Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-510/2024 14.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X22 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X8, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 2003-cü ildə Sabirabad şəhərində anadan olmuş, natamam ali təhsilli (BDU-nun 3-cü kurs tələbəsi), subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, işləməyən, Sabirabad şəhəri, Məhəmməd Füzuli küçəsi, ev 86-da qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 33-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq etmiş, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətin nümayəndələrinə kömək etmiş və düşmən tərəfinə keçmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, 2022-ci ilin iyun ayında istifadəsində olmuş “X21 10S” markalı mobil telefonuna quraşdırılmış "Telegram” mobil tətbiqində olan “Hayem Es bof kanalı vasitəsi ilə Ermənistan Respublikasının xüsusi xidmət orqanının özünü Andranik adı ilə təqdim edən nümayəndəsi ilə tanış olaraq məxfi əməkdaşlığa cəlb edilmiş, həmin şəxsin tapşırığı ilə 2022-ci ilin sentyabr ayında Xaçmaz şəhərində olarkən Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün Xaçmaz şəhərində yolların və müxtəlif obyektlərin fotoşəkillərini çəkərək “Telegram” mobil tətbiqi vasitəsilə onunla əlaqə saxlamış Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən “Hayem Es” kanalının əlaqə vasitəsi kimi istifadə etdikləri “Hayem Es bot” adlı səhifəyə göndərmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayında Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında “Telegram” mobil tətbiqində fəaliyyət göstərən “Nemrut” adlı kanalının inzibatçısı yenidən Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, sonuncu həmin şəxsin tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün 2022-ci ilin dekabr ayının 14-də “Davam” X12 şəhərində keçirəcəyi aksiyada iştirak etmək üçün könüllüləri Şuşa şəhərinə aparan avtobusla həmin şəhərə gedərkən yolboyu yerləşən hərbi postların, polis əməkdaşlarının xidmət apardıqları mövqelərin yeri barədə məlumatları düşmən tərəfə ötürmək məqsədilə onların video və foto çəkilişlərini etmiş, eləcə də özünün Ermənistan xüsusi xidmət orqanının nümayəndəsi ilə sülhməramlı qüvvələrin yerləşdiyi yerdə görüşmək istəməsi və aksiyada iştirak edən şəxslərə atəş açılaraq öldürülmələri ilə bağlı öz səs yazılarını mobil telefonu vasitəsilə yazaraq, həmin səs yazılarını və çəkdiyi foto və video materialları bu barədə ona verilən tapşırığa uyğun olaraq 23 dekabr 2022-ci il tarixdə Şuşa şəhərində olan zaman “Telegram” mobil tətbiqi vasitəsilə Ermənistan xüsusi xidmət orqanının nümayəndəsinə göndərmişdir. Bundan başqa, 24 dekabr 2022-ci il tarixdə Ermənistan Respublikasının xüsusi xidmət orqanının özünü Edvard adı ilə təqdim edən nümayəndəsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının guya maneəsiz şəkildə kəşfiyyat-pozuculuq fəaliyyətini həyata keçirmək iqtidarında olmalarını nümayiş etdirmək üçün “Nemrut” adlı teleqram kanalının embleminin görünəcək şəkildə Azərbaycan Respublikası ərazisində foto və videoçəkilişlər etməsi barədə tapşırıq vermiş, həmin tapşırığın icrası qaydasında Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə Bakı şəhərinə qayıtdıqdan sonra həmin gün saat 20:00 radələrində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının fotoşəkillərini Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinə göndərmək məqsədilə çəkərək, həmin əməlləri ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan Respublikasının kəşfiyyat orqanının nümayəndələrinin tapşırığı ilə məlumatlar toplayıb və həmin məlumatları sonunculara verib casusluq etməklə, habelə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətin nümayəndələrinə kömək etməklə və düşmən tərəfinə keçməklə dövlətə xəyanət etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxx 2003-cü il tarixdə Şirvan şəhərində anadan olmuşdur. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığı vaxt Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində “ekologiya” ixtisası üzrə 3-cü kursda, rus bölməsində bakalavr təhsili almışdır. Barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Bakı Dövlət Universiteti tərəfindən ona 1 (bir) il müddətinə akademik məzuniyyət verilmişdir. Onun 6 (altı) yaşı olanda anası ilı atası boşanmışlar. Onun 9 (doqquz) yaşı olanda anası ikinci dəfə ailə həyatı qurmuşdur. Onlar əvvəllər Sabirabad rayonunda yaşasalar da, sonradan Bakı şəhərinə köçmüşlər. O, məktəbin beşinci sinfinə Bakı şəhəri, Xətai rayonunda fəaliyyət göstərən 25 saylı tam orta məktəbdə getmişdir. O, məktəb illərinə nifrət edir. Çünki dərslərindən başqa hər şey onun üçün pis keçmişdir. O, məktəbin 10-11-ci siniflərində təhsil alan zaman həyatında müəyyən hadisələr baş vermişdir. Sözügedən hadisələrdən sonra o, normal şəkildə yata və qida qəbul edə bilməmişdir. Onun baş ağrıları da, artmışdır. Ona görə də o, həddən çox ağrıkəsici dərmanlar qəbul etməyə başlamışdır. Əsəbi olan, həyəcanlanan, incidilən və qorxan zaman o, birdən ya gülməyə, ya da ağlamağa başlamışdır. Bundan əlavə, o, tez-tez huşumu itirməyə başlamışdır. Səhhətində baş verən bütün bu problemlərə görə ailə üzvləri onu həkimə aprmışlar. Həkim ona “kəskin qan azlığı və dəmir defisitli anemiya” diaqnozu qoymuşdur. Ətrafındakı insanlar ona psixoloqa müraciət etməyi məsləhət görmüşlər. O da, bu məsləhətlərə qulaq asaraq psixoloqa müraciət etmişdir. O, internet vasitəsilə bir psixoloq tapmışdır. “COVİD-19” pandemiyası səbəbilə o, internet vasitəsilə tapmış psixoloqla əyani şəkildə yox, “Whatsapp” mobil tətbiqi vasitəsilə söhbət etmişdir. Həm ali təhsil pilləsinin bakalavr səviyyəsinə qəbulla bağlı imtahanlara hazırlaşdığına, həm də ailəsindən gizli şəkildə psixoloqa müraciət etdiyinə görə üçüncü seansdan sonra o, psixoloqla ünsiyyətini dayandırmışdır. O, 14 noyabr 2020-ci il tarixdə küçədə gedərkən öz-özünə gülmüşdür. Bu zaman ətrafda olan polis əməkdaşları səbəbsiz yerə güldüyünü görüb onun narkotik vasitələrin təsiri altında olduğunu düşünərək onu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə aparmışlar. Polis əməkdaşları tərəfindən saxlanılmasından 1 (bir) saat keçdikdən sonra onun anası DİN-in “102” xidmətinə zəng edərək onun itkin düşməsi barədə məlumat vermişdir. Lakin anası “102” xidmətinə zəng etdikdə, onun hazırda Bakı şəhəri Nizami Rayon Polis İdarəsində olması barədə anasına məlumat verməmişlər. Bir müddət keçdikdən sonra, daha dəqiq desə, axşam saatlarında polis əməkdaşları anasına zəng edərək onun Bakı şəhəri Nizami Rayon Polis İdarəsində olduğunu və onun polis əməkdaşlarının axtardıqları bir nəfərə oxşadığı üçün saxlanıldığını demişlər. Polis əməkdaşları bənzətdikləri şəxsin fotoşəklini də ona göstərmişlər. O, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində olan zaman orada Firdovsi adlı polis əməkdaşı onu sorğu-sual etmişdir. Sorğu-sual zamanı Firdovsi onun dayanmadan güldüyü üçün əsəbləşmişdir. Çünki Firdovsi onun məzələndiyini düşünmüşdür. Gülməyi dayandırmadığını görən Firdovsi onun boğaz nahiyəsinə 1 (bir) dəfə güclü yumruq zərbəsi vurmuşdur. Firdovsi onu sərbəst buraxmaq istəməmişdir. Sonra Firdovsi ondan narkotik vasitə istəyib-istəmədiyini soruşmuş, narkotik vasitə istəyəcəyi təqdirdə, özündə külli miqdarda narkotik vasitənin olduğunu ona demişdir. O da, Firdovsiyə heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini və Firdovsidən narkotik vasitə istəmədiyini bildirmişdir. Firdovsi isə onun bu sözlərinə inanmamış və dayanmadan əsassız olaraq güldüyünü əsas gətirərək onun narkotik vasitələrdən istifadə etdiyini təkid etməyə davam etmişdir. O da, Firdovsiyə əvvəllər də, səbəbsiz yerə güldüyünü və səbəbsiz gülüşünün narkotik vasitələrlə heç bir əlaqəsi olmadığını demişdir. O, ümumiyyətlə polis əməkdaşları tərəfindən saxlanıldığı əraziyə rəfiqəsinin doğum günü ilə bağlı keçirdiyi yığıncaqda iştirak etmək məqsədilə getmişdir. O, sorğu-sual zamanı Firdovsiyə valideynlərinin əlaqə nömrələrini vermişdir. Sonra Firdovsi onu sərbəst buraxacağını bildirmişdir. Firdovsi ona qarşı müəyyən bir hərəkət etmişdir. Daha dəqiq desə, Firdovsi onun mobil telefon nömrəsini almış və onun telefon nömrəsinə qısa bir zəng atmışdır ki, Firdovsinin telefon nömrəsi onun telefonunda qeydə alınsın. Bundan sonra Firdovsi onunla telefon vasitəsilə əlaqə saxlayacağını bildirmişdir. Bu söhbətdən sonra Firdovsi onu sərbəst buraxmışdır. O, Polis İdarəsində olduğu bütün müddət ərzində telefonunun səsyazma funksiyasını açıq qoymuşdur. O, Polis İdarəsindən çölə çıxmaq istəyən zaman polis əməkdaşları onun Polis İdarəsində başına gələn hər şeyi telefonunun səsyazma funksiyası ilə qeydə aldığını öyrənmişlər. Həmin polis əməkdaşları səs yazısını silmək məqsədilə telefonu ondan tələb etmişlər. O isə, telefonu polis əməkdaşlarına verməmişdir. Buna görə də polis əməkdaşları onu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə apararaq orada kommendant saatı ilə bağlı qaydanı pozan şəxs kimi qeydiyyata almışlar. Çünki artıq gecə saatları olmuşdur. O, BDUnun birinci kursunda təhsil alan zaman, daha dəqiq desə 2021-ci ilin mart ayında Bakı şəhəri Nizami Rayon Polis İdarəsində başına gələnlərlə bağlı özündə yenidən psixoloqa və ya psixiatra müraciət etmək ehtiyacı duymuşdur. Bu zaman o, təsadüf əsnasında tanış olduğu bir nəfər şəxs vasitəsilə bir xanım psixoloqla tanış olmuşdur. O, həmin xanım psixoloqla 2021-ci ilin mart ayında 2 (iki) dəfə görüşmüşdür. Onun həmin xanım psixoloqla keçirdiyi ilk görüş normal keçmiş və həmin görüş zamanı onlar ikisi təklikdə olmuşlar. İkinci səfər o, həmin xanım psixoloqla seansda olan zaman 2 (iki) nəfər tanımadığı şəxs həmin seanslara qoşulmuşdur. Həmin xanım psixoloq gəlmiş olan iki nəfərin dövlət işçisi olduğunu və həmin iki nəfərin onun polis orqanları ilə olan probleminin həll olunmasında ona kömək edəcəklərini bildirmişdir. Həmin vaxt o, iki nəfərin polis əməkdaşı olduğundan şübhələnmişdir. Şübhələndiyinə görə də o, həmin iki nəfərə Bakı şəhəri Nizami Rayon Polis İdarəsində polis əməkdaşlarına danışdığı uydurmanı, yəni yalanı danışmağa məcbur olmuşdur. Bununla da onun həmin xanım psixoloqa olan güvəni qırılmışdır. O, Rauf adlı şəxsdən və polis əməkdaşlarından şikayət etmək istəməmişdir. Çünki şikayət edəcəyi təqdirdə, bu ona və ailəsinə problem olacaqdı. O isə, problem olacağından qorxmuşdur. Həmin xanım psixoloqun seansı bitdikdən sonra o, evə getmişdir. Evə çatan kimi xanım psixoloq və həmin tanımadığı iki nəfər barədə o, öz anasına demişdir. Bu zaman anası ona hirslənərək əsəbi bir şəkildə niyə şəxsi problemləri barədə anasına danışmadığını soruşmuşdur. O, anasından qorxmuş və ona görə də anasına şəxsi problemləri barədə heç nə danışmamışdır. O, anası və ögey atası ilə tez-tez söhbət etməmişdir. Anası və ögey atasının ona ayıracaq vaxtı olmamışdır. Bundan sonra 2021-ci ilin iyun-iyul aylarında, yəni Bakı Dövlət Universitetinin birinci kursunda təhsil alan zaman BDU-da onun akademik məsləhətçisi, yəni tyutoru olan Fidan xanım ona 2 (iki) nəfər şəxsin universitetdə tələbələri qəbul edəcəyini bildirmişdir. Bir müddət sonra həmin iki nəfər şəxs onu universitetdə qəbul etmişdir. Onunla aparılan söhbət zamanı həmin iki nəfər şəxs digər tələbələrə yazdığı kimi, ona da, milliyətcə erməni olan bir şəxsin yazıb-yazmadığı barədə suallar vermişdir. O, həmin iki nəfər şəxsə məktəbin doqquzuncu sinfində təhsil alan zaman başına gəlmiş bir hadisəni danışmışdır. Belə ki, o, həmin iki nəfər şəxsə məktəbin doqquzuncu sinfində təhsil alan zaman “Youtube” platformasında 13 yaşlı Ruben adlı bir oğlanla mübahisə etdiyini, mübahisə etdikdən sonra isə Rubeni “blok” etdiyini bildirmişdir. Həmin iki nəfər şəxs isə öz növbəsində ondan başına belə bir hadisənin bir daha gələcəyi təqdirdə, universitetin əməkdaşlarına müraciət etməyini xahiş etmişlər. O, 28 yanvar 2022-ci il tarixdə könüllülük fəaliyyəti ilə məşğul olan təşkilatlara müraciət etmişdir. Çünki psixoloq ona vaxtını dəyərləndirməyi barədə məsləhət vermişdir. O, bakalavr ixtisası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən könüllülük təşkilatına müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən könüllülük təşkilatına qoşulmuşdur. Könüllü kimi fəaliyyət göstərmək və bu fəaliyyətlə əlaqədar dostlarının sayının artması onun son dərəcə xoşuna gəlmişdir. Daha sonra, səhv etmirsə, 2022-ci ilin iyun-iyul aylarında “Telegram” mobil tətbiqi vasitəsilə bir nəfər ona ismarıc göndərmişdir. O, ismarıc yazmış şəxsi tanımamışdır. Ona ismarıc yazmış şəxsin “Telegram” mobil tətbiqində onun abunəçisi olduğu hansısa bir xəbər və ya musiqi kanalında onunla birgə abunəçi olduğunu düşünmüş və buna görə də o, həmin şəxsin ismarıca cavab vermişdir. Ona yazmış şəxs ondan “Telegram” mobil tətbiqində kanalları necə “spam” edə biləcəyini soruşmuşdur. Həmin şəxs “Telegram” mobil tətbiqində kanalların “spam” edilməsi qaydasının “İnstagram” sosial şəbəkəsindəki qaydalardan fərqli olduğu üçün ona müraciət etmişdir. O da, həmin şəxsə “Telegram” mobil tətbiqində kanalları necə “spam” edə biləcəyini izah etmişdir. Daha sonra həmin şəxs ondan rusca bilib-bilməməyini, bildiyi təqdirdə isə “Telegram” mobil tətbiqində kanalları necə “spam” edə biləcəyini rusca izah etməyini xahiş etmişdir. O, ailə üzvlərinin onun tanımadığı şəxslə yazışmasını öyrənmələrindən və nəticədə ona hirslənəcəklərindən qorxduğu üçün həmin şəxslə onun arasında olan bütün yazışmaları silmiş, həmin şəxsin özünü isə “blok” etmişdir. 1-2 saat saat sonra həmin şəxs ona “Telegram” mobil tətbiqi vasitəsilə başqa bir hesabdan yenidən ismarıc göndərərək ondan bir öncəki hesabını niyə “blok” etdiyini soruşmuşdur. O, bu hesabı da, cavablandırmadan “blok” etmişdir. Növbəti gün səhər saatlarında o, həmin şəxsin “Telegram” mobil tətbiqi vasitəsilə daha başqa bir hesabdan ona göndərmiş olduğu ismarıclarını görmüşdür. Həmin ismarıclar ancaq çirkin ifadələrdən ibarət olmuşdur. Həmin şəxsin istifadəsində olan “Telegram” hesabı “Hayem Es” kanalına abunə olmuş və həmin şəxs kanalda fotoşəkillər paylaşmış, eləcə də şərhlər yazmışdır. Həmin an o, həmin şəxsin milliyətcə erməni olduğunu anlamışdır. Vətən müharibəsi bitdikdən sonra o və BDU-dakı qrup yoldaşları virtual qrup açmışlar. Həmin qrupda o və qrup yoldaşları erməni mənşəli “Telegram” kanallarını kütləvi şəkildə “spam” etmişlər ki, həmin kanallar bağlansın. Həmin kanalları da “spam” edən şəxslərin məlumatları ermənilərə sızmışdır. Yəni ona yazmış olan şəxs onu bu üsulla tapmışdır. Bundan sonra, o, yazmış olan şəxsin ondan nə istədiyini anlamaq üçün özünə cəlb edərək həmin şəxsdən söz almaq qərarına gəlmişdir. O, həmin şəxsə “Telegram” mobil tətbiqi vasitəsilə Vətən müharibəsindən sonra bəzi erməni mənşəli “Telegram” kanallarının ölkə tələbələri tərəfindən “spam” edilərək ölkə tələbələrinin həmin kanalların bağlanmalarına nail olmağa çalışdıqlarını bildirmişdir. O, həmin şəxslə “Telegram” mobil tətbiqi vasitəsilə 1- 2 gün yazışmış və bu müddət ərzində həmin şəxsə özünün milliyətcə erməni olduğunu, ailəsinin olmadığı barədə yalan məlumatlar yazmışdır. Zənnincə o, həmin şəxsdən məlumat almağı bacarmışdır. Həmin şəxs isə öz növbəsində “Telegram” mobil tətbiqi vasitəsilə ona bəzi “Telegram” kanallarının adlarını yazaraq həmin kanalların inzibatçılığını öz üzərinə götürməyini, öz üzərinə götürdükdən sonra isə həmin inzibatçılığı həmin şəxsə, yəni onun yazışdığı şəxsə ötürməyini ondan xahiş etmişdir. Həmin şəxsin ona yazmış olduğu kanallar Azərbaycan kanalları olmuşlar. O da, bundan sonra həmin şəxslə arasında olan bütün yazışmaları “skrinşot” edərək həmin şəxsi “blok” etmişdir. Habelə o, özünə məxsus olan “Telegram” mobil tətbiqini də, silmişdir. 2022-ci ilin avqust ayında o, “Telegram” mobil tətbiqini bərpa etmişdir. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan zaman orada öyrənmişdir ki, hər səfərində “Telegram” mobil tətbiqini silib, sonra isə mobil tətbiqi bərpa edəndə onun əlaqə nömrəsi kimdə varsa, həmin şəxslərə onun “Telegram” mobil tətbiqinə geri dönməsi barədə bildirişlər gəlmişdir. 2022-ci il avqust ayının 18-də və ya 20-də “Telegram” mobil tətbiqi vasitəsilə ona bir nəfər rusca ismarıc göndərmişdir. Həmin ismarıc təhqir və hədə-qorxudan ibarət olmuşdur. Həmin şəxs ona “Telegram” mobil tətbiqi vasitəsilə “Fidan, sən məni aldatdığını düşünürsən?” yazmışdır. Həmin şəxsin ona “Telegram” mobil tətbiqi vasitəsilə onun adını, əlaqə nömrəsini və bəzi şəxsi məlumatları yazması onu çox qorxutmuşdur. Ona görə də o, dərhal həmin şəxsi “blok” etmiş və bir müddət “Telegram” mobil tətbiqinə daxil olmamışdır. O, nə edəcəyini bilməmiş və həmin vaxt bütün bunların bir oyun olduğunu, yəni kiminsə onunla məzələndiyini düşünmüşdür. Amma o, ona yazmış şəxsin “Telegram” hesabını görmüş və həmin hesabı “skrinşot” etmişdir. Daha sonra 2022-ci ilin sentyabr ayında o, yenidən “Telegram” mobil tətbiqinə daxil olduqda, görmüşdür ki, ona artıq heç kəs heç nə yazmamışdır. “Telegram” mobil tətbiqi könüllülük fəaliyyəti ilə bağlı paylaşımları, fotoşəkilləri və musiqiləri yükləmək üçün ona əlverişli olmuşdur. 06 sentyabr 2022-ci il tarixdə “Telegram” mobil tətbiqi vasitəsilə ona “Hayem Es” kanalından yenidən ismarıc gəlmişdir. Həmin ismarıcda isə belə yazılmışdır - “Sənə son bir şans verirəm. Etməsən, sənin şəklini paylaşaraq səni öz əməkdaşımız kimi qələmə verəcəm”. Bundan əlavə, həmin şəxs onun fotoşəklini vətən xaini kimi paylaşacağı, fotoşəkildən əlavə, əlaqə nömrəsini, adını və təhsil aldığı ali təhsil müəssisəsinin adını da paylaşacağı ilə hədələmişdir. Həmin şəxs ona ali təhsil müəssisəsindən qovulacağını demişdir. Həmin şəxs onun fotoşəklini “Telegram” hesabından yükləmişdir. Bundan sonra, milliyətcə erməni olan həmin şəxs ona tapşırıq vermişdir. Milliyətcə erməni olan həmin şəxsin ona vermiş tapşırığa əsasən, o, Ermənistan mövzulu və üzərində ermənicə yazılar olan bir loqo ilə Bakı şəhərinin bir yerində həmin loqonun fonunda bir fotoşəkil çəkib milliyətcə erməni olan həmin şəxsə göndərməli olmuşdur. Milliyətcə erməni olan həmin şəxs tərəfindən ona verilmiş bu tapşırığı icra etməyəcəyi təqdirdə, həmin şəxs onu vətən xaini kimi qələmə verəcəyi ilə hədələmişdir. O, bundan çox qorxmuşdur. O, həmin şəxsə özünün adi bir fotoşəklini göndərmişdir. Əgər o, həmin şəxsə məhz dediyi kimi bir fotoşəkil göndərmiş olsaydı, cinayət məsuliyyətinə cəlb ediləcəyini bilmişdir. Ona görə də o, həmin şəxsə özünün adi bir şəklini göndərmişdir. Bundan sonra, o, bu barədə Bakı Dövlət Universitetində akademik məsləhətçisi, yəni onun tyutoru olan Fidan xanıma yazmışdır. O, Fidan xanımla yay tətili zamanı söhbət etmiş, sonuncuya problemləri barədə danışmış, Fidan xanım isə onu daim səbrlə dinləmişdir. Bu səfər də o, Fidan xanıma güvənərək başına gələn bütün bu hadisələr barədə məhz Fidan xanıma yazmışdır. Fidan xanım ondan Ermənistanla bağlı əlində olan bütün “skrinşot”ları, habelə Ermənistanla bağlı “skrinşot” etmədiyi digər bütün yazışmaları “skrinşot” edərək özünə göndərməyini istəmişdir. O da, göndərmişdir. O, Fidan xanıma milliyətcə erməni olan şəxslərin ona daha öncələr də yazdıqlarını söyləmişdir. Həmçinin o, Fidan xanıma milliyətcə erməni olan bir şəxsə internetdən yükləmiş olduğu fotoşəkilləri də göndərdiyini demişdir. Həmin fotoşəkillərdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin arxa hissəsi və “Elmlər Akademiyası” metrostansiyası əks olunmuşdur. Fidan xanım isə öz növbəsində ondan həmin fotoşəkilləri də göndərməyini istəmişdir. O da, həmin şəkilləri Fidan xanıma göndərmişdir. Həmin fotoşəkillər onun telefonunun qalereyasında qalmışdır. Onun milliyətcə erməni olan şəxsə göndərmiş olduğu fotoşəkillərin arasında Xaçmaz rayonuna aid olan şəkil olmamışdır. Bundan sonra, Fidan xanım ona “Telegram” mobil tətbiqini geriyə dönüşü olmayan bir şəkildə silməyi tapşırmış və o da, silmişdir. Söhbətin sonunda Fidan xanım ona narahat olmamağını, özünün lazımı şəxslərə xəbər verəcəyini və xəbər gözləməyini ona tapşırmışdır. O, həmçinin Fidan xanıma 2022-ci ilin yay aylarında başına gələn hadisə ilə bağlı polis əməkdaşlarına da, zəng etdiyini, amma polis əməkdaşlarından çəkindiyinə və ailəsinin bu barədə xəbər tutacağı təqdirdə, ona hirslənəcəklərindən qorxduğu üçün polis əməkdaşlarına başına gələn hadisə ilə bağlı məlumat vermədiyini bildirmişdir. Fidan xanım ona Bakı Dövlət Universitetində tələbələri qəbul edən və onunla da söhbət aparmış iki nəfərə məlumat verəcəyini bildirmişdir. 05 dekabr 2022-ci il tarixdə o, ilin könüllülərindən biri olaraq seçilmişdir. Habelə o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ən fəal ekokönüllüsü seçilmiş və buna görə ona mükafat təqdim edilmişdir. Mükafat Mingəçevir şəhərinə təşkil edilən turistik turdan ibarət olmuşdur. Həmin tura görə o və bu turu mükafat qismində qazanan nazirliyin digər ekokönüllüləri Mingəçevir şəhərində yerləşən “Kür” mehmanxanasında qalmalı olmuşlar. Beləcə o və nazirliyin digər ekokönüllüləri 06 dekabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhərindən Mingəçevir şəhərinə doğru yola düşmüşlər, həmin gün axşam saat 21:00 radələrində isə evlərinə geri dönmüşlər. O, Şuşadakı ekoloji aksiyaya qatılmağı düşünmüşdür. Çünki o, həm xəstə olmuş, həm də ki, artıq bir könüllü olaraq onun fəaliyyət müddəti bitmişdir. 13 dekabr 2022-ci il tarixdə könüllü yoldaşları ona Şuşadakı ekoloji aksiyaya gedərək oradakı ekoloji aksiyaya dəstək olacaqlarını və həmin ekoloji aksiyada iştirak edənlərin əksəriyyətinin ekoloq olduqlarını söyləmişlər. Bu zaman o, könüllü yoldaşlarından Şuşadakı ekoloji aksiyaya yollanmaq üçün boş yerin olub-olmamasını, boş yerin olduğu təqdirdə isə onu da özləri ilə aparmalarını təklif etmişdir. Yekunda onun Şuşadakı ekoloji aksiyaya getməsi təstiqlənmişdir. Plana görə, o və digər könüllülər 14 dekabr 2022-ci il tarixdə səhər saatlarında Şuşaya doğru yola düşməli, həmin günün axşam saatlarında isə geri dönməli olmuşlar. Beləliklə, o və digər könüllülər Şuşadakı ekoloji aksiyaya yollanmışlar. Şuşada olan zaman onun və digər könüllülərin günü son dərəcə normal bir şəkildə keçmişdir. 14 dekabr 2022-ci il tarixdə axşam saatlarında artıq Bakı şəhərinə dönməyin vaxtı çatmışdır. Bu zaman onun və digər könüllülərin üzərində rəhbər olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi olan şəxs ondan başqa bir könüllünü əvəz edərək əlavə olaraq Şuşada daha 2-3 gün qala bilib-bilməyəcəyini soruşmuşdur. O isə, bundan imtina edərək elə həmin gün, yəni 14 dekabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhərinə, yəni evə geri dönmüşdür. 18-20 dekabr 2022-ci il tarixdə Bakı Dövlət Universitetindəki qrup yoldaşlarından Şuşadakı ekoloji aksiyada iştirak edən tələbələrin kəsirlərinin silinəcəyi barədə xəbər eşitmişdir. Bundan sonra, o, ikinci dəfə Şuşadakı ekoloji aksiyaya yollanmışdır. O, ikinci dəfə Şuşadakı ekoloji aksiyaya yollanan zaman BDU-nun tələbəsi kimi yollanmamış, çünki BDU-nun tələbələri üçün nəzərdə tutulmuş yer kvotası artıq dolmuşdur. Buna görə də, o, Şuşadakı ekoloji aksiyaya Ədliyyə Nazirliyinin könüllüsü kimi yollanmış, çünki həmin an üçün həm də Ədliyyə Nazirliyinin könüllüsü olmuşdur. O, Şuşadakı ekoloji aksiyada olan zaman, dekabr ayının 21 və 22-də gecə növbəsində, dekabr ayının 23 və 26-da isə günorta növbəsində olmuşdur. O, Şuşadakı ekoloji aksiyada olan zaman ərazidə hərbi xidmət aparan və Rusiya Federasiyasının Qarabağda yerləşən sülhməramlı kontingentinin əsgəri olan bir nəfər ona Azərbaycan musiqisi barədə xoşagəlməz ifadələr söyləmiş və bu səbəbdən də onunla həmin əsgər arasında mübahisə yaranmışdır. Həmin musiqi səsi Şuşa qoruğundan gəlmişdir. Həmin əsgər ondan başqa digər ekoloji aksiya iştirakçılarının da qulaqlarına xoşagəlməz ifadələr söyləmişdir. Bu zaman o, həmin əsgərdən acıq çıxmaq qərarına gəlmiş və həmin əsgərin əvvəlcə “İnstagram” hesabını, sonra isə “Telegram” hesabını tapmışdır. Bundan sonra o, həmin əsgərin “Telegram” hesabına yazmışdır. O, həmin əsgərə yazaraq sonuncu ilə guya dost olmaq istədiyini bildirmişdir. O, həmin əsgərə yazaraq sonuncunun fikrini bir az yayındırdıqdan sonra həmin əsgərin “Telegram” hesabındakı hərbi formada olan fotoşəklini “skrinşot” etmişdir. Bundan sonra o, həmin əsgəri hərbi formada olan fotoşəklini paylaşacağı ilə hədələməyə başlamış, həmin əsgər isə bundan çox qorxmuşdur. Həmin əsgər ona hərbi formada olan fotoşəklini paylaşacağı təqdirdə, həbs ediləcəyini bildirmişdir. Çünki həmin fotoşəkildə həmin əsgərin üzü aydın bir şəkildə görünmüşdür. Həmin əsgər dərhal ona “sənə söz verirəm, mən bir daha sənə və sənin yoldaşlarına sataşmayacağam” məzmunda ismarıc yazaraq onu “blok” etmişdir. Bununla da o, artıq öz məqsədinə çatmışdır. Belə ki, həmin əsgər artıq onu və yoldaşlarını təhqir edə bilməyəcəkdi. 23 dekabr 2022-ci il tarixdə ekoloji aksiya təşkilatçıları onu və digər aksiya iştirakçılarını Şuşa ekskursiyasına aparmışlar. O və digər aksiya iştirakçıları ekskursiya zamanı fotoşəkillər çəkmişlər və şəhəri gəzmişlər. O və digər aksiya iştirakçıları həmin gün günorta saatlarında ekskursiyadan aksiya ərazisinə geri dönmüşlər. Saat 17:00-18:00 radələrində onlar əraziyə geri dönən zaman ərazidə olan onların nümayəndələri ermənilərin aksiyaya müdaxilə etmək məqsədilə aksiya ərazisinə yaxınlaşdıqlarını, bunun üçün də onun və digər aksiya iştirakçılarının cəld bir şəkildə mehmanxanaya və hostelə geri dönməli olduqlarını bildirmişlər. Aksiya iştirakçılarının bir qismi mehmanxanada, bir qismi isə hosteldə qalmışdır. O, hosteldə qalmışdır. Beləliklə, o və digər aksiya iştirakçıları mehmanxanaya və hostelə getmişlər. Onu və digər aksiya iştirakçılarını mehmanxanaya və hostelə aksiya təşkilatçıları avtomobil vasitəsilə aparmışlar. O, hostelə gələn zaman “Telegram” hesabına çoxsaylı bildirişlərin gəldiyinin şahidi olmuşdur. 3 (üç) nəfər onun “Telegram” hesabına çoxsaylı təhqir dolu ismarıclar göndərmişdir. Əlavə olaraq da, bir nəfər onun “Telegram” hesabına rusca yazmışdır. O da, bu şəxslərin hamısını “blok” etmişdir. Bundan sonra onun “Telegram” hesabına daha bir nəfər yazmışdır. Həmin şəxs 16-17 yaşlı bir oğlan olmuşdur. Həmin oğlan ona “sən kimsən?” məzmunda bir ismarıc yazmışdır. O da, həmin oğlana “mənim adım Nərgizdir. Bəs sən kimsən?” məzmunda ismarıc yazmışdır. Həmin oğlan da ona “biz səndən bir şey istəyirik. Əgər istəyimizi etsən, səndən əl çəkərik” məzmunda ismarıc yazmışdır. Bu zaman onun “Telegram” hesabına “Kunanoe Bot” adlı bir “bot”dan bildiriş gəlmişdir. O da, həmin bildirişin nə olduğunu anlamaq üçün “Telegram” hesabına daxil olmuş və daxil olan zaman birdən telefonunun ekranında “Start” və “Müvəqqəti olaraq bloklaşdırılıb” yazıları peydə olmuşdur. O, dərhal həmin “bot”u simişdir. Bundan sonra onun “Telegram” hesabına daha bir nəfər yazmışdır. Bu zaman o, ona yazmış həmin şəxsin hesabını “skrinşot” edərək telefonunda saxlamışdır. O, artıq bu səfər həmin şəxsin ondan nə istədiyini soruşmuşdur. Həmin şəxs onun şəxsi məlumatlarının əllərində olduğunu, onun şəxsi məlumatlarını paylaşaraq təhqir edəcəklərini, onun Şuşadakı ekoloji aksiyada olduğunu bildiklərini söyləyərək onu hədələmişlər. Bundan əlavə, həmin şəxs ona “Nəmrud” adlı “Telegram” kanalından gələcək olan bütün tapşırıqları icra etməli olduğunu bildirmişdir. Həmçinin həmin şəxs ona ermənilərin Şuşada özlərinə çalışan əməkdaşlarının olduqlarını və əgər ona yazmış olan şəxsin dediklərini etməzsə, ermənilərə çalışan Şuşadakı həmin şəxslərin onu məhv edəcəklərini demişdir. Həm də həmin şəxs ona “Siz Şuşanı işğal etmisiniz! Şuşa torpaqları bizimdir! Sizin keçirdiyiniz ekoloji aksiyaya görə bizim avtomobillər yaralılarımıza dəstək ola bilmir! Mən sənə indi bir yazı göndərəcəm, sən də həmin yazını oxuyaraq öz səsini audio ismarıc şəklində mənə göndər. Biz də səndən əl çəkək. Əks halda, sən bizdən qaça bilmərsən” məzmunda ismarıclar yazmışdır. Həmin şəxs onun daha da qorxması üçün bir nəfərin Ermənistan mövzulu və üzərində ermənicə yazılar olan bir loqo ilə özünün həmin loqonun fonunda olan bir fotoşəklini göndərmişdir. Həmin fotoşəkil Azərbaycanda çəkilmişdir. Bundan sonra həmin şəxs ona audio ismarıc üçün lazım olan həmin yazıları göndərmişdir. Həmin yazının məzmunu “siz niyə orada dayanan Azərbaycan və Rusiya əsgərlərini güllələmirsiniz?” məzmunda olmuşdur. O isə, həmin yazılardakı müəyyən sözləri dəyişdirərək həmin yazını oxumuş və öz səsini audio ismarıc şəklində “Telegram” mobil tətbiqi vasitəsilə ona yazmış həmin şəxsə göndərmişdir. Daha sonra həmin şəxs onu ağır ifadələrlə təhqir etmişdir. Çünki o, həmin şəxsin ona göndərmiş yazıları redaktə etmişdir. Bundan sonra həmin şəxs bu tapşırığı icra edə bilmədiyi üçün ona başqa bir tapşırıq daha vermişdir. Belə ki, o, Ermənistan mövzulu və üzərində ermənicə yazılar olan bir loqo ilə özünün həmin loqonun fonunda olan bir fotoşəklini həmin şəxsə göndərməli olmuşdur. O, bu tapşırığı icra etməmiş və həmin şəxsi dərhal “blok” etmişdir. Bundan sonra həmin şəxs ona başqa bir “Telegram” hesabından yenidən yazmış və həmin yazı belə məzmunda olmuşdur: “sənin səsyazın əlimdədir və mən əgər həmin səsyazısını yaysam, səni elə Şuşada öldürəcəklər”. O da, həmin şəxsi yola vermək məqsədilə həmin şəxsə çoxdan çəkilmiş olan və həmin an telefonunun qalereyasında olan 2-3 şəkli həmin şəxsə “Telegram” mobil tətbiqi vasitəsilə göndərmişdir. Onun həmin şəxsə göndərmiş olduğu fotoşəkillər özündə heç bir strateji obyekti ehtiva etməmiş, həmin fotoşəkillər sosial şəbəkələrdə daim tirajlanmışdır. Ona görə də o, həmin şəxsə məhz bu fotoşəkilləri göndərərək cinayət törətdiyini düşünməmişdir. Əgər o, həmin şəxsə dediyi kimi loqolu bir fotoşəkil göndərmiş olsaydı həmin vaxt cinayət törətmiş olardı. O isə, həmin şəxsə dediyi kimi loqolu bir fotoşəkil göndərməmişdir. O, həmin şəxsin vermiş olduğu tapşırığı icra etməmişdir. O, həmin şəxsə 2-3 əhəmiyyətsiz fotoşəkil göndərdikdən sonra həmin şəxsin “Telegram” hesabını “blok” edərək hesabını arxivə salmışdır. Onun Rəşad adlı bir tanışı olmuşdur. X6 Xidmətində xidmət etmişdir. O, 2022-ci ilin oktyabr ayında Rəşadla əlaqə yaradaraq başına gəlmiş bütün hadisələri danışmış və Rəşada birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinə gedərək başına gələnləri danışmaq istədiyini bildirmişdir. O, təkbaşına Dövlət Təhlükəsizliyi Xidmətinə getməkdən qorxmuşdur. Rəşad isə onun Dövlət Təhlükəsizliyi Xidmətinə ancaq atası ilə birgə gedə biləcəyini bildirmişdir. O isə, ailə üzvlərindən qorxduğuna görə ailə üzvlərinə başına gələnləri danışa bilməzdi. O, başına gələnlərlə bağlı ancaq Fidan xanıma xəbər vermişdir. 24 dekabr 2022-ci il tarixdə gecə saatlarında o, başına gələnlərlə bağlı Rəşada yazmıdşır. Rəşad isə, ona “mən axı sənə demişdim ki, Şuşaya getmə, başına problemlər gələcək” demişdir. Beləliklə, Rəşad ona kömək etməmişdir. Sonra o, Qurban adlı şəxsə zəng etmişdir. Qurban “SOCAR”-da təşkilat rəhbəri idi. O, Qurbana başına gələnləri danışmışdır. O, Qurbana inanmış və Qurbanın ona kömək ola biləcəyini düşünmüşdür. Yəni o, X1 Xidmətinə müraciət edərək ona köməklik edə biləcəyini fikirləşmişdir. Qurban Ədliyyə Nazirliyi ilə əlaqə saxlamış və sonra ona bildirmişdir ki, “Dövlət Təhlükəsizliyi Xidmətinin də artıq səndən xəbəri var”. Həmin vaxt Şuşadakı ekoloji aksiyada Nərmin adlı bir könüllü də olmuşdur. Nərmin telefonu ilə görüntülü əlaqə vasitəsilə Rusiya Federasiyasının Qarabağda yerləşən sülhməramlı kontingentinin bir nəfər əsgəri ilə söhbət etmişdir. O, bunu görən kimi Nərminin əlindən telefonunu alaraq yerə çırpmışdır. O, heç kəsə Azərbaycan Respublikası ilə bağlı məlumat verməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq etmiş, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətin nümayəndələrinə kömək etməməsi və düşmən tərəfinə keçməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmədə ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə belə məzmunda ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Bakı Dövlət Universitetinə 2020-ci ildə qiyabi təhsil forması və rus bölməsi üzrə bakalavr pilləsinə qəbul olunmuşdur. O, həmin vaxt Bakı Dövlət Universitetində qiyabi təhsil forması və rus bölməsi üzrə təhsil alan bakalavrların akademik məsləhətçisi olmuşdur. BDU-da akademik məsləhətçi olmaq üçün müvafiq kurs keçmək lazımdır və o da, belə bir kursu keçmişdir. Bir gün “COVİD-19” pandemiyası səbəbilə tədbiq edilmiş karantin zamanı BDU-nun ümumi işlər üzrə prorektoru Mahir Hüseynov dekanlığa gələrək ona rus bölməsi üzrə təhsil alan və yenicə qəbul olmuş bakalavrlarla görüşmək istədiyini bildirmiş və ondan sözügedən bakalavrları yanına gətirməyini istəmişdir. O da, bakalavrları Mahir Hüseynovun qəbuluna aparmışdır. O, həmin vaxt Mahir Hüseynovun bakalavrlarla hansı məqsədlə görüşmək istədiyini bilməmişdir. Mahir Hüseynov bakalavrlarla onun iştirakı olmadan qapalı bir otaqda söhbət etmişdir. Mahir Hüseynov bakalavrlarla söhbətini yekunlaşdırdıqdan sonra onu yanına çağıraraq Təqsirləndirilən şəxs adlı bir tələbinin problemli tələbə olduğunu bildirmiş və ona həmin tələbənin dərsə davamiyyətini, eləcə də özünü aparmasını nəzarətdə saxlamağını tapşırmışdır. O, həmin vaxt X15 Əliyevaya nisbətdə niyə belə fikirdə olmasını anlamamışdır. Bundan bir müddət sonra Mahir Hüseynov ona Təqsirləndirilən şəxs probleminin xarici dövlətin xüsusi xidmət orqanlarına məxfi məlumat ötürməyə çalışmasından ibarət olduğunu bildirmişdir. Bütün bu hadisələrin üzərindən 2 (iki) ildən çox müddət keçdiyinə görə bəzi xüsusatlar tam şəkildə onun yadında deyil. Daha sonra, yəni 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə ismarıc göndərmiş və onlar bir-biri ilə salamlaşmışlar, hal-əhvallarını soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs ona probleminin olduğunu söyləyərək ondan yardım istəmişdir. Onlar akademik məsləhətçilər olaraq hər bir tələbənin həm təhsillə, həm də şəxsi həyatı ilə bağlı problemlərini həll etməyə çalışırlar. O, Təqsirləndirilən şəxs probleminin mahiyyətini soruşduqda, Təqsirləndirilən şəxs özünə milliyyətcə erməni olan şəxslərin ismarıclar yazaraq Təqsirləndirilən şəxs fotoşəkillər istədiklərini, fotoşəkil təqdim etməkdən imtina edən zaman isə qarşı tərəfin müxtəlif hədəqorxularına, təhdid və təhqirlərinə məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs habelə ermənilərə fotoşəkil göndərməyəcəyi təqdirdə, ermənilərin Təqsirləndirilən şəxs şəxsi məlumatlarını dərc edəcəkləri və bundan sonra BDU-nun tələbələri sırasından xaric edəcəkləri ilə hədələndiyini bildirib ondan yardım istəmişdir. O da, Təqsirləndirilən şəxs demiş olduğu bütün bu məlumatları Mahir Hüseynova bildirmişdir. Təqsirləndirilən şəxs ilə onun arasında “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə baş tutmuş bu yazışmadan bir gün sonra Təqsirləndirilən şəxs ona “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə bir daha ismarıc göndərərək ona başına gələnlər barədə polis əməkdaşlarına məlumat verməkdən qorxduğunu bildirmiş və ümumiyyətlə ondan polis əməkdaşlarına məlumat verib-verməməyini soruşmuşdur. O isə, Təqsirləndirilən şəxs bu sualına dəqiq olaraq bir cavab verməmişdir. Daha sonra o, “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə Təqsirləndirilən şəxs başına gələnlər barədə valideynlərinə məlumat verib-vermədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə, başına gələnlər barədə bir müddət əvvəl valideynlərinə məlumat verdiyini və vermiş olduğu bu məlumatdan sonra mobil telefonunun valideynləri tərəfindən əlindən alındığını, o cümlədən evdən küçəyə buraxılmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona mobil telefonunda mövcud olan bütün sosial şəbəkə tədbiqlərini və ani mesajlaşma sistemlərini sildiyini, habelə artıq milliyyətcə erməni olan şəxslər tərəfindən narahat edilmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, dəqiq tarixini xatırlamadığı bir gün gecə saatlarında tanımadığı bir şəxs tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin baş inzibati binasının yaxınlığından Babək prospektinə doğru taksi sifarişi ona daxil olmuşdur. O da, həmin sifarişə uyğun olaraq avtomobilini Dövlət Təhlükəsizliyi Xidmətinin baş inzibati binasının yaxınlığında saxlamış və həmin vaxt orada dayanmış Təqsirləndirilən şəxs görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs hərəkətsiz bir şəkildə dayanmış və sifariş verdiyi taksiyə, yəni ona doğru hərəkət etməmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs əslində xanım olduğunu bilməmiş, əksinə həmin vaxt Təqsirləndirilən şəxs kişi zənn etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs hərəkətsiz dayandığını və sifariş verdiyi taksiyə, yəni ona doğru hərəkət etmədiyini gördüyü üçün sükanı arxasında əyləşdiyi avtomobildən düşərək Təqsirləndirilən şəxs doğru hərəkət etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs taksi sifariş verib-vermədiyini soruşduqda, Təqsirləndirilən şəxs ona taksi sifariş verdiyini təsdiq edərək onun avtomobilinə əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təkərləri olan bir ədəd səyahət çantası da olmuşdur. O da, öz növbəsində həmin çantanı avtomobilinin yük hissəsinə yerləşdirmişdir. Sonra o, avtomobil ilə hərəkətə başlamış və bu zaman Dövlət Təhlükəsizliyi Xidmətinin baş inzibati binasından Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi geyimli bir nəfər əsgəri ona idarə etdiyi avtomobili saxlaması üçün əl işarəsi etmişdir. O, güc strukturlarının inzibati binalarının qabağında avtomobil saxlanılmasının qadağan olduğunu bilmiş və bir anlıq həmin əsgərin ona məhz avtomobili hansı səbəbdən Dövlət Təhlükəsizliyi Xidmətinin baş inzibati binasının qarşısında saxladığı ilə bağlı əl işarəsi etdiyini düşünmüşdür. Bu vaxt Təqsirləndirilən şəxs ona həmin əsgərin əl işarəsinə məhəl qoymayaraq avtomobili idarə etməyə davam etməyini tapşırmışdır. O isə, Təqsirləndirilən şəxs üzündə tibbi maska və əynində gödəkçə olması səbəbilə Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin mənsubu sanmış və bu səbəbdən də idarə etdiyi avtomobili əsgərin əl işarəsilə saxlamamışdır. Bundan sonra körpünün yaxınlığında olan zaman Təqsirləndirilən şəxs ona Şuşa rayonundan gəldiyini və ailə üzvləri üçün darıxdığını bildirərək ondan idarə etdiyi avtomobili daha sürətli bir şəkildə idarə etməyi xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ondan əsgərin əl işarəsilə avtomobili saxlamamasının hansısa bir məsuliyyət yaradıb-yaratmadığını soruşmuşdur. O da, Təqsirləndirilən şəxs hansı səbəbdən məsuliyyətin yaranmalı olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs da, ondan Dövlət Təhlükəsizliyi Xidmətinin əsgərinin əl işarəsilə avtomobili saxlamadıqlarına görə məsuliyyətin yarana bilib-bilməcəyini soruşmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə ona Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmadığını, əksinə BDU-nun üçüncü kurs tələbəsi olduğunu bildirmişdir. Həmin vaxt artıq onda müəyyən şübhələr yaranmağa başlamışdır. Bir məqamı da qeyd etmək istəyir ki, o, həmin gün Təqsirləndirilən şəxs bir dəfə də olsun tibbi maskasız görməmişdir. Bir müddət sonra o, artıq Təqsirləndirilən şəxs yaşadığı həyətə çatmış və Təqsirləndirilən şəxs avtomobildən enib-enməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona bir az geridə, “Bravo” mağazasının qabağında enmək istədiyini bildirmişdir. O da, idarə etdiyi avtomobili bir az geriyə, yəni “Bravo” mağazasının qabağına sürərək Təqsirləndirilən şəxs səyahət çantası ilə birgə avtomobildən endirmişdir. Təqsirləndirilən şəxs avtomobildən endikdən sonra ərazini dərhal tərk etməmişdir. Təqsirləndirilən şəxs avtomobildən endikdən sonra “Bravo” mağazasının qabağında hərəkətsiz bir şəkildə dayanmışdır. Bundan sonra o, ərazini tərk etmişdir. O, avtomobili idarə edən zaman ona Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşından zəng daxil olmuş və həmin əməkdaş özünü ona təqdim edərək onu Dövlət Təhlükəsizliyi Xidmətinin baş inzibati binasına çağırmışdır. O da, öz növbəsində könüllü şəkildə Təqsirləndirilən şəxs avtomobildən endirdikdən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin baş inzibati binasına getmək istəmişdir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin baş inzibati binasına daxil olduqdan sonra oranın əməkdaşı videomüşahidə kameralarının lentə almış olduğu videogörüntüləri ona təqdim edərək bir neçə dəqiqə əvvəl Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin baş inzibati binasının fotoşəkillərini çəkdiyini bildirmiş və bununla bağlı ona suallar vermişdir. O, bu vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşına Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin baş inzibati binasının fotoşəkillərini çəkdiyini görmədiyini söyləmişdir. Təqsirləndirilən şəxs onun avtomobilinə gec minməsinə səbəb Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin baş inzibati binasının fotoşəkillərini çəkməsi olmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı ondan Təqsirləndirilən şəxs dair sual verən zaman həmin əməkdaş da, onun kimi Təqsirləndirilən şəxs kişi bilmişdir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşına Təqsirləndirilən şəxs kişi yox, xanım olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli arayışdan (cild 1, iş vərəqə 9-18) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 20:40 radələrində DTX-nin inzibati binasının qarşısında dayanarkən binanın fotoşəklini çəkmiş və dərhal taksiyə əyləşərək ərazidən uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs DTX-yə dəvət olunmuş, sorğusu keçirilmiş, onun mobil telefonu və onun noutbukunun yaddaşında olan məlumatların təhlili aparılmışdır. Bundan əlavə, məlum olmuşdur ki, “Telegram” mobil tətbiqi üzərindən Təqsirləndirilən şəxs ilə Ermənistan vətəndaşı əlaqə saxlamış və həmin şəxs ondan Bakı şəhərindən videolar çəkməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin şəxsi “bloka” salsa da, cihazın arxiv hissəsində həmin mesajlar qalmaqdadır. Təqsirləndirilən şəxs telefon məlumatlarının təhlili zamanı aşkar edilmiş, eləcə də ermənilərə məxsus “Nemrut” kanalında paylaşılmış və Təqsirləndirilən şəxs məxsus səs yazılarının və foto, video materialların araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs DTX-yə dəvət olunaraq növbəti dəfə sorğusu keçirilmişdir. Təqsirləndirilən şəxs dekabr ayının 10, 11, 14, 20 və 21-26-da Şuşa şəhərində və hazırda məlum aksiyanın keçirildiyi sülhməramlıların yerləşdiyi əraziyə gedərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllüsü qismində fəaliyyət göstərdiyini bildirmişdir. Məlumata görə Təqsirləndirilən şəxs Ruslan və Vladimir Sofin adlı sülhməramlılarla tanış olmuş, sonuncu ilə yaxın münasibət saxlamışdır. 20-26 dekabr 2022-ci il tarixlərdə həmin ərazidə olarkən ermənilərin “Telegram” üzərindən bir neçə dəfə ona yazdığını və müxtəlif tapşırıqlar verdiyini bildirmişdir. Belə ki, ermənilər ilkin olaraq Təqsirləndirilən şəxs Şuşa yazısı olan ərazidə Fidana məxsus hər hansı işarə ilə şəkil çəkməyi tapşırmışdır. Təqsirləndirilən şəxs da, qeyd olunan tapşırığı qismən yerinə yetirmişdir. Daha sonra erməni milliyyətli şəxslər Təqsirləndirilən şəxs mətn göndərərək onu rus dilində səsləndirməsini və bundan əlavə ermənilərin xeyrinə digər səs yazıları hazırlamasını xahiş etmişlər, Təqsirləndirilən şəxs isə, həmin tapşırığı yerinə yetirmişdir. Təqsirləndirilən şəxs mobil telefonunda “Snapcat” proqramında gizlədilmiş Azərbaycan Respublikasında müxtəlif dövlət qurumları, işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi postlar, avtomobillər, metrostansiyalar, mancanaq dəzgahı, ermənilərlə danışıqlarının ekran görüntüsü, kontaktda olduğu sülhməramlılar, erməni hərbçiləri və sair fotoşəkillər aşkar edilmiş və şəkillərlə bağlı verilən suallara Təqsirləndirilən şəxs məntiqsiz izahlar vermişdir. xx.xx.2022-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 40-41) həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 60-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-604/639/2022 saylı qərarından (cild 1, iş vərəqə 85-88) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji X16 Şəxsin 91 nömrəli rəyindən (cild 2, iş vərəqə 19-20) görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 139-145) görünür ki, həmin gün “Telegram” mobil tətbiqinin “Nemrut” adlı kanalına baxış keçirilmiş və həmin kanalın Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti və tapşırığı əsasında Azərbaycan Respublikası əleyhinə fəaliyyət göstərməsi, həmçinin Təqsirləndirilən şəxs göndərdiyi məlumatları paylaşması, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldıqdan sonra verilən tapşırıqları icra etmədiyi üçün Təqsirləndirilən şəxs Şuşa şəhərində çəkdirdiyi fotoşəklin paylaşması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 36 nömrəli xasiyyətnamədən (cild 1, iş vərəqə 153) görünür ki, Əliyeva X5 rayonunda yaşadığı zaman onun barəsində şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 156-174) görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilmiş və həmin vaxt mobil telefonun yaddaşında xx.xx.2022-ci il tarixdə, saat 20:40 radələrində şəklini çəkdiyi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının fotoşəkilləri, bundan başqa, bir sıra dövlət orqanları, metrostansiyalar, metrostansiya platformaları, tunellərin fotoşəkilləri müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti və tapşırıqları əsasında fəaliyyət göstərən “Telegram” mobil tətbiqindəki “Hayem Es” və “Nemrut” adlı kanalın idarəçiləri ilə danışıqları, həmin şəxslərdən tapşırıqlar alması və həmin tapşırıqları icra edəcəyinə dair ismarıcları müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4/258 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 28-30) görünür ki, ekspertiza rəyində qeyd olunan diskdə olan mübahisəli fonoqramlardakı danışığın tədqiqi hissədə verilmiş yazılı mətnlərində Q1 kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. xx.xx.2023-cü il tarixli, 360 nömrəli xasiyyətnamədən (cild 1, iş vərəqə 185) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhərində yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli arayışdan (cild 1, iş vərəqə 240-251) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş "Redmi Note 10S” markalı mobil telefonun 2021ci ilin oktyabr ayından aktiv edildiyi və həmin tarixdən başlayaraq veb tarixçənin, icra olunmuş zənglərin, aparılmış yazışmaların, internet vasitəsi ilə yüklənmiş faylların, sistemdə həyata keçirilən tranzaksiyaların və əməliyyatların fəaliyyətinə dair ümumilikdə təxəminən 415.000 ədəd qeydlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi Note 10S’’ markalı mobil telefonda quraşdırılmış “Whatsapp” və “Telegram” mobil tətbiqlərdə xarici ölkələrə məxsus mobil operatorların nömrələri, yazışmaları müəyyən edilmiş və bəzi silinmiş kontaktları bərpa edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi Note 10S” markalı mobil telefona quraşdırılmış “Telegram” mobil tətbiqindəki yazışmaların təhlili nəticəsində, şəxsin ********** İD kodlu Telegram botuna başlatma əmri - “start” vermiş, “privet” yazmışdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Kunanoc” bota müraciətləri müəyyən olunmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs “Telegram” mobil tətbiqində qarşı tərəfə göndərdiyi və qəbul etdiyi səsli mesajlar müəyyən edilmişdir. Səsli mesajların məzmununda Təqsirləndirilən şəxs erməni milliyətli şəxs tərəfindən tapşırıq verilmiş və nəticədə Təqsirləndirilən şəxs həmin tapşırığın icrasına dair şifahi razılıq vermişdir. Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi Note 10S” markalı mobil telefonun yaddaş fayllarının təhlili zamanı “Nemrut” teleqram kanalında rast gəlinən bir çox media tipli fayllar aşkarlanmışdır. Aşkarlanan faylların tarixləri “Nemrut” kanalında paylaşılma tarixlərindən əvvəl olduğu və bəzilərinin baxılan mobil smartfon vasitəsilə qeydə alındığı müəyyənləşdirilmişdir. Nəticə etibarı ilə “Nemrut” teleqram kanalına həmin media fayllarının Təqsirləndirilən şəxs tərəfindən göndərilməsi faktı təsdiqlənmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi Note 10S” markalı mobil telefonun yaddaşında Ermənistan Respublikasının mobil operatoruna məxsus nömrəyə rast gəlinməmişdir. Lakin bir çox erməni “Telegram” istifadəçilərin İD-ləri, o cümlədən Rusiya Federasiyasının mobil operatoruna məxsus nömrə aşkarlanmışdır. “Redmi Note 10S” markalı mobil telefonun yaddaşında koordinatları əks etdirən fotolar aşkar edilməmişdir, lakin ərazi koordinatlarına dair müəyyən məlumatlar aşkar edilmişdir. Mobil smartfonun yaddaşında “Snapchat” mobil tətbiqinin gizli saxlanc yerində müəyyən edilmiş media tipli fayllarının təhlili nəticəsində Təqsirləndirilən şəxs bir çox, xüsusən erməni şəxslərlə yazışmalarının ekran görüntüləri aşkarlanmışdır. Təqsirləndirilən şəxs məxsus “Redmi Note 10S” markalı mobil telefona quraşdırılmış sosial şəbəkələr vasitəsi ilə xarici ölkə vətəndaşlarına məxsus hesablarla olan yazışmalar və yazışmalara məxsus ekran görüntüsü əldə edilmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubundan (cild 1, iş vərəqə 258) görünür ki, “Nemrut” adlı “Telegram” kanalı Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında və onların tapşırıqları əsasında Rusiya Federasiyasında yaşayan bir qrup erməni milliyyətli şəxslər tərəfindən Azərbaycan əleyhinə fəaliyyət göstərmək məqsədilə xx.xx.2021-ci il tarixdə (Vətən müharibəsinin 1-ci il dönümü günü) yaradılmışdır. “Nemrut” kanalı fəaliyyət prosesində Azərbaycanda və Rusiyada yaşayan soydaşlarımızla əlaqələr yaradılmış, xüsusilə qızların, eləcə də oğlanların intim fotoları əldə edilərək həmin kanalda paylaşılmış və ya bundan öz maraqları istiqamətində müxtəlif tapşırıqların yerinə yetirilməsində istifadə edilmişdir. Bundan əlavə, qeyd olunan kanalda Vətən müharibəsi şəhidlərimiz təhqir olunmuş, eləcə də Rusiyada yaşayan azərbaycanlıların məlumatları paylaşılaraq sonuncular təhdid edilmişlər. “Nemrut” adlı “Telegram” kanalının adminlərindən biri - Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan X2. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 270-274) görünür ki, həmin gün “Telegram” mobil tətbiqinin “Hayem Es” adlı kanalına baxış keçirilmiş və həmin vaxt həmin kanalın Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti və tapşırığı əsasında Azərbaycan Respublikası əleyhinə fəaliyyət göstərməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X9” X17 80/KEŞ saylı canlı şəxsin ekspertizası rəyindən (cild 2, iş vərəqə 22-24) görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun sağ bilək nahiyyəsində orta 1/3-də 1 (bir) ədəd, sağ biləyin arxa səthində və baş barmağa yaxın nahiyədə 5 (beş) ədəd səthi çapıqlar, sol biləyin kənar səthində 2,5 sm ölçüdə iqmentasiya sahəsi və bel nahiyəsinin sol aşağı səthində açıq rəngli çapıq toxumasının olduğu müəyyən edilmişdir. Qeyd olunan çapıq toxumaları müxtəlif vəziyyət və şəraitlərdə iti kənarlı əşya ilə törənə bilər, törəmə müddəti 1,5 ildən artıqdır və həyat üçün təhlükəli deyildir. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Təqsirləndirilən şəxs hazırkı sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması və təcridxana şəraitində saxlanılması mümkündür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 37 nömrəli rəyindən (cild 2, iş vərəqə 12-18) görünür ki, Təqsirləndirilən şəxs qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkdiyindən ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozunutulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 75-76) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il, 21-xx.xx.2022-ci il tarixlərdə Şuşa şəhərində, həmçinin xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Azərbaycan Respublikası DTX-nin inzibati binasının yerləşdiyi ünvanlarda olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 5/841 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 175-179) görünür ki, təqdim edilmiş 1 (bir) ədəd sensor ekran və “Android 12 (MİUİ 13.0.10)" əməliyyat sistemi ilə təhciz olunmuş “X21 10s” markalı “M2101K7BG” modelli “**********64528, **********64536" imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “X21 10s" markalı “M2101K7BG” modelii mobil smartfonun yaddaşından (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp”, “İnstagram” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sair) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-841” adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. Tədqiq olunan mobil smartfonda aparılmış əməliyyatlara dair statistik göstəriciləri özündə əks etdirən “UFED TOUCH 2" markalı cihaz vasitəsilə əldə olunmuş hesabatın “Web History/Baxılmış veb saytlar", Contacts/Yaddaşda qeyd olunan abonent nömrələri”, müxtəlif proqram təminatında aparılmış məlumat mübadilələri “Chat/lnstagram/Whatsapp” bölmələrində öz əksini tapmışdır. Təqdim edilmiş mobil smartfonun yaddaşına baxış keçirildikdə “Telegram” sosial şəbəkəsinə aid müvafiq tətbiqin aktiv olmadığı müəyyən edilsə də, mobil cihazın yaddaşından “UFED TOUCH 2” markalı cihaz vasitəsilə əldə olunmuş hesabatda “Telegram” sosial şəbəkəsindən əvvəllər istifadə olunmaya dair texniki izlər aşkar olundu. Tədqiq olunan mobil smartfonun yaddaşından “UFED TOUCH 2” markalı cihaz vasitəsilə əldə olunmuş hesabatın “Search items” (Axtarış elementləri) bölməsində istifadəçi tərəfindən icra olunmuş axtarışların siyahısı qeyd olunmuşdur. Həmin siyahıya baxış keçirildikdə “Heydər Əliyev adına Hərbi İnstitut", “Cəmşid Naxçıvanski adına Hərbi Lisey", “Hərbi Hissə”, “Бейлаганский район", “Шуша" və sair kimi açar sözlər müəyyən olundu. Təqdim edilmiş “X21 10s” markalı “M2101K7BG” modelii mobil smartfonun yaddaşından əldə olunmuş media tipli fayllara baxış keçirilmişdir. Bu zamanı müxtəlif məkanların (xəritə üzərində koordinat) əksiəri aşkarlanmışdır. Qeyd olunan məlumatlar “LİFED TOUCH 2” markalı cihaz vasitəsilə əldə olunmuş hesabatın “File/lmages" bölməsində öz əksini tapmışdır. Tədqiq olunan mobil telefona baxış zamanı əhəmiyyətli hesab olunan fotolar diqqət çəkmişdir. Həmin fotoların məzmununda müxtəlif inzibati binalar, hərbiçilər, işğaldan azad olunmuş ərazilərdən şəkillər, müxtəlif xarici nömrələr əks olunan ekran görüntüləri və başqa məzmunlar müəyyən edilmişdir. Qeyd olunan məlumatlar “UFED TOUCH 2" markalı cihaz vasitəsilə əldə olunmuş hesabatın “File/lmages” bölməsində əks olunmuşdur. Tədqiq olunan mobil smartfon yaddaşından “UFED TOUCH 2" markalı cihaz vasitəsilə əldə olunmuş hesabata baxış keçirdikdə kontaktlar bölməsində ölkə kodu (+7 963) olan “+7963086-25-21” abonent nömrəsinin “Artyom” adı ilə yadda saxlanması aşkar olunmuşdur. Tədqiqatın növbəti mərhələsində mobil smartfonun yaddaşında “Artyom” adı ilə qeyd olunan kontakt ilə istifadəçi arasında “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadiləsi əks olunmuş ekran görüntüsü müəyyən olunmuşdur. Təqdim edilmiş “X21 10s” markalı “M2101K7BG" modelii mobil smartfonun yaddaşından əldə olunmuş media tipli fayllara dair texniki qeydlər (nə zaman çəkilib, hansı proqram (Snapchat, Telegram, Whatsapp və s.) vasitəsilə əldə olunub, nə zaman dəyişiklik olunub, faylın adı və s.) “UFED TOUCH 2" markalı cihaz vasitəsilə əldə olunmuş hesabatda öz əksini tapmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 188-204) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs 2017-ci ilin oktyabr ayından və bundan sonrakı dövrdə Rusiya Federasiyasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edərək göstərilən şəxslərə məlumatlar verilməsi barədə iş materiallarında olan xüsusatlar öz təsdiqini tapmadığından həmin xüsusatlar üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, X13, X10, Şahid1 və X4 əməllərində cinayət tərkibi olmadığından həmin şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 205-206) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 46 nömrəli rəyindən (cild 3, iş vərəqə 233-239) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “Qarışıq tipli şəxsiyyət pozuntusu” (psixi vədavranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F61.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (deməsinə görə natamam ailədə böyüməsi, məktəb dövründə psixoloji travma yaşaması, qıcolma tutmalarının olması, təxminən 15-16 yaşından psixi vəziyyətində dəyişiklik yarandığını, tez-tez qeyri-iradi olaraq güldüyünü, həmişə diqqət mərkəzində olmaq istədiyini, həyəcan doğuran fəaliyyətlə məşğul olmağa maraq göstərdiyini, özündən asılı olmayaraq məqsədsiz şəkildə yalan danışmağa meyl etdiyini bildirməsi, psixoloji yardım almağa çalışması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində əsəbiləşdiyini və özünə xəsarət yetirmək istədiyini bildirməsi, qollarını dişləməyə cəhd etməsi, əhvaliruhiyyəsinin dəyişkən olması, öz-özünə danışıb gülməsi, tibb personalından narahat olduğuna görə özünü çarpayıya fiksasiya etmələrini xahış etməsi, qidalanmasının aşağı, yuxusunun fasilələrlə olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində simasında gülüş ifadəsinin müşahidə olunması, emosional reaksiyalarında ümumən dəyişkənliyin qeydə alınması, sorğu-sual qedişatında əvvəlcə yüksək səslə gülməsi, söhbət dərinləşdikcə və hadisə barədə söhbətə keçdikdə təbəssümü solğunlaşması, hərəkət, iradə sferasında bir üədər aktivliyin müşahidə edilməsi, lakin bu aktivliyin idarə olunacaq səviyyədə olması, davranışında nümayişkaranəliyin yer alması, özündən uydurmağa, nümayişkaranə tərzdə özünə xəsarət yetirməyə meylli olması, bəzi psixoloji problemlərinin olduğunu vurğulaması, hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibətinin tam olmaması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkir. Şəxsiyyət pozuntusu şəxsin uşaqlıq dövründən bəri yaşadığı psixoloji travmalar nəticəsində zamanla formalaşan bir patologiyadır. Həmin psixi patologiya ifadə olunma dərəcəsinə görə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onlan tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də F.T Əliyeva anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi patologiya xroniki Təqsirləndirilən şəxs hərəkətləri prosesdir. Lakin o dərəcədə ifadə olunmamışdır ki, onu etdiyi əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, bunun nəticəsində də təqsirləndirilən şəxs və onun müdafiəçiləri həmin sübutlara dair öz etirazlarını bildirmişlər, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq etmiş, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətin nümayəndələrinə kömək etmiş və düşmən tərəfinə keçmişdir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında istifadəsində olmuş “X21 10S” markalı mobil telefonuna quraşdırılmış "Telegram” mobil tətbiqində olan “Hayem Es bof kanalı vasitəsi ilə Ermənistan Respublikasının xüsusi xidmət orqanının özünü Andranik adı ilə təqdim edən nümayəndəsi ilə tanış olaraq məxfi əməkdaşlığa cəlb edilmiş, həmin şəxsin tapşırığı ilə 2022-ci ilin sentyabr ayında Xaçmaz şəhərində olarkən Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün Xaçmaz şəhərində yolların və müxtəlif obyektlərin fotoşəkillərini çəkərək “Telegram” mobil tətbiqi vasitəsilə onunla əlaqə saxlamış Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən “Hayem Es” kanalının əlaqə vasitəsi kimi istifadə etdikləri “Hayem Es bot” adlı səhifəyə göndərmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayında Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında “Telegram” mobil tətbiqində fəaliyyət göstərən “Nemrut” adlı kanalının inzibatçısı yenidən Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, sonuncu həmin şəxsin tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün 2022-ci ilin dekabr ayının 14-də “Davam” X12 şəhərində keçirəcəyi aksiyada iştirak etmək üçün könüllüləri Şuşa şəhərinə aparan avtobusla həmin şəhərə gedərkən yolboyu yerləşən hərbi postların, polis əməkdaşlarının xidmət apardıqları mövqelərin yeri barədə məlumatları düşmən tərəfə ötürmək məqsədilə onların video və foto çəkilişlərini etmiş, eləcə də özünün Ermənistan xüsusi xidmət orqanının nümayəndəsi ilə sülhməramlı qüvvələrin yerləşdiyi yerdə görüşmək istəməsi və aksiyada iştirak edən şəxslərə atəş açılaraq öldürülmələri ilə bağlı öz səs yazılarını mobil telefonu vasitəsilə yazaraq, həmin səs yazılarını və çəkdiyi foto və video materialları bu barədə ona verilən tapşırığa uyğun olaraq 23 dekabr 2022-ci il tarixdə Şuşa şəhərində olan zaman “Telegram” mobil tətbiqi vasitəsilə Ermənistan xüsusi xidmət orqanının nümayəndəsinə göndərmişdir. Bundan başqa, 24 dekabr 2022-ci il tarixdə Ermənistan Respublikasının xüsusi xidmət orqanının özünü Edvard adı ilə təqdim edən nümayəndəsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının guya maneəsiz şəkildə kəşfiyyat-pozuculuq fəaliyyətini həyata keçirmək iqtidarında olmalarını nümayiş etdirmək üçün “Nemrut” adlı teleqram kanalının embleminin görünəcək şəkildə Azərbaycan Respublikası ərazisində foto və videoçəkilişlər etməsi barədə tapşırıq vermiş, həmin tapşırığın icrası qaydasında Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə Bakı şəhərinə qayıtdıqdan sonra həmin gün saat 20:00 radələrində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının fotoşəkillərini Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinə göndərmək məqsədilə çəkərək, həmin əməlləri ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan Respublikasının kəşfiyyat orqanının nümayəndələrinin tapşırığı ilə məlumatlar toplayıb və həmin məlumatları sonunculara verib casusluq etməklə, habelə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətin nümayəndələrinə kömək etməklə və düşmən tərəfinə keçməklə dövlətə xəyanət etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi əməlində nəzərdə tutulan cinayətin bütün əlamətləri mövcuddur, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və göstərilən cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bu cinayətin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və tələbə olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkdiyini, yaşadığı və təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkməsini və daimi əsaslarla müalicə almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Belə ki, cinayət işinə məhkəmədə baxıldığı dövrdə də, Təqsirləndirilən şəxs qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkməsi və bu səbəbdən də davamlı olaraq müalicə alması xx.xx.2024-cü il tarixli ekspertiza rəyi ilə təsdiq olunmuşdur. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs kifayət qədər uzun müddət ərzində qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkməsi və davamlı müalicəyə ehtiyacı olması halları Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən halların Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən müstəsna hallar kimi qəbul edilməsi onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən Təqsirləndirilən şəxs göstərilən mərhəmət kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. Məhkəmənin bu hissədə gəldiyi nəticə həmçinin dövlət ittihamçısı tərəfindən məhkəmədə sərgilənmiş mövqe ilə də üst-üstə düşür. Belə ki, dövlət ittihamçısı məhkəmədə çıxış edərək Təqsirləndirilən şəxs qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən müstəsna hal kimi qəbul edilməsini və onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə həmin maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun ailəsinə, ələlxüsus onun sağlamlığına mənfi təsir göstərəcək. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə həmin maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “X21 10S” markalı mobil telefon və həmin telefona quraşdırılmış +**********24 nömrəli sim-kart onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs eksperimental səs nümunəsinin yazıldığı 02 (iki) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə onun təqsirli bilindiyi maddə ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 29 dekabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “X21 10S” markalı mobil telefon və həmin telefona quraşdırılmış +**********24 nömrəli sim-kart onun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs eksperimental səs nümunəsinin yazıldığı 02 (iki) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 (yüz səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs qızlna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-510/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-510/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver