Məhkəmə qərarları › İş №1(101)-510/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-510/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-510/2025 18.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 24 avqust 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşamış,16 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 aprel 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbayacan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə maddəsi ilə təqsirləndirilməsinə dair cinayətişinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,325 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 16 aprel 2024-cü il tarixdə, saat 20:30 dəqiqədə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin (bundan sonra: RPİnin, PŞ-nin) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində fəaliyyəti göstərən «Limon» kafesinin yaxınlığında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılmış, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın arxa sağ cibində saxladığı şəffaf sellofana bükülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,325 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, O, fərdi əməklə məşğul olmuş, usta köməkçisi və mühafizə komitəsində işləmiş, lakin tutulan vaxt o, heç bir yerdə işləməmiş, azadlıqdan məhrum etmə yerindən təzə buraxılmışdır. O, narkotik istifadəsinə 2020-2021-ci ildən başlamış, heroindən çəkmək üsulu ilə istifadə etmişdr. İttihamda göstərilən ünvanda saxlanılmamış, yaşadığı evdə olarkən 4 nəfər polis əməkdaşı evə daxil olub evdən götürülmüş və həmin vaxt da onun üzərində narkotik olmamışdır. O, Polis Bölməsinə aparılmış və orada üzərindən narkotik çıxmışdır. O, bölməyə gətirilənə kimi döyülmüş, ona əl-qol, yumruq atmış və evdən də narkotik çıxıralacağı ildə hədələnmişdir. Həmin narkotiki də ona əməliyyatçılar ona vermiş, Bəkir adlı əməliyyatçı narkotiki onun cibinə qoymuş, Afiq də onun yanında olmuş, həmin narkotiki boynuna götürməyə məcbur edilmişdir. Polislər onun qarşısında «ya bu az miqdarı qəbul etməlisən, ya da evdən 100 qram çıxaracayıq» kimi tələb qoymuş, o da məcbur qalıb onların dedikləri qəbul etmiş və əməli törətməsilə bağlı etirafedici ifadələr vermişdir. Videoçəkilişdən əvvəl Bəkir ona video çəkiliş zamanı narkotik vasitəni Əhmədlidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün almasını deməsmini tapşırmışdır. Ülvi adlı təhqiqatçı da buna görə guya onun Əhmədlidən gəldiyini və tanımadığın şəxsdən həmin narkotiki 50 manata almasını yazdırmışdır. Ona edilən təzyiq təhqiqatçıdan qabaq olmuş və o, artıq polisin tələbi ilə razılaşmışdır. Təhqiqatçı Ülvi tərəfindən ona hər hansı formada təzyiq olunmamış, təzyiq Bəşir və Afət və ya Afiq adlı əməliyyatçılar tərəfindən olmuş, Ülvi ona həmin sözü deyərkən həmin əməliyyatçılar onların yanında olmuşdur. Lakin ona edilmiş təzyiqlər nəticəsində o, hər hansı xəsarət almamışdır. Həmin proseslərdə onun yanında vəkili olmamış, o, sənədləri imzaladıqdan sonra vəkil gəlib ona “mən sənin vəkiltnəm”. Ondan heç kim sərbəst ifadə almamış, yadında qaldığı qədər Rəşad adlı müstəntiq müvəqqəti saxlama yerinə gəlib bəzi sənədlərə imza etdirmiş, bundan başqa bir şey olmamışdır. Müstəntiq Rəşad və ya Araz onu faktiki dindirən zaman, yekun tanış etmə protokolu imzalanarkən onun yanında vəkil olmamışdır. Araz Məhərrəmov ona qol çəkdirəndən sonra vəkil gəlmiş, onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə aformut etdiklərini, rəsmləşdirdiklərini və Ağıra, yəni Ağır Cinayətlər Məhkəməsinə çıxacağını demişdir. O, ifadələrini özü oxumamış, ifadənin mətni şifahi olaraq ona oxunmuş, o da imzalamışdır. Lakin həmin ifadələr doğru olmamışdır. O, məcburi razılaşıb həmin ifadələri imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilən zaman o, ona qarşı irəli sürülən ittihamı qəbul etməmiş, narkotikin ona aid olmadığını bildirmişdir. O, məhkəmə-narkoloji ekspertizasından keçərkən narkotik istifadəçisi olub-oliadığı ondan soruşulmuş, o da istifadəçi olduğunu demiş, lakin narkotikin ona aid olmadığını bildirmişdir. O, saxlanılarkən ***-***-**-** saylı mobil nömrədən istifadə etsə də, saxlanıldıqdan sonra sənədləşmə zamanı onun adına ***-**-** mobil nömrə yazılmışdır. ***-**-** mobil nömrə ona aid olsa da, lakin onun öz adına olmamış, kimin adına olduğunu bilməmiş, həmin nömrəni ona kimin verdiyini xatırlaya bilməmişdir. Onun telefonu olmuş, amma o, bu sonuncu bu nömrədən istifadə etməmişdir. Onun istifadə etdiyi telefonda narkotik satışı ilə bağlı söhbət olmamış, yalnız dost-tanışla zarafat etmişlər. Ona narkotik alqı-satqısı ilə bağlı heç bir sms gəlməmi, bununla bağlı onun heç kimlə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, polis əməkdaşlarının onu tutma səbəbi həmin vaxt onun evində axtarışda olan şəxsin olması olmuşdur. Axtarışda olan həmin şəxs Kəmalə Əliyeva olmuş, polis əsas ona görə onun evinə gəlmişdir. Onlar 3 nəfər tutulmuş, onlardan biri Kəmalə Əliyeva, digəri isə Dəniz Dünyamalıyeva olmuşdur. Həmin qadının axtarışda olmasından onun məlumatı olmamışdır. Çünki həmin vaxt həbsdən yeni çıxmışdır. O, həbsdən çıxana qədər həmin şəxsləri tanımış, qızlarla o, tanış olmuş, məhz ona görə həmin qızlar onun evinə gəlmişlər. Hələ evində ikən qızların da üzərində axtarış aparılmsış, lakin qızların üzərindən narkotik çıxmamışdır. X7 axtarışda olduğu üçün o, Bakı İstintaq Təcridxanasına göndərilmiş, Dəniz Dünyamalıyeva buraxılmış, onun özünü də belə sənədləşdirmişlər. İki gün sonra o, 3 saylı İstintaq Təcridxanasına göndərilmiş, orada üstündə tibbi yoxlama da aparılmış, lakin xəsarəti olmadığına görə ona qarşı olan qanunsuzluqlar barədə heç hara məlumat verməmişdir. O, fiziki xəsarət almasa da, ona qarşı qanunsuzluqlar olmuş və bununla bağlı müvafiq orqanlara ailə üzvləri vasitəsi ilə şikayətlər də etmiş, lakin həmin şikayətlərlə bağlı onun izahatını almamışdır. O, özü şəxsən heç nə yazmamış və şikayət etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsnin 19 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təxminən 6 (altı) il olar ki, narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. O, istifadə etdiyi narkotik vasitəni Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. 16 aprel 2024-cü il tarixdə, saat təxminən 20:30 dəqiqədə yaşadığı evin qarşısında, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində fəaliyyət göstərən «Limon» kafesinin yaxınlığında olan vaxt mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə getmişdir. Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati otaqlarının birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predment olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli cins şalvarın arxa sağ cibində saxlayaraq daşıdığı 01 ədəd bükümdəki narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi 01 ədəd bükümdəki kütlənin nə olduğunu ondan soruşduqda o, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu və özünün istifadə etməsi məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Sonra isə üzərimdə şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, tərtib edilmiş protokol onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, ifadəsində göstərdiyi narkotik vasitə olan heroini 15 aprel 2024-cü il tarixdə Əhmədli qəsəbəsindən özünün istifadə etməsi üçün 50 manata alaraq üzərində daşımışdır. ***-***-**-** mobil nömrəsi onun istifadəsində olmuşdur. Həmin narkotik vasitəni özü istifadə edəcəkdir. Saxlanılarkən və ya üzərinə şəxsi axtarış aparılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, həmçinin psixoloji təsirə məruz qalmamışdır. Törətdiyi əməli səmimi etiraf edərək üzərində olan narkotik vasitəni təqdim etmişdir (iş vərəqə: cild İ, səh. 114-115). Cinayət işinə məhkəmsə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 16 aprel 2024-cü il tarixdə şəxsən ona hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrin dövriyyəsi ilə, yəni satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatda onun Hövsan qəsəbəsində qeydiyyatda olması və yaşaması və hətta dəqiq ünvanı da göstərilmişdir. O, məlumat barədə dərhal şöbə rəisinin adına raportla müraciət etmiş, rəhbərlik səviyyəsində müzakirələrdən sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmiş, onun rəhbərliyi ilə 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın icrasını təmin etmək məqsədilə məlumata uyğun hərəkət edib Suraxanı rayonunun Hövsan qəsəbəsində “Limon“ kafesinin yaxınlığında, saat təxminən 20:30 radələrində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən onun yanında qadın cinsindən daha iki nəfər, adları onlara sonradan məlum olan Kəmalə və Dəniz adlı gənc xanımlar da olmuşdur. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik maddələr qəbul etməsi barədə məlumatlarının olduğunu bildirmiş və onları Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs və iki nəfər həmin qadın heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişlər. Şöbəyə aparılan hər 3 nəfərin üzərinə ayrı-ayrılıqda baxış keçirilmiş, hər biri ayrı-ayrılıqda video çəkilişlərlə qeydə alınmışdır. Qadınların üzərlərinə baxış keçirilən zaman o, iştirak etməmişdir. Yalnız Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Şəxsi axtarış zamanı polis şöbəsində Təqsirləndirilən şəxs ciblərində narkotik vasitə olması müəyyən edilmişdir. Təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd şəffaf sellofana rəngli bükümə bükülmüş, içərisində narkotik vasitə heroinə şübhəli maddəni və bir ədəd “Samsung” markalı mobil çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotiki, tanımadığı şəxsdən aldığını və şəxsi ifadəsi üçün saxladığını bildirmişdir ki, bu barədə iş materiallarına əlavə olunan videoçəkiliş qeydlərində vardır. Şəxs müdafiəçi ilə təmin olunmuş, müdafiəçi şəxsi axtarışda iştirak etmişdir. Lakin müdafiəçinin şəxsiyyəti barədə məlumatlar onun yadında qalmamışdır. Təhqiqatçı bəhs olunan narkotik vasitəni qablaşdırılıb götürmüşdür. Şəxs tutularkən, polis bölməsinə aparılarkən və ondan sonra ona qarşı təyziq göstərmə və ya işgəncə halları olmamışdır. Şahid1 ifadəsinin yekununda göstərdi ki, o, Təqsirləndirilən şəxs izahatının və ya ifadəsinin alınmasında iştirak etməmiş, ilkin olaraq onun izahatını yəqin ki, təhqiqatçı, ifadəsini isə müstəntiq almışdır. Şəxs barəsində həbs qətmkan tədbiri seçilməsi üçün məhkəməyə aparılarkən o, müşayiət etməmiş, sanksiyaya şəxsləri müstəntiqlərin kanvoyları aparmışlar. Ona qarşı polis tərəfindən qanunsuzluqlara yol verilməsi barədə Təqsirləndirilən şəxs göstərdikləri həqiqətə uyğun deyildir və yalnız müdafiə xarakterlidir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin digər əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunulu ifadə veribÖ sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxsla birlikdə saxlanılan qadınlardan Kəmalə adlı birinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə axtarışda olmasının müəyyənləşdirilməsini və sonuncunun istintaqa təqdim olunduğunu göstərmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 16 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkilləri tərəfindən protokol tərtib olunan 16 aprel 2024-cü il tarixdə, saat 20:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən «Limon» kafesinin yaxınlığında saxlanılıb 30-cu PŞ-nin inzibati binasına aparılmış şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Ülvi Abbaszadənin rəhbərliyi ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkilləri polis mayoru Afıq Mirzəzadənin və polis kapitanı Şahid2 iştirakları ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış prosesində sonuncu əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd şəffaf sellofanda olan bükümü, şalvarının cağ cibindən isə bir ədəd qara rəngli «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmiş, suallar ətrafında təqdim etdiyi 01 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin bükümdəki narkotik vasitəni 15 aprel 2024-cü il tarixdə Əhmədli qəsəbəsindən tanımadığı şəxsdən 50 manata alaraq özünün istifadəsi üçün saxladığını və gəzdirdiyini bildirmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açılmaqla nümayiş olunmuş və müəyyən edilmişdir ki, bükümün içərisində heroin narkotik vasitəsinə şübhəli kütlə mövcuddur. Heroin narkotik vasitəsinə şübhəli maddəyə baxış keçirilmiş, sonra boş zərfdə qablaşdırılmış, imzalarla təsdiqlənmiş, Azərbaycan Respublikası DİN-nin 194 saylı zərflər üçün möhürü ilə möhürlənmiş və götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi «Samsung» markalı 01 ədəd mobil telefon da götürülmüşdür. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış nəticəsində, qeyd olunanlardan başqa heç nə aşkar edilməmiş, şəxsi axtarış keçirilməsi prosesi «Samsung» markalı videokamera vasitəsi ilə videolentə alınmış və videogörüntülərin yükləndiyi 01 ədəd CD formatlı disk tərtib olunan həmin protokola əlavə edilmişdir(iş vərəqə: cild İ, səh. 31-32). Məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan protokolun məzmunu məhkəmədə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 16 aprel 2024-cü il tarixli protokolun məzmunu ilə eynidir və ziddiyyətlər müəyyən olunmur (iş vərəqə: cild İ, səh.183). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 17 aprel 2024-cü il tarixli, 6/2054 nömrəli rəyindən görünür ki, tətqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN-nin Arayılar üçün №194” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı imzalar olan zərfdəki bir ədəd bükümdə olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 2,325 qram təşkil edir. Heroin 2005-ci 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiq olunan rəyə əlavə edilmiş arayışdan görünür ki, ekspertiza tədqiqatı prosesində təmiz çəkisi 2,325 qram müəyyən olunan heroin narkotik vasitəsinin 0,1 qram hissəsi tədqiqata sərf edilmiş, 3,225 qram hissəsi isə qalıq qalmışdır (iş vərəqə: 84-88). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2024-cü il tarixli, 4076 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılhq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: cild İ, səh. 195-196). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator-məhkəməpsixiatrik ekspertizasının 01 iyun 2024-cü il tarixli, 1594 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası ÇM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Tədqiq olunan həmin rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: cild İ, səh. 197-199). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının müvafiq qərarına əsasən təqsiprləndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 2,225 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 143). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC tərəfindən təqdim olunmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 17:14-də (070) *** ** ** saylı mobil nömrənin istifadəçisi olmuş və şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan (070) *** ** ** saylı mobil nömrəsinə «Qaqaş mənə yarım maşın torpaq lazımdı iş getmir ustalar dayanıb”, xx.xx.2024-cü il tarixdə, saat 20:08-də (051) *** ** ** saylı mobil nömrənin istifadəçisi olmuş və şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs tərəfindən yenə də Təqsirləndirilən şəxs istifadəsində olan (070) *** ** ** saylı mobil nömrəsinə «5 man patı düzüb qoşursan millətə, oni vse moqut dozvonitsa, mənə qarşı naxuya sən belə edirsən”, o Vaqulyanm 5 man patını ya dayu babki, bax babat olsun” mətinli mesajlar göndərilmişdir(iş vərəqə: cild İ, səh. 180, 200-210). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 212-213). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli, 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 800 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi çəkisi 2,325 qram heroin narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da nəzərdə tutulmuş start külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMnin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində qismən etirafı, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələrinin olması, məhkəmə-narkoloji ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs həm opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkotik asılılığının olması, təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ona qarşı irəli sürülən ittihamda göstərilən ünvanda deyil, yaşadığı evdə Kəmalə Əliyeva və Dəniz Dünyamalıyeva adlı qızlarla birlikdə saxlanılması, saxlanılarkən üzərində hər hansı miqdarda psixotrop maddə və ya narkotik vasitə olmaması, saxlanılıb polis şöbəsinə aparılarkən onu saxlayan polis əməkdaşları tərəfindən döyülməsi və hədələnməsi, Polis Şöbəsində şəxsi axtarışdan və videoçəkilişdən əvvəl üzərinə bir bükümdə ittihamda göstərilən heroin narkotik vasitəsi qoyulması, əks təqdirdə yaşadığı evdən 100 qram narkotik vasitə çıxarılacağı ilə hədələnməsi və ittihamda göstərilən narkotik vasitəni müxtəlif fiziki təsir və hədələrlə boynuna götürməyə məcbur edilməsi və buna görə etirafedici izahat və ifadələr verməsi, istintaq hərəkəti protokollarına və başqa sənədlərə imza etmədiyi halda, həmin sənədlərə əvəzindən imzalar edilməklə saxtalaşdırlması barədə göstərdiklərini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində saxlanılarkən və ya ondan sonra polis əməkdaşları tərəfindən fiziki təsirlərə və ya işgəncəyə məruz qalması barədə bilvasitə və ya bilavasitə müraciət etməmiş və məhz buna görə qyed olunan xüsusatlar aidiyyatı orqanlar tərəfindən araşdırma aparılmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində istintaq hərəkəti protokollarına və başqa sənədlərə imza etmədiyi halda, həmin sənədlərə onun əvəzindən imzalar edilməklə saxtalaşdırlması xüsusatı araşdırılmışdır. İlk növbədə məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olunmuş və bu zamanı Təqsirləndirilən şəxs ona təqdim olunan dindirmə protokollarında olan imzaların onun özü tərəfindən icra olunduğunu təsdiq etmişdir. Lakin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət qaldırılmış, vəsatətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaq materiallarda olan «Şübhəli şəxsin tutulması haqqında” 16 aprel 2024-cü il tarixli protokol, 16 aprel 2024-cü il tarixli “Şübhəli şəxsin üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış və götürmənin keçirilməsinə yazılı razılıq ərizəsi”, “Şəxsi axtarış və götürmə haqqında” 16 aprel 2024-cü il tarixli protokol, Təqsirləndirilən şəxs alınmış ilk izahat, “şübhəli şəxsin dindirilməsi haqqında” 17 aprel 2024-cü il tarixli protokol, “təqsirləndirilən şəxs qısmındə cəlb etmək haqqında” 18 aprel 2024-cü il tarixli qərarın elan edilməsi, “ Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 18 aprel 2024-cü il tarixli protokol, təqsirləndirlən şəxsin və müdafiəçinin cinayət işi materialları ilə tanış etmə barədə 27 iyul 2024-cü il tarixli protokol Təqsirləndirilən şəxs tərəfindən imzalanmamışdır. Qaldırılan vəsatətin müzakirəsi zamanı Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu və məhkəmə baxışı zamanı ona təqdim olunan dindirmə protokollarında olan imzaların onun özü tərəfindən icra olunduğunu inkar etmiş, imzaların ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət təmin edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizası (02 iyun 2025-ci il tarixli, 4/730 saylı rəy) nəticəsində müəyyən edilmişdir ki, cinayət işinin ibtidai istintaqı mərhələsində saxtalaşdırılması iddia olunan sənədlərdə - «Şübhəli şəxsin tutulması haqqında” 16 aprel 2024-cü il tarixli protokolda, 16 aprel 2024cü il tarixli “Şübhəli şəxsin üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış və götürmənin keçirilməsinə yazılı razılıq verilməsinə dair ərizə”də, “Şəxsi axtarış və götürmə haqqında” 16 aprel 2024-cü il tarixli protokolda, Təqsirləndirilən şəxs alınmış ilk izahatda, “şübhəli şəxsin dindirilməsi haqqında” 17 aprel 2024-cü il tarixli protokolda, “təqsirləndirilən şəxs qısmındə cəlb etmək haqqında” 18 aprel 2024-cü il tarixli qərarın elan edilməsi haqqında protokolda, “ Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 18 aprel 2024-cü il tarixli protokolda, təqsirləndirlən şəxsin və müdafiəçinin cinayət işi materialları ilə tanış etmə barədə 27 iyul 2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs adı qarşısında edilmiş imzalar, həmçinin işdə olan Təqsirləndirilən şəxs aid izahatın “Cavab:” qrafasında “xeyr hər hansı zorakılıq tədbiq edilməyib” əlyazmaları, 2-ci vərəqində olan “Cavab:” qrafalarında “xeyr saxlamıram İzahat mənim sözlərimlə yazıldı, əlavəm yoxdur düzgünlüyünü imzamla təsdiq edirəm” əlyazmaları Təqsirləndirilən şəxs özü tərəfindən icra edilmişdir. Bundan başqa, araşdırılan xüsusatlarla bağlı məhkəmə baxışı zamanı cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dindirilmiş X3 və X1 ifadələri elan edilməklə tədqiq edilmişdir. Hər iki şahidin tədqiq olunan həmin ifadələri ilə Təqsirləndirilən şəxs və onların özlərinin bir yerdə olarkən 16 aprel 2024-cü il tarixdə, saat təxminən 20 radələrində, Təqsirləndirilən şəxs məhkəmədəki ifadələrində göstərdiyi kimi yaşadığı evdə deyil, ittihamda irəli sürüldüyü kimi Hövsan qəsəbəsində O. Şabanov küçəsində yerləşən “Limon” kafesinin yaxınlığında saxlanılmaları təsdiq olunmuşdur. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən sonuncunun “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərarın, Təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 18 aprel 2024-cü il tarixli protokolun və Təqsirləndirilən şəxs müdafiəsi üçün vəkil X4 adına Bakı şəhəri 9 saylı Vəkil Bürosundan verilmiş 16 aprel 2024-cü il tarixli, 007628 saylı orderin kserosurəti, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair məsələyə baxılarkən ibtidai istintaq orqanı tərəfindən təqdim olunan materiallardan əldə olunmaqla, məhkəməyə təqdim olunmuş və təqdim olunan həmin sənədlərin faktiki cinayət işinin materiallarında olan eyni adlı, eyni tarixli sənədlərlə eyniyyət təşkil etmədiyi məhkəmənin nəzər diqqətinə çatdırılmışdır. Qeyd olunan xüsusatın məhkəmə araşdırması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə sorğu verilmiş, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair məsələyə baxılması üçün ibtidai istintaq orqanı tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdim olunan materialların təsdiq olunmuş surətləri götürülmüş, ilk növbədə müdafiəçi tərəfindən təqdim olunan sənədlərin məhkəmədən təqdim olunan materiallara aid olmaqla eynilik təşkil etmələri müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair məsələyə baxılması üçün ibtidai istintaq orqanı tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdim edilmiş materialların tərkib hissəsi olan və təqsirləndirilən şəxsin müdafiəçisi və Suraxanı Rayon Məhkəməsi tərəfindən məhkəməyə təqdim olunan “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərar, Təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 18 aprel 2024-cü il tarixli protokol və Təqsirləndirilən şəxs müdafiəsi üçün vəkil X4 adına Bakı şəhəri 9 saylı Vəkil Bürosundan verilmiş 16 aprel 2024-cü il tarixli, 007628 saylı order faktiki cinayət işinin materiallarında olan eyni adlı, eyni tarixli sənədlərlə eyniyyət təşkil etməmişdir. Belə ki, Suraxanı Rayon Məhkəməsindən əldə olunan Təqsirləndirilən şəxs müdafiəsi üçün vəkil X4 adına Bakı şəhəri 9 saylı Vəkil Bürosundan verilmiş 16 aprel 2024-cü il tarixli, 007628 saylı order faktiki cinayət işinin materiallarında olan orderlə eynilik təşkil etsə də, faktiki cinayət işinin materiallarında olan orderdə “vəkilin imzası” qrafasında imza mövcud olsa da, Suraxanı Rayon Məhkəməsindən əldə edilmiş orderin surətində belə bir imza mövcud deyildir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qismində dindirilməsinə dair Suraxanı Rayon Məhkəməsindən əldə olunan 18 aprel 2024cü il tarixli protokol cinayət işinin materiallarında olan eyni tarixli protokolla məzmuna görə eynilik təşkil etsə də, məhkəmədən əldə olunan dindirmə protokolu 03 vərəqədən, faktiki cinayət işinin materiallarında olan eyni tarixli protokol isə 02 vərəqədən ibarətdir, məhkəmədən əldə olunan dindirmə protokolunun sonunda “ifadəmi özüm oxudum düzgün yazılmışdır” sərbəst yazısı mövcud olsa da, faktiki cinayət işinin materiallarında olan protokolun sonunda ümumiyyətlə belə bir qeyd aparılmamışdır və hər iki protokolda mövcud olan imzalar forma və quruluşuna görə fərqlidirlər. Daha sonra, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərar cinayət işinin materiallarında olan eyni tarixli qərarla məzmun və quruluşuna görə oxşarlıq təşkil etsə də, eyni deyildir. Məhkəmədən əldə olunan qərarın ikinci vərəqində sərbəst yazı ilə heç bir qeyd aparılmasa da, faktiki cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli qərarın elan olunmasına dair hissəsində “Qismən təksirli bilirəm” məzmunda əlyazmaları ilə qeyd aparılmışdır və hər iki qərarda mövcud olan imzalar və sair qeydlər forma və quruluşuna görə fərqlidirlər. Məhkəmə baxışı zamanı dindirilən Təqsirləndirilən şəxs vəsatətin müzakirəsi zamanı faktiki cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın elan olunmasına dair hissəsində “Qismən təksirli bilirəm” məzmunda əlyazmalarının onun tərəfindən icra olunmadığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təyin olunmaqla keçirilmiş və tədqiq edilmiş 02 iyun 2025-ci il tarixli, 4/730 saylı ekspertiza ilə, həmçinin müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərarın elan olunmasına dair hissədə “Qismən təksirli bilirəm” əlyazmaları - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Araşdırılan xüsusat üzrə ziddiyyətlərin aradan qaldırılması məqsədilə Təqsirləndirilən şəxs üzərindən herion narkotik vasitəsi aşkar edilib götürülməsi faktına görə 16 aprel 2024-cü il tarixdə başlanılmış cinayət işini 17 aprel 2024-cü il tarixdə icraatına qəbul etməklə 21 may 2024-cü il tarixədək ibtidai istintaq aparımş Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin sabiq müstəntiqi X6 məhkəmədə dindirilərkən ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin müdafiəçisi və Suraxanı Rayon Məhkəməsi tərəfindən məhkəməyə təqdim olunan “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərar onun tərəfindən qəbul edilməklə elan edilmiş, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsinə dair həmin protokol onun tərəfindən tərtib edilmiş, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmış, hər iki sənəd yekunda həm də onun özü tərəfindən imzalanmışdır. Hər iki sənədin, həmçinin və Təqsirləndirilən şəxs müdafiəsi üçün vəkil X4 adına Bakı şəhəri 9 saylı Vəkil Bürosundan verilmiş 16 aprel 2024-cü il tarixli, 007628 saylı orderin surəti təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair məsələyə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim edilmiş materiallara onun tərəfindən əlavə edilmişdir. Müstəntiq Rəşad ifadəsində, həmçinin göstərdi ki, faktiki cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etməh haqqında” xx.xx.2024-cü il tarixli qərar və Təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 18 aprel 2024-cü il tarixli protokol onun tərəfindən imzalanmamış, 16 aprel 2024-cü il tarixli, 007628 saylı vəkil orderinin imzalanmasını o, təşkil etməmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair məsələyə baxılması üçün ibtidai istintaq orqanı tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdim edilmiş materialların tərkib hissəsi olan və təqsirləndirilən şəxsin müdafiəçisi və Suraxanı Rayon Məhkəməsi tərəfindən məhkəməyə təqdim olunan “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərar, Təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 18 aprel 2024-cü il tarixli protokol ilkin əldə olunan sübutlar kimi əldə olunma mənbəyinə və mənsubiyyətinə görə daha mötəbər olduğundan iş üzrə sübut növü kimi qiymətləndirilməli və cinayət işi məhkəməyə daxil olarkən faktiki iş materiallarında olan təqsirləndirilən şəxsin müdafiəçisi və Suraxanı Rayon Məhkəməsi tərəfindən məhkəməyə təqdim olunan sənədlərlə ziddiyyət təşkil edən “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərar və Təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 18 aprel 2024-cü il tarixli protokol prosessual tələblərə cavab vermədiyindən sübutldar siyahısından xaric edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökm və qərarlarından görünür ki, əvvəllər Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinib 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 75-ci maddəsi tətbiq edilməklə cəzasının çəkilməmiş 03 ay 27 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir ki, baxılan cinayət işi üzrə yeni cinayət hadisəsinin törədildiyi 16 aprel 2024-cü il tarixə az ağır cinayət törətməyə görə (burada: CM-nin 234.1-ci maddəsi) məhkumluğu ödənilməmiş və götürülməmiş, həmçinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan yeni cinayəti cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edildiyi dövrdə, yəni cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Belə ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 03 ay 27 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsinin 20 aprel 2024-cü il tarixdə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs yeni cinayət hadisəsini 16 aprel 2024-cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 15.1 və 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum ediməsini, onun bu hökm üzrə məhkumluğunun ödənilmədiyini və faktiki baxılan iş üzrə törətdiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə aldıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaradır və cinayətlərin residivi ona cəza təyin olunarkən cəzasnı ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzasını ağırlaşdıran hal hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən Azərbaycan Respublikası CM-nin 59-cü maddəsində nəzərdə tutulan hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyəgəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, əvvəllər məhkum olunmaqla əməlinin cinayətlərin residivini yaratması nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlardan başqa, məhkəmə cəza təyini ilə bağlı qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunan 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 27 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmalı olan azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 03 ay 27 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 76.6 və 76.6.3-cü maddəsinin tələblərinə görə cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunub-olunmaması məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizanın 07 iyun 2024-cü il tarixli, 4076 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin residivini yaratmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisələri ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 16 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 16 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 aprel 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 aprel 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 16 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub saxlanıldığı tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Azərbaycan Respublikası DİN, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,325 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 2,225 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İşüzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunan 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 27 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 03 ay 27 gün azadlıqdan məhrum etmə ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə Azərbaycan Respublikası DİN, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,325 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 2,225 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddətbaşaçatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar