşırmış, o isə dərhal onun tapşırığı əsasında «İMO» adlı tətbiqi istifadəsində olan “Samsung Galaxy S10 Lite” markalı mobil telefona yükləyib qeydiyyatdan keçmişdir. Bundan sonra da danışıqlarının əksəriyyəti 077-502-99- 51 mobil telefon nömrəsi ilə həmin tətbiq üzərindən keçirilmiş, bir neçə dəfə həmin nömrə ilə birbaşa zənglər edilmişdir. 2020-ci ilin noyabr ayında onun Bəhmən Musavi ilə növbəti görüşləri olmuş, görüş zamanı Bəhmən Musavi ondan vətən müharibəsində polis orqanlarının əməkdaşlarının iştirak edib-etmədikləri barədə maraqlanmış, o isə müharibədə tək ordunun iştirak etdiyini, polisin iştirak etmədiyini bildirmişdir. Həmin görüş zamanı Bəhmən Musavi ona əlavə olaraq Dövlət Təhlükəsizliyi Xidməti ilə bağlı bir neçə sual verərək qeyd olunan qurumla bağlı hər-hansı probleminin olacağı təqdirdə ona köməklik göstərə bilib-bilməyəcəyi barədə maraqlanmış, o isə həmin qurumla bağlı problemi yaranacağı təqdirdə ona köməklik göstərə bilməyəcəyini bildirmişdir. Bəhmən Musavi əlavə olaraq şəhərdə olan zaman polis əməkdaşları ilə yaranacaq problemlərini həll edə biləcəyi ilə bağlı da maraqlanmış, o isə elə bir halın ola biləcəyi təqdirdə ona köməklik edəcəyinə dair söz vermişdir. 2021-ci ilin əvvəllərində Bəhmən Musavi ilə Sahil bağında növbəti görüşlərinin birində sonuncu ona qıraqdan hərhansı şəxsin onları izləyə biləcəyini və onların foto və video çəkilişini apara biləcəyi ilə bağlı narahat olduğu bildirmiş, o isə parkda, adamların sıx olduğu yerdə onları heç bir şəxsin çəkməyəcəyini söyləmişdir. 2021-ci ilin təxminən iyun-iyul ayında o, Bəhmən Musavi ilə növbəti görüşlərin birində sonuncudan diplomatik pasportunun olub-olmaması ilə bağlı maraqlanmış, Bəhmən Musavi isə diplomatik pasporta sahib olduğunu, lakin bu barədə hansı səbəblə maraqlandığı barədə onu sorğu-sual etmişdir. O isə həmin pasportdan istifadə edərək “X41 Shop" adlı mağazadan spirtli içki almaq istədiyini bildirmişdir. Bəhmən Musavi həmin mağazadan spirtli içki ala bilməyəcəyini, belə halın aşkarlanacağı təqdirdə özü üçün problem olacağını bildirmişdir. Bəhmən Musavi ona 2021-ci ilin oktyabr-noyabr aylarında iki dəfə görüş təklif etsə də o, ailə vəziyyəti ilə əlaqədar görüşə bilməmiş, lakin tez-tez “Whatsapp” vasitəsilə əlaqə saxlamışdır. İran səfirliyinin əməkdaşı Bəhmən Musavi ilə onun növbəti görüşü 2022-ci ilin aprel ayının 13də baş tutmuş, həmin görüş əvvəlki görüşlər kimi Sahil bağında gecə saat 22 radələrində olmuşdur. Görüş zamanı Bəhmən Musavi ondan vəhabi təriqətinə uyğun ibadət edən saqqallı şəxslərin Bakı şəhərinin əsasən hansı hissələrində olduğu barədə maraqlanmış, o isə onların əsasən Qaraçuxur deyilən ərazidə sıx yaşadıqlarını, orada kafe və restoran işlətdikləri barədə ona məlumat vermişdir. Həmçinin həmin görüş zamanı Bəhmən Musavi, ondan İranlı tələbələrin tez-tez olduqlan yerlər barədə məlumat istəmiş, o isə ona iranlı tələbələri tez-tez Bakı metropoliteninin «28 May» stansiyasının yaxınlığında yerləşən “Obed” restoranında gördüyünü bildirmişdir. 2022-ci ilin may ayının 30-da o, Bəhmən Musavinin təşəbbüsü ilə axşam saatlarında əvvəlki kimi Sahil bağında görüşmüş, sonuncu əvvəlcə İran səfirliyinin əməkdaşı və iş yoldaşı Hüseyn barədə məsələlərin nə yerdə olduğu barədə maraqlanmış, o isə bir az vaxt lazım olduğunu, lakin xahişini həll edəcəyinə dair yenidən söz vermişdir. Bəhmən Musavi həmin görüş zamanı həmçinin ondan Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” X1 ölkə ərazisində quraşdırılmış kameralarının sayını, eləcə də Bakı şəhərində üz tanıma funksiyası ilə təhciz edilmiş kameraların yerləşmə nöqtələri barədə məlumat istəmişdir. O isə ona ölkə ərazisində ümumilikdə təxminən 50.000 kameranın mövcud olduğunu, üz tanıma funksiyası ilə təhciz olunmuş kameraların isə əsasən Bakı şəhərində yerləşən məscidlərin və metrostasiyaların ətrafında yerləşdirildiyi barədə məlumat vermişdir. O, üz tanıma funksiyası olan kameraların məscidlərin ətrafına yerləşdirilməsini iş yoldaşılar vasitəsilə bilmişdir. Həmin görüş zamanı Bəhmən Musavi ona 300 manat məbləğində pul vəsaiti vermişdir. 2022-ci ilin iyul ayının 18-də o, Bəhmən Musavi ilə “Zoopark”ın yanında yerləşən “Gənclik Gölü” deyilən gölün yaxınlığında yerləşən “Cofemoon” kafesində görüşmüş, söhbət zamanı Bəhmən Musavi ondan işlədiyi idarədə şəxsi heyətin sayı barədə maraqlanmış, o isə idarələrində təxminən 150 nəfər şəxsi heyətin olduğu barədə məlumat vermişdir. Bundan əlavə həmin görüş zamanı Bəhmən Musavi ondan əlavə daha bir mobil telefon nömrəsi almasını istəmiş, o isə bir dəfə belə bir telefon nömrəsi alıb verdiyini, lakin hazırda elə bir nömrə almağın mümkün olmadığını bildirmişdir. Bir müddət sonra onlar həmin kafedən ayrılmış və piyada gedərkən Bəhmən Musavi ondan Daxili İşlər Nazirliyinin “102” qaynar xəttində ancaq qadınların işləyib-işləməməsi ilə bağlı maraqlanmış, o isə həmin qaynar xətdə həm kişilərin, həm də qadınların işlədiyini bildirmişdir. Əlavə olaraq da görüşlərinin sonunda Bəhmən Musavi ondan keçmiş daxili işlər naziri və onun övladları barədə maraqlanmış, o isə ona keçmiş nazirin iki övladının olduğunu bildirmışdır. Bundan sonra isə onlar oradan ayrılmışlar. Budan bir neçə dəqiqə sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır, aralarında dostluq münasibətləri olub. O, 2014-cü ildə Azərbaycan Respublikasına gəlmişdir. O, təhsil aldığı univeristetin yaxınlığında yerləşən kafedə daim oturub çay içib,nahar etmişdir. Həmin kafedə Tərlanla tanış olmuşdur. Tərlan arada-bir ondan dərmanlar istəyəndə o da onun üçün İran İslam Respublikasından həmin dərmanları gətirmişdir. O, İrana qaytıqdan sonra Pandemiya şəraitinda ölkəyə giriş-çıxış bağlı olduğuna görə o, Tərlana Azərbaycana gələ bilmədiyini, onun istədiyi dərmanların göndərilməsini İran Səfirliyi ilə təmin edəcəyini demişdir. 2020-ci ilin yanvarında o, diplomumu götürməyə gələndə aeroportda o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, həmişə Humənlə oturmuşdur, sonra Ceyhunla tanış olmuşdur, daha sonra isə Tərlanla o, tanış olmuşdur. O, Tərlanın polis formasında görmüşdür. Tərlanla Universitetdəki kəsrlərimi həll etsin deyə danışmışdır. Tərlanla onun arasında münasibətlər 2018-ci ildə yaranıb. Mehdi Muradzadə konsulun İ müavini idi. O, Mehdi Muradzadəyə də İrandan Tərlaana dərman aparmasını xahiş etmişdir. Tərlan ona özünün mobil telefon nömrəsi vermişdir. Tərlan onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayırdı. O, Bakı şəhərində yerləşən təhlükəsizlik kameraları və vəzifəli şəxslər barəsində Tərlandan söz soruşmamışdır. O, Mehdi Muradzadənin “Ettelaat” təşkilatının əməkdaşı olduğunu bilməmişdir. X10 dostu olduğunu, ona dərman göndərmək istədyini demişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 göstərmişdir ki, o, 2014-cü ilin sentyabr ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft qaz mühəndisliyi” fakültəsinə daxil olmuş və həmin ali təhsil müəssisəsini 2019-cu il tarixdə bitirmişdir. 2019-cu ilin fevral ayında İran İslam Respublikasına ailəsinin yanına geri dönmüşdür. Təxminən 10 il bundan əvvəl atası X28 Rza ət istehsalı ilə məşğul olan və İran İslam Respublikasının Urmiya şəhərində “X32” adlı ət şirkəti olan X29 adlı şəxslə tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdır. Həmin şəxs onu və atasını əvvəllər Urmiya şəhərində “Nümayendeyi-məclis" (Deputat) vəzifəsində işləmiş, həmin zaman isə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə ilə 2015-ci ildə tanış edərək təhsil aldığı müəssisə ilə bağlı probleminin olduğu halda sonuncuya müraciət etməsini tapşırmışdır. O, universitetin ikinci semestrində imtahanlarla bağlı kəsirinin olması səbəbindən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə ilə +**********13 və ya +**********01 mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq universitetdə belə bir probleminin olduğunu bildirmiş, sonuncu isə onu səfirliyin binasına dəvət edərək orada bu məsələni ətraflı izah etməsini xahiş etmişdir. Həmin gün o, səfirliyə gedərək səfirin qəbulunda olmuş, görüş zamanı səfirə universitetdə kəsirlərinin olduğunu bildirərək kömək etməsini xahiş etmişdir. Səfir isə ona kömək edəcəyinə dair söz verdikdən sonra onu orada olan oğlu Əlireza Cahangirzadə ilə tanış edərək telefon nömrəsini götürməsini və dostluq etmələrini tapşırmışdır. Bundan sonra o, səfirin oğlu ilə mütəmadi olaraq görüşməyə başlamışdır. Bir müddət sonra səfir ona zəng edərək oğlu Əlireza Cahangirzadədən muğayat olmasını, sonuncuya nəzarət edərək hər hansı qeyri- etik davranışı barədə xəbər verməsini xahiş etmişdir. Bu səbəbdən o, səfirin oğlu ilə daha yaxından dostluq etməyə başlamış, tez-tez Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında yerləşən “Obed” adlı kafeyə birlikdə gedərək orada qəlyan çəkmişlər. Növbəti görüşlərin birində Əlireza Cahangirzadə həmin kafeyə saçı tam qırxılı və vəziyyəti ürək açan olmayan vəziyyətdə gəlmiş, sonuncunun davranışından narkotik vasitələrin təsiri altında olduğu görünmüşdür. O, bu barədə dərhal səfirə məlumat vermiş oğlunun belə bir vəziyyətdə olduğunu bildirmişdir. 2015-ci ildə o, səfirlə birlikdə Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında piyada gəzərkən səfir oradan keçən ağ rəngli “Mercedes GL500 4 matic” markalı avtomobili göstərərək həmin avtomobili sürən şəxsin adının Mehdi olduğunu, İranın xüsusi xidmət orqanı hesab edilən “Ettellaf’da çalışdığını, Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında yaşadığını bildirmişdir. Bundan əlavə İran səfiri ilə “ADA” universitetinin yaxınlığında yerləşən süni gölün ətrafında növbəti gəzintilərində səfir yolun kənarında dayanan və içərisində bir nəfər olan ağ rəngli “GMC” markalı avtomobilin içərisində oturan şəxsin də İranın xüsusi xidmət orqanı hesab edilən “Ettellaf adlı təşkilatda çalışdığını bildirmiş, o, avtomobilin dəqiq dövlət qeydiyyat nişanının nömrəsini xatırlamasa da səfirliyə aid olduğunu, yəni dövlət qeydiyyat nişanının qırmızı olduğunu görmüşdür. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə onu İran İslam Respublikasının xüsusi xidmət orqanı sayılan “Ettellat” adlı təşkilatının əməkdaşlarını göstərərək onlardan ehtiyatlı olmasını tapşırmışdır. 2016-cı ilin əvvəllərində, o, Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında yerləşən “Obed” adlı restoranda özünün polis əməkdaşı olduğunu bildirən Ceyhun Ağaverdiyevlə tanış olmuş, sonradan onların yanına əslən İrandan olan dostu Human da gəlmiş və sonuncu da Ceyhun Ağaverdiyevlə tanış olmuşdur. Aralarında olan ümumi söhbətlər zamanı, o, Ceyhun Ağaverdiyevə əslən İranın Tehran şəhərindən olduğunu, Neft və Sənaye Universitetində ali təhsil aldığını bildirmişdir. Həmin vaxtdan onunla Ceyhun Ağaverdiyevin arasında dostluq münasibəti yaranmışdır. O, Ceyhun Ağaverdiyevlə “Obed” restoranında olan sonrakı görüşlərində sonuncuya universitetdə kəsrlərinin olduğunu və köməklik etmək üçün hər hansı bir əlaqəsinin olub-olmaması ilə maraqlanmış, Ceyhun Ağaverdiyev isə məsələni həll etməyə çalışacağına dair söz vermişdir. 2016-cı ilin yaz aylarında o, səfirin oğlu Əlireza Cahangirzadə ilə birlikdə “Təzə Pir” məscidində verilən ziyafətdə iştirak etmiş, orada ona bir nəfər yaxınlaşaraq özünü İran İslam Respublikasının Azərbaycan Respublikasındakı konsulun birinci müavini Mehdi Muradzadə kimi təqdim etmiş, bir neçə dəfə onu Əlireza Cahangirzadə ilə birlikdə gördüyünü bildirib Bakı şəhərində nə işlə məşğul olması ilə maraqlanmış, o isə Bakıda ali təhsil aldığını bildirmişdir. Mehdi Muradzadə dərslərinin neçə keçdiyi ilə bağlı maraqlandıqda o, universitetin 1-ci semestrindən imtahan kəsirlərinin qaldığını və bunu həll etmək üçün kömək axtardığını, bir nəfər tanışının həll etməyə çalışdığını bildirmiş, Mehdi Muradzadə isə söhbəti uzatmayaraq ona uğurlar arzulamış və yanından uzaqlaşmışdır. 2017-ci ilin fevral ayının 11-də İran İslam Respublikasının milli bayramını qeyd etmək məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri Xətai rayonunda yerləşən “Bibi” restoranında təşkil olunmuş ziyafətdə yenidən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı konsulunun birinci müavini Mehdi Muradzadə ilə görüşmüş və sonuncu onun mobil telefon nömrəsini qeyd edərək ona istifadəsində olan +**********13 mobil telefon nömrəsini bildirib bir müddət sonra zəng edəcəyini demişdir. Həmin görüş zamanı Mehdi Muradzadə ona İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “Ettelaat”ın əməkdaşı olduğunu bildirmişdir. 2017-ci ilin fevral ayında o və 2014-cü ildən tanıdığı iranlı dostu Şahid3 oğlu Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında yerləşən “Obed” restoranında tanışları polis Ceyhun Ağaverdiyev vasitəsilə sonuncunun dostu Təqsirləndirilən şəxsla tanış olmuşlar. Tanışlıq zamanı X13 Abbasovu onlara polis orqanlarında yüksək vəzifədə işləyən şəxs kimi təqdim etmişdir. Elə həmin görüşdə Təqsirləndirilən şəxs ondan birinci dəfə İran istehsalı balıq yağı (omeqa) həblərini anası üçün İrandan gətizdirməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs xahişinə əsasən həmin dərmanı İrandan gətizdirərək sonuncuya “Obed” restoranında təqdim etmişdir. İran İslam Respublikasının milli bayramını “Bibi” restoranında qeyd etdikdən təxminən 10 gün sonra Mehdi Muradzadə ona zəng edərək X21 yaxınlığında görüş təyin etmiş və o, Mehdi Muradzadə ilə deyilən yerdə həmin günü görüşmüşdür. Həmin sarayın ətrafında bir az gəzdikdən sonra onlar “Torqovı” adlanan əraziyə getmiş və orada “Mado” restoranında çay içmişlər. Mehdi Muradzadə həmin restoranda söhbət zamanı imtahan kəsirlərinin həll olunub-olunmadığı ilə bağlı maraqlanmış, o isə polisdə işləyən Ceyhun Ağaverdiyevin onu digər bir Tərlan adlı polis dostu ilə tanış etdiyini, həmin şəxsin də ona kömək edəcəyinə dair söz verdiyini bildirmişdir. Tərlan adlı polisin ondan İranda istehsal olunan dərman İstədiyini, həmin dərmanları İrandan gətizdirərək sonuncuya verdiyini bildirmişdir. Mehdi Muradzadə polis orqanlarında işləyən Tərlan adlı tanışına istədiyi dərmanlan verməklə yaxşı bir iş gördüyünü, həmin polis əməkdaşının bunun müqabilində imkanı daxilində ona məsələsində kömək edəcəyinə inandığını bildirmişdir. O, həmin görüşdə Mehdi Muradzadəyə pasport müddətinin bitdiyini bildirərək yenisi ilə əvəzlənməsi üçün köməklik göstərilməsini xahiş etmiş, sonuncu ona İran konsulluğuna gəlməsini, orada pasportunun dəyişdirilməsində köməklik edəcəyinə söz vermişdir. Bu görüşdən təxminən 1 ay sonra o, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı konsulluğuna gedərək pasportunu təqdim etdiş və Mehdi Muradzadənin tapşırığından sonra pasportu yenisi ilə əvəz olunaraq ona geri qaytarılmışdır. 2018-ci ilin təxminən qış aylarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq “Vitamin C” və qırımızı rəngli həblərdən olan baş ağrısı dərmanı istəmiş, özündə olduğundan həmin dərmanları Təqsirləndirilən şəxsla “Obed” kafesində görüşüb vermişdir. 2018-ci ilin dekabr ayında o, İran səfirliyi tərəfindən Bakı şəhəri Xətai rayonunda yerləşən “Bibi” restoranında təşkil olunmuş ziyafətə dəvət olunmuş, həmin ziyafətə səfir şəxsən özü çağırmışdır. Kəsr imtahanlarını verən zaman İranın xüsusi xidmət orqanı əməkdaşı Mehdi Muradzadə onunla əlaqə saxlayaraq onun tezliklə imtahanlarını verib universiteti bitirdikdən sonra İrana geri qayıdacağını bildiyi üçün ondan əvvəllər adlarını çəkdiyi polis əməkdaşları Tərlan və Ceyhunun mobil telefon nömrələrini istəmiş, həmin şəxslərə İrandan dərman istədikləri halda onların gətizdirilməsində kömək etməsini və heç bir halda imtina etməməsini tapşırmışdır. O isə X17 və Ceyhun adlı polis orqanlarında işləyən tanışlarının mobil telefon nömrələrini bildirərək söz vermişdir ki, yenidən dərman gətizdirməyi xahiş etdikləri halda həmin dərmanları istənilən yolla tapıb gətizdirəcəkdir. X18 Tərlanın dərman istədiyi zaman bu barədə xəbər verməsini xahiş etmiş, o da bu barədə razılıq vermişdir. 2019-cu ilin fevral ayınadək o, bütün kəsr imtahanlarını verərək universiteti bitirmiş və elə həmin tarixdə Azərbaycanı tərk edərək İran İslam Respublikasına geri qayıtmışdır. 2020-ci İlin təxminən iyul-avqust ayında tanışı polis əməkdaşı Təqsirləndirilən şəxs ona “Whatsapp” tətbiqi üzərindən zəng edərək balıq yağı (Omeqa) və saç üçün dərman istəmiş, o isə hazırda İranda olduğunu, yaxın müddətdə Azərbaycana gəlməyəcəyini bildirib başqa bir tanışı ilə dərman göndərəcəyinə söz vermişdir. Bu danışıqdan dərhal sonra o, Mehdi Muradzadə ilə əlaqə saxlayaraq polis orqanlarında xidmət edən Təqsirləndirilən şəxs ondan dərman istədiyini bildirmiş, Mehdi Muradzadə isə tapşırığa uyğun xəbər verməsindən razı olduğunu, dərmanın alınması məsələsini özünün həll edəcəyini, Təqsirləndirilən şəxs zəng edərək dərman vasitələrini tanışı vasitəsilə göndərəcəyi barədə xəbər verməsini tapşırmışdır. O da həmin tapşırığa uyğun olaraq Təqsirləndirilən şəxsla əlaqə saxlamış, sonuncuya öz adından zəng ediləcəyini, zəng edən şəxsin tələb olunan dərmanları gətirəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aqibəti barədə məlumatı olmamışdır. Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Tərlan əvvəllər Nəsimi rayonu, Bülbül küçəsində yerləşən evlərin birində yaşayırdı, sonradan oradan köçmüşdür. O, Tərlanı əvvəlcə qonşu kimi tanımış, sonra isə aralarında dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyində işləyirdi. Polis polkovnik-leytenantı rütbəsində olmuşdur. Təqsirləndirilən şəxs sonuncu dəfə atasının yas mərasimində görmüşdür. 2021-ci ildə Təqsirləndirilən şəxsla Azadlıq prospekti ilə Cəfər Xandan küçəsinin kəsişməsindəki “Qoşa Zapravka” deyilən yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən çayxanada görüşmüşdür. Ümumi söhbət zamanı o, Təqsirləndirilən şəxs mobil telefonunun qoruyucu üz şüşəsinin sındığını, yaxınlığda olan telefon mağazalarının birində dəyişdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə özünün də telefonunun qoruyucu şüşəsini qırıldığını bildirmiş və dəyişdirmək üçün birlikdə yaxınlıqda yerləşən mağazaya getməyi təklif etdi. Onlar birlikdə çayxanadan həmin ərazidə yerləşən mobil telefon aksessuarlarının satış mağazasına gəlmiş və mobil telefonlarının qoruyucu şüşələrini dəyişdirmişlər. Orada Tərlan satıcıdan mobil telefon nömrələrinin qiymətləri ilə maraqlandı və “Nar” mobil telefon operatoruna məxsus ***-***-**-** mobil telefon nömrəsini almaq istədiyini bildirib, şəxsiyyət vəsiqəsini üzərində götürməməsi səbəbindən almaq istədiyi nömrəni onun adına rəsmiləşdirilməsi üçün ona öz şəxsiyyəti vəsiqəsini verməsini xahiş etmişdir. O da Tərlanla olan dostluq münasibətlərini nəzərə alaraq həmin mobil telefon nömrəsinin adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Həmin nömrənin Təqsirləndirilən şəxs tərəfindən hansı məqsədlə onun adına alındığı bilməmişdir. Özü də Tərlandan mobil nömrəni nə üçün aldığını soruşmamışdır. Tərlan ona mobil nömrəni özü üçün aldığını dedi. İstintaq zamanı Tərlanın onun adına aldığı nöməni iranlı şəxsə verdiyini bilmişdir. X43 Respublikasının vətəndaşları ilə əlaqədə olması barədə ona hər-hansı məlumat verməmişdir. 2021-ci ilin təxminən iyun ayında Tərlan ona zəng edərək yaşadığı ünvanda, yəni Göy Məscidin arxasında yerləşən həyət evlərinin birində iki nəfər iranlı qızın yaşadığını, onların əxlaqsız işlərlə məşğul olduqlarını bildirmiş onlar barədə məlumatının olduğu halda dərhal xəbər verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən tarixdən az müddət sonra bir dəfə də onunla əlaqə saxlayaraq ümumən Azərbaycana gələn və onun xəbəri olan iranlılar barədə mütəmadi olaraq ona məlumat verməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs həmçinin onun İranda yaşayan və tez-tez istirahət üçün Bakı şəhərinə gələn uzaq qohumlarının Əli (+**********09, +**********42), Ehsan, Mobinə və Fatimənin Azərbaycana gəldikləri zaman xəbər verməsini tapşırmışdır. O, bunun səbəbini soruşduqda isə Təqsirləndirilən şəxs həmin şəxslərin Bakı şəhərinə gələrək burada guya narkotik alveri ilə məşğul olduqlarını bildirmişdir. Lakin o, həmin qohumlarının Bakı şəhərində yerləşən gecə klubları və restoranları gəzdiklərini, qeyri-qanuni hər-hansı hərəkətlərini görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxslər barədə həqiqətdə hansı səbəbdən məlumat yığdığı barədə xəbərinin olmadığını bildirmişdir, O, İran İslam Respublikasının Azərbaycan Respublikasında yerləşən səfirlik və ya konsulluq əməkdaşlarından heç birini, o cümlədən Bəhmən Musavini tanımamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə təqsirinin ola biləcəyinə inanmıram. Özünün «Ettelaat» ilə heç bir əlaqəsi olmayıb. O, Tərlan ilə bilkdə oturarkən Şahid3 özü onların yanına gəlmişdir. Onun və Tərlanın Humən ilə ortaq bağlantıları olmayıb. Həmin dövrdə Humən özü ev alqı-satqısı ilə məşğul olurdu. Onlar Humən ilə gündəlik mövzuda danışmışlar. X37 Respublikasının vətəndaşı ilə əlaqəsi olduğunu bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadədə sözügedən qohumları onun əmisigilin qohumları idi. Qohumları gecələr şəhəri gəzir, gündüzlər yatırdılar. Təqsirləndirilən şəxs nəyə görə onun həmin qohumları haqında məlumat topladığını bilmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun illər tanımış, sonuncu əvvəllər Nəsimi rayonu, Bülbül küçəsində yerləşən evlərin birində ailəsi ilə birlikdə yaşamış, sonradan oradan köçmüş, tanışlığı qonşu kimi başlamış, daha sonra isə aralarında dost münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin 7-ci idarəsi kimi tanınan yerdə işləmiş və polis polkovnik-leytenantı rütbəsində olmuşdur. Təqsirləndirilən şəxs sonuncu dəfə atasının yas mərasimində görmüşdür. 2021 -ci ildə dostu Təqsirləndirilən şəxsla Azadlıq prospekti ilə Cəfər Xandan küçəsinin kəsişməsində “Qoşa Zapravka” deyilən yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən çayxanada görüşmüş, ümumi söhbət zamanı Təqsirləndirilən şəxs mobil telefonunun qoruyucu üz şüşəsinin sındığını, yaxınlığda olan telefon mağazalarının birində dəyişdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə özünün də telefonunun qoruyucu şüşəsini qırıldığını bildirmiş və dəyişdirmək üçün birlikdə yaxınlıqda yerləşən mağazaya getməyi təklif etmişdir. Onlar birlikdə qeyd olunan çayxanadan həmin ərazidə yerləşən adını tam xatırlamadığı mobil telefon aksessuarlarının satış mağazasına gəlmiş və mobil telefonlarının qoruyucu şüşələrini dəyişdirmişlər. Orada olan zaman Təqsirləndirilən şəxs satıcıdan mobil telefon nömrələrinin qiymətləri ilə maraqlanmış, “Nar” mobil telefon operatoruna məxsus ***-***-**- ** mobil telefon nömrəsini almaq istədiyini bildirmiş, lakin şəxsiyyət vəsiqəsini üzərində götürməməsi səbəbindən almaq istədiyi nömrəni onun adına rəsmiləşdirilməsi üçün öz şəxsiyyəti vəsiqəsini verməsini xahiş etmişdir. O isə dostluq münasibətlərini nəzərə alaraq həmin mobil telefon nömrəsinin adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Həmin nömrənin Təqsirləndirilən şəxs tərəfindən hansı məqsədlə onun adına alındığı və sonralar həmin nömrədən istifadə etməməsi onun üçün şübhəli qalmış, sonra isə həmin hadisəni unutmuşdur. Təqsirləndirilən şəxs ona İran İslam Respublikasının vətəndaşları ilə əlaqədə olub- olmaması barədə hər-hansı məlumat verməmişdir. 2021-ci ilin təxminən iyun ayında Təqsirləndirilən şəxs ona zəng edərək yaşadığı ünvanda, yəni Göy Məscidin arxasında yerləşən həyət evlərinin birində iki nəfər iranlı qızın yaşadığını, onların əxlaqsız işlərlə məşğul olduqlarını bildirmiş onlar barədə məlumatının olduğu halda dərhal xəbər verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən tarixdən az müddət sonra bir dəfə də onunla əlaqə saxlayaraq ümumən Azərbaycana gələn və onun xəbəri olan iranlılar barədə mütəmadi olaraq məlumat verməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs həmçinin onun İranda yaşayan və tez-tez istirahət üçün Bakı şəhərinə gələn uzaq qohumlarının Əli (+**********09, +**********42), Ehsan, Mobinə və Fatimənin Azərbaycana gəldikləri zaman xəbər verməsini tapşırmışdır. O, bunun səbəbini soruşduqda isə Təqsirləndirilən şəxs həmin şəxslərin Bakı şəhərinə gələrək burada guya narkotik alveri ilə məşğul olduqlarını bildirmişdir. Lakin o, həmin qohumlarının Bakı şəhərində yerləşən gecə klubları və restoranları gəzdiklərini, qeyri-qanuni hər-hansı hərəkətlərini görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxslər barədə həqiqətdə hansı səbəbdən məlumat yığdığı barədə xəbərinin olmadığını bildirmişdir. İran İslam Respublikasının Azərbaycan Respublikasında yerləşən səfirlik və ya konsulluq əməkdaşlarından heç birini, o cümlədən Bəhmən Musavini tanımamışdır. Şahid3 oğlu ifadlərində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Aralarında dostluq münasibətləri olub. Ortaq dostları vasitəsilə tanış olmuşlar. O özü fərdi sahibkar kimi fəaliyyət göstərir. Onun Tərlanla sadəcə dostluq münasiətləri olub. Tərlanın ittiham olunduğu cinayət əməli ilə bağlı heç nə bilmir. Tərlanla onun Ceyhun adlı ortaq dostları olub. Ceyhunun ata-anası onunla işləmişlər. O, Şahid1 tanıyır. Özü Azərbaycan Respublikasının vətəndaşı ilə ailəlidir. X44 Respublikasının vətəndaşları ilə münasibəti çox azdır. X38 Respublikasına gedib-gəldiyinə görə İran məhsulları Tərlan ondan istəyirdi. O, 19 yaşında İrandan Azərbaycana gəlmişdir. Onu Mohammad ilə Humən tanış edib. O, Mohammad ilə Tərlan arasında ittiham aktında deyilən söhələrin olmasına icazə verməmişdir. Mohammad xüsusi orqan əməkdaşı olsa idi, heç vaxt özünü olduğu kimi təqdim etməzdi. Onu Tərlan ilə Ceyhun tanış edib. Onlar Mohammad və Humən ilə restoranda yeyib-içdikdən sonra evə gedirdilər. Elə olurdu ki, onların restorandakı hesabımızı Mohammad ödəyirdi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 oğlu ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 2014-cü ildə valideynlərinin Rəşid Behbudov küçəsində yaşayan vaxtlarda həmin binada 6 ədəd mənzil kirayə götürmüşdür. Həmin mənzilləri subarenda vasitəsilə turistlərə və digər ehtiyacı olan şəxslərə gündəlik olaraq kirayəyə vermiş və bu yolla qazanc əldə etmişdir. Bakı şəhəri Süleyman Rüstəm və Şamil Əzizbəyov küçələrinin kəsişməsində yerləşən “Obed” restoranına tez-tez yemək yeməyə getmiş, günlərin birində orada olarkən restoranın qarşısında 2 şəxsin dalaşdığını görmüş, uzun müddət tanıdığı Zaur adlı restoran sahibi bir nəfərlə dava barəsində danışarkən o, təsadüfən mübahisə edənlərdən birinin polis işçisi Ceyhun Ağaverdiyev olduğunu öyrənmişdir. Daha sonra Zaur onu polis işçisi Ceyhun Ağaverdiyevlə tanış etmiş, sonuncu Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı olduğunu, həmin polis idarəsində konvoyun komandiri olduğunu demişdir. Söhbət əsnasında Ceyhun Ağaverdiyevin əvvəllər 22-ci polis bölməsinin əməkdaşı olduğunu öyrənmiş, aralarında münasibət yaranmış və tez-tez “Koala Park” yaxınlığında olan “Praqa” restoranı, “Elvet” və digər bu kimi restoranlarda görüşməyə başlamışlar. Hər görüşdə hesab onun tərəfindən ödənilmişdir. Göstərilən hadisədən təxminən bir il sonra “Obed” restoranında olarkən Ceyhun Ağaverdiyev onu Daxili İşlər Nazirliyinin 7-ci idarəsinin əməkdaşı olan Təqsirləndirilən şəxsla tanış etmişdir. Bu görüşdən təxminən 1 həftə sonra Ceyhun Ağaverdiyev onu Əliyar Əliyev küçəsində yerləşən “Pub”ların birinə zəng edərək dəvət etmiş, o, həmin yerə getdikdə orada Tərlan və Ceyhunun birlikdə oturduqlarını görmüşdür. Təxminən 2-3 saat onlarla oturduqdan sonra hesabı ödəmiş və oradan ayrılmışdır. Daha sonra müxtəlif vaxtlarda 2-3 dəfə həmin şəxslərlə görüşmüş, görüşlərin hər biri müxtəlif restoranlarda olmuş, hesabı yalnız özü ödəmişdir. Qaidi Məhəmməd onun qardaşının tələbə yoldaşı olmuş və qardaşı vasitəsilə onunla tanışlığı 2015-ci ilə baş tutmuşdur. Bundan əlavə Qaidi Məhəmmədi “Obed” restoranında tez-tez görmüş və daha yaxın münasibətləri orada yaranmışdır. Qaidi Məhəmmədlə birlikdə “Obed” restoranında olarkən orada olan X19 X24 Nazirliyinin 7-ci idarəsində işləyən dostu Təqsirləndirilən şəxsla tanış etmiş, həmin günü müxtəlif məzmunlu söhbətlər aparmış və birlikdə nahar etmişlər. X13 Abbasovu ona təqdim etdiyi kimi X20 İşlər Nazirliyinin 7-ci idarəsində işləyən şəxs kimi təqdim etmişdir. Həmin gündən sonra qeyd olunan tərkibdə görüşləri olmamış, lakin Məhəmməd Qaidinin orada vaxtaşırı olmağını nəzərə alaraq onsuz sonuncuların orada görüşmələri ehtimalının böyük olduğunu bildirmişdir. Bundan əlavə Məhəmməd Qaidinin atası İran İslam Respublikasının Müdafiə Nazirliyində xidmət etmiş, hətta bir zamanlar İİR-in Çin Xalq Respublikasındakı səfirliyində hərbi attaşe olmuşdur. Təxminən 2019-cu ildə Məhəmməd Qaidi ilə həmin kafedə nahar vaxtı görüşən zaman Tərlanın İrandan dərman alıb göndərilməsini xahiş etdiyini, Məhəmməd Qaidi isə zəng vuraraq atasına dərmanın adını dedikdə sonuncunun çox əsəbləşdiyini və həmin dərmanın cinsi zəifliyə qarşı olduğunu bildirmişdir. Əsas işi turistlərlə bağlı olduğundan 2020-ci ildə pandemiya başlayan zaman müflisləşmiş və taksi fəaliyyətinə başlamış, həmin dövrdə Ceyhun və Tərlanla münasibətləri zəifləmişdir. Məhəmməd Qaidi isə 2020-ci ildə təhsilini başa vurduqdan sonra İran İslam Respublikasına geri dönmüşdür. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyində olmamış, yalnız konsulluğa 2 dəfə pasport gətirmək üçün getmiş, X30 tanımamışdır. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs onun əridir. O, 2008-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Həmin nigahdan 2009-cu il təvəllüdlü Mirsultan Abbasov, 2011 ci il təvəllüdlü Rəfiqə Abbasova adlı ik uşağı vardır. Təqsirləndirilən şəxs təxminən on beş ildir polis orqanlarında xidmət edir. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılanadək Daxili İşlər Nazirliyində xidmət etmişdir. O, Tərlandan xarici vətəndaş Human adlı şəxsin adını eşitmişdir. Bir dəfə Tərlandan evə gətirdiyi xurma və püstələri kimdən aldığını soruşmuşdur. Tərlan da ona xurma və püstəni Human adlı şəxsdən aldığını dedi. Tərlan bir il ərzində evlərinə iki dəfə xurma və püstə gətirmişdir. Tərlan heç vaxt dövlətə xəyanət etməz. Tərlan dövlətinə bağlı bir şəxs idi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış 9 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İİ baş idarəsinin məktubundan görünür ki, İran İslam Respublikasının xüsusi xidmət orqanı İnformasiya Təhlükəsizliyi Nazirliyinin (Ettelaat) əməkdaşı X3nun (X34 Miradel) ətrafında keçirilən tədbirlər zamanı onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Təqsirləndirilən şəxs ilə gizli görüşlər keçirdiyi müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İİ baş idarəsindən daxil olmuş materiallardan görünür ki, 19 iyul 2022-ci il tarix məxfi müşahidə tədbirləri zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyinin (Ettelaat) əməkdaşı X3 ilə 05 yanvar 2020-ci il, 13 aprel və 02 iyun 2022-ci il tarixlərində Bakı şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Sahil bağında, eləcə də 18 iyul 2022-ci il tarixdə Bakı şəhəri Bakıxanov küçəsində yerləşən “Coffeemoon” adlı kafedə məxfi görüşlər keçirmişlər və bu görüşlər fotoşəkillər və videogörüntülərlə qeylə alınmışdır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə portret ekspertizasının 01 mart 2023cü il tarixli 3/305 saylı məhkəmə portret ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş edilmiş fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus foto nümunələrdə eyni şəxs əks olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S10 Lite” markalı mobil telefona 21 iyul 2022-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** mobil telefon nömrəsindən istifadə etməklə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyinin (“Ettelaat”) əməkdaşı X35 ilə istifadəsində olan mobil telefona quraşdırılmış “WhatsApp” mobil tətbiqi vasitəsilə “İran Qardaw" adı ilə qeyd edilmiş ***- ***-**-** nömrə ilə qeydiyyatdan keçirilmiş hesabla, “WhatsApp” və “İMO” tətbiqləri vasitəsilə “Daniyel i” adı ilə qeyd edilmiş ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçirilmiş hesabla, habelə “WhatsApp” tətbiqi vasitəsilə Bəhmən Musavinin əlaqəsi Şahid1 ilə “Şahid1” adı ilə qeyd edilmiş +**********13 mobil nömrə ilə qeydiyyatdan keçirilmiş hesab vasitəsilə səsli və yazılı danışıqlar aparmışdır. Məhkəmədə elan olunub araşdırılmış 16 noyabr 2022-ci il tarixli 4/1509 saylı audio və videoyazıların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş fonoqramlardakı danışıqlarda olan diktorun səsi Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmədə elan olunub araşdırılmış 05 sentyabr 2022-ci il tarixli 5/896 saylı məhkəmə kompyuter-texniki ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy S10 Lite” markalı mobil telefonun yaddaşında “İran qardaw” adı ilə qeyd edilmiş şəxs aparatın telefon kitabçasına 15 avqust 2020-ci il tarixində saat 10:55:16-da, “Daniyel i” adlı şəxs isə 12 yanvar 2022-ci il tarixdə saat 09:45:35-də qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs “Daniyel i” adlı +**********51 nömrəli şəxs ilə 12 yanvar 2022-ci il tarixdə 3 dəfə, 28 yanvar 2022-ci il tarixdə 2 dəfə, 29 yanvar.2022- ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 5 dəfə, xx.xx.2022-ci il tarixdə 4 dəfə, xx.xx.2022-ci il tarixdə 4 dəfə, xx.xx.2022-ci il tarixdə 4 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, eləcə də “İran qardaw” adlı +**********33 nömrə ilə xx.xx.2020-ci il tarixdə 4 dəfə, 05.01,2021-ci il tarixdə 2 dəfə, xx.xx.2021-ci il tarixdə 4 dəfə, xx.xx.2021-ci il tarixdə 5 dəfə, xx.xx.2021-ci il tarixdə 6 dəfə, xx.xx.2021-ci il tarixdə 1 dəfə, xx.xx.2021-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 2 dəfə danışıqlar aparmışdır. Məhkəmədə elan olunub araşdırılmış "xxxx" MMC-dən istintaqa 9-2583 saylı məktubla diskdə daxil olan +**********51 və +**********07 telefon nömrələri ilə Azərbaycan Respublikasının mobil və şəhər operatorları arasında xx.xx.2002-ci ildən xx.xx.2022-ci il tarixədək aparılmış danışıqlar və digər statistik məlumatların kompüter açıqlamalarına 10 sentyabr 2022-ci il tarixdə keçirilmiş baxış barədə protokolla müəyyən olunur ki, keçirilmiş baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olmuş +**********07 mobil telefon nömrəsi ilə vətəndaş Şahid4 adına rəsmiləşdirilmiş və sonradan Təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyinin (“Etelaat”) nümayəndəsi X23 istifadəsinə vermiş +**********51 telefon nömrəsi ilə iş üçün əhəmiyyətli danışıqların aparılması müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy S10 Lite" markalı mobil telefon, ona quraşdırılmış "xxxx" mobil operatorunun +**********07 nömrəli sim-kartı, "xxxx" MMC-dən İstintaqa daxil olmuş disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmədə elan olunub araşdırılmış 03 avqust 2022-ci il tarixli 2041 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda və hazıradək dövrdə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib, eləcə də o, Azərbaycan Respublikası CM-nin 21 ci və ya 22- ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ittihamda göstərilən əməli törətmədiyini göstərib, ibtidai istintaq zamanı ifadlərində göstərdiyi halları təsdiq etmədiyini, X27 yalnız İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı kimi tanımasını bəyan etdi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadələrindən fərql olaraq ifadələr verib göstərmişdir ki, təxminən 2020-ci ilin əvvəllərində o, dostu və polis yoldaşı olan Ceyhun Ağaverdiyev vasitəsilə Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında yerləşən “Obed” restoranında milliyyətcə fars olan Şahid3 oğlu və Şahid1 ilə tanış olmuşdur. Ceyhun Ağaverdiyev onu həmin şəxslərə Xüsusi Əməliyyat-Axtarış Baş İdarəsində yüksək vəzifədə işləyən şəxs kimi təqdim etmişdir. Söhbət zamanı özü həmin şəxslərə valideynləri üçün yuxusuzluğa qarşı keyfiyyətli dərman axtardığını bildirmişdir. Şahid1 təşəbbüs göstərərək İran İslam Respublikasından ona keyfiyyətli dərman gətirəcəyinə söz verib sonra ona dərmən gətirmişdir. Bundan bir neçə gün sonra o, yenidən Şahid1 ilə əlaqə saxlayaraq sonuncudan özünə cinsi istəyi artıran təbii dərman gətirə bilib-bilməyəcəyi barədə maraqlanmışdır. Şahid1 İranda olduğunu, oradan həmin dərmanı alacağını və tanışları vasitəsilə Bakı şəhərində çatdıracağına söz verdi. 2020-ci ilin yay aylarında ona istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə əvvəllər tanımadığı ***-***-**-** saylı nömrədən zəng gəlmişdir. Zəng edən şəxs özünü Şahid1 tanışı kimi təqdim edərək sonuncu tərəfindən göndərilən dərmanı gətirdiyini bildirdi. O da X9ndə yerləşən Xalça müzeyinin yaxınlığında İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı Bəhmən Musavi görüşmüşdür. O, Şahid1 tərəfindən göndərilən dərmanı ona təqdim etmişdir. O, söhbət əsnasında Bəhmən Musavi ondan ondan polisin məxfi müşahidə idarəsində işləyib-işləmədiyi barədə maraqlanmış, o da həqiqətən də orada işlədiyini bildirmişdir. Bəhmən Musavi buna əmin olduqdan sonra onun telefon nömrəsini özündə qeyd etməsi ilə bağlı ondan icazə istəmiş, o da buna etiraz etməmişdir. Bəhmən Musavi ona bir ədəd içərisində 350 qramlıq püstə olan sellofan torba verərək hədiyyə olduğunu bildirmiş, o da torbanı götürmüşdür. Bundan sonra o, istifadəsində olmuş “Samsung Galaxy S10 Lite” markalı mobil telefonun yaddaşına Bəhmən Musavinin adını “İran qardaw” (***-***-**-**) kimi qeyd etmişdir. Eləcə də görüşləri zamanı Bəhmən Musavi ondan Şahid1 adlı iranlı ilə necə tanış olduqları barədə maraqlanmış, o isə Şahid1 ilə tanışı Ceyhun və iranlı Humən vasitəsilə tanış olduğunu bildirmişdir. 15 avqust 2020-ci il tarixdə İran səfirliyinin əməkdaşı Bəhmən Musavi yenidən ona zəng edərək onun üçün xurma gətizdirdiyini bildirərək çatdırmaq üçün Bakı şəhərində Sahil bağında görüşmək istədiyini bildirmişdir. O da həmin gün axşam saat 22 radələrində Sahil bağında Bəhmən Musavi ilə görüşmüş, görüş zamanı sonuncu ona gətirdiyi xurmanı vermişdir. Bir müddət hal-əhval tutduqdan sonra X40 səfirliyində birlikdə işlədiyi və dediyinə görə özünü orada incidən Hüseyn adlı şəxsin kompromat tipli şəkillərinin çəkilməsində ondan köməklik etməsini xahiş etmişdir. Bəhmən Musavinin planına görə o, Hüseynin yanına fahişəliklə məşğul olan qızlardan biri yerləşdirilməli və Hüseyn qızla intim əlaqədə olan zaman fotoşəkilləri çəkilərək Bəhmən Musaviyə göndərilməli, sonuncu isə öz növbəsində Hüseyni işdən çıxartdırmaq üçün həmin fotoşəkilləri öz rəhbərliyinə göndərməyi nəzərdə tutmuşdur.O da bu məsələni həll edəcəyinə dair söz vermişdir. Həmin görüş zamanı Bəhmən Musavi bundan sonra danışıqlarının daha təhlükəsiz bir kanal vasitəsilə aparmaları üçün ondan dostları və ya tanışlarının birinin adına rəsmiləşdirməklə yeni bir mobil telefon nömrəsi almağını tapşırmış, o da mobil telefon nömrəsi alacağına dair söz vermişdir. Bu görüşdən təxminən 20 gün sonra, yəni 2020-ci ilin sentyabr ayının təxminən 5-də o, yenidən Bəhmən Musavi ilə sonuncunun təşəbbüsü ilə Sahil bağında görüşmüş, görüşdə İran səfirliyinin əməkdaşı ilə intim əlaqədə olacaq fahişəyə verilməsi üçün 100 ABŞ dolları məbləğində pul vermiş, o isə həmin pulu götürüb məsələni həll edəcəyi ilə bağlı bir daha söz vermişdir. Həmin ərəfələrdə o, dostu və əvvəllər yaşadığı yerdə qonşusu olmuş taksi fəaliyyəti ilə məşğul olan Şahid4la görüşüb işi İlə bağlı özünə lazım olması səbəbindən adına ***-***-**-** mobil telefon nömrəsini almışdır. 2020-ci ilin oktyabr ayında Bəhmən Musavi ilə “Sahil bağTnda olan görüşləri zamanı o, sonuncuya dostu Şahid4 adına aldığı ***-***-**-** nömrəli sim-kartı vermişdir. Bəhmən Musavi isə bundan sonra sosial şəbəkələr istisna olmaqla onunla yalnız həmin mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlayacağını bildirmişdir. O, Bəhmən Musaviyə verdiyi sim-kartın nömrəsini istifadəsində olmuş "Samsung Galaxy S10 Lite” markalı mobil telefonun yaddaşına “Daniyel i” (***-***-**-**) kimi qeyd etmişdir. Həmçinin görüş zamanı o, Bəhmən Musaviyə nömrəni adına rəsmiləşdirdiyi dostu və keçmiş qonşusu Şahid4 barədə məlumat vermiş, eləcə də Sərxanın tez-tez Azərbaycana istirahət üçün gələn bir neçə iranlı tanışının olduğu barədə də məlumat vermişdir. Bəhmən Musavi isə ona Şahid4 iranlı tanışlarının bir daha Azərbaycana gəldikləri zaman bu barədə xəbər verməsini tapşırmışdır. Bu tapşırığın İcrası ilə əlaqədar olaraq o, iranlıların burada hansı fəaliyyətlə məşğul olduqları, kimlərlə görüşdükləri və s. məsələlərlə bağlı məlumat əldə edərək Bəhmən Musaviyə ötürmək üçün görüş bitdikdən sonra Şahid4 zəng edərək iranlı tanışlarının Azərbaycana gəldikləri zaman ona məlumat verməsini xahiş etmiş, Şahid4 isə nə üçün belə bir məlumat istədiyini izah etməmişdir. Görüşün sonunda Bəhmən Musavi danışıqlarının konspirativ qaydada təşkili üçün ondan mobil telefonuna «İMO» adlı tətbiqi yükləməsini və bundan sonra yazılı və səsli danışıqlarını «Whatsapp» tətbiqi vasitəsilə deyil, həmin tətbiqdən istifadə etməklə aparmağını tapşırmış, o isə dərhal onun tapşırığı əsasında «İMO» adlı tətbiqi istifadəsində olan “Samsung Galaxy S10 Lite” markalı mobil telefona yükləyib qeydiyyatdan keçmişdir. Bundan sonra da danışıqlarının əksəriyyəti 077-502-99- 51 mobil telefon nömrəsi ilə həmin tətbiq üzərindən keçirilmiş, bir neçə dəfə həmin nömrə ilə birbaşa zənglər edilmişdir. 2020-ci ilin noyabr ayında onun Bəhmən Musavi ilə növbəti görüşləri olmuş, görüş zamanı Bəhmən Musavi ondan vətən müharibəsində polis orqanlarının əməkdaşlarının iştirak edib-etmədikləri barədə maraqlanmış, o isə müharibədə tək ordunun iştirak etdiyini, polisin iştirak etmədiyini bildirmişdir. Həmin görüş zamanı Bəhmən Musavi ona əlavə olaraq Dövlət Təhlükəsizliyi Xidməti ilə bağlı bir neçə sual verərək qeyd olunan qurumla bağlı hər-hansı probleminin olacağı təqdirdə ona köməklik göstərə bilib-bilməyəcəyi barədə maraqlanmış, o isə həmin qurumla bağlı problemi yaranacağı təqdirdə ona köməklik göstərə bilməyəcəyini bildirmişdir. Bəhmən Musavi əlavə olaraq şəhərdə olan zaman polis əməkdaşları ilə yaranacaq problemlərini həll edə biləcəyi ilə bağlı da maraqlanmış, o isə elə bir halın ola biləcəyi təqdirdə ona köməklik edəcəyinə dair söz vermişdir. 2021-ci ilin əvvəllərində Bəhmən Musavi ilə Sahil bağında növbəti görüşlərinin birində sonuncu ona qıraqdan hər-hansı şəxsin onları izləyə biləcəyini və onların foto və video çəkilişini apara biləcəyi ilə bağlı narahat olduğu bildirmiş, o isə parkda, adamların sıx olduğu yerdə onları heç bir şəxsin çəkməyəcəyini söyləmişdir. 2021-ci ilin təxminən iyun-iyul ayında o, Bəhmən Musavi ilə növbəti görüşlərin birində sonuncudan diplomatik pasportunun olub-olmaması ilə bağlı maraqlanmış, Bəhmən Musavi isə diplomatik pasporta sahib olduğunu, lakin bu barədə hansı səbəblə maraqlandığı barədə onu sorğu-sual etmişdir. O isə həmin pasportdan istifadə edərək “X41 Shop" adlı mağazadan spirtli içki almaq istədiyini bildirmişdir. Bəhmən Musavi həmin mağazadan spirtli içki ala bilməyəcəyini, belə halın aşkarlanacağı təqdirdə özü üçün problem olacağını bildirmişdir. Bəhmən Musavi ona 2021-ci ilin oktyabrnoyabr aylarında iki dəfə görüş təklif etsə də o, ailə vəziyyəti ilə əlaqədar görüşə bilməmiş, lakin tez-tez “Whatsapp” vasitəsilə əlaqə saxlamışdır. İran səfirliyinin əməkdaşı Bəhmən Musavi ilə onun növbəti görüşü 2022-ci ilin aprel ayının 13-də baş tutmuş, həmin görüş əvvəlki görüşlər kimi Sahil bağında gecə saat 22 radələrində olmuşdur. Görüş zamanı Bəhmən Musavi ondan vəhabi təriqətinə uyğun ibadət edən saqqallı şəxslərin Bakı şəhərinin əsasən hansı hissələrində olduğu barədə maraqlanmış, o isə onların əsasən Qaraçuxur deyilən ərazidə sıx yaşadıqlarını, orada kafe və restoran işlətdikləri barədə ona məlumat vermişdir. Həmçinin həmin görüş zamanı Bəhmən Musavi, ondan İranlı tələbələrin tez-tez olduqlan yerlər barədə məlumat istəmiş, o isə ona iranlı tələbələri tez-tez Bakı metropoliteninin «28 May» stansiyasının yaxınlığında yerləşən “Obed” restoranında gördüyünü bildirmişdir. 2022-ci ilin may ayının 30-da o, Bəhmən Musavinin təşəbbüsü ilə axşam saatlarında əvvəlki kimi Sahil bağında görüşmüş, sonuncu əvvəlcə İran səfirliyinin əməkdaşı və iş yoldaşı Hüseyn barədə məsələlərin nə yerdə olduğu barədə maraqlanmış, o isə bir az vaxt lazım olduğunu, lakin xahişini həll edəcəyinə dair yenidən söz vermişdir. Bəhmən Musavi həmin görüş zamanı həmçinin ondan Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” X1 ölkə ərazisində quraşdırılmış kameralarının sayını, eləcə də Bakı şəhərində üz tanıma funksiyası ilə təhciz edilmiş kameraların yerləşmə nöqtələri barədə məlumat istəmişdir. O isə ona ölkə ərazisində ümumilikdə təxminən 50.000 kameranın mövcud olduğunu, üz tanıma funksiyası ilə təhciz olunmuş kameraların isə əsasən Bakı şəhərində yerləşən məscidlərin və metrostasiyaların ətrafında yerləşdirildiyi barədə məlumat vermişdir. O, üz tanıma funksiyası olan kameraların məscidlərin ətrafına yerləşdirilməsini iş yoldaşılar vasitəsilə bilmişdir. Həmin görüş zamanı Bəhmən Musavi ona 300 manat pul vermişdir. 2022-ci ilin iyul ayının 18-də o, Bəhmən Musavi ilə “Zoopark”ın yanında yerləşən “Gənclik Gölü” deyilən gölün yaxınlığında yerləşən “Cofemoon” kafesində görüşmüş, söhbət zamanı Bəhmən Musavi ondan işlədiyi idarədə şəxsi heyətin sayı barədə maraqlanmış, o isə idarələrində təxminən 150 nəfər şəxsi heyətin olduğu barədə məlumat vermişdir. Həmin görüş zamanı Bəhmən Musavi ondan əlavə daha bir mobil telefon nömrəsi almasını istəmiş, o isə bir dəfə belə bir telefon nömrəsi alıb verdiyini, lakin hazırda elə bir nömrə almağın mümkün olmadığını bildirmişdir. Bir müddət sonra onlar həmin kafedən ayrılmış və piyada gedərkən Bəhmən Musavi ondan Daxili İşlər Nazirliyinin “102” qaynar xəttində ancaq qadınların işləyibişləməməsi ilə bağlı maraqlanmış, o isə həmin qaynar xətdə həm kişilərin, həm də qadınların işlədiyini bildirmişdir. Görüşlərinin sonunda Bəhmən Musavi ondan keçmiş daxili işlər naziri və onun övladları barədə maraqlanmış, o isə ona keçmiş nazirin iki övladının olduğunu bildirmışdir. Bundan sonra isə onlar ayrılmışlar. Budan bir neçə dəqiqə sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadələrini onun ibtidai istintaq zamanı verdiyi ifadələri ilə, iş üzrə dindirilmiş şahidlərin ifadələri, iş üzrə əldə edilmiş digər sübutlarla, o cümlədən də, ekspertiza rəyləri, maddi sübütlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib hesab edir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələr işin obyektiv və subektiv hallarına uyğun olmuşdur. Çünki istintaq orqanı onun bu ifadələrindlə istinad etdiyi şəxsləri müəyyən edib dindirmiş, istinad etdiyi halları müəyyənləşdirmiş və onun bu ifadələrinin həqiqətə uyğun olduğnu müəyyənləşdirib onu təqsirləndirilən şəxs kim cəlb etmişdir. Məhkəmə də bu səbəbdən də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini həqiqətə uyğun, məhkəmədə verdiyi ifadələrini isə özünün müdafiəsinə yönələn təqsirləndirilən şəxsin ifadələrində sərbəst olmaq hüqundan yararlanıb işin faktiki hallarını pərdələyib gizlədən ifadələr kimi qiymətələndirir. Çünki onun məhkəmədəki ifadələri mücərrəd olmuş və onun ifadələrini dəqiqləşdirmək müəyyən olmamışdır. Məhkəmə təqsirsizlik prezumrsiyasına əsasən Təqsirləndirilən şəxs öz təqsirsizliyini sübüta yetirməli olmadığını nəzərə alır. Bununla bərabər məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs özünün müdafiəsinə uyğun etdiyi iddiaları təsdiq edən sübutları təqdim etmək vəzfəsi daşıyır. O, isə bunu etmədi və istintaq zamanı verdiyi ifadələrini heç bir əsas göstərmədən təkzib etdiyini bəyan etdi. Məhkəmədə də belə sübut müəyyən olunmadı. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmə sübutların və işin faktiki hallarının kreativ qiymətləndirilməsi səlahiyyətlərindən istifadə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs X14 xüsusi bilik və təlimatlara malik olub həmin orqanda kəşfiyatçı qismində xidmət etmişdir. O, bu səbəbdən də mənsubiyyətindən asılı olmayaraq kəşfiyyat orqanlarının əməkdaşlarının ehtimal olunan davranışlarını və bu davranışların motivi, səbəblərini, istiqamətlərini, nəticələrini, qoyulan sorğuların məqsədlərini müəyyən etmək üçün bilik və vərdişlərə malik olmuşdur. Məhkəmənin qənaətinə görə o, yuxarıda təsvir olunan şəraitdə və vaxtda İran İslam Respublikasının xüsusi xidmət orqanının əməkdaşı X35 ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə tamah məqsədi ilə əməkdaşlıq etməyə razılıq verib bu istiqamətdə fəaliyyət göstərmişdir. Məhkəmənin gəldiyi bu qənaət, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərdiyi halların öz təsdiqini tapması baxımından da əsaslıdır. Ümümi anlamda insanlar arasında şəxsi kommunikasiyalar sərbəstdir. Belə münasibətlərdə şəxslər könüllü tutduqları xidməti vəzifələri ilə, üzərilərinə götürdükləri öhdəliklərlə və cəlb edildikləri başqa zəruri xidmətlərlə açıqlanması məhdudlaşdırlmış malik olduqları subyektiv imkanları istisna olmaqla, şəxsin özünə aid subyektiv imkanlarını ifa etməkdə sərbəstdir. Şəxs sərbəst davranış nümayiş etdirdikdə kontraqentə münasibətdə özüna aid məlumatı verməkdə sərbəst, özünün qəyyumluğunda və himayəsində olmayan başqasına aid məlumatları ötürməkdə isə bir qayda olaraq məlumat sahibinin razılığı ilə hərəkət etməsi ehtifa olunur. Təqsirləndirilən şəxs isə belə hərəkət etməmiş, əksinə X35 ilə əməkdaşlığa cəlb olunduqdan sonra münasibətlərin konfidesiallığını təmin etmək üçün Bəhmən Musavinin təlimatına əsasən o, əvvəlcə sonuncu ilə danışdığı “Samsung Galaxy S10 Lite” markalı mobil telefonuna «İMO» tətbiqi yükləmiş, bundan sonra yazılı və səsli danışıqlarını «Whatsapp» tətbiqi vasitəsilə deyil, həmin tətbiqdən istifadə etməklə aparmış, onunla danışan şəxsin şəxsiyyətini yaxın əlaqəsi olan Şahid4 adı ilə pərdəlmək üçün sonuncuya öz işi ilə bağlı olduğunu bildirərək onu aldadıb onun adına Azərbaycan Respublikasında fəaliyyəti qeydə alınmış provayderlərdən birinə məxsus ***-***-**-** mobil nömərsini əməliyyat əlaqəsində olduğu Bəhmən Müsəviyə təqdim edib telefon nömərəsinin məxsus olduğu Şahid4 barəsində ona məlumat vermişdir. Bəhmən Musəvi də bundan sonra özünün danışıqlarını pərdələyib gizlətmək üçün Təqsirləndirilən şəxsla telefon danışıqlarını faktiki olaraq özünün istifadəsində olan Şahid4 adına qeydə alınmış 077- 502-99- 51 mobil nömrə ilə aparıb, danışıqlarının Azərbaycan Respublikası Xüsusi Xidmət orqanlarının nəzərinə düşməyin qarşısına almaq üçün qabaqlayıcı tədbirlər görmüşdür. Əks halda Azərbaycan Respublikasında mobil nömrələrin əldə olunmasına məhdudiyyət qoyulmadığından həm Bəhmən Müsəvinin özü, həm də Təqsirləndirilən şəxs öz adlarına yerli provayderlərin mobil nömrələrini limitsiz alıb öz adlarına istifadə edərdilər və Şahid4ı aldadıb onun adına telefon nömərsmi almağa zəruriyyət olmazdı. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bəhmən Musəviyə verdiyi məlumatlar Azərbaycan Respublikasınının təhlükəsizliyi, suverenliyi və müdafiə qabilliyyətinin zəiflədilməsinə yönələn məlumatlar olmuşdur. Çünki istər ölkə ərazisində quraşdırılmış təhlükəsizlik kameraları, istər onların xüsusi növlərinin yerləşdirilməsi, Daxili İşlər orqanlarının məxfi idarəsində xidmət göstərən şəxsi heyətin sayı, əməkdaşların tutduğu vəzifələri, rütbələri, ailə tərkibləri, bu orqanların iş metodları, döyüş bölgəsində iştirak edən silahlı qüvvələrin növləri və sairə kimi məlumatlar, belə məlumatları toplayan tərəfundən Azərbaycan Respublikasınının təhlükəsizliyi, süverenliyivə müdafiə qabiliyyətinin zərərinə istifadə oluna bilən məlumatlar olmuşdur. Əks halda Azərbaycan Respublikası xüsüsi xidmət orqanı tərəfindən xarici dövlətin diplomatik xidmətinin pərdəsi altında fəaliyyət göstərən xarici xüsusi xidmət orqanlarına məxsusluğu müəyyən edilmiş xarici vətəndaşın belə məlumatların toplınılması və bunun əvəzində xaricdən tanımadığı şəxs üçün, hazırkı halda Təqsirləndirilən şəxs üçün dərman, vitamin, sovqat gətirib verməsi və bunun əvəzində ondan pul almayıb, əksinə dəfələrlə ona pul verməsi ağlabatan deyildir. Təqsirləndirilən şəxs da sadalananlar adi qaydada olan sovqat və pul bəxşişi olsaydı bunu pərdələməzdi və özünün Behmən Musəvi ilə əlaqə saxladığı «Samsung Galaxy S10 Lite” markalı mobil telefonunda Behmən Müsəvini əvvəlcə «iranlı qardaş», daha sonra dostluq etdiyi Şahid4 özünün lazım olduğunu bildirib onu aldadıb sonuncunun adına alıb Behmən Musəviyə verdiyi ***-***-**-** nömərini mobil telefonun yaddaşına “Daniyel i” kimi qeyd etməzdi. Məhkəmə, qeyd edir ki, bu maddədə Təqsirləndirilən şəxs istintaq orqanının müəyyən etdiyi vaxtda, yerdə və şəraitdə xarici dövlətin xüsusi xidmət orqanı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi, süverenliyi və müdafiə qabiliyyətinin zəiflədilməsinə yönələn fəaliyyətlə məşğul olmağa razılıq vermişdir. Bununla da o, ittiham olunduğu cinayət əməlini törətmişdir. Çünki onun törətdiyi Azərbaycan Respublikası CM-nin 274-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan dövlətə xəyaənət formal tərkibli olub Azərbaycan Respublikası vətəndaşının xarici xüsusi xidmət orqanı əməkdaşı ilə əməkdaşlıq etməsinə razılıq verdiyi andan cinayət əməli başa çatmış hesab olunur. Ondan nə vaxt əməliyyat mənbəyi kimi istifadə olunması isə xarici xüsusi orqanın əməkdaşının özünün mülahizəsindən asılıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 274-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu məddədə nəzərdə tutulumuş cinayətin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafələrinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa o, cinayət məsuliyyətindən azad olunur. Təqsirləndirilən şəxs hərəkətlərində belə hal müəyyən olunmadı. Beləliklə, məhkəmə yuxardıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin istintaq orqanı tərəfindən düzgün tövsif edildiyi qənaətində gəlir və onun əməllərini Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəldiyindən onun təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 660 ( altı yüz altmış ) manat xərclənməsi müəyyən olundu. Məhkəmə ekspertiza xərclərini təşkil edən 660 (altı yüz altmış ) manat vəsaitin təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy S10 Lite" markalı mobil telefonu onun xüsusi mülkiyyəti kimi ailə üzvülərindən birinə qaytarılmasını, ona quraşdırılmış "xxxx" mobil operatorunun +**********07 nömrəli sim-kartı, «Azerfon” MMCdən İstintaq orqana 09 sentyabr 2022-ci il tarixli 9-2583 saylı məktubla daxil olmuş diskin xüsusi məlumatları əks etdirdikləri üçün cinayət işinin materiallarıda saxlanılmasını əsaslı sayır Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs barəsində olan 23 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, o, əvvəllər məhkum edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsindən daxil olmuş 022/8-10754-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2007-ci il tarixdə polis orqanlarında xidmətə qəbul olunmuş, 16 iyul 2022-ci il tarixdə “Azərbaycan Respublikasının X14 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) X14n xaric edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Abşeron rayon İcra Hakimiyyətinin 4 nömrəli MTİİTS tərəfindən verilmiş xasiyyətnamədə onun barəsində şikayətin daxil olmadığı qeyd edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ittiham olunduğu cinayət əməllərinin törədilməsi halları barəsində ibtidai istintaq zamanı ətraflı ifadələr verməsi, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olması olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi onun təqsirli bilindiyi əməli tamah məqsədi ilə və qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müddətli azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır, çünki onun təqsirli bilindiyi cinayət əməlinin xarakteri, onun qanuna münasibətədə riskli olması, bu əməli törətdikdən sonra əməl barəsində ziddiyyətli bəyanatları onun onun hazırda da qanuna münasibətdə riskli olmasını təsdiq etdi. Məhkəmə, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu, onun xüsusilə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyini nəzərə alıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən onun tərəfindən xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs bu iş üzrə 19 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə şübhəli şəxs qismində tutulub, 20 iyul 2022-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilərək hazırkı vaxta qədər həbsdə saxlanıldığı müəyyən olnudu. Məhkəmə, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin onun cəza müddətinə daxil edilməsini, ona təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcının 19 iyul 2022-ci il tarixdən hesablanmalı olması qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxsnna təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 19 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 660 (altı yüz altmış) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X16 ödənilməsi üçün 1698 (min altı yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Ekspertiza xərcini təşkil edən məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. O, müdafiəçiyə ödənilmiş vəsaiti ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy S10 Lite" markalı mobil telefon onun xüsusi mülkiyyəti kimi ailə üzvlərindən birinə qaytarılsın, ona quraşdırılmış "xxxx" mobil operatorunun +**********07 nömrəli sim-kartı, «Azerfon” MMC-dən İstintaq orqanına 09 sentyabr 2022-ci il tarixli 9-2583 saylı məktubla daxil olmuş disk cinayət işinin materiallarıda saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar