Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-510/2021 02.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxsin hüquqi varisi X3 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş olduğu istinad edilən Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə 1995-ci il noyabrın 23-də Qusar rayonunun Xurel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, Qusar rayonunun Xurel kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar icraat aparılan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs Qusar rayonunun Xurel kəndində fərdi yaşayış evində birgə yaşadığı anası Zərərçəkmiş şəxs yüngül həyat tərzi keçirməsini ehtimal edib sonuncunun başını bədənindən ayıraraq xüsusi iztirablar verrməklə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci il martın 18-də əvvəlcədən Qusar şəhərindəki mərkəzi bazarda yerləşən şəhər sakini X1 məxsus «Saval» firmasının «Ovçular silah sursatı» mağazasından qanuni icazə əsasında bir ədəd «TOZ» markalı, 16 çaplı, təklüləli, 092601 nömrəli ov tüfəngini və ona aid ümumilikdə 26 ədəd patron almış, daha sonra 2020-ci il mart ayının üçüncü ongünlüyündə bir ədəd ov bıçağı alıb əvvəlcədən planlaşdıraraq öz cinayət niyyətini həyata keçirmək üçün 2020-ci il martın 27-də saat 22 radələrində anası ilə birgə yaşadığı evin ikinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs yataq otağına daxil olduqda stulda oturmaqla televizora baxan sonuncuya arxadan yaxınlaşıb əzab və iztirab verdiyini dərk edərək Zərərçəkmiş şəxs ənsə nahiyəsinə bir dəfə yuxarıda qeyd olunan bıçaqla zərbə vurmaqla sonuncuya köndələn istiqamətli kənarları hamar, bir küncü iti, digər küncü isə küt qurtaran 2 sm x 0,3 sm ölçülü kəllə sümüyü yaranın dibi olan yara ilə müşayiət olunan xəsarət yetirmiş, anasının «can Nail» deməsinə baxmayaraq bu cür yalvarış səsinə əhəmiyyət verməmiş, xüsusi əzab və işkəncə verdiyini dərk etməklə bunu arzu edib müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirərək əlindəki bıçaqla Zərərçəkmiş şəxs sağ çiyin və sağ əlinin ovuc nahiyələrinə bıçaqla zərbə endirmiş, davam etməklə sağ çiynin ön səthində orta körpücük xətti üzrə körpücük sümüyünün altında şaquli istiqamətli 0,7 sm x 0,4 sm ölçüdə, kənarları hamar, bir küncü iti, digər küncü isə küt qurtaran, öndən arxaya, soldan sağa bir qədər çəp istiqamətlənən 1 sm dərinliyində yara ilə, sağ əlinin arxa səthində 3-cü barmağının əsas falanqa oynağının üstündə 3 sm x 0,3 sm ölçüdə, kənarları hamar, bir küncü iti, digər küncü isə küt qurtaran, ovuc səthinin 1-ci barmağının əsas falanqa oynağından dəlib çıxan 2 sm x 0,3 sm kənarları hamar, bir küncü iti, digər küncü isə küt qurtaran yara ilə müşayiət olunan xəsarətlər yetirmiş, sonuncunu xalçanın üzərinə yıxaraq baş nahiyəsini 3-cü boyun fəqərəsindən kəsməklə tam ayırmış, yəni kəsilmiş yaradan 4-cü boyun fəqərəsi, köndələn kəsilmiş əzələ və damarlar görünən yara ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan və kəskin xarici massiv qan itirərək ölümlə nəticələnən ağır dərəcəli zərərvurmaya aid xəsarət yetirmiş, bununla da Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Barəsində ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar icraat aparılan Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdi. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X7 ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs atası X8 ilə 1988-ci ildə ailə həyatı qurub Qusar rayonunun Xurel kəndində yaşamağa başlamışdır, bu nikahdan özü və qardaşı Təqsirləndirilən şəxs dünyaya gəlmişlər. 2010-cu ildə atası Rusiya Federasiyasında tikintidə işləyərkən damdan yıxılması nəticəsində vəfat etmiş, o, 2011-ci ilin dekabr ayında ərə gedərək Qusar rayonunun Hil kəndinə köçmüşdür. Nail əsgərlikdən qayıtdıqdan sonra tez-tez Dağıstan Respublikasına gedib Kaspiyski şəhərində, son bir ildə isə Qusar rayonu ərazisində müxtəlif tikintilərdə bənna kimi işləmişdir. Son dövrdə qardaşında qəribə xüsusiyyətlər yaranmış, belə ki, Nail ağlabatan cümlələr qura bilməmiş, sonuncuda özünə qapanma halları baş vermişdir. Axırıncı dəfə anası 2020-ci il martın 19-da onun yaşadığı kəndə gəlməklə Nailin qəribə hərəkətlərindən şikayət etmişdir. 2020-ci il martın 28-də saat 03 radələrində dayısı X9 əri X6 zəng edib Raifənin səhhətinin pis olduğunu bildirmişdir, onlar Xurel kəndinə getdikdən sonra anasının öldürülməsini öyrənmişlər. Əmisi Qanuni nümayəndə1 Nailin zəng edərək anasını qətlə yetirdiyini bildirməsini onlara demişdir. Raifənin hansı səbəbdən öldürülməsi haqqında heç bir məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunan barəsində ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar icraat aparılan Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməklə 2020-ci il yanvar ayının əvvəllərindən onda Qusar rayonunun Xurel kəndində fərdi yaşayış evində birgə yaşadığı anası Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlər etməsi şübhəsi yaranmağa başladığını, 2020-ci il martın 20-dən sonra bu səbəbdən anasını öldürmək qərarına gələrək Qusar Rayon Polis Şöbəsinə müraciət etməklə 2020-ci il martın 18-də ov tüfəngini və ovçuluq vəsiqəsini əldə etdiyini, 2020-ci il martın 19-da Qusar şəhərindəki mərkəzi bazarda olan ovçuluq mağazasından altı ədəd patron, Novruz bayramından sonra əlavə 20 ədəd patron və bir ədəd 30 sm-lik bıçaq aldığını, 2020-ci il martın 27-də saat 21 radələrində anasının öz otağında televizora baxdığı vaxt sonuncunun arxa tərəfinə keçib əlindəki bıçaqla ilk öncə boyun nahiyəsinə bir dəfə vurduğunu, daha sonra anasının müxtəlif nahiyələrinə 3-4 zərbə endirdikdən sonra sonuncunun huşunu itirib stuldan xalçanın üzərinə tərəf yıxıldığını, anasının ölmədiyini hiss edərək dərhal sonuncunun boyun nahiyəsinin sağ tərəfindən bıçaqla boğazını kəsməyə başladığını və artıq anasının keçindiyini gördüyünü, sonuncunun boğazını təmiz kəsib sümüyünü qırmaqla başını bədənindən tamamilə ayırdığını göstərmişdir (1-ci cild, iş vərəqi 142-147 və 199-205). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunan ibtidai istintaqda Təqsirləndirilən şəxs qanuni nümayəndəsi olmaqla şahid qismində dindirilən Qanuni nümayəndə1 ifadəsində mərhum qardaşı X4 övladı Təqsirləndirilən şəxs hərbi xidmətini başa vurduqdan sonra Qusar rayonunun Xurel kəndinə qayıdıb anası Zərərçəkmiş şəxs ilə yaşadığını, son 2-3 ay ərzində Nailin fikirli olduğunu və ağlabatan cümlələr qurmadığını, sonuncuda özünə qapanma halları baş verdiyini, kənddə hamı tərəfindən güdüldüyünü, kimlərinsə arxasınca danışdığını, guya anasının yüngül həyat tərzi keçirməsi ilə bağlı camaatın söz danışdığını dediyini, onun isə bunların doğru olmadığını söylədiyini, 2020-ci il martın 27-də saat 22:52-də Nail ona zəng edərək anasının başını kəsdiyini bildirdikdə əmisioğlu Şahid9lə birlikdə Raifənin yaşadığı evə gedib sonuncunun meyitini aşkar etdiyini, dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məsələ ilə bağlı məlumat verdiklərini göstərmişdir (1-ci cild, iş vərəqi 25-29). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunan iş üzrə Şahid9 şahid olan əmisioğlu Qanuni nümayəndə1 ilə analoji ifadə vermişdir (1-ci cild, iş vərəqi 290-293). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunan iş üzrə şahidlər Şahid2, Şahid4, Şahid5, X10, Şahid7, Şahid8, Şahid10, Şahid1, Şahid6 və Şahid11 şahid qismində dindirilərkən ifadələrində 2020-ci il martın 28-də səhər saatlarında həmkəndliləri olan Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs başını bədənindən ayırmaqla sonuncunu qəsdən öldürərək harasa qaçıb getdiyini eşitdiklərini, Nailin Raifəni hansı səbəbdən öldürməsi haqqında məlumatlarının olmadığını göstərmişlər (1-ci cild, iş vərəqi 42-45, 51- 54, 90-104, 234-237, 253-256, 279-283, 300-303; 2-ci cild, iş vərəqi 159-163). İş materiallarındakı Qusar Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 28 mart tarixli protokoldan görünür ki, Qusar rayonunun Xurel kəndində ikimərtəbəli yaşayış evinə baxış zamanı yataq otağının qapısının ağzındakı yerdə qana bənzər mayedən ibarət 25 sm uzunluğunda yalın ayaq izlərinin, qapıdan 3 metr məsafədə xalçanın üzərində başı boyun fəqərəsindən ayrılmış qadın meyitinin baş nahiyəsinin boyundan 20 sm məsafədə sağ üzüstə, ayaq nahiyəsinin otaqdakı pəncərəyə yaxın yerləşən stol-stul istiqamətində olmaqla sifət nahiyəsinin qapının sol divarına tərəf baxması, xalçanın üzərində, divanın hər iki ayaq tərəfində, qapıya yaxın yerləşən hissədə olan qaz peçinin yanındakı yerdə, pəncərəyə asılan ağ rəngli tül pərdənin üzərində, çarpayının üstündə olan mavi rəngli odeyalda qana bənzər çoxlu maye olması müəyyənləşdirilmiş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 4-19). İş materiallarındakı Qusar Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 28 mart tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı başın ənsə nahiyəsində köndələn istiqamətli, kənarları hamar, bir küncü iti, digər küncü isə küt qurtaran 2 sm x 0,3 sm ölçülü kəllə sümüyü yaranın dibi olan yara, alt çənəsinin altında 1,7 x 0,6 sm ölçüdə, köndələn, kənarları hamar, bir küncü iti, digər küncü isə küt qurtaran öndən arxaya və 2 sm-ə qədər dərin yara, boynun 3-cü boyun fəqərəsindən kəsilən yaradan 4-cü boyun fəqərəsi, köndələn kəsilmiş əzələ və damarla görünən yara, sağ çiynin ön səthində orta körpücük xətti üzrə körpücük sümüyünün altında şaquli istiqamətli 3 sm x 0,5 sm ölçüdə, köndələn, kənarları hamar, bir küncü iti, digər küncü isə küt qurtaran, öndən arxaya, soldan sağa, bir qədər çəp istiqamətlənərək qoltuqönü nahiyəsinə girən 11 sm dərinliyində yaradan 1,5 sm medial yerləşən şaquli istiqamətli 0,7 sm x 0,4 sm ölçüdə, köndələn, kənarları hamar, bir küncü iti, digər küncü isə küt qurtaran, öndən arxaya, soldan sağa, bir qədər çəp istiqamətlənmiş 1 sm dərinliyində yara, sağ əlinin arxa səthində 3-cü barmağının əsas falanqa oynağının üstündə 3 sm x 0,3 sm ölçüdə, köndələn, kənarları hamar, bir küncü iti, digər küncü isə küt qurtaran, ovuc səthinin 1-ci barmağının əsas falanqa oynağından dəlib çıxan 2 sm x 0,3 sm ölçüdə, köndələn, kənarları hamar, bir küncü iti, digər küncü isə küt qurtaran yara aşkarlanmışdır (1-ci cild, iş vərəqi 30-32). İş materiallarındakı Qusar Rayon Polis Şöbəsinin tərtib etdiyi 2020-ci il 17 mart tarixli Ə- 113 №-li şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 16 çaplı, təklüləli, 092601 nömrəli ov tüfəngi saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün daimi verilmişdir (1-ci cild, iş vərəqi 80). İş materiallarındakı Qusar Rayon Polis Şöbəsinin tərtib etdiyi 2020-ci il 30 mart tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də Qanuni nümayəndə1 məxsus həyətin yardımçı tikilisində tutulmuş, üzərindəki 16 çaplı, təklüləli, 092601 nömrəli tüfəng aşkarlanmaqla şöbəyə gətirilmişdir (1-ci cild, iş vərəqi 118). İş materiallarındakı Qusar Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 30 mart tarixli protokoldan görünür ki, Qanuni nümayəndə1 məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövləyə baxış vaxtı iki ədəd patron, iki ədəd giliz və bir ədəd 16 çaplı, təklüləli tüfəng aşkarlanaraq götürülmüş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 119- 126). İş materiallarındakı Qusar Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 30 mart tarixli protokolun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 21:05də Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 136-137). İş materiallarındakı Qusar Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 31 mart tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla ifadəsi yerində yoxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs Qusar rayonunun Xurel kəndindəki fərdi yaşayış evində anası Zərərçəkmiş şəxs qarşı törətdiyi əməli təfsilatı ilə izah etmiş, Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bıçağı tulladığı Qusar rayonunun Əvəcuq kəndində asfalt yolun kənarını göstərsə də oradan hər hansı bıçaq aşkarlanmamış, bir ədəd DVD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 153-157). İş materiallarındakı Qusar Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 31 mart tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olmuş sintetik materialdan qara rəngli, sol diz nahiyəsində 7 sm x 7 sm ölçülü zədə aşkarlanan, üzərində qeyri-müəyyən ləkələr olan şalvar, yun materialdan qara rəngli, qırmızı-ağ naxışlı sviter, sintetik materialdan solğun bənövşəyi rəngli idman gödəkcəsi, üzərində ləkələr olan qara rəngli bir cüt corab götürülmüşdür (1-ci cild, iş vərəqi 176). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2020-ci il 01 aprel tarixli 158 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəninin üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 179). İş materiallarında olan Qusar Rayon Prokurorluğunun 2020-ci il 01 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4.cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 189-190). İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2020-ci il 01 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il martın 30-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 216-218). İş materiallarındakı Qusar Rayonu İcra Hakimiyyəti başçısının X20 Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 14 aprel tarixli xasiyyətnamədən və 2020-ci il 15 aprel tarixli 171 №-li arayışdan görünür ki, Qusar rayonunun Xurel kənd sakini Təqsirləndirilən şəxs son vaxtlar içkiyə qarşı meyilliliyi çoxalmış, o, yaşıdları və dostları arasında hörmət qazana bilməmiş, özünə qarşı tələbkarlığı azalmış, barəsində nümayəndəliyə şifahi və yazılı şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 272 və 274). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il aprelin 16-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 277). İş materiallarındakı Xurel kənd tam orta məktəbinin tərtib etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məktəbdə oxuduğu müddətdə özünü sakit aparmış, ictimai işlərdə iştirak etməyən sonuncu dərslərini yaxşı oxumamış, 2013-cü ildə 11-ci sinifi kafi qiymətlərlə bitirmişdir (1-ci cild, iş vərəqi 297). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyininn Qusar Rayon Mərkəzi Xəstəxanasının 2020-ci il 31 mart tarixli 126 №-li, 81 №-li və 148 №-li arayışlarının kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixiatr, narkoloji və oftalmoloji kabinetlərində qeydiyyatda yoxdur (1-ci cild, iş vərəqi 312-314). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasına dair 2020-ci il 09 aprel tarixli 4/160 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən damalı dəftər vərəqi üzərində «ELAN Volkmasterdən sizə salam var...» sözləri ilə başlayıb «...ve ikinci misiya üçün ov mövsümüne start verilir» sözləri ilə bitən yazılar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 112 manatdır (1-ci cild, iş vərəqi 321-323). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasına dair 2020-ci il 10 aprel tarixli 3/229; 3/235 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd silah keçmiş SSRİda 1951-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, «ZK» modelli, patronluğunun uzunluğu 70 mm olan «0 92601» №-li, xarici çaxmaqlı, təklüləli tüfəng yivsiz od silahı olmaqla konstruksiyasında dəyişiklik edilməmişdir, saz vəziyyətdə olub istifadə və atəş üçün yararlıdır, iki ədəd patron zavod üsulu ilə hazırlanmış 16 kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfəngində istifadə edilmək üçün döyüş sursatı hesab olunan patron olub istifadəyə yararlıdır, ekspertiza tədqiqatının dəyəri 130 manatdır (1-ci cild, iş vərəqi 326- 328). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinin meyitin ekspertizasına dair 2020-ci il 25 aprel tarixli 11 №-li ekspert rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin bədən səthində başın bədəndən 3-4-cü boyun fəqərəarasından kəsilərək tam ayrılması, başın ənsə nahiyəsində köndələn istiqamətli, alt çənəsinin altında aşağıdan yuxarı bir qədər çəp istiqamətli deşilmiş-kəsilmiş yaralar, sağ çiynin ön səthində iki ədəd bir-birinin yanında iki ədəd öndən arxaya, soldan sağa bir qədər çəp istiqamətlənən deşilmiş-kəsilmiş yara, həmin yaradan 1,5 sm içəri şaquli istiqamətli öndən arxaya, soldan sağa bir qədər çəp istiqamətlənən deşilmiş-kəsilmiş yara, sağ əlinin arxa səthində 3-cü barmağının əsas falanqa oynağının üstündən dəlib keçərək ovuc səthindən çıxan deşilmiş-kəsilmiş yara, bütün daxili orqanlarda kəskin qansızlıq, ağciyərdə emfizema ocaqlı, qaraciyərdə şok əlamətləri, xırda ocaqlı piy distrofiyası aşkarlanmış; deşilmiş-kəsilmiş yaralar müxtəlif vəziyyətlərdə kəsicideşici alətin təsirindən, 2020-ci il martın 27-də bıçaqla başın bədənindən tam ayrılması və beş bıçaq zərbəsinin təsirindən əmələ gələ bilərdi, insan həyatı üçün təhlükəli olan ağır zərərvurmaya aiddir, sonuncunun ölümünə səbəb başın boyun hissəsindən tam kəsilməsi nəticəsində baş verən kəskin qanitirmə olmuşdur (1-ci cild, iş vərəqi 331-334). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasına dair 2020-ci il 06 may tarixli 6/396 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim paltarının üzərindəki kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs uzun koftasının üzərində tapılmış tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının liflərinə, sonuncunun şalvarının üzərindən tapılmış qırmızı rəngli poliakril kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs uzun koftasının tərkib liflərinə uyğun gəlir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 337-342). İş materiallarındakı Qusar Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 08 may tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə şahidlər Qanuni nümayəndə1 və X14 ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, digərləri onun dedikləri ilə razılaşdıqlarını bildirmişlər (2-ci cild, iş vərəqi 1-7). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2020-ci il 20 may tarixli 359/2020-MTBŞ №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupları A-beta/H//İİ olmaqla Zərərçəkmiş şəxs məxsus don, retuz, mayka, Təqsirləndirilən şəxs məxsus jaket, şalvarının arxa aşağı azad kənarında, hadisə yerindən götürülmüş yaylıq, xalça üzərindəki ləkələrdə, dörd ədəd çubuğun ucundakı pambığa hopdurulmuş maddə ləkələrində aşkarlanan insan qanında A, H antigenləri və əksər ləkələrdə həmçinin beta aqqlyutinini alınmışdır; bu qan ləkələri Abeta/H//İİ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər, xalça və yaylıq üzərindəki ləkələr qadın genetik cinsinə mənsubdur (2-ci cild, iş vərəqi 43-48). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2020-ci il 05 iyun tarixli 225/2020 MTKŞ №-li rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus jaketin və maykanın hər birinin arxa səthinin yuxarı hissəsində bir ədəd, donun ön səthinin yuxarısında iki ədəd, arxa səthinin yuxarısında bir ədəd dəlib keçən deşilmiş-kəsilmiş zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), baş yaylığının üzərindəki çoxsaylı dəlib keçən zədələr iti kənara malik kəsici alətin (alətlərin) təsirindən, jaketin sol qolunun alt tikişi üzərində bir ədəd sökülmüş zədə küt yaranma mexanizminə malik olmaqla paltarın dartılması nəticəsində, jaketin ön səthinin sol yarısının ön sərbəst kənarı üzərində yuxarıdan 1-ci və 6-cı düymənin qopması küt qüvvənin təsirindən törənmişdir; Təqsirləndirilən şəxs məxsus şalvarın sol diz, sol və sağ ayağının arxa səthindəki cırılma zədələri küt yaranma mexanizminə malik olmaqla göstərilən nahiyələrin hər hansı əşyaya ilişib dartılması nəticəsində yaranmışdır (2-ci cild, iş vərəqi 50-53). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks stasionar məhkəməpsixiatrik və psixoloji ekspertizasına dair 2020-ci il 20 iyul tarixli 58 saylı rəyindən və təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasına dair 2020-ci il 24 sentyabr tarixli 85 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs paranoid şizofreniya formasında xroniki psixi xəstəlik müəyyən edilməklə sonuncu ittiham olunduğu cinayət əməlini törətməzdən bir müddət əvvəl və həmin əməli törədərkən kəskin şizofreniyaya bənzər psixotik pozuntu keçirmişdir, onda aşkarlanan psixi pozuntular simulyasiyaya xarakterik deyildir, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından cinayət əməli barəsində anlaqsız hesab edilməlidir, o, Azərbaycan Respublikasının CM-nin 21.1.-ci maddəsinin təsiri altına düşür; Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün təhlükə doğurduğuna görə ona ixtisaslaşdırılmış psixatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür, Təqsirləndirilən şəxs əməli törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (2-ci cild, iş vərəqi 119-126 və 177-180). İş materiallarında olan Qusar Rayon Prokurorluğunun 2020-ci il 27 oktyabr tarixli qərarından görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır (2-ci cild, iş vərəqi 194-196). İş materiallarındakı Qusar Rayon Prokurorluğunun tərtib etdiyi 2020-ci il 27 oktyabr tarixli protokoldan və Qusar Rayon Məhkəməsinin eyni tarixli qərarının surətindən görünür ki, paranoid şizofreniya formasında xroniki psixi xəstəlik müəyyən edilən Təqsirləndirilən şəxs əməli anlaqsız vəziyyətdə törətdiyindən öz prosessual hüquqlarını və vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyildir, sonuncunun psixi durumuna görə iş üzrə icraatda iştirak edə bilməməsi müəyyən olunmaqla məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir (2-ci cild, iş vərəqi 209-210 və 225-226). İş materiallarında olan Qusar Rayon Prokurorluğunun 2020-ci il 12 noyabr tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli iş üzrə barəsində ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar icraat aparılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü maddəsi ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncu əməli törədərkən anlaqsız vəziyyətdə olduğundan barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün işin məhkəməyə göndərilməsi qərara alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 29, 120.2.7.-ci, 228-ci maddələri, Qanuni nümayəndə1 və Şahid7 əməllərində Azərbaycan Respublikasının CM-nin 307-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd olunmuş, hadisə yerinə baxış zamanı götürülmüş mətbəx bıçağı, noutbuk, onun yükləyicisi, üzərində qana bənzər ləkələr olan ağ rəngli tül pərdə, mavi rəngli odeyal, bir ədəd yaşıl rəngli içərisində ərzaq məhsulları olan çanta zərər çəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmış, hadisə yerindən götürülən xalça, yaylıq, pambığa batırılıb hopdurulmaqla götürülmüş qan nümunələri, tüfəng, bir ədəd patron, iki ədəd giliz, meyitə baxış keçirilərkən götürülmüş, hadisə zamanı Zərərçəkmiş şəxs əynindəki yun materiallı tünd boz rəngli üzəri düyməli uzunqol jaket, tünd qırmızı rəngli, üzəri yaşıl naxışlı, yarı yun materialdan tunika, yun materiallı qara rəngli triko, qara rəngli pambıq materiallı mayka, Təqsirləndirilən şəxs əynindəki qara rəngli, sintetik materialdan, sol diz nahiyəsində 7 sm x 7 sm ölçülü zədə aşkarlanıb üzərində qeyri-müəyyən ləkələr olan şalvar, qara rəngli, yun materialdan, qırmızı-ağ naxışlı sviter, sintetik materialdan solğun bənövşəyi rəngli idman gödəkcəsi, ifadənin yerində yoxlanılması vaxtı götürülmüş 15 ədəd patron, sonuncuya məxsus pencək, bir vərəqdə olan əlyazma maddi sübut hesab edilməklə əlyazma iş materiallarında saxlanılmış, digər maddi sübutlar saxlanılması üçün Qusar Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (2-ci cild, iş vərəqi 227-262). Məhkəməyə təqdim olunan 2021-ci il 15 mart tarixli ərizələrdən və 2021-ci il 05 aprel tarixli teleqramdan görünür ki, şahidlər Şahid8, Şahid1, Şahid7, Şahid9, X10, Şahid10 və Şahid11 istintaqda verdikləri ifadələri təsdiq etməklə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iş üzrə sübutları araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsi, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə iclasında elan edilərək tədqiq olunan özünün və qanuni nümayəndəsinin, şahidlərin ifadələri, baxış və ifadənin yerində yoxlanılması protokolları, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, eləcə də başqa mötəbər sübutlar ilə tamamilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının CM-nin 21.1.-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.1.-ci, 95.0.-cı və 95.0.4.-cü maddələrinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbir kimi ixtisaslaşdırılmış psixatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edə bilər. Məhkəmə kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji, habelə təkrar stasionar məhkəmə-psixiatrik ekspertizalarına dair rəyləri işin faktiki hallarına uyğun hesab edərək onları sübut kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əmələ münasibətdə haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat aparılan Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətməsini, hazırda sonuncunun öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmamasını, kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji, eləcə də təkrar stasionar məhkəmə-psixiatrik ekspertizalarına dair rəyləri ilə onun haqqında ixtisaslaşdırılmış psixatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinin məsləhət görülməsini, Azərbaycan Respublikasının CPM-nin 39.1.10.-cu maddəsinin iş üzrə icraata xitam verilməsinin istisna edildiyinə dair tələbini nəzərə alaraq hesab edir ki, cinayət əməllərini anlaqsız vəziyyətdə törədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 21.1.ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməli, onun haqqında Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.1.-ci, 95.0.-cı və 95.0.4.-cü maddələrinə müvafiq olaraq ixtisaslaşdırılmış psixatriya stasionarında məcburi yerləşdirilib sağalanadək intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə bununla yanaşı hesab edir ki, qərar qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmaqla Qusar Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş hadisə yerindən götürülən xalça, yaylıq, pambığa batırılıb hopdurulmaqla götürülmüş qan nümunələri, tüfəng, bir ədəd patron, iki ədəd giliz, Zərərçəkmiş şəxs hadisə zamanı əynindəki yun materiallı tünd boz rəngli, üzəri düyməli uzunqol jaket, tünd qırmızı rəngli, üzəri yaşıl naxışlı, yarı yun materialdan tunika, yun materiallı qara rəngli triko, qara rəngli pambıq materiallı mayka, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan qara rəngli, sintetik materialdan, sol diz nahiyəsində 7 sm x 7 sm ölçülü zədə aşkarlanan, üzərində qeyri-müəyyən ləkələr olan şalvar, qara rəngli, yun materialdan, qırmızı-ağ naxışlı sviter, sintetik materialdan solğun bənövşəyi rəngli idman gödəkcəsi, sonuncuya məxsus pencək məhv edilməli, ifadənin yerində yoxlanılması zamanı götürülmüş 15 ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, bir vərəqdə olan əlyazmanın cinayət işinin materiallarında saxlanılması, hadisə yerinə baxış zamanı götürülmüş mətbəx bıçağının, noutbukun, onun yükləyicisinin, üzərində qana bənzər ləkələr olan ağ rəngli tül pərdənin, mavi rəngli odeyalın, bir ədəd yaşıl rəngli içərisində ərzaq məhsulları olan çantanın zərər çəkmiş şəxsin hüquqi varisi X5 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 356 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri barəsində ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar icraat aparılan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi ilə əlaqədar icraat aparılan Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkilləri X18 və X15 tərəfindən müvafiq qaydada 27 iş saatı və 08 iş saatı, məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 44 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi ilə əlaqədar icraat aparılan Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı fərdi qaydada fəaliyyət göstərən vəkillər X16 nəfinə (VÖEN: **********) 162 manat, X11 nəfinə (VÖEN: **********) 48 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 264 manat köçürülməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb Azərbaycan Respublikasının CPM-nin 468-477-ci maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilsin, Təqsirləndirilən şəxs barəsində sağalanadək ixtisaslaşdırılmış psixatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qismində qətimkan tədbiri onun ixtisaslaşdırılmış psixiatriya stasionarına yerləşdirilməsinədək dəyişdirilmədən saxlanılsın. Qərar icra edilmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 №-li Respublika Psixiatrik Xəstəxanasına göndərilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmaqla Qusar Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş hadisə yerindən götürülən xalça, yaylıq, pambığa batırılıb hopdurulmaqla götürülmüş qan nümunələri, tüfəng, bir ədəd patron, iki ədəd giliz, Zərərçəkmiş şəxs hadisə zamanı əynindəki yun materiallı tünd boz rəngli, üzəri düyməli uzunqol jaket, tünd qırmızı rəngli, üzəri yaşıl naxışlı, yarı yun materialdan tunika, yun materiallı qara rəngli triko, qara rəngli pambıq materiallı mayka, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan qara rəngli, sintetik materialdan, sol diz nahiyəsində 7 sm x 7 sm ölçülü zədə aşkarlanan, üzərində qeyri-müəyyən ləkələr olan şalvar, qara rəngli, yun materialdan, qırmızı-ağ naxışlı sviter, sintetik materialdan solğun bənövşəyi rəngli idman gödəkcəsi, sonuncuya məxsus pencək məhv edilsin, ifadənin yerində yoxlanılması zamanı götürülmüş 15 ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin, bir vərəqdə olan əlyazmanın cinayət işinin materiallarında saxlanılması, hadisə yerinə baxış zamanı götürülmüş mətbəx bıçağının, noutbukun, onun yükləyicisinin, üzərində qana bənzər ləkələr olan ağ rəngli tül pərdənin mavi rəngli odeyalın, bir ədəd yaşıl rəngli içərisində ərzaq məhsulları olan çantanın zərər çəkmiş şəxsin hüquqi varisi X5 qaytarılması nəzərə alınsın. Haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi ilə əlaqədar icraat aparılan Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı fərdi qaydada fəaliyyət göstərən vəkillər X16 nəfinə (VÖEN: **********) 162 manat, X11 nəfinə (VÖEN: **********) 48 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 264 manat köçürülsün. 356 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-510/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-510/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver